Məhkəmə qərarları › İş №1(099)-276/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-276/2024

28.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-276/2024 28.03.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X4, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.2003-cü ildə Cəlilabad rayonu Göytəpə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2nda yaşamış, barəsində həbs qətimkan seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarix saat 01 radələrində yaşadığı evdə bacısı Şahid2 mobil telefonunda Zərərçəkmiş şəxs ilə aralarında sevgi mövzusunda yazılmış ismarıcları gördükdən sonra onların arasında sevgi münasibətlərinin olduğunu başa düşüb onda yaranmış qısqanclıq hislərinin təsirindən Zərərçəkmiş şəxs öldürmək qərarına gəlmiş, əvvəlcədən onda yaranmış cinayətkar niyyətini həyata keçirmək üçün yaşadığı evdə saxladığı bir ədəd zavod üsülu ilə hazırlanmış məişət təyinatlı, soyuq silah hesab edilməyən turist bıçağını əynində olan şalvarın cibinə qoyub üzərində gəzdirməklə həmin gün saat 10:30 radələrində yaşadığı evdən çıxıb dostu Şahid1 ilə görüşüb onunla birlikdə Şahid2 Zərərçəkmiş şəxsla birgə işlədiyi Cəlilabad rayonu Göytəpə şəhəri Qurtuluş küçəsində yerləşən “Real” adlı mağazadan çağırıb birlikdə mağazanın yaxınlığından axan Göytəpə çayının kənarına getdikdən sonra aralarında qısqanclıq zəminində yaranmış mübahisə zamanı bu hərəkətlərinə görə qisas motivi ilə öldürmək məqsədi ilə əvvəlcə yumruq və ayaq zərbəsi, eləcə də üzərində gəzdirdiyi həmin bıçağın dəstəyinin arxa tərəfi ilə zərərçəkmişin baş nahiyəsinə qəsdən çoxsaylı zərbələr endirmiş, daha sonra məqsədinə nail olmaq üçün bıçağın kəsici-deşici tərəfi ilə zərərçəkmişin bədən nahiyəsinə xüsusi amansızlıqla, o cümlədən ağır iztirablar verməklə qəsdən, çoxsaylı bıçaq zərbələri endirib sonuncuya döş qəfəsinin sağ yan səthinin döş boşluğuna keçən, lakin daxili üzvləri zədələməyən insan həyatı üçün təhlükəli olan, dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid bir ədəd deşilmiş-kəsilmiş yara; sol bel, sol çiyin qurşağı və hər iki dirsək oynağı nahiyəsində hər bir nahiyədə bir ədəd olmaqla, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aid ümumilikdə dörd ədəd kəsilmiş və kəsilmiş-deşilmiş yara; sol bazu nahiyəsində iki ədəd qançır kimi sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirib zərərçəkmişin dönə-dönə aman diləyən yalvarışlarına baxmayaraq müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirərək zərərçəkmişin baş nahiyəsini kəsmək üçün Şahid1 kömək istəsə də sonuncu onu kənara itələyərək zərərçəkmişə zərbələr endirməyə davam etməsinin qarşısını aldığına görə öz iradəsindən asılı olmayaraq Zərərçəkmiş şəxs buraxmış, eləcə də zərərçəkmişin hadisə yerindən uzaqlaşdırılıb dərhal xəstəxanaya çatdırılaraq müvafiq ixtisaslı tibbi yardımlar göstərilməsi səbəbindən bilavasitə qəsdən adam öldürməyə yönəlmiş əməlini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs xüsusi amansızlıqla, qəsdən öldürməyə cəhd etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 120.2.4-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadə verməkdən imtina etmişdir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamın mahiyyəti üzrə ifadə verməkdən imtina etdiyi üçün Azərbaycan Respublikası CPM-nin 327.1.1-ci maddəsinə əsasən (təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı elan edilmiş ittihamın mahiyyəti üzrə ifadə verməkdən imtina etdikdə onun məhkəməyədək icraat zamanı verdiyi ifadələri məhkəmədə elan oluna bilər) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri məhkəmədə elan olunmaqla tədqiq olunmuşdur. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilir. xx.xx.2023-cü il tarix saat 01 radələrində Şahid2 ilə evin həyətində əyləşən zaman bacısının istifadəsində olan “Redmi” markalı mobil telefona ardıcıl ismarıclar gəldiyini görüb gecə vaxtı nəyə görə bacısının telefonuna ismarıclar gəlməsindən əsəbiləşib telefonu bacısından tələb etmişdir. Telefonu stolun üzərindən götürsə də kiliddə olduğu üçün aça bilməmişdir. Bacısından telefonun kilidini açmağı tələb etsə də sonuncu kilidi açmamışdır. Bir neçə dəfə kilidin şifrəsini təsadüfən yığaraq kilidi açmışdır. Bacısına “İnstagram” sosial şəbəkəsindən ismarıclar gəldiyini görüb həmin sosial şəbəkəyə daxil olub bacısına Abbasov soyadlı şəxsin sevgi mətnli ismarıclar yazdığını görmüşdür. Buna görə əsəbiləşib bacısının sifət nahiyəsinə bir neçə dəfə sillə zərbələri endirmişdir. Həmin vaxt yanlarına anası və qardaşı Şahid4 da gedərək onları sakitləşdirməyə çalışmışlar. Bacısından Abbasov soyadlı şəxsin kim olmasını soruşduqda sonuncu həmin şəxsin onunla birlikdə “Real” adlı mağazada işləyən Zərərçəkmiş şəxs və aralarında həqiqətən də sevgi münasibətlərinin olmasını demişdir. Bacısının özünün və ailələrinin çətin vəziyyətində sevgi münasibətləri yaşamasını qəbullana bilməmişdir. Buna görə Zərərçəkmiş şəxs qeyrətinə sataşdığı üçün sonuncunu öldürməklə cəzalandırmaq qərarına gəlmişdir. Bu hadisəyə qədər Zərərçəkmiş şəxs tanımamış, qohumluq əlaqələri, düşmənçilik və ya ədavəti olmamışdır. Əsəbi olduğu üçün yata bilmədiyinə görə dostu Şahid1 zəng edərək onu çağırmışdır. Bir neçə dəqiqə sonra Şahid1 gəlmiş və birlikdə yaşadığı evin yerləşdiyi küçədə söhbət etməyə başlamışlar. Şahid1 Zərərçəkmiş şəxs Şahid2 əxlaqsız təklif etdiyini və onunla sevgi münasibətlərində danışdığını, buna görə onunla söhbət etməli olduğunu demişdir. Şahid1 artıq gec olduğunu səhər açıldıqda Zərərçəkmiş şəxsla söhbət edə biləcəklərini demişdir. Bu söhbətdən sonra onlar ayrılıb öz evlərinə getmişlər. Həmin gün səhər saatlarında Zərərçəkmiş şəxs öldürmək məqsədi ilə evdə gizlədib saxladığı qatlanan bıçağı götürüb şalvarının ön sağ cibinə qoymuşdur. Bundan sonra Zərərçəkmiş şəxs “İnstagram” sosial şəbəkəsindən zəng edib görüşmək istədiyini demişdir. Zərərçəkmiş şəxs işlədiyi mağazada olacağını demişdir. Sonra Şahid1 zəng edib Zərərçəkmiş şəxsla görüşəcəyini bildirəndə sonuncu görüşə tək getməməyini, birlikdə getmələrini bildirmişdir. Yaşadığı evin yerləşdiyi küçəyə çıxdıqdan sonra Şahid1 onun yanına getmiş və birlikdə “Real” adlı mağazaya doğru addımlamışlar. Zərərçəkmiş şəxs mağazanın arxa tərəfində əyləşib əlindəki mobil telefonla məşğul olmuşdur. Həmin gün saat 11:30 radələrində Zərərçəkmiş şəxs yaxınlaşıb Zərərçəkmiş şəxs məhz onun olub-olmamasını soruşmuş, sonuncu axtardığı şəxsin məhz onun olduğunu təsdiqləmişdir. Şahid1la birlikdə hər ikisi Zərərçəkmiş şəxsla salamlaşmışlar. Bundan sonra Zərərçəkmiş şəxs söhbət etmək, aralarındada olan məsələni aydınlaşdırmaq üçün mağazanın yaxınlığından axan Göytəpə çayının yaxınlığına dəvət etmişdir. Üçü birlikdə çayın kənarına getmişlər. Onlar söhbət etməyə başlayanda Şahid1 onlardan 1-2 metr aralı məsafədə dayanmışdır. Söhbətə başlayaraq nəyə görə Zərərçəkmiş şəxs onun bacısına nalayiq ifadələr yazdığını soruşduqda sonuncu bacısı ilə heç bir şəxsi münasibətlərinin olmaması, onların yalnız iş yoldaşı olduğunu bildirmişdir. O isə Zərərçəkmiş şəxs yazdığı ismarıcları şəxsən özünün oxuduğunu və bunun onların arasında olan şəxsi münasibətlərin sübutu olduğunu bildirmişdir. Bu söhbətləri təxminən bir dəqiqə davam etmişdir. Zərərçəkmiş şəxs bacısı ilə aralarında sevgi münasibətlərinin olmasını inkar etdikdən sonra onunla söhbət etməyin mənasız olduğunu görüb əvvəlcədən özündə formalaşdırdığı planı icra etməyə başlamışdır. Buna görə əvvəlcə yumruqla Zərərçəkmiş şəxs baş nahiyəsinə və ayaqla bədən nahiyəsinə zərbələr endirməyə başlamışdır. Daha sonra cibindən bıçağı çıxarıb bıçaq bağlı vəziyyətdə bıçağın dəstəyinin arxa tərəfi ilə Zərərçəkmiş şəxs baş nahiyəsinə bir neçə zərbə endirmişdir. Bu zərbələri endirəndə Zərərçəkmiş şəxs yerə yıxılmışdır. Yerdə olan vəziyyətdə Zərərçəkmiş şəxs ayağa qalxmağa çalışsa da yenidən onun baş və bədən nahiyələrinə ayaq zərbələri endirmişdir ki, ayağa qalxa bilməsin. Zərərçəkmiş şəxs səhhəti ilə bağlı başında problem olduğunu bildirib ona zərbələr endirməyini dayandırmağı xahiş etsə də sonuncunun yalvarışlarına məhəl qoymamışdır. Həmin vaxt bıçağın tiyəsini əli ilə açıb Zərərçəkmiş şəxs baş və bədən nahiyələrinə çoxsaylı bıçaq zərbələri endirmişdir. Əsasən Zərərçəkmiş şəxs baş və bədənin yuxarı nahiyələrinə zərbələr endirmişdir ki, asanlıqla öldürə bilsin. Zərərçəkmiş şəxs “Məni bağışla, qələt eləmişəm, vurma” kimi ifadələr işlətsə də onun yalvarışlarına əhəmiyyət verməyib bıçaq zərbələri vurmağa davam etmişdir. Zərərçəkmiş şəxs isə vurduğu zərbələrdən yayınıb çayın kənarına yuvarlanmaq istəyəndə sonuncunu geriyə doğru çəkib yenidən ona zərbələr vurmuşdur. Zərərçəkmiş şəxs müqavimət göstərdiyini, ölmədiyini görüb yanlarında dayanan Şahid1 “Bunun başını tut kəsim” demişdir. Şahid1 həmin vaxt onu kənara itələmişdir. Zərərçəkmiş şəxs hərəkətsiz qaldığını görüb öldüyünü fikirləşmişdir. Buna görə Şahid1la birlikdə yaşadığı evin yerləşdiyi küçəyə getmişdir. Təqsirləndirilən şəxs əlavə olaraq ifadəsində göstərmişdir ki, bacısı ilə Zərərçəkmiş şəxs arasında sevgi münasibətlərinin olduğunu bildikdən sonra Zərərçəkmiş şəxs öldürmək qərarına gəlmiş və buna görə yaşadığı evdə gizlətdiyi bıçağı götürüb hadisə vaxtı Zərərçəkmiş şəxs bıçaqla zərbələr endirmişdir. Ancaq Şahid1 onu kənara itələdiyi üçün Zərərçəkmiş şəxs öldürə bilməmişdir. Zərərçəkmiş şəxs öldürmək barədə qərara gəldikdən sonra onu əl-ayaq zərbələri ilə deyil, bıçaqla öldürə biləcəyinə görə üzərində bıçaq götürmüşdür ki, Zərərçəkmiş şəxs öldürsün. Hadisə zamanı Zərərçəkmiş şəxs baş və boyun nahiyələrinə bıçaqla ilk zərbələri vurduqdan sonra qışqıraraq və geriyə doğru dartılmaqla ona müqavimət göstərdiyini gördükdə həmin zərbələrin ona təsir etmədiyini görüb yenidən onu öldürmək üçün zərbələr endirmişdir. Hadisədən əvvəl təxminən Zərərçəkmiş şəxsla bir dəqiqə söhbət edikdən sonra ona zərbələr endirməyə başlamışdır. Bu hadisə təxminən 5-10 dəqiqə davam etmişdir. Hadisə vaxtı özü, Zərərçəkmiş şəxs və Şahid1 başqa ətrafda heç kim olmamışdır. Hadisə zamanı Zərərçəkmiş şəxs ona yalvararaq zərbələr vurmağını dayandırmağımı xahiş edir, o isə bu yalvarışlara məhəl qoymayaraq zərbələr endirməyə davam etmişdir. Zərərçəkmiş şəxs zərbələr endirəndə ona qarşı heç bir ifadə işlətməmişdir. Hadisə zamanı Zərərçəkmiş şəxs əvvəlcə bir neçə əl və ayaq zərbələri, bıçaq qatlanmış vəziyyətdə olduğu halda dəstəyinin arxa tərəfi ilə başına bir neçə zərbə, bıçaqla isə təxminən 8-10, bəlkə də daha çox zərbələr endirmişdir. Zərərçəkmiş şəxs onun qeyrətinə sataşdığına görə onda yaranmış əsəb, gərginlik və həyəcan hissindən sonuncuya vurduğu zərbələrin dəqiq sayını xatırlamasa da çoxsaylı zərbələr vurduğuna dəqiqliklə əmindir. Zərərçəkmiş şəxs öldürmək məqsədilə ona bıçaqla zərbələr endirmişdir. Zərərçəkmiş şəxs bıçaqla zərbələr endirəndə sonuncunun ölmədiyini, ona müqavimət göstərdiyini gördükdə daha bir neçə zərbə də vurmuşdur ki, ölsün. Hadisə vaxtı əvvəlcə Zərərçəkmiş şəxs əl-ayaq zərbələri endirəndə hər ikisi ayaqüstdə, üzbəüz dayanmışdırlar. Zərərçəkmiş şəxs başına bıçağın dəstəyinin arxa tərəfi ilə zərbələr endirdikdən sonra həmin zərbələrin təsirindən sonuncu yerə yıxılmışdır. Digər zərbələri isə Zərərçəkmiş şəxs sonuncu yerdə oturaqlı və uzanıqlı vəziyyətdə olarkən vurmuşdur. Zərərçəkmiş şəxs zərbələr endirəndə sonuncu yalvararaq onun hərəkətlərini dayandırmağı istəmiş, ona müqavimət göstərmiş və sürünərək çayın kənarına yuvarlanmaq istəsə də sonuncunun yalvarışlarına əhəmiyyət verməyərək, müqavimətini qıraraq bıçaqla zərbələr endirməyə davam etmişdir. Hadisə vaxtı istifadə etdiyi bıçaq təxminən 20 sm uzunluğunda, dəstəyi qəhvəyi rəngdə, tiyəsi isə gümüşü rəngdə olmuşdur. Hadisə baş verən zaman heç bir xəsarət almamışdır. Bacısının telefonunda Zərərçəkmiş şəxsla aralarında sevgi barədə yazılan ismarışları gördükdən sonra onların arasında sevgi münasibətlərinin olduğuna əmin olub Zərərçəkmiş şəxs öldürmək qərarına gəlmişdir. Buna görə həmin ismarışları gördükdən sonra bacısı ilə aralarında yaranan mübahisə zamanı əsəbindən bacısına etdikləri əmələ görə sonuncunu və Zərərçəkmiş şəxs öldürəcəyini demişdir. Bacısından başqa Zərərçəkmiş şəxs öldürəcəyi barədə heç kimə deməmişdir. İfadəsi elan olunduqdan sonra Təqsirləndirilən şəxs həmin ifadəsində göstərilənlərdən gecə saat 04:00-da dostu Xəzəri çağırması hissəsində təsdiq etmədiyini, onunla səhər yolda rastlaşdığını, qalan hissədə ifadələrinin doğru olduğunu və təsdiq etdiyini, niyyətinin Zərərçəkmiş şəxs öldürmək olduğunu, əməlindən peşman olmadığını bildirmişdir. Təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsinə baxmayaraq, onun qeyd olunan cinayət əməlini törətməsi faktı işin məhkəmə baxışı zamanı araşdırılmış digər sübutlarla da, tam təsdiq olunur. Zərərçəkmiş şəxs qismində dindirilimiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə gecə saatlarında Şahid2 “İnstagram” şəbəkəsində ismarıclar yazaraq onu yaşadıqları evin yerləşdiyi küçəyə dəvət etmiş, o isə sonuncunun yaşadığı küçəni tanımadığı cavabını vermişdir. Həmin vaxt elə bilmiş ki, yazan Rüqəyyə özüdür. Bu olmuş qurtarmışdır. Səhəri gün isə Əli adlı şəxs ona zəng vurub demişdir ki, səni 2 saatlıq müddətə götürəcəyik, demiş ki, problem yoxdur. Həmin gün iş yerinə getmiş, orada “Real” adlı mağazanın arxasında oturmuşdur. Sonradan Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs ona yaxınlaşıb salamlaşmışdır. Təqsirləndirilən şəxs onu kənarda söhbət etməyə dəvət etmişdir. Bir qədər piyada hərəkət etdikdən sonra binanın tinində dayanmış, sonradan Şahid1 olduğunu bildiyi şəxs onlara yaxınlaşıb hər ikisi ilə salamlaşdıqdan sonra onlar üçü birlikdə piyada hərəkət etməyə başlamışlar. Mağazanın yaxınlığından axan çayın kənarına təxminən 10-12 metr məsafə qalmış dayandıqda Təqsirləndirilən şəxs söhbət açaraq ondan bacısı Şahid2 nə yazdığını soruşmuş və söhbəti aydınlaşdırmamış, başının arxasına bıçağın tiniylə 3-4 dəfə vurmağa başlamış, zərbələrdən özünü itirmişdir. Bundan sonra bıçağın ön hissəsi ilə bədəninə zərbələr vurmağa başlamışdır. Zərbələrdən yerə yıxılmış, lakin ayağa qalxmağa çalışanda təpiklə bir daha vurub yerə yıxıb bıçaqla zərbələr endirməyə başlamışdır. Əli onu vurarkən yalvarmış, lakin o buna məhəl qoymayıb vurmağa davam etmişdir. Əli bədəninə zərbələr vuranda əlini boynuna tutmuş, həmin Təqsirləndirilən şəxs Şahid1 “Başını tut kəsim” cümləsini demişdir. Lakin Xəzər buna imkan verməmişdir. Həmin vaxt Əli bıçağı sol qabırğasına vurmuşdur. Daha sonra kömək üçün yalvarmış, həmin şəxslər isə oradan çıxıb getmişlər. Özü güclə durub divardan tutatuta mağazanın arxasına gəlmişdir. Orada kənardakı adamlar kömək edib Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına gətirmişlər. Təxminən 12 gün xəstəxanada qalmışdır. Təqsirləndirilən şəxs tutulmasın istəmir, lakin ona vurulmuş ziyanın ödənilməsini tələb edir, onunla arasında barışıq yoxdur. O xəstəxanadan çıxan gündən Əli tərəfdən heç kim onlara gəlməyib. Hadisəyə səbəb Əlinin bacısıyla yazışması olub, belə ki, ilk dəfə bacısı özü yazıb onu sevdiyini, o isə məcburiyyət qarşısında qalıb cavab verib. Çünki Rüqəyyə demiş ki, “kiməsə desən özümü öldürəcəm”. Hadisədən sonra Əli oranı tərk etmiş, lakin Xəzər orda qalmış, ondan kömək istəmiş, Xəzər isə dur get binanın yanına demişdir. Hazırda ona 1500 manat iynə, dərman müalicə xərci ilə bağlı ziyan dəyib, həmin ziyanın ödənilməsini tələb edir, aralarında barışıq yoxdur. Şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Natiqlə görüşməyə Əli ilə birlikdə getmiş, məqsədləri onunla söhbət etmək olmuşdur. Əli ilə onlara məxsus evin yanında görüşmüşlər. Daha sonra Real marketin arxasına gedib Natiqlə görüşmüşlər. Orada yaxınlıqdakı çayın kənarına birlikdə söhbət etməyə getmişlər. Həmin yerdə biraz danışıqlar olmuş, özü isə onlardan biraz ara məsafəsində dayanmışdır. Söyüş işlənmiş, dostu Əli də bıçağı çıxarıb, özünü saxlaya bilməyib üç-dörd dəfə Natiqi vurmuş, o isə dostunu uzaqlaşdırmışdır. Zərərçəkmiş şəxs isə yerdə uzanmış, demiş ki, “qalx ayağa qan itirirsən, yaxınlıqdakı binaya tərəf get, camaat var sənə kömək etsinlər”. Əlini isə uzaqlaşdırıb evlərinə tərəf aparmış, sonra isə polislər gəlib onları saxlamışlar. Əli hadisə vaxtı özündə olmamış, söyüş eşitmiş, iki tərəfdə söyüş söymüş, birinci söyüşü də Natiq işlətmişdir. Problem isə o olmuşdur ki, ailə söhbəti imiş, ona görə də birinci Əli ilə görüşmüş danışmış ki, söbhət edib bu məsələni həll etsinlər, bacısı ilə münasibətdən xəbəri olmuşdur. Əlinin bıçaq götürməsindən isə xəbəri olmamışdır. Natiqi vurmaq məqsədilə getməmişlər, əvvəl Əli əsəbi olmuş, onu sakitləşdirmiş ki, “hər şeyin yönüyöntəmi var danışıq aparaq”. Əli bıçağı vurandan sonra Natiq demiş ki, “başımda travma var, başıma vurma”, başqa da səsini eşitməmişdir. Əlinin ona tut Natiqin başın kəsim sözün deməsin isə eşitməmişdir. Hadisə vaxtı Əliyə qışqırıb, itələyib, onu uzaqlaşdırmışdır. Özü həmin vaxt dostunu tutmalıymış ki, Əli epilepsiya xəstəsi imiş, uşaqlıqdan onun qarşısını yalnız özü kəsmiş, ona görə də Əlini oradan aparmışdır. Telefonu hadisə yerində itmişdir, sonradan da tapılmamışdır. Gəlib Əligilin həyətinə girmişlər, sonra çölə çıxdıqda polislər gəlib saxlamışdır. Evlərində isə problemin olduğuna şahid olmamışdır. İfadələr arasında ziddiyətlər olduğundan Şahid1 məhkəmə istintaqında ibtidai araşdırma orqanına verdiyi ifadəsi elan olunub tədqiq edilmiş, həmin ifadəsində Şahid1 bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 04 radələrində Cəlilabad rayonu, Göytəpə şəhərində yerləşən yaşadıqları evdə yatan vaxt Təqsirləndirilən şəxs ona zəng edərək tez bir zamanda sonuncunun yaşadığı evə gəlməsini istəmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə çatdıqda Təqsirləndirilən şəxs əhvalının pis olduğunu görüb ondan nə baş verməsini soruşmuşdur. Təqsirləndirilən şəxs cavabında Şahid2 istifadəsində olan mobil telefonda Cəlilabad rayonu, Göytəpə şəhərində yerləşən “Real” adlı mağazada işləyən sonradan Zərərçəkmiş şəxs olduğunu bildiyi şəxsin əxlaqsız təkliflər edərək sözlər yazmasını gördüyünü demişdir. O isə Təqsirləndirilən şəxs sakitləşməsini, sabah mağazaya gedib bu məsələni aydınlaşdıracaqlarını deyib yaşadığı evə qaytmışdır. xx.xx.2023-cü il tarix saat 09 radələrində Təqsirləndirilən şəxs ona zəng vurub Natiq Həsənovun ona ismarışlar yazaraq görüşmək istədiyini demişdir. O isə cavabında tək getməməyini, onu gözləməsini bildirdikdən sonra Təqsirləndirilən şəxs yaşadığı küçəyə gedərək onunla birlikdə “Real” adlı mağazanın arxa tərəfinə gedərək Zərərçəkmiş şəxsla salamlaşdıqdan sonra hər üçü birlikdə mağazanın yanından axan çayın kənarına tərəf getmişlər. Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs mübahisə zaman onlardan 1-2 metr aralı məsafədə dayanmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs cibindən bıçaq çıxararaq Zərərçəkmiş şəxs iki bıçaq zərbəsi vurduğunu gördükdə dərhal onların yanına gedib Təqsirləndirilən şəxs itələyib guya vurduğu bıçağın Zərərçəkmiş şəxs ürək nahiyəsindən dəydiyini bildirib oradan qaçmalarını bildirmişdir. Zərərçəkmiş şəxs isə ondan kömək etməsini istədikdə sonuncuya yarasını əli ilə tutub dayandıqları yerdən yuxarıda istiqamətdə yerləşən binaya tərəf getməsini bildirmişdir. Təqsirləndirilən şəxsla birgə oradan uzaqlaşıb sonuncunun yaşadığı evin qarşısına getmişlər. Təqsirləndirilən şəxs hadisəni törətdiyi bıçaqla birlikdə yaşadığı evə daxil olduqda evdə qışqırtı səsləri yarandığını eşitmişdir. Təqsirləndirilən şəxs bacısının üzərinə hücum edib qışqırmağını eşidib dərhal evin həyətinə daxil olub və Təqsirləndirilən şəxs küçəyə çıxartmışdır. Sonra polis əməkdaşları gəlib Təqsirləndirilən şəxs Cəlilabad rayonu Göytəpə Polis bölməsinə aparmışlar. Şahid1 əlavə olaraq ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs başını kəsmək istədiyini bilməmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs daha çox bıçaq zərbələri vurmasının qarşısını almaq məqsədi ilə kənara itələmişdir. Təxminən beş dəqiqə davam edən hadisə zamanı Cəlilabad rayonu, Göytəpə şəhəri ərazisində yerləşən “Real” adlı mağazanın yaxınlığından axan çayın kənarında özü, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs başqa kənarda heç kim olmamışdır. Təqsirləndirilən şəxs üzərində cib bıçağı olmasını əvvəlcədən bilməmişdir. Hadisə baş verən vaxt mübahisə edənləri aralamış, ancaq küçədən başqa adamları çağırmağa vaxt tapa bilməmişdir. Təqsirləndirilən şəxs hadisə yerindən aparanda binadan çıxan tanımadığı iki nəfər azyaşlı uşağa çayın kənarında yaralı vəziyyətdə olan Zərərçəkmiş şəxs kömək etmələrini demişdir. İfadəsi elan olunduqdan sonra Şahid1 ifadəsini təsdiq etdiyini bildirmişdir. Şahid qismində dindirilmiş Şahid2 təqsirləndirilən şəxs yaxın qohumu qardaşı olduğundan ona qarşı ifadə verməkdən imtina etdiyini bildirmişdir. Şahid2 ifadə verməkdən imtina etdiyi üçün məhkəmə istintaqında ibtidai araşdırma orqanına verdiyi ifadəsi elan olunub tədqiq edilmiş, həmin ifadəsində Şahid2 bildirmişdir ki, baş vermiş hadisədən təxminən səkkiz ay əvvəl ailədaxili münaqişələr səbəbindən Elbəyi Paşayevdən ayrılaraq azyaşlı övladları ilə birlikdə ünvan 3 ünvanında yaşayan ailə üzvlərinin yanına gedərək onlarla birlikdə yaşamağa başlamışdır. Özünün və övladlarının maddi ehtiyaclarını qarşılamaq üçün Cəlilabad rayonu, Göytəpə şəhərində yerləşən “Real” adlı mağazada satıcı kimi işləyir. Təqsirləndirilən şəxs qardaşıdır və qardaşı ilə münasibətləri həmişə mehriban olmuşdur. Mağazada gecə növbəsində işləyir və xx.xx.2023-cü il tarixdə saat 01 radələrində işdən çıxıb yaşadığı evə getmişdir. Həmin gün saat 01:30 radələrində yaşadığı evin həyətində oturub yemək yeyən zaman Təqsirləndirilən şəxs həyətə gəlib ondan özünə məxsus qırmızı rəngli “Redmi A8” markalı mobil telefonu istəmişdir. Telefonu Təqsirləndirilən şəxs vermədiyini gördükdə Təqsirləndirilən şəxs telefonu məcbur əlindən alıb evə getmişdir. Təqsirləndirilən şəxs həmin telefonda olan “İnstagram” sosial şəbəkəsində birlikdə işlədiyi Zərərçəkmiş şəxs ilə bir-birilərinə yazdıqları sevgi mövzusunda ismarışları gördükdən sonra aralarında yaranmış mübahisə zamanı onun sifət nahiyəsinə 2-3 dəfə sillə zərbələri vurmuşdur. Daha sonra Əli Təqsirləndirilən şəxsndə tutduğu cib bıçağı ilə onun üzərinə hücum edərək onu və Zərərçəkmiş şəxs öldürəcəyini demişdir. O isə cavabında Zərərçəkmiş şəxs yox, onu öldürməsi barədə yalvarmışdır. Mübahisə zamanı anası Şahid3 səs-küyü eşidib yanlarına gələrək Zərərçəkmiş şəxs sakitləşdirib evə aparmış, ardınca o da evə gedib yatmışdır. Həmin gün saat 08 radələrində yuxudan oyandıqdan sonra Təqsirləndirilən şəxs evdən çıxıb getmiş və 2-3 saat bundan sonra Əli Təqsirləndirilən şəxsndə olan kiçik ölçülü bıçaq ilə evin həyətinə daxil olmuşdur. Təqsirləndirilən şəxs əlindəki bıçaq və əlləri qana bulaşmış vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs nə baş verməsini soruşduqda sonuncu cavabında Zərərçəkmiş şəxs öldürməsini demişdir. O isə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürdüyü halda onu da öldürməsini istəmişdir. Sonra evə doğru qaçaraq evə daxil olmuş, Təqsirləndirilən şəxs da onun arxasınca gəlmişdir. Əli Təqsirləndirilən şəxsndəki bıçağı stolun üzərinə qoyub onun üzərinə hücum çəkərək sol qolunu onun boğaz nahiyəsinə keçirməklə yuxarıya doğru qaldırıb boğmağa başlamışdır. Həmin vaxt anası Təqsirləndirilən şəxs bel nahiyəsindən qucaqlayaraq onu buraxmasını istəmişdir. Əli Təqsirləndirilən şəxs onun boğaz nahiyəsindən çəkdikdə yerə yıxılaraq çənə nahiyəsinin alt hissəsi stula dəydikdən sonra özünə gəlsə də həmin vaxt Əl Həsənovu evin həyətində görməmişdir. Şahid2 dindirmə zamanı əlavə olaraq göstərmişdir ki, hadisədən təxminən 2 həftə əvvəl işlədiyi mağazada Zərərçəkmiş şəxsla tanış olmuş və birbirilərindən xoşları gəlmişdir. Zərərçəkmiş şəxsla bir-birilərinə “İnstagram” sosial şəbəkəsində sevgi məzmunlu ismarışlar yazmışlar. İşlədikləri mağazanın mətbəxində Zərərçəkmiş şəxsla bir dəfə, gizlin formada öpüşmüşdür. Aralarında olan münasibətləri başqa şəxslər bilməmişdir. Mobil telefonuna gələn ismarışları gördükdən sonra Təqsirləndirilən şəxsla aralarında yaranmış mübahisə təxminən 10-15 dəqiqə davam etmişdir. Təqsirləndirilən şəxs sevgi məzmununda olan bu ismarışları gördükdən sonra onu və Zərərçəkmiş şəxs öldürmək qərarına gəlmişdir. İfadəsi elan olunduqdan sonra Şahid2 ifadəsini təsdiq etmədiyini, ibtidai istintaq zamanı Əlinin onu döyməsi səbəbindən özündə olmadığını, Natiqin onu hədələdiyini, instaqram sosial şəbəkəsini oğurlayıb, ona baxıcı xanım adı ilə ismarıclar yazdığını, bunun Natiq tərəfindən edildiyini bildikdən sonra isə müdirə şikayət edəcəyini ona bildirdiyini, lakin Natiqin onu təhdid etməsi səbəbindən onunla məcburi yazışdığını bildirmişdir. Şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Cəlilabad rayonu, Göytəpə şəhərində yerləşən “Real” adlı mağazada 2018-ci ildən satıcı kimi işləyir. Həmin mağazada gecə növbəsində fəhlə işləyən Zərərçəkmiş şəxs tanıyır. xx.xx.2023-cü il tarixdə saat 10 radələrində mağazada Zərərçəkmiş şəxsla birlikdə işdə olmuşdur. Həmin gün saat 10:59-da mağazanın arxa tərəfindən ucadan səslər eşidib mağazanın arxa qapısından həyətə çıxanda Zərərçəkmiş şəxs yaralı vəziyyətdə, qanın içində yerdə uzandığını, ətrafına isə adamların toplaşdığını görmüşdür. Dərhal TTYŞ-yə zəng vurub yardım istədikdən sonra TTYŞ-nin personalı gəlib Zərərçəkmiş şəxs Cəlilabad RMX-ya aparmışlar. Şahid qismində dindirilmiş Şahid3 təqsirləndirilən şəxs yaxın qohumu oğlu olduğundan ona qarşı ifadə verməkdən imtina etdiyini bildirmişdir. Şahid3 ifadə verməkdən imtina etdiyi üçün məhkəmə istintaqında ibtidai araşdırma orqanına verdiyi ifadəsi elan olunub tədqiq edilmiş, həmin ifadəsində Şahid3 bildirmişdir ki, Şahid2 ailədaxili münaqişələr səbəbindən ərindən ayrılaraq 2022-ci ilin dekabr ayında övladları ilə birlikdə yaşamaq üçün onların yaşadığı Cəlilabad rayonu Göytəpə şəhərində yerləşən evə gəlmişdir. Şahid2 özünün və övladlarının maddi ehtiyaclarını qarşılamaq üçün Cəlilabad rayonu, Göytəpə şəhərində yerləşən “Real” adlı mağazada satıcı kimi işləmişdir. Təqsirləndirilən şəxs onun oğludur və onlarla birlikdə yaşayır. xx.xx.2023-cü il tarixdə saat 01 radələrində yaşadığı evdə yatan zaman Təqsirləndirilən şəxs onu səsləyib evin həyətinə çağırmışdır. Evin həyətinə getdikdə Əli Təqsirləndirilən şəxsndə Şahid2 istifadəsində olan “Redmi” markalı mobil telefonu göstərməklə telefonun kilidinin Şahid2 tərəfindən açılmağını sonuncudan istəməyini tələb etmişdir. Şahid2 isə öz növbəsində Təqsirləndirilən şəxs mobil telefonunu geri tələb edəndə onların arasında mübahisə yaranmışdır. Mübahisə zamanı Təqsirləndirilən şəxs Şahid2 sifət nahiyəsinə sillə zərbələri endirdikdən sonra Təqsirləndirilən şəxs sakitləşdirməyə çalışsa da Təqsirləndirilən şəxs mobil telefonun kilidini açaraq orada ismarışlar görüb yenidən Şahid2 ilə mübahisə etməyə başlamışdır. Bu mübahisənin hər hansısa kişi cinsli şəxsin Şahid2 ismarışlar yazdığına görə yarandığını sonradan bilmişdir. Həmin gün saat 04 radələrinə qədər davam edən mübahisə zamanı Təqsirləndirilən şəxs Şahid2 səhər açıldıqda onların hər ikisini öldürəcəyini demişdir. Təqsirləndirilən şəxs kimin öldürəcəyini bilməmiş, onun kimisə öldürmək kimi niyyətinin olmadığını, əsəbi olduğu üçün bu ifadələri işlətməsini fikirləşmişdir. Təqsirləndirilən şəxs əsəblərinin sakitləşməsi üçün Şahid2 ilə evə gedib yatmışdır. Şahid3 əlavə olaraq ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarix saat 09 radələrində Təqsirləndirilən şəxs evdən çıxıb getsə də hara getməsi barədə məlumat verməmişdir. Bundan təxminən 2 saat sonra Əli Təqsirləndirilən şəxsndə bıçaqla, bıçaq və əlləri qanla bulaşmış vəziyyətdə evə daxil olduqda nə baş verdiyini soruşduqda onu öldürməsini demişdir. Təqsirləndirilən şəxs eyni qaydada atasının yatdığı otağa daxil olaraq sonuncuya da onu öldürməsini demişdir. Ondan sonra yataq otağına Şahid2 da gəlmişdir. Şahid2 otağa daxil olduqda Təqsirləndirilən şəxs sonuncudan atasının qarşısında diz çökərək üzr istəməsini tələb etdikdən sonra Şahid2 boğaz nahiyəsindən yapışıb sağ qolunun dirsək nahiyəsi ilə qızını boğmağa başlamışdır. Şahid2 övladı Şahid5 Təqsirləndirilən şəxs sağ ayağından yapışıb ağlayaraq Şahid2 buraxmasını istəmiş, o da Təqsirləndirilən şəxs və Şahid2 qucaqlayıb Şahid2 övladlarına bağışlamasını istəmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Şahid2 buraxmış və sonuncu yerə yıxılmışdır. Şahid2 çənəsi yerdə olan stula dəyən anda sonuncu ayılaraq özünə gəlmişdir. Təqsirləndirilən şəxs atasını və onu öpərək sağollaşıb polisə təslim olmağa getdiyini deyib evdən çıxıb getmişdir. Şahid3 əlavə olaraq ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Şahid2 məxsus mobil telefonda ismarışları gördükdən sonra onlar arasında yaranan mübahisə zamanı Şahid2 yanında olmuş, Təqsirləndirilən şəxs Şahid2 səhər açıldıqda hər ikisini də öldürəcəyini demişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əlində bıçaq görməmişdir. Məlum hadisəni törədib yaşadıqları evin həyətinə gəldikdə Təqsirləndirilən şəxs əlində bıçaq görmüşdür. Həmin mübahisə 5-10 dəqiqə davam etmişdir. Təqsirləndirilən şəxs Şahid2 boğan zaman sonuncunun övladı Şahid5 Təqsirləndirilən şəxs sağ ayağından yapışıb ağladığı üçün Təqsirləndirilən şəxs Şahid2 buraxmışdır. Təqsirləndirilən şəxs Şahid2 ismarışlar yazan, sonradan Zərərçəkmiş şəxs olduğunu bildiyi şəxsi öldürmək istədiyinə inanmamış, Təqsirləndirilən şəxs əsəbiləşdiyi üçün bu ifadələri işlətməsini fikirləşmişdir. İfadəsi elan olunduqdan sonra Şahid3 ifadəsini təsdiq etdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş; xx.xx.2023-cü il tarixli şifahi ərizə qəbul edilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs şikayət verərək, xx.xx.2023-cü il tarixdə saat 11:00 radələrində Cəlilabad rayonu, Göytəpə şəhəri ərazisində yerləşən çayın qırağında Təqsirləndirilən şəxs ilə aralarında mübahisə zamanı, Təqsirləndirilən şəxs bıçaqla bədəninin müxtəlif nahiyələrinə vurub xəsarətlər yetirmişdir. (c 1. i.v 6) Hadisə yerinə baxış aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan və videoçəkilişdən görünür ki, hadisə yeri Cəlilabad rayonu Göytəpə şəhərində yerləşən “Real” adlı mağazanın yaxınlığından axan çayın kənarıdır. xx.xx.2023-cü il tarix saat 10:30 radələrində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs zəng edərək onu çayın kənarına çağırmışdır. Söhbət etdikdən sonra Təqsirləndirilən şəxs cibindən bıçağı çıxararaq əvvəlcə bıçağın arxa tərəfi ilə iki dəfə Zərərçəkmiş şəxs baş nahiyəsinin arxa tərəfinə, daha sonra bıçağın kəsici-deşici tərəfi ilə bədəninin müxtəlif nahiyələrinə beş-altı dəfə zərbələr vurmuşdur. Mübahisə qeyrət üstündə baş vermiş və Təqsirləndirilən şəxs niyyəti Zərərçəkmiş şəxs öldürməkdən ibarət olmuşdur. Hadisə yerinin sol tərəfi dəmir çəpərlə sərhədlənmiş, çəpərdən sonra isə yaşayış evləri vardır. Sağ tərəfində isə müxtəlif ağaclar, kol-koslar vardır. Hadisə yerində torpaq sahədə bir neçə yerdə qanabənzər ləkələr vardır. (c 1. i.v 9-13) Götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, baş vermiş hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd qana bulaşmış vəziyyətdə olan, boz rəngli, qısaqol köynək Araz Məmmədli tərəfindən “Cəlilabad RMX” PHŞ-dən götürülmüşdür. (c 1. i.v 15-19) Əşyaya baxış aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs bir ədəd qatlanan bıçağı Cəlilabad RPŞnin Göytəpə PB-yə təqdim edərək həmin bıçağın xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs xəsarət yetirərkən istifadə etdiyi bıçaq olduğunu bildirmişdir. Həmin bıçağa baxış keçirən zaman müəyyən edilmişdir ki, bıçaq qatlanandır, dəstək və tiyədən ibarətdir. Tiyənin sol səthində “Stainless steel” yazılmış ifadə var, tiyənin bir kənarı kəsici, digər əks kənarı isə kütdür. Tiyənin ucu kəsici-deşicidir. Bıçağın dəstəyi isə qəhvəyi rənglidir. (c 1. i.v 21-24) 04 sentyabr 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:45-dən faktiki azadlığı məhdudlaşdırılmış hesab edilməklə şübhəli şəxs qismində tutulmuşdur. (c 1. i.v 28-29) Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(073)-118/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində dörd ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 04 sentyabr 2023-cü ildən hesablanmışdır. (c 1. i.v 86- 89) Əşyanın tanınmasının aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, tanıyan şəxs Təqsirləndirilən şəxs təqdim edilən əşyaları nəzərdən keçirib göstərdi ki, 3-cü sırada olan, uzunluğu 22 sm olan, dəstək və tiyədən ibarət, dəstəyin hər iki tərəfinin üzərində qəhvəyi rəngli lövhə olan, tiyəsi bozumtul-gümüşü rəngdə olan qatlanan cib bıçağı cinayət hadisəsini törədən zaman istifadə etdiyi əşyadır. Belə ki, həmin cib bıçağını dəstəyin hər iki tərəfinin üzərində qəhvəyi rəngli lövhədən, eləcə də bıçağın tiyəsinin qatlanan tərəfində “Stainless steel” ifadəsinin yazılmasından əşyanı tanıdığını bildirmişdir. (c 1. i.v 90-92) 08 sentyabr 2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. (c 1. i.v 112-113) Cəlilabad RİHB-nın Göytəpə ŞİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamə və arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi atası, anası, bacısı və qardaşından ibarətdir, barəsində nümayəndəliyə heç bir təqsirləndirici material daxil olmamışdır. (c 1. i.v 130-131) xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (c 1. i.v 132) baxış aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, baxış 22 sentyabr 2023-cü il tarixdə saat 11:30 dəqiqədə Cəlilabad rayonu, Göytəpə şəhərində yerləşən “Real” adlı mağazada keçirilir. Baxış keçirilməsinə səbəb həmin mağazanın rəhbəri X5 Cəlilabad RPŞ-yə ərizə ilə müraciət edərək, 04 sentyabr 2023-cü il tarixdə saat 10 radələrində “Real” adlı mağazanın yaxınlığında baş vermiş cinayət hadisəsinin videomüşahidə kameralarına düşməsini bildirməsi olmuşdur. X2, hal şahidləri X8 və X6 iştirak edir. Baxış zamanı Tofiq Abışov mağazanın ikinci mərtəbəsində yerləşən yardımçı otağı göstərərək, həmin otaqda müşahidə kamerasının şəbəkə avadanlığının yerləşdiyini qeyd etmişdir. Həmin şəbəkə avadanlığına baxış keçirib müəyyən etmişdir ki, həmin videomüşahidə şəbəkəsi “DAHUA” markalı olmaqla, 8C05AF6PAZ4AB77 seriyalıdır. Avadanlıqda nasazlıq olduğu üçün görüntünün yaddaş kartına köçürülməsi mümkün olmamışdır. Ona görə həmin görüntü tərəfindən mobil telefon vasitəsilə çəkilmişdir. Mobil telefonunda olan 00:36; 00:24; 1:10 saniyə həcmli video 1 ədəd DVD formatlı diskə yazılmış və cinayət işinin materiallarına əlavə edilmişdir. (c 1. i.v 138-140) baxış aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, şahid X5 təqdim etdiyi mobil telefon vasitəsi ilə qeydə alınan video görüntünü özündə əks etdirən bir ədəd DVD disk “HP” markalı kompyuterə qoşularaq «My Computer» pəncərəsində açıldıqda bir ədəd diskdə üç kadrda çəkilmiş video fayl vardır. Birinci DVD diskə baxış zamanı «Windows-7» əməliyyat sisteminin «X12» proqramı vasitəsi ilə açıldı. İlkin olaraq DVD disk “HP” markalı kompyuterin DVD-Romuna yerləşdirildi. Daha sonra «My Computer» pəncərəsində açıldıqda “VİD-20230916- WA0003” ; “VİD-20230917-WA0003 ; “VİD-20230917-WA0006” adlı video görüntülər açıldı. 0 dəqiqə 24 saniyədən ibarət olan görüntüdə Zərərçəkmiş şəxs işlədiyi “Real” adlı mağazanın arxa qapısından küçəyə çıxması, yolda Təqsirləndirilən şəxs ilə əllə görüşüb birlikdə getmələri, daha sonra 01 dəqiqə 10 saniyədən ibarət olan görüntüdə isə Zərərçəkmiş şəxs yaralı vəziyyətdə işlədiyi “Real” adlı mağazanın arxasına gəlib yerdə uzanması və mağazanın işçisi Şahid6, ətrafda olan digər şəxslərin yaxınlaşıb baxması müəyyən olunur. Daha sonra video görüntüyə sona qədər baxış keçirilsə də, iş üzrə əhəmiyyət kəsb edə biləcək hər hansı bir xüsusat aşkar edilmədi. (c 1. i.v 142) 23 sentyabr 2023-cü il tarixli əşyanın maddi sübut kimi tanınması haqqında qərardan görünür ki, hadisə yerinə baxış keçirilməsini özündə əks etdirən bir ədəd DVD disk və marketdə video-müşahidə kameralarına baxış keçirilməsini özündə əks etdirən bir ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. (c

1. i.v 144-145) Məhkəmə tibbi ekspertizasının keçirilməsinə dair Səhiyyə Nazirliyinin “Məhkəmə tibbi ekspertizası və Patoloji anatomiya birliyi” PHŞ-nin Cəlilabad rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 930 nömrəli rəyindən görünür ki, X1 çənəaltı nahiyədə, boynun sol yan səthində və alt dodaq nahiyəsində sıyrıq, sol bud nahiyəsində qançır müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın /əşyaların/ təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. (c 1. i.v 154-155) Məhkəmə tibbi ekspertizasının keçirilməsinə dair Səhiyyə Nazirliyinin “Məhkəmə tibbi ekspertizası və Patoloji anatomiya birliyi” PHŞ-nin Cəlilabad rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 949 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir xəsarət aşkar olunmadı. (c 1. i.v 156-157) Məhkəmə tibbi ekspertizasının keçirilməsinə dair Səhiyyə Nazirliyinin “Məhkəmə tibbi ekspertizası və Patoloji anatomiya birliyi” PHŞ-nin Cəlilabad rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 961 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs döş qəfəsinin sağ yan səthinin döş boşluğuna keçən, lakin daxili üzvləri zədələməyən 1/bir/ ədəd deşilmiş-kəsilmiş yara, sol bel nahiyəsində, sol çiyin qurşağı nahiyəsində və hər iki dirsək oynağı nahiyəsində (hərəsində 1/bir/ ədəd) kəsilmiş və kəsilmiş-deşilmiş yara(cəmi 4 /dörd/ ədəd), sol bazu nahiyəsində 2/iki/ ədəd qançır müəyyən olundu, müəyyən olunan xəsarətlərdən kəsilmiş-deşilmiş və kəsilmiş yaralar batıcı-kəsici əşyanın/əşyaların/ ola bilər ki, bıçağın təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə döş qəfəsinin sağ yan səthində döş boşluğuna keçən daxili üzvləri zədələməyən 1/bir/ ədəd deşilmiş-kəsilmiş yara həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, digər xəsartələr isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. Sol bazu nahiyəsindəki qançırlar isə bərk küt əşyanın /əşyaların/ təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. (c 1. i.v 158-160) Məhkəmə tibbi-kriminalistik ekspertizasının keçirilməsinə dair Səhiyyə Nazirliyinin “Məhkəmə tibbi ekspertizası və Patoloji anatomiya birliyi” PHŞ-nin xx.xx.2023-cü il tarixli, 454-MTKŞ/2023 nömrəli rəyindən görünür ki, 1.Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthində solda bir ədəd, arxa səthində iki ədəd, sol qolun arxa səthində bir ədəd dəlib-keçən zədələr aşkar olundu. Bu zədələr küpü, kafi itilikdə olan ülgücü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişdirlər.

2. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthində solda bir ədəd, arxa səthində iki ədəd, sol qolun arxa səthində bir ədəd dəlib-keçən zədələr ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya eyni xüsusiyyətə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur. 3. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı turist bıçağıdır və soyuq silah hesab edilmir. Təqdim olunmuş bıçağın üzərində sonradan təyinatının dəyişdirilməsi üçün heç bir əlavə və dəyişiklik edilməmişdir. (c 1. i.v 162-165) Kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının keçirilməsinə dair Səhiyyə Nazirliyinin “Məhkəmə psixiatrik ekspertizası mərkəzi” PHŞ-nin xx.xx.2023-cü il tarixli, 2581 nömrəli rəyindən görünür ki, məhkəmə-psixiatrik ekspertizası üzrə motivləşdirici hissə: Yoxlanılan şəxs Təqsirləndirilən şəxs oğlıunda hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Tibbi sənədlərə əsasən anemnezində keçirilmiş “Yüngül nevrotik reaksiyalar, anemnezində qıcolma tutmaları ilə” diaqnozu qeyd edilmişdir. Bunu cinayət işi materialları, anemnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırkı müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Məhkəməpsixoloji ekspertizası üzrə motivləşdirici hissə: aparılmış eksperimental-psixoloji müayinə gedişində əqli-intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Emosionaliradi sferasında qıcığa qarşı həssaslıq, emosional reaksiyalara meyillilik aşkar olunur. İİ. Yekun hissəsi: Məhkəmə-psixiatrik ekspertizası üzrə yekun hissə: Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qeyd olunan cinayət hadisəsi baş verən anda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik aşkar olunmur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Məhkəməpsixoloji ekspertizası üzrə yekun hissə: Təqsirləndirilən şəxs intellektual imkanları normaya uyğundur, əqli inkişafında gerilik əlamətləri aşkar olunmur. O, iş üçün əhəmiyyətli halları düzgün qavraya, təsvir edə və bu barədə məlumat verə bilər. İnadkarlıq, emosionallıq, özünə qarşı hörmət tələb etmək, qıcığa qarşı emosional reaksiyalara meyillilik kimi fərdi-psixoloji xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən psixi emosional vəziyyətində qıcığa qarşı həssaslıq, hirslilik, qəzəb yaranmış, həmin halın yaranması fərdi-psixi xüsusiyyətləri fonunda ilə situasiya əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs hadisə vaxtı fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. (c 1. i.v 167- 169) 11 oktyabr 2023-cü il tarixli əşyanın maddi sübut hesab edilməsi və saxlanca verilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd açılıbqatlanan turist bıçağı, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş ön səthində solda bir ədəd, arxa səthində iki ədəd, sol qolun arxa səthində bir ədəd dəlib-keçən zədə olan bir ədəd köynək maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Cəlilabad RPŞ-nin maddi sübutları saxlanması otağına təhvil verilmişdir. (c 1. i.v 170-171) Cəlilabad Rayon Polis Şöbəsi tərəfindən Cəlilabad Rayon Prokurorluğuna ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd açılıb-qatlanan turist bıçağı, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş bir ədəd köynək aidiyyatı üzrə göndərilmişdir. (c 1. i.v 202) 24 noyabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 29, 120.1-ci maddəsindən həmin Məcəllənin 29, 120.2.4-cü maddəsinə tövsif edilmiş, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 29, 120.2.1, 29, 120.2.2, 29, 120.2.7, 221 və 228.4-cü maddələri ilə cinayət tərkibi olmadığından həmin maddələr ilə barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinin başlanması rədd edilmiş, Şahid1 əməlində Azərbaycan Respublikası CM-nin 29,120.2.1 və 307-ci maddələri ilə cinayət tərkibi olmadığından həmin maddələr ilə barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinin başlanması rədd edilmişdir. (c 1. i.v 221-237) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 120.2.4-cü maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Göründüyü kimi, təqsirləndərilən şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qısqanclıq zəminində çoxsaylı bıçaq zərbələri vuraraq xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etməsi təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə istintaqı zamanı təsdiq etdiyi ifadələri, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və iş materialları ilə öz təsdiqini tapır. Cinayət hüququ nəzəriyyəsinə görə cinayət etməyə cəhdin, adətən üç obyektiv əlaməti fərqləndirilir. Birinci əlamət - əməlin bilavasitə cinayət törətməyə yönəldilməsidir. Yəni bu o deməkdir ki, cinayət etməyə cəhddə törədilən əməllə dispozisiyada göstərilən cinayətin obyektiv cəhəti qismən icra edilmiş olur. Cinayət etməyə cəhdin ikinci obyektiv əlaməti - əməlin başa çatmamasında ifadə olunur. Bu isə o deməkdir ki, cinayət etməyə cəhddə cinayətin obyektiv cəhəti özünün sonrakı inkişafını davam etdirə bilmir. Məhz bu əlamət cinayət etməyə cəhdi başa çatmış cinayətlərdən fərqləndirir. Cinayət etməyə cəhdin başa çatan cinayətdən fərqləndirilməsi həm də bu növdən olan cinayətlərin əlamətlərini nəzərdə tutan tərkibin qurulmasından asılıdır. Əgər cinayət etməyə yönələn cəhd maddi quruluşa malik olan tərkiblərdə nəzərdə tutulan cinayətin törədilməsinə yönəldilmişdirsə, ictimai təhlükəli nəticə baş vermir. Məsələn, başqasını öldürmək məqsədi ilə hər hansı silahdan istifadə edilərək zərərçəkmiş şəxsə xəsarət və ya xəsarətlər yetirilirsə, bu zaman zərərçəkmiş şəxsin ölümü baş vermir. Yəni cinayət etməyə cəhddə qanunda nəzərdə tutulan ictimai təhlükəli nəticə baş vermir. Lakin buradan nəticə çıxarmaq olmaz ki, cinayət etməyə cəhddə ümumiyyətlə nəticə olmur. Cinayət etməyə cəhdin üçüncü obyektiv əlaməti - qəsdin şəxsin iradəsindən asılı olmayan səbəblər üzündən başa çatmamasında ifadə olunur. Bu əlamətin mənasına görə qəsdin kəsilməsi, başa çatmaması şəxsin öz təşəbbüsü ilə, cinayəti başa çatdırmaqdan imtina etməyə dair daxilən qəbul etdiyi qərarla bağlı olmur. Qəsdin qarşısını alan, onu başa çatdırmağa imkan verməyən amillər meydana gəlir. Qəsdi dayandıran belə amillər şəxsin iradəsindən asılı olmayaraq yaranır. Cinayətə cəhdi başa çatdırmağa imkan verməyən hallar olduqca müxtəlif ola bilər. Bu, cinayəti başa çatdırmaq üçün şəxsin hazırladığı alət və vasitənin yararsız olması ilə, cinayətin predmetinin olmaması ilə, zərərçəkmiş şəxsin ciddi müqavimət göstərməsi və digər hərəkətləri ilə əlaqədar ola bilər. Bundan başqa məhkəmə Şahid2 məhkəmədə verdiyi ifadəsində göstərilən xüsusatlar yuxarıda sadalanan mötəbər sübutlar ilə tam təkzib olunduğundan, eləcədə Şahid2 təqsirləndirilən şəxsin yaxın qohumu (bacısı) olmasını, həmin şəxsin təqsirləndirilən şəxsi məsuliyyətdən yayındırmaq məqsədilə məhkəmə iclasında verdiyi ifadəsini sübut kimi qəbul etmir və onun bu ifadəsini Təqsirləndirilən şəxs müdafiəsi məqsədi daşımaqla törədilmiş cinayət hadisəsini öz mülahizələri baxımından yanlış təqdim etməsi kimi qiymətləndirir. Göstərilənləri nəzərə alaraq məhkəmə tərkibi Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini işin faktiki halları ilə üst-üstə düşməsi qənaətinə gəlir və sübut kimi qəbul edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmiş, onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,120.2.4-cü maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində (CM-nin 63.3-cü maddəsinin tələbləri nəzərə alınaraq, daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox olmamaq şərti ilə) cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin qeyd olunan əməlinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən həmin əmələ görə cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Habelə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 29,120.2.4-cü maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Həmin Məcəllənin 63.3-cü maddəsinə əsasən- cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı onun faktiki həbsə alındığı andan, yəni 04 sentyabr 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuş hadisə yerinə baxış keçirilməsini özündə əks etdirən və marketdə video-müşahidə kameralarına baxış keçirilməsini özündə əks etdirən iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, Cəlilabad Rayon Prokurorluğunun maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş bir ədəd açılıb-qatlanan turist bıçağı, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş bir ədəd köynək məhv edilməlidir. İş üzrə ekspertiza xərci, mülki iddia, üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün əsaslar (CM-nin 99-1-ci maddəsinə əsasən) yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 120.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 14 (on dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 04 sentyabr 2023-cü ildən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuş hadisə yerinə baxış keçirilməsini özündə əks etdirən və marketdə video-müşahidə kameralarına baxış keçirilməsini özündə əks etdirən iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad Rayon Prokurorluğunun maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş bir ədəd açılıbqatlanan turist bıçağı, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş bir ədəd köynək məhv edilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Sədrlik edən: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar