Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-274/2024 05.04.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X9, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi-Nümayəndə və müdafiəçi- Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1980-cı ildə Masallı rayonu Qəriblər kəndində anadan olmuş, orta təhsilli, subay, Azərbaycan Respublikası vətəndaşı, işsiz, məhkumluğu olan, Masallı rayonu Qəriblər kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs digər şəxs ilə quldurluq, yəni özgənin əmlakını ələ keçirmək məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etmək qərarına gəlib qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşərək yaşayış sahəsinə qanunsuz olaraq girməklə cinayətin törədilməsində silah qismində istifadə etmək üçün dəmir boru, habelə tanınmamaq və zərərçəkmiş şəxslərdə vahimə yaratmaqdan ötrü hazırladıqları maska və əlcək götürərək xx.xx.2020-ci il tarixdə saat 23 radələrində Masallı rayonu Qəriblər kənd sakini X5 məxsus fərdi yaşayış evinin yaxınlığına gələrək hasardan keçməklə həyətə, oradan götürdükləri nərdivandan istifadə etməklə evin ikinci mərtəbəsinə qalxaraq, hazırladıqları maskalardan tanınmamaq üçün istifadə edərək, digər şəxs bağlı vəziyyətdə olan pəncərəni açmaqla evə girib hərəkət edərkən dəhlizdə Əlisəfa Cəbiyev və arvadı Nümayəndə ilə qarşılaşıb həmin şəxslərin həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib üzərinə hücum edərək Əlisəfa Cəbiyevlə əlbəyaxa olub dəmir borudan silah qisimində istifadə etməklə Əlisafa Cəbiyevin bədəninin müxtəlif nahiyələrinə bir neçə zərbə vuraraq ona başın alın nahiyəsinin və sol baldırın əzilmiş yarası, sağ bazu, sağ baldır, sağ ayaq, sağ ayağın İV barmağının sıyrıqları, sağ və sol kürək nahiyəsinin, sol bazunun və sağ və sol göz altı nahiyənin qançırı ilə müşayət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirməklə Əlisəfa Cəbiyevin onlara qarşı aktiv müqavimət göstərməsi və arvadı Nümayəndə qışqıraraq kömək çağırmasından sonra ifşa olunmalarından qorxub evdən çıxıb birlikdə oradan qaçaraq, quldurluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində bildirmişdir ki, özü Masallı rayonu Qəriblər kəndində yaşayır, ev təmiri ustasıdır. Visal onun əmisi nəvəsidir, qaz ustasıdır. Günlərin bir gün Visal onların yaşadığı həyətə gəlib, ona bir evin olduğunu, oraya oğurluğa girməyi təklif etmişdir. O isə Visala bu nə hərəkətdir deyə irad bildirmiş, Visal isə kredit borclarının olduğunu demişdir. Həmin vaxt Visalla razılaşmamış, heç vaxt belə bir iş görməyəcəyini demişdir. Bundan sonra qonşuluqda yaşayan əmisi Yusifin yanına getmiş, Visal belə bir söz dediyini bildirmişdir. Əmisi isə bunu qardaşı Müşfiqə deməyini demiş, o isə əmisinə özünün bu barədə deməli olduğunu deyib ordan çıxmışdır. Bir həftə sonra isə bu hadisə baş vermişdir. Əmisi Yusif isə onlara gəlib demişdir ki, “kənddə Əlisəfanın evinə oğurluğa giriblər, yoldan isə bir nəfər keçib, həmin şəxsi görüb sənə oxşatdım”. Bunu da keçmiş arvadı müstəntiqlə danışıb onunla əlbir olub ki, onu “sroka” göndərə. Həmin evə Visal girib, özü yox. Özü başqa bir cinayətə görə həbsdən çıxdığı an, gəlib onu türmənin ağzından götürmüşlər. Bu hadisə dörd il əvvəl olub, işini isə düzgün aparmayıblar. Visal özü Rusiyaya qaçıb. Visal hadisədən bir il sonra çıxıb gedib. Hadisədən on il qabaq isə özü Əlisəfanın evində təmir işləri görmüşdür. Hadisə günü də evində ailə-uşağı ilə bir yerdə olmuşdur. Özü oxuma yazma bilmədiyindən nəyə deyiblərsə qol çəkib. Dörd il qabaqda hadisə ilə bağlı onu çağırmışlar, polisə getmiş, lakin buraxılmışdır. Onu polisdə biraz incitmişlər, o isə demişdir ki, “mən eləməmişəm”. Visal ona təklif edən isə demiş ki, axran kimi qal qıraqda özü evə girib çıxsın. Visalla birgə Əlisəfanın evinə girməmiş, həmin gün evində olmuş, keçmiş arvadı da bunu təsdiq edə bilər. Düzgünçülük olmasını, onu aldadıb danışdırdıqlarını, həmin vaxt evində olduğunu barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nın 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə özünü təqsirli bilib, bildirmişdir ki, o, Əlisəfanın evində 2020-ci ilin may ayının əvvəllərində usta olaraq işləmiş və pulunu almışdır. May ayının 25-də günorta saatlarında qohumu Vüsal Ağayev onun evinə gəlib təklif etmişdir ki, Əlisəfa yenicə maşın satıb və evində təxminən 8000 yaxın pul vardır və gedib həmin pulu oğurlasınlar. Əvvəl o, Vüsal ilə razılaşmamış və Vüsalın əmisi Yusifə demişdir ki, Vüsal ona Əlisəfanın evindən oğurluq etməyi təklif edib. Vüsalın əmisi Yusif də başını yelləmiş və Vüsalın ünvanına irad xarakterli sözlər demişdir. Təxminən 3-4 saat sonra o, kənd ərazisində yerləşən ərzaq mağazasının qarşısında keçərkən Vüsal ilə rastlaşmışdır. Vüsal ona demişdir ki, gedib yeyib-içsinlər. O, razılaşmış və onlar Qəriblər kənd ərazisində yerləşən “Cənnət” adlı kafedə bir qədər spirtli içki içmişlər. Qayıdarkən o, spirtli içkinin təsiri altında olmuş və Vüsal yenidən ona təklif etmişdir ki, Əlisəfanın evinə daxil olub pulu oğurlasınlar. Vüsal bunun müqabilində ona 400-500 manat pul verəcəkdir. O da sərxoş olduğu üçün razılaşmışdır. Saat təxminən 23 radələrində o və Vüsal Əlisəfanın evinin həyətinə daxil olmuş və Vüsal ona demişdir ki, hər şeyi özü edəcək. Evin mətbəx otağının pəncərəsindən əvvəlcə Vüsal, sonra isə özü evə daxil olmuşdur. Evin işıqları sönülü vəziyyətdə, zülmət qaranlıq olmuşdur. O, daxil olduğu pəncərənin şüşəsini bağlamaq üçün geri qayıtmış və bu zaman Vüsal ilə evin sahibi Əlisəfanın mübahisə etməsini və əlbə-yaxa olmasını görmüşdür. O, özünü itirmiş və qorxduğu üçün yerində qalmış və pəncərədən evin həyətinə düşüb qaçmaq istəmişdir. Bu vaxt Vüsal da onun dalınca gəlmiş və onlar Əlisəfanın evinin həyətini əhatə edən dəmir şiferin üzərindən qaçıb getmişdir. O, Əlisəfanın evinin yaxınlığında yerləşən poçt məntəqəsinin qarşısı ilə qaçmışdır. Həmin vaxt poçtun qarşısından keçən gediş-gəliş yolundan əmisi Ağamirzə onu görüb dalınca “Ağali, Ağali” deyə səsləmişdir. O, isə əmisi onu tanımasın deyə dayanmamış və ona cavab vermədən qaçıb evinə getmişdir. Vüsalın isə hara getməsindən xəbəri olmamışdır. O, evinə daxil olmuş və təngnəfəs formada otaqda uzanmışdır. Qorxudan bədəni əsmişdir. Az sonra əmisi Şahid1 onlara gəlmiş və onu danlayaraq getmişdir. Çünki əmisi qaçarkən onu görmüşdür. Səhəri gün isə ona məlum olmuşdur ki, X14 RPŞ-nə şikayət ərizəsi yazmışdır. Vüsal Ağayevin külli miqdarda pul borcu olduğundan bu təklifi ona etmişdir. O, isə sərxoş olduğu üçün qəbul etmiş və Əlisəfanın evinə daxil olaraq pul oğurlamaq istəmişdirlər. Vüsal və onun Əlisəfanın evinə daxil olmaqda məqsədi yalnız pul oğurlamaq olmuşdur. Əlisəfa Cəbiyevə xəsarət yetirmək və ya zor tətbiq etmək məqsədi olmamışdır. Həmin xəsarəti Əlisəfa X2 lom ilə yetirmişdir. O, isə evin mətbəxində dayanmışdır. Mübahisəni gördükdən sonra o, qorxub qaçmışdır. 1 ədəd lom və əlcək Əlisəfanın öz evində əvvəlcədən olmuşdur. Vüsal və o Əlisəfanın evinə daxil olarkən əllərində heç bir əşya olmamışdır. Hadisə baş verən gecə o, qaçıb evinə gəlmiş, həmin vaxt azyaşlı uşaqları yatmışdır. Keçmiş arvadı Ülvinə Ağayevə isə evdə onu gözləmişdir. O, təngnəfəs evə daxil olmuş və bu zaman arvadı Ülvinə ondan nə baş verməsini soruşmuşdur. O, isə Ülvinəyə heç bir söz deməmişdir. Lakin az sonra əmisi Ağamirzə onlara gəlmiş və Əlisəfanın evinə onun girib-girmədiyini və qaçan şəxsin o, olubolmadığını soruşduqda o, etdiyi əməldən utandığı üçün əmisinə cavab verməmişdir. buna görə də başını aşağı salmamışdır. Həmin vaxt arvadı Ülvinə də hadisənin onun tərəfindən törədildiyini ehtimal etmişdir. Məhkəmə iclasında məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs, həmin ifadələrinin yalnış olduğunu, təsdiq etmədiyini, bilmədən imzaladığını, onu buraxacaqlarını vəd edib onu aldatdıqlarını, bütün bunların hamısı qurma olduğunu bildirmişdir. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, mərhum X6 onun əri olmuşdur. xx.xx.2020-ci il tarixdə gecə saat 23 radələrində əri Əlisəfa ilə o, evin yataq otağında yatan zaman evin mətbəxinin pəncərəsinin şüşəsindən səs gəlmiş, həmin vaxt qışqırmış, Əlisəfa da yuxudan oyanmışdır. Həmin vaxt mətbəxtin pəncərəsin kimsə sındırıb evə daxil olmuşdur. Onlarda birlikdə otaqda dəhlizə tərəf qaçmışlar, mətbəxtə çatmamış dəhlizdə bir nəfər maskalı adam qarşılarına çıxmışdır. Həmin şəxsin yalnız gözlərini görmüş, əlində də dəmir parçası olmuşdur. Dəhlizdə kiçik bir gecə işığı olmuş, həmin maskalı şəxs birinci o işığı vurub sındırmışdır ki, içəri qaranlıq olsun. Həmin an o şəxsin gözlərini görmüş, sanki canavar gözlərinə oxşamışdır. Maskalı şəxs dərhal ərinin başına dəmirlə zərbə vurmuş, özü isə qışqırmağa başlamışdır. Əri yerə yıxılmış, sonra ayaqlarına dəmir parçası ilə zərbələr vurmağa başlamış, onu qan aparmışdır. Bu zaman əri iki əli ilə dəmir parçasından tutmuş, ona demişdir ki, “qaç qonşulara xəbər ver”. Evlərinin isə iki giriş qapısı olmuşdur. Ön qapıda əri ilə maskalı şəxs əlbəyaxa olduğundan ordan çıxa bilməmiş, arxa qapıdan qaçıb həyətə çıxıb qışqırmağa başlamışdır. Qaçıb qızının yaşadığı evə tərəf gəlmiş, oradakı qonşunun qapısına çatdıqda isə yerə yıxılmışdır. Həmin evdən gəlin çıxmış, hay salmış, camaat gəlmişdir. Həmin maskalı şəxs isə qorxub qaçmışdır. Ərinin sonradan şəkər xəstəsi olduğundan almış olduğu zədələrdən ayaqların kəsmişlər, daha sonra isə əri vəfat etmişdir. Özü hadisə vaxtı yalnız bir nəfər arıq, uzun boylu, əynində adidas geyinmiş maskalı şəxsi görmüşdür. Hadisədən bir gün qabaq isə əri özünə məxsus Vaz07 markalı maşını satmış, evə 7000 manat pul gətirmişdir ki, bir hissəsində uşaqlarına göndərsin. Sabahısı isə bu hadisə baş vermişdir. Maskalı şəxs ərini vurarkən əri ona yalvarmış ki, “məni öldürmə uşaqlarım var, pul istəyirsənsə verim”. Həmin maskalı şəxs isə ancaq ərini vurmuş, heç bir söz deməmişdir. Həyətə qaçanda isə evlərinin arxasında poçt olmuş, evin arxasında başqa bir şəxsin də səsini eşitmişdir. Dəmir parçası isə həyətlərində olmuş, hinin qapısına qoymuşlarmış. Ağali isə onların evində usta kimi işləmiş, evlərini təmir etmişdir, Ağali həyətlərindəki nərdivanın da, dəmir parçasının da, gətirib pəncərəyə qoymağın da yerini bilmişdir. Həmin şəxslər evlərinə poçt tərəfdən arxadan çəpərdən aşıb gəlmişlər. Özü qaçıb qonşuya getdikdən sonra, ona həkim çağırmışlar və 102 xidmətinə zəng vurmuşlar. Maskalı şəxsin əlində əlcək, başında isə papaq olmuşdur. Hadisədən sonra Ağaəlini həyətlərinə gətirmişlər, o isə evə hardan girdiklərin göstərmişdir. Ağali onların evində iki ay ustalıq etmiş, evin hər bir şəraitin bilmişdir. Evə həmin gün kim gəlib bilmir, lakin günahkarlara ən ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, bu işlə bağlı heçnə bilmir, hadisə barədə yalnız polis şöbəsində eşitmişdir. Özü pensianer adamdır, kənddə çox olmur. Müstəntiq onu dindirərkən isə Ağalinin ona Visalın Əlisafanın evinə birlikdə daxil olmaları barədə heçnə deməmişdir. Ümumiyyətlə özünün heç kimlə münasibəti yoxdur, hətta qardaşı uşaqlarını belə tanımır. Ağali yalan deyir, bu barədə ona heç bir məlumat verməmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, tarixi dəqiq xatırlamır, onu bilir ki, axşam saatlarında evinə gedirmiş, Əlisəfa da onun qonşusu olmuşdur. Yolla gedərkən maşının işığında bir nəfərin yolun qırağı ilə sürətlə getdiyini görmüş, həmin şəxsi Ağaliyə oxşatmışdır. Şəxs biraz keçdikdən sonra maşını saxlamış, arxasınca çağırmışdır. Lakin ona hay verən olmamışdır. Daha sonra yoluna davam edib, Əlisəfanın evinin yanına çatdıqda, orada insanların toplaşdığını, hay-küy olduğunu görüb maşını saxlamış, düşünmüş ki Əlisafə xəstələnib camaat ona görə ora yığılıb, lakin eşitmişdir ki, Əlisəfanın evinə oğru girib. Özü biraz orda qaldıqdan sonra şübhələnmiş Ağalinin evinə getmişdir. Ağalini çağırmış birinci yoldaşı çölə çıxmışdır. Ağali də evdə olmuşdur. Ağalidən Əlisəfanın evinə oğru girdiyini, bunun onu edib etmədiyini soruşmuş, Ağali isə xəbərinin olmadığını demişdir. Bundan sonra isə çıxıb getmişdir. Yolun kənarında Ağaliyə oxşatdığı şəxsi görərkən, həmin şəxs Əlisəfagilin evi tərəfindən Ağalinin yaşadığı evə istiqamətdə gedirmiş, onların evləri arasında məsafə isə təxminən 500-600 m olmuşdur. Yolun kənarında Ağaliyə oxşatdığı şəxsi görəndən sonra görmüş ki, Əlisəfanın evinin qabağında 5-10 nəfər yığılıb, maşını saxlayıb soruşmuş, orda demişlər ki, evə oğru girib. 10 dəqiqə yaxın orada qalıb, öz-özünə demiş ki, gedəni Ağaliyə oxşatdım, bu səbəbdən onun evinə gedib soruşmuş, Ağali isə xəbərinin olmadığını demişdir. İfadələri arasında ziddiyyətlər olduğundan məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. İş üzrə Şahid1 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə gecə saat 23 radələrində o, yaşadığı kənddə yerləşən gediş-gəliş yolu ilə evinə gedən zaman orada olan poçt məntəqəsinin yanına ilə bir nəfər şəxsin qaçdığını görmüşdür. Həmin şəxsin əmisinəvəsi Ağali olduğunu ehtimal etmişdir. Çünki həmin şəxsin qaçış tərzi və hərəkətləri Ağalinin hərəkətləri ilə eynilik təşkil edirdi. O, həmin şəxsin dalınca Ağali deyə qışqırmış, lakin həmin şəxs dayanmayaraq qaçıb getmişdir. daha sonra O, evimə getmişdir. xx.xx.2020-ci il tarixə keçən gecə Əlisəfanın evinin yaxınlığında səsküy olmasını eşitmişdir. O, evdən çıxıb oraya getmiş və ona məlum olmuşdur ki, qonşusu Əlisəfanın evinə 2 nəfər şəxs girmiş, həmin vaxt Əlisəfa yuxudan ayılmış və həmin şəxslərlə dava-dalaş etmişdir. Dava zamanı onlardan biri lom ilə Əlisəfanın baş nahiyəsindən vuraraq xəsarət yetirmişdir. Həmin vaxt onun ağlına gəlmişdir ki, Əlisəfanın evinə daxil olan 2 nəfər şəxsdən biri biraz əvvəl qaçarkən onun gördüyü şəxsdir. O, Ağalinin evinə getmiş və həmin vaxt Ağali evdə uzanmışdır. Ağali onun gəldiyini görən kimi sanki cinayətin onun tərəfindən törədilməsini onun bildiyini düşündüyü üçün üzünü yana çevirib utanmış və başını aşağı salmışdır. O, da Ağalinin sifətinə tüpürüb çıxıb getmişdir. Sonra isə nə həmin hadisə ilə, nə də ki Ağali ilə maraqlanmamışdır. İfadəsi elan olunduqdan sonra Şahid1 həmin ifadəsini təsdiq etdiyini bildirmişdir. Şahid3 məhkəməyə teleqram ünvanlayaraq, məhkəmə iclasına səhhətilə əlaqədar olaraq və maddi imkanı çatmadığından gələ bilməyəcəyini nəzərə alıb, əvvəl verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Cinayət prosesi tərəflərinin razılığı ilə Şahid3 məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan və tətqiq edilmişdir. Şahid3 həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun keçmiş əridir. Əlisəfa Cəbiyev isə onun həmkəndlisidir. 2020-ci ilin iyun ayına kimi Ağali ilə birlikdə yaşamışdır. Ağali əvvəllər Əlisəfanın evində usta olaraq işləmişdir. Həmin vaxtlar əri Ağali mütəmadi olaraq spirtli içki içmişdir. 25 may 2020-ci il tarixdə günorta saatlarında o evdə olarkən evin həyətində X20 ilə mübahisəli formada söhbət etdiyini görmüşdür. Vüsal getdikdən sonra o, Ağalidən Vüsalın onunla niyə mübahisə etməsini soruşduqda, Ağali ona demişdir ki, Vüsal ona təklif edir ki, həmkəndlisi Əlisəfa Cəbiyev avotmobili satdığı üçün əlində 8000 manat pulu vardır və onlar Əlisəfanın evinə daxil olaraq pulu oğurlasınlar. Lakin Ağali onunla razılaşmamışdır. Səhəri gün, yəni xx.xx.2020-ci il tarixdə gecə saat təxminən 23 radələrində əri Ağali təngnəfəs formada əynində olan idman paltarı dağınıq halda evə daxil olmuşdur. O, Ağalidən nə baş verdiyini soruşduqda Ağali ona cavab verməmişdir. Təxminən 1 saat sonra Ağalinin əmisi Ağamirzə əsəbi halda onlara gəlmiş və Ağalidən Əlisəfanın evinə daxil olan şəxsin o olub-olmadığını soruşmuşdur. Ağali isə utancaq formada formada başını aşağı salaraq əmisi Ağamirzəyə cavab verməmişdir. Ağamirzə başını yelləyərək çıxıb getmişdir. O isə Ağalidən sonradan heç bir söz soruşmamışdır. Hadisədən təxminən 20 gün sonra o, azyaşlı uşaqlarını da götürüb Bakı şəhərinə çıxıb getmişdir. Təqsirləndirilən şəxs müvafiq cinayətləri törətməsi faktı, özünün ibtidai araşdırma zamanı verdiyi etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahid ifadələri, iş üzrə toplanmış digər sübutlarla da tam təsdiq olunur. Belə ki, iş materiallarında olan Masallı RPŞ-nin məsul növbətçisi X16 RPŞ-nin rəisi Habil Əmiraslanova ünvanladığı xx.xx.2020-ci il tarixli raportundan görünür ki, xx.xx.2020ci il tarixdə saat 23:38-də Azərbaycan Respublikası DİN-nin 102 zəng xidməti mərkəzinə ********* saylı məlumat verilərək bildirilmiş ki, X7 zəng edərək, onun evinə daxil olan naməlum şəxsin onu dəmir parçası ilə döyərək xəsarət yetirməsini və evinin pəncərə şüşələrini sındırmasını bildirmişdir. (c 01, i.v 4) İş materiallarında olan hadisə yerinə keçirilmiş baxış protokolundan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, quldurluq hadisəsi Masallı rayonu Qəriblər kənd sakini X5 məxsus fərdi yaşayış evinin dəhlizində baş vermişdir. (c 01, i.v 6-15) İş materiallarında olan Masallı RPŞ-nin məsul növbətçisi X16 RPŞ-nin rəisi Habil Əmiraslanova ünvanladığı xx.xx.2020-ci il tarixli raportundan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 01:50-də Lənkəran RMX-dan həkim Kərimov zəng edərək bildirmiş ki, X3 alının sağ payında əzilmiş didilmiş yara, sol baldırın ön nahiyyəsində əzilmiş didilmiş yara, sol kürəyində qızartı sağ dizində baldırında sıyrıntı diaqnozu ilə xəstəxanaya daxil olub. Deməsinə görə oğru evə girib lomla vurub. (c 01, i.v 17) İş materiallarında olan xx.xx.2020-ci il tarixli götürmə aparılması haqqında protokoldan görünür ki, xx.xx.2020-ci il tarixli, HK-1/1041 saylı material üzrə 01 ədəd qara rəngli əlcək Elşad Məmmədov tərəfindən istintaqa təqdim edildiyindən, həmin əşyalar xidməti iş otağında götürülmüşdür. (c 01, i.v 23-25) İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-cü il tarixli 307 saylı rəyindən görünür ki, X4, başın alın nahiyəsinin və sol baldırın əzilmiş yarası, sağ bazu, sağ baldır, sağ ayaq, sağ ayağın 4-cü barmağının sıyrıqları, sağ və sol kürək nahiyəsinin, sol bazunun və sağ və sol gözaltı nahiyəsinin qançırı müəyyən olunmuş, müəyyən olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, daşla vurulma nəticəsində əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan 26 may 2020-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan Yüngül zərərvurmaya aiddir. (c 01, i.v 29-30) İş materiallarında olan xx.xx.2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, X7 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (c 01, i.v 37-38) İş materiallarında olan xx.xx.2020-ci il tarixli maddi sübutun tanınması və təhvil verilməsi haqqında qərardan görünür ki, Əlisəfa Cəbiyevin fərdi yaşayış evindən götürülmüş 01 ədəd dəmir ling (lom) və Elşad Məmmədov tərəfindən təqdim edilmiş 01 ədəd qara rəngli əlcək maddi sübut kimi tanınmış və saxlanılması üçün Masallı RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. (c 01, i.v 52) İş materiallarında olan xx.xx.2020-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs və X18 arasında üzləşmə keçirilmiş, Təqsirləndirilən şəxs ifadəsində göstərmiş olduğu xüsusatları X11 üzünə qarşı deməklə ifadəsini bir daha təsdiq etmişdir. (c 01, i.v 67-69) İş materiallarında olan xx.xx.2020-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, X7 ilə X18 arasında üzləşmə keçirilmiş, X7 ifadəsində göstərmiş olduğu xüsusatları X11 üzünə qarşı deməklə ifadəsini bir daha təsdiq etmişdir. (c 01, i.v 107-109) İş materiallarında olan «Şübhəli şəxsin tutulması haqqında» 12 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:00-da şübhəli şəxs qismində tutulmuşdur. (c 01, i.v 141-142) İş materiallarında olan Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(050)- 105/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 2 ay 10 gün müddətə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 12 oktyabr 2023-cü il tarixdən hesab edilmişdir. (c 01, i.v 186-188) İş materiallarında olan xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və video-çəkilişdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş və Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi xüsussatları hadisə yerində bir daha göstərməklə təsdiq etmişdir. (c 01, i.v 189-194) İş materiallarında olan xx.xx.2023-cü il tarixli tələbnamədən və Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(050)-33/2023 saylı hökmündən görünür ki, Ağayev X10 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2023-cü ildə cəzasının sonu ilə azad olunmuşdur. (c 01, i.v 210-212, 245-250) İş materiallarında olan Masallı RİHB-nın Qəriblər kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2008 və xx.xx.2009-cu il təvəllüdlü uşaqları var, barəsində nümayəndəliyə rəsmi şikayət daxil olmamışdır. (c 01, i.v 223, 227) İş materiallarında olan 21 noyabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, X18 xx.xx.2022-ci il tarixdən hazırki vaxtadək Rusiya Federasiyasında yaşadığından Visal Ağayev barəsində Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə cinayət işinin ayrılması və istintaqının davam etdirilməsi qərara alınmışdır. (c 02, i.v 26-38) İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2023cü ildə saat 13:15-də vəfat etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X8 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi dəlillər: Visal adlı şəxsin ona bir evin olduğunu, oraya oğurluğa girməyi təklif etdiyini, özünün isə Visala irad bildirib onunla razılaşmadığını, bu barədə qonşuluqda yaşayan əmisi Yusifə məlumat verdiyini, bir həftə sonra isə bu hadisənin baş verdiyini, həmin evə Visalın girdiyini, hadisə günü də evində ailə-uşağı ilə bir yerdə olduğunu, özü oxuma yazma bilmədiyindən nəyə deyiblərsə qol çəkdiyini, Visalla birgə Əlisəfanın evinə girmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi dəlillərin qiymətləndirilməsi: Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində yuxarıda göstərilən xüsusatlar, məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən özünün ibtidai araşdırma zamanı vermiş olduğu izahat və ifadələri, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahid ifadələri, istintaq hərəkəti protokolları, ekspertiza rəyi, maddi sübutlar, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Belə ki, cinayət təqibi başlanan andan Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə video-çəkilişlə xx.xx.2023-cü ildə şübhəli (cild İ – i.v. 160-163) və xx.xx.2023-cü ildə təqsirləndirilən (cild İ – i.v. 176-178) şəxs qismində verdiyi ifadələrində, barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətə baxılarkən verdiyi izahatında, (cild İ – i.v. 186- 188) eləcə də video-çəkiliş vasitəsilə ifadəsi yerində yoxlanılarkən söylədiyi səsli nitqində işin faktiki hallarına uyğun gələn ifadələr vermişdir. Həmin ifadələrində və istintaq hərəkətində təqsirləndirilən şəxs hadisə günü Visalla birlikdə Qəriblər kənd ərazisində yerləşən “Cənnət” adlı kafedə bir qədər spirtli içki içdiklərini, spirtli içkinin təsiri altında olduğunu və Visalın yenidən ona Əlisəfanın evinə daxil olub pul oğurlamalarını, bunun müqabilində ona 400-500 manat pul verəcəyini təklif etdiyini, sərxoş olduğu üçün özünün razılaşdığını, saat təxminən 23 radələrində o və Visalın Əlisəfanın evinin həyətinə daxil olduğunu, evin mətbəx otağının pəncərəsindən əvvəlcə Visalın, sonra isə özünün evə daxil olduğunu, sonra daxil olduğu pəncərənin şüşəsini bağlamaq üçün geri qayıtdığını və bu zaman Visal ilə evin sahibi Əlisəfanın mübahisə etməsini və əlbə-yaxa olmasını gördüyünü, özünü itirib və qorxduğu üçün yerində qalıb pəncərədən evin həyətinə düşüb qaçmaq istədiyini, bu vaxt Visalın da onun dalınca gəlib və onların Əlisəfanın evinin həyətini əhatə edən dəmir şiferin üzərindən qaçıb getdiklərini, Əlisəfanın evinin yaxınlığında yerləşən poçt məntəqəsinin qarşısı ilə qaçdığını, həmin vaxt poçtun qarşısından keçən gediş-gəliş yolundan əmisi Ağamirzə onu görüb dalınca “Ağali, Ağali” deyə səslədiyini, əmisi onu tanımasın deyə dayanmayıb və ona cavab vermədən qaçıb evinə getdiyini, az sonra əmisi Şahid1 onlara gəlib və onu danlayaraq getdiyini, çünki əmisinin qaçarkən onu gördüyünü, Visal və onun Əlisəfanın evinə daxil olmaqda məqsədlərinin yalnız pul oğurlamaq olmasını, Əlisəfa Cəbiyevə xəsarət yetirmək və ya zor tətbiq etmək məqsədinin olmadığını, həmin xəsarəti Əlisəfa X1 lom ilə yetirdiyini, əmisi Ağamirzənin onlara gəlib və Əlisəfanın evinə onun girib-girmədiyini və qaçan şəxsin o, olub-olmadığını soruşduqda isə etdiyi əməldən utandığı üçün əmisinə cavab vermədiyini, buna görə də başını aşağı salmağını, həmin vaxt arvadı Ülvinənin də hadisənin onun tərəfindən törədildiyini ehtimal etdiyini bilvasitə öz seçimi əsasında cəlb edilmiş peşəkar vəkilinin yanında qeyd-şərtsiz və açıq-aşkar formada bəyan etmişdir. Bununla yanaşı onun barəsində Masallı Rayon Polis Şöbəsində cinayət təqibi başlanan andan, barəsində olan cinayət işi ittiham aktı ilə məhkəməyə daxil olanadək müdafiəçinin iştirakı ilə verdiyi bütün izahat və ifadələrində hadisə günü evində olmasını, Əlisəfa Cəbiyevin evinə daxil olmamasını bildirməmişdir. Ümumiyyətlə o, məhkəmə baxışı zamanı ibtidai araşdırma dövründəki ifadələrindən fərqli ifadə verməsini hər hansı bir halla əsaslandırmamış, yalnız polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən aldadıldığını bildirməklə özünə qarşı verdiyi həmin ifadələri inkar etmiş, lakin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs irəli sürdüyü həmin dəlillər təsdiqini tapmamışdır. Artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin həqiqəti əks etdirmədiyi, əksinə ibtidai araşdırma zamanı heç bir təsir və təzyiq olmadan müdafiəçinin iştirakı ilə verdiyi ifadələrinin isə işin faktiki halları ilə üst-üstə düşdüyü və həqiqəti əks etdirdiyi qənaətinə gəlməyə əsas verir. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı gətirdiyi dəlilləri məsuliyyətdən yayınmaq məqsədi ilə seçilmiş müdafiə taktikası kimi dəyərləndirir və hesab edir ki, təqsirləndirilən şəxs bu formada ifadə verməklə özünü məsuliyyətdən qurtarmağa çalışır. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cinayət işinin ibtidai araşdırma mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini əsaslı və işin faktiki hallarına uyğun ifadələr kimi qəbul edərək məhz həmin ifadələrin ittihamın əsasına qoyulmasını məqsədə uyğun sayır. Bu səbəbdən də, cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlar vasitəsi ilə Təqsirləndirilən şəxs məhkəmədə qeyd etdiklərinin işin faktiki halları ilə üst-üstə düşmədiyi, obyektiv həqiqəti əks etdirmədiyi müəyyən olunur. Sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq hərəkəti protokolları, ekspertiza rəyi və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələrində göstərdikləri işin müəyyən olunmuş faktiki halları ilə birəbir uyğun olmuşdur. Təqsirləndirilən şəxs qeyd olunan ifadələrində özgənin əmlakını ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək silah qismində istifadə edilən əşyadan istifadə etməklə saxlanc yerinə qanusuz daxil olaraq zərərçəkmiş şəxsin həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edib basqın edərək quldurluq etməsini etiraf etmişdir. Bu hallar isə ona dəlalət edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında ifadə verərkən səmimi olmamış, əksinə qanunsuz əməllərini ört-basdır etmək məqsədi ilə ziddiyyətli ifadə verməklə çaşqınlıq yaratmaq məqsədi güdmüşdür. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadə arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə verdiyi qeyd olunan ifadələrini cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Bununla yanaşı o, xx.xx.2023-cü ildə cinayət işinin materialları, eləcə də, təkrarən işdə olan dindirmə protokolları ilə tanış olsa da, həmin protokollarda əks olunmuş ifadələrinin məzmununu mübahisələndirməmiş, habelə buna dair düzəliş, qeyd, əlavə və etiraz verməmişdir. Əksinə iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs tutulduğu andan müdafiəçi təqdim edilmiş və o, həm şübhəli, həm də təqsirləndirilən şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilmiş, hər iki dindirmə protokolunun sonunda “ifadə mənim sözlərimlə yazılıb, oxudum doğrudur əlavəm yoxdur, imzamla təsdiq edirəm sözləri yazılmış, həmin protokollar həm özü, həm də müdafiəçi tərəfindən imzalanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı heç bir təsir və təzyiq göstərilmədən, müdafəçinin iştirakı ilə video-çəkilişlə şübhəli şəxs qismində, eyni zamanda təqsirləndirilən şəxs qismində, eləcə də video-çəkilişlə ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı törətmiş olduğu cinayət əməlini etiraf etmiş və onun bu ifadələri iş üzrə CPM-nin 125.2-ci maddəsində sadalanan pozuntulara yol verilmədən əldə edilmiş digər sübutlarla da tam təsdiq edilmişdir. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı qərarının 1-ci bəndinə əsasən, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Qeyd edilən Plenum qərarının 15-ci bəndində göstərilir ki, qabaqcadan əlbir olmaqla quldurcasına basqın törətmiş bir qrup təqsirli şəxsin niyyəti ilə silah və ya silah qismində istifadə edilən predmetlərin tətbiqi əhatə edilmişsə, o zaman onlardan yalnız biri silah və silah qismində istifadə edilən predmet tətbiq etsə belə, qrup iştirakçılarının hamısı birgə icraçı kimi CM-nin 181.2.5-ci maddəsi ilə məsuliyyət daşıyır. Həmin Plenum qərarının 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakın istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlak öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Quldurluq cinayəti isə özgənin əmlakını talamaq məqsədilə həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından başa çatmış sayılır. Həmin Plenum qərarının 17-ci bəndinin 1-ci abzasına əsasən CM-nin 177-ci maddəsinin qeydinin 3-cü bəndinə müvafiq olaraq oğurluq, soyğunçuluq və ya quldurluq cinayətlərinin «təkrarlıq» əlamətləri üzrə tövsif edilməsi üçün CM-nin 177, 178, 180, 181-ci maddələri ilə, habelə CM-nin 179. 182, 183, 184 və 185-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsi (hər hansı ardıcıllıqla) əsas ola bilər. Məhkəmə təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsin hüquqi varisini və şahidləri dinləyərək, cinayət işinin materiallarını nəzərdən keçirib, iş üzrə əldə olunmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin özünün ibtidai istintaq zamanı etirafedici ifadələri, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, ekspertiza rəyi, maddi sübutlar və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin həmin cinayət əməllərini törətməkdə təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin qeyd olunan maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmiş, onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3 və 181.2.5-cü maddələri ilə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyası daxilində vahid cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin qeyd olunan əməllərinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən həmin əməllərə görə cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşağının olması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halın olmasını və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3, 181.2.5-ci maddələri ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası CMnin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 14 iyul 2022-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Azərbaycan Respublikası CM-nin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. İş materiallarına əlavə edilmiş Masallı Rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli, 1(050)-33/2023 saylı hökmü ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökm üzrə təyin edilmiş cəzasını xx.xx.2023-cü ildə çəkib qurtarmışdır. Hazırki cinayət işi üzrə verilmiş ittihamdan görünür ki, Ağali Ağayeb hazırki cinayət işi üzrə təqsirli bilindiyi ağır cinayət olan Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini onun barəsində Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü çıxarılmazdan əvvəl törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələblərinə əsasən hazırki hökm üzrə ona təyin ediləcək cəza ilə tam toplanmaqla Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməli, eyni zamanda Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli hökmü ilə təyin edilmiş və çəkilmiş 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası, hazırki iş üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, ona təyin olunmuş cəza müddətindən çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin əvvəli onun faktiki həbsə alındığı andan, yəni 12 oktyabr 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.1 və 132.1.6-cı maddələrinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Masallı RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan 01 (bir) ədəd dəmir boru və 01 (bir) ədəd əlcək məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfləri yoxdur, mülki iddia verilməmişdir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün əsaslar (CM-nin 99-1-ci maddəsinə əsasən) yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3 və 181.2.5ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Masallı Rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli, 1(050)-33/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş cəza ilə tam toplanmaqla Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 10 (on) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli hökmü ilə təyin edilmiş və çəkilmiş 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, hazırki hökm ilə təyin edilən cəzaya hesablanıb həmin cəzadan çıxılsın və onun üzərində qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 12 oktyabr 2023-cü ildən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Masallı RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan 01 (bir) ədəd dəmir boru və 01 (bir) ədəd əlcək məhv edilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev
Məhkəmə qərarları › İş №1(099)-274/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-274/2024
05.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver