Məhkəmə qərarları › İş №1(099)-273/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-273/2022

25.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-273/2022 25.04.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Məmmədov Müşfiq Vaqif oğlu və Musayev Aqil Əlisa oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Lənkəran rayon hüquq məsləhətxanasının vəkili X2 iştirakı ilə, xx xxxxxx 1984-cü ildə İran İslam Respublikasının Parsabad şəhərində doğulmuş, İİR-ın vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, sürücü işləmiş, İran İslam Respublikası, Ərdəbil şəhəri, Azərbaycan prospekti, Ümid küçəsi, ev 14, mənzil 3də qeydiyyatda olmaqla orada yaşamış, barəsində 27 norabr 2021-ci ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridaxanısnda saxlanılan X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs X13 2021-ci ilin noyabr ayında İran İslam Respublikasının ərazisində digər şəxslərlə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddəni əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmək barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, idarə etdiyi “Scania” markalı, 30E660-10 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə Naxçıvan-Bakı marşrutu üzrə İran İslam Respublikasının ərazisindən tranzit keçməklə Bakı şəhərinə gələrkən qabaqcadan əldə edilmiş ümumi razılığa və cinayətkar niyyətə uyğun olaraq 12 noyabr 2021-ci ildə İran İslam Respublikasının Cəfərabad şəhərində yerləşən yanacaqdoldurma məntəqəsində avtobusu fasilə üçün saxladığı vaxt orada cinayətkar qrupun şəxsiyyəti məlum olmayan üzvündən narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan tərkibində tramadol hidroxlorid güclü təsir edən maddəsinin ümumi təsiredici miqdarı külli miqdarda-11,25 qram təşkil edən 5 konvalyutda “Tamol-X 225” göstəricili 50 ədəd həbi Azərbaycan Respublikasının ərazisində cinayətkar qrupun şəxsiyyəti məlum olmayan üzvünə çatdırmaq üçün və satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, həmin vaxtda yanacaqdoldurma məntəqəsində yerləşən avtoservisdə qeyd edilən 50 ədəd həbin hər birində 10 həb olmaqla 3 konvalyutunu malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə avtobusun alt hissəsində - hava balonu ilə ramanın arasındakı zavod konstruksiyasında nəzərdə tutulmuş boşluqda yapışqanlı lentə sarıyıb yerləşdirməklə və hər birində 10 həb olmaqla 2 konvalyutunu isə yapışqanlı lentlə sarıyıb hava balonunun üzərinə maqnitlə yapışdırmaqla saxlamış, İran İslam Respublikasından Azərbaycan Respublikasına daşıyaraq 12 noyabr 2021-ci ildə, saat 19 radələrində Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar rayonu ərazisində yerləşən “Biləsuvar” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş X7 Azərbaycan Respublikası CM-in 206.3.2 və 240.3.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən, təqsirli bilərək ifadəsində göstərmişdir ki, 12 noyabr 2021-ci ildə “Biləsuvar” gömrük postunda idarə etdiyi “SCANİA” markalı, 30E660-10 dövlət nömrə nişanlı sərnişin avtobusunun yoxlanılması zamanı avtobusun alt hissəsindən aşkar edilərək götürülmüş 5 konvalyutda “Tamol-X 225” göstəricili 50 həb özünə məxsus olmuş, həmin həbləri özünün idarə etdiyi sərnişin avtobusunun altında gizlətmiş, həbləri şəxsi istifadəsi üçün saxlamış, satış məqsədi ilə gətirməmişdir. Himayəsində yaşlı valideynlərinin, arvadının və iki azyaşlı uşaqlarının olmasını, əməlindən peşmançılıq keçirdiyini bildirmiş və məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunun inspektoru vəzifəsinə təhkim edilmiş Şahid1 Qürbət oğlu məhkəməyədək icraatı zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, 12 noyabr 2021-ci ildə, saat 19 radələrində xidmətdə olarkən İran İslam Respublikasının ərazisindən tranzit keçməklə Naxçıvan Muxtar Respublikasından Azərbaycan Respublikasına gələn İran vətəndaşı X8 idarə etdiyi “SCANİA” markalı, 30E660-10 dövlət qeydiyyat nişanlı sərnişin avtobusuna sonuncunun və iki nəfər hal şahidinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı avtobusun alt hissəsində hava balonu ilə ramanın arasındakı zavod konstruksiyasındakı nəzərdə tutulmuş boşluqdan qara rəngli, üzəri yapışqanlı lentlə sarınmış bir ədəd bağlama aşkar edilmiş, həmin bağlama açıldıqda içərisində hər konvalyutunda 10 həb olmaqla 3 konvalyut üzərində “Tamol-X 225” yazısı olan dərman preparatı olduğu məlum olmuş, eləcə də avtobusun alt hissəsində hava balonunun üzərinə maqnitlə yapışdırılaraq qara rəngli üzəri yapışqanlı lentlə sarınmış əlavə bir ədəd bağlama aşkar edilmiş, həmin bağlama açılarkən içərisində hər konvalyutunda 10 həb olmaqla 2 konvalyut üzərində “Tamol-X 225” yazısı olan dərman preparatı olduğu müəyyən olmuş, aşkar edilmiş hər konvalyutunda 10 həb olmaqla ümumilikdə 5 konvalyut, üzərində “Tamol-X 225” yazısı olan dərman preparatı tərəflərindən qablaşdırılaraq götürülmüş, bununla bağlı protokol tərtib edilərək orada iştirak edən şəxlər, o cümlədən Vadoud Valı tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 analoji olaraq digər Şahid1 Qürbət oğlunun ifadəsində göstərilən xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid4 məhkəməyədək icraatı zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, 12 noyabr 2021-ci ildə, saat 19 radələrində Biləsuvar gömrük postunda həmyerlisi Şahid3 ilə İran vətəndaşının idarə etdiyi sərnişin avtobusuna baxış keçirilərkən orada hal şahidi qismində iştirak etmiş, baxış zamanı avtobusun alt hissəsində olan boşluqdan qara rəngli üzəri yapışqanlı lentlə sarınmış iki ədəd bağlama aşkar edilmiş, bağlamalar açıldıqda içərisində 50 ədəd həb olan dərman preparatı olduğu müəyyən olmuş, sonra dərman preparatı qablaşdırılaraq götürülmüş, bununla bağlı protokol tərtib edilərək orada iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan 12 noyabr 2021-ci il tarixli nəqliyyat vasitəsinin yoxlanılması haqqında protokoldan görünür ki, həmin gün saat 19 radələrində İran İslam Respublikasının ərazisindən tranzit keçməklə Azərbaycan Respublikasına ərazisinə daxil olmuş İran İslam Respublikasının vətəndaşı X8 idarə etdiyi “Scania” markalı, 30E660-10 dövlət qeydiyyat nişanlı sərnişin avtobusuna Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin “Biləsuvar” gömrük postunda baxış zamanı nəqliyyat vasitəsinin alt hissəsində - hava balonu ilə ramanın arasındakı zavod konstruksiyasında nəzərdə tutulmuş boşluqda qara rəngli, üzəri yapışqanlı lentlə sarınmış bir bağlamada hər birində 10 həb olmaqla 3 konvalyut və hava balonunun üzərinə maqnitlə yapışdırılmış, üzəri yapışqanlı lentlə sarınmış bir bağlamada hər birində 10 həb olmaqla 2 konvalyut ümumilikdə 5 konvalyutda “Tamol-X 225” göstəricili 50 həb X8 və hal şahidlərinin iştirakı ilə gömrük əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 17 noyabr 2021-ci il tarixli, 6/5091 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində DGK-ə məxsus 206178 №li polietilen paketdə olan beş ədəd konvalyutda 50 ədəd ağ rəngli həbdə üzərindəki göstəriciyə əsasən tramadol hidroxloridin təsir maddəsinin ümumi miqdarı 11,25 qram təşkil edir. Təqdim edilmiş xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. Tramadol hidorxlorid 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı”na (1 nömrəli əlavə) daxildir. Aparılmış tədqiqatdan sonra tramadol həblərinin sayı 48 ədəd olmuşdur. İş materiallarında olan 3 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs X8 12 noyabr 2021-ci ildə idarə etdiyi nəqliyyat vasitəsinin ağ-qırmızı rəngli, “SCANİA” markalı, 30E660-10 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu olduğu, mühərriki və hava yastıqları sönülü olduqda yer səthindən qeyd edilən avtobusun alt hissəsinədək-döşəməsinədək olan məsafənin 26 sm olduğu, sağ və sol yan hissələrdən müvafiq olaraq avtobusun ramasınadək olan məsafənin 84 sm, hava balonunadək məsafənin 103 sm olduğu, həmin avtobusunun hava yastıqları vasitəsi ilə xüsusi düymə ilə müəyyən hündürlüyə qaldırılmasının yalnız mühərriki işə salındıqdan sonra mümkün olduğu, bununla əlaqədar mühərriki və hava yastıqları sönülü olduğu təqdirdə hər hansı bir şəxsin qeyd edilən avtobusun alt hissəsinə daxil olaraq orada hər hər hansı predmeti yerləşdirməsinin mümkün olmadığı, mühərriki işə salınaraq hava yastıqları vasitəsi ilə xüsusi düymə ilə maksimum hündürlüyə qaldırıldıqda yer səthindən həmin avtobusun alt hissəsinədək-döşəməsinədək olan məsafənin 46 sm olduğu, yalnız hər hansı hündürlüyə qaldırıldıqda və ya yalnız mühərriki işə salınaraq hava yastıqları vasitəsi ilə xüsusi düymə ilə maksimum hündürlüyə qaldırıldıqda qeyd edilən avtobusunun alt hissəsinə daxil olmağın mümkün olduğu, ehtiyat təkərinin avtobusun ön alt hissəsinin altında yerləşdirilməklə saxlanıldığı müəyyən edilmişdir. İş materiallarında olan sərhədkeçmə hesabatına baxış keçirilməsi haqqında 18 fevral 2022-ci il tarixli protokoldan görünür ki, İran İslam Respublikası vətəndaşı X13 sonuncu dəfə 12 noyabr 2021-ci il tarixdə, saat 09:57-də idarə etdiyi “Scania” markalı, 30E660-10 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə Culfa sərhəd nəzarət məntəqəsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının ərazisindən İran İslam Respublikasının ərazisinə, həmin tarixdə, saat 18:57-də Biləsuvar sərhəd nəzarət məntəqəsi vasitəsi ilə İran İslam Respublikasının ərazisindən Azərbaycan Respublikasının ərazisinə daxil olmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxs X10 məxsus 01 ədəd “Samsung Galaxy M10” modelli mobil telefona baxış keçirilməsi haqqında 10 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, iş üzrə təqsirləndirilən şəxs şəxs X8 istifadəsində olmuş ***-***- **-** saylı mobil telefon nömrəsində istifadəçi adı “Vedud” kimi qeydiyyatdan keçmiş “Whatsapp” profili ilə ***-***-**-** saylı mobil telefon nömrəsində qeydiyyatdan keçmiş, istifadəçi adı “Azar Kasaa” kimi qeyd edilmiş “Whatsapp” profili arasında aşağıdakı məzmunlu danışıqların olduğu müəyyən edilmişdir: - 11 avqust 2021-ci ildə, saat 18:45 və 19:57-də iş üzrə təqsirləndirilən şəxs X8 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsində istifadəçi adı “Vedud” kimi qeydiyyatdan keçmiş profilindən ***-***-**-** saylı mobil telefon nömrəsində qeydiyyatdan keçmiş, istifadəçi adı “Azar Kasaa” kimi qeyd edilmiş “Whatsapp” profilinə göndərilmiş mesajların məzmunu aşağıdakı kimidir: - İş üzrə təqsirləndirilən şəxs X8 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsində istifadəçi adı “Vedud” kimi qeydiyyatdan keçmiş “Whatsapp” profilindən ***- ***-**-** saylı mobil telefon nömrəsində qeydiyyatdan keçmiş, istifadəçi adı “Azar Kasaa” kimi qeyd edilmiş “Whatsapp” profilinə göndərilmiş mesajla +**********53 saylı mobil telefon nörmrəsinin istifadəçisi adı “Sahriyar Market” kimi qeyd edilmişdir. -Ürəyim, danışdım. Dedi narahat olmasın, demişəm özü gətirib əlbəəl verəcək, gedəcək, harada olsa, problem yoxdur. İndi uzaq başı 1 saata inşəAllah gələcək, çatacaq, özü də sənədin 2-3 model sənəddir ha, narahat olma, yaxşılarından gəlir, onların hamısı inşəAllah həll olunacaq. - 13 avqust 2021-ci ildə, saat 08:16-da ***-***-**-** saylı mobil telefon nömrəsində qeydiyyatdan keçmiş, istifadəçi adı “Azar Kasaa” kimi qeyd edilmiş “Whatsapp” profilindən də iş üzrə təqsirləndirilən şəxs X8 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsində istifadəçi adı “Vedud” kimi qeydiyyatdan keçmiş profilinə göndərilmiş mesajın məzmunu aşağıdakı kimidir: -Vədud, salam mənim qardaşım. Necəsən? Vəziyyət məndə bomba kimidir. Səndə necədir işlər? Neylədin? Neyləmədin? Elə mənə bir xəbər ver hələ. Mən bu yaxınlarda Naxçıvana gedəcəm e, 4-5 gündən sonra. Elə İlkin müəllimin yanına gedəcəm. Göndərirlər burdan məni. - 14 avqust 2021-ci ildə, saat 09:06-da ***-***-**-** saylı mobil telefon nömrəsində qeydiyyatdan keçmiş, istifadəçi adı “Azar Kasaa” kimi qeyd edilmiş “Whatsapp” profilindən də iş üzrə təqsirləndirilən şəxs X8 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsində istifadəçi adı “Vedud” kimi qeydiyyatdan keçmiş profilinə göndərilmiş mesajın məzmunu aşağıdakı kimidir: -Metadon M40 - 16 avqust 2021-ci ildə, saat 18:00, 18:02 və 18:03-də ***-***-**-** saylı mobil telefon nömrəsində qeydiyyatdan keçmiş, istifadəçi adı “Azar Kasaa” kimi qeyd edilmiş “Whatsapp” profilindən də iş üzrə təqsirləndirilən şəxs X8 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsində istifadəçi adı “Vedud” kimi qeydiyyatdan keçmiş profilinə göndərilmiş mesajların məzmunu aşağıdakı kimidir: -İlkinlə danışdım -İnşəAllah biri gün Həmidlə çıxıram -Qaqa, sənədi unutma -Yoldan götürməyi - 17 avqust 2021-ci ildə, saat 14:33-də ***-***-**-** saylı mobil telefon nömrəsində qeydiyyatdan keçmiş, istifadəçi adı “Azar Kasaa” kimi qeyd edilmiş “Whatsapp” profilindən də iş üzrə təqsirləndirilən şəxs X8 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsində istifadəçi adı “Vedud” kimi qeydiyyatdan keçmiş profilinə göndərilmiş mesajın məzmunu aşağıdakı kimidir: -Qaqa, ona de bir söz desin də mənə - 20 avqust 2021-ci ildə, saat 12:32-də ***-***-**-** saylı mobil telefon nömrəsində qeydiyyatdan keçmiş, istifadəçi adı “Azar Kasaa” kimi qeyd edilmiş “Whatsapp” profilindən də iş üzrə təqsirləndirilən şəxs X8 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsində istifadəçi adı “Vedud” kimi qeydiyyatdan keçmiş profilinə göndərilmiş mesajın məzmunu aşağıdakı kimidir: -Biləsuvardayam. İş materiallarında olan təqsirləndirilən şəxs X8 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə aparılmış danışıqların kompüter açıqlamaları yazılmış CD diskə baxış keçirilməsi haqqında 01 fevral 2022-ci il tarixli protokoldan görünür ki, iş üzrə təqsirləndirilən şəxs X8 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Şahid5 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi arasında mütəmadi danışıqların aparıldığı müəyyən edilmişdir. İş üzrə təqsirləndirilən şəxs X8 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə göndərilmiş və qeyd edilən mobil nömrəyə qəbul edilmiş mesajlara baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hər hansı hal və ya mesaj müəyyən edilməmişdir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 24 yanvar 2022-ci il tarixli, 314 rəyindən görünür ki, hal-hazırda X11 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı X13 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan qərardan görünür ki, maddi sübut kimi tanınan və ekspertiza tədqiqatından sonra 48 ədəd olan güclü təsir edən “Tamol-X 225” göstəricili həb Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsində, təqsirləndirilən şəxs X8 istifadəsində olmuş 01 ədəd “Samsung Galaxy M10” modelli mobil telefon üzərində olan 02 ədəd sim kartı və 01 ədəd yaddaş kartı ilə birlikdə Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinin anbarında saxlanılır. İş materiallarında olan 30 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, X13 saxlanılarkən ondan götürülmüş və Dövlət Gömrük Komitəsinin xəzinəsinə saxlanca verilmiş 850 ABŞ dolları və 300 AZN məbləğində pul vəsaiti Yasamal rayonu, H.Zərdabi küçəisi, ev 56-da yaşayan X4 təhvil verilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin qismən etirafedici və şahidlərin isə təsdiqedici) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutu, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxs X8 məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq “5 konvalyutda “Tamol-X 225” göstəricili 50 həbi şəxsi istifadəsi üçün Azərbaycan Respublikasına keçirdiyi ” hissəsini məhkəmə iclasında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə müqayisəli qiymət verərək hesab edir ki, həmin ifadələr obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə tədqiq edilmiş sübutlara istinad edərək təqsirləndirilən şəxs X8 sürücüsü olduğu SCANİA” markalı, 30E660-10 dövlət nömrə nişanlı sərnişin avtobusunun yoxlanılması zamanı avtobusun alt hissəsindən aşkar edilərək götürülmüş külli miqdarda, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddənin - 5 konvalyutda “Tamol-X 225” göstəricili 50 həbin onun İran İslam Respublikasında olarkən qanunsuz yolla qazanc əldə etmək üçün qanunsuz olaraq külli miqdarda narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin satışı məqsədi ilə şəxsiyyəti müəyyən edilməmiş şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə bir qrup şəxs təşkil edərək Azərbaycana qayıtdıqdan sonra satış məqsədi ilə gətirilməsi qənaətinə gəlir, eyni zamanda onun ifadəsində göstərdiyi bu xüsusatları ona təyin ediləcək cəzanın müddətini azaltmağa, başqa sözlə, cinayət məsuliyyətini yüngülləşdirməyə yönələn cəhdi kimi qiymətləndirir. “Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 2005-ci il tarixli 292 nömrəli Fərmanına əsasən güclü təsir edən maddələrin siyahısına daxil olan preparatların dövriyyəsi mərkəzi icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəyi nəzərə alınmaqla) tərəfindən verilən xüsusi icazə əsasında həyata keçirilir. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahıları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının 18 mart 2016-cı il tarixli 180-VQ nömrəli qanunun tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, həmin Qanunun tələblərinə və izahına əsasən (6 qram) tramadol preparatları “külli miqdar” kimi qiymətləndirilir. Məhkəmə X8 əməlinə cinayət qanunvericiliyinin tələbləri baxımından hüquqi qiymət verərkən gəldiyi nəticələri, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, həmin qərarda göstərilir ki, narkotik vasitələrin, psixotrop və güclü təsir edən maddələrin qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədlərindən daşınmaqla və ya göndərməklə keçirilməsinin, həm də qaçaqmalçılıq cinayətinin tərkibini yaratdığı müəyyən edildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu qaydasında, yəni həm narkotik vasitələri, psixotrop və güclü təsir edən maddələri qanunsuz daşımağa və ya göndərməyə, həm də qaçaqmalçılığa görə tövsif olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxs X8 əməlinin tövsifi məsələsini müzakirə edərək onun hərəkətini Azərbaycan Respublikası CM-in 206.3.2 və 240.3.2-ci maddələrinin dispozisiya şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddələrlə tövsif edilməsini əsaslı sayır. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, X8 əməli Azərbaycan Respublikası CM-in 206.3.2 və 240.3.2-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X11 külli miqdar təşkil edən, 5 konvalyutda “Tamol-X 225” göstəricili 50 həbin aşkar edilməsi - satış məqsədi ilə qanunsuz olaraq güclü təsir edən maddəni əldə etmə, saxlama və daşıma cinayəti kimi həmin maddəni qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli yolla keçirməsi faktı isə qaçaqmalçılıq cinayəti kimi qiymətləndirilməlidir. Məhkəmə təqsirləndirilən şəxs X3 müəyyən edilmiş qaydada təyin ediləcək əsas cəzadan başqa Azərbaycan Respublikası CM-in 52-ci maddəsində nəzərdə tutulan əlavə cəzanın da təyin edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-in 52-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əcnəbilərə, onlar cinayət törətdiklərinə görə təyin olunmuş əsas cəza növünü çəkdikdən sonra bu Məcəllənin 58.3cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla tətbiq edilə bilər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, İran İslam Respublikasının vətəndaşı X10 təyin olunmuş cəzanı çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalıdır. Azərbaycan Respublikası CM-in 52.1-1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X8 Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılmalıdır. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanuna müvafiq cəzalandırılmalıdır. X8 cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün X13 ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, ona təqsirli bilindiyi hər bir maddə üzrə, əsas cəza növündə, maddənin sanksiyası həddində, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə (cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsi) əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxs X8 həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, eyni zamanda təyin ediləcək cəzanın əvvəlinin onun şübhəli şəxs qismində saxlanıldığı vaxtdan, yəni 26 noyabr 2021-ci ildən hesablanmasını əsaslı sayır. Belə ki, iş materiallarında olan Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 27 noyabr 2021-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli 26 noyabr 2021-ci ildən hesablanmaqla X13 barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxs X10 azadlıqdan məhrum etmə cəzası təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən görünür ki, X13 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələbinə müvafiq olaraq təqsirləndirilən şəxs X7 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs X13 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə təqsirləndirilən şəxs X10 cəza təyin edərkən onun təqsirini qismən etiraf etməklə əməlindən peşmançılıq keçirməsini və ilk məhkumluğunu CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxs X8 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs X10 məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s. müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatından sonra maddi sübut kimi tanınaraq Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsində saxlanılan 48 ədəd olan güclü təsir edən “Tamol-X 225” göstəricili həb hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinin anbarında saxlanılan təqsirləndirilən şəxs X8 istifadəsində olmuş 01 ədəd “Samsung Galaxy M10” modelli mobil telefon üzərində olan 02 ədəd sim kartı və 01 ədəd yaddaş kartı ilə birlikdə onun yaxın qohumlarına qaytarılmalı, eləcə də təqsirləndirilən şəxs X13 saxlanılarkən ondan götürülmüş və Dövlət Gömrük Komitəsinin xəzinəsinə saxlanca verilmiş 850 ABŞ dolları və 300 AZN məbləğində pul vəsaitinin Yasamal rayonu, H.Zərdabi küçəisi ev 56-da yaşayan X4 təhvil verilməsini nəzərə alınmalıdır. Qeyd edilənlərlə yanaşı, X9 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) alınaraq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: X13 Azərbaycan Respublikası CM-in 206.3.2 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və CM-in 206.3.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 240.3.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla cinayətlərin məcmusu üzrə X10 qəti cəza – 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. X13 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu vaxtdan -– 26 noyabr 2021-ci ildən hesablansın. X13 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İran İslam Respublikasının vətəndaşı X13 təyin olunmuş cəzanı çəkdikdən sonra barəsində Azərbaycan Respublikası CM-in 52-ci maddəsi tətbiq edilməklə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Azərbaycan Respublikası CM-in 52.1-1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X8 Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılsın. İş üzrə maddi sübut kimi tanınaraq Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsində saxlanılan 48 ədəd olan güclü təsir edən “Tamol-X 225” göstəricili həb hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinin anbarında saxlanılan təqsirləndirilən şəxs X8 istifadəsində olmuş 01 ədəd “Samsung Galaxy M10” modelli mobil telefon üzərində olan 02 ədəd sim kartı və 01 ədəd yaddaş kartı ilə birlikdə onun yaxın qohumlarına qaytarılsın, eləcə də təqsirləndirilən şəxs X13 saxlanılarkən ondan götürülmüş və Dövlət Gömrük Komitəsinin xəzinəsinə saxlanca verilmiş 850 ABŞ dolları və 300 AZN məbləğində pul vəsaitinin Yasamal rayonu, H.Zərdabi küçəisi ev 56-da yaşayan X4 təhvil verilməsini nəzərə alınsın. İş üzrə məhkəmə ekspertiza xərcləri olan 65 (altmış beş) manat təqsirləndirilən şəxs X9 alınaraq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxs X10 isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan iyirmi gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Cəlil Nəbiyev 2 . Müşfiq Məmmədov

3. Aqil Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar