Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-277/2022 12.05.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Nizami Fərzi oğlu (sədrlik edən), Musayev Aqil Əlisa oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərəmov Emin Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2 və Müdafiəçi3 iştirakları ilə xx xxxxxx 1994-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə, xx xxxxxx 1992-cı il tarixdə Naxçıvan MR, Şahbuz rayonu, Külüs kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Naxçıvan MR, ünvan 2 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxxxxx 1994-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli, Y/M “V” massivi ev 12, mənzil 02-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda kustar üsulla hazırlanmış iki ədəd bükümdə ümumi təmiz çəkisi 3,454 qram narkotik vasitə heroini və şəxsi istehlak miqdarından az miqdarda təmiz çəkisi 0,092 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 15 noyabr 2021-ci il tarixdə, saat 23 radələrində Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayonu, Uzuntəpə kəndi ərazisində saxlanılaraq RPŞ-nin inzibati binasına gətirilərək üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən 2 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: -3,262qr: -0,192 qram: ümumi təmiz çəkisi: 3,454 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 ədəd bükümdə təmiz çəkisi -0,092 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o təkrarən, tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Əvəz oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda -566,408 qram çəkidə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini, -31,554 qram çəkidə psixotrop maddə metamfetamini əldə edərək Təqsirləndirilən şəxs2 qanuni əsaslarla idarə etdiyi “Toyota Prius” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda daşıyaraq saxlamış, 15 noyabr 2021-ci il tarixdə, saat 23 radələrində Cəlilabad RPŞ-nin əməkdaşlarının Cəlilabad rayonu, Uzuntəpə kəndi ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, RPŞ-nin X2 Osmanovun idarə etdiyi “Toyota Prius” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin salonundan 2 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: - 565,0 qr; -1,408 qram: ümumi təmiz çəkisi: -566,408 qram narkotik vasitə heroin, bir ədəd bükümdə -31,554 qram psixotrop maddə metamfetamin və -0,133 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs3 tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda -566,408 qram çəkidə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini, -31,554 qram çəkidə psixotrop maddə metamfetamini əldə edərək Təqsirləndirilən şəxs2 qanuni əsaslarla idarə etdiyi “Toyota Prius” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda daşıyaraq saxlamış, 15 noyabr 2021-ci il tarixdə, saat 23 radələrində Cəlilabad RPŞ-nin əməkdaşlarının Cəlilabad rayonu, Uzuntəpə kəndi ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, RPŞ-nin Cərimə Meydançasında “Toyota Prius” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin salonundan 2 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: - 565,0 qr; -1,408 qram: ümumi təmiz çəkisi: -566,408 qram narkotik vasitə heroin, bir ədəd bükümdə -31,554 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış bir ədəd bükümdə təmiz çəkisi 0,668 qram narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 05 oktyabr 2021-ci il tarixdə saat 14:30-da Bakı şəhəri, Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, Murad Alılar məhəlləsi adlanan yerdə saxlanılaraq 31-ci PB-nin inzibati binasına gətirilərək üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarının sağ cibindən bir ədəd bükümdə həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda -566,408 qram çəkidə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini, -31,554 qram çəkidə psixotrop maddə metamfetamini, -0,133 qram narkotik vasitə qurudulmuş marixuananı əldə edərək qanuni əsaslarla idarə etdiyi “Toyota Prius” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda daşıyaraq saxlamış, 15 noyabr 2021-ci il tarixdə, saat 23 radələrində Cəlilabad RPŞ-nin əməkdaşlarının Cəlilabad rayonu, Uzuntəpə kəndi ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, RPŞ-nin Cərimə Meydançasında idarə etdiyi “Toyota Prius” markalı, **- BC-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin salonundan 2 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: -565,0 qr; -1,408 qram: ümumi təmiz çəkisi: -566,408 qram narkotik vasitə heroin, bir ədəd bükümdə -31,554 qram psixotrop maddə metamfetamin və -0,133 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilrək götürülmüşdür. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o 15 noyabr 2021-ci il tarixdə Günaya zəng edərək onunla Salyan rayonuna gedib qayıtmasını demişdir. Sonra da Əmraha zəng edərək onları idarə etdiyi avtomobillə aparıb gətirməsini demiş, o da razılaşmışdır. Sonra da onlar üçü bir yerdə Əmraha məxsus Tayota Pirus markalı avtomobillə Salyan rayonuna getmişlər. Günaya məxsus telefonla İran vətəndaşı Fərşadla əlaqə saxlamışdır. Fərşad əvvəlcə ona narkotik vasitəni Salyan rayonundan götürəcəklərini demiş, lakin sonradan Fərşad Cəlilabad rayonuna getməsini, Cəlilabad rayonunda narkotikin qoyulduğu yerin yolun Beta-Tea plakatının altı olduğunu ona bildirmişdir. Salyana kimi nə Günay, nə də Əmrah Salyana niyə getdiklərini bilməmişlər. Salyandan sonra Cəlilabad rayonuna gedəndə onlar Cəlilabada niyə getdiyini bilib, Bakıya qayıtmaq istədiklərini desələr də o qayıtmamış və onlara aid bir şey olmadığını, narkotiki özünün götürəcəyini demişdir. Sonra da Fərşadın dediyi yerə gedib plakatın yanında olan malı götürərək avtomaşına qayıdıb oturduğu oturacağın altına yerləşdirmiş, avtomobili özü idarə etmişdir. Narkotiki götürüb biraz gedəndən sonra polis əməkdaşları onları saxlayıb, Cəlilabad Rayon Polis Şöbəsinə aparmışlar. Polis Şöbəsində baxış zamanı üzərindən və maşından narkotik vasitə aşkarlanaraq götürülmüşdür. İstintaqda verdiyi ifadəni təsdiq edir. Əməlindən peşmandır, himayəsində iki nəfər azyaşlı uşağı var. O Cəbrayıl və Qubadlı rayonlarının işğaldan azad olunmasında iştirak etmişdir. Xahiş edir ki, cəza təyin edilərkən nəzərə alınsın. Məhkəmədə CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və hazırki məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs1 vəkilinin iştirakı ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs1 müdafiəçisinin iştirakı ilə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində özünü ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamda təqsirli bilərək göstərmişdir ki, o, Təqsirləndirilən şəxs2 6 ay müddətdir ki, tanıyır. Onunla ortaq tanışları vasitəsilə tanış olmuşdur. Aralarında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs3 isə 2 ay müddətdir ki, tanıyır. Onunla təsadüfən tanış olmuşdur. Aralarında əvvəllər hər hansı ədavət və ya düşmənçilik olmamışdır. Bildirmişdir ki, o, 1 il müddətdir ki, narkotik vasitə olan marixuana və psixotrop maddə olan metamfetamin istifadə edir. Əmrah və Günay da narkotik vasitə istifadəçisidirlər. Onların metmafetamin istifadə etdiklərini bildirmişdir. xx.xx.2021-ci il tarixdə, saat 14 radələrində Bakı şəhəri ərazisində olan zaman Günay istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyəə zəng edərək, Salyan rayonu ərazisinə tanışı olan İran İslam Respublikası vətəndaşının narkotik vasitə qoyduğunu bildirərək, həmin narkotiki götürməkdən ötrü gedə bilibbilməyəcəyimizi soruşdu. O da hər hansı problem olmadığını, gedə biləcəyini söyləmişdir. Həmin danışıqdan 40 dəqiqə sonra o, Günay ilə Hövsan qəsəbəsi ərazisində görüşmüşdür. Orada onun mobil nömrəsində kontur olmadığından Əmrahın da onlarla narkotiki götürməkdən ötrü gəlməsi məqsədilə Günaya Əmraha zəng etməsini söyləmişdir. Günay da Əmrahın istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək, ondan harada görüşə biləcəklərini soruşmuşdur. Onlar Əmrah ilə Günəşli qəsəbəsində görüşmüşlər. X9 Salyan rayonu ərazisində İİR vətəndaşı metamfetamin və heroin qoyacaq gedib onu götürəcəklərini, həmin metamfetamindən 20 qramını özü üçün götürəcəyini, onlara da həmin metamfetamindən pay verəcəyini söyləmişdir. Əmrah da razılaşaraq onlarda birlikdə özünə məxsus “Toyota Prius” mrakalı, **-BC-*** d.q. nişanlı avtomobil ilə yola düşmüşlər. Avtomobili o idarə edirmiş. Günay “Whatsapp” tətbiqi vasitəsilə İİR vətəndaşı ilə əlaqə saxlayırmış. Onlar 1 saata Salyan rayonuna çatmışlar. Salyan rayonu ərazisində olarkən Günay onlara İİR vətəndaşı ona narkotiki Cəlilabad rayonu ərazisində qoyduğunu bildirdi. Bu səbəbdən onlar Cəlilabad rayonu ərazisinə gəlmişlər. İİR vətəndaşı Günaya fotoşəkil ataraq narkotik vasitəni həmin fotoda əks olunmuş üzərinə “Beta Tea” yazılmış reklam lövhəsinin altında yerləşdirdiyini bildirmişdir. O, həmçinin narkotiki qablaşdırdığı bükülünün də fotoşəkilini göndərmişdir. Beləliklə onlar, həmin lövhənin yanına gəlmişlər. Orada o, avtomobili saxlayaraq yerə düşüb həmin lövhənin yanında palstmas materialından olan həmin qablaşdırmanı götürüb avtomobilə əyləşmişdir. Avtomobilə əyləşdikdən sonra onlar Cəlilabad şəhərinin mərkəzinə doğru hərəkət etməyə başlamışlar. Onlar təxminən 400-500 metr məsafəni gəlmişlər və YPX əməkdaşı onlara saxla işarəsi vermişdir. O, avtomobili saxlayaraq yerə düşüb YPX əməkdaşına yaxınlaşmışdır. Bu zaman başqa avtomobil ilə mülki geyimli bir neçə şəxs yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin əməkdaşlar onlarda üzərlərində narkotik vasitə və ya digər qanunsuz əşya olub-olmamasını soruşduqda onlar avtomobildə narkotik vasitə olduğunu bildirmişlər. Polis əməkdaşları da bu səbəbdən onları polis şöbəsinə dəvət etmişlər. Onlar da polis əməkdaşlarına etiraz etməyərək əyləşdikləri avtomobillə birlikdə polis şöbəsinə gəlmişlər. Polis şöbəsində onun üzərində şəxsi axtarış keçirilən zaman o, əynində olan şalvarın sağ yan cibindən 1 ədəd sellofana bükülmüş narkotik vasitə olan heroini, bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş metamfetamini və 1 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş narkotik vasitə olan heroini çıxarıb təqdim etmiş və həmin vasitələri Bakı şəhərindən tanımadığı şəxsdən əldə etdiyini bildirmişdir. Həmin vasitələr qablaşdırılaraq ekspertizaya təqdim ediləcəyi bildirilmişdir. Daha sonra o, Günay və Əmrahın iştirakı ilə avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobildən də bir bükümdə narkotik vasitə olan marixuana, reklam lövhəsinin yanından götürdüyü içərisində metamfetamin və heroin olan həmin qablaşdırma, ona məxsus olan bir ədəd şüşə borucuq, bir büküm narkotik vasitə olan heroin, və üzərində “Alyse” yazısı olan ona məxsus olan 1 listdə 11 ədəd preqabalin həbi aşkar edilərək götürülmüşdür. Həmin vasitələr qablaşdırılaraq ekspertizaya təqdim ediləcəyi bildirilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs3 ifadəsində özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Ruslanı 3 ay idi, Əmrahı isə az müddət olardı tanımışdır. Ruslan ona zəng edərək, Salyan rayonuna gəzməyə getməyi təklif etmiş, o da razılaşmışdır. Ruslan taksi ilə Hövsan qəsəbəsinə gəlib onu götürmüşdür. O, Ruslandan Salyana niyə getdiklərini soruşmuş, Ruslan da işi olduğunu demişdir. Sonra onlar birlikdə Yeni Günəşliyə gələrək, orada “Şir” abidəsinin yanında Ruslan Əmraha zəng edib onun maşını ilə Salyan rayonuna getməsini demişdir. Sonra da Əmrah idarə etdiyi avtomobillə gələrək onları avtomobilə götürmüş və birlikdə Salyan rayonuna yola düşmüşlər. Ruslan telefonunda internet olmadığından ona məxsus telefonla kiminləsə yazışmışdır. O baxarkən Ruslanın İranlı ilə yazışdığını görmüşdür. Yolda Əmrahla o Ruslana gəl qayıdaq, tutulanda biz də səninlə gedəcəyik desə də o razılaşmamış və birlikdə İranlının narkotiki qoyduğu Cəlilabad rayonuna getmişlər. Cəlilabada gedərkən Ruslan yolda sizlik bir şey yoxdu, sizə problem olmayacaq malı mən götürürərəm demişdir. Cəlilabad rayonunda Beta Tea reklam plakatının yanından Ruslan maşından düşüb, plakatın yanına gedib, malı (narkotik vasitəni) götürərək maşına oturmuş və onlar bir qədər hərəkət etikdən sonra polis əməkdaşları onları saxlayaraq Cəlilabad rayon Polis şöbəsinə aparmışlar. Orada videoçəkilişlə onların üzərlərinə axtarış və avtomobilə baxış keçirmişlər. Axtarış zamanı Ruslanın üzərindən və avtomobildən heroin və metamfetamin aşkarlanmışdır. O daha sonra göstərmişdir ki, Ruslan ona məxsus telefonla İran vətəndaşı Fərşadla danışmışdır. İstintaq zamanı Fərşadın onun tanışı olması barədə ifadəsini təsdiq etmir. Fərşad Ruslanın tanışıdır. Məhkəmədə CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və hazırki məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs3 vəkilinin iştirakı ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə vermiş olduğu ifadəsində özünü ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamda təqsirli bilərək göstərmişdir ki, o, Təqsirləndirilən şəxs1 2 ay müddətdir ki, tanıyır. Onunla ortaq tanışları vasitəsilə tanış olmuşdur. Aralarında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs2 isə 1 ay 15 gün müdətdir ki, tanıyır. Onunla Ruslan vasitəsilə tanış olmuşdur. Aralarında əvvəllər hər hansı ədavət və ya düşmənçilik olmamışdır. Bildirmişdir ki, Ruslanı tanıdıqdan sonra onun narkotik vasitə istifadəçisi olduğunu bilmişdir. Bundan başqa bildirmişdir ki, Əmrah da narkotik vasitə istifadə edir. 15 noyabr 2021-ci il tarixdə, saat 12 radələrində Ruslan Hövsan qəsəbəsində kirayə yaşadığı evdə olan zaman oraya gələrək ona İİR vətəndaşlarından istifadəsi üçün narkotik vasitə əldə etmək istədiyini bildirərək, İİR-da tanışı olub-olmamasını soruşmuşdur. O da 5-6 il öncə Naxçıvan MR-ya gedərkən İİR vətəndaşı olan taksi sürücüsü işləyən Fərşad adlı şəxs ilə tanış olmuşdum. Onun mobil nömrəsi onda olduğunu bildirmişdir. O da Ruslana Fərşad adlı şəxslə əlaqə saxlaya biləcəyini bildirmişdir. Ruslan ona demişdir ki, Fərşada narkotik vasitəni satmaq üçün istədiyii, satdıqdan sonra pulunu göndərəcəyini söyləsin. O da “whatsapp” tətbiqi vasitəsilə Fərşad ilə əlaqə saxlayaraq narkotik vasitə əldə etmək istədiyii, həmin narkotik vasitəni tanışı üçün istədiyini, satıb pulunu göndərəcəyinizi bildirmişdir. Fərşad isə ona bildirmişdir ki, hazırda o, Azərbaycan Respublikasına narkotik vasitə göndərə bilməz, lakin Salyan rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan tanışı var və ondan narkotik vasitə verməyi üçün xahiş edəcək. Bundan sonra Ruslan Əmrah ilə onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrə vasitəsilə əlaqə saxlayaraq görüşmək istədiyini bildirmişlər. Onlar həmin gün Əmrah ilə Günəşli qəsəbəsində görüşmüş və orada X7 rayonundan narkotik vasitə götürməkdən ötrü getməyi təklif etmişdir. Ruslan həmin narkotik vasitədən özü və Əmrah üçün götürəcəyini söyləmişdir. Əmrah da onunla razılaşmışdır. Beləliklə onlar, Əmraha məxsus olan “Toyota Prius” markalı, **-BC-*** d.q. nişanlı avtomobil ilə yola düşmüşlər. Avtomobili Ruslan özü idarə edirmiş. Yol boyu o, “Whatsapp” tətbiqi vasitəsilə İİR vətəndaşı olan Fərşad adlı şəxslə əlaqə saxlamış və onlar 1 saata Salyan rayonuna çatmışlar. Salyan rayonu ərazisində olarkən Fərşad ona bildirmişdir ki, Salyan rayonunda olan tanışı narkotik vasitə verməkdən imtina etdi. Lakin sonradan Fərşad ona demişdir ki, Cəlilabad rayonu ərazisində tanışı var və həmin şəxs də narkotik maddələrin satışı ilə məşğuldur. O və Əmrah Cəlilabad rayonuna getməkdən imtina etsələr də Ruslanın təkidi ilə Cəlilabad rayonuna gəlməyə razılaşmışlar. Beləliklə, onlar Cəlilabad rayonu ərazisinə gəlmişlər. Fərşad ona bildirmişdir ki, Cəlilabad rayon sakini olan tanışı narkotik vasitə verməyə razıdır. Lakin o, həmin şəxslə əlaqə saxlamdığını bildirmiş və Fərşad özü onunla danışaraq həmin şəxsin dediklərini ona bildirmişdir. Təxminən 5 dəqiqə sonra Fərşad ona fotoşəkil ataraq Cəlilabad rayon sakini olan tanışı narkotik vasitəni həmin fotoda əks olunmuş üzərinə “Beta Tea” yazılmış reklam lövhəsinin altında yerləşdirdiyini bildirmişdir. Fərşad ona həmin narkotik vasitəni götürdükdən sonra fotoşəkilini çəkib ona atmağını söyləmişdir. Beləliklə onlar həmin lövhənin yanına gəlmişlər. Orada Ruslan avtomobili saxlayaraq yerə düşüb həmin lövhənin yanında plastmas materialından olan həmin qablaşdırmanı götürüb avtomobilə əyləşmişdir. Ruslan həmin narkotik vasitəni öz əyləşmiş olduğu oturacağın altına qoymuşdur. Avtomobilə əyləşdikdən sonra o, Ruslana avtomobilə yanacaq vurmasını söyləmişdir. Bu səbəbdən onlar Cəlilabad şəhərinin mərkəzinə doğru hərəkət etməyə başlamışlar. Onlar təxminən 400-500 metr məsafə irəliləmişlər və onları YPX əməkdaşı saxlamışdır. Ruslan avtomobili saxlayaraq yerə düşüb YPX əməkdaşına yaxınlaşmışdır. Bu zaman başqa avtomobil ilə mülki geyimli bir neçə şəxs yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin əməkdaşlar onlardan üzərlərində narkotik vasitə və ya digər qanunsuz əşya olub-olmamasını soruşduqda onlar avtomobildə narkotik vasitə olduğunu bildirmişlər. Polis əməkdaşları da bu səbəbdən onları polis şöbəsinə dəvət etmişlər. Onlar da etiraz etməyərək əyləşdikləri avtomobillə birlikdə polis şöbəsinə gəlmişlər. Polis şöbəsində üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən hər hansı qanunsuz predmet aşkar edilməmişdir. Daha sonra o, Ruslan və Əmrahın iştirakı ilə avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobildən də bir bükümdə narkotik vasitə olan marixuana, Ruslanın reklam lövhəsinin yanından götürdüyü içərisində narkotiki vasitələr olan həmin qablaşdırma, Ruslana məxsus bir ədəd şüşə borucuq, üzərində “Alyse” yazısı olan Ruslana məxsus olan 1 listdə olan 11 ədəd preqabalin həbi aşkar edilərək götürüldü. Həmin vasitələrin qablaşdırılaraq ekspertizaya təqdim ediləcəyi bildirilmişdir. Cinayət işinin materiallarında olan üzləşdirmədə istintaq hərəkəti protokolundan görünür ki, Təqsirləndirilən şəxs3 ifadəsində göstərdiklərini üzləşdirmə zamanı da təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o Bakı şəhərinin Yeni Günəşli qəsəbəsində yaşayır. Noyabr ayında Ruslan zəng edərək onunla görüşmək istədiyini dediyindən o Yeni Günəşli ərazisində Ruslanla görüşmüşdür. Həmin vaxt Günay da orada olmuşdur. Görüşdükdən sona Ruslan və Günay onun idarə etdiyi Tayota Pirus markalı avtomobilinə oturmuşlar. Ruslan onları Salyan rayonunda bir nəfərdən pul götürəcəyini deyib onları Salyan rayonuna aparmasını, buna görə ona 50 manat yol pulu verəcəyini demiş, o da razılaşmışdır. Sonra da Salyan rayonuna gedərkən, yolda Ruslan maşından düşərək, kiminləsə danışmış, sonra maşına qayıdaraq, Cəlilabad rayonuna getməli olduqlarını demiş, o da razılaşmışdır. Cəlilabada gedəndə Ruslanın yazışmalarından onun narkotik üçün getdiyini bilmişdir. O Ruslanın özündən soruşsa da Ruslan ona heç bir söz deməmişdir. Günay ona nə var de bizə soruşmuş, Ruslan isə Cəlilabadda işim var deyə bildirmişdir. Cəlilabada çatdıqdan sonra Ruslan maşından düşmüş, sonra da gəlib maşına oturmuş və onlar bir qədər yola davam etdikdən sonra Cəliabad rayon Polis şöbəsini əməkdaşları onları saxlamışlar. Sonra da onların üzərlərinə və onun idarə etdiyi avtomobilə baxış keçirilmişdir. Baxış zamanı onu avtomobilindən narkotik vasitə və psixotrop maddə aşkar edilmişdir. Həmin maddələır ona aid olmamışdır. O sürücü kimi getmişdir. Lakin bu hadisədən əvvəl Suraxanı rayonunda polis əməkdaşları onu saxlayaraq, polis şöbəsinə aparıb ondan üzərində narkotik vasitə varsa təqdim etməsini ona təklif etdikdə, o da 20 manat müqabilində onlayn əldə etdiyi üzərində olan bir bükümdə heroini onlara təqdim etmişdir. Ona görə o özünü Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilir. Məhkəmədə CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və hazırki məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs2 vəkilinin iştirakı ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə vermiş olduğu ifadəsində özünü ona Azərbaycan Respublikası CM-nin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamda təqsirli bilərək göstərmişdir ki, o, Təqsirləndirilən şəxs1 3 ay müddətdir ki, tanıyır. Onunla ortaq tanışları vasitəsilə tanış olmuşdur. Aralarında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs3 isə 2 ay müddətdir ki, tanıyır. Onunla təsadüfən tanış olmuşmuşdur. Aralarında əvvəllər hər hansı ədavət və ya düşmənçilik olmamışdır. Bildirmişdir ki, o, 3 il müddətdir ki, narkotik vasitə olan marixuana, heroin və psixotrop maddə olan metamfetamin istifadə edir. Ruslan və Günay da narkotik vasitə istifadəçisidirlər. Onlar metmafetamin istifadə etdiklərini bildirmişdir. O, 2 ay öncə qanunsuz olaraq narkotik vasitə heroin əldə etdiyimə görə tutulduğunu və hazırda Suraxanı RPŞ-nin İstintaq bölməsində bununla bağlı barəsində cinayət işi başlanılaraq istintaqı aparıldığını bildirmişdir. xx.xx.2021-ci il tarixdə, saat 16 radələrində o, yaşadığı Günəşli qəsəbəsi ərazisində olan zaman Günay istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək, görüşmək istədiyini bildirmişdir. O da ona Günəşli qəsəbəsində olduğunu söyləmişdir. Günay da Ruslan ilə yanınaa gələcəklərini demişdir. Təxminən 30 dəqiqə sonra o, onlarla Günəşli qəsəbəsi ərazisində görüşmüşdür. Orada Ruslan ona bildirmişdir ki, ona çatacaq pulu götürməkdən ötrü Salyan rayonuna getmək istəyirlər və onları öz avtomobili ilə aparmağı müqabilində ona 50 manat pul verəcəklərini, avtomobilin yanacağını da özlərinin təmin edəcəyini bildirmişlər. O da onlarla razılaşmışdır. Bildirmişdir ki, o, özümə məxsus olan “Toyota Prius” markalı, **-BC-*** d.q. nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. Beləliklə Onlar yola Salyan rayonuna gəlmək üçün yola düşmüşlər. Avtomobili Ruslan idarə edirmiş. Günay ilə o arxa oturacaqda əyləşmişlər. Salyan rayonu ərazisində olarkən Günay ilə Ruslanın danışığından başa düşmüşdür ki, onlar İİR vətəndaşının göndərdiyi narkotik vasitəni götürməkdən ötrü Salyan rayonu ərazisinə gəlmişdir. Günay onun yanımda “Whatsapp” tətbiqi vasitəsilə İİR vətəndaşı ilə əlaqə saxlayırmış. Salyan rayonu ərazisində olarkən Günay onlara İİR vətəndaşının ona narkotiki Cəlilabad rayonu ərazisində qoyduğunu bildirmişdir. Günay ilə o Cəlilabad rayonuna getməkdən imtina etsələr də Ruslan təkidlə Cəlilabad rayonuna getməli olduqlarını söyləmişdir. Bu səbəbdən onlar Ruslanla razılaşaraq Cəlilabad rayonu ərazisinə getmişlər, İİR vətəndaşı Günaya fotoşəkil ataraq narkotik vasitəni həmin fotoda əks olunmuş üzərinə “Beta Tea” yazılmış reklam lövhəsinin altında yerləşdirdiyini bildirmişdir. Beləliklə onlar həmin lövhənin yanına gəlmişlər. Orada Ruslan avtomobili saxlayaraq yerə düşüb həmin lövhənin yanında olan plastmas materialından olan qablaşdırmanı götürüb avtomobilə əyləşmişdir. O, həmin qablaşdırmanı öz əyləşdiyi oturacağın altında yerləşdirmişdir. Avtomobilə əyləşdikdən sonra onlar Cəlilabad şəhərinin mərkəzinə doğru hərəkət etməyə başlamışlar. Onlar təxminən 400-500 metr məsafə gəldikdən sonra onları YPX əməkdaşı saxlatdırmışdır. Ruslan avtomobili saxlayaraq yerə düşüb YPX əməkdaşına yaxınlaşmışdır. Bu zaman başqa avtomobil ilə mülki geyimli bir neçə şəxs yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin əməkdaşlar onlardan üzərilərində narkotik vasitə və ya digər qanunsuz əşya olub-olmamasını soruşduqda onlar avtomobildə narkotik vasitə olduğunu bildirmişlər. Polis əməkdaşları da bu səbəbdən onları polis şöbəsinə dəvət etmişlər. Onlar da polis əməkdaşlarına etiraz etməyərək əyləşdikləri avtomobillə birlikdə polis şöbəsinə gəlmişlər. Polis şöbəsində üzərində baxış keçirilən zaman üzərindən hər hansı qanunsuz predmet aşkar edilməmişdir. Daha sonra o, Günay və Ruslanın iştirakı ilə ona məxsus avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobildən də bir bükümdə narkotik vasitə olan marixuana, Ruslanın reklam lövhəsinin yanından götürdüyü içərisində metamfetamin və heroin olan həmin qablaşdırma, bir ədəd Ruslana məxsus şüşə borucuq, bir büküm narkotik vasitə olan heroin, və üzərində “Alyse” yazısı olan Ruslana məxsus olan 1 listdə olan 11 ədəd preqabalin həbi aşkar edilərək götürülmüşdür. Həmin vasitələr qablaşdırılaraq ekspertizaya təqdim ediləcəyi bildirilmişdir. Cinayət işinin materiallarında olan üzləşdirmədə istintaq hərəkəti protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiklərini üzləşdirmə zamanı da Təqsirləndirilən şəxs1 Rafiq oğlunun üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 oğl, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 Rafiq oğlunun Azərbaycan Respublikası cinayət əməllərini törətmələri özlərinin məhkəmədə elan olunmaqla tədqiq edilmiş ibtidai istintaq zamanı vəkillərinin iştirakları ilə verdikləri ifadələrindən başqa məhkəmədə dindirilmiş şahidlərin ifadələri ilə, məhkəmədə tədqiq edilmiş ekspertiza rəyləri, istintaq hərəkəti protokolları, maddi sübutlar, sənədlər və işin faktiki halları ilə onlara tamamilə sübutdur. Belə ki, məhkəmədə dindirilmiş şahid X3 ifadəsində göstərmişdir ki, yuxarıda adları qeyd olunan şəxslərin Cəlilabad rayon ərazisində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması ilə bağlı rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatına əsasən şöbə rəhbərliyinin müvafiq əmrinə əsasən o, Şahid2, Şahid3, Şahid5 və Şahid4 ibarət əməliyyat qrupu yaradılmışdır. 15 noyabr 2021-ci il tarixdə, təxminən saat 23 radələrində “Toyota Prius” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılaraq Cəliabad rayon polis şöbəsinə aparılmışdır. Polis şöbəsində avtomobildə olan şəxslərin Bakı şəhərində yaşayan Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 olması müəyyən edilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs2 üzərində vəkilin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş aparılmaqla şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən qanunla qadağan edilən əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış zamanı onunla şifahi sorğu zamanı ona məxsus olan “Toyota Prius” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitə olduğunu bildirmişdir. Sonra Təqsirləndirilən şəxs3 üzərində ona təqdim edilmiş vəkilin, polis əməkdaşlarının və bir nəfər xanımın iştirakı ilə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs3 üzərindən qanunla qadağan edilən hər hansı əşya və predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 üzərində vəkilin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmazdan əvvəl ona təklif olunmuşdur ki, üzərində qanunla qadağan edilən hər hansısa əşya və ya predmet vardırsa təqdim etsin. Təqsirləndirilən şəxs1 əynindəki şalvarını cibində 3 ədəd bükülü təqdim edərək içərisində heroin və metafetamin olduğunu bildirmişdir. Daha sonra vəkillərin iştirakları ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs2 məxsus “Toyota Prius” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin qabaq oturacağının qarşısında yerləşən saxlanc yerindən iki bükümdə narkotik vasitə heroinə bənzər kütlə, 1 ədəd şüşə borucuq, 11 ədəd həb, sürücü oturacağının alt hissəsindən üzəri yapışqan lentlə bağlanmış göy rəngli maye qabına bükülmüş psixotrop maddə metamfetaminə bənzər kütlə və 1 ədəd narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Sorğu zamanı hər üç şübhəli şəxs birlikdə narkotik vasitə əldə etmək məqsədi ilə Cəlilabad rayonuna gəldiklərini bildirmişlər. Sonra isə həmin bükülülər qablaşdırılmış və baxış keçirilməsi barədə protokol tərtib olunmuşdur. Onlar da həmin protokola imza etmişlər. Dindirilmiş şahidlər Şahid2, Şahid5 və Şahid4 Akşin Səfərlinin ifadəsində göstərdiyi xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadə verdi. Dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 20 sentyabr 2021-ci il tarixdə onun əməliyyat müvəkkili işlədiyi Suraxanı Rayon Polis Şöbəsinin 31-ci Polis Bölməsinə Təqsirləndirilən şəxs2 narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Ona görə də həmin gün saat 14:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Murad Allar məhəlləsində Təqsirləndirilən şəxs2 saxlanılaraq bölməyə dəvət olunmuşdur. Orada Təqsirləndirilən şəxs2 üzərində videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs2 üzərində qanunsuz hər hansı bir əşya varsa, təqdim etməsi təklif olunmuş. O da əynindəki şalvarının sağ yan cibindən 1 ədəd bükümü çıxarıb təqdim etmiş, həmin bükümün içərisində heroin olduğunu və onu bir gün əvvəl onlayn qaydada 20 manat ödəniş etməklə öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra aşkar edilmiş həmin 1 ədəd büküm götürülərək qablaşdırılmışdır. Sonra isə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış həyata keçirilmiş və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Sonra da protokol tərtib edilmiş. Təqsirləndirilən şəxs2 da protokolla tanış olaraq protokolu imzalamışdır. Dindirilmiş Şahid7 Şahid6 ifadəsində göstərdiyi xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadə verdi. Cinayət işinin materiallarında olan “Şəxsi axtarış keçirilməsi və götürmə” haqqında 05 oktyabr 2021-ci il tarixli protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks olunmuş “DVD” diskə baxış keçirilməsi haqqında istintaq hərəkəti protokolundan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 Əvəz oğlunun əynində olan göy rəngli şalvarının sağ yan cibindən bir ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan “Şəxsi axtarış keçirilməsi və götürmə” haqqında 15 noyabr 2021-ci il tarixli protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks olunmuş “DVD” diskdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan boz rəngli şalvarının sağ yan cibindən iki ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə və bir ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan “Şəxsi axtarış keçirilməsi və götürmə” haqqında 15 noyabr 2021-ci il tarixli protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks olunmuş “DVD” diskə baxış keçirilməsi haqqında istintaq hərəkəti protokolundan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan “Şəxsi axtarış keçirilməsi və götürmə” haqqında 15 noyabr 2021-ci il tarixli protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks olunmuş “DVD” diskə baxış keçirilməsi haqqında istintaq hərəkəti protokolunda görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs3 üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan “Avtomobilə baxış keçirilməsi və götürmə” haqqında 15 noyabr 2021-ci il tarixli protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks olunmuş “DVD” diskə baxış keçirilməsi haqqında istintaq hərəkəti protokolundan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs2 idarə etdiyi “Toyota Prius” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomaşının ön sərnişin oturacağının qarşısında yerləşən saxlanc yerindən bir bükümdə narkotik vasitə olan marixuanaya bənzər kütlə,bir bükümdə şəffaf sellofana bükülmüş narkotik vasitə heroinə bənzər kütlə, bir ədəd şüşə borucuq, orta konsoldan üzərində “ALYSE 150” yazısı yazılan 01 ədəd listə olan 11 ədəd həb, avtomobilin sürücü oturacağının alt hissəsindən üzəri yapışkan lentlə bağlanmış göy rəngli maye qabına bükülmüş 01 ədəd narkotik vasitə herinə bənzər kütlə və 01 ədəd metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 16 noyabr 2021-ci il tarixli, 19/1144 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 02 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: -3,262qr: -0,192 qram: ümumi təmiz çəkisi: 3,454 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə fərqlidirlər; 01 ədəd bükümdə təmiz çəkisi -0,092 qram olan ağ rəngli kristal formada olan maddə metamfetamindir. QEYD: heroininümumi təmiz çəkisi 3,454 qram, cəmi tədqiqata sərf edildi 0,1 ,qalıq çəkisi3,354 qramdır. Metamfetaminin təmiz çəkisi -0,092 qr., tədqiqata sərf edildi-0,03 qr, qalıq-0,062 qr. Məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 16 noyabr 2021-ci il tarixli, 19/1145 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs2 məxsus olan **-BC-*** dövlət nişanli avtomobildən götürülmüş kütlələr.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 2 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: -565,0 qr; -1,408 qram: ümumi təmiz çəkisi: -566,408 qram maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşünə və kimyəvi tərkiblərinə görə bir-birilərindən fərqlidirlər; 1 ədəd bükümdə təmiz çəkisi: -31,554 qram olan ağ rəgli kristal formada olan maddə metamfetamindir.Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs2 məxsus **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobildən götürülmüş kütlə.....” sözlər və imzalar olan bir ədədzərfdəki1 ədəd bükümdə təmiz çəkisi: -0,133 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs2 məxsus **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobildən Təqsirləndirilən şəxs1 məxsus 1 ədəd trupçka.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd şüşə kolba içərisində psixotrop maddə metamfetaminin izləri vardır. Metamfetamin iz şəklində olduğuna görə çəkisini və tədqiqata təqdim edilmiş metamfetaminlə müqayisəli tədqiqat (eynilik) aparmaq mümkün olmadı. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs2 məxsus avtomobildən aşkar olunmuş 2 büküm heroin ilə Təqsirləndirilən şəxs1 məxsus 2 büküm heroin kimyəvi tərkiblərinə görə bir-birilərindən fərqlidirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs2 məxsus avtomobildən aşkar olunmuş 1 büküm metamfetamin ilə Təqsirləndirilən şəxs1 məxsus 1 büküm metamfetamin xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Qeyd:heroinin ümumi təmiz çəkisi 566,408 qram, cəmi tədqiqata sərf olundu 0,1 qram, qalıq 566,308 qramdır. Metamfetaminin təmiz çəkisi -31,554 qr., tədqiqata sərf edildi-0,05 qr, qalıq-31,504 qr.Marixuananın təmiz çəkisi -0,133 qr., cəmi tədqiqata sərf edil-0,02 qr., qalıq-0,113 qramdır. Məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 06 oktyabr 2021-ci il tarixli, 6/4407 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində AR-DİNnin “Zərflər üçün №195” möhür əksi, “ Şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərindən....” və s. Yazılar, imzalar olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 0,668 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: heroinin təmiz çəkisi 0,668 qram,cəmi tədqiqata sərf olundu 0,05 qram, qalıq çəkisi 0,618 qramdır. Məhkəmədə tədqiq edilmiş ambulator məcburi narkoloji tibbi yoxlamanın 18 noyabr 2021-ci il tarixli, 1240 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 psixotrop maddə olan metafetamindən sui-istifadə edilməsi ilə nəticələnən ttoksikomaniya xəstəliyi aşkar olunur. Toksikomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilmiş ambulator məcburi narkoloji tibbi yoxlamanın 18 noyabr 2021-ci il tarixli, 1241 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs3 psixi və fiziki asılılıq olmadan narkotik maddələrdən istifadə etmə halları istisna olunmur. Hal-hazırda müayinə zamanı narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilmiş ambulator məcburi narkoloji tibbi yoxlamanın 18 noyabr 2021-ci il tarixli, 1242 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən polinarkomaniya xəstəliyi aşkar olunur. Polinarkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilmiş “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsinin 25 yanvar 2022-ci il tarixli, 192 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs3 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs3 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs3 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs3 hazırki psixi vəziyyətinə görə özü və ətrafdakılarına zərər yetirmək təhlükəsi müəyyən edilmədi. Məhkəmədə tədqiq edilmiş “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsinin 25 yanvar 2022-ci il tarixli, 193 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 hazırki psixi vəziyyətinə görə özü və ətrafdakılarına zərər yetirmək təhlükəsi müəyyən edilmədi. Məhkəmədə tədqiq edilmiş “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsinin 25 yanvar 2022-ci il tarixli, 194 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 hazırki psixi vəziyyətinə görə özü və ətrafdakılarına zərər yetirmək təhlükəsi müəyyən edilmədi. Cinayət işinin materiallarında olan Cəlilabad Rayon Polis Şöbəsindən daxil olan 05 dekabr 2021-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs2 idarə etdiyi “Toyota Prius” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomaşından aşkar edilərək götürülmüş 566,408 qram narkotik vasitə heroin və 31,554 qram psixotrop maddə metamfetamini Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 kimdən, nə vaxt və harada əldə etməsi, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş 3,454 qram narkotik vasitə heroin və 0,092 qram psixotrop maddə metamfetamini və üzərində “ALYSE 150” yazısı yazılan 01 ədəd listə olan 11 ədəd həbi kimdən, nə vaxt və harada əldə etməsi, həmçinin avtomaşından aşkar edilərək götürülmüş Təqsirləndirilən şəxs2 məxsus bir bükümdə 0,133 qram narkotik vasitə qurudulmuş marixunanı kimdən, nə vaxt və harada əldə etməsi, həmin şəxs və ya şəxslərin şəxsiyyətinin müəyyən edilərək dindirilməsindən ötrü İstintaq Bölməsinə təqdim edilməsi ilə bağlı xüsusatlar göstərilmiş, bununla bağlı müvafiq əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, lakin Təqsirləndirilən şəxs2 idarə etdiyi “Toyota Prius” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomaşından aşkar edilərək götürülmüş 566,408 qram narkotik vasitə heroin və 31,554 qram psixotrop maddə metamfetamini Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 kimdən, nə vaxt və harada əldə etməsi, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş 3,454 qram narkotik vasitə heroin və 0,092 qram psixotrop maddə metamfetamini və üzərində “ALYSE 150” yazısı yazılan 01 ədəd listə olan 11 ədəd həbi kimdən, nə vaxt və harada əldə etməsi, həmçinin avtomaşından aşkar edilərək götürülmüş Təqsirləndirilən şəxs2 məxsus bir bükümdə 0,133 qram narkotik vasitə qurudulmuş marixunanı kimdən, nə vaxt və harada əldə etməsi ilə bağlı heç bir məlumat əldə etmək mümkün olmamışdır. İşdə olan ibtidai istintaq orqanının 17 noyabr 2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs1 götürülmüş qalıq çəkisi 3,354 qram çəkidə heroin, qalıq çəkisi 0,092 qram metamfetamin, qalıq çəkisi 0,062 qram metamfetamin, Təqsirləndirilən şəxs2 məxsus **- BC-*** dövlət qeydiyyat nişanlı avtomobildən götürülmüş qalıq çəkisi 566,308 qram çəkidə olan heroin, qalıq çəkisi 31,504 qram çəkidə metamfetamin, qalıq çəkisi 0,113 qram marixuana cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmışdır. Bundan başqa işdə olan ibtidai istintaq orqanının 23 yanvar 2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs1 götürülmüş qalıq çəkisi 0,618 qram narkotik vasitə heroin əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs1 üzərindən və avtomobildən aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitə heroinin və psixotrop maddə metafetaminin ona məxsus olmasını, X5 deyil Günaya məxsus telefonla özünün danışıb həmin maddələri sifariş verməsini, Cəlilabad rayonu ərazisində qoyulan narkotik vasitələrdən Günayın və Əmrahın əvvəlcədən məlumatları olmamasını göstərmişdir. Məhkəmədə həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 da ziddiyyətli ifadələr verərək onun göstərdiyi ifadəni təsdiq etdilər. Məhkəmə onların bu ifadələrini özlərini və biri digərini müdafiə məqsədi daşıdığından, məhkəmədə heç bir sübutla təsdiq edilmədiyindən və işin faktiki hallarına uyğun gəlməyən ziddiyyətli ifadələr olduğundan, habelə dindirilmiş şahidlərin ifadələri, məhkəmədə tədqiq edilmiş, onların vəkillərinin işirakları ilə vermiş olduqları işin faktiki hallarına uyğun gələn səmimi etirafedici ifadələri ilə, üzləşdirmədə dindirmə istintaq hərəkəti protokolları, video çəkilişlə keçirilmiş axtarış və götürmə, baxış və götürmə istintaq hərəkəti protokolları, məhkəmədə tədqiq edilmiş narkotik vasitələrin eyni tərkibli olması barədə ekspertiza rəyləri, maddi sübutlar və işin faktiki halları ilə təkzib edildiyindən həmin hissədə onların ifadələrinə tənqidi yanaşır və sübut kimi qəbul etmir. Eyni zamanda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Əmrah Ocmanovun ibtidai istintaq zamanı verdikləri ifadələri işin faktiki hallarına uyğun gələn ifadə kimi qiymətləndirir və sübut kimi qəbul edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 21-ci madəsinə görə narkotik vasitərin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün bir narkotik vasitənin və psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Bu həcm isə 2005-ci il 28 iyun tarixli, 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsulliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahısı” əsasında tənzimlənir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarı da bu mövqedən çıxış edir. Belə ki, həmin qərarın 9-cu bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın nakotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə ittiham üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 əməllərində CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs3 əməllərində CM-in 234.4.1 və 234.4.3-cü maddələri və Təqsirləndirilən şəxs2 əməllərində CM-in 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisələri həqiqətən baş vermiş və məhz onların tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində onlar təqsirlidirlər. Ona görə də təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs3 CM-in 234.4.1 və 234.4.3-cü maddələri və Təqsirləndirilən şəxs2 CM-in 234.1, 234.4.1 və 234.4.3-cü maddələri olan əməlləri düzgün tövsif edilmişdir və onlar qeyd edilən maddələrlə təqsirli bilinib cəzalandırılmalıdırlar. İşdə olan hüquqi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs1 xx xxxxxx 1994-cü il tarixdə Bakı şəhərində doğulmuş, Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanda yaşamışdır. Yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarına əlavə edilmiş 26 yanvar 2021-ci il tarixli və SX0593412 nömrəli hərbi biletin surətindən görünür ki, o Cəbrayıl və Qubadlı rayonlarının erməni işğalından azad olunmasında iştirak etmişdir. Təqsirləndirilən şəxs3 xx xxxxxx 1992-ci il tarixdə Naxçıvan MR, Şahbuz rayonu, Külüs kəndində doğulmuş, Naxçıvan MR, ünvan 2 ünvanda yaşamışdır. Yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Təqsirləndirilən şəxs2 xx xxxxxxx 1994-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli, Y/M “V” massivi ev 12, mənzil 02-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır. Yaşayış yeri üzrə müsbət səciyyələndirilir. İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnamələrindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. İşdə olan cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs2 05 oktyabr 2021-ci il tarixdə cinayət törətməkdə şübhə edilən şəxs qismində tutulmuşdur. İşdə olan ibtidai istintaq orqanının 07 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, qeyd edilə tarixdə Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmmək haqqında iltizam qətimkan tədbiri seçilməklə o azad edilmişdir. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli qərarlarının surətlərindən görünür ki, həmin qərarlara əsasən Təqsirləndirilən şəxs1 barəsində həbs etmənin əvvəli 16 noyabr 2021-ci il tarixdən, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 barələrində həbs etmənin əvvəli 15 noyabr 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edərkən CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə CM-in 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 himayəsində azyaşlı uşağının olmasını və CM-in 59.2-ci maddəsinə əsasən onun Cəbrayıl və Qubadlı rayonlarının erməni işğalından azad olunmasında iştirak etməsini, eləcədə təqsirləndirilən şəxslərin hər birinin yaşayış yeri üzrə müsbət səciyyələndirilmələrini onların cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxslərin cəzasını ağırlaşdıran halların olmasını müəyyən etmədi. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməllərinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətlərini, o cümlədən cəzanı ağırlaşdıran halın olmamaqla, yüngülləşdirən halların olmasını nəzərə alıb belə nəticəyə gəlir ki, onlara təqsirləndirildikləri maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və həmin cəzanı çəkməlidirlər. CM-in 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin əvvəli 16 noyabr 2021-ci il tarixdən, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 15 noyabr 2021-ci il tarixdən hesablanmalı, barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 bir neçə cinayətdə təqsirli bilindiyindən ona CM-in 66.3-cü maddəsinin tələbinə əsasən cinayətlərin məcmusu qaydasında cəza təyin edilməlidir. Məhkəmədə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 5 oktyabr 2021-ci il tarixdə cinayət törətməkdə şübhə edilən şəxs qismində tutulmuş və 07 oktybar 2021-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməklə o sərbəst buraxılmışdır. CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 saxlanıldığı 3 gün ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Məhkəmə ambulator məcburi narkoloji tibbi yoxlama rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində CM-nin 93.1.2-ci maddəsinin tələbinə əsasən narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və onlar ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs3 narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. O, ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Cəlilabad Rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs1 götürülmüş qalıq çəkisi 3,354 qram çəkidə heroin, qalıq çəkisi 0,062 qram metamfetamin və qalıq çəkisi 0,618 qram narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 məxsus **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobildən götürülmüş qalıq çəkisi 566,308 qram çəkidə olan heroin, qalıq çəkisi 31,504 qram çəkidə metamfetamin, qalıq çəkisi 0,113 qram marixuana və Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş qalıq çəkisi 0,618 qram heroin məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfi 298 manat 60 qəpik Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 hər birindən 99 manat 53 qəpik alınıb dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 44, 51-2,132, 344-349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: 1.Təqsirləndirilən şəxs1 CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 16 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 qarşı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. CM-nin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o ərazi narkoloji kabinetində qeydiyyata alınsın.
2. Təqsirləndirilən şəxs3 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 15 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 qarşı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınsın.
3. Təqsirləndirilən şəxs2 CM-in 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına və CM-in 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirli bilinib 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-in 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs2 qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 05 oktyabr 2021-ci il tarixdən başlayaraq 07 oktyabr 2021-ci il tarixədək cinayət törətməkdə şübhə edilən şəxs qismində saxlanıldığı 3 (üç) gün ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs2 üzərində 8 (səkkiz) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 15 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 qarşı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. CM-nin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Cəlilabad Rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs1 götürülmüş qalıq çəkisi 3,354 qram çəkidə heroin, qalıq çəkisi 0,092 qram metamfetamin və qalıq çəkisi 0,062 qram metamfetamin, Təqsirləndirilən şəxs2 məxsus **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobildən götürülmüş qalıq çəkisi 566,308 qram çəkidə olan heroin, qalıq çəkisi 31,504 qram çəkidə metamfetamin, qalıq çəkisi 0,113 qram marixuana və Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş qalıq çəkisi 0,618 qram heroin məhv edilsin. İş üzrə məhkəmə məsrəfi 298 manat 60 qəpik Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 hər birindən 99 manat 53 qəpik alınıb dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkumlar Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.