Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-271/2022 30.06.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri, Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Nəbiyev Cəlil Cabbar oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X10, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Lənkəran rayon vəkil bürosunun vəkili X19 və müdafiəçi-“PRO BONO” vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1965-ci ildə Masallı rayonu, Ərkivan qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvələr məhkum olunmuş, Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla faktiki olaraq, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 12,120.2.11 və 12,181.3.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs tanışı X12 ilə şəxsi münasibətlər zəmnində yaranmış mübahisəyə görə qısas almaq məqsədi ilə 17 oktyabr 2006-cı il tarixində saat 21:00-dan 23:00-dək, alkoqol təsiri altında olaraq Rusiya Federasiyası Arxangelsk vilayətinin Plesetsk rayonunda Plesetsk qəsəbəsi-Karqopol şəhəri avtomobil yolunun bilavasitə yaxınlığında, Plesetsk rayonunun Qryazovo kəndindən 1 kilometr məsafədə, Aleksandr Yenatskiy ilə telefonla danışaraq qeyd olunan yerdə görüşməyə razılaşaraq sonuncu həmin yerə «C 183 EA 35 region» dövlət qeydiyyat nişanlı QAZ-3302 markalı avtomobili ilə gələrək saxladıqdan sonra, o, danışıq bəhanəsi ilə zərərçəkmişi kimsəsiz yerə, avtomobilin dayandığı yerdən aralıda yerləşən meşə massivinə getməyə inandırıb, orada Aleksandr Yenatskinin qəsdən öldürmək məqsədi ilə məlum olmayan küt əşya ilə X2 başından zərbə vurandan sonra yerə yıxılan zərərçəkmiş şəxsin əllərini və ayaqlarını yapışqan «skotç» lentlə bağlayaraq baş nahiyyəsindən zərbələr vurmağa davam edərək zərərçəkmişin beynin sərt səthinin altına müvafiq qansızma ilə 125 ml həcmli kəskin soltərəfli subdiral hematoma ilə müşayiət olunan və tədricən artan ödəm, beynin sıxılması və dislokasiyası ilə ağırlaşan baş-beyin travması xarakterli həyat və sağlamlığı üçün təhlükəli olan sağlamlığa ağır bədən xəsarəti yetirməklə X3 qəsdən öldürəndən sonra hadisə yerindən uzaqlaşmışdır. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 12,120.2.11 və 12,181.3.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Masallı rayonunun Ərkivan kəndində doğulmuş, 1990-cı illərin əvvəlində atası ilə birlikdə Rusiyaya, Tatarıstanın Kazan şəhərinə getmiş, orada meyvə ticarəti ilə məşğul olmuşdur. 1995-ci ildə Rusiyanın Arxangelsk vilayətinə, Plesetsk rayonuna köçmüş, orada ərzaq ticarəti ilə məşğul olmuşdur. X3 2005-ci ilin sonunda, 2006-cı ilin əvvəlində tanımış, Aleksandr Plesetski rayonunda bazarda bir qrup rus millətindən olan şəxslə birlikdə bazarda ticarətlə məşğul olan qeyri-rus millətindən haqq yığırmış, yanı qeyri rus millətindən olan istənilən şəxs bazarda ticarətlə məşğul olduğuna görə pul verəliydi. Aleksandr Yenatskinin dəstəsində Jenya, Kolya, Paşa, Uqalyok və adlarını xatırlamadığı başqa şəxslər olmuşdur. Onun və qardaşı Vidadinin Plesetsk rayonunda ərzaq mağazası olmuşdur. 2006-cı ilin yay aylarında Jenyanın dəstəsi ondan və qardaşı Vidadidən hər birindən aylıq 25.000 rubl pul almışlar. 2006-cı ilin yay fəsli qurtardıqdan sonra ticarət zəifləmiş və onlar Jeynanın dəstəsinə aylıq haqq verə bilməmişlər. Aleksandr Yenatski də Jenyanın dəstəsində olmuş, bundan sonra Jenyanın dəstəsi Plesetski rayonunda olan Rafael, Rövşən adlı şəxsləri öldürmüşlər. Rafael Zəngilandan, Rövşən isə Biləsuvar rayonundan olmuşdur. Daha sonra qardaşı Vidadinin evinin qarşısında VAZ-2106 markalı maşınını, onun isə mağazasını yandırmışlar. Ruslar onlardan əl çəkmədikləri üçün qərara gəlmişdir ki, ruslardan bir-ikisini döyüb cəzalandırsın ki, bəlkə bundan sonra əl çəkərlər. Fazil Əliyevi 2005-ci ildən tanımış, o da Plesetski rayonunda ərzaq ticarəti ilə məşğul olmuşdur. 2006-cı ilin oktyabr ayının 17-də o, günortadan sonra Fazil Əliyevlə görüşüb onu Plesetski rayonundan 70-80 km uzaqda yerləşən kəndə aparmasını xahiş etmiş, həmin ləndin adı hazırda yadında deyil. X17 ilə görüşmək olmuşdur. O, yolda öz telefonu ilə Aleksandr Yenatskinin telefonuna zəng edib onunla görüşmək istədiyini bildirmişdir. Aleksandr Yenatski onunla görüşə razı olmuş və ona görüş yerini bildirmişdir. Aleksandr Yenatski ilə razılaşdığı yerə çataraq onu orada gözləmiş, saat 20-21 radələrində Aleksandr Yenatski gəlmişdir. Aleksandr həmin yerə öz maşını ilə tək gəlmişdir. Fazilə Aleksandrı döymək barədə fikrini deməmişdir. Aleksandrla görüşəndən sonra onu söhbət etmək adı ilə yaxınlıqdakı meşəliyin içərisinə aparmış, Fazil isə maşının yanında qalmışdır. Aleksandrla meşəliyə keçəndən sonra onlardan nə istədiyini soruşmuş, Aleksandr isə ona “siz bizim torpağımızda alver edirsiniz, pul qazanırsınız, ona görə bizə haqq verməlisiniz” demişdir. Aleksandrın bu sözündən əsəbləşmiş, Aleksandrın boynunu qoltuğunun altına salmış və boynunu sıxaraq yumruğu ilə Aleksandrın başına zərbələr vurmağa başlamışdır. Aleksandr fiziki cəhətdən ondan zəif idi, Aleksandr yerə yıxıldıqdan sonra yenidən başından yumruqla vurmağa başlamışdır. Aleksandrın müqavimət göstərmədiyini görüb onu meşədə qoyaraq Fazilin onu gözlədiyi yerə qayıtmışdır. Fazil ondan Aleksandrın harada olduğunu soruşmuş, Fazilə Aleksandrı döydüyünü və meşədə qoyub gəldiyini bildirmişdir. Sonra onlar Fazilin maşınına minib Plesetski rayonuna qayıtmışlar. Bu hadisədən 10 gün sonra Aleksandrın dostları onu axtarmağa başlamışlar. Onlarla görüşə gedəndə onların çox olduğunu görüb onu öldürəcəyindən şübhələnib qaçmışdır. Bakıya gəlmiş və həmin vaxtdan Rusiyaya qayıtmamışdır. Aleksandrın pulunu, telefonunu, hər hansı bir əmlakını götürməmişdir. Aleksandrı sadəcə döymüşdür, onu öldürməmişdir, vurduğu zərbələrdən onun ölməsini düşünmür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq göstərmişdir ki, o Aleksandr Yenatskidən haqq almamış, əksinə Aleksandrın üzv olduğu dəstə ondan 2006-cı ilin yay aylarında aylıq 25.000 rubl haqq almış, yay bitdikdən sonra pulları qurtardığından onlara haqq verməmiş və bu səbəbdən Aleksandrın olduğu dəstə üzvləri ilə onların arasında narazılıq yaranmışdır. O, Aleksandr Yenatskini meşəyə aparanda əlində bıçaq olmamış. Onun niyyəti Aleksandrı döyüb cəzalandırmaq olmuşdur. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxsin ibdidai istintaq zamanı və məhkəmə baxışında verdiyi ifadələrində ziddiyyətlər olduğuna görə ona istintaqa verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadədə o, göstərmişdir ki, Aleksandrla meşəliyə keçəndə cibində “skotç” olmuş, Aleksandr yerə yıxılandan sonra əlini, ayağını skotçla bağlayıb yenidən başından yumruqla vurmağa başlamışdır. Aleksandrı yumruqladıqdan sonra müqavimət göstərməmiş, onu boğaraq öldürmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs bildirir ki, ibtidai istintaq orqanı onu aldadaraq həmin ifadələri alaraq imzalatdırmış, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etmir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2007-ci ildə ailə qurmuşdur. Azadı ailə qurana kimi tanımamış, birgə nikahından bir oğlan övladları olmuşdur. Hazırda oğlu Əkbər 159 saylı tam orta məktəbdə 7-ci sinifdə oxuyur. Azad "xxxx" MMC-də fəhlə işləmiş, özü heç bir yerdə işləmir və evdar qadındır. Təxminən 2010-2011-ci illərdə Rusiya Federasiyasının Arxangelsk vilayətinin adını xatırlamadığı müstəntiqi onun telefonuna zəng edib Azad haqqında soruşmuş, öz növbəsində həmin müstəntiqdən Azadı axtarmasının səbəbini soruşmuşdur. Həmin müstəntiq ona Azadın axtarışda olduğunu bildirmişdir. Aradan bir neçə il keçdikdən sonra Arxangelsk vilayətindən başqa bir müstəntiq ona zəng edib Azadı soruşmuş, Azadı axtarışda olması ilə əlaqədar axtardıqlarını başa düşmüşdür. Azadın onun yanında olmadığını bildirmişdir. Sonuncu dəfə bir il əvvəl Arxangelsk vilayətindən müstəntiq ona zəng edib Azadı soruşmuş və həmin müstəntiqə Azadın yanında olmadığını bildirmişdir. Azadı birinci dəfə müstəntiq axtaranda ondan Rusiyada axtarılmasının səbəbini soruşmuş, Azad köhnə hadisələr haqqında danışmaq istəmədiyini demişdir. İkinci dəfə müstəntiq ona zəng edib Azadın yerini soruşduqda o həmin müstəntiqdən Azadı hansı cinayətinə görə axtardığını soruşmuş və müstəntiq Azadın şübhəli şəxs qismində axtarışda olduğunu bildirmişdir. Azadın Rusiyada olduğu müddətdə hansı cinayəti törədib-törətmədiyini bilmir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun kiçik qardaşıdır. Özü təxminən 1984-cü ildən 2006-cı ilə kimi, qardaşı Azad isə 1995-ci ildən 2006-cı kimi olan dövr ərzində Rusiya Federasiyası Arxangelsk vilayətinin Plesetski rayonunda yaşamışdır. Orada Azad bazarda meyvətərəvəz satışı ilə məşğul olurdu. Aleksandr Yenatski ilə şəxsən tanışlığı olmamışdır, lakin qiyabi olaraq tanıyırmış. Aleksandr qardaşı Azadın tanışı olmuşdur, qardaşı ona Aleksandrın bazarda qanunsuz işlərlə məşğul olması barədə bildirmişdir. 2006-cı ilin dəqiq xatırlamadığı tarixdə o, anası ilə birlikdə Rusiya Federasiyasından Azərbaycan Respublikasına gəlmişdir. Təqsirləndirilən şəxs Rusiyada qalmışdır. Təxminən bir ay müddət keçdikdən sonra Təqsirləndirilən şəxs da Rusiyadan Azərbaycan Respublikasına gəlmiş və bir daha Rusiyaya geri qayıtmamışdır. Azad Rusiyadan Azərbaycana gəldikdən sonra bir neçə dəfə polis şöbəsinə çağırılaraq Arxangelsk vilayət prokurorluğunda Aleksandr Yenatskinin öldürülməsi ilə bağlı istintaq olunan cinayət işi üzrə sorğu sual edilmişdir. Azad Rusiyada hansısa cinayət törədib törətməməsi ilə bağlı heç nə deməmişdir. Təqsirləndirilən şəxsla Aleksandr Yenatski ilə aralarında nə baş verməsi barədə məlumatı olmamışdır. Məhkəmə baxışında verilən suallara cavab olaraq Şahid2 bildirmişdri ki, 2005-2006cı illər ərzində həqiqətən də, Plesetsk rayonunda ona məxsus VAZ 2106 markalı avtomaşın, Azada.ş eləcə də digər azarbaycanlılara məxsus dükanlar yandırılmışdır. Məhkəmə baxışında elan və tədqiq olunmuş şahid X16 ibtidai istintaqa verdiyi ifadəsindən görünür ki, Rusiya Federasiyasının vətəndaşı olmaqla fərdi sahibkardır, ərzaq satışı ilə məşğuldur. 17 oktyabr 2006-cı il tarixdə, saat 12-yə yaxın tanışı Təqsirləndirilən şəxs ona zəng edərək Kokovka kəndinə gedib orada çəni götürməli olduğunu deyib onu maşını ilə həmin ünvana aparmasını və bunun müqabilində maşına benzin vuracağını bildirmişdir. Azad Plesetsk qəsəbəsindən Karqopol şəhərinə tərəf “Rosneft” yanacaq doldurma stansiyasında onun maşınına 35 litr benzin vurmuşdur. Azad tanışı Aleksandra zəng edərək ondan Voloqdaya gedib getmədiyini soruşmuş, Aleksandr cavabında həmin yerə getdiyini demişdir. O, Azadla birlikdə Kuvakino kəndinə getmiş, orada yolun sağ tərəfində olan mağazaya girmişlər, Azad oradan araq və vafli almış, ondan sonra onlar geri qayıtmış, Qryazovo kəndindən 1 km az məsafədə olan avtomobil dayanacağına çataraq dayanmışlar. Azaddan Kokovka kəndinə getmələrinin səbəbini soruşmuş, Azad isə cavabında tanışı Aleksandrı gözlədiyini və ondan sonra artıq Kokovkaya gedəcəyini demişdir. Aleksandrı hansı səbəbdən gözləməsini deməmişdir. Dayanacaqda Azad araq içməyə başlamışdır. Onlar Aleksandrı saat 21-ə qədər gözləmiş, vaxtaşırı Azad Aleksandra telefonla zəng edib uzaqda olub olmadığını soruşmuşdur. Telefon danışığı zamanı Azad Aleksandra onların göy Qazeldə olduğunu demişdir. Aleksandr Azada zəng etmiş, lakin sonuncu maşından düşüb yola çıxdığı üçün onların danışığını eşitməmişdir. Təxminən saat 21-ə yaxın Aleksandr gəlib dayanacağa dönmüş, onun maşınına yaxınlaşmış, əyləcə gec basdığı üçün idarə etdiyi maşını onun maşınının arxa bamperinə vurmuşdur. Zərbədən onun maşınının bamperi əyilmişdir. Azadı və Aleksandr maşınlardan düşmüş, o Yenatskiyə maşınının bamperini əydiyini demiş, Aleksandr isə ona bamper gətirəcəyini demişdir. Azad isə Aleksandrı nəzərdə tutub heç nə lazım olmadığını, “öz uşaqlarımızdır” demişdir. Bundan sonra onlar onun maşınına oturmuş, Aleksandr və Azad mebel haqqında danışmağa başlamış, söhbətdən belə başa düşmüşdür ki, Azad mebelə görə Aleksandra pul borclu olmuş, söhbət 2-3 min rubldan getmişdir. Azad əvvəllər Aleksandra pul borclu demiş, sonuncu da onunla razılaşmışdır. Sonra Təqsirləndirilən şəxs Aleksandra təklikdə çıxıb söhbət etməyi təklif etmişdir. Onlar maşından çıxıb yolu keçmiş və dayanacaqla üzbəüz meşəyə getmişlər. Onlar getdikləri zaman nədənsə söhbət etmiş və gülümsəmişlər. Aleksandr və Azad köhnə yol ilə getmişlər. Onlar hələ maşınında oturduqda, Azad əlindəki yığılan bıçaqla –“kəpənək”lə oynamışdır. Azadın əlində skotç görmüşdür. 20-30 dəqiqədən sonra Azad tək olaraq qayıtmışdır. O, Aleksandrın harada olduğunu soruşmuş, Təqsirləndirilən şəxs isə Aleksandrı “vurduğunu”, cəsədini kanavaya atdığını, üzərinə küknar budaqlarını qoyduğunu deyib ondan maşını qoyub getməyi və Aleksandrın maşınına oturmasını əmr etmişdir. O, Mikayılovun tələbindən imtina etməyə başlamış, lakin Mikayılov ona yenə əmredici səslə maşına oturmasını bildirmiş, bu zaman Mikayılov əlində bıçaq oynatmış və Azadın onu öldürə biləcəyindən qorxmuşdur. Azad ona əmr etmişdir ki, maşını meşəyə çay tərəfə elə qoysun ki, onu heç kim görməsin. O, maşını Azadın istədiyi formada qoyanda sonuncu ona Yenatskinin cəsədinin təxminən olduğu yeri göstərmiş, lakin özü həmin yerə yaxınlaşmamışdır. Təqsirləndirilən şəxs Aleksandrın maşınına oturmuş, ondan sonra maşını Karqopolsk rayonuna aparmışdır. Həmçinin Azad onun maşınından göy rəngli, transmissya yağla 1 litrlik kanistri götürmüş, yağın markası yadında qalmamış, kanistrin üstündə “VB72”yazı var olmuşdur. Həmin kanistrin Azad tərəfindən maşına qoyulub-qoyulmadığını dəqiq xatırlamır, o kanistri ona qaytarmamışdır. Onıar Markovskaya kəndinə çatmış, saat 24-ə yaxın olmuşdur. Kəndi keçərək yoldan sağa, çay tərəfə dönmüşlər. 1000-1500 metr keçəndən sonra Azad Mikayilov ona maşından çıxmağı əmr etmiş, o maşından çıxmış, Mikayılov isə çaya yaxın getmiş, daha sonra yenə də 200-300 metr qabağa gedib gözdən itmiş, çünki harasa meşəyə getmişdir. 30 dəqiqədən sonra Mikayılov qayıtmış və maşının ilişdiyini görmüşdür. Onun əlində Yenatskinin maşınından götürdüyü, içində yemək olan yarışəffaf konteyner olmuşdur. Bundan başqa onun əlində heç nə görməmişdir. Konteynerdə balıq və kotlet olmuş, Mikayılov kotletin bir hissəsini yemiş və onu konteynerdə olan digər yeməklə birgə tullamışdır. Onlar Konevo kəndinə tərəfə gedərək bir neçə kənd keçmiş, kəndlərin birində sürücüsü onları maşınına qədər apardığı maşını görmüşlər. Maşında kişi sürücü və bir kişi olmuş, Azad gedib həmimn şəxslərlə razılaşmışdır ki, onları aparsınlar. Maşının markasını bilmir, lakin maşın xarici istehsal maşınıdır. Maşının nömrəsini yadda saxlamamış, lakin kişi onlara Kareliyadan olduqlarını və meşə kəsməklə məşğul olduqlarını bildirmişdir. Saat səhər 6 yaxın olmuş, həmin maşınla onlar onun maşınına çatmışlar. Azad onun yanında kişilərə 300 rubl vermiş, bundan sonra onlar maşına oturmuşlar. O Azadı yaşadığı arvadın evinə aparmış, sonuncu vidalaşanda ona heç nə danışmadığını, əks halda onunla Aleksandrla etdiyini hərəkəti edəcəyini demişdir. Təqsirləndirilən şəxs sözlərini o həqiqət kimi qəbul etmiş, bundan sonra Oktyabrskaya küçəsinə yataqxanaya qayıtmışdır. Azad ona pul verməmiş, hər hansı əşya da ona verməmişdir. Azadın əllərində ağ rəngli parçadan üzərində yaşıl nöqtələr olan iş əlcəkləri olmuş, əlcəklər yeni olmuşdur. Sonra Azadı görməmişdir. Təxminən 3 gündən sonra Azad zəng edib təcili Arxangelsk vilayətinin Nyandoma şəhərinə getməli olduğunu demiş, sonra maşınına minib yanacaqdoldurma məntəqəsinə getmişlər və Azad maşınına yanacaq doldurmuşdur. Bir az sürəndən sonra maşını xarab olmuş, sonra Plesetsk kəndinə qayıtmış, Azadı “Voyaj” taksisinə aparıb orada düşürmüşdür. Bundan sonra Azadı bir daha görməmişdir. O, əlavə olaraq göstərmişdir ki, Plesetsk qəsəbəsindən geri gayıdanda, Mikayılov ona demişdir ki, əgər hüquq mühafizə əməkdaşları ona çıxsalar və Aleksandrın cəsədini axtarsalar bildirsin ki, o cəsədi onların Aleksandrla getdikləri istiqamətdə çalada gizlətmiş və üstünü budaqlarla örtmüşdür. Eləcə də bununla belə Mikayılov demişdir ki, o Aleksandrdan mebel alıb, bununla belə mebelə görə pulu verib vermədiyini o bilmir. Eləcə də yolda qətldən sonra Mikayılov ona Aleksandra mebel ticarətində himayədarlıq etdiyini demişdir. Məhkəmə baxışında elan və tədqiq olunmuş X14 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Aleksandr Yenatski ilə 2003-cü ildə ailə qurmuşdur, nikahdan bir uşaqları olmuşdur. Aleksandrın Təqsirləndirilən şəxs adında tanışı olmuş, Aleksandrın sözlərinə görə Azad kriminalla məşğul idi, lakin aralarında dostluq münasibətləri var idi, bəzən görüşürdülər, bir yerdə istirahət edirdilər. Azad Aleksandrı bayramlarda qonaq çağırırdı, Aleksandrla Azad bir yerdə marixuana çəkirdilər. 17 oktyabr 2003-cü il tarixdə Aleksandr işi ilə əlaqədar evdən çıxmışdır. Aleksandrın özü ilə olan pul məbləğini bilmir, lakin düşünür ki, 60 min rubldan az deyildi, həmçinin 6 min rubla aldığı “Pantek” mobil telefonu var idi. İş materiallarında olan xx.xx.2021-ci il tarixli zərərçəkmiş şəxsin hüquqi varisi X14 ərizəsindən görünür ki, əri Aleksandr Yenatskinin öldürülməsi faktı üzrə o, zərərçəkmiş şəxsin hüquq varisi qismində tanınmış, lakin başqa şəxslə ailə həyatı qurduğundan onun cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquq varisi qismində iştirakına xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, mərhum Aleksandr Yenatskinin bacısı X15 ərizə ilə müraciət edərək onun hazırki cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmasını xahiş etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərarla X18 zərərçəkmiş şəxs X2 hüquqi varisi qismində tanınmış və X14 ölmüş zərərçəkmiş şəxs X4 hüquqi varisi qismində cinayət prosesində iştirakına xitam verilmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan 08 dekabr 2006-cı il tarixli 224 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, xx.xx.1979-cu il təvəllüdlü X4 ölümünün səbəbi haqqında dəqiq ifadə olunur, orqanların və cəsədin kəskin çürümə dəyişikliklərini nəzərə almaqla mümkün görünür, lakin, cəsədin məhkəmə - tibbi tədqiqatı zamanı aşkar olunmuşdur: “Həcmi 125 ml təşkil edən soltərəfli subdural qematoma və istisna olunmur ki, Aleksandr Yenatskinin ölümü baş beynin bərk beyin həcminə müvafiq qaydada qansızma ilə müşayiət olunan və baş beyin və onun qılafının çürüməsini nəzərə almaqla aşkar olunan baş beynin şişkinliyi, basılması, dislokasiyası ilə tədricən mürəkkəb şəkil alan kəllə - beyin travması nəticəsində baş vermişdir. Cəsəddə baş verən proseslərin ifadə olunması (.... Cəsəddə baş verən dəyişikliklər xx.xx.2006 cı ildə 10 dəqiqədən bir baş verir. Cəsəddə ləkələr fərqlənmir. Cəsədin dəri örtükləri bərabər qaydada hiss olunur, epidermis layları şəklində qat – qat olur, dəri örtükləri seliklə bağlanmışdır, bədən, ətrafların səthində boz – qəhvəyi şalara malikdir, boynun, bədənin, ətrafların arxa səthində boz – ağ çalar mövcuddur, başın dəri örtüyü, boynun ön və sağ yan səthləri tünd – yaşıl çalara malikdir. Boynun, ətrafların dəri örtüklərində çürüyən venoz şəbəkəsi yaxşı ifadə olunmuşdur. Tədqiq olunan əzələlərin bütün qruplarında cəsədin donması halı mövcud deyildir. Bıçağın dəstəyi ilə əzələlərə və baldır əzələlərinə vurmaqla (idiomuskulyar şiş) əmələ gəlmir, batıq zərbə yerində əmələ gəlir.... Qorunjub saxlanan saçlar... asanlıqla səthdən açılır.... Ayaqlar asanlıqla laylanır....) əsas verməyə imkan verir ki, və morqda cəsədin tədqiq olunmasına qədər onun müddəti 2-3 həftəyə uyğundur. X7 cəsədinin məhkəmə - tibbi tədqiqatı zamanı aşkar olunmuşdur: Həcmi 125 ml təşkil edən soltərəfli subdural qematoma. Nəticələrin 3.1 bəndinə müvafiq olaraq bu zədə küt predmetin təsiri nəticəsində bir zərbədən az olmamaqla əmələ gəlmişdir və ona baş nahiyəsinə təsir qüvvəsi əlavə olunmuşdur. Travma yaradan predmetin iz əmələ gətirən səthinin xassələri haqqında dəqiq fikir yürütmək çətindir, belə ki, bu zədə nəticəsində təsir göstərən predmetin görünən əlamətləri əks olunmuşdur. Zədələnmə yerində toxumaların reaksiyasını nəzərə alaraq subdural qansızmanın bu törəmələri ölümün baş verməsinin 2 sutkasına uyğun gələ bilər. “Zədələrin ağırlıq dərəcəsinin məhkəmə - tibbi baxımdan təyin olunmasının qaydalarının” 7 bəndinin “q” bəndinə müvafiq olaraq 3.1 bənddə göstərilən nəticələrə uyğun olan zədələnmə həyat üçün təhlükə yaradan zədələrə aiddir və bu əlamətə əsasən ağır zədə kimi qiymətləndirilir”. Sol aşağı çənə nahiyəsinə, soldan çənəaltı nahiyəsinə, sol qulaqyanı, üz nahiyəsinə, soldan burnun üst hissəsinə, soldan alın nahiyəsinə, sol gicgah və ənsə nahiyələrinin baş hissəsinə, soldan ənsə nahiyəsinə, sağ qulaq seyvanı nahiyəsinə nüfuz etməklə boynun yuxarı üçdə bir hissəsinin sol yan səthinin yumşaq toxumalarının qüsurları aşkar olunur. X7 cəsədinin autopsiyası zamanı yaxınlıqda yerləşən yumşaq toxumalara qansızmalar yoxluq təşkil edir, qüsurların divarları, kənarları yoxdur, baş və üzün toxumalarının məhkəmə - tibbi tədqiqatı zamanı fibrozlu, piy, əzələ toxumaları açıq çalara malikdir, bir qədər homogenləşdirilmişdir, , damarlar boşalmışdır, ara – sıra çürümə yaradan bakteriyalar vardır, preparatlarda zədələr və iltihab dəyişiklikləri aşkar olunmamışdır, onları ölümdən sonra əmələ gəlmiş hesab etmək lazımdır. Baş beyin zədələnməsinin xarakterinə və topoqrafiyasına görə qeyd etmək lazımdır ki, bədən xəsarətlərinin yetirilməsi zamanı zərərçəkmiş şəxs qısa müddət ərzində sərbəst hərəkət etmək qabiliyyətini qoruyub saxlamış, lakin subdural qematomanın həcminin böyüməsi baş beynin funksiyasının pozulmasına səbəb olmamış və nəticədə onun basılması, şişkinlik və dislokasiya baş vermişdir. X4 cəsədindən alınan qanın məhkəmə - kimyəvi tədqiqatı zamanı etil spirti aşkar olunmamışdır, və bu da onu təsdiq edə bilər ki, ölümün baş verməsinə qədər zərərçəkmiş alkoqol içki içməmişdir. İş materiallarında olan 03 noyabr 2006-cı il tarixli 11 Bİ saylı məhkəmə-kriminalistik ekspertizasının rəyindən görünür ki, Aleksandr Yenastkinin itkin düşməsi faktına əsasən alınan izlər ilə 11 işıqlı və 1 tünd daktoloji plyonkalarda şəxsiyyətin identifikasiyası üçün yararlı olan Yenaskinin şəxsi əşyalarından əl barmaqlarının iki izi mövcuddur. X33 Yuryevna tərəfindən sağ əlin baş və işarət barmaqları tərəfindən qoyulmuşdur. İş materiallarında olan 08 dekabr 2006-cı il tarixli 2066 saylı məhkəmə-kriminalistik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs şalvarında aşkar olunan narıncı rəngində maddə öz morfoloji əlamətlər inə və molekulyar tərkibinə görə 21 noyabr 2006-cı ildə ildə Aleksand Yenatskinin C596İX 29 nömrəli Qazel avtomobilinin OMP gedişatında aşkar olunub götürülən larton fraqmentində mövcud olan narıncı rəngində tozşəkilli maddəyə oxşardır. İş materiallarında olan 28 dekabr 2006-cı il tarixli 2311 saylı məhkəmə-kriminalistik ekspertizasının rəyindən görünür ki, 06265139 saylı cinayət işinə əsasən aşkar olunub götürülən yapışqan lentin iki fraqmentlərinin səthində xx.xx.2006 cı ildə Arxangelsk vilayəti Pleseski rayonu Qryazevo kəndi yaxınlığında yerləşən meşə massivinin ərazisində aşkar olunmuş Aleksandr Yenatskinin cəsədində əl izləri aşkar olunmamışdır. İş materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 31 yanvar 2022-ci il tarixli 234 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs cinayəti törətməmişdən əvvəl, eləcə də cinayət törətdikdən sonra xroniki psixi xəstəlik, psixi fəaliyyəti müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs hazırda da hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayəti törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Onun barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs inadkarlıq, başqalarının hiss və yaşantılarına qarşı biganəlik, hövsələsizlik, özünümüdafiə etməyə meyillik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli-intelektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanlarına görə törətdiyi əməl zamanı öz hərəkətlərinin mahiyyətini dərk etmək və idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək və idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Belə qənaətə gəlmək mümkündür ki, hadisə zamanı Təqsirləndirilən şəxs psixi-emosional sferasında iş üçün əhəmiyyət kəsb edən hər hansı mühüm dəyişiklilk yaranmamışdır. Təqsirləndirilən şəxs cinayət hadisəsini törətdiyi zaman fizioloji affekt vəziyyətində olmamışdır. İş materiallarında olan 26 oktyabr 2006cı il tarixli «hadisə yerinə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, baxış obyekti Arxanqelsk vilayətin Karqopol rayonun Markovskaya kəndindən cənub-qərb tərəsinə 1,5 km məsafədə yerləşən tarla sahəsidir. Baxış keçirilən sahədən şərqə 1 km. məsafədə Plesetsk-Karqopol yolu keçir. Bu yoldan şərqdən və qərbdən uzunluğu 1 km yaxın çöl yolu gedir. Qərbə 70 metr məsafədə Oneqa çayı yerləşir. Yolun şimal tərəfindən kiçik cavan meşə yerləşir. Buranı yerli sakinlər ”Klinçevo”adlandırırlar. Çöl yolda Oneqa çayından şərqə 70 metr məsafədə yük, açıqqəhvəyi rəngli, C183EA 35 qeydiyyat nömrəli “Qazel” avtomobili durmuş, həmin avtomobilə sərt bağlama ilə yük qoşqusu bağlanmış, qoşqunun qeydiyyat nömrəsi AB 5309 52. Avtomaşının aşağıdakı görünən zədələri vardır: öz qeydiyyat nömrəsi və radiatorun qəfəsi- əyilmiş, sol yaxın fara çatlamış, aşağı hissədə öz şüşə catlamış, sol ön təkərin stupnitsası zədələnmiş-podşipniklər çıxmışdır. Sol və sağ baxma güzgüləri zədələnməmişdir. Sürücü və sərnişin yerlərindən başqa, maşının kabini yataq yeri ilə təchiz olunmuş, avtomobilin banı yuxarıdan boz rəngli tentlə örtülmüşdür. Banın ölçüləri 2,5 x2 m. Maşının qoşqusunun ölçüləri 2,5 x2. göy rəngli tentlə örtülmüş, sol arxa dönmək göstəricisinin plafonu sınmış, bu yerdə metal çərçivə əyilmişdir. Maşının mühərrik yerləşən yeri açılmış, hər hansı zədələnmə aşkar olunmamışdır. Ekspert Şevçenko tərəfindən maşının mühərrikini işə salmaq cəhdi olunmuş-mühərrik işə düşmür. Maşın kabinasının ön oturacağında (sərnişin) kağız zərf aşkar olunmuş, üstündə 42-04-19 telefon nömrəsi yazılmış, içində xırdalanmış yaşıl rəngli ot vardır. Maşının yataq yerində iki parça parolon, ölçüləri 1x2 metr və 20smx1m, “Serebryannaya Rosa”etiketli 5 litrlik iki boş plastik butulka, müxtəlif rəngli material (parça) nümunələri ilə papkalar, qara rəngli idman şalvarı, telnyaşka, parça nümunələri ilə bir dənə də papka, sari-qırmızı rəngli örtük, narıncıqəhvəyi yun ədyal, içi isti qara bolon şalvar,qəhvəyi rəngli futbolka, qəhvəyi rəngli bolon gödəkçə, güllü şəkilli pambıq ədyal, qara rəngli futbolka, yaşıl rəngli bir cüt rezin sapoq aşkar edilmişdir. Şalvarın və gödəkcənin ciblərində iş üçün əhəmiyyət daşıyan hər hansı əşya tapılmadı. Bu əşyaların üstündə qan izləri aşkar olunmamışdır. Maşının yataq yerin pəncərələri ağ-qara rəngli pərdələrlə örtülmüş, döşəmədə qaz balonu yerləşir. Ön sərnişin oturacağında həmçinin qara rəngli barsetka, qəhvəyi rəngli pul qabı, “Qazel” maşının istismarı üzrə təlimat, ön sərnişin və sürücü oturacaqları arasında qara rəngli dəri gödəkçə vardır. İşə salma açarı işə salma yerindədir. Ön sərnişin və sürücü oturacaqların önündə “Vitek” daşınan televizoru, maşının bardaçokunda duz paçkası olmaqla maqnitofon üçün yer boşdur, metal kirşə vardır. Maşının bardaçokundan dolaşmış simlər sallanır. Sürücü oturacağının altında yarıyun əlcəklər, metal domkrat, qablaşdırmada ikili, maşın yağı altından “SİBİ Motor” boş metal kanistri vardır. Maşın salonun arxa şüşəsində iki taxta akustik kolonka bərkidilmişdir. Maşın damında, qara rəngli pərdə ilə bağlanmış lyuk vardır. Sürücü sipəri altında CD disk aşkarlandı. Sərnişin sipəri altında araq və güzgü, sürücü qapısı tərəfindən, qapının özündə cib vardır, həmin cibdə: passatilər, göy-ağ rəngli plastik dəsti olan bıçaq, onun tiyəsinin uzunluğu 15 sm yaxındır. Döşəmədə səliqəsiz halda 3 dənə 50 qəpik atılıb. Maşının panelində iki gündəlik, dəftər vardır. Ön panelin bardaçokunda müxtəlif xırda pullar aşkarlanır. Maşının kabinəsinin döşəməsində qara rəngli reytuz, göy rəngli qırmızı əlavələrlə toxuma papaq aşkarlandı. Onlar RF CPM normalarına uyğun götürülmüşdür. Bundan əlavə, əvvəl aşkarlanmış qara rəngli idman şalvarı, telnyaşka içi isti qara bolon şalvar, qəhvəyi rəngli futbolka, qəhvəyi rəngli bolon gödəkçə, güllü şəkilli pambıq ədyal, qəhvəyi rəngli futbolka,qara rəngli dəri gödəkcə RF CPM normalarına uyğun götürülmüşdür. Qara, ağ rəngli PMD daktiloskopik krimilalistik tozun köməyi ilə aşkarlanıb götürülmüşdür: ağ daktiloplonkanın üzərinə “Vitek” televizorundan 1 nömrəli iz, qara daktiloplonkanın üzərinə kabinin yataq yerində aşkarlanan mebelin ön panelindən 2 nömrəli iz. Ağ daktiloplonkanın üzərinə maşənın tavanından 3,4,5 nömrəli izlər. Maşının döşəməsindən, rezin xalçalarından küçə qumu, palçıq, torpaq götürülmüşdür. Maşın banının döşəməsində porolon parçaları, kəsilmiş karton qutusu olmaqla qutunun üzərində ayaqqabı izi vardır. Maşın kabinəsində ağyasəmən rəngli mələfə aşkar olunmuş, maşın banında başqa əşya aşkarlanmamışdır. Maşın kabinasında və banında qan izləri aşkar olunmamışdır. Maşın qoşqusunda divan və şəffaf selofan plonka ilə örtülü iki kreslo vardır. Çöl yolun döngəsində şərqə 40 metr məsafədə əvvəl götürülmüş mələfəyə identik olan, bir parça aşkarlanmışdır. 1,5 km radiusda əraziyə baxış keçirilmiş, Oneqa çayın sahilinə baxılıb-iş üçün əhəmiyyət daşıyan hər hansı əşya və həmçinin A. B. Yenatskinin meyiti aşkar olunmur. Qoşqu ilə“Qazel” maşınından 5 metr məsafədə tarla tərəfdən, nəqliyyat vasitəsinin təkərləri ilə qoyulmuş çığır var. Həm çığırda, həm tarladan keçən yolun özündə təkər protektorların izlərini müəyyən etmək otun çox olmağına görə mümkün olmadı. Baxış zamanı otla zərf, idman şalvarı, iki futbolka, bolon şalvar, bolon gödəkçə, dəri gödəkçə, brasetka pul qabı, istismar üzrə kitab, iki gündəlik, dəftər, papaq, reytuzlar, telnyaşka, mələfə, ona identik parça, 5 daktilopyonka, süzur nümunələri, ayaqqabı izi ilə karton qutudan kəsik müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan 07 dekabr 2006cı il tarixli «hadisə yerinə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, baxışla müəyyən olunub: baxış obyekti Plesetk- Karqopol yolunda, Plesetsk ratonun, Qrayezevo kəndindən 1,5 km. məsafədə yerləşir. Yoldan solda maşınlar dayanacağı üçün avtomobil cibi var. Sonra cibdən 40 metr məsafədə Oneqa çayına tərəf, meşəyə yol var. 236 metrdən sonra meşə yolunda sağ tərəfdə arx var. Arxa budaqlar və ağacların gövdələri atılıb, dağıntını açandan sonra qarnın üstündə, üzü aşağı uzanıqlı kişi meyiti aşkar edilib. Meyitin ayaqları meşə yoluna tərəfdir, uzanıblar, əlləri dirsəkdən bükülüb, çiyinləri meyitin altındadır. Ayaq baldırları skotçla bağlanıb, əllərin biləkləri də eyni vəziyyətdədir. Meyitin üzərində olan paltar: qara bolon gödəkçə, ağ rəngli futbolka, qara rəngli cins, qara rəngli krossovka, tuman. Meyitin keyiməsi üz, boyun, yuxarı və aşağı ətraf əzələ enində yaxşı ifadə olunub. Meyitin üzərində açıq yara var, aşağı çənədə soldan dəri yoxdur. Kəllənin dişləri və sümükləri görünür. Şalvar kəmərində mobil telefon üçün çanta aşkarlanıb.Meyitin üzərində olan skotç kəsilib, poletilen paketə qablaşdırılıb, möhürləınib, hal şahidlərin, müstəntiqin, iştirak edən şəxslərin imzası vurulub. İş materiallarında olan xx.xx.2016-cı il tarixli «cinayət işinə əşyayi dəlillərin əlavə olunması və tanınması haqqında» qərardan görünür ki, xx.xx.2006-cı ildə əməliyyat axtarış tədbirlərinin gedişatnda aşkar olunaraq götürülən ot, camaşır, materiya parçası, eyni camaşır, daktoloji plyonkada beş əl izi, süxur nümunəsi, ayaqqabı izi ilə karton qutudan kəsmə, xx.xx.2006 cı ildə əməliyyat axtarış tədbirlərinin gedişatnda gedişatmda aşkar olunaraq götürülən oturcaqların qat - qat lifləri; xx.xx.2006 cı ildə əməliyyat axtarış tədbirlərinin gedişatnda aşkar olunaraq götürülən avtoobilin arxa tərəfindən götürülən boyanın nümunəsi; xx.xx.2006 cı ildə əməliyyat axtarış tədbirlərinin gedişatnda aşkar olunaraq götürülən oturacağın üzlük materialının nümunəsi, mikro hissəciklər ilə iki daktloji plyonka, boya numunəsı və xx.xx.2006 cı ildə ƏAT gedişatmda aşkar olunaraq götürülən oturacağın uzu materialının nümunəsi maddi sübut kimi tanınmışdır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli «xidməti yoxlamanın nəticəsinə dair» rəydən görünür ki, iş üzrə maddi sübutlar ot, mələfə, mələfə ilə eyni parça hissəsi, daktiloplyonkada beş əl izi, torpaq nümunəsi, karton qutusundan ayaqqabı izləri ilə kəsilmə, oturacaqlardan lay-lay olan lif, avtomobilin arxa hissəsindən boya qaşıntısı, mikrohissələrlə iki daktiloplyonka, oturacağın örtüsünün nümunəsi istintaq orqanı tərəfindən itirilmişdir. İş materiallarında olan Masallı Rayon Mərkəzi Xəstəxanası” X34 17 noyabr 2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın ruhi-əsəb, narkoloji və onkoloji kabinetində dispanser qeydiyyatında durmur. İş materiallarında olan Lənkəran rayonlararası Psixiatriya Xəstəxanasının 11 noyabr 2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs xəstəxanada qeydiyyatda yoxdur. İş materiallarında olan Lənkəran rayonlararası Psixiatriya Xəstəxanasının 12 noyabr 2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs xəstəxanada qeydiyyatda yoxdur. İş materiallarında olan 28 dekabr 2021-ci il tarixli «axtarışda olan şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə həmin tarixdə Masalı RPŞ-nin əməkdaşları tərəfindən tutulmuşdur. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Masallı rayonu, X28 Ərazi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Nürəddin oğlu, Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatdadır, ailə tərkibi arvadından və xx.xx.2009-cu il təvəllüdlü X21 adında azyaşlı oğlundan ibarətdir. İş materiallarında olan yaşayış yerindən verilmiş xasiyyətnamədən jgörünür ki, Təqsirləndirilən şəxs Nürəddin oğlu yaşadığı müddətdə onun barəsirndə heç bir təqsirləndirici material daxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Rusiya Federasiyası Arxangels vilayəti Plesesk Rayon Məhkəməsinin 09 iyun 1999-cu il tarixli hökmünün surətindən görünür ki, Mikayılov X20 Federasiyası CM-in 162-ci maddəsinin 3 hissəsinin A bəndi ilə təqsirli bilinib 04 il müddətinə azadlıqdan məhrum edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Binəqədi Rayon Məhkəməsinin 21 oktyabr 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2-ci maddələri ilə təqsirli bilinib 1500 (min beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilmiş, 14 fevral 2018-ci il tarixdə cəriməi tam ödəmiş, məhkumluğu ödənilmişdir. İş materiallarında olan 16 fevral 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, iş üzrə idman şalvarı, iki idman köynəyi, bolon şalvar, bolon gödəkcə, dəri gödəkcə, barsetka, pul daxılı, istismar üzrə təlimat, iki gündəlik, dəftər, papaq, reytuzlar, alt paltar; sarı rəngdə parça fraqmenti, radiatorun qəfəsi, qospomer; karton parçası, rezin borusu; cəsədin əllərinə və ya ayaqlarına bağlanan skotç; plastik konteyner; kəmərli kamuflyaj şalvarlar, zəncirbəndi olan kamuflyaj gödəkcə, düyməli kamuflyaj gödəkcə, qara rəngdə dəri gödəkcə; qara rəngdə cins, mobil telefonun futlyarı, tünd rəngdə tuman, qara rəngdə corab, ağ rəngdə alt köynəyi, idman üslubunda, tünd – göy rəngdə gödəkcə, qara rəngdə mövsümi balon gödəkcə, sağ ayaq üçün krosovka; tünd – göy rəngdə gödəkcə, qara rəngdə mövsümi balon gödəkcə, krosovka iş üzrə maddi sübut kimi tanınaraq Masallı rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124.1 və 124.2.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 125.1-ci maddəsinin tələblərinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Məhkəmə, cinayət prosessual qanunvericiliyinin həmin müddəalarını rəhbər tutaraq məhkəməyədək icraat zamanı toplanılmış aşağıdakı sübutları təhlil edib və birinin digərinə münasibətdə qiymətləndirib hesab edir ki, istintaqın Təqsirləndirilən şəxs əməlinin tövsifi ilə bağlı gəldiyi nəticələr əsassızdır. Belə ki, ittiham aktına əsasən istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verlimişdir ondan ötrü ki: “o, zərərçəkmişin sağlamlığına ağır xəsarət yetirərək silah kimi istifadə olunan əşyanın tətbiqi ilə sağlamlıq və həyat təhlükəli olan zorakılıq tətbiq edərək zərərçəkmişin əmlakını və pul vəsaitlərini qarət məqsədi ilə onu qəsdən öldürmüşdür. Belə ki, Təqsirləndirilən şəxs zərərçəkmişin əmlakı və pul vəsaitini quldurluq və qətl məqsədi ilə, eləcə də planlaşdırılmış cinayətin aləti ilə - istintaqa məlum olmayan sərt küt əşya ilə əvvəlcədən silahlanaraq tanıdığı mebel daşınması və satışı ilə məşğul olan X5 hücum planı hazırlayaraq, 17 oktyabr 2006-cı il tarixində saat 21:17-dən 23:00-dək, alkoqol təsiri altında olaraq Rusiya Federasiyası Arxangelsk vilayətinin Plesetsk rayonunda Plesetsl qəsəbəsi-Karqopol şəhəri avtomobil yolunun bilavasitə yaxınlığında, Plesetsk rayonunun Qryazovo kəndindən 1 kilometr məsafədə, əvvəlcədən bilərək ki, bu yol ilə böyük miqdar pul vəsaiti ilə öz avtomobilində X8 gedəcək, sonuncu ilə telefonla danışaraq qeyd olunan yerdə görüşməyi planlaşdırmış, X8 dövlət qeydiyyat nişanlı «C 183 EA 35 region» olan QAZ-3302 markalı avtomobili ilə gələrək saxladıqdan sonra, o, danışıq bəhanəsi ilə zərərçəkmişi kimsəsiz yerə - avtomobilin dayandığı yerin bilavasitə yaxınlığında yerləşən meşə massivinə getməyə inandırıb, orada tamah niyyəti ilə, qəsdən, zərərçəkmişin əmlakının və pul vəsaitlərinin ələ keçirmək və X2 qəsdən öldürmək məqsədi ilə üzərinə hücum edib istintaqa məlum olmayan əvvəlcədən hazırlanmış sərt küt əşyadan silah qismində istifadə edib zorakılıq tədbiq edərək, həmin alətlə X2 başından bir zərbədən az olmayan zərbələr yetirərək zərərçəkmişin həyat və sağlamlığı üçün təhlükəli olan sağlamlığa ağır xəsarət yetirmək kimi dəyərləndirilən və X2 ölümü ilə bilavasitə səbəbnəticə əlaqəsində olan beynin sərt səthinin altına müvafiq qansızma ilə 125 ml həcmli kəskin soltərəfli subdiral hematoma ilə müşayiət olunan və tədricən artan ödəm, beynin sıxılması və dislokasiyası ilə ağırlaşan baş-beyin xarakterli bədən xəsarətləri yetirmiş, sonra zərərçəkmişin əllərini və ayaqlarını əvvəlcədən hazırlanan yapışqan «skotç» lentlə bağlayaraq geyimini və «C 183 EA 35 region» dövlət qeydiyyat nişanlı QAZ-3302 (QAZel) avtomobilini axtarmiş, avtomobildən X5 məxsus 60 000 rubldan (1944 AZN) az olmayan pul vəsaitini, 6 000 rubl (194,4 AZN) dəyərində «Pantek» mobil telefonu aşkar edərək götürmüş, sonra X2 üzərini ağac budaqları ilə örtərək, qarət olunmuş əmlakı öz istəyi ilə sərf edərək, zərərçəkmişə 66 000 rubldan (2138,4 AZN) az olmayan məbləğdə zərər yetirərək quldurluq niyyəti ilə qəsdən öldürmüşdür.” Məhkəmə qeyd edir ki, istintaq orqanı Təqsirləndirilən şəxs quldurluq cinayətini (CM-in 12,181.3.3) törətməsi barədə nəticəyə gələrkən iş materiallarında olan heç bir sübuta istinad etməməklə yanaşı, şəxsin həmin maddə ilə təqsirliliyini müəyyən edən hər hansı dəlil belə göstərmədən formal olaraq ittiham elan etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs CM-in 12,120.2.11 və 12,181.3.3-cü maddəsinə təqsirlədirilməsinə dair sübutları aşağıda göstərilən qaydada müqayisəli şəkildə tədqiq edir. Məhkəmə, ibtidai istintaq orqanının sübutları qiymətləndirilməsinə dair mövqeyi ilə bağlı qeyd edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Aleksandr Yenatskini qəsdən öldürməsini quldurluqla əlaqədar olmasını, həmçinin zərərçəkmiş şəxsə qarşı quldurluq cinayətinin törətməsinin sübuta yetirilməsini göstərməyə çalışsa da, əksinə toplanmış sübutlar təqsirləndirilən şəxsin qəsdən adam öldürməsinin quldurluqla əlaqədar olmadığını, həmçinin quldurluq cinayətini törətmədiyini təsdiq edir. İttihamda quldurluq əməlinə münasibətdə göstərilmişdir ki, Təqsirləndirilən şəxs “zərərçəkmişin əllərini və ayaqlarını əvvəlcədən hazırlanan yapışqan «skotç» lentlə bağlayaraq geyimini və «C 183 EA 35 region» dövlət qeydiyyat nişanlı QAZ-3302 (QAZel) avtomobilini axtarmiş, avtomobildən X5 məxsus 60.000 rubldan (1944 AZN) az olmayan pul vəsaitini, 6.000 rubl (194,4 AZN) dəyərində «Pantek» mobil telefonu aşkar edərək götürmüş”. Lakin göstərilən quldurluq cinayəti nə ibtidai istintaq zamanı, nədə ki, məhkəmə baxışı nəticəsində öz əksini tapmamışdır. Belə ki, ibtidai istintaq orqanı hər hansı bir şahid ifadəsi və ya işin faktiki hallarına əsaslanmayaraq göstərilən mövqeyə gəlmişdir. Zərərçəkmişin avtomaşınında ümumiyyətlə 60.000 rubl olması ibtidai istintaq zamanı heç təsdiqini tapmamışdır. Zərərçəkmişin arvadı X25 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, “Aleksandrın özü ilə olan pul məbləğini bilmirəm, lakin düşünürəm ki, 60 min rubldan az deyildi, həmçinin özü ilə 6 min rubla aldığı “Pantek” mobil telefonu var idi”. İbtidai istintaq orqanı yalnız ehtimal olunan və hər hansı bir sübutla təsdiqini tapmayan qeyd olunan cümləyə əsaslanaraq Təqsirləndirilən şəxs zərərçəkmişin avtomaşınından 60.000 rubl, “Pantek” mobil telefonu quldurluq nəticəsində əldə etdiyinə dair ittiham elan edilmişdir. Halbu ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə məxsus 60.000 rubl və 6.000 rubl dəyərində mobil telefonu quldurluq nəticəsində əldə etməsi, bir sözlə quldurluq cinayəti törətməsi sübuta yetirilmir. İttiham tərəfinin əsas şahidi X27 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, “Təqsirləndirilən şəxs Aleksandrla maşından çıxıb yolu keçmiş və dayanacaqla üzbəüz meşəyə getmişlər. Onlar getdikləri zaman nədənsə söhbət etmiş və gülümsəmişlər. 20-30 dəqiqədən sonra Azad tək olaraq qayıtmışdır. O, Aleksandrın harada olduğunu soruşmuş, Təqsirləndirilən şəxs isə Aleksandrı “vurduğunu”, cəsədini kanavaya atdığını, üzərinə küknar budaqlarını qoyduğunu deyib ondan maşını qoyub getməyi və Aleksandrın maşınına oturmasını əmr etmişdir. Azad ona əmr etmişdir ki, maşını meşəyə çay tərəfə elə qoysun ki, onu heç kim görməsin. O, maşını Azadın istədiyi formada qoyanda sonuncu ona Yenatskinin cəsədinin təxminən olduğu yeri göstərmiş, lakin özü həmin yerə yaxınlaşmamışdır. Təqsirləndirilən şəxs Aleksandrın maşınına oturmuş, ondan sonra maşını Karqopolsk rayonuna aparmışdır. Onlar Markovskaya kəndinə çatmış, kəndi keçərək yoldan sağa, çay tərəfə dönmüşlər. 1000-1500 metr keçəndən sonra Azad Mikayilov ona maşından çıxmağı əmr etmiş, o maşından çıxmış, Mikayılov isə çaya yaxın getmiş, daha sonra yenə də 200-300 metr qabağa gedib gözdən itmiş, çünki harasa meşəyə getmişdir. 30 dəqiqədən sonra Mikayılov qayıtmış və maşının ilişdiyini görmüşdür. Onun əlində Yenatskinin maşınından götürdüyü, içində yemək olan yarışəffaf konteyner olmuşdur. Bundan başqa onun əlində heç nə görməmişdir. Konteynerdə balıq və kotlet olmuş, Mikayılov kotletin bir hissəsini yemiş və onu konteynerdə olan digər yeməklə birgə tullamışdır”. Qeyd olunan ifadənin məğzindən də görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmişi meşədə öldürəndən sonra Fazil Əliyevlə birlikdə zərərçəkmişin avtomaşınına minərək hadisə yerindən uzaqlaşdırıb avtomaşını gizlətmişlər. Bundan sonra Təqsirləndirilən şəxs maşından yalnız qida məhsulu olan konteyneri götürərək avtomaşından düşmüş, başqa heçnə götürməmişdir. Götürdüyü konteynerdə olan qidanı bir qədər yeyərək tullamışdır. Bu hal özü özlüyündə Təqsirləndirilən şəxs tərəfindən quldurluq cinayətinin törətməsini inkar edir. Həmçinin Təqsirləndirilən şəxs qəsdən adam öldürmə cinayətini ifşa edən Fazil Əliyevin ifadəsinin döğruluğu hər hansı bir şübhə doğurmur və məhkəmə tərəfindən mötəbər sübut hesab edir. Alla Yenatskaya ibtidai istintaqa verdiyi ifadəsində həmçinin göstərmişdir ki, X26 Mikayılovla münasibət saxlayırdı, Aleksandrın sözlərinə görə Azad kriminalla məşğul idi, lakin aralarında dostluq münasibətləri var idi, bəzən görüşürdülər, bir yerdə istirahət edirdilər. Azad Aleksandrı bayramlarda qonaq çağırırdı, Aleksandrla Azad bir yerdə marixuana çəkirdilər. Bu hal da təqsirləndirilən şəxslə zərərçəkmişin aralarında münasibətlərinin olmasını təsdiq edir. Məhkəmə xüsusi qeyd edir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə cinayət qanununun maddələri sadalanmaqla hər hansı bir sübut olmadan ittiham olunduğu quldurluq cinayətinə münasibətdə formal olaraq ittiham verilməsi, lakin faktiki olaraq onun ittihamın olunduğu quldurluq cinayətinin təsdiqini tapmaması Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 12,181.3.3-cü maddəsinin tərkiblərinin olmamasının aşkar təzahürüdür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs quldurluq cinayəti törətmədiyinə görə, onun zərərçəkmiş şəxs Aleksandr Yenatskini qəsdən öldürməsinin quldurluqla əlaqədar olmasını istisna edir. Həmçinin, Məhkəmə qeyd edir ki, istintaq orqanı Təqsirləndirilən şəxs quldurluqla əlaqədar qəsdən adam öldürməsi barədə nəticəyə gələrkən yalnız onun zərərçəkmişə qarşı quldurluq etməsini əsas götürmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin quldurluq cinayətinin törədilməsinin sübuta yetirilmədiyi bir halda, onun əməli təqsirləndirilildiyi CM-in 12, 120.2.11-ci maddəsindən həmin məcəllənin 12-ci maddəsi nəzərə alınmaqla 120.1-ci maddəsinə tövsif edilməsini qanunamüvafiqdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət- Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, CPM-nin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmçinin Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il, №15-li Qərarının 23-cü bəndində qeyd olunub ki, məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. 37-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Məhkəmə, gəldiyi nəticələri həm prosessual normaların tələbləri baxımından, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarının izah və tövsiyələri baxımından əsaslı hesab edir. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli araşdırılması hüququna malikdir. Konvensiyanın həmin maddəsi çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, əsaslandırılmış qərarlar tərəflərə eşidildiklərini nümayiş etdirmək, beləliklə də onların verilmiş qərarı qəbul etməyə daha meylli olmasına töhfə vermək məqsədi daşıyır. Bundan əlavə, onlar hakimləri qərarlarını obyektiv arqumentlərlə əsaslandırmağa, həmçinin müdafiə tərəfinin hüquqlarını qorumağa vadar edir. (X22rşı, § 29). Kondraşinanın Rusiya Federasiyasına qarşı işində də Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. X32 Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X30rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. “Avropa İnsan Hüquqları Məhkəməsinin gələcək fəaliyyətinə dair Brayton Bəyannaməsi”nin 7-ci bəndində qeyd edilmişdir ki, “Milli səviyyədə Konvensiyanın müddəalarının tam həyata keçirilməsi üzv dövlətlərdən qanun pozuntularının qarşısını almaq üçün effektiv tədbirlərin görülməsini tələb edir. Bütün qanunvericilik və siyasətin inkişafı, həmçinin dövlət qulluqçuları tərəfindən öz xidməti vəzifələrinin icrası elə səviyyədə olmalıdır ki, bu Konvensiyanın müddəalarının tam icrasına imkan versin. Üzv dövlətlər Konvensiyanın müddəalarının mümkün pozulması hallarının qarşısını almaq üçün hüquqi müdafiə vasitələrini təmin etməlidirlər. Milli məhkəmələr və tribunallar Konvensiyanı və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu nəzərə almalıdırlar. Bütün bu tələblər məcmu halda Konvensiyanın müddəalarının pozulması hallarının qarşısını ala bilər. Bu isə məhkəməyə əsaslı müraciətlərin sayının azalmasına gətirib çıxarmaqla iş yükünün də kəmiyyətinin aşağı düşməsinə səbəb olacaqdır”. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə, bəraət hökmü çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 350.2-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə əhəmiyyətə malik bağlı mühüm olan halları araşdırıb, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, o cümlədən cinayət işi üzrə dindirilmiş şəxslərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 12,120.2.11-ci maddəsi ilə verilmiş ittiham üzrə ona törədilməsi istinad edilən əməl CM-in 12-ci maddəsi nəzərə alınmaqla 120.1-ci maddəsinə tövsif edilməli, CM-in 12,181.3.3-cü maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə həmin maddə ilə bəraət verilməlidir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli və “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi üzrə” 12 dekabr 2002-ci il tarixli Qərarlarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, sözü gedən “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Plenum Qərarının 1-ci bəndinə əsasən talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. 3-cü bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-cı maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər. Plenum Qərarının 5-ci bəndinə əsasən oğurluq edilərkən, təqsirli şəxsin hərəkətləri mülkiyyətçi və ya əmlakın digər sahibi, yaxud da digər şəxs tərəfindən aşkar edilərsə, təqsirli şəxs bunu dərk etsə də əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərsə və ya həmin əmlakı saxlamağa çalışarsa, o zaman belə hərəkətlər soyğunçuluq, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşayiət edildiyi hallarda isə quldurluq kimi tövsif edilməlidir. Sözü gedən “Qəsdən adam öldürmə işləri üzrə” Plenum Qərarının 2-ci bəndində göstərilmişdir ki, «Qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. 4-cü bəndində göstərilmişdir ki, CM-nin 120.2-ci maddəsindəki tövsifedici əlamətlər və CM-nin 121-123, 135-ci maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə tövsif edilməlidir. Qeyd olunanlarla bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 12-ci maddəsi nəzərə alınmaqla həmin məcəllənin 120.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası hədlərində cəza təyin edilməlidir. Məhkəmə cinayət hadisəsinin 2006-cı ilin oktyabr ayında baş verdiyini nəzərə alaraq təqsirləndirilən şəxsə cəza verərkən CM-in 120.1-ci maddəsinin sansksiyasının 20 iyun 2014-cü il tarixədək qüvvədə olan mətnini əsas götürməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən halların olması, ağırlaşdıran halların isə olmaması, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin (1967-ci il təvəllüdlü arvadı Qonça Mikayılova və himayəsində olan 2009-cu il təvəllüdlü oğlu Əkbər Mikayılov) həyat şəraitinə təsiri nəzərə almaqla cəzanın məqsədlərini təmin etmək üçün cəzanın daha ciddi həddinin təyin edilməsinə hər hansı bir əsas olmadığı qənaətinə gəlir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan arayışlardan görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, onun himayəsində 2009-cu il təvəllüdlü X23 adlı bir azyaşlı uşağı vardır, yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağın olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qəbul edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə prosessual qanunvericiliyin həmin normasını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs evli olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, törətmiş cinayətin üzərindən 16 il keçməsini cəzasını yüngülləşdirən hallar kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Samir Mehrəliyevin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1, 158.2.2 və 158.2.3-cü maddələrinin tələblərinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həbsdə saxlanılma müddətinə təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət və məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə əsasən şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Cinayət işi üzrə məhkəməyədək icraatda həbsdə saxlama müddətinin axımı məhkəməyə göndərilmiş cinayət işi üzrə qətimkan tədbiri ilə bağlı məsələyə baxıldığı, yaxud həbs və ya ev dustaqlığı qismində qətimkan tədbirinə xitam verildiyi gün dayandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə, gəldiyi nəticələri həm prosessual normaların tələbləri baxımından, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarının izah və tövsiyələri baxımından əsaslı hesab edir. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin 3-cü bəndinə əsasən həmin maddənin 1-ci bəndinin (c) yarımbəndinə müvafiq olaraq tutulmuş və ya həbsə alınmış hər kəs, dərhal hakimin və ya qanunla məhkəmə hakimiyyətini həyata keçirmək səlahiyyəti verilmiş vəzifəli şəxsin yanına gətirilir və ağlabatan müddət ərzində məhkəmə araşdırması və ya məhkəməyə qədər azad edilmək hüququna malikdir. Konvensiyanın həmin maddəsi çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəməyə qədər həbs müddəti müəyyən edilərkən nəzərə alınmalı olan müddət təqsirləndirilən şəxsin həbsə alındığı gündən başlayır və hökmün çıxarıldığı gün sona çatır, hətta bu hökm birinci instansiya məhkəməsi tərəfindən verilmiş olsa belə (Solmaz Türkiyə qarşı, §§ 23-24; Kalaşnikov Rusiyaya qarşı, § 110, Vemhoff Almaniyaya qarşı, § 9 ). Bundan başqa, Konvensiyanın 5-ci maddəsinin 1 (b) yarımbəndinin birinci hissəsi çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, tutulmuş və ya həbs olunmuş şəxsin məhkəmə qərarını yerinə yetirmək imkanı olduğu halda yerinə yetirmədiyi ehtimalına əsaslanır. Fərdlər heç vaxt haqqında məlumatlandırılmadıqları məhkəmə qərarına riayət etmədiklərinə görə məsuliyyət daşıya bilməzlər. (Beyere Latviyaya qarşı, §§ 49-50) Azərbaycan Respublikası CM-in 56.1.2-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X6 nümayəndəsi X19 maddi ziyana görə 36,560 ABŞ dolları və mənəvi ziyana görə 100.000 ABŞ dolları manat məbləğində pulun cavabdeh Təqsirləndirilən şəxs tutularaq ödənilməsi barədə mülki iddia vermişdir. CPM-in 181-ci maddəsinə əsasən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Lakin “Dövlət rüsumu haqqında” Qanuna əsasən verilmiş iddiaya görə nəzərdə tutulan dövlət rüsumu ödənilməmişdir. CPM-in 354.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsini, iddianın rədd edilməsi, iddianın baxılmamış saxlanmasınnı əks etdirir. Buna görə də məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin hüquqi varisi X6 nümayəndəsi X11 maddi və mənəvi ziyana görə verdiyi iddia baxılmamış saxlanmalı və hökm qanuni quvvəyə minənəndən sonra mülki mühakimə icraatı qaydasında iddia vermək hüququ izah edilməlidir. Həmçinin zərərçəkmiş şəxsin hüquqi varisi X6 nümayəndəsi X19 ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə maddi sübüt kimi tanınmış mərhum X2 avtombilindən götürülmüş və iş üzrə maddi sübut kimi tanınmış geyim əşyalarının ona qaytarılmasını xahiş etmişdir. İş üzrə ekspertiza xərci yoxdur. Eyni zamanda məhkəmə iş üzrə maddi sübutlar olub - Masallı Rayon Prokurorluğunda saxlanılan- idman şalvarı, iki idman köynəyi, bolon şalvar, bolon gödəkcə, dəri gödəkcə, barsetka, pul daxılı, istismar üzrə təlimat, iki gündəlik, dəftər, papaq, reytuzlar, alt paltar; sarı rəngdə parça fraqmenti, radiatorun qəfəsi, qospomer; karton parçası, rezin borusu; cəsədin əllərinə və ya ayaqlarına bağlanan skotç; plastik konteyner; kəmərli kamuflyaj şalvarlar, zəncirbəndi olan kamuflyaj gödəkcə, düyməli kamuflyaj gödəkcə, qara rəngdə dəri gödəkcə; qara rəngdə cins, mobil telefonun futlyarı, tünd rəngdə tuman, qara rəngdə corab, ağ rəngdə alt köynəyi, idman üslubunda, tünd – göy rəngdə gödəkcə, qara rəngdə mövsümi balon gödəkcə, sağ ayaq üçün krosovka; tünd – göy rəngdə gödəkcə, qara rəngdə mövsümi balon gödəkcə, krosovka zərərçəkmiş şəxsin hüquqi varisinə verilməsini, cəzasının çəkilmə müddətinin 28 dekabr 2021-ci il tarixdən başlanılmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası CM-in 12,181.3.3-cü maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 12,120.1-ci maddəsi təqsirli bilinib 7 (yeddi) il 6 (altl) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 28 dekabr 2021-ci il tarixdən hesablansın. Zərərçəkmiş şəxsin hüquqi varisi X6 nümayəndəsi X11 maddi ziyana görə 36,560 ABŞ dolları, mənəvi ziyana görə 100.000 ABŞ dolları manat məbləğində pulun Təqsirləndirilən şəxs tutularaq ödənilməsi barədə mülki iddiası baxılmamış saxlanılsın, həmçinin hökm qanuni quvvəyə minənəndən sonra mülki mühakimə icraatı qaydasında iddia vermək hüququ izah edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Masallı Rayon Prokurorluğunda saxlanılanmərhum X2 avtomobilindən aşkar edilərək götürülmüş idman şalvarı, iki idman köynəyi, bolon şalvar, bolon gödəkcə, dəri gödəkcə, barsetka, pul daxılı, istismar üzrə təlimat, iki gündəlik, dəftər, papaq, reytuzlar, alt paltar; sarı rəngdə parça fraqmenti, radiatorun qəfəsi, qospomer; karton parçası, rezin borusu; cəsədin əllərinə və ya ayaqlarına bağlanan skotç; plastik konteyner; kəmərli kamuflyaj şalvarlar, zəncirbəndi olan kamuflyaj gödəkcə, düyməli kamuflyaj gödəkcə, qara rəngdə dəri gödəkcə; qara rəngdə cins, mobil telefonun futlyarı, tünd rəngdə tuman, qara rəngdə corab, ağ rəngdə alt köynəyi, idman üslubunda, tünd – göy rəngdə gödəkcə, qara rəngdə mövsümi balon gödəkcə, sağ ayaq üçün krosovka; tünd – göy rəngdə gödəkcə, qara rəngdə mövsümi balon gödəkcə, krosovka hüquqi varisi X1ytarılsın. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-271/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-271/2022
30.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver