Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-271/2023 05.04.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Hüseynov Nahid Nəsir oğlu (sədrlik edən), Quliyev Nizami Fərzi oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1994-cü ildə Cəlilabad şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, Cəlilabad şəhəri, S.Axundov küçəsi, ev 21-də yaşamış, məhkumluğu olmayan, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 06 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 15 dekabr 2020-ci il tarixdə, saat 15 radələrində Cəlilabad şəhəri, H.Əliyev prospektində “Silsilə” adlanan ərazidə yerləşən ara küçədə tanışı Zərərçəkmiş şəxs onu səsləyib yanına çağırdıqdan sonra onunla kobud danışaraq nalayiq ifadələrlə təhqir etməsi səbəbindən şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı üzərində gəzdirdiyi istintaqla müəyyən edilməyən bir ədəd bıçağı əynində olan şalvarın arxa sağ cibindən çıxarıb həmin bıçaqla Zərərçəkmiş şəxs bel nahiyəsinə qəsdən bir dəfə və sağ ayaq nahiyəsinə qəsdən bir dəfə olmaqla, ümumilikdə iki dəfə qəsdən vuraraq sonuncuya müvafiq olaraq belin sol yarısının qarın boşluğuna keçən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası xarakterli həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya və sağ bud nahiyəsinin 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası xarakterli sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadələrinin məzmununu təsdiq edərək göstərmişdir ki, Zərərçəkmiş şəxs tanımış və sonuncu ilə ədavət və düşmənçiliyi olmamışdır. 15 dekabr 2020-ci il tarixdə Cəlilabad şəhərində olduğu zaman tanışı Zərərçəkmiş şəxs onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng etmiş və onunla görüşmək istədiyini bildirmiş, o, həmin vaxt yaşadığı küçədə olduğunu İsmayıla bildirmiş lakin orada qalmayacağını, başqa yerə gedəcəyini demiş, bundan sonra o, Cəlilabad şəhəri, Azərbaycan küçəsində yerləşən 7 saylı orta məktəbin yaxınlığına getmiş, orada olduğu zaman İsmayıl ona zəng edərək onun yaşadığı evinin yaxınlığında olduğunu bildirmiş, o, isə İsmayıla oradan uzaqlaşdığını və Cəlilabad şəhəri “Baş” adlanan əraziyə gedəcəyini demiş, İsmayıl onunla telefonda aqressiv danışaraq görüşmək istəmədiyini demiş, o, isə sonuncuya işlərinin olduğunu, işlərini yekunlaşdırdıqdan sonra zəng vurub görüşəcəyini bildirmişdir. Bundan təxminən bir saat sonra o, işlərini yekunlaşdırıb yaşadığı ünvana qayıtmış, Cəlilabad şəhəri, Silsilə adlanan ərazidə olduğu zaman İsmayılın ona tərəf gəldiyini görmüş, həmin vaxt onun üzərində açılıb-qatlanan cib bıçağı olmuş, həmin bıçağı hadisədən təxminən 3 gün əvvəl Cəlilabad şəhəri, Silsilə adlanan ərazidə yerdən tapmışdır. İsmayıl ona tərəf gələrək aqressiv danışmağa və sonuncu ilə görüşmədiyinə görə ona irad tutmağa başlamış, o, İsmayılın onunla əsəbi danışdığını və ətrafda insanların olduğunu görüb İsmayılı həmin yerdə olan meyvə-tərəvəz satılan köşklərin arxasındakı küçəyə aparmış, orada İsmayıl onu səbəbsiz yerə nalayiq ifadələrlə təhqir etmiş, o, İsmayıldan bunun səbəbini soruşduqda sonuncu onu səbəbsiz yerə söyməyə davam etmiş, İsmayılın bu hərəkətlərinə qəzəbləndiyi üçün arxa şalvarının sağ cibindən bıçağı çıxararaq sonuncunun bir zərbə sağ ayaq nahiyəsindən, bir zərbə isə bel nahiyəsindən vurmuş, İsmayıla xəsarət yetirən zaman İsmayıl uca səslə qışqırırb onu bir daha təhqir etmiş, həmin vaxt onların yanına tanımadığı bir neçə nəfər şəxs gələrək İsmayıla yardım etməyə çalışmış, İsmayıl isə əli ilə bel nahiyəsindən tutaraq oradan uzaqlaşmış, o isə əlində olan bıçağı təxminən 10 metr qarşıda olan zibil tullantıları yığılan əraziyə ataraq yaşadığı evə getmişdir. Təqsirləndirilən şəxs göstərmişdir ki, əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışmışdır, ona yüngül cəza təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxslə barışdığını, ona qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirib, ona qanuna uyğun cəza təyin edilməsini, Rusiya Federasiyası ərazisində olduğundan məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-in 329.1 və 330.1-ci maddələrinə əsasən (şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə ) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs Cəlilabad şəhər sakini kimi uzun müddətdir tanımış, onunla əvvəllər aralarında hər hansı bir ədavət və düşmənçilik olmamışdır. O, taksi fəaliyyəti ilə məşğul olduğundan Firdovsi əlaqə saxladıqdan sonra onu istədiyi ünvana aparmış, 13 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs onun istifadəsində olan mobil telefon nömrəsinə zəng etdiyini görmüş, lakin onun zənginə cavab verməmiş, 15 dekabr 2021-ci il tarixdə saat 11 radələrində Firdovsi onun istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək ona taksi lazım olduğunu bildirib ondan Cəlilabad şəhər 7 nömrəli orta məktəbin yaxınlığına gəlməyini xahiş etmiş, o, da idarə etdiyi avtomobil ilə Firdovsinin dediyi ünvana getmiş, lakin Firdovsinin orada olmadığını görüb ona zəng edib dediyi ünvanda olduğunu demiş, Firdovsi isə ona “arxa yol” deyilən yerdə olduğunu deyərək oraya getməyini istəmiş, o, isə telefonu söndürərək həmin ünvana getməmiş və Cəlilabad şəhər ərazisində yerləşən “Silsilə” adlanan yerə getmişdir. Avtomobilini orada atasına vermiş və atası getmişdir. Bundan sonra orada olan çayxananın qarşısında dayanmış, təxminən 15-20 dəqiqə sonra yəni saat 14 radələrində Firdovsinin piyada olaraq getdiyini görmüş və onu yanına çağırmışdır.Onunla görüşdükdən sonra ondan niyə onu müxtəlif ünvanlara çağırdığını, lakin həmin ünvanda olmadığını soruşmuş, Firdovsi isə 13 dekabr 2020-ci il tarixdə ona zəng edərkən onun telefonuna cavab vermədiyi üçün ona qarşı belə etdiyini demiş, onunla söhbət edən zaman Firdovsinin onunla uca səslə danışdığını görüb, ona “qışqırma, kənara keçək söhbət edək” demiş, həmin vaxt ətrafda adamlar olduğundan onlar kənara çəkilib sözlə mübahisə etməyə başlamış və bu zaman Firdovsi sağ əli ilə belindən dəstəyi qara rəngli olan bıçağı çıxardıb üzərinə doğru gəlmiş, o, geriyə doğru çəkilən zaman ayağı büdrəmiş və yerə yıxılmış, həmin vaxt Firdovsi bıçaqla onun belinin sol tərəfindən bir bıçaq zərbəsi vurmuş, fırlanıb ayağa durmaq istəyən zaman Firdovsi bir bıçaq zərbəsi də sağ budunun ön tərəfindən vurmuşdur. Firdovsi ona növbəti zərbələri vurmadığı üçün o, ayağa qalxmış, həmin vaxt tanımadığı şəxslər onlara yaxınlaşaraq onu oradan uzaqlaşdırmış, o, isə yoldan keçən tanımadığı taksiyə əyləşərək yaşadığı ünvana getmiş, atası isə təcili tibbi yardım avtomobilinə zəng etmiş və onu təcili tibbi yardım avtomobili ilə Cəlilabad rayon Diaqnostika mərkəzinə aparmışlar. Zərərçəkmiş şəxs həmçinin ibtidai istintaqı zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxslə barışdığını, ona qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirib, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -“ sübutların qiymətləndirilməsi və cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” 18 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işindən Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə başqa cinayət işi ayrılmış, Təqsirləndirilən şəxs CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilməsi qərara alınmışdır. (i.v. 01-13) - 21 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs xəsarət alması faktı üzrə Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə cinayət işi başlanılmış, Zərərçəkmiş şəxs qismində tanınmışdır. (i.v. 17) - Cəlilabad RPŞ-nin məsul növbətçisinin qəbul etdiyi xx.xx.2020-ci il tarixli məlumatdan görünür ki, həmin gün saat 15:30-da Cəlilabad RDM-nin həkimi telefonla məlumat verərək bildirmişdir ki, Zərərçəkmiş şəxs sağ budun və belin sol yarım hissəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya daxil olduğunu bildirmişdir. (i.v. 21) - Zərərçəkmiş şəxs xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə aralarında yaranmış mübahisə zamanı sonuncu bıçaqla ona xəsarət yetirmişdir. Bu barədə tədbir görülməsini xahiş edir. (i.v. 22) - “baxış keçirilməsi və götürmə aparılması” haqqında 15 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş üzərində qanabənzər ləkələr və kəsilmiş-deşilmiş zədələr olan bir ədəd boz rəngli qısaqol köynək, bir ədəd boz rəngli gödəkçə götürülmüş və baxışı aparılmışdır. ( i.v. 29) - “hadisə yerinə baxış keçirilməsi haqqında” 07 yanvar 2021-ci il tarixli protokol və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri Cəlilabad şəhəri, H.Əliyev prospektində yerləşən “Silsilə” adlanan ərazidə olan meyvə tərəvəz satılan köşklərin arxasıdır. (i.v. 39-41). - məhkəmə-tibbi ekspertizasının 06 yanvar 2021-ci il tarixli 06 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs belin sol yarısının qarın boşluğuna keçən 1 (bir) ədəd deşilmişkəsilmiş yarası və sağ bud nahiyəsinin 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası müəyyən edilmişdir. Müəyyən olunan xəsarətlər batıcı-kəsici əşyanın (əşyaların), ola bilər ki, bıçağın təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 15 dekabr 2020-ci il tarixə uyğundur. Dərəcəsinə görə belin sol yarısının qarın boşluğuna keçən deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. Sağ bud nahiyəsindəki deşilmiş-kəsilmiş yara isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. (i.v. 42-44) - 12 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə istintaq edilən cinayət işi həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilmişdir. (i.v. 45) - 16 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məcburi qaydada Cəlilabad RPŞ-yə gətirilməsi qərara alınmışdır. (i.v. 47-48) - “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 10 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi qərara alınmışdır. ( i.v.55) - 10 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması qərara alınmışdır. (i.v. 58) - “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 06 mart 2021-ci il tarixli protokol və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ifadəsində bildirdikləri halları hadisə yerində göstərmişdir. (i.v. 95-96) - Məhkəmə-trasoloji ekspertizasının 02 mart 2021-ci il tarixli, 3/234 saylı saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş köynəyin və gödəkçənin üzərində rəyin tədqiqi hissəsində yerləşmə yeri və sayı göstərilməklə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (bıçaq və.s.) təsirindən yaranmağa xarakterik deşilmə-kəsilmə zədələri vardır. (i.v. 97-100) - DİN-nin Baş İnformasiya Kommunikasiya İdarəsindən daxil olmuş xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixdə Rusiya Federasiyası ərazisinə keçmişdir. (i.v. 165-166) - Ambulator məhkəmə-psixiatrik ekspertizasının 23 iyul 2021-ci il tarixli, 1573 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da, öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (i.v. 168-170) - 18 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs Azərbaycan Respublikası ərazisində olmadığına görə Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə istintaq edilən cinayət işi üzrə icraat dayandırılmışdır. (i.v. 182-183) - 27 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə istintaq edilən cinayət işi üzrə icraat təzələnmişdir. (i.v. 186-187) - 27 yanvar 2022-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Cəlilabad RPŞ-yə ərizə ilə müraciət edərək xx.xx.2020-ci il tarixdə bıçaqla ona xəsarət yetirmiş Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. (i.v.194) Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə istintaqı zamanı tədqiq etdiyi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirən məhkəmə kollegiyası cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanaraq Zərərçəkmiş şəxs sağlamlığına yetirilən xəsarətlə bağlı əməlin tövsifinə dair ibtidai istintaq orqanının gəldiyi qənaətlə razılaşır və Təqsirləndirilən şəxs qarşı CM-in 126.1-ci maddəsi ilə irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsində qəsdən sağlamlığa ağır zərər vurma əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini qəsdən törətmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmənin müəyyən etdiyi ictimalitəhlükəli hərəkətləri törətməsi və bunun müvafiq nəticələrə səbəb olması əməlində Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətini yaratmışdır. Məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CPM-in) 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı özünün verdiyi etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsi ilə, cinayət işi materiallarında olan “baxış keçirilməsi və götürmə aparılması” haqqında 15 dekabr 2020-ci il tarixli, “hadisə yerinə baxış keçirilməsi haqqında” 07 yanvar 2021-ci il tarixli, “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 06 mart 2021-ci il tarixli protokollar, məhkəmə-tibbi ekspertizasının 06 yanvar 2021-ci il tarixli 06 saylı, məhkəmətrasoloji ekspertizasının 02 mart 2021-ci il tarixli, 3/234 saylı saylı rəyləri və digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış predmetlərlə müəyyən edilmiş işin faktiki halları, yəni toplanmış sübutların məcmusu ilə, həmin əməli anlaqlı vəziyyətdə törətməsi isə məhkəmə-psixiatrik ekspertizasının 23 iyul 2021-ci il tarixli, 1573 nömrəli rəyi ilə tam sübut edilir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - Məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 sentyabr 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 28 noyabr 2015-ci il tarixli qərarı ilə 05 (beş) ay 08 (səkkiz) gün vaxtından əvvəl şərti azad olunmuşdur. (i.v. 53-54) - Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. (i.v. 107) - Cəlilabad şəhər İcra Hakimiyyəti başçısının Cəlilabad şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 30 aprel 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında yaşamış, ailə tərkibi anası və qardaşından ibarət olmuş, yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir (i.v. 104-105) “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, təqsirləndirilən şəxsə Azəbaycan Respublikası CM-in 66.5-ci maddəsinə müvafiq olaraq əvvəlki hökmün çıxarılmasına qədər, habelə həmin hökmün qüvvəyə minməsinədək törədilmiş cinayətlərlə əlaqədar cinayətlərin məcmusu qaydasında cəza təyin edilərkən əvvəlki hökm təqsirləndirilən şəxsin əvvəl məhkum olunmuş şəxs kimi qəbul edilməsinə, nəticə etibarı ilə cinayətlərin residivinin müəyyən edilməsinə və cəzanı ağırlaşdıran hal qismində nəzərə alınmasına əsas yaradan akt kimi qiymətləndirilən bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət əməlini Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilindiyi Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli hökmünün çıxarılmasından əvvəl, konkret olaraq 15 dekabr 2020-ci il tarixdə törətməsi aşkar edildiyinə, bu səbəbdən ona iş üzrə Azərbaycan Respublikası CM-in 66.5ci maddəsi ilə qəti cəza təyin edilməli olduğuna görə onun hazırki iş üzrə cinayət əməlini törətməsi əməlində cinayətlərin residivini yaratmamışdır. Odur ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə məhkumluğu olmayan şəxs hesab edilməlidir. Məhkəmə hesab edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur: Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən (təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi - Cinayət Məcəlləsinin 59.1.12-ci maddə) təqsirləndirilən şəxsə təyin ediləcək cəza Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Belə olan halda Təqsirləndirilən şəxs 3 ildən 6 ilədək olan müddətə cəza təyin edilə bilər. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Qeyd edilənləri və törədilmiş cinayətin zorakı cinayət növünə aid olmasını nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar. Cinayət qanunvericiliyinin tələblərinə və cəza təyin edilərkən nəzərə alınan hallara görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddə yaxın təyin edilməsi həmin Məcəllənin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsinə kifayət edir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Cinayət işi materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli hökmü ilə 06 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və hazırkı iş üzrə ibtidai istintaq aparılarkən və iş məhkəməyə daxil olarkən Təqsirləndirilən şəxs təyin edilmiş cəza icraya yönəldilmiş, buna görə də Təqsirləndirilən şəxs barəsində hər hansı qətimkan tədbiri seçilməmiş, onun azadlıqdan məhrumetmə cəzasını çəkməsi nəzərə alınmış, lakin o, cəzaçəkmə müəssisəsindən istintaq təcridxanasına köçürülmüşdür. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 69-1.3-cü maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər digər cinayət işləri üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb olunduqda, onların cəzaçəkmə müəssisələrindən istintaq təcridxanalarına keçirilməsi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həyata keçirilir. Bu şəxslərin istintaq təcridxanalarında saxlanma müddəti Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş həbsdə saxlanma müddətləri daxilində müəyyən edilir. Buna görə də Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki iş üzrə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, 1(099)-600/2021 nömrəli hökmü ilə təyin edilmiş 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə qəti olaraq cəzası təyin edilməli, birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmalı, həmçinin Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 04 mart 2021-ci il tarixdən hesablanmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün (məhkəmə trasoloji ekspertiza tədqiqatının dəyəri) çəkilmiş 105 (bir yüz beş) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 105 (bir yüz beş) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Cəlilabad RPŞ-də saxlanılan Zərərçəkmiş şəxs məxsus bir ədəd gödəkçə və bir ədəd köynək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 3 (üç) il, 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki iş üzrə təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, 1(099)-600/2021 nömrəli hökmü ilə təyin edilmiş 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə qəti olaraq 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı şübhəli şəxs qismində tutulduğu 04 mart 2021-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut qismində tanınmış və Cəlilabad RPŞ-də saxlanılan Zərərçəkmiş şəxs məxsus bir ədəd gödəkçə və bir ədəd köynək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 105 (bir yüz beş) manat məbləğində pul tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi) gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-271/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-271/2023
05.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver