Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-272/2024 06.02.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Pokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxx 1991-ci ildə Salyan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşamış, barəsində 21 avqust 2023-ci ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanunsuz yolla qazanc əldə etmək üçün qanunsuz olaraq satış məqsədi ilə külli miqdar təşkil edən, 5 ədəd ayrı-ayrı polietilen kəsiyi bükümlərində, ümumi təmiz çəkisi 3,315 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,642 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib yerini dəyişməklə üzərində saxlayıb daşıyaraq 18 avqust 2023-cü ildə, saat 23 radələrində Salyan şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən 104 saylı peşə litseyin yataqxanasında yaşayan Şahid2 yaşadığı mənzildə 220 manat müqabilində qanunsuz olaraq satmış, sonuncu avqustun 19-da Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 5 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən tanışı Şahid1 sifarişi ilə Təqsirləndirilən şəxs əldə etdiyi həmin külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini Şahid1 üçün cəzaçəkmə müəssisəsinə göndəriləcək sovqatın içərisində olan bir ədəd şirin bibər tərəvəz məhsulunun arxa hissəsini xüsusi üsulla deşərək 5 ədəd heroin və 1 ədəd metamfetamin bükümlərini orada yerləşdirib digər meyvə-tərəvəz məhsullarının arasında gizlədərək 2 ədəd sovqat bağlaması hazırlayıb həmin tarixdə saat 12 radələrində yaşadığı yataqxananın yanında 5 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, ögey qardaşı X1 aparan X4 həmin bağlamaları verib taksi avtomaşını ilə Salyan rayonunun Xalac kəndi ərazisində yerləşən 5 saylı Cəzaçəkmə müəssisəsinə yola salmış, həmin gün saat 13:30 radələrində 5 saylı Cəzaçəkmə müəssisəsində Yüksəl Dəmirovun gətirdiyi sovqat bağlamalarına xüsusi ayrılmış otaqda cəzaçəkmə müəssisəsinin əməkdaşları tərəfindən keçirilmiş baxış zamanı şirin bibər tərəvəz məhsulunun içərisində gizlədilmiş, yuxarıda qeyd edilən növlərdə və çəkilərdə olan narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək məhkəməyədək icraat zamanı verdiyi ifadələrini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, 2021-ci ildə Salyan rayon məhkəməsinin hökmünə əsasən CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 7 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 5 ay vaxtından əvvəl cəzadan azad edilmiş, azadlığa çıxandan sonra onunla birlikdə 5 saylı cəzaçəkmə müəssisəsində cəza çəkmiş, rayon sakini Şahid1 avqust ayının ortalarında ona zəng edərək tanışı Şahid2 adlı qadına bir qədər narkotik və psixotrop maddə əldə edib sonuncuya verməsini xahiş etmiş, əvvəlcə razı olmasa da Talehin təkidli xahişindən sonra avqustun 18-də Baharla Salyan şəhərində “Sevinc” şadlıq sarayının yanında görüşüb ondan 220 manat pul götürərək Bakı şəhəri, Sahil qəsəbəsinə gedib üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 150 manat pulun müqabilində sonuncudan 5 ədəd bükümdə heroin və 1 ədəd bükümdə metamfetamin alaraq gətirib həmin günü Bahara vermiş, Baharın həmin heroini və metamfetamini Taleh üçün cəzaçəkmə müəssisəsinə göndərəcəyindən onun əvvəlcədən məlumatı olmamış, sonradan xəbəri olmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 və Şahid1 da istintaq zamanı verdikləri ifadələrini təsdiq etməklə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərilən xüsusatlara uyğun ifadələr vermişlər. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan “baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan görünür ki, 2023-cü ilin avqust ayının 19-da Ədliyyə Nazirliyinin 5 saylı Cəzaçəkmə müəssisəsində X3 həmin cəzaçəkmə müəssisəsinə gətirdiyi sovqat bağlamalarına özünün və hal şahidlərin iştirakı ilə keçirilmiş baxış zamanı şirin bibər tərəvəz məhsulunun içərisində xüsusi üsulla gizlədilmiş narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə oxşar cəmi 6 ədəd büküm aşkar edilərək götürülmüşdür. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 18/825 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Hal şahidləri: Şübhəli: /imza var/ X7” sözləri yazılmış kağız paketdəki 1 ədəd kağıza bükülmüş: 1 ədəd kağıza bükülmüş 5 ədəd polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,657 qram, 0,776 qram, 0,676 qram, 0,541 qram və 0,665 qram olmaqla ümumi təmiz çəkisi 3,315 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,642 qram maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 23 avqust 2023-cü il tarixli, 821 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş “Salyan Rayon Mərkəzi Xəstəxanası” X10 arayışından görünür ki, Təqsirləndirilən şəxs “çətənə narkomaniyası” diaqnozu ilə dispanser qeydiyyatında dayanır, digər bir xəstəlik üzrə dispanser qeydiyyatında yoxdur. İş materiallarına əlavə edilmiş Salyan RPŞ-nin məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri və əldə olunmuş məlumatlar nəticəsində 5 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən Şahid1 tanışı Şahid2 mobil telefon nömrəsinə zəng edərək ona sovqat gətirib verilməsi barədə aralarında əvvəlcədən razılıq olması və həmin razılığa əsasən Şahid2 adına olan “Leobank” kart hesabına narkotik vasitə alınması üçün Şahid1 tanışları tərəfindən pul göndərilməsi, o cümlədən Şahid2 göndərilən pulla sonuncunun Salyan şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə alaraq Şahid1 göndəriləcək sovqatın içərisindəki şirin bibər tərəvəzinin içərisində gizlətməsi və həmin sovqatı Salyan rayonu Piratman Gəncəli kənd sakini X7 ilə cəzaçəkmə müəssisəsinə göndərdiyi məlum olmuşdur. Şahid2 əvvəllər məhkum olunmadığı, lakin sakinlər arasında tüfeyli həyat tərzi keçirən, həmçinin narkotik vasitə və psixotrop maddələrdən istifadəyə meyilli şəxs kimi tanınması, o cümlədən sonuncunun 220 manat müqabilində narkotik vasitə və psixotrop maddə aldığı Salyan şəhər sakini Təqsirləndirilən şəxs isə əvvəlki müddətdə analoji cinayət əməlinə görə məhkum olunması və sakinlər arasında narkotik vasitə və psoxotrop maddə istifadəçisi kimi tanınması müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Salyan RPŞ-nə verilmiş əməliyyat tapşırığına alınmış cavabdan görünür ki, keçirilmiş bir sıra əməliyyat-axtarış tədbirləri və əldə olunmuş məlumatlar nəticəsində Təqsirləndirilən şəxs 18 avqust 2023-cü ildə Şahid2 220 manat müqabilində satdığı külli miqdarda narkotik vasitə heroinin və şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetaminin əldə edildiyi mənbənin müəyyən edilməsi mümkün olmamışdır. İş materiallarında olan "xxxx" MMC-nin BKC/LGL-10977/23 nömrəli, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi Azərişıq ASC-nin adına qeydiyyatdadır və 18 avqust 2023-cü ildə həmin telefonun anten dairəsi yalnız Salyan rayonu ərazisində aktiv olmuşdur. İş materiallarında olan Bakcell” MMC-nin BKC/LGL-10977/23 nömrəli, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Şahid1 adına ***-***-**-** mobil telefon nömrəsi mövcuddur, Şahid1 5 saylı cəzaçəkmə müəssisəsindəki +994-21-256-92-91 telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** telefon nömrəsinə xx.xx.2023-cü ildə 2 dəfə cavabsız və xx.xx.2023-cü ildə 2 dəfə cavabsız zənglər etmiş, +994-21-256-93-94 telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**- ** telefon nömrəsinə xx.xx.2023-cü ildə zəng edib 290 saniyə müddətində, +994-21-256- 93-12 telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** telefon nömrəsinə xx.xx.2023-cü ildə zəng edib 8 və 192 saniyə müddətində danışıq aparılmışdır. Həmçinin Şahid1 adına olan və Şahid2 tərəfindən istifadə edilən ***-***-**-** telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadısində olan ***-***-**-** telefon nömrəsi arasında xx.xx.2023-cü ildə 399 saniyə, xx.xx.2023-cü ildə 62 saniyə və 173 saniyə, xx.xx.2023-cü ildə 65 saniyə, 24 saniyə və 78 saniyə müddətində telefon danışıqları olmuşdur. İş materiallarında olan qərardan görünür ki, Təqsirləndirilən şəxs əldə etdiyi və X3 5 saylı cəzaçəkmə müəssisəsinə gətirdiyi sovqatdan aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra xalis qalıq çəkisi 3,265 qram narkotik vasitə heroin və xalis qalıq çəkisi 0,592 qram psixotrop maddə metamfetamin Salyan rayon polis şöbəsində saxlanılır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin məhkəməyədək icraatı zamanı və məhkəmədə verdiyi etirafedici, şahidlərin isə təsdiqedici) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə heroin miqdarına görə “külli miqdar” kimi qiymətləndirilir. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun əməlinə cinayət qanunvericiliyinin tələbləri baxımından hüquqi qiymət verərkən gəldiyi nəticələri, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilir ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin tövsifi məsələsini müzakirə edərək onun hərəkətini Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin dispozisiya şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddə ilə tövsif edilməsini əsaslı sayır. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, eyni zamanda təyin ediləcək cəzanın əvvəlinin onun saxlanıldığı vaxtdan, yəni–19 avqust 2023-cü ildən hesablanmasını əsaslı sayır. Belə ki, iş materiallarında olan Salyan rayon məhkəməsinin 21 avqust 2023-cü il tarixli qərarı ilə həbsetmənin əvvəli 19 avqust 2023-cü ildən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə Salyan rayon məhkəməsinin 08 iyun 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 05 (beş) ay 28 (iyirmi) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və həmin məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 06 (altı) ay 02 (iki) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. İş materiallarına əlavə edilmiş Salyan rayon İcra və Probasiya Şöbəsinin arayışından görünür ki, məhkum Təqsirləndirilən şəxs 19 avqust 2023-cü il tarixə, yəni həbs olunan günə ona təyin olunmuş cəzanın 01 ay 13 gün hissəsini çəkmiş, 04 ay 19 günü isə çəkilməmiş qalmışdır. Azərbaycan Respublikası CM-in 76.6.3-cü maddəsinə əsasən məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 67-ci maddəsinin tələbləri nəzərə alınmaqla cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 67-ci maddəsinin tələbinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Salyan rayon məhkəməsinin 08 iyun 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 06 (altı) ay 02 (iki) günü yeni hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər onlar cəzanı çəkib qurtardıqları gündən sonra iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Hazırda iş üzrə Təqsirləndirilən şəxs məhkumluğu qanunla müəyyən olunmuş qaydada ödənilməmiş şəxs hesab olunur. Təqsirləndirilən şəxs məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-in 18.5-ci maddəsinə əsasən isə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinin tələbinə müvafiq olaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarına əlavə edilmiş 21 oktyabr 2021-ci il tarixli, 3360 saylı arayış və xasiyyətnamədən görünür ki, Rzayev X6 şəhəri, Babazanlı qəsəbəsi, A.Həsənov küçəsi, ev 4-də qeydiyyatda olmaqla valideynləri ilə birgə orada yaşamış və yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun təqsirini səmimi etiraf etməklə əməlindən peşmanlıq keçirməsini və yaşayış yerindən müsbət xarakterizə olunmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s. müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Salyan rayon polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra xalis qalıq çəkisi 3,265 qram narkotik vasitə heroin və 0,592 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, istintaq hərəkətini əks etdirən DVD disk isə cinayət işində saxlanılmalıdır. İş üzrə məhkəmə ekspertiza xərci olan 49 (qırx doqquz) manat 74 qəpik Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 6 (altı) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 76.6.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Salyan rayon məhkəməsinin 06 iyul 2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 06 (altı) ay 02 (iki) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilsin. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən Salyan rayon məhkəməsinin 08 iyun 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 06 (altı) ay 02 (iki) günü hazırki hökm üzrə təyin edilmiş 6 (altı) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni 19 avqust 2023-cü ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi qaydada müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Salyan rayon polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi – 3,265 qram narkotik vasitə heroin və 0,592 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd CD diskdə olan videogörüntü cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertiza xərci olan 49 (qırx doqquz) manat 74 qəpik Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan iyirmi gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Cəlil Nəbiyev
2. Cavid Səfərli
3. Müşfiq Məmmədov