Məhkəmə qərarları › İş №1(099)-273/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-273/2024

05.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-273/2024 05.06.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Nəbiyev Cəlil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X1, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər- Lənkəran rayon vəkil bürosunun vəkilləri Müdafiəçi2 və Astara rayon vəkil bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx xxxx 1991-ci ildə Astara şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 315.2-ci maddələri ilə təqsirli bilinib 06 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə xx.xx.2020-ci il tarixli qanunun müdəalları tətbiq edilərək əməli CM-nin 315.2-ci maddəsindən həmin Məcəllənin 315-ci maddəsinə tövsif edilərək cəzası 05 il 09 aya endirilmiş, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli qərarı ilə 11 ay 22 gün vaxtından əvvəl şərti olaraq azadlığa buraxılmış, məhkumluğu ödənilməmiş, Astara şəhəri, S.Vurğun küçəsi ev 10-da qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx xxxxx 1988-ci ildə Qazaxıstan Respublikasının Turqay vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Astara Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Aministiya aktına əsasən təyin edilmiş cəzası 02 il 06 ay azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, cəzasının sonu ilə azadlığa buraxılmış, məhkumluğu olan, Astara şəhəri, Z.Bünyadov küçəsi ev 1, mənzil 8-də qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınması və satışına dair tanışı Təqsirləndirilən şəxs2, eləcə də İran İslam Respublikası vətəndaşı olması güman edilən “Hüseyn” adlı şəxslə razılığa gələrək, qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun üzvü (üzvləri) tərəfindən Ələt-Astara yolunun 102-ci kilometrliyini müəyyən edən “102” yol nişanının yanında gizlədilmiş bir ədəd qara rəngli idman çantasının içərisində olan külli miqdarda, 9495,0 qram narkotik vasitə tiryəki, külli miqdarda 3800,0 qram narkotik vasitə heroini və külli miqdarda, 2975,0 qram psixotrop maddə metamfetamini cinayətkar qrupun digər üzvünə çatdırmaq məqsədi ilə 20 avqust 2023-cü il tarixdə saat 00:15 dəqiqədə Təqsirləndirilən şəxs2 və tanışı, cinayətdən xəbərsiz olan Şahid7 idarə etdiyi “Opel Astra” markalı **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin yerə gələrək qeyd edilən külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddəni gizlədildiyi yerdən Təqsirləndirilən şəxs2la birlikdə götürüb satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşıyarkən Biləsuvar rayon Polis Şöbəsinin əməkdaşlarının aldığı məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 20 avqust 2023cü il tarixdə saat 00:20 radələrində Şahid7 idarə etdiyi avtomobilə əyləşmək istəyən zaman saxlanılaraq Biləsuvar rayon Polis Şöbəsinə gətirilmiş, üzərinə şəxsi axtarış və əlindəki qara rəngli idman çantasına baxış keçirilərkən çantanın içərisindən 2 (iki) ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 1500,0 qram və 2300,0 qram olmaqla ümumilikdə külli miqdarda, 3800,0 ( üç min səkkiz yüz) qram narkotik vasitə heroin, 2 (iki) ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 1950,0 ( bir min doqquz yüz əlli) qram və 1025 ( bir min iyirmi beş) qram olmaqla ümumilikdə külli miqdarda 2975 ( iki min doqquz yüz yetmiş beş ) qram psixotrop maddə metamfetamin, 11 ( on bir) ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 840,0 (səkkiz yüz qırx) qram, 1250,0 ( bir min iki yüz əlli) qram, 585,0 (beş yüz səksən beş) qram, 990,0 (doqquz yüz doxsan) qram, 535,0 ( beş yüz otuz beş) qram, 600,0 ( altı yüz) qram, 985,0 ( doqquz yüz səksən beş) qram, 975,0 ( doqquz yüz yetmiş beş) qram, 970,0 ( doqquz yüz yetmiş) qram, 970,0 ( doqquz yüz yetmiş) qram və 795,0 ( yeddi yüz doxsan beş) qram olmaqla ümumilikdə külli miqdarda, 9495 (doqquz min dörd yüz doxsan beş) qram narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınması və satışına dair tanışı Təqsirləndirilən şəxs1 və İran İslam Respublikası vətəndaşı olması güman edilən “Hüseyn” adlı şəxslə razılığa gələrək, qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun üzvü (üzvləri) tərəfindən Ələt-Astara yolunun 102-ci kilometrliyini müəyyən edən “102” yol nişanının yanında gizlədilmiş bir ədəd qara rəngli idman çantasının içərisində olan külli miqdarda, 9495,0 qram narkotik vasitə tiryəki, külli miqdarda 3800,0 qram narkotik vasitə heroini və külli miqdarda, 2975,0 qram psixotrop maddə metamfetamini cinayətkar qrupun digər üzvünə çatdırmaq məqsədi ilə 20 avqust 2023-cü il tarixdə saat 00:15 dəqiqədə Təqsirləndirilən şəxs1 və tanışı, cinayətdən xəbərsiz olan Şahid7 idarə etdiyi “Opel Astra” markalı **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin yerə gələrək qeyd edilən külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddəni gizlədildiyi yerdən Təqsirləndirilən şəxs1la birlikdə götürüb satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşıyarkən Biləsuvar rayon Polis Şöbəsinin əməkdaşlarının aldığı məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 20 avqust 2023cü il tarixdə saat 00:20 radələrində Şahid7 idarə etdiyi avtomobilə əyləşmək istəyən zaman saxlanılaraq Biləsuvar rayon Polis Şöbəsinə gətirilmiş, RPŞ-də Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış və əlindəki qara rəngli idman çantasına baxış keçirilərkən çantanın içərisindən 2 (iki) ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 1500,0 qram və 2300,0 qram olmaqla ümumilikdə külli miqdarda, 3800,0 ( üç min səkkiz yüz) qram narkotik vasitə heroin, 2 (iki) ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 1950,0 ( bir min doqquz yüz əlli) qram və 1025 ( bir min iyirmi beş) qram olmaqla ümumilikdə külli miqdarda 2975 ( iki min doqquz yüz yetmiş beş ) qram psixotrop maddə metamfetamin, 11 ( on bir) ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 840,0 (səkkiz yüz qırx) qram, 1250,0 ( bir min iki yüz əlli) qram, 585,0 (beş yüz səksən beş) qram, 990,0 (doqquz yüz doxsan) qram, 535,0 ( beş yüz otuz beş) qram, 600,0 ( altı yüz) qram, 985,0 ( doqquz yüz səksən beş) qram, 975,0 ( doqquz yüz yetmiş beş) qram, 970,0 ( doqquz yüz yetmiş) qram, 970,0 ( doqquz yüz yetmiş) qram və 795,0 ( yeddi yüz doxsan beş) qram olmaqla ümumilikdə külli miqdarda, 9495 (doqquz min dörd yüz doxsan beş) qram narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməllərini törətmələrini, həmçinin onların bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində gösətmişdir ki, 2023-cü ilin avqust ayının ortalarında bir nəfər şəxslə telefon vasitəsi ilə tanış olmuşdur. Həmin şəxsin polis əməkdaşı olmasını tutulandan sonra bilmişdir. Onunla danışan şəxs İran nömrəsindən danışmışdır, özünü Hüseyn kimi təqdim etmişdir, sonradan həmin şəxsin əməliyyatçı olmasını bilmişdir. Həmin şəxslə telefonla danışarkən onun ləhcəsindən Azərbaycanlı olmasını bilməmişdir. İranlı ilə öz istifadə etdiyi telefondan danışmışdır. İranlı əvvəlcə özü ona yazmışdır və onlar danışmışdırlar. Həmin şəxslə telefonla danışarlək, ona tiryək pay verəcəyini bildirmiş, lakin miqdarını deməmişdir. 20 avqust 2023-cü ilə keçən gecə narkotik vasitəsini götürməyə getmək üçün özü taksi tapmış, tanışı Təqsirləndirilən şəxs2 isə həmin taksidə sərnişin qismində olmuşdur. Biləsuvar rayonunda olarkən taksini saxlatdırmış, avtomaşından düşmüş, lakin iranlının dediyi yerdən narkotik vasitə götürməmiş, həmin əraziyə çatdıqda 6-7 nəfər polis əməkdaşları onları saxlayıb polis şöbəsinə aparmışlar. Polis şöbəsində polis əməkdaşları onun üzərinə bir bağlama qoyaraq həmin bağlamanın ona məxsus olmasını bildirmişlər. Biləsuvar rayonuna narkotik vasitə götürmək üçün getməyindən Orxanın, eləcə də sürücünün heç bir məlumatı olmamışdır. Polis şöbəsində polis əməkdaşları onun üzərinə bağlama qoyaraq, ona məxsus olmasını deyərək ona hədə qorxu gəlmişlər. Biləsuvar rayonun narkotik vasitə götürmək üçün getsə də heç bir narkotik vasitə götürməmişdir. Polis əməkdaşları ona hədə qorxu gəldikləri üçün narkotik vasitələri götürməsini demişdir. Günahı olmadığı üçün məhkəmədən barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı və məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaqa verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadədə o, göstərmişdir ki, Hüseyn adlı İran İslam Respublikası vətəndaşı ilə cəzaçəkmə müəssisində olan zaman tanış olmuş və birlikdə cəza çəkmişdir. Hüseyn 19 avqust 2023-cü il tarixdə günorta saatlarında “Whatsapp” proqramı vasitəsilə onunla əlaqə saxlamış və Biləsuvar rayonu ərazisində, Ələt-Astara yolunun 102-ci kilometrliyində bağlamada narkotik vasitə qoyacağını bildirmiş, həmin narkotik vasitəni Bakı şəhərində onun dediyi ünvana aparıb çatdırmağı və bunun qarşılığında ona pul verməyi təklif etmişdir. O da, Hüseynin bu təklifi ilə razılaşmışdır. Həmin gün, tanışı Şahid7 idarə etdiyi avtomobillə onu taksi kimi Bakı şəhərinə aparmasını xahiş etmiş, Elşən də onu Bakı şəhərinə aparmağa razılaşmışdır. Saat 21 radələrində Astara şəhərindən Bakı şəhərinə gedən zaman Təqsirləndirilən şəxs2 da həmnin avtomobilin arxa oturacağına sərnişin kimi əyləşmişdir. O, yolboyu Hüseynlə əlaqə saxlamışdır. 20 avqust 2023-cü il tarixə keçən gecə saat 00:20 radələrində Ələt-Astara yolunun 102-ci kilometrliyində hərəkətdə olarkən Elşəndən avtomobili saxlamasını xahiş etmişdir. Elşən də avtomobili saxladıqdan sonra yerə düşərək yolun kənarında olan “102” yol nişanının yanında gizlədilmiş içərisində narkotik vasitə olan çantanı götürmək üçün həmin yol nişanına yaxınlaşmış, Təqsirləndirilən şəxs2 bir qədər kənarda ayaqyoluna getmişdir. İçərisində narkotik vasitə olan çantanı 102 yol nişanının yanından götürüb geri qayıtmış və avtomobilə əyləşmək istəyən zaman polis əməkdaşları onlara yaxınlaşmış və dayanmalarını tələb etmişlər. O, və Təqsirləndirilən şəxs2 polis əməkdaşlarının tələblərinə tabe olub birlikdə könüllü olaraq Biləsuvar rayon polis şöbəsinə gəlmişlər. İranlının göndərdiyi 1 ədəd qara rəngli çanta açılıb baxıldıqda müəyyən olunmuşdur ki, içərisində ümumilikdə 10 ədəd bağlamalarda müxtəlif narkotik vasitələr aşkar edilmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 19 avqust 2023-cü il tarixdə Bakı şəhərinə getmək üçün tanıdığı taksi sürücüsü Şahid7 zəng edərək Bakı şəhərinə müştəri aparacağı təqdirdə onu da götürməsini demişdir. Şahid7 həmin tarixdə təxminən 22-23 radələrində ona zəng vuraraq Bakı şəhərinə gedəcəyini, yola çıxmasını bildirmişdir. O avtombildə oturanda avtombildə əvvəllər tanıdığı Elçin adlı şəxsin qabaq otracaqda oturduğu görmüşdür. Yol boyu Elçin kiminləsə danışmışdır, lakin nə barədə danışmasından məlmatı olmamışdır. Biləsuvar rayonunda Elçin avtombili saxlatdırdı, o da təbii ehtiyacını ödəmək üçün avtombildən düşmüşdür. Avtombildən düşdükdən sonra 5-6 nəfər şəxsin göyə atəş açaraq onlara tərəf gəlib onları saxlamışlar. Elçin avtombildən düşüb getdikdən və qayıtdıqdan sonra onun əlində heç bir bağlama görməmiş. Əvvələr narkotik vasitələrindən istifadə etmiş, lakin satışı ilə məşğul olmamışdır. Günahı olmadığı üçün məhkəmədən barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı və məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaqa verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadədə o, göstərmişdir ki, 19 avqust 2023-cü il tarixdə işləmək üçün Bakı şəhərinə getmək qərarına gəlmiş, bu məqsədlədə taksi sürücüsü Şahid7 müraciət etmiş, avtomobilə əyləşən zaman avtomobilin sağa qabaq oturacağında sərnişin kimi Elşin Əbilovun əyləşməsini görmüş, buna görə də həmin avtomobilin arxa oturacağında əyləşmişdir. Şahid7 ona bildirmişdir ki, Təqsirləndirilən şəxs1 da Bakıya gedir. Onlar Ələt-Astara yolu ilə Bakı şəhərinə getməyə başlamışlar. Yolboyu Təqsirləndirilən şəxs1 başqa bir şəxslə mobil telefonla əlaqə saxladığı üçün artıq Elçinin Biləsuvar rayonundan narkotik vasitə əldə etmək üçün gəlməsini bilmişdir. Ələt-Astara yolunda “102” yol nişanının yanına çatan zaman Təqsirləndirilən şəxs1 Şahid7ddən atobilini saxlamasını istəmiş, buna görə də Elşən avtomobilin yolun kənarında saxlamışdır. Təqsirləndirilən şəxs1 avtomobildən düşüb getmiş, bir qədər sonra əlində gətirdiyi bir çanta ilə yenidən avtomobilə əyləşmək istəyərkən polis əməkdaşları onlara yaxınlaşmış və dayanmalarını tələb edərək onları polis şöbəsinə aparmışlar. Şöbədə üzərinə şəxsi axtarış keçirilmiş, lakin qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 Astara rayonundan Biləsuvar rayonuna narkotik vasitə əldə etmək məqsədi ilə gəlməsi barədə məlumatlı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 narkotik vasitə və psixotrop maddə əldə etmək məqsədilə Biləsuvar rayonuna getməsindən yolda olan zaman məlumatı olmuşdur. Məhkəmə təqsirləndirilən şəxslərin ibtidai istintaq və məhkəmə zamanı verdiyi ziddiyyətli ifadələri müqayisəli tətqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı verdiyi ifadəsində “telefonla danışan şəxsin ipolis əməkdaşı olması, Biləsuvar rayonundan götürəcəyi 3-4 kq narkotik vasitəsini ona iranlının pay verməsini, həmin narkotik vasitəsini pul müqavilində kiməsə çatdırmaması, Təqsirləndirilən şəxs2 bu işdən heç bir məlumatının olmaması”, həmçinin Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı verdiyi ifadəsində “Təqsirləndirilən şəxs1 Biləsuvar rayonudan narkotik vasitə götürməsindən xəbərsiz olması, Biləsuvar rayonuna narkotik vasitə əldə etməsi üçün getməməsi, işləmək məqsədi ilə Balı şəhərinə yola düşməsi” xüsusatları obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özlərini müdafiə xarakteri daşıyır. Məhkəmə, təqsirləndirilən şəxslərin məhkəmə baxışı zamanı ifadələrində göstərdikləri sözü gedən xüsusatları onların cinayət məsuliyyətindən boyun qaçırmaya yönələn cəhd kimi qiymətləndirir. Məhkəmə Əlçin Əbilovun və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərilən xüsusatları işin faktiki hallarına uyğun olduğunu hesab edərək sübut kimi qəbul edir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Biləsuvar rayon polis şöbəsinin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, Astara şəhər sakini Təqsirləndirilən şəxs1 Biləsuvar rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş, bununla bağlı əməliyyat qurupu yaradılmışdır. 20 avqust 2023-cü il tarixdə saat 00:10 radələrində Təqsirləndirilən şəxs1 içərisində əyləşdiyi ehtimal etdikləri “Opel” markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobil Ələt-Astara yolunun Biləsuvar rayonundan keçən 94-cü kilometrliyində hərəkətdə olan zaman əməliyyat müşahidəsinə götürülmüşdür. Təxminən 10 dəqiqə sonra həmin avtomobil Ələt-Astara yolunun Biləsuvar rayonu ərazisindən keçən 102-ci kilometrliyində qeyd olunan avtomobilin dayanmasını, həmin avtomobildən sürücünün və iki sərnişinin yerə düşməsini görərək əməliyyat müşahidəsini davam etdirmişlər. Bundan təxminən 5 dəqiqə sonra həmin şəxslər yenidən avtomobilə qayıdan zaman Təqsirləndirilən şəxs1 kimi tanıdığının əlində idman çantasının olmasını görmüşlər. Buna görə də həmin şəxslərə yaxınlaşmışlar. Bu zaman həmin şəxslərin birinin əlindəki çanta ilə birlikdə saxlamışlar. Digər iki şəxs isə qaçaraq həmin yerdən uzaqlaşmağa çalışmışdır. Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxslərdən biri Təqsirləndirilən şəxs2 dd saxlamışlar. Həmin şəxsləri polis şöbəsinə aparmışlar. Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış və əlindəki idman çantasına baxış keçirilmişdir. İlk olaraq Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə, psixotrop maddə, yaxud da qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet vardırsa könüllü olaraq çıxarıb təqdim etməsi təklif edilmiş, lakin, Təqsirləndirilən şəxs1 üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmetin olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilsə də, hər hansı narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş əşya, predmet aşkar olunmadmışdır. Daha sonra Təqsirləndirilən şəxs1 əlindəki idman çantasını təqdim edərək həmin çantanın içərisində narkotik vasitə olmasını, narkotik vasitəni cəzaçəkmə müəssisəsində birlikdə cəza çəkmiş Hüseyn adlı şəxsin göndərməsini, içərisində narkotik vasitə olan çantanı Bakı şəhərinə aparıb çatdırmağı qarşılığında pul verməyə razılaşmasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 təqdim etdiyi qara rəngli idman çantası tərəfimizdən açılaraq içərisinə baxış keçirilmişdir. Baxış zamanı həmin çantanın içərisindən ümumilikdə 10 (on) ədəd şəffaf rəngli sellofanlara bükülmüş bağlamanın olması müəyyən edilmişdir. Aşakar olunmuş bağlamalarda narkotik vasitə heroinə, tiryəkə və psixotrop maddə metamfetaminə oxşar maddələrin olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmiş, lakin hər hansı narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş əşya, predmet aşkar olunmamışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən məlumatlı olduğunu bildirmişdir. Şahid qismində dindirilmiş Biləsuvar rayon polis şöbəsinin əməkdşları Şahid8, Şahid4, Şahid5, Şahid3 Ramiz eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdirlər. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanıyır. İdarə etdiyi “Opel Astra” markalı, **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. 19 avqust 2023-cü il tarixdə saat 21 radələrində Təqsirləndirilən şəxs1la yaşadığı evin yaxınlığında görüşən zaman onu taksi kimi Bakı şəhərinə dostu Təqsirləndirilən şəxs2la birlikdə aparmasını xahiş etmişdir. O da Elçinə Bakı şəhərinə aparması qarşılığında 100 manat pul alacağını demişdir. Elçin də onun bu sözləri ilə razılaşmışdır. Bundan sonra saat 22 radələrində Təqsirləndirilən şəxs1 yaşadığı evin yaxınlığında avtomobilə əyləşmiş, daha sonra Təqsirləndirilən şəxs2 yaşadığı evin yaxınlığına getmişlər. Orxan da avtomobilə əyləşdikdən sonra Bakı şəhərinə getməyə başlamışlar. Təxminən 2 saat sonra Salyan rayonuna çatarkən Təqsirləndirilən şəxs1 mobil telefonu ilə “WhatsApp” proqramı vasitəsilə başqa bir şəxsə səs yazısı göndərmiş, bundan sonra isə göndərilmiş səs yazısına qulaq asdıqdan sonra bildirmişdir ki, onları Biləsuvar rayonuna gətirsin, orada bir tanışı ilə görüşüb sənəd alacaqdır və bundan sonra Bakı şəhərinə gedəcəkdir. Buna görə də Elçinin bu sözündən əsəbiləşmiş və aralarında belə bir razılığın olmamasını, gecə vaxtı onu yolundan etdiyini demiş, əvvəlcədən bu barədə məlumat verməməsinə narazılğını bildirmiş və aralarında mübahisə yaranmışdır. Lakin, Elçin və Orxanın xahişindən sonra həmin şəxsləri idarə etdiyi avtomobillə Biləsuvar rayonuna gətirməyə razılaşmışdır. Bundan sonra idarə etdiyi “Opel Astra” markalı, **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar rayonuna gətirməyə başlamış, Salyan rayonu istiqamətindən Biləsuvar rayonu istiqamətinə doğru təxminən 2-3 kilometr irəli getdikdən sonra yolda hərəkətdə olan zaman Elçin ondan avtomobili saxlamağını istəmiş və yerə düşərək yolun kənarında ayaqyoluna gedəcəyini bildirmişdir. O da buna görə avtomobili yolun kənarında saxlamış, bundan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 avtomobildən düşüb avtomobilin arxa tərəfinə keçmişlər. Bu zaman yaxınlıqdan səs gəlməsini və gələn şəxslərin polis əməkdaşları olduqlarını bildirməsini, onlardan dayanmağı tələb etmələrini eşitmişdir. Lakin, qorxduğuna görə idarə etdiyi avtomobili orada qoyaraq qaçıb həmin yerdən uzaqlaşmışdır. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslər və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 20 avqust 2023-cü il tarixli 19/814 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs1 təqdim etdiyi çantanın içərisindən aşkar edilib götürülmüş bağlamaların qablaşdırıldığı 1 ədəd sintetik kisə...... " sözlər və imzalar olan bir ədəd kisədəki 2 ədəd bükülülərdə 2 (iki) ədəd bükülüdə ayrı-ayrılıqda çəkiləri 1500,0 və 2300,0, ümumi xalis çəkisi 3800,0 qram çəkidə külli miqdarda heroini, 2 (iki) ədəd bükülüdə ayrıayrılıqda çəkiləri 1950,0 və 1025,0 qram, ümumi xalis çəkisi 2975,0 qram olan külli miqdarda metamfetamini və 11 (ədəd) bükülüdə ayrı-ayrılıqda çəkiləri 840,0 qr, 1250,0 qr, 585,0 qr, 990,0 qr, 535,0 qr, 600,0 qr, 985,0 qr, 975,0 qr, 970,0 qr, 970,0 qr və 795,0 qr olan, ümumi xalis çəkisi 9495 qram olan tiryəkdir. Ekspertiza tədqiqatından sonrakı qalıq heroin 3799,8 qram, metamfetamin 2974,8 qram və tiryək 9493,9 qram. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 120 (yüz iyirmi) manat qəpikdir. İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının 25 avqust 2023-cü il tarixli 840 nömrəli rəylərindən görünür ki, Təqsirləndirilən şəxs2 opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hazırda abstiensiya, intoksiyasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji xəstəxanasında 2019-cu ildən “opium narkomanlığı” diaqnozu ilə qeydiyyata alınmışdır. İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının 25 avqust 2023-cü il tarixli 844 nömrəli rəylərindən görünür ki, Təqsirləndirilən şəxs2 opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hazırda abstiensiya, intoksiyasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji xəstəxanasında 2019-cu ildən “opium narkomanlığı” diaqnozu ilə qeydiyyata alınmışdır. İş materiallarında olan 20 avqust 2023-cü il tarixli «şəxsi axtarış və götürmə haqqında» protokoldan və videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış və əlindəki idman çantasına baxış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 şalvarının sağ yan cibindən bir ədəd «Xiomi» markalı mobil teoefon aşkar olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə, psixotrop maddə, yaxud da qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet vardırsa könüllü olaraq çıxarıb təqdim etməsi təklif edilmiş, lakin, Təqsirləndirilən şəxs1 üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmetin olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilsə də, lakin hər hansı narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş əşya, predmet aşkar olunmadmışdır. Daha sonra Təqsirləndirilən şəxs1 əlindəki idman çantasını təqdim edərək həmin çantanın içərisində narkotik vasitə olmasını, narkotik vasitəni cəzaçəkmə müəssisəsində birlikdə cəza çəkmiş Hüseyn adlı şəxsin göndərməsini, içərisində narkotik vasitə olan çantanı Bakı şəhərinə aparıb çatdırmağı qarşılığında pul verməyə razılaşmasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 təqdim etdiyi qara rəngli idman çantası tərəfimizdən açılaraq içərisinə baxış keçirilmişdir. Baxış zamanı həmin çantanın içərisindən ümumilikdə 10 (on) ədəd şəffaf rəngli sellofanlara bükülmüş bağlamanın olması müəyyən edilmişdir. Birinci bağlama açılıb baxıldıqda içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olduğu, şöbənin elektron tərəzisində çəkildikdə isə bükülü ilə birlikdə çəkisinin 1980 qram, ikinci bağlama açılıb baxıldıqda içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olduğu, şöbənin elektron tərəzisində çəkildikdə isə bükülü ilə birlikdə çəkisinin 1045 qram olması müəyyən edilmişdir. Üçüncü böyük bağlama açılıb baxıldıqda içərisində 2 ədəd bükümdə narkotik vasitə tiryəkə bənzər kütlə olduğu, şöbənin elektron tərəzisində çəkildikdə isə həmin bağlamada olan birinci bükümün bükülü ilə birlikdə çəkisinin 990 qram, həmin bağlamada olan ikinci bükümdə narkotik vasitə tiryəkə bənzər kütlə olduğu, şöbənin elektron tərəzisində çəkildikdə isə bükülü ilə birlikdə çəkisinin 590 qram olması müəyyən edilmişdir. Dördüncü böyük bağlama açılıb baxıldıqda içərisində 2 ədəd bükümdə narkotik vasitə tiryəkə bənzər kütlə olduğu, şöbənin elektron tərəzisində çəkildikdə isə həmin bağlamada olan birinci bükümün bükülü ilə birlikdə çəkisinin 620 qram, həmin bağlamada olan ikinci bükümdə narkotik vasitə tiryəkə bənzər kütlə olduğu, şöbənin elektron tərəzisində çəkildikdə isə bükülü ilə birlikdə çəkisinin 1000 qram olması müəyyən edilmişdir. Beşinci böyük bağlama açılıb baxıldıqda içərisində 2 ədəd bükümdə narkotik vasitə tiryəkə bənzər kütlə olduğu, şöbənin elektron tərəzisində çəkildikdə isə həmin bağlamada olan birinci bükümün bükülü ilə birlikdə çəkisinin 990 qram, həmin bağlamada olan ikinci bükümdə narkotik vasitə tiryəkə bənzər kütlə olduğu, şöbənin elektron tərəzisində çəkildikdə isə bükülü ilə birlikdə çəkisinin 855 qram, altıncı böyük bağlama açılıb baxıldıqda içərisində 2 ədəd bükümdə narkotik vasitə tiryəkə bənzər kütlə olduğu, şöbənin elektron tərəzisində çəkildikdə isə həmin bağlamada olan birinci bükümün bükülü ilə birlikdə çəkisinin 1260 qram, həmin bağlamada olan ikinci bükümdə narkotik vasitə tiryəkə bənzər kütlə olduğu, şöbənin elektron tərəzisində çəkildikdə isə bükülü ilə birlikdə çəkisinin 545 qram, yeddinci böyük bağlama açılıb baxıldıqda içərisində 2 ədəd bükümdə narkotik vasitə tiryəkə bənzər kütlə olduğu, şöbənin elektron tərəzisində çəkildikdə isə həmin bağlamada olan birinci bükümün bükülü ilə birlikdə çəkisinin 980 qram, həmin bağlamada olan ikinci bükümdə narkotik vasitə tiryəkə bənzər kütlə olduğu, şöbənin elektron tərəzisində çəkildikdə isə bükülü ilə birlikdə çəkisinin 1005 qram olması müəyyən edilmişdir. Səkkizinci bağlama açılıb baxıldıqda içərisində bir büküm narkotik vasitə tiryəkə bənzər kütlə olduğu, şöbənin elektron tərəzisində çəkildikdə isə bükülü ilə birlikdə çəkisinin 805 qram, doqquzuncu bağlama açılıb baxıldıqda içərisində bir büküm narkotik vasitə heroinə bənzər kütlə olduğu, şöbənin elektron tərəzisində çəkildikdə isə bükülü ilə birlikdə çəkisinin 2505 qram olması müəyyən edilmişdir. Sonuncu, onuncu bağlama açılıb baxıldıqda içərisində bir büküm narkotik vasitə heroinə bənzər kütlə olduğu, şöbənin elektron tərəzisində çəkildikdə isə bükülü ilə birlikdə çəkisinin 1655 qram olması müəyyən edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təqdim etdiyi idman çantasından digər hər hansı narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi idman çantasından aşkar edilərək götürülmüş narkotik vasitə və psixotrop maddələri kisəyə qoyularaq qablaşdırıldmış, şöbənin 61 nömrəli möhürü ilə möhürləndikdən sonra götürülmüşdür. İş materiallarında olan 20 avqust 2023-cü il tarixli «şəxsi axtarış və götürmə haqqında» protokoldan və videoçəkilişdən görünür ki Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılan zaman əynindəki şalvarın sağ yan cibindən bir ədəd «Redmi» markalı mobil telefon aşkar edilmiş, üzərindən qanunla qadağan olunmuş heç bir əşyaş aşkar edilməmişdir. İş materiallarında olan 30 avqust 2023-cü il tarixli «mobil telefona baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus olan mobil telefon «Redmi 5 » markalı, göy rəngli korpusa malik mobil telefondur. Həmin mobil telefonun üzərində ***-***-**-** saylı mobil nömrə vardır. Telefonun “Kontaktlarına”-na baxış keçirilərkən Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin “Orxan Qardas” kimi, ***-***-**-** saylı mobil nömrənin “ Orxan Nar” kimi kontakta əlavə edilməsi müəyyən edilmişdir. Telefonun “Qalareyası”-na baxış keçirilərkən 16 avqust 2023cü il tarixdə içərisində külli miqdarda narlotik vasitə və psixotrop maddələrin olduğu bağlamaların fotoşəkillərinin olması müəyyən edilmişdir. Həmçinin, həmin mobil telefonun “WhatsApp” proqramına baxış keçirilən zaman Təqsirləndirilən şəxs1 istifadə etdiyi ***-***- **-** saylı mobil nömrə ilə telefonda adı qeyd olunmamış, İran İslam Respublikası mobil operatorlarına məxsus olan + **********96 saylı mobil nömrə ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək dəfələrlə danışıqların olması, habelə xx.xx.2023-cü il tarixdə saat 08:37 dəqiqədə Təqsirləndirilən şəxs1 həmin mobil nömrəyə 05 saniyədən ibarət “ hə yatdın evində rahat-rahat, Elçin qaldı Biləsuvar çöllərində” səs yazısını göndərməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 istifadə etdiyi mobil telefona baxış zamanı iş üçün əhəmiyyət kəsb edən fotoşəkillərin və zənglərin fotoşəkilləri çəkilmiş, tərtib edilmiş protokol və fotoşəkilləri cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan 30 avqust 2023-cü il tarixli «mobil telefona baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 məxsus olan mobil telefon «Redmi 9 » markalı, qara rəngli korpusa malik mobil telefondur. Həmin mobil telefonun üzərində ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr vardır. Telefonun “Kontaklarına”na baxış keçirilərkən Təqsirləndirilən şəxs1 istifadəsində olan 050801-78-75 saylı mobil nömrənin “ X10” kimi kontakta əlavə edilməsi müəyyən edilmişdir. Bundan başqa, telefonun “Kontaklarına”-na baxış keçirilərkən adı “Ağa VCP NOMER İRAN” kimi yazılmış +**********00 saylı, adı “Əli Biləsuvar.İ” kimi yazılmış +**********82 saylı, adı “X12” kimi yazılmış +**********22 saylı, adı “Əzizağa İra” kimi yazılmış +**********70 saylı, adı “Əzizağanın Balc qard” kimi yazılmış +**********35 saylı, adı “HUSEN 333.” Kimi yazılmış +**********07 saylı, adlı “ HUSEN XACMAZ” kimi yazılmış +**********07 saylı, adı “ İbrahim İran “ kimi yazılmış +**********24 saylı, adı “Meyti İran” kimi yazılmış +**********41 saylı, adı “Musa İran” kimi yazılmış +**********28 saylı, adı “Şəhriyar İran” kimi yazılmış +**********36 saylı İran İslam Respublikası mobil operatorlarına məxsus olan mobil telefon nömrələrinin olması müəyyən edilmişdir. Bundan başqa, telefonun “Kontaklarına”-na baxış keçirilərkən adı “ HUSEYN ELCİN” kimi yazılmış + **********96 saylı İran İslam Respublikası mobil operatorlarına məxsus olan mobil telefon nömrəsinin olması, həmin mobil nömrənin Təqsirləndirilən şəxs1 məxsus olan mobil telefonun kontaktında da yazılması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 istifadə etdiyi mobil telefona baxış zamanı iş üçün əhəmiyyət kəsb edən mobil nömrələrin fotoşəkilləri çəkilmiş, tərtib edilmiş protokol və fotoşəkilləri cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan 20 avqust 2023-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərinə xx.xx.2023-cü il tarixdə şəxsi axtarış və əlindəki idman çantasına baxış keçirilən zaman İlk olaraq Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə, psixotrop maddə, yaxud da qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet vardırsa könüllü olaraq çıxarıb təqdim etməsi təklif edilmişdir. Lakin, Təqsirləndirilən şəxs1 üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmetin olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilsə də, lakin hər hansı narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş əşya, predmet aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs1 əlindəki idman çantasını təqdim edərək həmin çantanın içərisində narkotik vasitə olmasını, narkotik vasitəni ona cəzaçəkmə müəssisəsində birlikdə cəza çəkmiş Hüseyn adlı şəxsin göndərməsini, içərisində narkotik vasitə olan çantanı Bakı şəhərinə aparıb çatdırmağı qarşılığında pul verməyə razılaşmasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 təqdim etdiyi qara rəngli idman çantasına baxış keçirilmişdir. Baxış zamanı həmin çantanın içərisindən ümumilikdə 10 ədəd şəffaf rəngli bağlamalarda narkotik vasitə və psixotrop maddələrə bənzər əşyaların olması müəyyən edilmişdir. İş materiallarında olan 20 avqust 2023-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, şəxsi axtarış zamanı ilk olaraq Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə, psixotrop maddə, yaxud da qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet vardırsa könüllü olaraq çıxarıb təqdim etməsi təklif edilmişdir. Lakin, Təqsirləndirilən şəxs2 üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmetin olmadığını bildirmiş, üzərinə şəxsi axtarış keçirilsə də, hər hansı narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş əşya, predmet aşkar olunmamışdır. Şifahi sorğu zamanı yolda olarkən Təqsirləndirilən şəxs1 Biləsuvar rayonuna narkotik vasitə əldə etmək üçün gəlməsini bildiyini demişdir. İş materiallarında olan “Azerfon MMC-dən xx.xx.2023-cü il tarixli 31126 nömrəli məktubla göndərilmiş CD diskinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, CD diskə baxış keçirilən zaman aşağıdakılar aşkar edilmişdir: xx.xx.2023-cü il tarixdə saat 22:16 dəqiqədə ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə narahat olma patini goturdum catiram eve girib cixiram sms-i göndərilmişdir. xx.xx.2023-cü il tarixdə saat 22:16 dəqiqədə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə Reklam oluruğ axı sən canı biz gedək gec olarsa sms-i göndərilmişdir. xx.xx.2023-cü il tarixdə saat 22:29 dəqiqədə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə 3dənə 20 eləyə bilersen sms-i göndərilmişdir. xx.xx.2023-cü il tarixdə saat 22:30 dəqiqədə ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə 3 iyirmi bir pati necelik, saat 22:32 dəqiqədə ok korpunu duwdum uje sms-ləri göndərilmişdir. xx.xx.2023-cü il tarixdə saat 22:31 dəqiqədə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə 2 beşk pəncərə edərsən ayrı ayrı sms-ləri göndərilmişdir. İş materiallarında olan «maddi sübut kimi tanınması haqqında» 06 may 2023-cü il qəraradan görünür ki, ekspertiza tədqiqatından sonrakıf qalıq 3799,8 qram narkotik vasitə heroin, 2974,8 qram psixotrop maddə metamfetamin, 9493,9 qram narkotik vasitə tiryək maddi sübut kimi tanınmış saxlanılmasından ötrü Biləsuvar RPŞ-nin sübutlar otağına təhvil veril verilmişdir. İş materiallarında olan 20 avqust 2023-cü il tarixli «şübhəli şəxs qismində tutulma haqqında» protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşlar. İş materiallarında olan Biləsuvar rayon məhkəməsinin 21 avqust 2023-cü il tarixli qərarları ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində həbs olunmasının əvvəli 20 avqust 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Biləsuvar rayon məhkəməsinin 21 avqust 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 oğlunun ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirişlməsinə dair Biləsuvr RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili , polis baş leytenantı Şahid1 xx.xx.2023-cü il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən alınmış tələbnamədən, hökmün, qərarın surətindən görünür ki, Əbilov X3 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 315.2-ci maddələri ilə təqsirli bilinib 06 azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə xx.xx.2020-ci il tarixli qanunun müdəalları tətbiq edilərək əməli CM-nin 315.2-ci maddəsindən həmin Məcəllənin 315-ci maddəsinə tövsif edilmiş və cəzası 05 il, 09 aya endirilmişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 11 ay, 22 gün vaxtından əvvəl şərti olaraq azadlığa buraxılmış, məhkumluğu ödənilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən alınmış tələbnamədən, hökmün, qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Astara Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 il y azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Aministiya aktına əsasən təyin edilmiş cəzası 02 il 06 ay azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. Məhkumluğu ödənilməmişdir. İş materiallarında olan Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 02 oktyabr 2023-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Astara şəhəri, Z.Bünyadov küçəsi ev 1/8-də qeydiyyatda olmaqla, yaşayır, himayəsində 12 mart 2015-ci il təvəllüdlü X2 adlı azyaşlı uşağı vardır, yaşadığı müddətdə barəsində nümayəndəliyə heç bir ərizə və şikayət daxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan 22 noyabr 2023-cü il tarixli «sübutların qiymətləndirilməsi haqqında qərarla» Təqsirləndirilən şəxs1 saxlanılarkən onun üzərindən aşkar edilib götürülmüş bir ədəd «Redmi-5 » markalı mobil telefon, Təqsirləndirilən şəxs2 saxlanılarkən onun üzərindən aşkar edilib götürülmüş bir ədəd «Redmi-9 » markalı mobil telefon iş üçün əhəmiyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq məhkəmə baxışına qədər saxlanılmasından ötrü RPŞ-nin saxlancına təhvil verilmişdir. İş materiallarında 22 noyabr 2023-cü il tarixli «cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi» haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitəni, külli miqdarda psixotrop maddəni ona göndərən İİR-da yaşayan «Hüseyn» adlı şəxs və cinayətin digər iştirakçılarının müəyyən etmək üçün cinayət işinin materiallarından Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi ayrıca icraata ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinatət Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməlləri məhz onlar tərəfindən törədilmişdir, bu cinayətlərə görə onlara ittiham verildiyi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində təqsirlidirlər və onların təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onların barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən təqsirləndirilən şəxlərsin əldə etdiyi narkotik vasitə və metadon həbləri “külli miqdar” kimi qiymətləndirilir. CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı uşağının olması cəzasını yüngülləşdirə haldır. CM-in 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunması əməlini yüngülləşdirən haldır, Təqsirləndirilən şəxs1 əməllərini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, törətdiyi əməllərə görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək cəzalanmalıdırlar. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduqları maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidirlər. Təqsirləndirilən şəxs1 hazırkı iş üzrə cinayəti Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə məhkumluğu ödənilmədən və ya götürülmədən törətmişdir. Bu Azərbaycan Respublikası CM-nin 18.2.2-ci maddəsinə əsasən təhlükəli residiv hesab olunmalı və həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs1 Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə təyin edilmiş 05 il 09 ay azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi, yəni 11 ay 22 gün hissəsinə dair Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə tətbiq edilmiş şərti məhkum etmə cəzası Azərbaycan Respublikası CM-nin 71.5-ci maddəsinə əsasən ləğv edilməli, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin olunmuş cəzaya qismən birləşdirilməli, ona hökmlərin məcmusu üzrə qəti cəzası təyin olunmalıdır. Təqsirləndirilən şəxs2 hazırkı iş üzrə cinayəti Astara Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə məhkumluğu ödənilmədən və ya götürülmədən törətmişdir. Bu Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən residiv hesab olunmalı və həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən “Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz”. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəyləinə görə Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəyinə görə Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, onun ərazi narkoloji xəstəxanada 2019-cu ildən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda olması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub - Biləsuvar RPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq Biləsuvar RPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 3799,8 qram narkotik vasitə heroin, 2974,8 qram psixotrop maddə metamfetamin, 9493,9 qram narkotik vasitə tiryək məhv edilməli, Biləsuvar RPŞ-də saxlanılan Təqsirləndirilən şəxs1 saxlanılarkən onun üzərindən aşkar edilib götürülmüş bir ədəd «Redmi-5 » markalı mobil telefon, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilib götürülmüş bir ədəd «Redmi-9» markalı mobil telefonlar onların yaxın qohumlarına qaytarılmalıdır. İş üzrə 120 (yüz iyirmi) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 60 (altmış) manat tutularaq dövlət nəfinə keçirilməsini, onların cəza çəkmə müddətinin əvvəlinin 20 avqust 2023-cü il tarixdən hesablanmasını əsaslı sayır. Göstərilənlərə əsasən, CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə təyin edilmiş 05 il 09 ay azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi, yəni 11 ay 22 gün hissəsinə dair Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə tətbiq edilmiş şərti məhkum etmə cəzası Azərbaycan Respublikası CM-nin 71.5-ci maddəsinə əsasən ləğv edilsin, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin olunmuş cəzaya qismən birləşdirərək ona hökmlərin məcmusu üzrə qəti olaraq 09 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 20 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 cəza ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə 60 (altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1 tutularaq dövlət nəfinə keçirilsin. X6 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 20 avqust 2023-cü il tarixdən hesablansın. X8 ərazi narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınsın. İş üzrə 60 (altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs2 tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq - Biləsuvar RPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 3799,8 qram narkotik vasitə heroin, 2974,8 qram psixotrop maddə metamfetamin, 9493,9 qram narkotik vasitə tiryək məhv edilsin. - Biləsuvar RPŞ-də saxlanılan Təqsirləndirilən şəxs1 saxlanılarkən onun üzərindən aşkar edilib götürülmüş bir ədəd «Redmi-5 » markalı mobil telefon, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilib götürülmüş bir ədəd «Redmi-9 » markalı mobil telefonlar onların yaxın qohumlarına qaytarılsın. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Cəlil Nəbiyev Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar