Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-27/2025 03.04.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X8, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi-“Faiq Nağıyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxx 1988-ci ildə Saatlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, kiçik sahibkarlıqla məşğul olan, məhkum olunmamış, ünvan 2 qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında (videokonfrans əlaqə sistemindən istifadə edilməklə) açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktına əsasən istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda-9,430 qram narkotik vasitə olan heroini və külli miqdarda- 10,740 qram psixotrop maddə olan metamfetamini istintaqa məlum olmayan mənbədən naməlum tarixdə, vaxtda və şəraitdə əldə edib üzərində saxlamaqla daşımış, Təqsirləndirilən şəxs qanunsuz əməli barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 03 noyabr 2023-cü il tarixdə, saat 13:35-də Saatlı şəhəri, M.F.Axundov küçəsi, D-2, ev 6 ünvanın yaxınlığında piyada hərəkətdə olduğu zaman saxlanılıb Saatlı Rayon Polis Şöbəsinin inzibati binasına gətirildikdən sonra orada həmin gün saat 15:00-dan etibarən onun üzərində şəxsi axtarış aparılarkən qeyd edilən külli miqdarda-9,430 qram narkotik vasitə olan heroin 01 ədəd şəffaf polietilen bükümdə və külli miqdarda-10,740 qram psixotrop maddə olan metamfetamin 01 ədəd şəffaf polietilen bükümdə olmaqla Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarının sağ yan cibindən çıxarıb təqdim etməsi əsasında aşkar edilib polis əməkdaşları tərəfindən götürülmüşdür. Eyni zamanda məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, 03 noyabr 2023-cü il tarixdə, saat 13:30 radələrində Təqsirləndirilən şəxs yaşadığı Saatlı şəhəri, M.F.Axundov küçəsi, D-2, ev 6 ünvanındakı evində olarkən mülki geyimli bir qrup polis əməkdaşları, yəni Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin (bundan sonra DİN-nin BNMİ-nin) əməkdaşları tərəfindən tutulub Saatlı Rayon Polis Şöbəsinə aparılmış, 03 noyabr 2023-cü il tarixdə, saat 14:30-da DİN-nin BNMİ-nin Təhqiqat Qrupunun təhqiqatçısı (əməliyyat-axtarış qrupunun üzvü) tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra saat 15:00-dan saat 15:07-dək şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış aparılmış və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarının cibindən bir ədəd bükümdə külli miqdarda-9,430 qram narkotik vasitə olan heroin və bir ədəd bükümdə külli miqdarda-10,740 qram psixotrop maddə olan metamfetamin aşkar edilib götürülmüşdür. Məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyini təsdiq edən kifayət qədər mötəbər sübutlar əldə olunmamışdır. Habelə məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən və özündə cinayət hadisəsinin olmasını ehtiva edən hadisə ilə bağlı Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməkdə təqsirsizliyi onun özünün və şahidlərin ifadələri ilə, həmçinin iş üzrə toplanmış digər təkzibedilməz sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, evlidir və ailəsi ilə birlikdə ünvan 2 qeydiyyatda olmaqla orada yaşamış, rəsmi olaraq 2015-ci ildən kiçik sahibkarlıqla, yəni mal-qara təsərrüfatı ilə məşğul olmuşdur. Ona verilmiş ittihamda göstərilənlər tamamilə əsassızdır. Belə ki, o, heç vaxt narkotik vasitələrdən istifadə etməmiş və narkotiklərin satışı ilə məşğul olmamış, hətta siqeret belə çəkməmişdir. Həmin vaxtlarda sahibkar kimi kənd təsərrüfat nazirin qəbulunda olmuş və ona sahibkarlığla məşğul olması ilə bağlı kredit də verilmişdir. Sahibkarlıq fəaliyyəti ilə bağlı mal-qaranın satışını təşkil edərək alıb yetişdirdiyi heyvanları çox vaxt aparıb Sabirabad rayonunun ərazisindəki «Mal-heyvan bazarı»nda satmışdır. Bazara gedərkən Sabirabad RPŞ-nin yol polisi (Yol Patrul Xidmətinin) əməkdaşları yolda mal daşıyan maşınları saxlayıb əsassız olaraq cərimə yazmaqla, heç bir əsas olmadan maşınları götürüb polis şöbəsinə aparıb duracaqda saxlamaqla və daim təsərrüfat işlərinə mane olmaqla onu təhdid etmişlər. Bir dəfə isə mal aparan maşını polis əməkdaşları saxlayıb polis şöbəsinə aparmış və orada olduqları müddətdə maşında olan iki baş heyvan tələf olmaqla ona ziyan dəymişdir. Sabirabad RPŞ-nin əməkdaşları həm onun, həm də başqa şəxslərin sahibkarlıqla məşğul olmalarına daim maneçilik törətmişlər. Polis əməkdaşları onu və digər sahibkarları bu qaydada incitməklə məcbur etmişlər ki, hər ay onlara pul versinlər. Sabirabad RPŞ-nin əməkdaşlarının qanunsuz əməlləri ilə bağlı o, dəfələrlə atası Daxıləlinin adından dövlət orqanlarına şikayətlər etmiş, həmin şikayətlərə istifadə etdiyi, atası Daxıləlinin adına olan 050/518-68-28 saylı mobil telefon nömrəsini yazmışdır. Həmin vaxtlarda Sabirabad polisinin qanunsuz hərəkətlərindən başqa sahibkarlar da, yəni Sadiq, Rauf, Nicat adlı şəxslər və başqaları da şikayətlər etmişlər. 2023-cü ilin sentyabr ayında Sabirabad RPŞ-dən zəng edib onu şöbəyə çağırmışlar və o, Sabirabad RPŞ-nə getmiş, orada onu rəis müavini Anar qəbul edib ona «quldurluğumuzu harada görmüsən. Sadiq və digərləri üçün ərizələr niyə yazırsan» demiş, o, yol polislərinin mal-qaranı aparıb bazarda satmağına imkan verməmələri, maşınını polis şöbəsinə aparıb saxlamaları və heyvanlarının tələf olması ilə bağlı Sabirabad RPŞ-nin rəisindən və rəis ilə birlikdə gələn Elçin adlı polis əməkdaşından ayrı-ayrı vaxtlarda, əsasən də 2023-cü ildə dövlət orqanlarına çoxsaylı şikayətlər etmiş və bu şikayətlərini müharibə veteranı olan atasının adından etmişdir. Həmçinin o, DİN-nin 102 xidmətinə şikayət etdiyinə görə Sabirbada RPŞ-nə çağırılıb onun izahatını almışlar. Polis əməkdaşlarının qanunsuz hərəkətləri barədə şikayət etdikdə polis əməkdaşları tərəfindən belə şəxslərin şərlənib tutulması halları olmasını eşitdiyindən, daim narahatçılıq keçirmiş və polislərin onu da nə iləsə şərləyib tuta biləcəyindən ehtiyat etmişdir. O, dəqiq xatırlamadığı tarixdə kənd təsərrüfatı nazirinin müavinin qəbulunda olarkən Sabirabad RPŞ-nin əməkdaşlarının sahibkarlığa qarşı edilən təzyiqlər, hədələr və şəxsən özünə qarşı olan maneələr barədə bütün məlumatları bildirmiş, həmçinin sahibkar kimi o, Azərbaycan Respublikası Kiçik və X19 Agentliyin nümayəndəsi Şahid4 qəbulunda olarkən polis əməkdaşlarının ona qarşı olan qanunsuz hərəkətləri barədə məlumat vermişdir. Bundan sonra 2023-cü ilin sentyabr ayında Sabirabad RPŞ-dən ona (istifadəsində atası Daxıləlinin adına olan 050/518-68-28 saylı mobil telefon nömrəsinə) zəng edilib polis şöbəsinə çağırılmış, o da polis şöbəsinə getmiş və orada onu rəis müavini Anar və Xəyal adlı polis əməkdaşı qəbul edib ona onların (polis əməkdaşlarının) «quldurluq etmələrini» harada görməsini soruşmuş, sonra da onun sahibkarları öyrədərək polis şöbəsinin rəisindən şikayət etmələrini təhrik etməsini, Sadiq və digərlərinin ərizələr yazmasını təşkil etməsini bildirmişlər. O isə heç bir sahibkara polisdən şikayət etməsini demədiyini, həmin şəxslərin özlərinin şikayət etdiklərini bildirmişdir. Orada olarkən polis əməkdaşları ona «sənə sübut edəcəyik quldur necə olur» deyib onu evindən tutub aparacaqlarını, narkotiklə tutacaqlarını demişlər. Sonra o, Sabirabad PŞ-dən çıxıb çıxıb evinə getmiş və həmin vaxtdan sonra daim narahat olmuşdur ki, hansısa bir işi bəhanə edib, ya da şərləyib polislər onu tutacaq. Tutulduğu gün, yəni 03 noyabr 2023-cü il tarixdə o, arvadıı Firuzə və qardaşı ilə birlikdə «Asan xidmət»də olmuş, orada işlərini görüb qurtardıqdan sonra yaşadığı evə saat 13 radələrində gəlmiş, təxminən 10-15 dəqiqə evdə olmuş, sonra otaqda torpaq icarəsi üzrə müqavilənin şəklini telefonuna çəkib vatsapla Saatı rayon üzrə əmlak komitəsinin mühasibi Mirata adlı şəxsin telefonuna göndərmişdir. Bundan sonra o, otaqda oturub sənədləri yığıb nahar yeməyinə hazırlaşarkən üç nəfər mülki geyimli şəxslər evin içərisinəotağa daxil olub ona yaxınlaşıb heç bir söz demədən ailə üzvlərinin, həmin vaxt otaqda olan n arvadı və azyaşlı uşaqlarının yanında qollarına qandal vurub onlarla getməli olduğunu demiş, o isə etiraz edərək «siz kimsiniz, evimdə neyniyirsiniz, buraxın məni» demiş, etirazına baxmayaraq həmin şəxslər onu evdən çıxarıb maşına mindirib Saatlı RPŞ-nə aparmışlar. Həmin vaxt «Rəcəb» adlı polis əməkdaşının mobil telefonla kiməsə zəng edib «general hazırdır» deməsini eşitmişdir. Polis şöbəsinə aparılarkən maşında tanımadığı polis əməkdaşları ona «sən lotusan, Sabirabadın rəisi ilə nə işin var. Caamatı öyrədirsən, onlar da rəisdən şikayətlər edirlər» demişlər. Polis şöbəsində tanımadığı polis əməkdaşları onu döyməsi nəticəsində o, başı və bədən nahiyəsində xəsarətlər almış, tanımadığı bir nəfər polis əməkdaşı isə əlindəki tapancanı onun ağzına salıb «bir nəfər o camaatdan gəlib sənə kömək eləsində» demişdir. Sonra polislər ona təklif etmişlər ki, üzərinə narkotik vasitə götürsün, həmçinin ona «nə olur olsun sən narkotiki özünə məxsus olmağını deməlisən, boynuna götür» demiş, o isə «narkotiki boynuma götürmərəm» deyəndə polislər ona «arvad-uşağın polisə gətiriləcək, uşağının məktəb çantasından narkotik aşkar olunacaq, ailə üzvlərin gətiriləcək polisə və yüklənəcəklər» demişlər. Polislər ona «sən içəri həbsə getməlisən, generalın tapşırığıdır» deyib ona qarşı təzyiqlər və təhdidlər olmuşdur. Sonra o, polislərin təzyiqi nəticəsində onların dedikləri ilə razılaşmışdır ki, üzərində axtarış zamanı cibinə qoyulmuş narkotik maddəni yerdən tapdığını və maraq üçün üstündə saxladığını deyəcəkdir. Bundan sonra videoçəkilişlə üzərində axtarış olmuş və polislərin cibinə qoyduğu narkotik maddə cibindən aşkar olunmuşdur. Həmin vaxt o, özündə olmamış, orada nə dediyini də tam xatırlamır. Sonra ona məlum olmuşdur ki, onu tutan şəxslər DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarıdır və onlar onu bir neçə gün saxladıqdan sonra aparıb Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə təhvil vermişlər. Daha sonra o, Nərimanov Rayon Məhkəməsinə aparılmış, orada o, polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində narkotik maddə olmadığını, polis əməkdaşlarının ona qarşı təzyiqlərin olduğu üçün narkotik maddənin özünə aid olmasını bildirdiyini demiş, sonra barəsində həbs qərarı çıxarılmışdır. İstintaq zamanı o, narkoloji və psixiatrik xəstəxanalarına aparılmış, orada ondan qan, sidik nümunələri götürülməmişdən əvvəl bir stəkan maye içirmişlər və həmin mayenin nə olmasını bilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, yaşadığı evə birinci Seymur adlı polis əməkdaşı daxil olmuş və polislər onu evdə tutub Saatlı RPŞ-nə aparmışlar. Polis şöbəsində polislər onu döymüş, sonra narkotik vasitəni üzərinə götürməsini polis əməkdaşları Seymur və Şirəli ondan tələb etmiş, o, təzyiqlərə dözməyib razılaşandan sonra şəxsən təhqiqatçı Nəcəf adlı şəxs əli ilə narkotik maddəni onun cibinə qoymuşdur. O, BNMİ-nin əməkdaşları tərəfindən qanunsuz və əsassız saxlanılmış, fiziki zorakılığa, təzyiqlərə, törətmədiyi cinayəti etiraf etməsi üçün işgəncəyə məruz qalmışdır. Üzərindən aşkar edilmiş narkotik maddələrin (heroin və metamfetaminin) ona heç bir aidiyyəti yoxur, həmin maddələrin ona məxsus olduğunu etiraf etməyə polis əməkdaşları tərəfindən məcbur edilmiş, həbsi sifarişli olmuş, həbsinin səbəbi əvvəllər Sabirabad RPŞnin rəhbərliyinin qanunsuz əməllərinə öz etirazını bildirməsi olmuşdur. Bir daha bildirir ki, o, heç bir cinayət əməli törətməmiş, üzərindən aşkar olunmuş narkotik maddələrin (heroin və metamfetaminin) ona heç bir aidiyyəti yoxdur və bununla bağlı ona verilmiş ittiham üzrə özünü təqsirli bilmir və ona bəraət verilməsini məhkəmədən xahiş edir. Həmçinin Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin izahat və ifadələrində (03 və 04 noyabr 2023-cü il tarixli) bildirmişdir ki, o, 03 noyabr 2023-cü il tarixdə, saat 13:30-da o, ünvan 2 ünvanın yaxınlığından keçib gedərkən iki nəfər mülki geyimli polis əməkdaşları tərəfindən saxlanılıb onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə məlumat olduğunu deyib ondan üzərində bu kimi maddələr olub-olmadığı soruşmuş, həmin vaxt əynindəki şalvarının sağ yan cibində bir büküm «kakos» (heroin) və bir büküm «patı» (metamfetamin olduğundan) üzərində bu maddələrin olmasını polis əməkdaşlarına səmimi etiraf edib həmin bükümləri təxminən iki həftə əvvəl Saatlı şəhəri ərazisində təsadüfən tapıb götürdüyünü, sonradan tullamaq fikrində olsa da, yadından çıxıb cibində qaldığını demişdir. Sonra polis əməkdaşları onu Saatlı RPŞ-nə aparmış, orada müdafiəçinin iştirakı ilə və videoçəkilişlə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərindən bir büküm heroin və bir büküm metamfetamin aşkar olunmuşdur. Şifahi sorğu zamanı o, heroin və metamfetamin bükümlərini iki həftə əvvəl Saatlı şəhəri ərazisindən təsadüfən tapdığını, tullamaq fikrində olsa da, yadından çıxdığına görə cibində qaldığını, həmin maddələrin istifadəçisi, nə də satışı ilə məşğul olmadığını bildirmişdir. Polis əməkdaşları tərəfindən saxlanılıb Saatlı RPŞ-nə aparılarkən ona qarşı heç bir təzyiq, zorakılıq edilməmişdir. Özü heç vaxt narkotik və ya psixotrop maddələr, güclü təsir edən maddələr qəbul etməmiş və etmir. Üzərindən aşkar edilmiş həmin narkotik vasitə heroini və psixotrop maddə metamfetamini heç kimə satmaq, vermək məqsədi olmamış, sadəcə yadından çıxıb cibində saxlamış, heç vaxt bu kimi maddələrin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs 04 noyabr 2023-cü il tarixdə yuxarıda qeyd olunan məzmunda ifadə verdikdən bir neçə saat sonra Bakı şəhər Nərimanov Rayon Məhkəməsində barəsində həbs qətiman tədbirinin seçilməsi ilə bağlı verilmiş vəsatət və təqdimata baxılarkən verdiyi ifadəsini tam təkzib etmişdir. Belə ki, işdə olan, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 04 noyabr 2023-cü il tarixli qərarı ilə müəyyn edilir ki, məhkəmədə barəsində həbs qətiman tədbirinin seçilməsi ilə bağlı verilmiş vəsatət və təqdimata baxılarkən Təqsirləndirilən şəxs izahatında göstərmişdir ki, o, verilmiş ittiham üzrə özünü təqsirli bilmir, tutulan vaxt üzərində narkotik vasitə olmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılıb polis idarəsinə gətirilmiş, orada ona psixoloji təsir və təzyiq göstərilmiş, narkotik vasitəni öz üzərinə götürməsini bildirmişlər. Daha sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 13 dekabr 2023-cü tarixdə verdiyi ifadəsində (hazırda məhkəmədə verdiyi ifadəsinə uyğun ifadə verərək) bildirmişdir ki, o, 03 noyabr 2023-cü il tarixdə DİN-nin BNMİ-nin əməkdaşları tərəfindən qanunsuz və əsassız saxlanmış, tutulduqdan sonra polis əməkdaşları tərəfindən fiziki zorakılığa, təzyiqlərə, törətmədiyi cinayəti etiraf etməsi üçün işgəncəyə məruz qalmışdır. Üzərindən aşkar edilmiş heroinə və metamfetaminlə onun heç bir aidiyyəti yoxdur, həmin maddələrin ona məxsus olduğunu etiraf etməyə polis əməkdaşları tərəfindən məcbur edilmişdir. O, sifarişlə həbs olunmuş, buna səbəb əvvəllər Sabirabad RPŞ-nin rəhbərliyinin qanunsuz əməllərinə öz etirazını bildirməsi, ayrı-ayrı dövlət orqanlarına çoxsaylı şikayətlər etməsi olmuşur. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, DİN-nin BNMİ-nin əməkdaşıdır. 03 noyabr 2023-cü il tarixdə BNMİ-nin əməkdaşı Şahid2 Saatlı şəhər sakini Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə əməliyyataxtarış tədbirinin keçirilməsi üçün özünün də daxil olduğu və Şahid2 rəhbərliyi ilə əməliyyat qrupu yaradılmış və 03 noyabr 2023-cü il tarixdə, günorta saatlarında əməliyyataxtarış tədbiri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında, küçədə (Saatlı şəhəri, M.F.Axundov küçəsi, D-2, ev 6 ünvanın yaxınlığında) saxlanılıb ona narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə əməliyyat məlumatı olduğunu bildirilib, başqa heç nə soruşulmadan Saatlı RPŞ-nə aparılmışdır. Polis şöbəsində BNMİ-nin TQ-nun təhqiqatçısı Şahid3 tərəfindən vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarının cibindən iki ədəd bükümü çıxarıb təqdim etmiş, həmin bükümlərdən birinin içərisində heroinə, digər bükümdə metamfetaminə oxşar kütlələr aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş heroin və metamfetamini iki həftə əvvəl yerdən tapdığını və maraq üçün götürüb üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş kütlələr qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüş, daha sonra protokol tərtib olunmuşdur. Əməliyyat qrupu Təqsirləndirilən şəxs yaşadığı evə daxil olmamış və Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında küçədə tutulub polis şöbəsinə aparılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs yaşadığı evə və maşınına baxış keçirilməmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra polis əməkdaşları, o cümlədən özü və digər polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq və zorakılıq göstərilməmiş, həmçinin üzərində axtarış zamanı Təqsirləndirilən şəxs hər hansı şikayəti və ya narazılığı olmamışdır. İşdə olan, 03 noyabr 2023-cü il tarixli “Raport”lar elan edildikdən sonra Şahid1 daxil olmuş əməliyyat məlumatı ilə bağlı dediklərinin səhv olmasını, qeyd olunan əməliyyat məlumatının özünə daxil olduğunu bildirmişdir. Məhkəmə iclasında Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermiş, habelə ifadəsində əvvəlcə Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatının özünə daxil olmasını və bu məlumatın dəqiq hansı məzmunlu olmasını xatırlamadığını göstərmiş, işdə olan 03 noyabr 2023-cü il tarixli “Raport”lar elan edildikdən sonra o, həmin məlumatın idarənin digər əməkdaşı Şahid1 daxil olduğunu bildirmişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş şahid X4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs oğludur. X29 şəhəri, M.F.Axundov küçəsi, D-2, ev 6-də ailə üzvləri ilə birlikdə yaşayır. Zaur yaşadığı evin həyətyanı sahəsində özünə məxsus fermada iri və xırdabuynuzlu heyvanlar saxlamaqla fərdi sahibkarlıqla məşğul olur. Zaurun heç bir pis vərdişi olmamış, yəni siqaret çəkməmiş, içki içməmiş və narkotik kimi maddələrdən heç vaxt istifadə etməmişdir. 03 noyabr 2023-cü il tarixdə Zaur özünə məxsus daşınmaz əmlakı qardaşı Xanoğlanın adına rəsmiləşdirmək üçün həyat yoldaşı Firuzə və qardaşı Xanoğlanla birlikdə Sabirabad şəhərində yerləşən «Asan Xidmət Mərkəzi»-də olmuş və günorta saatlarında evə qayıtmışlar. Həmin vaxt, yəni saat 13 radələrində özü də Zaurun uşaqlarını məktəbdən götürüb evə gəlmiş və Zaurgil artıq evdə olmuşlar. Onlar ailəlikcə evdə olub nahar yeməyinə hazırlaşan vaxt, küçədə sürətlə üç avtomobil hərəkət edib evin qarşısında dayanmış, həmin avtomobillərdən tanımadığı 7-8 nəfər düşüb evin həyətinə daxil olmuşlar. Həmin vaxt Zaur evin içərisində olmuşdur. Sonra onlardan əllərində tapança olan üç nəfər evin içərisinə girmişlər. Zaurun azyaşlı uşaqları qorxub ağlaşmağa başlamışlar, özü isə nə baş verdiyini anlamamış, evə daxil olan şəxslər də onlara heç bir söz deməmişlər. Evə daxil olan şəxslər Zaurun qollarından tutub onu həyətə çıxarıb avtomobilə mindirmək istəyəndə o, həmin şəxslərdən, həm də oğlu Zaurdan nə olduğunu soruşmuş, Zaur da «ata, heç nədən xəbərim yoxdur» demiş, Zauru aparan şəxslər isə «Zauru İmişliyə hadisə yerinə aparırıq, Zaur İmişlidə maşınla adam vurub» demişlər. Sonra Zauru həyətdən küçəyə çıxarıb avtomobillərdən birinə mindirib aparmışlar. Bu hadisə ilə bağlı digər oğlum Xanoğlana zəng vurub məlumat vermiş, oğlu evə gəldikdən sonra Zauru aparmış şəxslərin Saatlı RPŞ-nin əməkdaşları olduğunu düşünüb oğlu ilə birlikdə Saatlı RPŞ-nə getmişlər. Orada onlara məlumat verilmişdir ki, Zauru Bakı şəhərinə Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Oğlu Xanoğlan naməlum şəxslərin evə basqın edib qardaşı Zaurun aparılması barədə DİN-in 102 xidmətinə zəng edib məlumat vermişdir. Bir neçə gündən sonra Zaur Bakı İstintaq Təcridxanasından evə zəng edib evə basqın edib onu tutan şəxslərin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını və həmin şəxslərin onu əvvəl Saatlı RPŞ-nə aparmaları və orada ona işgəncələr verilərək guya üzərində narkotik maddələr saxlamağı barədə ondan etirafedici izahat aldıqlarını bildirmişdir. Zaur ona verilən işgəncələrin təsiri altında törətmədiyi əməli etiraf etməyə məcbur olduğunu demişdir. Hələ tutulmamışdan əvvəl Zaurun Sabirabad RPŞ-nin əməkdaşları, əsasən də şöbənin rəisi və rəis müavini Anar İmanquliyevlə münasibətləri gərgin olmuş, polis əməkdaşlarının qanunsuz hərəkətlərindən Zaurun və digər sahibkarların şikayətləri olduğundan polis rəisi və rəis müavini X20 tutduracaqları ilə hədələmişlər. 2023-ci ilin əvvələrindən başlayaraq Sabirabad RPŞ-nin əməkdaşlarının sahibkar fəaliyyəti ilə məşğul olan şəxslərə, o cümlədən Zaurun işləməsinə imkan verməmələri barədə həm Zaur, həm də özü dövlət orqanlarına şikayətlər yazmış, lakin şikayətlərinə heç bir cavab verilməmişdir. Tutulmamışdan bir müddət əvvəl isə oğlu Zaur Sabirabad RPŞ-nə çağırılmış və orada rəis müavini Anar adlı şəxs Zauru qəbul edib təsərrüfatla məşğul olan vətəndaşların polislərə qarşı olan şikayət ərizələri Zaurun öyrədərək yazdırlarını bildirmiş, Zaur isə heç kimə polisdən şikayət etməsini demədiyini, polisdən şikayət edən şəxslərin özləri belə hərəkət etdiklərini demiş, lakin polislər Zaurun dediklərinə inanmayıb onu tutacaqları ilə hədələmişlər. Hətta elə olmuşdur ki, həmin vaxtlarda oğlu X21 Nazirliyinin Rəhman adlı işçisinin qəbulunda olarkən Sabirabad RPŞ-nin əməkdaşların hərəkətləri barədə şikayət etmiş, həmin şəxs də elə Zaurun yanında Sabirabad RPŞ-nə zəng edib polis əməkdaşlarının Zarun və digər sahibkarların incidilməsi ilə bağlı şikayətin olması barədə məlumat vermişdir. Həmin vaxtdan sonra Zaur heç bir əsas olmadan polisin onu tutacağından narahat olmuşdur. Bu hadisədən sonra, yəni 2023-cü ilin yayında o, Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən oğlu Zaura qarşı hər hansı qanunsuz hərəkətlərə yol verilə biləcəyini düşünüb bunun qarşısının alınması üçün ayrı-ayrı dövlət orqanlarına, o cümlədən Zaur sahibkarlıqla məşğul olduğuna görə Kənd Təsərrüfatı Nazirliyinə də müraciət etmiş və fikirləşmişdir ki, onun müraciəti nəzərə alınaraq polis əməkdaşları tərəfindən oğlu Zaura qarşı hər hansı qanunsuz hərəkətlərə yol verilməz. Lakin bir müddət sonra, yəni 03 noyabr 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən oğlu Zaur heç bir əsas olmadan qanunsuz olaraq evdə, ailə üzvlərinin yanında tutulub aparılmışdır. Oğlu Zaurun dediyinə görə polisə aparıldıqdan sonra Zaura qarşı təzyiqlər olmuş və üzərinə narkotik maddə qoyularaq həmin narkotik maddənin özünə məxsus olmasını deməyə məcbur edilmişdir. Polislərin qanunsuz hərəkətləri barədə Zaur vəkilinə demiş, həmin vəkil də Zaurun şərlənərək tutulmasını ona danışmış, o da Zaurun qanunsuz tutulması ilə bağlı prokurorluğa və digər dövlət orqanlarına şikayətlər etmişdir. Polis əməkdaşları Zauru tutduqdan sonra oğlu Xanoğlan DİN-nin 102 xidmətinə zəng edib qardaşı Zaurun evdən tutulub aparmasını bildirmiş, sonradan Saatlı RPŞ-nin əməkdaşları onlara 102 xidmətinə etdikləri şikayəti geri götürməsi bildirilmiş, lakin onlar şikayəti geri götürməmişlər. O, hesab edir ki, Sabirabad RPŞ-nin rəisi bu işi təşkil etmiş, buna səbəb isə guya Zaurun köməkliyi ilə vətəndaşlar rəisdən şikayət etmişlər. Əslində isə Zaur heç kimi öyrətməmiş və kimlərəsə kömək etməmişdir ki, onlar polisdən şikayət etsinlər. Oğlu Zaurun narkotiklə heç bir əlaqəsi yoxdur. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti ilə dindirilmiş şahid X5 şahid Daxıləli Məmmədovun ifadəsinə uyğun ifadə vermiş, eyni zamanda ifadəsində göstərmişdir ki, 03 noyabr 2023-cü il tarixdə, günorta saatlarında qardaşı Zaurun arvadı Firuzə ağlaya-ağlaya ona zəng edib mülki geyimli şəxslərin evə basqın edib Zauru tutub aparmaları barədə məlumat vermiş, evə qayıdıb gəlmiş və evin küçə qapısının qarşısında küçədə qonşuların toplaşmaları, atası Daxıləlinın də orada olduğunu görmüşdür. Atasından nə baş verdiyini soruşmuş, atasının deməsinə görə mülki geyimli şəxslərdən hansısa ona «Zaurun İmişlidə maşınla adam vurduğunu, Zauru hadisə yerinə aparmaq üçün» gəldiklərini bildirmişdir. Sonra o, DİN-in 102 xidmətinə zəng edib silahlı şəxslərin evə basqın edib qardaşı Zauru tutub aparmaları barədə məlumat vermişdir. Sonra məlum olmuşdur ki, Zauru Bakı şəhərinə, DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Bir neçə gündən sonra Zaur Bakı İstintaq Təcridxanasından zəng edib ona bildirmişdir ki, əvvəl onu Saatlı RPŞnə aparmışlar, orada ona işgəncələr verərək guya üzərində narkotik maddələr saxladığı barədə etirafedici izahat verməyə məcbur etmişlər. Son vaxtlar qardaşı Zaurun Sabirabad RPŞ-nin əməkdaşları ilə münasibətlərin pis olmasına görə Zaurun tutulmasını güman etdiyindən o, Sabirabad RPŞ-nə getmiş, orada rəisin müavini Anar adlı şəxs ona «demaqoq Zaur getdi gedər-gəlməzə, bir də qayıtmaz» demişdir. Bundan sonra o, tam əmin olunmuşdur ki, qardaşı Zaurun əsassız olaraq tutulmasına səbəb Sabirabad RPŞ-nin rəisinin sifarişi olmuşdur. Tutulmamışdan bir müddət əvvəl Zaurun Sabirabad RPŞ-nə çağırılması və orada rəis müavini Anarın Zauru tutduracağını deməsindən sonra atası Zaurun təhlükəsizliyinin təmin edilməsi üçün dövlət orqanlarına müraciət yaşmışdır. İşdə olan, X2 Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarına, o cümlədən DİN-nə ünvanladığı 30 avqust 2023-cü il tarixli müraciətində göstərilir ki, ailəsi, o cümlədən oğlu Təqsirləndirilən şəxs sahibkarlığın heyvandarlıq növü ilə məşğul olur və İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli fondu xətti ilə heyvandarlığın inkişaf etdirilməsi məqsədilə ailəsinə dövlət krediti verilmişdir. Hazırda təsərrüfatlarında saxladıqları mal-qaranı qonşu, Sabirabad rayonunun ərazisində olan «Mal bazarı»na sərbəst aparıb sata bilmirlər, Sabirabad RPŞ-nin yeni təyin olunmuş rəisi və DYP-nin əməkdaşları onlara maneçilik törədirlər. Müraciətdə bir sıra faktlar göstərilməklə qeyd olunur ki, bu müraciətin edilməsində məqsəd yaxın gələcəkdə ailəsinin başına, övladlarının daşınar və daşınmaz əmlaklarına, sağlamlıqlarına və şərlənərək tutulmaları ilə bağlı xoşagəlməz hallar baş verərsə, buna səbəbkar Sabirabad RPŞ-nin rəisi məsuliyyat daşıyır, Ona görə də ailəsinin təhlükəsizliyinin tam təmin olunmasını xahiş edir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş şahid X11 şahid Daxıləli Məmmədovun ifadəsinə uyğun ifadə vermiş, eyni zamanda ifadəsində göstərmişdir ki, 03 noyabr 2023-cü il tarixdə, günorta saatlarında əri Təqsirləndirilən şəxs, azyaşlı uşaqları və qayınatası Daxıləli evdə olmuşlar. Günorta nahar vaxtı o, uşaqları evin içərisində olmuş, həmin vaxt Zaur da evdə otaqda torpaqla bağlı sənədlərə baxarkən evin içərisinə mülki geyimli əli silahlı şəxslər daxil olub heç bir izahlı söz deməyib «biznən getməlisən» deyib Zaurun əl-qolunu bağlamış, azyaşlı uşaqları bu vəziyyətə görüb qorxub qışqıraraq ağlamağa başlamışlar. Sonradan bilmişdir ki, evə gələn şəxslər polislərdir. Polislər Zauru apararkən otaqda stolun üzərində olan mobil telefonu da götürmüşlər. Bir müddət sonra məlum olmuşdur ki, polislər Zauru evdən tutub apardıqdan sonra cibinə narkotik maddə qoyub tutmuşlar. Əri Zaurun heç bir pis vərdişi olmamış, narkotiklərdən uzaq olmaqla öz işi ilə məşğul olmuş, yalnız Zaurun Sabirabad RPŞ-nin əməkdaşları ilə problemi olmuş və Zaurun dediyinə görə bir müddət əvvəl polislər Zaura «səni yatdığın yerdən tutub aparacayıq» demişlər. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş şahidlər X15, X16 və X13 şahid Firuzə Məmmədovanın ifadəsinə uyğun ifadələr vermişlər. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikasının Kiçik və X19 Agentliyin KOB-un (Kiçik və Orta Biznesin) Dostu Şirvan şəhəri üzrə nümayəndəsi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs kiçik sahibkarlıqla məşğul olan şəxs kimi tanıyır. 2023-cü ildə xatırlamadığı tarixdə İqtisadiyyat Nazirliyindən onun elektron poçt ünvanına daxil olmuş məktubda sahibkar Təqsirləndirilən şəxs və atası Daxıləli Məmmədovun sahibkarlıq fəaliyyəti ilə məşğul olmalarına maneçiliklər olması və polislərin sahibkarı incitməsi barədə qeydlər olmaqla şikayətlə bağlı sahibkarı qəbul etmək ona tapşırılmışdır. Həmin vaxt KOB-un Sabirabad üzrə nümayəndəsi məzuniyyətdə olduğu üçün o, bir müddət onu əvəz etdiyinə görə Zauru qəbul etmişdir. Təqsirləndirilən şəxs atası Daxıləli ilə birlikdə heyvandarlıq təsərrüfatı ilə məşğul olduqlarını, təsərrüfatlarının inkişaf etdirmək istədiklərini, lakin Sabirabad RPŞ-nin yol polisi əməkdaşlarının onları incitdiklərini, mallarını satmaq üçün Sabirabad «Mal bazarı»na aparıb çıxarda bilmədiklərini, yol polislərin onlara maneçilik törətdiklərini bildirmişdir. Həmin vaxt o, sahibkarın şikayəti ilə bağlı Sabirabad RPŞ-nin yol polis bölməsinin rəisi Müşfiq adlı şəxsə zəng edib danışmış, Müşfiq adlı şəxs də Zaura məxsus maşınlarda sənədlər qaydasında olmasını, onlarla işlərinin olmayacağını demişdir. Həmin vaxt Zaurun atası Daxıləli bu şikayətlə bağlı oğlu Zaurun tutulacağından narahat olduğunu bildirmişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş şahid X12 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əmisi oğludur. 03 noyabr 2023-cü il tarixdə əmisi Daxıləli ona zəng edib 10-15 nəfər şəxsin onların evinə gəlib Zauru tutub apardıqlarını, həmin şəxslərin dediyinə görə Zaur İmişli yolunda maşınla nəsə qəza törətdiyi üçün polislər Zauru tutub aparmışlar. Sonradan Zaurun narkotiklə bağlı tutulmasını eşitmişdir. Tutulmamışdan əvvəl Zaur sərbəst qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməmiş, Sabirabad polisinin əməkdaşları Zaurun mal-qarasını bazara çıxarıb satışını təşkil etməsinə imkan verməmişlər. Zaur bazara qorxusundan çıxa bilməmiş və Sabirabad polisləri onu tutacaqlarını demişdir. Sabirabad RPŞ-nin rəisindən kimsə şikayət ərizəsi yazmış, həmin şikayətin Zaurun yazdırdığını desələr də, Zaur heç kimə şikayət yazdırmamışdır. Sonradan eşitdiyinə görə polislərdən şikayətlər etdiyi üçün Zaur narkotiklə şərlənib tutulmuşdur. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş şahid X14 ifadəsində göstərmişdir ki, o, mal-qara alveri ilə məşğul olur, Təqsirləndirilən şəxs da heyvandarlıqla məşğul olan sahibkar kimi tanıyır. Özünün, həm də Zaurun sahibkar kimi maşınları ilə mal-qaranı bazara çıxarıb satmasında Sabirabad yol polisinin əməkdaşları daim maneçilik törətmişlər. 2023-cü ildə Sabirabad RPŞ-nin yol patrul inspektorları onu tutub polis şöbəsinə apardıqları üçün onlardan şikayət etdiyinə görə onu Sabirabad RPŞnə çağırmışlar. Orada rəis müavini Anar onu qəbul edib şikayət ərizəsini Təqsirləndirilən şəxs yazdığını demiş, o isə ərizəni Zaurun yazmadığını bildirmişdir. Polis şöbəsində ona qarşı təzyiqlər edirək onun və digər şikayətçilərin (həmin vaxt polis şöbəsinə gətirilmiş Nicat adlı şəxsin də) adından şikayət ərizələrini Təqsirləndirilən şəxs yazdığı və ya təşkil etdiyi bildirilmiş, o isə yol polisindən şikayəti özü etdiyini, ərizəsini də Zaurun yazmadığını demiş, lakin Nicat adlı şəxs ərizəsinin yazılması ilə bağlı Zaurun adını dedikdən sonra rəis müavini Anar «Zauru alt paltarında evindən götürüb polis şöbəsinə gətirəcəyik» demişdir. O, Zauru tanıyıb onunla yoldaşlıq etdiyindən bilir ki, Zaur narkotik vasitələrdən istifadə edən, hətta siqaret çəkən şəxs deyil, Zaurun narkotiklə heç bir əlaqəsi yoxdur, bunu bütün Saatlı rayon sakinləri bilirlər. Ona görə də hesab edir ki, polislərdən şikayətlər etdiyi üçün Zaur narkotiklə şərlənib tutulmuşdur. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş şahid X17 şahid Sadiq Musayevin ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan, DİN-nin BNMİ-nin əməkdaşının 03 noyabr 2023-cü il tarixli “Raport”ları ilə müəyyən olunur ki, Saatlı şəhəri, M.F.Axundov küçəsi D-2, ev 6-da yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə edib Saatlı rayonun ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumat əsasında 03 noyabr 2023-cü il tarixdə, saat 13:35-də DİN-nin BNMİ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs Saatlı şəhəri, M.F.Axundov küçəsi, D-2, ev 6 ünvanının yaxınlığında saxlanılıb Saatlı RPŞ-nə gətirilmişdir. İşdə olan, “Şübhəli şəxsin tutulması haqqında” 03 noyabr 2023-cü il tarixli protokolla müəyyən edilir ki, həmin tarixdə, saat 14:3-da DİN-nin BNMİ-nin Təhqiqat Qrupunun baş təhqiqatçısı Şahid3 tərəfindən müdafiəçi Səxavət Məmmədlinin iştirakı ilə Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan, “Şəxsi axtarış və götürmə aparılması haqqında” 03 noyabr 2023-cü il tarixli protokolla müəyyən edilir ki, həmin tarixdə, saat 15:00-dan saat 15:07-dək olan müddətdə BNMİ-nin TQ-nun təhqiqatçısı Şahid3 tərəfindən müdafiəçi Səxavət Məmmədlinin iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarının cibindən çıxarıb təqdim etdiyi bir ədəd bükümün içərisində heroinə və bir ədəd bükümün içərisində metamfetaminə oxşar kütlələr aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş narkotik maddələri (heroin və metamfetmini) iki həftə əvvəl Saatlı rayonunda yerdən taparaq ona maraqlı olduğu üçün üzərində saxladığını, narkotik vasitələri satmadığını və istifadə etmədiyini bildirmişdir. Aşkar olunmuş kütlələr qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüşdür. Şəxsi axtarışla bağlı aparılmış videoçəkiliş bir ədəd DVD diskə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə-kimyəvi ekspertizasının 04 noyabr 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №7” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ... şübhəli şəxs: (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 9,430 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 10,740 qram ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılara əsasən heroin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin, metamfetamin isə Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin 1-ci siyahısına daxildirlər. Ekspertiza tədqiqatından sonra qalıq heroin 9,330 qram və qalıq metamfetamin 10,640 qramdır. İşdə olan, “Sübutların qiymətləndirilməsi haqqında” 03 aprel 2024-cü il tarixli qərarla müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra qalıq 9,330 qram heroin və qalıq 10,640 qram metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanılması üçün DİN-nin BMCMİ-nin maddi sübutlar otağına təhvil verilmiş, habelə şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. İşdə olan, ambulator məcburi-narkoloji tibbi yoxlamanın 04 noyabr 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İşdə olan, DİN-nin BNMİ-nin 08 dekabr 2023-cü il tarixli məktubu ilə (istintaq orqanının əməliyyat tapşırığına cavab) müəyyən olunur ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik və psixotrop maddələri satış məqsədi ilə üzərində saxlaması, həmin maddələri kimdən əldə etməsi, kiməsə satması və ya satacağı, habelə əvvəllər bu maddələrin satışı ilə məşğul olubolmaması, satışı və istifadəsi ilə məşğul olmasını görə biləcək şahidlərin dairəsi ilə bağlı məlumatlar əldə edilməmişdir. İşdə olan, Təqsirləndirilən şəxs istifadəsində olmuş 050/518-68-28 saylı mobil telefon nömrəsinə dair məlumatlarla müəyyən edilir ki, 051/541-49-59 saylı mobil telefon nömrəsi ilə (Sabirabad RPŞ-nin əməkdaşına aid edilən) Təqsirləndirilən şəxs istifadəsində olmuş 050/518-68-28 saylı mobil telefon nömrəsi arasında 26 sentyabr 2013-cü il tarixdə, saat 10:11-də 194 saniyə və 30 sentyabr 2023-cü il tarixdə, saat 13:15-də 35 saniyə olmaqla iki dəfə danışıqlar aparılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 144-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə bu baxımdan tədqiq olunmuş sübutları təhlil edib iş üzrə ilkin olaraq dindirilmiş şahidlər Şahid1 və Şahid2 ifadələri törədilmiş cinayətin (cinayətin predmeti olan heroin və metamfetaminin aşkar olunub götürülməsi faktının) baş verməsini təsdiq edən sübutlar kimi qəbul etməklə yanaşı, həm də bu cinayətin Təqsirləndirilən şəxs törətməsini istisna edən sübutlar (əməliyyat məlumatı ilə bağlı hallar üzrə ziddiyyətli ifadələr vermələri) kimi də qəbul edir. Həmçinin məhkəmə şahidlər Daxıləli Məmmədov, Xanoğlan Məmmədov, Firuzə Məmmədova, Ləman Məmmədli, Çiçək Məmmədli, Mədinə Məmmədli, Şahid4, Samir Məmmədov, Sadiq Musayev və Rauf Həsənovun ifadələrini (Təqsirləndirilən şəxs yaşadığı evində olarkən polis əməkdaşları tərəfindən qanunsuz və əsassız tutulması, tutulduqdan sonra polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı zorakılıq hallarına yol verilməsi və törətmədiyi cinayəti etiraf etməyə Təqsirləndirilən şəxs məcbur edilməsi, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik maddələrin (heroin və metamfetaminin) ona məxsus olmaması, həmin maddələrin Təqsirləndirilən şəxs məxsus olduğunu etiraf etməyə polis əməkdaşları tərəfindən ona məcbur edilməsi, Təqsirləndirilən şəxs əvvəllər Sabirabad RPŞ-nin əməkdaşlarının qanunsuz hərəkətlərindən şikayətlər etməsi səbəbindən onun əsassız olaraq tutulmasına dair ifadələr) törədilmiş cinayətin Təqsirləndirilən şəxs aidiyyətinin olmamasını dəlalət edən sübutlar kimi də qəbul edir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsi, həm də ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi 13 dekabr 2023-cü il tarixli ifadəsi (BNMİ-nin əməkdaşları tərəfindən qanunsuz və əsassız saxlanılması, tutulduqdan sonra polis əməkdaşları tərəfindən fiziki zorakılığa, təzyiqlərə, törətmədiyi cinayəti etiraf etməyə məcbur edilməsi, üzərində aşkar edilmiş narkotik maddələrin (heroin və metamfetaminin) ona məxsus olmaması, həmin maddələrin ona məxsus olduğunu etiraf etməyə polis əməkdaşları tərəfindən məcbur edilməsi, sifarişlə həbs olunması və buna səbəb əvvəllər Sabirabad RPŞ-nin rəhbərliyinin qanunsuz əməllərinə öz etirazını bildirməsinin olmasına dair ifadələr) məhkəmə tərəfindən tədqiq edilib hüquqi qiymət verilmiş sübutlarla, yəni şahidlər Daxıləli Məmmədov, Xanoğlan Məmmədov, Firuzə Məmmədova, Ləman Məmmədli, Çiçək Məmmədli, Mədinə Məmmədli, Şahid4, Samir Məmmədov, Sadiq Musayev və Rauf Həsənovun ifadələri, eləcə də telefon danışıqlarına dair məlumatlar və digər iş materialları ilə təsdiq olunduğundan sübut kimi qəbul edir. Həmçinin məhkəmə X2 Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarına, o cümlədən DİN-nə ünvanladığı 30 avqust 2023-cü il tarixli müraciəti (... ailə üzvləri, o cümlədən oğlu Təqsirləndirilən şəxs gələcəkdə şərlənərək tutulması halının baş verməməsi üçün ailəsinin təhlükəsizliyinin təmin olunmasına dair müraciəti), eləcə də telefon danışıqlarına dair məlumatlar tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğundan onları da sübut kimi qəbul edir. Habelə məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi 03 və 04 noyabr 2023-cü il tarixli ifadələri (verilmiş ittihamda göstərilən halları təsdiq etməsinə dair) məhkəmə tərəfindən tədqiq edilib hüquqi qiymət verilmiş sübutlarla, yəni şahidlər Daxıləli Məmmədov, Xanoğlan Məmmədov, Firuzə Məmmədova, Ləman Məmmədli, Çiçək Məmmədli, Mədinə Məmmədli, Şahid4, Samir Məmmədov, Sadiq Musayev və Rauf Həsənovun ifadələri, eləcə də Şahid1 və Şahid2 ifadələri (verilmiş ittihamda göstərilən cinayətin Təqsirləndirilən şəxs törətməsinə dair göstərilən xüsusatlara aid hallar istisna olunmaqla), habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi 13 dekabr 2023-cü il tarixli ifadəsi, həm də məhkəmədə verdiyi ifadəsi ilə təkzib olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olmadığından, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin (təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər) müddəaları nəzərə alınaraq sübut kimi qəbul etmir. Eyni zamanda məhkəmə istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilməsi üçün qəbul edilmiş və məhkəmədə tədqiq olunmuş sübutları tədqiq edib həmin sübutlara da hüquqi qiymət vermişdir. Belə ki, istintaq orqanı Təqsirləndirilən şəxs 03 və 04 noyabr 2023-cü il tarixli ifadələrinə, habelə şahidlər Şahid1 və Şahid2 ibtidai istintaq zamanı verdikləri ifadələrə əsaslanaraq Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi qənaətinə gələrək ona bu maddə ilə ittiham verilmiş və verilmiş bu ittihamda göstərilir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda-9,430 qram heroini və külli miqdarda-10,740 qram metamfetamini istintaqa məlum olmayan mənbədən naməlum tarixdə, vaxtda və şəraitdə əldə edib üzərində saxlamaqla daşımış, Təqsirləndirilən şəxs qanunsuz əməli barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 03 noyabr 2023-cü il tarixdə, saat 13:35-də Saatlı şəhəri, M.F.Axundov küçəsi, D-2, ev 6 ünvanın yaxınlığında piyada hərəkətdə olduğu zaman saxlanılıb Saatlı RPŞ-nin inzibati binasına aparılıb orada həmin gün saat 15:00-dan etibarən onun üzərində şəxsi axtarış zamanı əynindəki şalvarının sağ yan cibindən bir ədəd bükümdə külli miqdarda-9,430 qram heroin və bir ədəd bükümdə külli miqdarda-10,740 qram metamfetamin aşkar edilib götürülmüşdür. Həmin ittihamda göstərilən hallarla bağlı Təqsirləndirilən şəxs şübhəli şəxs kimi verdiyi 03 noyabr 2023-cü il tarixli ifadəsində, eləcə də 03 noyabr 2023-cü il tarixli ifadədən olduğu kimi köçürülməklə yazılmış təqsirləndirilən şəxsin 04 noyabr 2023-cü il tarixli ifadəsində göstərmişdir ki, o, 03 noyabr 2023-cü il tarixdə, günorta saatlarında yaşadığı evin yaxınlığında, küçədə (Saatlı şəhəri, M.F.Axundov küçəsi, D-2, ev 6 ünvanın yaxınlığında) olarkən polis əməkdaşları tərəfindən saxlanılıb narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə əməliyyat məlumatı olduğu bildirilib Saatlı RPŞ-nə aparılmışdır. Polis şöbəsində videoçəkilişlə üzərində şəxsi axtarış zamanı özü əynindəki şalvarının cibindən iki ədəd bükümü çıxarıb polislərə təqdim etmiş, həmin bükümlərdən birinin içərisində heroinə, digər bükümdə metamfetaminə oxşar kütlələr aşkar edilib götürülmüşdür. Şifahi sorğu zamanı o, üzərində aşkar edilmiş bir büküm heroini və bir büküm metamfetamini heç kimdən almadığını, həmin maddələri tutulduğu vaxtdan təxminən iki həftə əvvəl Saatlı rayonunda təsadüfən yerdən tapdığını və maraq üçün üzərində saxladığını, bu maddələrdən istifadə etmək və ya kiməsə satmaq, vermək məqsədi olmadığını, bu maddələri tullamaq fikrində olsa da, yadından çıxıb cibində qaldığını bildirmişdir. Məhkəmə istintaq orqanın bu ittihamın verilməsinə əsaslandığı sübutları (ittihamda göstərilən halları təsdiq edən yeganə sübut kimi təqsirləndirilən şəxsin özünün əleyhinə verdiyi (sonradan bu ifadəsini təkzib etməsinə baxmayaraq) ilkin ifadələr və adı çəkilən şahidlərin ifadələri) məhkəmədə tədqiq edib belə nəticəyə gəlir ki, həmin sübutlar kifayət qədər mötəbər hesab edilə bilməz. Belə ki, şübhəli şəxs Təqsirləndirilən şəxs 03 noyabr 2023-cü il tarixli ifadəsində, eləcə də 03 noyabr 2023-cü il tarixli ifadədən olduğu kimi köçürülməklə yazılmış təqsirləndirilən şəxsin 04 noyabr 2023-cü il tarixli ifadəsində göstərdiyi-“üzərində aşkar olunmuş bir büküm heroini və bir büküm metamfetamini tutulduğu vaxtdan təxminən iki həftə əvvəl Saatlı rayonunda təsadüfən yerdən tapması və maraq üçün üzərində saxlaması, sonradan onları tullamaq fikrində olsa da, yadından çıxıb cibində qalması”na dair halları onun ibtidai istintaq zamanı verdiyi 13 dekabr 2023-cü il tarixli ifadəsi, həm də məhkəmədə verdiyi ifadəsi ilə (o, bu ifadələrində üzərində aşkar olunmuş heroin və metamfetaminin ona məxsus olmaması, həmin maddələrin ona məxsus olmasını bildirməsinə polis əməkdaşlarının məcbur etməsini göstərmişdir) tam təkzib etməsini, bu xüsusatın nə birbaşa, nə də dolayısı ilə təsdiq edən digər sübutların mövcud olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, CPM-nin 126.6-cı maddəsinin (təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər) müddəalarına əsasən Təqsirləndirilən şəxs 03 və 04 noyabr 2023-cü il tarixli ifadələrində göstərilən hallar inandırıcı (ağlabatan) və mötəbər sübut kimi qəbul edil bilməz və məhkəmə bu xüsusatları tam formal xarakterli mülahizələr kimi qiymətləndirir. Həmçinin şahidlər Şahid1 və Şahid2 ifadələrində göstərilən hallar, yəni Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatının daxil olması, Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında küçədə saxlanılması, polis əməkdaşlarının Təqsirləndirilən şəxs yaşadığı evə daxil olmaması, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı təzyiq və zorakı hərəkətlərin olmamasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Daxıləli Məmmədov, Xanoğlan Məmmədov, Firuzə Məmmədova, Ləman Məmmədli, Çiçək Məmmədli və Mədinə Məmmədlinin ifadələri (Təqsirləndirilən şəxs əvvəllər Sabirabad RPŞ-nin əməkdaşlarının qanunsuz hərəkətlərindən şikayətlər etməsi və bununla bağlı həmin polis şöbəsindən zəng edilib onun polis şöbəsinə çağırılıb tutulacağı ilə hədələnməsi və təhdidlərin olması, X6 Məmmədovun polis əməkdaşları tərəfindən şərlənərək tutulacağını güman edib ailəsinin təhlükəsizliyinin təmin edilməsinə dair 30 avqust 2023-cü il tarixdə dovlət orqanlarına müraciət etməsi, 03 noyabr 2023-cü il tarixdə, günorta saatlıranda Təqsirləndirilən şəxs yaşadığı evin içərisində-otaqda olması, həmin vaxt polis əməkdaşlarının otağa daxil olub Təqsirləndirilən şəxs tutulub aparmaları və bunun ailə üzvlərinin, o cümlədən arvadı və azyaşı uşaqlarının görməsi, polis əməkdaşların evə daxil olub Təqsirləndirilən şəxs tutmaları barədə 03 noyabr 2023-cü il tarixdə Daxıləli və Xanoğlan Məmmədovların DİNnin 102 xidmətinə məlumatlar göndərmələri və digər hallarla bağlı ifadələr), Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi 13 dekabr 2023-cü il tarixli və məhkəmədə verdiyi ifadələri, eləcə də şahidlər Şahid1 və Şahid2 ziddiyyətli ifadələri ilə tam təkzib olunduğundan məhkəmə şahidlər Şahid1 və Şahid2 ifadələrində yuxarıda göstərilən xüsusatları sübut kimi qəbul etmir. Eyni zamanda DİN-nin BNMİ-nin əməkdaşı Şahid1 adından yazılmış 03 noyabr 2023-cü il tarixli “Raport”da göstərilən hallar, yəni “Saatlı şəhəri, M.F.Axundov küçəsi D-2, ev 6-da yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə edib Saatlı rayonun ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatının daxil olması” Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış keçirilməsinə əsas kimi qəbul edilsə də, həmin məlumatda göstərilən faktların (narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə edib Saatlı rayonun ərazisində dövriyyəsi ilə məşğul olması) hansı mənbədən əldə edilməsi, bu faktların dəqiqliyi və mötəbərliyi ilə bağlı ciddi şübhəli hallar vardır, o cümlədən bu məlumatın Şahid1 və ya Şahid2 daxil olması belə şübhəlidir (məlumatın kimə daxil olması ilə bağlı Şahid1 və Şahid2 biri-birini təkzib edən ziddiyyətli ifadələr vermişlər), yəni belə bir məlumatın mövcüd olması inandırıcı deyil və belə qənaətə gəlmək olar ki, formal olaraq belə məzmunlu “Raport” yazılmaqla qeyd olunan əməliyyat-axtarış tədbiri keçirilmişdir. Ona görə də məhkəmə hesab edir ki, BNMİ-nin əməkdaşı Şahid1 adından yazılmış 03 noyabr 2023-cü il tarixli “Raport” iş üzrə ittihamyönümlü sübut kimi qəbul edilə bilməz. Həmçinin işdə olan, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 20 dekabr 2023-cü il tarixli qərarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs BNMİ-nin əməkdaşları tərəfindən fiziki təzyiqlərə və işgəncələrə məruz qalması barədə şikayəti üzrə Bakı şəhəri Nərimanov rayon prokurorluğunda araşdırma aparılmış, araşdırma zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən zorakılıq və təzyiqlərə məruz qalması faktı təsdiq olunmadığından toplanmış material üzrə CPM-nin 39.1.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 04 dekabr 2023-cü il tarixli rəyi ilə müəyyən edilir ki, ekspertiza müayinəsi zamanı Təqsirləndirilən şəxs bədən səthində xəsarət aşkar edilməmişdir. Həmin qərar və məhkəmə-tibbi ekspertizasının rəyi istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən zorakılıq və təzyiqlərə məruz qalmamasını təsdiq edən sübut kimi qəbul edilmişdir. Lakin Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 02 may 2024-cü il tarixli qərarı ilə müəyyən edilir ki, cinayət təqibi orqanı tərəfindən daxil olmuş məlumat əsasında toplanmış sübutlara düzgün hüquqi qiymət verilməmiş, toplanmış material üzrə tam, obyektiv və hərtərəfli yoxlama aparılmamış, iş üzrə düzgün hüquqi nəticəyə gəlinməsini təmin edəcək işin faktiki halları araşdırılmamış və nəticədə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə hesab etmişdir ki, Təqsirləndirilən şəxs izahatında göstərdiyi halların araşdırılması və ekspert rəyinə düzgün qiymət verilməsi üçün komisyon ekspertiza təyin edilməli, iş üzrə digər şəxslər dindirilməli, Təqsirləndirilən şəxs BNMİ-nin əməkdaşları tərəfindən işgəncələrə məruz qalması, onun evdə saxlanılan zaman, daha sonra Saatlı RPŞ-də və ora gətirilən zaman yolda işgəncəyə məruz qalması prokurorluq tərəfindən araşdırılıb yekun obyektiv qərar qəbul edilməlidir. Qeyd olunanlara əsaslanaraq məhkəmə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 20 dekabr 2023-cü il tarixli qərarı qanunsuz hesab edərək ləğv etmiş və material yenidən araşdırması üçün prokurorluğa qaytarmışdır. Elə bu səbəbdən məhkəmə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 20 dekabr 2023-cü il tarixli qərarın sübut kimi qəbul edilməsini mümkün hesab etmir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avrop Konvensiyasının 3-cü maddəsində göstərilmişdir ki, heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Boyuid Belçikaya” qarşı iş üzrə 28 sentyabr 2015-ci il tarixli Qərarında göstərmişdir ki, Konvensiyanın 3-cü maddəsi demokratik cəmiyyətin ən fundamental dəyərlərindən birini qoruyur. Həqiqətən də işgəncə və qeyri- insani və ya insan ləyaqətini alçaldan rəftar və ya cəzanın qadağan olunması sivilizasiyanın dəyəridir və insan ləyaqətinə hörmətlə sıx əlaqədardır. Hətta ən çətin şəraitdə belə, məsələn, terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə zamanı, Konvensiya işgəncə və qeyri-insani və ya insan ləyaqətini alçaldan davranışı və ya cəzanı bu davranış və ya cəzaya məruz qalan şəxsin əməllərindən asılı olmayaraq, mütləq şəkildə qadağan edir. Qeyd olunanlara əsasən məhkəmə prokurorluq tərəfindən aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki zorakılıq və təzyiqlərə, qeyri-insani rəftara məruz qalması faktının təsdiq olunmaması nəticəsinin ittiham tərəfinin sübut kimi qəbul edilməsini əsaslı hesab etmir, eyni zamanda Təqsirləndirilən şəxs işgəncəyə və ya zorakılığa məruz qalması nəticəsində etirafedici ifadə verməsinə dair müdafiə tərəfin mövqeyi əsaslı hesab edir. Həmçinin işdə olan, məhkəmə-kimyəvi ekspertizasının 24 noyabr 2023-cü il tarixli rəyi ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin aşkar edilmişdir. Barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və çətənə bitkisindən alınan təbii mənşəli narkotik vasitə hesab edilən kannabinoid aşkar edilməmişdir. Qeyd olunan bu rəy istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə sübut kimi qəbul edilmişdir. Lakin bu rəyin “qan və sidik nümunələrinin tərkibində fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin aşkar edilməsi” hisəsinin iş üzrə olan narkoloji tibbi yoxlamanın 04 noyabr 2023-cü il tarixli rəyi ilə kəskin ziddiyyət təşkil etdiyindən və rəyin həmin hissəsində olan ziddiyət (şübhələr) Təqsirləndirilən şəxs xeyrinə (Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmaması, narkomaniya xəstəliyindən əzab çəkməmə və narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmaması nəzərə alınmaqla) qiymətləndirildiyindən sübut kimi qəbul edilə bilməz. Həmçinin məhkəmə tədqiq olunmuş digər sübutlarla bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent əhəmiyyətli hüquqi mövqeyinə uyğun olaraq aşağıdakıları qeyd edir. Belə ki, “Sakit Zayidov Azərbaycana qarşı” olan iş üzrə Avropa Məhkəməsinin qərarının məzmununa əsasən, şəxsin polis əməkdaşları tərəfindən saxlanıldığından, yəni faktiki olaraq, azadlığı məhdudlaşdırıldığından və polisin tam nəzarəti altına keçdiyindən sonra onun üzərinə baxış, əslində şəxsi axtarış və götürmə tədbiri keçirilməsi arasında müəyyən və kifayət qədər müddət keçərsə, bu zaman aşkar olunan sübutun “qoyulması” ilə bağlı əsaslı narahatlıq yaranır. Bu müddət ərzində ərizəçi tamamilə polis əməkdaşlarının tam nəzarətində olması, işdə axtarışın ərizəçinin həbsindən dərhal sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halların mövcud olmaması bu zaman və bu şəraitdə əldə edilmiş sübutun mötəbərliyini ciddi şübhələr altına alır. Avropa məhkəməsinin hüquqi mövqeyinə əsasən, məhkəmələr ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin, onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını, sonra isə sübutun mötəbərliyini təkzib etmək və cinayət işi üzrə icraat zamanı ondan istifadəyə etiraz etmək üçün ərizəçiyə imkan verilib-verilmədiyini araşdırmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 34-cü bəndində izah verilir ki, Nəzərə almaq lazımdır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də bir sıra qərarlarında ibtidai araşdırma zamanı yol verilmiş digər nöqsanlarla yanaşı sübut əhəmiyyətinə malik ola biləcək (cinayət təqibi gedişində ittihamın əsaslandırılmasında istifadə edilən) predmetlərin şəxsin tutulduğu yerdə götürülməməsinə sübutun əldə edilməsi şəraitinin ciddi qüsuru kimi baxaraq belə sübutun mötəbərliyini şübhə altına alan, beləliklə də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması hüququnun pozuntusunu yaradan hal kimi istinad etmişdir. Əməliyyat-axtarış tədbiri gedişində sübut əhəmiyyətinə malik ola biləcək predmetlərin götürülməsinə zərurət yarandıqda, o cümlədən şəxs şübhəli şəxs qismində tutulduqda onun faktiki tutulduğu (yaxalandığı) yerdə üstü yoxlanılmalı, sübut əhəmiyyətli ola biləcək əşyalar aşkarlandıqda onlar götürülməli, o, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən polis qurumuna və yaxud digər orqana gətirilməli və əməliyyat-axtarış tədbirinin gedişatını və sübut əhəmiyyətinə malik ola biləcək əşyaların götürülməsini əks etdirən sənəd, məsələn, ətraflı raport və yaxud məzmunca CPM-in 247-ci maddəsində nəzərdə tutulmuş protokola analoji surətdə tərtib edilmiş “Əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında protokol” (həmin sənədlər obyektiv səbəblərdən şübhəlinin faktiki tutulduğu yerdə tərtib edilməyibsə, bunun səbəbləri göstərilməklə) şübhəli şəxs müvafiq orqana gətirildikdən dərhal sonra əməliyyat-axtarış tədbirini keçirmiş şəxs tərəfindən tərtib edilməlidir. Hazırki iş üzrə BNMİ-nin əməkdaşları tərəfindən 03 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvanda əməliyyat-axtarış tədbiri keçirilmiş və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış onun saxlandığı yerdə deyil, Saatlı RPŞ-nin inzibati binasında saxlandığı vaxtdan bir müddət sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs cinayət törətməkdə şübhəli şəxs kimi tutulduqdan və bir sıra digər prosessual qaydalar icra olundundan sonra onun üzərində müdafiəçinin iştirakı ilə və videoçəkilişlə şəxsi axtarış keçirilməklə üzərində narkotik və psixotrop maddələr aşkar edilib götürülmüşdür. İş üzrə müəyyən edilən bu halı yuxarıda qeyd edilən Avropa Məhkəməsinin Azərbaycana qarşı olan president xarakterli qərarındakı hüquqi mövqeyinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 34-cü bəndində verilən izaha əsaslanaraq məhkəmə, BNMİ-nin əməkdaşları tərəfindən 03 noyabr 2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvanda saxlanılması zamanı onun üzərində saxlandığı yerdə şəxsi axtarışın aparılmaması-sübut əhəmiyyətinə malik ola biləcək predmetlər-narkotik və psixotrop maddələrin götürülməməsi, sonradan polis şöbəsinə aparılaraq bir müddət sonra onun üzərində şəxsi axtarışın aparılması və sübut əhəmiyyətinə malik ola biləcək predmetlərinnarkotik və psixotrop maddələrin götürülməsini bu sübutların əldə edilməsi şəraitini ciddi qüsur kimi qəbul edib həmin sübutların, yəni şəxsi axtarış zamanı üzərində aşkar olunub götürülmüş narkotik və psixotrop maddələrin məhz Təqsirləndirilən şəxs aid olmasının mötəbərliyini şübhə altına alan hal kimi qiymətləndirir. Eyni zamanda məhkəmə yuxarıda qeyd edilənlərə əsaslanaraq hesab edir ki, ittiham tərəfin Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət törətməsinə dair təqdim etdiyi sübutlar mahiyyəti etibarilə əsaslı şübhələrdən kənar sübut standartlarına malik olan sübutlar deyil. Ona görə də bu sübutlar mənbəyi etibarilə mötəbər sayıla bilən sübutlar kimi qəbul edilə bilməz. Beləliklə, məhkəmə yuxarıda göstərilən sübutları və işin faktiki hallarını, cinayətin ittiham aktında göstərildiyi kimi, yəni Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsini təsdiq edən heç bir mötəbər sayıla bilən sübutun və dəlilin olmadığını nəzərə alaraq hesab edir ki, istintaq orqanı tərəfindən verilmiş bu ittihama aid sübutlar ehtimallara əsaslanmaqla yalnız mülahizə (ehtimal) xarakteri daşıyır, eyni zamanda müəyyən edilir ki, Təqsirləndirilən şəxs Sabirabad RPŞ-nin əməkdaşlarının qanunsuz hərəkətləri barədə şikayətlər etməsi səbəbindən BNMİ-nin əməkdaşları tərəfindən saxlanılmış və ona qarşı edilən zorakı hərəkətlər və təzyiq nəticəsində o, sonradan şəxsi axtarış zamanı üzərindən götürülmüş narkotik və psixotrop maddələrin ona məxsus olmasına dair etirafedici ifadə verməyə məcbur edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş narkotik və psixotrop maddələrin ona məxsus olmasına dair kifayət qədər mötəbər sübutlar olmadığından onun bu əməli qanunla nəzərdə tutulan qaydada sübuta yetmir. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 139.0, 139.0.4 və 139.0.6-cı maddələrinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçılarının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmədə tədqiq olunmuş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Cinayət mühakimə icraatın prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslığına dair meyarlarla birlikdə götürməklə baxıldıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslansın. Yalnız belə olduqda, məhkəmə CPM-nin 28-ci maddəsində ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Eyni zamanda cinayət qanunvericiliyinin və digər hüquqi aktların qaçaqmalçılıq və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama, daşıma və satma cinayətləri ilə bağlı müddəaları baxımından məhkəmə hesab edir ki, hazırki iş üzrə məhkəmədə tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qeyd olunan maddəyə əsasən cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törətdilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulmuş obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti, cinayətin obyektiv cəhəti, cinayətin subyekti, cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxtda mövcud olduğu təqdirdə törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və ya heç olmasa birinin mövcud olması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir (Azərbaycan Respublikası CM-nin 3-cü maddəsi). Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 28.1 və 28.4-cü maddələrinin müddəalarına əsasən məhkəmələr cinayət işinə həmin Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalı, cinayət prosesində cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etməli, təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdırlar. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Həmçinin şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İnsan Hüquqlarının və X7 X3 6-cı maddəsinin 2-ci hissəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Həmin Konvensiyasının 7-ci maddəsinə əsasən heç kəs törədildiyi anda milli və beynəlxalq hüquqla cinayət hesab edilməmiş hər hansı bir hərəkəti və ya hərəkətsizlik təşkil edən əmələ görə təqsirli bilinə bilməz. Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən bəraətin əsasları məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən hallardan biri olduqda, o cümlədən təqsirliliyi sübuta yetirilmədikdə (bu Məcəllənin 42.1.4-cü maddəsi) bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 55.1-ci maddısinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Beləliklə, məhkəmə cinayət işi üzrə təqdim olunmuş sübutları əlaqəli şəkildə təhlil edərək hesab edir ki, cinayət təqibi orqanı tərəfindən verilmiş ittiham üzrə Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə bəraət verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək dərhal məhkəmə iclas zalında həbsdən azad olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 350.4-cü maddəsinə əsasən bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilməsi qənaətinə gəldiyindən və cinayəti törətmiş şəxslər müəyyən edilməmiş qaldığından cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəyə mindikdən sonra baxılmış cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsini əsaslı hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və DİN-nin BMCMİ-nin maddi sübutlar otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq 9,330 qram narkotik vasitə olan heroin və qalıq 10,640 qram psixotrop maddə olan metamfetamin DİN-nin BMCMİ-nin maddi sübutlar otağında saxlanılmalıdır. İş üzrə məhkəmə xərclərinin ödənilməsindən Təqsirləndirilən şəxs azad edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 42.1.4, 344-347, 349, 350, 352-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilsin və o, Azərbaycan Respublikası adından təqsirsiz hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad olunsun. İş üzrə maddi sübutlar olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutlar otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq 9,330 qram narkotik vasitə olan heroin və qalıq 10,640 qram psixotrop maddə olan metamfetamin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutlar otağında saxlanılsın. İş üzrə olan məhkəmə xərclərinin ödənilməsindən Təqsirləndirilən şəxs azad edilsin. Azərbaycan Respublikası CPM-nin 350.4-cü maddəsinə əsasən, cinayət törətmiş şəxslərin müəyyən edilməsi və cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallar ibtidai araşdırmaya porosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(099)-27/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-27/2025
03.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver