Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-271/2025 21.06.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X7, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X8 və zərərçəkmiş şəxsin hüquqi varisi X9 iştirakı ilə xx xxxxxx 1989-cu ildə Füzuli rayonunun Horadiz kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada traktor sürücüsü işləyən, məhkum olunmamış, Füzuli rayonunun Horadiz kəndində qeydiyyatında olmaqla Füzuli rayonunun Qayıdış-1 qəsəbəsi, ev 166-da yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 120.1 və 245-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 29 oktyabr 2024-cü il tarixdə, saat 20 radələrində işçisi olduğu Füzuli rayonun Qayıdış-2 qəsəbəsində yerləşən fermada yaşayan və həmin gün spirtli içki qəbul etmiş X28 ilə birlikdə ünvan 1 ünvanında yerləşən özünün yaşadığı evə gəlmiş, evin dəhlizində Yaşa İbişovla oturub söhbət edərkən sonuncu spirtli içki olan pivə içdikdən sonra o, Yaşa İbişovla birlikdə evin qonaq otağına keçmiş, qonaq otağında bir müddət oturub söhbət etdikdən, eləcə də həmin otaqda Yaşa İbişov pivə içməyə davam etdikdən sonra Yaşa İbişov, çay gətirmək üçün otağa daxil olmuş Təqsirləndirilən şəxs arvadı Şahid3 qarşı seksual xarakterli hərəkətlər etməyə başlayıb onunla cinsi əlaqədə olmağa çalışmış, Təqsirləndirilən şəxs Yaşa İbişovun həmin hərəkətləri etməsinə mane olmuş, həmin zaman, yəni saat 22:17-də Təqsirləndirilən şəxs mobil telefonuna Yaşa İbişovun qardaşı Şahid1 zəng etdiyindən otaqdan çıxıb Şahid1la mobil telefonla danışmış, telefon danışığı zamanı qonaq otağının qapısını aralayıb içəri baxanda Yaşa İbişovun dizlərini yerə qoyub divanın üzərində dayanmış Şahid3 yerə-döşəməyə tərəf dartmağa çalışdığını, sonuncunun isə müqavimət göstərdiyini görüb qəzəblənərək zəngi sonlandırıb dəhlizdə, yəni evə giriş qapısının sağ hissəsində döşəmə üzərində olan traktor təmir etmək üçün istifadə etdiyi təsərrüfat təyinatlı soyuq silah hesab edilməyən, iki ədəd ucları olan metal aləti götürüb qonaq otağı istiqamətdə irəliləyərkən otaqdan möhkəm taqqıltı səsi gəldiyini eşidib otağa daxil olduqda Yaşa İbişovun yerdə Şahid3 üzərində uzanıb onunla zorla cinsi əlaqədə olmaq məqsədi ilə sonuncunun əynindəki şalvarı çıxartmağa çalışdığını görmüş, arxadan Yaşa İbişova yaxınlaşıb ilk olaraq sol əli ilə onun çiynindən yapışıb onu Şahid3 kənarlaşdırmaq istəmiş, Yaşa İbişov geri dönərək onu geri itələyib yenidən öz hərəkətlərinə davam etmiş, o, yenidən eyni qaydada X34 Mahmudovadan aralamaq istəyərkən Yaşa İbişov onun əlindəki metal aləti görmüş və yenə də hərəkətlərini davam etmiş, daha sonra o, Yaşa İbişov səsləyib yenidən əməllərinə son qoymasını tələb etmiş və sağ əlindəki metal aləti yuxarı qaldıraraq onu vuracağını demiş, bundan sonra Yaşa İbişov başını yarı geri döndərib “biz qardaşıq” deyib onun üzərinə hücum edərkən X29 Mahmudovaya qarşı etdiyi hərəkətlərə bərk qəzəbləndiyindən onu öldürmək qərarına gələrək Yaşa İbişov yerdə olarkən, sağ əlində tutduğu metal alətlə başının arxa nahiyəsinə bir dəfə zərbə endirmiş, Yaşa İbişov zərbənin təsirindən yerə yıxılmış, bu zaman Şahid3 əynindəki şalvarını yuxarı çəkib qaçaraq otaqdan çıxmış, Yaşa İbişov yerə yıxıldıqdan az müddət sonra yenidən qalxıb onun üzərinə hücum etmək istədikdə sağ əlində tutduğu həmin alətlə boyun və sifət nahiyəsinə bir neçə dəfə də zərbə endirmiş, bundan sonra Yaşa İbişov yenidən qalxıb üzərinə gəlmək istəyəndə bu dəfə həmin metal alətlə onun sinə nahiyəsinə bir dəfə zərbə endirərək sonuncuya sağda gicgah sümüyünün kəllə əsası sümüklərinə keçən açıq, xətti sınığı, baş beyin toxumasının əzilməsi, beyindaxili hematoma, sağ gicgah, sağ qaşüstü və alt çənə nahiyələrinin əzilmiş yaraları, alt çənə sümüyünün solda açıq, yerdəyişən sınığı, döş sümüyünün orta üçdə-birinin və solda İİİ-İV qabırğaların ön qoltuq xətti üzrə fraqmentlərin yerini dəyişmiş qapalı sınığı, dərəcəsinə görə həyat üçün təhlükəli olan və sağlamlığa ağır zərər aid edilən xəsarətləri yetirməklə Yaşa İbişovu qəsdən qısqanclıq zəminində öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs 30 oktyabr 2024-cü il tarixdə, gecə saatlarında özünün yaşadığı evin qonaq otağında Yaşa İbişovu qəsdən öldürdükdən, yəni qəsdən həyatdan məhrum etdikdən sonra həmin otaqda Yaşa İbişovun meyitini xalçaya bükmüş, daha sonra əsəblərini sakitləşdirmək məqsədi ilə meyitinin bükülü olduğu xalçanın üzərinə sidik ifraz etməklə qəsdən meyit üzərində təhqiredici hərəkət etmiş, bundan sonra piyada X35 rayonun Qayıdış-2 qəsəbəsində yerləşən fermasına gedib orada olan “Lovol 904” markalı, dövlət qeydiyyat nişanı olmayan traktoru sürüb yaşadığı evə gəlmiş, traktorun arxasını, yəni mala quraşdırılan hissəsini evin giriş qapısında olan pilləkənlərə yaxınlaşdırmış, cinayətin törədilməsində iştirakı olmayan Şahid3 köməkliyi ilə Yaşa İbişovun meyitinin bükülü olduğu xalçanı traktorun malasının üzərinə yerləşdirdikdən sonra traktoru sürüb Yaşa İbişovun fermasının yaxınlığından keçən “Baş Mil” kanalının üzərindəki Füzuli rayonun Qayıdış-1 qəsəbəsinin ərazisində olan işlək olmayan körpünün üzərinə gəlib, Yaşa İbişovun meyitini xalçadan çıxarıb kanala atmış və Yaşa İbişovun üzərində yuxarıda qeyd olunan xəsarətlər olan meyiti 03 noyabr 2024-cü il tarixdə, saat 02 radələrində “Baş Mil” kanalının Füzuli rayonun Qayıdış-5 qəsəbəsi ərazisindən keçən hissəsində aşkar edilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1 və 245-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü əvvəl qismən, daha sonra təqsirli bilməyib, törətdiyi əmələ görə özünü CM-nin 122-ci maddəsi ilə (Qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində qəsdən adam öldürmə) təqsirli bilib ifadəsində göstərmişdir ki, o, evlidir, himayəsində beş azyaşlı uşağı vardır və ailəsi ilə birlikdə Füzuli rayonunun Horadiz kəndində qeydiyyatında olmaqla faktiki olaraq Füzuli rayonunun Qayıdış-1 qəsəbəsi, ev 166-da yaşamış və X35 rayonun Qayıdış-2 qəsəbəsində yerləşən fermasında traktorçu işləmişdir. X41 tanımış və münasibətləri normal olmuşdur. Əvvəllər Əlizamin adlı şəxsdə sələmə ilə pul götürmüş və ona 3000 manat pul borcu olmuş, Yaşa onun yerinə borcunu ödədikdən sonra onun fermasında traktorçu işləməyə başlamışdır. Yaşa xasiyyətcə kobud və sərt olmaqla, içkiyə meyilli, daim içki içib sərxoş olan şəxs olmuşdur. İçki içəndə arvadını döymüş, sonra arvadı Elviyyə də oğlu Elçinlə birlikdə çıxıb Bakı şəhərinə getmişdir. Yaşa sərxoş olub dəfə də onu döymüşdür. Yaşa onun borclarını ödədiyi üçün ondan asılı qalıb onun dediklərini etmişdir. Yaşa sərxoş olan vaxtlarda fermada işləyən çobanları da döymüşdür. Sonradan o, Yaşaya olan pul borcu qaytarmışdır. Bu hadisədən bir müddət əvvəl 25-26 oktyabr 2024-cü il tarixdə Yaşanın qardaşı Taryel traktorun nasoslarını düzəltdirmək üçün ehtiyat hissələrini alıb yaşadığı ünvana, yəni Füzuli rayonun Qayıdış-1 qəsəbəsi, 166 ünvanına gəlib aldığı avadanlıqları ona vermişdir ki, traktoru təmir etsin. Sonra Yaşa da onun yaşadığı ünvana gəlib traktora baxmışdır. Həmin vaxt günorta yemək vaxtı olduğundan Taryelin təklifi ilə onlar Daşburun dairəsində olan kafeyə gedib yemək yemişlər və orada Yaşa araq içmiş, o və Trayel araq içməmiş, bir az sonra onlar oradan çıxmış Yaşa isə kafedə qalmışdır. Sonradan öyrənmişdir ki, Yaşa başqa bir şəxslə kafedə oturub araq içməyi davam etmişdir. Həmin gün o, Taryellə birlikdə yaşadığı evdə traktoru təmiri ilə məşğul olmuş, arada Yaşa ona zəng edib nə etdiyimi soruşmuş, o da Taryellə birlikdə yaşadığı evdə traktor təmir etdiyini demişdir. Sonra Yaşa yenə də ona zəng edib işin hansı vəziyyətdə olduğunu soruşmuş, o da işini gec bitirəcəyini demişdir. Bundan sonra Yaşa yenidən ona zəng edib onu və Taryeli söymüşdür. Həmin zaman Yaşa artıq fermada olmuşdur. Bundan sonra Taryel əsəbiləşərək gedib Yaşanı tapdalayacağını deyib evi tərk edib fermaya getmişdir. Sonra Yaşa yenidən ona zəng edib faizini bağladığını və onunla qardaş olduğunu bildirmişdir. Həmin vaxt Yaşa ona heyvanı saydığını, heyvanlar arasında 2 quzunun çatışmadığını, qardaşın qardaşa qarşı bu cür davranışının yalnış olduğunu deyib traktor təmirini yarımçıq qoyub fermaya gəlməyini tapşırmış, o piyada fermaya getmişdir. Fermada olan tikiliyə daxil olduqda masanın üzərində 2 ədəd “Xırdalan” pivələri olduğunu görmüş və Yaşa həmin pivələri içmişdir. Taryel isə həmin otaqda divanda oturub mobil telefonu ilə məşğul olmuşdur. Yaşa əksik olan quzuları onun satıb-satmadığını soruşmuş, o da bundan xəbəri olmadığını bildirmişdir. Sonra Taryel otaqdan bayıra çıxmış, onun arxasınca o da bayıra çıxmışdır ki, Taryel avtomobili ilə onu yaşadığı evə aparsın. Sonra Yaşa da bayıra çıxmışdır. O, heyvanların olduğu yerə baxdıqda 01 baş çəpişin, 01 baş da quzunun öldüyünü görüb həmin ölmüş heyvanları Taryelə göstərərək Yaşanın onu günahlandırmasının yersiz olduğunu demiş, Taryel də Yaşanın «bomj» olduğunu, ağzının danışığını bilmədiyini demişdir. Bundan sonra o, Taryellə fermanı tərk etmiş və Taryel avtomobillə onu yaşadığı evə aparmışdır. Axşam saatlarında Yaşa yenə ona zəng edib “işini 29 oktyabr 2024-cü il tarixədək bitirib fermaya gəl” demiş, o da razılaşmışdır. 29 oktyabr 2024-cü il tarixdə, günorta vaxtı Yaşa ona zəng edib işini bitirdikdən sonra Qayıdış-5 qəsəbəsində yerləşən Arifin kafesinə gəlməyini demiş, o da razılaşıb traktorla həmin kafeyə getmişdir. Kafedə Yaşanın əvvəllər işçisi olmuş Ələsgər, onun oğlu Coşqun və Zahir usta bir yerdə oturub yeyib içmələrini görmüşdür. Sonra Yaşa kafenin qabağına çıxıb yaşlı bir nəfər şəxsi ona göstərib “Zakirlə birlikdə onun fermasına gedib gübrəsəpəni traktora qoşub, gəlib mənim yerimə arpa səpərsən” demiş, o da razılaşıb Zakirlə birlikdə onun fermasına gedib orada gübrəsəpəni traktora qoşmuşlar. Sonra o, Yaşanın yanına, kafesinə gəlmiş, Yaşa ona “sən get fermaya, mən Zahirlə gələcəm” demiş, o da traktoru sürüb fermaya getmiş, Yaşanı da Zahir maşını ilə gətirib fermaya qoyub getmişdir. Yaşa Vidadi adlı şəxslə telefonla danışdıqdan sonra ona sabah səhər, yəni 30 oktyabr 2024-cü il tarixdə o, traktorla Qayıdış-3 qəsəbəsinə gedib Vidadinin yaşadığı evin həyətini şumlamağı tapşırmışdır. Həmin vaxt onun yanında Yaşa keçmiş arvadı Elviyyəyə zəng edib uşaqlarının halını soruşmuş, sonra söyüş söyərək hamının onun başına oyun açdığını, onun tək qaldığını demişdir. Sonra o, Yaşadan icazə alıb evinə getmək istəmiş, lakin Yaşa ona “gözlə maşın çağırmışam, mən gedirəm “FİN” qəsəbəsinə, sən də yolda düşüb evə gedərsən” demişdir. Bir müddət sonra Sədi adlı şəxs maşınla fermaya gəlib onu və Yaşanı avtomobilə götürmüş, yolda o, avtomobildən düşüb evə getmək istəmiş, lakin Yaşa ona “gedək “FİN” qəsəbəsinə qayıdanda yolda düşərsən” demişdir. Sonra onlar Fin qəsəbəsinə gedərkən yolda Yaşa ona marketdən iki ədəd pivə və tum aldırmışdır. “FİN” qəsəbəsində Yaşa qardaşı Rzanın evinin yanında maşından düşüb həyətə gedib Rzanı soruşmuş, Rzanın həyat yoldaşı da Rzanın evdə olmadığını dedikdən sonra Yaşa qayıdıb gəlib maşına oturub Rzaya zəng etmiş, lakin Rza telefonu açmamış, sonra Sədi onu və Yaşanı yaşadığı evə aparmışdır. Onlar evə çatanda saat 20 radələri olmuşdur. Onlar evə daxil olandan sonra Yaşa ondan bıçaq istəyib bıçaqla Taryeli öldürəcəyini demiş, o birtəhər Yaşanı sakitləşdirib ona bıçaq verməmişdir. O, Yaşaya “Taryel sənin qardaşındır, sən onu öldürmək istəyirsənsə, gəl onun əvəzinə məni öldür” demiş, bundan sonra Yaşa onun qardaşı olduğunu deyib başını çiyninə qoyub ağlamağa başlamışdır. Sonra Yaşa otaqda olan divanda oturmuş, o da divanda Yaşanın yanında oturmuşdur. Arvadı Ruhiyyə onları qarşıladıqdan sonra uşaqların olduğu otağa keçmişdir. Ruhiyyə bir ara mətbəx otağına keçib su götürüb yenidən uşaqların olduğu otağa qayıtmışdır. Yaşa divanda oturan kimi gətirdiyi pivələrdən birini açıb içməyə başlamış, həm də dayanmadan qardaşı Taryeli, Rzanı və digər ailə üzvlərini söyərək ailə üzvlərinin onun başına oyun açdığını, onun ailəsini dağıtdığını demişdir. Sonra Yaşa keçmiş arvadı Elviyyəyə zəng edib onunla danışmışdır. Telefon danışığı zamanı Yaşa yenə də Taryeli, Rzanı və digər ailə üzvlərini söymüşdür. Həmin vaxt o, mətbəxdən su götürmək üçün gedib qayıdanda Elviyyənin Yaşanın mobil nömrəsini bloka saldığını öyrənmiş və Yaşa da qəzəblənərək Elviyyəni və öz ailə üzvlərini söyməyə başlamışdır. Yaşa pivələrdən birini içdikdən sonra ayağa qalxıb digər otağa daxil olub orada olan divanda əyləşmiş, o isə divanla üzbəüz yerləşən masanın yanında stulda əyləşmişdir. Yaşa digər pivə butulkasını divanda özü ilə üzbəüz qoyduğu stulun üzərinə qoyub içmişdir. Az sonra Yaşa çay istəyib qonşu otaqda olan Ruhiyyəni səsləmiş, Ruhiyyə də onların olduğu otağa daxil olmuş və o, ona Yaşaya çay gətirməsini, özünə isə başı ağrıdığı üçün şirinçay gətirməsini demiş və təxminən 5 dəqiqə sonra Ruhiyyə Yaşa üçün çay, onun üçün isə şirinçay gətirmişdir. Ruhiyyə Yaşanın çayını pivənin qoyulduğu stulun üzərinə, onun çayını isə masanın üzərinə qoymuş, sonra Ruhiyyə otaqdan çıxmışdır. Yaşa pivəsini stəkana süzüb içməyə davam etmiş və yenə də özünün ailə üzvlərinin əleyhinə ağır söyüşlər söymüşdür. Bir neçə dəqiqə sonra o, arvadı Ruhiyyəni otağa çağırıb onun üçün də çay gətirməsini demiş və Ruhiyyə onun üçün də çay gətirib masanın üzərinə qoymuşdur. Həmin vaxt Yaşa ayağa qalxıb Ruhiyyənin əlindən öpərək onun anasının, bacısının, eləcə də hər şeyinin Ruhiyyə olduğunu deyib xahiş etmişdir ki, ayağının altından da öpməyə icazə versin, lakin onlar buna mane olmuşlar. Bundan sonra Ruhiyyə otaqdan çıxmaq istəyərkən Yaşa ondan divanda onun yanında oturmağını tələb etmiş, Ruhiyyə də Yaşadan qorxduğundan onun yanında divanda oturmuşdur. Həmin vaxt saat 22 radələri olmuş və Yaşanın qardaşı Taryel ona zəng etmiş və o, Taryellə telefonda danışmaq üçün otaqdan çıxmışdır. O, Taryelə Yaşanın spirtli içki içdiyini, sərxoş olduğunu və onun ailə üzvlərini söydüyünü demiş, Taryel də ona “Yaşanı öldürə bilmirsənsə, göndər yanıma özüm öldürüm” demişdir. Sonra o, Taryellə telefonla danışa-danışa Yaşanın olduğu otağın azca aralamış qapısından içəri baxanda Yaşanın dizlərini yerə qoyub divanın üzərində dayanmış Ruhiyyəni yerə dartmağını və Ruhiyyənin isə ona müqavimət göstərdiyini görüb qəzəblənərək Taryellə danışığı kəsib evə giriş qapısının yanına qoyduğu traktorun təmirində istifadə etdiyi “mantirovka”nı-metal aləti Yaşanı qorxutmaq məqsədi ilə götürüb otağa daxil olarkən otaqda Yaşanın yerdə Ruhiyyənin üzərində uzanıb onunla zorla cinsi əlaqədə olmaq istədiyini və Ruhiyyənin şalvarını çıxarmağa çalışdığını, Ruhiyyə isə ona müqavimət göstərdiyini görüb arxadan Yaşaya yaxınlaşıb sol əli ilə ondan yapışıb onu Ruhiyyədən aralamaq istəmiş, Yaşa isə geri dönüb onu geri itələyib yenidən öz eyni hərəkətlərinə davam etmişdir. O, yenidən əli ilə Yaşanı tutub Ruhiyyədən aralamaq istəyəndə Yaşa onun əlindəki dəmir aləti görsə də, yenə də öz hərəkətini davam etmişdir. Sonra o, Yaşanı səsləyib bu hərəkətinə son qoymasını tələb edib əlindəki dəmir aləti yuxarı qaldırıb onu vuracağını demiş, Yaşa da başını yarı geri döndərib “biz qardaşıq” deyib onun üzərinə hücum etmiş və bu anda o, Yaşanın Ruhiyyəyə qarşı etdiyi hərəkətlərdən bərk qəzəblənib onu öldürmək qərarına gəlib Yaşa yerdə olarkən, əlində tutduğu dəmir alətlə onun başının arxa nahiyəsinə bir dəfə zərbə endirmiş və zərbənin təsirindən Yaşa arxasıüstə yerə yıxılmış, Ruhiyyə isə qalxıb şalvarını yuxarı çəkib qaçıb otaqdan çıxmışdır. Yaşa yerə yıxıldıqdan az sonra yenidən dikələrək üzərinə hücum etmək istədikdə əlindəki dəmir alətlə onun boyun və sifət nahiyəsinə bir neçə dəfə də zərbə endirmiş və Yaşa yenidən arxasıüstə yerə uzanmışdır. Bundan sonra da Yaşa yenidən dikəlib üzərimə gəlmək istəyəndə o, bu dəfə həmin dəmir alətlə onun sinə nahiyəsinə bir dəfə də zərbə endirmiş və Yaşa yenidən arxasıüstə yerə yıxılmış və bir daha tərpənməmişdir. Yaşanın öldüyünə əmin olduqdan sonra o, meyiti yerdəki xalçaya bükmüşdür. Sonra Ruhiyyə otağa daxil olmuş və o, Ruhiyyəyə Yaşanı öldürdüyünü, uşaqların olduğu otağa getməsini və oradan çıxmamasını demiş, sonra özü də otaqdan çıxıb əlindəki dəmir aləti qana bulaşdığından hamam otağına keçib su ilə dolu vannanın içərisinə atmışdır. Bundan sonra qərara almışdır ki, fermada olan traktoru götürüb həyətə gəlsin və xalçaya bükdüyü meyiti traktorun arxasına bağlanılan malanın üzərinə qoyub aparıb kanala atsın. O, piyada təxminən yarım saata Yaşanın fermasına gedib traktoru götürıb sürüb yaşadığı ünvana qayıtmış traktoru evin həyətinə salıb arxası evin giriş qapısının önündə olan daş pilləkanların qarşısında saxlamışdır. Bundan sonra Yaşanın meyitinin olduğu otağa daxil olub Ruhiyyəni də otağa çağırmış, Ruhiyyə otağa daxil olduqda həyəcandan qorxub ağlamışdır. Sonra o, Ruhiyyə ilə köməkləşib xalçaya bükülmüş meyiti sürüyərək gətirib pilləkanların qarşısında dayanan traktora bağlı malanın üstünə yerləşdirmişdir. Sonra Ruhiyəyə “uşaqların yanına get, meyiti kanala atıb geri qayıdacam” demiş və traktoru sürüb həyətdən çıxmışdır. Həmin vaxt gecə saat 02 radələri (30 oktyabr 2024-cü il) olmuşdur. O, traktoru sürüb ferma istiqamətində getmiş və təxminən 1 saat traktoru sahələrarası ilə sürüb Yaşanın fermasının yanında olan kanalın üstündən keçən körpüyə çatıb traktorun mühərrikini söndürüb aşağı enmiş, sonra meyitin bükülü olduğu xalçanı malanın üzərindən yerə endirib meyiti xalçanın içərisindən çıxardıqdan sonra meyiti itələyib kanalın içərisinə atmışdır. Xalçanı yenidən malanın üzərinə qoyub traktorla evə qayıdıb traktoru darvazanın önündə saxlamış və xalçanı malanın üzərindən götürüb darvazadan içəri qoyub qapını bağlamış, sonra traktoru sürüb fermaya getmişdir. Malanın üzərində qan ləkəsi qala biləcəyini düşündüyündən malanı fermada olan sahədə işlətmiş, yəni yeri malalamış və traktoru götürdüyü yerdə saxladıqdan sonra qaça-qaça evinə qayıtmışdır. Evdə Yaşanın içdiyi pivə butulkalarını, onu öldürdüyü otaqda divanın üzərinə qoyduğu “Samsung” markalı mobil telefonunu, ayaqqabılarını və gödəkcəsini götürüb evdən həyətə çıxmış və həyətdə evin yan tərəfində zibilləri yandırdıqları çalanın içərisində Yaşaya məxsus mobil telefonu, 2 ədəd pivə butulkasını, həyətdə olan xalçanı və paltarları yandırmışdır. Sonra evə qayıdıb hamamdan bir vedrə su götürüb Yaşanı öldürdüyü otağa tökmüş və Ruhiyyəyə səhər otağı silməyini tapşırmışdır. Daha sonra yataq otağına keçib əynindəki paltarları soyunub yatmış və səhər saat 09 radələrində yuxudan oyanmışdır. Yuxudan oyanan kimi hadisə zamanı əynində olan şalvarı və koftanı paltaryuyana ataraq yumuş, sonra hamama girib çimmişdir. 30 oktyabr 2024-cü il tarixdə, saat 10 radələrində evdən çıxmamışdan əvvəl Ruhiyyəyə tapşırmışdır ki, evdə otaqda olan xalçanı qətli törətdiyi otağa sərsin, sonra o, piyada fermada gedərkən yolda Taryelin arvadı Gülnarla rastlaşmış və onunla salamlaşıb yoluna davam etmişdir. O, yolda qonşu ferma sakini ilə rastlaşmış və onun idarə etdyi avtomobillə Yaşanın fermasının yaxınlığına gəlib oradan piyada fermaya getmişdir. Fermaya çatıb qoyunların saxlandığı yerə gedib onların qabağına ot atıb fermada olan traktorun yanına getmişdir. Traktoru işə salıb qonşu fermanın yanında olan malanı götürmək üçün getmiş və malanı götürüb fermaya qayıtmışdır. O, fermada olarkən Taryel ona zəng edib traktoru təmir edib-etmədiyini soruşmuş, o da hazırda fermada olduğunu, heyvanlara yem verdiyini, Yaşanın orada olan tikilidə yatdığını və onu oyatmaq istəmədiyini demişdir. Taryel də ona düz etdiyini, tikiliyə daxil olmamağını, Yaşanı oyatmamağını və traktorumun təmirini yekunlaşdırmağını tapşırmışdır. Sonra o, traktorla evinə gəlib təmirə davam etmişdir. Həmin gün, saat 19 radələrində qonşu ferma sakini Xocavənd rayonundan olan Hüseyn kişi ona zəng edib Yaşanın fermasında heyvanların ac və susuz qaldığını, fermada isə heç kimin olmadığını demişdir. Hüseyn kişi bu sözləri ona dedikdən sonra o, atasına məxsus VAZ-2107 markalı avtomobillə fermaya getmiş və Hüseyn kişi ilə onun əmisi oğlunun orada olduğunu görmüş və Hüseyn fermada cöngənin birinin öldüyünü demişdir. Saat 20 radələrində onlar tikilinin içərisinə daxil olmuşlar və heç nəyə əl vurmadan bayıra çıxmışlar. Bundan sonra Taryelə zəng edib baş verənləri ona danışmış, o da avtomobilini texniki baxışı ilə bağlı Bakı şəhərində olduğunu, cöngənin cəsədini itlərə atmağını tapşırmışdır. Sonra Rzaya zəng edib baş verənləri ona da danışmış, Rza da Yaşanı tikilinin ətrafında axtarmağını tapşırıb “Yaşa yəqin ki, spirtli içki içib haradasa yıxılıb yatmışdır” demişdir. Sonra o da daxil olmaqla hamı tikilinin ətrafında Yaşanı axtarmışlar. Sonra o, atasıgilə getmişdir ki, avtomobili atasına qaytarsın. Həmin gün gecə saatlarında Hüseyn ona zəng edib “hələ də Yaşadan xəbər yoxdur” demişdir. Evində olarkən Rza ona zəng edib Yaşadan bir xəbər çıxıb-çıxmadığını soruşmuş, o da xəbəri olmadığını, Yaşaya zəng çatmadığını demişdir. Həqiqətən də o, Yaşanı öldürdükdən sonra bir neçə dəfə açıq zənglə ona zəng etmişdir. Həmin gün gecə saatlarında Rza avtomobillə qəsəbə sakini, “Ərəb” adı ilə tanıdığı bir nəfər şəxslə gəlib onu götürmüşdür. Yolda gedərkən Rza “Yaşa yəqin ki, motorxanada onu elektrik cərəyanı vurması nəticəsində ölərək kanala düşmüşdür” demişdir və onlar Yaşanı motorxananın ətrafında da axtarmışlar. O, orada özünü elə aparmışdır ki, guya Yaşanı həqiqətən axtarır. Onlar daha sonra fermaya gəlib tikiliyə daxil olmuşlar. Sonra Rza ona qoyunların və heyvanların yerində olub-olmadığını soruşmuş, o da qoyunların yerində olduğunu demişdir. Bundan sonra Rza Yaşanın kökəltmədə olan heyvanlarının yerində olub-olmadığını soruşub həmin heyvanlara baxmağı təklif edib həmin heyvanların saxlandığı yerə getmişlər və orada 4 baş heyvanın yerində olmadığını görmüşlər. Rza arxayın yatmağını, həmin heyvanları Yaşanın sataraq pulu ilə yeyib-içdiyini demişdir. Bundan sonra onlar həmin avtomobillə fermanı tərk etmişlər və Ərəb onu evinə gətirmişdir. 31 oktyabr, 01 noyabr və 02 noyabr 2024-cü il tarixlərdə Taryel və Rza ona mütəmadi olaraq zəng edib Yaşadan bir xəbər olubolmadığını soruşmuşlar. Onlar hər dəfə danışan zaman gah Yaşanın elektrik cərəyanı vurması nəticəsində ölüb kanala düşdüyünü, gah Elviyyə ilə qoşulub qaçdığını və ya Elviyyənin onu öldürdüyü demişlər. 03 noyabr 2024-cü il tarixdə, saat 08 radələrində Rza ona zəng edib Yaşanın meyitinin Qayıdış-5 qəsəbəsi ərazisindən keçən kanaldan tapıldığını demişdir. O, evində arvadı Ruhiyyəyə qarşı Yaşanın əxlaqsız hərəkətləri etməsindən həyəcanlanaraq özünü idarə edə bilməyib “mantirovka” ilə (metal alətlə) Yaşanı vurub öldürmüşdür. Həmin dəmirlə (metal alətlə) Yaşanı vurmaqda məqsədi onu öldürmək olmuşdur. Yaşadığı evdə stolun üzərindəki süfrədə olan qan ləkələri çox güman ki, Yaşaya aiddir. O, Yaşanı dəmir alətlə vurarkən onun qanı ətrafa saçrayıb süfrəyə bulaşmışdır. Hadisə zamanı o, Yaşa İbişovu öldürmək məqsədi ilə ona həmin dəmir alətlə bir neçə dəfə vurmuşdur. Yaşanın əvvəllər heç zaman Ruhiyyəyə qarşı belə (cinsi əlaqədə olmaq istəməsi) hərəkətlər etməmiş və onunla heç zaman yaxın əlaqəda (cinsi əlaqədə) olmamışdır. Hadisə baş verən zaman evdə uşaqların hamısı yatdığından bu hadisəni görməmişlər. Yaşa İbişovu öldürdükdən sonra onun meyitinin bükülü olduğu gəbənin üzərinə sidik ifraz etməsi halı olmamış, hadisədən sonra Yaşanın hərəkətlərindən bərk əsəbiləşdiyindən və həyəcanlı olduğundan ilkin verdiyi ifadəsində Yaşanın meyitinin üzərinə sidik ifraz etdiyini bildirmişdir, əslində isə belə bir hal olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadələrində Yaşanın meyitinin üzərinə sidik ifraz etməsinə dair hallar istisna olunmaqla digər göstərilənləri təsdiq edir və həmin ifadələri müdafiəçinin iştirakı ilə tam sərbəst olaraq vermişdir. Arvadı Ruhiyyəyə qarşı əxlaqsız hərəkətlər etdiyinə görə o, Yaşa İbişovu dəmir alətlə vurub öldürmüş, lakin hazırda törətdiyi bu cinayətə görə əməlindən peşmandır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı da baş vermiş hadisənin mahiyyəti üzrə məhkəmədə verdiyi ifadəsinə uyğun, eyni məzmunlu ifadələr (ilkin ifadələrində Yaşanın meyitinin üzərinə sidik ifraz etməsinə dair halları istisna olunmaqla) vermiş, həmçinin ilkin ifadələrində Yaşanı öldürüb xalçaya bükdükdən sonra Yaşanın onun namusuna toxunduğuna görə cinsi orqanını çıxarıb Yaşanın meyiti bükülü olduğu xalçanın üzərinə sidik ifraz etdiyini bildirmişdir. Həmçinin “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanması haqqında” 08 noyabr 2024cü il tarixli protokol və protokola əlavə edilmiş fotoşəkillərlə müəyyən edilir ki, həmin tarixdə istintaq orqanı tərəfindən videoçəkilişlə şübhəli şəxs Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmışdır. İfadəsi yerində yoxlanılarkən Təqsirləndirilən şəxs yaşadığı evdə Yaşa İbişovu metal alətlə vurub öldürdüyü yeri, meyiti xalçaya büküb daşıyaraq körpünün yanına aparıb orada xalçanı açıb meyiti su kanalına (“Baş Mil” kanalına) atdığı yeri-sahəni əyani olaraq göstərib ifadəsində bildirdiklərini bir daha təsdiq etmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması, məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, maddi sübutlar, ekspertiza rəyləri və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X20 ifadəsində göstərmişdir ki, X44 oğludur. Yaşa əvvəllər evli olmuş, həmin evlilikdən bir uşağı olmuş, sonradan isə arvadı ilə boşanmışlar. Yaşa əvvəldən özünə məxsus Füzuli rayonun Qayıdış-1 qəsəbəsində yerləşən fermada yaşamış və həmin vaxtlarda fermada işləyən Elviyyə adlı qadınla ər-arvad münasibətində olmaqla birgə yaşamağa başlamışlar. Onun başqası ilə evli olan Elviyyə adlı qadınla birgə yaşamasına ailənin digər üzvləri yaxşı baxmamış, Yaşanın əvvəlki arvadı ilə barışmasını istəmişlər və bu səbəbdən də Yaşanın onunla və digər ailə üzvləri ilə münasibəti o qədər də yaxşı olmamışdır. Yaşa Elviyyə ilə 2024-cü ilin aprel ayınadək həmin fermada ər-arvad kimi yaşamışdır. Elviyyə Yaşadan olan iki oğlunu da götürüb fermada işləyən başqa bir işçi-Elçin adlı şəxslə birlikdə fermadan çıxıb getdikdən sonra Yaşanın psixoloji vəziyyəti tamamilə dəyişmişdir. Yaşa həmin vaxtdan etibarən spirtli içkiləri həddindən artıq istifadə etməyə başlamış və demək olar ki, hər gün spirtli içki qəbul etmişdir. 31 oktyabr 2024-cü il tarixdə o, Bakı şəhərində olarkən oğlu Rza ona zəng edib 29 oktyabr 2024-cü il tarixən hazıradək Yaşadan bir xəbər olmadığını bildirmiş və həmin vaxtdan sonra qardaşları Yaşanı axtarmağa başlamışlar, lakin heç kimin Yaşadan xəbəri olmamışdır. Oğlu Rza “yəqin ki, Yaşa spirtli içkidən qəbul edib kanala düşmüşdür” dediyindən güman etmişlər ki, Yaşa həqiqətən də sərxoş olub kanala düşmüşdür. Yaşa barədə heç bir məlumat olmadığına görə o, Füzuli rayonuna gəlmiş və rayona çatan kimi oğlu Taryele kanalı (“Baş Mil” kanalı) qurutdurmağı tapşırmış və 02 noyabr 2024-cü il tarixdə həmin kanal qurudulmuşdur. Həmin vaxta qədər Taryel və Rza hər yerdə Yaşanı axtarsalar da, Yaşa yenə də tapılmamışdır. 03 noyabr 2024-cü il tarixdə Yaşanın meyiti həmin kanalın (“Baş Mil” kanalı) Qayıdış-3 qəsəbəsindən keçən hissəsində tapılmışdır. Bir neçə gün sonra ona məlumat verilmişdir ki, Yaşanı onun işçisi, traktorçu Anar adlı şəxs (Təqsirləndirilən şəxs) yaşadığı evdə öldürüb sonra Yaşanın meyitini traktorla apararaq həmin kanala atmışdır. Daha sonra ona verilən məlumata görə həmin gün (29 oktyabr 2024-cü il tarixdə) Yaşa sərxoş halda Anarın evinə getmiş və orada Anarın yanında arvadına sataşarkən Anar dəmirlə Yaşanı vurub öldürmüşdür. Lakin o, buna inanmır, hesab edir ki, Anar pulla bağlı, yəni Anarın Yaşaya çoxlu miqdarda pul borcu olduğuna və ya başqa səbəblərdən, ola bilsin ki, başqa şəxslərin təşkil etdiyi başqa bir işlə bağlı Yaşanı öldürmüşdür. Hazırda zərərçəkmiş şəxsin hüquqi varisi kimi o, bu cinayəti törətmiş Anar Mamudovdan şikayətçi olmaqla ona qanunla müəyyən edilmiş qaydada daha ağır cəzanın verilməsini məhkəmədən xahiş edir. İşdə olan, zərərçəkmiş şəxsin hüquqi varisi Nəzakət İbişovanın məhkəməyə ünvanlandığı 30 may 2025-cü il tarixli ərizəsi ilə müəyyən olunur ki, zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxslə barışmamış və ona ağır cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Şahid1 zərərçəkmiş şəxsin hüquqi varisi Nəzakət İbişovanın ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, X44 qardaşıdır. Təqsirləndirilən şəxs tanıyır, Anar qardaşı Yaşanın fermasında traktorçu işləmişdir. 30 oktyabr 2024-cü il tarixdə, axşam saatlarında Xocavənd rayonundan olan Hüseyn adlı şəxs ona zəng edib Anarla birlikdə Yaşanın fermasında olduğunu, fermada olan danalardan birinin öldüyünü, Yaşanın da orada olmadığını demişdir. Sonra o, telefonda Anarla danışıb Yaşanın harada olduğunu soruşmuş, o da “dünən axşam bizdən çıxıb getdi” deyib, harada olmasını bilmədiyini bildirmişdir. Yaşanın fermaya gəlib-gəlməməsini öyrənmək üçün o, Anardan qoyunlar olan yerin qapısının açıq olub-olmadığını soruşmuş, o da qapının açıq olduğunu, malın qabağına ot qoyulduğunu, kökəltmədə olan 4 baş qoyunun isə yerində olmadığını demişdir. Yaşanın həmin vaxtlar Eynəddin adlı şəxsə ona verilmiş traktorlara görə borcu olduğundan düşünmüşdür ki, Yaşa qoyunları satıb borcunu vermişdir. Sonra onlar Yaşanı axtarmağa başlamışlar, həm də düşünmüşdür ki, Yaşa sərxoş olub fermanın yaxınlığında olan matorxana tərəfdə yıxılıb yatmışdır. Həmin gün axşam saatlarında o, yenidən Anara zəng edib Yaşanı soruşmuş, o da dəfələrlə Yaşaya zəng etsə də, zəng çatmadığını demişdir. O, yenidən Anara zəng edib Yaşanı motorxananın yanında axtarmağını tapşırıb sonra özü də avtomobillə fermaya gəlib Anarla birlikdə matorxananın yanında Yaşanı axtarmışlar, lakin onu tapa bilməmişlər. Bundan sonra o, 30 oktyabr 2024-cü il tarixdə DİN-nin 102-i xidmətinə zəng edib Yaşanın itkin düşdüyünü bildirmiş, sonra polis şöbəsinə də ərizə ilə müraciət etmişdir. Həmçinin o, qardaşı Yaşanın meyitinin kanalda olmasından şübhələndiyini, Yaşanın kimlərsə tərəfindən öldürülüb meyitinin kanala atılmasını güman etdiyini polis əməkdaşlarına bildirmişdir. 03 noyabr 2024-cü il tarixdə, gecə saatlarında qardaşı Taryel ona məlumat vermişdir ki, Yaşanın meyiti “Baş Mil” kanalının Füzuli rayonun Qayıdış-5 qəsəbəsi ərazisindən keçən hissəsindən aşkar edilmişdir. O, dərhal həmin yerə getmiş, orada polis və prokurorluğun əməkdaşları hadisə yerini müayinə etdikdən sonra Yaşanın meyiti X12 Mərkəzinə aparılıb ekspert müayinəsindən keçirildikdən sonra onlara təhvil verilmiş və həmin gün Yaşanın meyitini dəfn etmişlər. 04 noyabr 2024-cü il tarixdə X47 qəsəbəsində yas mərasimində iştirak etmiş və Yaşaya aid kitab və içərisində olan bank kartlarını Taryelə vermişdir. 07 noyabr 2024-cü il tarixdə eşitmişdir ki, Anar Yaşanı öldürdüyünə görə polis tərəfindən tutulmuşdur. Anarın Yaşanı öldürməsinin təfərrüatları barədə məlumatı yoxdur, lakin sonradan ona verilən məlumata görə 29 oktyabr 2024-cü il tarixdə Yaşa sərxoş halda Anarın evinə getmiş və orada Anarın yanında arvadına sataşarkən Anar dəmirlə Yaşanı vurub öldürmüşdür. Anarın ifadəsində dedikləri yalandır. Anar qardaşını öldürməmişdən qabaq kimlərlə danışmış və başqa həmin şəxslərin sifarişi ilə Yaşar Anar tərəfindən öldürülüb kanala atılmışdır. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əridir. X41 tanımış, onu Anarın işlədiyi fermanın sahibi kimi tanımış və aralarında heç bir şəxsi münasibətlər olmamışdır. 29 oktyabr 2024-cü il tarixdə, axşam saatlarında yaşadıqları evə (Qayıdış-1 qəsəbəsi, ev 166 ünvanında) əri Anar və Yaşa ilə birlikdə gəlmişlər və həmin vaxt uşaqları da evdə olmuşlar. Anar Yaşaya məxsus fermada traktorçu işlədiyi vaxtdan Yaşa bir neçə dəfə onların yaşadığı evə gəlmişdir. Anar və Yaşa evin içərisinə girən vaxt o, uşaqlarla yataq otağında olmuşdur. Yaşa evə gələndə içkili olmuş, evə girəndən sonra pivə də içmişdir. Yaşa Anardan bıçaq istəyəndə onun səsinə otaqdan çıxmış və evin dəhlizində Yaşanın əlində pivə olduğunu görmüşdür. Yaşa bıçaqla qardaşı Taryeli bıçaqlayacağını dediyini eşitmişdir. Anar ona bıçaq verməyib bizdə bıçaq yoxdur demişdir. X48 da söyməyə başlamış, amma Anar ona heç bir cavab verməmişdlir. Sonra onlar dəhlizdə olan stolun arxasında əyləşdmişlər. Yaşa taxtda, Anar isə stulda əyləşmiş, sonra o, Anara çay vermiş, Yaşa isə pivə içmişdir. Yaşa arvadı olmuş Elviyyəni, qardaşı Taryeli söyə-söyə, onların onun evini dağıtdıqılarını, talan etdiklərini demiş, Anar da ona “fikir vermə düzələcək” deyib Yaşaya təsəlli vermişdir. Bir müddət sonra Anar və Yaşa qonaq otağına keçmişlər. Anar onu çay verməsi üçün çağırmışdır. Yaşa qonaq otağında divanda, Anar isə onunla üzbəüz stulda oturmuşdur. O, çayı gətirib Anarın qabağına qoymuşdur. Həmin vaxt Yaşa başı aşağı vəziyyətdə divanda oturub siqaret çəkib pivə içmişdir. O, yataq otağında uşaqların yanında olarkən Anar onu çağırıb şirin çay istəmiş, o da şirin çay və çörək gətirib masanın üzərinə qoymuşdur. Bir azdan Anar yenə onu çağırıb özünə və Yaşaya çay gətirməsini demiş və o, çayı gətirib Yaşanın qarşısındakı stulun üstünə qoymuşdur. Bir az keçdikdən sonra Anar onu çağırıb “divanı düzəldək Yaşa müəllim burda yatsın” demiş, Yaşa isə yatmayacağını, gedəcəyini demişdir. O, Yaşanın yerini düzəltmək istəyərkən Yaşa onun qolundan tutub yanında oturmağını demiş, o da divanın küncündə oturmuşdur. Həmin vaxt əri Anar da otaqda olmuş və Yaşa ilə üzbəüz stulda oturmuşdur. Həmin vaxt gecə saat 23-24 radələri olduğundan və uşaqları yatsa da, körpə uşağının ağlamaq səsinə ayağa qalxmışdır ki, gedib ona baxsın, lakin Yaşa yenə qolundan tutub onu divana otuzdurmuşdur. Sonra o, yenə də ayağa qalxmaq istədikdə Yaşa yenə onun qolundan tutmuş, bu vaxt Yaşa döşəmənin üzərinə, başı pəncərəyə tərəf yerə yıxılmışdır. Anar Yaşaya kömək edib ayağa qaldırmaq istəyərkən Yaşa Anarı itələyib “cəhənnəm ol otur yerində” demişdir. Anar otaqdan çıxmış, bu vaxt Yaşa onun üstünə gəlmiş, koftası yuxarı qalxmış vəziyyətdə olmuş və Yaşa yaxınlaşıb şalvarını aşağı çəkmək istəmiş, lakin o, əli ilə şalvarını tutduğundan Yaşa onun şalvarımı aşağı çəkə bilməmişdir. Sonra o, Yaşanı sinəsindən geri itələmiş, Yaşa isə ona “farağat dur” deyib onunla cinsi əlaqədə olmaq istəmişdir. Təxminən 2-3 dəqiqə ərzində o, Yaşaya müqavimət göstərib onu özündən aralamağa çalışmış, həmin vaxt Anar qəfil içəri girmiş və Anarın əlində nəsə olmuşdur. Anar Yaşaya “oğraş, biqeyrət” deyib onu söyməyə başlamış, sonra Anar əlindəki dəmirlə Yaşanın başına vurmuşdur. Zərbədən sonra Yaşa Anara “ə nağayrırsan” demişdir. Anar Yaşanı bir dəfə dəmirlə vurduqdan sonra o, ayağa durub qaçaraq yataq otağına girib körpə uşağını sakitləşdirməyə başlamışdır. Təxminən 10-15 dəqiqə sonra qayıdıb otağa girəndə Yaşanın hərəkətsiz qaldığını, səsi gəlmədiyini və Anarın onu gəbəyə bükdüyünü görüb baş vermiş hadisədən qorxub ağlamışdır. Həmin vaxt Anarın Yaşanı öldürdüyünü başa düşmüşdür. Sonra körpə uşağı ağladığına görə uşağın yanına getmiş, Anar isə otaqdan çıxıb harasa getmişdir. Bir müddət sonra Anar traktoru gətirib arxa-arxaya həyətə verib evin giriş qapısının qarşısında saxlamışdır. Sonra Anar onu çağırıb “kömək elə meyiti gətirək çölə” demiş, o, əvvəlcə qorxduğundan meyitə əl vurmaq istəməmiş, məcbur qalıb Anara kömək edib Yaşanın meyitini gəbəyə bükülmüş vəziyyətdə qonaq otağından çəkib çölə çıxartmışlar, sonra da köməkləşib meyiti traktorun arxasındakı malanın üstünə qoymuşlar. Anar traktoru sürüb darvazadan çölə çıxmış və darvazanı bağlamışdır. Onun hansı istiqamətdə getdiyini bilməmişdir. Təxminən bir saatdan sonra Anar evə qayıtmış, traktoru həyətə salmamış, darvazanın qabağında saxlamışdır. Anardan meyiti hara atdığını soruşmuş, o da kanala atdığını demişdir. Sonra Anar gəbəni həyətin arxasına aparıb yandırmışdır. X30 içdiyi pivə butulkalarını da gəbəni yandırdığı yerə atmışdır. Sonra Anar gəlib yataq otağında yatmışdır. Anar səhər saatlarında yuxudan oyanan kimi hadisə zamanı əynində olan paltarları çıxarıb yuyulması üçün paltaryuyana atmış, sonra hamama girib çimmişdir. O, Anarın Yaşanı konkret nə ilə vurduğunu görməmiş, sonradan bilmişdir ki, Anar dəmir parçası ilə Yaşanı vurub öldürmüşdür. Həmin gecə Yaşa ona qarşı əxlaqsız hərəkətlər edib onu zorlamaq istəyərkən Anar Yaşanı dəmir parçası ilə vurub öldürmüşdür. Anarın Yaşanı öldürməsinə başqa səbəblər olmamışdır. Onun Yaşa ilə heç vaxt intim münasibəti olmamış, əvvəllər də Yaşa ona qarşı belə hərəkətlər etməmişdir. Məhkəmə iclasında Şahid9 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs kürəkənidir. Anar mərhum X35 rayonun Qayıdış-1 qəsəbəsində yerləşən fermasında traktorçu işləmişdir. Anarla Yaşanın arasında olan münasibətlərdən xəbəri olmamışdır. Yaşanı öldürülməsi xəbərini Anarın atası İsmayıldan eşitmişdir. 07 noyabr 2024-cü il tarixdə ona məlum olmuşdur ki, Yaşanı kürəkəni Anar öldürmüşdür. Həmin hadisədən sonra qızı Ruhiyyə azyaşlı uşaqları ilə birlikdə onun evində yaşayırlar. X42 Yaşanı öldürməsi barədə ona heç nə danışmamış və onun bu hadisənin hansı şəraitdə baş verməsi barədə heç bir məlumatı yoxdur. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş, Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Yaşa İbişovla 2011-ci ildə Beyləqan şəhərində tanış olmuş, Yaşanın Füzuli rayonun Qayıdış-1 qəsəbəsində yerləşən fermasında çoban kimi işləməyə başlamışdır. Bir müddət sonra onun Yaşa ilə səmimi münasibəti yaranmış və onlar ər-arvad kimi yaşamağa başlamışlar. O, Yaşa ilə 14 il faktiki ər-arvad kimi fermada birgə yaşamış və onların münasibətdən Əli və İsmayıl adlı övladları olmuşdur. Sonradan onun Yaşa ilə münasibəti pisləşmiş, buna səbəb isə Yaşanın spirtli içkilərdən həddindən artıq qəbul etməsi və onu döyməsi olmuşdur. Həmçinin Yaşa narkotik vasitələr qəbul etmişdir. Yaşanın qardaşları Rza, Taryel, anası Nəzakət, eləcə də bacısı Pərvanə heç zaman onu qəbul etməmiş, onun fermadan çıxıb getməyini tələb etmişlər. 2024-cü ilin aprel ayının 11-də onun Yaşa ilə fermada ciddi mübahisəsi olmuş, sonra Yaşa fermada traktorçu işləyən Anarın Qayıdış-1 qəsəbəsində yaşayan evinə getmişdir. Yaşa Anargilə getməmişdən qabaq fermada spirtli içki qəbul etmişdir. Yaşa Anargildən olarkən ona zəng edib Anargilə gəlməyini və onu fermaya aparmağı tələb etmiş, o da Pərvizdən olan oğlu Orxanla birlikdə axşam saatlarında Yaşaya məxsus “Tofaş” markalı abtomobillə Anargilə getmişdir. Həmin zaman Anargildə Anardan başqa onun arvadı Ruhiyyə və uşaqları evdə olmuşdur. Orxan evə daxil olmamış, bayırda gözləmiş, o, Anargilə girən kimi Yaşa onun saçından tutub onu sürüməyə başlayıb ondan gedib onun üçün pivə almağını tələb etmişdir. Sonra Yaşa evdə olan qənd qabını götürərək ona tərəf atmış, qənd qabı onun qoluna dəymişdir. Həmçinin Yaşa giriş qapısının önündə onu yerə yıxıb təpik və yumruq zərbələri ilə döymüşdür. Həmin vaxt Anar Yaşanı tutub onu döyməyə davam etməsinə mane olmuşdur. Daha sonra Yaşa cinsi orqanını çıxarıb ona “bunu sənin ağzına verəcəm” demişdir. Bundan sonra o, macal tapıb qaçıb evdən çıxmış və Anargilin qonşuluğunda yaşayan Taryergilin evinə girmişdir. Həmin vaxt Yaşanın qardaşı Taryel evdə olmasa da, Taryelin arvadı Gülnar evdə olmuş və o, Gülnara Yaşanın onu döydüyünü demişdir. Sonra Yaşa da Taryelgilə gəlmiş və orada da onun ünvanına təhqiredici ifadələr işlətmiş və o, evi tərk edib Orxanın idarə etdiyi avtomobillə fermaya getmişlər. Bundan sonra o, Yaşanın hərəkətlərinə dözə bilmədiyindən onu tərk etmək qərarına gəlib əşyalarını yığıb həmin fermada traktorçu işləyən Elçinə zəng edib onları Bakı şəhərinə aparmağı xahiş etmiş, Elçin də həmin gün fermaya gəlib avtomobillə onu uşaqları ilə birlikdə Bakı şəhərinə aparmışdır. Bundan sonra Yaşa dəfələrlə onun fermaya qayıtmağını təkid etsə də, o, geri qayıtmamışdır. Bir müddət sonra onun Elçinlə səmimi münasibəti yaranmış və onlar birlikdə ər-arvad kimi bir yerdə yaşamağa başlamışlar. Yaşa itkin düşdüyü günə qədər teztez ona zəng edib onu narahat etmiş, lakin Elçinin bundan xəbəri olmuş, sonra özü də buna əhəmiyyət verməmişdir. Sonuncu dəfə o, Füzuli rayonuna 29 oktyabr 2024-cü il tarixdə, saat 22 radələrində gəlmiş, onu və övladları Əli və Orxanı Füzuli rayonuna Elçin gətirmişdir. Onlarla birlikdə onun xalasının yeznəsi Yaşar da gəlmişdir. Elçin onu Füzuli rayonuna yaşadıqları evdə xarab olmuş kombi və qaz peçini təmir etməkdən ötrü, həm də Əli və Orxan üçün məktəbdən orada oxuduğuna dair arayış almaq üçün gəlmişdir. Onlar həmin gün Elçingildə qalmışlar. Həmin gün evdə Elçinin nənəsi Ofelya, anası Amalya, atası Vüqar da olmuşdur. Həmin gün heç kim evdən çıxmamışdır. 30 oktyabr 2024-cü il tarixdə, səhər saatlarında Elçin Yaşarla birlikdə qaz sobasını və kombini təmir etməkdən ötrü lazımi avadanlıqları almaq üçün getmişlər. Axşam saatlarında isə o, Yaşarla onun özünə məxsus avtomobillə Beyləqana getmişlər ki, əvvəllər Beyləqan şəhərində yaşadığı evdə qalan paltarlarını və digər əşyalarını götürüb Bakı şəhərinə aparsınlar. Onlar orada işlərini bitirdikdən sonra Yaşar 20 radələrində onları Elçingilə gətirmiş və Yaşar da həmin günü onlarla birlikdə qalmışdır. 31 oktyabr 2024-cü il tarixdə Elçinlə birlikdə məktəbdən övladlarına aid sənədləri götürdükdən sonra saat 12 radələrində Elçin, övladları və Yaşarla birlikdə Bakı şəhərinə qayıtmışlar. O, Füzuli rayonunda olanda, yəni 29 oktyabr 2024-cü il tarixdə Yaşa ona zəng edib Taryelin, Pərvanənin və Nəzakətin onu bezdirdiklərini və Taryeli gedib bıçaqlayıb öldürəcəyini demiş, o bunun səbəbini soruşduqda bacısı Pərvanənin onun vatsapda paylaşdığı statusa görə əsəbiləşdirdiyini demişdir. O, 2 gün əvvəl vatsapda övladları ilə özünün şəkilini paylaşmış, Pərvanə də həmin statusu görüb Yaşaya “bunlar öz kefindədirlər” demişdir. O, Yaşaya Taryelin onun qardaşı olduğunu, onu öldürmək fikrindən daşınmağı demiş, Yaşa isə cavabında onu təhqir edərək Taryelin tərəfini saxlamağının səbəbini soruşmuş, o da təhqirlərə dözə bilmədiyindən zəngi sonlandırıb Yaşanın nömrəsini bloka salmışdır. 30 oktyabr 2024-cü il tarixdə, axşam saatlarında Anar ona zəng edib Yaşanın itkin düşdüyünü demiş, o da bu barədə heç bir məlumatı olmadığını bildirmişdir. Bakı şəhərinə qayıtdıqdan sonra Yaşanın Rusiyada yaşan dostu Elçin ona zəng edib Yaşanın meyitinin Füzuli rayonunda kanaldan tapıldığını demişdir. Yaşanın ölümü ilə bağlı onun heç bir məlumatı yoxdur. O, Yaşa ilə birlikdə yaşadığı dövrlərdə dəfələrlə Yaşa Anarı fermada döymüş və təhqir etmişdir. Hətta bir neçə dəfə gözünün qarşısında Yaşa Anara öz ayaqlarını öpdürmüşdür. X22 arvadı Ruhiyyə ilə də münasibəti olduğunu billmişdir. Çünki o, bir neçə dəfə X18 ilə birlikdə qaldığının şahidi olmuş, həmin vaxtlarda Anar evdə olmamışdır. Ona görə də o, bilir ki, Yaşanın Ruhiyyə ilə münasibəti vardır və Anarın bundan xəbəri olub-olmadığını bilməmişdir. X19 arvadı Aytacla da münasibəti olmuş və bunu ona 4-5 il bundan əvvəl Aytac özü demişdir. O, Bakı şəhərinə qayıtdıqdan sonra 01 noyabr 2024-cü il tarixdə, günorta radələrində Taryel ona zəng edib Yaşanın itkin düşməsində onun günahı olduğunu bildirmiş, o da əsəbiləşərək vatsapla ona səslər ataraq Yaşanın Aytacla da intim münasibəti olduğunu demişdir. İşdə olan, Şahid2 Füzuli RPŞ-nə ünvanlandığı 31 oktyabr 2024-cü il tarixli ərizəsi ilə müəyyən edilir ki, qardaşı X28 29 oktyabr 2024-cü il tarixdə, saat 20 radələrində itkin düşmüşdür. O, sonuncu dəfə tanışı Təqsirləndirilən şəxs yanında olmuşdur. X31 tapılmasına köməklik edilməsi xahiş olunur. İşdə olan, Füzuli RPŞ-nin məsul növbətçisinin 03 noyabr 2024-cü il tarixli “Raport”ları ilə müəyyən olunur ki, həmin tarixdə Füzuli RPŞ-nin Növbətçi Hissəsinə daxil olmuş məlumatlarda bildirilir ki, beş gün əvvəl itkin düşmüş X15 meyiti 5 saylı Qayıdış qəsəbəsinin ərazisindən keçən su kanalında aşkar edilmişdir. İşdə olan, “Hadisə yerinə baxış aparılması haqqında” və “Hadisə yerinə əlavə baxış aparılması haqqında” 03 noyabr 2024-cü il tarixli protokollar, həmin protokollara əlavə edilmiş fotoşəkillərlə və videoçəkilişlərlə müəyyən edilir ki, hadisə yeri “Baş Mil” kanalının Füzuli rayonun Qayıdış-5 qəsəbəsi ərazisindən keçən hissəsidir. Meyitin aşkar olunduğu yer Qayıdış-5 qəsəbəsi ərazisinə gedən asfalt yolla getdikdə yolun sağ kənarında yerləşən “Baş Mil” kanalının hissəsidir və kanalın eni 6 metr təşkil edir. Həmin yerə asfalt yol olmadığından yolun sağ kənarında yerləşən cığırla kanalın kənarına gəlmək mümkündür. Həmin yer qəsəbə sakinlərinin istifadəsində olan torpaq sahəsindən keçən kanalın sağ yan hissəsidir. Hava qaranlıq olduğundan və kanalın kənarı qamış otları ilə örtüldüyündən meyitin kanalda görünməsi mümkün olmamışdır. Qamış otlarının qırılaraq kənara çəkilməsi və ərazinin işıqlandırılması ilə kişi cinsinə məxsus meyitin kanalın sağ kənarında, beton piltənin yaxınlığında olduğu müşahidə edilmişdir. Meyit kanala atılan ipin meyitin bədəninə keçirilib çəkilməsi yolu ilə kanaldan çıxarılmışdır. Meyitin əynində üzərində kəmər olan şalvar, uzunqol kofta və corab vardır. Meyit məhkəmə-tibbi ekspertizadan keçirilməsi üçün aidiyyəti üzrə təhvil verilmişdir. İşdə olan, “Hadisə yerinə baxış aparılması haqqında” 07 noyabr 2024-cü il tarixli protokolla, protokola əlavə edilmiş fotoşəkillərlə və videoçəkilişlə müəyyən edilir ki, hadisə yeri ünvan 1 ünvanında yerləşən yaşayış evidir. Evin həyətinə giriş yaşıl-boz rəngli darvazadandır və evin həyəti torpaq və çınqıl daşları ilə örtülüdür. Evin içərisinə giriş həyətə daxil olub bir neçə metr irəlilədikdən sonra sol tərəfdə yerləşən dəmir qapıdandır. Evə daxil olduqda dəhlizdə divan, stol, stullar və s. məişət-təsərrüfat təyinatlı çoxlu əşyalar vardır. Evə daxil olduqda soldan 1-ci otaq qonaq otağıdır. Otaqda divan, stol, televizor, qaz peçi və s. məişət-təsərrüfat təyinatlı çoxlu əşyalar vardır. Otaqda olan masanın üzərində olan süfrənin aşağı kənarında qanabənzər ləkələr vardır. Baxış iştirakçısı Şahid3 bildirdi ki, əri Təqsirləndirilən şəxs Yaşa İbişovu həmin otaqda qətlə yetirmişdir, ola bilsin ki, həmin qanabənzər ləkələr Yaşa İbişova məxsusdur. Həmin süfrənin qanabənzər ləkələrin olduğu hissəsi kəsilib qablaşdırılüb götürülmüşdür. Evə daxil olduqda soldan 2-ci otaq yataq otağıdır. Həmin otaqda çarpayı və digər məişət-təsərrüfat təyinatlı əşyalar vardır. Həmin otaqdan sağda digər yataq otağı yerləşir. Həmin otaqda da çarpayı, qaz peçi və məişəttəsərrüfat təyinatlı digər əşyalar vardır. Evə daxil olduqda sağdan 1-ci otaq təsərrüfat təyinatlı otaqdır. Həmin otaqda meyvələr, uşaq arabası, tikinti materialları və s. məişəttəsərrüfat təyinatlı əşyalar vardır. Evə daxil olduqda sağdan 2-ci otaq da təsərrüfat təyinatlı otaqdır. Həmin otaqda da xeyli sayda məişət-təsərrüfat təyinatlı otaq vardır və otaq mətbəxt kimi də istifadə olunur. Evə daxil olduqda üzbüəz hamam otağı yerləşir. Həmin otaqda vanna və duş qəbul etmək üçün nəzərdə tutulan bir sıra əşyalar vardır. 1-ci otaqda olan masanın üzərindəki süfrənin qanabənzər ləkələrin olduğu hissəsi kəsilib qablaşdırılıb istintaq orqanı tərəfindən götürülmüşdür. İşdə olan, “Meyitə baxış keçirilməsi haqqında” 03 noyabr 2024-cü il tarixli protokol və protokola əlavə edilmiş fotoşəkillərlə müəyyən edilir ki, müayinəyə düzgün bədən quruluşlu, kafi qidalı, orta köklükdə boyu 1,80 m olan kişi cinsli meyit (X15 meyiti) təqdim olunmuşdur. Meyitin əynində olan paltarları-bir ədəd qara rəngli belində qara kəmər olan cins şalvar, bir ədəd yerliyi sarın rəngdə, ön hissədə tünd-qəhvəyi və açıq-qəhvəyi rəngdə naxışları olan uzunqol jaket, bir ədəd ağ rəngli qısaqol köynək, bir ədəd ağ rəngli mayka, bir ədəd qara rəngli tuman və bir cüt corab vardır. Meyitin əynində olan paltarlar nəmdir. Meyit soyumuşdur. Meyit qacıması aşağı ətraflarda qismən saxlanılmışdır. Meyit ləkələri arxa səthlərində yayılmış haldadır, bənövşəyimtil rəngdədir, təzyiq etdikdə rəngini dəyişmir. Meyitin boyun, döş qəfəsinin ön yuxarı və sağ yarısında venoz tünd-göy rəngli çürümə torları qeyd olunur. Boyun və döş qəfəsinin yuxarı hissəsində dərinin epidermis qatının hissəvi soyulması müşahidə olunur. Başının tük örtüyü çallaşmış haldadır və alıntəpə nahiyələrində seyrəlmiş, qismən keçəldir. Gözləri qapalıdır, sağ göz orbiti ödemli şişkindir. Bəbəkləri dairəvi və simmetrikdir və 0,4 sm diametr ölçüdədir. Konyuktiva qişaları solğundur. Xarici qulaq keçəcəkləri və burun dəlikləri sərbəstdir. Ağzı qapalıdır, dodaqları qurudur. Dişləri tam və təbiidir. Dili ağız boşluğunda sərbəstdir. Boynu bədənə mütənasibdir. Döş qəfəsi silindrik formadadır, simmetrikdir, elastikdir. Ön qarın divarı qabırğa qövsündən hündür səviyyədədir. Xarici cinsiyyət üzvləri kişi cinsli olub düzgün formalaşmışdır. Dəliyi ifrazatsızdır. Xayalar xaya kisəsindədir. Sonuncunun dərisi qəhvəyi rəngdə piqmentasiyalıdır, qırışlıdır. Arxa keçəcək dəliyi qapalıdır. Ətraf dəri örtüyü təmizdir. Meyitin bədən səthi üzərində aşkar olunan xəsarətlər: Sağ gicgah nahiyəsində 6,5 x 0,2 və 9 x 0,3, sağ qaşüstü nahiyədə 1,5 x 0,2 sm ölçülərdə, alt çənə nahiyəsindən bir qədər solda 4 x 0,3 sm ölçülərdə konturları düzgün, ucları iti, yaralar vardır. Alt çənədəki yara proyeksiyasında çənə sümüyünün patoloji hərəkətliliyi qeyd olunur. Meyitin baxışı zamanı qeyd olunanlardan başqa hər hansı bir xəsarət aşkar edilmədi. Baxışı zamanı bir ədəd qara rəngli belində qara kəmər olan cins şalvar, bir ədəd yerliyi sarın rəngdə, ön hissədə tünd-qəhvəyi və açıq-qəhvəyi rəngdə naxışları olan uzunqol jaket, 1 ədəd ağ rəngli qısaqol köynək, bir ədəd ağ rəngli mayka, bir ədəd qara rəngli tuman, bir cüt corab, bir ədəd 10 ml şpirisdə qan nümunəsi, tük və dırnaq nümunələri qablaşdırılıb istintaq orqanı tərəfindən götürülmüşdür. İşdə olan, “Axtarış və götürmə aparılması haqqında” 04 noyabr 2024-cü il tarixli protokol və protokola əlavə edilmiş fotoşəkillərlə müəyyən edilir ki, həmin tarixdə istintaq orqanı tərəfindən X15 yaşıdığı fermada olan tikililərdə axtarış aparılmışdır. Axtarış zamanı tikilidəki otaqda olan sandığın içərisindən 23 ədəd güllə, 02 ədəd mobil telefon, 01 ədəd dəstəyi olmayan xəncər, 01 ədəd mobil telefon qutusu və 05 ədəd bank kartları aşkar edilmiş və həmin əşyalar istintaq orqanı tərəfindən ablaşdırılıb götürülmüşdür. İşdə olan, “Şahidin ifadəsinin yerində yoxlanması haqqında” 07 noyabr 2024-cü il tarixli protokolla müəyyən edilir ki, həmin tarixdə istintaq orqanı tərəfindən Şahid3 ifadəsi yerində yoxlanılarkən ünvan 1 ünvanında yerləşən yaşayış evində və evin həyətyanı sahəsində aşkar edilmiş 4 ədəd boş pivə butulkaları, bir ədəd yanmış mobil telefon qurğusu, kül qırıntıları, bir ədəd metal alət (mantirovka), habelə təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus bir ədəd idman şalvarı, bir ədəd qısaqol köynək, bir cüt çəkələk, Şahid3 məxsus bir ədəd şalvar, bir ədəd kofta, bir ədəd yaş salfetka, iki ədəd siqaret kötüyü və iki ədəd çınqıl parçası qablaşdırılıb götürülmüşdür. İşdə olan, “Tanınmaya təqdim edilməsi haqqında” 08 noyabr 2024-cü il tarixli protokol və protokola əlavə edilmiş fotoşəkillə müəyyən edilir ki, istintaq orqanı tərəfindən tanınmalı olan metal alət 1-dən 3-dək nömrələnmiş eyni növdən olan metal alətlər arasında əvvəlcədən 2 nömrə ilə işarələnərək tanınmaya, Təqsirləndirilən şəxs təqdim olunmuşdur. Təqsirləndirilən şəxs tanınmaya təqdim edilən 3 ədəd metal alətləri nəzərdən keçirib həmin metal alətlər içərisindən 2 nömrə ilə işarələnmiş metal aləti göstərib 29 oktyabr 2024-cü il tarixdə, saat 23 radələrində ünvan 1 ünvanında yerləşən özünə məxsus yaşayış evində X21 3-4 dəfə zərbə vurduğu həmin metal alət olduğunu bildirmişdir. İşdə olan, “Mobil telefona baxış keçirilməsi haqqında” 20 noyabr 2024-cü il tarixli protokolla müəyyən edilir ki, baxış keçirilən üzərində 050/376-85-00 saylı mobil telefon nömrəsi olan “Samsung A04” markalı mobil telefon Şahid1 məxsusdur. Mobil telefonun zənglər siyahısına əsasən 29 oktyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan 050/663-63-76 saylı mobil telefon nömrəsinə 9 dəfə zəng edilmişdir. Həmçinin 22:17də həmin telefon nömrəsinə zəng edilmiş və aralarında 3 dəqiqə 18 saniyə danışıq olmuşdur. Mobil telefonun vatsap bölməsində 050/376-85-00 saylı telefon nömrəsinə müxtəlif adlarla qeyd edilmiş müxtəlif telefon nömrələri ilə məişət və iş xarakterli yazışmalar vardır, habelə “Rza” adı ilə qeyd edilən şəxsə “İcirdi alirdi anarin arvadin qucagna sehere kimi” yazısı göndərilmiş, eləcə də müxtəlif şəxslərlə edilən yazışmalarda zəng siyahısı silinmişdir. İşdə olan, “Telefon məlumatlarına baxış keçirilməsi haqqında” 23 noyabr 2024-cü il tarixli protokolla müəyyən edilir ki, "xxxx" MMC-nin daxil olmuş məlumatlara əsasən 50/301-10-93 və 50/376-85-00 saylı monil telefon nörmələrinə xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə SMS mətnləri aşkar edilmir. X13 istifadəsində olan 10/327-65-19 saylı telefon nömrəsinə 01 oktyabr 2024-cü il tarixdən 04 noyabr 2024-cü il tarixədək daxil olmuş və həmin telefon nömrəsindən çıxmış sms mətnləri qeyd edilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olan 50/663-76-76 saylı telefon nömrəsinə 01 oktyabr 2024-cü il tarixdən 04 noyabr 2024-cü il tarixədək daxil olmuş və həmin telefon nömrəsindən çıxmış sms mətnləri vardır. Şahid3 istifadəsində olan 50/708-84-49 saylı telefon nömrəsinə 01 oktyabr 2024-cü il tarixdən 04 noyabr 2024-cü il tarixədək daxil olmuş və həmin telefon nömrəsindən çıxmış sms mətnləri vardır. Şahid5 istifadəsində olan 50/837-51-93 saylı telefon nömrəsinə 01 oktyabr 2024-cü il tarixdən 04 noyabr 2024-cü il tarixədək daxil olmuş və həmin telefon nömrəsindən çıxmış sms mətnləri vardır. Şahid2 istifadəsində olan 50/989-21-02 saylı telefon nömrəsinə 01 oktyabr 2024-cü il tarixdən 04 noyabr 2024-cü il tarixədək daxil olmuş və həmin telefon nömrəsindən çıxmış sms mətnləri vardır. Şahid5 istifadəsində olan 51/245875 saylı telefon nömrəsinə 01 oktyabr 2024-cü il tarixdən 04 noyabr 2024-cü il tarixədək daxil olmuş və həmin telefon nömrəsindən çıxmış sms mətnləri vardır. X3 istifadəsində olan 50/738-69-55 saylı telefon nömrəsinə 01 oktyabr 2024-cü il tarixdən 04 noyabr 2024-cü il tarixədək daxil olmuş və həmin telefon nömrəsindən çıxmış sms mətnləri vardır. X13 istifadəsində olan 51/899-83-41 saylı telefon nömrəsinə 01 oktyabr 2024-cü il tarixdən 04 noyabr 2024-cü il tarixədək daxil olmuş və həmin telefon nömrəsindən çıxmış sms mətnləri vardır. Təqsirləndirilən şəxs istifadəsində olan 51/906-85-40 saylı telefon nömrəsinə 01 oktyabr 2024-cü il tarixdən 04 noyabr 2024cü il tarixədək daxil olmuş və həmin telefon nömrəsindən çıxmış sms mətnləri vardır. X13 istifadəsində olan 10/327-65-19 saylı telefon nömrəsinə 01 oktyabr 2024-cü il tarixdən 04 noyabr 2024-cü il tarixədək daxil olmuş və həmin telefon nömrəsindən çıxmış zənglər qeyd edilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olan 50/825-19-29 saylı telefon nömrəsinə 01 oktyabr 2024-cü il tarixdən 04 noyabr 2024-cü il tarixədək daxil olmuş və həmin telefon nömrəsindən çıxmış zənglər qeyd edilmişdir. Şahid3 istifadəsində olan 50/708-84-49 saylı telefon nömrəsinə 01 oktyabr 2024-cü il tarixdən 04 noyabr 2024-cü il tarixədək daxil olmuş və həmin telefon nömrəsindən çıxmış zənglər qeyd edilmişdir. Şahid5 istifadəsində olan 50/837-51-93 saylı telefon nömrəsinə 01 oktyabr 2024-cü il tarixdən 04 noyabr 2024-cü il tarixədək daxil olmuş və həmin telefon nömrəsindən çıxmış zənglər qeyd edilmişdir. Şahid2 istifadəsində olan 50/989-21-02 saylı telefon nömrəsinə 01 oktyabr 2024-cü il tarixdən 04 noyabr 2024-cü il tarixədək daxil olmuş və həmin telefon nömrəsindən çıxmış zənglər qeyd edilmişdir. Şahid5 istifadəsində olan 51/245875 saylı telefon nömrəsinə 01 oktyabr 2024-cü il tarixdən 04 noyabr 2024-cü il tarixədək daxil olmuş və həmin telefon nömrəsindən çıxmış zənglər qeyd edilmişdir. X3 istifadəsində olan 50/738-69-55 saylı telefon nömrəsinə 01 oktyabr 2024-cü il tarixdən 04 noyabr 2024-cü il tarixədək daxil olmuş və həmin telefon nömrəsindən çıxmış zənglər qeyd edilmişdir. X13 istifadəsində olan 51/899-83-41 saylı telefon nömrəsinə 01 oktyabr 2024-cü il tarixdən 04 noyabr 2024-cü il tarixədək daxil olmuş və həmin telefon nömrəsindən çıxmış zənglər qeyd edilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olan 51/906-85-40 saylı telefon nömrəsinə 01 oktyabr 2024-cü il tarixdən 04 noyabr 2024-cü il tarixədək daxil olmuş və həmin telefon nömrəsindən çıxmış zənglər qeyd edilmişdir. Şahid1 istifadəsində olan 50/376-85-00 saylı telefon nömrəsinə 01 oktyabr 2024-cü il tarixdən 04 noyabr 2024-cü il tarixədək daxil olmuş və həmin telefon nömrəsindən çıxmış zənglər qeyd edilmişdir. X15 istifadəsində olan 50/301-10-93 saylı telefon nömrəsinə 01 oktyabr 2024-cü il tarixdən 04 noyabr 2024-cü il tarixədək daxil olmuş və həmin telefon nömrəsindən çıxmış zənglər qeyd edilmişdir. 29 oktyabr 2024-cü il tarixdə, saat 22:17-də Şahid1 istifadəsində olan 51/376-85-00 saylı telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan 50/663- 63-76 saylı telefon nömrəsinə zəng edilmiş, danışıq müddəti 199 saniyə olmuşdur. 30 oktyabr 2024-cü il tarixdə, saat 09:11-də Şahid1 istifadəsində olan 51/376-85-00 saylı telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan 50/663-63-76 saylı telefon nömrəsinə zəng edilmiş, danışıq müddəti 498 saniyə olmuşdur. Həmin telefon zəngləri zamanı Təqsirləndirilən şəxs anten dairəsi Qayıdış-1 qəsəbəsində qeydə alınmışdır. İşdə olan, Füzuli RPŞ-nin 19 dekabr 2024-cü il tarixli məktub-arayışı ilə (əməliyyat tapşırığına cavab) müəyyən edilir ki, xx.xx.2024-cü il tarixdə X15 itkin düşməsi ilə bağlı Füzuli RPŞ-nə məlumat daxil olmuş və məlumatla əlaqədə olaraq əməliyyat-axtarış tədbirləri keçirilmişdir. xx.xx.2024-cü il tarixdə Yaşa İbişovun meyiti “Baş Mil” su kanalının Füzuli rayonun Qayıdış-5 qəsəbəsi ərazisindən keçən hissəsində olması müəyyən edilmişdir. Füzuli RPŞ-nin CAB-nin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Yaşa İbişovun qəsdən həyatdan məhrum edən şəxsin X10r. Müəyyən edilmişdir ki, Yaşa İbişov xx.xx.2024-cü il tarixdə, axşam saatlarında Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanında olarkən Təqsirləndirilən şəxs gözü önündə arvadı Şahid3 qarşı əxlaqsız hərəkətlər edərkən Anar Mahamudov qısqanclıq zəminində Yaşa İbişovun baş nahiyəsinə dəmir metaldan olan küt alətlə bir neçə dəfə zərbə vurub onu qəsdən həyatdan məhrum etmişdir. Hadisə zamanı həmin yerdə Təqsirləndirilən şəxs həyat yoldaşı olan Şahid3, biri azyaşlı olmaqla dördü məktəbli olan beş övladları olmuşdur. Hadisə baş verən zaman Anar Mamudovun ailə üzvlərindən savayı kənar şəxslər olmamış və Təqsirləndirilən şəxs cinayət hadisəsini törətdikdən sonra idarə etdiyi traktor markalı texnikanın əkin üçün istifadə edilən qoşqu yerinə Yaşa İbişovun meyitini yaşadığı evin döşəməsində olan xalçaya bükmüş halda yerləşdirmiş və həmin qəsəbədən keçən “Baş Mil” kanalına atmışdır. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 03 noyabr 2024-cü il tarixli rəyi ilə müəyyən edilir ki, mərhum X15 meyitində məhkəmə-tibbi ekspertiza müayinəsi zamanı onun bədən səthində sağda gicgah sümüyünün kəllə əsası sümüklərinə keçən açıq, xətti sınığı, baş beyin toxumasının əzilməsi, beyindaxili hematoma, sağ gicgah, sağ qaşüstü və alt çənə nahiyələrinin əzilmiş yaraları, alt çənə sümüyünün solda açıq, yerdəyişən sınığı, döş sümüyünün orta üçdə-birinin və solda İİİ-İV qabırğaların ön qoltuq xətti üzrə fraqmentlərini yerini dəyişmiş qapalı sınığı xəsarətləri vardır. X37 meyitində aşkar olunmuş xəsarətlər ətraf yumşaq toxumalara yayılmış qansızmaların olmasına görə həyatidir, onun ölümündən az əvvəl məhdud təsir səthinə malik (tinli) küt əşyanın (alətin) təsiri nəticəsndə törənmişdir və dərəcəsinə görə həyat üçün təhlükəsi olan və mərhumun ölümü ilə nəticələnmiş sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. X37 ölümünə səbəb baş beyin toxumasının əzilməsi, ağır travmatik şok olmuşdur. X44 hadisə zamanı baş nahiyəsindən həyat üçün təhlükəli olan ağır dərəcəli xəsarətər aldığı üçün ilk zərbələrdən sonra huşunu tam itirdiyindən hər hansı məqsədyönlü hərəkətlər (qışqırmaq, qaçmaq, kömək istəmək və s.) edə bilməzdi. X37 meyitində aşkar olunmuş xəsarətlər qısa zaman çərçivəsində yetirildiyi və yaralar ərtafında yumşaq toxumalara yayılmış qansızmaların intensivliyi eyni olduğu üçün xəsarətlərin hansı ardıcıllıqla yetirilməsi barədə dəqiq fikir söyləmək mümkün deyildir. Bununla belə ilk zərbələrin baş nahiyəsindən yetirilməsi inkar olunmur. X37 meyitindən götürülmüş dəri parçasının kriminalistik tədqiqatına əsaslanaraq, hadisə zamanı istifadə olunmuş əşyanın (alətin) dəmir materialla (tədqiqatda dəridəki yaraların kənarlarında və divarlarında 3 valentli dəmir ionların aşkar olunması) və tinli təsir səthinə malik olmasına görə xəsarətlərin hadisə yerindən götürülmüş xüsusi təyinatlı dəmir əşya (mantirovka) ilə yetirilməsi inkar olunmur. X37 meyitindən götürülmüş qan nümunəsində məhkəmə-kimya tədqiqatı zamanı 0,64 promilli qatılığında etil spirti aşkar olunsa da, onun meyitinin qismən çürüməsi ilə bağlı olaraq nisbi qəbul olunur. Götürülmüş qan nümunəsində narkotik tərkibli, o cümlədən güclü təsiredici maddələr aşkar olunmamışdır. İlkin meyit əlamətlərinin inkişaf dərəcəsinə və ilin fəslinə əsaslanaraq demək olar ki, Yaşa İbişovun ölümünün müddəti onun meyitinin müayinəsindən 3-4 gün əvvələ uyğun gəlir. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 10 noyabr 2024-cü il tarixli rəyi ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar olunmadı. İşdə olan, kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 27 dekabr 2024-cü il tarixli rəyi ilə müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri CM-nin 21.1, 21.3 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcbur müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə istintaq və prosessual hərəkətlərdə iştirak etmək, öz prosessual hüquq və vəzifələrini icra etmək iqtidarındadır. Təqsirləndirilən şəxs yaddaş, diqqət, təfəkkür, qavrama prosesləri normaya uyğun olmaqla, adaptivlik, ünsiyyətçillik, özünəməxsus mövqeyə və prinsipə malik olmaq və s. kimi fərdi-psixi xususiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində situasiya ilə əlaqədar hirslilik, qəzəb yaranmışdır. Təqsirləndirilən şəxs hadisə zamanı emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın 29 noyabr 2024-cü il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur və hal-hazırda müəyinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir və narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İşdə olan, məhkəmə-trasoloji, ballistik və soyuq silah ekspertizasının 19 dekabr 2024cü il tarixli rəyi ilə müəyyən edilir ki, tədqiqata təqdim edilmiş 23 (iyirmi üç) ədəd patron zavod üsulu ilə istehsal edilmiş, pistonları mərkəzdən alışan, 3 mm kalibrli olmaqla, həmin kalibrə malik “Makarov” (“PM”), “PA-63”, “P64”, “RK 59”, “P61” konstruksiyalı tapançalarda, “Steçkin” (“APS”) konstruksiyalı avtomatik tapançalarda və s yivli odlu silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardır-döyüş sursatıdır, atəşə yararlıdır. Təqdimata təqdim edilmiş 1 (bir) ədəd premet zavod üsulu ilə istehsal edilmiş ucu deşici xassəyə malik olan xəncər tipli suvenir tiyəsidir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir, soyuq silah hesab edilmir. Təqdimata təqdim edilmiş 1 (bir) ədəd predmet təsərrüfat təyinatlı metal alətdir, soyuq silah hesab edilmir və əlavə və dəyişiklik edilməmişdir. Təqdimata təqdim edilmiş geyim əşyalarının üzərində hər hansı bir trasoloji zədə aşkar olunmadı. Aparılmış ekspertiza tədqiqatının dəyəri 192 manat təşkil edir. İşdə olan, məhkəmə-lifli ekspertizasının 18 dekabr 2024-cü il tarixli rəyi ilə müəyyən edilir ki, tədqiqata təqdim edilmiş X21, X4 və Şahid3 məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tədqiqata təqdim edilmiş Yaşa İbişova məxsus olduğu geyim əşyalarının səthləri üzərində Təqsirləndirilən şəxs və Şahid3 məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş Şahid3 məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərində Yaşa İbişova məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. İşdə olan, məhkəmə-bioloji ekspertizasının 10 yanvar 2025-ci il tarixli rəyi ilə müəyyən edilir ki, X15 ABO sistem üzrə qan qrupu-Oalfabeta /İ/. Ekspertizaya təqdim olumuş 03 ədəd çay daşı, müşənbə kəsiyi, və Y.ibişova məxsus sviter üzərində insan qanı ləkələri aşkar olundu. Bu qanın qrup mənsubiyyəti ABO sistemi üzrə təyin olunduqda yalnız “H” antigeni alındı. Bu qan ləkələri Oalfabeta /İ/ qruplu şəxsə, o cümlədən Yaşa İbişova məxsus ola bilər. Tədqiqata təqdim olunan 01 ədəd metal alət, salfetka, Təqsirləndirilən şəxs məxsus köynək idman şalvarı, Şahid3 məxsus kofta, Yaşa ibişova məxsus şalvar üzərindək ləkələrdə qan aşkar olunmadı. Təqdim olunan Şahid3 məxsus ev geyiminin şalvarı üzərində isə şübhəli ləkələr aşkar olunmadı. Aparılmış ekspertiza tədqiqatının dəyəri 154 manat təşkil edir. İşdə olan, “Sübutların qiymətləndirilməsi və cinayət əməlinin tövsif edilməsi haqqında” 17 fevral 2025-ci il tarixli qərarla müəyyən edilir ki, istintaq orqanı tərəfindən iş üzrə götürülmüş 01 ədəd texniki vasitə olan metal alət (mantirovka), 2 ədəd çınqıl parçası, kül qırıntıları, üzərində qanabənzər ləkələr olan 01 ədəd süfrə hissəsi, zərərçəkmiş şəxs Yaşa İbişova məxsus olmuş 01 ədəd bel kəməri, 01 ədəd cins şalvar, 01 ədəd uzunqol jaket, 01 ədəd qısaqol köynək, 01 ədəd mayka, 01 ədəd tuman, 01 cüt corab, tük nümunələri və dırnaq nümunələri, 01 ədəd yanmış vəziyyətdə mobil telefon qurğusu, Təqsirləndirilən şəxs məxsus 01 ədəd idman şalvarı, 01 ədəd qısaqol köynək və 01 cüt çəkələk iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanılması üçün Füzuli rayon prokurorluğun maddi sübutlar otağına təhvil verilmiş və habelə istintaq hərəkətləri ilə bağlı aparılmış videoçəkilişlərin yazıldığı 7 ədəd CD disklər və telefon danışıqları yazılmış 01 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. İşdə olan, “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 17 fevral 2025-ci il tarixli qərarla müəyyən olunur ki, hazırki cinayət işindən Şahid3 barəsində Azərbaycan Respublikası CM-nin 307.3-cü maddəsi ilə cinayət işi ayrılmışdır. İşdə olan, “Cinayət işindən materialın ayrılması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 17 fevral 2025-ci il tarixli qərarla müəyyən olunur ki, hazırki cinayət işindən X15 əməlində Azərbaycan Respublikası İXM-nin və Azərbaycan Respublikası CM-nin hər hansı maddəsində nəzərdə tutulmuş inzibati xəta və ya cinayət tərkibi əlamətlərinin olubolmamasının yoxlanması, eləcə də X15 yaşayış yerində aşkar olunmuş tüfəng və ya patronlara münasibətdə X15, Şahid2 və ya başqa şəxslərin əməllərində CM-nin 228-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətlərinin olub-olmamasının yoxlanması üçün cinayət işindən ayrılmış material aidiyyəti üzrə baxılması üçün Füzuli RPŞ-nə göndərilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Habelə iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi Nəzakət İbişovanın ifadəsi və şahidlər Şahid3, Şahid2, Şahid1, Şahid5 və Şahid9 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (evində arvadı Şahid3 qarşı Yaşa İbişovun əxlaqsız hərəkətləri etməsindən həyəcanlanaraq özünü idarə edə bilməyərək (güclü ruhi həyəcan vəziyyətində) metal alətlə Yaşa İbişovu vuraraq qəsdən öldürməsinə və Yaşa İbişovu öldürdükdən sonra onun meyitinin bükülü olduğu xalçanın üzərinə sidik ifraz etməməsinə aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o cümlədən zərərçəkmiş şəxsin hüquqi varisi Nəzakət İbişovanın və şahidlər Şahid3, Şahid2, Şahid1, Şahid5 və Şahid9 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərdiyi hallar, evində arvadı Şahid3 qarşı Yaşa İbişovun əxlaqsız hərəkətləri etməsindən həyəcanlanaraq özünü idarə edə bilməyərək (güclü ruhi həyəcan vəziyyətində) metal alətlə Yaşa İbişovu vuraraq qəsdən öldürməsinə və Yaşa İbişovu öldürdükdən sonra onun meyitinin bükülü olduğu xalçanın üzərinə sidik ifraz etməməsinə dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən zərərçəkmiş şəxsin hüquqi varisi Nəzakət İbişovanın və şahidlər Şahid3, Şahid2, Şahid1, Şahid5, Şahid8 və Şahid9 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri (o cümlədən məhkəmə psixoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində situasiya ilə əlaqədar hirslilik, qəzəb yaranmış və hadisə zamanı emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur), habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadələri özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Həmçinin müdafiə tərəfinin fikrincə işin halları, yəni zərərçəkmiş X45 Mahmudovun arvadına qarşı edilən əxlaqsız hərəkətləri nəzarə alınaraq Təqsirləndirilən şəxs əməli CMnin 122-ci maddəsi ilə (Qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində qəsdən adam öldürmə) tövsif olunmalıdır. Məhkəmə hesab edir ki, müdafiə tərəfinin bu fikirləri əsassızdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 122-ci maddəsi ilə bağlı elmi-praktiki hüquqi qiymətləndirməyə əsasən təqsirləndirilən şəxsin əməli o vaxt CM-nin 122-ci maddəsi ilə tövsif edilməsi əsaslı sayıla bilər ki, həmin əməl törədilən vaxt şəxs fizoloji affekt vəziyyətində (şəxsin bu vəziyyətin olması məhkəmə-psixiatrik və psixoloji ekspertizasının rəyi ilə müəyyən edilir) olsun, yəni zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərin təsiri altında təqsirkar qısa müddətli, lakin intensiv davam edən və yüksək həyəcanlandırma ilə xarakterizə olunan vəziyyətdə olmaqla hərəkətləri üzərində nəzarəti zəifləməklə idarəetmə qabiliyyətini qismən itirmiş olsun. Həmçinin təqsirləndirilən şəxsdə güclü ruhi həyəcan vəziyyətinin yaranması dedikdə, zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətləri nəticəsində təqsirkarın onu öldürmək hissinin müəyyən müddətdən sonra deyil, dərhal əmələ gəlməsi başa düşülməli, başqa sözlə zərərçəkmiş şəxsin qətlə yetirilməsi ilə güclü ruhi həyəcan vəziyyətinin yarandığı an arasında müəyyən zaman fasiləsi keçməməlidir. Əgər güclü ruhi həyəcan vəziyyətinin yaranması anından müəyyən müddət keçmişsə, bu halda zərərçəkmiş şəxsin qətlə yetirilməsi güclü ruhi həyəcan vəziyyətində qəsdən adam öldürmə kimi deyil, qisas motivi ilə adam öldürmə kimi tövsif edilməlidir. Hazırki cinayət işi üzrə müəyyən edilmişdir ki, X49 Mahmudovun yaşadığı evdə olarkən çay gətirmək üçün otağa daxil olmuş Təqsirləndirilən şəxs arvadı Şahid3 qarşı seksual xarakterli hərəkətlər etməyə başlayıb onunla cinsi əlaqədə olmağa çalışmış, Təqsirləndirilən şəxs Yaşa İbişovun həmin hərəkətləri etməsinə mane olmuş, sonra Təqsirləndirilən şəxs telefon zəngi ilə bağlı otaqdan çıxıb telefonla danışarkən qonaq otağının qapısını aralayıb içəri baxanda Yaşa İbişovun dizlərini yerə qoyub divanın üzərində dayanmış Şahid3 yerə-döşəməyə tərəf dartmağa çalışdığını, sonuncunun isə müqavimət göstərdiyini görüb Yaşa İbişovun hərəkətlərindən hiddətlənib dəhlizdə, döşəmə üzərində olan traktor təmir etmək üçün istifadə etdiyi metal aləti (mantirovkanı) götürüb otağa daxil olduqda Yaşa İbişovun yerdə Şahid3 üzərində uzanıb onunla zorla cinsi əlaqədə olmaq məqsədi ilə sonuncunun əynindəki şalvarı çıxartmağa çalışdığını görüb arxadan Yaşa İbişova yaxınlaşıb ilk olaraq sol əli ilə onun çiynindən yapışıb onu Şahid3 kənarlaşdırmaq istəmiş, Yaşa İbişov geri dönüb onu geri itələyib yenidən öz hərəkətlərinə davam etmiş, o, yenidən eyni qaydada X34 Mahmudovadan aralamaq istəyərkən Yaşa İbişov onun əlindəki metal aləti görsə də, yenə də hərəkətlərini davam etmiş, bundan sonra o, Yaşa İbişovu səsləyib yenidən əməllərinə son qoymasını tələb edib əlindəki metal aləti yuxarı qaldırıb onu vuracağını dedikdən sonra Yaşa İbişov başını yarı geri döndərib “biz qardaşıq” deyib onun üzərinə hücum edərkən o, X29 Mahmudovaya qarşı etdiyi hərəkətlərdən bərk qəzəbləndiyindən onu öldürmək qərarına gəlib Yaşa İbişov yerdə olarkən, əlindəki metal alətlə Yaşa İbişovun başının arxa nahiyəsinə bir dəfə zərbə endirmiş, Yaşa İbişov zərbənin təsirindən yerə yıxılmış, bu zaman Şahid3 əynindəki şalvarını yuxarı çəkib qaçaraq otaqdan çıxmış, Yaşa İbişov yerə yıxıldıqdan az müddət sonra yenidən qalxıb onun üzərinə hücum etmək istədikdə əlindəki həmin alətlə boyun və sifət nahiyəsinə bir neçə dəfə də zərbə endirmiş, bundan sonra Yaşa İbişov yenidən qalxıb üzərinə gəlmək istəyəndə bu dəfə həmin metal alətlə onun sinə nahiyəsinə bir dəfə zərbə endirərək sonuncuya həyat üçün təhlükəli olan xəsarətləri yetirməklə Yaşa İbişovu qəsdən qısqanclıq zəminində öldürmüşdür. Həmçinin işdə olan məhkəmə psixoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində situasiya ilə əlaqədar hirslilik, qəzəb yaranmış və hadisə zamanı emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Qeyd olunan müəyyən edilmiş hallara əsasən “Yaşa İbişov hadisə zamanı sərxoş olmaqla özünü əxlaqlı idarə edə bilməmiş, Təqsirləndirilən şəxs yanında belə Şahid3 qarşı seksual xarakterli hərəkətlər etməyə başlayıb onunla cinsi əlaqədə olmağa cəhd etmiş və Təqsirləndirilən şəxs bunun qarşısını almağa çalışsa da, Yaşa İbişov yenə də hərəkətlərini davam etdirmiş, həmin vaxt Təqsirləndirilən şəxs Yaşa İbişovu səsləyib hərəkətlərinə son qoymasını tələb edib əlindəki metal aləti yuxarı qaldırıb onu vuracağını dedikdən sonra Yaşa İbişov başını yarı geri döndərib “biz qardaşıq” deyib onun üzərinə gəlməsi anında Təqsirləndirilən şəxs əlindəki metal alətlə Yaşa İbişovun baş nahiyəsinə vurmuş, sonuncu yerə yıxılmış və az sonra qalxıb Təqsirləndirilən şəxs üzərinə gələrkən Təqsirləndirilən şəxs əlindəki metal alətlə Yaşa İbişovun boyun və sifət nahiyəsinə bir neçə dəfə zərbə endirmiş, bundan sonra da Yaşa İbişov yenidən qalxıb onun üzərinə gəlmək istəyərkən bu dəfə həmin metal alətlə onun sinə nahiyəsinə bir dəfə zərbə endirib sonuncuya həyat üçün təhlükəli olan xəsarətlər yetirmişdir” ki, bütün bu hallar (o cümlədən Təqsirləndirilən şəxs əlindəki metal alətələ Yaşa İbişovu vurmazdan əvvəl, əli ilə onu Şahid3 aralaşdırmağa çalışması, sonra aralarında dialoqun olması, yəni onun Yaşa İbişovu səsləyib əməllərinə son qoymasını tələb edib əlindəki metal aləti yuxarı qaldırıb onu vuracağını deməsi, Yaşa İbişov da ona “biz qardaşıq” deyib onun üzərinə gəlməsi və bunun müəyyən vaxt kəsiyində baş verməsi, bundan sonra isə onda Yaşa İbişovu öldürmək hissinin qəti olaraq yaranması) Təqsirləndirilən şəxs Yaşa İbişovu öldürmək hissinin dərhal əmələ gəlməsini yox, müəyyən müddətdən sonra onu öldürmək hissinin yaranmasını və bunu həyata keçirməsini tam təsdiq edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli güclü ruhi həyəcan vəziyyətində qəsdən adam öldürmə kimi deyil, qısqanclıq zəminində qəsdən adam öldürmə kimi qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə müdafiə tərəfinin Təqsirləndirilən şəxs güclü ruhi həyəcan vəziyyətində qəsdən adam öldürmə cinayəti törətməsinə dair dəlili əsassız hesab edir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətlərin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs qəsdən adam öldürməsi əməlinin tövsifi ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsinə görə qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmədən ibarətdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" 12 dekabr 2002-ci il tarixli Qərarının 2, 3 və 4-cü bəndlərində izah edilir ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bilər. Qəsdən adam öldürmədə təqsirkarın niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəlmiş olur, burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn, həyat üçün mühüm orqana xəsarət yetirməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb, habelə məhkəmədə tədqiq olunmuş sübutlara, o cümlədən məhkəmədə dindirilmiş şəxslərin ifadələri, ekspert rəyləri, maddi sübutlar, məhkəmədə elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materiallarına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 29 oktyabr 2024-cü il tarixdə, saat 22 radələrində yaşadığı evdə arvadı Şahid3 qarşı X2 xarakterli hərəkətlər etməyə başlayıb onunla cinsi əlaqədə olmağa çalışarkən arxadan Yaşa İbişova yaxınlaşıb ilk olaraq sol əli ilə onun çiynindən yapışıb onu Şahid3 kənarlaşdırmaq istəmiş, Yaşa İbişov geri dönərək onu geri itələyib yenidən öz hərəkətlərinə davam etmiş, o, yenidən eyni qaydada X34 Mahmudovadan aralamaq istəyərkən Yaşa İbişov onun əlindəki metal aləti görmüş və yenə də hərəkətini davam etdirmiş, daha sonra o, Yaşa İbişovu səsləyib yenidən əməllərinə son qoymasını tələb etmiş və sağ əlindəki metal aləti yuxarı qaldıraraq onu vuracağını demiş, bundan sonra Yaşa İbişov başını yarı geri döndərib “biz qardaşıq” deyib onun üzərinə hücum edəndə X29 Mahmudovaya qarşı etdiyi hərəkətlərə bərk qəzəbləndiyindən onu öldürmək qərarına gələrək Yaşa İbişov yerdə olarkən, sağ əlində tutduğu metal alətlə başının arxa nahiyəsinə bir dəfə zərbə endirmiş, Yaşa İbişov zərbənin təsirindən yerə yıxılmış, bu zaman Şahid3 şalvarını yuxarıya doğru çəkib qaçaraq otaqdan çıxmış, Yaşa İbişov yerə yıxıldıqdan az müddət sonra yenidən qalxıb onun üzərinə hücum etmək istədikdə sağ əlində tutduğu həmin alətlə boyun və sifət nahiyəsinə bir neçə dəfə də zərbə endirmiş, bundan sonra Yaşa İbişov yenidən qalxıb üzərinə gəlmək istəyəndə bu dəfə həmin metal alətlə onun sinə nahiyəsinə bir dəfə zərbə endirərək sonuncuya həyat üçün təhlükəli olan və sağlamlığa ağır zərər vurmaya aid xəsarətləri yetirməklə Yaşa İbişovu qəsdən qısqanclıq zəminində öldürmüş, habelə 30 oktyabr 2024-cü il tarixdə, gecə saatlarında Yaşa İbişovu qəsdən öldürdükdən sonra sonuncunun meyitini xalçaya bükmüş, daha sonra əsəblərini sakitləşdirmək məqsədi ilə meyitinin bükülü olduğu xalçanın üzərinə sidik ifraz etməklə qəsdən meyit üzərində təhqiredici hərəkət etmişdir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətlərin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. İşdə olan, Füzuli Rayon Məhkəməsinin 08 noyabr 2024-cü il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 07 noyabr 2024-cü il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan, Füzuli RİH başçısının Horadiz kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 18 dekabr 2024-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Füzuli rayonunun Horadiz kəndində qeydiyyatında olmaqla faktiki olaraq Füzuli rayonunun Qayıdış-1 qəsəbəsi, ev 166-da yaşamış və yaşadığı yer üzrə müsbət (pis vərdişlərdən uzaq olmaqla yaşadığı ərazi sakinlərinin hörmətini qazınmış və icra nümayəndəliyinə ondan şikayət daxil olmamışdır) xarakterizə olunur. İşdə olan, Füzuli RİH başçısının Horadiz kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 18 dekabr 2024-cü il tarixli arayışla müəyyən edilir ki, Təqsirləndirilən şəxs evlidir və himayəsində xx.xx.2013-cü il təvəllüdlü X16, xx.xx.2014-cü il təvəllüdlü X6, xx.xx.2015ci il təvəllüdlü X14, xx.xx.2017-ci il təvəllüdlü X17 və xx.xx.2024-cü il təvəllüdlüı X11 vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində beş azyaşlı uşağın olması CM-nin 59.1.4-cü maddəsinə, habelə cinayətin zərərçəkmiş şəxsin əxlaqsız hərəkətlərinin (zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsin arvadına qarşı seksual xarakterli hərəkətlər edib zorlamaya cəhd etməsi) təsiri altında törədilməsi həmin Məcəllənin 59.1.8-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallardır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar (CM-nin 61-ci maddəsində göstərilən yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Həmçinin işdə olan, Füzuli RİH başçısının Mirzəcamallı kənd İƏD üzrə Nümayəndəliyindən verilmiş 18 dekabr 2024-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən edilir ki, zərərçəkmiş şəxsi, 17 iyun 1977-ci il təvəllüdlü X5 olmuş və Füzuli rayonun Seyidmahmudlu kəndində qeydiyyatda olmaqla Füzuli rayonun Qayıdış qəsəbəsində yaşamış və yaşadığı yer üzrə qənaətbəxş xarakterizə olunmuşdur. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-in 120.1 və 245-ci maddələri ilə tövsif edilmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı kifayət qədər əsaslı hesab edir və CM-in 120.1 və 245-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəza həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Habelə təqsirkarın törətmiş olduğu cinayətlərin xarakteri, eləcə də işin halları, o cümlədən cinayətin zərərçəkmiş şəxsin əxlaqsız hərəkətlərinin təsiri altında törədilməsini məhkəmə nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının müddəti aşağı həddə yaxın həddə təyin edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə CM-in bir neçə maddəsi ilə təqsirli bilindiyi üçün ona həmin Məcəllənin 66.3-cü maddəsi tətbiq edilərək təyin edilmiş cəzalar qismən toplanılmaqla cinayətlərin məcmusu üzrə qəti olaraq azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə CM-in bir neçə maddəsi ilə təqsirli bilindiyi üçün ona həmin Məcəllənin 66.3-cü maddəsi tətbiq edilərək təyin edilmiş cəzalar qismən toplanılmaqla cinayətlərin məcmusu üzrə cəza təyin edilməli, habelə məhkəmə, təqsirləndirilən şəxsin cinayəti zərərçəkmiş şəxsin əxlaqsız hərəkətlərinin təsiri altında törədilməsini CM-nin 59.1.8-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qəbul edib, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, cəza təyini zamanı həmin Məcəllənin 60cı maddəsinin müddəalarının tətbiq edilməsi üçün əsaslar vardır. Azərbaycan Respublikası CM-nin 60.1-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Beləliklə, məhkəmə hesab edir ki, CM-nin 60.1-cı maddəsinin müddəaları tətbiq edilərək cəza təyin edilərkən Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın həddi ittiham olunduğu CM-nin 120.1 və 245-ci maddələri üzrə müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin dörddə üçündən çox olmamalıdır. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını CM-in 56.1.3cü maddəsinə əsasən (xüsusilə ağır cinayətlər törətdiyinə görə ilk dəfə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxslər üçün) ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 07 noyabr 2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 132.1.1 və 132.1.7-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Füzuli rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan bir ədəd texniki vasitə olan metal alət (mantirovka), iki ədəd çınqıl parçası, kül qırıntıları, üzərində qanabənzər ləkələr olan bir ədəd süfrə hissəsi, zərərçəkmiş şəxs Yaşa İbişova məxsus olmuş bir ədəd bel kəməri, bir ədəd cins şalvar, bir ədəd uzunqol jaket, bir ədəd qısaqol köynək, bir ədəd mayka, bir ədəd tuman, bir cüt corab, tük nümunələri və dırnaq nümunələri, bir ədəd yanmış mobil telefon qurğusu, Təqsirləndirilən şəxs məxsus bir ədəd idman şalvarı, bir ədəd qısaqol köynək və bir cüt çəkələk hökm qanuni quvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübutlar olan və cinayət işinə əlavə edilmiş, istintaq hərəkətləri ilə bağlı aparılmış videoçəkilişlərin yazıldığı yeddi ədəd CD disklər və telefon danışıqları yazılmış bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərcləri-346 (üç yüz qırx altı) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülməlidir. İş üzrə mülki iddia verilməmiş, maddi ziyan yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 və 245ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzası və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 245-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsi tətbiq edilərək təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 07 noyabr 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutar olan və Füzuli rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan 1 (bir) ədəd texniki vasitə olan metal alət (mantirovka), 2 (iki) ədəd çınqıl parçası, kül qırıntıları, üzərində qanabənzər ləkələr olan 1 (bir) ədəd süfrə hissəsi, zərərçəkmiş şəxs X21 məxsus olmuş 1 (bir) ədəd bel kəməri, 1 (bir) ədəd cins şalvar, 1 (bir) ədəd uzunqol jaket, 1 (bir) ədəd qısaqol köynək, 1 (bir) ədəd mayka, 1 (bir) ədəd tuman, 1 (bir) cüt corab, tük nümunələri və dırnaq nümunələri, 1 (bir) ədəd yanmış mobil telefon qurğusu, Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd idman şalvarı, 1 (bir) ədəd qısaqol köynək və 1 (bir) cüt çəkələk hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübutlar olan və cinayət işinə əlavə edilmiş, istintaq hərəkətləri ilə bağlı aparılmış videoçəkilişlərin yazıldığı 7 (yeddi) ədəd CD disklər və telefon danışıqları yazılmış 1 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərcləri-346 (üç yüz qırx altı) manat məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-271/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-271/2025
21.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver