Məhkəmə qərarları › İş №1(099)-275/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-275/2024

07.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-275/2024 07.06.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər-Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakı ilə xx xxxx 1986-cı ildə Bərdə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmuş və məhkumluğu olan, Bərdə şəhəri, Babək küçəsi ev 25-də qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxxxx 1982-ci ildə Tərtər şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Tərtər şəhəri, M.Əsədov küçəsi ev 16-da qeydiyyatda olmaqla Tərtər şəhəri, M.Əsədov küçəsi ev 7, mənzil 15-də yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında (videokonfrans əlaqə sistemindən istifadə edilməklə) açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 öz aralarında və digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik və psixotrop maddələrin əldə olunması, saxlanması, daşınmasına və realizə olunmasına razılaşaraq, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun üzvü tərəfindən məlum olmayan vaxtda və şəraitdə bir ədəd sellofan torbada qablaşdırılmış külli miqdarda- 43,004 qram narkotik vasitə olan heroinin və külli miqdarda-14,216 qram psixotrop maddə olan metamfetaminin Sumqayıt şəhərində yerləşən “Göyərçin abidəsi” adlanan ərazidə gizlədilməsi barədə məlumat verilməsindən sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birlikdə, sonuncunun idarə etdiyi VAZ-2106 markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobillə 28 avqust 2023-cü il tarixdə, saat 20 radələrində həmin əraziyə gedib qeyd olunan yerdən bir ədəd sellofan torbanın içərisində 3 ədəd bükümdə ayrı-ayrılıqda 1,446 qram, 2,855 qram və 38,703 qram olmaqla cəmi külli miqdarda-43,004 qram heroini, 3 ədəd bükümdə ayrı-ayrılıqda 1,430 qram, 2,258 qram və 10,528 qram olmaqla cəmi külli miqdarda-14,216 qram metamfetamini götürüb satış məqsədi ilə qanunsuz olaraq birgə əldə edib, saxlayıb avtomobillə daşıyarkən, daxil olmuş əməliyyat məlumatına əsasən Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 29 avqust 2023-cü il tarixdə, saat 11 radələrində keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Hacıqabul rayonun Pirsaat qəsəbəsi ərazidə saxlanılıb VAZ-2106 markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı avtomobilin ön sərnişin oturacağının altından onlara məxsus bir ədəd sellofan torbanın içərisində 3 ədəd bükümdə ayrı-ayrılıqda 1,446 qram, 2,855 qram və 38,703 qram olmaqla cəmi külli miqdarda-43,004 qram narkotik vasitə olan heroini, 3 ədəd bükümdə ayrı-ayrılıqda 1,430 qram, 2,258 qram və 10,528 qram olmaqla cəmi külli miqdarda-14,216 qram psixotrop maddə olan metamfetamin aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib, lakin özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilib ifadəsində göstərmişdir ki, o, subaydır, özünə məxsus VAZ-2106 markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olmuşudr. Bir neçə ildir ki, narkotik vasitələrdən istifadə etməyə başlamış, əsasən də heroin və metamfetamindən istifadə etmişdir. Digər Təqsirləndirilən şəxs1 tanıyır, Rəşad da narkotik istifadəçisidir. 28 avqust 2023-cü il tarixdə Rəşad ona zəng etmiş və Rəşadın təklifi ilə o, maşını ilə Rəşadla birlikdə Sumqayıt şəhərinə getmişlər. Həmin vaxt o, taksi sürücüsü kimi Rəşadı Sumqayıt şəhərinə aparmışdır. O, heç bir iranlını tanımamış və narkotik maddə sifariş verməmişdir. Yolda olarkən Rəşad onun mobil telefonunda istifadə edib kiminləsə danışmışdır. Sumqayıt şəhərinin girişində, “Göyərçin abidəsi” adlanan yerdə maşını saxlamış, Rəşad maşından düşüb harasa getmiş, sonra qayıdıb gəlib maşina oturmuş və onlar birlikdə geri qayıtmışlar. 29 avqust 2023-cü il tarixdə, axşam saatlarında idarə etdiyi maşınla geri qayıdarkən Hacıqabul rayonunun ərazisində (Pirsaat qəsəbəsinin ərazisində) maşın xarab olduğu üçün dayanmışlar. Orada olduqları vaxt bir neçə polis əməkdaşı onların yanına gəlib onu və Rəşadı tutub Hacıqabul RPŞ-nə aparılmışlar. Polis şöbəsində üzərində axtarış olmuş, üzərində qadağan olunmuş əşyalar, o cümlədən narkotik maddə aşkar edilməmişdir. Sonra maşınına onun, Rəşadın və vəkillərin iştirakı ilə, həm də videoçəkilişlə baxış keçirilmiş və baxış zamanı maşının içərisindən heroin və metamfetamin aşkar olunmuşdur. Aşkar olunan heroin və metamfetamin özünə məxsus deyil, həmin maddələr Rəşada aiddir. Sonra polis şöbəsində ona qarşı təzyiqlər olduğu üçın o, aşkar olunan maddələrdən məlumatı olduğunu bildirsə də, maddələrin Rəşada aid oldunu demişdir. Təqsirləndirilən şəxs2 əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün (CPM-nin 327.1.3-cü maddəsinə əsasən) məhkəmdə onun ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 təxminən bir ildir ki, tanıyır və münasibətləri normal olmuşdur. Mütəmadi olaraq biri-biri ilə zəngləşib danışır və görüşürlər. 28 avqust 2023-cü il tarixdə, saat 15 radələrində tanışı Rəşad ona zəng edib Bakı şəhərinə narkotik vasitə götürmək üçün getmək istədiyini bildirmiş, onunla birlikdə gedəcəyi halda ona istifadə etmək üçün narkotik və psixotrop maddə verəcəyini, həm də avtomobilinə benzin vuracağını demiş, o da razılaşmışdır. 28 avqust 2023-cü il tarixdə, saat 16 radələrində özünə məxsus VAZ-2106 markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilə Rəşadı götürüb birlikdə Bakı şəhərinə getmişlər. Yolda olarkən Rəşad telefonu ilə “Araz” adlı İran vətəndaşı ilə ilə danışıb 45-50 qram heroin və metemfetamin almaq istədiyini demişdir. Qazax-Bakı avtomobil yolunda dəqiq adını və yerini xatırlamadığı ərazidə Rəşad avtomobili mağazanın yanında saxlatmış və avtomobildən düşüb mağazaya girib “Araz” adlı iranlıya 1100 manat pul göndərmiş, sonra pulun göndərilməsinə dair qəbzin şəkilini vatsapla iranlıya göndərmişdir. Bakı şəhərinə çatanda avtomobili xarab olmuş, sonra usta tapıb avtomobili təmir etdirib yola davam etmişər və 28 avqust 2023-cü il tarixdə, saat 20 radələrində Sumqayıt şəhərində “Göyərçin abidəsi” adlanan əraziya çatanda Rəşad avtomobili saxlamağını bildirmiş, o da həmin yerdə avtomobili saxlamışdır. Rəşad avtomobildən düşüb telefonla “Araz”la danışa-danışa getmiş, təxminən 10-15 dəqiqə sonra geri qayıdıb gəlib narkotik və psixotrop maddələri götürdüyünü bildirib 01 ədəd sellofan torbanı ona göstərmiş, sonra Rəşad həmin torbanı özü əyləşdiyi oturacağının altına qoymuşdur. Axşam olduğu üçün avtomobildə yatıb dincəlmişlər. 29 avqust 2023-cü il tarixdə, saat 06 radələrində Bərdə şəhərinə geri qayıtmaq üçün yola çıxmışlar və saat 08 radələrində Hacıqabul rayonunun Pirsaat qəsəbəsi ərazisində avtomobil xarab olmuş və orada dayanmışlar. Təxminən saat 11 radələrində Hacıqabul RPŞ-nin əməkdaşları onlara yaxınlaşıb üzərilərində narkotik maddələr saxlamaqda şübhəli olduqları bildirilib onları Hacıqabul RPŞ-nə aparmışlar. Polis şöbəsində müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmış və üzərində siqaret, 100 manat və 1 manat pul, 02 ədəd mobil telefonlar və avtomobilin açarı aşkar olunmuşdur. Şifahi sorğu-sual zamanı o, tanışı Təqsirləndirilən şəxs1 İran vətəndaşı “Araz” adlı şəxslə danışıb razılaşaraq narkotik vasitə göndərdiyini, bu barədə Rəşadın ona bildirdiyini, sonra birlikdə narkotik vasitələri götürməyə getdiklərini, narkotik vasitəni götürdükdən sonra Hacıqabul rayonun Pirsaat qəsəbəsi ərazisində polis əməkdaşlarının onları saxladıqlarını, Təqsirləndirilən şəxs1 narkotik vasitə və psixotrop maddə götürüb onun avtmobilində öz sərnişin oturacağının altında saxlamasından məlumatının olduğunu, narkotik vasitələri götürməyin müqabilində isə ona istifadə etmək üçün 2-3 qram narkotik vasitə verəcəyini vəd etdiyini bildirmişdir. Sonra polis əməkdaşları onun, Rəşadın və müdafiəçilərin istirakı ilə avtomobilinə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin ön sərnişin oturacağının altından 01 ədəd sellofan torbada olan 03 ədəd bükümdə heroin və 03 ədəd bükümdə metamfetamin aşkar olunub götürülmüşdür. Həmçinin Təqsirləndirilən şəxs2 əlavə ifadəsində göstərmişdir ki, istifadəsində “Samsung A 10” markalı mobil telefon və həmin mobil telefonun üzərində 050/352-52-98 və 050/667-25-52 saylı mobil telefon nömrələri olmuşdur. Mobil telefonunda və telefon danışıqlarına dair məlumatlarda olan səsli mesajlar və SMS mətnlərini kimlərin ona və özünün də kimlərə göndərməsini xatırlamır. Narkotik istifadəçisi olduğundan bəzən tanıdığı narkotik istifadəçiləri ilə birlikdə 5-10 manata tanımadığı şəxslərdən narkotik alıb alıb istifadə etmişlər. O, narkotik vasitənin satışı ilə məşğul olmamışdır. +**********66 saylı telefon nömrəsi İran vətəndaşına məxsus telefon nömrəsidir və həmin şəxsin adını dəqiq bilmir, həmin şəxslə internet vasitəsilə tanış olmuşdur. İstifadəsi üçün narkotik vasitəni Sumqayıt şəhərindən götürmək barədə həmin şəxslə telefon danışığı olmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarışla və baxışla bağlı videoçəkilişlər tədqiq edildikdən sonra Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələrini qismən təsdiq edib əlavə ifadəsində göstərmişdir ki, o, Rəşadın təklifi ilə narkotik maddələr götürmək üçün taksi sürücüsü kimi Rəşadı Sumqayıta aparmışdır. Narkotik vasitələri o, yox, Rəşad sifariş vermiş və yolda olarkən narkotikin pulunu Rəşad tanışı iranlıya göndərmişdir. Həmin narkotik maddələri götürmək üçün Rəşadla birlikdə getdiyinə görə Rəşad ona az miqdarda narkotik maddə və maşınına yanacaq almağa razılaşdıqdan sonra onunla birlikdə Sumqayıta getmişdir. Hesab edir ki, iranlı “Araz” adlı şəxs narkotik maddələri kiminsə (kuryerin) vasitəsilə “Göyərçin abidəsi” adlanan yerə qoydurmuş, onlar həmin yerə getmiş və Rəşad narkotik maddəni oradan götürmüşdür. Maşınında aşkar olunmuş heroin və matemfetamin ona yox, Rəşada məxsusdur. Tutulandan sonra polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olduğu üçün o, maşınında aşkar olunmuş heroin və metamfetaminin ona məxsus olmasını bildirmişdir. Əslində isə həmin maddələr Rəşada aiddir. Ona görə də o, verilmiş ittiham üzrə özünü qismən təqsirli bilir və əməlindən peşmandır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib, lakin özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilib ifadəsində göstərmişdir ki, o, subaydır, rəsmi olaraq heç bir yerdə işləməmişdir, təxminən iki il olar ki, narkotik maddələrlər istifadə etməyə başlamış, əsasən də “kakos”dan (heroindən) istifadə etmişdir. Digər Təqsirləndirilən şəxs2 tanışıdır, Fərhad Bərdə şəhərində yaşayır və narkotiklərdən istifadə edəndir. Əvvəllər istifadəsi üçün Fərhaddan narkotik maddə almışdır. Sumqayıta getməzdən əvvəl o, mobil telefonla Fərhadla danışmış, Bərdə şəhərinə gedib Fərhadla görüşüb onunla birlikdə Fərhadın idarə etdiyi maşınla narkotik maddə götürməki üçün 28 avqust 2023-cü il tarixdə Sumqayıt şəhərinə getmişlər. Həmin vaxt Fərhad narkotik maddə götürmək üçün, özü isə paltar almaq məqsədilə getmişdir. Yolda olarkən Fərhad iranlı “Araz” adlı ilə danışıb heroin və metamfetaminin qoyulduğu yeri öyrənmiş, özü də tanımadığı, lakin telefonla tanış olduğu “Araz” adlı iranlı ilə narkotiklə bağlı danışmışdır. Həmin iranlını əvvəl özü tanımış, sonra Fərhad da iranılı ilə tanış olmuşdur. İranlının dediyi yerdə, yəni Sumqayıt şəhərinə girişdə, “Göyərçin abidəsi” adlanan yerdə nə qədər narkotik qoyulmasından məlumatı olmamışdır. Həmin gün axşam saatlarında Sumqayıt şəhərinin girişində olan, “Göyərçin abidəsi” adlanan yerdən narkotik maddəni (narkotik və psixotrop maddələri) Fərhad götürmüşdür. Gecəni qaldıqdan sonra 29 avqust 2023-cü il tarixdə, səhər saatlarında Fərhadın idarə etdiyi maşınla geri qayıdarkən Hacıqabul rayonunun ərazisində (Pirsaat qəsəbəsinin ərazisində) maşın xarab olduğu üçün dayanmışlar. Bir az sonra bir neçə polis əməkdaşı onların yanına gəlib onu və Fərhadı tutub Hacıqabul RPŞnə aparılmışlar. Polis şöbəsində üzərində axtarış olmuş, üzərində qadağan olunmuş əşyalar, o cümlədən narkotik maddə aşkar edilməmişdir. Sonra Fərhadın maşınına onun, Fərhadın və vəkillərin iştirakı ilə, həm də videoçəkilişlə baxış keçirilmiş və baxış zamanı maşının içərisindən heroin və metamfetamin aşkar olunmuşdur. Aşkar olunan heroin və metamfetamin özünə məxsus deyil, həmin maddələr Fərhada aiddir. Sonra polis şöbəsində ona qarşı təzyiqlər olmuşdur ki, aşkar olunan maddələrin özünə məxsus olmasını bildirsin, o isə həmin maddələrin özünə məxsus olmadığını demişdir. Onun Fərhadla narkotik satmaq barədə razılaşmaları olmamış, lakin bir dəfə Fərhad ondan narkotik maddə almaq təklifini etmişdir. Fərhadın iranlı ilə nə danışdığını bilmiş, həm də Fərhad narkotik maddəni götürdükdən sonra o, Fərhaddan istifadəsi üçün təxminən 2 qram narkotik almalıymış. İranlı “Araz”la Fərhad və özü danışmış, sonra iranlı narkotikin qoyulduğu yeri demiş, onlar həmin yerə getmiş və Fərhad həmin yerdən narkotik maddəni götürmüşdür. İranlı narkotik maddələri pul müqabilində vermiş və narkotikin pulunu iranlıya Fərhad vermişdir. Sumqayıt şəhərinə gedərkən yolda Kürdəmir rayonu ərazisində olarkən Fərhad kart vasitəsi ilə iranlıya pul göndərmişdir. Ona görə də o, verilmiş ittiham üzrə özünü təqsirli bilmir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs2 uzun müddətdir ki, tanıyır və münasibətləri normal olmuşdur. Təqsirləndirilən şəxs2 da narkotik istifadəçisidir. 28 avqust 2023-cü il tarixdə, saat 15 radələrində Fərhad ona zəng edib narkotik maddə əldə etmək üçün Bakı şəhərinə gedəcəyini bildirmiş, sonra birlikdə Bakı şəhərinə getmələrinə razılaşsalar da o, narkotik maddənin götürülməsində iştirak etməyəcəyini bildirmişdir. O, Fərhadla birlikdə Bakı şəhərinə getməkdə məqsədi özünə ayaqqabı və paltar almaq olmuşdur. Həmin gün saat 16 radələrində o, Bərdə şəhərində Fərhadla görüşüb Fərhadın idarə etdiyi avtomobillə Bakı şəhəri istiqamətində yola çıxmışlar. Yolda olduqları vaxt Fərhad onun telefonu ilə narkotik vasitələr alacağı “Araz” adlı İran vətəndaşı ilə vatsapla danışmışdır. Fərhad avtomobil idarə etdiyi üçün özü də vatsapla səslə “Araz” adlı şəxslə danışmışdır. Fərhad “Araz” adlı şəxsdən 45-50 qram narkotik və psixotrop maddələr istəmiş və buna görə də Fərhad yolda xatırlamadığı yerdə avtomobili saxladıb mağazaya girib həmin şəxsə pul göndərmiş, avtomobilə gəlib əyləşəndən sonra 1100 manat pulun göndərilməsi barədə olan qəbzin şəkilini onun telefonu ilə vatsapla “Araz” adlı şəxsə göndərmişdir. Bakı şəhərinə çatandan sonra avtomobil nasaz olduğu üçün bir qədər avtomobilin təmiri ilə məşğul olmuşlar, sonra Sumqayıt şəhərinə getmişlər. 28 avqust 2023-cü il tarixdə, saat 20 radələrində Sumqayıt şəhərində “Göyərçin abidəsi” adlanan ərazidə Fərhad avtomobili saxlamış və onun telefonundan istifadə edib “Araz” adlı şəxslə danışa-danışa avtomobildən düşüb uzaqlaşmışdır. Təxminən 10-15 dəqiqədən sonra Fərhad geri qayıtmış və narkotik və psixotrop maddələri götürdüyünü ona bildirmiş, sonra Fərhad cibindən bir ədəd sellofan torbada olan narkotik və psixotrop maddələri avtomobildə onun oturduğu oturacağının altına qoymuşdur. Bundan sonra onlar bir qədər avtomobildə yatıb dincəlmişlər. 29 avqust 2023-cü il tarixdə, saat 06 radələrində onlar geri qayıtmaq yola çıxmışdırlar. 29 avqust 2023-cü il tarixdə, saat 08 radələrində Hacıqabul rayonun Pirsaat qəsəbəsi ərazisində avtomobil xarab olmuş və avtomobili saxlayıb yolun kənarında dayanmışlar. Fərhad nə qədər çalışsa da, avtomobili düzəldə bilməmişdir. 29 avqust 2023-cü il tarixdə, saat 11 radələrində yolun kənarında dayanan zaman Hacıqabul RPŞ-nin əməkdaşları onlara yaxınlaşıb üzərilərində və avtomobildə narkotik vasitələr saxlamaqda şübhəli olmaları bildirilib onları polis şöbəsinə aparmışlar. Polis şöbəsində müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmış və üzərində qadağan olunmuş hər hansı əşyalar aşkar edilməmiş, üzərində yalnız bir ədəd “Samsung” markalı mobil telefon aşkar edilmiş, sonra həmin telefonda “Araz” adlı şəxslə vatsapla danışıqların olması məlum olmuşdur. Şifahi sorğu-sual zamanı o, İran vətəndaşı olan şəxslə danışıb narkotik maddə almağa razılaşdıqdan sonra tanışı Fərhadla birlikdə narkotik vasitələri götürməyə getdiklərini, narkotik vasitəni götürdükdən sonra Fərhadın götürdüyü narkotik vasitələri avtmobilində onun oturduğu oturacağının altında qoymasını, sonra geri qayıdarkən yolda avtomobilin xarab olmasını və Hacıqabul rayonun Pirsaat qəsəbəsi ərazisində dayandıqları, daha sonra orada polis əməkdaşlarının onları saxlayıb polis şbəsinə gətirildiklərini bildirmişdir. Bundan sonra polis əməkdaşları onun, Fərhadın və müdafiəçilərin istirakı ilə Fərhadın avtomobilinə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin ön sərnişin oturacağının altından 01 ədəd sellofan torbada 03 ədəd bükümdə heroin və 03 ədəd bükümdə metamfetamin aşkar olunub götürülmüşdür. Aşkar olunmuş həmin maddələr ona məxsus deyil, bu maddələr Fərhada məxsusdur. Həmçinin Təqsirləndirilən şəxs1 əlavə ifadəsində göstərmişdir ki, istifadəsində “Samsung” markalı mobil telefon və həmin mobil telefonun üzərində 050/727-15-74 saylı mobil telefon nömrəsi olmuşdur. 50/667-25-52 saylı telefon nömrəsi Təqsirləndirilən şəxs2 məxsusdur. Onun Fərhadla və başqa şəxslərlə telefonla çoxsaylı danışıqları olmuşdur. O narkotik vasitədən istifadə etdiyi üçün, həm də Fərhad narkotik vasitələrin satışı ilə məşğul olduğu üçün ona narkotik vasitə təklif etmişdir. Əvvəllər o, Fərhaddan dəfələrlə narkotik və psixotrop maddələr alıb istifadə etmişdir. Özünə məxsus mobil telefonunun vatsapında olan +**********66 saylı telefon nömrəsi ilə “Araz” adlı şəxslə Fərhad danışıb həmin şəxsdən narkotik maddə əldə etmişdir. O, “Araz” adlı şəxslə tanış olsa da, sonradan vasitəlik edib onu Fərhadla tanış etmiş və bütün danışıqları Fərhad aparmış və ondan narkotik maddə almışdır. O, “Araz” adlı şəxslə əvvəllər danışmış və ondan istifadəsi üçün narkotik maddə almışdır. O, narkotik maddələrin satışı ilə məşğul olmamış və bu məqsədlə narkotik maddə əldə etməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarışla və baxışla bağlı videoçəkilişlər tədqiq edildikdən sonra Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadələrini qismən təsdiq edib əlavə ifadəsində göstərmişdir ki, o, Fərhadın təklifi ilə narkotik maddələr götürmək üçün onunla birlikdə Sumqayıt şəhərinə getmiş, orada narkotik maddini özü yox, Fərhad götürmüşdür. “Araz” adlı iranlıya narkotik maddəni özü yox, Fərhad sifariş vermiş, həmin şəxslə Fərhad danışmış, özü də bu şəxslə danışmışdır. Narkotikin pulunu özü yox, Fərhad vermişdir. Həmçinin iranlı “Araz” adlı şəxs narkotik maddələri “Göyərçin abidəsi” adlanan yerə qoydurmuş, onlar həmin yerə getmiş və Fərhad narkotik maddələri oradan götürmüşdür. Fərhadın maşınında aşkar olunmuş heroin və matemfetamin ona yox, Fərhada məxsusdur. Tutulandan sonra polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olduğu üçün o, Fərhadla birlikdə maşında aşkar olunmuş heroin və metamfetaminini götürmək üçün getdiyini bildirmişdir. Əslində isə o, narkotik maddələri götürmək üçün yox, özünə paltar almaq məqsədlə getmişdir. Ona görə də o, verilmiş ittiham üzrə özünü qismən təqsirli bilir və əməlindən peşmandır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olmaları məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, telefon danışıqlarına dair məlumatlar və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, o, Hacıqabul RPŞ-nin əməkdaşıdır. 29 avqust 2023-cü il tarixdə ona, Bərdə rayon sakini Təqsirləndirilən şəxs2 üzərində və idarə etdiyi avtomobildə (VAZ-21060 markalı 09 BV119 dövlət qeydiyyat nişanlı avtomobildə), həmçinin bu avtomobildə sərnişin olan Tərtər rayon sakini Təqsirləndirilən şəxs1 üzərində qanunsuz olaraq narkotik vasitələri saxlaması barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumat əsasında özünün də daxil olduğu əməliyyat qrupu yaradılmış və həmin gün əməliyyat-axtarış tədbiri keçirilmişdir. 29 avqust 2023-cü il tarixdə, saat 11 radələrində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Hacıqabul rayonun Pirsaat qəsəbəsində saxlanılıb və onlara X1 dövriyyəsində şübhəli olduqlarını bildirib Hacıqabul RPŞ-nə aparılmışlar. Həmçinin onlara məxsus avtomobildə (VAZ-21060 markalı 09 BV119 dövlət qeydiyyat nişanlı avtomobilə) polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində təhqiqatçı tərəfindən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmış və şəxsi axtarış zamanı onun üzərindən narkotik və psixotrop maddələr, qadağan olunmuş əşya və predmet aşkar olunmamışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 tanışı Fərhadla birlikdə Sumqayıt şəhərinə gedib narkotik maddəni götürdüklərini, həmin narkotik madənin harda olmasından xəbəri olmadığını bildirmişdir. Sonra təhqiqatçı tərəfindən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmış və şəxsi axtarış zamanı onun üzərindən narkotik və psixotrop maddələr, qadağan olunmuş əşya və predmet aşkar olunmamışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 tanışı Rəşadla birlikdə Sumqayıt şəhərinə gedib narkotik maddə götürdüklərini, həmin narkotik maddəni Rəşadın götürdüyünü və avtomobilə oturan zaman əyləşdiyi oturacağın altına qoyduğunu, Rəşadla birlikdə getdiyi üçün Rəşadın ona narkotik maddə verməli olduğunu və Rəşadın İran vətəndaşı ilə danışıb narkotik maddəni aldığını bildirmişdir. Bundan başqa Fərhadın, Rəşadın və müdafiəçilərin istirakı ilə Fərhadın avtomobilinə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin ön sərnişin oturacağının altından 01 ədəd sellofan torbada 03 ədəd bükümdə heroinə və 03 ədəd bükümdə metamfetaminə oxşar kütlələr aşkar olunub götürülmüşdür. Həmin vaxt şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 avtomobildən aşkar olunmuş kütlədən xəbərlərinin olmamasını və onlara aid olmadığını bildirmişdirlər. Bundan sonra təhqiqatçı tərəfindən avtomobildə aşkar olunmuş kütlələr qablaşdırılıb götürülmüş, sonra sənədləşmə aparılmışdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 saxlanılarkən və bundan sonra polis əməkdaşları, o cümlədən özü və digər polis əməkdaşları tərəfindən onlara qarşı heç bir təzyiq göstərilməmiş, həmçinin üzərilərində axtarış və avtomobilə baxış zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər hansı şikayəti və ya narazılığı olmamışdır. Məhkəmə iclasında şahidlər Şahid2 və Şahid3 Şahid1 ifadəsinə uyğun ifadələr vermişlər. İşdə olan, Hacıqabul RPŞ-nin əməkdaşının 29 avqust 2023-cü il tarixli “Raport”ları ilə müəyyən edilir ki, həmin tarixdə Bərdə rayon sakini Təqsirləndirilən şəxs2 idarə etdiyi VAZ-2106 markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobildə narkotik maddə saxlaması və həmin avtomobildə sərnişin olan Tərtər rayon sakini Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumat üzrə 28 avqust 2023-cü il tarixdə, saat 11 radələrində Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbiri keçirilmiş və Hacıqabul rayonunun Pirsaat qəsəbəsi ərazisində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 saxlanılıb Hacıqabul RPŞ-nə gətirilmişlər. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 31 avqust 2023-cü il tarixli, 252 və 253 №-li rəyləri ilə müəyyən olunur ki, tibbi müayinə zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. İşdə olan, “Şəxsi axtarış və götürmə barədə” 29 avqust 2023-cü il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə Hacıqabul RPŞ-nin TB-nin təhqiqatçısı Tural Namazov tərəfindən müdafiəçi Füzuli Eyvazovun iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərində qadağan olunmuş əşyalar və narkotik maddələr aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 idarə etdiyi VAZ-2106 markalı, **-BV- *** dövlət qeydiyyat nişanlı avtomobildə narkotik maddə olduğunu və Fərhadın həmin narkotik maddəni İran vətəndaşından “onlayn” qaydada aldığını, Sumqayıt şəhərinə gedib narkotiki götürüb geri qayıdarkən yolda (Hacıqabul rayonu ərazisində) avtomobilin nasaz vəziyyətə düşdüyünü və orada olarkən polis əməkdaşları tərəfindən tutulub polis şöbəsinə gətirildiklərini bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 məxsus bir ədəd “Samsung” markalı mobil telefon aparatı təhqiqatçı tərəfindən qablaşdırılıb götürülmüşdür. Şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk protokola əlavə edilmişdir. İşdə olan, “Şəxsi axtarış və götürmə barədə” 29 avqust 2023-cü il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə Hacıqabul RPŞ-nin TB-nin təhqiqatçısı Tural Namazov tərəfindən müdafiəçi Füzuli Eyvazovun iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərində qadağan olunmuş əşyalar və narkotik maddələr aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 idarə etdiyi VAZ-2106 markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobildə narkotik maddə olduğunu və həmin narkotik maddəni tanışı Rəşadın İran vətəndaşından “onlayn” qaydada aldığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 məxsus bir ədəd “Samsung” markalı mobil telefon aparatı təhqiqatçı tərəfindən qablaşdırılıb götürülmüşdür. Şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk protokola əlavə edilmişdir. İşdə olan, “Baxış və götürmə barədə” 29 avqust 2023-cü il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə Hacıqabul RPŞ-nin TB-nin təhqiqatçısı Tural Namazov tərəfindən müdafiəçi Füzuli Eyvazovun, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakı ilə, həm də videoçəkilişlə Təqsirləndirilən şəxs2 məxsus VAZ-2106 markalı, **-BV-*** qeydiyyat nişanlı avtomobilinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 avtomobildə sellofan bükümlərdə metamfetamin və heroin olduğunu, həmin maddələri tanımadıqları İran vətəndaşından “onlayn” qaydada aldıqlarını, sonra Sumqayıt şəhərinə gedib bu maddələri götürüb geri Bərdə rayonu istiqamətində hərəkət edərkən Hacıqabul rayonun Pirsaat qəsəbəsi ərazisində avtomobil nasaz vəziyyətə düşdüyü üçün dayandıqlarını və orada olarkən polis əməkdaşları tərəfindən tutulub polis şöbəsinə gətirildiklərini bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs2 məxsus VAZ-2106 markalı, **-BV-*** qeydiyyat nişanlı avtomobilin ön sərnişin oturacağının altından polietilen torbada və həmin torbanın içərisində 3 ədəd bükümdə metamfetaminə və 3 ədəd bükümdə heroinə oxşar kütlələr aşkar edilmişdir. Aşkar edilmiş kütlələr elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüşdür. Baxışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə-kimyəvi ekspertizasının 29 avqust 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim olunmuş üzərində “... Təqsirləndirilən şəxs2 məxsus ... avtomobildən ...” sözlər və imzalar olan kağız paketdəki 3 ədəd polietilen bükümdə ayrıayrılıqda təmiz çəkiləri 1,446 qram, 2,855 qram və 38,703 qram olmaqla ümumi təmiz çəkisi 43,004 qram olan maddələr kustar üsulla hazırlanmış, xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli narkotik vasitə heroin, 3 ədəd polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,430 qram, 2,258 qram və 10,528 qram olmaqla ümumi təmiz çəkisi 14,216 qram olan maddələr kustar üsulla hazırlanmış, xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli psixotrop maddə metamfetamindir. Ekspertiza tədqiqatından sonra qalıq heroin 42,854 qram, qalıq metamfetamin 14,066 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 49 manat 74 qəpik təşkil edir. İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın 15 sentyabr 2023-cü il tarixli, 5924 №-li rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 oğlunda kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan, “Bərdə Rayon Mərkəzi Xəstəxanası” X8 19 sentyabr 2023-cü il tarixli arayışı ilə müəyyən edilir ki, xx xxxx 1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs2 Bərdə RMX-nin Poliklinikasının narkoloji kabinetində 24 avqust 2017-ci və 17 oktyabr 2022-ci il tarixlərdə “Heroin” qəbulu diaqnozu ilə dispanser qeydiyyata alınmışdır. İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın 15 sentyabr 2023-cü il tarixli, 5929 №-li rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür İşdə olan, kompleks ambulator məhkəmə-psixatrik ekspertizasının 23 sentyabr 2023cü il tarixli, 2699 və 2701 №-li rəyləri ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmçinin onlara ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik aşkar olunmayıb. Həmin dövrdə onlar öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşlar. Buna görə də, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlar ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdırlar. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 halhazırda da öz əməlinin faktiki xarakterini faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadırlar. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacları yoxdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əqliintellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət hadisəsi törədərkən emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edən hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hadisə vaxtı fizioloji affekt halında olmamışlar. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam dərk etmək və onları idarə etmək qabiliyyətinə malik olmuşlar. İşdə olan, “Mobil telefonlara baxış keçirilməsi” haqqında 16 oktyabr 2023-cü il tarixli protokollarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş “Samsung A10” markalı mobil telefonun üzərində 050/667-25-52 və 050/352-52-98 saylı telefon nömrələri vardır və 050/352-52-98 saylı mobil nömrə vatsap sistemindən qeydiyyatdan keçmişdir. Telefonun vatsap sistemində 077/729-11-18 saylı, “Sabir” adı ilə qeyd olunmuş 050/888- 05-68 saylı, “HEKİM Cerah” adı ilə qeyd olunmuş İran İslam Respublikasına məxsus +**********66 saylı operator nömrəsi, “Reşad TERTER KAFE” adı ilə qeyd olunmuş 050/728-77-99 saylı, “Letif Matarist” adı ilə qeyd olunmuş 050/331-25-62 saylı, “Reşad Terter” adı ilə qeyd olunmuş 051/727-15-74 saylı ( Təqsirləndirilən şəxs1 məxsus) və “Azer Piryez” adı ilə qeyd olunmuş 050/303-67-76 saylı və 051/676-76-77' saylı nömrələri ilə narkotik maddələrin və psixotrop maddələrin alış-satışı ilə əlaqədar çoxsaylı səs yazıları və mesaj mətnləri vardır. Habelə Təqsirləndirilən şəxs1 məxsus “Samsung Galaxy J5” markalı mobil telefonun yaddaşında baxış zamanı Təqsirləndirilən şəxs1 məxsus 051/727-15-74 saylı mobil nömrənin vatsap sistemindən qeydiyyatdan keçməsi və vatsap sistemində “Araz İran” adı ilə qeyd olunmuş İrana aid ***********66 saylı telefon nömrəsi ilə Təqsirləndirilən şəxs1 məxsus 051/727-15-74 saylı mobil nömrə arasında mesaj mətnləri və səsli yazıları, 2 avqust 2023-cü il tarixdə, 03 avqust 2023-cü il tarixdə, 08 avqust 2023cü il tarixdə, 09 avqust 2023-cü il tarixdə, 10 avqust 2023-cü il tarixdə, 11 avqust 2023-cü il tarixdə, 17 avqust 2023-cü il tarixdə, 18 avqust 2023-cü il tarixdə, 21 avqust 2023-cü il tarixdə, 24 avqust 2023-cü il tarixdə, 25 avqust 2023-cü il tarixdə, 26 avqust 2023-cü il tarixdə, 27 avqust 2023-cü il tarixdə və sonuncu dəfə 28 avqust 2023-cü il tarixdə narkotik maddə və psixotrop maddələrin əldə etməsini özündə əks etdirən səs yazıları və mətnlər aşkar olunmuşdur. 28 avqust 2023-cü il tarixdə qeyd olunan yazışmalarda üzərində 40K 13P yazısı olan narkotik və psixotrop maddələrin büküldüyü sellofan torbanın şəkili “Araz İran” adlı şəxs tərəfindən Təqsirləndirilən şəxs1 göndərilmişdir. Telefon danışıqlarına dair səs yazıları və mesaj mətnləri iki ədəd DVD diskinə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, “Telefon danışıqlarına dair məlumatlara baxış keçirilməsi” haqqında 18 noyabr 2023-cü il tarixli protokollarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 051/727-15-74 saylı mobil nömrəyə xx.xx.2023-cü il tarixdə saat 09:00-dan xx.xx.2023-cü il tarixə saat 24:00-dək daxil olan dövrdə daxil olan və çıxan zənglərə aid məlumatlara baxış zamanı xx.xx.2023 tarixdə Təqsirləndirilən şəxs2 istifadəsində olmuş 050/667-25-52 saylı telefon nömrəsindən “Axsamin xeyir burdan bura menim telefonumu acmirsan koda qoymusan amma iranini yigsan sa neter demişdim otun pulunu yarsin verek yarsi iki uc gune vererik” SMS mesajı, “,k ma ot lazimdki sen isdedn mende dedm mende pul var alax is gor dolan sende bele elyisen yaxsligmdi menim -asim yoxdu neter eliyek ot lazmdi ma gel apar” SMS mesajı göndərilməsi, Həmçinin Təqsirləndirilən şəxs2 istifadəsində olmuş 050/352-52-98 və 050/667-25-52 saylı mobil nömrələrinə xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixədən olar dövrdə daxil olan və çıxan telefon danışıqlarına dair məlumatlara əsasən xx.xx.2023 tarixdə 055/391-00-59 saylı telefon nömrəsindən Təqsirləndirilən şəxs2 istifadəsində olmuş 50/352-52-98 saylı nömrəyə “Qaqa derman qalsin gelek kola paltar goturek” SMS mesajı, xx.xx.2023 tarixdə 50/356- 68-18 saylı nömrədən 50/352-52-98 saylı nömrəyə “Qaqa mali daqitdim puzurok açdi severde varyoxunu s***m hec bir toc” SMS mesajı, xx.xx.2023 tarixdə 50/352-52-98 saylı nörədən +99410/255-92-40 saylı nömrəyə “Qaqa saat 6-ya isdemisden atmisam qapiniza ne qeder dram tele zeng catmir viniston kutusundadi oyaqsansa gotur maman goturer birden ay qaqa bir soz de bilİm” SMS mesajı, xx.xx.2023 tarixdə 50/726-00-66 saylı nömrdən 50/352-52-98 saylı nömrəyə “Qaqa5de mende var 15di gelim” SMS mesajı,xx.xx.2023 tarixdə 410/255-92-40 saylı nömrədən 50/352-52-98 saylı nömrəyə “Ay Qaqa 1 saatdan sonra söyüşümün dalı qabağı birqoz olur niye beleyanaşırsan Qaqa men 20 ni düzüb qoşdum bunu aç sen ALLAH Kolunun oğlunu yığım verek canım fen arsın Qaqa ...” SMS mesajı, xx.xx.2023 tarixdə 50/350-94-38 saylı nömrədən 50/352-52-98 saylı nömrəyə “Cuku menem ruslan,atayın,atamin cani haqqi dunen geceden sene zeng eledik ki sene borcumuzuda verek,qaqa cix 35m verek bize dunen ki kimi bir wey ver,burda difarin dibindeyik,bizi incidirsen ona gorede senden yoldasdig elemirik. Elxana cvb verirsen bize yox,cixirsan?” SMS mesajı, xx.xx.2023 tarixdə 50/350-94-38 saylı nömrədən 50/352-52-98 saylı nömrəyə “Cuku qaqa cemisi 10m var,3 neferik elxan,ruslan.Qaqa usaglar isteyirdi ki,sene demeden gelsinler amma meslehet gordum ki sene deyem bilesen.Qaqa mene he yox denen gozdeyirem.Gelim men?Mene bir soz denen?Elxan deyir men danismisam. O gun balaca bir wey getirib ki cuku verdi.ruslanda gelsinmi?Qaqa ozum gelim” SMS mesajı, xx.xx.2023 tarixdə 50/350-94-38 saly nömrədən 50/352-52-98 saylı nömrəyə “Cuku bizi gece sehere qeder gozdetmisen lomkada axirdada telefonu sondurursen?Hele ki bizim 20-30manatimiz lazim deyil sene.Cun ki,teze qaz tapmisan yolursan.Amma bil ki,o qazin yaxinlari sene el bulayacaklar.Cun ki,evinin icinde hecne qoymuyub.Hamisini satib pulun sene verib.Qazin yaxinlari berk sekilde axtarirlar ki,bu qazin evinin içini kim satdirib yeyib.Onu bil ki,tezlikle seni cixardacaklar uze.Cuku el cek onnan.Camahatin ailesi dagitma.Darixma!” SMS mesajı və xx.xx.2023 tarixdə 50/667- 25-52 saylı nömrədən 50/352-52-98 saylı nömrəsinə “X14 X17 X18 X16 X9 X15 X10 X12 Vermek İsdiyirdm” SMS mesajıları yazılması müəyyən edilmişdir. İşdə olan, “Əşyanın maddi sübut hesab edilməsi və saxlanca verilməsi haqqında” 01 sentyabr və 27 oktyabr 2023-cü il tarixli qərarlarla müəyyən edilir ki, ekspertiza tədqiqatından sonra qalıq 42,854 qram heroin, qalıq 14,066 qram metamfetamin, Təqsirləndirilən şəxs1 məxsus bir ədəd “Samsung Galaxy J5” markalı və Təqsirləndirilən şəxs2 məxsus bir ədəd “Samsung A10” markalı mobil telefon aparatları iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanması üçün Hacıqabul RPŞ-nin maddi sübutlar otağına təhvil verilmiş, habelə şəxsi axtarışlar və baxışla bağlı aparılmış videoçəkilişlərin yazıldığı üç ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. İşdə olan, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 02 oktyabr 2023-cü il tarixli qərarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 PX-nin 2 saylı İstintaq Təcridxanasına daxil olarkən tibbi müayinə zamanı bədəni üzərində sıyrıqların aşkar olunması, Təqsirləndirilən şəxs1 həmin sıyrıqların polis əməkdaşları tərəfindən tutularkən ona yetirilməsini göstərdiyindən daxil olmuş məlumat üzrə Hacıqabul rayon prokurluğunda araşdırma aparılmış, araşdırma zamanı Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən hər hansı zorakılığa məruz qalması faktı təsdiq olunmadığına görə, toplanmış material üzrə cinayət işinin başlanması CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. İşdə olan, “Cinayət işinin ayrılması və ayrıca icraata qəbul edilməsi barədə” 28 noyabr 2023-cü il tarixli il tarixli qərarla müəyyən olunur ki, cinayət işinin materiallarından cinayətkar qrupun şəxsiyyətləri məlum olmayan üzvlərinin barəsində CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları, telefon danışıqlarına dair məlumatları və digər sənədləri sübut növü kimi qəbul edir. Habelə iş üzrə şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Həmçinin məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdikləri ifadələri (Təqsirləndirilən şəxs2 ifadələrində göstərdiyi xüsusatlar- Rəşadın təklifi ilə narkotik maddələri götürmək üçün taksi sürücü kimi onunla birlikdə getməsi, Rəşadın həmin maddələri götürüb avtomobilə qoyması, avtomobilində aşkar olunmuş heroin və metamfetaminin ona məxsus olmaması, həmin maddələrin Rəşada məxsus olmaması, narkotik və psixotrop maddələri əldə etmə, saxlama və daşıması barədə Rəşadla aralarında əvvəlcədən razılaşmalarının olmaması və narkotiklərin satışı ilə məşğul olmamasına aid hallar, Təqsirləndirilən şəxs1 ifadələrində göstərdiyi xüsusatlar- Fərhadla birlikdə getməkdə məqsədinin narkotik maddələri götürmək olmaması, Fərhadın narkotik maddələri götürüb avtomobilə qoyması, avtomobildə aşkar olunmuş narkotik və psixotrop madələrinin ona məxsus olmaması, həmin maddələrin Fərhada məxsus olması, narkotik və psixotrop maddələri əldə etmə, saxlama və daşıması barədə FƏrhadla aralarında əvvəlcədən razılaşmalarının olmaması narkotik maddələrin satışı ilə məşğul olmamasına aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni Rəşadın təklifi ilə narkotik maddələri götürmək üçün taksi sürücü kimi onunla birlikdə getməsi, Rəşadın həmin maddələri götürüb avtomobilə qoyması, avtomobilində aşkar olunmuş heroin və metamfetaminin ona məxsus olmaması, həmin maddələrin Rəşada məxsus olmaması, narkotik və psixotrop maddələri əldə etmə, saxlama və daşıması barədə Rəşadla aralarında əvvəlcədən razılaşmalarının olmaması və narkotiklərin satışı ilə məşğul olmamasına dair hallar, habelə Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni Fərhadla birlikdə getməkdə məqsədinin narkotik maddələri götürmək olmaması, Fərhadın narkotik maddələri götürüb avtomobilə qoyması, avtomobildə aşkar olunmuş narkotik və psixotrop madələrinin ona məxsus olmaması, həmin maddələrin Fərhada məxsus olması, narkotik və psixotrop maddələri əldə etmə, saxlama və daşıması barədə Fərhadla aralarında əvvəlcədən razılaşmalarının olmaması narkotik maddələrin satışı ilə məşğul olmamasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, Şahid2 və Şahid3 (həmin şahidlər ifadələrində ittihamda göstərilən bütün xüsusatları təsdiq etmişlər), maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən şəxsi axtarış və baxışın keçirilməsi ilə bağlı tərtib olunmuş protokollar və videoçəkilişlər, telefon danışıqlarına dair məlumatlar, eləcə də təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdikləri ifadələri ilə (həmin ifadələrində onlar verilmiş ittihamda göstərilən halları ümumən təsdiq edərək aşkar olunmuş narkotik və psixotrop maddələri birgə əldə etmək üçün əvvəlcədən razılaşmaları, həmin maddələri götürmək üçün birlikdə getmələri və bu maddələri birgə əldə etdikdən sonra avtomobildə daşımaları və digər hlları təsdiq etmişlər) tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdikləri ifadələrinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onların bu ifadələri özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, telefon danışıqlarına dair məlumatlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər verilmiş ittihamda göstərilən cinayəti törətmişlər. Habelə məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq psixotrop və narkotik maddələri əldə etmə, saxlama və daşıma cinayət əməli törətmələri ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ və İİ Siyahıya əsasən (29 avqust 2023-cü il tarixdə qüvvədə olmuş) beynəlxalq adı “Heroin” olan maddə narkotik vasitə, “Metamfetamin” olan maddə psixotrop maddədir. Heroin və metamfetaminin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi (təmiz halda qramlarla) külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Habelə həmin Qərarın 11-ci bəndində izah edilir ki, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-nin 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Göründüyü kimi, təqsirləndirilən şəxslərdən götürülmüş 43,004 qram narkotik vasitə olan heorin və 14,216 qram psixotrop maddə olan metamfetamin külli miqdar təşkil edir. Həmçinin tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, təqsirləndirilən şəxslər həmin maddələri məhz satış məqsədi ilə qanunsuz olaraq əldə edib, saxlayıb daşımışlar. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onlar tərəfindən törədilməsi və onların təqsirliliyi tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni şahidlər və təqsirləndirilən şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, telefon danışıqlarına dair məlumatlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında olmaqla verilmiş ittihamda göstərilən cinayət əməlini törətmişlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin cinayət əməlində təqsirlərini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməli düzgün olaraq CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni şahidlər və təqsirləndirilən şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, telefon danışıqlarına dair məlumatlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik və psixotrop maddələri əldə edib, saxlayıb daşımaqla CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onlar tərəfindən törədilməsi və onların təqsirliliyi tam sübuta yetirilmiş, habelə təqsirləndirilən şəxslərin qeyd olunan cinayət əməlində təqsirlərini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. İşdə olan, Hacıqabul Rayon Məhkəməsinin 31 avqust 2023-cü il tarixli qərarları ilə müəyyən olunur ki, həmin tarixdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 29 avqust 2023-cü il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanmasına dair tələbnamə və məhkəmə hökmünün surəti ilə müəyyən olunur ki, Bərdə Rayon Məhkəməsinin 03 aprel 2008-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkəmənin qərarı ilə MTCM-nə köçürülmüş və 21 yanvar 2011-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Bərdə Rayon Məhkəməsinin 14 iyul 2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 CM-nin 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinib 03 il 03 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Şəhər Suraxanı Rayon Məhkəməsinin 08 noyabr 2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 cəzasının çəkilməmiş 11 ay 06 gün şərti olaraq vaxtından əvvəl edilmiş və 14 oktyabr 2020-ci il tarixdə cəza müddəti başa çatmışdır. Bərdə Rayon Məhkəməsinin 05 may 2022ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Şəhər Qaradağ Rayon Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 cəzasının çəkilməmiş 27 gün şərti olaraq vaxtından əvvəl edilmiş və 13 yanvar 2023-cü ildə cəza müddəti başa çatmışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən (az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzasını çəkib qurtardığı gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir) əvvəlki hökmlər üzrə Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilmiş, lakin 05 may 2022-ci il tarixli hökm üzrə Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilməmiş və ya götürülməmiş, hazırda o, məhkumluğu olan şəxsdir. Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən cinayət törətmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivi yaranır. Beləliklə, Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən cinayət törətdiyindən onun bu əməlində cinayətin residivi vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən cinayət törətdiyindən onun bu əməli cinayətin residivi yaratdığından ona CM-nin ittiham olunduğu maddə üzrə cəza təyin edilərkən CM-nin 65.2ci maddəsinə əsasən residivə görə cəza təyin edilməli, habelə cinayətin residivi cəzanı ağırlaşdıran hal kimi də nəzərə alınmalıdır. İşdə olan, Bərdə şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 20 sentyabr 2023cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 Bərdə şəhəri, Babək küçəsi ev 25-də qeydiyyatda olmaqla yaşamış və yaşayış yeri üzrə müsbət (yaşadığı ərazidə özünü yaxşı aparmış, qonşuları ilə münasibətələri yaxşı olmuş, ondan nümayəndəliyə şikayət daxil olmamışdır) xarakterizə olunur. İş üzrə Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar (CM-nin 59-cu maddəsində göstərilən və başqa) yoxdur. Habelə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin residivi olması CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran haldır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanmasına dair tələbnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İşdə olan, Tərtər rayon MİTİS-dən verilmiş 20 noyabr 2023-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 Tərtər şəhəri, M.Əsədov küçəsi ev 16-da qeydiyyatda olmaqla Tərtər şəhəri, M.Əsədov küçəsi, ev 7, mənzil 15-də yaşamış və yaşayış yeri üzrə qənaətbəxş (yaşadığı dövrdə ondan şikayət daxil olmamışdır) xarakterizə olunur. İş üzrə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar (CM-nin 59 və 61-ci maddələrində göstərilən) yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar, eləcə də əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onların CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılmaları qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, Təqsirləndirilən şəxs2 münasibətdə cəzanı ağırlaşdıran halı, habelə təyin olunacaq cəzanın onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə, təqsirləndirilən şəxslərin islah olunmalarına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün onlara azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində, Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 29 avqust 2023-cü il tarixdən hesablanmalı və barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə narkoloji tibbi yoxlamanın rəylərini nəzərə alaraq məhkəmə hesab edir ki, CM-nin 93.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və onlar cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunmalı, Təqsirləndirilən şəxs2 ərazi üzrə xəstəxananın narkoloji kabinetində qeydiyyatda olması nəzərə alınmalı, habelə Təqsirləndirilən şəxs1 yaşadığı ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Hacıqabul RPŞ-nin maddi sübutlar otağında saxlanılan 42,854 qram heroin və 14,066 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X1 X2 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. Habelə hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübutlar olan və Hacıqabul RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs1 məxsus bir ədəd “Samsung Galaxy J5” markalı mobil telefon aparatı Təqsirləndirilən şəxs1 qardaşı X4 və Təqsirləndirilən şəxs2 məxsus bir ədəd “Samsung A10” markalı mobil telefon aparatı Təqsirləndirilən şəxs2 qardaşı Aslan Səlimova (ünvan:ünvan 1 və cinayət işinə əlavə edilmiş, şəxsi axtarışlarla və baxışla bağlı aparılmış videoçəkilişlərin yazıldığı üç ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərci-49 manat 74 qəpik təqsirləndirilən şəxslərdən bərabər qaydada, yəni Təqsirləndirilən şəxs2 24manat 87 qəpik və Təqsirləndirilən şəxs1 24 manat 87 qəpik tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 29 avqust 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunsun. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 29 avqust 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunsun və yaşadığı ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan və Hacıqabul Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 42,854 qram narkotik vasitə olan heroin və 14,066 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan və Hacıqabul Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs1 məxsus 1 (bir) ədəd “Samsung Galaxy J5” markalı mobil telefon aparatı hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs1 qardaşı X4 (ünvan: ünvan 2lan və Hacıqabul Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs2 məxsus 1 (bir) ədəd “Samsung A10” markalı mobil telefon aparatı hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs2 qardaşı X5 (ünvan:ünvan 3 cinayət işinə əlavə edilmiş, şəxsi axtarışlar və baxışla bağlı aparılmış videoçəkilişlərin yazıldığı 3 (üç) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərci-49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məhkum olunmuş şəxslərdən bərabər qaydada, yəni məhkum Təqsirləndirilən şəxs1 24 (iyirmi dörd) manat 87 qəpik və məhkum Təqsirləndirilən şəxs2 24 (iyirmi dörd) manat 87 qəpik tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hökmün surətini aldıqları vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar