Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-271/2024 26.01.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Nəbiyev Cəlil Cabbar oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1980-ci ildə Qazı-Məmməd şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkum olunmamış, Hacıqabul şəhəri, M.F.Axundov küçəsi, ev 90-da qeydiyyatda olmaqla, Hacıqabul rayonu, Babək küçəsi, ev 2, mənzil 14-də-də qeydiyyatda olan və yaşayan, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini və psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib saxlamaqla üzərində və etibarnamə ilə idarə etdiyi avtomobildə Hacıqabul şəhəri, 20 Yanvar küçəsinə daşımış, 09 sentyabr 2023-cü il tarixdə, saat 04 radələrində Hacıqabul rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhəri, 20 Yanvar küçəsində saxlanılaraq idarə etdiyi avtomobillə birlikdə rayon polis şöbəsinin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilərkən əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindəki göy rəngli parça materialından hazırlanmış torba bağlamanın içərisində olan bir ədəd kağız bükümdə təmiz çəkisi 0,278 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, daha sonra isə etibarnamə ilə idarə ediyi “Opel Astra minik” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış aparılarkən avtomobilin salonunda yerləşən sürət qutusunun yanında əşya saxlamaq üçün nəzərdə tutulmuş hissədə olan “Rothmans” markalı siqaret qutusunun içərisində 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,530 qram və 1,290 qram olmaqla, ümumi təmiz çəkisi 2,820 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 01 ədəd içərisində psixotrop maddə metamfetamin izləri olan əşya daşıyıcısı aşkar edilib götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, arabir psixotrop maddə metamfetamindən istifadə edir. Metamfetamini tanımadığı şəxslərdən alır. Opel Astra markalı, **-CE-*** dövlət nömrə nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. 09 sentyabr 2023-cü il tarixdə saat 04-radələrində Hacıqabul rayonu 20 Yanvar küçəsində avtomobili idarə edərkən polis əməkdaşları onu saxlamış və polis şöbəsinə gətirmişlər. Polis şöbəsində şəxsi axtarış zamanı üzərindən istifadəsi üçün saxladığı 0,25 qram metamfetamin aşkar etmişlər. Avtomobilinə baxış keçirilərkən isə avtomobilindən də siqaret qutusunun içərisindən təxminən 2 qram narkotik vasitə heroin aşkar etmişlər. Üzərindən aşkar olunmuş metamfetamin ona məxsus olsa da avtombilindən aşkar olunmuş narkotik vasitə heroindən məlumatı olmamış, həmin narkotik vasitəni avtombilinə kimin qoyduğunu bilmir. Psixotrop maddədən istifadə etdiyi üçün əməlindən peşmandır. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, üzərindən aşkar edilən maddəni də şəxsi istifadəsi üçün əldə etmiş, satış məqsədi olmamışdır. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəməyədək icraat zamanı və məhkəmə baxışında Təqsirləndirilən şəxs verdiyi ifadələr arasında ziddiyyətlər olduğuna görə onun ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilmişdir. Həmin ifadədə o göstərmişdir ki, saxlanılmamışdan 10 gün əvvəl Hacıqabul rayonu, H.Həmidov küçəsində piyada gəzərkən yerdə bir ədəd "Rothmans” markalı siqaret qutusu tapdığını, içərsinə nəzər saldıqda onun içərsində iki ədəd sellofan kəsiyinin olduğunu, onların içərsində isə narkotik vasitə olan heroin kimi tanıdığı maddənin olduğunu görmüş, həmin siqaret qutusunun içərsində olan narkotik vasitəni siqaret qutusu ilə birlikdə avtomobilin sürət qutusunun yanında olan əşyaların qoyulması üçün nəzərdə tutulmuş yerə qoyduğunu, xx.xx.2023-cü il tarixdə saat 04-radələrində polis əməkdaşları tərəfindən videoçəkilişlə avtombilə baxış keçirilərkən avtomobilin sürət qutusunun yanında əşya saxlamaq üçün nəzərdə tutulmuş hissəsində olan həmin “Rothmans” markalı siqaret qutusunun içərisində 02 ədəd sellofan büküm aşkar olunduğunu, həmin maddə polis tərəfindən qablaşdırılaraq götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə zamanı verdiyi ziddiyyətli ifadələri müqayisəli tətqiq edərək hesab edir ki, onun məhkəmə baxışı zamanı verdiyi ifadəsində “avtombilində heroin narkotik vasitəsinin olmaması, həmin narkotik vasitəsinin kim tərəfindən qoyulmasından məlumatının olmaması” xüsusatları obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı ifadəsində göstərdiyi sözü gedən xüsusatları ona cinayət məsuliyyətindən boyun qaçırmaya yönələn cəhd kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadələrini işin faktiki hallarına uyğun olduğunu hesab edərək sübut kimi qəbul edir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Hacıqabul rayon polis şöbəsinin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, 09 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində və idarə etdiyi avtomobildə narkotik vasitə saxlaması ilə bağlı ona əməliyyat məlumatı daxil olmuş və əməliyyat qrupu yaradılmışdır. Həmin gün saat 04 radələrində o, əməliyyat qrupunun üzvləri ilə Təqsirləndirilən şəxs idarə etdiyi “Opel Astra” markalı, **-CE-*** dövlət nömrə nişanlı avtomobillə Hacıqabul rayonu, 20 Yanvar küçəsində hərəkətdə olan zaman avtomobili saxlamışlar. Bundan sonra o, həmin avtomobilin ön oturacağında əyləşmiş və Təqsirləndirilən şəxs özünə məxsus avtomobili özü idarə edərək Hacıqabul rayon polis şöbəsinə gəlmişlər. Şöbəyə gəldikdən sonra o, Təqsirləndirilən şəxs idarə etdiyi “Opel Astra” markalı, **-CE-*** dövlət nömrə nişanlı avtomobilin qapısını özünün bağlamasını və açarını özüdə saxlamasını bildirmişdir. Bundan sonra polis şöbəsində müdafiəçisinin iştirakı və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet varsa, təqdim etməsini təklif olunduqda, Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarın sağ cibində bir ədəd göy rəngli içərsində psixotrop maddə metamfetamin olan parça torbanı çıxararaq təhvil verib psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni xx.xx.2023-cü il tarixdə yaşayadığı evin yaxınlığında yerdən tapdığını və istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş kütlə qablaşdırılaraq zərfə qoyulmuş, bu barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs ona məxsus “Opel Astra” markalı avtomobildə narkotik vasitə olub-olmamasını soruşmuş, sonuncu avtomobildə narkotik vasitə olub-olmadığını dəqiq xatırlamadığını bildirmiş və avtomobilinə baxış keçirilməsinə etiraz etməmişdir. Baxış keçirilən zaman Təqsirləndirilən şəxs məxsus “Opel Astra” markalı, **-CE-*** dövlət nömrə nişanlı avtomobilin sürücü əyləşən oturacağının ayaq altından psixotrop maddə metamfetamini istifadə etmək üçün nəzərdə tutulmuş əşya daşıyıcısı aşkar olunuşdur. Təqsirləndirilən şəxs həmin əşya daşıyıcısını psixotrop maddə olan metafetamini qəbul etmək üçün istifadə etdiyini bildirmiş, daha sonra avtomobilin sürət qutusunun yanında əşya saxlamaq üçün nəzərdə tutulmuş hissəsində olan “Rothmans” markalı siqaret qutusunun içərisində 02 ədəd büküm aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin bükülülərin içərsində narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitə olan heroini Hacıqabul şəhərində yerdən tapdığını və özündə saxladığını unutduğunu bildirmişdir. Həmin maddələr qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs narkotik vasitələrinin istifadəsi barədə məlumatları olmuş, lakin satışı ilə məşğul olması barədə hərnsı bir məlumat və ya satış faktı əldə olunmamışdır. İş üzrə şahid qismində dindirilmiş Hacıqabul rayon Polis şöbəsinin əməkdaşları Şahid2, Şahid4 və Şahid3 analoji ifadə verərək Şahid1 ifadəsində göstərmiş olduğu xüsusatları öz ifadələrində bir daha təsdiq etmişlər. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 19 iyul 2023cü il tarixli 18/893 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi-0,278 qram olan ağımtıl rəngli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqdim edilmiş psixotrop maddə metamfetaminin təmiz çəkisi 0,278 qramdır, 0,05 qramı tədqiqata sərf edilmiş, faktiki olaraq təmiz çəkisi 0,228 qram qalmışdır.Tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs avtomobilindən...” sözləri yazılmış kağız paketdə 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi-1,530 qram və 1,290 qram, ümumi çəkisi-2,820 qram olan qəhvəyimtil rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Təqdim edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 2,820 qramdır, 0,10 qramı tədqiqata sərf edilmiş, faktiki olaraq təmiz çəkisi 2,720 qram qalmışdır.01 ədəd əşya daşıyıcısının içərisində psixotrop maddə metamfetaminin izləri vardır. Tədqiqatdan sonrakı qalıq heroin narkotik vasitəsi 2,720 qram, metamfetamin psixotrop maddəsi 0,228 qram təşkil edir. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik təşkil edır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 2883 nömrəli Kompleks ambulator məhkəmə-psixatrik və psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak proseslərinin, dünyagörüşünün, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. O, iş üçün əhəmiyyətli halları düzgün qavraya, təsvir edə və bu barədə məlumat verə bilər.Təqsirləndirilən şəxs cinayəti törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, öz hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs inadkarlıq, məsuliyyətsizlik, başqalarının hiss və yaşantılarına qarşı biganəlik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edən hər hansı mühim dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Təqsirləndirilən şəxs hadisə baş verən vaxt emosional halından aslı olaraq öz hərəkətlərini dərk etmək, öz hərəkət və davranışlarını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. İş materiallarında olan 21 oktyabr 2023-cü il tarixli 6900 saylı ambulator məcburinarkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyyacı yoxdur. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 09 sentyabr 2023-cü il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan və videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarın sağ cibində bir ədəd göy rəngli parça torbada içərisində metiamfetamin olan bir ədəd kağız kəsiyi bükümünün olduğunu bildirdi. Həmin kağız kəsiyi açıldıqda içərisində ağ rəngli, psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən edildi. Bükümdə aşkar olunan maddənin nə olmasını Təqsirləndirilən şəxs soruşulduqda o, həmin maddənin psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni xx.xx.2023-cü il tarixdə yaşayadığı evin yaxınlığında yerdən tapdığını və istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. İş materiallarında olan 09 sentyabr 2023-cü il tarixli «baxış keçirilməsi və götürmə aparılması haqqında» protokoldan və videogörüntüdən görünür ki, Baxış keçirilən zaman Təqsirləndirilən şəxs ona məxsus “Opel Astra” markalı, **-CE-*** dövlət nömrə nişanlı avtomobilin qapsını özü açmış və təhqiqatçı Natiq Ağayev tərəfindən Təqsirləndirilən şəxs idarə etdiyi “Opel Astra” markalı, **-CE-*** dövlət nömrə nişanlı avtomobilin sürücü əyləşən oturacağının ayaq altından psixotrop maddə metamfetamini istifadə etmək üçün nəzərdə tutulmuş əşya daşıyıcısı aşkar olunuşdur. Təqsirləndirilən şəxs həmin əşya daşıyıcısını psixotrop maddə olan metafetamini qəbul etmək üçün istifadə etdiyini bildirmiş, daha sonra avtomobilin sürət qutusunun yanında əşya saxlamaq üçün nəzərdə tutulmuş hissəsində olan “Rothmans” markalı siqaret qutusunun içərisində 02 ədəd büküm aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin bükülülərin içərisində narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitə olan heroini Hacıqabul şəhərində yerdən tapdığını və özündə saxladığını unutduğunu bildirmişdir. İş materiallarında olan 09 sentyabr 2023-cü il tarixli «cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Hacıqabul rayon məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs olunmasının əvvəli 09 sentyabr 2023-cü il tarixdən hesablanmmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. İş materiallarında olan 19 sentyabr 2023-cü il tarixli Hacıqabul Rayon Mərkəzi X4 Şəxsin məktubdan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın konsultativ-polikilinika şöbəsinin narkoloji və ruhi-əsəb kabinetində qeydiyyatda yoxdur. İş materiallarında olan Hacıqabul rayonu, 1 saylı Mənzil İstismar Sahəsinin 04 noyabr 2023-cü il tarixli yaşayış yeri üzrə verillmiş arayışdan və xasiyyətnamədən görünür ki, Dadaşov X1 rayonu, Babək küçəsi ev 2, mənzil 14-də qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi arvadından xx.xx.2002-ci il təvəllüdlü X6 adlı yetkinlik yaşına çatmış və xx.xx.2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatmayan uşaqlarından ibarətdir, yaşadığı müddətdə barəsində mənfi rəy daxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan 03 noyabr 2023-cü il tarixli Hacıqabul rayon prokurorluğunun “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərararı ilə Təqsirləndirilən şəxs döyülməsi faktı üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan «maddi sübut kimi tanınma haqqında» 12 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, ekspertiza tədqiqatından sonrakı qalıq 2,720 qram narkotik vasitə heroin, 0,228 qram psixotrop maddə metamfetamin, eyni zamanda şəxsi axtarış aparılması və avtomobilə baxış keçirilməsinın videogörüntülərinin yazıldığı 2 ədəd DVD disk maddi sübut kimi tanınmış, 2 ədəd DVD disk iş materiallarına əlavə olunmuş, narkotik vasitələr isə saxlanılması üçün Hacıqabul RPŞ-nin saxlama kamerasına təvil verilmişdir. İş materiallarında olan 18 noyabr 2023-cü il tarixli «sübutların qiymətləndirilməsi haqqında» qərarı ilə Təqsirləndirilən şəxs narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə etdiyi mənbənin müəyyən edilməsi ilə bağlı material ayrılmışdır. Məhkəmə toplanmış sübutların obyektivliyinə və mötəbərliyinə əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs psixotrop maddə və narkotik vasitəsinin satış məqsədi ilə deyil, öz istifadəsi üçün əldə etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxsin sözü gedən maddənin satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması, onu satmaq niyyətində olması, hər hansı bir istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi və ya kiminləsə sövdələşməsi, yaxud faktiki olaraq buna cəhd etməsi faktı nə ibtidai araşdırma zamanı, nədə ki, məhkəmə baxışında toplanmış sübutlarda öz təsdiqini tapmamışdır. İstintaq orqanı ittihamda satış məqsədini yalnız ona görə göstərmişdir ki, təqsirləndirilən şəxsdən aşkar edilmiş narkotik vasitə heroinin 2 qramdan artıq olmaqla külli miqdar təşkil edir, başqa digər hər hansı bir sübut isə olmamışdır. Əgər iş materiallarında belə sübutlar olsaydı, bundan sonra şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla yanaşı, həmçinin narkotik vasitəsinin miqdarı da nəzərə alınmalı idi. Sözü gedən maddənin külli miqdar təşkil etməsi məsələsinə gəldikdə isə qeyd edilməlidir ki, həmin maddənin miqdarının çox olması o halda sübut növü kimi qəbul edilə bilər ki, satış məqsədini təsdiq edən digər sübutlar da mövcud olsun. İbtidai araşdırma orqanı belə bir sübuta istinad etməmiş və iş materiallarında da belə bir sübut növü müəyyən olunmamışdır. Bununla da istintaq orqanı yalnız ehtimala əsaslanmaqla Təqsirləndirilən şəxs satış məqsədi barədə müvafiq ittiham vermişdir. Halbuki, qanunvericilik yalnız ehtimala əsaslanmaqla şəxsə hər hansı ittiham verilməsini qadağan edir. Belə bir halda psixotrop maddənin külli miqdar təşkil etməsi həmin maddənin satış məqsədi ilə əldə edilməsini təsdiq edən amil kimi qiymətləndirilə bilməz. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il, №15-li Qərarının 23-cü bəndində qeyd olunub ki, məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. 37-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviriəsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin dispozisiyasında göstərilir ki, qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə hərəkətlərinə görə məsuliyyət yalnız o vaxt yaranır ki, bu hərəkətlər satış məqsədi ilə törədilsin. Məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin deyil, həmin Məcəllənin 234.1-1-ci maddələsinin dispozisiya şərtlərinə uyğun gəlir. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin əməlini CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməsini əsaslı sayır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara istinad edərək Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə və psixotrop maddəni satış məqsədi ilə deyil, özünün istifadəsi üçün əldə etdiyi qənaətinə gəlir. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək hüququna malikdir. Məhkəmə qanunun bu normasına istinad edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və o, CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-in 21-ci maddəsinin tələbinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası CPM-in 28.1 və 28.4-cü maddələrində göstərilir ki, məhkəmələr cinayət işlərinə həmin Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalı, cinayət prosesində cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etməli, təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdırlar. Azərbaycan Respublikası CPM-in 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-in 349.5.1-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinə cinayət qanunvericiliyinin tələbləri baxımından hüquqi qiymət verərkən gəldiyi nəticələri, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilir ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddənin onun tərəfindən xırda bükümlərə (bağlamalara) bölünməməsi, onların hazırlanması üçün üzərində hər hansı bir avadanlığın olmaması, hər hansı bir istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi və ya kiminləsə sövdələşməsi, yaxud faktiki olaraq buna cəhd etməsi faktının müəyyən edilməməsi nəzərə alınaraq sözü gedən maddələrin satış məqsədi ilə əldə etməsi nəticəsinə gəlməyə əsas vermir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinin dispozisiya şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddə ilə tövsif edilməsini əsaslı sayır. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanunauyğun cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9cü bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübütlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə heroin “külli miqdar” kimi qiymətləndirilir. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk məhkumuluğnu, əməlini qismən etiraf etməsini, himayəsində övladlarının olmasını məhkəmə yüngülləşdirici hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəyinə görə, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub – Hacıqabul RPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 2,720 qram narkotik vasitə heroin, 0,228 qram psixotrop maddə metamfetamin məhv edilməli, şəxsi axtarış aparılması və avtomobilə baxış keçirilməsinın videogörüntülərinin yazıldığı 2 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, cəzasının çəkilmə müddətinin əvvəli 09 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 09 sentyabr 2023-cü il tarixdən hesablansın. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış – Hacıqabul RPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq ekspertiza tədqiqatından sonrakı qalıq 2,720 qram narkotik vasitə heroin və 0,228 qram psixotrop maddə metamfetamin məhv edilsin. - “Şəxsi axtarış və götürmə və baxış keçirilmə aparılması haqqında” protokollara əlavə edilmiş 02 (bir) ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. İş üzrə 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəs ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Cəlil Nəbiyev Müşfiq Məmmədov
Məhkəmə qərarları › İş №1(099)-271/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-271/2024
26.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver