Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-278/2023 13.03.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hakimlər - Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1974-cü ildə Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmuş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq külli miqdarda-2,234 qram narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 19 oktyabr 2022-ci il tarixdə saat 19:30 radələrində Şirvan şəhəri, M.S.Ordubadi küçəsində saxlanılaraq polis şöbəsinə gətirilib, üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman 2,234 qram narkotik vasitə heroin əynində olan şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək göstərdi ki, narkomaniya xəstəsidir, narkotik vasitə heroindən istifadə edir. 19 oktyabr 2022-ci il tarixdə Şirvan şəhərində tanımadığı şəxsdən öz istifadəsi üçün az miqdarda narkotik vasitə heroin alaraq üzərində saxlamışdır. Həmin gün saat 19:30 radələrində Şirvan şəhərində yaşadığı evdə olduğu zaman polis işçiləri evinə gələrək onu evdən tutub polis şöbəsinə aparmışlar. Onu Şirvan şəhərində M.S.Ordubadi küçəsində tutmamışlar. Polis şöbəsində üzərində şəxsi axtarış aparılarkən bir ədəd bükümdə az miqdarda narkotik vasitə heroin aşkar olunmuşdur. Lakin polis işçiləri həmin bükümdə olan heroinin miqdarını çoxaltmışlar. Polis işçiləri ona təzyiq etdiklərinə, onu döydüklərinə görə videoçəkiliş zamanı narkotik vasitənin tam şəkildə özünə məxsus olmasını bildirmişdir. Narkotik vasitə satmaq məqsədi olmamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində isə özünü elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, uzun müddətdir narkotik vasitə heroindən istifadə edir. xx.xx.2022ci il tarixdə saat 11 radələrində yaşadığı Şirvan şəhəri Vidadi küçəsində gəzəndə yerdən 1 ədəd sellofan bükümdə narkotik vasitə heroin tapmış və öz istifadəsi üçün şalvar cibinə qoyaraq üzərində saxlamışdır. Həmin gün saat 19:30 radələrində Şirvan şəhəri M.S.Ordubadi küçəsində olarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Ona üzərində narkotik vasitələri gəzdirməkdə şübhəli olduğunu bildirib, polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində şübhəli şəxs kimi tutulmuş, müdafiəçi dəvət olunmuş, üzərində videoçəkilişlə şəxsi axtarış keçirilərkən əynində olan şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdı olan heroini çıxarıb təqdim etmişdir. Verilən suallara cavab olaraq təqdim etdiyi narkotik vasitə heroini yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərimdə gəzdirdiyini, narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs cinayət əməli özünün ifadəsindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, Şahid1 məhkəmədə göstərdi ki, Şirvan Şəhər Polis Şöbəsinin Cinayət axtarış bölməsində əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə Şirvan şəhəri Vidadi küçəsi ev 19-da yaşayan X3 qanunsuz olaraq narkotik vasitə əldə etməsi, istifadə etməsi və üzərində saxlaması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilməklə həmin gün saat 19.30 radələrində Təqsirləndirilən şəxs Şirvan şəhəri M.S.Ordubadi küçəsində saxlamış, üzərində narkotik vasitələr saxlamaqda şübhəli olmasını bildirməklə polis şöbəsinə dəvət etmişlər. O, polis şöbəsində təhqiqatçı tərəfindən şübhəli şəxs kimi tutulmuş, üzərində müdafiəçinin iştirakı il əvə videoçəkilişdən istifadə olunaraq şəxsi axtarış aparılan zaman o, əynində olan şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuş və həmin bükümdə narkotik vasitə heroin olduğunu, həmin heroini yerdən tapdığını və istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmin büküm elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülməklə bu barədə protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumatı olmamışdır. Məhkəmədə şahid qismində dindirilən polis əməkdaşı Şahid2 da Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Şəxsi axtarış və götürmə aparılması haqqında 19 oktyabr 2022-ci il tarixli protokoldan və protokola əlavə olunmuş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs həmin maddəni yaşadığı evin yaxınlığında yerdən tapdığını və öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Şirvan Şəhər Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli qərarı ilə Şirvan Şəhər Polis Şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid1 ünvan 2 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə xx.xx.2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir. Matierialların məhkəmə ekspertizasının 20 oktyabr 2022-ci il tarixli, 18/1137 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş, 01 ədəd bükümdə təmiz çəkisi 2,234 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-cü il tarixli, 7614 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan narkomaniya xəstəliyi aşkar olunur. Lakin 2-ci dərəcəli əlil olması ilə əlaqədar ona narkomaniyadan məcburi müalicəyə tədbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-psixatrik ekspertizasının xx.xx.2022-ci il tarixli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik yoxdur, cinayət əməlini törədərkən anlaqlı olmuşdur. «Şirvan Şəhər Mərkəzi Xəstəxanası» publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli, 1163 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Şirvan Şəhər Mərkəzi Poliklinkasında narkoloji kabinetdə “Tiryək narkomaniyası” diaqnozu ilə qeydiyyatdadır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının təkrar müayinədən keçən əlillər üçün xx.xx.2012-ci il tarixli müayinə aktından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 2-ci dərəcəli əlil olmuş və onun əlilliyi müddətsiz müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs 19 oktyabr 2022-ci il tarixdə Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılarkən döyülərək qanunsuz hərəkətlərə məruz qşalması barədə ərizəsi ilə əlaqədar olaraq Şirvan şərəp prokurorluğu tərəfindən araşdırma aparılmış, həmin xüsusatlar təsdiq edilmədiyindən 08 dekabr 2022-ci il tarixli qərarla cinayət işinin başlanılması rədd edilmişdir. İşdə olan tələbnamədən və məhkəmə qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Şirvan Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməklə 01 il 10 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən cəkilməmiş 03 ay 07 gün cəzadan vaxtından əvvəl şərti azad edilmiş və cəzası başa çatdığı üçün xx.xx.2021-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. Cəzadan şərti azad etmə müddətində (xx.xx.2021-ci ildə) yenidən cinayət törətdiyindən Şirvan Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş, barəsində cəzadan şərti azad etmə ləğv edilmiş və CM-nin 67.1-ci maddəsinə əsasən ona hökmlərin məcmusu üzrə 02 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həmin cəzanın çəkilməmiş qalan 03 ay 22 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Onun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi müddəti 22 oktyabr 2022ci il tarixdə başa çatmalı olduğu halda həmin müddətdə, yəni xx.xx.2022-ci il tarixdə hazırkı cinayəti törətmişdir. Ailə tərkibi haqqında xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaq yoxdur. Yaşayış yerindən verilmiş eyni tarixli xasiyyətnamədə Təqsirləndirilən şəxs barəsində ərazi nümayəndəliyinə şikayət daxil olmaması göstərilmişdir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda-2,234 qram narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşıması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş 2,234 qram narkotik vasitə heroini satış məqsədi ilə əldə etməyə görə CM-nin 234.4.3-cü maddəsi ilə ittiham verilsə də, onun həmin maddəni satış məqsədi ilə əldə etməsi ibtidai istintaqda toplanılmış, həmçinin məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla təsdiq edilməmişdir. Bundan əlavə dövlət ittihamçısı öz çıxışında məhkəməyə Təqsirləndirilən şəxs əməlini CM-nin 234.4.3-cü maddəsindən 234.1-1-ci maddəsinə tövsif etməklə ona cəza təyin edilməsini təklif etmişdir. Odur ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-1-ci maddəsinə tövsif olunmaqla ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları müəyyən etmədi. Əməlində cinayətlərin təhlükəli residivinin olmasını isə CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Bundan əlavə, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə ona təyin edilmiş 02 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 03 ay 22 gününü çəkməkdən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə şərti olaraq vaxtından əvvəl azad edilməklə cəzanın çəkilməmiş hissəsi ərzində (cəzaçəkmə müddəti 22 oktyabr 2022-ci il tarixdə başa çatmalı idi), yəni 19 oktyabr 2022ci il tarixdə hazırkı cinayəti törətdiyindən CM-nin 76.6.3-cü maddəsinə əsasən onun barəsində cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli və CM-nin 67.1-ci maddəsinə əsasən əvvəlki hökm üzrə cəzanın çəkilməmiş hissəsi, yəni 03 ay 22 gün azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirməklə ona hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməldidir. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olduğundan və əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən CM-nin 56.1.3-ci maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 19 oktyabr 2022ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs hazırda narkomaniya xəstəliyi ilə əlaqədar yaşayış yeri üzrə qeydiyyatda olması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Şirvan Şəhər Polis Şöbəsində saxlanılan 2,184 qram narkotik vasitə heroin məhv edilməlidir. Ekspertiza xərci 31 manat 95 qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 76.6.3, Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə müəyyən olunmuş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edisin, CM-in 67.1-ci maddəsinə əsasən ona Şirvan Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 3 (üç) ay 22 (iyirmi iki) gün müddətə azadlıqdan məhrum etmə cəzasını hazırkı hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirməklə hökmlərin məcmusu üzrə qəti olaraq 5 (beş) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 19 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmaqla Şirvan Şəhər Polis Şöbəsində saxlanılan 2,184 qram narkotik vasitə heroin məhv edilsin. Ekspertiza xərci 31 manat 95 qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev
Məhkəmə qərarları › İş №1(099)-278/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-278/2023
13.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver