Məhkəmə qərarları › İş №1(099)-270/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-270/2023

12.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-270/2023 12.04.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X1, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 iştirakları ilə, xx.xx.1982-ci ildə Ağcabədi rayonu Taynaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Ağcabədi rayon Taynaq kənd tam orta məktəbdə riyaziyyat müəllimi vəzifəsində işləyən, məhkumluğu olmayan, Ağcabədi rayonu Taynaq kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 178.2.2 və 32.4, 312.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə tanışı, Laçın rayonu Bozgüney kənd sakini Zərərçəkmiş şəxs2 ilə danışarkən sonuncunun qardaşı Zərərçəkmiş şəxs1 əlillik dərəcəsinə görə aldığı pensiyasının dayandırılması və növbəti müddətə pensiya təyinatı ilə bağlı sənədlərinin qəbul edilməməsi barədə məlumat aldıqdan sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, habelə Tibbi-Sosial Ekspert Komissiyasında rəhbər vəzifələrdə işləyən şəxslərlə yaxın əlaqələri olduğunu və bu əlaqələrin sayəsində müəyyən pul müqabilində istənilən şəxsin xəstəliyi ilə əlaqədar müvafiq əlillik dərəcəsi təyin edilməklə pensiya alması ilə bağlı işləri həll etmək imkanına malik olduğunu yalandan bildirib aldatmaqla, qeyd edilən məsələləri həmin dövlət qurumlarında işləyən səlahiyyətli vəzifəli şəxslərinə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Zərərçəkmiş şəxs1 xeyrinə edəcəyi hərəkətlərə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan müxtəlif məbləğlərdə pul vəsaitinin rüşvət qismində verilməsi müqabilində müsbət həll edəcəyini yalandan vəd edib sonuncunun qardaşı Zərərçəkmiş şəxs2 razılığını alıb sövdələşməklə, özünə dair inam və etibar yaradaraq bu məsələnin həll üçün ümumilikdə 1.300 manat verməsini razılaşdırıb, bir neçə gündən sonra, yəni xx.xx.2022-ci il tarixdə həmin məbləği Ağcabədi rayonu, Taxtakörpü ərazisi, Laçın obaları yaşayış massivində yerləşən “Laçın petrol” yanacaq doldurma məntəqəsinin qarşısında Zərərçəkmiş şəxs1 özündən alıb sonuncunun sənədlərini müvafiq qurumlarda qeydiyyata aldırmaqla ən qısa zamanda sonuncuya yenidən əlillik dərəcəsi təyin etdirib pensiya ayrılmasını həll edəcəyini yalandan vəd edib, həmin şəxsin xeyrinə heç bir hərəkət etməyərək, aldığı pulları şəxsi ehtiyaclarına xərcləməklə, özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib Zərərçəkmiş şəxs1 1.300 (min üç yüz) manat məbləğində ziyan vurmaqla dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar qeyd edilən şəxsin xeyrinə edəcəyi qanunsuz hərəkətlərin müqabilində özü vasitəsilə birbaşa yolla maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Zərərçəkmiş şəxs1 təhrik etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə tanışı Laçın rayonu, Bozgüney kənd sakini Zərərçəkmiş şəxs2 ilə danışarkən sonuncunun əlillik dərəcəsinə görə aldığı pensiyasının dayandırılması və növbəti 5 illik müddətdə pensiya təyinatı ilə bağlı sənədlərinin qəbul edilməməsi barədə məlumat aldıqdan sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, habelə Tibbi-Sosial Ekspert Komissiyasında rəhbər vəzifələrdə işləyən şəxslərlə yaxın əlaqələri olduğunu və bu əlaqələrin sayəsində müəyyən pul müqabilində istənilən şəxsin xəstəliyi ilə əlaqədar müvafiq əlillik dərəcəsi təyin edilməklə pensiya alması ilə bağlı işləri həll etmək imkanına malik olduğunu yalandan bildirib aldatmaqla, qeyd edilən məsələləri həmin dövlət qurumlarında işləyən səlahiyyətli vəzifəli şəxslərinə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Zərərçəkmiş şəxs2 xeyrinə edəcəyi hərəkətlərə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan müxtəlif məbləğlərdə pul vəsaitinin rüşvət qismində verilməsi müqabilində müsbət həll edəcəyini yalandan vəd edib həmin şəxsin razılığını alıb sövdələşməklə, özünə dair inam və etibar yaradaraq bu məsələnin həll üçün ilkin olaraq 1.500 manat tələb edib, sonradan bu məbləği 1.400 manata razılaşdırıb, bir neçə gündən sonra, yəni 2022-ci ilin iyun ayının ortalarında həmin məbləği Ağcabədi rayonu, Taxtakörpü ərazisi, Laçın obaları yaşayış massivində yerləşən “Laçın petrol” yanacaq doldurma məntəqəsinin qarşısında alıb sonuncunun sənədlərini müvafiq qurumlarda qeydiyyata aldırmaqla tez bir zaman müddətində Zərərçəkmiş şəxs2 yenidən əlillik dərəcəsi təyin etdirib pensiya ayrılmasını həll edəcəyini yalandan vəd edib, həmin şəxsin xeyrinə heç bir hərəkət etməyərək, aldığı pulları şəxsi ehtiyaclarına xərcləməklə, özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib sonuncuya 1.400 (min dörd yüz) manat məbləğində ziyan vurmaqla dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar qeyd edilən şəxsin xeyrinə edəcəyi qanunsuz hərəkətlərin müqabilində özü vasitəsilə birbaşa yolla maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Qabil Quliyevi təhrik etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 32.4, 312.2-ci maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Ağcabədi rayon Taynaq kənd tam orta məktəbdə riyaziyyat müəllimi vəzifəsində işləyir. 02 mart 2022-ci ildə Zərərçəkmiş şəxs1 pensiyasını yenidən bərpa etdirmək barədə vəd verərək, Zərərçəkmiş şəxs1 Ağcabədi rayonu, Taxtakörpü ərazisi, Laçın obaları yaşayış massivi ərazisində yerləşən “Laçın petrol” yanacaq doldurma məntəqəsinin qarşısında onun qardaşı Zərərçəkmiş şəxs2lə birlikdə görüşüb 1300 manat pulu və tibbi sənədləri almışdır. Pulu alarkən Zərərçəkmiş şəxs1 pensiyasının bərpa edilməsinə köməklik edəcəyini bildirmişdir. Özü Ağcabədi Rayon Mərkəzi Xəstaxanasında vətəndaş kimi baş həkimin qəbulunda olmuş, sənədlərlə maraqlanmış, baş həkimdən lazımı sənədləri toplayıb, gətirib sistemə vurulmalı olduğunu öyrənmişdir. Bu məqsədlə də Zərərçəkmiş şəxs1 sənədlərini iki dəfə sistemə yerləşdirtmiş, lakin müsbət nəticə əldə etməmişdir. Pensiyanın bərpası mümkün olmamış, hər iki halda imtina cavabı gəlmişdir. Daha sonra bu barədə maraqlanmış, ona bildirmişlər ki, Zərərçəkmiş şəxs1 gedib özəl klinikalardan birində müayinədən keçməlidir. Bu barədə Zərərçəkmiş şəxs1 də məlumat vermiş, lakin sonuncu özəl klinikaya getməmiş, Laçın şəhərinə çıxıb getmişdir. 1300 manat pulu Zərərçəkmiş şəxs1 öz ehtiyacları üçün almış, düşünmüş ki, onun pensiyasını bərpa edə biləcək. Həmin ərəfələrdə isə Zərərçəkmiş şəxs1 bir dəfə Bakı şəhərinə gedib ürək institutundan sənəd almışdır. Lakin həmin sənəddə pensiyasının bərpası üçün faiz dərəcəsi 30-da aşağı olmalı olduğu təqdirdə Zərərçəkmiş şəxs1 30 faiz çıxmışdır. Bu səbəbdən də sənəd sistemə yerləşdirildikdə imtina cavabı gəlmişdir. Bundan sonra Qabilin qardaşı Qədir də ona sənədlərinin İmişli şəhərində olduğunu, sənədləri gələndə onunla da maraqlanmasını istəmişdir. Daha sonra sənədləri gəlmiş 2022-ci ilin avqust ayında Zərərçəkmiş şəxs2 sənədləri ona təqdim etmiş, bundan bir ay sonra isə Zərərçəkmiş şəxs2lə Ağcabədi rayonu, Taxtakörpü ərazisi, Laçın obaları yaşayış massivində yerləşən “Laçın petrol” yanacaq doldurma məntəqəsinin qarşısında görüşərək 1.400 manat pulu təklikdə sonuncudan almışdır. Pulu alarkən Qədir bu işlə ciddi məşğul olmasını xahiş etmiş, o, da narahat olmamasını bildirərək, ən qısa zamanda həll edəcəyini təkrarən vəd etmişdir. O, aldığı pulu şəxsi ehtiyaclarına, əsasəndə yoldaşının onkoloji xəstəliyinə xərcləmiş, bununla bağlı heç kimə heç bir məbləğdə pul verməmişdir. Bir müddət sonra Zərərçəkmiş şəxs1 işi alınmadığına görə aralarında narazılıq olmuş, bu səbəddən də Zərərçəkmiş şəxs2 işi ilə bağlı heçnə edə bilməmiş, nəticədə o, aldığı pulları xərclədiyindən geri qaytara bilməmiş, bu səbəbdən həmin şəxslər barəsində şikayət etmişlər. Zərərçəkmiş şəxslərdən pulları alarkən bildirmiş ki, bərpa mərkəzində adam tapa bilsə köməklik edəcəkdir. Həmin pulları isə yol pulu, özü üçün və xərcləri üçün aldığını onlara demişdir. Lakin zərərçəkmişlərə konkret tanışının olması, pulları kiməsə verib iş düzəldəcəyini deməmişdir. Onlar arasında telefon danışıqları və yazışmaları olmuşdur, həmin danışıqlar özü tərəfindən aparılmış, danışıqlarını da təsdiq edir. Törətmiş olduğu əməllərindən peşmandır. Himayəsində azyaşlı uşağının olmasını, özünün müəllim işləməsini nəzərə alıb, barəsində həbslə əlaqədar olamayan cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, əvvəllər əlillik pensiyası almış, sonra isə pensiyasının müddəti bitdiyindən pensiyası kəsilmişdir. Daha sonra bu barədə yenidən müraciət etsə də ona imtina cavabı verilmişdir. Hafislə qardaşı Qədir vasitəsilə tanış olmuş, Təqsirləndirilən şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, Tibbi Sosial Ekspert Komissiyasında, habelə müxtəlif xəstəxanalarda rəhbər vəzifələrdə işləyən şəxslərlə yaxın münasibətləri olduğunu, bu münasibətlər sayəsində və müəyyən pul müqabilində əlillik dərəcəsi təyin edilərək pensiyanın ayrılması ilə bağlı işləri həll edə bildiyini deyərək onun üçün də əlillik dərəcəsinin təyin edilməsini həll edə biləcəyini Zərərçəkmiş şəxs2 bildirmişdir. X4 bu barədə məlumat vermiş, o isə razılaşmışdır. Bundan sonra 1.300 manat düzəltmiş, qardaşı Zərərçəkmiş şəxs2 vasitəsi ilə Təqsirləndirilən şəxslə danışıb 1.300 manat pulu olduğunu, bildirərək bu işi həmin rəqəmə həll etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ona bu işi həll edəcəyini vəd vermiş, xx.xx.2022-ci il tarixdə qardaşı Qədirlə birlikdə Ağcabədi rayonu, Taxtakörpü ərazisidə yerləşən “Laçın Petrol” yanacaq doldurma məntəqəsinin qarşısında Təqsirləndirilən şəxslə görüşmüşlər. Söhbət zamanı Hafis Bakıya Sosial Müdafiə Fonduna getdiyini, orada qohumunun, tanışının olduğunu, oradakı işçilərin də nömrəsini ona verəcəyini, bu işi həll edəcəyini bildirib, 1300 manat pulunu almış, aldığı pulu hansısa vəzifəli şəxsə çatdırmaq üçün Bakı şəhərinə getməli olduğunu bildirib oradan getmişdir. Lakin Hafis pulu konkret kimə aparması barədə deməmiş, Sosial Müdafiə Fondunda adamının olduğunu, pulu da ona verəcəyini bildirmişdir. Daha sonra Hafis ona Bakıya kordiologiya institutuna gedib sənədləri gətirməyini bildirmiş, o isə öz növbəsində gedib həmin sənədləri almışdır. Lakin sənədlər sistemə vurulduqdan sonra yenidən imtina cavabı gəlmişdir. Bundan sonra Hafis ona zəng edib bildirmiş ki, “Ağcabədi rayonuna gəlib, xəstəxanadan kağız almalısan, özüm getsəm 120 manat, lakin sən getsən 80 manat ödəyəcəksən”. Bundan sonra isə Hafisin onu aldatdığını başa düşmüş, çünki 1 ay 10 gün ərzində onun işini düzəltməyə vəd verməsinə baxmayaraq aradan uzun müddət keçmiş və imtina cavabları almışdır. Aldadıldığını gördükdə isə ondan şikayət vermək qərarına gəlmiş, Hafis nəticədə bu işi bu yerə gətirmişdir. Hazırda Hafis ona vurulmuş zərəri tam olaraq ödəmişdir, onunla barışır, Hafisi uşağına bağışlayır, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, qardaşı Zərərçəkmiş şəxs1 əlillik pensiyası almış, daha sonra pensiyasının vaxtı bitdiyindən pensiyası kəsilmişdir. Bundan başqa özü də səhəti ilə əlaqədar əlilliyə görə pensiya almışdır. Lakin onun da pensiyası kəsilmişdir. Səhəti ilə əlaqədar müayinə olunmaq üçün Ağcabədi rayon mərkəzi xəstəxanasına getdikdə, Təqsirləndirilən şəxs ilə tanış olmuş, onunla söhbətləşərkən qardaşı Zərərçəkmiş şəxs1 pensiyasının kəsilməsi barədə danışmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, habelə Tibbi Sosial Ekspert Komissiyada rəhbər vəzifələrdə işləyən şəxslərlə yaxın münasibətləri olduğunu və bu münasibətlər sayəsində və müəyyən pul müqabilində əlillik dərəcəsinin təyin edilərək pensiyanın ayrılmasını həll edə bildiyini demiş, əgər istədiyi təqdirdə qardaşı Qabil üçün də növbəti müddətə əlillik dərəcəsi təyin edilməsi və pensiyanın ayrılması məsələsini həll edə biləcəyini bildirmişdir. Bundan başqa bildirmişdir ki, əlində 6 dənə sənəd var, bu sənədləri keçirib pensiya təyin elətdirəcəkdir, ona və qardaşına da kömək edə bilər. Bir sənəd üçün də 1500 manat pul lazım olduğunu bildirmişdir. Daha sonra qardaşı Qabilin sənədlərinə görə onunla 1300 manata razılaşmışdır. Təqsirləndirilən şəxs də həmin məbləğlə Zərərçəkmiş şəxs1 əlillik dərəcəsinin verilməsi və pensiyanın təyin edilməsi ilə bağlı işləri tez bir zamanda həll edəcəyini vəd etmişdir. Bundan sonra o, qardaşı Zərərçəkmiş şəxs1lə birlikdə xx.xx.2022ci il tarixdə Ağcabədi rayonu, Taxtakörpü ərazisi, Laçın obaları yaşayış massivində yerləşən “Laçın petrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığına Təqsirləndirilən şəxslə görüşüb ətraflı danışaraq müvafiq vəzifəli şəxslər vasitəsi ilə pensiyanın təyin edilməsini ən geci 4-5 ay müddətində həll ediləcəyini bir daha vəd edərək onu arxayın etmiş, bu işləri həll edəcək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq işçisi ilə onu əlaqələndirib danışdıracağını, hətta işin gedişi ilə maraqlanmaq üçün mobil telefon nömrəsini verəcəyini deyərək, 1.300 manat pulu onun yanında qardaşı Təqsirləndirilən şəxs vermişdir. Pulu aldıqdan sonra isə Hafis Bakıya gedib Cəsur həkim və Gülnar həkimlə görüşəcəyini, onlarla danışıb pulu verib sənədləri keçirəcəyini bildirmişdir. Eyni zamanda VTEK-də qohumu olduğunu, onunla da əlaqə saxlayıb bu işi düzəldəcəyini, özünün bir qohumunun da həkim olduğunu, onlar vasitəsilə həll edəcəyini vəd vermişdir. Bundan bir müddət sonra Hafis ondan sənədləri gətirib verəcəyi təqdirdə, onun üçün də pensiya düzəldəcəyini bildirmişdir. 2 ay keçməmiş özündən də 1400 manat pul alaraq eyni vədləri vermişdir. Amma Hafis verdiyi vədləri yerinə yetirməmiş, heç bir iş düzəltməmişdir. Ondan pullarını və sənədlərini tələb etdikdə isə bu gün sabah edərək, nə pulları, nə də ki, sənədləri qaytarmışdır. Bundan sonra isə qardaşı ilə birlikdə prokurora şikayət etmişlər, həmin müddətdə də Hafis onları aldatmış, pullarını geri qaytarmamışdır. Nəticədə iş məhkəməyə verildi. Hazırda Hafis ona vurulmuş zərəri tam olaraq ödəmişdir, lakin onun barışmamış, şikayətçidir, məhkəmədən onun cəzalandırılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, hadisədən əvvəl yoldaşı Qabil gəlib demişdir ki, adam var pensiyasını yenidən bərpa elətdirəcək. Qarşılığında isə 1300 manat pul istəyir. Birlikdə məsləhətləşib, daha sonra Kapitalbankdan gedib öz adına 1200 manat kredit götürmüşlər. Həmin pulun da üstünü düzəldib 1300 manat olmaqla Hafis müəllimə aparıb vermişlər. Sonrası barədə isə özünə heçnə məlum deyil, bu işlə bağlı yoldaşı və qaynı danışmışdır. Lakin yoldaşının pensiyası isə düzəlməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, yoldaşının pensiyasına görə onu Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Həmin vaxt orada Hafis ona yaxınlaşıb demişdir ki, pensiya düzəltmək işi ilə məşğuldur. Ona da köməklik etməyi təklif etmiş, lakin o razılaşmamış çıxıb getmişdir. Belə ki, Hafis ona da pensiya düzəldə biləcəyini deyəndə, ona ehtiyyacın olmadığını bildirmişdir. Həmin vaxt Hafis pensiyanın 1300 manata düzəltdiyini, kağızları və pulu ona verdikdən sonra gerisinin onluq olduğunu bildirmiş, ondan mobil nömrəsini də götürmüşdür. Səhərisi gün bir də yoldaşını həmin xəstəxanaya aparmışdır. Maşını olmadığından Qədirə məxsus maşınla oraya getmişlər. Həmin vaxt da Hafisi xəstəxanada görmüş, Hafis yaxınlaşıb salam vermiş, qoltuğunda da papkalar olmuşdur. Bu zaman Qədir ondan həmin şəxsin kimliyini soruşmuş, o isə demişdir ki, deyəsən pensiya işinə baxır. Daha sonra isə oradan çıxıb getmiş, Qədir və Hafis isə özləri tanış olmuşlar. Hadisələrin sonrasından isə məlumatı olmamışdır. Lakin Qədir demişdir ki, Hafisə pul vermişik, o isə Hafisi tanımadığını özlərinin biləcəyi bir iş olduğunu bildirmişdir. Hafis onun mobil nömrəsini götürdükdən sonra isə ona iki-üç dəfə zəng vurmuş, zənglərində Hafis gah ondan borca pul verməyini, gah da pensiyanı düzəltmək üçün ona pul verməsini xahiş etmişdir. İş materiallarındakı Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ilə «Whatsapp» mobil tətbiqi vasitəsilə ilə aralarında yazışmaların foto şəkillərindən görünür ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs onu aldadıb pulunu ələ keçirdiyini, hazırda isə pulunu qaytarmaqdan yayındığını deyərək şikayət edəcəyini bildirir. Təqsirləndirilən şəxs isə ona bir qədərdə gözləməsini pulu tez bir zamanda qaytaracağına dair vədlər verərək, ondan vaxt verməsini istəyir. Qədir isə buna etiraz edərək şikayət edəcəyini bildirir. (cild 01, iş vərəqi 15-29). İş materiallarındakı zərərçəkmiş şəxs qismində tanınma haqqında qərarlardan görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs1 03 noyabr 2022-ci il, Zərərçəkmiş şəxs2 isə 07 noyabr 2022-ci il tarixli qərarlarla zərərçəkmiş şəxs qismində tanınmışlar. (cild 01, iş vərəqi 41, 55). İş materiallarındakı Azərbaycan Respublikası DİN-nin BƏSSİ-dən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. (cild 01, iş vərəqi 73-74). İş materiallarındakı elektron-maqnit daşıyıcılarında olan məlumatlara baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxslə aralarında olan danışıqlara dair səs yazılarını 1 ədəd “DVD” diskə köçürərək istintaqa təqdim edilmişdir. Həmin “DVD” diskə baxış keçirilərkən Zərərçəkmiş şəxs2lə Təqsirləndirilən şəxs arasında əlillik dərəcəsi təyin edilərək pensiya alması mövzusu ətrafında danışıq aparıldığı müəyyən edilmişdir. (cild 01, iş vərəqi 85-89). İş materiallarındakı 22 noyabr 2022-ci il tarixli maddi sübut hesab edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında “Whatsapp” proqramı üzərindən aparılan danışıqlara dair səs yazılarının əks edildiyi bir ədəd DVD disk, habelə həmin proqram vasitəsilə edilmiş yazışmaların mətnlərinin foto görüntüləri, eyni zamanda Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 adına olan “ambulator xəstənin fərdi vərəqəsi” maddi sübut hesab edilməklə, cinayət işinin materiallarına saxlanılmışdır. (cild 01, iş vərəqi 90). İş materiallarındakı xx.xx.2022-ci il tarixli Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə aparmaq haqqında protokoldan görünür ki, üzləşmə zamanı Zərərçəkmiş şəxs1 istintaqa verdiyi ifadəsini təsdiq edərək Təqsirləndirilən şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, habelə respublikanın müxtəlif xəstəxanalarında rəhbər vəzifədə işləyən şəxslərlə yaxın münasibətləri olması və bu münasibətlər sayəsində, habelə müəyyən pul müqabilində ona əlillik dərəcəsi təyin etməklə pensiya almasını həll edə biləcəyini bildirib bununla bağlı 1500 manat pul tələb etməsini, daha sonra bu məbləği 1300 manata razılaşdırmalarını və həmin pulu ondan almasını, pulu alarkən ən geci 3-4 ay müddətində bu işi həll edəcəklərini vəd etdiyini, lakin bu sahədə heç bir iş görmədiyini, Hafisin yalan danışdığını başa düşdükdən sonra pulunu dəfələrlə geri tələb etməsinə baxmayaraq müxtəlif bəhanələrlə pulu qaytarmaqdan yayındığını, hazıradək heç bir məbləğdə pul qaytarmadığını göstərərək onu ifşa etmişdir. (cild 01, iş vərəqi 106-110). İş materiallarındakı xx.xx.2022-ci il tarixli Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə aparmaq haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 istintaqa verdiyi ifadəsini təsdiq edərək Təqsirləndirilən şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, habelə respublikanın müxtəlif xəstəxanalarında rəhbər vəzifədə işləyən şəxslərlə yaxın münasibətləri olduğunu və bu münasibətlər sayəsində, habelə müəyyən pul müqabilində ona əlillik dərəcəsi təyin etməklə pensiya almasını həll edə biləcəyini bildirib bununla bağlı 1500 manat pul tələb etməsini, daha sonra isə bu məbləği 1400 manata endirməsini və həmin pulu ondan almasını, pulu alarkən ən geci 3-4 ay müddətində bu işi həll edəcəklərini vəd etdiyini, lakin bu sahədə heç bir iş görmədiyini, Hafisin yalan danışdığını başa düşdükdən sonra pulunu dəfələrlə geri tələb etməsinə baxmayaraq müxtəlif bəhanələrlə pulu qaytarmaqdan yayındığını, hazıradək heç bir məbləğdə pul qaytarmadığını göstərərək onu ifşa etmişdir. (cild 01, iş vərəqi 111-115). İş materiallarındakı Ağcabədi RİHB-nın Taynaq kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Hacıyev X3 rayonu, Taynaq kəndində qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi arvadı və xx.xx.2008-ci il təvəllüdlü qızından ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə edilir. (cild 01, iş vərəqi 121-122). İş materiallarındakı Məhkəmə-fonoskopik ekspertizasının 28 dekabr 2022-ci il tarixli 4/1722 nömrəli rəyindən görünür ki, Ekspertizaya təqdim olunmuş 1 ədəd DVD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların məzmunu aşağıda verilmiş yazılı mətnlərdən ibarətdir.  «PTT-2022001-WA0001» K1 - Qədir, deyir vurmuşam sistemə, sabahlarım bilinəcəy, indi yə bu gün ya sabah deyir bilinəjəy axşama qədər, ya da sabah bilinəjəy. Əgər cavab tam gəlsə pulun verəjək, narahat olma, hər halda sabahlarım saat yəqin ki, 3-ə kimi yekunlaşar da, elə billəm ki, 3-ə kimi cavab gələr, uzaq başı mən 3-ə kimi deyirəm də. Lap günün 2-ci yarısını götürürəm. Sabah saat 3-ə, 4-ə qədər gözlə, alınmasa narahat olma, yanı pulunu da, sənəti də. ikisini də götürüf perevod eliyəjəm saa. Verəjəm Qabil dayının pulunu da, sənətin də. Yanı özünə də demişəm, yənil saat da belə vaxt almamışam mən ayrı vaxt. İndi vurub sistemə İndi ola bilsin ki, hardasa saat nə bilim, saat 6-ya zada qədər gözdüyəjəm, bu axşam da. Alınmıyajağ da sabah saat 4-ə, 5-ə kimi də yenə gözdüyəjəm, fərq eləməsə deyəjəm qardaş, sənətimlə pulumu ver maa, camaat gözlüyür. Verəjəm Bakı maşınına götürsün gəlsin ... taxta körpüyə, yola götür. Vəssəlam. Yanı mən özünə demişdim ki, onun o günlərim, demişdim ki, 1 saat belə vaxt yoxdu ha, mən ayın axırı demişdim, Qabil dayı maa 1 gün də artırmışdı ayın 1-i demişdi. Bu gün də ayın kakraz 1-di. İndi Allah qoysa, sabahlarım saat axşama qədər gözdüyəjəm, saat 6-ya qədər. Keşdi, keşdi. Keşmədi sənətin də, pulun da verəjəm üçün kuruqunnan uşaxlara, taxta körpüdə çıxıb götürərsən, pulu da, sənəti də. çıxıf götürərsən qardaş, ikisini də Yanı bundan o yanası yoxdu bunun. Yanı bura qədər. Oldu, yaxşı, sağ ol.  «PTT-20220901-WA0002» K1 - Mənim vaxtım yoxdu, başım bir az qatışıqdı, telefonnan danışa bilmirəm. Qoy bir 1 saatdan sonra da zəng eliyəjəm, sənnən rahat, arxayın danışax. Yanımda adam-zad, səs-küy zad çoxdu deyə danışa bilmirəm, bu həyətdəyəm burda, balnisiyənin həyətindəyik, hamımız yığışmışığ bura. Qoy vaxt eliyib sənnən də danışajam ha, qardaş.  «PTT-20220907-WA0035» K1 - Yanımda yad adamlar var, Qədir, danışa bilmirəm, qırax-quraxdan eşidiilər, axşam evə gedim sənnən danışajam, yığajam telefonda ətraflı danışajam.  «PTT-2Q220907-WA0036» K1 - Məni niyə hədəliyirsən ki, sən, prokurornan, rəisnən, nə bilim, təhsilnən zadnan? Mən nağayrımİİİ adam öldürmüşəm mən, hədəliyirsən sən? Mən nağayırmışam, saa nevnəmişəm ki? Pul vermisən iş düzəltməyə, işindi düzəlmir, qaytarıb sənin pulunu verəjəm. Burda nə var ki, adam ölmüyüb a burda, nə var ki, burda?! Nədi, prokurora nəyə görə nəsə yazıb verirsən, nəynən bağlı yazıb yazıb verirsən, nə deyib yazıb verirsən ?! Bəlkə səni aldatmışam mən?! Bəlkə səni aldadıb əlinnən pulunu almamışam ha, ma deyələr ki, bunu allatmısan mən pulu özün vermisən ma ki, ala mənim işi düzəlt. Mən də düşmüşəm işinin dalına. İstər Qabıildə, istə də sən. Nədi o, Qabil dayı deyir prokurora verəjəm, sən deyisən prokurora verəjəm. Məqsədiniz məni tutdurmaqdısa biək ki, denə ki, heş pul zad da lazım döyül maa, ama imenni səni tutdurmağ isdiyirik. Bu başqa məsələ.  «PTT-20220907-WA0037» K2 - Deyirsən sənin məqsədin nədi, mənim məqsədim odu ki, maa yalannan deyirsən Boyatdanam, mənim də Boyatdan dostum var. Şəkilini atmışam Boyatdakı dosta, niyə şəkilini o saatı götürürsən? Mən, sən mənə yaxınlaşmısan ki, gəl sən pul verginən sənədləri keçirim. Hələ mənim qardaşım qızının sənədini keçirtmək isdiyirdin, nə bilim, onu allatmaq istiyirdin. Sənin məqsədin nədi? Mənim məqsədim, mən 7 aydı səni gözdəməkdi, mənim başqa məqsədim yoxdu. Mənim ama indi məqsədim, indi məqsədim, sabah düz gələjəm sənin evinə, sənin təhsil idarənə gedəjəm, məktəbinə, sənin təhsil şöbənə gedib orda da ... prokurorluğdu. Səni orda qarşılıyajam. indi görəy sən nəyə görə, sən nəyə görə, niyə maa yalan deyirsən mən Boyatdanam. Mənim Boyatdan dostum var, zəng eliyirəm deyirəm belə bir adam, deyir ki, yoxdu, şəklini at baxım. Elə atıram şəkli, o saat da niyə götürürsən qayıdıb. Düz adamsansa, şəkli qoymusan statusuna niyə o saat götürüb silirsən? Ama sənin şəklin məndədi. Mən o saat da səni verdim oranı tanıyıram, orda adamlar, mənim tanışlarım çoxdu, dostlarım. Hamısı sənnən səhər görüşəjəy, nətər söhbət eliyəjəylər? Sənə nətər deyəjəydilər sözün-söhbətin, sən helə hərəkət eləməynən heş nə, eliyə bilmərsən, yadında qalsın.  «PTT-20220907-WA0038» K2 - Mən səni tutdurası olsaydım, 2 ay, 5 ay bundan qabaq tutdurardım. Mən səni tutmaq məqsədində döyüləm. Sənin yalan danışmaq məqsədin odu ki, mənə niyə yalan danışırsan, mən Boyatdanam? Niyə yalan danışırsan? Kişisən düz danış, yerini düz de, ünvanını düz de. 5 aydı, mənim məqsədim döyül e, sənin məqsədin nədi, 5 aydı məni nə, 7 aydı məni niyə fırladırsan? Mənə 1 ay 10 gün demisiz, 1 ay 20 gün, özü də sən mənə yaxınlaşmısan ki, gətir sənətini düzəidim. Pulunu ver səni ... Hələ mənim qardaşım qızının sən sənətini alıb düzəltməy isdiyirdin ... qaytara bilmə. Ona 10 dəfə zəng eləmisən ki, ... gəi pulu al ver maa, mən sənin işini düzəldim. Səni ona görə tutduracam səni. Səni bax, imenni ona görə. Heç o pulun da 1 qəpik də lazım döyül. O pulun 2 qatını vermək istiyirsən də prokurora, məhkəməyə sənin başına oyun açajam. sən onu bilginən.  «PTT-20220907-WA0039» K1 - Prakurora nə deyəssən ki, deyəssən ki, rüşvət vermişəm iş düzəltməyə, düzəltmir mənim işimi? Valla mən də sana davaynan mən gəlib saa yalvar-yapış eliyib səni alladıb almamışam a. Sən dedin ki, pulunu verim mənim də işimi düzəlt. Burda ayrı nə var ki? Prokurorluq bizim nə işimiz var ki? Nəyə görə prokurornan məni hədəliyirsən? Qabil dayı hədəliyir, sən hədəliyirsən, ay prokuror, nə prokurordu e bu, prokurora işlıyirsən? Polis rəisinə işliyirsiniz? Nə prokurordu bu, kişi döyüləm mən?! Mənnən öpzümnən söhbət elə də. Məni niyə prokurornan, rəisnən hədəliyirsən ki, məni? Mənnən söhbət eliyəmmirsən ki, mən yəni prokurora versən, rəisə versən, məktəb dırektoruna verirsən, təhsil şöbəsinin müdürünə verirsən, xeyirdimi? Sözün varsa sözünü maa denən dana. Mən insan döyüləm mən? Sən havaxt dedin sənnən söhbət eləmədim ki, mən? Mənə sən prokurornan, rəisnən hədə-qorxu gəlirsən sən maa? Yiyəsiz döyüləm a mən də. Dərə var, divan var, qanun var, qayda var. Ona deməkdi e, o nə deməkdi? Yoxsa elə sənin xasiyyətin budu?  «PTT-20220907-WA0040» K1- A qardaş, saymıyıb, sana hörmətsizliy eliyib nağayırmışam mən, sənin qadan alım, sənin o bir balana qurban olum. Saa mən hörmətsizdiy eliyib nağayırmışam, de görək? Bəlkə sənnən aramnan su keşmiyif. Sən Qabil dayıya görə mənnən inciyirsən. Mən sənnən mənim aramda nə söz- söhbət var ki, saa mən neynəmişəm ki, başına dönüm sənin Qədir, niyə elə danışırsan? İndi nəyəsə ajığın tutuf, hirsdənmisən, indi mən Allahnan danışağ da, mən saa neynəmişəm ki? Axı sənnən mən, bəli, xeyir, aycannan başqa nə cür danışmışam ki, mən sənnən? Harda sənin xətrinə dəymişəm ki, mən?  «PTT-20220907-WA0041» K2 - Hafiz, mən işverən döyüləm. Məni Laçın rayon bütün hamı tanıyır. Məni hamı bilir, mən kiməm. Mən iş verəsi olsaydım, mən Qabili budu 1 aydı .. səni bu vəziyyətdə yubatmzdım ki, Qabil, düzələjək, filan, bəsməkan, indi gözdə, bi az da gözdə, bir az vaxt ver. Ama, ama mən işverən döyüləm. Ama sən, sən o pulu gəlib mənnən taxta körpüdə götürmüsən, mənnən taxta körpüdə götürmüsən. Mən da sabah sənəmə gələjəm ora. Mən özü də heş kimnən gəlmiyəjəm, mən tək gələjəm. Mən heş kəsdən də qorxmuram, çəkinmirəm, utanmıram. Tək gələjəm düz sənin evinə, sənin təhsilin, ora hamısı gələjəm. Orda sənnən söhbət eliyəjəm mən. Niyə kişisənsə də, telefonu aşgınan, telefonnan söhbət eliyək. Demirsən belədi? Aş telefonu söhbət eliyək. Nə var ki, orda. Səndə yoxdu günah, məndə yoxdu. Aş telefonu, görək günah kimdədi. Onnan sonra söhbət eliyərik.  «PTT-20220907-WA0042» K1 - Qədir, mənə zəng vur, konturum yoxdu mənim. Maa zəng vur da, işim var sənnən. Bir kəlmə zəng vur.  «PTT-20220907-WA0043» K1 - Qədir, niyə zəng eləmədin ki?  «PTT-20220907-WA0045» K1 - Qədir, demişdim ki, zəng eliyəjəm, saa iki dəfə zəng vurdum, götürmədin. Bir dəfə də mesaj yazdım, aşmadın telefonu. Da indi burdan beləsini özün bil. Səhər Allah qoysa, görüşərik.  «PTT-20220908-WA0000» K1 - Qabil dayıya da denən, məni ayın 16-na qədər gözdüyün Qoyun o sələm şeyi də pensiyeynən şey yeklənsin, maaşda yüklənsin, onun üstünü yığsınlar gətirim topa pulunuzu verim sizin. İndi işdər düzələjək, sora yenə də qaytarıb verəssən, prablem döyül, burda elə adam ölmüyüf ki. İmkan varsa gözdə məni. Da indi bura qədər mən dedim saa, xaiş də elədim. Nə bilim sən o bir oğlunun canı güman yerin varsa elə, güman yerin yoxdusa eləmə mana, nə deyirəm saa. İmkanın varsa maa 16-na kimi şans ver, köməy elə, pulunu tapım verim. Köməy elə maa. Mən də saa ağız açıram ki, maa köməy elə, 16-na kimi məni gözdə pulunu verəjəm. Vəssalam. Gejən xeyrə qalsın.  «PTT-20220908-WA0001» K1- İmkan varsa Qdəir, 16-na kimi maa bir şans ver. Qoy vayenninin pulu zadı keçsin sənin pulunu topa verəjəm özünə. Yəni birəz səbirri ol, onsuzda 6 aydı gözdəmisən, səbirli ol, ayın 15-nə də/// büyün ayın 9-du. Nə qalıf ki, ayın 15-nə, 16na. Vayenniynən pensiyalar keçən kimi Allah qoysa getif götürüf, topalayıf gətirif verəjəm pulu. Yəni ona qədər də əlimdə pulum da yoxdu. Heş kəs heş kəsə bu saat elə bir vaxtdı ki, bir manat da vermir. Yəni məsləhətdi gözdüyün insannıx xətrinə gözdə, yox məsləhət döyülsə də genə də qardaş get nə bilirsən onu da elə başına dönüm.sənin. Yəni belə pis çıxmasın e, nə bilirsən onu da elə deyəndə. Yəni pul tapa bilmirəm də, yəqin ki, şikayət verəssən, o cəhətdən deyirəm ki, get şikayətini elə. Amma gözdüyürsənsə ayın 16-na kimi gözdə məni.  «PTT-20220908-WA0002» K1 - Qədir, axşamın xeyir olsun. Qədir, Ağcəbədinin Salmanbəyli kəndində də, bir də Bərdənin dördyolunda iki dənə prasentə pul verəri var, faizə pul verillər da, 10 faiznən, onun ikisiynən da əlaqə saxladım, sizdən sonra bəyax. İkisi də deyir ki, vayenninin puluynan pensiya keçəndə üstün gətirif verillər, pul yığılır, onda verə bilərəm də. Mənə də 3000 manat pul demişəm ollara. Salmanbəylidəki də deyir vayenninin pulu keşsin, pensiya keşsin, Bərdədəki, dördyoldakı da deyir vayenninin pulu keşsin, pensiyanın pulu keşsin verək. Yəni açığın deyirəm də mən sənə. Sabax sənətdəri verəjəm saa 100 faiz çatdırajam, onu gəlif görüşüf verəjəm sənətdəri özünə. Amma pul məsələsi məni ora qədər gözdüyə bilərsən? Belə deyək də hardasa ayın 16-na qədər. Əgər gözdüyə bilmirsənsə, imkan yerin yoxdusa, onnan sora get şikayət elə. Nə bilirsən get elə qardaş, taa uje mən heş nə deyə bilmərəm saa. Mən özüm də tıncıxmışam, bezmişəm uje, dilxorçuluxdu. Yəni ama gözdəmək mümkündüsə insannıx xatirinə o pensiyaynan maaşdar verilənə qədər gözdə, qoy o vayenninin pulu keşsin, onnan sora mən o pulu alım gətirim verim saa. Yəni bir dəyqə mənim əlimdə nağdı 3000 manat pul yoxdu ki, onu gətirəm verəm saa, sənin qadan alım. Yəni o faiz verənnər də ki, olar niyə ləngiyir, qoy deyim də orasını da, yəni bu dəyqə qızılım oısa aparıf verif günü sabah götürərəm e, ancax mənim qızılım yoxdu. Mənim yoldaşımın olan qızılını da o vaxtı uşax xəsteydi hamısını satdıx xəşdədik uşağın yolunda getdi. Həm də o zalox qoymağa mənim bir şeyim yoxdu. Mənim güjüm çatan maaş kartımdı, hə o da deyir ki, çerezçerez tanışnan o da deyir ki, şeynən vayenninin pulunnan pensiyalar keşsin, onnan sora üstü yığılsın, mən elə pul verə bilərəm, yəni bəri başdan helə levi pul vermillər. Mümkün yerin varsa gözdə ayın 16-nə qədər, yəni vayenni də keçəjək 16-na qədər, pensiyalar da keçəjək 16-na qədər. Onda verəjəklər. istiyirsən elə lap onda gətirim o ikisinin də pulunu pütöy verim, sənin də pulunu verim də. 1400 manat sənin pulunu verim, 1300 manat döyüldü Qabil dayının pulu? Lap o 2000 manat gətirim Qabil dayıya verim, burda nə var ki, da. Yəni mən 3000 manat pul götürəjəm, mən 3000-i gətirib verəjəm sizə, deyim qardaş ala da indi Allah özü eləsin ki, düzəleşsin, bəlkə elə düzələjey Allahın köməkliyiynən qaytarıb mən helə artıxlamasıynan alajam mən sizdən bu pulu. Yəni ama vəziyyət bu yerdədi. İmkanın var gözdə 16na qədər, mən də tıncıxıram, pul tapa bilmirəm, prablem yaranır məndə də. İmkanın yoxdusa da yenə də get şikayət elə. Mən ayrı heş nə də saa deyə bilmirəm. Amma insani/// insannıx xətrinə gözdüyə bilirsənsə ayın 16-na kimi gözdə, qoy vayenninin pulu da keşsin, pensiya keşsin, sənin pulunu gətirim verim mən. Sabah da amma sənətdərini verimi özünə, ayın 16-na kimi də gətirim sənin o nə almışamsa 1300 birdi, 1500/// 1400 birdi də. 2700 manat puldu. 300 manat da qoyajam ordan üstünə. 3000 manat gətirif saa pul verəjəm pensiyaynan vayenninin maaşı keşsin. Yəni onnan başqa ayrı güjüm çatmır da səni aliadıram ki, sabahlarım sənin gətirif pulunu pütöy verəjəm, yəni sənnən aralaşannan sora bəyax danışannan sora mən bir 50-60 adamnan əlaqə saxlamışam pulnan bağlı ki, prasentə pul, ya borş kimi, ya belə demişəm ki, mən vermişəm pulu iş görməyə yəni kimsə də mənim qarşıma kötüyü yummalıydı ki, qardaş düzəlmiyəjəy, pulunu verəjəm. Yanı kimisə gedif məjbur da eliyəmmirəm. Onnan mənim elə bir danışığım da olmuyuf ki, yox tez elə iş düzədi-düzəlmədi mənim pulumu qaytar ver. Mən onu hardan olur olsun tapıf verməliyəm saa. Elə maa iş gətirsə da eləməliyiy onu. İndi yenə deyirəm baş ağrısı olmasın mümkünün varsa gözdə ayın 16-nı gözdə. Mümkünün yoxdusa yenə gözdəmə. get nə bilirsən onu da elə. Amma sabahlarım sənətdərini Allah qoysa 100 faiz çatdırajam sənin özünə. Pulu gözdüyə bilirsənsə 6-na kimi bir şans ver maa. İmkan varsa şans ver.  «PTT-20220908-WA0004» K1 - Qədir gözdə, qoy görək bu işdəri nətər eliyə bilerik, ayın 21-də sənin kamissiyandı, 21-nə qədər də görək o kişinin sənəti cavab gələjək-gəlmiyəjəksə, onnan sora sənin pulunu da Qədir/// Qabil dayının pulunu da topalıyıf verərəm.  «PTT-20220908-WA0005» K1 - Hədə-qorxu gələ-gələ maa, hədə-qorxu gələ-gələ ayyİİİ nədi e, bu hədəqorxudan gəlirsən, direxdura deyəjəm, təhsilə deyəjəm, prakurora deyəjəm, rəisə deyəjəm, sora da deyirsən ki, maa belədi-elədi. Ə, direxdura söydürəssən maa, direxdur kimdi ki, mənim işimə qaçır, ya təhsil kimdi ki, mənim işimə qaçır?! Mənim özüm şəxsi bir adamam. Mənnən kimin nə işi var ki?! Ə, da istəmirsənsə nə sənəti nə pulu, fikrin tutdurmaxdısa, pajalusta get tutdur. Mən sana heş nə etiraz demirəm. Get tutdur! Amma imkan ver işimi qoy görüm də. Səni and verirəm Allaha imkan ver, qoy işimi görüm. İmkan ver maa.  «PTT-20220908-WA0007» K1 - Qardaş, mən həkimə zəng vurub dedim də. Dedim bu vətəndaş sənnən görüşmək istiyir. Deyir sən maa dedin ki, mən arxeyinəm, mən otveçatam, mənim qohumlarımdı, mənim tanışdarımdı. Camaatı mənim yanıma nəyə yığıb gətirmisən. O boyda idarənin içində hər tərəf kamera, nəyə gətiribsən mənim yanıma. Saa dedim axı problemli işi mənnən uzağ elə. Mən də dedim ki, problemli döyül e, vaxt uzanıb deyənə belə///Deyir ay qardaş, hələ bu adamın sənətinin sənin maa dediyin vaxt çatmıyıb, bu nəyə gəlib mənim yanıma. Dedim özünnən ötrü gəlmir e, qardaşınnan ötrü gəlib sənin yanına.  «PTT-20220908-WA0008» K1 - Deyirəm də, yiyə durmur. Deyir lazım döyül. Gətimisən, sən/// Deyirəm, deyir ki, sən mənnən belə söhbət eləmisənsə kişi kimi, maa denən. Deyirəm ki, yox, mən dedim ki. mənim qohum-əqrəbamdı, tanıdığım insannardı. Deyir noldu, tanıdığın insannar niyə diriyillər ki, səni, nə məsələdi? Deyirəm dirəmir e, bu adam öz sənətinnən ötrü narahat döyül, qardaşının sənətinnən ötrü narahatdı. Söhbət budu. Sən də dirənmisən ki, belədi. O da maa belə dedi. İndi mən qalmışam pis vəziyyətdə. Sən məni qoyursan pis vəziyyətə özü də, heç kəs yox.  «PTT-20220908-WA0009» K1 - Gözdə, ayın 21-in gözdə. Qoy görək o kişidən də, səninkinnən də bir səssorax çıxmasa, onnan sora sənin pulunu qoymuyajam ləngiyə. Mən tapıf hardan olur-olsun, nə yolnan olur- olsun alıf gətirif verəjəm. Heç olmasa qoy görək nolur. Hələ sənin vaxtına da var. Dirəşmisən ki, istəmirəm. Qabaxcadan deyeydin də maa onu sən, Allah saa köməy olsun. Onu qabaxcadan deyeydin də maa. İndi sənin hələ işinin heç nə əvvəlidi, nə axırı, dirənmisən ki, mən də istəmirəm, mənim də pulumu qaytar ver. Bə mən də ora-bura sənəd səpələmişəm, söz vermişəm, söz demişəm. İş qurub qoşuram. Qoy görüşək də. Elə birininki düzəlmiyəndə, o birsi də düzəlmir? Bəlkə elə səninki düzələjək? Nə bilirsən? Bəlkə elə onunku düzələjək, səninki düzəlmiyəjək, nə bilirsən? Bir gözdə hələ bir. Bir ayın 21-nə///Onsuz da indiyənə qdərə gözləmisən dana gözlə, nolar ki.  «PTT-20220908-WA0010» K1 - (söyüş) da məni bağışda, ayın 22-nə qədər gözdə, alınmasa verəjəm bir yerdə. Vəssəlam, qutardı çıxdı getdi. Da məni məjbur elədin, axırda o söyüşü söyüm mən.  «PTT-2Ö220S08-WA0011» K1 - Saa sən öl demirəm, özüm ölüm, sabahlarım Allah qoysa mütləq sənnən görüşəjəm. Ya Ağcabədidə zəng eliyəjəm gəl, ya gələjəm Taxta körpüyə. Görüşəjiyin. Bax, mən ölüm dedim gələjəm, narahat olma.  «PTT-20220908-WA0012» K1 - Vaxtı bilmirəm nə vaxt, amma gün ərzində səbalarım sənnən görüşəjəm. Narahat olma.Çalışdığım qədər tez görüşəjəm sənnən.  «P7T-20220910-WA0000» K1 - Qədir, salam. Qədir, özünün şəxsiyyət vəsiqənin üzün at maa o üzdü, bu üzdü. Əziyyətdən keçib. Qabil dayının da şəxsiyyət vəsiqəsin at maa o üzdü, bu üzdü. İstiyillər onu. Büyün mütləq olları at maa iksin də, başına dönüm sənin. Özünün vəsiqəni də, Qabil dayınınkın da. İksin də o üzdü, bu üzdü çək at maa başına dönüm, vatsapnan təcili. Zəng vurub onu mənnən istiyillər iksin də, qadan alım sənin. Puldan da narahat olma. Allah qoysa bibioğlunun yanına gəlmişəm bura demişəm. Büyünnərim Allahın köməkliyiynən ötürəjəm karta, saa da zəng vurub deyəjəm, orman arxayın ol. Amma təcili maa vəsiqələrin surətin at maa iksin də.  «PTT-20220910-WA0001» K1 - Qədir, qadan alım, o vəsiqələri at maa e, zəng vururlar. Sənin başına dönüm, oları at maa.  «PTT-20220910-WA0004» K1 - Qədir, özününkün də at qadan alım, özününkün də at, buları göndərdim.  «PTT-20220910-WA0007» K1 - Qədir, salam. Qədir, yalan məsələsi döyül e. Mən rayonnan 17 manat pulnan gəlmişəm Bakıya. Ba, and olsun Aliaha, bir 4-5 nəfərə demişəm. Mamamoğlu Dərnəgül bazarındadı. Ona da xahiş eləmişdim, o kraska dükanı zad işdədir. İndi demişəm ki, maa pul topaliyin verin, təcili vacib lazımımdı də. indi işdən hamısı yavaş-yavaş saat 5-dən, 6-dan sora yavaş-yavaş çıxajaxlar Hamı gələjək xarabasına. Danışıb bitişib eliyib hamısınnan yığıb topalıyajam. Birinnən 300, birinnən 500, birinnən 200. Tapıb topalıyıf kartın da məndədi, atajam kartına. Narahat olma. Beyjə saat 11-də aldırsam onun hamısın, saat 11-də də gənə vurajam onu sənin kartına. 1 saatdan sora alınsa gənə 1 saatdan sora vurajam karta. Yarım saat olsa gənə yarım saata vurajam karta. Yanı mən bura qayıdıf gəlmişəm ki, onu tapım verəm saa da. Biz söz danışdıq kişi kimi. İndi mən də onu kişi kimi də vurajam sənin kartına. Yanı burda başqa bir şey yoxdu e. Allatmaq söhbəti döyül e, pul söhbətidi. Narahat da olma. Yığışax hamımız bir yerə, yığışajam bir yerə, bulların hamısında var. Hərəsinnən bir az alıf tapıf topalıyıf vurajam getsin, narahat olma. Allaha and olsun, o bir qızımın tək canı üçün dədəmin goru haqqı, narahat olma. Vurajam karta, götüreyssən, arxeyin ol. Bir az səbirri ol, qoy tapım topalıyım vurum karta da, başına dönüm sənin. Ekspertizaya təqdim olunmuş 1 ədəd ‘Kodak’ markalı DVD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində «K1» kimi işarə olunmuş diktorun səsi və nitqi - X2 məxsusdur Ekspertizaya təqdim olunmuş 1 ədəd «Kodak» markalı DVD diskdə olan mübahisəli fonoqramlardakı danışıqlarda 2 nəfər kişi cinsinə məxsus şəxs iştirak etmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 300 manat təşkil edir. (cild 01, iş vərəqi 124-131) İş materiallarındakı xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 əməlində rüşvət vermə cinayət tərkib hissəsi olsa da cinayət qanunun müdəalarının qüvvəsinə görə onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 barəsində cinayət işinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərində Ağcabədi RMX-nin direktor müavini, baş həkimi Təranə Məmmədovanın və hər hansı digər şəxsin iştirakı müəyyən edilmədiyindən həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. (cild 01, iş vərəqi 136-156). İş materiallarındakı 11 yanvar 2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vərəqi 180-181). Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi dəlillər: zərərçəkmiş şəxslərdən pulları alarkən bərpa mərkəzində adam tapa bilsə köməklik edəcəyini bildirmiş, həmin pulları isə yol pulu, özü üçün və xərcləri üçün aldığını onlara demiş, lakin zərərçəkmişlərə konkret tanışının olması, pulları kiməsə verib iş düzəldəcəyini deməmişdir. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi dəlillərin qiymətləndirilməsi: Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərilən həmin xüsusatlar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən zərərçəkmiş şəxslərin və şahid ifadələri, ekspertiza rəyi, maddi sübutlar, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxslə aralarında olan danışıqlara dair səs yazıları, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 32.4, 312.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi, əməllərində cinayət tərkibinin olması, bununla da onun təqsirliliyi tam sübuta yetirilmişdir. İbtidai araşdırma orqanı tərəfindən onun əməlləri düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayətləri törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmış, özünün qismən etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, aparılmış istintaq hərəkətlərinin protokolları, ekspert rəyi, maddi sübutlar, habelə iş üzrə digər mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxsin təqsirli bilindiyi dələduzluq cinayəti talama cinayətlərinin bir növü olmaqla aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və bu zaman əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu təqsirləndirilən şəxsə onun yalanlarının təsiri altında və ya ona olan inamının, etibarının təsiri altında könüllü olaraq verir. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 saylı qərarının 1-ci bəndində qeyd olunur ki, etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olsun. Bu cinayətin özünəməxsusluğu ondan ibarətdir ki, mülkiyyətçinin əmlakı özgəninkiləşdirməsi və onu cinayətkara verməsi zahiri cəhətdən könüllü görünür. Faktiki isə təqsirkar aldadaraq və ya etibardan sui-istifadə edərək zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur. Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-in 32.4, 312.2-ci maddəsi ilə təqsirləndirilməsi ilə bağlı qeyd edir ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 saylı qərarının 36-cı bəndində qeyd olunur ki, dələduzluq cinayətlərinə dair işlərə baxarkən məhkəmələrin diqqəti bu əməllərin vəzifəli şəxslər, habelə rüşvətxorluqda vasitəçilik etmə adı ilə dələduzluq etmiş (“rüşvətxorluqda yalançı vasitəçi”) şəxslər tərəfindən törədilməsinə cəlb edilsin. Məhkəmələrə izah edilsin ki, dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs qısa və ya uzun müddətdən sonra həmin əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən, buna nail ola bilmir. Rüşvət vermə və ya rüşvət verməyə cəhd etmə cinayətlərinin törədilməsi zamanı isə şəxs tərəfindən istər vəzifəli şəxsə, istərsə də rüşvətxorluqda vasitəçilik etmiş və ya rüşvətxorluqda vasitəçilik etmək adı ilə dələduzluq etmiş şəxsə verilmiş pul, qiymətli kağızlar və ya sair maddi nemətlər ona məxsus olmuş əmlakdan artıq rüşvətin predmetinə çevrilir və həmin şəxs bu maddi nemətlərin nə vaxtsa qaytarılmasını yox, rüşvətin müqabilində onun xeyrinə vəzifəli şəxs tərəfindən qanuni və ya qanunsuz hərəkətin (hərəkətsizliyin) edilməsini gözləyir. Şəxs, o cümlədən müvafiq səlahiyyətləri olmayan vəzifəli şəxs rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdə və vədinə əməl etmək niyyətində olmayaraq pul və ya sair nemətləri ondan alıb ələ keçirdikdə onun əməli həm dələduzluq (CM-nin 178-ci maddəsi), həm də rüşvət verməyə təhrik etmə (CM-nin 32.4,312-ci maddələri) kimi qiymətləndirilir. Azərbaycan Respublikası CM-nin 32.4-cü maddəsinə əsasən ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət törətməyə sövq edən şəxs təhrikçi sayılır. Təqsirləndirilən şəxs törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddələrinə əsaslanmaqla cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onların islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs vurulmuş zərəri könüllü olaraq zərərçəkmiş şəxslərə ödəməsi CM-nin 59.1.13-cü maddəsinə əsasən, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, əməlini etiraf edib, səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş Zərərçəkmiş şəxs1lə barışmasını, himayəsində yetkinlik yaşına çatmayan bir uşağının olmasını isə CMnin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 32.4, 312.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olduğu üçün ona həmin maddələrlə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, «Məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Təqsirləndirilən şəxsin ittiham olunduğu maddələrin sanksiyasında azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulsa da, qanunun yuxarıda şərh edilən tələbləri baxımından eləcə də, törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla yanaşı, barəsində olan yüngülləşdirici halları, xüsusilə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə vurulmuş zərəri tamamilə ödəməsini, Zərərçəkmiş şəxs1lə barışmasını, himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını, təqsirləndirilən şəxsin səmimi peşman olaraq islah olunması davranışları göstərməsini, eləcədə Təqsirləndirilən şəxs hazırda Ağcabədi rayon Taynaq kənd tam orta məktəbdə riyaziyyat müəllimi vəzifəsində işləməsini, özünün pedaqoji fəaliyyətlə məşğul olub, hər hansı bir kriminal keçmişinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini nəzərə almaqla məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını real surətdə çəkməsi cəzanın məqsədlərini təmin edə bilməz. Belə ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı real surətdə çəkilməsi CM-nin cinayət məsuliyyətinin ədalət və humanizm prinsiplərini nəzərdə tutan 8 və 9-cu maddələrinin tələblərinə ziddir və cəzanın bu cür çəkilməsi onu, eləcə də ailəsini ciddi məhrumiyyətlərə düçar edər, onu cəmiyyətdən təcrid etmədən də islah etmək mümkündür, buna görə də məhkəmə təqsirləndirilən şəxs barəsində CM-in 70-ci maddəsinin tətbiqini mümkün hesab edir. CM-nin 70-ci maddəsinə əsasən, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq olunması barədə qərar çıxara bilər. CM-nin 70.3-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs şərti məhkum edilərkən sınaq müddəti təyin edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, CM-nin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini və iş yerini dəyişdikdə bu barədə onun davranışına nəzarət edən orqana məlumat vermək vəzifəsi qoyulmalıdır. Onun davranışı üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Ağcabədi Rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Habelə, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlak müəyyən edilmədi. Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında “Whatsapp” proqramı üzərindən aparılan danışıqlara dair səs yazılarının əks edildiyi bir ədəd DVD disk, habelə həmin proqram vasitəsilə edilmiş yazışmaların mətnlərinin foto görüntüləri cinayət işinin materiallarında saxlanılmalı, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 adına olan “ambulator xəstənin fərdi vərəqəsi” isə müvafiq olaraq Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 qaytarılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq H ö km etd i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 32.4, 312.2-ci maddələrində nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinsin və ona CM-nin 178.2.2-cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 32.4, 312.2-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə, Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini və iş yerini dəyişdikdə onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi Ağcabədi Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında “Whatsapp” proqramı üzərindən aparılan danışıqlara dair səs yazılarının əks edildiyi bir ədəd DVD disk, habelə həmin proqram vasitəsilə edilmiş yazışmaların mətnlərinin foto görüntüləri cinayət işinin materiallarında saxlanılsın, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 adına olan “ambulator xəstənin fərdi vərəqəsi” isə müvafiq olaraq Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 qaytarılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar