Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-275/2025 25.08.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X5, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxx 1999-cu ildə Kürdəmir rayonunun Şıxımlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Kürdəmir rayonunun Şıxımlı kəndində qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında (videokonfrans əlaqə sistemindən istifadə edilməklə) açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs sosial şəbəkədə tanış olduğu “Səccəd” adlı şəxs və digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik maddələrin əldə olunması, saxlanması və daşınmasına razılaşaraq, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun üzvləri tərəfindən məlum olmayan vaxtda və şəraitdə bir ədəd kisədə qablaşdırılmış 7 ədəd bağlamada külli miqdarda-7590,0 qram (7 kq 590 qram) narkotik vasitə olan qurudulmuş marixuananın Lənkəran-Lerik avtomobil yolunun 35-ci km-də Lerik rayonu istiqamətində yolun sol tərəfində olan təndirxananın içərisində gizlədilməsi barədə məlumat verilməsindən sonra o, 11 dekabr 2024-cü il tarixdə, saat 01 radələrində bu cinayət əməlindən xəbərsiz, tanışı Şahid8 idarə etdiyi “Mercedes-benz” markalı, **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobilə sərnişin qismində əyləşib həmin əraziyə gedib, orada avtomobildən düşüb qeyd olunan yerdən bir ədəd kisədə qablaşdırılmış, 7 ədəd bağlamada ayrı-ayrılıqda 995,0 qram, 1260,0 qram, 1095,0 qram, 1055,0 qram, 1075,0 qram, 980,0 qram və 1130,0 qram olmaqla cəmi, külli miqdarda-7590,0 qram narkotik vasitə olan qurudulmuş marixuananı götürüb satış məqsədi ilə qanunsuz olaraq əldə edib, saxlayıb, gəldiyi avtomobilə tərəf daşıyarkən, daxil olmuş əməliyyat məlumatı əsasında Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 11 dekabr 2024-cü il tarixdə, saat 01 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran-Lerik avtomobil yolunun 35-ci km-də Lerik rayonu istiqamətində yolun sol tərəfində olan təndirxananın yaxınlığında Təqsirləndirilən şəxs saxlanılıb üzərində şəxsi axtarış zamanı ona aid bir ədəd kisədə qablaşdırılmış, 7 ədəd bağlamada ayrı-ayrılıqda 995,0 qram, 1260,0 qram, 1095,0 qram, 1055,0 qram, 1075,0 qram, 980,0 qram və 1130,0 qram olmaqla cəmi, külli miqdarda-7590,0 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, evlidir, himayəsində iki azyaşlı uşağı vardır, əvvəllər tikinti ustası işləmiş, bu hadisədən bir neçə ay əvvəl iş yerində yıxılıb belindən xəsarət aldığından işləyə bilməmiş, bir müddət evində müalicə almış, həmin vaxtlarda arvadının gözlərində olan xəstəlik daha ağırlaşmış, anası şəkər xəstəsi olmaqla evi atası dolandırmışdır. Atası yaşlı olduğundan ona kömək etmək istəmiş, lakin işsiz olduğundan kömək edə bilməmişdir. Həmçinin o, 2-ci Qarabağ müharibəsində aldığı travma ilə bağlı səhətində problemləri olmuş, tez-tez əsəbiləşmiş, özündən çıxmış, anormal hallar baş vermiş və bu səbəbdən narkotikdən də istifadə etmişdir. Narkotik vasitə istifadə etdiyi üçün iranlını, yəni özünü “Səccəd” adı ilə təqdim edən şəxslə sosial şəbədə tanış olmuş və əvvəllər pul göndərib ondan öz istifadəsi üçün narkotik maddə-marixuana almışdır. Pula ehtiyacı olan vaxtlarda, işləmədiyi müddətdə iranlı kimi özünü təqdim edən “Səccəd” adlı şəxs ona zəng edib ondan narkotik almamağını soruşmuş, o da işləmədiyini, maddi sıxıntısı olduğunu, evində xəstəsinin olduğunu bildirib gileylənmişdir. İranlı, yəni “Səccəd” adlı şəxs ona pulla bağlı köməklik edəcəyini bildirib “yer var deyəcəm gedib götürərsən pulu” demiş, o da razılaşmışdır. İranlı bir neçə dəfə ona davamlı olaraq zəng edib “niyə gedib götürmürsən, pula ehtiyacın var, sənə diyirəm get, götür” demiş, o da çarəsiz qalıb onunla razılaşmışdır. Həmin şəxs ona “Lənkəranda Qoca adlı adamda mənə çatası 3500 manat pul var, gedib həmin adamdan pulu götürmək lazımdı” demişdir. İranlı həmin pulun 1500 manatı ona borc olaraq vermiş, qalan 1500 manatı isə ona M10 proqramı ilə göndərəcəkmiş. İranlıya həmin şəxsin pulu onun kartına atmasını demiş, lakin iranlı həmin şəxsin yaşlı adam olduğunu, karta pul atmasını bilmədiyini, həm də onda əmanəti olduğunu, onu da götürməsini demişdir. Əmanətin nə olmasını soruşanda iranlı gedəndə görəcəksən demiş, o da razılaşmışdır. Bundan sonra o, 11 dekabr 2024-cü il tarixdə, axşam saatlarında tanışı Familin maşını ilə Lənkərana getmiş, ora çatanda iranlı ona konum göndərib dediyi pulu götürmək üçün Lerikə getməsini demiş, o da maşını Lerikə sürdürmüşdür. Ona göndərilən konumda göstərilən yerə çatan vaxt iranlı ona şəkil göndərmiş, o da şəkilə baxanda meşok (kisə) olmasını, altında da yazıların olmasını görmüş, sonra maşından düşüb, iranlıya zəng edib “sən məni narkotik dalıyca göndərmisən, bu necə olur” deyə soruşmuş, həmin şəxs də “mənim əmanətimdi, onu da götür, sənə pul da verəcəklər, yerini deyəcəyəm gedib götürərsən pulu” demişdir. O, şəkildə göstərilən yerə çatıb meşoku (kisəni) götürməmiş və elə həmin vaxt bir qrup polis əməkdaşı onu orada tutub yolun kənarında olan təndirxananın yanına gətirib ora qoyulmuş meşoku (kisəni) göstərib ona məxsus olub-olmamasını soruşmuş, o da həmin yerə pul götürmək üçün gəldiyini, içərisində narkotik maddə olan meşokun (kisənin) ona məxsus olmamasını bildirmişdir. Habelə verilən sualları cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, əvvəlcədən bağlamada nə olmasını bilməmiş, yolda maşından düşəndən sonra “Səccad” telefonuna şəkil göndərmiş, göndərilən şəkildə bağlama (kisə) olmuş, sonra telefonda ona bağlamada (kisədə) narkotik vasitə olduğunu demişdir. O, yolun kənarında olan təndirxananı görmüş, sonra şəkildə gördüyü bağlamanın (kisəni) qoyulduğu yerə yaxınlaşmış, həmin bağlamaya (kisəyə) çatmağa 10-15 metr qalmış polislər onu tutmuş və o, bağlamanı (kisəni) götürə bilməmişdir. İranlı ona səs atıb 7 kq narkotik vasitə olduğunu bildirmiş və o, iranlı ilə telefonla danışan vaxtı polislər onu tutmuşdur. “Səccad” adlı iranlı ilə əvvəllər telefonda danışmış və daha əvəllər isə ondan öz istifadəsi üçün narkotik maddə almışdır. Bu hadisədən əvvəl, “Səccad” ona üç gün davamlı olaraq vatsapla zəng edib “ehtiyacın var pula, niyə mən dediyim yerə getmirsən?” demiş, bundan sonra o da razılaşıb həmin yerə getmişdir. Kisədə narkotik olduğunu o, artıq deyilən yerə çatıb maşından düşəndən sonra, “Səccad” ona konum və şəkil göndərdikdən sonra bilmişdir. O, “Səccad”ın dediyi yerə çatıb təndirxanadan 10-15 metr aralıqda olarkən ona zəng edib dediyi ünvana gəldiyini, kimdən pul alacağağını soruşmuş, bu anda “Səccad” “gözlə indi sənə deyəcəyəm” deyib telefonu söndürüb vatsapla ona şəkil göndərmişdir. O, həmin şəkildə bağlama (kisə) olduğunu görmüş, həm də “Səccad” ona yazmışdır ki, dediyi əmanət narkotikdir, miqdarına demiş, o da “Səccad”a vatsapla zəng edib etirazını bildirib onun (Təqsirləndirilən şəxs) narkotikin dalıyca yox, pula görə gəldiyini demişdir. “Səccad” ona bir nəfərdən pul alacağını demiş, o da ehtiyacı olduğu üçün borc pul almaq üçün həmin yerə getmişdir. İstintaq dövründə verdiyi ifadəsində dediyi 3500 manat pul “Səccad”a borc olaraq veriləcək pul olmuş, o da həmin pulun 1500 manatı “Səccad”a göndərdikdən sonra qalan 1500 manat pulu borc olaraq yoldaşının gözünü əməliyyat etmək üçün istifadə edəcəkmiş. Həmin pul onun narkotik vasitəni Bakı şəhərinə, iranlının deyəcəyi adama çatdırmaq üçün veriləcək pul olmamışdır. Bağlamada nə olmasından xəbəri olmamış, o, konumda göstərilən ünvana çatanda bilmişdir ki, bağlamanın içərisində narkotik vardır. Onu avtomobillə Lerik rayonuna aparmış tanışı Familin onun bu işindən heç bir məlumatı və əlaqəsi olmamış, o, sadəcə olaraq Familə avtomobili ilə onu əvvəl Lənkərana, sonra Lerikə aparmasını demiş, Familə Lənkəranda, sonra isə Lerikdə adam var, pul alıb qayıdacağını bildirmiş, həm də avtomobillə onu Lənkərana və Lerikə apardığına görə o, Familə pul verəcəkmiş. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrində göstərmişdir ki, o, 4 ay əvvəl “İnstagram” sosial şəbəkəsində narkotik vasitələrin satışı ilə məşğul olan, özünü İran vətəndaşı kimi təqdim edən “Səccad” adlı şəxslə tanış olmuş və həmin şəxslə bir neçə dəfə danışmış, həm də yazışmışdır. “Səccad” adlı şəxs İrana aid +98-***-***-**-** saylı mobil telefon nömrəsi ilə, özü də istifadəsində olmuş 077/355-77-71 saylı mobil telefon nömrəsi ilə vatsapla əlaqə saxlamışdır. Sonuncu dəfə 10 dekabr 2024-ü il tarixdə “Səccad” adlə şəxs vatsapla onunla əlaqə saxlayıb Lerik rayonun ərazisinə narkotik vasitəni qoyulmasını, həmin narkotik vasitəni Lerik rayonun ərazisindən götürüb Bakı şəhərinə aparıb dediyi şəxsə verəcəyi müqabilində ona 1500 manat veriləcəyini, daha sonra narkotik vasitənin hər kilosuna görə isə əlavə olaraq 500 manat verəcəyini deyib bu işi görməyi təklif etmiş, o da həmin şəxslə narkotik vasitəni ümumilikdə 3500 manata Bakı şəhərinə aparacağına razılaşmışdır. 10 dekabr 2024-cü il tarixdə, saat 19 radələrində tanışı, qonşu kənd sakini Şahid8 Lənkəran şəhərində tanışı olduğunu, ora gedib ondan pul borcunu almaq üçün onu aparmasını xahiş edib ona 40 manat yanacaq pulu verib, əlavə 50 manat da vercəyini demiş, Famil də onunla razılaşmışdır. Sonra onlar Lənkəran rayonu istiqamətində Familin idarə etdiyi “Mercedes” markalı, **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobillə yola düşmüşlər. Lənkəran rayonuna çatanda o, bəhanə edib həmin şəxsin Lerik rayonunda dükanda olduğunu və ora gedib ondan pulu götürməli olduğunu demiş, Famil də avtomobili Lerik rayonu istiqamətində sürmüşdür. O, “Səccad”ın ona göndərdiyi konumda göstərilən istiqamətdə avtomobili sürdürüb konumda göstərilən ünvanda, Lənkəran-Lerik avtomobil yolunun 35-ci km-də Familə avtomobili saxlamasını, həmin şəxsin yaxınlıqda dükanda olduğunu pulu alıb 5 dəqiqəyə qayıdacağını demişdir. Famil də avtomobili həmin yerdə saxlamış və o, Familə “gözlə gəlirəm” deyib avtomobildən düşüb təxminən 30 metr uzaqlaşıb Lerik rayonu istiqmətində avtomobil yolunun sol tərəfində olan təndirxananın içərisinə qoyulmuş bir ədəd ağ rəngli kisədə olan narkotik vasitəni götürüb avtomobilə yaxınlaşmaq istəyərkən polis əməkdaşları ona yaxınlaşıb tutmuş, həmin vaxt Famil avtomobili sürüb oradan uzaqlaşmışdır. Polis əməkdaşları ona narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib, üzərində narkotik vasitə olub-olmadığını soruşub, əgər varsa təqdim etməyini təklif etmişlər. Bu təklifdən sonra o, əlindəki ağ rəngli kisəni polis əməkdaşlarına təqdim etmiş və həmin kisənin içərisində 07 ədəd bağlamada marixuana kütlələri aşkar olunmuşdur. Aşkar olunmuş kütlələr qablaşdırılıb polis əməkdaşları tərəfindən götürülmüşdür. Həmçinin ona məxsus bir ədəd mobil telefon da polis əməkdaşları tərəfindən götürülmüşdür. Şifahi sorğu zamanı o, həmin narkotik vasitəni sosial şəbəkədə tanış olduğu “Səccad” adlı şəxslə danışıb əldə etdiyini, bu narkotik vasitəni gizlədilmiş yerdən götürüb Bakı şəhərinə aparıb deyiləcək ünvana çatdırdıqdan sonra “Səccad” adlı şəxsin ona 3500 manat pul verməli olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onu Lerik RPŞ-na aparmışlar. O, əvvəllər marixuanadan istifadə etmiş, lakin narkotiklərin satışı ilə məşğul olmamışdır. O, “Səccad” adlı şəxsin dediyi narkotik vasitəni götürüb Bakı şəhərinə aparmağı müqabilində ondan 3500 manat pul almalıymış. O, narkotik maddə götürmək üçün getdiyini Familə deməmiş, Familin onun narkotiklə bağlı işindən umumiyyətlə xəbəri olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə əməliyyat-axtarış tədbirinin keçirilməsi zamanı şəxsin üzərində yoxlama ilə, eləcə də təqdim edilmiş maddi sübutlara baxış keçirilməsi ilə bağlı aparılmış videoçəkilişlər tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etməyib əlavə ifadəsində göstərmişdir ki, tutulmamışdan bir müddət əvvəl “İnstagram” sosial şəbəkəsində özünü iranlı kimi və “Səccad” adı ilə təqdim edən şəxslə tanış olmuşdur. “Səccad” adlı şəxs onunla İrana aid telefon nömrəsi ilə (+98-***-***-**-** saylı), o da istifadəsində olmuş 077/355-77-71 saylı mobil nömrəsi ilə vatsapla danışıqlar aparmışdır. 11 dekabr 2024-cü il tarixdə onun iranlı “Səccad” adlı şəxslə vatsapda danışıqları olmuşdur. Sonra 11 dekabr 2024-cü il tarixdə tanışı Familin maşını ilə axşam saatlarında pul götürmək üçün Lerik rayonun ərazisinə getmiş, orada yolun kənarında olan təndirxananın yaxınlığında maşını saxladıb yerə düşmüş, az sonra polis əməkdaşları onu tutmuş və ona həmin yerə narkotik maddə götürmək üçün gəldiyini bildirmiş, o isə pul götürmək üçün gəldiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları orada onu döymüş və qarşısında bir ədəd meşok (kisə) qoyub həmin meşokun (kisənin) içərisində olan narkotik maddənin ona məxsus olmasını bildirmişlər. Polis əməkdaşları tərəfindən tutularkən əlində içərisində narkotik maddə olan meşok (kisə) olmamış, həmin meşoku (kisəni) polis əməkdaşları gətirib yolun kənarında olan təndirxananın yanına qoyub, bu meşokun (kisənin) ona məxsus olmasını və həmin yerə narkotik maddə götürmək üçün gəldiyini deməyə onu döyərək məcbur etmişlər. Əslində isə o, həmin yerə pul götürmək üçün getmiş, ora çatandan sonra təndirxananın yanında olan meşoku (kisəni) görsə də, yaxınlaşıb meşoku (kisəni) götürməmiş, ora çatmamış polislər onu tutmuşdur. Tutulduğu yerdən götürülmüş meşokun (kisənin) içərisində aşkar olunmuş narkotik maddə (marixuana) ona məxsus deyil, güman edir ki, həmin narkotik maddəni (marixuananı) ora polis əməkdaşları gətirib qoymuş, sonra ona zəng edib onu da ora çağırıb tutmuşlar. O, hər bir halda iranlı kimi özünü təqdim edən şəxsin sözünə inanıb Lerik rayonuna getdiyinə görə əməlindən peşmandır. Hazırda himayəsində iki azyaşlı uşağının və arvadının ağır xəstə olması, anasının şəkər xəstəliyindən əziyyət çəkməsini, özünün isə 2-ci Qarabağ müharibəsinin iştirakçısı olmaqla hərbi xidmətlərinə görə üç medalla təltif olunasının nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, telefon danışıqlarına dair məlumatlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid8 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxsi tanıyır, münasibətləri yaxşı olmuşdur. 11 dekabr 2024-cü il tarixdə, axşam saatlarında Məhəmməd ona zəng edib görüşmək istədiyini bildirmiş, sonra onlar Kürdəmir rayonunun Şıxımlı kəndinin yaxınlığında görüşüb söhbət etmişlər. Həmin vaxt Məhəmməd maşını ilə onu Lənkərana aparmasını xahiş etmiş, o da maşında nasazlıq olduğunu, uzaq yola gedə bilməyəcəyini demiş, Məhəmməd isə təkid edərək orada kimdənsə pul alacağını bildirib onu aparmasını xahiş etmiş, o da razılaşmışdır. Həmin gün axşam saatlarında o, idarə etdiyi “Mercedes” markalı, **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobilinə Məhəmmədi götürüb Lənkəran rayonuna istiqamətində hərəkət etmişlər və yolda Məhəmməd avtomobilinə 40 manatlıq yanacaq doldurmuş, təxminən 4 saatdan sonra onlar Lənkəran şəhərinə çatmışlar. Lənkərana çatandan sonra Məhəmməd ona pul alacağı adamın Lerik rayonunda olduğunu bildirib maşını Lerik rayonuna sürməsini demiş, o, maşının yaxşı işləmədiyni deyib Lerikə getmək istəməmiş, lakin Məhəmməd təkidlə onu Lerik rayonuna aparmağını xahiş etdiyi üçün razılaşıb onu Lerik rayonu istiqamətində dediyi yerə qədər aparmış, Məhəmməd maşından düşüb pul alacağı şəxsin yaxınlıqdakı dükanda olduğunu bildirib dayandıqları yerdən aralanıb uzaqlaşıb getmişdir. Az sonra birdən Məhəmmədin getdiyi istiqamətdə hay-küy səslərini eşidib qorxmuş və maşını sürüb oradan uzaqlaşmış, lakin bir qədər getdikdən sonra yol polisi tərəfindən saxlanılmışdır. Orada ona məlum olmuşdur ki, maşını ilə sərnişin kimi gətirdiyi Məhəmməd narkotiklə polis əməkdaşları tərəfindən tutulmuşdur. Ona görə də onu da narkotiklə bağlı şübhəli kimi tutmuşlar. O, Məhəmmədin narkotik maddə götürmək üçün gəlməsindən xəbərsiz olduğunu, ona pul götürmək üçün gəldiyini dediyini polislərə bildirmişdir. Sonra polis əməkdaşları tərəfindən videoçəkilişlə üzərində axtarış aparılmış, sonra da avtomobilə baxış keçirilmişdir. Üzərində və avtomobilində qadağan olunmuş əşyalar, o cümlədən narkotik maddələr aşkar edilməmişdir. Bundan sonra o, Lerik RPŞ-nə aparılmışdır. Polis şöbəsində ona məlum olmuşdur ki, Məhəmməd narkotiklə bağlı tutulmuşdur. O, polisə izahat verərək bildirmişdir ki, tanışı Məhəmmədin ona Lənkəran rayonunda, daha sonra isə Lerik rayonunda olan tanışından pul götürmək üçün gəldiyini demiş, Məhəmmədin narkotik götürmək üçün Lerik rayonuna gəlməsindən məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, o, Lerik RPŞ-nin əməkdaşıdır. 10 dekabr 2024-cü il tarixdə Kürdəmir rayon sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuş və bu məlumat əsasında əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs Lənkəran-Lerik avtomobil yolunun 35-ci km-də narkotik vasitə əldə etməsi barədə məlumat verildiyinə görə əməliyyat qrupu tərəfindən Lənkəran-Lerik avtomobil yolunu nəzarətə götürmüşdür. 11 dekabr 2024-cü il tarixdə, saat 01 radələrində, qaranlıq hava şəraitində “Mersedes” markalı (**-ZV-*** dövlət qeydiyyat nişanlı) avtomobilin gəlib Lənkəran-Lerik avtomobil yolunun 35-ci km-də yolun kənarında dayanması və bir nəfərin şəxsin, yəni sonradan şəxsiyyəti müəyyən edilmiş Təqsirləndirilən şəxs həmin avtombildən düşüb təxminən 30-35 metr məsafədə, yolun kənarında yerləşən təndirxanaya tərəf getməsini müşahidə edib bu şəxsin hərəkətlərini nəzarətdə saxlayaraq ona yaxınlaşmışlar. Az sonra Təqsirləndirilən şəxs təndirxananın içərisindən bir ədəd ağ rəngli kisəni götürüb avtomobilin dayandığı istiqamətə hərəkət etməyə başlamış, elə bu anda o və digər polis əməkdaşları yaxınlaşıb Təqsirləndirilən şəxs əhatəyə alıb onu tutub saxlamaq istəyərkən Məhəmməd əlindəki kisəni yerə atıb qaçmağa cəhd edərkən o və digər polis əməkdaşları fiziki qüvvə tətbiq edib onu tutub saxlamış, həmçinin Məhəmmədin əlində daşıdığı bir ədəd kisə də götürülmüşdür. Əməliyyat qrupu tərəfindən Məhəmməd saxlanılarkən avtomobilin sürücüsü (Şahid8) avtomobili sürüb oradan uzaqlaşmış, lakin əməliyyat qrupun digər üzvləri tərəfindən sürücü avtomobili ilə birlikdə Lerik rayonunun Piran kəndi ərazisində saxlanılmışdır. Saxlandığı ərazidə Təqsirləndirilən şəxs üzərində axtarışın aparılmasına və bir ədəd kisəyə baxışın keçirilməsində özü iştirak etməmiş, əməliyyat qrupun üzvləri Şahid3, Şahid4 və Şahid6 tərəfindən videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində yoxlama aparılmış və bir ədəd kisəyə baxış keçirilmişdir. Sonradan ona verilən məlumata əsasən yoxlama zamanı Təqsirləndirilən şəxs üzərində qadağan olunmuş əşyalar aşkar olunmamış, lakin kisənin içərisində nakotik maddə olan marixuanaya oxşar kütlələr aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik maddəni götürmək üçün Lerik rayonuna gəldiyini və bu narkotik maddəni Bakı şəhərinə aparması müqabilində 3500 manat pul alacağını, avtomobilin sürücüsü Şahid8 onun bu işlərindən məlumatının olmadığını bildirmişdir. Məhkəmə iclasında şahidlər Şahid4 və Şahid6 Şahid1 ifadəsinə uyğun ifadələr vermiş, habelə həmin şahidlər ifadələrində bildirmişlər ki, əməliyyat qrupu tərəfindən Təqsirləndirilən şəxs saxlandıqdan sonra yolun kənarında dayanmış “Mersedes” markalı avtomobilin sürücüsü avtomobili sürüb hadisə yerində qaçdığına görə əməliyyat qrupun digər üzvləri həmin avtomobilin arxasınca getmiş, onlar (polis əməkdaşları Şahid4, Şahid3 və Şahid6) isə saxlandığı yerdə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində yoxlama aparılmış, sonra Məhəmmədə aid olan bir ədəd kisəyə baxış keçirilmişdir. Yoxlama zamanı Məhəmmədin üzərində qadağan olunmuş əşyalar aşkar olunmamış, lakin kisənin içərisində marixuanaya oxşar kütlələr aşkar olunmuşdur. Sonra aşkar olunmuş kütllər qablaşdırılıb götürülmüş, sonra polis əməkdaşı Şahid3 tərəfindən protokol tərtib olunmuşdur. Həmçinin Məhəmmədin üzərində olan telefona baxış zamanı narkotik vasitənin yerini bildirən konum, həmin ərazinin fotoşəkili və vatsapın yaddaşında danışığını aparılması məlum olmuşdur. Şifahi sorğu zamanı Məhəmməd həmin narkotik maddəni götürmək üçün Lerik rayonuna gəldiyini və bu narkotik maddəni Bakı şəhərinə aparması müqabilində 3500 manat pul alacağını, avtomobilin sürücüsü Famil adlı şəxsin bu işlərdən məlumatının olmadığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs və içərisində narkotik maddə olan bir ədəd kisə Lerik RPŞ-na gətirilib təhqiqata təhvil verilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq göstərilməmiş, həmçinin üzərində yoxlama və kisəyə baxış zamanı Təqsirləndirilən şəxs hər hansı şikayəti və ya narazılığı olmamışdır. Məhkəmə iclasında şahidlər Şahid2, Şahid5 və Şahid7 Şahid1 ifadəsinə uyğun ifadələr vermiş, habelə həmin şahidlər ifadələrində bildirmişlər ki, əməliyyat qrupu tərəfindən Təqsirləndirilən şəxs saxlandıqdan sonra yolun kənarında dayanmış “Mersedes” markalı avtomobilin sürücüsü (Şahid8) avtomobili sürüb hadisə yerindən qaçmışdır. Bundan sonra o, Şahid7 və Şahid5 həmin avtmobili yaxalamaq üçün şöbənin xidməti avtomobili ilə avtomobilin arxasınca getmiş və Lerik rayonunun Piran kəndinin ərazisində həmin avtomobil saxlamışdır. Famil adlı sürücünün üzərini və avtomobili yoxlamış, onun üzərində və avtomobildə qadağan olunmuş əşyalar və narkotik maddələr aşkar edilməmişdir. Şifahi sorğu zamanı Famil adlı şəxs avtomobili ilə tanışı Məhəmmədi Lerik rayonuna gətirdiyini, amma Məhəmmədin narkotik maddə götürməsi üçün Lerik rayonu gəlməsindən məlumatının olmadığını bildirmişdir. Sonra sürücü avtomobili ilə birlikdə Lerik RPŞ-na gətirilib təhqiqata təhvil verilmişdir. İşdə olan, Lerik RPŞ-nin əməkdaşının 11 dekabr 2024-cü il tarixli “Raport”u, “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılması haqında” 11 dekabr 2024-cü il tarixli protokolla müəyyən edilir ki, Kürdəmir rayon sakini Təqsirləndirilən şəxs X2 dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumat əsasında yaradılmış əməliyyat qrupu tərəfindən 11 dekabr 2024cü il tarixdə, saat 01 radələrində əməliyyat-axtarış tədbiri keçirilərək Təqsirləndirilən şəxs Lənkəran-Lerik avtomobil yolunun 35-ci km-də saxlanılmış, bundan sonra Təqsirləndirilən şəxs üstünün yoxlanılmasına başlanmışdır. Yoxlama zamanı Təqsirləndirilən şəxs aid bir ədəd kisənin içərisində 07 ədəd bağlamada narkotik vasitə olan marixuanaya oxşar kütlələr aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitə olan marixuanaya oxşar kütlələrin özünə məxsus olmasını, həmin narkotik vasitəni Lerik rayonu ərazisində qoyulduğu yerdən götürüb Bakı şəhərinə aparması müqabilində özünü İran vətəndaşı kimi təqdim edən “Səccəd” adlı şəxsin 3500 manat pul verəcəyi barədə razılaşdığını və bu məqsədlə həmin əraziyə gəldiyini bildirmişdir. Aşkar olunmuş kütlələr qablaşdırılıb təhqiqat orqanı tərəfindən götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin keçirilməsi zamanı şübhəli şəxsin üstünün yoxlanılması ilə bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 11 dekabr 2024-cü il tarixli rəyi ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs bədəni üzərində-burun, sol diz qapağı nahiyələrində sıyrıqlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşya (əşyaların) təsirindən törənmişlər, müxtəlif şəraitdə bərk küt əşyalara dəymə və ya sürtülmə təsirindən əmələ gələ bilərdi, müddəti müayinədən 6-12 saat əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. İşdə olan, “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqında” 11 dekabr 2024-cü il tarixli protokolla müəyyən edilir ki, həmin tarixdə Lerik RPŞ-nin TQ-nun təhqiqatçısı Mirsəfa Mustafayev tərəfindən Təqsirləndirilən şəxs iştirakı ilə və videoçəkilişlə təhqiqat orqanın əməkdaşları tərəfindən götürülmüş bir ədəd kisənin içərisində olan 7 ədəd bağlamalara baxış keçirilmişdir. Baxış zamanı 7 ədəd bağlamaların içərisində qurudulmuş marixuanaya oxşar kütlələr aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni Lerik rayonu ərazisində qoyulduğu yerdən götürüb Bakı şəhərinə aparması müqabilində özünü İran vətəndaşı kimi təqdim edən “Səccəd” adlı şəxsin 3500 manat pul verəcəyi ilə razılaşdığını, onu həmin əraziyə avtomobillə gətirmiş tanışı Şahid8 onun narkotik vasitə götürmək üçün gəldiyini bilməməsini bildirmişdir. Aşkar olunmuş kütlələr qablaşdırılıb təhqiqat orqanı tərəfindən götürülmüş və baxışla bağlı aparılmış videoçəkiliş bir ədəd DVD diskə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə-bioloji ekspertizasının 11 dekabr 2024-cü il tarixli rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd kisədə 07 ayrı-ayrı bükülüdə təmiz çəkisi-995,0 qram, 1260,0 qram, 1095,0 qram, 1055,0 qram, 1075,0 qram, 980,0 qram, 1130,0 qram olmaqla, ümumi təmiz çəkisi-7590,0 qram olan marixuana olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadırlar, orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Ekspertiza tədqiqatına sərf olunduqdan sonra qalıq qurudulmuş marixuana 7589,3 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 120 manat təşkil edir. İşdə olan, “Maddi sübut hesab edilməsi haqqında” 14 dekabr 2024-cü il tarixli və “Sübutların qiymətləndirilməsi haqqında” 05 mart 2025-ci il tarixli qərarlarla müəyyən edilir ki, ekspertiza tədqiqatından sonra qalıq qurudulmuş marixuana 7589,3 qram qurudulmuş marixuana və Təqsirləndirilən şəxs məxsus “Xiaomi Redmi 10A” markalı mobil telefon aparatı iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlardan narkotik vasitə saxlanılması üçün Lerik RPŞ-nin maddi sübutlar otağına təhvil verilmiş, bir ədəd “Xiaomi Redmi 10A” markalı mobil telefon aparatı saxlanması üçün cinayət işinin materiallarına əlavə edilmiş, habelə əməliyyat-axtarış tədbirinin keçirilməsi zamanı şəxsin üzərində yoxlama ilə, habelə təqdim edilmiş maddi sübutlara baxış keçirilməsi ilə bağlı aparılmış videoçəkilişlərin yazıldığı 2 (iki) ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. İşdə olan, ambulator məhkəmə-narkoloji ekspertizasının 11 dekabr 2024-cü il tarixli rəyi ilə müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur və narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan, “Sübutların qiymətləndirilməsi və cinayət işindən yeni cinayət işinin ayrılması haqqında” 05 mart 2025-ci il tarixli qərarla müəyyən olunur ki, istintaq orqanı tərəfindən hazırki cinayət işinin Şahid8 barəsində olan hissəsinə xitam verilmişdir. Habelə hazırki cinayət işindən digər şəxslərin barəsində CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutlar, ekspertiza rəyləri və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin iş üzrə şahidlər Şahid8, Şahid1, Şahid4, Şahid6, Şahid2, Şahid5 və Şahid7 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Habelə məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (iranlı ilə aralarında narkotik vasitə ilə bağlı razılaşmasının olmaması, iranlının ona borc pul verməsi və onun həmin pulu götürmək üçün Lerik rayonuna getməsi, telefonuna göndərilmiş konumda göstərilən ünvana çatıb yolun kənarında olan təndirxanaya 10-15 metr qalmış orada olan kisəni görsə də, həmin kisəni götürməməsi, kisənin içərisində nə olmasını bilməməsi, tutulduqdan sonra polis əməkdaşlarının onu döyməsi və götürülmüş kisənin, həm də kisənin içərisində olan narkotik maddənin ona məxsus olmasını və bu narkotik maddəni götürmək üçün Lerik rayonuna gəlməsini deməyə məcbur edilməsinə aid hallar istisna olunmaqla) məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid8, Şahid1, Şahid4, Şahid6, Şahid2, Şahid5 və Şahid7 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən əməliyyat-axtarış tədbirinin keçirilməsi zamanı şəxsin üzərində yoxlama ilə, habelə təqdim edilmiş maddi sübutlara baxış keçirilməsi ilə bağlı protokollarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni iranlı ilə aralarında narkotik vasitə ilə bağlı razılaşmasının olmaması, iranlının ona borc pul verməsi və onun həmin pulu götürmək üçün Lerik rayonuna getməsi, telefonuna göndərilmiş konumda göstərilən ünvana çatıb yolun kənarında olan təndirxanaya 10-15 metr qalmış orada olan kisəni görsə də, həmin kisəni götürməməsi, kisənin içərisində nə olmasını bilməməsi, tutulduqdan sonra polis əməkdaşlarının onu döyməsi və götürülmüş kisənin, həm də kisənin içərisində olan narkotik maddənin ona məxsus olmasını və bu narkotik maddəni götürmək üçün Lerik rayonuna gəlməsini deməyə məcbur edilməsinə dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid8, Şahid1, Şahid4, Şahid6, Şahid2, Şahid5 və Şahid7 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən əməliyyat-axtarış tədbirinin keçirilməsi zamanı şəxsin üzərində yoxlama ilə, habelə təqdim edilmiş maddi sübutlara baxış keçirilməsi ilə bağlı aparılmış videoçəkilişlərlə, eləcə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri ilə (həmin ifadələrində o, saxlandığı yerdə ondan götürülmüş bir ədəd kisənin içərisində aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuana kütlələrinin ona məxsus olmasını bildirib ittihamda göstərilən bütün halları təsdiq etmişdir) tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Həmçinin müdafiə tərəfinin fikrincə ibtidai istintaq zamanı narkotik vasitənin Təqsirləndirilən şəxs məxsus olmasına dair verdiyi və sonradan ittihamın əsasını təşkil edən, həmin maddənin ona məxsus olmasına dair ifadəsini o, hədə-qorxu nəticəsində, yəni polis əməkdaşlarının ona qarşı təzyiqləri nəticəsində vermişdir. Məhkəmə hesab edir ki, müdafiə tərəfinin bu fikirləri əsassızdır. Belə ki, cinayət prosessual qanunvericiliyinə əsasən təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət təqibini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Lakin işdə olan sənədlərlə müəyyən edilir ki, Təqsirləndirilən şəxs tutulduqdan sonra hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə təmin olunmuş və ibtidai istintaq dövründə nə təqsirləndirilən şəxs, nə də onun müdafiəçisi yuxarıda göstərilən hallarla və ya digər hər hansı bir hallarla bağlı şikayətlə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmişlər. Əksinə təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair istintaq orqanının vəsatətinə Lerik Rayon Məhkəməsində (məhkəmə nəzarətini həyata keçirən məhkəmə) baxılarkən Təqsirləndirilən şəxs verilmiş ittihamı qəbul edib əməlindən peşman olduğunu bildirmişdir. Qeyd olunanlara əsasən məhkəmə müdafiə tərəfinin ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs özünə qarşı verdiyi ifadənin məhz hədə-qorxu nəticəsində əldə edilməsinə dair dəlili əsassız hesab edir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayət əməli törətməsi ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə” İ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı “Marixuana-Kannabis”, o cümlədən qurudulmuş marixuana olan maddə narkotik vasitədir. Qurudulmuş marixuananın 5 qramdan artıq hissəsi xeyli miqdar, 500 qramdan 50000 qramadək külli miqdir, 50000 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) xüsusilə külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 9-cu bəndində izah olunur ki, … təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs götürülmüş 7590,0 qram narkotik vasitə olan qurudulmuş marixuana külli miqdar təşkil edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətkar qrupun üzvləri ilə razılaşmasına əsasən qazanc əldə etmək məqsədi ilə (müəyyən miqdarda pul müqabilində külli miqdarda narkotik vasitənin qrupun digər üzvlərinə çatdırılmasına görə) külli miqdarda qurudulmuş marixuana əldə edib, saxlayıb, daşıması onun həmin maddələri məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama və daşıma kimi qiymətləndirilməsi üçün əsaslardan biridir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan marixuana əldə etmiş, saxlamış və daşımışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. İşdə olan, Lerik Rayon Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 11 dekabr 2024-cü il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanmasına dair tələbnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan, Kürdəmir RİHB-nın Atakişili kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 11 mart 2025-ci il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Kürdəmir rayonun Şıxımlı kəndində qeydiyyatda olmaqla yaşamış və yaşadığı müddətdə, yaşayış yeri üzrə müsbət (yaşadığı ərazidə özünü nizam-intizamlı aparmış, kənd sakinləri ilə səmimi ünsiyyətdə olmuş və onun barəsində kənd icra nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır) xarakterizə olunur. İşdə olan, Kürdəmir RİHB-nın Atakişili kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 11 mart 2025-ci il tarixli arayışı ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs evlidir və himayəsində 01 aprel 2020-ci il təvəllüdlü Məmmədov Azər Məhəmməd oğlu və 14 iyul 2022-ci il təvəllüdlü X3 vardır. İşdə olan, Azərbaycan Respublikası medallarının № İ-16975, № İ-13737 və № İ- 46525 saylı vəsiqələrinin surətləri ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs “Xocavəndin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. İşdə olan, “Azərbaycan Respublikası Müdafiə Nazirliyi Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”sı tərəfindən 18 oktyabr 2024-cü il tarixdə verilmiş M/V №158123 saylı Vəsiqənin surəti ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs müharibə veteranıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağın olması CM-nin 59.1.4-cü maddəsinə, habelə Təqsirləndirilən şəxs 2-ci Qarabağ müharibəsinin iştirakçısı olmaqla müvafiq medallarla təltif olunması, eləcə də onun “müharibə veteranı” olması həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallardır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar (CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun CMnin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Eyni zamanda təqsirkarın törətmiş olduğu cinayətin xarakteri, habelə iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən halları, eləcə də təqsirkarın şəxsiyyətini (yaşayış yeri üzrə müsbət xarakterizə olunması, əməlindən peşmançılıq çəkməsi və ilk məhkumluğu) məhkəmə nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının müddəti aşağı həddə yaxın həddə təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-in 56.1.2ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 11 dekabr 2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və narkomaniyadan məcburi müalicə olunmalı, habelə yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Lerik RPŞ-nin maddi sübutlar otağında saxlanılan 7589,3 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X2 X4 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. Həmçinin iş üzrə maddi sübut olan və cinayət işinin materiallarına əlavə edilməklə saxlanılan, Təqsirləndirilən şəxs məxsus bir ədəd “Xiaomi Redmi 10A” markalı mobil telefon aparatı hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs atası Azər Məmmədova (ünvan: Kürdəmir rayonun Şıxımlı kəndi) təhvil verilməli, habelə əməliyyataxtarış tədbirinin keçirilməsi zamanı şəxsin üzərində yoxlama ilə, eləcə də təqdim edilmiş maddi sübutlara baxış keçirilməsi ilə bağlı aparılmış videoçəkilişlərin yazıldığı 2 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərci-120 (bir yüz iyirmi) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 11 dekabr 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və narkomaniyadan məcburi müalicə olunsun, habelə yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan və Lerik Rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağında saxlanılan 7589,3 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Habelə hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut olan və cinayət işinin materiallarına əlavə edilməklə saxlanılan, Təqsirləndirilən şəxs məxsus bir ədəd “Xiaomi Redmi 10A” markalı mobil telefon aparatı Təqsirləndirilən şəxs atası Məmmədov Azər Məhəmməd oğluna (ünvan: Kürdəmir rayonun Şıxımlı kəndi) təhvil verilsin. İş üzrə maddi sübutlar olan və cinayət işinə əlavə edilmiş, əməliyyat-axtarış tədbirinin keçirilməsi zamanı şəxsin üzərində yoxlama ilə, habelə təqdim edilmiş maddi sübutlara baxış keçirilməsi ilə bağlı aparılmış videoçəkilişlərin yazıldığı 2 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərci-120 (bir yüz iyirmi) manat məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-275/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-275/2025
25.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver