Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-272/2022 04.11.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri - Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən), Nəbiyev Cəlil Cabbar oğlu və Musayev Aqil Əlisa oğlundan ibarət tərkibdə, Ağayev Elmar Sakit oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi uzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə 30 avqust 1991-ci ildə Lənkəran rayonu Kərgəlan kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 9 sentyabr 2022-ci il tarixli hökmü ilə CM-nin 177.2.3-1 və 29, 177.2.3-1ci maddələrilə təqsirli bilinib 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həbs olunanadək Lənkəran rayonu Kərgəlan kəndində qeydiyyatında olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2020-ci ilin oktyabr ayında Lənkəran rayonu ərazisində müəyyən edilməmiş vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq 4 (dörd) ədəd gümüşü rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,5 qr, 0,747 qr, 0,263 qr, və 0,254 qr olmaqla, ümumi təmiz çəkisi 2,764 qram olub külli miqdar təşkil edən, tiryəkdən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroini əldə edib, üzərində saxlayaraq daşımış və onları 19 oktyabr 2020-ci il tarixdə yaşadığı Lənkəran rayonu, Darquba kəndində həmkəndlisi olan tanışı Şahid1 30 manat pul müqabilində satmış, sonuncu həmin tarixdə saat 15 radələrində onun məlumatı olmadan qeyd olunan narkotik vasitə heroinin 1,5 qram və 0,747 qram hissəsini həmkəndlisi X1 ağır cinayət törətməkdə ittiham olunması ilə bağlı süni ittiham sübutları yaratmaqla cinayət edilməsi haqqında müvafiq dövlət orqanına bilə-bilə yalan xəbərçilik etməyi əvvəlcədən razılaşdığı qeyri-rəsmi münasibət saxladığı X2 verib, qalan 0,263 qram, və 0,254 qram hissəsini satış məqsədi olmadan üzərində saxlayaraq daşımış, Günay Əliyeva üzərində saxladığı bükümləri 20 oktyabr 2020-ci il tarixdə saat 15 radələrində Orxan Rəhimzadənin idarə etdiyi “Hyundai Elantra” markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobildə Lənkəran şəhərində gəzişərkən ağır cinayət törətməkdə ifşa olunması üçün Orxan Rəhimzadədən xəbərsiz avtomobilin sol arxa oturacağının ayaqaltı hissəsində gizlətmiş, bu barədə əməliyyat məlumatları almış DİN-nin BNMİ-nin X3 Şöbəsinin əməkdaşları tərəfindən həmin gün saat 18 radələrində keçirilmiş əməliyyat tədbiri zamanı ondan alınan narkotik vasitə heroinin 1,5 qram və 0,747 qram, cəmi 2,247 qramı regional şöbənin inzibati binasında “Hyundai Elantra” markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin sol arxa oturacağının ayaqaltı hissəsindən 2 ədəd bükümdə aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davamı olaraq qalan 0,263 qr və 0,254 qr, cəmi 0,517 qramı isə Şahid1 üzərində şəxsi axtarış aparılarkən əynində olmuş şalvarın sağ yan cibindən 2 bükümdə aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şahid1 tanıyır, onun həmkəndlisidir. 18 oktyabr 2020-ci ildə saat 12 -13 radələrində Elvinlə Lənkəran rayonu Darquba kəndində yerləşən «Armudluq» yeməkxanasında yemək yeyərkən Elvin ondan öz istifadəsi üçün narkotik istəmiş, o, Elvindən 20 manat alaraq Lənkəran şəhərində Cəsarət adlı şəxsdən 4 “çet” heroin almışdır. Heroinin 2 bükümünü özünə 2 bükümünü isə Elvinə almışdır. Səhərisi gün -19 oktybar 2020-ci il tarixdə Elvinlə Lənkəran rayonu Kərgəlan kəndində görüşmüş və yenidən Darquba kəndinin ərazisində olan «Armudluq» restoranına getmişlər. Sonradan Elvin tanışı olan Günay adlı qızı çağırmışdır. Bir neçə dəqiqədən sonra Günay gəlib çıxmış, heroini Elvinə vermiş, həmin vaxt onun yanında Günay da olmuşdur. Elvinlə Günay başqa otağa keçib narkotikdən istifadə etmişlər. Özü isə oradan çıxıb getmişdir. Təqsirləndirilən şəxs əlavə olaraq ifadəsində göstərmişdir ki, Günayla əvvəllər heç bir tanışlığı olmamışdır. Cəsarət adlı şəxsdən əvvəllər öz istifadəsi üçün narkotik almışdır. Elvin xahiş etdiyi üçün ona narkotik alıb vermiş, bundan başqa heç kimə narkotik satmamışdır. Narkotiki aldığı şəxsi üzdən tanıyır, onun yaşadığı yeri bilmir. Günayın və Elvinin narkotiki Orxan adlı şəxsin maşınına qoyub tutdurmaq istmələrindən məlumatı olmamışdır. Özünü yalnız narkotik istifadəçisi kimi təqsirli bilir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməlini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməli özünün qismən etirafedici ifadəsi ilə yanaşı, məhkəmə baxışı zamanı şahidlərin ifadələri, tədqiq olunmuş ekspertizanın rəyləri, cinayət işində olan istintaq sənədləri və protokolları, maddi sübutlar və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, 19 oktyabr 2020-ci il tarixdə səhər saatlarında tanışı Şahid1 narkotik istəmiş, o, da həmin narkotiki Lənkəran rayonu Kərgəlan kənd sakini olan Orxan Rəhimzadə ilə ilə tanış olub onun maşınına qoyduqdan sonra zəng edib bu barədə polis əməkdaşlarına məlumat verəcəkmiş. Elvin də onunla razılaşmışdır. Həmin gün onlar Lənkəran rayonu Darquba kəndində yerləşən Armudlu restoranında olan zaman Elvin tanışı olan Eyvaza zəng edib ondan narkotik istəmişdir. Bir müddətdən sonra Eyvaz həmin gün Armudlu restoranına gəlib orada onun yanında əyləşdikləri otaqda dörd bükümdə narkotik vasitə olan heroini Elvinə vermişdir. Bunun müqabilində Elvin Eyvaza 30 manat pul vermişdir. Sonra Eyvaz çıxıb getmişdir. Elvin də ona iki büküm heroin vermişdir ki, həmin heroinləri tanış olacağı Orxan Rəhimzadənin onun maşınına qoysun. 20 oktyabr 2020-ci il tarixdə o, Orxan ilə Lənkəran şəhərində görüşmüş və Elvinin ona verdiyi həmin iki bükümdə narkotiki Orxanın idarə etdiyi «Hunday» markalı **-RR-*** dövlət qeydiyyat nömrə nişanlı maşının arxa sol ayaqaltısında qoymuş, sonra isə özü bu barədə polis əməkdaşlarına zəng edib məlumat vermişdir. Daha sonra onlar Lənkəran Hava limanı yolunda polis əməkdaşları tərəfindən saxlanılmış və DİN-in Baş Narkotiklərlə Mübarizə idarəsinin Cənub Regional şöbəsinə aparılmışlar. Elvində onun şəkilləri olduğu üçün Elvin ona hədə qorxu gəlmişdir. Elvinə 1000 manat pul borcu olduğu üçün onun təklifini qəbul etmiş və Elvin, gördüyü işin müqabilində ondan 1000 manat pulu almayacağını bildirmişdir. Sonra o, və Elvin polis əməkdaşları tərəfindən saxlanılmış və cinayət məsuliyyətinə cəlb olunmuşlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Günayı və Eyvazı tanıyır. Günay həmişə ehtiyacı olanda ondan borca pul alırdı. Sonuncu dəfə Günaya müalicəsi üçün 1000 mana pul vermişdir. Orxanın atası Zahidlə Lənkəran bazarında işləyərkən tanış olmuşdur. Zahidlə aralarında mübahisə olmuş, buna görə də ondan əvəz çıxmaq üçün Zahidin oğlu Orxanı Günay vasitəsi ilə şərləmək istəmişdir. Bu məqsədlə 19 oktyabr 2020-ci il tarixdə Eyvazla Lənkəran rayonu Kərgəlan kəndində görüşmüş və Darquba kəndinin ərazisində olan «Armudluq» restoranda Eyvazdan 20 manata heroin alıb Günaya vermişdir ki, Orxanın maşınına qoysun, sonra polisə məlumat versin. Günay da onunla razılaşmışdır. Eyvazdan aldığı narkotikin 2 «çet»ini Günaya vermiş, 2 «çet»ini isə özündə saxlamışdır. X6 Armudlu restoranında görüşüb narkotiki onun maşınına qoymuş, sonra bu barədə polisə məlumat vermişdir. Daha sonra özü və Günay polis əməkdaşları tərəfindən saxlınlmış və cinayət məsuliyyətinə cəlb olunmuşlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin CBRŞ-nin polis nəfəri Şahid4 Qalib oğlu ifadəsində göstərmişdir ki, 18 oktyabr 2020-ci il tarixdə saat 14 radələrində polis əməkdaşı Əmrah Fikrətoğlunun ilə birlikdə Lənkəran rayonu Darquba kəndinin ərazisində “Armudluq” restoranın yaxınlığna gəlmişlər. Orada adını sonradan bildiyi Günay Orxan adlı tanışının onun yanında bir neçə dəfə heroindən istifadə etdiyini, Orxanın ona da heroin təklif etdiyini, Orxanın istifadə etdiyi heroini ya maşınında, ya da cibində saxladığını və Orxanla görüşdükdə bu barədə onlara əlavə məlumat verəcəyini bildirmişdir. 20 oktyabr 2020-ci il tarixdə saat 16 radələrində Günayın zəngi ilə “Armudluq” restoranına gəlmişlər. Restorandan Günayı və Orxanı sonuncunun idarə etdiyi maşını ilə Baş Narkotiklə mübarizə idarəsinin CBRŞ-nin inzibati binasının həyətinə gətirmişlər.Orxanın idarə etdiyi «Hyundai Elantra» markalı **-RR-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı Günay maşının arxa sol oturacağın ayağaltı hissəsində bir bükümdə salfet kağızda heroini təqdim etmiş və bildirmiş ki, narkotiki ona Elvin adlı Kərgəlan kənd sakini maşına qoymaq üçün vermiş, həmin bükümləri özündə saxlamış, Orxanla görüşdükdə həmin iki ədəd bükümü maşına özü qoymuş, bükümləri maşına qoyduqda sürücü Orxan bunu görməmişdir. Həmin maddələri maşına qoymağa görə Elvin ona heçnə təklif etməmişdir. Sürücü Orxanı tanımır, Elvin ona istiqamət vermişdir. Sonra avtomobildən aşkar edilərək götürülmüş iki ədəd bükümdə heroin elektron tərəzidə çəkildikdə 3,44 qram olmuşdur. Bundan başqa o, ifadəsində əlavə olaraq göstərmişdir ki, 20 oktyabr 2020-ci il tarixdə saat 20 radələrində Elvinin üzərində axtarış aparılmış və onun şalvarının sol yan cibindən bir ədəd «Samsung» markalı telefon, şalvarının sağ yan cibindən bir ədəd salfet bükümdə heroin, şalvarının arxa sağ cibindən özünün və Günay Əliyevanın şəxsiyyət vəsiqələrini təqdim etmişdir. Məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizanın 21 oktyabr 2020-ci il tarixli, 19/577 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Orxan Rəhimzadənin idarə etdiyi Hyundai markalı avtomobildən götürülüb təqdim etdiyi 02 bükümdə narkotik vasitə heroinə bənzər kütlələr...” sözlər və imzalar olan bir ədəd zərfdəki iki ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri -1,5 qram; -0,747 qram; ümumi təmiz çəkisi – 2,247 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər və onlar kimyəvi tərkiblərinə görə bir-biri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərində “vət. Şahid1 təqdim etdiyi 02 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə...” sözlər və imzalar olan bir ədəd zərfdəki iki ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri -0,263 qram; -0,254 qram; ümumi təmiz çəkisi -0,517 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər və onlar kimyəvi tərkiblərinə görə bir-biri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş iki ədəd zərfdəki ümumi sayı dörd ədəd bükümklərdə olan heroinlər kimyəvi tərkibinə görə bir-biriləri ilə eynidirlər. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” in siyahısına daxildir. Məhkəmədə tədqiq edilmiş ambulator-narkoloji ekspertizanın 02 avqust 2021-ci il tarixli, 790 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan məddalərdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan əməliyyat tapşırığının cavabından görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid1 narkotik vasitəni həmkəndlisi Təqsirləndirilən şəxs əldə etməsi müəyyən edilmişdir. İş materiallarında olan 14 iyul 2021-ci il tarixli, 674 saylı məktubdan görünür ki, Əhmədov X4 Şəhər Narkoloji Xəstəxanasında qeydiyyatda deyil. İş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin 2 avqust 2021-ci il tarixli hökmündən görünür ki, Şahid1 CM-nin 234.1 və 296.2-ci maddələri ilə təqsirli bilinib qəti olaraq 2 il 4 ay 2 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. X5 CM-nin 234.1 və 296.2-ci maddələri ilə təqsirli bilinib qəti olaraq 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində həmin Məcəllənin 79-cu maddəsi tətdiq olunmaqla təyin olunmuş cəzanın çəkilməsi himayəsində olan azyaşlı qızı 14 yaşınadək çatanadək - 22 avqust 2029-cu il tarixədək təxirə salınmışdır. Bakı şəhəri,Yasamal Rayon Məhkəməsinin 9 sentyabr 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 177.2.3-1 və 29,177.2.3-1-ci maddələri ilə təqsirli bilinib 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin hökmdən bu günədək apellyasiya şikayəti və ya protesti verilməmiş, hazırda hökm qanuni qüvvəyə minmişdir. 1 mart 2022-ci il tarixli «sübutların qiymətləndirilməsi haqqında» qərarın 2-ci bəndinə əsasən 2, 564 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Lənkəran ŞRPŞ-yə təhvil verilmişdir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxslərə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən beynəlxalq adı olan heroin narkotik vasitədir. Heroinin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə külli miqdar hesab olunur. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs külli miqdarda heroini Şahid1 satması özünün səmimi etirafı ilə yanaşı, şahidlərin ifadələri və məhkəmədə tədqiq olunmuş sübutlarla tam təsdiq olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmiş və onun bu əməli düzgün tövsif edilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs CM-nin qeyd olunan maddələri ilə təqsirli bilinərək, ona həmin maddələrdə müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. 31 iyul 2021-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayət törətməsində şübhəli şəxs qismində tutulmuş, 1 avqust 2021-ci il tarixdə CM-nin 234.4.3cü maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin gün barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs məhkəmədən gizləndiyi üçün 4 aprel 2022-ci il taridə axtarışı elan olunmaqla barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmiş, qərarın surəti icra olunması üçün Lənkəran ŞRPŞ-yə gödərilmiş və işin icraatı CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Lənkəran Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş 13 iyun 2022-ci il tarixli Lənkəran ŞRPŞ-nın məktubundan görünür ki, Təqsirləndirilən şəxs 7 iyun 2022-ci il tarixdə həbs edilmiş və həmin gün işin icraatı təzələnmişdir. İş materiallarında olan məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Lənkəran ŞRİH-nin Kərgəlan kənd ərazi dairəsi üzrə nümayəndəsinin 1 mart 2022-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrə meyillidir, qohumları ilə normal münasibətdə olmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etmədi. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad etmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 234.4.1 və 234.4.3-cü maddələri “ağır” cinayətlər kateqoriyasına aiddir, həmin maddələrdə beş idən on iki ilədək azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlər nəticəsində əhalinin sağlamlığına ciddi zərər vurulur. Təqsirləndirilən şəxs törətdiyi əməlin ictimai təhlükəli olduğunu dərk etmiş, onların ictimai təhlükəli nəticələrini görmüş və bunları arzu etmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailələsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzası təyin edilməli və həmin cəza çəkilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, Bakı şəhəri,Yasamal Rayon Məhkməsinin 9 sentyabr 2022-ci il tarixli hökmü ilə ona təyin olunmuş 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona cinayətlərin məcmusu üzrə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Təqsirləndirilən şəxs 31 iyul 2021-ci il tarixdən 01 avqust 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 1 (bir) gün müddət ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxslərin həbsdə saxlanıldıqları müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin əvvəli 7 iyun 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 2,564 qram narkotik vasitə heroinin Lənkəran Rayon Məhkəməsinin 2 avqust 2021-ci il tarixli hökmü ilə məhv olunması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji xəstəxanasında qeydiyyatda alınmalıdır. İş üzrə məhkəmə xərcləri və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, Bakı şəhəri,Yasamal Rayon Məhkməsinin 9 sentyabr 2022-ci il tarixli hökmü ilə ona təyin olunmuş 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin olunmuş 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona cinayətlərin məcmusu üzrə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 31 iyul 2021-ci il tarixdən 01 avqust 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 1 (bir) gün müddət ona təyin olunmuş 6 (altı) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 6 (altı) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təyin olunmuş azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu vaxtdan - 7 iyun 2022-ci ildən hesablansın. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji xəstəxanasında qeydiyyatda alınsın. Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən maddi sübut kimi tanınmış və Lənkəran ŞRPŞ-də saxlanılmış 04 ədəd bükümdə, xalis çəkisi 2,564 qram narkotik vasitə olan heroinin Lənkəran Rayon Məhkəməsinin 2 avqust 2021-ci il tarixli hökmü ilə məhv olunması nəzərə alınsın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Müşfiq Məmmədov
Məhkəmə qərarları › İş №1(099)-272/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-272/2022
04.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver