Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-276/2023 26.04.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Nizami Fərzi oğlu (sədrlik edən), X4 və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, məhkəmənin iclas katibi Kərəmov Emin Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı və Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə 22 iyul 1989-cu ildə Neftçala şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli-1 azyaşlı uşaq atası, işsiz, əvvəllər məhkum olunmamış, Neftçala şəhəri, 5-ci məhəllədə qeydiyyatda olmaqla orada yaşayan, barəsində Neftçala Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 27,735 qram çəkidə psixotrop maddə olan metamfetamin əldə edib üzərində daşımaqla saxlamış, 08 oktyabr 2022-ci il tarixdə gecə saat 02 radələrində Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X3 Şöbənin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Neftçala şəhəri 5-ci məhəllə ərazisində saxlanılaraq Regional Şöbənin inzibati binasına gətirilərək üzərində aparılan şəxsi axtarış zamanı əynindəki şalvarının sol yan cibindəki 1 ədəd sellofan bükümdə satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşımaqla saxladığı 3,648 qram çəkidə külli miqdarda psixotrop maddə metamfetamin və həmin gün səhər saat 08:30 radələrində Neftçala-Xolqaraqaşlı avtomobil yolunun Neftçala şəhəri 6-cı məhəllə ərazisindən keçən hissəsində yolun sağ kənarındakı sahədə köhnə avtomobil təkərinin yanında satış məqsədi olmadan qanunsuz olaraq əldə edib gizlədərək saxladığı 1 ədəd sellofan bükümdə külli miqdarda 24,087 qram çəkidə, ümumilikdə 27,735 qram külli miqdarda psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 07 oktyabr 2022-ci il tarixdə gecə evində yatdığı vaxt onun yatdığı otağa polis əməkdaşı Xəyal daxil olaraq ona əynini geyinməsini və onlarla birlikdə Neftçala Rayon Pois Şöbəsinə gedəcəklərini bildirmişdir. Onlar həyətə düşərkən o həyədə də 6 nəfər olduğunu görmüşdür. Polis əməkdaşları ona 25 kiloqram malı gətirdiklərini, həmin malın yerini deməsini tələb etdilər. O isə heç bir maldan xəbəri olmadığını demişdir. Sonra da onu X2 gətirib orada ona təzyiq edərək Ağakişi ilə gətirdikləri 25 kiloqram malın yerini deməsini tələb etdilər. Sonra da balaca bükümdə olan metamfetamini onun cibinə qoyub çəkiliş edəcəklərini, sonra da onu buraxacaqlarını demişlər. O da razılaşıb üzərindən götürülmüş metamfetaminin ona aid olmasını məcburiyyət qarşısında demişdir. Sonra da onu Neftçala rayonuna aparıb, Qoltuq qəsəbəsi ərazisinə Həsənabad qəsəbəsinə gedən yolun kənarında olan köhnə təkər şinin yanına qoyduqları psixotrop maddə olan metamfetamini ona əvvəldən dedikləri daşın yanına gedib oradan götürərək onlara video çəkilişlə təqdim etmişdir. O, narkotik vasitələrin və psixotrop maddələrin alqı-satqısı ilə məşğul olmamışdır. O ifadəsinə əlavə olaraq göstərmişdir ki, o Ağakişini tanıyır. Onu həm də Ceyhun kimi çağırırlar. İranlı Kəramət adlı şəxsi tanımır. Ağakişi ilə münasibətləri yaxşı olmuşdur. Lakin Ağakişidən metamfetamin almamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs ittiham olunan cinayət əməlini törətməsi özünün məhkəmədə elan olunmaqla tədqiq edilmiş ibtidai istintaq zamanı vəkilinin iştirakı ilə yazdığı işin faktiki hallarına uyğun gələn izahatından başqa, məhkəmədə dindirilmiş şahidlərin ifadələri, məhkəmədə tədqiq edilmiş ekaspertiza rəyləri, istintaq hərəkəti protokolları, əldə olunmuş maddi sübutlar, sənədlər və işin faktiki halları ilə ona aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, məhkəmədə dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin X3 Şöbəsinin baş əməliyyat müvəkkili işləyir. 08 oktyabr 2022-ci il tarixdə Neftçala şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasiyələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Ona görədə bu barədə rəhbərliyə məruzə etmişdir. Sonra da əməliyyat qrupu yaradılaraq gecə saat təxminən 02 radələrində Neftçala şəhəri, 5-ci məhəllə ərazisində küçədə Təqsirləndirilən şəxs saxlanılaraq Lənkəran şəhərində yerləşən X3 Şöbəyə gətirilmişdir. Orada onun üzərinə vəkilinin iştirakı ilə videoçəıkilişlə axtarış aparılmışdır. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki şalvarın sol yan cibində saxladığı bir ədəd polietilen sellofan bükümün içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim etmiş və həmin kütlə ondan götürülmüşdür. Büküm açıldıqda bükümün içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olması müəyyən edilmişdir. Sonra da həmin maddə qablaşdırılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin psixotrop maddənin metamfetamin olduğunu, onu təxminən 4-5 ay əvvəl həmyerlisi Ağakişi adlı şəxsdən özü istifadə etmək üçün aldığını, həmin metamfetaminin bir hissəsini də yaşadığı Neftçala şəhəri ərazisində gizlətdiyini və həmin metamfetamini də təqdim edə biləcəyini demişdir. Bundan sonra onlar, müdafiəçi vəkil Ədalət Muradovun və Təqsirləndirilən şəxs iştirakı ilə Neftçala şəhəri ərazisində səhər saat təxminən 08:30 radələrində gedib çatdıqdan sonra yolun kənarında olan köhnə avtomobil təkərinin içərisindən bir ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamini götürüb, təqdim edərək onu tanışı Ağakişinin ona təmənnasız olaraq verdiyini, Ağakişinin isə həmin maddəni Kəramət adlı İran İslam Respublikası vətəndaşından əldə etdiyini bildirmişdir. Sonra da Təqsirləndirilən şəxs götürülmüş metamfetaminə bənzər maddə qablaşdırılaraq üzəri möhürlənmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və sonra ona hər hansı təsir və ya təzyiq olunmamışdır. Dindirilmiş şahidlər Şahid2 və Şahid3 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadə verdilər. Cinayət işinin materiallarında olan üzləşdirmədə istintaq hərəkəti protokollarından görünür ki, ibtidai istintaq zamanı keçirilmiş üzləşdirmə zamanı şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələrində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmişlər. Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə “ aparılması haqqında olan 08 oktyabr 2022-ci il tarixli istintaq hərəkəti protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərində vəkilinin iştirakı ilə videoçəkilişlə aparılan şəxsi axtarış zamanı ona üzərində hər hansı narkotik vasitələr və ya əşyalar varsa könüllü təqdim etməsi təklif olunmuş o da əynindəki şalvarın sağ yan cibindən özü istifadə etdiyi bir ədəd “samsung” markalı mobil telefonu və şalvarının sol yan cibindən sellofanın içərisində 1 ədəd büküm çıxarıb təqdim edərək, bükümün içərisində şüşə (metamfetamin) olduğunu, şüşənin özünə məxsus olduğunu, onu 4-5 ay əvvəl Ağakişidən pulsuz aldığını, bir hissəsini də Neftçala şəhəri ərazisində gizlətdiyini bildirmişdir. Həmin bükümün içərisinə baxış keçirilmiş və bükümün içərisində psixotrop maddəyə bənzər kütlə aşkar olunmuşdur. Sonra da onun üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən başqa hər hansı qanunsuz madə və ya əşya aşkar olunmamışdır. Üzərindən aşkar olunmuş bir bükümdə metamfetaminə bənzər maddə çəkildikdə çəkisi 3,82 qram olmuş, həmin metamfetamin qablaşdırılaraq üzəri möhürlənmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs Ağakişini çoxdan tanıdığını, onunla dənizə gedərkən 2-3 dəfə narkotik qəbul etdiklərini, saxlanıldıqdan sonra ona qarşı hər hansı qanunsuz hərəkətlər və ya zor tətbiq olunmadığını bildirmiş və tərtib olunmuş protokol ucadan oxuduqdan sonra digər iştirkçılarla bərabər Təqsirləndirilən şəxs da protokolu imzalamışdır. Cinayət işinin materiallarında olan vəkilin iştirakı ilə videoçəkilişlə keçirilən “baxış keçirilməsi və götürmə aparılması haqqında 08 oktyabr 2022-ci il tarixli istintaq hərəkəti protokolundan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Neftçala şəhəri ərazisindəki, 6-cı məhəllədə Neftçala-Xolqaraqaşlı yolunun Xolqaraqaşlı istiqamətindəki asfalt yolun sağ ehtiyyat hissəsindən boş sahədəki köhnə avtomobil yolunun sağ kənarında köhnə avtomaşın təkərinin altında gizlətdiyi sellofanın içərisində 1 ədəd büküm təqdim etmişdir. Sorğu zamanı o bükümün içərisində şüşə (metamfetamin) olduğunu, dənizə gedərkən Ağakişinin ona verdiyini, Ağakişi ilə dənizə lotka ilə gedib, Ağakişinin iranlı Kəramət adlı şəxsdən şüşə aldığını və kömək etdiyi üçün ona da şüşə verdiyini, üzərindən çıxan şüşənin bir hissəsi olduğunu və onu yolun kənarında ailə üzvlərinin bilməməsi üçün gizlətdiyini bildirmişdir. Sonra da ondan aşkar olunaraq götürülmüş metamfetamin çəkilmiş və çəkisinin 24,44 qram olması müəyyən edilmiş və aşkar olunaraq götürülmüş metmfetamin qablaşdırılmışdır. Sonra da bu barədə protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs heç bir şikayəti olmadan protokolu imzası ilə təsdiq etmişdir. Məhkəmədə tədqiq edilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının 08 oktyabr 2022ci il tarixli 19/1067 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdə metamfetaminə bənzər kütlə qablaşdırıldı və möhürləndi” sözləri və imzalar olan bir ədəd zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi-3,648 qram olan ağ rəngli kristal formada olan maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs Neftçala rayonu ərazisində təqdim etdiyi 01 ədəd bükümdə metamfetaminə bənzər kütlə qablaşdırıldı və möhürləndi” sözlər və imzalar olan bir ədəd zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 24,087 qram olan ağ rəngli kristal formada olan maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdə metamfetaminə bənzər kütlə qablaşdırıldı və möhürləndi” və “Təqsirləndirilən şəxs Neftçala rayonu ərazisində təqdim etdiyi 01 ədəd bükümdə metamfetaminə bənzər kütlə qablaşdırıldı və möhürləndi” sözlər və imzalar olan iki ədəd zərfdəki, 2 ədəd bükümdə ümumi təmiz çəkisi 27,735 qram olan metamfetaminlər xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına” daxildir. Məhkəmədə tədqiq edilmiş ambulator məcburi narkoloji tibbi yoxlama rəyində göstərilmişdir ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan əməliyyat tapşırığına verilmiş 30 oktyabr 2022-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, əməliyyat yolu ilə aparılmış yoxlamalar zamanı Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələrin alqı-satqısı ilə maşğul olmadığı, yalnız öz şəxsi istifadəsi ilə bağlı qanunsuz hərəkətlərə yol verdiyi müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan ibtidai istintaq orqanının 15 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalmış 27,635 qram çəkidə psixotrop maddə olan metamfetamin maddi sübut kimi tanınaraq saxlanılması üçün Neftçala Rayon Polis Şöbəsinə təhvil verilmişdir. İşdə olan Neftçala Rayon Mərkəzi Xəstəxanasının 28 oktyabr 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs ruhi-əsəb və narkoloji dispanserində qeydiyyatda olması müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan məhkəmədə tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs bədən səthi üzərində hər hansı xəsarət aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan Neftçala rayon prokurorunun köməkçisi İsmayıl Məmmədlinin qəbul etdiyi 03 noyabr 2022-ci il tarixli qərarından görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs qarşı hər hansı qanunsuz hərəkətlərə yol verilməsi ilə əlaqədar olaraq CPM-nin 39.1.2-ci maddəsinə əsasın cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 3,648 qram çəkidə olan və təqdim etdiyi 24,087 qram çəkidə olan psixtrop maddə olan metamfetaminlərin ona məxsus olmadığını, Baş Narkotiklərlə Mübarizə İdarəsinin X3 Şöbəsinin əməkdaşları tərəfindən zor tətbiq olunaraq və aldadılaraq üzərinə qoyulduğunu, həmin psixotrop maddə olan metamfetaminlərin ona məxsus olmadığını bildirməklə öz müdafiəsi üçün dəlil gətirmişdir. Məhkəmə bu ifadəyə Təqsirləndirilən şəxs özünü müdafiə məqsədi daşımaqla məhkəmədə heç bir sübütla təsdiq edilmədiyindən, işin hallarına uyğun gəlməyən ifadə olduğundan habelə məhkəmədə tədqiq edilmiş vəkilinin iştirakı ilə onun üzərinə şəxsi axtarış və götürmə keçirilməsi haqqında, baxış və götürmə aparılması haqqında istintaq hərəkəti protokolları ilə, məhkəmə elan olunmaqla tədqiq edilmiş müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən, Neftçala şəhəri ərazisində psixotrop maddəni təqdim etdiyi yerə müdafiəçinin iştirakı ilə video çəkilişlə baxış, götürmə hərəkətləri aparılarkən üzərində aşkar olunmuş 1 ədəd sellofan bükümdəki psixotrop maddə olan metamfetaminin, Neftçala şəhəri ərazisində gizlətdiyi 1 ədəd sellofan bükümdəki psixotrop maddə olan metamfetaminin onun özünə məxsus olduğunu, həmin psixotrop maddələri ona tanışı Ağakişi Süleymanovun verdiyini, polis əməkdaşları tərəfindən ona qarşı hər hansı qanunsuz hərəkətə yol verilmədiyini və zor tətbiq olunmadığını bildirdiyi ilkin izahatı ilə, məhkəmədə dindirilmiş şahidlərin ifadələri ilə, cinayət işinin materiallarında olan şahidlər Şahid1, Şahid2 və Şahid3 Təqsirləndirilən şəxsla üzləşdirmədə dindirmə istintaq hərəkəti protokolları ilə, məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir bükümdə psixotrop maddə metamfetaminin onun Neftçala şəhəri ərazisindən yolun kənarından köhnə avtomaşın şininin altında götürərək təqdim etdiyi metamfetaminlərlə xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eyni tərkibli olmasına dair məhkəmə kimyəvi ekspertizasını rəyləri ilə, məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs hər hansı fiziki zor tətbiq olunması və digər qanunsuz hərəkətlərə yol verilməsi ilə bağlı xüsusatların araşdırılması zamanı qəbul edilmiş cinayət işi başlanmasının rədd edilməsi barədə qərarla təkzib edildiyindən məhkəmə həmin ifadəyə tənqidi yanaşır və sübut kimi qəbul etmir. Beləliklə, məhkəmə ittiham üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Onun törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilir. Əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 234.1-1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də o, CM-nin həmin maddəsi ilə təqsirli bilinib cəzalanmalıdır. İşdə olan hüquqi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 22 iyul 1989-cu ildə Neftçala şəhərində anadan olmuşdur. Neftçala şəhəri, 5-ci məhəllədə qeydiyyatda olmaqla orada yaşamışdır. Himayəsində 2013-cü il təvəllüdlü qızı Mehriban vardır. İşdə olan Neftçala Rayon Məhkəməsinin 09 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, həmin qərara əsasən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 08 oktyabr 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İşdə olan DİN-in BƏSİİ-nin mlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edərkən CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, onun şəxsiyyətini, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən halları habelə təyin olunmuş cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran halın olması müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcədə cəzanı yüngülləşdirən halı nəzərə alır və hesab edir ki, onun cəmiyyətdən təcrid etmədən islah edilməsi mümkün deyildir. Ona görə də ona təqsirləndirildiyi maddənin, sanksiyasında nəzərdə tutulan cəzanın aşağı həddinə yaxın cəza təyin edilməlidir. Hazırki halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs barəsində CM-nin 62 və 70-ci maddələrinin tətbiq edilməsinə əsas görmür. Məhkəmə hesab edir ki, CM-nin 56.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin başlanğıcı 08 oktyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılmalıdır. Cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. İş üzrə maddi sübut olan və Neftçala Rayon Polis Şöbəsində saxlanılan 27,635 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilməlidir. İş üzrə məhkəmə xərci olan 60 manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respubilikası CPM-nin 44, 132, 346, 351- 353, 356-358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin başlanğıcı 08 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Neftçala Rayon Polis Şöbəsində saxlanılan 27,635 qram çəkidə narkotik vasitə heroin məhv edilsin. İş üzrə məhkəmə xərci olan 60 manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protest verilə bilər. Hökmdən apellasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-276/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-276/2023
26.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver