Məhkəmə qərarları › İş №1(099)-270/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-270/2025

12.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-270/2025 12.11.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Vəliyeva Ayşən Umud qızı və Nuriyev Aqil Abdul oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X10, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi, tərcüməçi X5 iştirakları ilə, xx xxxx 1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Bala Bəhmənli kəndində qeydiyyatında olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbəsi, Samir Əliyev küçəsində yaşayan, barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 12.1, 144.2.3, 12.1, 144.2.4, 12.1, 144.2.5 və 12.1, 318.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Məmmədov X6 Kənan Natiq oğlunun təklifi əsasında Zərərçəkmiş şəxs oğurlamaq üçün Rusiya Federasiyası vətəndaşı X7 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etdikdən sonra aralarında olan rolların bölgüsünə görə Şahid7v X17ə zəng edərək Rusiya Federasiyası, Komi Respublikası, Sıktıvkar şəhəri, Bumajnikov küçəsi, ev 26 ünvanına çağırmış, 04 yanvar 2019-cu il saat 20:24-də Zərərçəkmiş şəxs Şahid7 çağırışı ilə həmin ünvana gəldikdən sonra Zərərçəkmiş şəxs oğurlamaq üçün Şahid1 göstərişi ilə Şahid7vla birgə Zərərçəkmiş şəxs yaxınlaşıb onun əllərindən tutaraq zor tətbiq edib Şahid1 idarə etdiyi «Opel Astra» markalı, O 076 CA 11 dövlət qeydiyyat nişanlı avtomobilin yanına gətirib Zərərçəkmiş şəxs müqavimət göstərdiyi üçün sağ əli ilə sonuncunun başına iki dəfədən az olmayaraq zərbə vuraraq Şahid7vla birlikdə məcburi şəkildə avtomobilin arxa oturacağına oturdaraq Rusiya Federasiyası, Komi Respublikası, Sıktıvkar şəhərinin ərazisi ilə "xxxx" MMC-nin Rusiya Federasiyası, Komi Respublikası, Kortkeros rayonunun Kortkeros kəndi, Dorojnaya küçəsi, ev 23B ünvanında yerləşdiyi əraziyə gətirib Şahid1 göstərişi ilə müqavimət göstərmək və qaçmaq imkanından məhrum etmək məqsədi ilə Zərərçəkmiş şəxs yük trosu ilə oturacağa bağlamış və daha sonra silah qismində istifadə etdiyi bıçağı onun boğaz nahiyəsinə tutaraq həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etmiş, bundan sonra 05 yanvar 2019-cu il saat 00:05-də polis əməkdaşları gələrək Zərərçəkmiş şəxs azad etmişlər. Bundan başqa o, 27 aprel 2016-cı il tarixdə «Rusiya Federasiyasından çıxış və Rusiya Federasiyasına giriş qaydası haqqında» Rusiya Federasiyasının 15 avqust 1996-cı il tarixli 114-FZ nömrəli Federal Qanunun 27-ci maddəsinin 2-ci bəndinə müvafiq olaraq Komi Respublikası üzrə Rusiya DİN MMİ tərəfindən onun barəsində 26 aprel 2023-cü il tarixə kimi Rusiya Federasiyasına girişə icazə verilməməsi haqqında qərar qəbul edilməsinə baxmayaraq o, 26 dekabr 2018-ci il tarixində saat 23:00-dan 23:39-a kimi olan dövr ərzində Rusiya Federasiyası, X1 rayonunda 69 və 70 nöqtələri arasında müəyyən edilmiş Rusiya Federasiyasının Dövlət sərhədləri sahəsində (Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında «Dövlət sərhəddi haqqında 03 sentyabr 2010-cu il tarixli Müqaviləyə 1 nömrəli əlavə) onun barəsində mövcud Rusiya Federasiyasına giriş məhdudiyyəti müddətinin bitməsini gözləməyərək, qəsdən hərəkət edərək Rusiya Federasiyasına girişin Rusiya Federasiyası qanunvericiliyi ilə nəzərdə tutulan əsaslar üzrə icazə verilmədiyini bilərək Azərbaycan Respublikasından Rusiya Federasiyasına gedərək Azərbaycan Respublikasının Yalama və Rusiya Federasiyasının Taqirkent-Kazmalyar buraxılış məntəqələri arasından keçən Rusiya Federasiyasının Dövlət sərhəddini keçmiş, bundan sonra Dağıstan Respublikası Maqaramkentsk rayonu ərazisində yerləşən Taqirkent-Kazmalyar buraxılış məntəqəsinə gəlib 26 dekabr 2018-ci il tarixində saat 23:39da qeyd olunan buraxılış məntəqəsində Rusiya Federasiyasının Dövlət sərhəddini qanunsuz keçməsinə yönəlmiş cinayətkar niyyətini reallaşdıraraq, barəsində qəbul edilmiş Rusiya Federasiyasına girişin icazə verilməməsi haqqında qərar haqqında məlumatı olmaqla, sərhəd nəzarət əməkdaşlarının barəsindəki həmin qərarla bağlı yanıldılması məqsədi ilə pasport nəzarətindən keçərək 10 dekabr 2018-ci il tarixdə C02167576 nömrəli pasportu təqdim etmiş, bu zaman barəsində Rusiya Federasiyasına girişin icazə verilməməsi haqqında qərarla bağlı heç nə bildirməyərək barəsində giriş məhdudiyyəti ilə bağlı məlumatın olmaması ilə əlaqədar o, Rusiya Federasiyasına buraxılmışdır. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda yalnız CM-nin 12.1, 318.1-ci maddəsinə münasibətdə təqsirli bilərək ifadəsində göstərmişdir ki, xarici pasportunu itirdiyi üçün 2018-ci ilin dekabr ayında «ASAN» xidmətə gedərək yeni pasport çıxarmaq üçün müraciət etmişdir. «ASAN» xidmətdə pasportunu götürdükdən sonra 2018-ci ilin dekabr ayında Rusiya Federasiyasına getmişdir. Rusiyada 3 il müddətində orada qalmaqdan ötrü sənəd toplamağa başlamışdır, lakin rusiyada ona sənədinin saxta olması bildirilmişdir. CM-nin 12.1, 144.2.3, 12.1, 144.2.4, 12.1, 144.2.5-ci maddəsinə münasibətdə isə bildirir ki, 29 dekabr 2018-ci il tarixdə Kənanın işlədiyi yerə getmiş, orada Kənanla oturub çay içmişdir. Bayramla əlaqədar kənan işçilərini bayrama buraxmışdır. Orada sonradan adını bildiyi Zərərçəkmiş şəxs Kənana məxsus avtomobili götürərək işçiləri evlərinə aparmaq istəmişdir, lakin o Kənana həmin şəxsin içkili olduğunu, maşının verməməsini demişdir. Yuri avtomobili götürüb getmişdir, təxminən 2-3 saatdan sonra Kənanın bir nəfər tanışı ona zəng vuraraq avtomobilinin qəzalı vəziyyətdə olduğunu, gəlib avtomobili götürməsini demişdir. Onlar avtomobilin olduğu yerə gedərək avtomobili götürüb gəlmişlər. Yuri Kənana avtomobilini işləyib düzətdirəcəyini, bu səbəbdən də polisə şikayət etməməsini demişdir. 30 dekabr 2018-ci il tarixdə səhər vaxtı Yurinin işlədiyi Kənana məxsus zavoddan qaçıb getdiyini öyrənmişlər. Təxminən 4-5 gündən sonra Kənan ona bayram tətilinin qurtardığını, onunla birlikdə gedib şəhərdən işçiləri götürüb zavoda gətirmələrini demişdir. Onlar şəhərə gedib 2 nəfəri götürüb zavoda gətirmişlər. Zavodda söhbət zamanı Kənan əsəbləşərək Yurinin üzündən 2 sillə vurmuşdur, o Kənanı sakitləşdirmiş, həmin şəxsin yazıq olmasını demişdir. O, Yurini kənara çəkmiş, ona su və siqaret verərək narahat olmamasını demişdir. Təxminən 20-30 dəqiqə sonra polislər gələrək Kənanı və sürücü Yurini polis şöbəsinə aparmışlar. Təxminən 1 saat sonra polislər və Yuri zavoda gəlmişlər, o özü polislərə yaxınlaşaraq hadisə barədə izahat vermək istəməsini demişdir. Onu polis şöbəsinə aparmışlar, orada izahatını vermişdir. Həmin vaxtı Kənanı buraxmışlar lakin sürücü Yuri axtarışda olduğu üçün onu saxlamışlar. O təxminən 2 ay orada yaşamışdır, onun sənədində problemlər olmuş, Rusiya dövləti ona 3 gün ərzində şəhəri tərk etməsini demişdir, o da 3 gün müddətində Azərbaycana qayıtmışdır. 2020-ci ildə müharibədən qabaq onu Azərbaycanda istintaqa çağırmışlar, o da könüllü getmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, Zərərçəkmiş şəxs iplə ağaca bağlamamış, heç bir təyziq etməmişdir. Kənanla onun uzaq qohumluq əlaqəsi vardır. Kənanın Rusiyada istintaqa cəlb olunduğunu bilmişdir. Onun Azərbaycana qayıtmasına səbəb isə sənədlərində problemlər olması, bu səbəbdən 3 gün müddətində Rusiyanın tərk etməli olmasını bildirmişdir. Hadisə günü polis əməkdaşı zavoda gələn vaxtı onlar oturub çay içmişdirlər, Yurinin əl-qolu bağlı olmamışdır. Orada sürücü Yuridən başqa heç kəsi tanımır. Yurini Ejva rayonundan götürərkən onu zorla maşına otuzdurmamışlar, o özü maşına oturmuşdur. Yuriyə Kənandan başqa heç kəs sillə vurmamışdır. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. İş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs Rusiya Federasiyasının vətəndaşı olduğundan, iş materiallarında olan sənədlərdə onun Rusiya Federasiyasında cəzaçəkmə müəssisəsində cəza çəkdiyindən, onunla əlaqə yaradılması və məhkəmə iclasında iştirakı mümkün olmadığından onun istintaq vaxtı verdiyi ifadələri elan və tətdqiq olunur. Məhkəmə baxışında elan və tədqiq olunmuş zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs ifadəsindən görünür ki, 2018-ci ilin oktyabr ayından "xxxx" MMC mişarlama müəssisəsində sürücü işləmiş, onu "xxxx" MMC-nin direktoru Şahid1 işə götürmüş, həmin yerdə əmək müqaviləsinə əsasən işləmişdir. 30 dekabr 2018-ci il tarixdə "xxxx" MMC-nin işçilərindən adlarını bilmədiyi bir neçə nəfər onları Kortkeros rayonunun Nivşer qəsəbəsində yerləşən evlərinə aparmağı ondan xahiş etmişlər, o da həmin şəxslərə Şahid1 müraciət etmələrini bildirmişdir. Bundan sonra Şahid1 ona həmin şəxslərin benzin tökəcəyi halda özünə məxsus olan “Wolksvagen Jetta” markalı avtomobillə onları aparmasını bildirmiş, bundan sonra o və digər beş nəfər yola çıxmışlar. Nivşer şəhərinə çatmağa az qalmış qar yağdığı üçün avtomobil yolun kənarındakı küvetə düşmüş, maşını qardan çıxaran zaman avtomobilin arxa buferi və arxa təkərin lingi sınmış, lakin maşın sürüldüyü üçün həmin şəxsləri Nivşer şəhərinə aparmışdır. Gecə olduğuna görə maşın sürmək qorxulu olmuş, həmin vaxt maşında olan sərnişinlərdən biri Kənana zəng edərək yol nəqliyyat hadisəsinin olması barədə məlumat vermişdir. Bir neçə saat sonra Şahid1 Təqsirləndirilən şəxsla birlikdə Nivşer qəsəbəsinə gəlmişdir. Əvvəllər Təqsirləndirilən şəxs tanımamış, Savalanlı İlqarın onun sağ əli olmasını biznesdə ona kömək etməsini bildirmişdir. İlqar ona yol nəqliyyat hadisəsinə görə Savalanlıya bir milyon rubl borcu olmasını demişlər, lakin həqiqətən Savalanlıya maşının əzilməsinə görə dəymiş maddi ziyan ona deyilən məbləğindən dəfələrlə az olmuşdur. Savalanlının dediyi pulu ona ödəmədiyi halda tapıb öldürəcəyindən qorxmuşdur. Şahid1 borcunu əmək haqqından çıxa biləcəyini demiş, ondan sonra Kənan sakitləşmişdir. Kənandan qorxduğu üçün tanışı Travina ilə birlikdə Kənanın müəssisəsindən qaçıb getmişdir. Tanışı Nikolaya zəng edərək Şahid1 ilə arasında baş verənləri demiş, çox ağır vəziyyətdə olmasını və ona kömək etməsini bildirmişdir. Nikolay ona mənzil tapacağını və kömək edəcəyini bildirmişdir. xx.xx.2019-cu ildə nahar vaxtı bir daha Nikolaya zəng edərək ev məsələsinin nə yerdə qalmasını soruşduqda Nikolay ona Sıktıvkar şəhərinin Ejvar rayonunda mənzil tapmasını demiş və görüşmələrinə razılaşmışlar. Gözləyən vaxt Opel markalı avtomobil dayanmış, avtomobilin ön sərnişin oturacağından Nikolay düşmüş, Nikolaya yaxınlaşdıqdan sonra heç bir söz demədən əli ilə onun sağ qolundan tutmuş, dərhal maşından sərnişin oturacağından İlqar da düşmüş, İlqar isə əli ilə onun sol qolundan tutmuş, həmin anda Opel markalı avtomobilinin sükanı arxasında bilavasitə Şahid1 oturmasını görmüşdür. İlqar ona əyləşməsini demiş, həmin vaxt İlqarın ondan maşına oturmağını tələb etməsini başa düşmüş, lakin ilk öncə maşına oturmaq istəməmiş, dirənməyə, əllərini avtomobilə dayamağa başlamışdır. Nikolay və İlqar ikisi onu zorla maşına itələməyə başlamış, bu zaman Şahid1 heçnə deməmişdir. Travina qışqıraraq onu buraxmalarını xahiş etsə də həmin şəxslər Travinanın sözün eşitməmişlər. Bundan sonra avtomobilin arxa oturacağına oturtmuşlar, Nikolay və İlqar onun arxasında müvafiq olaraq sağ və sol tərəfdən oturmuşlar, ön sərnişin oturacağında əvvəllər tanımadığı bir kişi oturmuşdur. Kənan dərhal maşını işə salmış, Nikolay Kənana “sənə dedim axı onu tapacağam” sözlərini demiş, bundan sonra maşın hərəkət edən zaman Kənan və İlqar ona indi mişarlama müəssisəsinə gedəcəklərini demiş, həmin vaxt onu "xxxx" MMC-yə aparıb fiziki şəkildə cəzalandıracaqlarını başa düşmüşdür. Bir müddət sonra Nikolay avtomobildən çıxdıqda Kənana müraciət edərək ona “Sən mənə birşey söz vermisən”, Kənan da cavabında cibindən pul çıxarmış və onları sakitcə Nikolaya vermiş, bundan sonra Nikolay və qabaqda əyləşən kişi avtomobildən düşərək uzaqlaşmışlar. İlqar və Kənan ilə Kortkeros kəndi tərəfə getmiş, Kortkeros kəndində gedərkən yolda İlqar və Kənan onu fiziki cəza ilə təhdid etmişlər, maşında onun qollarını heç kim bağlamamış, lakin buna baxmayaraq maşından çıxa bilməzdi. Maşında heç kim ona qarşı zorakılıq etməmiş, həmçinin başına kisə keçirtməmişdir. Maşında İlqar və Kənan tərəfindən ona qarşı psixi zorakılıq tətbiq edilmiş, bu da onu qorxuzmaqla, cəzalandırmaq təhdidləri söyləməklə öz sonrakı hərəkətlərini konkretləşdirilməsində ifadə edilmişdir. xx.xx.2019-cu il tarixdə axşam saatlarında "xxxx" MMC-yə mişarlama müəssisəsinə çatmışlar. Mişarlama müəssisəsinə gəldikdə yolda İlqar və Kənan onu Kənanın evinə aparmışlar. Qaça bilməməyi üçün sağ və sol qollarından tutmuşlar. Evə apardıqdan sonra onlar ikisi birlikdə onu ağac kötüyünün üzərinə oturtmuşlar, dirənmək istəmiş, lakin onlar fiziki cəhətdən ondan güclü olduğuna görə onlarla bacara bilməmişdir. Onu belə vəziyyətdə kötüyün üzərində qoyaraq kəndirlə onu tamamilə kötüyə bağlamışlar. Kəndir onun alnından, çiynindən, çiyin oynaqlarından, biləklərindən, çanağından və diz oynaqlarından keçmiş, həmin vəziyyətdə ümumiyyətlə bədəninin heç bir hissəsi ilə hərəkət edə bilməmişdir. Nə üçün onu kötüyə bağladıqlarını soruşduqda həmin şəxslər ona indi biləcəyini demişdir. Bundan sonra İlqar onunla qalmış, Kənan isə mətbəxə gedərək oradan mətbəx bıçağını gətirib bıçaqla ona yaxınlaşmış, mətbəx bıçağını sağ əli ilə tutaraq onun boğazına dirəyib “indi səni it kimi kəsəcəyəm” sözlərini demişdir. Kənanın bu sözlərindən çox qorxub, mişarlama müəssisəsindən sağ çıxmayacağını düşünmüşdür. Kənan bıçağı onun boğazına dirəyən zaman onun telefonu zəng çalmış, Kənan zəngi cavablandırdıqda “Alo” sözünü demiş, bundan sonra telefonla danışan şəxsin Kənana nəysə deməsini eşitmiş, Kənan zəngi sonlandırdıqdan sonra həmin vaxt Kənan İlqara rus dilində onu açmasını bildirmişdir. Bundan sonra onlar Azərbaycan dilində bir neçə ifadə demiş və artıq bundan sonra Kənan da onu açmağa başlamışdır. 5-10 dəqiqəyə yaxın belə vəziyyətdə kötüyə bağlanmış vəziyyətdə qalmışdır. Onu açdıqdan sonra otaqda stula oturtmuşlar, oturmağı və hərəkət etməməyi demişlər. Onlardan küçəyə çıxıb siqaret çəkməyi xahiş etmiş, lakin Kənan ona otur və heç yerə çıxma, daha bir neçə dəqiqədən sonra mişarlama müəssisəsinin ərazisinə gələn avtomobil faralarının işıqlarını görmüş, bundan sonra əvvəllər tanımadığı polis əməkdaşı Kənanın evinə gəlmiş və özünü təqdim edərək polis əməkdaşı olmasını demişdir. Bundan sonra sahə müvəkkili ondan nə baş verməsini soruşmuş, bu zaman Kənan və İlqar onların yanında olmuşdur. Sahə müvəkkilinə burdan çıxmaq və polis şöbəsinə getmək lazım olmasını başa salmış, sahə müvəkkili onu başa düşmüş Kənan, sahə müvəkkili və o polis şöbəsinə getmiş, İlqar isə orada olmamışdır. Müstəntiqə izahat verdikdən sonra oradan getmiş və bir daha Kənanı görməmişdir. İş üzrə şahidlər Rusiya Federasiyasının vətəndaşları olduğundan, onlarla əlaqə yaradılması və məhkəmə iclasında iştirakları mümkün olmadığından onların istintaq vaxtı verdikləri ifadələri elan və tətdqiq olunur. Belə ki, məhkəmə iclasında elan və tədqiq olunmuş Şahid1 ifadəsində qeyd edilmişdir ki, o, Rusiya Federasiyasında mişar zavodunu icarəyə götürmüş və "xxxx" MMC-nin təsisçisi özü olmuş, həmin mişar zavodunda ağac emalı ilə məşğul olmuşdur. 2018-ci ilin qış aylarının əvvəllərində Nikolay adlı tanışı Zərərçəkmiş şəxs onun yanına gətirmiş və işə ehtiyacı olmasını demişdir, Yurini bazada sürücü vəzifəsinə götürmüşdür. 28 və ya 30 dekabr 2018-ci il tarixdə saat 22-23 radələrində küçəyə çıxdıqda “Wolksvagen Jetta” markalı avtomobilini saxladığı yerdə aşkar etməmiş, həmin vaxt avtomobilini Zərərçəkmiş şəxs götürməsini ehtimal etmişdir. Çünki Zərərçəkmiş şəxs bir müddət əvvəl ona yaxınlaşaraq işçiləri olan Saşa və Ruslanı evə aparmaq üçün ondan icazə istəmişdir. Ona görə də Saşa və Ruslana zəng edərək harada olmalarını soruşduqda həmin şəxslər Yuri ilə birlikdə Ust-Kulomski rayonunun Timşer qəsəbəsinə getmələrini və yolda yol nəqliyyat hadisəsi törətmələrini demişdir. Həmin vaxt taksi çağırmış və taksi ilə işçisi Təqsirləndirilən şəxsla birlikdə Timşer şəhərinə yollanmışlar. Çatdıqda Aqaçevi sərxoş vəziyyətdə görmüş, daha sorna Zərərçəkmiş şəxs qolundan tutaraq birlikdə Kortkeros kəndinə yollanmışlar. Həmin vaxt maşını əzik halda görmüşdür, belə ki, avtomobilin qabaq bamperi və qanadlarından biri zədələnmiş halda olmuş, ona məxsus bazaya çətinliklə çatmışdır. Yol gələrkən səhərə yaxın Zərərçəkmiş şəxs yuxudan oyanaraq avtomobilini qaçırması barədə polisə məlumat verməməsi üçün ona yalvardığına görə polisə şikayət etməmiş, lakin Aqaçev maşının təmirini onun yanında işləməklə ödəyəcəyi barədə ona söz vermişdir. Bir neçə gün sonra Aqaçev yaşadığı qadınla birlikdə Kortkeros rayonunun, Mordino kəndinə yollanmışlar. Aqaçev yük maşını təmir etməli olmuş, ona görə də Aqaçevə zəng edərək harada olmasını soruşmuş, Aqaçev ona Mordino kəndində olmasını və nəqliyyat vasitəsi olmadığından qayıda bilməməsini demişdir. Aqaçevin yanına gedərək sonuncunu bazaya geri gətirmişdir. 2019-cu ilin yanvar ayının 4 və ya 5-də anbarında çatışmayan ehtiyat hissələrini aşkar etmiş və həmin vaxt ehtiyat hissələrini Aqaçevin götürməsini başa düşmüş, belə ki, qeyd olunan vaxtda bazada Aqaçevdən başqa şəxs olmamışdır. İlqar həmin vaxt Sıktıvkar şəhərində olmuş. Aqaçevi axtarmağa başlamış, lakin Aqaçev və onun yaşadığı qadın orada olmamışdır. Aqaçevə zəng etmiş, lakin zənglərinə cavab verməmişdir. Sonradan Aqaçev onun zənginə cavab vermiş, bir həftə dincəlmək istədiyini demişdir. Ehtiyat hissələrinin harada olmasını soruşmuş, Aqaçev ona ehtiyat hissələrini qaytaracağına söz vermiş. Aqaçevdən ehtiyat hissələrini kimə satdığını soruşduqda sonuncu telefonu söndürmüşdür. Bundan sonra Nikolayın yanına gedərək Aqaçevə zəng etməsini xahiş etmiş, Nikolaya ehtiyat hissələrinin harada olmasını öyrənmək istədiyini demişdir. Nikolay Aqaçevə zəng edərək harada olmasını soruşmuş, Aqaçev Tatyana ilə birlikdə yaşamağa yerləri olmadığına görə Ejvin rayonunda küçədə olmalarını demişdir. Onlar Sıktıvkar şəhərinə Nikolay, İlqar və Saşa (Kompot ləqəbli) tanışları ilə birlikdə yollanmışlar. Həmin şəhərə həyat yoldaşına məxsus olan “Opel Astra” markalı avtomobillə getmişlər. X14 şəhərinin, Bumajnikov prospektində olduğu ünvanı demiş və daha sonra onlar həmin ünvana yaxınlaşanda özü avtomobildə qalmış, Nikolay və İlqar maşından düşmüşlər. Aqaçev onlara yaxınlaşdı və onlar Aqaçevdən bazada nə etməsini soruşaraq maşına əyləşməsini dedilər, bundan sonra Aqaçev arxa oturacaqda əyləşdi, Nikolay və Kompot onun yanında oturmuş, həmin vaxt Aqaçev tək olmuşdur. Bundan sonra Kortkeros kəndinə yollanmışlar. Nikolay və X24 kəndinin ərazisində düşürtmüşdür. Kortkeros kəndinə gedərkən Aqaçevin üstünə qışqıraraq söymüşdür. Kortkeros kəndində bazaya gəlib çatanda Aqaçev, İlqar, işçilərdən İqor və Saşa ilə birlikdə evə girmişlər. Evdə olarkən Aqaçev ondan araq istəmiş, Aqaçevə ehtiyat hissələrini kimə satmasını dediyi halda ona araq verəcəyini bildirmiş, Aqaçev ona ehtiyat hissələrini dağıstanlılara satmasını, lakin onları necə tapacağını bilmədiyini demişdir. Aqaçevi bazaya gətirdikdən sonra sonuncuya sillə vurmuşdur. Söhbət etdikləri zaman polis əməkdaşları qəfil otağa daxil olmuş. Ondan sonra polis əməkdaşları ilə birlikdə polis şöbəsinə yollanmışlar. Bir qadın polisə Aqaçevin qaçırıldığını bildirmiş, polis ondan izahat alaraq onu buraxmış, həmin gündən sonra Aqaçevlə bir ay ərzində bir dəfə danışmış, belə ki, Aqaçev ona zəng edərək onu işə götürməsini xahiş etmiş, Aqaçevdən ehtiyat hisssələrinin harada olmasını soruşmuş, Aqaçev ondan ehtiyat hissələrinin pulunu maaşından verəcəyini demişdir. Aqaçevə qarşı heç bir zorakılıq və hədə qorxudan istifadə etməmiş, nə də ki, ifadə etməmiş, sadəcə olaraq onu söymüşdür. Məhkəmə iclasında elan və tədqiq olunmuş Şahid2 ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs ilə 2018-ci ilin may ayında tanış olmuşdur. Zərərçəkmiş şəxs 2018-ci ilin oktyabr ayından Komi Respublikası Kortkeros kəndində yerləşən "xxxx" MMC-nin mişar zavodunda yük maşını sürücüsü vəzifəsində işləmiş, həmin MMC-nin rəhbəri Şahid1 olmuşdur. xx.xx.2018-ci ildə axşam saatlarında Aqaçev işçiləri avtomobil ilə Timşer qəsəbəsinə evlərinə aparacağını demişdir. Şahid1 özü könüllü şəkildə Zərərçəkmiş şəxs avtomobilin açarlarını verərək vaxtı olmadığına görə işçiləri evlərinə aparmasını Yuridən xahiş etmiş. xx.xx.2018-ci il tarixdə Aqaçev evə qayıtdıqdan sonra işçiləri apararkən yol nəqliyyat hadisəsi törətməsini deyərək buna görə Şahid1 pulsuz işləməyə məcbur olmasını demişdir. Aqaçev Şahid1 ******* rubl borclu olmuşdur. xx.xx.2019-cu il tarixədə Yuri Şahid1 ilə işləməyin mümkün olmadığını bildirərək mişar zavodundan qaçmaq lazım olmasını demiş. Təqsirləndirilən şəxsla Şahid1 onu öldürməklə hədələməsini desə də özü həmin şəxslərin Aqaçevi öldürməklə hədələməsinin şahidi olmamışdır. Heç kimə heçnə məlumat vermədən Sıktıvkar şəhərinə getmişlər. xx.xx.2019-cu il tarixdə günorta saatlarında Nikolay Zərərçəkmiş şəxs zəng edərək onlara ev tapmasını deyib olduqları yeri soruşmuşdur. Nikolayı gözlədikləri vaxtda yanlarında avtomobil dayanmış. Maşınından Nikolay, Sergey və Təqsirləndirilən şəxs düşmüşlər. Həmin şəxslər Aqaçevə maşına minməsini tələb etmişləır, lakin sonuncu imtina etmişdir. Bundan sonra həmin şəxslər Aqaçevin əllərindən tutub maşının arxa oturacağına mindirib uzaqlaşmışlar. O, da 112 operatoruna zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Sabahısı gün yəni, xx.xx.2019-cu il tarixdə Aqaçev onun yanına gəldikdən sonra Şahid1 və Təqsirləndirilən şəxs onu Kortkeros kəndinə aparmalarını, mişar zavoduna çatanda kəndirlə bağlamalarını, polis gəldikdən sonra onu buraxmalarını demişdir. Məhkəmə iclasında elan və tədqiq olunmuş Şahid3 ifadəsindən görünür ki, o, Şahid1 məxsus Kortkeros kəndində olan mişar zavodunda fəhlə kimi işləmişdir. 2018-ci ilin dekabr ayının sonunda Aqaçev Kənanın maşınını götürüb qəza törətmiş, buna görə də Kənan Aqaçevə əsəbiləşərək sonuncunu istirahət vermədən işlədərək ona dəymiş ziyanı ödətdirmək istəmişdir. 2018-ci ildə yeni il üçün evə getmiş və birdaha həmin yerə qayıtmamışdır. Yanvarın əvvəllərində Kənan ona zəng edərək Aqaçevin həyat yoldaşı ilə qaçmasını, Aqaçevi tapmaqda ona köməklik göstərilməsini xahiş etmiş. Bir müddət sonra Kənan ona zəng edərək Aqaçevi tapmasını və sonuncunu avtomobilə mindirməkdə köməklik göstərilməsini xahiş etmişdir. Kənan onu “Opel Astra” markalı avtomobillə götürmüş. Maşına mindikdə maşını Kənan idarə etmiş, İlqar və Nikolayın da maşında olmasını görmüşdür. Sıktıvkar şəhərinin, Ejvin rayonuna gəlib çatanda Nikolay Aqaçevə zəng vurub harada olmasını soruşmuş, onlar Aqaçevin dediyi ünvana getmişlər. Aqaçev həyat yoldaşı Tatyana ilə birlikdə çıxmış, o Nikolay ilə birlikdə maşından düşmüş Aqaçevə maşına minməsini demiş, Aqaçev isə cavabında maşına minməyəcəyini demişdir. Bundan sonra onlar Aqaçevə yaxınlaşaraq qollarından tutub maşına oturtmuşlar. Onu Sendkırkeşə gedəndə döngədə düşürtmüşlər. Məhkəmə iclasında elan və tədqiq olunmuş Şahid4 ifadəsindən görünür ki, o, X23 Nazirliyjnin Kortkeros rayonu üzrə müstəntiqi vəzifəsində işləyir. 04 yanvar 2019-cu il tarixdə saat 21:30 radələrində növbətçi olan vaxt Zərərçəkmiş şəxs zorla Sıktıvkar şəhərinin Ejvin rayonundan zorla Komi Respublikası, Kortkeros rayonunda yerləşən mişar zavoduna aparılması barədə məlumat daxil olmuşdur. O, da həmin zavoda getmişdir. Zavodun həyətində yerləşən evdən qafqazlı bir kişi çıxmış, həmin şəxslə onun çıxdığı evə daxil olmuş, evə daxil olduqda orada zahiri görkəminə görə qafqazlı bir kişi olmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs də orada olmuş, onun şəxsiyyətini sonradan müəyyən etmişdir. Onların harada oturduqları hal-hazırda yadında deyil, lakin Aqaçev bağlanmış vəziyyətdə oturmamışdır. Aqaçevdən nə baş verdiyini soruşduqda o hərşeyin yaxşı olmasını demiş, lakin üz jestləri ilə ona nə isə başa salmaq istəmişdir. Həmin vaxtı onların yanında iki nəfər zahirən qafqazlıya oxşar şəxs olmuşdur. Aqaçev ilə təklikdə söhbət eləmiş, həmin vaxt Aqaçev ona Kənan və İlqar adlı şəxslər tərəfindən zavoda zorla gətizdirilərək kəndirlə skamyaya bağladıqlarını bildirmişdir. Məhkəmə iclasında elan və tədqiq olunmuş şahid X8 ifadəsindən görünür ki, 2018ci ilin mart ayından 2019-cu ilin yanvar ayına qədər olan müddətdə "xxxx" MMC-nin mişar zavodunda usta kimi işləmiş, 2018-ci ilin dekabr ayında Aqaçev işçiləri harasa apararkən Kənan ona öz maşınının açarlarını vermiş, bundan sonra Aqaçev işçiləri aparmış və yolda yol nəqliyyat hadisəsi törətmişdir. 2019-cu ilin yanvar ayının əvvəllərində, saat 22 radələrində Aqaçev Kənan və İlqar ilə birlikdə gəlmiş, onlar üçü birlikdə Kənanın yaşadığı tirə girmişlər. Kənan yüksək səslə Aqaçevin üstünə qışqırmış, Aqaçev həmin anda skamyada oturmuş, İlqarla Kənan isə divanda oturmuşlar, fikir vermədiyinə və həmin gündən çox vaxt keçdiyinə görə onların nə məzmunda söhbət etmələrini bilməmişdir. Ərzaqları oradan götürüb bayıra çıxmış, bir neçə dəqiqə sonra Kənandan nə isə soruşmaq üçün yenidən tirə girmişdir. Həmin vaxt Aqaçevin skamyada bağlanmış vəziyyətdə uzanmış halda görmüş, bir müddət sonra mişar zavoduna “Niva” markalı polis maşını gəldiyini görmüş, daha sonra nə baş verməsindən hər hansı məlumatı olmamışdır. Məhkəmə iclasında elan və tədqiq olunmuş Şahid6 ifadəsindən görünür ki, o, 04 və ya 05 yanvar 2019-cu il tarixdə Sıktıvkar şəhərinin Lesozavod qəsəbəsində Şahid7 ilə istirahət edərkən sonradan adının Kənan olmasını öyrəndiyi şəxs avtomobillə gəlmişdir. Kənan sükan arxasında, əlavə iki nəfər də tanımadığı şəxslər olmuşlar. Həmin şəxslər Nikolaya Sıktıvkar şəhərinin Ejvin rayonuna getməyi təklif etmiş, həmin vaxt qeyd olunan şəxslərlə gedə biləcəyini soruşduqda həmin şəxslər ona getməyə icazə vermiş, bundan sonra beşi də birlikdə Ejvin rayonuna yola düşmüşlər. Ejvinə gəlib çataraq maşını saxlamışlar. Adının Yuri olduğunu bildiyi şəxs maşına yaxınlaşaraq maşına əyləşmiş, Sıktıvkar şəhərinə geri qayıtmışlar. Yurini maşına mindirərkən hər hansı zor tətbiq etməmişlər, hər hansı söyüş söyməmişlər. Məhkəmə iclasında elan və tədqiq olunmuş Şahid7 ifadəsindən görünür ki, Kortkeros kəndi ərazisində yerləşən "xxxx" MMC-də işləyir. Həmin mişar zavodunun sahibi Şahid1 olmuş. İlqar adlı şəxs Kənanın “sağ əli” olmuş, sonuncunun təlimatlarını icra edərək onların işinə nəzarət etmişdir. 2013-cü ildə, Rusiya Komi Respublikasında 22 nömrəli İslah Koloniyasında cəza çəkmiş, həmin vaxt Zərərçəkmiş şəxs ilə tanış olmuş və aralarında dostluq münasibətləri yaranmışdır. 2018-ci ilin avqust ayında Aqaçev ona zəng edərək işə ehtiyacı olmasını və sürücü işləmək istədiyini demiş, həmin vaxt Aqaçevə "xxxx" MMC-də işə düzəlməyi təklif etmiş, Kortkeros kəndinə gələrək Kənanla danışıb razılaşmış və bundan sonra Kənan Aqaçevi işə götürmüşdür. 03 yanvar 2019-cu il tarixdə Kənan ona zəng edərək Zərərçəkmiş şəxs tapmasını xahiş etmiş, lakin hansı səbəbə axtarmasını deməmişdir. Yuri həmin gün ona zəng edərək Tatyana ilə ona mənzil tapmasını xahiş etdiyinə görə Kənana Yurinin yerini bilməsini demişdir. Bir qədər sonra Kənan ona təkrar zəng edərək Aqaçevin yerini bilib-bilmədiyini soruşmuş, müsbət halda gedib Aqaçevi gətirməkdə ona köməklik etməyi xahiş etmişdir. Sonra Kənan “Opel” markalı avtomobillə dalınca gəlmişdir. Həmin vaxt maşında İlqar və sonradan adının Sergey olmasını öyrəndiyi şəxs olmuşdur. Maşına mindikdə Kənan ondan haraya gedəcəklərini soruşduqda Kənana Sıktıvkar rayonunun, Ejvin rayonuna getməli olmasını bildirmişdir. Aqaçev ona Ejvin rayonunun Bumajnikov prospektində olmasını deməsinə görə həmin yerə getmişlər və Yuri və Tatyananı həmin küçədə durmalarını görmüşdür. Sergey və İlqarla birlikdə maşından düşmüş, Kənan isə maşında qalmışdır. Sergey Yurinin qolundan tutaraq İlqarla birlikdə maşına itələməyə başlamış, Yuri həmin an müqavimət göstərərək qaçmağa çalışmış, Yurinin İlqar və Kənandan qorxması açıq-aydın görünmüşdür. Yuri maşına minməzdən əvvəl İlqar ovucu ilə Yurinin üz nahiyəsindən zərbə vurmuş, həmin vaxt Tanya küçədə dayanmışdır. Onlar Yurini maşına mindirdikdən sonra Kənan dərhal maşını hərəkətə gətirmişdir. Yola çıxdıqdan dərhal sonra Yuriyə onu Kortkeros kəndinə aparacağını və Yurinin borcunu bağlayacağını demişdir. Lesozavoda çatdıqda Sergeylə birlikdə orada maşından düşmüşlər. Lesozavoda getikdə Kənan maşında olan çubuğu Yuriyə göstərərək “bax səni nə gözləyir” sözlərini demişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. İş materiallarında olan 05 yanvar 2019-cu il tarixli “hadisə yerinə baxış aparılması haqqında” protokoldan və fotoşəkillərdən görünür ki, Baxış zamanı Zərərçəkmiş şəxs bağlanılması zamanı istifadə olunan qırmızı rəngli sarğı burazı (kəndir) və bir ədəd qara dəstəkli mətbəx bıçağı götürülmüşdür. İş materiallarında olan 16 oktyabr 2020-ci il tarixli “ifadənin yerində yoxlanılma haqqında” protokoldan görünür ki, X17 Şahid1 və digər şəxslər tərəfindən oğurlandığı yeri və daha sonra aparıb saxlanıldığı yeri əyani olaraq göstərmişdir. İş materiallarında olan 08 sentyabr 2020-ci il tarixli “şahid Tatyana İvanovnanın ifadənin yerində yoxlanılma haqqında” protokoldan görünür ki, X21 Aqaçevin oğurlandığı yeri əyani olaraq təqdim etmiş, həmçinin Zərərçəkmiş şəxs avtomobilə hansı formada məcburi şəkildə mindirilməsini göstərmişdir. İş materiallarında olan 26 oktyabr 2020-ci il tarixli “üzləşdirmə aparılması haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs Şahid1, Təqsirləndirilən şəxs və digərləri tərəfindən məcburi şəkildə oğurlanıb taxta emalı sexinə aparılaraq əllərini bağladıqdan sonra ona bıçaqla hədə-qorxu gəlinməsini və fiziki zor tətbiq olunmasını Şahid1 üzünə qarşı demişdir. İş materiallarında olan 18 fevral 2021-ci il tarixli “üzləşdirmə aparılması haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs Şahid1, Təqsirləndirilən şəxs və digərləri tərəfindən məcburi şəkildə oğurlanan zaman Şahid2 onun yanında olmasını sonuncunun üzünə qarşı deyərək ifadəsini bir daha təsdiq etmişdir. İş materiallarında olan 20 fevral 2021-ci il tarixli “üzləşdirmə aparılması haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs Şahid1, Təqsirləndirilən şəxs və digərləri tərəfindən məcburi şəkildə oğurlanıb taxta emalı sexinə aparılan zaman onun da Şahid1 məxsus olan avtomobildə olmasını Şahid3 üzünə qarşı demişdir. İş materiallarında olan 03 mart 2021-ci il tarixli “üzləşdirmə aparılması haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs Şahid1, Təqsirləndirilən şəxs və digərləri tərəfindən məcburi şəkildə oğurlanıb taxta emalı sexinə aparılan zaman onun da Şahid1 məxsus olan avtomobildə olmasını Şahid6 üzünə qarşı demişdir. İş materiallarında olan 20 fevral 2021-ci il tarixli “üzləşdirmə aparılması haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs Şahid1, Təqsirləndirilən şəxs və digərləri tərəfindən məcburi şəkildə oğurlanıb taxta emalı sexinə aparılan zaman onun da Şahid1 məxsus olan avtomobildə olmasını Şahid7 üzünə qarşı demişdir. İş materiallarında olan 19 fevral 2021-ci il tarixli “üzləşdirmə aparılması haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs Şahid1, Təqsirləndirilən şəxs və digərləri tərəfindən məcburi şəkildə oğurlanıb taxta emalı sexinə aparılan zaman onun da Şahid1 məxsus olan avtomobildə olmasını Şahid3 üzünə qarşı demişdir. İş materiallarında olan 02 mart 2021-ci il tarixli “üzləşdirmə aparılması haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs Şahid1, Təqsirləndirilən şəxs və digərləri tərəfindən məcburi şəkildə oğurlanıb taxta emalı sexinə aparılan zaman onun da Şahid1 məxsus olan avtomobildə olmasını Şahid6 üzünə qarşı demişdir. İş materiallarında olan 07 sentyabr 2020-ci il tarixli “maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, Şahid1 istifadəsində olan 8(908)717-97-00 saylı mobil nömrəyə daxil olan və gedən əlaqələr barəsində, həmçinin daxil olan və çıxan internettrafiki barəsində, həmçinin xx.xx.2018-ci il tarix, saat 00:00-dan xx.xx.2019-cu il tarix, saat 23:59-dək olan müddət daxil olmaqla sim-kartın yerinin müəyyən edilməsi və onun həmin müddət ərzində əsas stansiyası ilə əlaqə quran abunəçilərin quraşdırma təfərrüatlarını göstərən məlumatların alınmışdır. Həmin məlumatlardan görünür ki, Şahid1 və Zərərçəkmiş şəxs xx.xx.2019-cu il tarixdə Komi Respublikası, Kortkeros rayonu, Kortkeros kəndi ərazisində olması müyyən olundu. Həmin disk müstəntiq tərəfindən 02 oktyabr 2020-ci il tarixli protokolla baxış keçirilmiş və diskdə olan məlumatlar çap olunaraq iş materiallarına əlavə olunmuşdur. İş materiallarında olan 27 sentyabr 2020-ci il tarixli “əşyalara və sənədlərə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Şahid1 istifadəsində olan 8(908)717-97-00 saylı mobil nömrəyə daxil olan və gedən əlaqələr barəsində, həmçinin daxil olan və çıxan internet-trafiki barəsində, həmçinin xx.xx.2018-ci il tarix, saat 00:00-dan xx.xx.2019-cu il tarix, saat 23:59-dək olan müddət daxil olmaqla sim-kartın yerinin müəyyən edilməsi və onun həmin müddət ərzində əsas stansiyası ilə əlaqə quran abunəçilərin quraşdırma təfərrüatlarını göstərən məlumatlarına baxış keçirilmiş. Baxış zamanı Zərərçəkmiş şəxs xx.xx.2019-cu il tarixdə saat 20:33-də həqiqətən də Komi Respublikası, Sıktıvkar şəhəri, Bumajnikov prospekti, ev 28 ünvanında olması göstərilmişdir. İş materiallarında 02 oktyabr 2020-ci il tarixli “maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, Şahid1 istifadə etdiyi 8 (908)717-97-00 abunə nömrəsinin detallaşdırması üzrə optik disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə olunmuşdur. İş materiallarında olan 27 sentyabr 2020-ci il tarixli “maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs və Şahid2 istifadəsində olan 8(908) ***- **-** və 8(908) ***-**-** abunəçi nömrələrdən detallaşma məlumatlarına dair 1 ədəd CD disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə olunmuşdur. İş materiallarında olan 03 dekabr 2020-ci il tarixli “əşyalara və sənədlərə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan 8(912) ***-**-** saylı mobil nömrəyə daxil olan və gedən əlaqələr barəsində, həmçinin daxil olan və çıxan internet-trafiki barəsində, həmçinin xx.xx.2018-ci il tarix, saat 00:00-dan xx.xx.2019-cu il tarix, saat 23:59-dək olan müddət daxil olmaqla sim-kartın yerinin müəyyən edilməsi və onun həmin müddət ərzində əsas stansiyası ilə əlaqə quran abunəçilərin quraşdırma təfərrüatlarını göstərən məlumatlara baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə saat 20 radələrində həqiqətən də Komi Respublikası, Sıktıvkar şəhəri ərazisində olması müəyyən olunmuşdur. İş materiallarında 03 dekabr 2020-ci il tarixli “maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan 8(912) ***-**-** saylı mobil nömrənin məlumatlarına dair 1 ədəd CD disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə olunmuşdur. İş materiallarında olan 23 noyabr 2020-ci il tarixli “əşyalara və sənədlərə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan 8(912) ***-**-** saylı mobil nömrəyə daxil olan və gedən əlaqələr barəsində, həmçinin daxil olan və çıxan internet-trafiki barəsində, həmçinin xx.xx.2018-ci il tarix, saat 00:00-dan xx.xx.2019-cu il tarix, saat 23:59-dək olan müddət daxil olmaqla sim-kartın yerinin müəyyən edilməsi və onun həmin müddət ərzində əsas stansiyası ilə əlaqə quran abunəçilərin quraşdırma təfərrüatlarını göstərən məlumatların baxış keçirilmişdir. İş materiallarında olan 23 noyabr 2020-ci il tarixli “maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan 8(912) ***-**-** saylı mobil nömrənin məlumatlarına dair 1 ədəd CD disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə olunmuşdur. İş materiallarında 11 sentyabr 2020-ci il tarixli “əşyalara və sənədlərə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Şahid2 xx.xx.2019-cu il tarixdə Komi Respublikası “Yanğın Əleyhinə xidmət və mülki müdafiə idarəsi”nə müraciət etmiş. Həmin müraciətdə Şahid2 Zərərçəkmiş şəxs oğurlanması barədə xidmətə məlumat verməsi müəyyən olunmuşdur. İş materiallarında olan 11 sentabr 2020-ci il tarixli “maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, “Yanğın Əleyhinə xidmət və mülki müdafiə idarəsi”nə etdiyi müraciətin qeydə alındığı 1 ədəd CD disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə olunmuşdur. İş materiallarında olan 31 oktyabr 2020-ci il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, X2 bir ədəd “İphone” markalı mobil telefona baxış keçirilmiş, Baxış zamanı Şahid1 Natalya Savalanovnaya məxsus mobil telefonla Zərərçəkmiş şəxs məxsus mobil telefona “Yuri, özünə daha da pis edirsən, mən indi polisə getmişəm, mən səni tutduracağam, mənim maşınımı oğurlamısan və sındırmısan” məzmunlu mesaj yazması müəyyən olunmuşdur. Həmin mobil telefon X3 təhvil verilmişdir. İş materiallarında olan 18 avqust 2020-ci il tarixli “təslim olma haqqında” protokoldan görünür ki, Şahid7 həmin tarixdə istintaqa könüllü olaraq gələrək Kənan ilə birlikdə Aqaçevi sonuncunun göstərişi əsasında məcbur olaraq İlqar və Sergeylə birlikdə avtomobilə mindirib "xxxx" MMC-nin yerləşdiyi Kortkeros kəndinə gətirməsini bildirərək törətdiyi cinayət əməlinə görə istintaqa könüllü olaraq gəlmişdir. İş materiallarında olan 02 aprel 2021-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb edilmə” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyası CM-nin 126-cı maddəsinin 2-ci hissəsinin “a”, “v” və “q” bəndlərində nəzərdə tutulan ittiham elan olunaraq təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdən barəsində axtarış elan olunmuşdur. İş materiallarında olan 28 aprel 2021-ci il tarixli “Təqsirləndirilən şəxsin olduğu yerin müəyyən edilməməsi ilə bağlı olaraq ibtidai istintaqın dayandırılması barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilmədiyinə görə cinayət işinin icraatı dayandırılmışdır. İş materiallarında olan 01 iyul 2021-ci il tarixli «təqsirləndirilən şəxs barəsində beynəlxalq axtarış elan edilməsi haqqında» qərarla Təqsirləndirilən şəxs barəsində beynəlxalq axtarış elan edilərək İNTERPOL MTM-nə göndərilmişdir. İş materiallarında olan 28 iyul 2021-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb edilmə” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyası CM-nin 126-cı maddəsinin 2-ci hissəsinin “a”, “v” və “q” bəndlərində və 322-ci maddəsinin 2-ci hissəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan 01 aprel 2019-cu il tarixdə Rusiya Federasiyası Federal Təhqiqat Bürosunun Dağıstan Respublikası üzrə Sərhəd İdarəsinin Təhqiqat bölməsində Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 322-ci maddəsinin 2-ci hissəsi ilə (X4suz keçmə) maddəsi **********1000042 nömrəli cinayət işi başlanmışdır. İş materiallarında olan 27 aprel 2016-cı il tarixdə «Rusiya Federasiyasından çıxış və Rusiya Federasiyasına giriş qaydası haqqında» qərardan görünür ki, Rusiya Federasiyasının 15 avqust 1996-cı il tarixli 114-FZ nömrəli Federal Qanunun 27-ci maddəsinin 2-ci bəndinə müvafiq olaraq Komi Respublikası üzrə Rusiya DİN MMİ tərəfindən Azərbaycan Respublikasının vətəndaşı xx xxxx 1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs barəsində 26 aprel 2023-cü il tarixə kimi Rusiya Federasiyasına girişə icazə verilməməsi haqqında qərar qəbul edilmişdir. İş materiallarında olan 28 iyul 2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində 02 ay müddətinə həbs qətimkan qərarı seçilmişdir. İş materiallarında olan DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. İş materiallarında olan 17 dekabr 2024-cü il tarixli X13 X18 daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs X9 narkoloji və ruhi-əsəb kabinetlərində qeydiyyatda olmamışdır. İş materiallarında olan 01 oktyabr 2022-ci il tarixli Füzuli RMX-ı X22 arayışından görünür ki, Təqsirləndirilən şəxs xəstəxanada «XBT-Kod K81-xolesistit» diaqnozu ilə ambulator müalicə olunmuşdur. Cinayət işinin materiallarında olan 07 yanvar 2025-ci il tarixli «əməlin tövsif edilməsi haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 144.2.3, 144.2.4, 144.2.5 və 318.1-ci maddələrindən, həmin məcəllənin 12.1, 144.2.3, 12.1,144.2.4, 12.1,144.2.5 və 12.1, 318.1-ci maddələrinə tövsif olunmuşdur. İş materiallarında olan 08 yanvar 2025-ci il tarixli «cinayət işi üzrə icraatın dayandırılması və təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında» qərarla Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan 12 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 10:10-da Füzuli RPŞ-nə gələrək könüllü təslim olmuşdur. İş materiallarında olan 12 fevral 2025-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliyi tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 12.1, 144.2.3, 12.1, 144.2.4, 12.1, 144.2.5 və 12.1, 318.1-ci maddələri ilə düzgün tövsif edilərək ittiham edilmişdir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs, ilk dəfə məhkum olunmasını, gənc olmasını müsbət xarakterizə olunmasını məhkəmə yüngülləşdirici hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə CM-in 12.1, 144.2.3, 12.1, 144.2.4, 12.1, 144.2.5 və 12.1, 318.1-ci maddələri ilə təqsirli bilinərək cəzalanmalı, lakin ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə həmin maddə ilə cəza təyin edilməməlidir. Azərbaycan Respublikası CM-in 75.1.1-ci maddəsində göstərilir ki, böyük təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini, cəzanı ağırlaşdıran halın olmamasını, gənc olmaqla ilk dəfə məhkum olunmasını nəzərə alıb qeyd olunan cəzanı yüngülləşdirən halların məcmusunu müstəsna hallar kimi qiymətləndirib hesab edir ki, cinayət cəzasının təyin edilməsi ilə bağlı qanunda nəzərdə tutulmuş bütün uyğun normaların tələblərinə riayət edilməklə, o cümlədən, təqsirə görə məsuliyyət (maddə 7), ədalət (maddə 8), humanizm (maddə 9) prinsiplərinin işığında Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq olunmaqla həmin cəza şərti olaraq tətbiq edilməklə sınaq müddəti müəyyən olunmalı və sınaq müddəti ərzində üzərinə vəzifələr qoyulmalıdır. Belə ki, CM-in 70.1-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. CM-in 70.2-ci maddəsinə əsasən məhkəmə hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs şərti məhkum etmə təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. CM-in 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Ona görə də, Təqsirləndirilən şəxs müəyyən edilən sınaq müddətində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbəsi, Samir Əliyev küçəsində yaşadığına görə sınaq müddəti ərzində üzərində nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə olunmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixi qərarının 2ci hissəsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub – cinayət işinin materiallarına əlavə olunmuş Şahid1 istifadəsində olan 8(908)717-97-00 saylı mobil nömrə, Zərərçəkmiş şəxs və Şahid2 istifadəsində olan 8(908) ***-**-** və 8(908) ***-**-** saylı mobil nömrələr, Təqsirləndirilən şəxs istifadəsində olan 8(912) ***-**-** saylı mobil nömrələrinin anten məlumatlarına dair, Şahid2 xx.xx.2019-cu il tarixdə Komi Respublikası “Yanğın Əleyhinə xidmət və mülki müdafiə idarəsi”nə etdiyi müraciətin auidoyazısına dair ümumilikdə 6 ədəd CD disklər cinayət təqibi üzrə materialların saxlanma müddəti ərzində işdə saxlanılmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 12.1, 144.2.3, 12.1, 144.2.4, 12.1, 144.2.5 və 12.1, 318.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. CM-in 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən CM-in 12.1, 318.1-ci maddəsi ilə cəza təyin edilməsin, CM-in 12.1, 144.2.3, 12.1, 144.2.4, 12.1, 144.2.5-ci maddələri ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Barəsində CM-in 70-ci maddəsi tətbiq olunmaqla təyin edilmiş 8 (səkkiz) il azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməklə 2 (iki) il sınaq müddəti müəyyən olunsun. Məhkəmənin hökmü qanuni qüvvəsini alanadək barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirilməsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə minib icraya yönəldiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərində sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs sınaq müddəti ərzində üzərində nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə olunsun. İş üzrə maddi sübut kimi tanınaraq – cinayət işinin materiallarına əlavə olunmuş Şahid1 istifadəsində olan 8(908)717-97-00 saylı mobil nömrə, Zərərçəkmiş şəxs və Şahid2 istifadəsində olan 8(908) ***-**-** və 8(908) ***-**-** saylı mobil nömrələr, Təqsirləndirilən şəxs istifadəsində olan 8(912) ***-**-** saylı mobil nömrələrinin anten məlumatlarına dair, Şahid2 xx.xx.2019-cu il tarixdə Komi Respublikası “Yanğın Əleyhinə xidmət və mülki müdafiə idarəsi”nə etdiyi müraciətin auidoyazısına dair ümumilikdə 6 ədəd CD disklər cinayət təqibi üzrə materialların saxlanma müddəti ərzində işdə saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Ayşən Vəliyeva Aqil Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar