Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-276/2025 29.05.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Nuriyev Aqil Abdul oğlunun sədrliyi ilə, hakimlər Səfərli Cavid Şamil oğlu və Vəliyeva Ayşən Umud qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X10, müdafiəçi - Lənkəran Rayon Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1992-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmamış, Salyan rayonu, Arbatan kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırdaAzərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X1 həbsdə saxlanılan Təqsirləndirilən şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n e t d i:
1. Təqsirləndirilən şəxs, satış məqsədi ilə qanunsuz olaraq külli və xüsusilə külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və daşıma cinayətlərini törətmişdir.
2. Belə ki o, 2025-ci ilin yanvar ayının sonlarında istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçdiyi “Whatsapp” ani mesajlaşma sistemi vasitəsi ilə İran İslam Respublikası vətəndaşı olması ehtimal edilən dəqiq şəxsiyyəti istintaqa məlum olmayan, “Ervin” adlı şəxslə danışaraq onun məlum olmayan tarixdə və vaxtda Cəlilabad rayonu, H.Əliyev prospektində Uzuntəpə kəndi ərazisində qəbiristanlığın yaxınlığına qoyduğu külli miqdarda və xüsusilə külli miqdarda narkotik vasitələri satış məqsədilə qanunsuz olaraq əldə etmək üçün idarə etdiyi “Saipa” markalı, **-FA-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin ünvana gəlmiş, qeyd olunan ərazinin yaxınlığına gəlib aralarında olan razılaşmaya uyğun olaraq içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1315,0 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 5 ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkisi: -1570,0 qr; -1995,0 qr, -2165,0 qr, -2095,0 qr, - 2500,0 qram, ümumi təmiz çəkisi: -10325,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 148 ədəd metodon həbləri (ümumi təsiredici miqdarı 5,92 qram, hər birinin təsiredici maddəsinin miqdarı 0,04 qram) olan bir ədəd ağ rəngli torbanı satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla götürdüyü yerdən bir neçə addım kənara daşımış, 24 yanvar 2025-ci il tarixdə, saat 19 radələrində Cəlilabad şəhər yazılı lövhənin sağ tərəfində yerləşən Uzuntəpə kənd qəbiristanlığı yaxınlığıda idarə etdiyi “Saipa” markalı **-FA-*** dövlət qeydiyyat nişanlı avtomobilə tərəf əlində ağ kisə ilə piyada hərəkətdə olan zaman polis əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılmış, üzərində və əlində olan ağ kisədə yoxlama aparılarkən 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1315,0 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 5 ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkisi: -1570,0 qr; -1995,0 qr, -2165,0 qr, -2095,0 qr, -2500,0 qram, ümumi təmiz çəkisi: -10325,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 148 ədəd metodon həbləri (ümumi təsiredici miqdarı 5,92 qram, hər birinin təsiredici maddəsinin miqdarı 0,04 qram) əlində olan ağ kisədən aşkar edilərək götürülmüşdür.
İşin halları və dəlilləri:
3. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamlar üzrə – Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə təqsirli bilməyərək, Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə qismən təqsirli bilərək göstərdi ki, o, həbsdə olan bibisi oğlu Mərdan Təhməzovun vasitəsi ilə təxminən 2 (iki) il bundan əvvəl “Ervin” adlı şəxslə qiyabi olaraq tanış olmuşdur, onun hansı ölkənin vətəndaşı olduğunu bilmir. O, tutulmazdan təxminən 10-15 gün öncə “Ervin” adlı şəxs Rusiya Federasiyasının mobil operatoruna məxsus nömrə ilə özünün istifadəsində olan mobil nömrəyə “Whatsap” ani mesajlaşma proqramı vasitəsi ilə mesaj yazaraq Cəlilabad rayon ərazisinə narkotik vasitə qoyacağını, həmin narkotik vasitəni dediyi ünvana aparacağı halda ona bunun müqabilində 5000 (beş min) manat pul verəcəyini bildirmiş, o isə maddi çətinliyi olduğu üçün razılaşmışdır. xx.xx.2025-ci il tarixdə “Ervin” ona “Whatsap” ani mesajlaşma proqramı vasitəsi ilə mesaj yazaraq narkotik vasitəni Cəlilabad şəhər ərazisinə qoyacağını və narkotik vasitəni qoyduğu yeri ona bildirəcəyini demiş, xx.xx.2025-ci il tarixdə yenidən ona mesaj yazaraq 4-5 kiloqram narkotik vasitəni Cəlilabad şəhər ərazisinə qoyduğunu bildirmiş və həmin yerin fotoşəkilini “Whatsap” vasitəsi ilə ona göndərmişdir. O, dostundan avtomobilini bir günlük ona verməsini xahiş etmiş və dostuna məxsus olan “Saipa” markalı avtomobil ilə Cəlilabada getmişdir. “Ervin”in dediyi yerə, qəbiristanlığa çatmış, avtomobili saxlamış, avtomobili saxladığı yer ilə torbanın qoyulduğu yerin arasında təxminən 10 metr məsafə olmuşdur. O, avtomobildən düşüb torbanın yanına getmiş, torbanın yanına çatdıqda polis əməkdaşları onu tutmuşdur (xx.xx.2025-ci il tarixli iclas).
4. Təqsirləndirilən şəxs cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, o, 10 ilə yaxındır marixuana istifadəçisidir, “Ervin” adlı şəxsi bibisi oğlu Mərdan vasitəsi ilə tanımış, Mərdan hazırda narkotik dövriyyəsində təqsirli bilindiyi üçün həbsdədir, “Ervin” ona Rusiya Federasiyasının mobil operatoruna məxsus nömrə ilə yazmışdır, o “Ervin”i Azərbaycanlı kimi tanımış, onunla Azərbaycan dilində danışıqlar aparmışdır, onun hansı ölkənin vətəndaşı olduğunu dəqiq bilmir, “Ervin” ilə narkotik vasitənin daşınması üçün 4000-5000 manat civarında razılaşmışlar. Torbanın, yəni narkotik vasitənin olduğu bağlamanın rəngi ağ rəng olmuşdur, polis əməkdaşları onu bağlamaya yaxınlaşanda tutmuşlar, təqribən axşam saat 22-23 radələrində qəbiristanlığın həyətində tutmuşlar, görünür o qəbiristanlığa daxil olmazdan öncə qəbiristanlığın içində polis əməkdaşları onu gözləyirdilər, ağ torba qəbiristanlığa girən kimi sol tərəfdə çənin yanında idi. Narkotik vasitənin hardan gəlməsi barədə məlumatı yoxdur, yalnız narkotik vasitənin Cəlilabadda olmasını bilirdi.
5. Məhkəmədə Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadələri elan edilməklə tədqiq edilmişdir.
6. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 32.5, 206.3.2 və 234.4-1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək müdafiəsi üçün hər hansı bir dəlil gətirmədən ifadələrində (şübhəli, c.İ.i.v. 52-55 və təqsirləndirilən şəxs qismində, c.İ.i.v.66-69, 123-124) göstərmişdir ki, həbsdə olan bibisi oğlu X4 vasitəsi ilə təxminən 2 (iki) il əvvəl İran İslam Respublikasının vətəndaşı Ervin adlı şəxslə tanış olmuşdur. Onunla heç bir əlaqəsi olmamış, lakin telefon nömrəsi onda olmuşdur. Tutulmamışdan təxminən 10 (on) gün əvvəl Ervin adlı İran İslam Respublikasının vətəndaşı istifadəsində olan +**********7 saylı mobil nömrə ilə onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “WhatsApp” ani mesajlaşma sistemi vasitəsi ilə mesaj yazaraq Cəlilabad rayon ərazisinə narkotik vasitə qoyacağını, həmin narkotik vasitəni dediyi ünvana aparacağı halda ona bunun müqabilində 5000 (beş min) manat pul verəcəyini bildirmişdir. Maddi çətinliyi olduğu üçün o, Ervinlə razılaşmış, bu barədə ona xəbər edəcəyini bildirmişdir. xx.xx.2025-ci il tarixdə Ervin ona “WhatsApp” ani mesajlaşma vasitəsi ilə mesaj yazaraq narkotik vasitəni Cəlilabad şəhər ərazisinə qoyacağını və narkotik vasitəni qoyduğu yeri ona bildirəcəyini demişdir. xx.xx.2025-ci il tarixdə yenidən ona mesaj yazaraq narkotik vasitəni Cəlilabad şəhər ərazisinə qoymasını bildirmiş və həmin yerin fotoşəkilini “WhatsApp” vasitəsi ilə ona atmışdır. O, tanışı X6 Salyan rayonuna gedəcəyini bildirib, avtomobilini bir günlük ona verməsini xahiş etmişdir. X8 özünə məxsus olan “Saipa” markalı avtomobili ona vermişdir. O, Bakı şəhərindən təxminən saat 19 radələrində yola düşmüş, saat 22:30 radələrində Cəlilabad şəhərinə çatmışdır. Ervin adlı şəxsin dediyi Cəlilabad rayonu, Uzuntəpə kənd qəbristanlığı yaxınlığında olan yerdən ağ rəngli kisəni götürmüş, geri qayıdıb avtomobilə yaxınlaşan zaman özlərini polis əməkdaşı kimi təqdim edən şəxslər ondan üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, predmet və ya narkotik vasitə olub-olmadığını soruşmuşlar. O da həmin şəxslərə əlində olan ağ rəngli bağlamada narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları videoçəklişlə onun təqdim etdiyi bağlamaya baxış keçirmişlər, baxış zamanı bağlamadan 5 ədəd bükümdə narkotik vasitə olan marixuanayabənzər kütlə, 1 ədəd bağlamada narkotik vasitə olan heroinəbənzər kütlə və 15 listdə metadona bənzər həblər aşkar olunmuş, aşkar olunan kütlələr onun iştrakı ilə qablaşdırılmışdır. Bundan sonra avtomobili ilə birlikdə Cəlilabad RPŞ-yə gətirilmişdir. İran İslam Respublikasında olan tanışı “Ervin” adlı şəxs həmin narkotik vasitəyə bənzər kütlələri Cəlilabad ərazisinə qoymuşdur. O həmin kütlələri əldə etdikdən sonra “Ervin” ona hara aparacağını deyəcəkmiş. O, narkotik vasitələri daşımağı müqabilində 5000 manat pul alacaqmış. Üzərindən aşkar olunmuş kütlələr marixuana və heroindir, 15 list isə metodon həbidir. Narkotik vasitə olan marixuana istifadə edir. Onda narkotik maddənin olmasından heç kimin məlumatı olmamışdır. Polis əməkdaşları onu Cəlilabad RPŞ-nə gətirdikləri zaman ona qarşı zor tətbiq edilməmişdir. Hər bir listdə 10 ədəd dərman olur, 1 listdə isə 8 ədəd olmuşdur, o, metadon həbi istifadə etməmişdir. Daha sonra o əlində ağ torba ilə birlikdə baş təhqiqatçı Elvin Soltanzadəyə təqdim olunmuş, baş təhqiqatçı həmin bağlamaya onun iştirakı ilə baxış keçirmiş, həqiqətən həmin bağlamada heroinəbənzər maddə, qurudulmuş marixuanayabənzər kütlə və metadonabənzər dərman həbləri olması müəyyən olunmuşdur. Baxış keçirilməsi barədə protokol tərtib olunmuş, o da həmin protokolu imza etmişdir.
7. Məhkəmə iclasında məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs, həmin ifadələrini təsdiq etmədiyini, məhkəmə istintaqı zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir.
8. Davam edən növbəti məhkəmə iclaslarında (xx.xx.2025-ci il tarixli) təqsirləndirilən şəxs narkotik vasitə götürmək üçün Cəlilabad rayonunun ərazisinə gəldiyini, qəbiristanlığa çatdıqda avtomobili saxlayıb düşsə də, gecə vaxtı və qaranlıq olduğu üçün qəbiristanlığa girməkdən qorxduğunu və narkotik vasitələri götürməkdən imtina edib avtomobilinə əyləşib oradan uzaqlaşmaq istəyərkən polis əməkdaşları tərəfindən tutulduğunu, hətta polis əməkdaşlarının onun avtomobilinin təkərini partlatdıqlarını bildirmişdir. O, ümumiyyətlə torbanı görmədiyini, ona tərəf yaxınlaşmadığını, qəbiristanlığın həyətinə daxil olmadığını, gecə vaxtı qəbiristanlığa girməkdən qorxduğu üçün torbanı götürməkdən imtina etdiyini qeyd etmişdir. Sonda əməlindən peşman olduğunu, məhkəmədən ona ədalətli cəza təyin edilməsini xahiş etmişdir.
9. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.
10. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir.
11. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Cəlilabad Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir, 24 yanvar 2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında rayon polis şöbəsində şöbə rəhbərliyinin müvafiq əmrinə əsasən əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs 24 yanvar 2025-ci il tarixdə saat 23:20 radələrində Cəlilabad şəhəri, H.Əliyev prospketində “Cəlilabad” şəhəri yazılı lövhənin sağ tərəfindən yerləşən Uzuntəpə kənd qəbiristanlığı yaxınlığında “Saipa” markalı avtomobilə əlində 1 ədəd ağ kisə ilə yaxınlaşarkən saxlanılmışdır. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim edib, üzərində yoxlama keçirmişlər, yoxlama keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və qanunla qadağan edilmiş predmet və ya əşya vardırsa təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmamasını, lakin əlində olan ağ kisədə narkotik vasitə heroin, qurudulmuş marixuana və metadon həbləri olmasını bildirərək həmin kisəni təqdim etmişdir. Həmin kisəyə baxış keçirilərkən içərisində 5 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə, 1 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə və 15 ədəd listdə metadona bənzər dərman həbləri aşkar olunmuş, həmçinin Təqsirləndirilən şəxs “Redmi” markalı mobil telefon da aşkar edilərək götürülmüşdür. Şübhəli şəxs qismində saxlanılmış şəxsin üzərinin yoxlanılması və götürülmə barədə protokol tərtib olunmuş, hər bir iştirakçı həmin protokolu imza etmişlər. Ona verilən suallara cavab olaraq şahid bildirmişdir ki, əməliyyat tədbiri gecə vaxtı, saat 23 radələrində olmuşdur, Təqsirləndirilən şəxs həmin yerdə tək olmuş, əməliyyat tədbirində iştirak edən polis əməkdaşları isə 7 nəfər olmuşdur, Təqsirləndirilən şəxs qarşı zor tətbiq edilməmişdir, onun guya avtomobilinin təkərinin partladılması ilə bağlı dedikləri tamamilə yalandır, üzərinə baxış və yoxlama aparılarkən videoçəkilişdən istifadə edilmişdir.
12. Məhkəmə iclasında dindirilmiş digər şahidlər Şahid4, Şahid5, Şahid6, Şahid7 Şahid1 ilə oxşar məzmunlu ifadə verərək, Təqsirləndirilən şəxs xx.xx.2025-ci ildə, saat 23 radələrində Cəlilabad şəhəri, H.Əliyev prospketində “Cəlilabad” şəhəri yazılı lövhənin sağ tərəfində yerləşən Uzuntəpə kənd qəbiristanlığı yaxınlığında “Saipa” markalı avtomobilə əlində 1 ədəd ağ kisə ilə yaxınlaşarkən saxladıqlarını, üzərinə və torbaya baxışı videoçəkiliş ilə həyata keçirdiklərini, avtomobilinin təkərinin partladılması ilə bağlı deyilənlərin həqiqət olmadığını, ona qarşı heç bir fiziki güc və ya təsir göstərilmədiyini qeyd edərək, həmin xüsusatları bir daha təsdiq etmişlər.
13. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
14. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 25 yanvar 2025-ci il tarixli, 127 saylı qərara əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində ********* saylı cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. (c İ, i.v 1)
15. Cəlilabad RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid6 xx.xx.2025-ci il tarixli “Raport”u ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə əldə etməsi, saxlaması və daşıması barədə RPŞ-yə əməliyyat məlumatı daxil olduğu bildirilmişdir. Onun ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə göstəriş verilməsini xahiş etmişdir. (c İ, i.v 4)
16. «Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında» 24 yanvar 2025-ci il tarixli qərarın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ətrafında əməliyyataxtarış tədbirinin keçirilməsinə dair Cəlilabad Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid6 tərəfindən qərar qəbul olunmuşdur. (c İ, i.v 6-7)
17. «Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və götürmə haqqında» 24 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Cəlilabad şəhəri, Heydər Əliyev prospektində yerləşən “Cəlilabad şəhər” yazılmış plakatın sağ tərəfində yerləşən Uzuntəpə kənd qəbiristanlığında **-FA-*** dövlət qeydiyyat nişanlı, “Saipa” markalı avtomobilə əlində 1 ədəd kisə ilə yaxınlaşarkən saxlanılmış, saxlanılma səbəbi izah edilmiş, əməliyyat-axtarış tədbiri keçirilməsi barəsində qərar əsasında üzərinin yoxlanılacağı bildirilmiş, müdafiəçi ilə təmin olunma hüququ izah edilmiş, daha sonra həmin yerdə yolun kənarında üzərinin yoxlanılmasına başlanılmazdan əvvəl üzərində qanunla qadağan olunmuş hər hansısa əşyanın mövcud olduğu halda təqdim etməsi bildirilmişdir. Təqsirləndirilən şəxs əlində olan 01 ədəd ağ rəngli kisənin içərisində narkotik vasitənin olduğunu bildirmiş və həmin kisəni təqdim etmişdir. Həmin kisəyə baxış keçirilərkən içərisində 05 ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixuanayabənzər, 01 ədəd bükümdə narkotik vasitə olan heroinəbənzər və 15 ədəd listdə narkotik tərkibli metadon həblərinə bənzər kütlələr aşkar olunmuş, aşkar olunan kütlələr elektron tərəzidə çəkilmiş və qurudulmuş marixuanayabənzər kütlələrin ayrı-ayrılıqda çəkilərinin 2495 qram, 2555 qram, 2095 qram, 2185 qram, 1645 qram olması, heroinəbənzər kütlənin çəkisinin 1420 qram olması müəyyən edilmiş, bundan başqa hər birində 10 ədəd olmaqla 15 listdə metadon həblərinə bənzər dərmanlar və 01 ədəd “Redmi” markalı mobil telefon cihazı aşkar edilərək götürülmüşdür. (c İ, i.v 10-11)
18. Əməliyyat axtarış tədbirinin əks olunduğu bir ədəd DVD diskə baxış zamanı protokolda qeyd edilmiş halların diskdə əks olunduğu müşahidə olunur. (cildin sonunda)
19. «Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında» xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, təqdim olunan 1 (bir) ədəd ağ rəngli bağlamaya, 1 (bir) ədəd DVD diskə baxış keçirilmiş, həmin bağlamaya baxış zamanı üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş” yazı olan bağlamadan 5 (beş) ədəd bükümdə narkotik vasitə olan marixuanayabənzər kütlə, 1 (bir) ədəd bükümdə heroinəbənzər kütlə və 15 (on beş) ədəd metadon həbinə bənzər kütlə aşkar olunmuş, həmin kütlələr elektron tərəzidə çəkilmiş, marixuana bükülülərinin hər birinin ayrıayrılıqda çəkilərinin 1,625 qram, 2,495 qram, 2,070 qram, 2,295 qram, 2100 qram olması, heroin bükümünün 1,415 qram olması müəyyən olunmuşdur. Daha sonra 01 ədəd DVD diskdə olan görüntülərə HP markalı kompüterdə baxış keçirilmiş, DVD diskdə olan görüntülərdə təhqiqata təqdim olunan narkotik maddəyə bənzər kütlələrin aşkar olunması, Təqsirləndirilən şəxs da həmin narkotik maddə olan kütlələrin özünə məxsus olduğunu bildirməsinin görüntüləri müşahidə olunmuşdur. (c İ, i.v 14)
20. «Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında» tədbirin əks olunduğu bir ədəd DVD diskə baxış zamanı protokolda qeyd edilmiş halların diskdə əks olunduğu müşahidə olunur. (cildin sonunda)
21. «Vəkilin şübhəli şəxsə təqdim edilməsi haqqında» 25 yanvar 2025-ci il tarixli protokoldan və tədqiq edilmiş digər sənədlərdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məqsədi ilə dövlət hesabına müdafiəçi təqdim olunmuşdur. (c İ, i.v 15-22)
22. «Şübhəli şəxsin tutulması haqqında» 25 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 yanvar 2025-ci il tarixdə, saat 01:45-də şübhəli şəxs qismində tutulmuşdur. (c İ, i.v 23)
23. Məhkəmə kimyəvi-bioloji ekspertizasının 25 yanvar 2025-ci il tarixli, 19/30 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitəyə bənzər kütlələr...” sözlər və imzalar olan bir ədəd kisədəki, 1 ədəd bükülüdə təmiz çəkisi: -1315,0 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 5 ədəd bükülüdə ayrıayrılıqda təmiz çəkisi: -1570,0 qr; -1995,0 qr, -2165,0 qr, -2095,0 qr, -2500,0 qram, ümumi təmiz çəkisi: -10325,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadırlar, orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər; 15 ədəd konvalyutda ümumi sayı 148 ədəd olan qəhvəyi rəngli dairəvi formalı həblər metadon həbləridir. Həblərin təsiredici maddəsinin ümumi miqdarı: -5,92 qramdır (bir həbdə 04 qr). Marixuana, heroin və metadon 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na daxildir. (İ siyahı) (c İ, i.v 39-40)
24. Aparılmış ekspertiza tədqiqatının dəyəri 130 manat təşkil edir. (c İ, i.v 38)
25. «Baxış keçirilməsi haqqında» 25 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, “şübhəli şəxsin üstünün yoxlanılması və götürmə” və “təqdim edilən əşyaya baxış keçirilməsi” haqqında 24 və 25 yanvar 2025-ci il tarixli istintaq hərəkətlərinin videoçəkilişlərinin olduğu 2 ədəd DVD diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, RPŞ-nin əməkdaşları Şahid7, Şahid5, Şahid1, Şahid4, Şahid3 iştirakları ilə RPŞ-nin digər əməkdaşı Şahid2 tərəfindən videoçəkiliş aparılmaqla RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid6 tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üstünün yoxlanılması və götürülmə aparılmış, lakin bundan əvvəl Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan olunmuş digər hər hansı əşya və ya predmet varsa təqdim etsin. Şübhəli şəxs Təqsirləndirilən şəxs həmin narkotik vasitə heroin, qurudulmuş marixuana və metadon həbləri 1 ədəd kisənin içərisində olmaqla aşkar edilərək götürülmüşdür. İkinci diskə baxış zamanı müəyyən edilmişdir ki, təqdim olunmuş zərfin içərisində narkotik vasitə heroinəbənzər maddə, qurudulmuş marixuamnayabənzər bitki kütləsi və metadonabənzər dərman həbləri vardır. Baxış Cəlilabad RPŞ-nin inzibati binasında, saat 19:00-dan 19:10-dək keçirilmişdir. (c İ, i.v 55A)
26. «Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında» 26 yanvar 2025-ci il tarixli qərarın nəticə hissəsindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunması və ona həmin maddə ilə nəzərdə tutulmuş ittihamın elan edilməsi qərara alınmışdır. (c İ, i.v 56-57)
27. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(073)-3/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bildiyini və əməlindən səmimi peşman olduğunu bildirmiş, onun barəsində 04 ay müddətində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 25 yanvar 2025-ci ildən hesablanmışdır. Həmin qərarın təsviri əsaslandırıcı hissəsində qeyd edilir: “Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı özünü təqsirli bildiyini və buna görə əməlindən səmimi peşman olduğunu, azadlıqda qalarsa cinayət prosesini həyata keçirən orqanın istənilən çağırışına hər an gəlməyə hazır oldğunu, heç bir halda istintaqa mane olmayacağını, heç kimə təsir etmək niyyətinin olmadığını göstərərək, təqdimatın təmin edilməməsini xahiş etmişdir. Təqsirləndirilən şəxsin müdafiəçisi X9 məhkəmə iclası zamanı müdafiə etdiyi şəxsin özünü təqsirli bildiyini və buna görə də əməlindən səmimi peşman olduğunu, azadlıqda qalarsa cinayət prosesini həyata keçirən orqanın istənilən çağırışına hər an gəlməyə hazır olduğunu, iş və yaşayış yerinin bəlli olmasını, heç bir halda istintaqa mane olmayacağını, heç kimə təsir etmək niyyətinin olmadığını göstərərək təqdimatın təmin edilməməsini xahiş etmişdir”. (c İ, i.v 74-77)
28. «Əşyanın maddi sübut hesab edilməsi haqqında» 27 yanvar 2025-ci il tarixli qərarın nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş heroinin ümumi təmiz çəkisi-1315,0 qram, cəmi tədqiqata sərf edildi – 0,1 qram, qalıq – 1314,9 qramı, marixuananın ümumi təmiz çəkisi – 10325, qram, cəmi tədqiqata sərf edildi – 0,5 (hər ob 0,1 qr) qram, qalıq – 10324,5 qramı, metadon həbləri- 148 ədəd, cəmi tədqiqata sərf edildi-15 ədəd, qalıq-133 ədədi cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və saxlanılmasından ötrü Cəlilabad RPŞ-nin maddi sübutların saxlanılması anbarına təhvil verilməsi, həmçinin «Şübhəli şəxsin üstünün yoxlanılması və götürmə» və «Təqdim olunan əşyaya baxış keçirilməsi» haqqında 24 və 25 yanvar 2025-ci il tarixli istintaq hərəkətlərinin videoçəkilişlərinin əks olunduğu 02 (iki) ədəd DVD disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. (c İ, i.v 78-79)
29. «Mobil telefona baxış keçirilməsi haqqında» 27 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş “Redmi” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən “WhatsApp” mesajlaşma tətbiqində xarici mobil operatora aid +**********7 saylı mobil nömrəsinin 24 və 25 yanvar 2025-ci il tarixdə zənglərinin, bir neçə mesajlarının silinməsi müəyyən edilmişdir. Zəng və mesajlar bölməsində iş üçün əhəmiyyət kəsb edən hallar aşkar edilməmişdir. (c İ, i.v 84)
30. Təqsirləndirilən şəxs tərəfindən verilmiş 27 yanvar 2025-ci il tarixli ərizədən görünür ki, o, Cəlilabad Rayon Polis Şöbəsinə ərizə ünvanlayaraq RPŞ-yə gətirilən zaman və orada olduğu zaman onu heç bir polis əməkdaşı döyməyib, hər hansı xəsarət almayıb və ekspert müayinəsindən keçməsinə lüzum yoxdur. (c İ, i.v 85)
31. Salyan Rayon İcra Hakimiyyəti başçısının Arbatan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 28 yanvar 2025-ci il tarixli, 5-71-8/2-80/2025 nömrəli ailə tərkibi haqqında arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən də Salyan rayonunun Arbatan kəndində yaşayır, ailə tərkibi atası X7 (1959), anası X2 (1961) ibarətdir və Salyan rayonunun Arbatan kəndində yaşadığı müddət ərzində onun barəsində nümayəndəliyə heç bir şifahi və ya yazılı şikayət daxil olmamışdır.(c İ, i.v. 95- 96)
32. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış məhkumluq haqqında arayışdan (tələbnamə) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (c İ, i.v 112)
33. «Törədilməsi müəyyən edilən cinayət əməlinin hüquqi tövsifi haqqında» 10 fevral 2025-ci il tarixli, 321 saylı qərarın nəticə hissəsindən müəyyən edilir ki, ********* nömrəli cinayət işi üzrə törədilməsi müəyyən edilən cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsindən həmin Məcəllənin 32.5, 206.3.2 və 234.4-1-ci maddələrinə tövsif edilmişdir. (c İ, i.v 113)
34. «Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında» 10 fevral 2025-ci il tarixli, 268 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə elan edilmiş ittihamın məzmununa əlavə və dəyişikliklər edilmiş və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2 və 234.4-1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir. (c İ, i.v 114-116)
35. «Məhkəmə-narkoloji ekspertizası»nın 30 yanvar 2025-ci il tarixli, 44 nömrəli rəyinə əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. (c İ, i.v 125)
36. «Məhkəmə-psixiatrik ekspertizası»nın xx.xx.2025-ci il tarixli 273 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs, həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (c İ, i.v 128- 129)
37. Cinayət işinin məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən məhkəməyə təqdim olunmuş və məhkəmə iclaslarında elan olunmaqla tədqiq edilmiş aşağıdakı sənədlərdən məlum olur ki, təqsirləndirilən şəxsin qardaşı X13 hərbi xidmət zamanı yaralanmış və ona 2-ci qup əlillik dərəcəsi təyin edilmişdir. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, təqsirləndirilən şəxsin qardaşı X13 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir.
Əməlin tövsifi və digər hüquqi məsələlər:
38. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Bu maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin əsas qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
39. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
40. “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir.
41. Avropa İnsan Hüquqları Məhkəməsinin “Orlov Rusiya Federasiyasına qarşı” işi üzrə 21 iyun 2011-ci il tarixli, “Yallo Almaniyaya qarşı” işi üzrə 11 iyul 2016-cı il tarixli qərarlarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilib-edilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir.
42. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuş, məhkəmə iclaslarında müdafiə tərəfinin (təqsirləndirilən şəxs və onun müdafiəçisi) hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, onunla müdafiəçisinə sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə məhkəməyə vəsatətlərlə müraciət etmiş və irəli sürülmüş ittihamı mübahisələndirmişlər.
43. Müdafiə tərəfi irəli sürülmüş ittihamı mübahisələndirsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir.
44. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4-1-ci maddələri ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur.
45. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlar əsasında müəyyən edilir.
46. Həmin Məcəllənin 143-144-cü maddələrinin tələbinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə, habelə digər prosessual hərəkətlərlə həyata keçirilir və cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır.
47. Həmin Məcəllənin 145.1 və 145.2-ci maddələrində nəzərdə tutulur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir.
48. Həmin Məcəllənin 146-cı maddəsində cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.
49. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu ilk növbədə cinayət tərkibi ilə yanaşı cinayətin tövsif edilməsi anlayışının açıqlamasını vacib hesab etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
50. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onun müdafiəsi üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir, tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir.
51. Məhkəmə baxış iclasında, təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək, narkotik vasitəni götürmək üçün “Ervin” adlı şəxslə razılığa gəldiyini, narkotik vasitənin haradan və necə gətirildiyini ümumiyyətlə bilmədiyini, yalnız narkotik vasitəni olduğu yerdən götürüb Bakı şəhərinə, “Ervin” adlı şəxsin dediyi yerə aparmaq üçün onunla 4000-5000 manat müqabilində razılaşdığını, avtomobil ilə Cəlilabad rayonuna, qəbiristanlığın yaxınlığına getdiyini, avtomobili saxlayıb düşsə də, gecə vaxtı olduğundan qəbiristanlığa girməkdən qorxduğunu, bu səbəbdən narkotik vasitəni götürməkdən imtina edərək oradan uzaqlaşmaq üçün avtomobilə tərəf gedib əyləşən zaman polis əməkdaşları tərəfindən yaxalandığını, hətta polis əməkdaşlarının onu yaxalamaq üçün avtomobilin təkərini partlatdıqlarını, onun ümumiyyətlə torbanı götürmədiyini, ona tərəf yaxınlaşmadığını bildirmişdir.
52. Məhkəmə, təqsirləndirilən şəxsin müdafiəsi üçün gətirdiyi dəlillərə münasibət bildirməyi mütləq və zəruri hesab edir
53. Əvvəla, məhkəmə araşdırması nəticəsində hadisənin müəyyən edilmiş, mübahisəsiz və iş materialları ilə tam təsdiq edilən mənzərəsi bundan barətdir ki, təqsirləndirilən şəxs özünün də qeyd etdiyi kimi “Ervin” adlı şəxslə narkotik vasitələrin daşınması barədə əvvəlcədən razılığa gələrək, 4000-5000 manat müqabilində həmin narkotik vasitələri olduğu yerdən götürmək üçün özünün istifadəsində olan avtomobil ilə Cəlilabad şəhəri, Heydər Əliyev prospektində yerləşən “Cəlilabad şəhər” yazılmış plakatın sağ tərəfində yerləşən Uzuntəpə kənd qəbirstanlığının yanına gəlmişdir. Bundan sonrakı hərəkətləri barədə təqsirləndirilən şəxs üç fərqli ifadə vermişdir. Belə ki, ibtidai istintaqın əvvəlindən sonuna qədər verdiyi ifadələrdə o, qəbiristanlığa daxil olub narkotik vasitələrin olduğu ağ rəngli torbanı götürüb, həmin torba əlində avtomobilinə yaxınlaşarkən polis əməkdaşları tərəfindən tutulduğunu bildirmişdir. Daha sonra, məhkəmə istintaqı zamanı, xx.xx.2025-ci il tarixli məhkəmə iclasında ifadəsini dəyişərək, o, avtomobil ilə qəbiristanlığın yanına gəldiyini, avtomobili saxladığı yer ilə narkotik vasitənin qoyulduğu yer arasında 10 metr məsafə olduğunu, narkotik vasitənin olduğu torbanın qəbiristanlığa girən kimi sol tərəfdə, su çəninin yanında olduğunu bildirmiş, qəbiristanlığa daxil olub ağ rəngli torbaya yaxınlaşdığını, torbaya çatdığı an, hələ götürməmiş polis əməkdaşlarının onu tutduğunu bildimişdir. Daha sonra, keçirilən növbəti məhkəmə iclaslarında isə (xx.xx.2025-ci il tarixli iclas) o, avtomobil ilə qəbiristanlığın yanına gəldiyini, avtomobildən düşsə də, gecə vaxtı və qaranlıq olduğundan qəbiristanlığa girməkdən qorxduğunu, ümumiyyətlə qəbiristanlığa daxil olmadığını, narkotik vasitələrin olduğu torbanı götürmək fikrindən imtina edərək, avtomobilinə qayıdıb, oradan uzaqlaşmaq istəyərkən polis əməkdaşları tərəfindən tutulduğunu, hətta bu zaman avtomobilinin təkərinin partladıldığını bildirmişdir.
54. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi bu ifadələrini mötəbər hesab etmir, çünki təqsirləndirilən şəxs tez-tez verdiyi ifadələri dəyişərək onların mötəbərliyini və həqiqət olmasını şübhə altına salmışdır. Bu səbəbdən məhkəmə, həmin ziddiyyətli ifadələrin özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən, habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadəni inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadələri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa yönəlmiş cəhdi kimi qiymətləndirir.
55. Belə ki, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçisi ilə birlikdə verdiyi izahat (İ cild, səhifə 32-33), şübhəli şəxs qismində verdiyi ifadə (İ cild, səhifə 52- 55) və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində (İ cild, səhifə 66-69) o narkotik vasitələr olan bağlamanı götürdüyünü, əlində daşıyaraq avtomobilə yaxınlaşan zaman polis əməkdaşları tərəfindən yaxalandığını bildirmiş, müdafiəçisi ilə birlikdə həmin izahat və ifadələrin məzmununu oxuyaraq, imzalamaqla təsdiq etmişdir. Bundan əlavə, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi məsələsinə baxılması üçün xx.xx.2025-ci il tarixdə Cəlilabad Rayon Məhkəməsinə təqdimat verilmiş, təqsirləndirilən şəxs müdafiəçisi ilə birlikdə hakim qarşısına çıxmışdır. Həmin məhkəmənin xx.xx.2025-ci il tarixli qərarının təsviri-əsaslandırıcı hissəsində: “Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı özünü təqsirli bildiyini və buna görə əməlindən səmimi peşman olduğunu, azadlıqda qalarsa cinayət prosesini həyata keçirən orqanın istənilən çağırışına hər an gəlməyə hazır oldğunu, heç bir halda istintaqa mane olmayacağını, heç kimə təsir etmək niyyətinin olmadığını göstərərək, təqdimatın təmin edilməməsini xahiş etmişdir. Təqsirləndirilən şəxsin müdafiəçisi X9 məhkəmə iclası zamanı müdafiə etdiyi şəxsin özünü təqsirli bildiyini və buna görə də əməlindən səmimi peşman olduğunu...” qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı məhkəmə tərkibi tərəfindən təqsirləndirilən şəxsə tutularkən və ya ondan sonra ibtidai istintaq ərzində hər hansı fiziki güc, təsir, təzyiq, döyülmə və ya işkəncəyə məruz qalıb-qalmaması barədə suallar verilmiş, təqsirləndirilən şəxs isə belə halların olmadığını məhkəməyə bildirmişdir.
56. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarının 25-ci bəndinə əsasən, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması nəzərə alınmalıdır. Sözügedən Qərarın 26-cı bəndinə görə Azərbaycan Respublikası CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə təqsirləndirilən şəxsin ifadələri arasındakı ziddiyyəti araşdırarkən, təqsirləndirilən şəxs hər hansı tutarlı arqument gətirə bilməmişdir.
57. Məhkəmə eyni zamanda cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edərək hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş materiallarında olan biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır, onun əməllərində cinayət tərkibi vardır və bununla da təqsirliliyi tam sübuta yetirilmişdir.
58. Buna baxmayaraq, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilməmiş, əsassız olaraq ona Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2-ci maddələri ilə ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs da ona verilmiş ittihamı CM-in 32.5, 206.3.2 hissəsində qəbul etməmiş, özünü təqsirli bilməmiş, hər hansı şəxsə qaçaqmalçılıq cinayəti törətməyə görə köməklik etmədiyini bildirmişdir.
59. Məhkəmə çıxışları zamanı dövlət ittihamçısı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə elan olunmuş ittihamdan imtina etdiyini bildirmiş və məhkəmənin xx.xx.2025-ci il tarixli qərarı ilə dövlət ittihamçısının vəsatəti təmin edilmiş, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın Azərbaycan Respublikası CMin 32.5, 206.3.2-ci maddəsi ilə bağlı hissəsinin müdafiəsindən (cinayət təqibindən) imtinası qəbul edilmiş, sonuncuya qarşı irəli sürülmüş ittihamın Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2-ci maddəsi ilə bağlı olan hissəsində cinayət işi üzrə icraata (cinayət təqibinə) xitam verilmişdir.
60. CM-nin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir.
61. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxs xüsusilə külli miqdarda, habelə külli miqdarda narkotik vasitələri satış məqsədi ilə əldə etmiş, saxlamış və daşımışdır.
62. Belə ki, təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində həmin Məcəllənin 234.1-234.4-cü maddələrində nəzərdə tutulmuş əməllərin xüsusilə külli miqdarda törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur.
63. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə; ... qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə; ... qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir.
64. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü tarixli, 8 nömrəli Qərarının 8 və 9-cu bəndlərində deyilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür.
65. Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.
66. Qeyd olunan Plenum Qərarının 16-cı bəndinin 3-cü yarımbaşlığına əsasən, bir neçə növ narkotik vasitə və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar və ya xüsusilə külli miqdar əlamətinin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli və əməl miqdarı daha böyük olan narkotik vasitəyə görə (daha ciddi məsuliyyətə səbəb olan miqdar üzrə) tövsif olunmalıdır. Yəni aşkar edilmiş müxtəlif növ narkotik vasitələrdən (psixotrop maddələrdən) hər hansı birinin miqdarı müvafiq siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Cinayət Məcəlləsinin 234.4.3-cü, xüsusilə külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə satış məqsədinin olub-olmamasından asılı olmayaraq Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə tövsif edilməlidir.
67. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli, 960-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların İ Siyahısı”nın 1-ci hissəsinin 49, 102 və 146-cı bəndlərinə əsasən heroin, tiryək, marixuana (kannabis) dövriyyəsi qadağan olunmuş narkotik vasitələr və İİ Siyahısının 1-ci hissəsinin 6-cı bəndinə əsasən metadon dövriyyəsi məhdudlaşdırılmış narkotik vasitədir; Azərbaycan Respublikasının xx.xx.2005ci il tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə İ Siyahısı”nın 83-cü bəndinə əsasən təmiz halda 800 qramdan yuxarı heroin xüsusilə külli miqdar, 109.1-ci bəndinə əsasən təmiz halda 500 qramdan 50.000 qramadək çəkidə qurudulmuş marixuana (kannabis) külli miqdar; 111-ci bəndinə əsasən metadon təmiz halda 1,6 qramdan 160 qramadək çəkidə külli miqdar təşkil edir.
68. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi özünün ilkin izahatı, ibtidai araşdırma zamanı ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməsi barədə verdiyi ifadələri, habelə, “şəxsi axtarış və götürmə aparılması haqqında”, protokollar və həmin protokollara əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülər, ekspert rəyləri və sair sənədlər, maddi sübut kimi tanınmış narkotik vasitələr, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir.
69. Beləliklə, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əməllərinin CM-in 234.4- 1-ci maddəsinə tövsif edilməsi düzgün hesab edilməlidir. Həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir. Təsnifata görə CM-in 234.4-1-ci maddəsində nəzərdə tutulan əməllər xüsusilə ağır cinayətlərdir.
70. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
71. CPM-in 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:
72. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.
73. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.
74. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması iş materialları, şahid ifadələri ilə tam sübuta yetirilmişdir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsaslar yoxdur.
75. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (CM-in 8.1, 41.2 və 58.3cü maddələri).
76. Məhkəmə CM-in 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlindən (narkotik vasitəni götürmək üçün getməsindən) peşman olduğunu bildirməsini, qardaşının döyüş əməliyyatlarında xəsarət alaraq İİ qrup əlil olmasını, daha sonra isə vəfat etməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.
77. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.4-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.
78. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir.
79. CM-in 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl xüsusilə ağır cinayətlər kimi təsnif edilmişdir. CM-in 56.1.3-cü maddəsinin tələbinə görə azadlıqdan məhrum etmə növündə cəza xüsusilə ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.
80. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir
81. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının CPM-in 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).
82. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin CMin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı onun faktiki həbsə alındığı andan, xx.xx.2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır.
83. Məhkəmə hökmün 35-ci bəndində qeyd edilən ekspertiza rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınmalıdır.
84. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Cəlilabad RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ümumi təmiz çəkisi – 10325 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın ekspert tədqiqatına sərf edilməsi nəticəsində qalıq qalmış 10324,5 qramı, ümumi təmiz çəkisi – 1315,0 qram təşkil edən narkotik vasitə heroinin ekspert tədqiqatına sərf edilməsi nəticəsində qalıq qalmış 1314,9 qramı və ümumi sayı 148 ədəd metadon həblərinin ekspert tədqiqatına sərf edilməsi nəticəsində qalıq qalmış 133 ədədi məhv edilməlidir.
85. «Şübhəli şəxsin üstünün yoxlanılması və götürmə», «Təqdim olunan əşyaya baxış keçirilməsi» istintaq hərəkətləri zamanı aparılmış videoçəkilişlərin köçürüldüyü 02 (iki) ədəd disk, "xxxx" MMC tərəfindən təqdim edilmiş 01 (bir) ədəd disk olmaqla, ümumilikdə 03 (üç) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılmalıdır.
86. Azərbaycan Respublikası CPM-in 346.1.21 və 353.4.10-cu maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.
87. Azərbaycan Respublikası CPM-in 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 130 (bir yüz otuz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.
88. Məhkəmə qeyd edir ki, məhkəmə iclaslarında təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə ona, dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası CPM-in 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə olan halda müdafiəçilərin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Odur ki, cinayət işi üzrə keçirilən məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir
89. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınmalıdır.
90. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsi ilə) əsaslar yoxdur.
91. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.
92. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli və «Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında» 30 aprel 2021-ci il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutlar olan və Cəlilabad Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan ekspert tədqiqatından sonra qalıq çəkisi 1314,9 qram olan narkotik vasitə heroin, ekspert tədqiqatından sonra qalıq çəkisi 10324,5 qram olan narkotik vasitə qurudulmuş marixuana və 133 ədəd metadon həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatı xərci - 130 (bir yüz otuz) manat təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış məlumatların əks olunduğu 03 (üç) ədəd disk iş materiallarında saxlanılsın Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Sədrlik edən hakim: Aqil Nuriyev Hakimlər: Cavid Səfərli Ayşən Vəliyeva