Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-273/2025 30.04.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədova Esmira Qərib qızı (sədrlik edən və məruzəçi), Məmmədov Neymət Hüsən oğlu və Nəbiyev Cavanşir Şirvan oğlundan ibarət tərkibdə, Katib katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, - 05 avqust 1991-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, orta məktəbdə ocaqçı işləmiş, həmçinin fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” massivi, ev 17, mənzil 8-də qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında videokonfrans əlaqə sistemi, habelə “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istifadəsində olan 055 ***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçdiyi “WhatsApp” ani mesajlaşma sistemi vasitəsi ilə İran İslam Respublikasının vətəndaşı olması ehtimal edilən şəxsiyyəti istintaqa və məhkəməyə məlum olmayan şəxslə danışaraq külli miqdarda narkotik vasitələri satış məqsədilə, qazanc əldə etmək üçün qanunsuz olaraq əldə edib saxlamaqla daşıması barədə razılaşıb qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşdikdən sonra istintaqa və məhkəməyə məlum olmayan mənbədən, tarixdə və vaxtda satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan heroin, tiryək və qurudulmuş marixuananı qəsdən qanunsuz olaraq əldə edib üzərində saxlamaqla cinayətə aidiyyəti olmayan taksi fəaliyyəti ilə məşğul olan Şahid6 etibarnamə əsasında idarə etdiyi “Kia Rio” markalı, **-OX-*** dövlət qeydiyyat nişanlı avtomobilə Hacıqabul rayonu ərazisində daşımış, 19 dekabr 2024-cü il tarixdə, saat 23:55də Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı-Ələt-Qazax avtomobil yolunun Hacıqabul rayonu, Navahı kəndi ərazisindən keçən hissəsində saxlanılaraq üzərində yoxlama aparılarkən onun İran İslam Respublikasının vətəndaşı olması ehtimal edilən, şəxsiyyəti istintaqa və məhkəməyə məlum olmayan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib qanunsuz olaraq satış məqsədilə əldə etdiyi bir ədəd göy rəngli polietilen torbanın içərisindən bir ədəd bükümdə təmiz çəkisi 51,462 qram külli miqdarda tünd qəhvəyimtil rəngli xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, bir ədəd bükümdə təmiz çəkisi 60,520 qram külli miqdarda qəhvəyimtil rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd polietilen torbada təmiz çəkisi 1535,0 qram külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış bitki mənşəli narkotik vasitə qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Fərid (Fərşid) adlı şəxslə 2020-ci ildə tanış olmuşdur. Fəridə İranda Fərşid deyə müraciət olunur və aralarında qohumluq münasibəti vardır. Arvadı qab-qacaq alqı-satqısı ilə məşğul olduğundan, iki-üç nəfərlə birlikdə qab-qacaq almaq üçün İran İslam Respublikasına getmişlər və bu onların İrana ilk gedişi olmuşdur. İranda onları qohumu ilə birlikdə Fərid qarşılamış, avtomobillə təmin etmiş və onlara nəyi, haradan ucuz qiymətə almaq olduğunu başa salmışlar. Mağazalara gedib, lazım olan şeyləri almışlar. Bir müddət sonra Fərid onlara quru sərhədlərinin bağlanacağını, imkan daxilində malları aparmağı, ya da ümumiyyətlə almamağı bildirmişdir. Sərhədin tez bağlanacağını düşünməmişlər. Lakin sərhədin bağlandığı barədə xəbər gəlmiş, aldıqları malları İranda tanış adamın evində saxlamaları bildirilmiş, onlar da aldıqları malları Fəridin evində saxlamışlar. Onlara ölkəni saat 00:00-dək tərk etmək tələbi qoyulmuş, Biləsuvar sərhədindən keçərək İran İslam Respublikasının ərazisini tərk edib, Bakı şəhərinə gəlmişlər. Həmin hadisənin üstündən üç il keçmiş, bu müddətdə Fəriddən İranla sərhədlərin açılması, mallarının göndərilməsi barədə hansı məlumatın olması barədə maraqlanmışlar, Fərid də bir xəbər olmadığını bildirmişdir. Son dövrlərdə evdə ailəlikcə məsləhətləşmişlər ki, alıb İranda saxladıqları həmin mallar aldıqları dəyərə satılsın və pulu göndərilsin. Bu məqsədlə Fəridlə danışaraq aldıqları malları dükanlara qaytarmağı və pulunu göndərməyi istəmiş, pula ehtiyacı olduğunu bildirmişdir. Belə ki, oğlu Mehdi Quliyev astma xəstəsidir, fəsil dəyişikliyi ilə əlaqədar hər üç aydan bir xəstəxanaya aparılır. Göndərilməli pul 300-500 (üç yüz-beş yüz) manat civarında olmuşdur. Fərid ona, “baba, hələ ki xəbər yoxdur, göndərə bilmirəm, imkan olsa, tır şoferləri vasitəsilə göndərəcəm və həmin adamın nömrəsini sənə verəcəm” deyə bildirmişdir. 2023-cü ildə Fərid dəfələrlə ona nəyisə deməyə çalışmış, o isə anlamamış, yarı farsca, yarı azərbaycanca danışdığından onu başa düşə bilməmişdir. Fərid ona “iş” təklif etmiş, cavabında narkotik istifadəçisi olsa da, satışı ilə məşğul ola bilməyəcəyini bildirmişdir. Bir dəfə Fərid ona “sənə bağlama göndərəcəm, onu çatdıra bilərsən?” demiş, bundan sonra nə baş verdiyini anlamışdır. Belə ki, uşaq deyil, həmçinin qohum-əqrəbasında tutulanlar olmuş, Fəridin özü də Bakı İstintaq Təcridxanasında olmuş, sonra ölkədən deportasiya edilmişdir. Axırıncı dəfə Fəridlə danışanda ya pulu, ya da malı göndərməsini istəmiş, o da malları, yəni, qəndqabılar, boşqablar və başqa qab-qacağı göndərəcəyini bildirmişdir. Özü əvvəllər narkotik istifadə etmişdir, lakin narkotikdən asılılığı yoxdur. Hərdənbir Bakı toylarında, başqa yerlərdə narkotik istifadə etmişdir. Əsasən, qurudulmuş marixuana, son zamanlar isə taksi fəaliyyəti ilə məğul olduğundan beş-altı aydan bir metamfetamin istifadə etmişdir. Fərid ona, “malları göndərəcəm, bilirəm ki, sən nəşə qəbul eləyirsən, sənin üçün bir az nəşə də qoyacam” demiş, lakin bunun qarşılığında pul təklifi olmamışdır. Malları haraya qoyduracağını soruşanda Fərid ona Hacıqabulda işləyən kafenin yerini deyəcəyini, orada bir nəfərə yaxınlaşmasını bildirmiş, lakin yaxınlaşmalı olduğu şəxsin adını deməmişdir. Həmin yerə getmək üçün avtomobilinin mühərriki nasaz olduğuna görə Şahid6 müraciət etmişdir. Tahir iyirmi ildən çoxdur tanıdığı, oturub-durduğu şəxsdir. Tahir işdə olmuş, işdən gələndən sonra getməyi bildirmiş, razılaşmış və Tahir işdən gələndən sonra yola çıxmışlar. Yolda Tahirin avtomobilinə 25 (iyirmi beş) manatlıq benzin vurmuşlar. Ələt qəsəbəsində olarkən Fərid ona zəng edib harada olduğunu soruşmuş, yolda olduğunu demişdir. Həmin vaxt qayınanası Salyanda olmuş, həm də qayınanasını götürməyə getməli olmuşdur. Qayınanasına görə onsuz da bu yolu gedəcəyini, birdəfəlik gedib malları da götürüb gəlməyi düşünmüşdür. Fərid ona zəng edəndə getməli olduğu yeri deyəcəyini, çatanda xəbər etməsini, nömrə verəcəyini və onu qarşılayacaqlarını bildirmişdir. Ünvana çatanda qaranlıq bir yer olduğunu, ətrafda heç bir şey olmadığını görmüşdür. Tahirdən işləyən kafenin harada olduğunu soruşmuş, o da bilmədiyini demişdir. Üzlərini çevirib, geriyə dönüb maşına oturmaq istəyəndə “qaçma, qaçma” deyə qışqırıq səsi eşitmiş və atəş açılmış, yerindəcə donub qalmışdır. Anidən on beş-iyirmi nəfər adamın peyda olduğunu görmüş, bir nəfər onun üstünə gələrək onu yerə yıxmış və “Hacıqabullu hanı?” deyə soruşmuşdur. Bunu deyən polis əməkdaşı olmuş, amma bunu sonradan bilmiş, çünki sonuncu mülki geyimdə olmuşdur. Polis ondan “Hacıqabullu” barədə məlumat verməsini istəmiş, qoluna qandalı “X” formasında, yəni “kars” formasında vurmuş və onu ağzı üstə uzatmışlar. Tahir ondan aralıda, təqribən 20-30 metr məsafədə olmuşdur. Polislər Tahiri də tutmuşlar. Polislərin bir qismi yolun əks tərəfində, bir qismi üzü “Nəvahı” postuna tərəf, bir qismi üzü Hacıqabul istiqamətində, qalanı da olduğu məkanın arxasında sahəlik ərazidə durmuşlar. Ərazi avtomobil işığı ilə işıqlandırıldıqdan sonra polislərin böyük bir torbanı gətirib qabağına atdıqlarını görmüş, nə olduğunu soruşanda, həmin bağlamanın onun olduğunu bildirmişlər, polisə “mənim olan məndə olar da, niyə mənim olan səndədir ki?” demişdir. Polis ondan “Hacıqabullunun” adını deməsini istəmiş, belə bir şəxsi tanımadığını bildirmişdir. Sonradan videoçəkiliş aparılacağı bildirilmiş, videoçəkilişdə iştirak etməyə etiraz etmiş, ondan əvvəl tutulan şəxslər barəsində videoçəkilişlərin necə olduğundan məlumatlı olduğunu bildirmişdir. Polislər ona əvvəl-axır narkotiki boynuna götürəcəyini demişlər. Narkotiki boynuna götürməyəcəyini deyib, polis şöbəsinə aparılmasını istəmiş, başına hansı oyunu açsalar, kişiliyinə xələl gəlsə belə boynuna götürməyəcəyini bildirmişdir. Videoçəkiliş başlayana yaxın qandalı açıb arxadan vurmuşlar. Qandalın üzərində olan “rıçaq” qandal tərpəndikcə içəriyə getmiş və qolunu sıxmağa başlamışdır. Hər iki tərəfində polis əməkdaşları durmuşdur. Çəkiliş zamanı qabağına qoyulan torbanı təpiklə itələmiş, hər dəfəsində böyrünə yumruqla vurmuşlar ki, bu hərəkətini təkrar etməsin ki, çəkilişi bitirə bilsinlər. Videoçəkiliş zamanı etiraz əlaməti olaraq başı önə əyilmiş vəziyyətdə durmuşdur. Çəkilişə etiraz etdikdə onu vurmuşlar. Belə ki, kamera başqa yeri çəkəndə böyründən “danış, danış” deyə vururmuşlar. Sonra polislər sellofan torbanın içindəki bükümləri çıxarıb yarmışlar. Bükümlərin çəkisi 72 qram, 58 qram və 1641 qram olmuşdur. Daha sonra Tahir barəsində videoçəkilişə başlanılmış və avtomobilindən bıçaq çıxarılmışdır. Yenidən çəkilişdə narkotikin ona aid olduğunu deməsini istəmişlər, o isə içərisində narkotik vasitələr olan torbanın ona məxsus olmadığını, ona məxsus olan predmetin onun özündə olmalı olduğunu bildirmişdir. Gecə saat 02-03 radələrində Hacıqabul Rayon Polis Şöbəsinə aparılmışdır. Ayağında axsaqlıq olmuş, yeriyə bilməmiş, buna görə də onu sürüyə-sürüyə aparmışlar. Hacıqabul Rayon Polis Şöbəsinin rəis müavini Rüfət adlı şəxsin otağına aparılmış, videoçəkilişə razılıq verməsini, narkotiki boynuna götürməsini, ona köməklik edəcəklərini demişlər. Afiq adlı polis əməkdaşı onu təhqir-təhdid etməyə başlamış, kişiliyinə toxunacağını demişdir. Gecə saat 03-04 radələrində polislər vəkillərə zəng etmişlər, heç kim gəlməmişdir. Sonra vəkil Ulduzə xanımı çağırmışlar. Müvəqqəti Saxlama Yerinə yerləşdirildikdən sonra orada saxlanılan şəxslərdən vəkil Ulduzə Əhmədova barəsində maraqlanmış və barəsində müsbət fikirlər eşitmədiyindən, vəkilə etiraz etmişdir. Ulduzə xanıma zəng edib “biz sizə əməliyyat maşını göndəririk, sizə artıqlaması ilə hörmət eləyəcəyik, bircə bu işi yoluna qoyaq” demişlər, Ulduzə xanım da yuxulu-yuxulu gəlmişdir. Yuxulu adamın işini necə aparacağını soruşmuş və yenə də çəkilişə razı olmayacağını demişdir. Həmin vaxt orada vəkil Ulduzə Əhmədova, bir nəfər videoçəkilişi aparan polis, bir nəfər də təhqiqatçı olmuşdur. Çəkiliş zamanı üzünü divara çevirmiş, onlara baxmamışdır. Ulduzə xanım torbanın kimin olduğunu soruşanda onun olmadığını və kimin olduğunu da bilmədiyini demişdir. Ekspertiza keçirilməsini və torbada əl izi olarsa, ömürlük cəza almağa hazır olduğunu bildirmişdir. Çəkilişə razı olmadığı üçün videoçəkiliş dayandırılmış, rəis müavini Rüfət adlı şəxs gəlib yaxasından tutmuş, güya onun sonuncuya çəkilişə razılıq verdiyi barədə dediyini, o isə belə bir şey demədiyini bildirmişdir. Ona yenidən təzyiq göstərməyə başlamışlar və nəticədə polislər videoçəkiliş aparmış, onlara baxmamış, suallara cavab verməmişdir. Sonra onu Müvəqqəti Saxlama Yerinə aparmışlar. Günorta radələrində barmaq izləri götürülmüş və fotoşəkli çəkilmişdir. Polislər boynuna götürməyəcəyi halda narkotik vasitələri Şahid6 “yükləcəyəklərini” demişlər. Tahirlik bir iş olmadığını, onun taksi kimi gəldiyini demişdir. Ondan narkotiki boynuna götürməsini istəmiş, əks halda Tahiri də onunla birlikdə həbs edəcəklərini bildirmişlər, o da özü üçün heç bir fərqi olmadğını demişdir. Aşkar olunmuş narkotik vasitələrin özünə məxsus olduğunu bildirməmiş, ifadəsində də qeyd olunduğu kimi Fəridin ona 1-2 qram metamfetamin, 5-10 qram da marixuana verəcəyini bildirərək, narkotiki yalnız bu hissədə boynuna almışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, davamlı narkotik istifadə etməmiş, üç-beş aydan bir, bəzən bir il ara ilə istifadə etmişdir. Narkotiki Fərid (Fərşid) təklif etmiş, onun üçün pay kimi qoymuşdur. Bir-iki qram narkotikə görə Hacıqabula getmək məntiqli deyil, Bakıda da almaq olur. Amma xəstə uşağına 70 (yetmiş) manatlıq astma dərmanı alır, “patı”nın da qramı 50-60 (əlli-altmış) manatdır. Uşağının boğazından kəsib narkotik almaq istəməmişdir. Qayınanası Salyan rayonunda onun bacanağının evində olmuşdur. 15-20 km yolunu uzadıb sonra qayıdıb gələcəkmiş. Bakıdan axşam 08-09 radələrində çıxmışdır. Qayınanasını gecə Bakıya gətirməyəcək, səhər qayıdacaqmışlar. Şahid6 uşaqlıqdan tanıyır, qonşu binalarda yaşamışlar. Tahir 24 saylı poliklinikada təcili tibbi yardım avtomobilinin sürücüsüdür, axşam növbədən çıxıb onu rayona gətirmiş və növbəti gün axşam yenə növbədə olacaqmış. Həmin vaxt maşını olan yalnız Tahir olmuş, həm də başqa taksiyə verməyə pulu olmamışdır. Tahirə yalnız yanacaq sərfiyyatına görə pul verəcəkmiş. Arada Tahirlə birlikdə marixuana və metamfetamin istifadə etmişlər. Axırıncı dəfə Tahirlə birlikdə nə vaxt narkotik istifadə etdiyini xatırlamır. Gümanına görə, Tahir onun narkotik götürməyə getməsini hiss edə bilərdi, çünki, yol yoldaşı olmuşlar. Lakin, özü Tahirə narkotik götürməyə getməsi barədə deməmiş, habelə sonuncu ondan qayınanasını götürmək üçün Hacıqabul tərəfdən getmələrinin səbəbini soruşmamışdır. Yolboyu telefonla danışanda Tahirin onun hansı mövzuda danışdığını anlayıb-anlamaması barədə heç bir fikri yoxdur, lakin yanakı oturduqlarından Tahir danışdıqlarını eşidə bilərmiş. Yolda gedərkən təbii ehtiyacını ödəmək üçün avtomobildən düşmüş, ağaclıq yerdə işini bitirdikdən sonra mobil telefonunun işığını yandırmaq istəmiş və bu zaman ayaq səsi gəldiyini eşitmiş, dərhal dayanmış, sonra çevirilib getmək istəyəndə “qaçma, dayan” deyə qışqırıq səsi eşitmiş və bu anda iki-üç dəfə atəş açılmışdır. Həmin vaxt saat 23:50 radələri olmuşdur. İçərisində narkotik vasitələr olan torbanı polis əməkdaşları özlərinə məxsus avtomobildən çıxarıb gətirmişlər. Belə ki, polislər “torba buradadı” deyib torbanı ağ rəngli avtomobilin yanından çıxartmışlar. Aldığı xəsarətlə bağlı guya qaçanda yıxıldığını deməsi bildirilmiş, lakin həqiqətdə belə bir hal olmamışdır. Fərid həqiqətən ona qab-qacaq göndərməli olmuş, lakin bunu görməyə imkan olmamış, polis əməkdaşları tərəfindən saxlanılmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs verdiyi ifadə ilə ibtidai istintaq zamanı vermiş olduğu ifadə arasında yaranmış ziddiyyətlə əlaqədar, onun ibtidai istintaqa verdiyi ifadəsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda) əsasən ziddiyyət yaranan hissədə elan edilmiş və məlum olmuşdur ki, o, həmin ifadəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 18 radələrində Fərid (Fərşid) kimi tanıdığı İran İslam Respublikasının vətəndaşı ona zəng edərək 500 (beş yüz) manat pul borcunun müqabilində “WhatsApp” ani mesajlaşma sistemində yer bildirəcəyini, həmin yerə gedib, oradan təxminən 2 qram psixotrop maddə olan metamfetamin, 5-10 qram narkotik vasitə qurudulmuş marixuananı götürüb özündə saxlamasını, bundan sonra ona xəbər etməsini, öz növbəsində daha sonra nə edəcəyini deyəcəyini bildirmiş, övladının səhhətində problemlər olduğu üçün pula ehtiyacı yaranmış, bu səbəbdən də Fəridlə razılaşmışdır. Bundan sonra Fərid ona narkotik vasitənin əvvəlcə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində, daha sonra isə Hacıqabul rayonunun ərazisində olduğunu və oraya getməsini bildirmiş, etiraz etməmişdir. Şahid6 avtomobili ilə yola çıxmış, yol pulu olaraq 50 (əlli) manata razılaşmışlar. Yolda Tahiri aldadaraq, Salyan rayonuna Hacıqabul rayonundan keçib getməyi demiş, Tahir də inanıb avtomobili Hacıqabul rayonu istiqamətində sürmüşdür. Hacıqabul rayonu, Navahı kəndi ərazisində olan BDYP-nin stasionar postuna çatanda Fəridə zəng edib Hacıqabul rayonu ərazisində olduğunu bildirmişdir. Fərid ona bir qədər gözləməsini və narkotik vasitənin haraya qoyulduğu barədə “WhatsApp” anı mesajlaşma sistemində məkan atacağını bildirmiş, az sonra ona “WhatsApp” anı mesajlaşma sistemində məkan yerini göndərmişdir. Həmin yer Bakı-Qazax magistral yolunun Bakı şəhəri istiqamətindən yolun kənarında yerləşən fəaliyyəti olmayan kafenin tikilisinin yaxınlığını göstərmişdir. Bundan sonra Tahirə Bakı- Qazax magistral yolunda Hacıqabul rayonu, Navahı kəndi ərazisində olan BDYP-nin stasionar postundan bir qədər irəlidə Bakı şəhəri istiqamətində avtomobilini yolun kənarında saxlamasını bildirmiş, Tahir avtomobili yolun kənarında saxladıqdan sonra düşüb yolun kənarında yerləşən tikiliyə yaxınlaşmış və tikilinin girişinin yaxınlığında mişar daşının yanına qoyulmuş göy rəngli polietilen torbanı götürən zaman polis əməkdaşları ona yaxınlaşmışlar. Polis əməkdaşlarını görüb qaçmış, lakin bir qədər aralaşandan sonra yerə yıxılmışdır. Polislər ona yaxınlaşıb tutaraq, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Həmin vaxt polis əməkdaşlarının Tahiri də saxladıqlarını görmüşdür. Polis əməkdaşları ona üzərində qanunsuz olaraq narkotik vasitə daşımaqda və saxlamaqda şübhəli olduğunu və üzərində yoxlama aparlacağını bildirmişlər. Üzərində yoxlama aparan zaman videoçəkiliş aparılacağı bildirilmiş, bundan sonra polis əməkdaşları Fərid adlı şəxsin onun üçün Bakı-Qazax magistral yolunun Bakı şəhəri istiqamətindən yolun kənarında yerləşən fəaliyyəti olmayan kafenin tikilisinin yaxınlığına qoydurduğu göy rəngli polietilen torbanı açıb içərsinə yoxlama keçirmişlər. Həmin polietilen torbanın içərisində olan üç ədəd yapışqan lentlə bağlanmış bükülü elektron tərəzidə çəkilmiş, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin olduğu birinci böyük bükümün çəkisinin 1 kq., 641 qram, narkotik vasitə tiryəkə bənzər kütlənin olduğu ikinci kiçik bükümün çəkisinin 58 qram, narkotik vasitə heroinə bənzər kütlənin olduğu üçüncü bükümün çəkisinin isə 72 qram olduğu müəyyən edilmişdir. Həmin kütlələr zərfə qoyularaq möhürlənmişdir. Bundan sonra polis əməkdaşları onun üzərində yoxlamanı davam etdirmiş, lakin qanunla qadağan olunan hər hansı bir əşya, predmet və ya maddə aşkar olunmamış, Tahirin idarə etdiyi “Kia Rio” markalı, **-OX-*** dövlət nömrə nişanlı avtomobilə yoxlama keçirilərkən, avtomobildən bir ədəd bıçaq aşkar olunduğunu sonradan öyrənmişdir. Həmin vaxt əsəbi olduğundan polis əməkdaşlarının suallarına cavab verməmişdir. Daha sonra polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişlər. Üzərində yoxlama aparılarkən və ya ona yaxınlaşan zaman polis əməkdaşları tərəfindən heç bir zorakılığa məruz qalmamışdır (iş vərəqi 70-73). Təqsirləndirilən şəxs ifadələri arasındakı ziddiyyəti onunla əlaqələndirmişdir ki, ibtidai istintaq dövründə ifadəsini oxumamış, habelə ifadəsi ona oxunmamış, yalnız təqdim olunan sənədləri imzalamışdır. 3 saylı İstintaq Təcridxanasında olarkən sənədləri imzalamamışdır. İbtidai istintaq dövründə iki dəfə etap olunmuşdur. Vəkili Ulduzə xanım ona işini məhkəməyə vermək üçün sənədləri imzalamalı olduğunu bildirmiş, sənədləri oxumaq üçün istəmiş, lakin ona əngəl yaratmağa çalışmışlar. İfadəsini ona göstərdikləri üçün imzalamış, lakin məzmununu bilməmiş, digər sənədləri də imzalamış, amma həmin sənədlərdə də nə yazıldığını demədikləri üçün məzmunlarını bilməmişdir. Qanunsuz saxlanılması ilə bağlı polisə şikayət etməmiş, “kimdən kimə şikayət edəcəkdir” deyə düşünmüşdür. Təqsirləndirilən şəxs son sözündə bildirmişdir ki, atası vəfat etmişdir, evdə tək kişi odur, himayəsində iki azyaşlı övladı var, uşağının biri xəstədir. Barəsində olan cinayət işində əməlinin cinayət olmasını təsdiq edən hər hansı sübut yoxdur. Belə ki, polis əməkdaşları kafenin Bakı-Ələt-Qazax yolunun Bakı istiqamətində yerləşdiyini desələr də, əslində həmin kafe Hacıqabul istiqamətindədir. İttiham aktında Fərşid adlı şəxslə danışması, aralarında alış-veriş olması, narkotik satışı ilə məşğul olması qeyd olunmuşdur. Halbuki, onda tərəzi olmamışdır, habelə kiməsə nəyisə satması barədə şahid yoxdur. Şahid6 məhkəmədə polis əməkdaşlarının ona dedikləri kimi ifadə vermişdir. Tahir də onun yanında olmalı idi, çünki narkotiki boynuna götürməsə, Tahiri onunla əlbir olmaqda ittiham edib tutacaqmışlar. Buna görə də, özünə aid olan 1-2 qram narkotiki üzərinə götürmüşdür. Bundan sonra onu həbs, Tahiri isə azad etmişlər. Məhkəmədən haqq-ədalət istəyir. Əməlində satış yoxdur. Yoldaşı zob, uşağı isə astma xəstəsidir. Qeyd etdikləri nəzərə alınmaqla, məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə cinayət prosesinin iştirakçılarını (təqsirləndirilən şəxs və şahidləri) dinləyərək, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alıb, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Hacıqabul Rayon Polis Şöbəsinin Narkotiklərlə Mübarizə Qrupunun əməliyyat müvəkkili, polis kiçik leytanantı Şahid1 ifadəsində göstərmişdir ki, 19 dekabr 2024-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, massiv D, ev 17, mənzil 8-də qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri satış məqsədi ilə onlayn qaydada qanunsuz olaraq Hacıqabul rayonu ərazisində əldə edərək saxlaması və daşıması barədə ona əməliyyat məlumatı daxil olmuş, həmin məlumat əsasında Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanması, üzərinə müvafiq qaydada yoxlama keçirilməsi və Hacıqabul Rayon Polis Şöbəsinə gətirilməsi ilə əlaqədar “təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərar qəbul etmişdir. Elə həmin gün əmr əsasında rəhbərliyi ilə həmin şöbənin Narkotiklərlə Mübarizə Qrupunun baş əməliyyat müvəkkili, polis kapitanı Şahid3, Cinayət- Axtarış Bölməsinin sabiq əməliyyat müvəkkili, polis kapitanı Şahid2, əməliyyat müvəkkili, polis kapitanı Şahid4 və Post Patrul Xidməti Bölüyünün polis nəfəri, serjant Şahid5 qrup üzvü kimi daxil olduğu əməliyyat qrupu yaradılmışdır. Daxil olmuş əməliyyat məlumatında Təqsirləndirilən şəxs “Kia Rio” markalı, **-OX-*** dövlət nömrə nişanlı avtomobildə Hacıqabul rayonu, Nəvahı kəndi istiqamətində hərəkət etməsi barədə bildirilmiş, avtomobili tam təhlükəsiz və qanuna müvafiq qaydada saxlamaq məqsədi ilə həmin gün xidməti avtomobili ilə Nəvahı kəndinə getmiş, saat 23:55 radələrində “Kia Rio” markalı, **- OX-*** dövlət nömrə nişanlı avtomobilin Hacıqabul rayonu, Navahı kənd ərazisində olan BDYP-nin stasionar postundan bir qədər irəlidə Bakı şəhəri istiqamətindən yolun kənarında dayandığını görüb, Bakı-Ələt-Qazax magistral yolunun Bakı şəhəri istiqamətindən yolun kənarında yerləşən fəaliyyəti olmayan kafenin həyətinə daxil olmuş və orada Təqsirləndirilən şəxs olduğunu görmüşlər. Təqsirləndirilən şəxs onları görən kimi qaçmağa çalışmış, bu zaman yerə yıxılmış və həmin vaxt əlində olan göy rəngli polietilen torba yerə düşmüşdür. Dərhal onu tutub saxlayandan sonra avtomobilin sürücüsü Şahid6 da saxlamış, özlərini təqdim edərək gəlişlərinin səbəbini bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərində yoxlama aparılacağını bildirib, hüquq və vəzifələrini ona elan etmiş, həmçinin üzərində aparılacaq yoxlama zamanı videoçəkilişdən istifadə olunacağını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə yoxlama keçirməyə başlamış, lakin üzərindən qanunla qadağan olunan hər hansı bir əşya, predmet və ya maddə aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs saxlanılan zaman əlindən yerə atdığı göy rəngli sellofan torbanın içərisinə baxmış və həmin sellofan torbanın içərisində üzəri yapışqan lentlə bağlanmış üç ədəd bükümün olduğu aşkar edilmişdir. Həmin bükümlərə baxış keçirmiş, üzəri yapışqan lentlə bağlanmış qara rəngli böyük bükülünün içərisində narkotik vasitə qurudulmuş marixuana, digər üzəri yapışqan lentlə bağlanmış bükülünün içərisində narkotik vasitə tiryək və sonuncu üzəri yapışqan lentlə bağlanmış bükülünün içərisində isə narkotik vasitə heroin olduğunu aşkar etmişdir. Bundan sonra tərəfindən həmin üzəri yapışqan lentlə bağlanmış üç büküm elektron tərəzidə çəkilmiş, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin olduğu bükümün çəkisinin 1 kq., 641 qram, narkotik vasitə tiryəkə bənzər kütlənin olduğu bükümün çəkisinin 58 qram, narkotik vasitə heroinə bənzər kütlənin olduğu üçüncü bükümün çəkisinin isə 72 qram olduğu müəyyən edilmişdir. Həmin kütlələr zərfə qoyularaq möhürlənmiş və tərəflərindən üzərinə imzalar edilmişdir. Bundan sonra Şahid6 üzərində yoxlama aparılacağını və idarə etdiyi avtomobilə baxış keçiriləcəyini bildirib, hüquq və vəzifələrini elan etmiş, ona da üzərində aparılacaq yoxlama və avtomobilinə keçiriləcək baxış zamanı videoçəkilişdən istifadə olunacağını demişdir. Yoxlama zamanı Şahid6 üzərindən qanunla qadağan olunan hər hansı bir əşya, predmet və ya maddə aşkar olunmamış, idarə etdiyi “Kia Rio” markalı, **-OX-*** dövlət nömrə nişanlı avtomobilə baxış zamanı isə avtomobilin sürət qutusunun yanında olan əşyaların saxlanılması üçün nəzərdə tutulmuş yerdən bir ədəd bıçaq aşkar olunmuş və zərfə qoyularaq möhürlənib, tərəflərindən üzərinə imzalar edilmişdir. Şifahi sorğu-sual zamanı Şahid6 həmin bıçağı uzun müddətdən bəri avtomobilində saxladığını, meyvə soyarkən və avtomobilin təmiri zamanı istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxslə Şahid6 barəsində prosessual sənədləşdirilmə aparılması məqsədi ilə onları Hacıqabul Rayon Polis Şöbəsinə dəvət etmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs üzərində yoxlama aparılması barədə protokol tərtib olunmuş və imzalarla həmin protokolu təsdiq etmişlər. Bundan sonra birlikdə təhqiqatçının xidməti otağına gəlmiş, təhqiqatçı Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin satışı ilə məşğul olmasında şübhəli olduğundan tutulduğunu bildirib, şübhəli şəxs kimi hüquq və vəzifələrini elan edib, bu barədə yazılı bildiriş təqdim etmişdir. Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmiş, müdafiəçi qismində Şirvan Regional Vəkil Bürosunun vəkili Ulduzə Əhmədova dəvət olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs, müdafiəçinin və onun iştirakı ilə Tərlanın üzərindən aşkar olunan və qablaşdırılan əşyaya təhqiqatçı tərəfindən yenidən baxış keçirilmiş, daha sonra həmin əşya yenidən qablaşdırılıb möhürlənmiş və üzərində tərəflərindən imzalar edilmişdir. Şahid1 cinayət prosesi iştirakçılarının ona ünvanladıqları suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs məlum hadisə ilə əlaqədar tanımış, onunla arasında ədavət və ya düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs saxlanıldığı vaxtdan saat yarım və ya iki saat əvvəl ona əməliyyat məlumatı daxil olmuş, bundan sonra hadisə yerinə getmək təxminən bir saat çəkmişdir. Avtomaşının markası və rəngi onlara bəlli olmuş, lakin sürücünün kimliyi məlum olmamışdır. Əməliyyat tədbirinə iki maşınla getmişlər, sonradan həmin ərazidə xidmətdə olan post patrul maşını da gəlmişdir. Təqsirləndirilən şəxs oraya gəldiyi avtomobildən 50-60 metr aralıda saxlamışlar. Təqsirləndirilən şəxsi hərəkətlərindən müəyyən etmiş, yaxınlaşdıqdan sonra isə kimliyini bilmişlər. Təqsirləndirilən şəxs saxlanılarkən hay-küy salmamış, yalnız qaçmaq istəmişdir. Təqsirləndirilən şəxsin qaçması məlum səbəblərdən videoçəkilişlə qeydə alınmamışdır. Təqsirləndirilən şəxs saxlanılmasını sürücü Şahid6 bəlkə də, görə bilərdi və bu barədə Şahid6 fərqli şəkildə ifadə verməsinin səbəbi barədə hər hansı bir fikri yoxdur. Təqsirləndirilən şəxs saxladıqdan sonra sürücü barədə şübhələri olmamışdır, çünki, məlumat Tərlan barəsində idi. Sürücü Şahid6 onların yanında Təqsirləndirilən şəxs irad belə bildirmişdir. Salyan rayonunun Xələc kəndi ilə Təqsirləndirilən şəxs saxlanıldığı yer fərqli-fərqli istiqamətlərdir və aralarında təxminən 100 km. məsafə var. Sürücüyə təqsirləndirilən şəxs həmin yerə gedəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs sürücü Şahid6 iyirmi ildən artıq müddətdir ki, tanıması, birlikdə narkotiik vasitə qəbul etmələri barədə məlumatı olmamışdır və bu barədə araşdırma aparmaq istintaq orqanının işidir. Hər iki şəxs saxlanılandan sonra onların kim olduqlarını müəyyən etmişlər. Təqsirləndirilən şəxs nə aşkar etmişlərsə, hamısını sənədləşdirmişlər. Tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı təzyiq, təsir, fiziki zor olmamışdır. Təqsirləndirilən şəxs dizindəki xəsarət saxlanılarkən qaçmaq istəyəndə yıxılması nəticəsində yaranmışdır. Məhkəmə iclasında dindirilmiş şahid Hacıqabul Rayon Polis Şöbəsi Təşkilat- İnspeksiya Qrupunun baş inspektoru, polis kapitanı Şahid2 Şahid1 ifadəsində bildirdiyi xüsusatları təsdiq edərək, onunla oxşar məzmunlu ifadə vermişdir. Şahid2 ifadəsində əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs arxası ilə şəxsən qaçaraq onu tutmuşdur. Aralarında məsafə olduğu üçün təqsirləndirilən şəxsi torbanı götürəndə saxlaya bilməmişlər. Təqsirləndirilən şəxs saxlanılarkən aparılan videoçəkilişin televiziyada yayımlanacağından, üzünün kameraya düşməməsi üçün başını aşağı salmış və videoçəkilişə etiraz etmişdir. Təqsirləndirilən şəxs narkotiki göndərən iranlını uşağının xəstəliyi ilə əlaqədar İrana gedəndə tanıdığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, massiv D, ev 18, mənzil 27-də ailə üzvləri ilə birlikdə yaşayır və Yeni Günəşli qəsəbəsində yerləşən xəstəxananın acil şöbəsi avtomobilinin sürücüsü işləyir. Etibarnamə ilə idarə etdiyi “Kia Rio” markalı, **-OX-*** dövlət nömrə nişanlı avtomobili var və hərdən həmin avtomobillə işdən sonra taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs iyirmi ildən çoxdur ki tanıyır, qonşu binada yaşamışlar. 19 dekabr 2024-cü il tarixdə, saat 20 radələrində (dəqiq vaxt yadında deyil) işdə olduğu vaxt Təqsirləndirilən şəxs ona zəng edib Salyan rayonunda olan qayınanasının səhhətinin pisləşdiyini və oraya getmək istədiyini, bunun müqabilində 50 (əlli) manat pul verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs tanışı olduğu, həmçinin aralarında münasibət olduğundan razılaşmış və növbədən qayıdandan təxminən yarım saat sonra paltarını dəyişib onu Salyan rayonunun adını xatırlamadığı kəndinə apara biləcəyini demiş, razılaşmışlar. Təqsirləndirilən şəxslə yaşadığı evin yaxınlığında görüşmüş, Tərlan onun idarə etdiyi “Kia Rio” markalı, **-OX-*** dövlət nömrə nişanlı avtomobilin ön sərnişin oturacağına əyləşmiş və yola düşmüşlər. Bakı şəhəri, Nobel prospektində yerləşən yanacaqdoldurma məntəqəsinin yaxınlığında Təqsirləndirilən şəxs avtomobilə yanacaq almaq üçün ona 25 (iyirmi beş) manat pul vermiş, yerdə qalan 25 (iyirmi beş) manatı isə qayıdandan sonra verəcəyini bildirmişdir. Yanacaq alandan sonra yola düşmüşlər. Yolda Təqsirləndirilən şəxs kiminləsə mobil telefon vasitəsi ilə əlaqə saxlayıb yolun az qaldığını və deyilən yerə çatacağını bildirmişdir. Yolboyu Təqsirləndirilən şəxs mobil telefonunu yolun kənarlarına tutmuş, lakin onun video, yaxud şəkil çəkdiyini bilməmişdir. Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsinə çatan zaman Təqsirləndirilən şəxs avtomobili bir qədər də irəli sürməsini, qayınanasının yaşadığı evin yerini dəqiq bilmədiyini demiş, heç nədən şübhələnməyib avtomobili sürməyə davam etmişdir. Hacıqabul rayonu, Navahı kəndi ərazisində olan BDYP-nin stasionar postuna çatanda Təqsirləndirilən şəxs təbii ehtiyacını ödəmək üçün avtomobili saxlamaq istədiyini demiş, Tərlan ona “az qalmışıq biraz da döz” deyərək avtomobili idarə etməyə davam etməsini bildirmişdir. BDYP-nin stasionar postunu keçib bir qədər getdikdən sonra Təqsirləndirilən şəxs ona təbii ehtiyacını ödəmək istədiyini bildirib, avtomobili yolun kənarında saxlamağı xahiş etmişdir. Avtomobili saxladıqdan sonra Təqsirləndirilən şəxs avtomobildən düşüb yolun kənarında yerləşən köhnə fəaliyyəti olmayan kafenin yerləşdiyi yerə tərəf getmiş, bundan sonra o özü də, təbii ehtiyacını ödəmiş və bu zaman Tərlanın olduğu yerdən səs eşitmiş, oraya yaxınlaşmaq istərkən polis əməkdaşları onu tutmuş və özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə daşımaqda və saxlamaqda şübhəli olduğunu və üzərinə yoxlama aparlacağını bildirmişlər. Polislər Təqsirləndirilən şəxs şifahi olaraq nə səbəbə həmin yerə gəldiyini və yerdə olan göy rəngli polietilen torbanın içərisində nə olduğunu soruşmuş, Tərlan göy rəngli polietilen torbanı İran İslam Respublikasının vətəndaşı Fərid (Fərşid) adlı şəxsin ona göndərdiyini və həmin torbanı götürmək üçün Bakı şəhərindən gəldiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları Təqsirləndirilən şəxs üzərinə yoxlama aparan zaman videoçəkiliş aparılacağını bildirmişlər. Təqsirləndirilən şəxs televizayada göstərilməsindən narahat olduğunu deyib, videoçəkilişin aparılmasına etiraz etmiş və üzünün düşməməsi üçün başını aşağı əyərək dayanmışdır. Daha sonra polis əməkdaşları göy rəngli polietilen torbanı açıb içərisini yoxlamışlar. Həmin polietelen torbanın içərisində olan üç ədəd yapışqan lentlə bağlanmış bükülüdə marixuana və digər narkotik vasitələr olması müəyyən edilmiş, kütlələr zərfə qoyularaq möhürlənmiş, bundan sonra polis əməkdaşları Təqsirləndirilən şəxs üzərində yoxlamanı davam etdirmiş, lakin onun üzərindən qanunla qadağan olunan hər hansı bir əşya, predmet və ya maddə aşkar olunmamışdır. Daha sonra polis əməkdaşları onun idarə etdiyi “Kia Rio” markalı, **-OX-*** dövlət nömrə nişanlı avtomobilə yoxlama keçirmişlər və avtomobilindən bir ədəd bıçaq aşkar olunmuşdur. Həmin bıçaq dörd ilə yaxındır ki, onun avtomobilindədir və ondan meyvə soyanda, həmçinin, avtomobilin təmiri zamanı istifadə etmişdir. Polis əməkdaşları onları polis şöbəsinə dəvət etmişlər. Şöbənin inzibati binasındakı xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində yoxlama aparılması barədə protokol tərtib edilmiş, imzası ilə həmin protokolu təsdiq etmişdir. Şahid6 cinayət prosesi iştirakçılarının suallarını cavablandıraraq bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə ilə əlaqəsi olmasını bilməmişdir. Səkkiz ildir ki, təcili tibbi yardımda sürücü işləyir. Əvvəllər məhkum edilməmişdir. Təqsirləndirilən şəxslə narkotik vasitə mövzusunda söhbəti olmamışdır, lap əvvəllər, təxminən on il əvvəl birlikdə bir-iki dəfə narkotik vasitə istifadə etmişlər. Yolboyu avtomobili Təqsirləndirilən şəxs göstərdiyi yolla sürmüş, gedəcəkləri yolu əvvəldən tanımamışdır. Təqsirləndirilən şəxs ona qısa yolla Salyana getdiklərini bildirmişdir. Ümumiyyətlə rayon yollarını yaxşı tanımır. Təqsirləndirilən şəxs bundan beş-yeddi ay əvvəl oğlunun yığıncağı ilə əlaqədar ona zəng etmiş, mütəmadi danışıqları olmamış, yolda arabir qarşılaşanda salamlaşmışlar. Təqsirləndirilən şəxs narkotik vasitələrin polislər tərəfindən onun boynuna qoyulması barədə ona bildirməmişdir. Hadisə vaxtı dayandığı yerlə Təqsirləndirilən şəxs saxlanıldığı yer arasındakı 30-50 metr məsafə qaranlıq və ağaclıq olduğundan, onun əlində torba olmasını, yaxud qaçmasını görməmişdir. Həmin məsafədə Təqsirləndirilən şəxs qaçması, əlindən torbanı atması mümkün idi. Polis əməkdaşları onunla pis davranmamışlar, həmçinin, Təqsirləndirilən şəxs döyülməsini görməmiş, hər hansı təsir və ya təzyiq göstərilməsinin şahidi olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin ona məxsus olmamasını bildirmişdir. Təqsirləndirilən şəxslə yola çıxmasını yalnız evdəkilərə bildirmiş, başqa heç kimə bu barədə deməmişdir. Avtomobili polis əməkdaşları tərəfindən saxlanıldıqları yerdə saxlamağı Təqsirləndirilən şəxs təbii ehtiyacını ödəmək üçün təklif etmişdir. Təqsirləndirilən şəxs narkotik dalınca gəlməsini bilsəydi, nə özü onunla gələr, nə də onu gəlməyə qoyardı. Məhkəmədə Şahid6 verdiyi ifadə ilə ibtidai istintaq zamanı vermiş olduğu ifadə arasında Təqsirləndirilən şəxslə birlikdə xx.xx.2024-cü il tarixdə polis əməkdaşları tərəfindən Bakı-Ələt-Qazax avtomobil yolunun Hacıqabul rayonu, Navahı kəndi ərazisindən keçən hissəsində saxlanıldıqları vaxt Tərlanın aşkarlanmış torba barədə dedikləri hissədə yaranmış ziddiyyətlə əlaqədar, onun ibtidai istintaqa verdiyi ifadəsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 329.1-ci maddəsinə (şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin məhkəmə iclasında elan edilməsinə həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda (... əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda) yol verilir) əsasən ziddiyyət yaranan hissədə elan edilmişdir. O, həmin ifadəsində Təqsirləndirilən şəxs polis əməkdaşlarına tərəflərindən aşkarlanmış göy rəngli polietilen torba ilə bağlı İran İslam Respublikasının vətəndaşı Fərid (Fərşid) adlı şəxsin ona narkotik vasitələr göndərdiyini və həmin torbanı götürmək üçün Bakı şəhərindən gəldiyini deməsini bildirmişdir. Şahid6 ifadələri arasında yaranmış ziddiyyəti əsaslandıra bilməmiş, yalnız ibtidai istintaq zamanı belə bir söz işlətməməsini və məhkəmədə verdiyi ifadəsinin doğru olduğunu bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxs və şahidlər) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materallarında olan və məhkəmədə tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Hacıqabul Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanılaraq icraata qəbul edilmişdir (iş vərəqi 01). Hacıqabul Rayon Polis Şöbəsi Narkotiklərlə Mübarizə Qrupunun xx.xx.2024-cü il tarixli raportundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur (iş vərəqi 04). Hacıqabul Rayon Polis Şöbəsi Narkotiklərlə Mübarizə Qrupunun xx.xx.2024-cü il tarixli qərarı, eyni tarixli əmri və məktubundan görünür ki, daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi məqsədi ilə həmin şöbənin əməkdaşlarından ibarət tərkibdə əməliyyat qrupu yaradılmış, bu barədə cinayət-prosessual qanunvericiliyə uyğun olaraq aidiyyəti prokurorluğa məlumat verilmişdir (iş vərəqi 05-08). Hacıqabul Rayon Polis Şöbəsi Narkotiklərlə Mübarizə Qrupunun “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxslərin üstünün yoxlanılması, avtomobilə baxış keçirmə və götürmə haqqında” xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 23:55-dəqiqədə Hacıqabul rayonu, Navahı kəndi ərazisində Bakı-Qazax yolunun kənarında yerləşən işləməyən kafeninin həyətində saxlanılmış, həmin vaxt əlində olan və yerə atdığı göy rəngli sellefon torbanın içərisinə baxılarkən içərisindən üzərləri yapışqan lentlə bağlanmış üç ədəd bükülüdə 1 kq. 641 qram çəkidə narkotik vasitə qurudulmuş marixuanaya, 58 qram çəkidə tiryəkə, 72 qram çəkidə heroinə bənzər kütlənin olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən bundan başqa “Honor” markalı mobil telefon, bank kartları, açar aşkarlanmış və qablaşdırılaraq götürülmüşdür. Onun hadisə yerinə gəldiyi tanışına məxsus avtomobilə baxış keçirilərkən qabaq oturacağın saxlanc yerindən bir ədəd açılıb-bağlanan bıçaq aşkar edilmişdir. Videogörüntüləri özündə əks etdirən, protokola əlavə olunmuş DVD diskə məhkəmə iclasında baxılmışdır (iş vərəqi 09-11). Hacıqabul Rayon Polis Şöbəsi Təhqiqat Bölməsinin xx.xx.2024-cü il tarixli protokolu və məktubundan görünür ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq xx.xx.2024-cü il tarixdə, saat 23:55 dəqiqədən məhdudlaşdırılmış, xx.xx.2024-cü il tarixdə, saat 02:55-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və yaxın qohumuna bu barədə məlumat verilməsi təmin olunmuşdur (iş vərəqi 21-22; 24). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi Şirvan Regional Bölməsinin 18/976-977 nömrəli, 20 dekabr 2024-cü il tarixli materialların məhkəmə-bioloji ekspertizasının rəyi və ona əlavə edilmiş aktdan görünür ki, “... Təqsirləndirilən şəxs...” sözləri yazılmış kağız paketdəki bir ədəd bükümdə təmiz çəkisi 51,462 qram olan tünd qəhvəyimtil rəngli maddə xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryək (tədqiqata 0,10 qram sərf edilmiş, qalıq çəkisi 51,362 qram); bir ədəd bükümdə təmiz çəkisi 60,520 qram olan qəhvəyimtil rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin (tədqiqtata 0,10 qram sərf edilmiş, qalıq çəkisi 60,420 qram); bir ədəd polietilen torbada təmiz çəkisi 1535,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır (tədqiqtata 0,10 qram sərf edilmiş, qalıq çəkisi 1534,90 qram). Aparılmış tədqiqatların dəyəri 63 (altmış üç) manat 90 (doxsan) qəpik müəyyən edilmişdir (iş vərəqi 39-43). Hacıqabul Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmiş və qərarın surəti təqdim olunmuşdur (iş vərəqi 62-63). Hacıqabul Rayon Məhkəməsinin 4(071)-75/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 20 dekabr 2024-cü il tarixdən hesablanmaqla dörd ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqi 82-85). Hacıqabul Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində bildirdiyi xüsusatları əyani olaraq hadisə yerində göstərmiş və bu barədə fotocədvəllər protokola əlavə edilmişdir (iş vərəqi 99-102). Hacıqabul Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş **********34405 və **********74419 İMEİ kodlu, “Honor” markalı mobil telefona baxış keçirilən zaman Təqsirləndirilən şəxslə İran İslam Respublikasının vətəndaşı Fərid (Fərşid) adlı şəxsin səs yazılarına qulaq asılmış, həmin səs yazıları və narkotik vasitələrin qoyulduğu məkanın Tərlana göndərilən şəkilləri CD diskə köçürülmüşdür. Sözü gedən disk məhkəmə iclasında nümayiş etdirilərkən iyirmi beş ədəd faylda “WhatsApp” ani mesajlaşma sistemi ilə aparılmış “Hə yaxşı qoy vursun görəy sən onu da dinən gör hara atır nətər atır mənə təxmini bir yer desin mən tərpənim”; “Hə qərdeş atsında mən orda ləngimiyim canıvı yiyərəm, həm də məsafəni bilim dala- qabağa söhbəti hə Qaradağ postuna qədər bilirəm nə var nə yox yəni ordan o üzə bilmirəm sən at ki, mən bilim”; “Hə gedirəm də, qərdeşim qoy gedirəm darıxdırma məni”; “Az qalıb qaqa çatıram uje”, “Hə yaxşı qərdeş yaxşı sən canı tapşır onun kuryerinə normalni yerə qoydursun girinc gününə qalmıyım mən”; “Mən hardasa 20 dəqiqəyə zada uje dimey olarki çatıram”; “Yox e abi kelme kelmedi də, mən didim sən həll elədünsə, sənində kəlmən kəlmədi”; “Hə qaqaş narahat olma get, mən sənə diyirəmdə bir-bir nə var nə yox sən mənə inanmırsan day şəkilə kimi atıram sənə, day neyniyim day. Fərid baxa yenə də diyirəm ki, gedirəm Allah yolumuzu açıq eləsün, amma ehtiyatım sənsəna qaqaş ba özün başa düşdündə”; “Bax baba buda şəkil a sən öl vallah ........ yoldayam sənə dedim axı şəhər ..... bizdə özdə pis vaxtdı”; “Hə yoxdu vallah, nə ev, evdəyəm? evdə nə ..... prostu taksi şoferinin yanındayam deyə çoxda rahat danışa bilmirəm hər tərəfli sənnən. Hə də mən sənə diyəcəmdə diyəcəm atsın konumu at məndə çatana yaxın sənə diyəcəm ki atsın konumu”; “Yaxşı qərdeş yaxşı, dinən da tapşır özün sən canı ba o dəfədəki kimi olmasın dəqiq şey eləsin canıvı yiyərəm ay qabın içinə qoydum nə yox konkret bir dənə nöqtə dəqiq mənə yerin atsın al mənə ver mənə edim tez”; “A yolda hələ şəhərin içindəyəm abi çıxıram, şəhərə çıxmamışam hələ, səbrli olda abi samalyotumuz yoxduye bizim, sizə baxmaye sizdə radar, kamera yoxdu bizdə hər addımbaşı radar, kamera, qaidi”; “Hə sən canı konumu bidənə gecikdirmə qaqaşımsan mən yolda ola-ola atsan lap bomba olar qurtarıb gedərdim birde gedib ora-bura fırlanmazdım”; “A hanıye abi nətər olacaq mən bu vaxtları çətin tərəzi hardan götürüm tərəzini, məzələnsən? Çıxmışam hə, maşındayam uje”; “Bildime qərdeş onda gərəy mən gəlim çatım ondan sonra şey eliyimdə uzaqbaşı mən götürdüyümə ok vuraram sən arxayın olarsan. Götürdüm gəlim çəkib şey eliyərəmdə saatdakı neçədi gərəy qonşudan tərəzini götürəm qoyam indidən qırağa”; “A yoxe qərdəş nə danışırsan, sənçün rahatdı elə yazacam okey fsyo”; “Sən öl heç məndə yeməmişəm çörəy zad tez bazar dedim sənin işini aşırtmışam şamsız niyə qalsan sən əgər şamı qəşəng yandırmısansa, mən gedib uzaqbaşı söndürüb qayıdacam şamı, əgər yenə də deyirəm sən qrafiknən həll eləmisənsə, o dəfəki kimi döyülsə, narahat olma baba sənə bidənə yekə ok göndərəcəm fsyo söhbət öldü”; “Mənə əsas şəhərin içidiye qərdeş, şəhərin içi bizdə basdırıq olur, irana baxmaginən boş olub, bizdə dolu olub probka”; “Probka olmasa şəhər 40 dəqiqə 1 saat uzağı”; “Hə yaxşı abi yaxşı çıxdım mən”; “Ə o məni gecikdirirdana, pulu atır gecikdirir, mən diyanmışam qapının ağzında hazır start vəziyyətində o məni gecikdirir, atmırki bu taksidə bəs gəlsin, tanımıram taksini, qıraq taksidi, yol taksisidi nətər deyim”; “Həye mən uje çıxmışam yavaş-yavaş bəs ona de şey atsında yolda qalmayımda bəs mən; “Hə, heç nə, gəlsin, məndə çıxıram gəlirəm”; “Hə Allah qoy görəy, kuryer o dəfəki kimi başımıza oyun açmasa yaxşıdı, heç nəye gözləyirəm səndən səs-sorağ”; “Bildimdə qoy atsın pulu ki, mən çıxa bilimdə, pulsuz-parasız hara çıxıram, çıxım oğlanda gəlsin onsuzda ki sən mənə dəqiq bidənə de Ələtin harasıdı, konumun atsaydın lap rahat çıxardımda, mən uzağı 40 dəqiqəyə zada orda olaram pataloku 1 saata” məzmunda səsli mesajların; altı ədəd faylda isə “konum” və digər hallarla bağlı şəkillərin olması müəyyən edilmişdir (iş vərəqi 103-104). Hacıqabul Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş və üzərindən aşkar edilmiş “Honor” markalı, **********34405 və **********74419 İMEİ kodlu mobil telefon maddi sübut kimi tanınaraq saxlanması üçün həmin şöbənin “maddi sübutların saxlanması otağı”na təhvil verilmişdir (iş vərəqi 105). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsin “canlı şəxsin ekspertizasına dair” 465 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs sağ diz oynağının ön səthinin sıyrığı xəsarəti aşkar edilmişdir. Qeyd olunan xəsarət küt əşyanın təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə müayinə olunanın göstərdiyi şəraitdə, eyni zamanda kənar şəxs tərəfindən vurulması zamanı əmələ gəlməsi inkar olunmur. Yuxarıda qeyd olunan şəraitlərdən hər hansı birisi təhqiqat və istintaqın gedişi zamanı təsdiq olunarsa inkar olunmur. Müddəti müayinədən iki-üç gün əvvələ uyğundur. Sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin olunmur (iş vərəqi 108-110). Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi Şirvan Regional Bölməsinin 18/978 nömrəli, xx.xx.2024-cü il tarixli məhkəmə-ballistik ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq kustar üsulla hazırlanmış təsərrüfat-məişət təyinatlı turist bıçağıdır və soyuq silah hesab edilmir. Aparılmış tədqiqatın dəyəri 57 (əlli yeddi) manat 40 (qırx) qəpik müəyyən olunmuşdur (iş vərəqi 117-120). Hacıqabul Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs saxlanılan zaman əlindən yerə atdığı göy rəngli polietilen torbanın içərisində olan, üzəri yapışqan lentlə bağlanmış bir ədəd bükülüdən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra faktiki olaraq təmiz çəkisi 1534,90 qram qalmış narkotik vasitə qurudulmuş marixuana, üzəri yapışqan lentlə bağlanmış bir ədəd bükülüdən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra faktiki olaraq təmiz çəkisi 60,420 qram qalmış narkotik vasitə heroin, üzəri yapışqan lentlə bağlanmış bir ədəd bükülüdən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra faktiki olaraq təmiz çəkisi 51,362 qram qalmış narkotik vasitə tiryək, “əməliyyataxtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması, avtomobilə baxış keçirilməsi və götürmə haqqında” xx.xx.2024-cü il tarixli protokola əlavə edilən bir ədəd DVD disk, “əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onları götürmə haqqında” xx.xx.2024-cü il tarixli protokola əlavə olunan bir ədəd DVD disk, şübhəli şəxsin dindirilməsini özündə əks etdirən bir ədəd DVD disk, bir ədəd bıçaq maddi sübut kimi tanınaraq, narkotik vasitələr və bıçaq saxlanılması üçün şöbənin “maddi sübutların saxlanması otağı”na təhvil verilmiş, DVD disklər isə cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqi 157-158). Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı yanında 169 nömrəli Mənzil-tikinti Kooperativinin İdarə Heyətinin xx.xx.2025-ci il tarixli, Bakı şəhəri Suraxanı rayonu Səməd Abdullayev adına 290 nömrəli tam orta məktəbin xx.xx.2025-ci il tarixli xasiyyətnamələri və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, massiv D, ev 17, mənzil 8-də qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, himayəsində xx.xx.2016-cı il və xx.xx.2015-ci il təvəllüdlü olmaqla iki azyaşlı uşağı vardır, yaşadığı və işlədiyi yer üzrə müsbət xarakterizə olunmuşdur (iş vərəqi 152-154). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” Publik Hüquqi Şəxsin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin mərkəzdə stasionar müalicədə olmamışdır, xx.xx.2025-ci il tarixdən narkoloji (profilaktik- 1 illik) qeydiyyatdadır (iş vərəqi 166). Respublika Narkoloji Mərkəzi Publik Hüquqi Şəxsin Ambulator Məcburi-Narkoloji Tibbi Yoxlamanın xx.xx.2025-ci il tarixli, 276 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub, lakin hal-hazırda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (iş vərəqi 170-171). “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi Şəxsin Kompleks Ambulator Məhkəmə Psixiatrik və Psixoloji Ekspertizasının xx.xx.2025-ci il tarixli, 185 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Aparılmış eksperimental-psixoloji müayinə gedişində onun idrak prosessləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir, ümumilikdə adaptiv və ünsiyyətçil olmaqla, özünəməxsus mövqeyə və prinsipə malikdir, emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri qeyd olunmayıb, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur, öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır, hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı bir xroniki psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb, barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyyac yoxdur, idrak prosessləri, dünyagörüşü, intellektual imkanları normaya uyğun olmaqla, adaptivlik, ünsiyyətçillik, özünəməxsus mövqeyə və prinsipə malik olmaq və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Cinayət hadisəsini törədərkən emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı dəyişiklik yaranmamış, hadisə vaxtı fizioloji (psixoloji) affekt halında olmamış, qeyd edilən hadisə zamanı emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam dərk və idarə etmək qabiliyyətinə malik olmuşdur (iş vərəqi 172-174). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (iş vərəqi 183-184). Hacıqabul Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2025-ci il tarixli “sübutların qiymətləndirilməsinə dair” qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış; “baxış aparılması haqqında” xx.xx.2024-cü il tarixli protokola əlavə edilən bir ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş; külli miqdarda narkotik vasitələrin mənbəyinin müəyyən edilməsi məqsədilə hazırki cinayət işinin materiallarından ayrıca icraata cinayət işi ayrılmışdır (iş vərəqi 185- 198; 200-201). Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyə Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi hüquqi yardım ilə əlaqədar cəmi 12 (on iki) iş saatı həcmində vaxt sərf etməsi barədə hesabat təqdim etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillərə hüquqi qiymət verilməsi, habelə törətdiyi əməlin hüquqi tövsifi üçün aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Bu maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin əsas qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir və bu ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuş, məhkəmə iclaslarında həm müdafiə, həm də ittiham tərəfin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş və ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Müdafiə tərəfi irəli sürülmüş ittihamı mübahisələndirsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin məzmunundan görünür ki, sübutlar mənbəyi, əldə edilməsi və iş üçün aidiyyəti olması etibarilə o dərəcədə mötəbər olmalıdır ki, onların obyektiv həqiqəti əks etdirməsi və sübuti əhəmiyyəti kənar müşahidəçidə şübhə doğurmasın. Ona görə də məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət-Prosessual Məcəllənin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlar əsasında müəyyən edilir. Sözü gedən Məcəllənin 143-144-cü maddələrinin tələbinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə, habelə digər prosessual hərəkətlərlə həyata keçirilir və cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Haqqında bəhs olunan Məcəllənin 145.1 və 145.2-ci maddələrində nəzərdə tutulur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Həmin Məcəllənin 146-cı maddəsində cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu ilk növbədə cinayət tərkibi ilə yanaşı cinayətin tövsif edilməsi anlayışının açıqlamasını vacib hesab etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməlinə cinayət hüquqi qiymət verilmədən öncə onun özünü müdafiə üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillər, yəni, qohumu olan İran İslam Respublikasının vətəndaşı Fərid (Fərşid) adlı şəxsin ona 500 (beş yüz) manat pul borcunun olması ilə əlaqədar göndərəcəyi qabqacağın içərisində pay olaraq bir az “nəşə” göndərməsi, bunun müqabilində pul verməli olmaması, polis əməkdaşları tərəfindən saxlanılması səbəbindən Fəridin göndərdiklərini götürə bilməməsi, saxlanılarkən “qaçma, qaçma” deyə qışqırıq səsi eşitməsindən sonra iki-üç dəfə atəş açılması, anidən on beş-iyirmi nəfər adamın peyda olması, bir nəfərin onun üstünə gələrək onu yerə yıxıb, “Hacıqabullu hanı?” deyə soruşması, qoluna qandalı “X” formasında, yəni “kars” formasında vurularaq, ağzı üstə uzadılması, ərazi avtomobil işığı ilə işıqlandırıldıqdan sonra polislərin “torba buradadı” deyib, öz avtomobillərindən sellofan torbanı gətirib qabağına ataraq, ondan həmin torbanın güya onun əlində olması, qaçarkən yıxılıb dizinin yaralanması və torbanın əlindən düşməsini bildirməsini tələb etmələri, videoçəkiliş başlayana yaxın qandalın açılıb arxadan vurulması, çəkiliş zamanı qabağına qoyulan torbanı təpiklə itələməsi, bu hərəkəti etməməsi üçün hər dəfəsində böyrünə yumruqla vurulması, videoçəkiliş zamanı etiraz olaraq başı önə əyilmiş vəziyyətdə durması, çəkilişə etiraz etdikdə, habelə kamera başqa yeri çəkəndə böyründən “danış, danış” deyə vurulması, torbanın içərisindən aşkar olunanların ona məxsus olmaması, ayağı axsadığından yeriyə bilmədiyi üçün polislərin onu sürüyə-sürüyə Hacıqabul Rayon Polis Şöbəsində rəis müavininin otağına aparmaları, orada ona narkotiki boynuna götürməsinin, ona köməklik ediləcəyinin deyilməsi, Afiq adlı polis əməkdaşının onu təhqir və təhdid etməsi, kişiliyinə toxunacağını deməsi, təyin olunan vəkilin ona keyfiyyətli hüquqi yardım göstərməməsi, çəkiliş zamanı üzünü divara çevirib, onlara baxmaması, sualları cavablandırmaması, narkotiki boynuna götürməyəcəyi halda onunla birlikdə gələn sürücü Şahid6 “yükləcəyəkləri” barədə dedikləri üçün Fəridin ona 1-2 qram metamfetamin, 5-10 qram da marixuana göndərəcəyini bildirərək narkotiki yalnız bu hissədə boynuna alması, barəsində olan cinayət işində əməlinin cinayət olmasını təsdiq edən hər hansı sübutun olmaması, polis əməkdaşlarının saxlanıldığı kafenin Bakı-Ələt- Qazax yolunun Bakı istiqamətində yerləşdiyini desələr də, əslində həmin kafenin Hacıqabul istiqamətində olması, Şahid6 polis əməkdaşlarının dedikləri formada ifadə verməsi barədə bildirdikləri əsassız olaraq törətdiyi əməldə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Qeyd edilən bu cür ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən, habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadəni inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinin yuxarıda göstərilən hissəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyəti yüngülləşdirməyə yönəlm iş cəhdi kimi qiymətləndirərək, ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Hacıqabul Rayon Polis Şöbəsinin İstintaq Bölməsində təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilmiş və göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 18 radələrində Fərid (Fərşid) kimi tanıdığı İran İslam Respublikasının vətəndaşı ona zəng edərək 500 (beş yüz) manat pul borcunun müqabilində “WhatsApp” ani mesajlaşma sistemində yer bildirəcəyini, həmin yerə gedib, oradan təxminən 2 qram psixotrop maddə olan metamfetamini və 5-10 qram narkotik vasitə qurudulmuş marixuananı götürüb özündə saxlamasını bildirmiş, o da iyirmi ildir tanıdığı Şahid6 avtomobili ilə Fəridin “WhatsApp”-da göndərdiyi konum üzrə hərəkət edərək, Tahirə Bakı-Qazax magistral yolunda Hacıqabul rayonu, Navahı kəndi ərazisində olan BDYP-nin stasionar postundan bir qədər irəlidə Bakı şəhəri istiqamətindən avtomobili yolun kənarında saxlamasını bildirmiş, avtomobildən düşüb yolun kənarında yerləşən tikiliyə yaxınlaşmış və tikilinin girişinin yaxınlığında mişar daşının yanına qoyulmuş göy rəngli polietilen torbanı görüb götürən zaman polis əməkdaşları tərəfindən saxlanılmış, həmin göy rəngli polietilen torbanın içərisindən üç ədəd yapışqan lentlə bağlanmış bükülüdə narkotik vasitə qurudulmuş marixuana, tiryək və heroin aşkarlanmışdır (iş vərəqi 70-73). Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vəkilinin iştirakı ilə videoçəkiliş vasitəsilə şübhəli şəxs qismində dindirilərkən də eyni məzmunlu ifadə vermişdir (istintaq hərəkətinin videogörüntüsünü özündə əks etdirən DVD diskdən görünür). Bundan başqa, o, ifadənin yerində yoxlanılması zamanı ifadəsində qeyd olunan xüsusatları hadisə yerində əyani surətdə göstərməklə bir daha təsdiq etmişdir (iş vərəqi 99-102). Bundan əlavə, o, ibtidai istintaq zamanı ondan aşkar olunan torbanın içərisində olan narkotik vasitələr barədə materialların məhkəmə ekspertizasının rəyi ilə tanış olarkən razı olduğunu, vəsatətinin olmadığını qeyd etmişdir (iş vərəqi 48; 81). Bundan başqa, o, Hacıqabul Rayon Məhkəməsində barəsində qətimkan tədbiri seçilərkən məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, əvvəllər narkotik vasitədən istifadə etmiş, narkotik vasitəni Fərşid adlı İran İslam Respublikasının vətəndaşından almış, Fərşid ona narkotik vasitəni satmağı təklif etmiş, 19 dekabr 2024-cü il tarixdə, saat 6 radələrində zəng etmiş, övladının xəstəliyi ilə əlaqədar pula ehtiyacı olduğu üçün qeyd edilən əməli törətmişdir və əməlindən peşimandır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına təyin olunmuş vəkili tərəfindən ona keyfiyyətli hüquqi yardım göstərilməməsi barədə iddiası ilə bağlı məhkəmə qeyd edir ki, cinayət işinin materiallarından görünür ki, Hacıqabul Rayon Polis Şöbəsi Təhqiqat Bölməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə müdafiəçi dəvət olunmuş, həmin tarixli protokolla müdafiəçi saxlanılan şəxsə təqdim olunmuş, bundan sonra onunla bağlı aparılan bütün istintaq hərəkətlərində vəkil iştirak etmiş, öz növbəsində mahiyyəti üzrə suallar vermiş, onun mövqeyindən kənara çıxmamış, hüquqlarını müdafiə etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılarkən, habelə şöbənin inzibati binasına gətirilib əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında müvafiq istintaq hərəkətləri aparılarkən, həmçinin şübhəli şəxs qismində dindirilərkən aparılan videoçəkilişlərdə başını aşağı salması, üzünü divara çevirib, kameraya baxmamsı, sualları cavablandırmamasını ittiham olunduğu cinayət əməlini törətməməsi ilə əlaqələndirməsi, bütün bunları etiraz əlaməti olaraq etməsi barədə dediklərini əsaslı hesab etmir. Doğrudur, cinayət işinin materiallarındakı “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxslərin üstünün yoxlanılması, avtomobilə baxış keçirmə və götürmə haqqında” xx.xx.2024-cü il tarixli, həmçinin “əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” eyni tarixli protokollara əlavə edilmiş bu istintaq hərəkətlərinin videogörüntülərini özündə əks etdirən DVD disklərdə Təqsirləndirilən şəxs sualları cavablandırmaması (saxlanıldığı vaxt), başını aşağı salması, üzü divara tərəf dayanması aydın şəkildə görünür, lakin təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində bu halları həmin vaxt əsəbi olması ilə əlaqələndirmişdir. Bundan başqa, məhkəmədə cinayət işi üzrə dindirilmiş şahidlər Şahid2 və Şahid6 hər biri ayrı-ayrılıqda ifadələrində Təqsirləndirilən şəxs saxlanılarkən aparılan videoçəkilişin televizayada göstərilməsindən narahat olduğunu deyib, videoçəkiliş aparılmasına etiraz etməsini, üzünün düşməməsi üçün başını aşağı əyib dayanmasını bildirmişlər. Bundan əlavə, cinayət işinin materiallarındakı “şübhəli şəxsin dindirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokola əlavə edilmiş videogörüntüləri özündə əks etdirən DVD diskdə Təqsirləndirilən şəxs üzü proses iştirakçılarına tərəf əyləşib, ona ünvanlanan sualları cavablandırması açıq-aşkar müşahidə olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli Qərarının 25-ci bəndinə əsasən, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması nəzərə alınmalıdır. Həmin Qərarın 26-cı bəndinə görə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəllənin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə təqsirləndirilən şəxsin ifadələri arasındakı ziddiyyəti araşdırarkən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs mövcud ziddiyyəti ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən ona göstərilmiş fiziki və psixoloji təzyiq və təsirlə əlaqələndirmiş, bununla əlaqədar şikayətlə hüquq-mühafizə orqanlarına, habelə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət etmək səlahiyyətinin olmasına baxmayaraq, bu hüququndan istifadə etməmiş, əksinə, ibtidai istintaq zamanı əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi zamanı, habelə şübhəli şəxs və təqsirləndirilən qismində dindirilərkən, bundan başqa, barəsində qətimkan tədbirinin seçilməsinə məhkəmə nəzarəti qaydasında baxılan iclasda polis əməkdaşları tərəfindən ona yaxınlaşan zaman, həmçinin üzərində yoxlama aparılarkən hər hansı bir zorakılıq hərəkətlərinə yol verilməməsini bildirmişdir. Təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən fiziki, psixi təzyiq və təsirlərə məruz qalması ilə bağlı irəli sürdüyü dəlillərə məhkəmə tərkibi münasibət bildirərək qeyd edir ki, cinayət işinin materiallarından göründüyü kimi peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər təqsirləndirilən şəxsin özü, istərsə də vəkili ibtidai istintaq dövründə şikayətlə vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət olunmamış, buna səbəbi “kimdən kimə şikayət edəcəkdir” kimi düşünməsi ilə əlaqələndirmiş, başqa bir əsaslı səbəb göstərməmişdir. Bundan başqa, “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsin “canlı şəxsin ekspertizasına dair” 465 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyində göstərilmişdir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs deməsinə görə xx.xx.2024-cü il tarixdə polis şöbəsinə gətirilən və saxlanılan zaman heç kim ona zor tətbiq etməmiş, lakin, tutulan zaman polis nəfərlərindən qaçanda yıxılmış, sağ dizi yerə dəymiş və xəsarət almışdır (iş vərəqi 109). Bundan başqa, cinayət işi üzrə şahidlər Şahid1 və Şahid2 hər biri ayrı-ayrılıqda ifadələrində Təqsirləndirilən şəxs onları görən kimi qaçmağa çalışmasını, bu zaman yerə yıxılmasını və həmin vaxt əlində olan göy rəngli polietilen torbanın əlindən yerə düşməsini bildirmişlər. Məhkəmə yuxarıda qeyd edilən halları, o cümlədən, məhkəmə istintaqı zamanı da Təqsirləndirilən şəxs tərəfindən fiziki və psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini nəzərə alaraq, göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Bu səbəbdən məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadələrin məhz təsir və ya təzyiq nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxsin tutulduqdan sonra polis əməkdaşları tərəfindən təzyiq və təsirlərə məruz qalması ilə bağlı göstərdiyi xüsusatlar işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, onun ibtidai istintaq ifadələrinin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsinin “Con Murrey Birləşmiş Krallığa qarşı” iş üzrə xx.xx.1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin yuxarıda qeyd edilən hissələrini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib sübut kimi nəzərə almır. Məhkəmə cinayət işinin materiallarına istinadən təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı ifadələrini müdafiəçisinin iştirakı ilə, habelə həmin ifadələrində polis əməkdaşları tərəfindən hər hansı qanunazidd hərəkətlərə məruz qalmamasını bildirdiyinə, bunların da işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Məhkəmə cinayət işi üzrə Şahid6 ibtidai istintaq zamanı ifadəsində Təqsirləndirilən şəxslə birlikdə xx.xx.2024-cü il tarixdə polis əməkdaşları tərəfindən Bakı-Ələt-Qazax avtomobil yolunun Hacıqabul rayonu, Navahı kəndi ərazisindən keçən hissəsində saxlanıldıqları vaxt Tərlanın aşkarlanmış göy rəngli polietilen torba ilə bağlı İran İslam Respublikasının vətəndaşı Fərid (Fərşid) adlı şəxsin ona narkotik vasitələr göndərdiyini və həmin torbanı götürmək üçün Bakı şəhərindən gəldiyini deməsi barədə bildirmədiyi halda, ifadəsində bu formada yazılmasının səbəbini bilməməsinə dair deməsini, habelə, qeyd olunan məsələnin Təqsirləndirilən şəxs verilmiş ittihamın cinayət işinin materiallarında olan təkzibedilməz və mötəbər sübutlarla təsdiq olunmasını əsas götürərək, onun ibtidai istindaqdakı ifadəsinə məhz həmin hissədə sübut kimi istinad etməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Honor” markalı mobil telefona baxış keçirilən zaman onunla İran İslam Respublikasının vətəndaşı Fərid (Fərşid) adlı şəxsin arasında “WhatsApp” ani mesajlaşma sistemi ilə narkotik vasitələrin dövriyyəsi ilə bağlı “Hə qaqaş narahat olma get mən sənə diyirəmdə bir-bir nə var nə yox sən mənə inanmırsan day şəkilə kimi atıram sənə, day neyniyim day. Fərid baxa yenə də diyirəm ki, gedirəm Allah yolumuzu açıq eləsün amma ehtiyatım sənsəna qaqaş ba özün başa düşdündə”; “Bax baba buda şəkil a sən öl vallah ........ yoldayam sənə dedim axı şəhər ..... bizdə özdə pis vaxtdı”; “Hə yoxdu vallah, nə ev, evdəyəm? evdə nə ..... prostu taksi şoferinin yanındayam deyə çoxda rahat danışa bilmirəm hər tərəfli sənnən. Hə də mən sənə diyəcəmdə diyəcəm atsın konumu at məndə çatana yaxın sənə diyəcəm ki atsın konumu”; “Yaxşı qərdeş yaxşı, dinən da tapşır özün sən canı ba o dəfədəki kimi olmasın dəqiq şey eləsin canıvı yiyərəm ay qabın içinə qoydum nə yox konkret bir dənə nöqtə dəqiq mənə yerin atsın al mənə ver mənə edim tez”; “Hə sən canı konumu bidənə gecikdirmə qaqaşımsan mən yolda ola-ola atsan lap bomba olar qurtarıb gedərdim birde gedib ora-bura fırlanmazdım”; “A hanıye abi nətər olacaq mən bu vaxtları çətin tərəzi hardan götürüm tərəzini, məzələnsən? Çıxmışam hə, maşındayam uje”; “Bildime qərdeş onda gərəy mən gəlim çatım ondan sonra şey eliyimdə uzaqbaşı mən götürdüyümə ok vuraram sən arxayın olarsan. Götürdüm gəlim çəkib şey eliyərəmdə saatdakı neçədi gərəy qonşudan tərəzini götürəm qoyam indidən qırağa”; “Sən öl heç məndə yeməmişəm çörəy zad tez bazar dedim sənin işini aşırtmışam şamsız niyə qalsan sən əgər şamı qəşəng yandırmısansa, mən gedib uzaqbaşı söndürüb qayıdacam şamı, əgər yenə də deyirəm sən qrafiknən həll eləmisənsə, o dəfəki kimi döyülsə, narahat olma baba sənə bidənə yekə ok göndərəcəm fsyo söhbət öldü”; “Hə, heç nə, gəlsin, məndə çıxıram gəlirəm”; “Hə Allah qoy görəy, kuryer o dəfəki kimi başımıza oyun açmasa yaxşıdı, heç nəye gözləyirəm səndən səs-sorağ” məzmunda danışıqların aparılması onun ittiham olunduğu maddədə nəzərdə tutulan cinayət əməllərini törətməsinə əyani sübutdur. Beləliklə, Təqsirləndirilən şəxs qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, yuxarıda qeyd olunanlardan başqa ondan aşkar olunan narkotik vasitələrin qurudulmuş marixuana, heroin, tiryək kimi müxtəlif növlərdə olması, həmin narkotik vasitələrin çəkiləri narkotik vasitələrə münasibətdə satış niyyətinin olmasını təsdiq edir. Məhkəmə eyni zamanda cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edərək hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməllərinin hüquqi tövsifi məsələsini həll etmişdir. Belə ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud satma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Qanunun mənasına görə qeyd olunan cinayət əməllərinin bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətlərdə onları birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsidir və qabaqcadan əldə edilən razılığın forması əməlin tövsifinə təsir etmir. Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139.0.3-cü maddəsinə əsasən sübut edilməli olan hallardan biridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə; ... qanunsuz əldə edilməsi- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə; ... qanunsuz saxlanması- məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü tarixli, 8 nömrəli Qərarının 4-cü bəndinin tələbinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Həmin Qərarın 8 və 9-cu bəndlərində deyilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 960-İİQ nömrəli Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların İ Siyahısı”nın 1-ci hissəsinin 49, 102 və 146-cı bəndlərinə əsasən heroin, tiryək və marixuana dövriyyəsi qadağan edilmiş narkotik vasitələrdir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə İ Siyahısı”nın 83-cü bəndinə əsasən təmiz halda 2 (iki) qramdan 800 (səkkiz yüz) qramadək çəkidə narkotik vasitə heroin; 109.1-ci bəndinə əsasən təmiz halda 500 (beş yüz) qramdan 50000 (əlli min) qramadək çəkidə narkotik vasitə qurudulmuş marixuana və 182-ci bəndinə əsasən təmiz halda 50 (əlli) qramdan 5000 (beş min) qramadək tiryək külli miqdar təşkil edirlər. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edərək qiymətləndirmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi onun özünün ibtidai istintaq zamanı verdiyi qismən etirafedici, şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşlarının ifadələri ilə yanaşı, “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxslərin üstünün yoxlanılması, avtomobilə baxış keçirmə və götürmə haqqında”, “əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” xx.xx.2024-cü il tarixli protokollar və həmin protokollara əlavə edilmiş disklərin yaddaşına yazılmış videogörüntülər, maddi sübut kimi tanınmış mobil telefonun “WhatsApp” ani mesajlaşma sistemindəki səs yazıları, aşkar olunmuş bükümlərdəki narkotik vasitələrin qurudulmuş marixuana, heroin, tiryək növündə olması, ekspert rəyləri və digər sənədlər, yəni, toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə cinayət işi üzrə toplanmış və araşdırılmış mötəbər sübutlara ayrı-ayrılıqda, habelə məcmu halda tam, hərtərəfli, obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi iş materiallarında olan biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır, onun əməllərində cinayət tərkibi vardır və bununla da təqsirliliyi tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi göstərilənlərin fövqündə belə hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxsin əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır. Sözü gedən Məcəllənin 347.1-ci maddəsində qeyd olunur ki, məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Barəsində bəhs olunan Məcəllənin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalı, yəni Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Həmin Məcəllənin 351.1-351.3-cü maddələrinə görə ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun Cinayət-Prosessual Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz həmin Məcəllənin 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin bütün əlamətləri vardır, həmin cinayət əməlləri həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətlərin törədilməsində o, təqsirlidir, cinayət əməllərini qəsdən törətmişdir, əməlləri başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, habelə cinayət hüququ sahəsində milli (yerli) və beynəlxalq qanunvericiliyin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2, 5.1, 7.1, 8.1 və 9.2-ci maddələrinə əsasən, Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, digər cinayət hüquqi xarakterli tədbirləri müəyyən edir; əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir; yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər; cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz (başqa sözlə desək, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir). Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 41, 58.1 və 58.3-cü maddələrinə əsaslanaraq müəyyən edir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hisəssinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin kommentariyasında göstərilir ki, ictimai təhlükəlilik əlaməti cinayətin maddi əlaməti sayılmaqla, əməlin qanunla mühafizə edilən ictimai münsibətlərə zərər yetirə bilmək xassəsini əks etdirir. İctimai təhlükəlilik əlaməti obyektiv kateqoriya sayılır və qanunverici orqanın mülahizəsindən asılı olmayaraq mövcud olur. Məhz bu əlamətin köməyi ilə qanunverici orqan bu və ya digər əməli kriminallaşdırır. Əməlin ictimai təhlükəliliyinə cinayət tərkibinin bütün əlamətləri təsir göstərir. Lakin əməlin qəsd etdiyi ictimai münasibətlərin onun bu xassəsinə təsiri daha mühümdür. Cinayət qanunvericiliyi cinayətin ictimai təhlükəliliyinin kəmiyyət və keyfiyyət tərəfini fərqləndirir. Belə ki, ictimai təhlükəliliyin xarakteri əməlin qəsd etdiyi ictimai münasibətlərin xarakteri ilə müəyyən edilir və cinayətin bu xassəsinin keyfiyyət göstəricisi sayılır, ictimai təhlükəliliyin dərəcəsi isə yetirilən zərərin miqdarı, həcmi və dərəcəsi, qəsdin özünün xüsusiyyətləri, bəzi hallara cinayətin subyektinin xüsusiyyətləri ilə müəyyən edilir və ictimai təhlükəliliyin kəmiyyət tərəfi sayılır. Həmçinin qeyd edilməlidir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Narkomanlıq insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin cinayətkarlığın artmasına səbəb olan əsas amillərdən biridir. Narkomaniya insanları tədricən məhv edən və ölümə sürükləyən sosial bəladır. Əfsuslar olsun ki, narkotik aludəçilərinin əksəriyyəti gənc nəslin nümayəndələridir. Bunun sonunda dayanan faciəni təsəvvür etmək belə çətindir. Çünki, gənclər hər bir millətin gələcəyi, dövləti inkişaf etdirən başlıca sütundur. Ona görə də, bu sahədə qətiyyətli mübarizənin təmin edilməsi labüddür. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, xx.xx.2003-cü il tarixli Qərarında göstərilir ki, məhkəmə hər bir konkret halda təqsirləndirilən şəxsə cəzanın təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməli, təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.2-ci maddələrinə əsasən, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, arvadı ilə uşağının səhhətində problemlərin olmasını, atası rəhmətə getdiyi üçün anasının da onun himayəsində olmasını, ailənin yeganə gəlir gətirən fərdi olduğunu, yaşayış yerindən və iş yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, onun cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əks olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx.xx.1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməllərin ictimai-təhlükəliliyini, şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş sanksiya həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Buna görə də, ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlləri cinayətlərin təsnifatına görə həmin Məcəllənin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər hesab olunduğundan və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş ağır cinayətə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkmələri müəyyənləşdirildiyindən, qanunun qeyd edilən tələbi baxımından ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, məhkəmə-narkoloji tibbi yoxlamanın rəyi nəzərə alınmaqla, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Cinayət işi üzrə mülki iddia, maddi zərər və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələyə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1-ci maddəsində şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Cinayət işi üzrə müsadirə olunması təklif olunan cinayətin törədilməsində istifadə olunan alət və vasitələr, cinayətin predmetləri müəyyən edilməmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs münasibətdə əmlak müsadirəsi tətbiq oluna bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1, 132.1.1, 132.1.4 və 132.1.6-cı maddələrinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Bu mənada, məhkəmənin hökmü qanuni qüvvəsini alandan sonra cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Hacıqabul Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs məxsus göy rəngli polietilen torbanın içərisindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra faktiki olaraq təmiz çəkisi 1534,90 qram qalmış narkotik vasitə qurudulmuş marixuana, 60,420 qram qalmış narkotik vasitə heroin, 51,362 qram qalmış narkotik vasitə tiryək, hadisə yerinə getdiyi avtomobildən aşkar edilərək götürülmüş bir ədəd bıçaq məhv edilməli; Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Honor” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılmalı; “əməliyyataxtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması, avtomobilə baxış keçirilməsi və götürmə haqqında”, “əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onları götürmə haqqında” xx.xx.2024-cü il, “baxış aparılması haqqında” xx.xx.2024-cü il tarixli protokollara əlavə edilən, habelə şübhəli şəxsin dindirilməsini özündə əks etdirən ümumilikdə dörd ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalı və həmin disklər iş materiallarında saxlanılmalıdırlar. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün, onun məhkəmədə hüquqlarının müdafiəsi məqsədi ilə ona, dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə olan halda müdafiəçilərin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Odur ki, cinayət işi üzrə məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən, bu Məcəllənin 197.1.4-cü maddəsində (mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ) nəzərdə tutulan məsrəf məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Cinayət işi üzrə məhkəmə-bioloji ekspertizasının dəyəri 63 (altmış üç) manat, 90 (doxsan) qəpik məbləğdə pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Bundan başqa, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs tanışı Şahid6la birlikdə xx.xx.2024-cü il tarixdə Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Bakı-Ələt-Qazax avtomobil yolunun Hacıqabul rayonu, Navahı kəndi ərazisindən keçən hissəsində saxlanıldıqları vaxt Tahirin idarə etdiyi avtomobildən sonuncunun özünə məxsus bıçaq aşkarlanmış, həmin bıçaq götürülüb qablaşdırılaraq ekspertizaya təqdim olunmuş, məhkəmə-ballistik ekspertizası keçirilmiş və aparılmış ekspertiza tədqiqatının dəyəri 57 (əlli yeddi) manat 40 (qırx) qəpik müəyyən olunmuşdur. Cinayət-Prosessual Məcəllənin 197.2-ci maddəsində qeyd olunur ki, bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Bu mənada, məhkəmə belə qənaətə gəlir ki, cinayət işi üzrə aparılmış məhkəməballistik ekspertizası üzrə tədqiqatın 57 (əlli yeddi) manat 40 (qırx) qəpik məbləğdə dəyəri təqsirləndirilən şəxsdən tutulmamalı və həmin məbləğ dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hazırki cinayət işi üzrə Hacıqabul Rayon Polis Şöbəsi Narkotiklərlə Mübarizə Qrupunun “əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması, avtomobilə baxış keçirilməsi və götürmə haqqında” xx.xx.2024-cü il tarixli protokolu və eyni tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə, saat 23:55 dəqiqədə Hacıqabul rayonu, Navahı kəndi ərazisində Bakı-Qazax yolunun kənarında yerləşən işləməyən kafenin həyətində saxlanılmışdır. Bundan başqa, iş materiallarında olan Hacıqabul Rayon Polis Şöbəsi Təhqiqat Bölməsinin xx.xx.2024-cü il tarixli protokolunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq xx.xx.2024-cü il tarixdə, saat 23:55 dəqiqədən məhdudlaşdırılmış və o, xx.xx.2024-cü il tarixdə, saat 02:55-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Lakin, Hacıqabul Rayon Məhkəməsinin 4(071)-75/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarında Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəlinin 20 dekabr 2024-cü il tarixdən hesablanması göstərilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə, saat 23:55 dəqiqədə Hacıqabul rayonu, Navahı kəndi ərazisində Bakı-Qazax yolunun kənarında yerləşən işləməyən kafenin həyətində saxlanıldığı, həmin vaxtdan polisin nəzarətində olduğu üçün azadlığı faktiki olaraq həmin vaxtdan məhdudlaşdırılmışdır və belə olan halda həbs etmənin əvvəli 19 dekabr 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Göründüyü kimi prosessual qanunvericilik ilk növbədə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtla hesablanmasını, sonra isə həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı müddətin daxil olmasını qeyd edir. Məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə, saat 23:55 dəqiqədə Hacıqabul rayonu, Navahı kəndi ərazisində Bakı-Qazax yolunun kənarında yerləşən işləməyən kafenin həyətində saxlanıldığı və həmin vaxtdan polisin nəzarətində olmaqla hərəkətləri məhdudlaşdırıldığından onun həbs etmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətindən başqa, təqsirləndirilən şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı zaman da daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət daxildir. Məhkəmə heyəti “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözü gedən Qərarı və Cinayət-Prosessual Məcəllənin müddəalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq hərəkətlərinin faktiki məhdudlaşdırıldığı vaxtdan tutulanadək, həmçinin tutulduğu, habelə həbsdə saxlanıldığı ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 19 dekabr 2024-cü il tarixdən hesablanmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197-198, 344-347, 349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 19 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 63 (altmış üç) manat, 90 (doxsan) qəpik məbləğdə pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmədə təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilsin. Məhkəmənin hökmü qanuni qüvvəsini alandan sonra cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Hacıqabul Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs məxsus göy rəngli polietilen torbanın içərisindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra faktiki olaraq təmiz çəkisi 1534,90 qram qalmış narkotik vasitə qurudulmuş marixuana, 60,420 qram qalmış narkotik vasitə heroin, 51,362 qram qalmış narkotik vasitə tiryək, hadisə yerinə getdiyi avtomobildən aşkar edilərək götürülmüş bir ədəd bıçaq məhv edilsin; Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş **********34405 və **********74419 İMEİ kodlu, “Honor” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılsın; “əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması, avtomobilə baxış keçirilməsi və götürmə haqqında” xx.xx.2024-cü il, “əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onları götürmə haqqında” xx.xx.2024-cü il, “baxış aparılması haqqında” xx.xx.2024-cü il tarixli protokollara əlavə edilən, habelə şübhəli şəxsin dindirilməsini özündə əks etdirən ümumilikdə dörd ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın və iş materiallarında saxlanılsınlar. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-273/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-273/2025
30.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver