Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-275/2023 09.06.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxx 1980-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmuş və məhkumluğu olan, Salyan rayonunun Aşağı-Kürkənd kəndində qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda-370,692 qram narkotik vasitə olan heroini əldə edib, saxlayıb, daşıyaraq yaşadığı Salyan rayonunun Aşağı Kürkənd kəndində yerləşən fərdi yaşayış evinə aparmış, bundan sonra həmin narkotik maddənin satışını realizə etmək üçün heroinin 3,054 qram hissəsini bir ədəd bükümə qablaşdırıb üzərində saxlayıb daşımış, heroinin qalan hissəsini 103,579 qram və 264,059 qram olmaqla iki ədəd bükümlərə qablaşdırıb yaşadığı evin yataq otağında olan şkafın siyirməsində gizlədib saxlamışdır.Daxil olmuş məlumat əsasında Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 24 dekabr 2022-ci il tarixdə, saat 11 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Salyan rayonunun Aşağı Kürkənd kəndində saxlanılıb üzərində şəxsi axtarış zamanı əynindəki gödəkcənin cibindən 3,054 qram narkotik vasitə olan heroin aşkar edilib götürülmüş, habelə Təqsirləndirilən şəxs yaşadığı Salyan rayonunun Aşağı Kürkənd kəndində yerləşən fərdi yaşayış evinə baxış zamanı evin yataq otağındakı şkafın siyirməsindən iki ədəd bükümdə 103,579 qram və 264,059 qram olmaqla cəmi 367,638 qram narkotik vasitə olan heroin və üzərində narkotik vasitə heronin izləri olan bir ədəd elektron tərəzi aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, evlidir və ailəsi ilə birlikdə Salyan rayonunun Aşağı-Kürkənd kəndində qeydiyyatda olmaqla yaşamış, rəsmi olaraq heç bir yerdə işləməmiş, lakin fərdi təsərrüfat işləri ilə məşğul olmuşdur.Xeyli müddətdir ki, narkotik vasitələrdən istifadə etməyə başlamış, əsasən də marixuanadan, son vaxtlar isə heroindən istifadə etmişdir.24 dekabr 2022-ci il tarixdə evində tək olmuş, arvadı azyaşlı uşaqları ilə birlikdə atası evində olmuşdur.Həmin gün gecə saat 04-05 radələrində bir qrup polis əməkdaşı evinə gəlib evdə narkotik maddələr axtarsalar da, heç nə tapa bilməmiş, sonra onu polis şöbəsinə aparmışlar. Polis şöbəsinə aparılarkən üzərində, həmçinin yaşadığı evdə narkotik maddələr olmamışdır. Polis şöbəsində ona qarşı təzyiqlər olmuş, sonra polis əməkdaşları cibinə bir bükümdə heroin qoyub həmin heroinin özünə məxsus olmasını deməyə məcbur etmiş, həmçinin polis əməkdaşları onu döymüşlər.Bu səbəbdən, həm də narkotik maddələrin istifadəçisi olduğu üçün o, üzərinə qoyulmuş heroinin özünə məxsus olmasını deməyə məcbur olmuşdur.Bundan sonra polis şöbəsində vəkilin iştirakı ilə və videoçəkilişlə üzərində axtarış aparılmışdır.Axtarış zamanı cibinə qoyulmuş bir bükümdə heroin aşkar olunmuş və o, həmin heroinin özünə məxsus olmasını, yerdən tapdığını və istifadəsi üçün üzərində saxladığını demişdir.Daha sonra polis əməkdaşları onu yaşadığı evə aparmış, evdə özünün və vəkilin iştirakı ilə, həm də videoçəkilişlə evinə baxış keçirilmişdir.Evində stolun üstündə nəsə bir bükümdə təxminən 0,1 və ya 0,2 qram herion olmuş, həmin heroin özünə məxsus olmaqla istifadəsi üçün evində saxlamış və baxış zamanı həmin heroinin götürülüb-görülməməsini bilməmiş, evində başqa bir yerdə narkotik maddə olmamışdır.Evinə baxış əsasən yataq otağında aparılmış və baxış zamanı evin yataq otağında şkafın siyirməsində bir ədəd sellofan torbanın içərisində heroin kütləsi, həmin torbanın yanında isə bir ədəd elektron tərəzi aşkar olunmuşdur.Evində aşkar olunmuş heroin və elektron tərəzi özünə məxsus deyil, həmin heroini və elektron tərəzini əvvəlcədən evinə polis əməkdaşları qoymuş, sonradan evinə baxış keçirilmişdir.Polislərin ona qarşı təzyiqləri olduğu üçün o, evində aşkar olunmuş heroinin və elektron tərəzinin özünə məxsus olmasını bildirmişdir.Əslində isə polis əməkdaşları tərəfindən onun üzərinə bir büküm heroin və yaşadığı evə də iki bükümdə heroin və elektron tərəzi qoyulmuş, ona görə də həmin heroinlər və elektron tərəzinin özünə məxsus deyil. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, o, uzun müddətdir ki, heroindən istifadə etməyə başlamış, əvvəllər bununla bağlı məhkum da olunmuşdur.Tutulmamışdan 10-15 gün əvvəl o, yaşadığı Salyan rayonunun Aşağı Kürkənd kəndi ərazisində yerləşən qəbiristanlığın içərisindən keçərkən yerdə qara rəngli sellofan torbada 2 bükümdə heroin tapmış və istifadə etmək niyyəti ilə içərisində heroin olan həmin torbanı yaşadığı evə gətirib yataq otağında olan şkafın siyirməsinə qoymuşdur.Sonra yaşadığı evin mətbəxində istifadə olunan elektron tərəzi ilə həmin narkotik maddəni çəkmiş və ümumi çəkisinin təxminən 300-400 qram olmasını xatırlayır.Bundan sonra istifadə etmək məqsədilə həmin heroindən bir az götürüb bir ədəd bükümə qablaşdırıb cibinə qoyub üzərində saxlamış, heroinin qalan hissəsini və elektron tərəzini yaşadığı evin yataq otağında olan şkafın siyirməsinə qoymuşdur.Həmin vaxt maddi cəhətdən bir sıra problemləri olduğu üçün o, həmin narkotik maddədən istəyən olduğu halda satmaq fikri olmuşdur.24 dekabr 2022-ci il tarixdə, saat 11:30 radələrində yaşadığı Aşağı-Kürkənd kəndində piyada hərəkətdə olarkən polis əməkdaşları onu saxlayıb X3 dövriyyəsində şübhəli olduğu bildirilib polis şöbəsinə aparılmışdır.Polis şöbəsində müstəntiq tərəfindən müdafiəçinin iştirakı ilə (və videoçəkilişlə) üzərində şəxsi axtarış keçirilmişdir.Şəxsi axtarış zamanı özü əynindəki gödəkcəsinin cibindən içərisində heroin olan bir ədəd bükümü çıxarıb təqdim etmişdir.Şifahi sorğu zamanı o, bükümün içərisində aşkar olunan kütlənin heroin olduğunu, təxminən 10-15 gün əvvəl yaşadığı Aşağı-Kürkənd kəndinin ərazisində yerləşən qəbiristanlıqdan keçərkən yerdən tapdığını və istifadə etmək məqsədi ilə yaşadığı evə aparıb evin yataq otağında saxladığını, tapdığı heroini evində olan elektron tərəzi ilə çəkdiyini və çəkisinin təxminən 300-400 qram olmasını, tapdığı heroindən bir az götürüb özünün şəxsi istifadəsi üçün üzərində saxladığını, qalan hissəsinin isə yaşadığı evdə şkafın siyirməsində saxladığı və həmin narkotik maddəni də təqdim edə biləcəyini bildirib yaşadığı evə baxışın keçirilməsinə etiraz etməmişdir. Sonra üzərində aşkar olunmuş heroin elektron tərəzidə çəkilib qablaşdırılıb müstəntiq tərəfindən götürülmüş, daha sonra protokol tərtib olunmuşdur.Bundan sonra polis əməkdaşları tərəfindən müdafiəçinin və özünün iştirakı ilə (və videoçəkilişlə) yaşadığı evə baxış keçirilmişdir.Baxış zamanı özü evin yataq otağında olan şkafın siyirməsində narkotik maddənin və elektron tərəzinin olduğunu bildirib həmin yeri göstərmiş, polis əməkdaşları da həmin siyirmədən bir ədəd qara rəngli sellofan torbanı və bir ədəd göy rəngli elektron tərəzini götürmüşlər.Həmin torbanın içərisindən iki ədəd bükümdə heroin kütlələri aşkar edilmişdir. Şifahi sorğu zamanı o, həmin kütlələrin heroin olduğunu, 15 gün əvvəl yerdən tapdığını və istifadə etmək məqsədilə həmin narkotik maddəni gətirib yaşadığı evdə saxladığını, elektron tərəzinin yaşadığı evin mətbəxində istifadə olunduğunu, tapdığı heroini çəkmək üçün həmin tərəzini götürdüyünü və istifadə etdikdən sonra yadından çıxıb heroin kütlələr ilə birlikdə şkafın siyirməsinə qoyduğunu bildirmişdir.Evində aşkar olunmuş heroin kütlələri elektron tərəzidə çəkilmiş, sonra həmin kütlələr və elektron tərəzi qablaşdırılıb müstəntiq tərəfindən götürülmüş, daha sonra protokol tərtib edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarışla bağlı aparılmış videoçəkiliş tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etməyib əlavə ifadəsində göstərmişdir ki, o, həmin ifadələri polis əməkdaşlarının təzyiqi altında vermişdir.Evində aşkar olunmuş heroin və elektron tərəzi özünə məxsus deyil, həmin heroini və elektron tərəzini əvvəlcədən evinə polis əməkdaşları qoymuş, sonradan evinə baxış keçirilmişdir. Yaşadığı evdə ümumiyyətlə elektron tərəzi olmamışdır.Polislərin ona qarşı qarşı təzyiqləri olduğu üçün o, evində aşkar olunmuş heroinin və elektron tərəzinin özünə məxsus olmasını bildirmişdir.Həmçinin polis əməkdaşlarının ona qarşı təzyiqləri olduğu üçün, həm də özü narkotiklərdən istifadə etdiyi üçün barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəmədə özünü təqsirli bilib aşkar olunmuş heroinin özünə məxsus olmasını demişdir.Əslində isə polis əməkdaşları tərəfindən onun üzərinə bir büküm heroin və yaşadığı evə də iki bükümdə heroin və elektron tərəzi qoyulmuşdur.Üzərinə və evinə heroin qoymuş polis əməkdaşlarını tanımır, onu saxlamış polis əməkdaşları bunu etmişdir.Polis əməkdaşlarının onu döyməsi ilə bağlı prokurorluq tərəfindən araşdırma aparılarkən o, prokurorluq əməkdaşına da düzgün izahat verməmiş, yəni üzərində və evində aşkar olunmuş narkotik maddənin özünə məxsus olmasını, polis əməkdaşlarının ona qarşı heç bir zorakılıq hallarına yol vermədiklərini bildirmişdir.Əslində isə bir daha bildirir ki, polis əməkdaşları tərəfindən ona qarşı zorakılıq halları olmuş və o, bu səbəbdən də üzərində və evində aşkar olunmuş heroinin, həm də elektron tərəzinin özünə məxsus olmasını bildirmişdir.O, narkotik maddələrin satışı ilə məşğul olmamış, bununla bağlı ona verilmiş ittiham üzrə özünü təqsirli bilmir, lakin narkotik maddələrin istifadəçisi olduğu üçün özünü tərsirli bilir və əməlindən peşmandır. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində göstərmişdir ki, o, Salyan RPŞnin əməkdaşıdır.24 dekabr 2022-ci il tarixdə Salyan rayonunun Aşağı-Kürkənd kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, daşıması, üzərində və yaşadığı evdə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması üçün özünün də daxil olduğu əməliyyat qrupu yaradılmış və həmin gün saat 11 radələrində təxirəsalınmaz əməliyyat-axtarış tədbiri keçirilmiş və əməliyyat qrupu tərəfindən Təqsirləndirilən şəxs Aşağı-Kürkənd kəndində yaşadığı evin yaxınlığında saxlanılıb qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, daşıması, üzərində və yaşadığı evdə saxlamaqda şübhəli olduğu bildirilib Salyan RPŞ-nə aparılmışdır.Polis şöbəsində müstəntiq Nahid Abbaslı tərəfindən vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır.Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində bir bükümdə heroinə oxşar kütlə aşkar edilmişdir.Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş kütlənin heroin olduğunu, yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir.Aşkar olunmuş kütlə elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb müstəntiq tərəfindən götürülmüş, daha sonra protokol tərtib olunmuşdur. Bundan sonra müstəntiq Nahid Abbaslı tərəfindən vəkilin (müdafiəçinin) və Təqsirləndirilən şəxs iştirakı ilə, həm də videoçəkilişlə Təqsirləndirilən şəxs yaşadığı Aşağı-Kürkənd kəndində olan evinə baxış keçirilmişdir. Baxış zamanı evin yataq otağında yerləşən şkafın siyirməsindən bir ədəd sellofan torbanın içərisində 2 ədəd bükümlərdə heroinə oxşar kütlələr və bir ədəd elektron tərəzi aşkar edilib götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş kütlələrin heroin olduğunu, yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını, həmçinin elektron tərəzinin də özünə məxsus olduğunu bildirmişdir.Aşkar olunmuş kütlələr elektron tərəzidə çəkilmiş, sonra həmin kütlələr və elektron tərəzi qablaşdırılıb müstəntiq tərəfindən götürülmüş, daha sonra protokol tərtib olunmuşdur.Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq göstərilməmiş, həmçinin üzərində axtarış və evinə baxış zamanı Təqsirləndirilən şəxs hər hansı şikayəti və ya narazılığı olmamışdır. Məhkəmə iclasında şahidlər Şahid1 və Şahid2 Şahid3 ifadəsinə uyğun ifadələr vermişlər. Məhkəmə iclasında şahid Balayeva (Piriyeva) Gülnar Nizami qızı ifadəsində göstərmişbir ki, Təqsirləndirilən şəxs əridir.Əri Rəşad tutulmamışdan iki gün əvvəl o, iki azyaşlı uşağı ilə birlikdə atasının evinə getmişdir.24 dekabr 2022-ci il tarixdə, axşamçağı evə gəlmələri üçün taksi göndərməsi üçün Rəşada zəng etmiş, lakin Rəaşd telefona cavab verməmiş, sonra isə başqa bir şəxs Rəşadın telefonuna cavab verib Rəşadın evdə olmadığını bildirmişdir.Sonra atası taksi sifariş etmiş və o, uşaqları ilə birlikdə yaşadığı evə gəlmiş və evə çatanda evində mülki geyimli polis əməkdaşları olmuş və onu evin içərisinə buraxmamış, sonra DİN-nin “102” xidmətinə zəng etmiş və bundan sonra onu evin içərisinə buraxmışlar.Evin içərisində olan əşyalar, paltarlar hamısı dağınıq formada, döşəməyə səpələnmiş halda olmasını görmüş, sonra atasına zəng edib məlumat vermiş və atası da evinə gəlmişdir.Sonra polis əməkdaşları Rəşadı evə gətirib evin içərisinə baxış keçirmişlər. Baxışın keçirilməsində onun iştirakına icazə verilməmiş və evdən nə aşkar olunmasını bilməmişdir. Bundan sonra polis əməkdaşlarının deməsindən ona məlum olmuşdur ki, evin yataq otağında narkotik maddə aşkar olunmuş və buna görə də əri Rəşad tutulmuşdur.Əvvəllər Rəşad narkotiklə bağlı tutulan vaxt onun narkotiklərdən istifadə etməsini bilmiş və bundan sonra Rəşadın yaşadıqları evdə narkotik maddə saxlamasından isə məlumatı olmamışdır.O, evindən narkotik maddənin aşkar olunmasına inanmır, güman edir ki, həmin narkotik maddləni evinə polis əməkdaşları qoymuşdur.Evində elektorn tərəzi olmuş və həmin tərəzidən şirniyyat bişirilərkən ərzaqların çəkilməsi bilmək üçün istifadə etmişdir.Polis əməkdaşları tərəfindən Rəşad evə gətirilərkən, evə baxış keçirilən vaxt, sonra evdən aparılarkən onun (Rəşadın) hər hansı bir narazılığı və ya etiraz etməsinin şahidi olmamışdır. Məhkəmə iclasında şahid X7 şahid Gülnar Balayevanın ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan, Salyan RPŞ-nin əməkdaşlarının 24 dekabr 2022-ci il tarixli “Raport”ları ilə müəyyən olunur ki, Salyan rayonunun Aşağı Kürkənd kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, daşıması, üzərində və yaşadığı evdə saxlaması barədə məlumat daxil olmuş və bu məlumat əsasında 24 dekabr 2022-ci il tarixdə, saat 11:30 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Salyan rayonunun Aşağı Kürkənd kəndinin ərazisində saxlanılıb polis şöbəsinə gətirilmişdir. İşdə olan, “Şəxsi axtarış keçirilməsi və götürmə aparılması barədə” 24 dekabr 2022ci il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə Salyan RPŞ-nin İB-nin müstəntiqi Nahid Abbaslı tərəfindən müdafiəçi Zaur Məmmədovun iştirakı ilə və videoçəkilişlə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır.Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində bir bükümdə heroinə oxşar kütlə aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş kütlənin heroin olduğunu, yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir.Aşkar olunmuş kütlə müstəntiq tərəfindən elektron tərəzidə çəkilib qablaşdırılıb götürülmüşdür.Şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk protokola əlavə edilmişdir. İşdə olan, “Baxış keçirilməsi və götürmə aparılması barədə” 24 dekabr 2022-ci il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə Salyan RPŞ-nin İB-nin müstəntiqi Nahid Abbaslı tərəfindən müdafiəçi Zaur Məmmədov və şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakı ilə, həm də videoçəkilişlə şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmişdir. Baxış zamanı evin yataq otağında yerləşən şkafın siyirməsindən bir ədəd qara rəngli sellofan torbanın içərisində 2 ədəd bükümlərdə narkotik vasitə olan heroinə oxşar kütlələr və bir ədəd elektron tərəzi aşkar edilib götürülmüşdür. Baxışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə-kimyəvi ekspertizasının 24 dekabr 2022-ci il tarixli rəyi ilə müəyyən edilir ki, tədqiqata təqdim edilmiş, üzərində “... Təqsirləndirilən şəxs üzərindən ...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 3,054 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Tədqiqata təqdim olunmuş, üzərində “... Təqsirləndirilən şəxs yaşadığı ...” sözləri yazılmış və imzalar olan kağız paketdə 1 ədəd qara rəngli polietilen torbanın içərisində 2 ədəd şəffaf polietilen torbada ayrı-ayrılıqda təmiz çəkiləri 103,579 qram, 264,059 qram, ümumi çəkisi 367,638 qram olan maddələr kustar üsulla hazırlanmış, xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli narkotik vasitə-heroindir.Tədqiqata təqdim olunmuş, üzərində: “... Təqsirləndirilən şəxs yaşadığı ...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd göy rəngli elektron tərəzinin üzərində narkotik vasitə heroinin izləri vardır. İz mikrohissəcikləri normal çəki təşkil etmədiyindən (elektron əl tərəzinin ölçmə həddindən xaric-mikroçəki) onun miqdarını və digər maddələrlə eyniliyini müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim olunmuş, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 1 bükülüdə və onun evindən götürülmüş 2 bükülüdə, cəmi 3 bükülüdə ümumi çəkisi 370,692 qram olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Ekspertiza tədqiqatından sonra qalıq heroin 370,542 qramdır. Ekspertiza tədqiqatının dəyəri 49 (qırx doqquz) manat 74 qəpik təşkil edir. İşdə olan, “Maddi sübut kimi tanıma haqqında” 26 dekabr 2022-ci il tarixli qərarla müəyyən edilir ki, ekspertiza tədqiqatından sonra qalıq 370,542 qram narkotik vasitə olan heroin və üzərində heroinin izləri olan bir ədəd elektron tərəzi iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanılması üçün Salyan RPŞ-nin maddi sübutlar otağına təhvil verilmişdir. İşdə olan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının 18 aprel 2019-cu il tarixli arayışı ilə müəyyən edilir ki, xx xxxx 1980-cı il təvəllüdlü Təqsirləndirilən şəxs ümumi xəstəliklə bağlı 3-cü dərəcə əlildir. İşdə olan, ambulator məcburi-narkoloji tibbi yoxlamanın 26 dekabr 2022-ci il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur.Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli, 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın təsdiq edilməsi barədə Qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3-cü bəndinin (məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslər) 3.2-ci maddəsinə əsasən (əlillərə və ya sağlamlıq imkanları məhdud uşaqlara) məcburi müalicə narkomanlıq xəstəliyinə düçar olmuş əlillərə tətbiq oluna bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 3-cü dərəcəli əlil olduğu üçün barəsində narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. İşdə olan, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 16 yanvar 2023-cü il tarixli qərarla müəyyən edilir ki, PX-nin 3 saylı İstintaq Təcridxanasına daxil olarkən Təqsirləndirilən şəxs tibbi müayinəsi zamanı bədəni üzərində-sağ göz qapağı və sağ gözətrafı nahiyədə tünd bənövşəyi rəngli qançır izləri və sol kürək nahiyədə yumşaq toxumaların əziyi xəsarətin aşkar olunması ilə bağlı daxil olmuş məlumat üzrə Salyan rayon prokurorluğunda araşdırma aparılmışdır.Araşdırma zamanı Təqsirləndirilən şəxs izahatında bildirmişdir ki, o, 24 dekabr 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən tutulmuş, həmin vaxt üzərindən narkotik maddə aşkar olunmuş, sonra yaşadığı evə baxış zamanı evindən də narkotik maddə aşkar olunmuşdur. Polis əməkdaşları tərəfindən tutularkən polis əməkdaşları onu döyməmiş və ona fiziki və ya psixi zorakılıq hallar tətbiq edilməmişdir.İstintaq təcridxanasına daxil olarkən o, uzun-uzadı açıqlama verməməsi üçün yalandan, səhvən bədəni üzərində olan xəsarətləri həbs olunan zaman aldığını demişdir. Əslində isə bədəni üzərində aşkar olunmuş qançır və xəsarət izləri həbs olunmamışdan bir neçə gün əvvəl yaşadığı evdə fərdi qaydada boks və güləş idmanı ilə məşğul olarkən almışdır.Qeyd olunanlara əsasən araşdırma zamanı toplanmış material üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan, “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilmsi haqqında” 04 fevral 2023-cü il tarixli qərarla müəyyən edilir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik maddənin mənbəyi ilə bağlı digər şəxslərin barəsində CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin iş üzrə şahidlər Şahid3, Şahid1 və Şahid2 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Eyni zamanda şahid Gülnar Balayeva (Piriyeva) və Nizami Piriyevin məhkəmədə verdikləri ifadələrində göstərdikləri xüsusatları, yəni Təqsirləndirilən şəxs yaşadığı evdə əvvəlcədən bir qrup polis əməkdaşının olması və sonradan Təqsirləndirilən şəxs evə gətirilib evə baxışın keçirilməsi, Gülnar Balayevanın yaşadığı evə daxil olarkən evin içərisində olan əşyaların və paltarların dağınıq formada olmaqla döşəməyə səpəlmiş halda olmasını görməsi, evindən narkotik maddənin aşkar olunmasına inanmaması və həmin narkotik maddənin evinə polis əməkdaşlarının qoymasını güman etməsinə dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid3, Şahid1 və Şahid2 ifadələri, şəxsi axtarış və baxışla bağlı protokollarla və digər iş materialları, eləcə də Təqsirləndirilən şəxs ilkin izahatı və ifadələri ilə tam təkzib olunduğundan məhkəmə Gülnar Balayeva (Piriyeva) və Nizami Piriyevin ifadələrində yuxarıda göstərilən xüsusatları sübut kimi qəbul etmir və onların bu ifadələri törədilmiş cinayət hadisəsini öz mülahizələri baxımından yanlış təqdim edilməsi kimi qiymətləndirir. Habelə məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (tutularkən üzərində narkotik vasitənin olmaması, üzərindən və yaşadığı evdən aşkar olunmuş heroinin və elektron tərəzinin ona məxsus olmaması, üzərinə və yaşadığı evə heroinin və elektron tərəzinin polis əməkdaşları tərəfindən qoyulması, tutulduqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlərin olmasına aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid3, Şahid1 və Şahid2 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə aparılmış şəxsi axtarışa dair protokolla (həmin vaxt o, üzərində aşkar olunmuş heroinin özünə məxsus olmasını, özünün şəxsi istifadəsi üçün üzərində saxlamasını bildirmişdir) təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni tutularkən üzərində narkotik vasitənin olmaması, üzərindən və yaşadığı evdən aşkar olunmuş heroinin və elektron tərəzinin ona məxsus olmaması, üzərinə və yaşadığı evə heroini və elektron tərəzinin polis əməkdaşı tərəfindən qoyulması, tutulduqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlərin olmasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid3, Şahid1 və Şahid2 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 16 yanvar 2023-cü il tarixli qərar, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə aparılmış şəxsi axtarış və baxışla bağlı protokollar, şəxsi axtarış və baxışla bağlı aparılmış videoçəkilişlər (həmin vaxt o, üzərində və yaşadığı evdə aşkar olunmuş heroinin və elektron tərəzinin özünə məxsus olmasını bildirmişdir), eləcə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin izahatı və ifadələri ilə (həmin izahat və ifadələrində o, üzərində və yaşadığı evdə aşkar olunmuş heroinin və elektron tərəzinin özünə məxsus olmasını, əldə etdiyi heroini şəxsi istifadəsi üçün, həm də satmaq fikri ilə üzərində və yaşadığı evdə saxlamasını bildirmişdir) tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Həmçinin müdafiə tərəfin fikrincə ibtidai istintaq zamanı narkotik maddənin Təqsirləndirilən şəxs məxsus olmasına dair verdiyi və sonradan ittihamın əsasını təşkil edən, həmin narkotik maddənin ona məxsus olmasına dair ifadəsini o, hədə-qorxu nəticəsində, yəni polis əməkdaşlarının ona qarşı təzyiqləri nəticəsində vermişdir. Məhkəmə hesab edir ki, müdafiə tərəfinin bu fikirləri əsassızdır. Belə ki, cinayət prosessual qanunvericiliyinə əsasən təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət təqibini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər.Lakin işdə olan sənədlərlə müəyyən edilir ki, Təqsirləndirilən şəxs tutulduqdan sonra hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə təmin olunmuş və ibtidai istintaq dövründə nə təqsirləndirilən şəxs, nə də onun müdafiəçisi yuxarıda göstərilən hallarla və ya digər hər hansı bir hallarla bağlı şikayətlə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmişlər. Əksinə təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair istintaq orqanının vəsatətinə Salyan Rayon Məhkəməsində (məhkəmə nəzarətini həyata keçirən məhkəmə) baxılarkən Təqsirləndirilən şəxs üzərində və yaşadığı evdə aşkar olunmuş heroinin özünə məxsus olmasını, yerdən tapdığını bildirmişdir. Qeyd olunanlara əsasən məhkəmə müdafiə tərəfinin ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs özünə qarşı verdiyi ifadənin məhz hədə-qorxu nəticəsində əldə edilməsinə dair dəlili əsassız hesab edir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayətini törətməsi ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı “Heroin” olan maddə narkotik vasitədir.Heroinin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs götürülmüş 370,692 qram narkotik vasitə olan heroin şəxsi istehlak miqdarından dəfələrlə artıq olmaqla külli miqdar təşkil edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs külli miqdarda heroin əldə etməsi və həmin heroini ayrı-ayrı hissələrə ayırıb üç ədəd bükümlərə qablaşdırması və onlardan az miqdarda olan bir ədəd bükümü (3,054 qram hissəsini) üzərində saxlamaqla yaşadığı ərazidə daşıması, üzərində heroinin izləri olan bir ədəd elektron tərəzinin narkotik maddə ilə bir yerdəyaşadığı evdə şkafın siyrməsində saxalaması halları onun həmin maddəni məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama və daşıma kimi qiymətləndirilməsi üçün əsaslardan biridir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda heroini əldə etmiş, saxlamış və daşımışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. İşdə olan, Salyan Rayon Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 24 dekabr 2022-ci il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə, məhkəmə hökmü və qərarın sürətləri, Salyan Rayon İcra və Probasiya Şöbəsinin 26 dekabr 2022-ci il tarixli arayışı ilə müəyyən edilir ki, Salyan Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 05 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli “Amnistiya haqqında” Qərarının 5-ci bəndinə əsasən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 il azaldılmış və cəza müddəti 23 dekabr 2022-ci ildə bitdiyi üçün icra şöbəsində qeydiyyatından çıxarılmışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən (azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluğu olmayan hesab edilir) 18 may 2021-ci il tarixli hökm üzrə Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Ona görə də hazırda o, məhkumluğu olan şəxsdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən cinayət törətmişdir. Azərbaycan Respublikası CM-nin 18.4 və 18.4.4-cü maddələrinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edlimiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırda Təqsirləndirilən şəxs məhkumluğu olan şəxs olsa da, onun əməlində cinayətlərin residivi yoxdur. İşdə olan, Salyan rayon İHB-nın Arbatan kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 30 dekabr 2022-ci il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Salyan rayonunun Aşağı-Kürkənd kəndində qeydiyyatda olmaqla yaşamış və yaşadığı müddətdə müsbət (yaşadığı ərazidə özünü intizamlı aparmaqla kənd əhalisi arasında hörmət qazanmışdır) xarakterizə olunur. İşdə olan, Salyan rayon İHB-nın Arbatan kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 30 dekabr 2022-ci il tarixli arayışıla müəyyən edilir ki, Təqsirləndirilən şəxs himayəsində 24 aprel 2012-ci il təvəllüdlü X5 və 27 sentyabr 2014-cü il təvəllüdlü X8 vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağın olması CM-nin 59.1.4-cü maddəsinə və Təqsirləndirilən şəxs ümumi xəstəliyi ilə bağlı 3-cü dərəcəli əlil olması həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallardır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar (CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirin halları, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 24 dekabr 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə xəstəxanada narkoloji kabinetdə profilaktik qeydiyyatda alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Salyan RPŞ-nin maddi sübutlar otağında saxlanılan 370,542 qram heroin və üzərində heroinin izləri olan bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X3 X4 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza tədqiqatı xərci-49 (qırx doqquz) manat 74 qəpik Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 24 dekabr 2022-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə xəstəxanada narkoloji kabinetdə profilaktik qeydiyyatda alınsın. İş üzrə maddi sübutlar olan və Salyan Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 370,542 qram narkotik vasitə olan heroin və üzərində narkotik vasitə heroinin izləri olan 1 (bir) ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatı xərci-49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-275/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-275/2023
09.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver