Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-270/2024 24.01.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri X7 (sədrlik edən və məruzəçi), X9 və X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi Elbrus Əlisahib oğlu Mikayılovun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, - Təqsirləndirilən şəxs (xx xxxxx 1983-cü ildə Ukrayna Respublikasının Dovropolı Ray şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, qəssab işləmiş, əvvəllər məhkum olunmamış, Sabirabad rayonunun Bulaqlı kəndində qeydiyyatda olmaqla orada yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, videokonfrans əlaqə sistemi, habelə “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan külli miqdarda- 11,040 qram çəkidə narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində bir ədəd sellofon torbacıqda saxlamış, 11 sentyabr 2023-cü il tarixdə, saat 22:05də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad rayonunun Bulaqlı kəndində saxlanılaraq Sabirabad şəhəri, H.Əliyev prospekti 92 ünvanında yerləşən Polis şöbəsinə gətirilmiş, şöbənin inzibati binasında həmin tarixdə, saat 22:45-də üzərində şəxsi axtarış aparılan zaman əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd sellofon torbacıqda, təmiz çəkisi- 11,040 qram olan həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, Sabirabad rayonunun Bulaqlı kəndində ailəsi ilə birlikdə yaşamışdır, himayəsində iki azyaşlı uşağı var və arvadı hamilədir. Özü rəsmi olaraq heç bir yerdə işləməsə də, yaşadığı kəndin ərazisində yerləşən mağazada qəssablıqla məşğul olmuş, gündəlik ət satmaqla çörək pulu qazanıb ailəsini dolandırmışdır. Narkotik vasitələrdən heç vaxt istifadə etməmişdir. Yaşadığı kənddə onu ibadət əhli kimi tanımışlar. 2006-cı ildən bir müsəlman kimi namaz qılıb məscidə getmiş, kənddə dini dərslər keçmiş, dini mövzularla bağlı verilən sualları cavablandırmışdır. Heç vaxt heç kəsə pislik etməmiş, çirkin əməllərdən uzaq durmuş, dövlətin qanunlarına tabe olmuşdur. 11 sentyabr 2023-cü il tarixdə, axşam saatlarında yağışlı bir gündə özünə məxsus velosipedlə işlədiyi ət dükanından evinə gedərkən, yaşadığı evin yaxınlığında Sabirabad Rayon Polis Şöbəsinin bir neçə əməkdaşı qabağını kəsib, kənddə dini dərslər keçib-keçmədiyini soruşmuş, sonra isə əlinə qandal taxaraq maşına mindirib polis şöbəsinə aparmışlar. Polis əməkdaşları ilə mübahisə etməmiş, onlara inanaraq şöbəyə getməyə razı olmuşdur. Polis şöbəsində bir neçə sualı cavablandırdıqdan sonra sərbəst buraxılacağını düşünmüş, lakin hər şey başqa cür olmuşdur. Müstəntiq onu dindirməmiş, polis əməkdaşı Şahid1 əynində olan cins şalvarın sağ yan cibinə bir ədəd bükümdə narkotik vasitə heroin qoyaraq vəkilin iştirakı ilə videoçəkilişin olacağını, videoçəkiliş zamanı onun dediklərini etməsə, yaşadığı evə gedib hamilə vəziyyətdə olan arvadını narahat edəcəklərini və evinə əlavə narkotik vasitə qoyacaqlarını bildirmişdir. Ona təzyiq göstərildiyindən Şahid1 tərəfindən şalvarının cibinə qoyulan narkotik vasitənin özünə məxsus olduğunu etiraf etməyə məcbur olmuşdur. Vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmiş, bu zaman əynində olan şalvarın cibindən bir büküm heroini çıxardaraq onlara təqdim etmiş və demişdir ki, həmin bir büküm heroini yaşadığı evin yaxınlığında gəzərkən yerdən tapmışdır. Sonra ona məxsus olan bir ədəd əl çantasına baxış keçirilmiş, içərisindən qanunla qadağan olunmuş hər-hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs cinayət prosesi iştirakçılarının ona ünvanladığı suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı vermiş olduğu izahat və ifadələrini təsdiq etmir, onları təzyiq və təsir altında vermişdir. İfadəsini elə vermişdir ki, güya üzərindən aşkar olunmuş narkotik vasitəni Bulaqlı kəndində yaşadığı evin yaxınlığında piyada gəzən zaman yerdən tapmışdır. Polis əməkdaşları onu küçədə tutub maşına mindirmişlər və maşında ondan dindar olub-olmadığını, kənddə dini dərslər keçib-keçmədiyini soruşmuş, sonra ona məxsus mobil telefonu götürmüş və əlinə qandal taxmışlar. Onlara, qorxusundan kənddə dini dərslər keçmədiyini demişdir. Polis şöbəsində videoçəkiliş zamanı əməliyyatçı Şahid1 istədiyi formada, yəni etirafedici ifadə vermiş, əslində isə həmin heroin ona məxsus olmamışdır. Əməliyyatçı Şahid1 heroini onun şalvarının cibinə qoymuşdur. Fikirləşmişdir ki, polis əməkdaşları evinə gedib arvadını və uşaqlarını narahat edər, qorxudarlar, ona görə də, Şahid1 dedikləri ilə razı olmuş, şöbədə aparılan videoçəkiliş zamanı vəkilinin yanında demişdir ki, üzərindən aşkar edilən heroin özünə məxsusdur və istifadə etmək üçün üzərində saxlamışdır. Polislər onu küçədə tutub saxlayanda üzərində narkotik vasitə olmamış və həmin vaxt xəsarət almışdır. Polis əməkdaşları tərəfindən ona qarşı fiziki təsir olmamış, dediyi kimi yalnız təzyiq və təsir altında olmuşdur. İlk dəfə həbs olunduğu üçün dərin həyacan keçirtmiş, hamilə olan arvadı və iki uşağına qarşı nalayiq ifadələr işlədilməsindən, onları qorxudacaqlarından ehtiyat etmişdir. Polis əməkdaşı Şahid1 ona demişdir ki, onun dediklərini, yəni narkotik vasitənin özünə məxsus olduğunu boynuna götürməsə, evinə gedib oraya daha artıq çəkidə narkotik vasitə qoyacaqdır. Ailə üzvlərini fikirləşərək, onları incitməsinlər deyə məcburiyyət qarşısında qalıb, şalvarının cibinə qoyulan heroinin özünə məxsus olduğunu bildirmişdir. Narkotik vasitələrdən heç vaxt istifadə etməmişdir. Əməliyyatçı Şahid1 dediklərini etməyə məcbur olmuş və onunla şəxsi qərəzliyi olmamışdır. İbtidai istintaq zamanı Şahid1la üzləşdirilmiş, həmin vaxt heç nəyi təsdiq etməmiş, Taleh müstəntiqə onun yalan danışdığını bildirmişdir. Tutulmağının səbəbini ona deməmişlər. Həqiqəti hələ də bilmir, ola bilsin ki, dindar olduğu üçün ona qarşı belə bir oyun qurmuşlar. Ümumiyyətlə, yerdən narkotik vasitə tapmamışdır. Ona qarşı fiziki güc tətbiq olunmamış, şiddətli şəkildə təzyiq və ya təsir olmamış, onu sadəcə ailəsi ilə qorxutmuşlar. Başa düşmüşdür ki, dindar olduğu üçün tutulmalıdır. Belə ki, 2006-cı ildən bir müsalman kimi ibadətlə məşğuldur, namaz qılmış, kənd məscidində dini dərslər keçmiş, dinlə bağlı kim nə sual vermişsə, cavablandırmışdır. Sabirabad Rayon Məhkəməsində barəsində qətimkan tədbiri seçilən zaman hakimə dindar olduğu üçün tutulduğunu bildirmişdir. Elə fikirləşmişdir ki, dörd ay sanksiya verib, işini araşdırandan sonra onu buraxacaqlar. Gündəlik həyat tərzi ilə bağlı bildirmişdir ki, hər gün işləyib evinə çörək pulu aparmış, işlədiyi ət mağazasına velosipedlə gedib-gəlmişdir. Dindar adamdır, qəssablıqdan başqa heç bir işlə məşğul olmamışdır. Olduğu kimi hər şeyi məhkəməyə danışmış, heç bir qrupda adı çəkilməmiş və heç bir dini qruplaşmanın üzvü olmamışdır. Kasıb bir oğlandır. Dövlətinə və prezidentinə həmişə sadiqdir, prezidentini və dövlətini sevir. Heroinin nə olduğunu heç vaxt bilməmişdir. Məhkəmə ekspertizasının onda narkotik vasitələrdən istifadə etmə hallarının olmasına dair rəyi barədə hər hansı bir fikri yoxdur. Ailə üzvləri ilə tez-tez mobil telefonla əlaqə saxlamış, ət dükanında qəssab işlədiyi üçün tez-tez ətlə bağlı sifarişləri olmuş, onları qəbul edib ünvanlara çatdırmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs verdiyi ifadə ilə ibtidai istintaq zamanı vermiş olduğu ifadələr arasında yaranmış ziddiyyətlə əlaqədar, onun ibtidai istintaqa şübhəli və təqsirləndirilən şəxs qismində vermiş olduğu ilkin ifadələri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda) əsasən elan edilmişdir. O, həmin ifadələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, 11 sentyabr 2023cü il tarixdə, axşam saat 20 radələrində Sabirabad rayonu, Bulaqlı kəndində yaşadığı evin yaxınlığında piyada gəzən zaman yerdə bir ədəd polietilen bükümün olduğunu görmüşdür. Həmin bükümü əlinə götürüb baxdıqda içindəki kütlənin narkotik vasitə heroin olduğunu bilmişdir. Həmin kütlənin az bir hissəsini özü istifadə etmiş, qalan hissəsini isə daha sonra istifadə etmək məqsədilə əynində olan tünd-göy rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur. 11 sentyabr 2023-cü il tarixdə yaşadığı evin yaxınlığında piyada hərəkətdə olan zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirmiş və bu səbəbdən polis şöbəsinə dəvət etmişlər. Polis əməkdaşları ilə razılaşmış və birlikdə Sabirabad Rayon Polis Şöbəsinə gəlmişlər. Polis şöbəsində müstəntiq tərəfindən şübhəli şəxs kimi tutulduqdan sonra ona vəkil təqdim edilmiş, hüquq və vəzifələri izah olunmuş, bununla bağlı bildiriş təqdim edilmiş, bundan əlavə şəxsi axtarış zamanı telefon vasitəsi ilə videoçəkiliş aparılacağı barədə xəbərdar edilmişdir. Daha sonra onun üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Ondan üzərində qanunla qadağan edilmiş əşya, predmet, narkotik vasitə və ya psixotrop maddənin olub-olmaması soruşulmuş, əynində olan tünd-göy rəngli cins şalvarın sağ yan cibində saxladığı bir ədəd bükümdə narkotik vasitə heroinin olduğunu bildirmişdir. Üzərində olan digər əşyaları da təqdim etməsi təklif olunduqda, başqa heç bir əşyanın olmadığını bildirmişdir. Daha sonra üzərində şəxsi axtarış keçirilmiş və bir ədəd sarı rəngli əl çantası, içərisində bir ədəd dəftər, bir ədəd hərbi bilet, bir ədəd “Samsung” markalı, bir ədəd qara rəngli sadə mobil telefon, iki ədəd “KapitalBank”a məxsus və bir ədəd “Birkart”, bir ədəd qaz kartı, bir ədəd fermer kartı, bir ədəd işıq kartı və 73 (yetmiş üç) manat məbləğində pul aşkar olunmuşdur. Bundan başqa üzərində əlavə əşya aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş bir ədəd polietilen bükümü açaraq içinə baxdıqdan sonra ondan həmin kütlə barədə soruşduqda, həmin kütləni 11 sentyabr 2023-cü il tarixdə, axşam saat 20 radələrində yaşadığı evin yaxınlığında gəzərkən yerdən tapdığını bildirmişdir. Müstəntiq həmin kütləni nə üçün üzərində saxladığını soruşduqda isə istifadəsi üçün götürdüyünü və satış məqsədinin olmadığını demişdir. Şəxsi axtarışın sonunda üzərindən aşkar edilmiş bir ədəd şəffaf rəngli polietilen bükümdə narkotik vasitə olan heroin müstəntiq tərəfindən zərfə qoyularaq qablaşdırılmış, “Zərflər üçün №139” möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalandıqdan sonra müstəntiq tərəfindən götürülmüşdür. Əlavə olaraq qeyd etmişdir ki, narkotik vasitə istifadəçisi olduğu üçün yerdən tapdığı kütləni istifadəsi üçün götürmüş, götürdüyü vaxt satış məqsədi olmamışdır. Heç vaxt kiməsə narkotik vasitə və ya başqa maddə satmamışdır. Polis əməkdaşları tərəfindən ona heç bir təsir və təzyiq göstərilməmişdir (iş vərəqi 41-43; 56-58). Təqsirləndirilən şəxs ifadələri arasındakı ziddiyyəti ibtidai istintaq zamanı ona göstərilmiş psixoloji təzyiqlə əlaqələndirmiş, məhkəmədə verdiyi ifadəsinin doğru olduğunu, yəni narkotik vasitənin nəinki satışı ilə məşğul olmaq, hətta istifadəçisi belə olmadığını, üzərindən aşkar olunun narkotik vasitənin ona məxsus olmamasını bildirmiş, məhkəmədən barəsində hökm çıxarılarkən himayəsində yaşlı təqaüdçü atasının, iki azyaşlı övladının olmasının və arvadının növbəti dəfə ana olmağa hazırlaşmasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə cinayət prosesi tərəflərinin, yəni təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş ifadəsini əsas götürərək, habelə şahidlərin ifadələrini dinləyərək, həmçinin iş materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alaraq, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sabirabad Rayon Polis Şöbəsi X2 baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində göstərmişdir ki, 11 sentyabr 2023-cü il tarixdə Sabirabad rayonunun Bulaqlı kənd sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməsi, istifadəsi və günün müxtəlif vaxtlarında satması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə raportla rəhbərliyə məruzə etmiş və raport üzrə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ona həvalə olunmuşdur. Bundan sonra tərəfindən təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş, elə həmin gün axşam saatlarında keçirilmiş müvafiq əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bulaqlı kəndində saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Dəvət edilmiş vəkilin, polis əməkdaşları və Təqsirləndirilən şəxs özünün iştirakı ilə sonuncunun üzərinə videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarışa başlamamışdan əvvəl Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində narkotik vasitə və ya digər dövriyyəsi qadağan edilmiş əşya və ya predmet varsa, təqdim etsin, o da əynindəki şalvarın cibindən bir ədəd bükümdə olan narkotik vasitə hesab edilən heroini çıxardaraq stolun üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs həmin heroini yaşadığı evin yaxınlığında piyada hərəkət edərkən yerdən tapdığını, sonra istifadə etmək məqsədi ilə götürüb üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs cibinə narkotik vasitə hesab edilən heroin qoymamış, Nazimlə arasında ziddiyyət və ya ədavət olmamış, Nazim özünü müdafiə etmək üçün bu məzmunda ifadə vermişdir. Təqsirləndirilən şəxs onun tərəfindən psixoloji təsirə məruz qaldığını deyirsə, bu barədə deyəcəyi bir söz yoxdur, o, neyniyə bilər ki, amma Nazim özünü müdafiə etmək üçün çox şey danışa bilər və onun danışdıqlarının heç biri həqiqəti əks etdirmir. Təqsirləndirilən şəxs saxlanılarkan əməliyyat qrupunun üzvləri tərəfindən ona qarşı təzyiq və ya təsir göstərilməmiş, fiziki gücdən heç kəs istifadə etməmişdir. Əməliyyat məlumatı narkotik vasitənin satışı ilə bağlı olmuş, lakin onu realizə edə bilməmişlər, yəni, narkotik vasitə kimə, neçəyə satılıb bilinməmişdir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroinin olması öz təsdiqini tapmışdır. Məhkəmə iclasında dindirilmiş şahidlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sabirabad Rayon Polis Şöbəsi X2 əməliyyat müvəkkili, polis leytanantı Şahid2 və Cinayət- Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis leytanantı Şahid3 ifadələrində Şahid1 ifadəsindəki xüsusatları təsdiq edərək, onunla eyni məzmunlu ifadə vermişlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxs və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutu, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materallarında olan və məhkəmədə tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sabirabad Rayon Polis X11 12 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işinin başlanmış və icraata qəbul edilmişdir (iş vərəqi 01). Sabirabad Rayon Polis Şöbəsi X2 11 sentyabr 2023-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz yolla əldə etdiyi narkotik vasitəni saxlaması, istifadə etməsi və satışında şübhəli olması barədə həmin tarixdə əməliyyat məlumatı daxil olmuşdur (iş vərəqi 03). Sabirabad Rayon Polis Şöbəsi X2 11 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs ətrafında qanunsuz yolla əldə etdiyi narkotik vasitəni üzərində gəzdirməkdə, qəbul etməkdə və satışında şübhəli olduğundan təxirəsalınmaz əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi məqsədi ilə əməliyyat qrupu yaradılmışdır (iş vərəqi 04-05). Sabirabad Rayon Polis Şöbəsi X2 11 sentyabr 2023-cü il tarixli raportundan görünür ki, qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə, üzərində saxlamaqda və satışında şübhəli olan Təqsirləndirilən şəxs həmin tarixdə, saat 22:05-də Sabirabad rayonunun Bulaqlı kəndində yaşadığı evin yaxınlığında velosipedlə hərəkət edən zaman saxlanılaraq şöbəyə aparılmışdır (iş vərəqi 08). Sabirabad Rayon Polis X11 11 sentyabr 2023-cü il tarixli qərarı və protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 22:35-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqi 9; 17). Sabirabad Rayon Polis X11 11 sentyabr 2023-cü il tarixli qərarı və protokolundan görünür ki, Abbasov X10 Rayon Polis Şöbəsinə gətirilib üzərinə şəxsi axtarış aparılarkən əynində olan şalvarın sağ cibindən bir ədəd bükümdə, 11,040 qram çəkidə narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Şəxsi axtarış zamanı aparılmış videoçəkilişi özündə əks etdirən DVD disk protokola əlavə olunmuş və diskə məhkəmə iclasında baxış keçirilmişdir (iş vərəqi 25-27). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X15 Bölməsinin 18/903 nömrəli, 12 sentyabr 2023-cü il tarixli məhkəmə-kimyəvi ekspertizasının rəyi və ona əlavə edilmiş aktdan görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs üzərindən....” sözləri yazılmış və imzalar olan kağız paketdəki bir ədəd sellofon torbacıqda təmiz çəkisi- 11,040 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Həmin heroindən 0,05 qram tədqiqata sərf olunmuş, 10,990 qram qalıq qalmışdır. Aparılmış tədqiqatın dəyəri 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik müəyyən edilmişdir (iş vərəqi 34-37). Sabirabad Rayon İcra Hakimiyyəti Başçısının Kürkəndi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 5-70-21/2-589/2023 nömrəli, 12 sentyabr 2023-cü il tarixli arayışı və eyni tarixli, 5-70-21/2-590/2023 nömrəli xasiyyətnaməsindən, şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Abbasov X10 rayonunun Bulaqlı kəndində qeydiyyatdadır, ailə tərkibi arvadı Gülnar Abbasova, 13 oktyabr 2017-ci il təvəllüdlü oğlu Əli və 24 yanvar 2019-cu il təvəllüdlü qızı Sürayə Abbaszadələrdən ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur, icra nümayəndəliyində olan bütün tədbirlərdə həmişə yaxından köməklik etmişdir (iş vərəqi 45-49). Sabirabad Rayon Polis X11 13 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş və qərarın surəti təqdim olunmuşdur (iş vərəqi 50-51). Sabirabad Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli, 4(056)-152/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 11 sentyabr 2023-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqi 64-68). Sabirabad Rayon Polis X11 13 sentyabr 2023-cü il tarixli qərarı və eyni tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş təmiz çəkisi 11,040 qram, ekspertiza tədqiqatından sonrakı qalığı 10,990 qram narkotik vasitə heroin maddi sübut kimi tanınaraq, Sabirabad Rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağına təhvil verilmişdir (iş vərəqi 71-72; 158). Sabirabad Rayon Polis X11 17 sentyabr 2023-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd “Nokia” və bir ədəd “Samsung” markalı mobil telefonlara keçirilmiş baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumatlar aşkar olunmamışdır (iş vərəqi 81). Sabirabad Rayon Polis X11 18 sentyabr 2023-cü il tarixli tapşırığından görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi və üzərindən aşkar edilmiş narkotik vasitə heroinin əldə edilməsi mənbəyi, narkotik vasitələrin alqı-satqısı ilə məşğul olub-olmaması barədə onun ətrafında müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi xahiş olunmuşdur (iş vərəqi 82). Sabirabad Rayon Polis Şöbəsi X2 26 sentyabr 2023-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinin mənbəyini, yəni narkotik vasitəni haradan və kimdən əldə etməsini müəyyən etmək istiqamətində əməliyyat-axtarış tədbiri həyata keçirilsə də, istintaq marağı doğuracaq heç bir məlumat alınmamış, müsbət nəticə əldə edilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə çox saylı əməliyyat məlumatları daxil olmuş, həmin şəxslərin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir, maraq doğuran məlumat əldə olunarsa dərhal məlumat veriləcəkdir (iş vərəqi 83). Sabirabad Rayon Polis X11 30 sentyabr 2023-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs Sabirabad rayonunun Bulaqlı kəndində yerləşən fərdi yaşayış evinə hal şahidlərinin iştirakı ilə keçirilmiş axtarış zamanı dövriyyəsi qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir; fotocədvəllər protokola əlavə olunmuşdur (iş vərəqi 91-95). Sabirabad Rayon Polis X11 25 oktyabr 2023-cü il tarixli protokolundan görünür ki, "xxxx" MMC-dən daxil olmuş 1 (bir) ədəd CD diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxs istifadəsində olan 050 ***-**-** mobil nömrəsindən xx.xx.2023-cü il tarixdə, saat 00:00-dan xx.xx.2023-cü il, saat 00:00-dək olan müddət ərzində müxtəlif şəxslərə məxsus olan müxtəlif nömrələrə zənglər olmuşdur. Təqsirləndirilən şəxs istifadəsində olan 050 ***- **-** mobil telefon nömrəsindən daxil olan və çıxan zəng, smslərin müqayisəli təhlil olunması nəticəsində müəyyən olunmuşdur ki, həmin nömrədən xx.xx.2023-cü il tarixdə, saat 00:00-dan xx.xx.2023-cü il, saat 00:00-dək olan müddət ərzində hər hansı göndərilən və ya qəbul edilən sms mətni aşkar edilmişdir (iş vərəqi 97-106). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X18 X16 X12 14 sentyabr 2023-cü il tarixli, 5908 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmə halları olub, lakin hal-hazırda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, o, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomiyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (iş vərəqi 107-108). Sabirabad Rayon Məhkəməsinin 5(056)-166/2023 nömrəli, 02 noyabr 2023-cü il tarixli qərarından görünür ki, Sabirabad Rayon Polis Şöbəsi X2 Təqsirləndirilən şəxs ətrafında əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi barədə qəbul etdiyi 11 sentyabr 2023-cü il tarixli qərarı qanuni hesab edilmişdir (iş vərəqi 111-113). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 07 noyabr 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqi 120). Sabirabad Rayon Polis X11 13 noyabr 2023-cü il tarixli protokolundan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs ilə Şahid1 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs onda aşkar edilmiş narkotik vasitənin üzərinə Şahid1 tərəfindən qoyulduğunu sonuncunun üzünə qarşı desə də, Şahid1 bunların yalan olduğunu, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu, ona polis şöbəsində təzyiq göstərilmədiyini, cibinə narkotik vasitə qoyulmadığını bildirmişdir (iş vərəqi 130-132). Sabirabad Rayon Polis X11 13 noyabr 2023-cü il tarixli protokolundan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs ilə Şahid3 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs saxlanıldığı vaxt polis əməkdaşı Şahid1 tərəfindən ona qarşı sözlə təsir göstərilərkən Şamilin də yanlarında olmasını sonuncunun üzünə qarşı desə də, Şahid3 onun dediklərinin yalan olduğunu, Təqsirləndirilən şəxs saxlanılıb Polis şöbəsinə gətirilərkən hər hansı təzyiq və ya təsirə məruz qalmadığı, üzərində aşkar olunmuş narkotik vasitənin özünə məxsus olduğu, cibinə polis əməkdaşları tərəfindən atılması barədə göstərdiklərinin həqiqət olmadığını bildirmişdir (iş vərəqi 133-135). Azərbaycan Respublikası Baş Prokurorluğu Sabirabad Rayon Prokurorluğunun 15 noyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroinin ona məxsus olmaması, həmin maddəni üzərinə polis əməkdaşlarının qoyması, Polis şöbəsində təzyiqlərə məruz qaldığını bildirməsi xüsusatı üzrə prokurorluqda araşdırma aparılmış və polis əməkdaşlarının əməllərində cinayət tərkibi olmadığı üşün cinayət işinin başlanması rədd edilmişdir (iş vərəqi 136-139). Sabirabad Rayon Polis X11 16 noyabr 2023-cü il tarixli «sübutların qiymətləndirilməsi, cinayət işi materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi» qərarından görünür ki, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham qanuni və əsaslı hesab edilmiş, onun barəsində Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, üzərində aşkar edilmiş 11,040 qram çəkidə, yəni külli miqdarda narkotik vasitə heroinin əldə etmə mənbəyini müəyyən etmək mümkün olmadığından hazırki cinayət işindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmış, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aşkar olunmuş bir ədəd “Samsung” və bir ədəd “Nokia” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etmədiyindən təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılmışdır (iş vərəqi 140-149). 16 noyabr 2023-cü il tarixli qəbzdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd sarı rəngli əl çantası, içərisində olan bir ədəd dəftər, bir ədəd hərbi bilet, bir ədəd qaz kartı, bir ədəd işıq kartı, bir ədəd fermer kartı, iki ədəd “KapitalBank”a məxsus kart, bir ədəd “Birkart” onun qardaşı X13 qaytarılmışdır (iş vərəqi 151). Məhkəməyə təqdim olunmuş qəbzin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aşkar olunmuş bir ədəd “Samsung” və bir ədəd “Nokia” markalı mobil telefon onun qardaşı X13 qaytarılmışdır. Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardım ilə əlaqədar cəmi 12 (on iki) iş saatı həcmində vaxt sərf etməsi barədə hesabat təqdim etmişdir. Məhkəmə heyəti məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bu sübutlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Ədalətli məhkəmə araşdırması hüququ özündə tərəflərin bərabərliyi, çəkişməli məhkəmə prosesi və sair prinsiplərlə yanaşı, həmçinin məhkəmə qərarlarının əsaslandırılması prinsipini ehtiva edir. Bu prinsipə əsasən məhkəmələr qərarları əsaslandıqları səbəbləri adekvat şəkildə göstərməlidirlər (“Papon Fransaya qarşı iş”). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında məhkəmə icraatının vəzifələri ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Qeyd olunan Qərarında Plenum daha sonra göstərmişdir ki, cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Məhz buna görə Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya müraciətində müvafiq dəlillər olmadığı hallarda da cinayət və cinayət-prosessual qanunvericiliyin normalarının tətbiqinin düzgünlüyünün yoxlanılmasına dair CPM-in 397.2-ci maddəsinin müddəaları çox əhəmiyyətlidir. Konstitusiya Məhkəməsinin Plenumu başqa bir qərarında da eyni hüquqi mövqeyi məhkəmələrin diqqətinə çatdırmaqla əməlin düzgün tövsif edilməsinin əhəmiyyətini xüsusilə vurğulamışdır. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu ilk növbədə cinayət tərkibi ilə yanaşı cinayətin tövsif edilməsi anlayışının açıqlamasını vacib hesab etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərara əsasən, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməlinə cinayət hüquqi qiymət verilmədən öncə onun müdafiəsi üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillər, yəni, məhkəmə istintaqı zamanı verdiyi 11 sentyabr 2023-cü il tarixdə, axşam saatlarında özünə məxsus velosipedlə işlədiyi ət dükanından evinə gedərkən, yaşadığı evin yaxınlığında Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının onun qabağını kəsib, kənddə dini dərslər keçib-keçmədiyini soruşmaları, sonra isə əlinə qandal taxaraq maşına mindirib polis şöbəsinə aparmaları, müstəntiqin onu dindirmədiyi, polis əməkdaşı Şahid1 onun əynində olan cins şalvarın sağ yan cibinə bir ədəd bükümdə narkotik vasitə heroin qoyaraq vəkilin iştirakı ilə videoçəkilişin olacağını, videoçəkiliş zamanı onun dediklərini etməsə, yaşadığı evə gedib hamilə olan arvadını narahat edəcəkləri və evinə əlavə narkotik vasitə qoyacaqlarını deməsi, ona təsir və ya təzyiq göstərildiyindən, ailə üzvlərini fikirləşərək, onları incitməsinlər deyə Şahid1 tərəfindən şalvarının cibinə qoyulan narkotik vasitənin özünə məxsus olduğunu etiraf etmək məcburiyyətində qalması və bunu etməsi, əslində heroinin ona məxsus olmaması, narkotik vasitələrdən heç vaxt istifadə etməməsi barədə ifadələr həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq törətdiyi cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Təqsirləndirilən şəxs tərəfindən qeyd edilən ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən, habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadələri inandırıcı hesab etməyərək, sübut kimi qəbul etmir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə imzaladığı ilkin izahatında, bundan sonra isə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi 11-13 sentyabr 2023-cü il tarixli ifadələrində üzərindən aşkarlanan narkotik vasitəni 11 sentyabr 2023-cü il tarixdə, axşam saat 20 radələrində yaşadığı evin yaxınlığında gəzərkən yerdən tapdığını və öz istifadəsi üçün üzərində saxladığını (29-30-cu vərəqlər), polis əməkdaşları tərəfindən ona hər hansı bir təsir və ya təzyiq göstərilmədiyini (41-43; 56-58-ci vərəqlər) bildirərək həmin protokolları imzalamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs Sabirabad Rayon Polis Şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış keçirilərkən təqdim etdiyi şəffaf rəngli polietilen kəsiyi bükümündə olan kütlənin el arasında “kakos” kimi tanınan narkotik vasitə heroin olduğunu, həmin kütləni axşam saatlarında yaşadığı evin yaxınlığında piyada hərəkət edərkən yerdən tapdığını və daha sonra istifadə etmək məqsədilə götürüb üzərində saxladığını bildirmiş, hər hansı hala etiraz etməmiş, bu barədə tərtib olunmuş protokolu imzalamışdır. Göstərilənlər həmin vaxt qeydə alınmış video görüntüdə əks olunmuşdur. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sabirabad Rayon Polis X3 Qrupu və Cinayət-Axtarış Bölməsinin əməkdaşları ifadələrində bildirmişlər ki, Təqsirləndirilən şəxs 11 sentyabr 2023cü il tarixdə Sabirabad Rayon Polis Şöbəsinin inzibati binasında üzərinə şəxsi axtarış istintaq hərəkəti aparılarkən əynindəki şalvarın cibindən bir ədəd bükümdə olan narkotik vasitə hesab edilən heroini çıxardıb stolun üzərinə qoymuş, şifahi sorğu zamanı həmin heroini yaşadığı evin yaxınlığında piyada hərəkət edərkən yerdən tapdığını, sonra istifadə etmək məqsədi ilə götürüb üzərində saxladığını, hər hansı etirazı olmadığını demiş, ona qarşı hər hansı fiziki və ya psixi zor tətbiq edilməmişdir. Bundan əlavə, “ekspertiza rəyinin şübhəli şəxsə elan edilməsi barədə” 12 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi ilə birlikdə məhkəmə- kimyəvi ekpertizasının 18/903 nömrəli, 12 sentyabr 2023-cü il tarixli rəyi ilə tanış olarkən üzərindən çıxan narkotik vasitə ilə bağlı hər hansı etiraz etməmişdir. İbtidai istintaqın sonunda və məhkəmədə isə ümumiyyətlə, üzərində narkotik vasitə olmadığını bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə, məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin Qərarın 26-cı bəndinə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşı tərəfindən ona psixi təzyiq göstərilməsini bildirsə də, ibtidai istintaq zamanı bu barədə hər hansı bir orqana rəsmi qaydada müraciət etməmişdir. Bununla belə, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi 04 noyabr 2023-cü il tarixli ifadəsində üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroinin ona məxsus olmaması, həmin maddənin Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşı Şahid1 tərəfindən onun cibinə qoyulması, sonuncunun hədə-qorxuları nəticəsində sözü gedən maddənin özünə məxsus olduğunu bildirməsi səbəbindən bu barədə məlumat aidiyyatı üzrə Azərbaycan Respublikası Baş Prokurorluğunun Sabirabad Rayon Prokurorluğuna göndərilmiş, aparılmış araşdırmanın nəticəsi olaraq prokurorluğun 15 noyabr 2023-cü il tarixli qərarı ilə toplanmış 291-C-23 nömrəli material üzrə Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları Şahid1 və qeyrilərinin əməllərində cinayət tərkibi olmadığı üçün barələrində cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə yuxarıda qeyd edilən halları, o cümlədən, məhkəmə istintaqı zamanı da Təqsirləndirilən şəxs tərəfindən psixi təzyiqə məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadə verməyərək ümumi olaraq təzyiqlərə məruz qaldığını göstərməsini nəzərə alaraq, göstərilən xüsusata onun tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırkı halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən Qərardakı müddəalarını nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla, yəni təsviri hissədə sadalanan ekpert rəyi və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin izahatını, şübhəli və təqsirləndirilən şəxs qismində 11-13 sentyabr 2023-cü il tarixli ifadələrini inandırıcı hesab edir, ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs qismində verdiyi son, eyni zamanda üzləşdirmə zamanı, habelə məhkəmə istintaqı zamanı verdiyi ifadələrini (üzərində hər hansı miqdarda narkotik vasitənin olmaması, polis əməkdaşının psixi təzyiqi nəticəsində ona verilən bükümdə olan heroini təqdim etməsi, narkotik vasitə istifadəçisi olmaması hissələrdə) özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Təqsirləndirilən şəxs ibtidai istintaqın sonunda verdiyi ifadəsində, üzləşdirmə zamanı, həmçinin məhkəmə istintaqına verdiyi ifadələrində üzərində aşkar olunan narkotik vasitənin ona məxsus olmaması, ümumiyyətlə narkotik vasitədən istifadə etməməsi barədə bildirsə də, izahatında, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ilkin ifadələrində belə bir hal göstərməmiş, əksinə bildirmişdir ki, yerdən tapdığı bükümü əlinə götürüb baxdıqda içindəki kütlənin narkotik vasitə heroin olduğunu bilmiş, həmin kütlənin az bir hissəsini özü istifadə etdikdən sonra qalan hissəsini daha sonra istifadə etmək məqsədilə özündə saxlamışdır. Qeyd olunan səbəblərdən məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadənin məhz psixi təzyiq nəticəsində əldə edilməsinə dair dəlili əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxsin tutulduqdan sonra polis əməkdaşı tərəfindən psixi təzyiqlərə məruz qalması ilə bağlı göstərdiyi xüsusatlar işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, ondan ifadələrin cinayətprosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda da öz əksini tapmışdır (“Əhmədov Azərbaycana qarşı” № 30364/09, §§ 42-43, 12 noyabr 2013; “Məmmədov Azərbaycana qarşı” № xx/xx/2013, §§ 23-27, 11 yanvar 2007; “Rizvanov Azərbaycana qarşı” № 31805/06, §§ 12- 20, 17 aprel 2012; “Nəcəfli Azərbaycana qarşı” № 2594/07, §§ 11-21, 2 oktyabr 2012). Avropa İnsan Hüquqları Məhkəməsinin “X1rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi izahatını şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ilkin ifadələrini müdafiəçisinin iştirakı ilə və hər hansı təsirə məruz qalmadan bildirdiyinə, işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, Təqsirləndirilən şəxs ibtidai istintaqın sonunda verdiyi ifadəsində, üzləşdirmə zamanı, həmçinin məhkəmə istintaqına verdiyi ifadələrinin narkotik vasitə istifadəçisi olmaması, üzərində narkotik vasitə olmaması, məcburiyyət qarşısında etirafedici ifadələr verməsi hissələrini cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib, sübut kimi nəzərə almır. “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X8 Rusiya Federasiyasına qarşı” işi üzrə 21 iyun 2011-ci il tarixli, “Yallo Almaniyaya qarşı” işi üzrə 11 iyul 2016-cı il tarixli qərarlarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuş, açıq məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş və ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Müdafiə tərəfi təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı mübahisələndirsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü digər dəlil, yəni, narkotik vasitələrin satışı ilə məşğul olmaması barədə ifadə verməsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təqsirsizlik prezumpsiyası adlandırılan 21-ci maddəsinin 2 və 3-cü bəndlərinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Avropa İnsan Hüquqları Məhkəməsi “Telfner Avstriyaya qarşı” işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittiham əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa Məhkəməsi qeyd etmişdir ki, təqsirləndirlən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. “Hoanq Fransaya qarşı” işində Avropa Məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. Məhkəmə həm milli cinayət-prosessual qanunvericiliyin, həm də beynəlxalq qanunvericiliyin müddəalarının tələblərinə əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı həm sübutlar, həm də hüquqi tövsif baxımından sübuta yetirmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin ona qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlini törətməkdə təqsiri ehtimalla deyil, yalnız mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutların məcmusuna əsasən müəyyən edilməlidir. Həmin ittihamın sübut olunmasında digər sübutlarla aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 234.1-1-ci maddəsinə əsasən, bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə cinayət məsuliyyəti yaranır. Bu Məcəllənin 234.1-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq əldə edilməsi, saxlanılması, hazırlanması, emal edilməsi və daşınmasının bu maddə ilə cinayət məsuliyyətinə səbəb olması göstərilir. Göstərilən hər iki maddədə narkotik vasitələrin və ya psixotrop maddələrin şəxsi istehlak məqsədilə əldə edilməsinin cinayət məsuliyyətinə səbəb olması qeyd edilmişdir. Həmçinin, Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə görə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma bu maddə ilə nəzərdə tutulmuş cinayət məsuliyyətinə, qeyd edilən maddədə sadalanan hərəkətlərin külli miqdarda törədilməsi isə bu Məcəllənin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur. Beləliklə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.1-1-ci maddələri ilə 234.2, 234.4-cü maddələri arasındakı fərq narkotik vasitələrin və ya psixotrop maddələrin satış məqsədilə əldə edilib-edilməməsi ilə bağlıdır. Birinci halda təqsirkar narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak, ikinci halda isə satış məqsədilə əldə etmiş olur. Hansı halların satış məqsədinə dəlalət etməsi cinayət qanunvericiliyində birbaşa müəyyən edilməsə də, belə məqsədin işin faktiki hallarına əsasən təsbit edilməsi mümkündür. Bu mövqe Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun məhkəmə təcrübəsinə dair qərarlarında daha aydın şəkildə ifadə edilmişdir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması- məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Qanunda “satış” məqsədinin anlayışı verilməsə də, həmin Qanunun 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına aydınlıq gətirilmişdir. Belə ki, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər “satma ” kimi başa düşülür. Bu kontektsdə “satış” məqsədi də narkotik vasitələrin və ya psixortop maddələrin “əvəzli, qazanc əldə etmək və ya sair şəxsi maraqdan yayılması” məqsədi kimi şərh edilə bilər. Sözü gedən Qanunla təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İ Siyahısının 5-ci bəndinə əsasən təmiz halda 2 (iki) qram və daha artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci tarixli, 2 nömrəli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası onu da qeyd etməyi məqsədə uyğun hesab edir ki, yuxarıda qeyd edilən cinayət əməlinin, o cümlədən onun ayrı-ayrı hallarının sübuta yetirilməsi Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyinin müəyyən etdiyi hüquqi prosedurlar daxilində aparılır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin məzmunundan görünür ki, sübutlar mənbəyi, əldə edilməsi və iş üçün aidiyyəti olması etibarilə o dərəcədə mötəbər olmalıdır ki, onların obyektiv həqiqəti əks etdirməsi və sübuti əhəmiyyəti kənar müşahidəçidə şübhə doğurmasın. Ona görə də məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlar əsasında müəyyən edilir. Həmin Məcəllənin 143-144-cü maddələrinin tələbinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə, habelə digər prosessual hərəkətlərlə həyata keçirilir və cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrində nəzərdə tutulur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146-cı maddəsində cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona görə ittiham irəli sürmüşdür ki, o, satış məqsədi ilə qanunsuz olaraq bir ədəd bükümdə təmiz çəkisi 11,040 qram, yəni külli miqdar təşkil edən heroini əldə edib saxlamaqla daşımışdır. Cinayət işinin materiallarında olan “cinayət işi başlamaq və icraata qəbul etmək haqqında” 12 sentyabr 2023-cü il tarixli qərardan (iş vərəqi 01) görünür ki, cinayət işi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə başlamış və Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroinə münasibətdə satış məqsədinin olması barədə hər hansı sübut növü əldə etmədən, yalnız onun üzərindən aşkar edilmiş heroinin təmiz çəkisinin 11,040 qram olmaqla, külli miqdarının ən aşağı həddi olan 2,0 qramdan çox olmasına istinad etməklə ona, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan edilmişdir. Halbuki, Təqsirləndirilən şəxs hər hansı şəxsə narkotik vasitə satması hər hansı halla təsdiq olunmamışdır. Məhkəmə hesab edir ki, göstərilən hal ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın əsassız olmasının ilkin əlamətidir. Məhkəmə qeyd edilən cinayət-prosessual qanunvericiliyin müddəaları və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsaslanaraq belə qənaətə gəlir ki, həm ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs qarşı irəli sürdüyü ittihamın əsassız olmasına işarə edən yuxarıda göstərilmiş ilkin əlamətlər, həm də, məhkəmənarkoloji ekspertizasının 14 sentyabr 2023-cü il tarixli, 5908 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmə hallarının aşkar olunması, onun üzərindən aşkar edilmiş heroinin bir ədəd bükümdə, təmiz çəkisi 11,040 qram, yəni külli miqdarının aşağı həddindən yalnız beş-altı dəfə çox olması, ibtidai istintaq zamanı izahatında, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ilkin ifadələrində üzərindən aşkar edilmiş heroini satış deyil, şəxsən istifadə etmək məqsədi ilə götürüb özündə saxlamasını göstərməsi, ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroinə münasibətdə başqa istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi və ya satış niyyətində olmasına dair hər hansı məlumat (məsələn, istifadəsində olmuş mobil nömrəyə dair telefon danışıqları, sms yazışmalar haqqında), heroinin hazırlanması və çəkilib xırda bükümlərə bölünməsi üçün hər hansı avadanlıq (məsələn, elektron tərəzi) və ya digər sübut növü aşkar edə bilməməsi, müvafiq sübutların olub-olmadığını yoxlamaq üçün Təqsirləndirilən şəxs yaşadığı evə və istifadəsində olmuş mobil telefona baxış keçirsə də, iş üçün əhəmiyyətli olan qanunsuz əşya və ya predmet aşkarlaya bilməməsi, göstərilən halların ümumi məcmusunun sonuncunun üzərindən aşkar edilmiş heroini əldə etməsi, üzərində saxlamasından ibarət hərəkətləri həmin heroindən şəxsən istifadə etmək niyyəti ilə etməsi anlamını verməsi və ya buna əsaslı şübhə yaratması, ittiham tərəfinin bu şübhəni digər sübut növü ilə aradan qaldıra bilməməsi, həmin kütləyə münasibətdə satış niyyətində olması barədə nəticəyə gəlməyə əsas verməməsi, buna görə də Təqsirləndirilən şəxs xeyrinə təfsir edilməli olması iş üzrə törətdiyi cinayət əməlinin ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə düzgün tövsif edilmədiyi, həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli olduğu barədə nəticəyə gəlməyə tam əsas verir. Məhkəmə eyni zamanda onu da qeyd etməyi zəruri hesab edir ki, ibtidai istintaq orqanının "xxxx" MMC-dən daxil olmuş 1 (bir) ədəd CD diskə baxış keçirilməsini özündə əks etdirən protokolunda “Təqsirləndirilən şəxs istifadəsində olan 050 ***-**-** saylı mobil nömrəsindən xx.xx.2023-cü il tarixdə, saat 00:00-dan xx.xx.2023-cü il, saat 00:00-dək olan müddət ərzində müxtəlif şəxslərə məxsus olan müxtəlif nömrələrə zənglər olmuşdur. Təqsirləndirilən şəxs istifadəsində olan 050 ***-**-** mobil telefon nömrəsindən daxil olan və çıxan zəng, smslərin müqayisəli təhlil olunması nəticəsində müəyyən olunmuşdur ki, həmin nömrədən xx.xx.2023-cü il tarixdə, saat 00:00-dan xx.xx.2023-cü il, saat 00:00-dək olan müddət ərzində hər hansı göndərilən və ya qəbul edilən sms mətni aşkar edilmişdir” kimi qeyd olunsa da, protokola əlavə olunmuş cədvəllərdə iş üçün əhəmiyyətli olan hər hansı bir sms olmadığı məlum olmuşdur. Təqsirləndirilən şəxsin istifadəsində olmuş mobil telefon nömrəsinə yalnız daxil olan və nömrədən çıxan zənglər müəyyənləşdirilmiş, Təqsirləndirilən şəxs həmin zənglərin çoxluğunu arvadı hamilə olduğu üçün bu barədə məlumat almaqdan ötrü onunla tez-tez əlaqə saxlanılması, həm də ət dükanında işlədiyindən ayrı-ayrı şəxslərin ət sifarişləri ilə əlaqələndirmişdir. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi izahat, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ilkin ifadələrində üzərindən aşkar edilmiş heroini şəxsi istifadə məqsədi ilə götürüb üzərində saxlaması, həmin kütləyə dair satış niyyətinin olmaması barədə irəli sürdüyü dəlili əsaslı hesab edir. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi izahat, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ilkin, şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə cinayət prosesinin ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normaları, hüquqi mövqeləri və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən, təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, bu Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini anlaqlı vəziyyətdə törətməsi ibtidai istintaq zamanı özünün verdiyi etirafedici ifadələri ilə yanaşı, məhkəmədə dindirilmiş şahidlərin ifadələri, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol və ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülər, materialların məhkəmə ekspertizası, məhkəmə-narkoloji ekspertizasının rəyləri, digər istintaq hərəkəti protokolları və sənədlər, iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitə olan heroinin qalığı, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Bundan əlavə, məhkəmənin istinad etdiyi sübutların keyfiyyəti, o cümlədən əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edərək hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək əməllərinin hüquqi tövsifi məsələsini həll etmişdir. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalı, yəni Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Həmin Məcəllənin 351.1-351.3-cü maddələrinə görə ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun Cinayət-Prosessual Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz həmin Məcəllənin 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı”, “Fadin Rusiyaya qarşı”, “Lenskaya Rusiyaya qarşı” və “Radçikov Rusiyaya qarşı” işlər üzrə qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Əsaslandırılmış qərarlar tərəflərə eşitdiklərini nümayiş etdirmək, beləliklə də onların verilmiş qərarı qəbul etməyə daha meyilli olmasına töhfə vermək məqsədi daşıyır. Bundan əlavə onlar hakimləri qərarlarını obyektiv arqumentlərlə əsaslandırmağa, həmçinin müdafiə tərəfinin hüquqlarını qorumağa vadar edir. Lakin, səbəblərin göstərilməsi öhdəliyinin həcmi qərarın xarakterindən asılı olaraq dəyişir və məhkəmə işinin halları nəzərə alınmaqla müəyyənləşdirilməlidir (X14rşı iş). “Van de Hurk Niderlanda qarşı”, “Boldea Rumınyaya qarşı” və “Hadjianastassiu Yunanıstana qarşı” işlər üzrə qərarlarda göstərilmişdir ki, məhkəmələr irəli sürülmüş hər bir arqumentə cavab vermək məcburiyyətində olmasalar da, qərardan aydın olmalıdır ki, məhkəmə işinin əsas məsələlərinə baxılıb. Milli məhkəmələr qərarlarının nəyə əsaslandığını kifayət qədər aydın göstərməlidirlər ki, məhkəmə işinin istənilən tərəfi mümkün apellyasiya hüququndan effektiv istifadə edə bilsinlər. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin bütün əlamətləri vardır, həmin cinayət əməli həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir, cinayət əməlini qəsdən törətmişdir və əməli başa çatmış cinayətdir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsində göstərilir ki, “... Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, digər cinayət hüquqi xarakterli tədbirləri müəyyən edir”. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41, 58.1 və 58.3-cü maddələrinə əsaslanaraq müəyyən edir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hisəssinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarında göstərilir ki, məhkəmə hər bir konkret halda təqsirləndirilən şəxsə cəzanın təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs himayəsində təqaüdçü atasının, iki azyaşlı uşağının olmasını və arvadının növbəti dəfə ana olmağa hazırlaşmasını, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, onun cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli qərarında göstərilmişdir ki, cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. «Vinter və başqaları Birləşmiş Krallığa qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 09 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməli cinayətlərin təsnifatına görə həmin Məcəllənin 15.4-cü maddəsinə əsasən ağır cinayət hesab olunur. Qanunun qeyd edilən tələbi baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona, azadlıqdan məhrum etmə növündə təyin olunacaq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Cinayət işi üzrə mülki iddia, maddi zərər və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsində şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Cinayət işi üzrə müsadirə olunması təklif olunan cinayətin törədilməsində istifadə olunan alət və vasitələr, cinayətin predmetləri müəyyən edilməmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs münasibətdə əmlak müsadirəsi tətbiq oluna bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1, 132.1.4 və 132.1.6-cı maddələrinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəsini alandan sonra, cinayət işi üzrə maddi sübut kimi tanınaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sabirabad Rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş təmiz çəkisi 11,040 qram, ekspertiza tədqiqatından sonrakı qalığı 10,990 qram olan narkotik vasitə heroin məhv edilməli; Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aşkar olunmuş bir ədəd “Samsung”, bir ədəd “Nokia” markalı mobil telefonun iş üzrə əhəmiyyət kəsb etmədiyindən onun qardaşına qaytarılması, şəxsi axtarış və götürmə istintaq hərəkətlərini özündə əks etdirən videogörüntülərin olduğu bir ədəd DVD, eləcə də "xxxx" MMC-dən daxil olmuş bir ədəd CD disklərin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalı, disklər iş materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün, məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi məqsədi ilə ona, dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi və tərcüməçinin tərcümə xidmətləri ilə ilə bağlı təqdim etdikləri hesabatlara uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən, bu Məcəllənin 197.1.4-cü maddəsində (mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ) nəzərdə tutulan məsrəf məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğdə pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətindən başqa, təqsirləndirilən şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı zaman daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli, 5 nömrəli Qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə, «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözü gedən Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin müddəalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ibtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 11 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 198, 344-347, 349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona həmin maddə ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 11 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğdə pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmədə təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilsin. Məhkəmənin hökmü qanuni qüvvəsini alandan sonra, cinayət işi üzrə maddi sübut kimi tanınaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sabirabad Rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş təmiz çəkisi 11,040 qram, ekspertiza tədqiqatından sonrakı qalığı 10,990 qram olan narkotik vasitə heroin məhv edilsin; Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aşkar olunmuş bir ədəd “Samsung”, bir ədəd “Nokia” markalı mobil telefonun iş üzrə əhəmiyyət kəsb etmədiyindən təqsirləndirilən şəxsin qardaşına qaytarılması, şəxsi axtarış və götürmə istintaq hərəkətlərini özündə əks etdirən videogörüntülərin olduğu bir ədəd DVD, eləcə də "xxxx" MMC-dən daxil olmuş bir ədəd CD disklərin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın, disklər iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hazırki hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Esmira Məmmədova Hakimlər Neymət Məmmədov Nahid Hüseynov
Məhkəmə qərarları › İş №1(099)-270/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-270/2024
24.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver