Məhkəmə qərarları › İş №1(099)-277/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-277/2024

10.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-277/2024 10.07.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Hüseynov Nahid Nəsir oğlu (sədrlik edən), Məmmədov Neymət Hüsən oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X9, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi - Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi – Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1971-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oktay Şabanov küçəsində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx.xx.1975-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 228.4cü maddəsi ilə təqsirli bilinib 01 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, işləməyən, Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, ev 11, mənzil, 6-da qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 külli miqdarda narkotik vasitənin və külli miqdarda psixotrop maddənin qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınması və satışına dair tanışı Təqsirləndirilən şəxs2 ilə razılığa gələrək, qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun istintaqla müəyyən edilməmiş üzvləri tərəfindən qanunsuz olaraq əldə edilib, saxlanıb daşınmış və Ələt-Astara yolunun Biləsuvar rayonu Xırmandalı kəndi ərazisindən keçən hissəsində 90 km/saat sürət həddini göstərən yol nişanının yanında gizlədilmiş külli miqdarda, 130,631 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda, - 363,897 qram çəkidə psixotrop maddə metamfetamini satış məqsədilə 17 sentyabr 2023cü il tarixdə saat 18:55 radələrində Təqsirləndirilən şəxs2 ilə birlikdə piyada həmin yerə gələrək, qeyd edilən külli miqdarda narkotik vasitə və psixotrop maddəni gizlədildiyi yerdən götürüb satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış və cinayətdən xəbərsiz olan X11 idarə etdiyi “Chery” markalı **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobillə daşıyarkən Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar rayonu Xırmandalı kəndi ərazisində yerləşən “Turist-5“ kafesinin yaxınlığında saxlanılaraq rayon polis şöbəsinə gətirildikdən sonra onun üzərinə şəxsi axtarış keçirilərkən əlynindəki şalvarın ön tərəfdən altından həmin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin bir ədəd bükümdə olmaqla aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü qismən – Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə istifadəçisi olmaqla Bakı şəhərində yaşayır. Şəhərdə narkotik vasitənin bir qramını 50-60 manata almış, yaşadığı Hövsan qəsəbəsində “malı” satan adamlardan bir iranlının nömrəsini götürmüşdür ki, əlaqə saxlayıb 15-20 manata “malı” gətirib haradasa ona versin. Həmin iranlı şəxslə bir-iki gün danışmış, 14 sentaybr 2023-cü il tarixdə ona Biləsuvara gəlməsinə, orada qalmağa köməklik edəcəyini bildirmişdir. Rafiq onun məhlə uşağı olmuş, arada 5-10 manat o, 5 manat özü qoyub narkotik alıb istifadə etmişlər. Biləsuvara getmək üçün Rafiqlə danışıb ona 10 qram narkotik vasitənin olacağını, ən azından kiminləsə üz-üzə gəlməyəcəklərini, kiminsə qapısına getməyəcəklərini, polislərin onları tutmayacaqlarını, narkotiki yolun kənarından götürəcəklərini demiş Rafiq də razılaşmışdır. Belə ki, 10 qrama 200 manat pula alacağını, Bakı şəhərində isə 10 qram narkotikin 600 manat olduğunu, lakin bu vasitə ilə 200 manata alacağını demişdir. Həmin ayın səkkizi nənəsi də pensiya aldığından pulu olmuşdur. Belə ki, sentyabr ayında Bakının Yasamal rayonunda ambulator narkoloji xəstəxanada müalicə olunmuş, evində də yataq xəstəsi olan əlil qardaşı vardır. Həmin şəxsə də baxmış, sonra xəstəxanaya getmiş, həm evin içində həm də çöldə yorulmuş, narkotik vasitəni tərgitmək istəmiş, lakin tərgidə bilməmişdir. Fikirləşmişdir ki, axırıncı dəfə narkotik əldə edib birdəfəlik üç-dörd günlük rahatlanıb, ondan sonra müalicəsini davam etdirsin. Beləliklə nənəsi aldığı pensiyadan ona pul verdiyindən Rafiqlə birlikdə yola düşüb Biləsuvar rayonuna getmişlər, orada bazarın yanında çayxanada oturub çörək yeyib çay içmişlər. Həmin vaxt iranlı şəxs ona mesaj göndərərək “90” yol nişanının altında istədikləri narkotiki qoyduğunu bildirmişdir. Çayxanadan piyada asfalt yola, oradan da 2 manat taksiyə verib yanacaq doldurma yerininin yanına gəlmişlər, həmin yerdə taksidən düşüb piyada “90” yol nişanını axtarmışlar. Həmin nişanı tapdıqdan sonra Rafiq yaxınlaşıb nişanın altında olan 10 qram narkotiki götürüb arxa cibinə qoymuş, bu zaman yoldan keçən maşınlardan birini saxladıb maşına əyləşmişlər. Həmin avtomobildə iki “qaqaş” da olmuş, onlar da Bakı şəhərinə gedən sərnişin olmuşlar. Həmin yerdə maşına oturduqdan sonra götürdükləri narkotiki ciblərindən çıxartmış, heç narkotikə baxmışlar. Həmin iranlı şəxsə qarşı hər hansı şübhələri olmadığından götürdükləri kütlənin nə olmasını belə yoxlamamışlar. Belə ki, narkotik vasitəni oraya qoyan adam Hövsandakı adamlar üçündə işlədiyindən ona inanmışlar. Maşın təzə tərpənən vaxt yol polisi maşını qabağlarını kəsmiş, maşındakılar “Biz qaydanı pozmamışıq görən bizi niyə saxladılar?” demişlər. Həmin vaxt arxa qapılar açılmış, onu çıxarıb başqa bir maşına əyləşdirmişlər, Rafiqi isə heç görməmişdir. Onu polis şöbəsinə gətirib bir otağa yerləşdirmişlər, təxminən 4 - 5 saat nəzarət altında saxlamışlar, onları axşam saat 18 radələrində tutsalar da üzərilərinə çəkilişlə axtarışı 4-5 saatdan sonra keçirmişlər. Əynində nə olubsa onları çıxartmış, əl çantasında olanları da çıxartmış, lakin ondan heç bir şey aşkar edilməmişdir. Ondan qabaq Rafiqin üzərinə baxış keçirilmiş, lakin o, aşkar olunan narkotikin yarım kiloqram olmasından məlumatı olmamış, özlərində olan narkotikin 10 qram olmasına arxayın olmuşdur. Sonradan narkotik vasitənin çox olmasını bilmişdir. Təqsirləndirilən şəxs2 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, 17 sentyabr 2023-cü il tarixdə, saat 14 radələrində Bakı şəhərindən Biləsuvar istiqamətində yola çıxmışlar, təxminən saat 17 radələrində Biləsuvarda olmuşlar. Bakıdan çıxanda həmin yerə 10 qram narkotik vasitə qoyulacağını bilmişdir. Heroin götürmək üçün həmin yerə gəlmişlər. Heroinin gizlədildiyi yer barədə ona zəng gəlməmiş, şəkil göndərilmiş və altından “Lukoil yanacaq doldurma məntəqəsi 90 dərəcəli nişanın yanında” yazılmışdır. Həmin nişanın yanına da ağ taksi ilə getmişlər. Narkotik vasitəni həmin yerdən Rafiq götürmüşdür. Həmin yer otluq olmuş, narkotik vasitəni Rafiq bir müddət axtarmış, sonra onu tapmışdır. Videoçəkiliş olan zaman üzərində narkotik vasitə aşkar olunmamışdır. Onun barəsində olan əvvəlki cinayət işlərində tərcüməçi olmamışdır. İranlı şəxsə özünə aid telefonla danışmış, Rafiq danışmamışdır. 10 qram heroin üçün 200 manat pul vermiş, narkotik vasitə bir balaca bükümdə olmuşdur. Narkotik vasitəni götürdükdən sonra oturduqları maşında olan şəxsləri tanımamışdır. Polis əməkdaşları ona qarşı fiziki zor tətbiq etməmişlər. Rafiqin üzərinə baxış keçirilərkən orada olmamışdır. İstintaq zamanı verdiyi ifadəsini təstiq edir, amma orada yazılan çəkini təstiq etmir. Təqsirləndirilən şəxs2 məhkəməyə ünvanladığı son sözündə narkotik istifadəçisi olduğunu, qardaşının əlil olmasını və nənəsinin xəstə olmasını, həmin şəxslərə baxdığını nəzərə alıb barəsində ədalətli qərar qəbul edilməsini, ona CM-in 234.1-1-ci maddəsi ilə cəza təyin edilməsini xahiş etmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qismən – Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, İsmayılla danışıb Biləsuvar rayonuna gəlmişlər, həmin vaxt özündə olmamış, narkotik vasitəni vurub qayıtmaq istəmişdir. Barəsində həbs qətimkan tədbiri seçilərkən də məhkəmə zalında halı pisləşdiyi üçün onu məhkəmə zalından çıxartmışlar, əl-üzünü yuduqdan sonra yenidən məhkəmə zalına qaytarmışlar. Biləsuvarda olanda İsmayıl siqaret almaq üçün dükana girmiş, o, da 5-10 metrə qabağa gedib plakatın yanında olan balaca bir bükümü götürüb cibinə qoymuş, sonradan maşına oturmuşlar, maşın 50 metr tərpənməmiş polislər onları saxlamışlar. O, balaca bir büküm götürmüşdür. Təqsirləndirilən şəxs1 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, üzrinə şəxsi axtarış keçirilərkən videoçəkilişdən istifadə olunmuşdur. Polis əməkdaşları ona qarşı fiziki zor göstərməmişlər. İranlı şəxslə ümumiyyətlə danışmamış, 10 qram narkotik vasitə götürmək üçün getdiyini bilmişdir. Narkotik vasitəni götürmüş, götürdüyü bükümdə 5-10 qram narkotik vasitə olmuşdur. Çəkiliş zamanı özündə olmadığı üçün bükümün çəkisini xatırlamır, lakin orada ağ köynəkli Aqşin adlı şəxs bükümü gətirib iki dəfə cibinə qoymuş, lakin həmin büküm cibindən yerə düşmüşdür. Sonra köynəyini çıxarıb, bel kəmərini açıb bükümü şalvarına salıb, kəməri bərkidib köynəyimi şalvarın üstünə buraxmışdır. Narkotik vasitənin çəkisinin 10 qram olduğunu dedikləri üçün şəxsi axtarış zamanı etiraz etməmişdir. Məhkəmə kimyəvi ekspertizasının rəyi ilə tanış olarkən narkotik vasitənin çəkisinin 10 qram olması ona deyildiyindən həmin protokola imza etmişdir. İstintaq zamanı verdiyi ifadəsini təstiq edir, amma orada yazılan çəkini təstiq etmir. Təqsirləndirilən şəxs1 məhkəməyə ünvanladığı son sözündə şəxsi istifadəsi məqsədi ilə 10 qram heroin götürdüyünü nəzərə alıb barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələri iş materiallarında olan, biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Biləsuvar RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuş, daxil olmuş əməliyyat əsasında 17 sentyabr 2023-cü il tarixdə, saat 18:45 radələrində Təqsirləndirilən şəxs1 içərisində olması ehtimal olunan “Chery A 15” markalı avtomobil Biləsuvar rayonu “Lukoil” yanacaq doldurma məntəqəsinin yaxınlığında müşahidəyə götürülərək “Turist 5” kafesinin yaxınlığında saxla işarəsi verilərək saxlanılmış, Təqsirləndirilən şəxs1 Saddedin oğlunun yanında Təqsirləndirilən şəxs2 və avtomobilin sürücüsü və bir əlavə şəxs olmuşdur. Onlar saxlanılaraq Biləsuvar Rayon Polis Şöbəsinə gətirilmiş və orada Təqsirləndirilən şəxs1 Saddedin oğlunun üzərinə şəxsi axtarış keçirilən zaman bel nahiyəsində bir bükülü təqdim etmiş və həmin bükümün içərisində iki ədəd ayrı-ayrı olması müəyyən edilmiş, bir bükümdə narkotik vasitə heroin digərində psixotrop maddə olan metamfetamin olmuşdur. Özünün bildirdiyinə görə “Lukoil” yanacaq doldurma məntəqəsindən rayon istiqamətinə gedəndə götürmüş, həmin bükümü İran-İslam Respublikası vətəndaşı tərəfidən oraya qoyulmuşdur. Şahid1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Rafiq və İsmayıla heç bir təzyiq olmamış, avtomobilə saxla işarəsi verilən kimi, avtomobili saxlamışlar. Onları yol patrul əməkdaşlarının xidməti avtomobili və öz avtomobilində şöbəyə gətirmişdir. Təqsirləndirilən şəxs1 hansı avtomobildə şöbəyə gəldiyini xatırlamır, sonuncu saxlanılan zaman narkotik vasitənin üzərində olmasını bildirmişdir. Təqsirləndirilən şəxs1 üzərinə narkotik vasitə yerləşdirməmiş, Rafiqin bu şəkildə ifadə verməsinin səbəbi onun X3 rəisi olmasını bilməsi olmuşdur. Həmin şəxslərlə aralarında heç bir şəxsi qərəzçilik olmamışdır. Əməliyyat məlumatı Təqsirləndirilən şəxs1 Saddedin oğlu barədə olmuş, Təqsirləndirilən şəxs2 barədə əməliyyat məlumatı daxil olmamışdır. Əməliyyat məlumatında narkotik vasitəni satış məqsədi ilə əldə etmələri bildirilməmiş, Təqsirləndirilən şəxs2 barədə əməliyyat məlumatı olamış, sonuncunun telefonu ilə danışıqlar aparılmasını bilmişlər. Həmin şəxslərin üzərinə şəxsi axtarış axşam saat 20 radələrində keçirilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Biləsuvar RPŞ-nin əməliyyat müvəkkili X21 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək, eyni məzmunlu ifadə vermiş və ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 rayon polis şöbəsinə gətirilməsi və şəxsi axtarış tədbirlərində iştirak etmiş, onlara qarşı heç bir təzyiq vasitələrində istifadə olunmamış,onları dörd nəfər və iki yol patrul xidməti əməkdaşları ilə birlikdə saxlamışlar, onları saxlayarkən avtomobildə olmuşlar. Təxminən on dəqiqə avtomobilin arxasıyca getdikdən sonra onları saxlamışlar. Saxla işarəsi verdikdə onlar avtomobili saxlamışlar. Həmin şəxsləri hansı qaydada şöbəyə gətirdiklərini tam xatırlamır, lakin avtomobilin sürücüsü öz avtomobli ilə şöbəyə gətirilmişdir. Baxış keçirilən zaman videoçəkilişdən istifadə edilmişdir. Nə dediklərini tam xatırlamasa da İsmayılın heç bir şeydən xəbərinin olmamasını, İran vətəndaşıyla Rafiqin İsmayılın mobil telefonu ilə danışdığını bildirməsini xatırlayır. Rafiqin üzərinə baxış keçirilən zaman üzərində metamfetamin və heroin aşkar edilmiş, narkotik vasitələri Bakı şəhərinə aparmaq məqsədlərinin olduqlarını bildirsələr də bunun qarşılığında nə əldə edəcəklərini bildirdiklərini xatırlamır. Əməliyyat məlumatı Təqsirləndirilən şəxs1 barəsində olmuş, onun hansı avtomobildə olacaqları barədə məlumat olmamış, Təqsirləndirilən şəxs1 saxlanılan zaman üzərində narkotik vasitə aşkar edilmişdir. Şöbədə İran vətəndaşının narkotik vasitəni Bakıya aparmaq üçün göndərdiyi bildirmişdir. Narkotik vasitəni onun üzərinə polis əməkdaşı Aqşin qoymamışdır. Onları təxmini 18:45 radələrində saxlamış, üzərilərinə şəxsi axtarışı vəkil gəldikdən sonra təxmini 20-30 dəqiqə sonra keçirilmişdir. Saxlanılan şəxsləri müşahidəyə götürəndə onların nə etdiklərini xatırlamır. Avtomobil saxlanıldıqda avtomobildə onlar dörd nəfər olmuşlar. Saxladıqdan sonra onları rayon polis şöbəsinə dəvət etmişlər, onların avtomobilini sürücü özü gətirmişdir. Rafiq və İsmayılın kimin maşını ilə RPŞ-yə gətirildiklərini xatırlamır. Rafiq və İsmayılı saxladıqdan sonra digər saxladıqları şəxslərin üzərilərinə baxış keçirilmiş, lakin şübhəli əşya tapılmamışdır. Vəkil gəldikdən sonra üzərilərinə baxış keçirilmişdir. Şöbəyə gətirildikdən sonra Rafiqi və İsmayılı əməliyyatçıların xidməti otaqlarına yerləşdirib, yanlarına özləri gözləmiş, sonradan təhqiqatçı vəkili çağırmış və təxminən 15 dəqiqəyə vəkil gəlmişdir. Vəkil gələnə qədər nə Təqsirləndirilən şəxs1, nədə Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilməmişdir. Vəkil gəldikdən sonra çəkiliş vasitəsi ilə onların üzərilərinə ilkin baxış olmuşdur. Videoçəkiliş bir dəfə keçirilmişdir. Həmin şəxsləri saxladıqları yerdən polis şöbəsinə kimi 15 dəqiqə yol olmuşdur. Vəkil bürosu polis şöbəsindən çoxda uzaq deyil, onların işləri olduqlarından hər biri ayrı-ayrı yerlərdə olurlar, buna görə də ayrı-ayrı vaxtlarda gəlib çıxırlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Biləsuvar RPŞ-nin əməliyyat müvəkkili Şahid3 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək ona verilən suallara cavab olaraq bildirmişdir ki, kimi hansı avtomobildə gətirildiklərini uzun müddət keçdiyi üçün xatırlamır, Rafiq və İsmayıla heç bir təzyiq və ya təsir olmamışdır. Avtomobildə qadaxan olunmuş heç bir maddə və əşya aşkar olunmamışdır. Məlumat daxil olduqdan sonra onları müşahidəyə götürmüşlər, həmin şəxslərin saxlanılması saatını tam xatırlamır, lakin axşam saatlarında həmin şəxsləri saxlamışlar, həmin vaxt hava qaranlıq olmamışdır. Rayon mərkəzindən Rafiq və İsmayılın saxlanıldığı yerə kimi 4-5 kilometr olmuş, həmin yolu təxminən 15 dəqiqəyə getmək olar. Rafiq və İsmayılın hansı maşınla gəldiyini xatırlamır. Rafiq və İsmayıl saxlanılan kimi onların üzərinə baxış keçirilməmişdir. Sonradan onların üzərində narkotik vasitə aşkarlanmasını eşitmişdim. Həmin vaxt vəkil çağırılmış, vəkilin gəlməsi çox çəkməmişdir. Həmin şəxslərin üzərinə şəxsi axtarış keçirilməsində iştirak etməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Biləsuvar RPŞ-nin ekspert kriminalisti X8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 barəsində daxil olan məlumat əsasında yaradılmış əməliyyat qrupuna daxil olmamışdır. O, kriminalist işlədiyindən videoçəkiliş aparması üçün onu həmin şəxslər saxlanıldıqdan sonra dəvət etmişlər. O, da Təqsirləndirilən şəxs1 və digərlərinin üzərinə şəxsi axtarış keçirilməsi zamanı videoçəkiliş aparmışdır. Səhv xatırlamırsa həmin vaxt Təqsirləndirilən şəxs1 üzərindən narkotik vasitə və psixotrop maddə aşkar edilmiş, sonuncu həmin kütlələri iranlı şəxsdən əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 və digərlərinin saxlanılmasında iştirak etməmişdir. Saxlanılan 4 nəfərin üzərinə şəxsi axtarış və avtomobilə baxış keçirilməsi zamanı videoçəkiliş aparmışdır. Həmin şəxslərin üzərilərinə ayrı-ayrılıqda şəxsi axtarış keçirilmişdir. Həmin istintaq hərəkətinin konkret olaraq hansı saatda keçirilməsi dəqiq yadında deyil. Rafiqin təqdim etdiyi bükümün içində iki büküm aşkar edilmişdir. Rafiqin üzərinə kiminsə əlavə narkotik vasitə qoymasının şahidi olmamışdır. Məhkəəmə istintaqı zamanı şahid qismində dindirilmiş Biləsuvar RPŞ-nin PPXB-nin polis nəfəri X16 Şahid1 ifadəsində göstərdiyi xüsusatları - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılaraq Biləsuvar RPŞ-yə gətirilməsinədək olan hissəsini təsdiq edərək ona verilən suallara cavab olaraq bildirmişdir ki, Rafiqi və İsmayılı polis şöbəsinə gətirdikdən sonra xidmətinə geri qayıtmış, hər hansı istintaq hərəkətində iştirak etməmişdir. Həmin şəxsləri saxlayarkən Rafiq və İsmayıl avtomobildə olmuşlar. Həmin şəxslər saxlanılarkən üzərilərinə baxış keçirilməmiş, buna görə də həmin şəxslərin üzərində nə olmasını bilməmişdir. Həmin şəxslər saxlanılarkən hər hansı müqavimət göstərməmiş, heç bir etiraz etmədən polis şöbəsinə gəlmişlər. Həmin şəxslərin saxlanıldığı yerdən polis şöbəsinədək 10 dəqiqə məsafə olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Biləsuvar RPŞ-nin DYPB-nin polis nəfəri X22 və X18 Şahid1 ifadəsində göstərdiyi xüsusatları - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılaraq Biləsuvar RPŞ-yə gətirilməsindək olan hissəsini təsdiq edərək ona verilən suallara cavab olaraq bildirmişdir ki, Rafiqi və İsmayılı polis şöbəsinə gətirdikdən sonra xidmətlərinə geri qayıtmış, hər hansı istintaq hərəkətində iştirak etməmişlər. Həmin şəxslər saxlanılarkən hər hansı müqavimət göstərməmiş, heç bir etiraz etmədən polis şöbəsinə gəlmişlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslər və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; - Təqsirləndirilən şəxs1 barəsində tərtib edilmiş, onun Biləsuvar rayonu ərazisində narkotik vasitələri əldə etməsi, saxlaması, istifadəsi və satışına dair əməliyyat məlumatının rəsmiləşdirilməsi haqqında 17 sentyabr 2023-cü il tarixli raport, “Əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə” qərar, onun icra edilməsinin nəticəsi barədə raport, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2un üzərilərinə şəxsi axtarış keçirilməsi barədə protokol və həmin istintaq hərəkəti zamanı sonuncuların şifahi ifadələrində bildirdikləri onlar barəsində əməliyyat-axtarış tədbiri və şəxsi axtarışın keçirilməsi əsası, mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların iş üzrə məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrində göstərilmiş qaydada baş verdiyi, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2un üzərilərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs1 narkotik vasitəni könüllü olaraq təqdim etdiyi, sonuncuların hər hansı hala etiraz etmədikləri müəyyən edilir. (İ cild, i.v. 5-11; 32-33) -“cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 17 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 19:40-dan, Təqsirləndirilən şəxs2 isə həmin gün saat 19:45-də şübhəli şəxs qismində tutulmuşlar. (İ cild, i.v. 25;47) -“Şəxsi axtarış keçirilməsi və götürmə” haqqında 17 sentyabr 2023-cü il tarixli protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks olunmuş “DVD” diskdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış aparılan zaman sonuncu əynindəki göy rəngli cins şalvarın ön hissəsində kəmərin altında saxladığı bir ədəd göy rəngli yapışqan lentlə sarınmış bükülünü, şalvarın sol yan cibindən 1 ədəd “Nokia” markalı mobil telefonu çıxarıb təqdim etmiş, bükülü açılıb baxıldıqda içində iki bükümdə metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 həmin bükümləri Biləsuvar rayonu ərazisində yol kənarından götürdüyünü, həmin kütlələri tanışı İsmayıl adlı şəxsin İİR vətəndaşı vasitəsi ilə əldə etdiyini, Təqsirləndirilən şəxs2 narkotik vasitədən məlumatı olduğunu bildirmişdir. (İ cild, i.v.32-34) -“Şəxsi axtarış keçirilməsi və götürmə” haqqında 17 sentyabr 2023-cü il tarixli protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks olunmuş “DVD” diskdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış aparılan zaman sonuncu 1 ədəd “Samsung” markalı mobil telefonu çıxarıb təqdim etmiş, üzərində başqa bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. (İ cild, i.v.54-56) - Məhkəmə fiziki-kimyəvi ekspertizasının 18 sentyabr 2023-cü il tarixli, 19/874 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs1 təqdim etdiyi bağlamanın qablaşdırıldığı zərf...” sözlər və imzalar olan bir ədəd paketdəki, 1 ədəd bükülüdə təmiz çəkisi: - 130,631 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 1 ədəd bükülüdə təmiz çəkisi: -363,897 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir. (İ cild, i.v. 110-113) - 19 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilmişdir. (İ cild, i.v. 184) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 19 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. ( İ cild, i.v. 186-187) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 19 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. ( İ cild, i.v. 204-205; 206-207) - Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(022)-57/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 17 sentyabr 2023-cü il tarixdən hesablanmışdır. (İ cild, i.v. 230-233) - Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(022)-56/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 17 sentyabr 2023-cü il tarixdən hesablanmışdır. (İ cild, i.v. 234-237) -10 mart 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat zamanı aşkar edilərək götürülmüş və ekspert tədqiqatından sonra qalıq çəkisi 130,531 qram heroin və 363,797 qram metamfetamin iş üzrə maddi sübut kimi tanınmış, Biləsuvar RPŞ-nin maddi sübutların saxlanılması yerinə təhvil verilməsi qərara alınmışdır. (İ cild, i.v. 238) - Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(022)-269/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsinə dair Biləsuvar RPŞ-nin baş əməliyyat müvəkkili Şahid1 17 sentyabr 2023-cü il tarixli qərarı qanuni hesab edilmişdir. (İ cild, i.v. 242) - 27 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus “Nokia” markalı mobil telefona baxış keçirilmiş, həmin telefonda ***-***-**-** nömrənin olması müəyyən edilmiş, iş üçün əhəmiyyət kəsb edən başqa bir hal aşkar edilməmişdir. (İİ cild, i.v. 2) - 27 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 məxsus bir ədəd mobil telefona baxış keçirilmiş, müəyyən edilmişdir ki, həmin mobil telefon «Samsung J7» markalı olmaqla üzərində ***-***-**-** mobil nömrə olmuşdur. Telefonun yaddaş kitabçasına, zənglər siyahısına və mesajlara baxış zamanı İran mobil operatoruna aid “İrka+98 938 575 8516” nömrənin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 məxsus «Samsung J7» markalı telefonda olan “WhatsApp” proqramında zənglər və mesajlar siyahısına baxış zamanı müəyyən edildi ki, İran mobil operatoruna aid “İrka+98 938 575 8516” nömrə arasında 17 sentyabr 2023-cü il tarixdə çoxsaylı danışıqların, göndərilən narkotik vasitənin qoyulduğu yerin fotoşəkili, bu barədə mesajlar və çox saylı zənglər qeydə alınmışdır. Həmin fotoşəkillər mesajlarla birlikdə iş üçün əhəmiyyət kəsb etdiyindən tərəfimdən çıxarılaraq cinayət işinə əlavə edilmişdir. (İİ cild, i.v. 03-06) - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində «X24»-nda göstərilir ki, onlar hər ikisi xx.xx.2016-cı il tarixdə saat 14:06-da Biləsuvar DSBM-dən keçməklə Azərbaycan Respublikası hüdudlarından çıxaraq İran İslam Respublikasına getmişlər və xx.xx.2016-cı il tarixdə saat 10:48-də Biləsuvar DSBM-dən keçərək Azərbaycan Respublikasına gəlmişlər. (İİ cild, i.v. 08-09) - “ifadənin yerində yoxlanılması barədə” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitə və psixotrop maddə olan bükülünü Ələt-Astara yolunun Biləsuvar rayon ərazisindən keçən hissəsində, 90 sürət həddini göstərən lövhənin yanından götürdüyü yeri əyani olaraq göstərib təqdim etmişdir. (İİ cild, i.v. 29-30) - “ifadənin yerində yoxlanılması barədə” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitə və psixotrop maddə olan bükülünü Ələt-Astara yolunun Biləsuvar rayon ərazisindən keçən hissəsində, 90 sürət həddini göstərən lövhənin yanından Təqsirləndirilən şəxs1 götürdüyü yeri əyani olaraq göstərib təqdim etmişdir. (İİ cild, i.v. 31-32) -Ambulator məcburi narkoloji tibbi yoxlamanın 01 mart 2023-cü il tarixli, 1016 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 Opioidlərin və Stimulyatorların qəbulundan yaranan Asılılıq Sindromu (Polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs1 ambulator məcburi-narkoloji yoxlama zamanı bildirmişdir ki, narkotik vasitə və psixotrop maddəni intranazal yolla qəbul edir. (İİ cild, i.v. 63) - Ambulator məcburi narkoloji tibbi yoxlamanın 01 mart 2023-cü il tarixli, 1016 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 Opioidlərin və Stimulyatorların qəbulundan yaranan Asılılıq Sindromu (Polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs2 ambulator məcburi-narkoloji yoxlama zamanı bildirmişdir ki, narkotik vasitə heroini inyeksiya, psixotrop maddə metamfetamini isə 31 ildir ki, intranazal yolla qəbul edir. (İİ cild, i.v. 64) - 27 noyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından külli miqdarda heroinin və külli miqdarda metamfetamin əldə edilməsi, saxlanması, daşınması və satılması faktlarına görə ayrıca icraatda CM-in 234.4.1 və 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmışdır. (İİ cild, i.v. 91-92) Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı toplanıb elan edilərək tədqiq edilmiş məhkəmə istintaqı materiallarından, yəni; - Məhkəmənin sorğusuna əsasən Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasından daxil olmuş xx.xx.2023-cü il tarixli məktub və məktuba əlavə edilmiş Təqsirləndirilən şəxs2 məxsus 8768/2023 nömrəli “məhkumun tibbi kitabçası”ndan görünür ki, sonuncu 20 sentyabr 2023-cü il tarixdə Bakı istintaq təcridxanasına daxil olmuş, müayinə zamanı həbs edilən zaman xəsarət almadığını bildirmişdir. - Məhkəmənin sorğusuna əsasən Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasından daxil olmuş xx.xx.2023-cü il tarixli məktub və məktuba əlavə edilmiş Təqsirləndirilən şəxs1 məxsus 8769/2023 nömrəli “məhkumun tibbi kitabçası”ndan görünür ki, sonuncu 20 sentyabr 2023-cü il tarixdə Bakı istintaq təcridxanasına daxil olmuş, müayinə zamanı həbs edilən zaman xəsarət almadığını bildirmişdir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxslərə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunubolunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilə bilən cəzanın ağırlığını araşdırmalıdırlar. Həmin qərarda həmçinin göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: - məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılarkən 10 qram heroin götürmək üçün Biləsuvar rayonuna gəldiklərini, Təqsirləndirilən şəxs1 10 qram heroini götürməsi, şəxsi axtarış zamanı aşkar edilmiş kütlənin yolun kənarndakı nişanın altından götürdüyü büküm olmadığını özündə olmadığı üçün həmin büküm barədə etirafedici ifadə verdiyini, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadıqlarını bildirmələri barədə məhkəmə istintaqı zamanı verdikləri ifadələri həqiqətə uyğun deyil, onların müvafiq məzmunlu ifadə vermələri əsassız olaraq törətdikləri cinayət məsuliyyətindən kənarda qalmalarına hesablanmışdır. Təqsirləndirilən şəxslər tərəfindən qeyd edilən ifadələr özlərini müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən, habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadələri inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Belə ki, Təqsirləndirilən şəxs1 müdafiəçisinin iştirakı ilə verdiyi şübhəli və təqsirləndirilən şəxs qismində ifadələrində, eləcə də video çəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilərkən verdiyi şifahi izahatında həmin bükümləri Biləsuvar rayonu ərazisində yol kənarından götürdüyünü, həmin kütlələri tanışı İsmayıl adlı şəxsin İİR vətəndaşı vasitəsi ilə əldə etdiyini, Təqsirləndirilən şəxs2 narkotik vasitədən məlumatı olduğunu bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 müdafiəçisinin iştirakı ilə verdiyi şübhəli və təqsirləndirilən şəxs qismində ifadələrində, eləcə də video çəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilərkən verdiyi şifahi izahatında Təqsirləndirilən şəxs1 dediklərini təsdiq etmişdir. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Biləsuvar RPŞ-nin yuxarıda adları qeyd edilən əməkdaşları da ifadələrində bir daha təsdiq etmişlər ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Biləsuvar rayonu “Lukoil” yanacaq doldurma məntəqəsinin yaxınlığında müşahidyə götürülərək “Turist 5” kafesinin yaxınlığında saxlanıldıqlarını, saxlanılan şəxslərdən Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilərkən sonuncunun üzərində olan bir bükümü könüllü olaraq təqdim etdiyini, həmin bükümün içindən birində heroin, digərində isə metamfetamin olan büküm aşkar edildiyini, şifahi sorğu zamanı narkotik vasitə və psixotrop maddənin özlərinə məxsus olmasını, iranlı şəxs tərəfindən həmin əraziyə qoyulduğunu və s. halları tam etiraf etmişlər, hər hansı etirazları da olmamışdır. Bundan əlavə Təqsirləndirilən şəxs2 məxsus bir ədəd mobil telefona baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin mobil telefon «Samsung J7» markalı olmaqla üzərində ***-***-**-** mobil nömrə olmuşdur. Telefonun yaddaş kitabçasına, zənglər siyahısına və mesajlara baxış zamanı İran mobil operatoruna aid “İrka+98 938 575 8516” nömrənin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 məxsus «Samsung J7» markalı telefonda olan “WhatsApp” proqramında zənglər və mesajlar siyahısına baxış zamanı müəyyən edilmişdir ki, İran mobil operatoruna aid “İrka+98 938 575 8516” nömrə ilə 17 sentyabr 2023-cü il tarixdə çoxsaylı danışıqlar aparılmış, göndərilən narkotik vasitənin qoyulduğu yerin fotoşəkili, bu barədə mesajlar və çox saylı zənglər qeydə alınmışdır. İş materialında olan fotoşəkillərdə yazılardan görünür ki, İİR mobil operatoruna məxsu nömrədən İsmayıl Faleçenkonun istifadəsində olan mobil nömrəyə – “90” sürət məhdudiyyətini bildirən nişanın şəkli göndərilir, daha sonra “Qaytsın bakya tərəf likoylə keçən kimi uzu bakya tərəf sagda 90 znakinin altında”, “bax abi o qardaşa de geldiyi yolnan qaytsın bakya tərəf rayonu çıxan kimi lukoyl zaprafkasını görəcək uzu bakı istiqamətində 90 znakının altında” mesajı göndərilir. Həmin mesaja cavab olaraq Təqsirləndirilən şəxs2 “Alındı qaqa” , “gettim” cavabı yazılır. Daha sonra isə müxtəlif smslər göndərilmiş və sonda Təqsirləndirilən şəxs2 həmin mobil nömrəyə yazaraq “Götürdüm” cavabını yazmışdır. Cinayət işi materiallarına əlavə edilmiş “şübhəli şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında” 18 sentyabr 2023-cü il tarixli protokollardan (İ cild, i.v. 128; 144) görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 19/874 nömrəli rəyi ilə tanış olmuşlar, həmin rəydə “üzərində “Təqsirləndirilən şəxs1 təqdim etdiyi bağlamanın qablaşdırıldığı zərf...” sözlər və imzalar olan bir ədəd paketdəki, 1 ədəd bükülüdə təmiz çəkisi: -130,631 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 1 ədəd bükülüdə təmiz çəkisi: -363,897 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir” sözləri qeyd edilsə də təqsirləndirilən şəxslər həmin rəylə tanış olarkən narkotik vasitənin və psixotrop maddənin miqdarını mübahisələndirməmişlər. Bundan əlavə cinayət işi materiallarına əlavə edilmiş “təqsirləndirilən şəxsin və onun müdafiəçisinin cinayət işi materialları ilə tanış etmə haqqında” 28 noyabr 2023-cü il tarixli protokollardan (İİ cild, i.v. 101-102) görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçiləri ilə birlikdə cinayət işi materialları, istintaq hərəkəti protokollarına əlavələr və maddi sübutlarla vaxt məhdudiyyəti qoyulmadan tam şəkildə tanış olaraq həmin protokolu imzalamışlar, lakin hər hansı hala etiraz etməmişlər, narkotik vasitənin və psixotrop maddənin miqdarını mübahisələndirməmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxslərin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarlayuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onların məhkəmə istintaqı zamanı verdiyi ifadələrinin yuxarıda qeyd edilən hissələrini özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. -bundan əlavə Təqsirləndirilən şəxs1 özünü müdafiə etmək üçün irəli sürdüyü digər dəlili - saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı fiziki təzyiqlər edildiyi və özündə olmadığı üçün həmin narkotik vasitə və psixotrop maddə barədə etirafedici ifadələr verməsi barədə göstərdikləri ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalması ilə bağlı irəli sürdüyü dəlilə məhkəmə münasibət bildirərək qeyd edir ki, iş materiallarından göründüyü kimi, öz seçimi ilə cəlb edilmiş peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər Təqsirləndirilən şəxs1 özü, istərsə də onun vəkili ibtidai istintaq dövründə belə şikayətlə vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmişlər və eyni zamanda onlar, bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsi axtarış istintaq hərəkəti zamanı müdafiəçilərinin sualına cavab olaraq söylədikləri səsli nitqlərində onlara qarşı polis əməkdaşları tərəfindən hər hansı bir fiziki təsirlərin edilmədiyini, bu barədə heç bir şikayətlərinin olmadığını bildirmiş, eyni zamanda onların saxlanılmasında iştirak etmiş polis əməkdaşları da məhkəmədə dindirilərkən tərəflərindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı hər hansı bir fiziki və ya psixi təsirin göstərilmədiyini bildirmişlər. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasından daxil olmuş xx.xx.2023-cü il tarixli məktub və məktuba əlavə edilmiş Təqsirləndirilən şəxs1 məxsus 8769/2023 nömrəli və Təqsirləndirilən şəxs2 məxsus 8768/2023 nömrəli “məhkumun tibbi kitabçası”ndan görünür ki, sonuncular 20 sentyabr 2023-cü il tarixdə Bakı istintaq təcridxanasına daxil olmuş, həbs edilən zaman xəsarət almadıqlarını bildirmişlər. Məhkəmə yuxarıda qeyd edilən tibbi kitabçaların surətində göstərilən xüsusatları, o cümlədən, hazırki məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxs tərəfindən fiziki zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onların hadisə ilə bağlı təfərrüatlı ifadələr verməyərək ümumi olaraq təzyiqlərə məruz qaldıqlarını göstərmələrini nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxslər tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxslərin məhkəməyədək dövrdə özlərinə qarşı verdiyi ifadələrin məhz fiziki təzyiq nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxslərin tutulduqdan sonra polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalmaları ilə bağlı göstərdiyi xüsusatlar işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, onlardan ifadələrin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda da öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, № 30364/09, §§ 42-43, 12 noyabr 2013; Məmmədov Azərbaycana qarşı, № xx/xx/2013, §§ 23-27, 11 yanvar 2007; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12-20, 17 aprel 2012; və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012). Avropa İnsan Hüquqları Məhkəməsinin “X4rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Hazırki cinayət işinə məhkəmədə baxılanadək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərilərində aşkar edilmiş narkotik vasitənin çəkisini mübahisələndirməmiş, ibtidai istintaq dövründə dəfələrlə ifadə verərək özlərini onlara irəli sürülmüş ittiham üzrə təqsirli bilmişlər. Lakin onlar məhkəmə istintaqında fərqli məzmunda ifadə verərək onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai araşdırma zamanı verdiyi izahat və ifadələrini müdafiəçilərinin iştirakı ilə və hər hansı təsirə məruz qalmadan bildirdiklərinə, işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadələrinin yuxarıda qeyd edilən hissələrini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib sübut kimi nəzərə almır. Avropa İnsan Hüquqları Məhkəməsinin “X4rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs1 ibtidai araşdırma zamanı verdiyi izahat və ifadələrini müdafiəçilərinin iştirakı ilə və hər hansı təsirə məruz qalmadan bildirdiyinə, işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. “X14 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir.Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçiləri ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhlərinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər vermiş və onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Müdafiə tərəfi (təqsirləndirilən şəxslər və onların müdafiəçiləri) təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamı mübahisələndirsələr də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarınında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarınında qeyd olunmuşdur ki, CM-nin 234.2-ci maddəsində qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi CM-in 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Cinayət işi üzrə məhkəmə iclasında tədqiq edilən sübutlardan da görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə əldə etmək üçün şəxsiyyəti istintaqla müəyyən edilməmiş şəxslə razılığa gələrək, qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun istintaqla müəyyən edilməmiş üzvləri tərəfindən qanunsuz olaraq əldə edilib, saxlanıb daşınmış, Ələt- Astara magistral yolunun Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisindən keçən hissəsində 90 km/saat sürət həddini göstərən yol nişanının yanında gizlədilmiş narkotik vasitələri və psixotrop maddələri əldə etmək üçün Təqsirləndirilən şəxs1la razılaşmış, Təqsirləndirilən şəxs2 cinayətin digər iştirakçıları ilə aralarında olan rol bölgüsünə uyğun olaraq həmin narkotik vasitənin və psixotrop maddənin Təqsirləndirilən şəxs1 tərəfindən təhlükəsiz əldə edilməsi üçün ətrafı müşahidə etmiş, Təqsirləndirilən şəxs1 isə narkotik vasitə və psixotrop maddəni gizlədildiyi yerdən götürmüşdür. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərin pul qarşılığında külli miqdarda – heroin və metamfetamin əldə edib, saxlamaq və daşımaqla digər şəxsin deyəcəyi ünvana çatdırmaq niyyətində olmaları, onların məhz həmin maddələrin qazanc əldə etmək üçün şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkət kimi qiymətləndirilməlidir. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxslərin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətmələri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai araşdırma zamanı verdiyi etirafedici izahat və ifadələri ilə yanaşı, məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1, X21, Şahid3, X8, X16, X22 və X13 ifadələri, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərilərinə “şəxsi axtarış keçirilməsi haqqında” 17 sentyabr 2023-cü il tarixli protokol, ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülər, “mobil telefona baxış keçirilməsi haqqında” protokol və protokolə əlavə edilmiş fotoşəkillər, digər istintaq hərəkəti protokolları, məhkəmə kimyəvi ekspertizasının 18 sentyabr 2023-cü il tarixli, 19/874 nömrəli rəyi, digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış narkotik vasitə və psixotrop maddələr, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Yuxarıda qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla törətməsi təsdiq olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinə görə məhkum edilməlidirlər. Təqsirləndirilən şəxslərin qeyd olunan əməllərinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən həmin əməllərə görə cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Buna görə də onlar Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddələrin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -məhkumluq haqqında tələbnamədən görünür ki, Əhmədov X10 Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (İİ cild,i.v. 58-59) Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər barəsində məhkumluq onların cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə ödənilmiş hesab olunur. Beləliklə, Əhmədov X10 Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinə görə məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş iki illik müddət keçdiyindən, yəni məhkumluğu ödənildikdən sonra törətdiyinə görə Təqsirləndirilən şəxs1 hazırki iş üzrə məhkumluğu olmayan şəxsdir və əməlində cinayətlərin residivi mövcud deyildir. -Bakı şəhəri Suraxanı rayon İHB-nin Hövsan qəsəbəsi İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 22 noyabr 2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Hövsan qəsəbəsi O.Şabanov küçəsi nömrəsiz evdə yaşayır, subaydır, barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. (İİ cild, i.v. 54-55) - məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 ilk dəfə Moskva şəhər Zelenoqradski Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə RF 30 mad. 3 his. 228-1M. 1 His. ilə təqsirli bilinib 04 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2013-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Daha sonra o, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə təqsirli bilinib 01 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 228.4-cü maddələri ilə təqsirli bilinib 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə bəraət verilmişdir. (İİ cild,i.v. 60-62) Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən müvafiq olaraq az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər barəsində məhkumluq onların cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə ödənilmiş hesab olunur. Beləliklə, Falçenko X2 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 228.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinə görə məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş iki illik müddətin keçmədiyi dövrdə, yaxud məhkumluğu ödənilmədən və ya götürülmədən cinayət əməli törətdiyinə görə Təqsirləndirilən şəxs2 hazırki iş üzrə məhkumluğu olan şəxsdir və əməlində cinayətlərin sadə residivi mövcuddur. Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran haldır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi maddənin sanksiyasında 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulduğundan Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən ona 06 ildən aşağı həddə cəza təyin edilə bilməz. -Bakı şəhəri Suraxanı rayon İHB-nin Hövsan qəsəbəsi İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 22 noyabr 2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Hövsan qəsəbəsi O.Şabanov küçəsi nömrəsiz evdə yaşayır, subaydır, barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. (İİ cild, i.v. 56-57) - Dövlət Tibbi-Sosial Ekspertiza və X5-Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli qərarından görünür ki, X6 birinci dərəcəli əlillik verilmişdir. Sonuncu qardaşı Təqsirləndirilən şəxs2 onun üzərində patronaj təyin edilməsini xahiş etmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 xx.xx.1951-ci il təvəllüdlü anası ilə də birlikdə yaşayır. (İİ cild, i.v. 72- 76) Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2, 58.3 və 65.2-ci (Təqsirləndirilən şəxs2 münasibətdə) maddələrini rəhbər tutaraq hazırki iş üzrə törətdikləri cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, törədilməsi halları, ağırlığı və nəticələrini, yaşayış yeri üzrə normal xasiyyətləndirilmələrindən ibarət şəxsiyyətlərini xarakterizə edən halı, Azərbaycan Respublikası CM-in 59.1-ci maddəsinə əsasən cəzalarını yüngülləşdirən halın olmadığını, Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran halların olmadığını, Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən cinayətləri residivinin Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal olduğunu nəzərə alıb təyin olunacaq cəzanın islah olunmalarına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyaları həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara, cinayətin törədilməsində iştirak dərəcələrinə əsasən təyin edilməlidir. Buna görə də onlara qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli, həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən isə Təqsirləndirilən şəxs2 barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPM-in 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonunculara təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onların ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduqları 17 sentyabr 2023-cü il tarixdən hesablanmalı və Biləsuvar Rayon Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli qərarları ilə barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Ambulator məcburi narkoloji tibbi yoxlamanın xx.xx.2023-cü il tarixli 1016 nömrəli rəyi nəzərə alınaraq, Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli, o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Ambulator məcburi narkoloji tibbi yoxlamanın xx.xx.2023-cü il tarixli 1017 nömrəli rəyi nəzərə alınaraq, Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli, o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 65 (altımış beş) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 65 (altımış beş) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bərabər məbləğdə tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Biləsuvar RPŞ-nin maddi sübutların saxlanma kamerasına maddi sübutların saxlanma kamerasında saxlanılan ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 130,531 qram heroin və 363,797 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, “şəxsi axtarış və götürmə” aparılması haqqında protokollara əlavə edilmiş 02 (iki) ədəd CD disklər iş materiallarında saxlanılmalı, Biləsuvar RPŞ-də saxlanılan Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilməsi zamanı götürülmüş “Samsung” markalı mobil telefon yaxın qohumlarına qaytarılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 52-1, 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 17 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 17 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 65 (altımış beş) manat məbləğində pul bərabər məbləğdə tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Biləsuvar RPŞ-nin maddi sübutların saxlanma kamerasına saxlanılan ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 130,531 qram heroin və 363,797 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış, “şəxsi axtarış və götürmə” aparılması haqqında protokollara əlavə edilmiş 02 (iki) ədəd CD disklər iş materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Biləsuvar RPŞ-də saxlanılan Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilməsi zamanı götürülmüş “Samsung” markalı mobil telefon yaxın qohumlarına qaytarılsın. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar