Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-274/2025 23.04.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cavanşir Şirvan oğlu (sədrlik edən), Məmmədov Neymət Hüsən oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1984-cü il tarixdə Lənkəran rayonu, Vilvan kəndində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, sürücü işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs (FİN xxxxxxx) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-nin) 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 23 aprel 2025-ci il tarixdə saat 11:30-da Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında 2 nömrəli məhkəmə iclas zalında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma barədə qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən cinayətkar qrupun şəxsiyyəti məlum olmayan Azərbaycan Respublikasındaki üzvlərinə çatdırmaq məqsədilə ümumilikdə külli miqdarda – 57,471 qram metamfetamin psixotrop maddəsini və şəxsi istifadəsi üçün istintaqa məlum olmayan tarixdə və mənbədən əldə etdiyi tərkibində alprozolam psixotrop maddəsinin təsiredici miqdarının ümumi çəkisi 0,004 qram olan 8 (səkkiz) ədəd həbi idarə etdiyi “DAF” markalı, 99LE917/99ZX917 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin dartıcısının kabinəsində saxlamaqla İran İslam Respublikasından Azərbaycan Respublikasına daşıyaraq 30 noyabr 2024-cü il tarixdə saat 11 radələrində Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinin Astara rayonunun inzibati ərazisində yerləşən Astara Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirmiş, həmin tarixdə gömrük nəzarəti qaydasında keçirilmiş yoxlama zamanı qeyd edilən psixotrop maddələr gizlədildiyi yerlərdən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, təxminən 18-19 il müddət ərzində yük avtomobili sürücüsü kimi işləmiş, İran İslam Respublikasından Azərbaycan Respublikasına, eləcə də, Azərbaycan Respublikasından İran İslam Respublikasına və digər ölkələrə malların daşınması ilə məşğul olmuşdur. 2024-cü ilin noyabr ayında dəqiq xatırlamadığı tarixdə etibarnamə əsasında idarə etdiyi yük avtomobili ilə Azərbaycan Respublikası ərazisindən İran İslam Respublikası ərazisinə daxil olmuş, Rusiya Federasiyasına çatdırılması üçün nəzərdə tutulan malları avtomobilin yük yerinə yüklətmiş, İran İslan Respublikası ərazisində “Rus bazarı” adlanan yerdə İran İslam Respublikası vətəndaşı ona yaxınlaşaraq narkotik vasitə təklif etmiş, o da 100 ABŞ dolları verib ondan narkotik vasitə almış, həmin narkotik vasitəni Azərbaycan Respublikasının ərazisində gömrükdən keçirmək istəyərkən saxlanılmışdır. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə davam edərək göstərmişdir ki, İran İslam Respublikasının vətəndaşı olan Aşur adlı şəxsi tanımış, onunla birlikdə bir neçə dəfə narkotik vasitələrdən istifadə etmiş, sonuncu dəfə əldə etdiyi narkotik vasitəni də Aşur vasitəsilə əldə etmişdir. Ondan aşkar edilərək götürülmüş narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etmiş, gömrük əməkdaşları tərəfindən saxlanılarkən narkotik vasitənin təsiri altında olduğundan həmin narkotik vasitəni Aşurun tapşırığına əsasən Bakı şəhərində başqa şəxsə çatdırmaq üçün apardığını qeyd etmişdir. Lakin, Aşur ona belə bir tapşırıqla heç vaxt narkotik vasitə verməmişdir. Gömrük əməkdaşları onun mobil telefonuna baxış keçirərkən onun Aşurla yazışmalarını görərək belə hesab eləmişlər ki, o narkotik vasitəni Aşurun tapşırığı ilə Azərbaycan Respublikası ərazisinə keçirib başqa şəxsə verməli imiş. Gömrük əməkdaşları tərəfindən ona qarşı zor tətbiq edilmiş, belə ki, saxlanılarkən dörd nəfər gömrük əməkdaşı onun ayağına zərbə vuraraq dizi üstə yerə çökdürmüşdür. O, tutulmamışdan təxminən 3-4 il əvvəl metamfetamindən istifadə etməyə başlamış, 1 qram metamfetamini təxminən 3-4 gün ərzində istifadə etmişdir. Tərkibində alprozolam psixotrop maddəsi olan həbləri isə bədənində olan ağrıları sakitləşdirmək üçün istifadə etmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə məhkəmə istintaqı zamanı verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən həmin ifadə məhkəmə iclasında elan edilərək tədqiq edilmiş və həmin ifadəsində Təqsirləndirilən şəxs özünü elan olunmuş ittihamla təqsirli bilərək göstərmişdir ki, 20 il bundan öncə “Kamaz” markalı nəqliyyat vasitəsindən yıxılmış və sümüyü yerindən çıxmışdır. Bu səbəbdən mütəmadi olaraq, xüsusən də ağır yük qaldıran zaman belində ağrılar əmələ gəlir. Ötən müddət ərzində belində olan ağrılara görə müalicə almasa da, hər zaman ağrılarının azalması üçün dərmanlardan, o cümlədən alprazolam dərman preparatından istifadə etmişdir. 19 noyabr 2024-cü il tarixdə İran İslam Respublikasının Astara şəhərinə taxta yükü aparmaq məqsədilə “Astara” gömrük postundan keçmiş və İran İslam Respublikasının ərazisinə daxil olmuşdur. Həmin gün saat 9-10 radələrində taxta yükünü təyinat ünvanına təhvil vermiş, daha sonra nəqliyyat vasitəsini yeni yük növbəsi almaq üçün növbə məntəqəsində saxlayaraq, növbəti yük sifarişi gələnə qədər İran İslam Respublikasının Astara şəhərində, “Vəsli” otelinin yanında yerləşən, adı olmayan kiçik bir oteldə qalmaq qərarına gəlmişdir. Yük nəqliyyat vasitəsini yükün boşaldılması üçün təhvil verdiyindən və adətən İranda olarkən taksidən istifadə etdiyindən əvvəldən tanıdığı, ağ rəngli, nömrəsini xatırlamadığı “Peugeot” markalı nəqliyyat vasitəsi ilə taksi xidməti göstərən Aşur adlı tanışına zəng edərək onu gəlib götürməsini və otelə aparmasını xahiş etmişdir. Həmin gün oteldə yerləşmiş və bir neçə gün yeni yük sifarişinin verilməsini gözləmişdir. Təxminən 27 noyabr 2024-cü il tarixdə isə ona qabyuyan maşın yükünün Rusiya Federasiyasına aparılması ilə bağlı yük sifarişi verilmişdir. 28 noyabr 2024-cü il tarixdə idarə etdiyi yük nəqliyyat vasitəsinə İran İslam Respublikasının Astara şəhərində “qabyuyan maşın” yükünü yüklətmişdir. Həmin gün Aşur onun istifadə etdiyi mobil telefon nömrəsinə zəng edərək Bakı şəhərinə çatdırılmalı olan yükünün olduğunu bildirmiş və həmin yükləri Bakı şəhərinə aparmasını xahiş etmişdir. Aşur tərəfindən bildirildiyinə görə, göndəriləcək yük bir ədəd qara rəngli uzunqol gödəkçə, 2 banka doşab və 1 banka əzgil şorbasından ibarət olmuş, bu yüklərin Bakı şəhərinə çatdırılması tələb edilmişdir. Həmçinin Aşur həmin gödəkçənin ciblərində “şüşə” kimi adlandırılan metamfetamin psixotrop maddəsinin olduğunu, malın gömrükdən keçirilməsinin asanlaşdırılması məqsədilə gödəkçənin astarının içərisində gizlədildiyini bildirmişdir. O malların kimə təhvil veriləcəyini soruşduqda Aşur Bakı şəhərinə çatdırıldıqdan sonra əlaqə saxlamalı olduğunu, bundan sonra isə təhvil alacaq şəxslərlə onu əlaqələndirəcəyini qeyd etmişdir. Bundan əlavə, Aşur həmin yüklərin ünvana çatdırılması müqabilində maddi ödəniş və aparılan psixotrop maddədən pay veriləcəyini bildirmişdir. O Aşurun xahişi ilə razılaşmış və 28 noyabr 2024-cü il tarixdə, saat 23 radələrində Aşur yenidən onunla əlaqə saxlayaraq göndəriləcək yükü gətirdiyini bildirmişdir. O, həmin vaxt oteldən kənarda olduğundan Aşurdan gətirdiyi yükləri otelin həyətinə qoymasını xahiş etmişdir. Bir qədər sonra otelə qayıdaraq həyətdən bir ədəd bağlamada olan yuxarıda qeyd edilən yükləri götürmüş və onları idarə etdiyi nəqliyyat vasitəsinin kabinəsindəki yataq yerinin üstünə qoymuşdur. Gödəkçəni bağlamadan çıxararkən astarının içərisində psixotrop maddənin olub-olmadığını yoxlamış və “şüşə”nin orada olduğunu müəyyən edərək gödəkçəni digər paltarlarının yanına yerləşdirmişdir. 30 noyabr 2024-cü il tarixdə isə İran-Azərbaycan sərhədini keçərək təqribən saat 11 radələrində Astara gömrük postuna daxil olmuşdur. Bir qədər növbədə gözlədikdən sonra şəxs növbəsi çatdıqda idarə etdiyi nəqliyyat vasitəsini yük maşınları üçün nəzərdə tutulmuş yoxlama xəttinə sürmüşdür. Yoxlama xəttində gömrük əməkdaşı onunla şifahi şəkildə sorğu-sual apararaq üzərində, ona məxsus əşyalarda və yük nəqliyyat vasitəsində gömrük nəzarətinə mütləq bəyan olunası və gömrük nəzarətindən gizlədilmiş predmetlərin olub-olmamasını soruşmuşdur. O isə üzərində, ona məxsus əşyalarda və nəqliyyat vasitəsində belə predmetlərin olmadığını bildirmişdir. Daha sonra xidməti it tətbiq edilməklə onun idarə etdiyi yük nəqliyyat vasitəsi yoxlanılmış, it nəqliyyat vasitəsinin kabinəsinə reaksiya verdiyi üçün nəqliyyat vasitəsinə və əl yüklərinə gömrük yoxlaması tətbiq edilmişdir. Yoxlama zamanı gömrük əməkdaşı onunla təkrar şifahi sorğu-sual apararaq, üzərində, ona məxsus əşyalarda və yük nəqliyyat vasitəsində gömrük nəzarətinə mütləq bəyan olunası və gömrük nəzarətindən gizlədilmiş predmetlərin olub-olmamasını bir daha soruşmuşdur. O, idarə etdiyi yük nəqliyyat vasitəsinin kabinəsində – sərnişin oturacağının arxasında, yatmaq üçün nəzərdə tutulmuş yerin üzərində olan qara rəngli gödəkçənin sol-iç cibinin astar hissəsinin sökülərək ora yerləşdirilmiş 1 (bir) ədəd qara bağlamanın gömrük əməkdaşları tərəfindən aşkar ediləcəyini anladığı üçün həmin bağlamanı udmağa cəhd etmişdir. Lakin gömrük əməkdaşları buna imkan verməmiş, bağlama onun əlindən alınaraq götürülmüşdür. Daha sonra yoxlama davam etdirilmiş, yük nəqliyyat vasitəsinin kabinəsində – sərnişin oturacağının arxasında, yatmaq üçün nəzərdə tutulmuş yerin üzərində şəxsi əşyalarının olduğu ağ rəngli polietilen torbanın içərisindən üzərlərində “XANİSED 0.5 Alprazolam” yazısı olan 1 ədəd konvalyut və 1 ədəd konvalyut kəsiyi aşkar edilmişdir. Aşkar edilmiş 1 ədəd qara rəngli bağlamaya baxış zamanı onun içərisində ağ rəngli, kristal şəkilli maddə olduğu, həmçinin konvalyut və konvalyut kəsiyinə baxış zamanı 1 ədəd konvalyutda 4 ədəd ağ rəngli kapsula, 1 ədəd konvalyut kəsiyində isə 4 ədəd, ümumilikdə 8 ədəd ağ rəngli kapsulanın olduğu müəyyən edilmişdir. Verilmiş sualları cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, elan olunmuş ifadələrini ziddiyyət təşkil edəndə hissədə təsdiq etmir, gömrük orqanı əməkdaşlarının fiziki təzyiqi və hədəsi, eləcə də dindirilərkən psixotrop maddələrin təsiri altında olması nəticəsində belə ifadə vermişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Astara Gömrük İdarəsinin əməliyyat və təhqiqat şöbəsinə təhkim edilmiş “Azərterminalkompleks” Birliyinin instruktor-kinoloqu vəzifəsində işləyən Şahid2 ifadəsində göstərmişdir ki, 30 noyabr 2024-cü il tarixdə saat 11 radələrində işdə olarkən inspektor vəzifəsində işləyən Şahid1 yük avtomobilinin yoxlanması zamanı şübhəli hala rast gəldiyini bildirərək onu yük avtomobilinin yoxlanmasına dəvət etmişdir. O, həmin yük avtomobilinə yaxınlaşaraq avtomobilə xidməti it tətbiq etmiş, xidməti it avtomobilin kabinəsinə maraq göstərmiş, bundan sonra o və Şahid1 avtomobilin kabinəsinə daxil olaraq avtomobilin sürücüsü Təqsirləndirilən şəxs iştirakı ilə kabinədə axtarış etməyə başlamışlar. Axtarış zamanı Təqsirləndirilən şəxs şəxsi əşyalarının içində üzərində “0,5 Xanised” yazısı olan səkkiz ədəd həb, Təqsirləndirilən şəxs gödəkçəsinin daxili cibinin astar hissəsindən 65 qram metamfetamin aşkar edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs gödəkçədə aşkar edilmiş psixotrop maddəni dağıtmağa çalışmış, lakin o və Şahid1 buna imkan verməmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Astara gömrük idarəsində fəhlə kimi işləyir. 30 noyabr 2024-cü il tarixdə gömrük idarəsinin əməkdaşları onu Təqsirləndirilən şəxs idarə etdiyi yük avtomobilinə baxış keçirmək üçün hal şahidi qismində iştirak etməyə dəvət etmişlər, o, həmin yük avtomobilinə yaxınlaşmış, baxış zamanı avtomobilin kabinəsində Təqsirləndirilən şəxs şəxsi əşyalarının içində səkkiz ədəd həb, gödəkçənin daxili cibinin astar hissəsində isə sellofan bükümdə metamfetamin aşkar edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Astara gömmrük idarəsində fəhlə kimi işləyir. 30 noyabr 2024-cü il tarixdə saat 11 radələrində gömrük idarəsinin inspektoru Şahid1 onu Təqsirləndirilən şəxs idarə etdiyi yük avtomobilinə baxış keçirmək üçün hal şahidi qismində iştirak etməyə dəvət etmiş, bundan sonra o, həmin yük avtomobilinə yaxınlaşmış, baxış zamanı avtomobilin kabinəsində Təqsirləndirilən şəxs şəxsi əşyalarının içində səkkiz ədəd həb, gödəkçənin daxili cibinin astar hissəsində isə sellofan bükümdə metamfetamin aşkar edilmişdir. Həmin vaxt aşkar edilmiş metamfetaminlə bağlı gömrük əməkdaşları tərəfindən verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs ona psixotrop maddəni İran İslam Respublikası vətəndaşı Aşur adlı şəxsin verdiyini, həmin psixotrop maddəni Aşur adlı şəxsin tapşırığı ilə Bakı şəhərinə aparacağını bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi Azərbaycan Respublikası CPM-nin 327.1.2 və 329.1-ci maddələrinə əsasən elan edilərək tədqiq edilmiş, həmin ifadəsində Şahid1 göstərmişdir ki, xx.xx.2018-ci il tarixdən gömrük orqanlarında xidmət edir, hazırda xidmətini Astara Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzi 1-ci bölmənin böyük inspektoru vəzifəsində davam etdirir. Gömrük xidməti kapitanı xüsusi rütbəsi daşıyır. Xidməti vəzifəsi iş bölgüsünə əsasən, idxal-ixrac xəttində nəqliyyat vasitələrinə və onları idarə edən şəxslərin üzərində gömrük nəzarətinin həyata keçirilməsindən ibarətdir. 30 noyabr 2024-cü il tarixdə iş bölgüsünə əsasən, Astara Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölmənin yük nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş idxal yoxlama xəttində gömrük nəzarətini həyata keçirmişdir. Həmin gün saat təqribən 11 radələrində Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “DAF” markalı, “99LE917/99ZX917” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə Rusiya Federasiyasının Moskva şəhərində yerləşən “Smartlink LLC” şirkətinin ünvanına yükü müşayiət edən “000010” saylı CMR-ə və “325058-5” nömrəli invoysa əsasən “qabyuyan maşın” yükü apararkən Astara Gömrük İdarəsinin yük maşınları üçün nəzərdə tutulmuş idxal yoxlama xəttinə gömrük nəzarəti zamanı saxlanılmış və şifahi şəkildə sorğu-sual aparılmışdır. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs hərəkətləri onda şübhə oyatdığından qanunvericiliyin tələblərinə uyğun olaraq gömrük yoxlanışı keçirməzdən əvvəl iki nəfər hal şahidi dəvət edərək hüquq və vəzifələri, habelə məsuliyyətləri izah olunmuş, bundan sonra yoxlanış başlamazdan əvvəl Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərində və idarə etdiyi yük nəqliyyat vasitəsində qanunla dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış, gömrük nəzarətindən gizlədilmiş və ya bəyan olunmamış hər hansı predmetin olmadığını bildirmişdir. Belə olan halda, qanunvericiliyin tələblərinə uyğun olaraq kinoloq Şahid2 tərəfindən “Prins” ləqəbli kinoloji xidmət iti tətbiq edilməklə sözügedən nəqliyyat vasitəsi yoxlanılmış, kinoloji xidmət iti nəqliyyat vasitəsinin kabinəsinə reaksiya verdiyi üçün həmin nəqliyyat vasitəsinə və nəqliyyat vasitəsində olan Təqsirləndirilən şəxs məxsus əl yüklərinə ətraflı gömrük yoxlaması tətbiq edilmişdir. Yoxlama zamanı təkrar sorğu-sual edilərkən Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsinin kabinəsində-sərnişin oturacağının arxasında yatmaq üçün nəzərdə tutulmuş yerin üzərində olan qara rəngli gödəkçənin sol-iç cibinin astar hissəsi sökülərək ora yerləşdirilmiş 1 ədəd bağlamanın aşkar edilərək gizlədildiyi yerdən çıxarıldığını gördükdə bağlamanı Şahid2 əlindən ani hərəkət edib almağa və həmin bükülünü udmağa çalışmış, lakin onun tərəfindən görülmüş tədbirlər nəticəsində həmin bağlama sürücünün əlindən alınaraq götürülmüşdür. Daha sonra yoxlamanı davam etdirərək yük nəqliyyat vasitəsinin kabinəsində-sərnişin oturacağının arxasında yatmaq üçün nəzərdə tutulmuş yerin üzərində, içərisində şəxsi əşyalar olan ağ rəngli polietilen torbanın içərisindən üzərlərində “XANİSED 0.5 Alprazolam” yazısı olan 1 ədəd konvalyut və 1 ədəd konvalyut kəsiyi aşkar etmişdir. Aşkar olunmuş 1 ədəd qara rəngli bağlamaya baxış zamanı içərisində ağ rəngli, metamfetamin psixotrop maddəsinə bənzəyən kristal şəkilli maddənin olduğu, həmçinin konvalyuta və konvalyut kəsiyinə baxış zamanı 1 ədəd konvalyutda 4 ədəd ağ rəngli kapsula və 1 ədəd konvalyut kəsiyində 4 ədəd kapsula olmaqla, ümumilikdə 8 ədəd ağ rəngli kapsulaların olduğu məlum olmuşdur. Bundan əlavə ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs metamfetamin psixotrop maddəsinə bənzəyən maddə aşkar edilərkən kimə məxsus olması, kimin tərəfindən gödəkçənin astarında yerləşdirilməsi barədə tam məlumatsız olduğunu bildirmiş, lakin sonradan onun İran İslam Respublikasında yaşayan “Aşur” adlı şəxs tərəfindən ona verildiyini və “şüşə” adlı psixotrop maddədən ibarət olduğunu etiraf etmişdir. “Alprozolam” yazılı dərman vasitələrinin isə özünə məxsus olduğunu bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; İşdə olan “Cinayət işinin başlanması haqqında” 01 dekabr 2024-cü il tarixli qərarda göstərilmişdir ki, fakta görə 206.3.2, 234.4.1 və 234.4.4-cü maddələri ilə cinayət işi başlanmışdır. (Cild 1, i.v. 1;) İşdə olan Astara Gömrük İdarəsi Əməliyyat və təhqiqat şöbəsinin rəisi gömrük xidməti polkovnik-leytenantı X14 xx.xx.2024-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Daf” markalı, **-LE-***/**-ZX-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə Rusiya Federasiyasının Moskva şəhərində yerləşən “Smartlink LLC” şirkətinin ünvanına 325058- 5 nömrəli invoysla qabyuyan maşın yükü apararkən xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Astara Gömrük idarəsi Rəsmiləşdirmə mərkəzi 1-ci bölmənin yük maşınları üçün nəzərdə tutulmuş idxal yoxlama xəttində gömrük nəzarəti zamanı gömrük əməkdaşları tərəfindən saxlanılmış, “Prins” ləqəbli kinoloji xidmət iti tətbiq edilməklə nəqliyyat vasitəsi yoxlanılmış, kinoloji xidmət iti nəqliyyat vasitəsinin kabinəsinə reaksiya verdiyi üçün həmin nəqliyyyat vasitəsinə və nəqliyyat vasitəsində olan Təqsirləndirilən şəxs məxsus əl yüklərinə gömrük yoxlaması tətbiq edilmişdir. Yoxlama zamanı yük nəqliyyat vasitəsinin kabinəsində - sərnişin oturacağının arxasında yatmaq üçün nəzərdə tutulmuş yerin üzərində olan qara rəngli gödəkcənin sol iç cibinin astar hissəsi sökülərək ora yerləşdirilmiş 1 (bir) ədəd bağlamada ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə oxşar maddə, yatmaq üçün nəzərdə tutulmuş yerin üzərində içərisində şəxsi əşyaları olan ağ rəngli polietilen torbanın içərisində üzərlərində “XANİSED 0,5 Alprazolam” yazısı olan 1 (bir) ədəd konvalyut və 1 (bir) ədəd konvalyut kəsiyində ümumilikdə 8 (səkkiz) ədəd ağ rəngli kapsulalar aşkar edilmişdir. (Cild 1, i.v. 3-4;) İşdə olan “Malların və nəqliyyat vasitələrinin yoxlanılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Daf” markalı yük nəqliyyat vasitəsinin kabinəsinə baxış keçirilərkən kabinənin sərnişin oturacağının arxasında yatmaq üçün nəzərdə tutulmuş yerin üzərində olan qara rəngli gödəkcənin sol iç cibinin astar hissəsi sökülərək ora yerləşdirilmiş 1 (bir) ədəd bağlamada ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə oxşar maddə, həmin yerin üzərində içərisində şəxsi əşyaları olan ağ rəngli polietilen torbanın içərisində üzərlərində “XANİSED 0,5 Alprazolam” yazısı olan 1 (bir) ədəd konvalyut və 1 (bir) ədəd konvalyut kəsiyində ümumilikdə 8 (səkkiz) ədəd ağ rəngli kapsulalar aşkar edilmişdir. (Cild 1, i.v. 12-15;) İşdə olan “Şəxsi yoxlama aparılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində döş qəfəsinin və qarın boşluğunun rentgenoqrafiyası aparılmaqla şəxsi yolxama aparılmış onun üzərində, həmçinin daxili orqanlarında hər hansı hüquqpozma predmeti aşkar edilməmişdir. (Cild 1, i.v. 24-27;) İşdə olan Məhkəmə Ekspertiza Mərkəzinin 01 dekabr 2024-cü il tarixli 6/5333 nömrəli rəyin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərilərində “...Təqsirləndirilən şəxs (imza)...” sözləri olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə məxsus 203659 nömrəli polietilen paketdəki bir ədəd bükümdə təmiz çəkisi 57,471 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir, üzərilərində “Xanised 0,5 Alprazolam” göstəriciləri olan 2 ədəd blister kəsiyində 8 ədəd tabletin əsas təsiredici maddəsi alprazolamdır və həmin tabletlərin tərkiblərində alprazolamın təsir maddəsinin ümumi miqdarı 0,004 qramdır. İşdə olan “Vahid avtomatlaşdırılmış idarəetmə sistemində sərhədkeçmə məlumatlarına baxış keçirilməsi haqqında” 01 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə 19 noyabr 2024-cü il tarixdə saat 06:55-də “Astara” dövlət sərhəd nəzarət məntəqəsindən keçməklə İran İslam Respublikasına getmiş, 30 noyabr 2024-cü il tarixdə saat 11:08-də İran İslam Respublikasının ərazisindən Azərbaycan Respublikasının ərazisinə daxil olmuş və Vahid avtomatlaşırılmış idarəetmə sisteminə “Görülmüş tədbirlər: Saxla/ yük NV-nə birgə baxış zamanı NVB sərhəd naryadı tərəfindən NV-nin salonunda sürücüyə məxsus gödəkcənin içərisində gizlədilmiş şəkildə 1 ədəd bağlamada 64 qram metamfetamin psixotrop maddəsinə oxşar maddə və əl yüklərinin içərisindən 8 tabel üzərində “Alprazolam” yazısı olan həblər aşkar edilərək saxlanıldı. Astara Gİ-nə təhvil verildi.” məzmununda qeyd əlavə edilmişdir. (Cild 1, i.v. 52-55;) İşdə olan “Şübhəli şəxsin tutulması haqqında” 01 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 01 dekabr 2024-cü il tarixdə şübhəli şəxsi qismində tutulmuşdur. (Cild 1, i.v. 68;) İşdə olan “Könüllü təqdim etmə haqqında” 01 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona məxsus olan sürücülük vəsiqəsini, şəxsiyyət vəsiqəsini, bir ədəd qara rəngli “Samsung” markalı “Galaxy A14” modelli mobil telefonu, bir ədəd “Samsung” markalı “Galaxy J6+”modelli mobil telefonu, bir ədəd üzərində “Giorgi Armani” yazılmış pul qabını, Kapital banka məxsus Birbank kartını, bir ədəd turist kartını, bir ədəd Bakı kartı, bir ədəd simkart, bir ədəd sim nömrə qabını, iki ədəd ödəniş qəbzini, bir ədəd qaimə fakturanı, üç vərəqədə nəqliyyat vasitəsinin qeydiyyat kodunu istintaq orqanına könüllü təqdim etmişdir. (Cild 1, i.v. 78;) İşdə olan “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 02 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan olunmuşdur. (Cild 1, i.v. 90-91;) İşdə olan “baxış keçirilməsi haqqında” 02 dekabr 2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Daf” markalı avtomobilə baxış keçirilərkən sol cibinin astar hissəsi sökülməklə içərisinə psixotrop maddə metamfetamin yerləşdirilmiş gödəkçəyə baxış keçirilmiş, baxış zamanı gödəkçənin iç tərəfində sol hissəsində içi boş cibin üzərində 17 sm enində sökük aşkar edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs həmin söküyün “Aşur” adlı şəxs tərəfindən hazırlandığını, psixotrop maddə metamfetaminin “Aşur” adlı şəxs tərəfindən həmin sökük hissədən gödəkçənin içərisinə yerləşdirildiyini bildirmişdir. (Cild 1, i.v. 111-117;) İşdə olan Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(004)- 1069/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 01 dekabr 2024-cü il tarixdən saat 14:15-dən hesablanmışdır. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, məhkəmə iclasında çıxış edən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamda göstərilən əməl üzrə özünü təqsirli bildiyini, narkotik vasitəni gödəkçənin astarında gizlədərək keçirmək istədiyini, narkotik vasitəni İİR vətəndaşından əldə etdiyini, həmin narkotik vasitəni Bakı şəhərində tanımadığı şəxsə verərək həmin şəxsdən müəyyən məbləğdə pul vəsaiti alacağını, alacağı məbləğdən narazı qalarsa geri dönən zaman İİR vətəndaşının da ona müəyyən məbləğdə vəsait verəcəyi barədə əvvəlcədən razılaşdıqlarını göstərmişdir. (Cild 1, i.v. 123-130;) İşdə olan “əşyanın maddi sübut kimi tanınması və saxlanılma yerlərinin müəyyən olunması” haqqında 05 dekabr 2024-cü il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 57,371 qram təşkil edən metamfetamin psixotrop maddəsi, 7 (yeddi) ədəd Alprazolam həbi maddi sübut kimi tanınaraq saxlanılması üçün Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağına təhvil verilmiş, 01 (bir) ədəd qara rəngli gödəkçə maddi sübut kimi tanınaraq Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinə təhvil verilmişdir. (Cild 1, i.v. 141-143;) İşdə olan “mobil telefona baxış keçirilməsi haqqında” 13 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı “Galaxy A14” modelli mobil telefona baxış keçirilərkən “Adlar” bölməsində +**********38 saylı nömrənin “Aşur” adı ilə qeyd olunduğu müəyyən olunmuşdur. (Cild 1, i.v. 182;) İşdə olan Lənkəran şəhər-rayon Polis şöbəsinin 12 dekabr 2024-cü il tarixli 3-13-96- 1/2-1527/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin Polis şöbəsində hər hansı təqsirləndirici material və ya cinayət işi olmamışdır. (Cild 1, i.v. 229;) İşdə olan Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator məcburinarkoloji tibbi yoxlama haqqında xx.xx.2024-cü il tarixli 7848 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 2, i.v. 5- 6;) İşdə olan xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs könüllü surətdə istintaq orqanına təqdim etdiyi sürücülük vəsiqəsi, şəxsiyyət vəsiqəsi, bir ədəd üzərində “Giorgi Armani” yazılmış pul qabı, Kapital banka məxsus Birbank kartı, bir ədəd turist kartı, bir ədəd Bakı kartı, bir ədəd simkart, bir ədəd sim nömrə qabı, iki ədəd ödəniş qəbzi, bir ədəd qaimə faktura, üç vərəqədə nəqliyyat vasitəsinin qeydiyyat kodu onun 22 yanvar 2025-ci il tarixli ərizəsinə əsasən qardaşı X6 təhvil verilmişdir. (Cild 2, i.v. 64;) İşdə olan Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin 14 fevral 2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs Astara Gömrük idarəsinin əməkdaşları tərəfindən fiziki və psixoloji zorakılığa məruz qalması barədə müraciəti əsasında toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. (Cild 2, i.v. 76-77;) İşdə olan “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və ayrılmış cinayət işinin icraata qəbul edilməsi haqqında” 03 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməllərinin törədilməsində iştirak etmiş digər şəxslər barəsində Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi ayrılmışdır. (Cild 2, i.v. 111-112.) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onun müdafiəsi üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs hər hansı iranlı şəxslə psixotrop maddələrin satışı ilə bağlı əlaqəsi olmadığını, idarə etdiyi yük nəqliyyat vasitəsində aşkar edilmiş psixtrop maddə metamfetamini şəxsi istifadəsi üçün əldə etdiyini, iranlı şəxslə narkotik vasitələrin qəbulu və satışı ilə bağlı qabaqcadan razılaşmasının olmasını Astara Gömrük idarəsinin əməkdaşlarının fiziki və psixi təzyiqi ilə deməsi barədə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq törətdiyi cinayət əməlinə görə məsuliyyətdən kənarda qalmasına və cinayət məsuliyyətinin yüngülləşdirilməsinə hesablanmışdır. Təqsirləndirilən şəxs tərəfindən qeyd edilən ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə işin hallarına uyğun gəlmədiyindən habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyi və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadələri inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Belə ki, təqsirləndirlən şəxs 30 noyabr 2024-cü il tarixdə verdiyi izahatında, müdafiəçinin iştirakı ilə verdiyi şübhəli şəxs qismində və təqsirləndirilən şəxs qismində ilkin ifadələrində, idarə etdiyi yük nəqliyyat vasitəsinin kabinəsində aşkar edilmiş gödəkçənin sol iç cibinin astar hissəsi sökülməklə yerləşdirilmiş psixotrop maddə metamfetamini ona tanışı İran İslam Respublikasının vətəndaşı “Aşur” adlı şəxsin verdiyini, həmin psixotrop maddəni onun tapşırığına əsasən Bakı şəhərində sonradan onunla əlaqə yaratmalı olan tanımadığı şəxsə verəcəyini, həmin şəxsin metamfetamindən ona da “pay” verəcəyini, Astara Gömrük idarəsinin əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki zor tətbiq edilmədiyini, hər hansı formada təzyiq edilmədiyini bildirmişdir. Həmçinin, xx.xx.2024-cü il tarixdə Yasamal rayon məhkəməsində barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılarkən məhkəmədə etdiyi çıxışında narkotik vasitəni gödəkçənin astarında gizlədərək keçirmək istədiyini, narkotik vasitəni İİR vətəndaşından əldə etdiyini, həmin narkotik vasitəni Bakı şəhərində tanımadığı şəxsə verərək həmin şəxsdən müəyyən məbləğdə pul vəsaiti alacağını, alacağı məbləğdən narazı qalarsa geri dönən zaman İİR vətəndaşının da ona müəyyən məbləğdə vəsait verəcəyi barədə əvvəlcədən razılaşdıqlarını göstərmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı hadisə barədə, narkotik vasitəni qanunsuz əldə etməsi, daşıması, pul müqabilində başqa şəxsə çatdırması ilə bağlı razılaşması və s. hallar barədə ətraflı izahat və ifadələr vermiş, lakin məhkəmə baxışı dövründə verdiyi ifadəsində hadisənin xarakteri, mexanizmi və inkişafını birbirindən tam fərqli və bəsit formada təhrif etdiyi müəyyən edilmiş, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələri yalan olmaqla məhz real faktların ört-basdır edilməsinə, məhkəmə istintaqının səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətinin yüngülləşdirilməsinə hesablanmışdır. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Astara Gömrük idarəsinin əməkdaşları ifadələrində təsdiq etmişlər ki, 30 noyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsində psixotrop maddə aşkar edildikdən sonra ilkin sorğu-sual zamanı o, həmin psixotrop maddəni İran İslam Respublikası vətəndaşından aldığını, həmin şəxsin tapşırığına əsasən metamfetamini Bakı şəhərində tanımadığı şəxsə çatdıracağını bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərarındakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla - yuxarıda sadalanan ekpert rəyi və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin izahat və ifadəsini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsini psixotrop maddəni satış məqsədi ilə deyil, şəxsi istifadəsi üçün əldə etməsi hissəsində özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Bundan əlavə Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü digər dəlili – Gömrük idarəsinin əməkdaşları tərəfindən ona fiziki təzyiqlər edildiyi və hədələndiyi üçün aşkar edilmiş psixotrop maddəni “Aşur” adlı şəxsin tapşırığına əsasən maddi qazanc əldə etmək məqsədilə Bakı şəhərində onunla sonradan əlaqə yaratmalı olan tanımadığı şəxsə verəcəyi barədə etirafedici ifadələr verməsi barədə göstərdikləri ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Təqsirləndirilən şəxs Astara Gömrük idarəsi əməkdaşları tərəfindən fiziki təzyiqlərə və hədələrə məruz qalması ilə bağlı irəli sürdüyü dəlillərə məhkəmə münasibət bildirərək qeyd edir ki, iş materiallarından göründüyü kimi, öz seçimi ilə cəlb edilmiş peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, Təqsirləndirilən şəxs ilkin ifadələrində, eləcə də, barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxan Yasamal rayon məhkəməsində bununla bağlı şikayətini bildirməmişdir. İbtidai istintaq dövründə əlavə dindirmə zamanı bu faktı ifadəsinə qeyd etmişdir. Bununla bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsi tərəfindən araşdırma aparılmış, Astara Gömrük idarəsi əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı işgəncələrə və digər qanunsuzluğa yol verilmədiyi müəyyən olunduğu üçün toplanmış material üzrə 14 fevral 2025-ci il tarixli qərarla Azərbaycan Respublikası CPM-nin 39.1.1ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə hazırki məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxs tərəfindən fiziki və ya psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadə verməyərək ümumi olaraq yalnız dizinin arxa hissəsindən vurulmaqla dizi üstə yerə çökdürüldüyünü göstərməsini, həmin vaxt heç bir xəsarət almamasını, eləcə də, həmin məzmunda ifadəni verməsini gah saxlanılarkən psixotrop maddənin təsiri altında olduğu üçün Gömrük əməkdaşlarının sorğu-sualından yorulması, gah da fiziki işgəncələrə məruz qalması ilə əlaqələndirməsini verməsini, ona qarşı işgəncə ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsi tərəfindən araşdırma aparılaraq Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilməsi haqqında qərar qəbul edilməsini nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadənin məhz fiziki təzyiq nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxsin tutulduqdan sonra Astara gömrük idarəsi əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalması ilə bağlı göstərdiyi xüsusatlar işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, ondan ifadələrin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda da öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, № 30364/09, §§ 42-43, 12 noyabr 2013; Məmmədov Azərbaycana qarşı, № xx/xx/2013, §§ 23-27, 11 yanvar 2007; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12-20, 17 aprel 2012; və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012). Avropa İnsan Hüquqları Məhkəməsinin “X4rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ilkin izahat və ifadələrini müdafiəçisinin iştirakı ilə və hər hansı təsirə məruz qalmadan bildirdiyinə, işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin yuxarıda qeyd edilən hissələrini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib sübut kimi nəzərə almır. “X12 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər vermiş və onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Müdafiə tərəfi (təqsirləndirilən şəxs və onun müdafiəçisi) təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı mübahisələndirsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsində qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli və ya kənar keçirilməsi, həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrində müvafiq olaraq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və ya daşıma cinayət əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə çıxışları mərhələsində dövlət ittihamçısı çıxış edərək verilmiş ittiham üzrə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsindən həmin Məcəllənin 206.2-ci maddəsinə tövsif edilməsini məhkəmədən xahiş etmişdir. Dövlət ittihamçısı bunun onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli Qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Cinayət işi materiallarından isə görünür ki, Təqsirləndirilən şəxs qaçaqmalçılıq cinayətinin obyektiv cəhətində nəzərdə tutulmuş hərəkətləri təkbaşına icra etmişdir. Məhkəmə dövlət ittihamçısının bu mövqeyi ilə bağlı onu qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair 15 fevral 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən imtina edilməsini ehtiva edir. Məhkəmə ittiham funksiyasını öz üzərinə götürə bilmədiyinə görə, ictimai ittiham üzrə məhkəmə baxışı zamanı dövlət ittihamçısının əməlin cinayət qanununun daha yüngül cəza nəzərdə tutan norması ilə tövsif edilməsi təklifi məhkəmə tərəfindən dövlət ittihamçısının təklifində irəli sürüləndən daha ağır cəza nəzərdə tutan cinayət qanunu norması üzrə məhkəmə aktı qəbul olunmasını istisna edir. Məhkəmə dövlət ittihamçısının təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun daha yüngül cəza nəzərdə tutan norması ilə tövsifinə dair təklifinin kifayət qədər əsaslandırıldığını, eləcə də X2 yuxarıda qeyd olunan mövqeyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsindən həmin Məcəllənin 206.2-ci maddəsinə tövsif edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 206-cı maddəsi ilə məsuliyyət Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə malların və ya digər əşyaların yalnız külli miqdarda (CM-nin 206-cı maddəsinin “Qeyd”inin 1-ci bəndində göstərilən məbləğdə), yaxud dəyəri və ya miqdarından asılı olmayaraq, CM-nin 206.2-ci maddəsində sadalanan predmetlərin qeyri-qanuni keçirilməsi hallarında yaranır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli Qərarının 13-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilmiş narkotik vasitələrin və psixotrop maddələrin miqdarı şəxsi istehlak miqdarından az miqdarda olduqda da təqsirkarın əməli CM-nin 206.2-ci maddəsi ilə tövsif edilməlidir ona görə ki, ümumiyyətlə gömrük sərhədindən qanunsuz keçirilən, CM-nin 206.2-ci maddəsində sadalanan əşyaların həcmi, miqdarı və dəyəri bu cinayət tərkibinin mütləq əlaməti deyil. Həmin Qərarın 10-cu bəndində qeyd olunmuşdur ki, malların və ya digər əşyaların gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsi dedikdə, həmin malların aşkarlanmasının çətinləşdirilməsi və ya onların həqiqi xassə və ya miqdarının gizlədilməsinə yönəldilmiş istənilən hərəkətlər etməklə (məsələn, bəzi mallara digər mal görüntüsünün verilməsi, həmin malların xüsusi hazırlanmış və ya quraşdırılmış gizli yerlərdə, insan bədəninin boşluqlarında gizlədilməklə keçirilməsi və sair) keçirilməsi başa düşülür. Cinayət işi materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs 57,471 qram psixotrop maddə metamfetamini malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə qara rəngli gödəkçənin sol iç cibininin astarının içərisində gizlədilmiş vəziyyətdə, 8 (səkkiz) ədəd alprozolam psixotrop maddə tərkibli həbləri isə şəxsi əşyalarının olduğu polietilen torbanın içərisində yəni, gömrük nəzarətindən gizli yolla keçirmişdir. Məhkəmə onu da qeyd edir ki, baxış zamanı Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsinin sərnişin oturacağının arxasında yatmaq üçün nəzərdə tutulmuş yerin üzərində şəxsi əşyalarını saxladığı polietilen torbanın içərisində aşkar edilmiş 1 bütöv və 1 kəsik konvalyutda psixotrop maddə alprozolam tərkibli həblərdə alprozolam maddəsinin ümumi çəkisi 0,004 qram yəni, alprozolam psixotrop maddəsi üçün “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun İİ Siyahısına əsasən müəyyən edilmiş xeyli miqdarın aşağı həddi- 0,03 qramdan da aşağı miqdarda olmasına baxmayaraq, psixotrop maddələrin miqdarının yuxarıda qeyd olunduğu kimi Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin zəruri əlaməti olmaması səbəbindən tərkibində psixotrop maddə alprozolam olan 8 (səkkiz) ədəd həb də istintaq orqanı tərəfindən düzgün olaraq külli miqdar təşkil edən metamfetamin psixotrop maddəsi ilə birlikdə təqsirləndirilən şəxsə verilmiş qaçaqmalçılıq cinayəti üzrə ittihamın həcminə daxil edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə verilmiş ittiham üzrə məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd edilən plenum qərarında yuxarıda təsvir olunan halların, o cümlədən narkotik vasitənin miqdarının ayrıca olaraq deyil, “başqa sübutlarla yanaşı” nəzərə alınması vurğulanmışdır. Plenumun hüquqi mövqeyinə görə, özü-özlüyündə narkotik vasitənin və ya psixotrop maddənin külli miqdar təşkil etməsi təqsirkar şəxsin satış məqsədi ilə hərəkət etməsinə dəlalət edən hal kimi qiymətləndirilə bilməz. Belə nəticəyə gəlmək üçün bütün diqqətəlayiq halların məcmusundan çıxış etmək lazımdır. O cümlədən, külli miqdarda narkotik vasitəni əldə edib saxlayan, daşıyan şəxsin özünün narkotik istehlakçısı olmaması, başqa şəxslərlə (istehlakçılarla) razılığın mövcudluğu, satış üçün narkotik vasitənin çəkilib xırda bağlamalarda qablaşdırılması kimi hallar da müəyyən olunduqları təqdirdə, başqa sübutlarla birlikdə götürülməklə şəxsin məhz satış məqsədilə narkotik vasitəni əldə edib saxlamasına dəlalət edən əsaslar kimi nəzərdən keçirilə bilərlər. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun İİ Siyahısına əsasən metamfetamin psixotrop maddəsinin xeyli miqdarının aşağı həddi 0,15 qram, külli miqdarının aşağı həddi 2 qram müəyyən edilmişdir. Yəni, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminin miqdarı külli miqdarının aşağı həddindən 28,7 dəfə, xeyli miqdarının aşağı həddindən 389,8 dəfə çoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li qərarında göstərilmişdir ki, CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi, külli miqdarda törədilməsi, habelə mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi nəzərdə tutulmuşdur. Cinayətin qeyd olunan tövsifedici əlamətlərlə törədilib-törədilməməsi məsələsi həll olunarkən “cinayətin təkrar törədilməsi”, “qabaqcadan əlbir olan bir qrup şəxs” və “mütəşəkkil dəstə” anlayışlarını təsbit edən CM-in 16, 34.2 və 34.3-cü maddələri ilə yanaşı, həmin cinayət-hüquqi kateqoriyaların, habelə cinayətin mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi əlamətinin təfsirinə həsr olunmuş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra – Konstitusiya Məhkəməsi) müvafiq olaraq “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2021-ci il 25 yanvar tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 15 mart tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 6 may tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan “mütəşəkkil dəstə” anlayışının şərh edilməsi haqqında” 1999-cu il 20 aprel tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 14 iyul tarixli qərarlarında ifadə olunmuş hüquqi mövqelər rəhbər tutulmalıdır. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. Cinayət işi üzrə məhkəmə iclasında tədqiq edilən sübutlardan da görünür ki, Təqsirləndirilən şəxs İİR vətəndaşları olması ehtimal olunan şəxsiyyətləri istintaqa məlum olmayan “Aşur” adlı şəxs və qeyriləri ilə psixotrop maddələri satış məqsədi ilə əldə etmək üçün öz aralarında razılığa gələrək, qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, istintaqa məlum olmayan vaxtda İİR vətəndaşı olması ehtimal olunan “Aşur” adlı şəxsdən əldə etdiyi külli miqdarda psixotrop maddə metamfetamini sonuncunun göstərişinə əsasən Bakı şəhərində cinayətkar qrupun istintaqa məlum olmayan üzvünə çatdırmaq üçün idarə etdiyi yük nəqliyyat vasitəsinin kabinəsində saxlamaqla daşımışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi özünün ibtidai araşdırma zamanı verdiyi etirafedici izahat və ifadəsi ilə yanaşı, məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş şəxslərin ifadələri, “Malların və nəqliyyat vasitələrinin yoxlanılması haqqında” xx.xx.2024cü il tarixli, “Vahid avtomatlaşdırılmış idarəetmə sistemində sərhədkeçmə məlumatlarına baxış keçirilməsi haqqında” 01 dekabr 2024-cü il tarixli və “baxış keçirilməsi haqqında” 02 dekabr 2024-cü il tarixli protokollar, digər istintaq hərəkəti protokolları, Məhkəmə Ekspertiza Mərkəzinin 01 dekabr 2024-cü il tarixli 6/5333 nömrəli rəyi və digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış psixotrop maddələr yəni, toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs iş üzrə törətdiyi əməllərinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-nin 206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və qeyd edilən həmin maddələrin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - xx.xx.2024-cü il tarixli məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Cild 1, i.v. 181;) - Lənkəran şəhər İcra hakimiyyəti başçısının Liman şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 09 dekabr 2024-cü il tarixli arayışdan görünür ki, Veysəlov X8 rayonu, Liman şəhəri, M.Ə.Sabir küçəsi, ev 159 ünvanında ailə üzvləri- atası X7, anası X5, həyat yoldaşı X10, oğlu X11 və qızı X15 ilə birlikdə yaşamışdır. (Cild 1, i.v. 190;) - Lənkəran şəhər İcra hakimiyyəti başçısının Liman şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 09 dekabr 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. (Cild 1, i.v. 191;) Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8.1, 9, 41.2, 58.3-cü maddələrini rəhbər tutaraq hazırki iş üzrə törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, törədilməsi halları, ağırlığı və nəticələrini, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsindən ibarət şəxsiyyətini xarakterizə edən halı cəzasını ağırlaşdıran halların olmadığın nəzərə alıb təyin olunacaq cəzanın islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Həmçinin, məhkəmə Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, o cümlədən cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələblərini, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamından irəli gələn tövsiyələri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Ziayfət oğlu Azərbaycan Respublikası CM-nin tələbləri daxilində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-nin 206.2, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən təyin edilməlidir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İşdə olan Yasamal rayon məhkəməsinin 02 dekabr 2024-cü il tarixli qərarının nəticə hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddətinin əvvəli 01 dekabr 2024-cü il tarixdən, yəni şübhəli şəxs qismində tutulduğu vaxtdan hesablanmalıdır. Lakin, məhkəmə istintaqı zamanı ona verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə gömrük nəzarəti zamanı onun idarə etdiyi nəqliyyat vasitəsinin kabinəsində psixotrop maddələr aşkar edilərək götürüldükdən sonra o, Astara Gömrük idarəsində saxlanılmış, oranı tərk etmək imkanında olmamışdır. Belə ki, cinayət işi materiallarında da görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Astara rayon Mərkəzi xəstəxanasına aparılaraq orada rentgenoqrafiya müayinəsindən keçirilmiş, həmçinin daha sonra Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinə aparılmışdır. Sadalananlardan aydın olur ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində şübhəli şəxs qismində tutma həyata keçirilməsə də, azadlığı faktiki olaraq xx.xx.2024-cü il tarixdən məhdudlaşdırılmış, Gömrük idarəsinin əməkdaşlarının nəzarəti altında olmuşdur. Belə olan halda Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPM-in 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə azadlığının faktiki məhdudlaşdırıldığı 30 noyabr 2024-cü il tarixdən hesablanmalı və Yasamal rayon məhkəməsinin 02 dekabr 2024-cü il qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Ambulator məcburi-narkoloji tibbi yoxlama haqqında xx.xx.2024-cü il tarixli 7848 nömrəli rəyi nəzərə alınaraq, Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 81 (səksən bir) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş idarəsinin maddi sübutların saxlanma otağında saxlanılan, ekspert tədqiqatından sonra faktiki qalıq çəkisi 57,371 qram olan psixotrop maddə metamfetamin, tərkibində alprozolam psixotrop maddəsi olan 7 (yeddi) ədəd həb eləcə də, “Azərterminalkompleks” Birliyində saxlanılan bir ədəd gödəkçə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus bir ədəd qara rəngli “Samsung Galaxy A14” markalı və bir ədəd qara rəngli “Samsung Galaxy J6+” markalı mobil telefonlar Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, 30 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci 81 (səksən bir) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş idarəsinin maddi sübutların saxlanma otağında saxlanılan, ekspert tədqiqatından sonra faktiki qalıq çəkisi 57,371 qram olan psixotrop maddə metamfetamin, tərkibində alprozolam psixotrop maddəsi olan 7 (yeddi) ədəd həb eləcə də, “Azərterminalkompleks” Birliyində saxlanılan bir ədəd gödəkçə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus bir ədəd qara rəngli “Samsung Galaxy A14” markalı və bir ədəd qara rəngli “Samsung Galaxy J6+” markalı mobil telefonlar Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavanşir Nəbiyev Hakimlər: Neymət Məmmədov Esmira Məmmədova
Məhkəmə qərarları › İş №1(099)-274/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-274/2025
23.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver