Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-274/2023 11.12.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim - X13 oğlunun sədrliyi ilə, hakimlər - Hüseynov Nahid Nəsir oğlu və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, məsləhətçi – Rəhimov Emil Vəliağa oğlunun katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər: Lənkəran rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə xx xxxx 1984-cü ildə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.4.3-cü maddələri ilə və xx xxxxxx 1993-cü il tarixdə Əli Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 3 ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə özgə əmlakını gizli talamaq məqsədi və tamah niyyəti ilə qabaqcadan əlbir olub qrup təşkil edərək 03 iyul 2022-ci il tarixdə saat 14 radələrində ünvan 4 ünvanında yerləşən Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinin yerləşdiyi küçəyə gəlib, ətrafda heç kəsin olmadığına əmin olduqdan sonra əvvəlcə həmin evin həyətinə, oradan isə fərdi yaşayış evinin pəncərəsini açmaqla, qanunsuz olaraq yaşayış sahəsinə daxil olub, həmin evin otaqlarından 1,57 qram kütləli, 750 əyarlı qızıldan hazırlanmış sarı rəngli qiyməti 172 manat təşkil edən 1 cüt sırğanı, 0,77 qram kütləli, 583/585 əyarlı qızıdan hazırlanmış, sarı rəngli qiyməti 45 manat təşkil edən 1 ədəd sırğa tayını, 1 ədəd 1,00 qram kütləli, təxminən 900 əyarlı qızıldan hazırlanmış, qiyməti 125 manat təşkil edən sarı rəngli dişəbənzər predmeti, 1 ədəd üzərində “X8” yazıları olan qara rəngli istifadədə olmuş qiyməti 15 manat təşkil edən saç fenini, 1 ədəd “Lider” markalı “QB62” model istifadədə olmuş hidroforu ilə birlikdə qiyməti 40 manat təşkil edən su nasosunu, 1 ədəd Çin istehsalı “TP-link” markalı “TD-W8961N” model istifadədə olmuş qiyməti 20 manat təşkil edən modem aparatını, həyətdən isə 1 ədəd üzərində “X14 of type HG-120B” yazıları olan, 0.12 (0.15) kw-lıq istifadədə olmuş qiyməti 120 manat təşkil edən qaz nasosunu və qiyməti 190 manat təşkil edən 50 metr uzunluqda elektik naqillərini gizli talayaraq, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 727 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, tanışı Təqsirləndirilən şəxs2 ilə təkrarən özgə əmlakını gizli talamaq məqsədi və tamah niyyəti ilə qabaqcadan əlbir olub qrup təşkil edərək 06 iyul 2022-ci il tarixdə saat 01 radələrində Şirvan şəhəri, Vaqif küçəsində yerləşən X3 məxsus akkumulyator təmiri sexinin həyətinə gəlib, həmin sexin giriş qapısının kilidini oradan tapdıqları açarla açmaqla, qanunsuz olaraq saxlanc yerinə daxil olub, həmin sexdə olan 1 ədəd “Renault Hi-Life” markalı, 12V-70Ah istifadədə olmuş qiyməti 50 manat təşkil edən akkumlyatoru, 1 ədəd “TCS Patrouille” markalı, 100 amperlik istifadədə olmuş qiyməti 80 manat təşkil edən akkumlyatoru və 01 ədəd qiyməti 150 təşkil edən enerji təminatı aparatını gizli talayaraq, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 280 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 3,514 qram olmaqla külli miqdar təşkil edən narkotik vasitə heroini istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış və Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 28 avqust 2022ci il tarixdə, saat 17 radələrində Şirvan şəhəri, Əli-Bayramov küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman üzərində qanunsuz saxladığı 3,514 qram çəkidə külli miqdar narkotik vasitə heroin əynində olan şalvarının sağ yan cibindən bir ədəd bükümdə aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə özgə əmlakını gizli talamaq məqsədi və tamah niyyəti ilə qabaqcadan əlbir olub qrup təşkil edərək 03 iyul 2022-ci il tarixdə saat 14 radələrində ünvan 4 ünvanında yerləşən Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinin yerləşdiyi küçəyə gəlib, ətrafda heç kəsin olmadığına əmin olduqdan sonra əvvəlcə həmin evin həyətinə, oradan isə fərdi yaşayış evinin pəncərəsini açmaqla, qanunsuz olaraq yaşayış sahəsinə daxil olub, həmin evin otaqlarından 1,57 qram kütləli, 750 əyarlı qızıldan hazırlanmış sarı rəngli qiyməti 172 manat təşkil edən 1 cüt sırğanı, 0,77 qram kütləli, 583/585 əyarlı qızıldan hazırlanmış, sarı rəngli qiyməti 45 manat təşkil edən 1 ədəd sırğa tayını, 1 ədəd 1,00 qram kütləli, təxminən 900 əyarlı qızıldan hazırlanmış, qiyməti 125 manat təşkil edən sarı rəngli dişəbənzər predmeti, 1 ədəd üzərində “X8” yazıları olan qara rəngli istifadədə olmuş qiyməti 15 manat təşkil edən saç fenini, 1 ədəd “Lider” markalı “QB62” model istifadədə olmuş hidroforu ilə birlikdə qiyməti 40 manat təşkil edən su nasosunu, 1 ədəd Çin istehsalı “TP-link” markalı “TD-W8961N” model istifadədə olmuş qiyməti 20 manat təşkil edən modem aparatını, həyətdən isə 1 ədəd üzərində “X14 of type HG-120B” yazıları olan, 0.12 (0.15) kw-lıq istifadədə olmuş qiyməti 120 manat təşkil edən qaz nasosunu və qiyməti 190 manat təşkil edən 50 metr uzunluqda elektik naqillərini gizli talayaraq, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 727 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, tanışı Təqsirləndirilən şəxs1 ilə təkrarən özgə əmlakını gizli talamaq məqsədi və tamah niyyəti ilə qabaqcadan əlbir olub qrup təşkil edərək 06 iyul 2022-ci il tarixdə saat 01 radələrində Şirvan şəhəri, Vaqif küçəsində yerləşən Zərərçəkmiş şəxs1 məxsus akkumulyator təmiri sexinin həyətinə gəlib, həmin sexin giriş qapısının kilidini oradan tapdıqları açarla açmaqla, qanunsuz olaraq saxlanc yerinə daxil olub, həmin sexdə olan 1 ədəd “Renault Hi-Life” markalı, 12V-70Ah istifadədə olmuş qiyməti 50 manat təşkil edən akkumlyatoru və 1 ədəd “TCS Patrouille” markalı, 100 amperlik istifadədə olmuş qiyməti 80 manat təşkil edən akkumlyatoru və 01 ədəd qiyməti 150 manat təşkil edən enerji təminatı aparatını gizli talayaraq, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 280 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, özgə əmlakını gizli talamaq məqsədi və tamah niyyəti ilə 18 iyul 2022-ci il tarixdə saat 01 radələrində ünvan 5 ünvanında yerləşən Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış evinin yerləşdiyi küçəyə gəlib, ətrafda heç kəsin olmadığına əmin olduqdan sonra həmin evin həyətinə qanunsuz olaraq daxil olub, həyətdən 1 ədəd “Marquis” markalı “MKP60-1” model istifadədə olmuş hidroforu ilə birlikdə qiyməti 50 manat təşkil edən su nasosunu, 1 ədəd “Modena” markalı “4412 turbo” model 555x475mm, 4 gözlü, 1 hissəsi elektrikli olan istifadədə olmuş qiyməti 40 manat təşkil edən qaz sobasını, hər birinin qiyməti 30 manat olan 2 ədəd qapı cəftəsini, hər birinin qiyməti 25 manat olan ümumilikdə 32 metr 4 ədəd metal borunu, hər birinin qiyməti 15 manat 4 ədəd su krantını, ümumilikdə qiymətləri 50 manat olan metal alətlər dəstini və ümumilikdə qiyməti 45 manat olan 15 metr uzunluqda mis elektik naqillərini gizli talayaraq, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ümumilikdə 405 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək öz ifadəsində göstərmişdir ki, o ancaq 06 iyul 2022-ci il tarixdə akkumulyator təmiri ustası Namizədin sexindən Rahimlə birlikdə akkumulyator oğurluğunda iştirak etmiş, iki gün sonra yolda Rahimlə gedərkən polislər onları saxlamış və üzərlərinə baxış keçirilərkən Rahimin üzərindən oğurluq əşya tapılmışdır. Sonuncu həmin əşyanın onun olduğunu demişdir. Onun üzərindən isə heç nə çıxmamışdır. Sonra onlar polis şöbəsinə aparılmışlar. Orada Rahimi döyərək sonuncuya onunla oğurluq etdiyini yazdırmışlar. Müstəntiq ondan pul istəmiş, pul vermədiyi üçün «sənə narkotik yükləyərəm, bilərsən» demişdir. Sonra evdə olduğu zaman ailə üzvlərinin yanında gəlib onu zorla polis şöbəsinə aparmışlar. Orada onu döyüb cibinə narkotik qoymuşlar. Həmin vaxt polis əməkdaşlarından tərəzi gətirib cibinə qoyulan narkotik vasitənin onun yanında çəkilməsini istəmiş, ona tərəzi olmadığını demişlər. Vəkillə təmin olunsa da polislər ona vəkilə bir söz deməməyini demişlər. Ona görə də qorxub vəkilə heç nə deməmişdir. Həmçinin barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəmədə qorxusundan döyülməyi və üzərinə narkotik vasitə qoyulması barədə heç nə deməmişdir. Ancaq akkumlyator oğurluğuna görə özünü təqsirli bilir, digər oğurluqda isə iştirak etməmişdir. Rahimlə onun oğurladığı malları satmağa getməmiş, akkumlyatoru satmağa isə ikisi getmişlər.Həmin akkumlyator sonra geri alınaraq sahibinə qaytarılmışdır. Əvvəllər narkotik vasitə istifadə etmiş, həmin ərəfədə isə istifadə etməmiş, müalicə olunmuşdur. İstintaq zamanı onu oğurluqla bağlı hadisə yerinə aparmaq istədikdə oğurluqda iştirak etmədiyini bildirib ora gedə bilməyəcəyini demiş, sonra Rahimi hadisə yerinə aparmışlar.İstintaq zamanı verdiyi ifadəsini isə təsdiq etmir, həmin ifadəni müstəntiq yazaraq ona imza etdirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmə istintaqında müstəntiqin ondan pul istəməsi, pul vermədiyi üçün «sənə narkotik yükləyərəm, bilərsən» deməsi, sonra evdə olduğu zaman zorla polis şöbəsinə aparılması, orada onun döyülərək cibinə narkotik vasitə qoyulması, ancaq akkumlyator oğurluğunda iştirak etməsi, digər oğurluqda isə iştirak etməməsi barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq onun bu hissədə ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqında belə ifadə verməklə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək öz ifadəsində göstərmişdir ki, o zərərçəkmiş şəxslərin evinə girib oğurluq etmişdir, lakin hansı zərərçəkmiş şəxsin evindən nə oğurladığını dəqiq xatırlamır, oğurlanan əşyalar barədə cinayət işinin materiallarında yazılanlar düzdür. O Zərərçəkmiş şəxs2 Bakı şəhərində olduğunu bilib onun evinə gündüz vaxtı tək oğurluğa girmiş, onun evindən çıxanda Təqsirləndirilən şəxs1la küçədə rastlaşmışdır. Hasardan tullanıb Elmiranın həyətinə daxil olmuşdur, onun evindən su matoru, samovar, tək sırğa, mis və alüminium qablar və 1 ədəd diş oğurlamışdır. Oradan oğurladıqlarını tutulandan sonra polisə təhvil vermiş, onların heç birini satmamışdır. Polisdə ona təzyiq göstərildiyi üçün Nizaminin onunla birlikdə Elmiranın evinə oğurluğa girməsi barədə yazılanlara imza etmişdir. Zərərçəkmiş şəxs1 sexindən isə 2 ədəd akumlyator oğurlamış, Namizədin sexinə Təqsirləndirilən şəxs1la birlikdə oğurluğa girmişdir. Nizami ilə məhəllədə olarkən Namizədin sexindən akumlyator oğurlamaq qərarına gəlmişlər, oğurladıqları maşın akumltyatorlarını ikisi birlikdə aparıb metal qəbulu yerinə satmışlar. Akumlyatorun hər birini 15 manata, ikisini cəmi 30 manata sataraq aldıqları pulu aralarında bölmüşlər. Bundan 30 dəqiqə sonra polislər tərəfindən saxlanılmışlar. Namizədin sexindən oğurluq etdiklərinə görə polislər tərəfindən saxlanıldıqdan sonra ev dustaqlığına buraxılmışlar. Buraxılandan bir neçə gün sonra Abdulhüseynin evinə oğurluğa girmişdir. O Zərərçəkmiş şəxs3 evinə oğurluğa tək girmiş, onun evindən su matoru, 4 gözlü stolüstü qaz sobası, mis və alüminium qablar oğurlamışdır. Zərərçəkmiş şəxslərə dəymiş ziyanlar ödənilmişdir. Belə ki, oğurladığı əşyalar zərərçəkmiş şəxslərə qaytarılmış, akumlyatorların pulunu isə valideynləri ödəmişlər. Etdiyi əməllərdən peşmandır, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbləri yoxdur. Himayəsində azyaşlı uşağı vardır. Məhkəmə Təqsirləndirilən şəxs2 03 iyul 2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evindən Təqsirləndirilən şəxs1la birlikdə deyil, tək oğurluq etməsi, onun evindən çıxanda Təqsirləndirilən şəxs1la küçədə rastlaşması, Təqsirləndirilən şəxs1 həmin oğurluqda iştirak etməməsi barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq onun bu hissədə ifadəsini həm özünümüdafiə, həm də digər Təqsirləndirilən şəxs1 müdafiə xarakterli ifadə kimi qiymətləndirir. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələri iş materiallarında olan, biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı istintaq orqanına verdiyi və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş ifadəsindən görünür ki, Şirvan şəhəri Əli-Bayramov küçəsi dalan 8, ev 11-də yaşamışdır. Özü heç bir yerdə işləməmişdir. Şirvan şəhəri sakini Təqsirləndirilən şəxs2 tanımışdır. 2022-ci ilin iyul ayının əvvəllərində Rahim ona İsmət Qayıbov küçəsində bir həyət evi olduğunu, həmin evin sahibinin Bakı şəhərində yaşadığını və sahibsiz olduğu üçün evdən oğurluq etməyi təklif etmişdir. Onun da pula ehtiyacı olduğu üçün Rahimin bu təklifi ilə razılaşmışdır. İkisi birlikdə 03 iyul 2022ci il tarixdə saat 14 radələrində İsmət Qayıbov küçəsində yerləşən həmin evin yerləşdiyi küçəyə gəlmişlər. Hava isti olduğu üçün küçədə kimsə olmamışdır. Evdə və həyətdə kimsənin olmadığına tam əmin olduqdan sonra hasarın üstünə çıxıb həyətə tullanmışlar. Sonra irəli hərəkət edib həyəti gəzmişlər. Həyətdə evin arxa tərəfində yerləşən taxta qutunun içərisində olan yaşıl rəngli qaz nasosunu açıb kənara qoymuşlar. Sonra həyətdə sayğacdan evə gələn elektik kabellərini kəsib götürmüşlər. Ardınca evin qarşı tərəfindən yerləşən pəncərələrdən birinin setkasını çıxarıb, içəri daxil olmuşlar. Sonra otaqları axtarmağa başlamışlar. Otaqlardan birində olan 1 ədəd göy rəngli su nasosunu, 1 ədəd qara rəngli saç fenini, 1 ədəd Wifi modemi və otaqda olan divanın altında olan 1 ədəd sellofan bükümdə olan 1 cüt qızıl uşaq sırğasını, 1 ədəd qızıl uşaq sırğasını və 1 ədəd qızıl diş tapmışdır. Həmin qızılları da Rahim cibinə qoymuşdur. Sonra evə daxil olduqları pəncərədən oğurladıqları əşyaları çölə çıxarmışlar. Oğurladıqları əşyaları evdən götürdükləri sellofan torbaya yığıb hasardan küçəyə tullanmışlar. Həmin vaxt ətrafda kimsə görməmişlər. Oğurladıqları qaz nasosu və modemi həmin gün tanışı Şirvan şəhər sakini Şahid3 20 manata satmışlar. Ziləlxana həmin malların oğurluq olması barədə bir söz deməmişlər. Əldə etdikləri pula isə siqaret və sərinləşdirici sular almışlar. Qalan əşyaları isə Rahimin anası Bakı şəhərində olduğu üçün onların evinə aparmışlar ki, müştəri tapsalar satsınlar. Həyətdən kəsib götürdükləri mis elektrik naqillərini isə yandırıb, Kamilgilin metal qəbulu məntəqəsinə satmışlar. Əldə etdikləri pulu isə Rahimlə aralarında bərabər şəkildə bölmüşlər. Bundan başqa 05 iyul 2022-ci il tarixdə Şirvan şəhəri Vaqif küçəsində yerləşən şəhər sakini kimi əvvəldən tanıdığı akkumulyator təmiri ustası Namizədin sexindən akkumulyator oğurlayıb satmağı Rahimə təklif etmişdir. Rahim onun təklifi ilə razı olmuşdur. Belə ki, həmin günün gecəsi saat 01 radələrində Namizədin sexinin qarşısına gəlmişlər. Sexin giriş qapısını kilidinə məftil salıb açmışlar. Sonra içəri daxil olaraq həmin sexin içərisində bir qədər axtarış edəndən sonra dolabçadan bir neçə açar tapmışlar. Həmin açarlardan biri ilə akkumulyatorlar saxlanılan otağın qapısını açıb içəri daxil olmuşlar. İçəridə olan akkumulyatordan iki ədədini götürüb kənara qoymuşlar. Sonra orada olan enerji aparatını da götürmüşlər. Hərəyə bir akkumulyator və enerji aparatını sexdən çıxarıb yaxınlıqda olan yulğun ağaclarının altında gizlətmişlər. Sonra evə getmişlər. Səhər açılanda oğurladıqları akkumulyator və enerji aparatını gizlətdikləri yerə gəlmişlər. Enerji apatını söküb mis hissələrini toplamış və akkumulyatorlarla birlikdə Kamilgilin metal qəbulu məntəqəsinə aparmışlar. Orada akkumulyatorların hər birini 20 manata satmışlar. Mis kütləsini isə neçəyə satdıqlarını xatırlamır. Etdiyi oğurluq cinayətlərinə görə 08 iyul 2022-ci il tarixdə Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən tutulmuş və cinayət məsuliyyətinə cəlb edilmişdir. Şirvan şəhər Məhkəməsi barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsi barədə qərar qəbul etmiş və polisin nəzarəti altına verilmişdir. Polisin nəzarəti altında olan zaman, yəni, 28 avqust 2022-ci il tarixdə saat 15 radələrində yaşadığı evdən çıxaraq məhlədə gəzməyə başlamışdır. Həmin vaxt yerdə bir ədəd içərisində siqaretlər olan siqaret qutusu görmüşdür. Həmin qutunun kiminsə cibindən düşdüyünü başa düşmüş və özü siqaret çəkdiyi üçün həmin siqaret qutusundakı siqaretləri çəkmək üçün qutunu yerdən götürmüşdür. Həmin vaxt qutunun içərisində 01 ədəd büküm olduğunu da görmüşdür. Həmin bükümü açanda içərisindəki kütlənin narkotik vasitə heroin olduğunu görmüşdür. O, əvvəllər bir neçə dəfə heroin istifadə etdiyi üçün həmin narkotik vasitəni tanıyır. Fikirləşmişdir ki, həmin bükümü də gələcəkdə istifadə edər. Bu məqsədlə həmin bükümü də, siqaret qutusunu da cibinə qoymuşdur. 28 avqust 2022-ci il tarixdə saat 17 radələrində yaşadığı evin yaxınlığında olan parkda olan zaman mülki geyimli polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edərək və ona üzərində narkotik vasitələrin gəzdirilməsində şübhəli olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. O, üzərində heroin olduğu üçün buna etiraz etmiş, lakin sonra razılaşaraq polis əməkdaşları ilə Şirvan şəhər polis şöbəsinə gəlmişlər. Polis şöbəsində Təhqiqat bölməsində olarkən ona hüquqlarının müdafiə olunması üçün vəkillərin siyahısı təqdim olunmuş və o, həmin siyahıdan hüquqlarını müdafiə etmək üçün vəkil X1. Bir müddət sonra vəkil Salman Fərəcov gəldikdən sonra üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Axtarış zamanı üzərindən şalvarının sağ cibindən bir ədəd bükümdə olan narkotik vasitə heroin aşkar olunmuşdur. Daha sonra aşkar olunmuş narkotik vasitə heroin təhqiqatçı tərəfindən götürülərək qablaşdırılmışdır. Daha sonra protokol tərtib olunmuş, bütün iştirakçılar kimi həmin protokolla tanış olduqdan sonra ona imza etmişdir. Polis nəzarətimdə olan zaman narkotik vasitələrin qanunsuz olaraq dövriyyəsi ilə məşğul olduğu üçün Şirvan şəhər Məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbiri seçilmişdir. Narkotik vasitə heroini istifadə etmək üçün üzərində saxlamış, heç vaxt, heç kimə narkotik vasitələr və psixotrop maddə satmamışdır. Məhkəmə iclasında, şahid qismində dindirilən Şirvan ŞPŞ-nin Narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 28 avqust 2022-ci il tarixdə Şirvan şəhər sakini Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz olaraq üzərində saxlaması və satışı ilə məşğul olması barədə ona daxil olmuş əməliyyat məlumatı üzrə tərəfindən qəbul edilmiş qərar əsasında əməliyyat qrupu yaradılmış və Təqsirləndirilən şəxs1 həmin gün Şirvan şəhərində saxlanılaraq Şirvan şəhər polis şöbəsinə gətirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərində axtarış aparılmış, şəxsi axtarış zamanı onun əynində olan şalvarının cibindən 1 ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Sorğu zamanı o, həmin kütlənin heroin olduğunu və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Saxlanılan zaman Təqsirləndirilən şəxs1 zor tətbiq olunmamış, şəxsi axtarış zamanı isə o, müdafiəçi ilə təmin olunmuş və şəxsi axtarış videoçəkiliş vasitəsi ilə aparılmışdır. Onlar Nizamini evdə tutmamış, onu darvazalarının yanında, küçədə qaz trubasının üstündə oturduğu vaxt tutmuşlar. Onlarda Təqsirləndirilən şəxs1 narkotik vasitəni konkret olaraq kiməsə satması barədə məlumat olmamış, onun üzərinə baxış videoçəkilişlə aparılmış, həmin vaxt Təqsirləndirilən şəxs1 narkotik vasitəni öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Onun üzərində tərəzi aşkar olunmamış, aşkar olunan narkotik vasitə bir bükümdə olmuşdur. Saxlanılan zaman Təqsirləndirilən şəxs1 üzərində mobil telefonun olub-olmamasını xatırlamır, o sonuncunun üzərində mobil telefon müəyyən etməmişdir. Məhkəmə iclasında, şahid qismində dindirilən Şirvan ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 28 avqust 2022-ci il tarixdə Şirvan şəhər sakini Təqsirləndirilən şəxs1 narkotik vasitələri qanunsuz olaraq üzərində saxlaması və satışı ilə məşğul olması barədə şöbəyə daxil olmuş əməliyyat məlumatına əsasən əməliyyat qrupu yaradılmış və o həmin əməliyyat qrupunun tərkibində olmuşdur. Təqsirləndirilən şəxs1 həmin gün saat 17 radələrində Şirvan şəhəri Əli-Bayramov küçəsində saxlanılaraq Şirvan şəhər polis şöbəsinə gətirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərində axtarış aparılmış, şəxsi axtarış zamanı onun əynində olan şalvarının cibindən 1 ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Sorğu zamanı o, həmin kütlənin heroin olduğunu və özünə məxsus olduğunu bildirmiş, ekspertizadan sonra isə həmin kütlənin narkotik vasitə olması təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs1 küçədə tutulmuş, saxlanılan zaman ona qarşı zor tətbiq olunmamışdır. Təqsirləndirilən şəxs1 narkotik vasitə satışı ilə məşğul olması barədə məlumat daxil olsa da, onun narkotik vasitəni konkret olaraq kiməsə satması müəyyən olunmamış, o, aşkar olunan narkotik vasitəni öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Onun üzərinə baxış videoçəkilişlə aparılmış, həmin vaxt narkotik vasitəni öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. O ancaq Təqsirləndirilən şəxs1 narkotik vasitə ilə əlaqədar saxlanılması tədbirində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2022-ci ilin iyul ayının əvvəllərində həyətdə olan zaman onu bir nəfər küçəyə çağırmış, həmin vaxt üzdən tanıdığı Rahim ona 1 ədəd nasos və 1 ədəd modem aparatını göstərib onları satdığını bildirmişdir. O həmin vaxt 20 manat verib həmin əşyaları ondan almışdır. Təxminən 5-6 gün keçdikdən sonra polis əməkdaşları gəlib ondan nasos və modem aparatı alıb almadığımı soruşmuşlar. O da həmin nasosu və modemi təqdim etmişdir. O nasosu evə su vurmaq üçün lazım olduğu üçün almış, modem aparatını isə Rahim ona nasosu aldığına görə pay vermişdir. Təqsirləndirilən şəxs1 onun oğlunun dostudur, aldığı əşyaları Rahim tək gətirib ona satmış, Nizami onun yanında olmamışdır. Rahim ona həmin əşyaların özünün olduğunu, təzəsini aldıqlarına görə köhnələri satdığını demişdir. İş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 məhkəməyədək icraat zamanı istintaq orqanına verdiyi ifadəsindən görünür ki, o, Şirvan şəhəri İ.Qayıbov küçəsi dalan 5, Ev 6-da qeydiyyatda olmaqla, Bakı şəhəri Yasamal rayonu D.Bünyatzadə küçəsi bina 12, mənzil 220-də yaşayır. Şirvan şəhərindəki evinə həftə sonları gəlib-gedir. Evdə yaşayış üçün bütün lazimi şərait yaratmışdır. 01 iyul 2022-ci il tarixdə həftə sonu olduğu üçün Bakı şəhərindəki evinə getmişdir. 07 iyul 2022-ci il tarixdə yenidən Şirvandakı evinə qayıtmışdır. O, evin işıqlarını yandırmaq istəyəndə elektrik olmadığını görmüşdür. Sayğaca baxıb hesabda pul olduğunu görmüşdür. Sonra evə gedən kabellərə baxanda kəsildiyini görmüşdür. Sonra evin qarşı tərəfinə keçəndə ön tərəfdə olan pəncərənin setkasının yerindən çıxarıldığını görmüşdür. Ardınca evin arxa tərəfinə keçmiş və arxada olan qaz nasosunun da açılıb aparıldığını görmüşdür. Evdə olmadığı müddətdə həyətinə və evinə oğru daxil olduğunu başa düşmüşdür. Bundan sonra o, DİN-in «102» xidmətinə zəng vuraraq baş vermiş hadisə barədə məlumat vermişdir. Bir neçə dəqiqə sonra hadisə yerinə polis əməkdaşları gəlib, hadisə yerinə baxış keçirmişlər. O, ərizə yazıb təqdim etmişdir. O, ilkin ərizəsində su nasosunun və elektrik naqillərinin oğurlandığını qeyd etsə də, sonradan məlum olmuşdur ki, həyətdən 1 ədəd qiyməti 250 manat olan yaşıl rəngli qaz nasosu, evdən 1 ədəd qiyməti 200 manat olan göy rəngli su nasosu üzərindəki sarı rəngli hidroforla birlikdə, 1 ədəd qiyməti 30 manat olan qara rəngli saç feni, 1 ədəd qiyməti 30 manat olan ağ rəngli Wifi modem, 1 cüt 750 əyarlı qiyməti 300 manat olan qızıl uşaq sırğası, 1 ədəd qiyməti 150 manat olan qızıl diş, 1 ədəd tayı olmayan 750 əyarlı qiyməti 150 manat olan qızıl uşaq sırğasının oğurlandığı məlum olmuşdur. Oğurlanmış kabellər mis materialdan olmuşdur. Təxminən 50 metr uzunluqda kabellər kəsilib aparılmış, həmin kabellərin hazırda mağazada qiyməti 190 manat təşkil edir. Oğurluq nəticəsində ona cəmi 1300 manat maddi ziyan dəymişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, onun tərəfindən vətəndaşlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayət və tələb yoxdur, onlarla barışmışdır, keçiriləcək məhkəmə iclaslarında iştirak etmək arzusunda deyildir, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş edir və istintaqa verdiyi ifadəsini təsdiq edir. İş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məhkəməyədək icraat zamanı istintaq orqanına verdiyi ifadəsindən görünür ki, o, akkumlyator təmiri ilə məşğul olur. Şirvan şəhəri Vaqif küçəsində özünə məxsus olan təmir sexində işləyir. İstifadədə olmuş köhnə akkumlyatorları avtomobil sahiblərindən ucuz qiymətə alıb təmir etdikdən sonra bir qədər baha qiymətə satır. 05 iyul 2022-ci il tarixdə saat 19 radələrində işdən çıxaraq sexin qapısını bağlayıb evə getmişdir. Evə gedəndə qapının açarlarını da qapının girişində dolabçada gizlətmişdir. Səhər işə gələndə təmir sexinin giriş qapısının açıq vəziyyətdə olduğunu görmüşdür. İçəri daxil olanda qapının açalarının yerdə olduğunu və təmir sexində olan akkumlyatorlardan 2 ədədinin və akkumlyatorlara enerji doldurmaq üçün olan aparatın yerində olmadığını görmüşdür. O, gecə saatlarında sexdən oğurluq edildiyini başa düşmüşdür. Bundan sonra Şirvan şəhər polis şöbəsinə gələrək bu barədə ərizə ilə müraciət etmişdir. Həmin akkumlyatorlardan biri ağ rəngli 100 amperlik, o biri isə qara rəngli 70 amperlik olmuşdur. Markalarını dəqiq xatırlamır. Akkumlyatorların ikisinin birlikdə qiyməti təxminən 150 manat, enerji doldurmaq üçün olan markasını bilmədiyi aparatın qiyməti isə 150 manatdan bahadır. Oğurluq nəticəsində ümumilikdə təxminən 300 manat maddi ziyan dəymişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, onun təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayət və tələb yoxdur, onlarla barışmışdır, keçiriləcək məhkəmə iclaslarında iştirak etmək arzusunda deyildir, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş edir və verdiyi ifadəsini təsdiq edir. İş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 məhkəməyədək icraat zamanı istintaq orqanına verdiyi ifadəsindən görünür ki, o, Şirvan şəhəri Əli-Bayramov küçəsi dalan 2, ev 8-də yaşayır. Şirvan Oil QSC-də maşinist vəzifəsində çalışır. 16 iyul 2022-ci il tarixdə Şirvan şəhərindəki evini ailəsi ilə birlikdə tərk edərək Bakı şəhərində yaşayan qızının evinə qonaq getmişlər. 18 iyul 2022-ci il tarixdə günorta vaxtı evə gəlib su krantını açanda suyun gəlmədiyini görmüşdür. Həyətdəki su nasosunun yerləşdiyi yerə nəzər saldıqda su nasosusunun hidroforu ilə birlikdə yerində olmadığını, yəni, açılıb aparıldığını görmüşür. Evdə olmadığı müddətdə həyətində oğurluq hadisəsi baş verdiyini başa düşmüşdür. Bundan sonra polis şöbəsinə gedərək bu barədə ərizə ilə müraciət etmişdir. Ərizə verdikdən 3 gün sonra həyətdə təmizlik işləri görmək istəyən zaman 1 ədəd qiyməti 150 manat olan qaz sobasının, 4 ədəd hər birinin uzunluğu 8 metr olan ümumilikdə qiyməti 100 manat olan metal boruların, 2 ədəd hər birinin qiyməti 30 manat olan qapı cəftəsinin, 4 ədəd hər birinin qiyməti 15 manat olan su krantının, ümumi qiyməti 45 manat olan 15 metr uzunluqda mis kabelin və bir ədəd qabın içərisində ümumilikdə qiyməti 50 manat olan alətlər dəstinin də yerində olmadığını görmüşdür. Bundan sonra yenidən Şirvan şəhər polis şöbəsinə gələrək yenidən ərizə ilə müraciət etmiş, həyətindən əlavə əşyaların oğurlandığını bildirmişdir. Oğurluq nəticəsində mənə cəmi 465 manat maddi ziyan dəymişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, onun təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayət və tələb yoxdur, onlarla barışmışdır, keçiriləcək məhkəmə iclaslarında iştirak etmək arzusunda deyildir, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş edir və istintaqda verdiyi ifadəsini təsdiq edir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş 26 iyul 2022-ci il tarixli 011-8511-1222 saylı məktubdan görünür ki, Şirvan şəhəri İ.Qayıbov küçəsi dalan 6, ev 5-də yaşayan Zərərçəkmiş şəxs2 məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izlərinin xx.xx.2022-ci il tarixdə KTİ-yə daxil olmuş və əl izlərindən bir ədədi xx.xx.1993-cü il tarixdə Əli-Bayramlı şəhərində anadan olmuş vətəndaş Təqsirləndirilən şəxs2 sağ əlinin böyük barmağının əksləri ilə eynilik müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 09 iyul 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs2 tərəfindən təqdim edilmiş 1,57 qram kütləli, 750 əylarlı qızıldan hazırlanmış, sarı rəngli 1 cüt sırğa, 0,77 qram kütləli, 583/585 əyarlı qızıldan hazırlanmış sarı rəngli 1 ədəd sırğa tayı, 1,00 qram kütləli, təxminən 900 əyarlı qızıldan hazırlanmış, sarı rəngli dişəbənzər 1 ədəd metal predmet, 1 ədəd üzərində “X8” yazıları olan qara rəngli istifadədə olmuş saç feni və 1 ədəd “Lider” markalı, “QB62” model istifadədə olmuş su nasosu hidroforu ilə birlikdə götürülmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş 09 iyul 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokol və həmin protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Şahid4 tərəfindən təqdim edilmiş 1 ədəd “Renault Hi-Life” markalı, 12V-70Ah istifadədə olmuş akkumlyator və 1 ədəd “TCS Patrouille” markalı, 100 amperlik istifadədə olmuş akkumlyator götürülmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş 20 iyul 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şahid3 tərəfindən tərəfindən təqdim edilmiş 1 ədəd Çin istehsalı “TP-link” markalı “TD-W896N” model istifadədə olmuş modem aparatı və 1 ədəd üzərində “X14 of type HG-120B” yazıları olan, 0.12 (0.15) kw-lıq istifadədə olmuş qaz nasosu götürülmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş 25 iyul 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs2 tərəfindən təqdim edilmiş 1 ədəd “Marquis” markalı, “MKP60-1” model istifadədə olmuş su nasosu hidroforu ilə birlikdə və 1 ədəd “Modena” markalı “4412 turbo” model 555x475mm, 4 gözlü, 1 hissəsi elektrikli olan istifadədə olmuş qaz sobası götürülmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş kompleks məhkəmə fiziki-kimyəvi və məhkəmə-əmtəəşünaslıq ekspertizasının 26 sentyabr 2022-ci il tarixli 9/6102 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1,57 qram kütləli, 750 əylarlı qızıldan hazırlanmış, sarı rəngli 1 cüt sırğanın qiyməti 172 manat, 0,77 qram kütləli, 583/585 əyarlı qızıldan hazırlanmış sarı rəngli 1 ədəd sırğa tayının qiyməti 45 manat, 1,00 qram kütləli, təxminən 900 əyarlı qızıldan hazırlanmış, sarı rəngli dişəbənzər metal predmetin qiyməti 125 manat, 1 ədəd üzərində “X8” yazıları olan qara rəngli istifadədə olmuş saç feni qiyməti 15 manat, 1 ədəd “Lider” markalı, “QB62” model istifadədə olmuş su nasosu hidroforu ilə birlikdə qiyməti 40 manat, 1 ədəd “Marquis” markalı, “MKP60-1” model istifadədə olmuş su nasosu hidroforu ilə birlikdə qiyməti 50 manat, 1 ədəd Çin istehsalı “TPlink” markalı “TD-W896N” model istifadədə olmuş modem aparatı qiyməti 20 manat, 1 ədəd üzərində “X14 of type HG-120B” yazıları olan, 0.12 (0.15) kw-lıq istifadədə olmuş qaz nasosu qiyməti 120 manat, 1 ədəd “Renault Hi-Life” markalı, 12V-70Ah istifadədə olmuş akkumlyator qiyməti 50 manat, 1 ədəd “TCS Patrouille” markalı, 100 amperlik istifadədə olmuş akkumlyator qiyməti 80 manat, 1 ədəd “Modena” markalı “4412 turbo” model 555x475mm, 4 gözlü, 1 hissəsi elektrikli olan istifadədə olmuş qaz sobası qiyməti 40 manat müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 28 avqust 2022-ci il tarixli şəxsi axtarış aparılması haqqında protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılan zaman əynindəki şalvarın sağ yan cibindən 1 ədəd sellofan bükümdə narkotik vasitə heroinə oxşar kütlə aşkar edilərək bir ədəd kağız zərfə qablaşdırılıb götürülmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-kimyəvi ekspertizasının 29 avqust 2022-ci il tarixli 18/934 nömrəli rəyindən görünür ki, “Təqsirləndirilən şəxs1 üzərindən..” sözləri yazılmış kağız paketdə 1 ədəd bükümdə təmiz təmiz çəkisi 3,514 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının 20 oktyabr 2022-ci il tarixli 6178 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İcbari Sığorta üzrə X12 Ərazi Bölmələrini İdarəetmə Birliyi “Şirvan şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin 09 avqust 2022-ci tarixli 803 nömrəli məktubudan görünür ki, Təqsirləndirilən şəxs1 Tiryək narkomaniyası diaqnozu ilə ŞMP-nin narkoloji kabinetində qeydiyyatdadır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İcbari Sığorta üzrə X12 Ərazi Bölmələrini İdarəetmə Birliyi “Şirvan şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin 09 avqust 2022-ci tarixli 804 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 opoidlərin qəbulu nəticəsində davranış pozunutusu diaqnozu ilə ŞPM-nin narkoloji kabinetində qeydiyyatdadır. Cinayət işinin materiallarına əlavə edilmiş 08 iyul 2022-ci il tarixli cinayət törətməkdə şübhə edilən şəxsi tutma haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin tarixdə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşlar. Cinayət işinin materiallarına əlavə edilmiş Şirvan şəhər Məhkəməsinin 11 iyul 2022-ci il tarixli qərarının surətindən görünür ki, həmin tarixdə ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 barəsində 03 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmiş və Təqsirləndirilən şəxs2 dərhal həbsdən azad edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Şirvan şəhər Məhkəməsinin 11 iyul 2022-ci il tarixli qərarının surətindən görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş, Təqsirləndirilən şəxs1 dərhal həbsdən azad edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 24 iyul 2022-ci il tarixli cinayət törətməkdə şübhə edilən şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş Şirvan şəhər Məhkəməsinin 26 iyul 2022-ci il tarixli qərarının surətindən görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 28 avqust 2022-ci il tarixli cinayət törətməkdə şübhə edilən şəxsi tutma haqqında protokoldan görünür ki, həmin tarixdə ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş Şirvan şəhər Məhkəməsinin 30 avqust 2022-ci il tarixli qərarının surətindən görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən, Şirvan şəhər Məhkəməsinin 29 iyul 2021-ci il tarixli 1(032)-50/2021 nömrəli hökmünün surətindən və Suraxanı rayon Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli 7(010)-640/2021 nömrəli qərardadından çıxarışdan görünür ki, Hüseynov X5 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 69.3, 93.1.2-ci maddələri ilə təqsirli bilinərək 11 ay 27 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1, 66.5-ci maddələri ilə təqsirli bilinərək 01 il 07 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Surxanı rayon Məhkəməsinin qərardadı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarına əsasən cəzası 06 ay azaldılaraq cəzaçəkmə müəssisəsindən dərhal azad edilmişdir. Cinayət işinin materillarında olan Şirvan ŞİHB-nın 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamələrdən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində nümayəndəliyə yazılı və ya şifahi olaraq heç bir şikayət daxil olmamışdır. Cinayət işinin materillarında olan Şirvan ŞİHB-nın 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 4498 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 ailə tərkibi həyat yoldaşı və biri azyaşlı olmaqla iki övladından ibarətdir. Cinayət işinin materillarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 15 dekabr 2017-ci il tarixdə doğulmuşdur. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxslərə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərin əməlinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiəsi üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 müstəntiqin ondan pul istəməsi, pul vermədiyi üçün «sənə narkotik yükləyərəm, bilərsən» deməsi, sonra evdə olduğu zaman zorla polis şöbəsinə aparılması, orada onun döyülərək cibinə narkotik vasitə qoyulması barədə məhkəmə istintaqı zamanı verdiyi ifadələri həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq məsuliyyətdən yayınmağa hesablanmışdır. Təqsirləndirilən şəxs tərəfindən qeyd edilən ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən, habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadələri inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Bundan əlavə məhkəmə cinayət-prosessual qanunvericiliyin müddəalarının tələblərinə əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı həm sübutlar, həm də hüquqi tövsif baxımından sübuta yetirmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin ona qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlini törətməkdə təqsiri ehtimalla deyil, yalnız mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutların məcmusuna əsasən müəyyən edilməlidir. Həmin ittihamın sübut olunmasında digər sübutlarla aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və ya daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində isə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən heroin narkotik vasitə hesab edilir. Heroinin şəxsi istehlak miqdarından (qramla) artıq miqdarının yuxarı həddi 0,15 qram, külli miqdarının (qramla) isə aşağı həddi 2,0 qramdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarında göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla, narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işi materiallarından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs1 qarşı Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ona görə ittiham irəli sürmüşdür ki, o, satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 3,514 qram olmaqla külli miqdar təşkil edən narkotik vasitə heroini istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımışdır. Cinayət işi materiallarında olan “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında”28 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 həmin gün Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tutulmuşdur. 29 avqust 2022-ci il tarixdə onun barəsində Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə cinayət işi başlanmış, bundan 1 (bir) gün sonra ibtidai istintaq orqanı onun üzərindən aşkar edilmiş narkotik vasitəyə münasibətdə satış məqsədinin olması barədə hər hansı sübut növü əldə etmədən, qəbul etdiyi “cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərarla yalnız Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş heroinin təmiz çəkisinin 3,514 qram olmaqla, külli miqdarının ən aşağı həddi olan 2,0 qramdan çox olmasına istinad etməklə onun əməlini Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif etmiş, sonradan isə həmin maddə ilə ona ittiham elan etmişdir. Halbuki, Təqsirləndirilən şəxs1 hər hansı şəxsə narkotik vasitə satması hər hansı halla təsdiq olunmamışdır. Məhkəmə hesab edir ki, göstərilən hallar ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 qarşı Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın əsassız olmasının ilkin əlamətləridir. Məhkəmə qeyd edilən cinayət-prosessual qanunvericiliyin müddəaları və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsaslanaraq belə qənaətə gəlir ki,: - həm ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs1 qarşı irəli sürdüyü ittihamın əsassız olmasına işarə edən, yuxarıda göstərilmiş ilkin əlamətlər, həm də, - məhkəmə-narkoloji ekspertizasının 20 oktyabr 2022-ci il tarixli 6178 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs1 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu, narkomaniya xəstəliyinin aşkar olunması, - onun üzərindən aşkar edilmiş heroinin bir ədəd bükümdə, təmiz çəkisi 3,514 qram, yəni külli miqdarının aşağı həddindən yalnız 1,514 qram çox olması, - onun ibtidai istintaq zamanı verdiyi ifadələsində narkotik vasitə satışı məqsədinin olmadığını, öz istifadəsi üçün narkotik vasitə əldə etməsini göstərməsi, - ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs1 əvvəllər psixotrop maddələr və ya narkotik vasitələrin satışı ilə məşğul olması, üzərindən aşkar edilmiş narkotik vasitəyə münasibətdə başqa istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi və ya satış niyyətində olmasına dair hər hansı məlumat (məsələn, istifadəsində olmuş mobil nömrəyə dair telefon danışıqları haqqında), heroinin hazırlanması və çəkilib xırda bükümlərə bölünməsi üçün hər hansı avadanlıq (məsələn, elektron tərəzi) və ya digər sübut növü aşkar edə bilməməsi, müvafiq sübutların olub-olmadığını yoxlamaq üçün Təqsirləndirilən şəxs1 yaşadığı evə və istifadəsində olmuş mobil telefona baxış keçirməməsi, - göstərilən halların ümumi məcmusunun sonuncunun üzərindən aşkar edilmiş heroini əldə etməsi, üzərində saxlamasından ibarət hərəkətləri həmin narkotik vasitələrdən şəxsən istifadə etmək niyyəti ilə etməsi anlamını verməsi və ya buna əsaslı şübhə yaratması, ittiham tərəfinin bu şübhəni digər sübut növü ilə aradan qaldıra bilməməsi, həmin kütləyə münasibətdə satış niyyətində olması barədə nəticəyə gəlməyə əsas verməməsi, buna görə də Təqsirləndirilən şəxs1 xeyrinə təfsir edilməli olması iş üzrə törətdiyi cinayət əməlinin ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinə düzgün tövsif edilmədiyi, həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli olduğu barədə nəticəyə gəlməyə tam əsas verir. Beləliklə, məhkəmə iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normaları, hüquqi mövqeləri və Azərbaycan Respublikası CPM-nin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkünvə mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini anlaqlı vəziyyətdə törətməsi toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinəəsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrəşikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutların məcmuyuna hərtərəfli, tam və obyektiv qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar: zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri, həmçinin işin digər obyektiv halları ilə tam sübut olunur və qeyd olunan hallar həmin cinayət əməllərinin məhz onun tərəfindən törədilməsini tam təsdiq edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşağının olmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq aradan qaldırılmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzasını ağırlaşdıran halların olmadığını, cəzasını yüngülləşdirən halları, həmçinin təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid edilmədən və cəza çəkmədən islah olunmasını mümkün saymayaraq, törətdiyi cinayət əməllərinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ona təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 iş üzrə 08 iyul 2022-ci il tarixdən 11 iyul 2022-ci il tarixədək şübhəli şəxs qismində tutlduğu 3 (üç) gün müddət təyin olunmuş azadlıqdan məhrumetmə müddətinə bir günə bir gün hesablanmalıdır. Təqsirləndirilən şəxs1 yaşadığı ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla ona Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda məhkəmə istintaqında tədqiq edilmiş sübutlar: Təqsirləndirilən şəxs2 qismən etirafedici ifadəsi,zərər çəkmiş şəxslərin ifadələri,şahid ifadələri, həmçinin işin digər obyektiv halları Təqsirləndirilən şəxs2 istinad edilən cinayət əməllərinin məhz onun tərəfindən törədilməsini tam təsdiq edir. Məhkəmə tədqiq edilmiş sübutların məcmuyuna hərtərəfli, tam və obyektiv qiymət verərək hesab edir ki, onun əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3 maddələri ilə tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşağının olmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq aradan qaldırılmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlləri cinayətlərin residivini yaradır. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residividir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzasını ağırlaşdıran halların olmadığını, cəzasını yüngülləşdirən halları, həmçinin təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid edilmədən və cəza çəkmədən islah olunmasını mümkün saymayaraq, törətdiyi cinayət əməllərinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərğaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və ev dustaqlığında saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Ona görə də Təqsirləndirilən şəxs2 iş üzrə 08 iyul 2022-ci il tarixdən 11 iyul 2022-ci il tarixədək tutulduğu, 11 iyul 2022-ci il tarixdən 24 iyul 2022-ci il tarixədək ev dustaqlığında saxlanıldığı və 24 iyul 2022-ci il tarixdən 26 iyul 2022-ci il tarixədək tutulduğu müddət həbsdə saxlanılma müddətinə daxil edilməklə ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının əvvəli 08 iyul 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinə əsasən maddi sübutlar məsələsinin necə həll olunmasını müzakirə edərək, iş üzrə maddi sübut kimi tanınaraq Şirvan ŞPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş 01 ədəd kağız zərfdə qablaşdırılmış tədqiqatdan sonra təmiz çəkisi 3,464 qram qalan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroinin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, iş üzrə maddi sübut kimi tanınaraq Şirvan ŞPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan 57 qram kütləli, 750 əylarlı qızıldan hazırlanmış, sarı rəngli 1 cüt sırğa, 0,77 qram kütləli, 583/585 əyarlı qızıldan hazırlanmış sarı rəngli 1 ədəd sırğa tayı, 1,00 qram kütləli, təxminən 900 əyarlı qızıldan hazırlanmış, sarı rəngli dişəbənzər 1 ədəd metal predmet, 1 ədəd üzərində “X8” yazıları olan qara rəngli istifadədə olmuş saç feni, 1 ədəd “Lider” markalı, “QB62” model istifadədə olmuş hidroforu ilə birlikdə su nasosu, 1 ədəd Çin istehsalı “TP-link” markalı “TD-W896N” model istifadədə olmuş modem aparatı, 1 ədəd üzərində “X14 of type HG-120B” yazıları olan, 0.12 (0.15) kw-lıq istifadədə olmuş qaz nasosunun hökm qanuni qüvvəyə mindikdən sonra zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 qaytarılması, iş üzrə maddi sübut kimi tanınaraq Şirvan ŞPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan 1 ədəd “Marquis” markalı, “MKP60-1” model istifadədə olmuş hidroforu ilə birlikdə su nasosu, 1 ədəd “Modena” markalı “4412 turbo” model 555x475mm, 4 gözlü, 1 hissəsi elektrikli olan istifadədə olmuş qaz sobasının hökm qanuni qüvvəyə mindikdən sonra zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 qaytarılması, iş üzrə maddi sübut kimi tanınaraq Şirvan ŞPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan, 1 ədəd “Renault Hi-Life” markalı, 12V-70Ah istifadədə olmuş akkumlyator və 1 ədəd “TCS Patrouille” markalı, 100 amperlik istifadədə olmuş akkumlyatorun hökm qanuni qüvvəyə mindikdən sonra zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 qaytarılması qərarına gəlir. İş üzrə keçirilmiş ekspertiza xərci olan cəmi 171 (yüz yetmiş bir) manat 95 (doxsan beş) qəpik puldan 101 (yüz bir) manat 95 (doxsan beş) qəpik Təqsirləndirilən şəxs1 və 70 (yetmiş) manat isə Təqsirləndirilən şəxs2 alınaraq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384 və 385-ci maddələrini rəhbər tutaraq, hərbi məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-1-ci maddələri ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti cəza olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 iş üzrə 08 iyul 2022-ci il tarixdən 11 iyul 2022-ci il tarixədək şübhəli şəxs qismində tutlduğu 3 (üç) gün müddət təyin olunmuş azadlıqdan məhrumetmə müddətinə bir günə bir gün hesablanmaqla Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 3 (üç) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli onun tutulduğu gündən, yəni 28 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 yaşadığı ərazi narkoloji dispanserdə qeydiyyata alınsın və Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3cü maddələri ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli 08 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə ekspertiza xərci olan cəmi 171 (yüz yetmiş bir) manat 95 (doxsan beş) qəpik puldan 101 (yüz bir) manat 95 (doxsan beş) qəpik Təqsirləndirilən şəxs1 və 70 (yetmiş) manat isə Təqsirləndirilən şəxs2 alınaraq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Şirvan ŞPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş 01 ədəd kağız zərfdə qablaşdırılmış tədqiqatdan sonra təmiz çəkisi 3,464 qram qalan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq Şirvan ŞPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan 57 qram kütləli, 750 əylarlı qızıldan hazırlanmış, sarı rəngli 1 cüt sırğa, 0,77 qram kütləli, 583/585 əyarlı qızıldan hazırlanmış sarı rəngli 1 ədəd sırğa tayı, 1,00 qram kütləli, təxminən 900 əyarlı qızıldan hazırlanmış, sarı rəngli dişəbənzər 1 ədəd metal predmet, 1 ədəd üzərində “X8” yazıları olan qara rəngli istifadədə olmuş saç feni, 1 ədəd “Lider” markalı, “QB62” model istifadədə olmuş hidroforu ilə birlikdə su nasosu, 1 ədəd Çin istehsalı “TP-link” markalı “TD-W896N” model istifadədə olmuş modem aparatı, 1 ədəd üzərində “X14 of type HG-120B” yazıları olan, 0.12 (0.15) kw-lıq istifadədə olmuş qaz nasosu hökm qanuni qüvvəyə mindikdən sonra zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 qaytarılsın. İş üzrə maddi sübut kimi tanınaraq Şirvan ŞPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan 1 ədəd “Marquis” markalı, “MKP60-1” model istifadədə olmuş hidroforu ilə birlikdə su nasosu, 1 ədəd “Modena” markalı “4412 turbo” model 555x475mm, 4 gözlü, 1 hissəsi elektrikli olan istifadədə olmuş qaz sobası hökm qanuni qüvvəyə mindikdən sonra zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 qaytarılsın. İş üzrə maddi sübut kimi tanınaraq Şirvan ŞPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan, 1 ədəd “Renault Hi-Life” markalı, 12V-70Ah istifadədə olmuş akkumlyator və 1 ədəd “TCS Patrouille” markalı, 100 amperlik istifadədə olmuş akkumlyator hökm qanuni qüvvəyə mindikdən sonra zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 qaytarılsın. Hökmdən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 münasibətdə həmin müddət hökmün surətinin onlara verildiyi andan hesablanır.
Məhkəmə qərarları › İş №1(099)-274/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-274/2023
11.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver