Məhkəmə qərarları › İş №1(099)-277/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-277/2025

05.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-277/2025 05.11.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri-Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), X26 və Cəlilov Oruc Yusif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi-X30, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1991-ci ildə Yardımlı rayonu, Mirimli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 fevral 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 318.2-ci maddələri ilə təqsirli bilinərək 10 (on) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, tutulanadək Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 11 saylı X32 Müəssisəsində cəza çəkən, 23 dekabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Yardımlı Rayon Məhkəməsinin 25 dekabr 2024-cü il tarixli, 4(038)-35/2024 nömrəli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 32.5, 206.3.2 və 234.4-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs barəsində istintaq olunmuş cinayət işinin ittiham aktının nəticəvi hissəsində göstərilmişdir ki, o, xüsusilə külli miqdarda narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə yəni, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilərək əldə olunması və Azərbaycan Respublikası ərazisində qanunsuz satışını təşkil etmək barədə şəxsiyyəti istintaqa məlum olmayan “Vəli” adlı İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək xüsusilə külli miqdarda narkotik vasitələri sonuncunun gizlətdiyi yerdən götürüb Bakı şəhəri ərazisində onun dediyi yerə qoyduqdan sonra bunun müqabilində 5000 (beş min) manat qazanc alacağı vədi ilə razılaşaraq 23 dekabr 2024-cü il tarixdə saat 19 radələrində Yardımlı rayonu Mirimli kəndi ərazisində “Əli daşı” adlanan yerdə “Vəli” adlı İran İslam Respublikası vətəndaşının gizlətdiyi içərisində 6230,68 qram çəkidə xüsusilə külli miqdarda narkotik vasitə heroin olan 01 (bir) ədəd qara rəngli kisəni qanunsuz əldə edib daşıyaraq saxlamış, 23 dekabr 2024-cü il tarixdə saat 19:30 radələrində Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yardımlı rayonu Mirimli kəndi ərazisində saxlanılmış, onun üzərində və əlindəki 1 (bir) ədəd qara rəngli kisədə yoxlanış aparılan zaman həmin kisədən 07 (yeddi) ədəd bükülülərdə ayrıayrılıqda təmiz çəkiləri 960 qram, 965 qram, 1000 qram, 935 qram, 990 qram, 1000 qram, 380,68 qram olmaqla ümumilikdə 6230,68 qram çəkidə xüsusilə külli miqdarda xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eyni olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bu səbəbdən də, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 32.5, 206.3.2 və 234.4-1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmiş və cinayət işi baxılması üçün məhkəməyə göndərilmişdir. Lakin məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymət verməklə, belə nəticəyə gəlir ki, iş üzrə ittiham tərəfinin istinad etdiyi sübutlarla Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 32.5, 206.3.2 və 234.4-1-ci maddələri ilə müəyyən olunmuş cinayət əməllərini törətməkdə təqsirliliyi təsdiq olunmamışdır. Belə ki, məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, 23 dekabr 2024-cü il tarixdə səhər saatlarında Cəlilabad rayonuna bacısıgilə getmiş, ona evdən zəng gəlmiş və bildirmişlər ki, yaxın qohumları ölmüşdür. Yas mərasinə gedərkən saat 13-14 radələrində Yardımlı rayonu, Zevin kəndindən yuxarıda yanacaqdoldurma məntəqəsindən qabağda polis əməkdaşları onu saxlamışlar, daha sonra onu maşından düşürüb yaşadığı kəndin yuxarı hissəsinə aparmışlar və ondan pul istəmişlər. Həmin vaxtı ***-***-**-** saylı mobil telefon nömrəsi üzərində olmuşdur. Onlara “sizə niyə pul verməliyəm” sualını vermişdir. Özünü əməliyyatçı kimi təqdim edən Rüfət adlı polis əməkdaşı ona bildirmişdir ki, “dayını niyə görə görmürsən”, o, da cavabında “dayı kimdir tanımıram” demişdir. Sonradan bilmişdir ki, əməliyyatın rəisinə dayı deyirlər. Özünü mənə əməliyyatçı kimi təqdim edən Rüfət adlı şəxs əməliyyatçı deyil, rəisin sürücüsüdür. Polis əməkdaşlarına imkanı olmadığını demişdir. Polis əməkdaşları ona “gözlə Vüqar müəllim gəlsin bilərsən nə var nə yox”. Daha sonra Vüqar gəlmiş, ondan 30.000 manat pul istəmiş, daha sonra ona “10.000 manat ver səni buraxaq sənlik heç nə yoxdur” demişlər. Polis əməkdaşlarına pulunun olmadığını demişdir. Daha sonra polis əməkdaşları onu şərləyib hədələmişlər. Türmədən təzə çıxdığı üçün təşvişə düşüb qorxmuş, polis əməkdaşlarına yalvarsa da xeyri olmamışdır. Onu saxlayan digər polis əməkdaşı Zamir olmuşdur. Rüfət və Zamirə “telefonumu verin atama qardaşıma zəng edim” demişdir, onlar isə zəng etmək olmaz demişlər. Polis əməkdaşlarına üstündə 38 manat pul olduğunu, istədikləri məbləğdə pulu olmadığını demişdir. Rüfət ona İranda yaşayan qohumu Vəliyə zəng etməsini, Vəlinin köməklik edəcəyini ona demişdir. O, polis əməkdaşlarına qohumunun pulu hardadı ona köməklik etsin demişdir. O, borcla həbsdən çıxmış, həmin vaxt iranlı qohumu zəng edib onu təbrik etmişdir. Polis əməkdaşlarının dedikləri Vəlini tanımamış və kim olduğunu da bilməmişdir. Onun iranlı qohumlarının adı Məhərrəm və Asimidir. Polis əməkdaşları onu döymüşlər, ayağında hələdə izləri qalmışdır. İranlı qohumu ilə Rüfət danışmış, ona kart atmışlar ki, iranlı qohumu 4000 manat həmin karta pul atsın. İranlı qohumundan kömək istədiyi üçün o da, karta 4000 manat pul atmışdır. Polis əməkdaşları onu kəndin içində döymüşlər. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, 26 sentyabr 2024-cü il tarixdə Cəzaçəkmə Müəssisəsindən çıxıb Masallı rayonunda yerləşən Məntəqə tipli cəzəçəkmə müəssisəsinə getmişdir. Məntəqə tipli cəzəçəkmə müəssisəsindən sentyabr ayından dekabr ayına qədər 3 dəfə icazə almışdır. Dekabr ayında bayram olduğu üçün icazə alıb bacılarına dəyməyə getmişdir. Bacılarından biri Cəlilabad rayonunda o, biri isə Masallı rayonunda yaşamışdır. Polis əməkdaşları onu saxlayan gün bacısıgildən çıxıb yaxın qohumunun yasına getmişdir. Yas yeri Yardımlı rayonu, Mirimli kəndində olmuşdur. 22 dekabr 2024-cü il tarixdə müəssisədən icazə alıb Masallı rayonunda yaşayan bacısıgildə qalmışdır. Səhər tezdən durub Cəlilabad rayonunda yaşayan bacısıgilə bayramlaşmaq üçün getmişdir. Bacısıgilə çatdıqdan sonra yoldaşı zəng edib yaxın qohumunun öldüyünü demişdir. Cəlilabad rayonunda bacısıgilə bayramlaşmağa gedən zaman anasını da aparmış, yas yerinə gedən zaman anası bacısıgildə qalmışdır. Yas həmin günü olmuşdur. Anasının səhhətində problemlər olduğu üçün Cəlilabad rayonunda bacısıgildə qalmışdır. Yardımlı rayonunda uşaqlıq dostu olmuş, ona zəng etmiş, o, da gəlib onu aparmışdır. Uşaqlıq dostu Bakı şəhərində yaşamış, o isə rayonda böyümüşdür. Uşaqlıq dostu Şahid3dur. Samirlə axşam danışmış, Samir işi ilə bağlı Masallı rayonuna gəldiyini demişdir. Samir dam ustası olmuşdur. Samir onunla görüşmək istədiyini demişdir. Samirlə Cəlilabad rayonunda “kuruqda” görüşmüşdür. 22 dekabr 2024-cü il tarixdə Samirlə görüşməmiş, Samirlə 23 dekabr 2024-cü il tarixdə görüşmüşdür. Cəzaçəkmə Müəssisəsində telefon işlətməmişlər. Samirlə telefonla danışan zaman Masallı rayonunda olduğunu, Cəlilabad rayonuna gedəcəyini demişdir. Samir onun X32 müəssisəsində olduğunu bilməmişdir. Samir onunla görüşmək üçün Cəlilabad rayonuna gəlmişdir. Samirə onu Yardımlı rayonuna aparmağını deməmişdir. Samirə Yardımlı rayonunda “yas yeri var ora gedirəm” demişdir. Samir ona “maşın var gəl mən səni aparım” demişdir. Samir “Opel” markalı maşın sürmüşdür. Ona bu gün də maraqlıdır ki, Samir dam vurmağa gəlmişdirsə niyə boş-boş gəzmişdir. Samir əvvəllər səhv etmirsə quldurluq etdiyinə görə həbs olunmuşdur. Samir onu Yardımlı rayonuna aparmışdır. Yolda yanacaqdoldurma məntəqəsinə dönmüşlər. Polis əməkdaşları onu Yardımlı rayonuna gedən zaman saxlamışlar, həmin vaxt polis əməkdaşları yolun kənarında dayanmışlar. Polis əməkdaşları əvvəl sənədləri istəmişlər. Rüfət ona “səni təbrik edirəm, eşitdim təzə çıxmısan” demişdir. Rüfəti əvvəllər tanımamış, Rüfətə onu tanımadığını demişdir. Polis əməkdaşları onu saxlayandan sonra onun mobil telefonu ilə danışıq olmuşdur. Ondan əvvələr iranlı ilə danışmamışdır. Samirin üzərində narkotik vasitə olmamışdır. Maşının yük yerinə baxmamış, orada nə olduğunu bilməmişdir. Özünün üzərində də narkotik vasitə olmamışdır. Tutulana qədər heç kimlə narkotiklə bağlı danışmamışdır. Polis əməkdaşlarının iranlı qohumuna zəng etməkdə məqsədlərinin nə olduğunu bilməmişdir. Polis əməkdaşları ona ailə üzvlərinə xəbər etmək üçün icazə verməmişlər. Rüfət özü iranlı ilə danışan zaman “İsgəndərin ailəsinə heç nə demə” demişdir. Polis əməkdaşlarının onu həbs etmələrinin səbəbini bilməmişdir. Polis əməkdaşları Samiri həbs etməmişlər. Sonradan bilmişdir ki, Samirin kartına pul köçürülmüşdür. Atası ilə danışandan sonra atası ona, Samirə məxsus olan karta pulun köçürülməsini demişdir. Polis əməkdaşlarının sənədləşdirdikləri narkotik vasitə böyük bir kisədə olmuşdur. Polis əməkdaşları onu öz maşınlarında əyləşdirmişlər, narkotik olan kisəni gətirib ayağının altına atmışlar. Daha sonra onu maşından düşürüb çəkilişə getdiklərini demişlər. Çəkilişə gedən zaman polis əməkdaşlarının birinin əlində balaca bir sumka olduğunu görmüş, həmin sumka birinci sumkadan balaca olmuş, elə bil ki, azaldılmışdır. Polis əməkdaşları ona çəkilişdə bunu qəbul edərsən demişlər. Polis əməkdaşlarının 4000 manat pul aldıqdan sonra onu niyə buraxmadıqlarını bilməmişdir. Samir videoçəkilişdə olmamışdır, həmin vaxtı Samirin harda olduğunu bilməmişdir. Bundan əlavə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, 27-28 dekabr 2024-cü il tarixdə Samirə zəng edib kartına pul göndərildiyini, həmin pulla polis şöbəsində ona köməklik olunacağını demişdir. Samirin üzərində olan kartını əməliyyatçılar götürmüşlər. Rüfət polis əməkdaşlarına zəng edərək Samirin üstünü axtarmalarını, Samirin üstündə kart olarsa şəkilin çəkib ona atmalarını demişdir. Pul həmn kara göndərilmişdir. Qohumu ilə danışıqlar edərkən Samir orada olmamışdır. Samirin maşını xarab olduğu üçün Samir maşını saxlamışdır. Polis əməkdaşları Samirlə onu eyni vaxtda saxlamamışlar. Polis əməkdaşları onu Samirin maşınından bir az aralıda saxlamışlar, onun saxlanılmasını Samirin görüb-görməməsini bilməmişdir. Həmin vaxt o təpənin üstündə olmuş, Samir isə aşağı hissədə olmuşdur. Onun telefonunda konum olmamışdır. "xxxx" MMC deyilən bir yeri tanımamışdır. Məntəqəyə buraxıldıqdan sonra Bakı şəhərində fəhləlik etmişdir. Masallı rayonu, Xocavar kəndində işləməmiş və X5 tanımamışdır. Üzərinə baxış keçirilən yer onun saxlanıldığı yer deyildir. Polis əməkdaşları Zamir və Rüfət onu yanacaqdoldurma məntəqəsinin yanında saxlamışlar, sonra onu videoçəkiliş aparılan əraziyə aparmışlar. Polis əməkdaşları onu saxlayandan sonra videoçəkiliş aparılana qədər həmin ərazidə maşının içində saxlamışlar. Şahid2 onu arxadan tutmuş, digər polis əməkdaşları isə onu videoçəkiliş aparılan yerdə döymüşlər. Polis əməkdaşlarının ona nə iynəsi vurduqlarını bilməmişdir. Polis əməkdaşları iynəni şalvarının üstündən yan nahiyəsinə vurmuşlar, həmin iynəni vuran şəxsi üzdən görsə tanıyar. Yanacaqdoldurma məntəqəsinin yanından kəndə kömək çağırmağa getmişdir. “Nəhmət” iranda yaşayan qohumudur. Nəhmətlə əvvəllər danışmışdır. Cəzaçəkmə müəssisəsində olan zamanda da iranlı qohumu ilə danışmışdır. Maşın təpəni qalxa bilmədiyi üçün maşından düşmüşdür. Yaşadığı kəndlə polis şöbəsinə qədər məsafə təxminən 10 km olar. Polis əməkdaşları izahatlarında onu “Əli daşı” deyilən yerdə saxladıqlarını bildirmişlər, həmin ərazi meşəlik ərazidir, polis əməkdaşları onu “Əli daşı” deyilən yerə aparmamışlar. Həmin əraziyə 3-4 km qalmış ərazidə videoçəkiliş etmişlər. Polis əməkdaşları onu günorta vaxtı təxminən saat 14-15 radələrində saxlamışlar. Onu isə videoçəkiliş olan yerə aparıb təxminən saat 17-18 radələrinə kimi həmin ərazidə saxlamışlar. Həmin vaxtı Yardımlı RPŞ-nin əməliyyat şöbəsinin rəisi Vüqar adlı şəxs hadisə yerinə gəlmişdir. Vüqar özünü əməliyyat bölməsinin rəisi kimi təqdim etmişdir. Vüqar polis əməkdaşları onu saxladıqları yerə deyil, videoçəkiliş apardıqları yerə gəlmişdir. Vüqar gəldikdən sonra o, narkotik vasitəni görmüşdür. Vüqar gələnə kimi narkotik vasitə olmamışdır. Vüqar gələnə kimi Şahid1 onun yanında olmamış, onlar bir yerdə gəlmişlər. Rüfət və Zamir adlı polis əməkdaşları özlərini ona əməliyyatçı kimi təqdim etmişlər. Şahid1 ilə X46 bir yerdə gəlmişlər. Vüqargil gələnə qədər Rüfətlə Zamir onu maşında otuzdurmuşlar. Onlar gələndən sonra onu döymüşlər. Pul verməkdən imtina etdiyi üçün onu döymüşlər. Vüqar, Rasim və Nazim saat 18-dən sonra onların yanına gəlmişlər. Vüqar, Rasim və Nazim gəlməmişdən qabaq Rüfət onunla pul söhbəti etmişdir. Vüqar gəldikdən sonra videoçəkilişdən qabaq onu döymüşlər. Polis əməkdaşları ondan əvvəl 30000 manat istəmişlər, daha sonra 10000 manat istəmişlər. Tərbiyənin qardaşı onun sinif yoldaşıdır. Onlar sinif yoldaşının toyuna təxminən 2014-2015-ci illərdə Yardımlı rayonuna gəlmişlər. Cəzaçəkmə Məntəqəsində ola-ola Bakı şəhərində fəhləlik etmişdir. Yardımlı rayonuna gələn zaman maşında 3 nəfər, yəni o, Samir və Elvin olmuşlar. Elvini tanımamışdır, Elvin Samirlə birlikdə gəlmişdir. Maşın xarab olduqdan sonra Elvinlə Samir maşında bir yerdə olmuşlar. Maşınla kəndə getmək istəmişlər, yolda maşın xarab olaraq təpəni qalxa bilməmişdir. Maşın təpəni qalxa bilməyərək, arxaya 60-70 metr geri qayıtmış, həmin vaxtı o, maşının yükünün azalması üçün maşından düşmüşdür. Polis əməkdaşları onun qalxdığı yolun üstündən gəlmişlər. Onların qalxdıqları yolla polis əməkdaşları gəlmişdir. Polis əməkdaşlarının gəldiyi maşını görmüşdür. Polis əməkdaşları ondan kimlə gəldiyini soruşmamışlar, ad soyadını soruşub göz aydınlığı vermişlər. Polis əməkdaşları “Pikapla” gəlmişlər, baxanda maşının polis maşını olduğu bilinmişdir. Polis əməkdaşları onu saxlayan zaman Samirlə Elvin yanına gəlməmişlər, onların hansı səbəbdən yanına gəlməmələrini bilməmişdir. Polis əməkdaşları ona otur maşına “dayı” səni görmək istəyir demişlər. Polis əməkdaşları öz maşınları ilə məni videoçəkiliş olan yerə aparmışlar. Samirin kartı öz üzərində olmuş, polis əməkdaşları Samiri saxlayan zaman kartı Samirin üzərindən aşkar etmişlər. Samirin kartını görməmişdir. Bakı İstintaq Təcridxanasında olan zaman bilmişdir ki, kart Samirin kartıdır. Samirlə yol pulu danışmamışdır. Samirə maşına benzin vuracağını demiş, karta pul atacağını deməmişdir. Kart görməmiş, pulun Samirin kartına köçürülməsini görməmişdir. Sonradan pul köçürülən kartın Samirin kartı olduğunu bilmişdir. Polis əməkdaşları özləri həmin kartın nömrəsini vermişlər. O, iranlı qohumuna hansı karta pul köçürməsini deməmişdir. Rüfət onun yanında onun telefonu ilə iranlı ilə danışan zaman atılan karta pul köçür demişdir. Kartın kimin kartı olduğunu bilməmişdir. Maşın xarab olan yerdən onların kəndinə təxminən 5 km məsafə olmuşdur. Maşın xarab olan yer bir tərəfdən onların Mirimli kəndinə, aşağı tərəfdən isə Ərslədi kəndinə, arxa tərəfdən isə Lərzan kəndinə düşür. Fariz Mahmudovu məhkəmə iclasında görmüş, saxlanılan zaman Fariz orada olmamışdır. Vüqar, Rasim və Nazim hadisə yerinə gəldikdən 1 saatdan sonra üzərinə baxış keçirmişlər. Şahid6 düz ifadə verməmiş, onların kəndinə Masallı rayonundan da yol gəlir, Cəlilabad rayonundan da yol gəlir. O, kəndə Cəlilabad rayonundan gələn yol ilə gəlmişdir. Maşın yaşadığı kəndə çatmamış xarab olmuşdur. Zamirlə Rüfət onu videoçəkiliş olan əraziyə qaldıran zaman Vüqar orada olmamış, daha sonra Vüqargil gəlmiş, həmin vaxt çəkiliş olan əraziyə sərhədçilər də gəlmişlər. Sərhədçilər “UAZ” markalı maşınla gəlmişlər, səhv etmirsə sərhədçilər 6-7 nəfər olmuşlar. Polis əməkdaşları onu günorta saat 14 radələrində saxlamışlar. X39 bir yerdə gəlməmişlər. Pul söhbəti polis əməkdaşları onu apardıqları ərazidə olmuşdur. Onu saxladıqları yerlə videoçəkiliş olan əraziyə təxminən 2 km yarımdan çox məsafə olmuşdur. Rüfət Zamirin yanında ona maşının arxasında 11 kq narkotik vasitə olduğunu, həmin narkotik vasitənin yarıdan çoxunu onun üzərinə yükləyəciyini demişdir. Saxlanılan zaman üzərində 38 manat pul olmuşdur. Rüfət əvvəl ondan 30000 manat pul istəmiş, sonra isə 10000 manata düşmüşdür. Onunla Rüfət və Zamirin arasında olan söhbət 3 saat çəkmişdir. Birinci dəfə həbs olunduğu zaman iranlı qohumu ona narkotik vasitə göndərməmişdir. Birinci dəfə Masallı rayonunda pulla tutulmuş, keçmiş MTN-də narkotik vasitə ilə yazmışlar. Birinci dəfə həbs olunan zaman qara pul üstündə tutulmuşdur. İranlı Məhərrəm onun qohumudur, birinci məhkumluğunda Məhərrəmin adını çəkməmişdir. Məhərəmin arvadının adı Tərbiyyədir. Tərbiyənin qızının nişan mərasimə getmişdir. Toya gedəndə Məhərrəmgilə getmişdir. Onun telefonunda iki iran nömrəsi olmuşdur. İranlı Məhərrəmin özünün birdə arvadının nömrələri onun telefonunda olmuşdur. Milad Məhərrəmin balaca qızının adıdır, uşağın 11 yaşı var. Seyid iranlı Milad adını xatırlamamışdır. Tutulduğu gün iranlı ilə danışmamışdır. Elan olunan ifadə də olan sözləri hakimə deməmişdir. Hakimə Vəli adını çəkməmiş, iranlı qohumu Məhərrəmin adını çəkmişdir. Məhkəmədə qızıl gizlətməyi ilə bağlı heç nə deməmişdir. Məhkəmədə qızıl söhbəti olmuşdur. Hazırkı məhkəmədə qızılla bağlı soruşulmadığı üçün heç nə deməmişdir. Ümumiyyətlə Vəli adında adam tanımamışdır. Məhkəmədə özünü qismən təqsirli bildiyini deməmiş, qismən sözünün mənasını bilməmişdir. Onu saxlayan polis əməkdaşlarından biri Şahid7 olmuşdur. Polis əməkdaşları onu saxladıqdan sonra telefonu onda olmamış, polis əməkdaşları götürmüşlər. Samirə isə gözlə gəlirəm deyən özü deyil polis əməkdaşı olmuşdur. Sərhəddə dayanıb İran İslam Respublikasının kəndlərini çəkməmişdir. Həmin videogörüntünü Zamir ilə Rüfət çəkmişdir. Onu təpənin üstünə qaldırıb həmin videonu çəkmişlər. Kartın şəkli Samirin telefonundan onun telefonuna göndərilə bilər, başqa formada olma bilməz. Kartın nömrəsini Rüfət yaxşı bilmişdir. İranlıya kartın şifrəsini deməmişdir. İranlıya “Rüfət sənə kart şəkli atır həmin karta pulu göndər” demişdir. Polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra telefonu polis əməkdaşları tərəfindən uçuş rejiminə qoyulmuşdur. Onun telefonu polis əməkdaşı Zamirin telefonun internetinə qoşulduqdan sonra bu əməliyyatlar aparılmışdır. Bundan sonra Zamirin telefonunda olan internetdən istifadə edərək qohumundan pul göndərməsini tələb etmişlər. İranlı qohumu pulu göndərmək üçün görüntülü yığmışdır ki, görsün pulu kimə göndərir. Lakin Rüfət telefonu açmamışdır. ***-***-**-** mobil nömrə ona məxsus nömrədir və həmin nömrə həmişə üzərində olmuşdur. Nömrə öz adına olmamış, nömrənin kimin adına olduğunu bilməmişdir. Polis əməkdaşları onu saxlayandan sonra Samirin ona zəng edib-etmədiyini bilməmiş, polis əməkdaşları onun telefonunu almışlar. Üzərində hər hansı bir kart olmamış, mobil telefonunda da kartla bağlı tətbiq olmamışdır. Təqsirləndirilən şəxs məhkəmədən ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət-Prosessual Məcəlləsi) 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə tərkibi, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də tədqiq edərək mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsini zəruri hesab edir. Dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, 22 dekabr 2024-cü il tarixdə işlə əlaqədar olaraq Masallı rayonuna gəlmişdir. Masallı rayonuna gəldikdən sonra dostu İsgəndərə zəng etmiş, Masallı rayonunda İsgəndərlə görüşmüş, İsgəndərlə Cəlilabad rayonuna getmişlər. Həmin vaxt İsgəndər Yardımlı rayonunda bibisinin rəhmətə getdiyini ora getmək istədiyini demişdir. O, İsgəndərə uzaq olduğunu gedə bilməyəcəyini demişdir. İsgəndər ona “gedək problem yoxdur, bir gündə bizdə qalarsan” demişdir. İsgəndərlə razılaşıb onunla Yardımlı rayonuna getmişdir. Yardımlı rayonu, Mirimli kəndinə çatdıqda maşını xarab olmuşdur. İsgəndər ona “dayan burda, gedim kömək çağırım” demişdir. Maşında oturmuş, İsgəndər kömək çağırmağa getmiş, İsgəndəri gözləmiş, ancaq İsgəndər qayıtmamışdır. Posta baxanlar ona yaxınlaşıb ondan nə kömək lazım olduğunu soruşmuşlar, o da heç bir kömək lazım olmadığını demişdir. Aradan bir xeyli keçdikdən sonra polis əməkdaşları yaxınlaşmışlar. Ondan burada nə etdiyini soruşmuşlar. Polis əməkdaşlarına maşınının xarab olduğunu, ona görə orada dayandığını demişdir. Polis əməkdaşları onu götürüb polis şöbəsinə aparmışlar. Polis şöbəsində Yardımlı rayonuna hansı səbəbdən gəldiyini soruşmuşlar. O, da İsgəndərin bibisi rəhmətə getdiyi üçün yas mərasiminə gəldiyini demişdir. Verilmiş suallara cavab olaraq Şahid3 bildirmişdir ki, İsgəndər kartının şəkilin çəkib benzin pulunu kartına atacağını demişdir. Yanacaqdoldurma məntəqəsində benzini öz pulu ilə vurmuşdur. İsgəndər ilə 6 saylı Cəzaçəkmə Müəsissəsində bir yerdə cəza çəkmişlər. Ailəvi gediş gəlişi olmuşdur. İsgəndər Sabunçu rayonunda da onunla məhəllə uşağı olmuşdur. İsgəndərin X32 müəssisəsində cəza çəkdiyini bilmişdir. Masallı rayonuna gəlməmişdən bir gün qabaq İsgəndərə zəng edib işi ilə bağlı Masallı rayonuna gələcəyini demişdir. Usta işləyir, evlərin damını yığır. İsgəndər ona yas yeri var, gedək həm də evdəkilər səni görsün demişdir. İsgəndərin anası Cəlilabad rayonunda bacısıgildə qalmışdır. İsgəndərin anası başqa maşınla Cəlilabad rayonuna getmişdir. İsgəndərgil ondan qabaq başqa maşınla danışmışlar. İsgəndərin yoldaşının adını bilməmiş, onun iki övladı olmuş, övladlarından birinin adının Yusif olduğunu bilmişdir. Yardımlı rayonuna gələn zaman İsgəndər yolda heç kimlə telefonla danışmamışdır. İsgəndər onun yanında narkotiklə bağlı heç kimlə danışmamışdır. Maşını “Opel” markalıdır. İsgəndər yolda onun telefonu ilə cəza çəkdiyi məntəqəni yığmış, amma cavab verən olmadığı üçün danışmamışdır. İdarə etdiyi maşın qaynatdığı üçün yolda dayanmışlar. İsgəndər kömək çağırmaq üçün piyada getmişdir. İsgəndər maşın yolu ilə arxa hissəyə düşmüş, başı maşına qarışdığından İsgəndərin hara getdiyinə fikir verməmişdir. İsgəndər gəlmədiyi üçün İsgəndərə zəng etmişdir. ***-***-**-** saylı nömrə ona məxsus mobil nömrədir. İsgəndərə iki dəfə zəng etmiş, İsgəndər telefonu açmamışdır. Günorta təxminən saat 14-15 radələri olardı postdan formada olan əməkdaşlar yaxınlaşıb ondan burada niyə dayandığını soruşmuşlar, o da cavabında Təqsirləndirilən şəxs evinə gəldiyini demiş, sonra şəxsiyyət vəsiqəsini təqdim etmiş, bundan sonra həmin adamlar getmişlər. Ona yaxınlaşanların maşını da xarab olub qalmış, onlar 3 nəfər olmuşlar, onların maşını “UAZ” markalı maşın olmuşdur. Həmin şəxslər ondan “sveça” açarı da istəmişlər. Təxminən 40 dəqiqə və ya 1 saat keçdikdən sonra əməliyyatçılar gəlib maşının yanında saxlayıb ona burada nə gəzirsən demişlər. Əməliyyatçılara İsgəndərgilə gəldiyini demişdir. Həmin vaxtı İsgəndər əməliyyatçıların yanında olmamışdır. Polis əməkdaşları ona şübhəli şəxs olduğunu bildirib onu polis şöbəsinə aparmışlar. Polis şöbəsinə getdikdən sonra İsgəndəri görməmiş, sonradan bilmişdir ki, İsgəndəri narkotik vasitəyə görə saxlamışlar. Mobil telefonu “Redmi” markalı telefondur. Kart onun arvadının adınadır, sms gələndə arvadına gəlir, kartda əməliyyat aparılan zaman onun telefonuna sms gəlməmişdir. Adına olan kart bloklanmış, həmin karta pul köçməmişdir. 2-3 saat polis şöbəsində qaldıqdan sonra onu buraxmışlar. Polis əməkdaşları onu saat 15-16 radələrində saxlamışlar. Həmin vaxta qədər İsgəndəri saxlayıbsaxlamadıqlarını bilməmişdir. İsgəndər maşından düşüb getdikdən sonra, İsgəndəri görməmişdir. Polis şöbəsindən çıxdıqdan sonra Bakı şəhərinə getmiş, İsgəndər həmin vaxtı onunla əlaqə saxlamışdır. Evdə arvadı ona karta pul gəldiyini demişdir. Pul karta axşam radələrində köçmüşdür. İsgəndər kömək dalıyca getdikdən sonra onun yanına qayıtmamışdır. Maşını xarab olmasa idi, maşının həmin yerdə saxlamayacaqdır. İsgəndərlə yanacaqdoldurma məntəqəsinə girmişlər, İsgəndər benzini özü vuracağını demişdir. 4000 manat pul məsələsini polis şöbəsində bilmişdir. İşini polis şöbəsində araşdırmışlar daha sonra onu buraxmışlar. Polis şöbəsindən çıxdıqdan sonra İsgəndər ona zəng edib kartına 4000 manat pul gəlib demişdir. Karta həmin gün pul köçmüşdür. Arvadı ona zəng edib karta pul gəldiyini bildirmiş, arvadına puldan məlumatının olmadığını bildirmişdir. Arvadı həmin puldan istifadə etməmişdir. 23 dekabr 2024-cü il tarixdə kartdan 2 dəfəyə 2000 manat pul çıxarmışdır. Həmin 4000 manat puldan başqa kartına 4000 manat pul köçməmişdir. Vaxtı olmadığı üçün mart ayında gətirib pulu polisə qaytarmışdır. Polis şöbəsindən ona “kartda olan pula əl dəyməməyini” demişlər. Polis şöbəsinə girən zaman İsgəndəri saxladıqlarını deməmişlər, polis əməkdaşları ondan İsgəndərin harada olduğunu soruşmuşlar. Onu buraxan günü polis əməkdaşları İsgəndərin narkotik vasitə ilə saxlanıldığını demişlər. Onu 23 dekabr 2024-cü il tarixdə buraxmışlar. 23 dekabr 2024-cü il tarixdə polis şöbəsində olan zaman karta pul göndərildiyini bilməmişdir. İsgəndər pulun onun tərəfindən göndərildiyini, ona köməklik olunacağını demişdir. Polis əməkdaşları kartda olan 4000 manat pul ilə bağlı ona heç nə deməmişlər. Polis əməkdaşlarının kartda 4000 manat pul olduğunu hardan bildiklərini bilməmişdir. Onun kartda 4000 manat pul olmasından məlumatı olmamışdır. İsgəndər ona dedikdən sonra karta 4000 manat pulun nə üçün köçdüyünü bilmişdir. Polis şöbəsindən çıxdıqdan sonra ona məlumat vermişdir ki, karta 4000 manat pul köçmüşdür. Müstəntiqə kartına 4000 manat pul köçməsi barədə özü məlumat vermişdir. Kartı polis şöbəsində qalmışdı, ona görə də müstəntiqə kartına 4000 manat pul köçməsinə dair məlumat vermişdir. Polis şöbəsindən onu buraxan zaman kartı ona qaytarmamışlar, sonradan kartı ona qaytarmışlar. İsgəndərlə də danışan zaman İsgəndər ona narkotiklə onu tutduqlarını demişdir. Telefonla danışan zaman narkotikdən xəbəri olmadığını demişdir. Sonu 9762 rəqəmlərlə bitən kartı işləmir, bloklanmışdır. Sonu “0907” rəqəmlərlə bitən kart arvadının adına olan kartdır. İsgəndərə kartın şəkilin atmışdır. Polis əməkdaşları onun yanında İsgəndəri döyməmişlər. Suzana İmanova onun baldızıdır. Kart baldızının deyil, arvadının adına olmuşdur. Onun üzərində bir kart olmuşdur. Polis əməkdaşları onun yanında İsgəndərdən pul istəməmişlər. Polis əməkdaşları onun yanında heç kimlə danışmamışlar. Bundan əlavə verilmiş suallara cavab olaraq Şahid3 bildirmişdir ki, karta köçürülən 4000 manat pulu Bakı şəhərində çıxarıb gətirib Yardımlı RPŞ-də müstəntiqə vermişdir. Müstəntiq pulu çıxarıb gətirib onlara verməyini demişdir. Polis şöbəsindən çıxdıqdan təxminən bir-iki həftə sonra pulu aparıb vermişdir. Bakı İstintaq Təcridxanasına İsgəndərin yanına görüşə getməmişdir. İsgəndərlə telefonla əlaqə saxlamışdır. İsgəndər pul ilə bağlı məlumat vermişdir. Karta pulun köçməsini polis əməkdaşı birinci ona demişdir. İsgəndər özü ona zəng etmişdir, İsgəndər karta pul köçdüyünü, həmin pulu çıxarıb atasına verməyini demişdir. İsgəndər pulun nə pulu olduğunu deməmişdir. İsgəndər həmin pulun onun çıxmağına köməyi olacağını demişdir. İsgəndərdən həmin pulun kimin tərəfindən göndərildiyini soruşmamışdır. İsgəndər də ona hər hansı bir məlumat verməmişdir. İsgəndərdən pulun məbləğini soruşduqda İsgəndər karta 4000 manat pul köçürüldüyünü demişdir. İsgəndər ona polis əməkdaşlarının onu tutub karta pul köçürdüklərini deməmişdir. İsgəndərlə danışması barədə müstəntiqə məlumat vermişdir. Kart polis şöbəsində üzərindən aşkar olunmuşdur. Pulun köçməsi barədə arvadı ona məlumat verənə kimi nə İsgəndər nə də polis əməkdaşları pulun köçməsi barədə ona hər hansı məlumat verməmişlər. Polis şöbəsindən çıxıb Bakı şəhərinə gəldikdən sonra karta 4000 manat pul köçməsi barədə müstəntiqə zəng edərək məlumat vermişdir. Müstəntiqlə danışan zaman pulu kartdan çıxarıb gətirib təhvil verməyini demişdir. Pul köçən kartın nömrəsini İsgəndərə verməmişdir. İsgəndərə benzin pulu vurmaq üçün hər hansı bir kart nömrəsi verməmişdir. İsgəndər üzərində olan 4000 manat pul köçürülən kartın nömrəsini bilməmişdir. 4000 manat köçürülən kart polis şöbəsində üzərindən çıxmışdır. Polis şöbəsinə saat 15-16 radələrində aparılmışlar. İsgəndər ona “kart atarsan sənə benzin pulu ataram” demiş, ancaq İsgəndərə hər hansı kart göstərməmiş, verməmiş və şəkilini də atmamışdır. Polis əməkdaşları onları polis şöbəsinə aparan zaman telefonunu ondan almışlar. Polis şöbəsindən buraxıldıqdan sonra telefonunu qaytarmışlar. Onun bir telefonu olmuşdur. Onu saxlayan polis əməkdaşlarının adlarını bilməmiş, ancaq üzdən görsə həmin polis əməkdaşlarını tanıyar. Dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 23 dekabr 2024-cü il tarixdə saat 19:30 radələrində ona əməliyyat məlumatı daxil olmuş və o, dərhal Yardımlı RPŞ-nin rəhbərliyinə məruzə edib, həmin hadisə yerinə getmişdir. Fariz Mahmudov və sahə polis nəfəri Şahid2lə birgə hadisə yerində olan Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər. İsgəndərə əlindəki narkotik vasitələrin daşıması barədə şübhəli olduğu üçün ona qaydaları izah etmişlər. İsgəndərdən əlindəki kisənin nə olduğunu soruşduqda o, iranlı ilə danışdığını və 5000 manat pul müqabilində əlindəki kisəni Bakı şəhərinə aparacağını bildirmişdir. İsgəndər borcu olduğunu və ona 5000 manat məbləğində pul lazım olduğunu demişdir. Videoçəkiliş aparılan zaman onun hər hansı bir etirazının olub-olmadığını soruşmuşlar. İsgəndər videoçəkilişlə bağlı heç bir etirazının olmadığını bildirmişdir. Videoçəkiliş aparıldıqdan sonra, protokolu yerində tərtib edə bilmədikləri üçün RPŞ-nə getmişlər. Verilmiş suallara cavab olaraq Şahid1 bildirmişdir ki, İsgəndərlə Samiri ayrı-ayrılıqda saxlamışlar. Samir maşını yolun kənarında saxlamışdır. İsgəndəri hündürlükdə saxlamışlar, həmin yerə maşın getməzdi. Samiri saxlayan zaman dostunun bibisinin rəhmətə getməsi ilə bağlı rayona gəldiyini bildirmişdir. Samiri saxladıqları ərazi sərhədyanı ərazi olduğuna görə və əməliyyat məlumatı daxil olduğu üçün onu şübhəli şəxs qismində saxlamışlar. Samiri saxlayan zaman o, Təqsirləndirilən şəxs onlarla gəldiyini bildirmişdir. Samiri istintaq orqanı buraxıb o, buraxmamışdır. İsgəndəri “Əli daşı” deyilən yerdə saxlamışlar. İsgəndərin əlində nə olduğunu soruşmuşlar. İsgəndər əlində olan kisədə narkotik vasitə olduğunu bildirmiş, həmin narkotik vasitəni iranlı dediyi adama Bakı şəhərində çatdıracağını və qarşılığında pul alacağını demişdir. İsgəndər hadisə yerinə kiminlə gəldiyini deməmişdir. İsgəndəri saxlayan zaman ona qarşı tabesizlik göstərməmişdir. İsgəndəri saxlayan zaman qaçmamış və yıxılmamışdır. İsgəndər tərəflərindən saxlanılan zaman onun üzərində xəsarət görməmişdir. İsgəndər saxlanılan zaman videoçəkiliş aparılmışdır. Videoçəkiliş saat 19:30 radələrində aparılmışdır. İsgəndəri saxlayan kimi videoçəkiliş aparılmış, onu polis şöbəsinə aparıb daha sonra qaytarıb videoçəkiliş aparmamışlar. Şahid3 İsgəndərdən bir az əvvəl saxlamışlar. Samiri saxlayana qədər İsgəndərlə bir yerdə gəldiklərini bilməmişdir. Samiri saxladıqdan sonra Samir onlara dostu İsgəndərlə gəldiyini bildirmişdir. Samir Masallı rayonuna işləməyə gəldiyini, dostu İsgəndərin bibisi rəhmətə getdiyi üçün onunla Yardımlı rayonuna gəldiyini demişdir. Samiri saxladıqdan sonra dostunun getdiyi istiqaməti soruşmuşlar. İsgəndərin olduğu istiqamət əməliyyat məlumatının daxil olduğu istiqamət olmuşdur. Həmin ərazidə də bir istiqamət olmuşdur. Samiri saxladıqları saatı tam xatırlamamışdır. İsgəndərin üzərində şəxsi axtarışı özü keçirmişdir. İsgəndərin üzərindən “Samsung A12” markalı mobil telefon aşkarlanmışdır. İsgəndərin üzərindən aşkarlanan mobil telefon işlək vəziyyətdə olmuşdur. İsgəndərin mobil telefonuna baxış keçirilən zaman onun telefonunda iran nömrəsi ilə qeyd olunan “Nehmet Qaqa” adı olmuşdur. İsgəndərin telefonunda “Məhərrəm və Nemət” adları olmuş, Vəli adını görməmişdir. İsgəndəri döyməmiş və bununla bağlı rayon prokurorluğunda izahat vermişdir. “Əli daşı” Mirimli kəndinin yuxarı olan hissəsinə deyirlər. Samiri yolun kənarında saxlamışlar. Samiri saxladıqdan 30-40 dəqiqə sonra İsgəndəri saxlamışlar, hər ikinisi polis şöbəsinə gətirmişlər. 4000 manatla bağlı heç bir məlumatı yoxdur. İsgəndərin hansısa X33 Müəsissəsində cəza çəkməsi ilə bağlı heç bir məlumatı olmamışdır. Samiri saxlayan zaman videoçəkiliş aparmamışlar. Samiri saxlayan zaman səhv etmirsə maşınına və üzərinə yerində baxış keçirilmişdir. İsgəndəri saxlayan zaman yerində videoçəkiliş aparılmışdır. İsgəndər barəsində əməliyyat məlumatı 23 dekabr 2024-cü il tarixdə təxminən saat 17-18 radələrində daxil olmuşdur. Əməliyyat məlumatı daxil olana qədər İsgəndəri tanımamış, İsgəndər barəsində heç bir məlumat daxil olmamışdır. Təhqiqatda İsgəndər barədə məlumat olub-olmadığını bilməmişdir. Şöbədən çıxarkən raport yazmışdır. Polis şöbəsindən çıxan zaman İsgəndər barəsində olan portal çıxarılmışdır. Samir barəsində portal çıxarışı çıxarılmamış və Samir barəsində heç bir əməliyyat məlumatı daxil olmamışdır. Ola bilər onun tərəfindən İsgəndər barəsində portal çıxarışı çıxarıldıqdan sonra istintaq orqanı sonradan təkrar portal çıxarışı çıxartsın. İsgəndərin məhkumluğu ilə bağlı sənədlərin çıxarışlarından məlumatı olmamışdır. Samir barəsində çıxarılan sənədlərdən məlumatı olmamışdır. Yardımlı RPŞ-də Rüfət adlı əməliyyat müvəkkili olmamışdır. Şahid7 Yardımlı RPŞ-nin rəisinin sürücüsü vəzifəsində işləyir. İsgəndəri saxlayan zaman Rüfət orada olmamışdır. Polis şöbəsinə gəldikdən sonra maddi sübutu təhqiqatçıya təqdim etmişlər. Samirlə İsgəndəri saxlamaları arasında 1 saat fərq olmuşdur. ***-***-**-** saylı mobil nömrə ona məxsus olmuşdur. Ona məxfi məlumat daxil olmuş və İsgəndərin hansı istiqamətə getdiyini bilmişdir. Əməliyyat tədbirində Şahid2 iştirak etmiş, videoçəkilişi aparan isə Fariz Mahmudov olmuşdur. İsgəndəri saxlayan zaman İsgəndər tək olmuşdur. Rüfətlə Zamir adlı polis əməkdaşı əməliyyat tədbirində iştirak etməmişlər. İsgəndərin mobil telefonunda konum və foto şəkillər olmuşdur. Dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 23 dekabr 2024-cü il tarixdə axşam saatlarında Yardımlı RPŞ-də əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna o, da qəbul edilmişdir. Yardımlı rayonu, Mirimli kəndinə getmişlər. Təqsirləndirilən şəxs birinci Şahid1 daha sonra özü yaxınlaşmışdır. İsgəndəri saxlayan zaman onun əlində qara torba olmuşdur. Rasim İsgəndərdən əlində olan torbada nə olduğunu soruşduqda, İsgəndər əlində olan torbanın içərisində narkotik vasitə olduğunu və Bakı şəhərinə aparacağını bildirmişdir. Daha sonra videoçəkiliş aparılmışdır. Verilmiş suallara cavab olaraq Şahid2 bildirmişdir ki, İsgəndərdən ora necə və kiminlə gəldiyi ilə bağlı heç nə soruşmamışdır. İsgəndərdən narkotik vasitəni nə etdiyini soruşduqda o, 5000 manat borcu olduğunu bildirmiş, narkotik vasitəni satıb pulunu iranlıya ödəyəcəyini demişdir. Yardımlı RPŞ-nin X4 sahə polis nəfəri işləyir və həmin əraziyə baxmışdır. Həmin ərazidə post olmuşdur. İsgəndərin həmin əraziyə kiminlə gəlməsi ilə bağlı məlumatı olmamışdır. Əməliyyat qrupunda iştirak etmişdir. İsgəndəri axşam saatlarında saat 18 radələrində saxlamışlar. Əməliyyat məlumatı əməliyyat aparatına daxil olmuşdur. Samirin saxlanılması ilə bağlı heç nə deyə bilməmişdir. Əməliyyat qrupu ilə İsgəndərin dalınca getmişlər. Videoçəkilişdə iştirak etmişdir. Videoçəkiliş zamanı müdafiəçi və hal şahidi olmamış, videoçəkiliş aparıldıqdan sonra İsgəndəri RPŞ-nə gətirmişlər. Polis şöbəsinə gəlib İsgəndəri təhvil verdikdən sonra çıxıb getmişdir. İsgəndərə heç bir işgəncənin və ya fiziki təsirin olduğunu görməmiş və eşitməmişdir. İsgəndər qaçmağa cəhd etməmiş, özü təslim olmuşdur. İsgəndəri saxladıqları ərazi sərhəddə yaxın ərazidir. İsgəndərin üzərinə baxış onu saxladıqdan sonra aparılmış, həmin vaxtı saat 18-dən sonra olmuşdur. Rasim ilə bir yerdə əməliyyat tədbirində iştirak etmişdir. İsgəndər cığırın yanında dayanmışdır. İsgəndər kəndə tərəf getmişdir. İsgəndərin əlində qara selofan bağlama olmuşdur. Videoçəkilişdən sonra həmin bağlamanı RPŞ-nə aparmışlar. Bağlamalar bir-bir elektron tərəzidə çəkilmişdir. Narkotik vasitənin çəkisi təxminən 6 kq olmuşdur. Videoçəkilişdən sonra narkotik vasitə qablaşdırılmışdır. Narkotik vasitə təhvil verildikdən sonra çıxıb getmişdir. Sonradan eşitmişdir ki, polis əməkdaşları Samir adlı şəxsi də polis şöbəsinə aparmışlar. Samirin İsgəndərdən sonra və ya əvvəl tutulmasını dəqiq deyə bilməmişdir. Samiri polis şöbəsinə kimin gətirdiyini bilməmiş, polis şöbəsinə gəldikdə Samir polis şöbəsində olmuşdur. Rasim əməliyyatın əvvəlindən axırına kimi onunla olmuşdur. İsgəndəri polis şöbəsinə gətirərkən Samir adlı şəxs polis şöbəsində olmuşdur. Rasim Samirin saxlanılmasında iştirak etməmişdir. Polis şöbəsinə gəldikdən sonra Samirlə hər hansı bir söhbət etməmişdir. İsgəndərin Samirlə söhbət etdiyini görməmişdir. Narkotik vasitə çəkilərkən səhv çəkilməmişdir. Narkotik vasitənin hansı növdə olduğunu bilməmişdir. İsgəndəri saxladıqları yer əvvəllər Vəlişli kəndi olmuşdur. İsgəndərin üzərindən aşkarlanan mobil telefona baxış keçirilmiş, amma telefonun içində nə olduğunu bilməmişdir. Narkotik vasitənin qramları ilə bağlı dəqiq heç nə deyə bilməmişdir. İsgəndərə təzə türmədən çıxdığını niyə belə etdiyini demişdir. İsgəndəri saxlayan zaman 4000-5000 manat pul söhbəti olmamışdır. İsgəndər 5000 manat borcu olduğunu bildirmişdir. İsgəndərə iynə vurulmamışdır. Mudafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, 22 dekabr 2024-cü il tarixdə oğlu Təqsirləndirilən şəxs yeni il bayramı yaxınlaşdığından anası ilə birgə Masallı rayonunda yaşayan qızına pay aparmışlar. İsgəndər polis əməkdaşları tərəfindən tutulduqdan sonra 25 dekabr 2024-cü il tarixdə Yardımlı RPŞ-nə İsgəndərin tutulma səbəbini öyrənmək üçün getmiş, lakin oradan ona hər hansı bir məlumat verilməmişdir. 01 yanvar 2025-ci il tarixdə İsgəndərlə görüşmək üçün Kürdəxanı qəsəbəsində yerləşən İstintaq Təcridxanasına getmiş və orada İsgəndərlə görüşmüşdür. İsgəndərdən tutulmağının səbəblərini soruşduqda İsgəndər polis əməkdaşlarının onu döydüklərini və ondan pul istədiklərini bildirmişdir. İsgəndər iranda yaşayan qohumlarının polis əməkdaşlarına 4000 manat pul göndərdiyini demişdir. İsgəndər onlara məlumat vermək istəsə də polis əməkdaşları buna imkan verməmişlər. Polis əməkdaşları İsgəndərin öz telefonu ilə İranda yaşayan qohumları ilə danışdırmışlar. 4000 manat məbləğdə pul Samir adlı adamın kartına göndərilmişdir. İsgəndər ona məlumat verdikdən sonra gəlib iranlı qohumu ilə əlaqə yaratmışdır. İranlı qohumu ona bildirmişdir ki, İsgəndər ona zəng edərək 4000 manat pul istəmiş, o, da həmin məbləğdə pulu göndərilən karta köçürmüşdür. İranlı qohumu pulu 23 dekabr 2024-cü il tarixdə karta köçürmüşdür. İranlı qohumundan rəsmi çekləri istəmiş, sonuncu da həmin çekləri ona göndərmişdir. Samir adlı şəxs İsgəndərdən əvvəl tutularaq RPŞ-nə aparılmışdır. İranlı qohumu ona həmçinin səs yazılarını da göndərmişdir. Verilmiş suallara cavab olaraq şahid Xudaquli Ağayev bildirmişdir ki, səs yazılarında pıçıltı ilə danışılan səslər var. Pıçıltılı səs ilə “3 gəlib deyilir”. X40 rayonunda Cəzaçəkmə Məntəqəsində cəza çəkmiş, ondan aşkarlanan narkotik vasitənin qara bazardan maraqlanmış və qiymətinin çox yüksək olduğunu müəyyən etmişdir. İsgəndərin pulu hardadır, o qədər narkotik vasitəni əldə etsin. 01 yanvar 2025-ci il tarixdə Bakı İstintaq Təcridxanasına İsgəndərin yanına getmiş və İsgəndərlə görüşmüşdür. 24 dekabr 2024-cü il tarixdə İsgəndərin həbs edildiyini bilmiş, 25 dekabr 2024-cü il tarixdə Yardımlı RPŞ-nə gedib polis rəisinin müavini Vüqarın qəbulunda olmuş və İsgəndərlə görüşmək istəmiş, lakin onu görüşdürməmişlər. İsgəndər ona yasa gələrkən polis əməkdaşları tərəfindən saxlanıldığını demişdir. “Əli daşı” adlanan ərazi onların yaşadıqları ərazi deyildir. “Əli daşı” deyilən yer meşəlik ərazidir və Məlikli kəndinə bitişikdir. Polislərin dediyi ərazi ilə “Əli daşı” deyilən ərazi arasında kilo metrlərlə məsafə vardır. “Əli daşı” deyilən yerdə daş yoxdur. X12 xalamın nəvəsidir, Tərbiyyə Yardımlı rayonu, Məlikli kənd sakinidir. Xalası həmin kənddə evli olmuşdur. Tərbiyyə 1990-cı ildə iranlı ilə evlənmiş və hazırda İranda yaşayır. Tərbiyyəgillə bayramlarda əlaqə saxlamışlar. Tərbiyyə ailəsi ilə birgə İranın Germi şəhərində yaşamışdır. Tərbiyyənin ərinin adı Məhərrəmdir, ancaq ona “Nemi” deyirlər. Onların sonuncu dəfə Yardımlı rayonunda nə vaxt olduqlarını deyə bilməmişdir. İranda yaşayan xalası nəvəsi ilə telefon əlaqələri olmuş, xeyirdə-şərdə telefonda danışmışlar. 10 il müddətində Yardımlı rayonu, Mirimli kənd Bələdiyyəsinin sədri olmuşdur. İranlı Məhərrəmin iranda harada və nə işlədiyi barədə məlumatı yoxdur. İsgəndərin tutulmağını 24 dekabr 2024-cü il tarixdə ona qardaşı Daşqın Ağayev demişdir. İsgəndərin tutulmasını qardaşına ərazi icra nümayəndəsi Rasət Nəzərov demişdir. İranlı qohumu “Nemi” ilə səhv etmirsə yanvarın axırı fevral ayının əvvəlində danışmışdır. İranlı qohumlarını özü yığıb danışmışdır. İranlı “Nemi”yə zəng edənə qədər sonuncu ona zəng edərək İsgəndərin tutulduğunu deməmişdir. İranlı qohumu İsgəndərə pulu borc qismində vermişdir. 23 dekabr 2024-cü il tarixdə Yardımlı rayonu, Mirimli kəndində ölən qohumları X16 olmuşdur. İsgəndərin məntəqədən çıxıb gəlib-getməyindən xəbəri olmuşdur. İsgəndərlə bir evdə yaşamışdır. 22 dekabr 2024-cü il tarixdə İsgəndər anası ilə bir yerdə Masallı rayonunda yaşayan qızıgilə getmişdir. İsgəndər anası ilə birgə qızlarına pay aparmışdır. 21 dekabr 2024-cü il tarixdə İsgəndərlə bir yerdə olmuşlar, İsgəndər evdə olmuşdur. Ölən qadın əmisi arvadı olmuşdur. Arvadı yaşlı olduğu üçün yasa gəlməmişdir. Dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, 23 dekabr 2024-cü il tarixdə səhər vaxtı ustası Samirlə bir yerdə Masallı rayonuna işləməyə getmişlər. Samir dostu İsgəndərə zəng edib Masallı rayonunda olunduğunu bildirmiş və görüşmək istədiyini demişdir. İsgəndər Samirə bibisinin rəhmətə getdiyini demiş və onu kəndə düşürməyini bildirmişdir. Samirə həmin oğlanı tanımadığını, çayxanda qalmaq istədiyini demiş, lakin Samir qonaq gəldiklərini, buna görə onunda getməyini demişdir. Yardımlı rayonuna gedərkən Samirin maşının surətlər qutusu xarab olmuş, daha sonra maşının mühərriki qızdırmışdır. Maşın xarab olduqdan sonra İsgəndər kəndə kömək çağırmağa getmişdir. Daha sonra “UAZ” markalı maşın ilə hərbiçilər onlara yaxınlaşmış, onlar da maşınına baxıb düzəltməyin mümkün olmadığını demişlər. 10-15 dəqiqə keçdikdən sonra iki “Niva” markalı maşın ilə polis əməkdaşları gəlib yaxınlaşmışlar. Onlardan orada nə üçün dayandıqlarını soruşmuşlar. Polis əməkdaşları onlara yaxınlaşan zaman saat 14-15 radələri olmuşdur. Verilmiş suallara cavab olaraq Şahid4 bildirmişdir ki, Masallı rayonuna dam vurmaq üçün getmişlər. Samiri 4 il olar ki, tanımış, onunla işlə bağlı tanış olmuşdur. İsgəndəri 1-ci dəfə Masallı rayonunda görmüşdür. Masallı rayonunda müştəri ilə qiymətlə bağlı razılaşmadıqları üçün işi götürməmişlər. Masallı rayonuna 23 dekabr 2024-cü il tarixdə tezdən gəlmişlər, müştəri ilə səhər saat 8-9 radələrində görüşmüşlər. Yola gecə saat 2-də çıxmışlar, həmin vaxtı Samir İsgəndərə zəng etməmişdir. Masallı rayonunda olan zaman Samir İsgəndərə görüşmək üçün zəng etmiş, İsgəndər anasını apardığını, sonra gələcəyini demişdir. Bundan sonra Masallı rayonunda çayxanada oturub İsgəndəri gözləmişlər, 30-40 dəqiqədən sonra İsgəndər ora gəlmişdir. Çayxanadan kənarda İsgəndərlə görüşmüşlər. İsgəndər anasını kəndə düşürdüyünü, bibisinin vəziyyətinin pis olduğunu, ora getməli olduğunu demişdir. İsgəndər anasını digər maşınla Cəlilabad rayonuna aparıb düşürtmüş, onlar isə Samirin idarə etdiyi maşınla İsgəndərgilin arxasınca getmişlər. İsgəndər anası ilə ikisi olmuşlar, İsgəndərgilin getdiyi maşında başqa adamlar olmamışdır. Cəlilabad rayonuna öz maşınları ilə getmişlər, daha sonra Yardımlı rayonuna getmək üçün İsgəndər onların maşınına oturmuşdir. O, maşında arxa oturacaqda oturmuşdur. Maşın xarab olana qədər maşında yatmışdır. O, yuxudan ayılan zaman İsgəndər maşında olmuşdur. Maşının surətlər qutusu xarab olmış, daha sonra mühərrik qızdırmış və remendə nasazlıq yaranmışdır. Maşın köhnə olduğundan çoxlu nasazlıqları olmuşdur. Maşın hündür yolu qalxa bilmədiyi üçün qızdırmışdır. Maşın xarab olan zaman İsgəndər qabaq oturacaqda oturmuşdu, maşından düşmüşlər, həmin vaxtı yoldan “UAZ” markalı maşın keçmiş, kömək istəmişlər, sürücü heyvan apardığını bildirib kömək edə bilməyəcəyini demişdir. İsgəndər kəndə gedib kömək çağıracağını demişdir. İsgəndərin kəndə gedən zaman kiməsə zəng etməyini görməmişdir. İsgəndər maşından düşüb öz yaşadığı kənd istiqamətinə getmişdir. İsgəndər gəldikləri yolun arxa tərəfinə getmişdir. Onlar yasa gedib çata bilməmişlər. İsgəndərin yaşadığı kənd “padyomdan” sonra olmuş, İsgəndər həmin yolla kəndə kömək çağırmağa getmişdir. İsgəndərə hər hansı bir maşının yaxınlaşmağını görməmişdir. İsgəndər qayıtmadığı üçün Samir İsgəndərə zəng etmiş, ancaq İsgəndər telefona cavab verməmişdir. İsgəndər getdikdən 30-40 dəqiqə sonra Samir İsgəndəri yığmışdır. İsgəndər getdikdən 10- 15 dəqiqə sonra hərbiçilər gəlmişlər, onlardan orada nə üçün dayandıqlarını soruşmuşlar, hərbiçilərə avtomibilin xarab olduğunu bildirmişlər. Onlara yaxınlaşan hərbiçilər sərhədçilər olmuşdur. Hərbiçilər ad və soyadlarını soruşduqdan sonra, onlardan sveça açarı istəmişlər. Bundan 15-20 dəqiqədən sonra “Niva” markalı maşın onlara yaxınlaşmışdır. Onlara yaxınlaşan “Niva” markalı mülkü maşın olmuşdur. Həmin “Niva” markalı maşın onlara qarşı tərəfdən yaxınlaşmışdır. “Niva” markalı maşın onlara yaxınlaşıb onlardan hara getdiklərini soruşmuşlar. Onlar da yasa gedən zaman maşınlarının xarab olduğunu demişlər. Polis əməkdaşları onlardan telefonlarını alıb, maşını yoxlamışlar. Onları saxlayandan 3-5 dəqiqə sonra daha bir “Niva” markalı maşınla polis əməkdaşları gəlmişlər. Onları polis maşını ilə polis şöbəsinə aparmışlar. Maşının açarını da onlardan almışlar, sonra polis əməkdaşları maşını polis şöbəsinə aparmışlar. Polis əməkdaşları onlar ilə danışan zaman DSX-nin əsgərləri yanlarında olmuş və danışıqlarını eşitmişlər. Polis əməkdaşları onları saxlayıb maşını yoxlayan zaman və onları polis şöbəsinə apararkən DSX-nin əməkdaşları görmüşlər. Polis əməkdaşlarının ikinci “Niva” markalı maşını gəldikdən sonra, həmin yerə DSX-nin ikinci “UAZ” markalı maşını da gəlmişdir. Polis şöbəsində İsgəndəri görməmişlər. Polis şöbəsində onları dindirən zaman İsgəndərlə bağlı soruşmuşlar. Polis şöbəsində dostu ilə gəldiyini, Yardımlı rayonuna isə yas yerinə gəldiyini demişdir. Həmçinin İsgəndəri tanımadığını demişdir. Polis şöbəsində gecə onlara demişdirlər ki, “siz bura narkotik dalıyca gəlmisiniz”. O, isə etiraz edərək oraya yas mərasiminə gəldiklərini demişdir. İki “Niva” markalı maşından başqa orada hər hansı bir polis maşını görməmişdir. Orada “Pikap” markalı maşın görməmişdir. İsgəndərin “Pikap” markalı maşına oturmağını və ya başqa maşına əyləşməyini görməmişdir. Polis şöbəsinə gəldikdən sonra Samirlə onu ayrı-ayrı otağda saxlamışlar. Polis şöbəsindən Samirlə onu bir yerdə buraxmışlar, onu polis şöbəsində döyən olmamışdır. Samirlə bir yerdə Masallı rayonuna getmişlər. 23 dekabr 2024-cü il tarixdə Yardımlı rayonuna gedərkən saat 16 radələrində polis əməkdaşları onları saxlayıb rayon polis şöbəsinə aparmışlar. 48 saat polis şöbəsində qaldıqdan sonra onları buraxmışlar. Polis şöbəsində vəkili olmamışdır. İsgəndər getdiyi vaxtdan təxminən 1 saat keçmiş polis əməkdaşları onlara yaxınlaşmışlar. Maşın xarab olduğu üçün orada dayanmışlar. İsgəndər maşını saxlamasını Samirə deməmişdir. Onların orada dayanmaq səbəbləri maşının xarab olması olmuşdur. Polis əməkdaşları onlara yaxınlaşan zaman maşında Samirlə özü olmuş, İsgəndər kəndə kömək üçün getmişdir. 25 dekabr 2024-cü il tarixdə axşam tərəfi onunla Samiri polis şöbəsindən buraxmışlar. Həmin vaxta kimi İsgəndəri görməmişdir. İsgəndər maşından düşüb getdikdən sonra Samir onun yanında olmuş, polis əməkdaşları Samirlə onu bir yerdə saxlamışlar. Samirin İsgəndərə hər hansı bir kart şəkli və ya nömrəsini verməsini eşitməmiş və görməmişdir. Samirlə polis şöbəsindən çıxdıqdan sonra Samir karta pul köçürüldüyünü demişdir. Pulun məbləği barədə dəqiq heç nə bilməmişdir. Polis şöbəsindən çıxdıqdan sonra Samirlə sözləri düz gəlməmişdir. O, polis şöbəsində olan zaman evindən telefonuna zəng gəlmiş və ailəsinə narkotiklə bağlı həbs olunduğunu bildirmişdir. Buna görə də Samirlə dalaşmış, bundan sonra Samirlə əlaqəsi olmamışdır. Yardımlı rayonuna gedən zaman Samirlə İsgəndərin arasında benzin pulu ilə bağlı söhbət olmamışdır. Polis şöbəsindən çıxan zaman Samirin maşını polis şöbəsində olmuşdur. Samirin atası gəlib maşını düzəltmişdir. Latın qrafikası ilə oxuyub yaza bilməmişdir. Polis şöbəsində bir polis əməkdaşı ifadəsini oxumuşdur. ***-***-**-** saylı mobil nömrəsi üzərində olmuşdur. Polis əməkdaşları onları saxlayan zaman üzərinə baxış keçirmişlər, üzərindən nə var idisə götürmüşlər. Üzərində heç nə qalmamışdır. Samirin də üzərində nə var idisə götürmüşlər. Samirin üzərindən kart aşkar olunduğunu görməmişdir. Bundan əlavə verilmiş suallara cavab olaraq Şahid4 bildirmişdir ki, ***-***-**-** saylı mobil nömrə ona məxsusdur, saxlanılan zaman isə üzərində ***-***-**-** saylı mobil nömrə olmuşdur. Məhkəmənin təşəbbüsü ilə əlavə şahid qismində dindirilmiş X20 ifadəsində bildirmişdir ki, 23 dekabr 2024-cü il tarixdə Yardımlı RPŞ-nin X7 əməliyyat müvəkkili Şahid1 otağında olan zaman ona zəng edib əməliyyat tədbiri olduğunu, onun da həmin əməliyyat tədbirinə daxil edildiyini bildirmişdir. Kameranı götürüb onlarla bir yerdə polis şöbəsindən çıxmışdır. Şahid1 və Şahid2lə birgə Yardımlı rayonun, Mirimli kəndi ərazisinə getmişlər və həmin ərazidə əməliyyat tədbiri qurulmuşdur. Tədbir əməliyyatçının tədbiri olduğu üçün məlumatlar onda olmuşdur. Hava qaranlıq olmuş və onlar öz yerlərini tutmuşlar. Daha sonra hərəkətə keçib Təqsirləndirilən şəxs saxlamışlar. İsgəndərə xəbərdarlıq olunduqdan sonra üzərinə videoçəkilişə baxış keçirilmişdir. İsgəndərin üzərindən mobil telefon, 20 manat pul aşkarlanmışdır. İsgəndərin əlində qara rəngli bağlama olmuşdur. Həmin qara bağlamaya baxış keçirilən zaman bağlamının içindən bükümlər aşkarlanmışdır. Bağlamının içində olan bükümlərdə heroinə bənzər kütlələr aşkarlanmış, həmin kütlələrə baxış keçirilmiş və elektron tərəzidə çəkilib yenidən qablaşdırılmışdır. Videoçəkiliş bitdikdən sonra RPŞ-nə getmişlər. Verilmiş suallara cavab olaraq şahid Fariz Mahmudov bildirmişdir ki, tədbirə başlayan zaman saat 18-19 radələri olardı. İsgəndəri saxlayan zaman İsgəndərin yanında başqa adam olmamışdır. İsgəndəri saxlayan zaman ətrafda hər hansı bir maşın və ya kənar adamlar olmamışdır. İsgəndərin hadisə yerinə necə gəldiyi ona məlum olmamışdır. Əməliyyat tədbiri zamanı Vüqar, Rüfət və Zamir orda olmamışlar. Zamir PPX-nin əməkdaşıdır. Hadisə yerinə əməliyyat müvəkkili Şahid1 ilə bir yerdə gəlmişdir. Əməliyyat tədbiri zamanı üzərində ***-***-**-** saylı mobil nömrə olmuşdur. İsgəndər hadisə yerinə gəldikdən sonra əməliyyat çəkilişi başlamışdır. Onlar gələn zaman gecə olduğu üçün kameranı işə salsa idi, kameranın işığı yanacaqdı və tədbir pozula bilərdi. Hadisə yerinə çatdıqdan bir dəqiqədən sonra baxış keçirilmişdir. Əvvəldən sona kimi əməliyyat tədbirində iştirak etmişdir. İsgəndəri saxladıqdan bir dəqiqədən sonra videoçəkiliş başlamışdır. Tədbir onun tədbiri olmamış, İsgəndərin ora haradan və necə gəldiyini bilməmişdir. İsgəndərin saxlanılma anını görmüşdür. Rasim İsgəndərə yaxınlaşıb onu tutmuşdur. İsgəndərin əlində qara selofan torba olmuşdur. İsgəndərin üzərinə baxışı İsgəndəri saxladıqları ərazidə keçirmişlər. Əməliyyat tədbirini quran şəxslər İsgəndərin hardan gəlib keçəcəyini bilmişlər. Məhkəmənin təşəbbüsü ilə əlavə şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, 23 dekabr 2024-cü il tarixdə Yardımlı RPŞ-nin rəisi xəstəliyi ilə əlaqədar olaraq rayonda olmadığı üçün rəis vəzifəsini icra etmişdir. Yardımlı RPŞ-nin X7 əməliyyat müvəkkili Şahid1 “raport”la məruzə edərək İsgəndər adlı şəxsin külli miqdarda narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından gətirilməsi ilə bağlı və iranlının tapşırığına əsasən hansısa ünvana aparılması ilə bağlı əməliyyat məlumatının daxil olduğunu bildirmişdir. Bununla bağlı əməliyyat qrupu yaradılmış və əməliyyat qrupuna Şahid1, ekspert kriminalist və əməliyyat qrupunda olan digər əməkdaşlar daxil olmuş, əməliyyat məlumatı ilə əlaqədar olaraq əraziyə çıxmışlar. Daha sonra polis şöbəsində polis nəfərləri ilə birgə digər istiqamətdə, yəni ehtimal olunan yollara baxış keçirimək məqsədilə dağlıq ərazilərə getmişlər. Əraziyə günortadan sonra saat 16-17 radələrində getmişlər. Əraziyə çıxarkən İsgəndər saxlanılmamış, sonra əməliyyat müvəkkili Şahid1 ona zəng edərək İsgəndəri külli miqdarda narkotik vasitə ilə saxladıqlarını demişdir. Rasimə videoçəkilişi aparmalarını və hadisə yerinə gəldiyini demişdir. Hadisə yerinə gələn zaman artıq videoçəkiliş bitmişdir. Saxladıqları vətəndaşı polis şöbəsinə aparan zaman Dövlət Sərhəd Xidmətinin əməkdaşı ona zəng edərək ərazidə maşın var və iki nəfər şəxsin özlərini şübhəli apardıqlarını demişlər. Həmin vaxtı DSX-nin əməkdaşı ilə mütəmadi əlaqə saxlamışdır. Daha sonra markasını xatırlamadığı qırmızı rəngli maşına yaxınlaşıb kim olduqlarını soruşmuş, maşında olan şəxslərdən biri, əvvəllər İsgəndərlə həbsdə olan şəxs olduğunu, bir gün qabaq Cəlilabad rayonunda görüşdüklərini və Yardımlı rayonuna gəldiklərini demişdir. Yardımlı rayonuna çatdıqdan sonra İsgəndər onlara burada onu gözləməklərini deyib və yas yerinə dəyib qayıdacağını bildirmişdir. Onları saxladıqları ərazi dağlıq ərazi olmuş, o, ərazidə heç bir yas mərasimi olmamışdır. Saxladıqları hər iki şəxsi istintaqa təhvil vermişlər. Verilmiş suallara cavab olaraq Şahid6 bildirmişdir ki, İsgəndərin üzərinə videoçəkilişlə baxış keçirdikdən sonra qayıtmışlar və digər iki nəfəri saxlamışlar. İki nəfər şəxsi saxlayan zaman DSX-nin hərbiçiləri orada olmuşdur, yaxınlaşıb özlərini təqdim etmişlər və burada niyə dayandıqlarını soruşmuşlar. Onlar İsgəndəri gözlədiklərini və İsgəndərin yas yerinə dəyib qayıdacağını demişlər. Maşının yanında dayanan iki nəfər şəxsdən İsgəndəri neçə saat gözlədiklərini soruşmamışdır. Maşını idarə edib polis şöbəsinə gətirmişlər, maşın xarab olmamışdır. Onlar istəsələr də belə gəldikləri maşınla həmin yolu qalxa bilməzdilər. İsgəndər kəndə kömək çağırmağa getməmişdir. Asfalt yol Yardımlı rayonu ilə Cəlilabad rayonunun arasında olan asfalt yoldur. Yoxuşlu olan yol asfalt yol deyil, həmin ərazidə bir asfalt yol vardır. Həmin asfalt yolun enişi və yoxuşu var, ancaq nəqliyyat vasitələri sərbəst hərəkət edə bilirlər. Mirimli kəndində yas yeri ola bilər, ancaq İsgəndər yas yerinə getməmişdir. Yas yerinə gedən çöllük ərazidə gözləyə bilməzdi. Onlar kəndi 8 km keçib qarşıya getmişdilər. X15 sərhəd olan ərazidə saxlamışlar. “Əlidaşı” yeri barədə heç nə deyə bilməmiş, ancaq ətrafda ziyarətgahlar vardır. Əməliyyat qrupunda olmamış, həmin vaxtı rəis vəzifəsini icra etmişdir. İsgəndər sərhəddə çatmaq üçün maşından düşüb təxminən 5 km yol getməlidir. Sərhəddə getmək üçün mütləq kəndi keçib getməlidir. İsgəndər yaşadığı kəndi keçib Cəlilabad rayonu istiqamətinə getmişdi, ziyarətgaha çatmamış maşını saxlayıb oradan da narkotiki götürdüyü yerə piyada getmişdir. Maşını İsgəndərin yaşadığı Mirimli kəndindən təxminən 3 km keçdikdən sonra saxlamışlar. Əgər İsgəndər yas yerinə gedirdisə o, yas yerindən 3 km qabağa getməməli idi. Onlar maşını Cəlilabad rayonu ilə Yardımlı rayonu arasında olan sahibsiz bir ərazidə saxlamışdılar. Maşını bir azda qabağa getmiş olsa idi kəndlərinə çata bilərdilər. Maşının hansı istiqamətdən gəldiyini xatırlamamışdır. Maşının dayandığı yerdə sərhədçilər dayanmışdır. Hadisə yerində olan sərhədçilərin ad soyadını bilməmişdir. Orada olan sərhədçilərin çoxu əsgərlər olmuşlar. Onların da sərhəddin pozulması ilə bağlı məlumatları olmuşdur. 4000 manat pul ilə bağlı müstəntiq ona məlumat vermişdir. Narkotik vasitəni İsgəndərə göndərən Məhərrəm adlı iranlı İsgəndərin qohumudur. Məhərrəmin arvadı İsgəndərin həmkəndlisidir və onun qohumudur. Məhərrəm adlı iranlı İsgəndərə narkotik vasitə göndərib, İsgəndər də narkotiki pul qarşılığında Bakıya, Şəkiyə, Sumqayıta aparmalı olmuşdur. Sonradan istintaq müəyyənləşdirmişdir ki, narkotik vasitəni ünvana çatdırmaq müqabilində İsgəndərin kartına pul köçürülmüşdür. Kart İsgəndərlə bir yerdə həbsdə olan şəxsə aid olan kart olmuşdur. Onlar bir yerdə gəlmişdilər, lakin istintaq bunu sübut etməmişdir. Həmin şəxslər də bilavasitə İsgəndərlə birlikdə cinayətin törədilməsində iştirakçı olmuşlar. İsgəndərin saxlanılmasını ona təxminən saat 18 radələrində məruzə etmişlər. İsgəndərin saxlanıldığı əraziyə gedərkən Rüfətlə Zamir onunla bir yerdə olmuşlar. Mudafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, 23 dekabr 2024-cü il tarixdə günortadan sonra saat 15-16 radələrində polis şöbəsinin həyətində olan zaman polis şöbəsinin əməliyyat üzrə rəis müavini və həmin vaxt rəis əvəzi olan Şahid6 ona və Şahid7 birgə əraziyə çıxmağı bildirmişdir. Ərazidə olduqları vaxt Yardımlı rayonundan Cəlilabad rayonu istiqamətinə getmişlər, həmin ərazidə maşınla hərəkətdə olan zaman Vüqara zəng gəlmişdir. Vüqar telefonla danışdıqdan sonra onlara bildirmişdir ki, Şahid1 Şahid2lə birlikdə üzərində narkotik vasitə olan şəxsi saxlamışlar. Deyilən istiqamətə getmişlər. Həmin əraziyə çatdıqda artıq videoçəkiliş qurtarmış və onlar maşına əyləşməyə hazırlaşırmışlar. Daha sonra onlar da əməliyyatçıların arxasınca getmişlər, yolda olan zaman Vüqara DSX-nin əməkdaşlarından zəng gəlmişdir. Vüqara bildirmişlər ki, şübhəli şəxs maşın ilə gəlmişdir. Maşının olduğu əraziyə getmişlər, həmin vaxt onlar maşından düşməmişlər. Vüqar özü maşından düşmüşdür. Daha sonra əməliyyat müvəkkili Şahid1 maşından düşmüş, həmin maşını polis şöbəsinə göndərmişdir. Onlar ərazidə qalmışlar. Verilmiş suallara cavab olaraq Şahid5 bildirmişdir ki, İsgəndərin hadisə yerinə kiminlə gəlməsi və necə gəlməsi ilə bağlı məlumatı olmamışdır. İsgəndəri saxladıqları yerdən geri qayıdan zaman yolda balaca qırmızı maşın dayanmışdır. Həmin maşının yanında iki nəfər dayanmışdır. Həmin şəxsləri Şahid1 başqa maşın ilə polis şöbəsinə aparmışdır. Maşının yanında dayanan iki nəfər şəxsin İsgəndərlə gəlmələri ilə bağlı məlumatı olmamış, çünki həmin vaxtı maşından düşməmişdir. Yolun kənarında dayanan maşının hardan gəlib hara getiyini bilməmişdir. İsgəndəri polis şöbəsində görmüşdür. İsgəndəri görən zaman hava qaralmış, təxminən saat 19 radələri olmuşdur. Vüqarla İsgəndərin saxlanıldığı əraziyə getdikdə artıq videoçəkiliş olub yekunlaşmışdır. Videoçəkiliş Mirimli kəndinin yuxarı hissəsində aparılmışdır. İsgəndər Mirimli kəndinin ərazisində saxlanılmışdır. İsgəndərin əlində olan bağlamanı görməmişdir. 4000 manat pulla bağlı bir məlumatı olmamışdır. ***- ***-**-** saylı mobil nömrə hadisə vaxtı üzərində olmuşdur. Hadisə yerinə Vüqarla bir yerdə videoçəkilişdən sonra gəlmişlər. Ola bilər İsgəndər onu səhv salır. İsgəndər saxlanılan zaman orada olmamışdır. 2-3 saat İsgəndərin yanında maşında oturmamışdır. İsgəndərin mobil telefonu ilə heç kimə zəng etməmişdir. İsgəndərə “səbrli ol qoy Vüqar müəllim gəlsin” sözünü deməmişdir, İsgəndəri döyməmişdir. İsgəndər saxlanılana qədər onu tanımamışdır. İsgəndərin onun adını hardan öyrənməsini deyə bilməmişdir. Mudafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid7 ifadəsində bildirmişdir ki, Vüqar rəis əvəzi olduğu vaxt günortadan sonra Vüqar onu çağırıb maşını sürməyini demişdir. O, Zamir və Vüqarla birlikdə maşına oturmuşlar. Vüqar işlərinin olduğunu demişdir. Əvvəl Yardımlı rayonu, Ərçilə kəndinə getmişlər. Həmin kənddə ocaq olmuşdur. Ərazidə olan zaman axşam üstü hava qaralmışdı, Vüqara həmin vaxtı zəng gəlmişdir ki, narkotiklə adam saxlanılmışdır. Deyilən əraziyə getmişlər. Onlar hadisə yerinə çatan vaxt videoçəkiliş qutarmışdır. Geri qayıdan zaman DSX-nin əməkdaşları maşını saxlamışlar və şübhəli şəxslər olduqlarını demişlər. Maşının qırmızı rəngli maşın olmuşdur. Onlar ərazidə qalmışlar, həmin vaxtı polis şöbəsinə getməmişlər, təxminən 1 saat sonra polis şöbəsinə getmişlər. Polis şöbəsində də İsgəndərlə əlaqəsi olmamışdır. Verilmiş suallara cavab olaraq Şahid7 bildirmişdir ki, İsgəndərin saxlanıldığı əraziyə gələn zaman İsgəndəri orada görməmişdir. Videoçəkiliş aparılan yerə getdiyində hava qaralmışdır. İsgəndərin saxlanılmasına dair məlumat gələn zaman Vüqarla bir yerdə eyni maşında olmuş, həmin vaxtı Zamirdə onlarla bir yerdə olmuşdur. Zamir maşından düşüb əməliyyatçıların yanına getməmişdir. İsgəndəri RPŞ-də görmüşdür. İsgəndəri saxlanılan zaman görməmiş, polis şöbəsində görən zaman adını bilməmişdir. İsgəndərin onu hardan tanıdığını bilməmişdir. O, İsgəndəri tanımamışdır. İsgəndərin saxlanılması yerində olmamışdır. Onlar hadisə yerinə çatan zaman İsgəndəri görməmiş, onlar artıq maşınlarda olmuşlar. 4000 manatla bağlı heç bir məlumatı olmamışdır. ***-***-**-** saylı mobil nömrə üzərində olmuşdur. Qırmızlı rəngli maşın Ərsilə kəndi ərazisinə tərəf dayanmışdır. Ərsilə kəndini keçdikdən sonra Mirimli kəndinə gedirsən. Hadisə baş verən günü Mirimli kəndində yas mərasimin olub-olmadığını bilməmişdir. İsgəndərə telefonunu çıxarıb iranlı ilə danışmasını deməmişdir. Mudafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X21 ifadəsində bildirmişdir ki, 23 dekabr 2024-cü il tarixdə karta köçürülən vəsait ya saat 18:00-dan sonra göndərilib, ya da qeyri-iş günü göndərildiyindən vəsait karta 24 dekabr 2024-cü il tarixdə köçürülmüşdür. Verilmiş suallara cavab olaraq şahid Yusif Mirzəzadə bildirmişdir ki, pulun İran İslam Respublikasından göndərilməsi ilə bağlı məlumat olmamışdır. İrandan kartdan karta pul atmaq olmur. Gün ərzində saat 18:00-dan sonra karta göndərilən pul karta köçür, lakin bank əməliyyat sistemində vəsaitin karta köçürülməsi növbəti günə düşür. Kart hesabında əməliyyat getmirsə “overdraft” yaranmır. Pul kartdan “m10”na ineqrasiya edilibsə qəbzi “m10” verməlidir. Karta daxil olan vəsaitdə gecikmə olursa vəsait növbəti günə qeydə alınır. Karta pul daxil olduqdan sonra müştəri həmin puldan istifadə edə bilir, müştəri əməliyyat tərəfini görmür. İran İslam Respublikasından Azərbaycan Respublikasına bir-başa pul köçürmələri yoxdur. Mudafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X13 ifadəsində bildirmişdir ki, 4000 manat pul ilə bağlı 24 dekabr 2024-cü il tarixdə şahid qismində dindirdiyi Şahid3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxslə yol gələrkən İsgəndər ona əziyyət çəkib onu Cəlilabad rayonundan Yardımlı rayonuna apardığı üçün benzin pulu verəcəyini demişdir. İsgəndər ona üzərində pul olmadığını, kartını ona verməyi və kartına pul köçürəcəyini demişdir. İsgəndər benzin pulu vermək adı ilə Samirdən kartı istəmiş, Samir də kartının şəklini çəkib İsgəndərə vermişdir. İsgəndəri polis əməkdaşları saxlayan zaman onun mobil telefonuna baxış keçirilərkən telefonda ödəniş çekləri və kart şəkilləri görünmüşdür. İsgəndərin “X53” adı ilə qeyd olunmuş iranlı ilə yazışmaları müəyyən edilmişdir. Bunlara əsaslanaraq Samirin istifadəsində olan kartları götürüb səhv etmirsə 23 yoxsa 27 dekabrda vəsatətlə prokurora müraciət etmiş, prokuror təqdimat vermişdir. Qeyri iş günlərinə düşdüyü üçün yanvar ayının ortalarında məhkəmə qərarını Kapital Banka göndərmişdir. 22 fevral 2025-ci il tarixdə bankdan cavab almışdır. Bank məlumatlarında 400, 700, 1900 və 1000 manat məbləğində pulların 4 dəfəyə karta köçürülməsi qeyd olunmuşdur. Samir 20 fevral 2025-ci il tarixdə tərəfindən dindirilən zaman ifadəsində qeyd etmişdir ki, polis şöbəsindən çıxdıqdan sonra arvadı ona karta 4000 manat pul köçdüyünü demişdir. O, da fikriləşmişdir ki, ola bilər kimsə yanlışlıqla pul köçürüb və ya da başqa dələduzluqla karta pul köçürülmüşdür. Buna görə o, da puldan istifadə etməmişdir. Daha sonra Samir ifadə verərkən bildirmişdir ki, İsgəndər Bakı İstintaq Təcridxanasında olan zaman onunla telefonla danışarkən Samirə həmin pulu iranlı onun üçün köçürdüyünü, həmin pulun ona çatmalı olduğunu demişdir. Samir həmin pulu verə bilməyəciyini İsgəndərə demişdir. 04 mart 2025-ci il tarixdə Samir həmin pulu gətirib təhvil vermişdir. Verilmiş suallara cavab olaraq şahid Peyman Almaszadə bildirmişdir ki, Samiri şübhəli şəxs qismində tutmamışdır. 24 dekabr 2024-cü il tarixdə saat 15-17 radələrində iki nəfər şəxsi dindirmişdir. Samir 4000 manat məbləğdə pulu ona 04 mart 2025-ci il tarixdə təhvil vermişdir. Pul Samirin kartına 23 dekabr 2024-cü il tarixdə köçmüşdür. Samir ifadə verdikdən sonra bu xüsusatla bağlı İsgəndəri dəvət etmiş, İsgəndər həmin pulu iranlı qohumunun göndərdiyini demişdir. Səhv etmirsə İsgəndərin mobil telefonunda kartın şəkli olmuşdur. Samirin kartına köçürülən 4000 manat pulu kartdan çıxarıb-çıxarmamağı ilə bağlı məlumatı olmamışdır. Mirimli kəndi ərazisində narkotik vasitəyə baxış keçirilmişdir. X1 İsgəndərin qısa müddətə məzuniyyətə çıxdığını demişlər. Daha sonra 11 saylı X32 Müəsissəsinə sorğu vermişdir. 11 saylı X32 Müəsissəsindən sorğuya cavab olaraq İsgəndərin "xxxx" MMC-də işlədiyi barədə məlumat verilmişdir. Sonradan ona məlum olmuşdur ki, İsgəndərin əmək qabiliyyəti olmamış və ikinci dərəcəli əlilliyi vardır. İsgəndərin mobil telefonunda olduğu ərazinin videogörüntüsü vardır. Beləliklə, ibtidai istintaq, həm də məhkəmə baxışında toplanmış sübutların məhkəmə tərkibi tərəfindən müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilməsi nəticəsində Təqsirləndirilən şəxs təqsirinin sübuta yetmədiyi müəyyən edilmişdir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -“cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 24 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 6230,68 qram çəkidə xüsusilə külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülməsi faktı əsasında toplanmış material üzrə Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq istintaq aparılmışdır.(i.v.1-52) -NMQ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən tərtib edilmiş 23 dekabr 2024-cü il tarixli “raport”da Təqsirləndirilən şəxs qaçaqmalçılıq yolu ilə Yardımlı rayonu ərazisindən külli miqdarda narkotik vasitələr əldə edərək Bakı şəhərində özünə məlum olan ünvana daşıması göstərilmişdir.(i.v.4) -“əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” 23 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Yardımlı RPŞ-nə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncu 23 dekabr 2024-cü il tarixdə saat 19:30 dəqiqədə Yardımlı rayonu Mirimli kəndi ərazisində saxlanılmışdır. Təqsirləndirilən şəxs üstü yoxlanılan zaman videoçəkilişdən istifadə olunacağı barədə xəbərdarlıq edilmiş, sonuncu etiraz etməmişdir. Təqsirləndirilən şəxs əlindəki qara rəngli kisədə nə olduğu soruşulmuş, o həmin qara rəngli kisədə narkotik vasitə olduğunu, həmin narkotik vasitəni İran İslam Respublikası vətəndaşının dediyi yerdən götürdüyünü bildirmişdir. O, həmin narkotik vasitəni Bakı şəhərinə aparacağını və bunun müqabilində İran İslam Respublikası vətəndaşının ona 5000 (beş min) manat pul verəcəyini demişdir. Həmin şəxsin saxlanılan zaman paltarlarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan Təqsirləndirilən şəxs üzərində yoxlama aparılmışdır. Əynindəki gödəkçəsinin sağ yan cibindən 1 (bir) qutu ‘Winchester” markalı siqaret, 1 (bir) ədəd alışqan, əynindəki qara rəngli cins şalvarın sol arxa cibindən 1 (bir) ədəd 20 manatlıq pul əskinazı, 1 ədəd 10 manatlıq pul əskinazı 8 (səkkiz) ədəd 1 manatlıq pul əskinazları, sağ arxa cibindən isə 1 (bir) ədəd “Samsung A12” markalı mobil telefon aşkar olunmuş, üzərindən başqa əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs İran İslam Respublikası vətəndaşı ilə necə əlaqə saxladığı soruşulmuşdur. O, da “Samsung A12” markalı mobil telefonunda istifadə etdiyi "WhatsApp" proqramı vasitəsi ilə əlaqə saxladığını bildirmişdir. İstifadə etdiyi "WhatsApp" proqramına daxil olan zaman “X52” adı ilə qeyd olunmuş, İran İslam Respublikası mobil operatoruna məxsus +98 914 *** **** saylı nömrə ilə danışıqlar apardığı müəyyən edilmişdir. Təqsirləndirilən şəxs əlindəki 1 (bir) ədəd qara rəngli kisəyə baxış keçirilmişdir. Həmin qara rəngli kisənin içərisindən 1 (bir) ədəd iplə bağlanmış qara rəngli kisə aşkar edilmişdir. Həmin qara lənglı kisədən 1 (bir) ədəd sellofan torba və 2 (iki) ədəd sellofan bükülü aşkar olunmuşdur. Sellofan bükülüdən də 5 (beş) ədəd sellofon bükülü aşkar olunmuşdur. Birinci sellofan bükülüdən narkotik vasitə heroinə oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 1005 qram olmuş, ikinci sellofan bükülüdən narkotik vasitə heroinə oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 1060 qram olmuşdur. Üçüncü sellofan bükülüdən narkotik vasitə heroinə oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 1060 qram olmuşdur. Dördüncü sellofan bükülüdən narkotik vasitə heroinə oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 1060 qram olmuşdur. Beşinci sellofan bükülüdən narkotik vasitə heroinə oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 1100 qram olmuşdur. Altıncı sellofan bükülüdən narkotik vasitə heroinə oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 1115 qram olmuş, yeddinci sellofan bükülüdən narkotik vasitə heroinə oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 500 qram olmuşdur. Aşkar olunmuş narkotik vasitə heroinə oxşar kütlələr 1 (bir) ədəd qara rəngli kisədə qablaşdırılaraq möhürlənib götürülmüş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılan zaman polis əməkdaşları tərəfindən hər hansı bır fiziki və ya psixi zora məruz qalıb qalmadığı soruşulmuş, o da heç bır fiziki və ya psixi zora məruz qalmadığını bidirmişdir.(i.v.9-11) -“cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulması haqqında” 23 dekabr 2024cü il tarixli protokoldan görünür ki, faktiki azadlığı 23 dekabr 2024-cü il tarixdə, saat 19:30dan məhdudlaşdırılmış Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:40-da şübhəli şəxs qismində tutulmuşdur.(i.v.26) -“məhkəmə fiziki-kimyəvi ekspertizası”nın 24 dekabr 2024-cü il tarixli, 19/792 №-li rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində "Şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitə heroinə oxşar kütlələr......" sözlər və imzalar olan bir ədəd kisədəki, 7 ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri: -960,0 qr: - 965,0 qr: -1000,0 qr: -935,0 qr: -990,0 qr: -1000,0 qr: -380,68 qram: ümumi təmiz çəkisi: -6230,68 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər.(i.v.45-48) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 25 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Yardımlı Rayon Məhkəməsinin 25 dekabr 2024-cü il tarixli, 4(038)-35/2024 nömrəli qərarı ilə barəsində 4 (dörd) ay həddində həbs qətimkan tədbiri seçilmişdir.(i.v.72- 73, 91-93) -“maddi sübutun tanınması və təhvil verilməsi haqqında” 26 dekabr 2024-cü il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalan 01 (bir) ədəd qəhvəyi rəngli kağız paketdə 6229,98 qram çəkidə xüsusilə külli miqdarda narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Yardımlı RPŞ-nin maddi sübutların saxlancına təhvil verilmişdir.(i.v.99-100) -“baxış keçirilməsi haqqında” 27 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona məxsus 01 (bir) ədəd “Samsung Galaxy A12” markalı mobil telefonda ***-***-**-** saylı mobil nömrədən istifadə etmişdir. Təqsirləndirilən şəxs ***-***-**- ** saylı mobil nömrədə “WhatsApp” ani mesajlaşma tətbiqindən istifadə etmişdir. Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrə vasitəsi ilə istifadə etdiyi “WhatsApp” ani mesajlaşma tətbiqinə daxil olan zaman “X53” adı ilə İran İslam Respublikası mobil operatoruna məxsus +98 914 803 1930 saylı nömrənin qeyd olunduğu və həmin nömrə ilə mütəmadi danışıqlar aparması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs məxsus 01 (bir) ədəd “Samsung Galaxy A12” markalı mobil telefonun “Telefon” bölməsinə daxil olduqda İran İslam Respublikası mobil operatoruna məxsus “Cemwid Vahib” adı ilə qeyd olunmuş +98 903 253 4176 saylı, “memed Subhan” adı ilə qeyd olunmuş +98 936 676 8546 saylı, “Miladın Atası” adı ilə qeyd olunmuş +98 914 953 1387 saylı və “X54” adı ilə qeyd olunmuş +98 991 478 3129 saylı mobil nömrələrin qeyd olunduğu müəyyən edilmişdir. Həmin telefonun “Qalareya” bölməsinə daxil olan zaman Təqsirləndirilən şəxs 23 dekabr 2024-cü il tarixdə saat 15:01 və 15:02 dəqiqələrdə Yardımlı rayonu, Mirimli kəndinin İran İslam Respublikası ilə sərhədə yaxın ərazilərində olduğu, xalq arasında “Əli daşı” adlanan yerin foto, eləcə də İran İslam Respublikası ərazisində yerləşən kəndin videogörüntülərini çəkdiyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs “Samsung Galaxy A12” markalı mobil telefonda istifadə etdiyi “WhatsApp” ani mesajlaşma tətbiqində “24 saatlıq standart mesaj taymeri” funksiyası aktiv olduğundan onun “X53” adı ilə qeyd olunmuş İran İslam Respublikasının mobil operatoruna məxsus +98 914 803 1930 saylı nömrə ilə apardığı yazışmalar, eləcə də göndərdiyi səslər silinmiş, bu səbəbdən onların məzmununu müəyyən etmək mümkün olmamışdır. Baxış zamanı aşkar olunmuş videogörüntü 01 (bir) ədəd CD-yə köçürülərək və 1 (bir) ədəd fotoşəklin əksi əldə edilərək protokola əlavə edilmişdir. Baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən digər sübutlar aşkar olunmamışdır.(i.v.107-110) -“təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında” 31 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir.(i.v.175-179) -“baxış keçirilməsi haqqında” 01 fevral 2025-ci il tarixli protokoldan görünür ki, DİN-nin Baş İnformasiya Kommunikasiya İdarəsindən alınmış Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin danışıqları və anten siyahısı olan 1 (bir) ədəd diskə baxış keçirilmiş və iş üzrə əhəmiyyət kəsb edən sübutlar aşkar olunmamışdır.(i.v.180) -“maddi sübutun tanınması və təhvil verilməsi haqqında” 01 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1 (bir) ədəd “Samsung Galaxy A12” markalı mobil telefon maddi sübut kimi tanınmış və saxlanılması üçün Yardımlı RPŞ-nə təhvil verilmişdir.(i.v.254-255) -“təqdim edilmiş pul vəsaitinin götürülməsi və baxış keçirilməsi haqqında” 04 mart 2025-ci il tarixli protokoldan görünür ki, Şahid3 təqdim etdiyi 4000 manat məbləğdə pul götürülmüşdür. (i.v.259-260) -“maddi sübut kimi tanınması və saxlanılması üçün təqdim ediməsi haqqında” 05 mart 2025-ci il tarixli qərardan görünür ki, 4000 manat məbləğdə pul vəsaiti maddi sübut kimi tanınmış və müvafiq bankda saxlanılmasının təmin edilməsi üçün Yardımlı RPŞ-nin Maliyyə hissəsinə təhvil verilmişdir. (i.v.262-264) -“ambulator məcburi-narkoloji tibbi yoxlama”nın 03 fevral 2025-ci il tarixli, 49 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixi və fiziki asıllıq olmadan narkotik vasitələrdən istifadə halları istisna olunmur. Asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür.(i.v.268) -“sübutların qiymətləndirilməsi haqqında” 07 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsindən həmin Məcəllənin 32.5, 206.3.2 və 234.4-1-ci maddələrinə tövsif edilmişdir. 4 (dörd) ədəd disk və "xxxx" ASCdən götürülmüş hesabdan çıxarış maddi sübut kimi tanınaraq iş materiallarına əlavə olunmuş, 4000 manat məbləğdə pul vəsaiti xüsusi müsadirə üçün təklif olunmuşdur.(i.v.283- 301) -“cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 08 mart 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından narkotik vasitələri alacaq şəxsin və “Vəli” adlı İran İslam Respublikası vətəndaşının barəsində Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə 25084006 nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır.(i.v.303-304) -“təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 08 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 32.5, 206.3.2 və 234.4-1-ci maddələri ilə yenidən ittiham edilmişdir.(i.v.310-311) Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs şəxsiyyəti ilə bağlı olan ilkin araşdırma materiallarında, yəni; -08 yanvar 2025-ci il tarixli tələbnamədən və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 fevral 2017-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 fevral 2017-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 318.2-ci maddələri ilə təqsirli bilinərək 10 (on) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin 31 may 2017-ci il tarixli qərarı ilə hökm dəyişdirilmiş, Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 318.2-ci maddələri saxlanılmaqla Təqsirləndirilən şəxs cəzası 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilmişdir. Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 05 sentyabr 2024-cü il tarixli, 7(007)- 841/2024 nömrəli qərarından görünür ki, Penitensiar Xidmətinin 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsindən qalan müddətini çəkmək üçün X32 müəssisəsinə keçirilməsi qərara alınmışdır. Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını çəkib qurtarmamışdır.(i.v.136-137, 160-169, 200-203) -Penitensiar Xidmətin 11 saylı X32 Müəssisəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs cəzasının 2/3 hissəsindən çoxunu Penitensiar xidmətin 6 saylı cəzaçəkmə müəssisəsində çəkdikdən sonra 05 sentyabr 2024-cü il tarixli Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün X32 müəssisəsinə keçirilmiş, 26 sentyabr 2024-cü il tarixdən 11 saylı MTCM-də cəza çəkmişdir.(i.v.194-195) -Təqsirləndirilən şəxs himayəsində 30 sentyabr 2013-cü il təvəllüdlü Rüstəm Ağazadə, 05 dekabr 2015-ci il təvəllüdlü Yusif Ağazadə adlı iki az yaşlı uşağı vardır. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında Təqsirləndirilən şəxs sonuncu müayinəsinə dair məlumatdan görünür ki, Təqsirləndirilən şəxs 21 mart 2009-cu il tarixdə vəziyyətinin qiymətləndirməsinə görə “oliqofreniya, orta dərəcəli debillik, şəxsiyyətin psixopatizasiya” diaqnozu ilə əmək qabiliyətiszdir, müddətsiz olaraq ikinci dərəcəli əlildir.(i.v.185) “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respkublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı olan və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvenisyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, insan hüquqlarının və əsas azadlıqların pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Konvensiyanın və onun 1 və 4 saylı Protokollarının müddəalarından fərqli olaraq 3-cü maddə hər hansı istisnanı nəzərdə tutmamışdır və hətta insanların həyatı üçün təhlükə doğuran fövqəladə vəziyyətin olması halında belə 15-ci maddənin 2-ci bəndi ondan hər hansı formada kənara çıxmağa imkan vermir. Məhkəmə tərkibi cinayət işinin materiallarını nəzərdən keçirərək, şahidlərin ifadələrinə qiymət verərək, toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyini və ibtidai istintaq orqanının müəyyən etdiyi halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlmədiyini, habelə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 32.5, 206.3.2 və 234.4-1-ci maddələri ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər, ziddiyətli və işin faktiki halları ilə uzlaşmayan sübutlar təşkil etdiyindən, habelə ilkin sübutlar qanunsuz yolla və müdafiə hüququ pozularaq əldə edilməklə ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan və onun təqsirliliyinə dair heç bir başqa sübutlar aşkar olunmadığından Təqsirləndirilən şəxs bəraət verilməlidir. Cinayət işinin materiallarından görünən iş üzrə əhəmiyyətli və mübahisəsiz məqam odur ki, Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, 23 dekabr 2024-cü il tarixdə Şahid3 və Şahid4la birlikdə Yardımlı rayonu, Mirimli kəndində olan yas mərasiminə gedərkən yolda Samirin istifadəsində olan maşın xarab olduğundan maşından düşərək kəndə kömək çağırmaq üçün gedən zaman təxminən saat 14-15 radələrində Zamir və Rüfət adlı polis əməkdaşları onu saxlamışlar, onu döymüşlər, ondan əvvəl 30000 manat, sonra isə 10000 manat pul istəmişlər, Zamir onun telefonunu özünün telefonun internetinə qoşduqdan sonra İran İslam Respublikasında yaşayan qohumu ilə danışmasını təşkil edərək 4000 manat pul göndərilməsini təmin etmişlər, saat 19 radələrinə kimi ona təzyiq və təsir etdikdən sonra üzərinə bağlamada narkotik vasitə qoyaraq götürmüşlər. Məhkəmə “kompüter-texniki ekspertizası”nın 03 oktyabr 2025-ci il tarixli, 5/875 nömrəli rəyində göstərilmişdir ki, təqdim edilmiş obyektin sensor ekran və “Android 13” əməliyyat sistemi ilə təchiz olunmuş bir ədəd “Samsung Galaxy A12” markalı “SM-A127F/DSN” modelli “**********47940, **********47944” İMEİ kodlu mobil smartfon olması müəyyən edildi. Tədqiq olunan mobil cihaz yaddaşına ilkin baxış zamanı “+**********37” abonent nömrəsi və “Volk Qsascl” adı ilə qeydiyyatdan keçmiş “Whatsapp” proqram təminatı müəyyən olundu. Lakin “Whatsapp” proqram təminatı üzərindən “X53” adı ilə qeydə alınmış “+**********30” abonent nömrəsi ilə aparılmış məlumat mübadiləsi müəyyən olunmadı. Təqdim edilmiş “Samsung Galaxy A12” markalı “SM-A127F/DSN” modelli mobil smartfonun yaddaşından toplanmış mövcud olan və pozulmuş məlumatlar (telefon kitabçası, daxil olan zənglər, yığılan zənglər, buraxılmış zənglə, foto, audio, video fayllar “Whatsapp” proqram təminatında aparılmış məlumat mübadiləsi və sair) müəyyən olundu, həmin müəyyən olunmuş məlumatlar xarici yaddaş qurğusuna köçürülərək ekspert rəyinə əlavə olunmuşdur. Təqdim edilmiş “Samsung Galaxy A12” markalı “SM-A127F/DSN” modelli mobil smartfonun yaddaşında aparılmış bərpa nəticəsində həmin mobil smartfonun hansı internet şəbəkəsinə qoşulması (saat, tarix, məkan koordinatı və s.) və hansı cihazlarla əlaqələnməsinə dair rəqəmsal qeydlər müəyyən edilərək, xarici yaddaş qurğusuna köçürülərək ekspert rəyinə əlavə olunmuşdur. 23 dekabr 2024-cü il tarixdə mobil cihazın qoşulduğu bir sıra “Wi-Fi” şəbəkələrinin adları, şifrələri və həmin qoşulmaların saatları müəyyən edilmişdir. Bununla yanaşı rəqəmsal qeydlərin təhlili nəticəsində bəzi digər “Wi-Fi” şəbəkələrinə dair qoşulma izlərinə rast gəlinmiş, lakin həmin şəbəkələrə qoşulma tarixləri dəqiq müəyyən edilməmişdir. Təqdim edilmiş mobil smartfonun yaddaşında aparılmış bərpa prosesi nəticəsində “Whatsapp” proqram təminatında “X53” adı ilə qeydə alınmış “+**********30” abonent nömrəsi ilə aparılmış məlumat mübadiləsinə (qəbul edilən və çıxan audio zənglərə) dair rəqəmsal izlər müəyyən olundu. Aşkar olunmuş rəqəmsal qeydlər xarici yaddaş qurğusuna köçürülərək ekspert rəyinə əlavə edilmişdir. Məlumat üçün bildirilmişdir ki, tədqiq olunan mobil cihaz yaddaşında tam silinmiş məlumatların bərpası üçün nəzərdə tutulan “Fiziki məlumatların əldə edilməsi metodu tədqiq olunan mobil cihaz üçün mövcud olmadığından, mobil smartfon üzərində qismən silinmiş məlumatların bərpası üçün nəzərdə tutulan “Tam Fayl məlumatların əldə edilməsi metodu (X55)” ilə tədqiqat işi aparılmışdır. Aparılmış tədqiqat işləri nəticəsində tədqiq olunan mobil smartfonun daxilində olan “SİM” kartın “Azercell” mobil operatoruna məxsus “********************” “İCCİD” seriya nömrəli olması müəyyən olundu. Məlumatlar tədqiq olunan zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan və üzərində ***-***-**-** saylı mobil nömrə olan “Samsung Galaxy A12” markalı “SM-A127F/DSN” modelli mobil smartfon ilə polis əməkdaşı Şahid5 istifadəsində olan üzərində ***-***-**-** saylı mobil nömrə olan “Redmi Note 9” markalı mobil smartfonun internetinə qoşulma olmuşdur. Məlumatlar tədqiq olunan zaman Təqsirləndirilən şəxs hər hansı şəxslə, o cümlədən “Whatsapp” proqram təminatında “X53” adı ilə qeydə aldığı “+**********30” abonent nömrəsi ilə narkotik vasitələrin əldə edilməsi, saxlanması, daşınması və satılmasına dair hər hansı danışığı, yazışmaları və digər formada məlumatlaşmasına dair fayla rast gəlinməmişdir. Beləliklə, bu hal Təqsirləndirilən şəxs cinayət hadisəsi ilə əlaqəsinin olmamasını və onun təqsirsiziyini təsdiqləyən sübut kimi qiymətləndirilir. "xxxx" MMC-dən alınmış məlumatlardan görünür ki, polis əməkdaşı Şahid5 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin internetindən 23 dekabr 2024-cü il tarixdə saat 19:30-dək istifadə etmişdir. Həmin məlumatdan həmçinin görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** saylı mobil nömrənin internetindən 23 dekabr 2024-cü il tarixdə saat 17:47-dək istifadə etmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman aparılmış videoçəkilişə baxan zaman telefon uçuş rejimində olmasına baxmayaraq, telefonun ekranında internet şəbəkəsinə qoşulmasına dair işarələrin olduğu, həmin telefonda “X53” adı ilə qeydə alınmış +98 914 *** **** nömrəsi ilə 23 dekabr 2024-cü il tarixdə saat 17:31-dən başlayaraq “WhatsApp” hesabı vasitəsi ilə danışıqlar aparıldığını, səslər göndərildiyi, üzərində 4169-7388-6556-9762 rəqəmlər yazılmış plastik bank kartı göndərildiyi və “X53” adı ilə qeydə alınmış +98 914 *** **** nömrəsindən Təqsirləndirilən şəxs telefonuna quraşdırılmış “WhatsApp” hesabına qəbzlər göndərildiyi müşahidə edilir. Məhkəmə istintaqı zamanı mütəxəssis kimi dindirilmiş "xxxx" MMC-nin nümayəndəsi Şahid8 bildirmişdir ki, "xxxx" mobil şəbəkənin hansı antenin əhatə dairəsində olmasına dair məlumatları verə bilir. Digər tərəfin mobil telefonu qoşulduğu üçün məlumatları müəyyən etmək mümkün olmur. Mobil telefonda “Wi-Fi” işarəsi olduğuna görə həmin telefonun məlumatları verilə bilmir, çünki həmin vaxtı İsgəndər özünün mobil nömrəsinin internetindən istifadə etməmişdir. ***-***-**-** saylı mobil nömrə öz internetindən saat 17:47-dək istifadə etmişdir. ***-***-**-** saylı mobil nömrə ilə ***-***-**-** saylı mobil nömrə eyni antenin əhatə dairəsində olublar. ***-***-**-** saylı mobil nömrə öz internetindən istifadə etmişdir. Antenlər arasında yaxın məsafə olduğu üçün antenlər tez-tez dəyişmişdir. Yardımlı rayonu “Mirimli” və ya “Lerik rayonu, Kürdəsər kəndi” yazılıbsa demək həmin adda antenlər vardır. Dağlıq ərazi olduğu üçün siqnallar relyefə görə dəyişir. 23 dekabr 2024-cü il tarixdə saat 15 radələrindən sonra ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr eyni antenlərin ərazi dairələrində olmuşlar, vaxtları da üst-üstə düşmüşdür. Antenlərin tez-tez dəyişməsinin səbəbi dağlıq relyefə və antenlərin bir-birinə yaxın olmasıdır. Yan-yana dayanan və ya aralarında 1 metr məsafəsi olan adamların anten məlumatları ayrı-ayrı yerləri göstərə bilər. Antenlər ehtimaldır və dəqiq deyildir. Anten dairələri 1-2 km məsafədə də qeydə alına bilər. Gördündüyü kimi Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin olduğu “Samsung Galaxy A12” markalı “SM-A127F/DSN” modelli mobil smartfon ilə həmin nömrənin internetindən 23 dekabr 2024-cü il tarixdə saat 17:47-dək istifadə etmiş, saat 17:47-dən sonra isə polis əməkdaşı Şahid5 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin internetinə qoşulma yolu ilə istifadə etmişdir. Bundan əlavə "xxxx" MMC-dən alınmış məlumatlarda Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədə də narkotik vasitələrin əldə edilməsi, saxlanması, daşınması və satılmasına dair hər hansı smslərə rast gəlinməmişdir. Həmçinin həmin məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən “X53” adı ilə qeydə alınmış +98 914 *** **** saylı nömrəsinə 23 dekabr 2024-cü il tarixdə saat 17:33-də zəng edilmiş və aralarında 6 saniyyə danışıq olmuşdur. Göründüyü kimi “X53” adı ilə qeydə alınmış +98 914 *** **** saylı nömrə Təqsirləndirilən şəxs istifadəsində olan nömrəyə deyil, Təqsirləndirilən şəxs həmin nömrəyə zəng etmişdir. Həmin gün, o cümlədən 22 dekabr 2024-cü il tarixdə onlar arasında hər hansı danışıq qeydə alınmamışdır. Bu faktda Təqsirləndirilən şəxs təqsirsizliyini təsdiqləyən sübut kimi qiymətləndirilir. Müəyyən edilmişdir ki, polis əməkdaşı Şahid5 xidməti səlahiyyətlərinin hüdudlarını aşaraq, Təqsirləndirilən şəxs mobil telefonunu özünə məxsus telefonun internet şəbəkəsinə qoşmuş, daha sonra Təqsirləndirilən şəxs İran İslam Respubikasında yaşayan qohumundan ona pul göndərilməsini təmin etmişdir. Məhkəmə tərkibinin qənaətinə görə, bu hərəkət faktiki olaraq sübutların saxtalaşdırılması və süni şəkildə cinayət tərkibi yaradılması məqsədi güdmüşdür. Belə vəziyyətdə əldə olunan məlumatlar qanunvericiliyin tələblərinə uyğun hesab edilə bilməz, çünki hüquqi qüvvəsini istisna edir. Məhkəmə tərkibi hesab edir ki, dövlət orqanının nümayəndəsi tərəfindən həyata keçirilən bu çür hərəkət istintaqın qərərsizliyinə və obyektivliyinə zidd olmaqla, təqsirləndirilən şəxsin müdafiə hüququnu məhdudlaşdırmış və ədalətli məhkəmə araşdırması prinsiplərinin pozulmasına səbəb olmuşdur. Nəticədə məhkəmə tərkibi bu qənaətə gəlir ki, polis əməkdaşının qanunsuz müdaxiləsi nəticəsində əldə edilmiş sübutlar etibarlı hesab oluna bilməz və işin sübutlar siyahısından xaric edilməlidir. Həmçinin“kompüter-texniki ekspertizası”na əlavə olunmuş “WhatsApp” hesabındakı səs yazılarının bərpasından görünür ki, 23 dekabr 2024-cü il tarixdə saat 16:17-dən başlayaraq Təqsirləndirilən şəxs ailə üzvləri tərəfindən səsli mesajlar göndərilmiş, onun harada olduğu və gəlib çıxmadığı soruşulmuş, ancaq Təqsirləndirilən şəxs onlara hər hansı cavab göndərilməmişdir. Çünki həmin vaxtı faktiki olaraq Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq onların sərəncamında olmuş və telefonu artıq əlindən alınmışdır. Yardımlı rayon İcra Hakimiyyəti Başçısının Ərus kənd İƏD-i üzrə nümayəndəliyindən verilmiş 07 may 2025-ci il tarixli arayışdan görünür ki, Xudaquli Ağayevin əmisinin arvadı X16 23 dekabr 2024-cü il tarixdə ölmüşdür. Şahid5 ifadəsində bildirmişdir ki, 23 dekabr 2024-cü il tarixdə günortadan sonra saat 15-16 radələrində Polis şöbəsinin inzibati binasının həyətində olan zaman polis şöbəsinin əməliyyat üzrə rəis müavini və həmin vaxt rəis əvəzi olan Şahid6 o və Şahid7lə birgə əraziyə çıxmalarını bildirmişdir. Ərazidə olduqları vaxt Yardımlı rayonundan Cəlilabad rayonu istiqamətinə getmişlər, həmin ərazidə maşınla hərəkətdə olan zaman Vüqara zəng gəlmişdir. Vüqar telefonla danışdıqdan sonra onlara bildirmişdir ki, Şahid1 Şahid2lə birlikdə narkotik vasitə olan şəxsi saxlamışlar. Deyilən istiqamətə getmişlər, həmin əraziyə çatdıqda artıq videoçəkiliş qurtarmış və onlar maşınla əyləşməyə hazırlaşmışlar. Daha sonra onlar da əməliyyatçıların arxasınca getmişlər. Yolda olan zaman Vüqara DSX-nin əməkdaşlarından zəng gəlmişdir. Vüqara bildirmişlər ki, şübhəli şəxs maşın ilə gəlmişdir. Maşının olduğu əraziyə getmişlər. Həmin vaxt onlar maşından düşməmişlər. Vüqar özü maşından düşmüşdür. Daha sonra əməliyyat müvəkkili Şahid1 maşından düşmüş və orada olan maşını polis şöbəsinə göndərmişdir. İsgəndəri polis şöbəsində görmüşdür. İsgəndəri görən zaman hava qaralmışdı, təxminən saat 19 radələri olmuşdur. Videoçəkiliş Mirimli kəndinin yuxarı hissəsində aparılmışdır. İsgəndər Mirimli kəndinin ərazisində saxlanılmışdır. İsgəndərin əlində olan bağlamanı görməmişdir. ***-***-**-** saylı mobil nömrə hadisə vaxtı üzərində olmuşdur. İsgəndər saxlanılan zaman orada olmamışdır. 2-3 saat İsgəndərin yanında maşında oturmamışdır. İsgəndərin mobil telefonu ilə heç kimə zəng etməmişdir. İsgəndərə “səbrli ol qoy Vüqar müəllim gəlsin” deməmişdir, İsgəndəri döyməmişdir. İsgəndər saxlanılana qədər onu tanımamışdır. İsgəndərin onun adını hardan öyrənməsini deyə bilməmişdir. 4000 manatla bağlı heç bir məlumatı olmamışdır. Şahid7 ifadəsində bildirmişdir ki, Şahid6 rəis əvəzi olduğu vaxt günortadan sonra onu çağırıb maşını sürməyini demişdir. O, Zamir və Vüqar birlikdə maşına oturmuşlar, Vüqar işlərinin olduğunu demişdir. Əvvəl Yardımlı rayonu, Ərçilə kəndinə getmişlər, ərazidə olan zaman axşam üstü hava qaralmışdı, Vüqara həmin vaxtı zəng gəlmiş və narkotiklə adam saxlanıldığını demişlər. Deyilən əraziyə getmişlər, onlar hadisə yerinə çatan vaxt videoçəkiliş qutarmışdır. Geri qayıdan zaman DSX-nin əməkdaşları maşını saxlamışdılar və şübhəli şəxs olduqlarını demişlər. Maşın qırmızı rəngli maşın olmuşdur. Polis şöbəsində də İsgəndərlə əlaqəsi olmamışdır. İsgəndərin saxlanıldığı əraziyə gələn zaman İsgəndəri orada görməmişdir. İsgəndərin saxlanılmasına dair məlumat gələn zaman Vüqarla bir yerdə eyni maşında olmuş, həmin vaxtı Zamir də onlarla bir yerdə olmuşdur. Zamir maşından düşüb əməliyyatçıların yanına getməmişdir. İsgəndəri RPŞ-də görmüşdür. İsgəndəri saxlanılan zaman görməmişdir. İsgəndərin onu hardan tanıdığını bilməmişdir. Onlar hadisə yerinə çatan zaman İsgəndəri görməmiş, onlar artıq maşınlarda olmuşlar. 4000 manatla bağlı heç bir məlumatı olmamışdır. ***-***-**-** saylı mobil nömrə üzərində olmuşdur. Qırmızlı rəngli maşın Ərsilə kəndi ərazisinə tərəf dayanmışdır. Ərsilə kəndin keçdikdən sonra Mirimli kəndinə gedirsən. İsgəndərə telefonunu çıxarıb iranlı ilə danışmasını deməmişdir. Şahid6 ifadəsində bildirmişdir ki, 23 dekabr 2024-cü il tarixdə Yardımlı RPŞ-nin X7 əməliyyat müvəkkili Şahid1 “raport”la məruzə edərək İsgəndər adlı şəxsin külli miqdarda narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından gətirilməsi ilə bağlı və iranlının tapşırığına əsasən hansısa ünvana aparılması ilə bağlı əməliyyat məlumatının daxil olduğunu bildirmişdir. Ərazidə olan zaman Şahid1 ona zəng edərək İsgəndəri külli miqdarda narkotik vasitə ilə saxladıqlarını demişdir. Özü hadisə yerinə gələn zaman artıq videoçəkiliş bitmişdir. Saxladıqları vətəndaşı polis şöbəsinə aparan zaman Dövlət Sərhəd Xidmətinin əməkdaşı ona zəng edərək ərazidə maşın olduğunu və iki nəfər şəxsin özlərini şübhəli apardıqlarını demişlər. Daha sonra markasını xatırlamadığı qırmızı rəngli maşınla yaxınlaşıb kim olduqlarını soruşmuş, maşında olan şəxslərdən biri, əvvəllər İsgəndərlə həbsdə olan şəxs olduğunu, bir gün qabaq İsgəndərlə Cəlilabad rayonunda görüşdüklərini və Yardımlı rayonuna gəldiklərini demişdir. Yardımlı rayonuna çatdıqdan sonra İsgəndər onlara burada onu gözləməklərini deyib və yas yerinə dəyib qayıdacağını bildirmişdir. Onları saxladıqları ərazi dağlıq ərazi olmuş, o, ərazidə heç bir yas mərasimi olmamışdır. Saxladıqları hər iki şəxsi istintaqa təhvil vermişlər. 4000 manat pulla bağlı müstəntiq ona məlumat vermişdir. Sonradan istintaq müəyyənləşdirmişdir ki, narkotik vasitəni ünvana çatdırmaq müqabilində İsgəndərin kartına pul göndərilmişdir. Kart İsgəndərlə bir yerdə həbsdə olan şəxsə aid olan kart olmuşdur. İsgəndərin saxlanılmasını ona təxminən saat 18 radələrində məruzə etmişlər. İsgəndərin saxlanıldığı əraziyə gedərkən Rüfətlə Zamir onunla bir yerdə olmuşlar. "xxxx" MMC-dən alınmış məlumatlardan görünür ki, polis əməkdaşı Şahid5 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin anten məlumatı 23 dekabr 2024-cü il tarixdə saat 15:17-də və polis əməkdaşı Şahid7 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin anten məlumatı 23 dekabr 2024-cü il tarixdə saat 15:11-də “Yardimli ray., Mirimli k.” adlı antenin əhatə dairəsində olmuşdur. "xxxx" MMC-dən daxil olmuş məlumatlardan görünür ki, Yardımlı RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini Şahid6 istifadəsində olan ***-***-**-** nömrənin anten məlumatı 23 dekabr 2024-cü il tarixdə saat 16:33-də “Yardımlı rayonu, Varov kəndi” adlı antenin əhatə dairəsində olmuşdur. "xxxx" MMC-dən daxil olmuş digər məlumatdan görünür ki, Yardımlı rayonu, Mirimli və Məlikli kəndlərinə xidmət göstərən antenlər “Yardımlı rayonu, Arush kəndi”, Yardımlı rayonu, Dashkend kəndi”, “Yardımlı rayonu, Varov kəndi”, “Yardımlı rayonu, Yolocag kəndi” və “Yardımlı rayonu, Televar kəndi” adlı antenlərdir. Şərh edilənlərdən aydın olunur ki, Şahid6 23 dekabr 2024-cü il tarixdə saat 16:33-dək Yardımlı rayonu, Mirlimli kəndinin ərazisində olmamış, Şahid5 və Şahid7 isə həmin gün saat 15:11-dən Yardımlı rayonu, Mirimli kəndinin ərazisində olmuşlar, yəni hər üçü məhkəmə istintaqı zamanı yalan ifadə verərək birlikdə Yardımli rayonu, Mirimli kəndinin ərazisinə gəldiklərini bildirmişlər. Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının hərbi hissəsindən daxil olmuş N iyun 2025-ci il tarixli, 3-38/2-16/1989/25 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs saxlanılmasında Dövlət Sərhəd Xidmətinin əməkdaşları iştirak etməmişlər. Şahid3 ifadəsində bildirmişdir ki, İsgəndərlə Yardımlı rayonun, Mirimli kəndinə gedən zaman maşın xarab olmuş, İsgəndər kömək çağırmaq üçün getmiş, günorta təxminən saat 14-15 radələri olardı postdan əsgər formasında olan əməkdaşlar yaxınlaşıb ondan burada niyə dayandığını soruşmuşlar, o da cavabında İsgəndərin evinə gəldiyini demişdir. Elvinlə onu polis əməkdaşları saat 15-16 radələrində saxlamışlar. 2-3 saat polis şöbəsində qaldıqdan sonra onu buraxmışlar. Həmin vaxta qədər İsgəndəri saxlayıb-saxlamadıqlarını bilməmişdir. 4000 manat pul köçən kartı İsgəndərə verməmişdir. İsgəndərə benzin pulu vurmaq üçün hər hansı bir kart verməmişdir. İsgəndər 4000 manat pul köçürülən kartın onun üzərində olub-olmamasını bilməmişdir. 4000 manat gələn kart polis şöbəsində üzərində aşkar edilmişdir. İsgəndər ona “kart atarsan sənə benzin pulu ataram” demiş, ancaq İsgəndərə hər hansı kart göstərməmiş, verməmiş və şəklini də atmamışdır. Polis şöbəsində İsgəndəri görməmişdir. Polis əməkdaşları onları polis şöbəsinə aparan zaman telefonunu ondan almışlar. Şahid4 ifadəsində bildirmişdir ki, 23 dekabr 2024-cü il tarixdə səhər vaxtı ustası Samir dostu İsgəndərə zəng edib Masallı rayonunda olduğunu bildirmiş və görüşmək istədiyini demişdir. Yardımlı rayonuna gedərkən Samirin maşının surətlər qutusu xarab olmuş, daha sonra maşının mühərriki qızdırmışdır. Maşın xarab olduqdan sonra İsgəndər kəndə kömək çağırmağa getmişdir. Daha sonra “UAZ” markalı maşın ilə onlara hərbiçilər yaxınlaşmış, onlar da maşınla baxıb düzəltməyin mümkün olmadığını demişlər. 10-15 dəqiqə keçdikdən sonra iki “Niva” markalı maşın ilə polis əməkdaşları gəlib onlara yaxınlaşmışlar, onlardan orada nə üçün dayandıqlarını soruşmuşlar. Polis əməkdaşları onlara yaxınlaşan zaman saat 14-15 radələri olmuşdu. Polis əməkdaşları onlardan telefonlarını alıb, maşını yoxlamışlar. Onları saxlayandan 3-5 dəqiqə sonra daha bir “Niva” markalı maşında polis əməkdaşları gəlmişlər. Onları polislər gəldikləri maşınla polis şöbəsinə aparmışlar. Maşının açarını da onlardan almışlar, sonra polis əməkdaşları maşını da polis şöbəsinə aparmışlar. Polis şöbəsində gecə onlara demişlər ki, “ikinizdə bura narkotik dalınca gəlmisiniz”. 48 saat polis şöbəsində qalmışlar. İsgəndər getdiyi vaxtdan təxminən 1 saat keçərdiki polis əməkdaşları onlara yaxınlaşmışlar. İsgəndər maşını saxlamasını Samirə deməmişdir. 25 dekabr 2024-cü il tarixdə axşam tərəfi onunla Samiri polis şöbəsindən buraxmışlar, həmin vaxta kimi İsgəndəri görməmişdir. Samirin İsgəndərə hər hansı bir kart şəkli və ya nömrəsini verməsini eşitməmiş və görməmişdir. Yardımlı rayonuna gedən zaman Samirlə İsgəndərin arasında benzin pulu ilə bağlı söhbət olmamışdır. Samirlə polis şöbəsindən çıxdıqdan sonra Samir karta pul gəldiyini demişdir. Yardımlı RPŞ-dən daxil olmuş 23 oktyabr 2025-ci il tarixli,3-1-116/2-6642/25 nömrəli məktubdan görünür ki, Şahid4 23 dekabr 2024-cü il tarixdə, saat 22:20-də Yardımlı RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili X22 və İTB-nin sahə polis nəfəri, polis serjantı Şahid2 tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün Yardımlı RPŞnə gətirilmişdir. “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyat kitabı”nda 275 nömrədə qeydə alınaraq Yardımlı RPŞ-nin təhqiqat qrupuna təhvil verilmiş və həmin tarixdə saat 23:50-də azad edilmişdir. Şahid3 23 dekabr 2024-cü il tarixdə saat 22:25-də Yardımlı RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili X22 və İTB-nin sahə polis nəfəri, polis serjantı Şahid2 tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün Yardımlı RPŞ-nə gətirilmişdir. “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyat kitabı”nda 276 nömrədə qeydə alınaraq Yardımlı RPŞ-nin təhqiqat qrupuna təhvil verilmiş və 24 dekabr 2024-cü il tarixdə saat 00:45-də azad edilmişdir. Cinayət işinin materiallarının 66-69-cü səhifələrində olan “şahidin dindirilməsi haqqında” protokoldan görünür ki, müstəntiq tərəfindən 24 dekabr 2024-cü il tarixdə saat 16:50-dən saat 17:30-dək Şahid4 ifadəsi alınmışdır. Şahid4 polis əməkdaşlarının onlara yaxınlaşan zaman saat 14-15 radələri olduğunu, 48 saat polis şöbəsində qaldıqlarını, 25 dekabr 2024-cü il tarixdə axşam tərəfi onunla Samiri polis şöbəsindən buraxdıqlarını və latın qrafikalı əlifba ilə yazıb oxuya bilmədiyini bildirmişdir. Məhkəməyədək icraat zamanı verdiyi ifadəsinin aşağı hissəsində də kiril qrafikalı əlifab ilə yazdığı görünür. Göründüyü kimi Şahid4 ifadəsi alınan zaman mütəxəssis cəlb olunmamışdır. "xxxx" MMC-dən daxil olmuş məlumatlardan görünür ki, Şahid4 istifadə etdiyi ***-***- **-** saylı mobil nömrənin anten məlumatları 23 dekabr 2024-cü il tarixdə saat 18:06-dan başlayaraq “Yardımlı rayonu, Yardımlı qəsəbəsi” ərazisini göstərmişdir. Cinayət işinin materiallarının 60-63-cü səhifələrində olan “şahidin dindirilməsi haqqında” protokoldan görünür ki, müstəntiq tərəfindən 24 dekabr 2024-cü il tarixdə saat 15:50-dən saat 16:40-dək Şahid3 ifadəsi alınmışdır. Şahid3 polis əməkdaşları tərəfindən Polis şöbəsinə saat 15-16 radələri aparıldıqlarını bildirmişdir. "xxxx" MMC-dən daxil olmuş məlumatlardan görünür ki, 23 dekabr 2024-cü il tarixdə saat 19:33-dən (həmin vaxtı ilə 2270 xidmətindən bildiriş gəldiyi üçün) sonra Şahid3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə bağlı hər hansı antenin əhatə dairəsində olmamış, Şahid3 sonuncu dəfə həmin gün saat 16:37-də işlə əlaqəsi olmayan ***-***-**-** saylı mobil nömrə ilə danışığı olduğu müəyyən edilmişdir. "xxxx" MMC-dən və "xxxx" MMC-dən daxil olmuş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı mobil nömrə ilə Şahid3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında 23 dekabr 2024-cü il tarixdə saat 11:40-dan sonra danışıq qeydə alınmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, şahidlər Şahid3 və Şahid4 Yardımlı RPŞ-nə gətirilmələri və buraxılmaları ilə bağlı sənədlərdə əks olunan məlumatlar faktiki vəziyyətlə tam uyğun gəlmir. Bu hallardan belə nəticə çıxır ki, müvafiq sənədlər tam dəqiqliklə tərtib edilməmiş, şahdlərin ifadələrinin alınması prosesi düzgün yazılmamışdır. Bu səbəbdən həmin sənədlər iş üzrə sübut kimi etibarsızdır və məhkəmə tərəfindən heç bir hüquqi qüvvəyə malik olmayan sübut kimi qiymətləndirilir. Məhkəmə istintaqı zamanı Şahid3 arvadı X17 adına olan "xxxx" ASC-yə məxsus 4169-7388-6556-9762 nömrəli bank kartına 23 dekabr 2024-cü il tarixdə 4000 manat pulun köçürülməsi ilə bağlı da məhkəmə tərəfindən araşdırma aparılmış və həmin kartın hesabına 23 dekabr 2024-cü il tarixdə saat 18:08:51 dəqiqədə 400 (dörd yüz) manat, saat 18:17:04 dəqiqədə 1900 (min doqquz yüz) manat, saat 18:17:42 dəqiqədə 700 (yeddi yüz) manat və saat 18:33:17 dəqiqədə 1000 (min) manat olmaqla ümumilikdə 4000 (dörd min) manat pul köçürüldüyü, 400 (dörd yüz) manat, 1900 (min doqquz yüz) manat və 700 (yeddi yüz) manat pulun karta 24 dekabr 2024-cü il tarixdə köçürüldüyü, 1000 (min) manat pulun isə 25 dekabr 2024-cü il tarixdə köçdüyü müəyyən edilmişdir. "xxxx" ASC-dən daxil olmuş 06 avqust 2025-ci il tarixli, 2025/204/19520 nömrəli məktubdan görünür ki, X17 adına olan "xxxx" ASC-yə məxsus 4169-7388-6556-9762 nömrəli bank kart hesabından nağlaşdırma əməliyyatı aşkar olunmamışdır. "xxxx" ASC-dən 10 sentyabr 2025-ci il tarixli, 2025/204/23032 nömrəli məktubla daxil olmuş məlumatdan görünür ki, Azadə Əliyevanın adına olan "xxxx" ASC-yə məxsus 4169- 7388-6556-9762 nömrəli bank kart hesabına köçürülmüş ümumilikdə 4000 (dörd min) manat məbləğdə pul vəsaiti kredit borcuna çıxılmışdır. Göründüyü kimi Peyman Almaszadə tərəfindən bu istiqamətdə təxirəsalınmaz istintaq hərəkətləri icra edilərək həqiqət müəyyənləşdirilməmiş, plastik bank kartı Şahid3 dərhal götürülməmiş, 05 mart 2025-ci il tarixə kimi sonuncuya həmin pulu düzəldilərək istintaqa təqdim olunmasına şərait yaradılmışdır. Bu da onu deməyə əsas verir ki, X19 obyektiv istintaqın aparılmasında maraqlı olmamış, cinayət işi üzrə həqiqətləri müəyyən etməli olduğu halda etməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı polis əməkdaşlarının onu döydüklərini bildirmişdir. Ədliyyə Nazirliyi Tibb Baş İdarəsindən daxil olmuş Təqsirləndirilən şəxs adına açılmış 9897/2024 nömrəli “məhkumun tibbi kitabçası”nın surətindən görünür ki, Təqsirləndirilən şəxs 26 dekabr 2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına keçirilmiş, onun “hər iki baldırının ön səthində 1-2 sm ölçüdə sıyrılmış üzəri qərtməkli yaralar” xəsarətləri aşkar olunmuş, həbs olunan zaman xəsarət aldığını bildirmiş, şikayəti baş və bel ağrılarından olmuşdur. Yardımlı RPŞ-dən 16 aprel 2025-ci il tarixli, 3-13-116/2-2321/2025 nömrəli məktubla göndərilmiş “Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı” kitabından çıxarışın 11-ci sıra nömrəsində Təqsirləndirilən şəxs adı qeyd olunmuş, 23 dekabr 2024-cü il tarixdə tibb işçisi tərəfindən müayinə olunaraq “Pr.sağlam” diaqnozu qoyulmuş, sonuncunun bədəni üzərinə xəsarət olması ilə bağlı hər hansı bir məlumat yazılmamışdır. Sözügedən kitabdan çıxarış təhlil edilərkən müəyyən olunur ki, 10-cu sıra nömrəsində “X27”, 11-ci sıra nömrəsində isə “X23” yazılmış, Təqsirləndirilən şəxs adı 10 və 11 sıra nömrələrinin arasına yazılaraq 11 sıra nömrəsi ikinci dəfə qeyd edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, “Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı” kitabında sıra nömrəsinin polis tərəfindən iki dəfə yazılması, ikinci qeyd zamanı isə sıra nömrəsinin Təqsirləndirilən şəxs adı yazılması, xəsarətlərin qeyd edilməməsi təsadüfü xarakter daşımır. Belə hərəkət açıq şəkildə şəxsin xəsarət alması faktının gizlədilməsinə yönəldilmişdir və bu, sübutların saxtalaşdırılması əlamətlərini özündə ehtiva etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və cəzaya məruz qala bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” 1950-ci il Roma Konvensiyasının 3-cü maddəsində deyilir ki, heç kəs işgəncə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. Xəsarətlər üzrə araşdırmanın vaxtında aparılmaması ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı” qərarında qeyd etmişdir ki, döyülmədən sonrakı üç gün ərzində vəkili ilə görüşməyinə icazə verilmədiyindən ərizəçi pis rəftar barədə şikayətini dövlət orqanlarının nəzərinə təqdim etmək imkanında olmamışdır. Məsələ birinci dəfə dövlət orqanlarının diqqətinə 2023-cü ilin oktyabrın 22-də ərizəçinin vəkili tibbi müayinənin keçirilməsi barədə vəsatəti qaldırdıqda çatdırılmışdır. Lakin onun vəsatətinə kifayət qədər səylərlə baxılmamışdır, çünki beş gündən sonra tibbi müayinənin keçirilməməsi barədə şikayət vəkil tərəfindən prokurora verilənə qədər heç bir hərəkət yerinə yetirilməmişdir. Hətta bundan sonra tibbi müayinə iki gündən sonra keçirilmişdir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, polis orqanlarının müvəqqəti saxlanma yerində işgəncə qurbanı xarici aləmdən təcrid edildiyi, zəruri sübutları təsdiq və ya toplaya biləcək həkim, vəkil, ailə üzvüləri və dostları ilə görüşmək imkanından məhrum edildiyi halda işgəncə barədə şikayətlərin əsaslandırılması xüsusilə çətindir. Məhkəmə-tibbi ekspertizası rəyinin vaxtında təmin edilməməsi hazırkı işdə araşdırmanın effektsizliyinə gətirib çıxaran vacib amillərdən biri olmuşdur. Vaxtında keçirilmiş tibbi müayinə məhkəmə-tibb eksperti üçün xəsarətlərin səbəbləri və onların yetirilməsi vaxtı barədə daha dəqiq nəticələrə gəlmək imkanını yaradacaqdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Tomasi Fransaya qarşı” qərarında qeyd etmişdir ki, şəxs polisə aparılarkən sağlam olduğu, azad edildiyi zaman isə bədənində xəsarət müəyyən olunduğu halda həmin xəsarətlərin əmələ gəlməsi səbəblərinə dair inandırıcı əsaslar gətirilməsi Dövlətin öhdəliyidir, əks halda Konvensiyanın 3-cü maddəsinə əsasən aydın məsələ ortaya çıxır. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası 3-cü maddəsinə əsasən heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. Konvensiyanın 3-cü maddəsi dövlətlərin hərəkətlərinə (hərəkətsizliyinə) ciddi məhdudiyyətlər qoymaqla, eyni zamanda özündə dövlətin pozitiv öhdəliklərini ehtiva etməklə insanın ləyaqətini, fiziki və psixi toxunulmasızlığını qorumaq məqsədi daşıyır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Assenov və digərləri Bolqarıstana qarşı”, “Selmuni Fransaya qarşı” işlər üzrə qərarlarında qeyd etmişdir ki, 3-cü maddə demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən birini təsbit edir. Hətta terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə kimi ən çətin şəraitdə belə Konvensiya işgəncəni və qeyri-insani və ya alçaldıcı rəftarı, yaxud cəzanı qəti şəkildə qadağan edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə görə milli qanunvericlikdə azadlıqdan məhrum etmənin nə cür təsnif edilməsindən, yəni saxlanılma, tutulma, həbs etmə kimi göstərilməsindən asılı olmayaraq, polis tərəfindən azadlığı məhdudlaşdırılmış şəxslərin pis rəftardan müdafiəsi üçün onların Avropa Komissiyası tərəfindən müəyyən edilmiş öz seçiminə görə hər hansı şəxsi saxlanılması barədə məlumatlandırmaq, vəkillə təmin olunmaq, həkimlə təmin olunmaq, o cümlədən özünün seçdiyi həkim tərəfindən müayinə olmaq hüquqları təmin olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarından görünür ki, məhkəmə bir qayda olaraq şəxsin pis rəftara məruz qalmasını təsdiq edən müvafiq sübutlar pis rəftarın baş verməsini iddia edən ərizəçi tərəfindən təqdim olunduqda, Konvensiyanın 3-cü maddəsinin maddi aspektdə pozuntusunu müəyyən edir. Bu o deməkdir ki, Avropa Məhkəməsi ümumi qayda kimi bü cür iddialar üzrə sübut etmə yükünün pis rəftarın baş verməsini iddia edən tərəfin üzərinə düşdüyünü qəbul edir. Qərarlardan aydın olur ki, işgəncə, pis rəftarın başqa formalarını təsdiq edə biləcək sübutlar sırasında Avropa Məhkəməsi tibbi ekspertin rəyinə, tibbi arayışa, müvəqqəti saxlama yerindən tibbi müayinənin nəticələrinə, təcili tibbi yardım çağırılması haqqında qeydə, hər hansı başqa tibbi sənədə xüsusi əhəmiyyət verir. Bundan başqa Avropa Məhkəməsi pis rəftar faktının araşdırılması zamanı şahid ifadələrinin, videogörüntülərin, fotoşəkillərin əhəmiyyətli olduğunu da vurğulayır. Lakin belə sübutlar olmadığı halda da iddiaçı pis rəftarın baş verməsinin detallı təsvirini verdikdə və onun gətirdiyi müfəssəl, bir-biri ilə uzlaşan dəlillər, baxılan şəraitdə ağlabatanlıqla pis rəftarın baş verməsini ehtimal etməyə əsas yaratdıqda, dövlət isə həmin iddianın təkzib edilməsi üçün əsaslı izah verə bilmədikdə, pis rəftar faktının müəyyən edilmiş sayılması istisna olunmur. Belə hallarda Avropa Məhkəməsi həbsdə olan, saxlanılan şəxslərin vəziyyətinin həssaslığını, onların acizliyini və iddialarını təsdiq edə biləcək sübutları əldə etməkdə imkanlarının məhdudluğunu, dövlətin isə-əksinə hadisə barədə müvafiq məlumatlara və sübutlara malik olduğunu nəzərə alaraq, ümumi qaydadan istisna kimi sübut etmə yükünün iddiaçının deyil, dövlətin üzərinə düşdüyünü qeyd edir. Azərbaycan Respublikasının 1996-cı il 31 may tarixli 103 İQ nömrəli Qanunu ilə ratifikasiya olunmuş “İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəsa növlərinə qarşı” 1984-cü il BMT Konvensiyasının 2-ci maddəsində göstərilir ki, hər bir iştirakçı dövlət öz yurisdiksiyasında olan hər hansı ərazidə işgəncə hərəkətlərinin qarşısını almaq üçün təsirli qanunvericilik, inzibati, məhkəmə tədbirləri, yaxud digər tədbirlər görür. Cinayət Məcəlləsinin 293-cü maddəsində işgəncəyə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəzaya görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Cinayət-Prosessual Məcəlləsinin 215.3.1-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin 293-cü maddəsində nəzərdə tutulmuş cinayətlərə dair işlər üzrə və Cinayət-Prosessual Məcəlləsinin 215.3.2-ci maddəsinə əsasən əməliyyat-axtarış tədbiri keçirmək səlahiyyətində olan orqanların, o cümlədən polis əməkdaşlarının təqsirləndirilməsi ilə bağlı cinayət işləri üzrə ibtidai istintaq prokurorluq tərəfindən aparılır. Cinayət işinin materiallarının 216-217-ci səhifələrinə əlavə olunmuş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 14 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs bədənində tibbi-sanitar hissəsində xəsarətlər aşkar olunması barədə Bakı İstintaq Təcridxanasından daxil olmuş məlumat əsasında Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində araşdırma aparılmış, nəticədə Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən işgəncələrə və digər qanunsuzluqlara yol verilmədiyi müəyyən edildiyindən Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarının 274-281-ci səhifələrinə əlavə olunmuş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 06 mart 2025-ci il tarixli qərardan görünür ki, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Baş Prokurorluğa müraciət edərək törətmədiyi cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb olunduğunu bildirmiş və araşdırma aparıldığını xahiş etmişdir. Toplanmış 12C-25 nömrəli araşdırma materialı nəticəsində göstərilən xüsusatlar öz təsdiqini tapmadığından Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, bu vəziyyət qanunsuzdur-çünki eyni vaxtda həm polis müstəntiqinin istintaq aparması, həm də prokurorluq orqanları paralel şəkildə araşdırma aparırsa, bu, cinayət-prosessual qanunvericiliyin qarışdırılması və pozulması deməkdir. Cinayət-Prosessual Məcəlləsinin 84, 85, 143 və 215-ci maddələrinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində istintaqı yalnız ibtidai istintaq orqanı aparmalı, prokurorluqda isə nəzarət funksiyası həyata keçirilməli idi. Təqsirləndirilən şəxs barəsində araşdırma aparmaq, izahat almaq, sübut toplamaq əgər həmin iş üzrə ibtidai istintaqın aparılması prokurorluğa tapşırılmamışdırsa, səlahiyyətlərinə daxil deyildir. Beləliklə, müəyyən edilir ki, ittiham aktı hələ təsdiq edilməmişdən əvvəl, eyni vaxtda həm istintaq orqanı, həm də prokurorluq tərəfindən şəxsin barəsində paralel şəkildə araşdırma aparılmışdır. Bu da öz növbəsində qanunvericliyin tələblərinə ziddir. Belə yanaşma səlahiyyət bölgüsünü pozmaqla, istintaqın müstəqilliyinə müdaxilə xarakteri daşıyır. Yardımlı rayon prokurorluğunun “araşdırma” adı altında təqsirləndirilən şəxs barəsində sübut toplaması və dindirmə aparması qanunsuz prosessual hərəkət sayılır və istintaqın obyektivliyinə şübhə altına alan kobud pozuntu kimi qiymətləndirilir. Həmçinin müəyyən edilmişdir ki, prokurorluq orqanı tərəfindən istintaq orqanı ilə eyni vaxtda şəxsin barəsində araşdırma aparılması təqsirləndirilən şəxsin müdafiə hüququnun təminatlarını kobud şəkildə pozmuşdur. Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 91 və 92ci maddələrinə əsasən, təqsirləndirilən şəxs müdafiəçidən istifadə etmək, onun iştirakı olmadan ifadə verməmək və öz müdafiəsini sərbəst həyata keçirmək hüququna malikdir. Prokurorluğun qanunsuz araşdırma aparması nəticəsində bu hüquqlar faktiki olaraq məhdudlaşdırılmış, müdafiə tərəfi toplanan sübutlara vaxtında münasibət bildirmək və müdafiə mövqeyini formalaşdırmaq imkanından məhrum edilmişdir. Bu hal istintaqın obyektivliyini pozmaqla yanaşı, ədalətli məhkəmə araşdırması prinsipinə zidd olan prosessual pozuntu kimi qiymətləndirilir. Yardımlı rayon prokurorluğunda toplanmış 12C-25 nömrəli araşdırma materialında olan izahatlar ilə iş materiallarında olan ifadələr arasında ziddiyyətlər olmasına baxmayaraq müstəntiq bunları aydınlaşdırmağa təşəbbüs belə göstərməmişdir. Təqsirləndirilən şəxs verdiyi izahat ilə məhkəmədə verdiyi ifadəsi demək olar ki, eynilik təşkil etmişlər. Məhkəmə tərkibi cinayət işinin materiallarını və istintaqın gedişini hərtərəfli təhlil edərək müəyyən etmişdir ki, cinayət işinin ibtidai istintaqı dövründə ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirən prokuror tərəfindən cinayət prosessual qanunvericiliyinin tələblərinə əməl olunmasına, sübutların toplanılması və prosessual qaydada rəsmiləşdirilməsinə kifayət qədər nəzarət həyata keçirilməmiş, təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına səbəb olan qanun pozuntularının aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülməmişdir. Göstərilən hallar bir tərəfdən istintaqın keyfiyyətinə mənfi təsir göstərmiş, digər tərəfdən isə cinayət-prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulmasına səbəb olmuşdur ki, bu da Təqsirləndirilən şəxs məhkəmə məsluliyyətinə verilməsinə və məhkəmənin hüquqi qiymətləndirməsinə əsas vermişdir. Məhkəmə tərkibi bildirir ki, prokuror nəzarəti formal xarakter daşımamalı, onun faəliyyəti istintaqın səmərəliliyini və qanuniliyini real şəkildə təmin etməlidir. Bu o deməkdir ki, prokuror sadəcə kağız üzərində nəzarət etməməli, pozuntulara qarşı vaxtında və effektiv tədbir görməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, prokuror nəzarəti istintaqın qanunauyğun, səmərəli və müstəqil aparılması üçün mühüm təminat vasitəsidir. Lakin bu nəzarət formal xarakter daşıyarsa, pozuntulara vaxtında və effektiv reaksiya verilməzsə, belə hərəkətsizlik insan hüquqlarının pozulmasına gətirib çıxara bilər. Məhkəmə praktikasına bu hallar “effektiv istintaqın təmin olunmaması” kimi qiymətləndirilmiş və Konvensiyanın 2-ci və 3-cü maddələrinin tələblərinin pozulması kimi qiymətləndirilmişdir. Məhkəmə tərkibi hesab edir ki, sözügedən cinayət işi üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olmayan prosessual sənədlərin tərtib edilməsinin qarışısını almalı, vaxtında icra olunmayan prosessual hərəkətlər barədə müvafiq göstərişlər verməli, təqsirləndirilən şəxsin hüquqlarının təmin olunmasına nəzarət etməli, o cümlədən istintaqın qanuniliyi üzərində prosessual nəzarəti həyata keçirməli idi. Lakin məhkəmə tərkibi müəyyən etmişdir ki, hazırki iş üzrə prokuror tərəfindən istintaqa prosessual rəhbərlik etmə funksiyası formal xarakter daşımış, istintaq zamanı yol verilmiş qeyd edilən pozuntular vaxtında aşkarlanmamış və aradan qaldırılmamışdır. Bunun da nəticəsində iş üzrə təqsirləndirilən şəxsin müdafiə hüquqlarının təmin olunması, sübutların toplanması, prosessual sənədlərin tərtib edilməsi və cinayət işinin materialları ilə tanış edilməsi mərhələlərində ciddi nöqsanlara yol verilmişdir. Yardımlı RPŞ-dən 16 aprel 2025-ci il tarixli, 3-13-116/2-2322/2025 nömrəli məktubla daxil olmuş “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı kitabın”dan çıxarışdan görünür ki, 274-cü sıra nömrəsində qeyd edilmiş Təqsirləndirilən şəxs 23 dekabr 2024-cü il tarixdə saat 20:40-da “Şahid1 və Şahid2” tərəfindən RPŞ-nə gətirilərək TQ-na təhvil verilmiş, şübhəli şəxs qismində tutulmuş, saat 21:40-da MSY-nə təhvil verilmişdir. Cinayət işinin materiallarının 26-cı səhifəsində olan “cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulması haqqında” 23 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, faktiki azadlığı 23 dekabr 2024-cü il tarixdə, saat 19:30-dan məhdudlaşdırılmış Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:40-da şübhəli şəxs qismində tutulmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs polis şöbəsinə daxil olduqdan belə 1 saat ərzində şübhəli şəxs qismində tutulmamışdır. Məhkəmə tərkibi bildirir ki, Təqsirləndirilən şəxs ifadəsində polis əməkdaşları tərəfindən saxlandıqdan sonra aparılaraq döyülməsi, işgəncələrə məruz qalması ilə bağlı bildirdikləri obyektiv həqiqəti özündə ifadə etmiş və cinayət işi üzrə müəyyən olunmuş həqiqi hallarla tam şəkildə uzlaşmışdır. Konvensiyanın 3-cü maddəsinin prosessual aspektdə pozuntusu işgəncə, qeyri-insani, alçaldıcı rəftara və ya cəzaya məruz qalma barədə iddiaların dövlət orqanları tərəfindən səmərəli araşdırılmamasını, yəni ümumiyyətlə araşdırmanın aparılmamasını və yaxud araşdırmanın tələb olunan keyfiyyət meyarı cavab verilməməsini ehtiva edir. Pis rəftara dair mübahisə edilən iddialar üzrə rəsmi araşdırma aparma-bu birlikdə götürülməklə Konvensiyanın 3-cü maddəsindən və Konvensiya iştirakçılarının onların yurisdiksiyası altında olan hər kəsin Konvensiya ilə müəyyən edilən hüquq və azadlıqlarını təmin etmək öhdəliyini nəzərdə tutan 1-ci maddəsindən irəli gələn vəzifədir. Şərh edilən hallardan göründüyü kimi prokurorluq əməkdaşı tərəfindən beynəlxalq və milli qanunvericliyin tələbləri pozulmaqla Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi və işgəncələrə məruz qalması ilə bağlı ətraflı yoxlama aparılmamışdır. Konvensiyanın 3-cü maddəsinin prosessual aspektdə pozuntusuna dair məsələlər üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini aşkarlayan presedent olaraq “Assenov və qeyriləri Bolqarıstana qarşı işi” üzrə qərarda Avropa Məhkəməsi bəyan etmişdir ki, zəruri araşdırma aparılmadıqda işgəncəyə, qeyri-insani, ləyaqəti alçaldan davranışa qoyulan qadağa, fundamental mühümlüyünə baxmayaraq, təcrübədə səmərəsiz olacaq və bu hal bəzən vəzifəli şəxslər üçün onların nəzarəti altında olan şəxslərin hüquqlarından və cəzasızlığından sui-istifadə etmək imkanı yaradacaqdır. Avropa Məhkəməsi bu qərarı onunla səciyyəvidir ki, həmin işdə Məhkəmə pis rəftarı sübut olunmuş saymaq üçün kifayət qədər sübutlar təqdim olunmadığı vəziyyətdə beyə yalnız pis rəftar barədə iddianın milli orqanlar tərəfindən səmərəli araşdırılmamasına görə Konvensiyanın 3-cü maddəsinin pozuntusunu müəyyən etmişdir. Avropa Məhkəməsi qeyd etmişdir ki, dövlət orqanlarının 3-cü maddəsinin əhəmiyyətli pozuntusuna yol verdiklərini “əsaslı şübhədən kənar” standartına uyğun olaraq sübut etmək mümkün olmadığı vəziyyətdə onların ərizədə göstərilən, həqiqiliyi ehtimal oluna bilən faktları müstəqil səmərəli, açıq araşdırmadan imtina etmələri Konvensiyanın 3-cü madəsinin prosedur, yəni prosessual aspektdə pozuntusunu təşkil edə bilər. Bu müddəada Avropa Məhkəməsi araşdırmanın keyfiyyət meyarını da göstərmişdir. Belə ki, keyfiyyətli, yəni qaneedici sayılması üçün araşdırma müstəqil, səmərəli və açıq olmalıdır. Araşdırmanın səmərəliliyi standartı dedikdə, araşdırmanın mütləq şəkildə pis rəftar faktının müəyyən edilməsi ilə nəticələnməsi deyil, hadisəni izah edə biləcək, məqsədyönlü, qoyulan məsələyə adekvat olan, iddianın xüsusiyyətlərini nəzərə alan tədbirlərin görülməsi başa düşülür, yəni Avropa Məhkəməsi nəticənin yox, prosesin, yəni araşdırma vasitələrinin tətbiqinin zəruri olduğunu vurğulayır. Belə tədbirlər işgəncənin, pis rəftarın digər formalarının baş verməsi haqqında iddianın tam, hərtərəfli və obyektiv araşdırılmasını təmin etməlidir. Bundan əlavə bir sıra işlərdə Avropa Məhkəməsi araşdırmanın formallığına, yəni dövlət orqanının araşdırmanı barələrində şikayət edilən şəxslərin dindirilməsi ilə məhdudlaşdırıb, hadisə barədə məlumat verə biləcək digər şahidləri dindirməkdən imtina etdiyinə, inandırıcı materiallarla, ərizəçinin ağlabatan səlist, detallı izahatı ilə uzlaşmayan, ziddiyyətli tibbi ekspertizasının rəylərinə əsaslandığına, tələm-tələsik qəbul edilmiş qərarlarla ərizəçinin iddiasını rədd etdiyinə görə belə araşdırmanı səmərəsiz hesab edib Konvensiyanın 3-cü maddəsinin prosessual aspektdə pozuntusunu müəyyən etmişdir. Avropa Məhkəməsi Azərbaycana qarşı işlərdə Konvensiyanın 3-cü maddəsinin prosessual aspektdə pozuntusunu yaradan, səmərli araşdırmanın aparılmadığını göstərən hallar kimi araşdırmanın vaxtında başladılmamasına, iddiaçının müraciət etməsindən çox vaxt keçdikdən sonra dindirilməsinə və yaxud işgəncə barədə iddiaların yoxlanılması üçün tibbi ekspertizanın vaxtında təyin edilməməsinə, gec keçirilməsinə və bu səbəblərdən pis rəftar nəticəsində yetirilməsi ehtimal olunan xəsarətlərin izlərinin itirilməsinə istintad etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Aksoy Türkiyəyə qarşı” iş üzrə qərarında qeyri-insani rəftarla bağlı hadisənin rəsmən araşdırılmamasını 3-cü maddənin pozulması kimi səciyyələndirməklə yanaşı, həm də Konvensiyanın 13-cü maddəsinin pozulması kimi dəyərləndirmişdir. Konvensiyanın 13-ü maddəsində isə deyilir ki, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında təsirli hüquqi müdafiə vasitələrinə malikdir. Avropa Məhkəməsi sözügedən qərarında qeyd edir ki, Konvensiyanın 3-cü maddəsi ilə qorunan hüquqların təbiəti 13-cü maddəyə də öz təsirini göstərir. İşgəncənin qadağan olunmasının böyük əhəmiyyətini və işgəncəyə məruz qalmış şəxslərin aciz vəziyyətini nəzərə alaraq, 13-cü maddə Dövlətlərin üzərinə daxili qanunvericlikdə mövcud olan vasitələrə xələl gətirmədən bütün işgəncə halları üzrə hərtərəfli və səmərəli istintaqın aparılması öhdəliyini qoyur. Məhkəmə tərkibi məhkəməyədək icraat dövründə Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət aşkar olunması faktı ilə vaxtında məhkəmə-tibbi ekspertizası keçirilmədiyi halda izahatlara əsaslanan araşdırmanın Avropa Məhkəməsinin müəyyən etdiyi standartlar baxımından qaneedici sayıla və müdafiə tərəfinin işgəncə barədə iddialarını mötəbərliklə təkzib edən, məhkəməni işgəncə faktının olub-olmamasını məhkəmə baxışında tədqiq edilmiş sübutlar əsasında müəyyən etmək vəzifəsindən azad edən tədqiqat kimi nəzərdən keçirilə bilməz. Baxılan cinayət işi üzrə məhkəmə tərkibi tərəfindən araşdırılmalı olan məsələlərə dair Avropa Məhkəməsinin kifayət qədər geniş presedent təcrübəsi olduğundan məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə araşdırma apararkən Avropa Məhkəməsinin presedentlərinə müraciət edərək onun mövqeyini nəzərə almışdır. Konrekt olaraq “Layıcov Azərbaycana qarşı” işi üzrə qərarının 53-cü bəndində Avropa Məhkəməsi bildirir ki, pis rəftarla bağlı araşdırma hərtərəfli aparılmalıdır. Bu o deməkdir ki, dövlət orqanları daim nə baş verdiyini müəyyənləşdirmək üçün ciddi səy göstərməli və araşdırmaya xitam vermək üçün və ya qərarlarının əsası kimi tələsik, yaxud əsassız nəticələrə əsaslanmamalıdırlar. Onlar hadisə ilə bağlı sübutların toplanmas, o cümlədən “inter alia” hadisəni görmüş şahidlərin dindirilməsi və məhkəmə-tibbi ekspertizasının keçirilməsi üçün bütün zəruri addımları atmalıdırlar. Məhkəmə tərkibi qeyd edir ki, məhkəmənin müdafiə tərəfinin məhkəmə baxışında təkrarladığı işgəncə barədə iddialarını müstəqil araşdırma aparmadan, müstəsna olaraq həmin iddianın məhkəməyədək icraatda yoxlanılmasına və əsassızlığının müəyyən olunmasına görə rədd edilməsi həm də ona görə qəbuledilməzdir ki, bu vəziyyət cinayət prosesində heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmamasına dair Cinayət-Prosessual Məcəlləsinin 33.3-cü və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmədə tədqiq olunmuş sübutlara əsaslanmasına dair Cinayət-Prosessual Məcəlləsinin 349.5.2-ci maddəsinin tələbləri ilə qəti şəkildə uzlaşmır. Faktiki olaraq məhkəmə işgəncə barədə iddianı yoxlamadan bu iddia ilə mübahisələndirilən sübutuda, o cümlədən Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi etirafetdici ifadəni mümkün və mötəbər sübut kimi qəbul edərkən, həmin ifadənin mümkünlüyü məsələsini məhkəmə baxışının nəticələrinə görə həll etmir və beləliklə, sözügedən sübutun qüvvəsini qabaqcadan müəyyən etmiş olur. Məhkəmə tərkibi təhlil edilən halla bağlı belə nəticəyə gəlir ki, məhkəmə işgəncə barədə iddianın səmərəli şəkildə araşdırılması üçün bütün zəruri tədbirləri görməli, o cümlədən tərəflərin təqdim etdikləri və öz təşəbbüsü ilə zəruri sübutları tədqiq etməlidirlər. İşgəncə barədə iddia, sübutların yolverilənliyi məsələləri üzrə məhkəmə qənaəti də məhkəməyədək icraat dövründə qəbul olunmuş qərar görə deyil, məhkəmədə baxılmış sübutlara müvafiq olaraq əsaslandırılmalıdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı “etirafedici” ifadələrinə münasibətdə qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Sübutların mötəbərliyi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Avşar Türkiyəyə qarşı” qərarında qeyd etmişdir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ birlər. Sübutların keyfiyyəti ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Bıkov Rusiyaya qarşı” qərarında qeyd etmişdir ki, sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyü şübhə altına alınıb-alınmadığı nəzərə alınmalıdır. Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha da çox əhəmiyyət kəsb etmiş olur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Cinayət-Prosessual Məcəlləsinin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıbqaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 25-ci bəndində qeyd olunmuşdur ki, məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. Bütün səylərə baxmayaraq, məhkəməyədək icraatda ifadənin, digər sübutun fiziki və yaxud psixi zorakılığın tətbiqi ilə əldə edilməsi haqqında əsaslı şübhə yaradan iddia üzrə qəti qənaətə gəlmək mümkün olmadıqda, məhkəmə həmin ifadənin, digər materialın sübut kimi qəbul edilməsi məsələsini CPM-in 125.1-ci maddəsi, eləcə də aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən təqsirsizlik prezumpsiyası (CPM, maddə 21.2) əsasında həll etməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsində polis əməkdaşları tərəfindən döyülməsi faktı ilə bağlı araşdırma aparılsa da düzgün qərar qəbul olunmaması barədə bildirdikləri məhkəmə istintaqı zamanı toplanmış təkzib olunmaz sübutlar ilə öz təsdiqini tapmışdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Yallo Almaniyaya qarşı” qərarında qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsindəki prosesin ədalətliliyinə dair ümumi tələblər, törədilmiş hüquq pozuntusunun növündən asılı olmayaraq, bütün cinayət proseslərinə şamil olunur. Bununla belə, bütövlükdə prosesin ədalətli olub-olmadığı müəyyən edilərkən konkret cinayətin istintaqına və cəzalandırılmasına olan ictimai maraq nəzərə alına və təqsirləndirilən şəxsin sübutların qanuni yolla əldə edilməsinə olan marağı ilə tutuşdurula bilər. Lakin ərizəçinin müdafiə hüququnun, o cümlədən Konvensiyanın 6-cı maddəsi ilə təmin edilən özünə qarşı ittihama yardım etməmək hüququnun mahiyyətinə xələl gətirən tədbirlərə ictimai maraq mülahizələri ilə haqq qazandırıla bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin “X6rşı” iş üzrə qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Cinayət-Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Həmin Məcəllənin 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda (125.2.1-ci maddə); zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə (125.2.2-ci maddə); Həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Məhkəmə tərkibi tərəfindən məhkəmə istintaqı zamanı müəyyən edilmiş işin faktiki halları ilə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələri həqiqəti əks etdirməsi öz təsdiqini tapmışdır. “Sakit Zayidov Azərbaycana qarşı” olan iş üzrə Avropa Məhkəməsinin qərarının məzmununa əsasən, şəxsin polis əməkdaşları tərəfindən saxlanıldığından, yəni faktiki olaraq, azadlığının məhdudlaşdırıldığından və polisin tam nəzarəti altına keçdiyindən sonra onun üzərinə baxış, əslində şəxsi axtarış və götürmə tədbiri keçirilməsi arasında müəyyən və kifayət qədər müddət keçərsə, bu zaman aşkar olunan sübutun «qoyulması» ilə bağlı əsaslı narahatlıq yaranır. Bu müddət ərzində ərizəçi tamamilə polis əməkdaşlarının tam nəzarətində olması, işdə axtarışın ərizəçinin həbsindən dərhal sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halların mövcud olmaması bu zaman və bu şəraitdə əldə edilmiş sübutun mötəbərliyini ciddi şübhələr altına alır. Avropa Məhkəməsinin hüquqi mövqeyinə əsasən, məhkəmələr ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin, onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını, sonra isə sübutun mötəbərliyini təkzib etmək və cinayət işi üzrə icraat zamanı ondan istifadəyə etiraz etmək üçün ərizəçiyə imkan verilib-verilmədiyini araşdırmalıdır. Bundan başqa, “Layicov Azərbaycana qarşı” olan iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarının 63-cü bəndində qeyd olunur ki, prinsip etibarı ilə konkret sübut növlərinin, misal üçün ölkə qanunvericiliyinə görə qanunsuz yolla əldə edilmiş sübutun mümkünlüyünü və ya təbii olaraq ərizəçinin təqsirli olub-olmadığını müəyyənləşdirmək Məhkəmənin vəzifəsi deyil. Burada cavab verilməli olan sual bütünlükdə prosesin, o cümlədən sübutların əldə edilmə yollarının qanuni olub-olmadığıdır. Həmin qərarın 69-cu bəndində məhkəmə ilk növbədə qeyd edir ki, ərizəçinin üzərində və onun maşınında axtarışın onun həbsindən dərhal sonra həyata keçirilmədiyi tərəflər arasında mübahisə doğurmur. Bu axtarış onun həbs olunduğu yerin yaxınlığında deyil. Zaqatala Rayon Polis Şöbəsində aparılmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, həbslə axtarış arasındakı təxminən otuz dəqiqəlik vaxt boşluğu sübutun «qoyulması» mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarır, belə ki, bu vaxt ərzində ərizəçi tamamilə polisin nəzarəti altında idi. Həmin qərarın 76 və 77-ci bəndlərində göstərilir ki, yuxarıdakı mülahizələr Məhkəmənin ərizəçiyə qarşı məhkəmədə istifadə olunmuş maddi sübutun əldə edilmə üsulunun və bu sübutun mötəbərliyi ilə bağlı onun etirazları və haqlı dəlillərinə yerli məhkəmələr tərəfindən baxılmaması proseslərin bütünlükdə ədalətsiz olması qənaətinə gəlməsi üçün kifayətdir. Beləliklə, bu işdə Konvensiyanın 6-cı maddəsinin pozuntusuna yol verilmişdir. Yəni Avropa Məhkəməsinin qənaətincə, axtarış (o cümlədən şəxşi axtarış) şəxs saxlanıldıqdan dərhal sonra cinayət prosessual qanunvericiliyin tələbləri nəzərə alınmaqla həyata keçirilməlidir. Məhkəmə istintaqı zamanı toplanmış təkzibolunmaz sübutlardan göründüyü kimi, Təqsirləndirilən şəxs 23 dekabr 2024-cü il tarixdə Şahid3 və Şahid4la birlikdə Yardımlı rayonu, Mirimli kəndində olan yas mərasiminə gedən zaman yolda Şahid3 istifadəsində olan maşın xarab olduğundan maşından düşərək kəndə kömək çağırmaq üçün gedən zaman saat 14 radələrində Yardımlı RPŞ-nin əməkdaşları Şahid5 və Şahid7 tərəfindən saxlanılmış, əvvəl ondan 30000 manat, sonra isə 10000 manat pul istənilmiş, döyülərək işgəncələrə məruz qaldıqdan sonra Şahid5 onun telefonunu özünün istifadəsində olan telefon nömrəsinin paylaşdığı internetə qoşmaqla İran İslam Respublikasında yaşayan qohumu ilə danışmasını təşkil edərək 4000 manat pul göndərilməsini təmin etmişlər, saat 19 radələrinə kimi ona təzyiq və təsir etdikdən sonra, yəni onun faktiki azadlığı məhdudlaşdırıldığından və polisin tam nəzarəti altına keçdiyindən 5 saat sonra üzərinə bağlamada narkotik vasitə qoyaraq götürmüşlər. Bununla da Təqsirləndirilən şəxs istinad edilən narkotik vasitənin ona aid olmaması ehtimalına əsas verməklə, polisin tam nəzarəti altında olduğu vaxtda həmin narkotik vasitənin əldə edilmə üsulu, ümumilikdə isə ittiham tərəfinin təqdim etdiyi şəxsi axtarış istintaq hərəkəti, onun nəticəsində aparılan protokollaşmanın sübut kimi mötəbərliyi şübhə altına alınır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 9 nömrəli qərarının 30-cu bəndində göstərilmişdir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olan cinayətlərin qarşısının alınması, belə cinayətləri törətmiş, törədilməsini hazırlayan şəxslərin müəyyən olunması üzrə dövlət orqanlarının fəaliyyətində əməliyyat-axtarış fəaliyyətinin xüsusi yer tutduğunu, o cümlədən belə cinayətlərə dair ittihamların əsaslandırılmasında əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə olunmuş materiallardan geniş istifadə olunduğunu nəzərə alaraq əməliyyat-axtarış fəaliyyəti üzərində məhkəmə nəzarətinin həyata keçirilməsi, eləcə də bu qəbildən olan cinayət işlərinə məhkəmədə baxılarkən əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunmuş sübutların yoxlanılması və qiymətləndirlməsi zamanı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 2021-ci il 24 dekabr tarixli 15 nömrəli Qərarında bu məsələyə həsr olunmuş izahlarla yanaşı, CPM-in 137-ci maddəsindən və digər normalarından, “Əməliyyataxtarış fəaliyyəti haqqında” 1999-cu il 28 oktyabr tarixli 728-İQ nömrəli Azərbaycan Respublikası Qanununun (bundan sonra-728-İQ nömrəli Qanun) müddəalarından irəli gələn, əməliyyat-axtarış tədbirlərinin xüsusiyyətləri, onun gedişatının və nəticələrinin rəsmiləşdirilməsi, əldə olunmuş materialların cinayət təqibi orqanlarına təqdim edilməsi və cinayət prosesində sübut kimi istifadə olunması, əməliyyat-axtarış tədbirinin gedişində şübhəli şəxsin tutulması, müvəkkil edilmiş şəxslərdən başqa digər şəxslərin əməliyyataxtarış tədbirində iştirakı, hansı əməliyyat-axtarış tədbirləri barədə məhkəmə nəzarətinin həyata keçirilməli olması və s. məsələlərlə əlaqədar aşağıdakı hüquqi mövqelər nəzərə alınmalıdır. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Yardımlı RPŞ-nin əməkdaşları tərəfindən 23 dekabr 2024-cü il tarixdə saat 14 radələrində Yardımlı rayonu, Mirimli kəndinə gedən yolda saxlanılmasına baxmayaraq 5 saat müddətində qanunsuz olaraq azadlığı məhdudlaşdırılaraq işgəncə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalaraq polis əməkdaşları tərəfindən üzərinə qoyularaq götürülmüş narkotik vasitə heroinin özünə məxsus olmasına dair etirafedici ifadələr vermişdir. Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 9 nömrəli qərarının və digər qanunvericlik aktlarının tələblərinə əsasən polis əməkdaşları Təqsirləndirilən şəxs saxlayan zaman həmin yerdə üzərinə şəxsi axtarış keçirməli olmalarına baxmayaraq 5 saatdan sonra sonuncunu başqa əraziyə apararaq saxlanılma və üzərində şəxsi axtarış və götürmə əməliyyat-axtarış tədbirini icra etmişlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də bir sıra qərarlarında ibtidai araşdırma zamanı yol verilmiş digər nöqsanlarla yanaşı sübut əhəmiyyətinə malik ola biləcək (cinayət təqibi gedişində ittihamın əsaslandırılmasında istifadə edilən) predmetlərin şəxsin tutulduğu yerdə götürülməməsinə sübutun əldə edilməsi şəraitinin ciddi qüsuru kimi baxaraq belə sübutun mötəbərliyini şübhə altına alan, beləliklə də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra-Konvensiya) 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması hüququnun pozuntusunu yaradan hal kimi istinad etmişdir. Barəsində həbs qətimkan tədbiri seçilməsi məsələsinə baxan zaman Təqsirləndirilən şəxs saxlanılan zaman üzərində narkotik vasitə olmadığını bildirmiş, lakin Vəli adlı şəxsin qızıl və pulu gizlətdiyi yerdən götürməsi üçün getdiyini demişdir. Məhkəmə istintaqı zamanı toplanmış təkzib olunmaz sübutlarla müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərində həqiqətən də narkotik vasitə olmamış, Vəli adlı şəxsin qızıl və pulu gizlətdiyi yerdən götürməsi üçün getdiyini bildirməsi onun tərəfindən uydurularaq yalan ifadə verilmiş, ümumiyyətlə Vəli adlı şəxsin mövcudluğu və belə bir şəxslə Təqsirləndirilən şəxs əlaqəsinin olması sübut olunmamışdır. Məhkəmə tərkibi hesab edir ki, göstərilən ifadə obyektiv, etibarlı sübut olmadığından, cinayət işi üzrə toplanmış digər sübutlar ilə təsdiq olunmadığından, Təqsirləndirilən şəxs tərəfindən yalan ifadələr kimi səsləndirildiyindən sübut kimi qiymətləndirilə bilməz. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 9 nömrəli qərarının 34-cü bəndində göstərilmişdir ki, əməliyyat-axtarış tədbiri gedişində sübut əhəmiyyətinə malik ola biləcək predmetlərin götürülməsinə zərurət yarandıqda, o cümlədən şəxs şübhəli şəxs qismində tutulduqda onun faktiki tutulduğu (yaxalandığı) yerdə üstü yoxlanılmalı, sübut əhəmiyyətli ola biləcək əşyalar aşkarlandıqda onlar götürülməli, o, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən polis qurumuna və yaxud digər orqana gətirilməli və əməliyyat-axtarış tədbirinin gedişatını və sübut əhəmiyyətinə malik ola biləcək əşyaların götürülməsini əks etdirən sənəd, məsələn, ətraflı raport və yaxud məzmunca Cinayət-Prosessual Məcəlləsinin 247-ci maddəsində nəzərdə tutulmuş protokola analoji surətdə tərtib edilmiş “Əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında protokol” (həmin sənədlər obyektiv səbəblərdən şübhəlinin faktiki tutulduğu yerdə tərtib edilməyibsə, bunun səbəbləri göstərilməklə) şübhəli şəxs müvafiq orqana gətirildikdən dərhal sonra əməliyyat-axtarış tədbirini keçirmiş şəxs tərəfindən tərtib edilməlidir. Azadlığının faktiki məhdudlaşdırıldığı yerdə şübhəli şəxsin üstünün yoxlanılması və ondan müəyyən əşyaların götürülməsi o, polis orqanına və ya digər hüquq mühafizə orqanına gətirildikdən sonra təhqiqatın və ya ibtidai istintaqın aparılması həvalə edilmiş şəxs tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 246.2.1-ci maddəsinə müvafiq olaraq onun barəsində Cinayət-Prosessual Məcəlləsinin tələblərinə və bu Qərarın müddəalarına uyğun olaraq şəxsi axtarış istintaq hərəkətinin aparılmasını və aşkarlanan digər əşyaların götürülməsini istisna etmir. Həmin Plenum qərarının 37-ci bəndində göstərilmişdir ki, əməliyyat-axtarış tədbirinin gedişində şübhəli şəxsin tutulduğu yerdə üstünün yoxlanılmasının və sübut əhəmiyyətli ola biləcək əşyaların ondan götürülməsinin rəsmiləşdirilməsinin mümkün qədər Cinayət- Prosessual Məcəlləsinin 246-cı maddəsində nəzərdə tutulmuş şəxsi axtarış və götürmə kimi istintaq hərəkətinə, “binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə baxış” əməliyyat-axtarış tədbirinin isə mümkün qədər Cinayət-Prosessual Məcəlləsinin 236-cı maddəsində nəzərdə tutulmuş “baxış” istintaq hərəkətinə uyğunlaşdırılması o demək deyil ki, istintaq hərəkətində hal şahidlərinin və yaxud müdafiəçinin iştirak etməsinə dair Cinayət-Prosessual Məcəlləsinin müddəaları əməliyyat-axtarış tədbirinə də şamil olunmalıdır. Cinayət işinin materialda olan CD diskdən göründüyü kimi, polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinin başlanması və gedişatı ilə bağlı videoçəkiliş edilməmiş, yalnız nəticəsi rəsmiləşdirilmişdir. Videoçəkiliş başlanan zaman Şahid1 özünü təqdim edir, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində onun və Şahid2 tərəfindən 23 dekabr 2024-cü il tarixdə saat 19:31 radələrində Yardımlı rayonu, Mirimli kəndi ərazisində saxlanıldığını bildirir, Fariz Mahmudov tərəfindən videoçəkiliş aparıldığını elan edir. Təqsirləndirilən şəxs titrəyə-titrəyə sağ əlində bir ədəd qara rəngli torba saxlamışdır. Şahid2 isə Təqsirləndirilən şəxs qolundan tutaraq dayanmışdır. Təqsirləndirilən şəxs əlinizdəki nədir deyə soruşur, sonuncu sumka, sonra isə narkotik vasitə olduğunu deyir. Təqsirləndirilən şəxs bunu hardan əldə etmisiniz sualına “burdan”, hara aparacaqdınız sualına isə “şəhərə”, kim qoymuşdu bunu sualına “İran vətəndaşı” deyə cavab verir. Şahid1 bunu siz burdan götürüb Bakıya aparacaqdınız deyir, Təqsirləndirilən şəxs başı ilə “bəli” deyə cavab verir. Nəyin qarşılığında və nə qədər sualına cavab olaraq Təqsirləndirilən şəxs 5000 manat deyə cavab verir. İranlı ilə nə ilə əlaqə saxlamışdın sualına Təqsirləndirilən şəxs telefon ilə cavab verir. Təqsirləndirilən şəxs gödəkçəsinin sağ çibində “Winchester” markalı siqaret, bir ədəd alışqan, şalvarın arxa sol cibindən 38 manat məbləğdə pul, şalvarın arxa sağ cibindən bir ədəd qara rəngli “Samsung A12” markalı mobil telefon aşkar olunur. Təqsirləndirilən şəxs verilmiş suala cavab olaraq iran vətəndaşı ilə bu telefona quraşdırılmış “WhatsApp” proqramı vasitəsi ilə əlaqə saxladığını deyir. Telefon açılır, telefona quraşdırılmış “WhatsApp” proqramında “X53” adı ilə yazılmış +**********30 saylı nömrə ilə danışıqlar, yazışmalar, kart göndərilməsi, qəbzlərin göndərilməsinə rast gəlinir. Müəyyən olunur ki, birinci dəfə Təqsirləndirilən şəxs həmin günü saat 17:31-də “X53” adlı şəxsə zəng etmiş, həmin vaxtdan əvvəl onların danışıqları, yazışmaları və digər məlumat ötürmələri aşkar olunmamışdır. Aşkar olunmuş həmin yazışmalara, səs yazılarına və qəbzlərə baxış keçirilməmişdir. Telefon götürülsə də qablaşdırılmamışdır. Bundan sonra kisəyə baxış keçirilmiş və qablaşdırılaraq götürülmüşdür. Göründüyü kimi Təqsirləndirilən şəxs “narkotik vasitələri Bakı şəhərinə apardığını demədiyi” halda Şahid1 “bunu siz burdan götürüb Bakıya aparacaqdınız” deməsi, aşkar olunmuş yazışmalara, səs yazılarına və qəbzlərə baxış keçirilməməsi onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs salxanılmamışdan əvvəl polis əməkdaşlarının sərəncamında olmuş, yazışmalar, səs yazıları, qəbzlər və digər məlumat fayıllarından polis əməkdaşlarının məlumatı olmuşdur. Təqsirləndirilən şəxs 23 dekabr 2024-cü il tarixdə saat 14 radələrində polis əməkdaşları tərəfindən saxlanıldığı, onların sərəncamında olduğu halda həmin gün saat 17:31-dən başlayaraq “X53” adı ilə yazılmış +**********30 saylı nömrə ilə danışıqlar aparması, ona kart hesabı atması, pul göndərilməsini istəməsi məntiqsiz və əməliyyat orqanı tərəfindən səriştəsir və qüsurlu şəkildə qurulmuşdur. Hadisələrin süni şəkildə formalaşdırıldığını ifadə etməklə aydınlaşdırır. Nəzərə alınmalıdır ki, əgər Təqsirləndirilən şəxs “X53” adı ilə yazılmış +**********30 saylı nömrənin sahibindən narkotik vasitə götürməli idisə, polis əməkdaşları tərəfindən saxlanılmamışdan əvvəl sonuncu ilə hər hansı danışığı, yazışmaları və ya hər hansı formada məlumat ötürmələri olmalı idi, belə məlumatlar nə ibtidai istintaq, nə də məhkəmə istintaqı zamanı aşkar olunmamışdır. Təqsirləndirilən şəxs nəyin ki, həmin iranlı ilə o cümlədən digər hər hansı şəxslə də narkotik vasitələrlə bağlı hər hansı əlaqəsinin olması müəyyən edilməmişdir. Cinayət işinin materiallarının 12-14-cü səhifələrində olan “əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” 23 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə əldə etməsi barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu 23 dekabr 2024-cü il tarixdə saat 19:30 dəqiqədə Yardımlı rayonu, Mirimli kənd ərazisində saxlanılaraq üstü yoxlanılmış, yoxlama zamanı 1 ədəd qara rəngli kisədə qablaşdırılmış narkotik vasitə heroinə oxşar kütlələr, 1 qutu “Winchester” markalı siqaret, 1 ədəd alışqan, 1 ədəd 20 manatlıq, 1 ədəd 10 manatlıq, 8 ədəd 1 manatlıq pul əskinazları, 1 ədəd Samsung A12” markalı mobil telefon, Təqsirləndirilən şəxs üzərinə yoxlanış aparılan zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən 1 ədəd DVD təqdim edilmişdir. Aşkar olunmuş narkotik vasitə heroinə oxşar kütlələrin qablaşdırıldığı 1 ədəd qara rəngli kisə, 1 qutu “Winchester” markalı siqaret, 1 ədəd alışqan, 1 ədəd 20 manatlıq, 1 ədəd 10 manatlıq, 8 ədəd 1 manatlıq pul əskinazları, 1 ədəd Samsung A12” markalı mobil telefon, Təqsirləndirilən şəxs üzərinə yoxlanış aparılan zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən 1 ədəd DVD-yə baxış keçirilmişdir. “Samsung A 12” markalı mobil telefon zərfdə qablaşdırılaraq və möhürlənərək, 1 qutu “Winchester” markalı siqaret, 1 ədəd alışqan, 1 ədəd 20 manatlıq, 1 ədəd 10 manatlıq, 8 ədəd 1 manatlıq pul əskinazları götürülmüşdür. Bir ədəd qara rəngli kisədən 7 ədəd selofan bükülü aşkar olunmuşdur. Birinci sellofan bükülüdən narkotik vasitə heroinə oxşar kütlə aşkar olunmuş, elekton tərəzidə çəkilmiş, çəkisi 390 qram olmuşdur. İkinci sellofan bükülüdən narkotik vasitə heroinə oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 1000 qram olmuşdur. Üçüncü sellofan bükülüdən narkotik vasitə heroinə oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 1000 qram olmuşdur. Dördüncü sellofan bükülüdən narkotik vasitə heroinə oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 990 qram olmuşdur. Beşinci sellofan bükülüdən narkotik vasitə heroinə oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 1000 qram olmuşdur. Altıncı sellofan bükülüdən narkotik vasitə heroinə oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 1000 qram olmuş. Yedinci sellofan bükülüdən narkotik vasitə heroinə oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 1000 qram olmuşdur. Narkotik vasitə heroinə oxşar kütlələr aşkar olunduqları 1 ədəd qara rəngli kisədə yenidən qablaşdırılaraq götürülmüşdür. Sözügedən istintaq hərəkətinin aparılmasını özündə əks etdirən CD-dən və istintaq hərəkəti protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin istintaq hərəkətinin aparılmasında iştirak etməmişdir. Təqsirləndirilən şəxs götürülmüş mobil telefon qablaşdırılmamış, təhqiqatçı tərəfindən telefona baxış keçirilmədən qablaşdırılmışdır. Video materialın 3-cü dəqiqə 58-ci saniyyəsində təhqiqatçı Cavad Ağayevin əlində olan və onun tərəfindən elan olunan “əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, 1-ci sıra nömrəsində adı yazılmış Şahid2 tərəfindən həmin protokol imzalanmamışdır. Narkotik vasitələr olan bağlamanın bağlandığı hissəsinin, yəni bağlamanın ağzının möhürlənmədiyi, sadəcə olaraq burularaq bağlandığı müəyyən edilmişdir. Narkotik vasitələrə baxış keçirildikdən, çəkildikdən sonra yenidən narkotik vasitələr həmin bağlamaya yıxılaraq bağlamanın ağzı düyünlənərək bağlanmış və möhürlənmişdir. Təqsirləndirilən şəxs məxsus mobil telefonda olan məlumatlara baxış keçirilmədən qablaşdırılması, ibtidai istintaq zamanı müvafiq ekspertizanın təyin edilməməsi sübutların toplanması və təmin olunması qaydalarının pozulması ilə nəticələnmiş, həmin əməliyyatın prosessual tələblərə zidd şəkildə həyata keçirildiyini göstərmişdir. Beləliklə, telefonun əməliyyat keçirilən zaman qablaşdırılmadan götürülməsi, istintaq hərəkəti aparılan zaman baxış keçirilmədən qablaşdırılması sübutların etibarlılığına və obyektivliyinə ciddi şübhə yaratmış olur. Cinayət-Prosessual Məcəlləsinin 51.4-cü maddəsinin tələblərinə əsasən, cinayət təqibi üzrə aparılan prosessual hərəkətlərin gedişini və nəticələrini protokollaşdıran sənədlər elə tərtib olunmalıdır ki, onların məzmunu bilavasitə və ya texniki vasitələrin köməyindən istifadə edilməklə aydın başa düşülsün. Həmin Məcəllənin 51.6-cı maddəsinə əsasən prosessual hərəkətin aparılması zamanı texniki vasitələrdən istifadə olunmaqla audio və başqa yazılar, foto, video, kino və digər çəkilişlər həyata keçirilirsə, prosessual hərəkəti aparan şəxs hərəkəti başlamazdan əvvəl bütün iştirakçıları bu barədə xəbərdar edir. Texniki vasitələrdən istifadə olunması prosessual hərəkətin aparılması haqqında protokolda qeyd olunur, yazı və ya çəkiliş isə möhürlənir və müvafiq protokolun əlavəsi kimi cinayət təqibi üzrə icraatın materialları ilə birlikdə saxlanılır. Qanunvericiliyin müddəaları baxımından aşkardır ki, tərtib edilmiş protokolla müvafiq istintaq hərəkətlərini özündə əks etdirən video yazılar uyğunluq təşkil etməli, iş materialları arasında ziddiyyət olmamalıdır. Beləliklə, “əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” protokol ilə həmin istintaq hərəkətini özündə əks etdirən cinayət işinin materiallarına əlavə edilmiş video yazının arasında ziddiyyətlər mövcud olduğundan, qeyd edilən sənədlərin sübut kimi qəbul edilməsi yolverilməz hesab edilməlidir. Bundan əlavə iş materiallarından görünür ki, cinayət işi üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiə hüququ səmərəli, keyfiyyətli və praktik şəkildə təmin edilməmiş, cinayət işi üzrə ittihamın əsasını qoymuş sübutlar həm də müdafiə hüququ pozulmaqla əldə edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs faktiki olaraq 7 saat 40 dəqiqə ərzində müdaifəçisiz qalmış, vəkillərin siyahısında vəkillər haqqında məlumatlar tam yazılmamış, Təqsirləndirilən şəxs yazıb-oxuya bilmədiyi halda mütəxəssis cəlb olunmamış, dövlət hesabına təyin olunmuş müdafiəçi X28 ilkin təhqiqat və istintaq zamanı Təqsirləndirilən şəxs xeyrinə hər hansı fəaliyyətlə ümumiyyətlə məşğul olmamış onun fəaliyyəti yalnız müstəntiq tərəfindən tərtib olunmuş sənədləri sadəcə olaraq imzalamaqdan ibarət olmuşdur. Cinayət-Prosessual Məcəlləsinin 7.0.27-ci maddəsinə əsasən müdafiə-cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi istintad edilən şəxsə qarşı irəli sürülmüş ittihamın təkzibi və ya yüngülləşdirilməsi, onun hüquq və azadlıqlarının müdafiəsi, habelə cinayət təqibinə qanunsuz məruz qalmış şəxsin pozulmuş hüquq və azadlıqlarının bərpası məqsədi ilə həyata keçirilən prosessual fəaliyyətdir. Həmin Məcəllənin 19.4.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada tutulduğu, həbsə alındığı və ya müvafiq olaraq şübhəli şəxs qismində birinci dindirməyədək, yaxud təqsirləndirilən şəxsə ittiham elan edildiyi andan müdafiəçinin yardımından istifadə etmək hüququnu təmin etməlidir. Həmin Məcəllənin 90.7.2-ci maddəsinə əsasən şübhəli şəxs tutulduğu halda tutulmanın əsaslarını bilmək və tutulduğu andan müdafiəçidən hüquqi yardım almaq, onu tutmuş şəxsdən, təhqiqatçıdan, müstəntiqdən və ya prokurordan hüquqları haqqında yazılı bildiriş almaq hüqları vardır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Salduz Türkiyəyə qarşı” qərarında göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəsin vəkil tərəfindən səmərəli müdafiə olunmaq hüququ ədalətli məhkəmə araşdırmasının fundamental xüsusiyytlərindən biridir. Həmin Məhkəmənin “Dayanan Türkiyəyə qarşı” qərarında göstərilmişdir ki, bir qayda olaraq, şübhəli polis məntəqəsində saxlandığı andan və ya məhkəməyədər həbsdə saxlanma zamanı hüquqi yardıma çatım imkanı ilə təmin olunmaldır. Həmin Məhkəmənin “Lagerblom İsveçə qarşı” və “Qalstyan Ermənistana qarşı” qərarlarında göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət mühakimə icraatında səmərəli şəkildə iştirak hüququna təkcə icraatda deyil, həm də zəruri olduqda, hüquqi yardım almaq hüququ daxildir. Həmin Məhkəmənin “X24rşı” və “Pelladoa Niderlanda qarşı” qərarlarında göstərilmişdir ki, hüquqi yardım hüququnun yalnız nəzəri deyil, praktik və səmərəli olması üçün onun icrası lüzumsuz formal şərtlərin yerinə yetirilməsindən asılı olmamalıdır. Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin 3(c) yarımbəndi “praktik və səmərəli” hüquqi yardım hüququnu əhatə edir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs vəkilin təyin edilməsi özözlüyündə effektiv yardımı təmin etmir, çünki hazırkı iş üzrə təyin edilmiş vəkil öz fəaliyyətini Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun yerinə yetirməkdən yayınmışdır. Səmərəli hüquqi yardım hüququna, o cümlədən, təqsirləndirilən şəxsin vəkil ilə təklikdə ünsiyyət qurmaq hüququ daxildir. İş materiallarından görünür ki, dövlət hesabına təyin edilmiş vəkilin Təqsirləndirilən şəxs ilə gizli ünsiyyəti olmamış, vəkilin həmin hüquqları məhdudlaşdırılmamışdır. Mübahisəsizdir ki, müdafiəçinin bü cür fəaliyyəti səmərəli və keyfiyyətli hüquqi yardım kimi qəbul oluna bilməz. Təqsirləndirilən şəxsin müdafiə hüququnun formal həyata keçirilməsi Azərbaycan Respublikasının qanunvericliyinin tələblərinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinə ziddir, bu yolla əldə edilmiş sübutların isə mötəbər sübut kimi qəbul edilib ittihamın əsasına qoyulması yolverilməzdir. Cinayət işinin materiallarının 49-cu səhifəsində olan “şübhəli şəxsi ekspertiza rəyi ilə tanış etmək haqqında” 24 dekabr 2024-ci il tarixli protokoldan görünür ki, X19 tərəfindən Yardımlı RPŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs müdafiəçi Mirxan Şahmarovun iştirakı ilə “məhkəmə fiziki-kimyəvi ekspertizası”nın rəyi ilə tanış edilmiş, tərtib olunmuş protokol onlar tərəfindən imzalanmışdır. Cinayət işinin materiallarının 53-cü səhifəsində olan “etiraz edilə bilən şəxslər barədə məlumatların şübhəli şəxsə bildirilməsi haqqında” 24 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, X19 tərəfindən Yardımlı RPŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs müdafiəçi Mirxan Şahmarovun iştirakı ilə proses iştirakçıları haqqında məlumatlar verilmiş, tərtib olunmuş protokol onlar tərəfindən imzalanmışdır. Cinayət işinin materiallarının 54-57-ci səhifələrində olan “şübhəli şəxsin dindirilməsi haqqında” 24 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, X19 tərəfindən Yardımlı RPŞnin inzibati binasında şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçi Mirxan Şahmarovun iştirakı ilə saat 14:35-dən saat 15:35-dək dindirilmiş, tərtib olunmuş protokol onlar tərəfindən imzalanmışdır. "xxxx" MMC-dən alınmış məlumatlardan görünür müdafiəsi Mirxan Şahmarovun istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin anten məlumatları 24 dekabr 2024-cü il tarixdə gün ərzində Lerik rayonu ərazisini göstərmiş, Yardımlı rayonu ərazisində, o cümlədən Yardımlı RPŞ-nin inzibati binasında olmamışdır. Cinayət işinin materiallarının 232-234-cü səhifələrində olan “təqsirləndirilən şəxsin əlavə dindirilməsi haqqında” 21 fevral 2025-ci il tarixli protokoldan görünür ki, X19 tərəfindən Yardımlı RPŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs müdafiəçi Mirxan Şahmarovun iştirakı ilə saat 09:20-dən saat 09:50-dək dindirilmiş, tərtib olunmuş protokol onlar tərəfindən imzalanmışdır. "xxxx" MMC-dən alınmış məlumatlardan görünür müdafiəsi Mirxan Şahmarovun istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin anten məlumatları 21 fevral 2025-ci il tarixdə gün ərzində Lerik rayonu ərazisini göstərmiş, Yardımlı rayonu ərazisində, o cümlədən Yardımlı RPŞ-nin inzibati binasında olmamışdır. Cinayət işinin materiallarının 282-ci səhifəsində olan “ekspert rəyi ilə təqsirləndirilən şəxsin tanış edilməsi haqqında” 07 mart 2025-ci il tarixli protokoldan görünür ki, X19 tərəfindən Yardımlı RPŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs müdafiəçisi Mirxan Şahmarov ilə birlikdə “ambulator məhkəmə-narkoloji ekspertizası”nın rəyi ilə tanış edilmiş, tərtib olunmuş protokol onlar tərəfindən imzalanmışdır "xxxx" MMC-dən alınmış məlumatlardan görünür müdafiəsi Mirxan Şahmarovun istifadəsində olan ***-***-**-** saylı nömrənin anten məlumatları 07 mart 2025-ci il tarixdə gün ərzində Lerik rayonu ərazisini göstərmiş, Yardımlı rayonu ərazisində, o cümlədən Yardımlı RPŞ-nin inzibati binasında olmamışdır. Cinayət işinin materiallarının 310-311-ci səhifələrində olan “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 08 mart 2025-ci il tarixli protokoldan görünür ki, X19 tərəfindən Yardımlı RPŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 32.5, 206.3.2 və 234.4-1-ci maddələri ilə yenidən ittiham elan edilmiş, qərar həmin gün saat 15:00-da müdafiəçi Mirxan Şahmarovun iştirakı ilə Təqsirləndirilən şəxs elan olunmuş, tərtib olunmuş prosessual sənədlər onlar tərəfindən imzalanmışdır. Cinayət işinin materiallarının 317-321-ci səhifələrində olan “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 08 mart 2025-ci il tarixli protokoldan görünür ki, X19 tərəfindən Yardımlı RPŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs müdafiəçi Mirxan Şahmarovun iştirakı ilə saat 15:25-dən saat 16:45-dək dindirilmiş, tərtib olunmuş protokol onlar tərəfindən imzalanmışdır. "xxxx" MMC-dən alınmış məlumatlardan görünür müdafiəsi Mirxan Şahmarovun istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin anten məlumatları 08 mart 2025-ci il tarixdə gün ərzində Lerik rayonu ərazisini göstərmiş, Yardımlı rayonu ərazisində, o cümlədən Yardımlı RPŞ-nin inzibati binasında olmamışdır. Odur ki, məhkəmə istintaqı nəticəsində Təqsirləndirilən şəxs “praktik, səmərəli və keyfiyyətli” hüquqi yardım göstərilməsi təmin edilmədiyindən ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən özünə qarşı alınmış ifadələrin zorakılıq, işgəncə və digər qəddar qeyri-insani, ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi və müdafiə hüqunun pozulması ilə alınmasını təsdiq edir. Bu əsasa görə də “şəxsi axtarış keçirilməsi” haqqında protokol, eləcə də təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi izahat və ifadələrin özünə qarşı olan hissələrinin mötəbərliliyi şübhə altına alındığından təqsirləndirilən şəxsin təqsirliliyini müəyyən edən sübutlar kimi qəbul oluna bilməz, həmin protokol və ifadələr ilə müəyyən edilməsi qeyd edilmiş hallar etibarsız hesab olunmalıdır. Təqsirləndirilən şəxs atası Xudaquli Ağayev ifadəsində bildirmişdir ki, 01 yanvar 2025ci il tarixdə İsgəndərlə görüşmək üçün Kürdəxanı qəsəbəsində yerləşən İstintaq Təcridxanasına getmiş və orada İsgəndərlə görüşmüşdür. İsgəndərdən tutulmağının səbəblərini soruşduqda İsgəndər polis əməkdaşlarının onu döydüklərini və ondan pul istədiklərini bildirmişdir. İsgəndər iranda yaşayan qohumlarının polis əməkdaşlarına 4000 manat pul göndərdiyini demişdir. İsgəndər onlara məlumat vermək istəsə də polis əməkdaşları buna imkan verməmişlər. Polis əməkdaşları İsgəndərin öz telefonu ilə onu İranda yaşayan qohumları ilə danışdırmışlar. 4000 manat məbləğdə pul Samir adlı adamın kartına göndərilmişdir. İsgəndər ona məlumat verdikdən sonra iranlı qohumu ilə əlaqə yaratmışdır. İranlı qohumu ona bildirmişdir ki, İsgəndər ona zəng edərək 4000 manat pul istəmiş, o, da həmin məbləğdə pulu göndərilən karta köçürmüşdür. İranlı qohumu pulu 23 dekabr 2024-cü il tarixdə karta köçürmüşdür. İranlı qohumundan rəsmi çekləri istəmiş, sonuncu da həmin çekləri ona göndərmişdir. Samir adlı şəxs İsgəndərdən əvvəl tutularaq RPŞ-nə aparılmışdır. İranlı qohumu ona həmçinin səs yazılarını da göndərmişdir. Səs yazılarında pıçıltı ilə danışılan səslər var. Pıçıltılı səs ilə “3 gəlib deyilir”. Məhkəmə istintaqı zamanı alınmış “audio və videoyazıların məhkəmə ekspertizası”nın 10 iyul 2025-ci il tarixli, 4/1117-4/1154 nömrəli rəyindən görünür ki, yazılı mətnlərin müəyyən olunmasında danışıq materialına dəfələrlə qulaqasma metodundan istifadə olunmuşdur. İstifadə olunan proqram kompleksləri tədqiq olunan materiala qulaq asmaqla yanaşı kompüterin ekranında yaranan pəncərədə həmin hissəni vizual müşahidə etməyə, danışığa hissə-hissə (səs, heca, söz və cümlə səviyyəsində) və dəfələrlə qulaqasmağa, sürətə görə korreksiya etməyə imkan verir. Mətnlərdə aşağıdakı şərti işarələmələr qəbul olunmuşdur: çoxnöqtələrlə- müəyyən olunmayan söz və ifadələr; K1 və K2-kişi cinsinə məxsus səslə danışan diktorlar; K-fərdiləşdirilməsi aparılmayan kişi cinsinə məxsus səslə danışan diktorlar;/// işarəsi ilə yarımçıq qalmış söz və ifadələr; *ekspertlərə məxsus kommentariyalar mötərizədə verilmişdir.*mötərizədə sual işarəsi ilə dəqiq müəyyən olunmayan söz və ifadələr verilmişdir. Ekspertlər tərəfindən ayrılıqda və kollegial dinlənilmələr nəticəsində mübahisəli fonoqramlardakı danışıqların yazılı mətni əldə olunmuş və həmin mətnlər aşağıda verilmişdir:“WhatsApp Audio 2025-05-07 at 11.26.27 (1)”.K1-Ə, mənə bi dənə təcili zəng elə də ə. "WhatsApp Audio 2025-05-07 at 11.26.27”.K2-Salam əmi, nətərisən? Nə var, nə yox? Canın-başın? Evdə-eşiydə salamatçılığdı? Əmi, sənə qurban, oların məndə şeyləri səsləri yoxdu ki, o vaxtları o şərəfsizliklər!/// şərəfsizdər mənnən şey, İsgəndərin telefonuynan danışdılar da. Səs zad da qoymadılar, Fərhad elə zəng elədilər danışdılar, İsgəndərin telefonuynan danışdılar mənnən. Onnan mən o pulu zadı yüklədim də. İsgəndərin iki dənə, üş dənə səsləri qaley məndə o vaxtdı ki, elə bil o puli atanda da o iki-üş dənə o səs qaley. O da isgəndərin səsidi. Olar mənə nə səs qoydular, nə bir şey. Ancax elə İsgəndərnən telefonnan danışanda aldılar mənnən danışdılar. Onnan o pulu vurdum oların kartdarına. Məndə elə özdərinin fakt özdərinin səsdəri yoxdu əmi. "WhatsApp Audio 2025- 05-07 at 11.26.28 (1)” K1-Ayə, 3000 gön/// gəliv e, bura qaqa 3000. 1000 manat bə dedin 4ün göndərirəm, 2-sin də ata cam. "WhatsApp Audio 2025-05-07 at 11.26.28 (2)”.K1-Ə, onnan razılaşmeylar e, qaqa, başıva dönərəm. Daa indi 4-nən gücnən-baleynan şey elədilər, o 2-ni də dedin axı, dedin onu da atacam."WhatsApp Audio 2025-05-07 at 11.26.28 (3)".K1-Ayə qaqa, başıva dönüm, bir az tez ol da, bular deyir bizim vaxtımız yoxdu axı. 3 olub da 3-dü. 1 dənəni də dedin ataciyam, onu da at da. "WhatsApp Audio 2025-05-07 at 11 26. 28 (4).K2-Əmi, sənə qurban o vaxt elə bil bax bu səsdəri atmışdı da mən onu vurulanda da çöldəki bu İsgəndərin səsdəridi da. O vaxt pul vuranda bu səsdəri elə bil atdı mənə. Elə qalıb telefonumda da, saxlamışam. Daa olar özdəri mənə heç nə da Fərhadnan ancax elə aldılar İsgəndərin telefonuynan mənnən danışdılar day səs zad atmadılar, şərəfsizdər. “WhatsApp Audio 2025-05-07 at 11.26.28”.K1-Ayə. atannan sora çeki təcili atginan da burya çeki. Çekini atarsan. "WhatsApp Audio 2025-05-07 at 11.26.28".(audio fonoqram aşkar edilmədi)."WhatsApp Audio 2025-05-07 at 11.26.29 (1)".K2-Əmi sənə qurban, onun səsdərin atım? Səslərin atım? İsgəndər mənə səs qoyub da o səs o səslərini atım? Ya o səslərinin ki, mənə atıb onun şəklin çəkim telefonda atım? Onu bi dənə mənə başa salginan. “WhatsApp Audio 2025-05-07 at 11.26.29”. K2-Allah özü köməy olsun. Biz də istiyirik ki, o Allah qapısını açsın, tezliklə kutarsın da, Allah onu girifdar eliyəni girifdar eləsin! Allahdan onu istiyirəm ki, hər kəs onu girifdar elədi, hər kəs İsgəndəri Girifdar elədi Allah onu özü girifdar eləsin. "WhatsApp Audio 2025-05-07 at 11.26.30". K2 - Salam əmi, nətərisən? Nə var nə yox? Canın-başın, neynirsən, yaxcısan? Əmi, bu çeklərdi, o ki, o səfər də atmışdım sana, indi də atdım, bax görürsən?! O axırdakı 1000 manatın o üstündə saatı da yazılıb da göreysən? 18:33 dəyqədə. 18:33 dəyqədə o 1000 manat göreysən vurulub. İndi bular yarım saatın içində vurulub da. Hamısı yarım saatın içində vurulub. Orda var da 4000 göreysən? Bax 4 saf 4000-di. Bax bir dənə 1000 manatdı, bir dənə 700 manatdı, bir dənə 1900 manatdı, bir dənə də 400 manatdı. Yaxşı? Bax bunun cəmi eliyir 4000 manat. Bax bular da saatdan da ki, üstündə var da, bəllidi hər şey. "WhatsApp Audio 2025-05-07 at 11.26.31 (1)”. K2-Əmi sənə qurban, onun səsdərin atım? Səslərin atım? İsgəndər mənə səs qoyub da o səs o səslərini atım? Ya o səslərinin ki, mənə atıb onun şəklin çəkim telefonda atım? Onu bi dənə mənə başa salginan. “WhatsApp Audio 2025-05-07 at 11.26.31 (2)”. K2- Göreysən əmi, bax bu axırıncı şəkilə, şəkilə bax, o vaxtın göreysən telefonunda çəkdim şəkilini atdım sənə də. 16:51 dəqiqədə göreysən səsdər atıb mənə. Həmin səsdərdi, o səsdəri də qayıdıb atmışam ha sənə 3-də. O səsdərdi, atdı mənə, yaxşı? 16:47 dəqiqədə pul vurmuşam, çeki indi göreysən düşübdü orda parası. 16:51 dəqiqədə səs qoyubdu. İsgəndər səs qoyubdu ki, hani səs qoyubdu ki, deyib ki, o 3000 vurulduğu . WhatsApp Audio 2025-05-07 at 11.26.31 (3)”. 3000-nən/// 3000 vurulub bunun qalanı hanı? O səsdərdi göreysən? Saatdar orda ha/// saatdar hamısı düşüb orda əmi. K2- Göreysən əmi, bax bu axırıncı şəkilə, şəkilə bax, o vaxtın göreysən telefonunda çəkdim şəkilini atdım sənə də. 16:51 dəqiqədə göreysən səsdər atıb mənə. Həmin səsdərdi, o səsdəri də qayıdıb atmışam ha sənə 3-də. O səsdərdi, atdı mənə, yaxşı? 16:47 dəqiqədə pul vurmuşam, çeki indi göreysən düşübdü orda parası. 16:51 dəqiqədə səs qoyubdu. İsgəndər səs qoyubdu ki, hani səs qoyubdu ki, deyib ki, o 3000 vurulduğu 3000-nən/// 3000 vurulub bunun qalanı hanı? O səsdərdi göreysən? Saatdar orda ha/// saatdar düşüb orda əmi. "WhatsApp Audio 2025-05-07 at 11.26.31 (4)”. K2-Əmi sənə qurban atdım da, hamısını atmışam da, çəkib atmışam, telefonda hamısını çəkib atmışam da o düşüb ora baxson kartı 16 kartı 16:15 dəqiqədə kartı atıb, onnan kartdan sora da o səsdərnən də ki, o çeklər ki, atmışam ki, oların da saatdan hamısı düşüb orda sənə qurban. Atdım hamı/// hamısını atmışam sənə. "WhatsApp Audio 2025-05-07 at 11.26.31”.K2-Allah özü köməy olsun. Biz də istiyirik ki, o Allah qapısını açsın, tezliklə kutarsın da, Allah onu girifdar eliyəni girifdar eləsini Allahdan onu istiyirəm ki, hər kəs onu girifdar elədi, hər kəs İsgəndəri Girifdar elədi Allah onu özü girifdar eləsin. “WhatsApp Audio 2025-05-07 at 11.26.32 (1)”.K2-Əmi, başa düşdüm e, bildim nə deyirsən sən, sənə qurban olum. Mən onu o vaxt da bilirəm e, neylədim eliyəmmədim də, rast gəlmey da, nə qədər diqqətnən fikirrəşdim, nə qədər qulaq asdım, mən də elə bil istədim onu aydın naşdı ram ki, onun səsi düşə olmadı da. O rast gəlmir, olmur, bildim sən nə deyirsən, elə o olacağı odur, daa onnan artığ eləməy olmur. “WhatsApp Audio 2025-05-07 at 11.26.32”. K2 - Əmi nətər dedin buni deyirsən neyliyim ay əmi, başa düşmədim e, sənə qurban. “WhatsApp Audio 2025-05-07 at 11.26.33 (1)" K2-16, əmi 16:40 neçə dəqiqada 47 dəqiqada mən ona bir dənə 1900 manat, bir dənə 700 manat vurmuşam. O da şəkili/// şəkillər ki, ateyram sənə onun üstündə o elə o vaxtın saatı da onun üstündə, əmi sənə qurban, baxsan görsəney. “WhatsApp Audio 2025-05-07 at 11.26.33". K2-Əmi göreysan bax danışığları bu şəkildə olar ki, o vaxt ki, kartı atıblar a, o vaxt kartı atdı a, İsgəndərin telefonuynan kartı atıblar mən pulu vurmuşam, göreysan əmi? Orda o görsədey da bax 16:15 dəqiqədə, 16:15 dəqiqədə kartı atdılar mənə, görürsən? 16/// 16:15 dəqiqədə kartı atdılar mənə. Mübahisəli fonoqramlardakı danışıqlarda iştirak edən eyni diktorun müəyyən olunması məqsədi ilə danışıq materialına dəfələrlə qulaqasma metodundan istifadə olunmuşdur. İstifadə olunan proqram-kompleksləri tədqiq olunan materiala qulaq asmaqla yanaşı kompüterin ekranında yaranan pəncərədə həmin hissəni vüzual müşahidə etməyə, danışığa hissə-hissə (səs, heca, söz və cümlə səviyyəsində) və dəfələrlə qulaqasmağa, sürətə görə korreksiya etməyə imkan verir. Diktorların fərdiləşdirilməsi zamanı danışıqlar semantik təhlil olunmuş, danışıqlarda hər bir diktorun rolu nəzərə alınmış, replikalar auditiv, linqvistik, melodik analiz olunmuş və spektral- formant xarakteristikaları tədqiq olunmuşdur. Müqayisə zamanı laringal və fonetik tembr, üslub, tələffüz keyfiyyəti, ayrı-ayrı sait və samit qruplarının tələffüz xüsusiyyətləri, söz və ifadələrin ritmik individual-spesfik əlamətləri və yaş, cins, danışıq mədəniyyəti, linqvistik psixoloji əlamətlər nəzərə alınmışdır. Mübahisəli fonoqramdakı danışıqlarda iştirak edən K1 və K2 diktorunun danışıq materiallarının eyniləşdirici tədqiqat üçün yararlılıq dərəcəsi qiymətləndirilərkən uyğun metodiakaya əsasən diktorun danışıq materialı üzrə danışıq materialının həcmi, danışıq siqnalının tezlik diapazonu, səs/küy nisbəti, səs yazılarında olan küyün xarakteri, səs, heca, söz və vümlə səviyyəsində aydınlıq dərəcələri qiymətləndirilmişdir. Təqdim olunmuş mübahisəli fonoqramdakı istintaqı maraqlandıran və tədqiqatı tələb olunan K1 və K2 diktoruna məxsus danışıq materiallarının eyniləşdirici tədqiqat üçün yararlılığının analizi K1 və K2 diktorunun replikalarının auditiv-linqvistik və instrumental tədqiqat üçün yararlı olduğunu göstərmişdir. Müqayisəedici fonoqramların yazılış keyfiyyəti və həcmləri auditiv-linqvistik və akustik eyniləşdirici parametrləri müəyyən etməyə, fonetik-linqvistik və fonetik-instrumental analiz aparmağa imkan verir. Fonetikspektral analiz üçün dinamik spektroqramdan istifadə olunmuşdur. (SİS 5.5, pənjərə növü Xann, 128 nöqtə, spektrin ortalanması 5 nöqtə üzrə, analiz kadrları arasında hərəkət dəyişməsi 50 nöqtə). Spektral tədqiqatdan əvvəl danışıq siqnalının orta spektrinin invers filtrin köməyi ilə düzləndirilməsi aparılmışdır. Müqayisə olunan diktorların səslərinin spektroqram təsvirləri olan pəncərələr tezlik şkalasına görə sinxronlaşdırılmış və ekspert tərəfindən spektral müqayisə vizual olaraq üfüqi və şaquli sinxronlaşdırılmış markerlərin göstərdiyi qiymətlərin müqayisəsi şəklində aparılmışdır. Nümunə və mübahisəli fonoqramlardakı danışıq səslərinin əsas tonunun parametrik xarakteristikalarının ayrılmasından və optimal viziullaşdırılmasından sonra onların viziual və proqram ədədi qiymətlərinin müqayisəsi aparılmışdır. Analiz üçün dinamik siqnaloqram təsvirlərindən istifadə olunmuşdur. (Analiz pəncərə növü Xemminq, 1024 və 512 nöqtə, kadrlar arası yerdəyişmə 20 nöqtə) Müqayisə olunan diktorlar üçün səsin diapazonu, əsas tonun minimal, maksimal və orta qiyməti, tonun pauzadan sonrakı tipik başlanğıcı, əsas tonun dəyişmə sürəti kimi melodik göstəricilər ölçülmüş və müqayisə olunmuşdur. Ekspertlər danışıq dilindən asılı olmayan əsas ton, əsas tonunun maksimal, minimal və orta qiymətləri, əsas tonun histoqramması kimi parametrlərə daha çox üstünlük vermişlər və bu parametrlər hər bir diktor üçün hesablanmışdır. Tədqiqatın sonrakı mərhələsində həm mübahisəli fonoqramlardakı danışıqlarda iştirak edən K1 diktorunun, həm də eyniləşdirici tədqiqat üçün eksperimental səs və nitq nümunəsi təqdim olunmuş Təqsirləndirilən şəxs danışıq nümunəsindən tədqiq olunan və müqayisə olunan, aydın ifadə edilmiş ayrı-ayrı fraqmentlər kompleksini cəmləşdirən ekspert-fonoskopistin avtomatlaşdırılmış iş yeri vasitəsilə seqmentləşdirilərək, səsi və nitqi xarakterizə edən spektral, temporal və intensivlik parametrləri ölçülmüş, fiziki eyniləşdirici əlamətlər müəyyən edilmiş və müqayisə aparılmışdır. Hər bir tədqiq olunan replikaların riyazi modeli EHM-in yaddaşına yazılıb, sonra “ekspert EHM” dialoq rejimində, vizual və eşitmə kanalları vasitəsilə nitq məlumatlarının daxil olması ilə eyni vaxtda təkmilləşdirilmişdir. Hər bir seqment akustoelektrik mənşəli texniki əlamətlərə görə seçilərək, özündə yüksək səviyyəli səsyazan və təkmilləşdirən aparatları, rəqəmli danışıq siqnallarının təkmilləşdirilməsi və tədqiqatın proqramlar tədqiq olunmuşdur. Tədqiqat zamanı şifahi nitqin prosodik əlamətləri də (intonasiya əyrilərinin istiqaməti və forması, nitqin sürəti və onun ritmik təşkili) tədqiq olunmuşdur. Aparılmış ilkin tədqiqatın və auditiv-linqvistik analizlərin nəticələri göstərir ki, auditiv-linqvistik eyniləşdirici əlamətlərinə görə mübahisəli fonoqramların yazılı mətnindəki “KQ diktorunun səsi ilə Təqsirləndirilən şəxs səsi oxşarlıq təşkil edir. Mübahisəli fonoqramlardakı danışıqlarda iştirak edən K1 diktorunun və müqayisəedici tədqiqat üçün eksperimental səs və nitq nümunəsi təqdim olunmuş Təqsirləndirilən şəxs danışıq nümunəsi üzrə fonetik-instrumental tədqiqat aparılmış, eyni fonetik əhatəli eyni saitlər üçün (a, o, i) formantlar (F1, F2, F3, bəzən F4) ölçülmüş, F2/F1, F3/F1 nisbətləri hesablanaraq müqayisə edilmişdir. Kepstral və spectral tərkiblər müəyyən edilmiş və müqayisə aparılmışdır. Auditiv-linqvistik eyniləşdirici əlamətlərinə və əsas tonun ədədi qiymətlərinə görə oxşar olan yuxarıda qeyd olunan cütlüyün danışıq nümunələrindən seqmentləşdirilmiş eyni fpnetik əhatəli eyni saitlər üçün aparılmış formant analizlərinin (dinamik spektorqramda) nəticələri göstərir ki, formant maksimumlarının qiymətləri, formantlararası tezliyin qiymətləri müqayisə olunan yuxarıda qeyd olunan cütlüklər üçün yüksək oxşarlıq dərəcəsinə malikdirlər. Fonoqramda yazılış vaxtı və ya sonradan edilmiş dəyişikliklərin olubolmadığını müəyyən etmək üçün auditiv-linavistik və instrumental analizlər aparılmışdır. Tədqiqat zamanı fonoqramdakı danışıqların əvvəlinin kommunikativ aktın əvvəli üçün xarakterik olan formada başlayıb-başlamadığı, sonunun isə kommunkativ aktın sonu üçün xarakterik formada qutarıb- qutarmadığı analiz olunmuş, danışıqlarda məntiqi ardıcıllıq, diktorların emosional vəziyyətinin və sayının dəyişməsi tədqiq olunmuşdur. Akustik şərait tədqiq edilərək analiz olunmuşdur. Danışıq siqnallarında kəskin fon sıçrayışları, akustik şəraitin dəyişməsi, sözlərarası və cümlələrarası əsaslanmamış pauzaların olub-olmaması yoxlanılmışdır. Müqayisəli tədqiqatlar zamanı fonoqramların start/stop siqnalları, fonoqramların qeydə alındıqları faylların strukturları, inteqral spektrləri və digər parametrləri müqayisə olunmuşdur. Fonoqramda diktorların emosianal vəziyyətinin və sayının əsaslanmamış dəyişməsi, akustik fonun kəskin şəkildə dəyişməsi qeydə alınmamışdır. Mübahisəli fonoqramların müxtəlif hissələri üçün qeydə alınan inteqral spektrlər bir-biri ilə eynilik təşkil edir. Aparılmış tədqiqatlar nəticəsində aşağıdakılar müəyyən olundu: mübahisəli fonoqramın qeydə alındığı faylın atributları dəyişdirilməmişdir; mübahisəli fonoqramdakı danışıqların əvvəli və sonu komunikativ aktın əvvəli və sonu üçün xarakterik formadadır; mübahisəli fonoqramın qeydə alındığı faylllar mesencer (Whatsapp mesencer proqramı) proqram vasitəsilə emal olunmuşdur; mübahisəli fonoqramdakı danışıqlarda məntiqi rabitənin pozulması, diktorların sayının və emosional vəziyyətinin situasiya ilə əlaqəli olmayan şəkildə dəyişməsi kimi montaj əlamətləri müəyyən olunmadı. Aparılmış tədqiqatlar nəticəsində mübahisəli fonoqramdakı danışıqlarda məntiqi ardıcıllığın pozulması, kəskin fon sıçrayışları, audosiqnalın itməsi və harmonikalarda faza kəsilmələri qeydə alınmamışdır. Mübahisəli fonoqramın qeydə alındığı faylın struktur analizi zamanı heç bir redaktə proqramlarının izləri aşkar olunmamışdır. Beləliklə, mübahisəli fonoqramlardakı danışıqlarda məntiqi rabitənin itməsi, akustik şəraitin və iştirakçı diktorların emosional vəziyyətlərinin situasiya ilə əsaslanmayan dəyişmələri, keçid prosesləri üçün xarakterik siqnallar kimi montaj əlamətləri müəyyən olunmadı. Lakin, qeydə alınan mübahisəli fonoqramlar ilkin (orjinal) olmadığından digər dəyişikliklərin olub-olmamasını müəyyən etmək mümkün olmadı. Qeyd: Rəqəmsal yazı qurğularında faylın qeydəalınma tarixi yazı qurğusunda zamanın t tənzimlənməsindən asılıdır. Bundan başqa faylın yaranma tarixini və yerini faylın struktunda dəyişiklik etməklə də dəyişmək mümkündür. Qeyd olunan dəyişiklikləri müəyyən etmək üçün uyğun metodika olmadığından 2-ci sual uzrə tədqiqat aparılmadı. Auditiv, linqvistik və instrumental tədqiqatların nəticələrini qiymətləndirərək aşağıdakı nəticəyə gəlmək olar: rəyin nəticə hissəsində göstərilmişdir ki, ekspertizaya təqdim olunan 01 ədəd “Ahuang” markalı DVD-R diskdə olan mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissəsində verilmiş yazılı mətnlərdən ibarətdir. Ekspertizaya təqdim olunan olunan 01 ədəd “Ahuang” markalı DVD-R diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilən yazılı mətnlərdəki “K1” kimi işarə olunmuş diktorun səsli və nitdi-Təqsirləndirilən şəxs məxsusdur. Ekspertizaya təqdim olunan olunan 01 ədəd “Ahuang” markalı DVD-R diskdə olan mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir. Danışıqlar K1 və K2 olmaqla ümumilikdə iki nəfər kişi diktor tərəfindən aparılmışdır. Ekspertizaya təqdim olunan olunan 01 ədəd “Ahuang” markalı DVD-R diskdə olan mübahisəli fonoqramlar orjinal (ilkin) olmayıb, əvvəl yazılmış fonoqramın çıxarılmış surətidir. Ekspertizaya təqdim olunan olunan 01 ədəd “Ahuang” markalı DVD-R diskdə olan mübahisəli fonoqramlardakı danışıqlarda məntiqi rabitənin itməsi, akustik şəraitin və iştirakçı diktorların emosional vəziyyətlərinin situasiya ilə əsaslanmayan dəyişmələri, keçid prosesləri üçün xarakterik siqnallar kimi monatj əlamətləri müəyyən olunmadı. Lakin, qeydə alınan mübahisəli fonoqramlar ilkin (orjinal) olmadığından digər dəyişikliklərin olub-olmamasını müəyyən etmək mümkün olmadı. CD diskdə olan materiallara məhkəmə istintaqı zaman qulaq asılıb tətqiq zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs “ayə qaqa, başına dönüb bir az tez olda, bunlar deyir bizim vaxtımız yoxdur axı” deyir, bu zaman kənardan gidər şəxs asta səslə “üç olub deyir”, bu zaman Təqsirləndirilən şəxs “üç olubda, üçdü, birdənənidə dedin atacağam, onu da atda Nemi” deyir. Səs yazısının məzmunundan göründüyü kimi, Təqsirləndirilən şəxs iranlı qohumundan pul istəyən zaman onun yanında zəif və asta səslə danışan şəxs olmuş, Təqsirləndirilən şəxs həmin şəxsin bildirdiyi ifadəni səsləndirmiş, yəni Təqsirləndirilən şəxs pul istəməyə yönəldən şəxs və ya şəxslər olmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, Samirin kartı Samirin özünün üzərində olmuş, polis əməkdaşları Samiri saxlayan zaman kartı Samirin üzərindən çıxarmışlar. Samirin kartını görməmişdir. Bakı İstintaq Təcridxanasında olan zaman bilmişdir ki, kart Samirin kartıdır. Samirlə yol pulu danışmamışdır. Samirə maşına benzin vuracağını demiş, karta pul atacağını deməmişdir. Kart görməmiş, pulun Samirin kartına köçürülməsini görməmişdir. Sonradan pul köçürülən kartın Samirin kartı olduğunu bilmişdir. Polis əməkdaşları özləri həmin kartın nömrəsini vermişlər. O, iranlı qohumuna hansı karta pul köçürməsini deməmişdir. Rüfət onun yanında onun telefonu ilə iranlı ilə danışan zaman atılan karta pul köçür demişdir. Kartın kimin kartı olduğunu bilməmişdir. Bu hal açıq şəkildə sübut edir ki, səs yazılarının göndərildiyi zaman Təqsirləndirilən şəxs yanında kənar şəxslər olmuşdur. Səs yazısından aydın şəkildə eşidilir ki, asta səslə danışan şəxs əvvəlcə ifadəni deyir, Təqsirləndirilən şəxs isə həmin ifadəni ardıcıl şəkildə təkrarlayır. Bu səs yazısının Təqsirləndirilən şəxs tərəfindən müstəqil şəkildə deyil, kənar şəxin birbaşa istiqamətləndirməsi və diktəsi aldında hazırlandığını göstərir. Təqsirləndirilən şəxs 23 dekabr 2024-cü il tarixdə saat 14 radələrində polis əməkdaşları Şahid5 və Şahid7 tərəfindən saxlanıldığı, onların sərəncamında olduğu halda həmin gün saat 17:31-dən başlayaraq “X53” adı ilə yazılmış +**********30 saylı nömrə ilə danışıqlar apararaq pul istəməsi absurtdur və sübut kimi qiymətləndirilməməlidir. Beləliklə, səs materialları bir daha Təqsirləndirilən şəxs təqsirsizliyini təsdiq edən mötəbər sübut kimi hesab olunur. Cinayət işinin materiallarının 107-110-cü səhifələrində olan “baxış keçirilməsi haqqında” 27 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona məxsus “Samsung Galaxy A12” markalı mobil telefondan Təqsirləndirilən şəxs 23 dekabr 2024-cü il tarixdə saat 15:01 və 15:02 dəqiqələrdə Yardımlı rayonu, Mirimli kəndinin İran İslam Respublikası ilə sərhədə yaxın ərazilərində olduğu, xalq arasında “Əli daşı” adlanan yerin foto, eləcə də İran İslam Respublikası ərazisində yerləşən kəndin videogörüntülərini çəkdiyi müəyyən edilmişdir. Yardımlı rayon İcra Hakimiyyəti Başçısının Ərus kənd İƏD-i üzrə nümayəndəliyindən verilmiş 08 may 2025-ci il tarixli arayışdan görünür ki, “Əli daşı” adlanan yerin Mirimli kəndinə heç bir aidiyyəti yoxdur, Məlikli kəndinin ərazisidir. Təqsirləndirilən şəxs həmin ərazidə saxlanılmadığını, polis əməkdaşları tərəfindən həmin əraziyə aparıldığını, həmin ərazinin üzərinə baxış keçirilən ərazinin yaxınlığı olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, 23 dekabr 2024-cü il tarixdə saat 15 radələrində Təqsirləndirilən şəxs artıq polis əməkdaşlarının sərəncamında olmuş, sonuncu Yardımlı rayonu, Mirimli kəndinin ərazisində saxlanılmışdır. Məhkəmə tərkibi bildirir ki, sözügedən videoçəkiliş qanunsuz yolla əldə edildiyindən sübutlar siyahısına daxil edilməməlidir. Mübahisəsizdir ki, baxılan iş üzrə adları çəkilən polis əməkdaşları Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması ilə bağlı istintaq hərəkətlərinin aparılmasına dair şahid qismində ifadə vermişlər. Nəzərə almaq lazımdır ki, həmin ifadələr eyni zamanda digər polis əməkdaşlarının fəaliyyətini əks etdirən informasiya daşıyıcısıdır. Bu ifadələr nəinki Təqsirləndirilən şəxs verilmiş ittihamın əsasını, eyni zamanda digər polis əməkdaşlarının hərəkətlərinin qanuni və əsaslı olmasının təsdiqi vasitəsidir. İbtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış, əməliyyat qrupuna rəhbərlik edən Şahid1 ifadəsində bildirmişdir ki, 23 dekabr 2024-cü il tarixdə ona Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitələr əldə etməsi və daşıması barədə daxil olmuş məlumatın yoxlanılması barədə qərar qəbul etmiş və Təqsirləndirilən şəxs saxlanılmasından ötrü əməliyyat qrupu yaradılmışdır. 23 dekabr 2024-cü il tarixdə saat 19:30 radələrində KTQ-nin baş inspektor kriminalisti, polis kapitanı X18 və İTB-nin sahə polis nəfəri, polis serjantı Şahid2 ilə birlikdə Yardımlı rayonu, Mirimli kəndi ərazisində Təqsirləndirilən şəxs saxlamışlar. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu və üzərində videoçəkilişlə yoxlama aparılacağını bildirmişdir. Videoçəkilişin aparılmasına hər hansı bir etirazının olub-olmadığını soruşmuş, o da heç bir etirazı olmadığını demişdir. Təqsirləndirilən şəxs əlindəki qara rəngli kisədə nə olduğunu soruşmuş, o da həmin qara rəngli kisədə narkotik vasitə olduğunu, həmin narkotik vasitəni İran İslam Respublikası vətəndaşının dediyi yerdən götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni Bakı şəhərinə aparacağını və bunun müqabilində İran İslam Respublikası vətəndaşının ona 5000 (beş min) manat pul verəcəyini demişdir. Təqsirləndirilən şəxs üzərində yoxlama aparılmış, əynindəki gödəkçənin sağ yan cibindən 01 (bir) qutu “Winchester” markalı siqaret, 01 (bir) ədəd alışqan, əynindəki qara rəngli cins şalvarın sol arxa cibindən 01 (bir) ədəd 20 manatlıq, 01 (bir) ədəd 10 manatlıq və 08 (səkkiz) ədəd 1 manatlıq pul əskinazları, sağ arxa cibindən isə 01 (bir) ədəd “Samsung A12” markalı mobil telefon aşkar olunmuş, üzərindən başqa əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs İran İslam Respublikası vətəndaşı ilə necə əlaqə saxladığını soruşmuş, o da “Samsung A12” markalı mobil telefonda istifadə etdiyi “WhatsApp” proqramı vasitəsilə əlaqə saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs “Samsung A12” markalı mobil telefonunda istifadə etdiyi “WhatsApp” proqramına daxil olan zaman onun “X53” adı ilə qeyd olunmuş, İran İslam Respublikası mobil operatoruna məxsus +98 914 803 1930 saylı nömrə ilə danışıqlar apardığını müəyyən etmişdir. Təqsirləndirilən şəxs əlindəki 01 (bir) ədəd qara rəngli kisəyə baxış keçirilmiş, həmin qara rəngli kisənin içərisindən də 01 (bir) ədəd iplə bağlanmış qara rəngli kisə aşkar edilmişdir. Həmin qara rəngli kisədən 01 (bir) ədəd sellofan torba və 02 (iki) ədəd sellofan bükülü aşkar olunmuşdur. Sellofan bükülülərin birindən də 05 (beş) ədəd sellofan bükülü aşkar olunmuşdur. Birinci sellofan bükülüdən narkotik vasitə heroinə oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 1005 qram olmuşdur. İkinci sellofan bükülüdən narkotik vasitə heroinə oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 1060 qram olmuşdur. Üçüncü sellofan bükülüdən narkotik vasitə heroinə oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 1060 qram olmuşdur. Dördüncü sellofan bükülüdən narkotik vasitə heroinə oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 1060 qram olmuşdur. Beşinci sellofan bükülüdən narkotik vasitə heroinə oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 1100 qram olmuşdur. Altıncı sellofan bükülüdən narkotik vasitə heroinə oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 1115 qram olmuşdur. Yeddinci sellofan bükülüdən narkotik vasitə heroinə oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 500 qram olmuşdur. Aşkar olunmuş narkotik vasitə heroinə oxşar kütlələr 01 (bir) ədəd qara rəngli kisədə qablaşdırılaraq möhürlənib götürülmüş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs rayon polis şöbəsinin inzibati binasına gətirmişlər. Yardımlı rayon polis şöbəsinin inzibati binasında bu barədə protokol tərtib etmiş, həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 (bir) ədəd “Samsung A12” markalı mobil telefon, 01 (bir) qutu “Winchester” markalı siqaret, 01 (bir) ədəd alışqan, 01 (bir) ədəd 20 manatlıq, 01 (bir) ədəd 10 manatlıq, 08 (səkkiz) ədəd 1 manatlıq pul əskinazları, onun əlindəki 01 (bir) ədəd qara rəngli kisədən aşkar olunmuş narkotik vasitə heroinə oxşar oxşar kütlələr və Təqsirləndirilən şəxs saxlanılan və üzərində yoxlanış aparılan zaman çəkilmiş görüntüləri özündə əks etdirən 01 (bir) ədəd DVD-ni rayon polis şöbəsinin TQ-nun təhqiqatçısı, polis baş leytenantı Cavad Ağayevə təqdim etmişdir. Cavad Ağayev tərəfindən həmin əşyalara videoçəkiliş vasitəsi ilə baxış keçirilmiş və götürülmüşdür. Bu barədə protokol tərtib olunmuş, o da həmin protokolu imzalamışdır. Yardımlı RPŞ-nin İTB-nin sahə polis nəfəri, polis serjantı Şahid2 və KTQ-nin baş inspektor kriminalisti, polis kapitanı X3 Hüseynzadənin ifadəsində göstərdiyi xüsusatları olduğu kimi təsdiq etmişdir. Şahid1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində isə bildirmişdir ki, 23 dekabr 2024-cü il tarixdə saat 19:30 radələrində ona əməliyyat məlumatı daxil olmuş və o, dərhal Yardımlı RPŞ-nin rəhbərliyinə məruzə edib, həmin hadisə yerinə getmişdir. Fariz Mahmudov və sahə polis nəfəri Şahid2lə birgə hadisə yerində olan Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər. İsgəndərə əlindəki narkotik vasitələrin daşıması barədə şübhəli olduğu üçün ona qaydaları izah etmişlər. İsgəndərdən əlindəki kisədə nə olduğunu soruşduqda o, iranlı ilə danışdığını və 5000 mant pul müqabilində əlindəki kisəni Bakı şəhərinə aparacağını bildirmişdir. İsgəndər borcu olduğunu və ona 5000 manat məbləğində pul lazım olduğunu demişdir. Videoçəkiliş aparılan zaman onun hər hansı bir etirazının olubolmadığını soruşmuşlar, İsgəndər videoçəkilişlə bağlı heç bir etirazının olmadığını bildirmişdir. Videoçəkiliş aparıldıqdan sonra, protokolu yerində tərtib edə bilmədikləri üçün RPŞ-nə getmişlər. İsgəndərlə Samiri ayrı-ayrılıqda saxlamışlar. Samir maşını yolun kənarında saxlamışdır. İsgəndəri hündürlükdə saxlamışlar, həmin yerə maşın getməzdi. Samiri saxlayan zaman dostunun bibisinin rəhmətə getməsi ilə bağlı rayona gəldiyini bildirmişdir. Samiri saxladıqları ərazi sərhədyanı ərazi olduğuna görə və əməliyyat məlumatı daxil olduğu üçün onu şübhəli şəxs qismində saxlamışlar. Samiri saxlayan zaman o, İsgəndərin onlarla gəldiyini bildirmişdir. İsgəndəri “Əli daşı” deyilən yerdə saxlamışlar. İsgəndəri saxlayan zaman ona qarşı tabesizlik göstərməmişdir. İsgəndəri saxlayan zaman qaçmamış və yıxılmamışdır. İsgəndər tərəflərindən saxlanılan zaman onun üzərində xəsarət görməmişdir. İsgəndər saxlanılan zaman videoçəkiliş aparılmışdır. Videoçəkiliş saat 19:30 radələrində aparılmışdır. Samiri İsgəndərdən bir az əvvəl saxlamışlar. Samiri saxlayana qədər İsgəndər ilə bir yerdə gəldiklərini bilməmişdir. Samiri saxladıqdan sonra Samir onlara dostu İsgəndərlə gəldiyini bildirmişdir. Samiri saxladıqdan sonra dostunun getdiyi istiqaməti soruşmuşlar. İsgəndərin olduğu istiqamət əməliyyat məlumatının daxil olduğu istiqamət olmuşdur. İsgəndərin mobil telefonuna baxış keçirilən zaman onun telefonunda iran nömrəsi ilə qeyd olunan “Nehmet Qaqa” adı olmuşdur. İsgəndərin telefonunda “Məhərrəm və Nemət” adları olmuş, Vəli adını görməmişdir. İsgəndəri döyməmiş və bununla bağlı rayon prokurorluğunda izahat vermişdir. “Əli daşı” Mirimli kəndinin yuxarı olan hissəsinə deyirlər. Samiri yolun kənarında saxlamışlar. Samiri saxladıqdan 30-40 dəqiqə sonra İsgəndəri saxlamışlar, hər ikinisi polis şöbəsinə gətirmişlər. 4000 manatla bağlı heç bir məlumatı yoxdur. Samiri saxlayan zaman videoçəkiliş aparmamışlar. Samiri saxlayan zaman səhv etmirsə yerində maşınına və üzərinə baxış keçirilmişdir. İsgəndər barəsində əməliyyat məlumatı 23 dekabr 2024-cü il tarixdə təxminən saat 17-18 radələrində daxil olmuşdur. Əməliyyat məlumatı daxil olana qədər İsgəndəri tanımamış, İsgəndər barəsində heç bir məlumat daxil olmamışdır. Samirlə İsgəndəri saxlamaları arasında 1 saat fərq olmuşdur. ***- ***-**-** saylı mobil nömrə ona məxsus olmuşdur. Rüfətlə Zamir adlı polis əməkdaşı əməliyyat tədbirində iştirak etməmişlər. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Yardımlı RPŞ-nin əməkdaşları Şahid5 və Şahid7 tərəfindən 23 dekabr 2024-cü il tarixdə saat 15 radələrində Yardımlı rayonu, Mirimli kəndinə gedən yolda saxlanılmışdır. Göründüyü kimi Şahid1 həm məhkəməyədək həm də məhkəmə icraatı dövründə ziddiyyətli ifadlər vermiş, Təqsirləndirilən şəxs onun tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində saxlanılmasına dair özündə obyektiv həqiqətə uyğun olmayan məlumatları daşıyan sənədlər hazırlamışdır. Digər polis əməkdaşları da Şahid1 kimi ziddiyyətli ifadələr vermişlər. Avropa İnsan Hüquqları Məhkəməsi “Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı”, “X9rşı” və bir sıra qərarlarında sübutları qiymətləndirərkən “əsaslı şübhə yerinin qalmaması” sübutetmə standartını tətbiq edir. Polis əməkdaşlarının fəaliyyət göstərdiyi orqan tərəfindən aparılan istintaq hərəkətlərinə dair onların verdikləri ifadələrin qeyd edilən standarta uyğun gəlməsi üçün ifadələrin mötəbərliyinə heç bir şübhə yeri qalmamalıdır. Yeni məzmunlu yanaşma İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Muradov Azərbaycana qarşı” qərarında da öz əksini tapmış və polis əməkdaşlarının istintaq hərəkətləri barəsində şahid kimi verdiyi ifadələrin “əsaslı şübhə doğurmayan” sübut növünə aid olmadığı göstərilmişdir. Məhkəmə tərkibi tərəfindən müəyyən edilmişdir ki, cinayət işinin materiallarında yer alan polis əməkdaşlarının ifadələri bir-biri ilə ziddiyyət təşkil edir və hadisənin gedişinə dair mühüm məqamlar üzrə uyğunsuzluqlar mövcuddur. Bu hal ifadələrin obyektiv və etibarlı olmasına ciddi şübhə yaradır. Cinayət-Prosessual Məcəlləsinin tələblərinə əsasən, sübut yalnız qanuni yolla əldə edildikdə və digər sübutlarla təsdiqini tapdıqda dəyərli hesab oluna bilər. Belə olan halda, polis əməkdaşlarının ziddiyyətli ifadələri təqsirləndirilən şəxsin təqsirini sübut edən inandırıcı dəlil kimi qiymətləndirilə bilməz və hökmün əsasına alınmamalıdır. Cinayət işinin materiallarında olan “məhkəmə-kimyəvi ekspertizası”nın rəyi ilə bağlı məhkəmə tərkibi qeyd edir ki, bu rəy Təqsirləndirilən şəxs aşkar edilməsi sübuta yetirilməyən narkotik vasitə qrudulmuş marixuana ilə bağlıdır. Rəyin özü bilavasitə hər hansı əlavə suallar yaratmır, ekspertə təqdim olunmuş maddə ilə bağlı əsaslandırılmış tədqiqatla bağlı gəlinmiş nəticə mövcuddur. Bununla belə, narkotik vasitə heroinin təqsirləndirilən şəxsə məxsus olmaması ilə bağlı gəlinmiş nəticə və buna qədər bütün şübhəli məqamların təqsirləndirilən şəxsin xeyrinə həll olunduğu vəziyyətdə, qeyd edilən ekspert rəyinin təqsirləndirilən şəxsə qarşı deyil, həmin narkotik vasitə heroinin əldə etmiş, hazırlamış, saxlamış, daşımış və satmış şəxsin müəyyən edilməsində sübut kimi istifadə oluna bilməsi mümkündür. Məhkəmə tərəfindən “ambulator məcburi narkoloji tibbi yoxlama”nın rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixi və fiziki asıllıq olmadan narkotik vasitələrdən istifadə halları istisna olunmur. Asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Mövcud sübutların məcmusu da nəzərə alınmaqla ittiham aktında sübut kimi istinad olunan bu rəy heç bir halda Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz narkotik vasitə heroni əldə edib üzərində saxlamaqla daşımasını təsdiq etmir. İstintaq orqanı tərəfindən bu məlumatlar təqsirləndirilən şəxsin təqsirini təsdiq edən sübutlar kimi qeyd olunsa da, məhkəmə hesab edir ki, Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin “məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır” tələblərinə əsasən bu kimi sənədlər və məlumatlar ittihamın mahiyyətinə aid olmadığından təqsirləndiriləndirilən şəxsin təqsirini təsdiq edən sübutlar kimi qiymətləndirilə bilməz. Məhkəmə tərkibi cinayət işinin materiallarının 218-221-ci səhifələrində olan “ambulator məhkəmə-psixiatrik ekspertizası”nın 13 yanvar 2025-ci il tarixli, 63 nömrəli rəyində cinayət işinin araşdırılması zamanı toplanan sübutlar, dindirmələr, ekspert rəyləri və digər prosessual hərəkətlərin qanunun tələblərinə və obyektivlik prinsipinə uyğun şəkildə aparılmaması, eləcə də istintaq materiallarında faktlar arasında ziddiyyətlərin mövcud olması baxımından qiymətləndirməyi zəruri hesab etmişdir. Həmin ekspert rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs hadisəni törətdiyi anda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, İsgəndər ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlik aşakr olunmur. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs hərəkətləri Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Cinayət işinin materiallarının 185-ci səhifələrində olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında Təqsirləndirilən şəxs sonuncu müayinəsinə dair məlumatdan görünür ki, Təqsirləndirilən şəxs 21 mart 2009-cu il tarixdə vəziyyətinin qiymətləndirməsinə görə “oliqofreniya, orta dərəcəli debillik, şəxsiyyətin psixopatizasiya” diaqnozu ilə əmək qabiliyətsizdir, müddətsiz olaraq ikinci dərəcəli əlildir. Həmin məlumatlar cinayət işinin materiallarında olsa da “ambulator məhkəməpsixiatrik ekspertizası”nın rəyində bununla bağlı hər hansı qeyd aparılmamış və həmin məlumat qiymətləndirilməmişdir. X19 istintaq dövründə həmin məlumatı Təqsirləndirilən şəxs xeyrinə olmasına baxmayaraq qiymətləndirməyə belə təşəbbüs göstərməmişdir. Hansı ki, Cinayət Məcəlləsinin 59.1.9-cü maddəsinin tələbinə əsasən cinayəti anlaqlılığı istisna olmayan psixi pozuntusu olan şəxs tərəfindən törədilməsi cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalı və Cinayət-Prosessual Məcəlləsinin 289.3.6-cı maddəsinə əsasən ttiham aktında yazılmalı olduğu halda yazılmamışdır. Sözügedən halın məhkəmə çıxışları zamanı dövlət ittihamçısı tərəfindən yüngülləşdirici hal kimi nəzərə alınması məhkəmədən xahiş edilmişdir. Təqsirləndirilən şəxs “oliqofreniya, orta dərəcəli debillik, şəxsiyyətin psixopatizasiya” diaqnozu ilə əmək qabiliyətsiz olması və müddətsiz olaraq ikinci dərəcəli əlil olmasının məhkəməyədək icraat dövründə nəzərə alınmaması, qiymətləndirilməməsi məhkəmə tərkibi tərəfindən yalnız ittihamı təsdiq edə biləcək materialların seçilərək istifadə olunması, təqsirləndirilən şəxsin müdafiə hüququnun pozularaq həmin faktın kənarda saxlanılması, ziddiyyətli sənədlərə dair uyğunsuzluqların araşdırılmadan ittiham aktının tərtib olunması kimi qiymətləndirilir və hesab edilir ki, belə vəziyyət istintaqın qərəzli, birtərəfli və qeyriobyektiv aparıldığını nümayiş etdirir, nəticə etibarı ilə toplanmış istintaq sənədlərinin hüquqi etibarlılığını və sübut dəyərini şübhə altına alır. Beləliklə, məhkəmə tərkibi Təqsirləndirilən şəxs təqsirliliyinə dair ittiham tərəfinin təqdim etdiyi sübutların onu döyüb zor tətbiq etməklə, işgəncə verilməklə, eləcə də müdafiə hüququ pozulmaqla əldə edildiyini, bu yolla əldə edilmiş sübutların Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən sübut kimi qəbul edilməsinə yol verilmədiyini, şahid kimi dindirilmiş polis əməkdaşlarının ifadələri ilə iş üzrə toplanmış digər sübutlar arasında aradan qaldırılması mümkün olmayan ziddiyyətlər və şübhələrin mövcudluğunu, ittihamın sübut olunmasında yaranan bütün şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu, iş üzrə tərtib olunmuş prosessual sənədlərin kifayət qədər natamam olmasını və uzlaşmamasını nəzərə alaraq hesab edir ki, kifayət qədər ziddiyyətli və uzlaşmayan sübutlar əsasında Təqsirləndirilən şəxs cinayət törətməkdə ittiham olunaraq təqsirli bilinməsi cinayət-prosessual qanunvericiliyin tələblərinin, həmçinin “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş təminatların pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının və Cinayət-Prosessual Məcəlləsinin müddəalarının mənasına görə, cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə, həmçinin zərərçəkmiş tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə isə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Məhkəmə tərkibi həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsi və Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə görə, bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Lakin, istintaq orqanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 32.5, 206.3.2 və 234.4-1-ci maddələri ilə təqsirli bilərkən onun hüquqlarını kobud şəkildə pozaraq bütün şübhələri onun ziyanına təfsir etmiş və nəticədə qeyd olunan konstitusion və prosessual təminatların tələblərinə zidd olan qanunsuz və əsassız nəticəyə gəlmişdir. Bundan əlavə məhkəmə tərkibi qeyd edir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Cinayət-Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksin tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Təqsirləndirilən şəxsin cinayət əməlini törətməkdə ittiham olunduğu bütün müddət ərzində “accusatio desiderat crimen” (“ittiham cinayətin mövcudluğunu ehtimal edir”) prinsipinə əməl olunmalı, bu məsələyə münasibətdə “in dubio pro reo” (“şübhə olduğu halda təqsirləndirilənin xeyrinə”) prinsipi hər zaman gözlənilməlidir. Adıçəkilən prinsiplər onu nəzərdə tutur ki, təqsirləndirilən şəxs şübhələrin onun xeyrinə həll olunması hüququna malikdir və hər hansı şübhəyə görə onun təqsirli bilinməsi yolverilməzdir. Sözügedən prinsip həm cinayət hüququ, həm də cinayət-prosessual hüquq nöqteyi-nəzərindən spesifik xarakterə malikdir. İstər təqsirləndirilən şəxsin təqsiri, istərsə də ona aid bir hərəkətin mövcudluğu ilə bağlı şübhə yaranarsa, ədalətli məhkəmə araşdırması hüququnun tələblərinə uyğun olan bir mühakimə həyata keçirilməli və buna uyğun hüquqi nəticələr əldə olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin təqsirsizlik prezumpsiyası ilə bağlı mövqeyinə görə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiya Federasiyasına qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” qərarlarında “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Həmin qərarlarda həmçinin məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Barbara, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Konstitusiyası və Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olduğunu sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Cinayət-Prosessual Məcəlləsinin 144 və 145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Cinayət-Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanılmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Eyni zamanda, qeyd olunur ki, cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək etməlidir. Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə görə, məhkəmənin hökmü Azərbaycan Respublikası adından çıxarılır, qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə isə əsaslı hesab olunur. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə müvafiq olaraq məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə görə, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan bir olduqda aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin hallar arasında Cinayət- Prosessual Məcəlləsinin 42.1-ci maddəsi məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirliliyinin sübuta yetirilmədiyini və cinayətin törədilməsinə aidiyyətinin olmamasını nəzərdə tutur. Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikası adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Cinayət Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli qərarında məhkəmə icraatının vəzifələri ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə tərkibi ibtidai istintaq zamanı toplanmış və məhkəmə baxışında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanunamüvafiq qaydada qiymət verərək hesab edir ki, Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə sübutlar arasında aşkar edilmiş ziddiyyətlər və ittiham aktında irəli sürülən halların sübut olunmasında yaranan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli və ona Cinayət Məcəlləsinin 32.5, 206.3.2 və 234.4-1-ci maddələri ilə elan olunan ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 346.1.18-ci maddəsinə əsasən cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə qoyulmuş həbsin ləğv edilməli olub-olmadığı və həmin Məcəllənin 346.1.19-cü maddəsinin tələbinə əsasən maddi sübutlar məsələsinin necə həll edilməli olduğu; hansı əmlakın xüsusi müsadirə edilməli olduğu məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının 60-cı maddəsində göstərilmişdir ki, bəraət hökmünün nəticəvi hissəsində həmçinin təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin dərhal ləğv edilməsi, məhkəmə hökmü çıxarılanadək mülki iddianın və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi üzrə tədbirlər görüldükdə, görülmüş tədbirlərin ləğv edilməsi, habelə cinayət-prosessual qanunda müəyyən edilən digər məsələlər öz əksini tapmalıdır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs bəraət veriləndə onun haqqında seçilmiş həbs qətimkan tədbiri ləğv olunmalı və o, dərhal dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. İbtidai istintaq orqanı tərəfindən xüsusi müsadirə olunması üçün təklif olunmuş 4000 (dörd min) manat məbləğdə pulla bağlı görülmüş tədbirlər ləğv olunmalı, hökm qanuni qüvvəyə mindikdən sonra Yardımlı RPŞ-nin Maliyyə hissəsinə təhvil verilmiş 4000 (dörd min) manat məbləğdə pul Təqsirləndirilən şəxs qaytarılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 353.3.4-cü maddəsinin tələblərinə əsasən məhkəmənin bəraət hökmündə bəraət almış şəxsə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi məsələsi və mülki iddia üzrə qərarın motivləri göstərilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 56 və 62.1-ci maddələrinin tələblərinə görə, bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona ziyan vurulması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Cinayət-Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb olunması və barəsində qətimkan tədbiri seçilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə uyğun olaraq bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Qeyd edilən maddəyə əsaslanmaqla məhkəmə tərkibi hesab edir ki, hazırkı cinayət işi üzrə cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldığı üçün hökm qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, bununla yanaşı, maddi sübut kimi tanınaraq Yardımlı RPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 6229,98 qram çəkidə olan narkotik vasitə heroin materiala əlavə edilməli və “Samsung Galaxy A12” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılmalıdır. Təqsirləndirilən şəxs cinayət işi üzrə olan 65 (altmış beş) manat məbləğdə ekspertiza xərcinin-məhkəmə məsrəfinin ödənilməsindən azad olunmalı və həmin məbləğ dövlətə aid edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə tərkibi gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Məhkəmə tərkibi göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 21, 42, 55, 346-347, 349-350, 352-354, 356-358, 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2 və 234.4-1-ci maddələri ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin. O, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin seçilməsi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah edilsin. İbtidai istintaq orqanı tərəfindən xüsusi müsadirə olunması üçün təklif olunmuş 4000 (dörd min) manat məbləğdə pulla bağlı görülmüş tədbirlər ləğv olunsun və hökm qanuni qüvvəyə mindikdən sonra Yardımlı Rayon Polis Şöbəsinin Maliyyə hissəsinə təhvil verilmiş 4000 (dörd min) manat məbləğdə pul Təqsirləndirilən şəxs qaytarılsın. Təqsirləndirilən şəxs iş üzrə olan 65 (altmış beş) manat məbləğdə ekspertiza xərcinin ödənilməsindən azad edilsin və həmin məbləğ dövlətə aid edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin müəyyən edilməsi və cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallar ibtidai araşdırmaya porosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Maddi sübut kimi tanınaraq Yardımlı Rayon Polis Şöbəsində saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 6229,98 qram çəkidə olan narkotik vasitə heroin materiala əlavə edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarına əlavə olunmuş “Samsung Galaxy A12” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar