Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-278/2025 07.10.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Nuriyev Aqil Abdul oğlunun sədrliyi ilə, hakimlər Səfərli Cavid Şamil oğlu və Vəliyeva Ayşən Umud qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi-X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri, 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1966-cı ildə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4- 1, 144-3.4 və 243.1-ci maddələri ilətəqsirləndirilməsinə dair cinayət işinə 07 oktyabr 2025-ci il tarixdə, saat 12:15-də Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasınının 1 saylı məhkəmə iclas zalında “AzFemida” proqram təminatından və videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n e t d i:
1. Təqsirləndirilən şəxs qadınları aldatma yolu ilə zəiflik vəziyyətindən suiistifadə etməklə, həmçinin hədə-qorxu məcburetmə vasitəsindən istifadə etməklə, cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb edib, insan alveri məqsədi ilə zərərçəkmiş şəxsin pasportunu götürüb saxlamaqla təkrarən tamah niyyəti ilə iki şəxs barəsində insan alveri, həmçinin insan alveri məqsədi ilə sənədlərlə qanunsuz hərəkətlər cinayət əməllərini, eləcə də tamah niyyəti və gəlir əldə etmək məqsədi ilə təkrarən qadınları fahişəliyə cəlb etmə cinayət əməllərini törətmişdir.
2. Belə ki, o, tamah niyyəti ilə 2019-cu ilin oktyabr ayının əvvəllərində ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs3 ilə yaşadığı ünvanda görüşərək ona Türkiyə Respublikasının İzmir şəhərindən geyim əşyaları alıb Ağcabədi rayonuna gətirməklə yüksək qiymətə sataraq gəlir əldə edəcəyini yalandan vəd edib aldatma yolu ilə Türkiyə Respublikası ərazisində cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs3 razılıq verdikdən sonra bütün yol xərclərini ödəyərək onu 26 oktyabr 2019-cu il tarixdə, saat 06:40-da Azərbaycan Respublikasının dövlət sərhədini Heydər Əliyev adına X6 keçirməklə Türkiyə Respublikasının İzmir şəhərinə aparıb, həmin şəhərdə yerləşən kirayə tutduğu mənzilə yerləşdirdikdən sonra 26 oktyabr 2019-cu il tarixdən 24 noyabr 2019-cu il tarixədək olan müddət ərzində hədə-qorxu gəlməklə Türkiyə Respublikasının İzmir şəhərində kirayə yaşadıqları həmin mənzildə, eləcə də şəhərdə yerləşən müxtəlif evlərdə kişi müştəriləri ilə görüşdürüb pul ödənişləri müqabilində cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə tamah niyyəti ilə insan alveri cinayətini törətmişdir.
3. Bundan başqa Təqsirləndirilən şəxs 2020-ci ilin yanvar ayının sonlarında ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs4 ilə yaşadığı ünvanda olan zaman “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə zəng edərək danışıb onu tanışı olan kişi müştəriləri ilə pul müqabilində cinsi əlaqədə olması üçün görüşdürərək özü üçün 50 manat məbləğində tamah niyyəti ilə gəlir əldə etmək məqsədi ilə müvafiq olaraq 100 manat pul müqabilində cinsi əlaqədə olması barədə razılığını aldıqdan sonra, 25 yanvar 2020-ci il tarixdə Türkiyə Respublikasının İzmir şəhərinə aparmış, 2020-ci ilin yanvar ayının sonlarından 2021-ci ilin avqust ayının ortalarınadək olan müddət ərzində Zərərçəkmiş şəxs4 təxminən 70-80 dəfə müxtəlif kişi müştərilərlə Türkiyə Respublikası İzmir şəhəri ərazisində yerləşən əvvəlcədən kirayədə tutduğu mənzildə cinsi əlaqədə olmasını təşkil edərək fahişəliyə cəlb etmişdir.
4. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə 2022-ci ilin mart ayının ortalarında ünvan 4 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 ilə yaşadığı ünvanda görüşərək ona Türkiyə Respublikasının İzmir şəhərindən geyim əşyaları alıb Ağcabədi rayonuna gətirməklə yüksək qiymətə sataraq gəlir əldə edəcəyini vəd edib aldatma yolu ilə Türkiyə Respublikası ərazisində cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs1 razılıq verdikdən sonra bütün yol xərclərini ödəyərək onu 23 mart 2022-ci il tarixdə saat 02:51-də Azərbaycan Respublikasının dövlət sərhədinin Heydər Əliyev adına X6 keçirməklə Türkiyə Respublikasının İzmir şəhərinə aparıb, həmin şəhərdə yerləşən kirayə tutduğu mənzilə yerləşdirdikdən sonra insan alveri məqsədilə Zərərçəkmiş şəxs1 məxsus pasportu götürüb saxlamaqla 23 mart 2022-ci il tarixdən 01 iyun 2022-ci il tarixədək olan müddət ərzində hədə-qorxu gəlməklə Türkiyə Respublikasının İzmir şəhərində kirayə yaşadıqları həmin mənzildə, eləcə də şəhərdə yerləşən müxtəlif evlərdə kişi müştəriləri ilə görüşdürüb pul ödənişləri müqabilində cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə tamah niyyəti ilə təkrarən iki şəxs barəsində insan alveri cinayətini törətmişdir.
5. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə 2022-ci ilin iyun ayının ortalarında ünvan 4 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 ilə yaşadğı ünvanda görüşüb onun 23 mart 2022-ci il tarixdən 01 iyun 2022-ci il tarixədək olan müddət ərzində Türkiyə Respublikasının İzmir şəhərində nəzarəti altında kişi müştərilərlə cinsi əlaqədə olması barədə məlumatları yaxın qohum və tanışları arasında yayıb rüsvay edəcəyi ilə hədələyərək hədə-qorxu məcburetmə vasitəsilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs1 razılıq verdikdən sonra bütün yol xərclərini ödəyərək onu 24 iyun 2022-ci il tarixdə saat 02:03-də Azərbaycan Respublikasının dövlət sərhədinin Heydər Əliyev adına X6 keçirməklə Türkiyə Respublikasının İzmir şəhərinə aparıb, həmin şəhərdə yerləşən kirayə tutduğu mənzilə yerləşdirdikdən sonra insan alveri məqsədilə Zərərçəkmiş şəxs1 məxsus pasportu götürüb saxlamaqla 24 iyun 2022-ci il tarixdən 23 sentyabr 2022-ci il tarixədək olan müddət ərzində hədə-qorxu gəlməklə Türkiyə Respublikasının İzmir şəhərində kirayə yaşadıqları həmin mənzildə, eləcə də şəhərdə yerləşən müxtəlif evlərdə kişi müştəriləri ilə görüşdürüb pul ödənişləri müqabilində cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə tamah niyyəti ilə təkrarən iki şəxs barəsində insan alveri cinayətini törətmişdir.
6. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən 2023-cü ilin mart ayının sonlarında ünvan 5 ünvanında yaşayan Zərərçəkmiş şəxs2 ilə yaşadığı ünvanda görüşərək onu tanışı olan kişi müştəriləri ilə pul müqabilində cinsi əlaqədə olması üçün görüşdürərək özü üçün 40 manat məbləğində tamah niyyəti ilə gəlir əldə etmək məqsədi ilə müvafiq olaraq 80 manat pul müqabilində cinsi əlaqədə olması barədə razılığını aldıqdan sonra, 02 aprel 2023-cü il tarixdə Türkiyə Respublikasının İzmir şəhərinə aparmış, 02 aprel 2023-cü il tarixdən 18 may 2023-cü il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs2 təxminən 8-10 dəfə müxtəlif kişi müştərilərlə Türkiyə Respublikası İzmir şəhəri ərazisində yerləşən müxtəlif evlərdə cinsi əlaqədə olmasını təşkil edərək fahişəliyə cəlb etmişdir.
7. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən 2023-cü ilin aprel ayının əvvəllərində ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs5 ilə ilə yaşadığı ünvanda olan zaman “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə zəng edərək danışıb onu tanışı olan kişi müştəriləri ilə pul müqabilində cinsi əlaqədə olması üçün görüşdürərək özü üçün 50 manat məbləğində tamah niyyəti ilə gəlir əldə etmək məqsədi ilə müvafiq olaraq 100 manat pul müqabilində cinsi əlaqədə olması barədə razılığını aldıqdan sonra, 16 aprel 2023-cü il tarixdə Türkiyə Respublikasının İzmir şəhərinə aparmış, 16 aprel 2023-cü il tarixdən 06 may 2023-cü il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs5 təxminən 25-30 dəfə müxtəlif kişi müştərilərlə Türkiyə Respublikası İzmir şəhəri ərazisində yerləşən əvvəlcədən kirayə tutduğu mənzildə cinsi əlaqədə olmasını təşkil edərək fahişəliyə cəlb etmişdir.
İşin halları və dəlilləri:
8. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, 2005-ci ildən etibarən daimi olaraq Türkiyə Respublikasının İzmir şəhərinə gedib gəlməyə başlamışdır, Mətanət adlı bacısı Türkiyə Respublikasının İstanbul şəhərində ailə qurub orada yaşamış, daha sonra Vüsalə adlı bacısı da Türkiyə Respublikasının Amasiya şəhərində ailə qurub orada yaşamışdır. O da 2005-ci ildən etibarən Türkiyə Respublikasına gedib oradan müxtəlif məhsulları gətirib Ağcabədi rayonunda satışı ilə məşğul olmuşdur. Təxminən 2014-cü ildə Ağcabədi rayonunda özünə mağaza açmış, Türkiyə Respublikasından gətirdiyi məhsulları orada satmağa başlamışdır. Təxminən 2018-ci ildə artıq ticarət zəiflədiyi üçün mağazanı bağlamış, təqribən 2021-ci ildə oğlu Nicat Əhmədov narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı həbs edilmiş və 18 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bundan sonra öz ticarətini bərpa etmişdir. 2024-cü ildə aeroportda passport qeydiyyatından keçən zaman X16 Mübarizə Baş İdarəsinin əməkdaşları onu tutmuşlar.
9. Təqsirləndirilən şəxs məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirmişdir ki, o, heç bir epizod üzrə özünü təqsirli bilmir. Onun bacısı rəhmətə gedib və Türkiyədə onun övladlarına o baxmışdır. Özü əvvəllər Ağcabədi rayonunda mağaza işlətmişdir. Zərərçəkmiş şəxslərdən Narışla 8 il qabaq qonşu olmuşlar. Narış ona zəng edib, onunla birlikdə Türkiyəyə getmək istədiyini deyib, lakin Narış ondan öncə də Türkiyəyə gedib-gəlmişdir. Natiqə 24 ildir ki Türkiyədə yaşamışdır. Narışla qonşuluq münasibəti olduğu üçün birlikdə gedib-gəlmişlər. Zərərçəkmiş şəxslər Xanım və Narışla bir yerdə Türkiyəyə gedib gəlmişlər. O Narışı aparmamışdır, Narış ondan qabaq İstanbulda yaşayırdı. Ondan nə vaxt gedəcəyini soruşmuş, o da gedəcəyi vaxtı demiş və bir yerdə getmişlər. Münasibətləri olduğu üçün bir yerdə getmişlər. Onlar Türkiyədə bir evdə qalmışlar. Xanım və Narış Türkiyədə özləri kişi müştəri tapıb görüşürdülər. Kommunala və evdə qalmaq üçün ona pul veriblər. Türkiyənin İzmir şəhərində 8 il eyni binada yaşamışdır. Getməzdən öncə onlar birlikdə, yəni Natiqənin yanında qalacaqlarını danışıb razılaşmışlar. Natiqənin tutduğu ev olduğu üçün Narış və Xanım da onunla qalmışlar. Natiqə bildirmişdir ki, Türkiyədə vətəndaşlığı var və 24 ildir ki, orada yaşayır. Bacıları da orada, İzmirdə yaşayırlar. O, özü görüşmək üçün Narış və Xanıma kişi tapmamışdır. Onlar yalnız Natiqəyə ev və kommunal pulu vermişlər. Zərərçəkmiş şəxs Günel İstanbulda yaşamış, Günel 15 günlük onun evinə qonaq gəlmişdir. Görüşdüyü kişiləri Günel özü tapmış, o Günelə görüşmək üçün kişi tapmamışdır. O, Türkiyədə ailə münasibətində olmuş, sonradan ayrılmışdır. Zərərçəkmiş şəxs Cəmilə ilə o, eyni rayondandırlar. Cəmilə ticarətlə məşqul olmamış, Türkiyəyə işləməyə getmişdir. İş yaşlı kişiyə baxmaqdan ibarət olmuşdur, Cəmilə cəmi 1 gün yaşlı kişiyə baxmış, sonra işdən imtina etmiş, qayıdıb onun yanına gəlmişdir. Cəmilənin kişilərlə görüşüb-görüşmədiyini bilmir. Natiqə ilə ən çox yaşayan zərərçəkmiş şəxs Samirə olub. Verilən suallara cavab olaraq Natiqə bildirmişdir ki, onun bir oğlu var, narkotiklə tutulub. 2 nəvəsinə oğlunun qayınatası baxır, oğlu boşanmayıb. Onunla gedən xanımlarla o eyni evdə, bir yerdə qalmışlar. Kommunaldan birgə istifadə etmişlər və bazarlığa bir yerdə getmişlər. Yaşadığı binanın yaxınlığında polis (karakol) olmuşdur, zərərçəkmiş şəxsin passportu özündə olmuşdur, çünki Azərbaycana pul göndərirdi. Pul göndərmək üçün banka gedərkən onunla birlikdə getmişlər, bəzən tək getdiyi vaxtlar da olub. Evin yaxınlığında polis şöbəsi olmuşdur, əgər zərərçəkənlərin dediyi kimi olsaydı, yəni o onları məcburi orada saxlayıb insan alverinə cəlb etsəydi, gedib ondan polisə şikayət edərdilər. Narış 8 il qabaq onun yanından gəlmişdir. Verilən suallara cavab olaraq təqsirləndirilən şəxs bildirmişdir ki, zərərçəkmiş şəxslər onun evində qalarkən başqa kişilərlə cinsi əlaqədə olublar, lakin deməsinə görə həmin kişiləri onların özləri tapmışlar. Daha sonra verilən suallara cavab olaraq Natiqə bildirmişdir ki, əvvəllər Ağcabədidə mağaza işlətmiş, mağaza bağlandıqdan sonra Türkiyəyə getmişdir. Türkiyədə xəstə bacısına, qayınanasına və onun övladına baxmışdır. Bacısı sonradan rəhmətə gedib. O, bacısına və övladına pul müqabilində baxmış, gəliri ordan olmuşdur. O, İzmirdə yaşamış, Türkiyə Respublikasından sosial yardım almışdır.
10. Məhkəmədə Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadələri elan edilməklə tədqiq edilmişdir.
11. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-3.4 və 243.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində (izahatı-cild 1, iş vərəqə 56- 57, şübhəli şəxs qismində ifadəsi-cild 1, iş vərəqə 138-140 və təqsirləndirilən şəxs qismində ifadəsi-cild 1, iş vərəqə 165-167, t.ş. qismində əlavə ifadəsi –cild 1, iş vərəqi 109-111) göstərmişdir ki, o, Latın qrafikalı Azərbaycan əlifbası ilə yazmağı və oxumağı bacarır, ifadəsinin müstəntiq tərəfindən komputer vasitəsilə latın qrafikalı azərbaycan əlifbası ilə yazılmasına etiraz etmir. Ona Azərbaycan Respublikası CM-in 144-1.2.1, 144- 1.2.2, 144-1.2.4-1 və 144-3.4-cü maddələri ilə elan edilmiş ittiham aydındır. O, həmin ittiham üzrə özünü təqsirli bilmir. Təqsirləndirilən şəxs yuxarıda göstərilən ünvanda bacısı oğlu ilə birlikdə yaşayır. Təxminən 1993-cü ildə Xəqani adlı şəxslə ailə qurmuşdur. Lakin rəsmi nikahı olmamışdır. Təxminən 2005-ci ildə Xəqani ilə ayrıldıqdan sonra Türkiyə Respublikasına getməyə başlamışdır. Bacısı Vəsilə təxminən 2001-ci ildə Türkiyə Respublikasının İzmir şəhərində ailə qurub orada yaşamağa başlamışdır. Təxminən 3 ildir ki, Vəsilə vəfat etmişdir. O da 2005-ci ildən etibarən daimi olaraq Türkiyə Respublikasının İzmir şəhərinə gedib gəlməyə başlamışdır. Bundan sonra Mətanət adlı bacısı da Türkiyə Respublikasının İstanbul şəhərində ailə qurub orada yaşamağa başlamışdır. Daha sonra Vüsalə adlı bacısı da Türkiyə Respublikasının Amasiya şəhərində ailə qurub orada yaşamağa başlamışdır. O da 2005-ci ildən etibarən Türkiyə Respublikasına gedib oradan müxtəlif məhsulları gətirib Ağcabədi rayonunda satmışdır. Təxminən 2005-ci ildə Türkiyə Respublikasında Eyüp Ulaş adlı şəxslə formal evlilik edib Türkiyə Respublikası vətəndaşlığı almışdır. Soyadı Ulaş deyə dəyişmişdir. Daha sonra evli olduğu adamı tapa bilmədiyi üçün onunla 2020-ci ildə rəsmi olaraq ayrılmışdır. Təxminən 2014-cü ildə Ağcabədi rayonunda özünə mağaza açıb Türkiyə Respublikasından gətirdiyi məhsulları orada satmağa başlamışdır. Təxminən 2018-ci ildə artıq ticarət zəiflədiyi üçün mağazanı bağlamışdır. Təxminən 2021-ci ildə oğlu Nicat Əhmədov narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı həbs edilmiş və 18 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan sonra da öz ticarətini bərpa etmişdir. 2019-cu ildə Ağcabədi rayonundan tanıdığı Narış adlı qonşusu onun Türkiyə Respublikasına getdiyini, orada əlaqələrinin geniş olduğunu bilib onu axtarmışdır. 2019-cu ilin qış aylarında Narış rayonda onu görərək nə vaxt İzmir şəhərinə getsə onu da aparmasını istəmişdir. Ona Türkiyə Respublikasına gedəcəyini, özünün də maddi cəhətdən çətinlikdə olduğu üçün oradan ucuz qiymətə geyimlər gətirmək istədiyini bildirmişdir. Buna görə də onunla birlikdə yol yoldaşı olmasını ondan xahiş etmişdir. O da xahişi yerə salmamışdır. 2019-cu ilin oktyabr ayının sonlarına yaxın Narış ilə birlikdə Ağcabədidən taksi ilə Bakı şəhərinə, oradan da hava limanına gedərək Türkiyə Respublikasının İzmir şəhərinə getmişdir. Narış da onunla birlikdə orada yaşadığı evə gəlmişdir. Həmin vaxt Narış orada arada bir neçə nəfər kişi ilə ehtiyacı olduğu üçün nəyinsə qarşılığında öz xeyri üçün görüşüb cinsi əlaqədə olmuşdur. Amma o, Narışı orada heç nəyə məcbur etməmişdir. Narış özü kişilər taparaq pul qarşılığında görüşüb cinsi əlaqədə olmuşdur. Təxmini olaraq 25 günə yaxın onunla birlikdə qaldıqdan sonra o, Azərbaycana qayıtmışdır. Amma o, orada qalmışdır. Daha sonra o da özü ilə birlikdə geyim və digər aksessuarlar alaraq rayona satmaq üçün gətirmişdir. 2022-ci ilin qış aylarında Samirə rayonda onu görərək nə vaxt İzmir şəhərinə getsə Samirəni də aparmağını istəmişdir. Ona Türkiyə Respublikasına gedəcəyini, orada ciddi münasibətinin olduğunu bildirmişdir. Buna görə də onunla birlikdə yol yoldaşı olmasını ondan xahiş etmişdir. O da Samirənin xahişini yerə salmamışdır. 2022-ci ilin mart ayının sonlarına yaxın Samirə ilə birlikdə Ağcabədidən taksi ilə Bakı şəhərinə 23 mart tarixində oradan da hava limanına gedərək Türkiyə Respublikasının İzmir şəhərinə getmişdir. Samirə də onunla birlikdə orada yaşadığı evə gəlmişdir. Həmin vaxt Samirə orada ciddi münasibətdə olduğu tanımadığı bir nəfər kişi ilə görüşmüşdür. O, Sparta şəhərinə ciddi münasibətdə olduğu şəxslə görüşmək üçün getmək istəmişdir. Lakin sonradan həmin şəxsin qızı narazıçılıq etdiyi üçün gedə bilməmişdir. Bir aya yaxın onunla birlikdə qaldıqdan sonra yenidən birlikdə Azərbaycana qayıtmışlar. O da həmin vaxt İzmirdə mağazaları gəzərək satmaq üçün ucuz mallar axtarmışdır. Həm də həmin vaxt ərzində evlərə gedib təmizlik işləri ilə məşğul olub pul qazanmışdır. Bu müddət ərzində Samirə də evdə olmuşdur. Daha sonra isə oradan aldığı geyim əşyalarını elə Samirə ilə birlikdə gələrkən Azərbaycana gətirmişdir. Həmin məhsulları da rayona gətirərək satmışdır. 2023-cü ilin yaz aylarında Cəmilə rayonda onu görərək nə vaxt İzmir şəhərinə getsə Cəmiləni də aparmağını istəmişdir. Cəmilə ona Türkiyə Respublikasına gedəcəyini, maddi vəziyyətinin aşağı olduğunu, ona da paltarlar gətirərək satmaqda kömək etməyini bildirmişdir. Buna görə də onunla birlikdə yol yoldaşı olmasını ondan xahiş etmişdir. O da Cəmilənin xahişini yerə salmamışdır. 2023-cü ilin aprel ayında Cəmilə ilə birlikdə Ağcabədidən taksi ilə Bakı şəhərinə oradan da hava limanına gedərək Türkiyə Respublikasının İzmir şəhərinə getmişdir. Cəmilə də onunla birlikdə orada yaşadığı evə gəlmişdir. Həmin vaxt Cəmilə orada özünə iş tapa bilmədiyi üçün ondan kişi müştərilər tapıb pul qarşılığında cinsi əlaqədə olması üçün köməklik istəmişdir. O da Cəmiləyə kişi müştəriləri ilə görüşmək üçün İzmirdə Konak adlı yerin olduğunu demiş və göstərmişdir. Amma o, Cəmiləyə hər hansı kişi müştəri tapmamışdır. Cəmilə oradan müştərilər taparaq özü görüşüb cinsi əlaqədə olmuşdur.
12. Məhkəmə iclasında məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, məhkəmə iclasında verdiyi ifadəsini təsdiq edir. Sonda təqsirləndirilən şəxs son sözlə çıxış edərək, əməlindən peşmançılıq çəkdiyini bildirərək, məhkəmədən onun barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.
13. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.
14. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir.
15. Zərərçəkmiş şəxs Əlizadə X5 Respublikasında xəstəxanada ağır xəstəliklə bağlı müalicə olunduğundan, elektron vasitələrdən istifadə edilməklə dindirilmişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, Natiqə Ağcabədidə geyim mağazası işlətmişdir, o, Natiqə ilə danışmış və alver etmək üçün birlikdə Türkiyəyə getməyi qərara almışlar. Pulunun olmadığı üçün Türkiyəyə getməyə bileti ona Natiqə almışdır. Türkiyəyə getdikdən sonra Natiqə ona fərqli davranmağa başlamışdır. Ona demişdir ki, borcunu burda ödəməlisən. 1 il ona orada zülm vermişdir və bunu bütün ətrafında olan şəxslər bilmişdir. Türkiyədə 1 il Natiqə ilə qalmışdır, həmin dövrdə qızı Azərbaycanda olmuşdur. Natiqə ona bilet aldığı üçün Natiqəyə borcu yaranmışdır. O, İzmir şəhərində, Natiqənin evində qalmışdır. Evə yad kişiləri Natiqə özü gətirirmiş, o və digər qadınlar kişilərlə pul qarşılığında görüşüb cinsi əlaqədə olmuşlar, həmin müştərilərdən pulu Natiqə özü götürmüşdür. Götürdüyü pulun yarısını ona vermişdir. Verdiyi pullardan sonra əlində qalanı da alıb, kommunal xərcləri ödətdirmişdir. Türkiyənin İzmir şəhərində Natiqəni insan alverinə görə saxlamışlar. Zərərçəkmiş şəxs bildirmişdir ki, qadın xəstəliyi var, xəstə halda, qan axması ola-ola Natiqə onu kişilərlə görüşdürmüşdür. Qeyd etmişdir ki, Natiqə onu cinsi əlaqəyə girməyə məcbur etmişdir. O qeyd etmişdir ki, 2023-cü ildə Natiqənin yanına Türkiyəyə getmişdir. Azərbaycana qayıtmaq istəsə də, Natiqə qoymamışdır. Türkiyəyə təyyarə biletini Natiqə aldığından və o, borcunu ödəməli olduğu üçün 1 il Natiqənin yanında qalmışdır. Həmin müddətdə Natiqə 2-3 dəfə 10-15 günlük Azərbaycana getmişdir. Həmin dövrdə də, Natiqə telefon vasitəsilə müştərilər tapıb onu evində kişilərdə görüşdürmüşdür. Natiqəyə borcu olduğu üçün onu cinsi əlaqədə olmağa məcbur etmişdir. Ailəsindən qorxduğu üçün gedib polisə, jandarmaya şikayət edə bilməmişdir. O, hər dəfə Natiqəyə getmək istədiyini bildirəndə Natiqə onunla dalaşırmış və deyirmiş ki, borcun var. Həmçinin, Ağcabədi rayonunda yaşayan yaxın qohumlarına onun barəsində rüsvayedici məlumatlar yayacağını bildirmişdir. O, Türkiyədə olanda bank vasitəsilə Azərbaycana pul göndərmişdir. Pulu göndərmək üçün passportunu vermişdir, həmin vaxt Natiqə də onun yanında olmuşdur. Hadisənin təfərrüatları ilə bağlı ibtidai istintaq zamanı verdiyi ifadəsində olanları təsdiq etmişdir. Sonda Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs şikayətçi olduğunu və ona layiqli cəza verilməsini məhkəmədən xahiş etmişdir.
16. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Natiqəni yaşadığı Ağcabədi rayonundan tanıyır, belə ki, Natiqənin Ağcabədi şəhərinin mərkəzində geyim dükanı olmuşdur. Türkiyə Respublikasından gətirdiyi paltarları satmaq məqsədi ilə ona bir neçə dəfə təkliflər etmişdir. Sonradan Natiqə ilə aralarında münasibətlər yaranmışdır. 2022-ci ilin ortalarında həyat yoldaşı vəfat etdikdən sonra bir müddət depresiya vəziyyətinə düşdüyündən heç bir işlə məşğul ola bilməmişdir. Bundan sonra maddi vəziyyəti pisləşməyə başlamışdır. Həmin ərəfədə Natiqə ona iş təklif etmişdir və o da maddi ehtiyaclarını ödəmək məqsədi ilə onun təklifini qəbul etmişdir. Natiqə ona birlikdə Türkiyə Respublikasına gedərək orada xəstə baxıcılığı etməyi və digər daha yüksək gəlirli müxtəlif işlərdə işləyərək pul qazanmağı və borclarını bağlaya biləcəyini bildirmişdir. O bu təkliflə razılaşmış, Natiqə ilə gedərək, Türkiyənin İzmir şəhərində Natiqənin evində 19 gün qalmışdır. Getməsində ilkin məqsədi orada xəstə baxıcısı kimi işləmək olmuşdur. 7-8 gün orada iş axtarmışdır. 1-2 dəfə Natiqədən borc pul almış, sonra isə pul almağa utanmışdır. O, siqaret çəkən olmuş, siqaret almağa belə pulu olmamışdır. Sonra pul müqabilində kişilər ilə cinsi əlaqədə olmağa başlamışdır. Gün ərzində 8-9 nəfərlə cinsi əlaqədə olmuşdur. Görüşdüyü kişilərlə onların evində olmuşdur. Natiqənin evində qaldığına görə ona 100-200 TL pul vermişdir. Türkiyədə Harun adlı şəxslə tanış olmuş, Harun onunla ailə həyatı qurmaq istəmişdir. Ölkəyə giriş-çıxış məhdudiyyəti olduğu üçün evlənə bilməmişdir. Yemək-içməyini Harun təmin etmişdir. Natiqə onun passportunu əlindən almamışdır. O, Natiqə barəsində DİN-nin X16 Mübarizə Baş İdarəsinə şikayət etməmiş, həmin idarənin əməkdaşları onu dəvət etmişdir. Sonda Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxs Natiqə Əmədovadan şikayət və ya tələbinin olmadığını bildirmişdir.
17. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Natiqəni təzə tanıyanda Natiqə ona bildirmişdir ki, geyim mağazası var və paltar satır, ona da alver etməyi təklif etmiş o isə razılaşmışdır. Natiqənin təklifi ilə o Türkiyəyə getmiş və onun evində yaşamışdır. Onun evində qaldığı müddətdə Natiqənin tapdığı kişi müştərilər ilə cinsi münasibətdə olmuşdur. O, bildirmişdir ki, Natiqə həm Türkiyədə, həm də Ağcabədidə yaşamışdır. Yəni, mütəmadi gedib-gəlmişdir. Onun Ağcabədidə mağazasının olmasını bilmir. Natiqədə ona əvvəlcə birlikdə gedib Türkiyədə paltar alveri etməyi təklif etmişdir. Sonra isə onu kişi müştərilər ilə görüşdürmüşdür. Kişi müştəriləri Natiqə özü tapmışdır və onlardan pulu da Natiqə özü almışdır. Müştəridən aldığı 300 TL-dən 50-100 TL-ni ona verirdi. Ona verilən suallara cavab olaraq zərərçəkmiş şəxs bildirmişdir ki, Türkiyə getdikdən 3-4 gün sonra başa düşmüşdür ki, Natiqə onu paltar alveri etməyə gətirməyib. O, Natiqəyə istəmədiyini demiş və etiraz etmişdir. Lakin, qorxduğundan Natiqənin dedikləri ilə razılaşmışdır. Çünki, orda tək olmuşdur. Qeyd etmişdir ki, müştərilərlə Natiqə danışıb pulları özü almışdır. Həmin puldan yarısından çoxunu Natiqə özünə götürmüş və onlara demişdir ki, ev onundur, onlar Natiqənin evində qalır və komunalları Natiqə verir. Zərərçəkmiş şəxs qeyd etmişdir ki, belə olacağını bilsə heç Natiqə ilə getməzdi. Zərərçəkmiş şəxs qeyd etmişdir ki, 25 gündən sonra evə qayıtmışdır. Tükiyədə ona Mustafa adlı şəxs ordan çıxmağına kömək etmişdir. O, qeyd etmişdir ki, passportunu Natiqə almışdır. Sonra passportu televizorun altında olmuş və götürüb oradan çıxmışdır. Ona verilən suallara cavab olaraq zərərçəkmiş şəxs bildirmişdir ki, Natiqədən əvvəl də o, 3-4 dəfə Türkiyə Respublikasına getmiş, getməyinin məqsədi paltar alveri olmuşdur. Belə ki, Türkiyəyə 2018 axırı 2019 əvvəlində 3-4 dəfə gedib-gəlmişdir. Natiqənin yanına isə bir dəfə getmişdir. Onun (Narışın) geyim dükanı olduğu üçün Natiqə ona onunla birlikdə Türkiyəyə getməyi təklif etmişdir. Daha sonra verilən suallara cavab olaraq zərərçəkmiş şəxs bildirmişdir ki, Rusiya Federasiyasının Saratov şəhərində bacısı yaşayır və onun yanına gedib gəlmişdir. Türkiyədə Elşən adlı tanışı olmuş, onun yanına gedib-gəlmişdir. Hazırki işlə bağlı Türkiyəyə Natiqə ilə getmişdir, sonra Mustafa adlı şəxs ona oradan çıxmağa kömək etmiş, ona bilet almış və təyyarə ilə Azərbaycana qayıtmışdır. Zərərçəkmiş şəxs bildirmişdir ki, Natiqə onu şəhərdə tək gəzməyə qoymamışdır. Hamamda duş qəbul etməyə icazə verməmişdir. Gün ərzində 5-6 nəfərlə cinsi əlaqədə olmaq üçün görüşdürmüşdür. Müştərilərdən biri Mustafa adlı şəxs ürəkli çıxmış və ona qayıtmağa kömək etmişdir. 2024-cü ildə Natiqədən şikayət etmişdir. Natiqə ona hədəqorxular gəlmiş, ona etdikləri barədə də qardaşına deyəcəyini və qardaşının onu öldürəcəyini deyərək hədələmişdir. Bu səbəbdən əvvəllər şikayət etməkdən qorxmuşdur. 2024-cü ildə isə gedib şikayət etmişdir. Hadisənin təfərrüatları ilə bağlı ibtidai istintaq zamanı verdiyi ifadəsində olanları təsdiq etmişdir. Sonda Zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxs Natiqə Əmədova ilə barışmadığını, ondan şikayətçi olduğunu məhkəməyə bildirmiş və ona cəza təyin edilməsini xahiş etmişdir.
18. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Natiqəni yaşadığı Ağcabədi rayonundan tanıyır. Belə ki, Natiqəni əvvəllər ticarətlə məşğul olan şəxs kimi tanımışdır. Natiqənin Ağcabədi şəhərinin mərkəzində geyim mağazası olmuşdur. Türkiyə Respublikasından gətirdiyi paltarları satmaq məqsədi ilə ona bir neçə dəfə təkliflər etmişdir. Bundan sonra Natiqə ilə aralarında münasibətlər yaranmışdır. O, əvvəllər Türkiyə Respublikasından deportasiya edilmişdir. Həmin dövrdə onun maddi sıxıntıları olmuş, Natiqə isə ona iş təklif etmişdir. Təklif etdiyi iş Türkiyə Respublikasına gedib orada yaşlı və xəstə insanlara qulluq edib gəlir əldə etməkdən ibarət olmuşdur. O, Natiqənin təklifi ilə razılaşdıqdan sonra Natiqə ona hazırlaşmasını bildirmiş, o, Natiqəyə getmək üçün yol pulunun olmadığını bildirmişdir. Natiqə getmək üçün nə lazım olsa onun özünün həll edəcəyini bildirmişdir. Natiqənin verdiyi pul ilə o yol pulunu düzəltmişdir. Türkiyəyə getdikdən sonra 20 gün müddətində Natiqənin evində qalmışdır. Həmin müddətdə Natiqənin tanış müştəriləri olmuşdur və gün ərzində 1-2 kişi ilə görüşmüşdür. Müştərilərdən pulu Natiqə özü almış və pullar onda yığılmışdır. Natiqə pulun yarısını özünə götürmüş, digər qalanını isə ona vermişdir. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs5 bildirmişdir ki, Türkiyədə, Natiqənin tutduğu evdə qalarkən Samirəni də orada görmüşdür. Sonradan Samirə çıxıb getmişdir. Şahid qeyd etmişdir ki, Natiqədən əvvəl Türkiyəyə gedibgəlmişdir, lakin sonuncu dəfə, yəni Natiqə ilə getməzdən öncə artıq 6 il idi ki, o Türkiyəyə gedib-gəlmirdi. Kişi müştərilər ilə intim münasibətdə olmağı Natiqə ona təklif etmişdir və bildirmişdir ki, kişi dostları var. O, kişilərlə görüşdükdən sonra onlardan pulu Natiqə özü almışdır. Hadisənin təfərrüatları ilə bağlı ibtidai istintaq zamanı verdiyi ifadəsində olanları təsdiq etmişdir. Sonda Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını bildirmişdir.
19. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Natiqəni yaşadığı Ağcabədi rayonundan tanıyır, belə ki, Natiqənin əvvəllər Ağcabədi şəhərinin mərkəzində geyim mağazası olmuşdur. Türkiyə Respublikasından gətirdiyi paltarları satmaq məqsədi ilə ona bir neçə dəfə təkliflər etmişdir. Sonradan Natiqə ona iş təklif etmişdir. Maddi sıxıntıları olduğundan Natiqənin təklifini qəbul etmişdir. Natiqənin yanına birinci bacısı Günel getmişdir. Sonra o da, Türkiyəyə, Natiqənin yanına gedib, orada Natiqənin ona tapdığı kişi müştərilərlə görüşmüşdür. Görüşdüyü müştərilərdən pulları Natiqə özü almış, yarısını özünə götürmüş, digər yarısını isə ona vermişdir. Verilən suallara cavab olaraq zərərçəkmiş bildirmişdir ki, görüşəcəyi kişiləri Natiqə özü tapmışdır. Natiqənin yanında 1 ay qalmışdır. Natiqənin yanına 2-3 dəfə gedib gəlmişdir. 2021-ci ildə Natiqənin yanında olmuş, həmin ilin qış vaxtında Azərbaycana qayıtmışdır. Hadisənin təfərrüatları ilə bağlı ibtidai istintaq zamanı verdiyi ifadəsində olanları təsdiq etmişdir. Sonda Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını bildirmişdir.
20. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, DİN-in X16 Mübarizə Baş İdarəsində əməliyyat müvəkkili vəzifəsində işləyir. 02 aprel 2024-cü il tarixdə Samirə və Narış, Natiqə ilə bağlı ərizə ilə müraciət etmişdir. Sərhəd keçməsini yoxlamışlar, müəyyən olunmuşdur ki, zərərçəkmiş şəxslər Narış, Samirə, Cəmilə və Xanım təqsirləndirilən şəxs Natiqə ilə bir yerdə sərhədi keçmişlər. Sərhədkeçmə halları ayrı-ayrı, yəni müxtəlif vaxtarda baş vermişdir. İki nəfər olmaqla keçmişlər. Müəyyən olunmuşdur ki, Natiqə həmin şəxsləri insan alveri məqsədi ilə Türkiyə Respublikasına aparmışdır.
21. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir.
Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
22. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 29 may 2024-cü il tarixli qərara əsasən müəyyən olunur ki, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 cinsi istismara məruz qalmaları faktı ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. (c İ, i.v 1)
23. DİN-in İAQMBİ-nin İAQİTŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid xx.xx.2024-cü il tarixli “Raport”u ilə müəyyən olunur ki, Zərərçəkmiş şəxs2 insan alveri məqsədi ilə Türkiyə Respublikasının İzmir şəhərinə aparılması barədə məlumatlar daxil olduğu bildirilmişdir. Zərərçəkmiş şəxs2 ilə sorğular aparılması üçün DİN-in X16 Mübarizə Baş İdarəsinə dəvət olunmasına icazə verilməsi xahiş edilmişdir. (c İ, i.v 4)
24. «Bərpa və fikirləşmə müddətinin verilməsi barədə» 02 mart 2024-cü il tarixli qərardan görünür ki, insan alverindən zərər çəkməsi və insan alverinin qurbanı olması ehtimal edilən Zərərçəkmiş şəxs2 öz vəziyyətini bərpa etmək, cinayətkarın təsirindən yayınmaq və cinayət təqibi orqanı ilə əməkdaşlıq etmək barədə düşünülmüş qərar qəbul etməsi üçün 30 gün bərpa və fikirləşmə müddətinin verilməsi qərara alınmışdır. (c İ, i.v 6- 7)
25. «Mütəxəssis təqdim etmək haqqında» 02 mart 2024-cü il tarixli protokoldan və tədqiq olunmuş digər sənədlərdən görünür ki, Zərərçəkmiş şəxs2 yazıb-oxumaqda çətinlik çəkdiyi üçün mütəxəssis təqdim edilmişdir. (c İ, i.v 9-15)
26. DİN-in İAQMBİ-nin İAQİTŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid xx.xx.2024-cü il tarixli “Raport”u ilə müəyyən olunur ki, Zərərçəkmiş şəxs3 insan alveri məqsədi ilə Türkiyə Respublikasının İzmir şəhərinə aparılması barədə məlumatlar daxil olduğu bildirilmişdir. Zərərçəkmiş şəxs3 ilə sorğular aparılması üçün DİN-in X16 Mübarizə Baş İdarəsinə dəvət olunmasına icazə verilməsi xahiş edilmişdir. (c İ, i.v 16)
27. «Bərpa və fikirləşmə müddətinin verilməsi barədə» 04 mart 2024-cü il tarixli qərardan görünür ki, insan alverindən zərər çəkməsi və insan alverinin qurbanı olması ehtimal edilən Zərərçəkmiş şəxs3 öz vəziyyətini bərpa etmək, cinayətkarın təsirindən yayınmaq və cinayət təqibi orqanı ilə əməkdaşlıq etmək barədə düşünülmüş qərar qəbul etməsi üçün 30 gün bərpa və fikirləşmə müddətinin verilməsi qərara alınmışdır. (c İ, i.v 18-19)
28. DİN-in İAQMBİ-nin İAQİTŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid xx.xx.2024-cü il tarixli “Raport”u ilə müəyyən olunur ki, Zərərçəkmiş şəxs1 insan alveri məqsədi ilə Türkiyə Respublikasına aparılması barədə məlumatlar daxil olduğu bildirilmişdir. Zərərçəkmiş şəxs1 ilə sorğular aparılması üçün DİN-in X16 Mübarizə Baş İdarəsinə dəvət olunmasına icazə verilməsi xahiş edilmişdir. (c İ, i.v 21)
29. «Bərpa və fikirləşmə müddətinin verilməsi barədə» 27 mart 2024-cü il tarixli qərardan görünür ki, insan alverindən zərər çəkməsi və insan alverinin qurbanı olması ehtimal edilən Zərərçəkmiş şəxs1 öz vəziyyətini bərpa etmək, cinayətkarın təsirindən yayınmaq və cinayət təqibi orqanı ilə əməkdaşlıq etmək barədə düşünülmüş qərar qəbul etməsi üçün 30 gün bərpa və fikirləşmə müddətinin verilməsi qərara alınmışdır. (c İ, i.v 23-24)
30. «Mütəxəssis təqdim etmək haqqında» 02 mart 2024-cü il tarixli protokoldan və tədqiq olunmuş digər sənədlərdən görünür ki, Zərərçəkmiş şəxs1 yazıb-oxumaqda çətinlik çəkdiyi üçün mütəxəssis təqdim edilmişdir. (c İ, i.v 26-31)
31. Zərərçəkmiş şəxs1 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, Azərbaycan Respublikası DİN-in X16 Mübarizə Baş İdarəsinə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən cinsi istismara məruz qaldığını bildirmiş və onun barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. (c İ, i.v 33)
32. Zərərçəkmiş şəxs3 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, Azərbaycan Respublikası DİN-in X16 Mübarizə Baş İdarəsinə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən cinsi istismara məruz qaldığını bildirmiş və onun barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. (c İ, i.v 41)
33. «Mütəxəssis təqdim etmək haqqında» 21 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yazıb-oxumaqda çətinlik çəkdiyi üçün mütəxəssis təqdim edilmişdir. (c İ, i.v 55)
34. Zərərçəkmiş şəxs2 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, Azərbaycan Respublikası DİN-in X16 Mübarizə Baş İdarəsinə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən cinsi istismara məruz qaldığını bildirmiş və onun barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. (c İ, i.v 61)
35. «Zərərçəkmiş şəxs qismində tanınma haqqında» 11 iyun 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (c İ, i.v 75)
36. «Zərərçəkmiş şəxs qismində tanınma haqqında» 13 iyun 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (c İ, i.v 86)
37. «Zərərçəkmiş şəxs qismində tanınma haqqında» 27 iyun 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (c İ, i.v 100)
38. «Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında» 29 iyul 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-1.1-ci maddəsindən həmin Məcəllənin 144-1.2.1, 144-1.2.2, 144- 1.2.4-1 və 144-3.4-cü maddələrinə tövsif edilməklə ibtidai istintaq həmin maddələrlə davam etdirilmişdir. (c İ, i.v 120-121)
39. «Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında» 29 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-3.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs kimi tutulması qərara alınmışdır. (c İ, i.v 129-130)
40. «Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında» 29 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 iyul 2024-cü il tarixdə, saat 18:20də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-3.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs kimi tutulmuşdur. (c İ, i.v 131-130)
41. «Müdafiəçi tutmaq hüququnun izah olunması və müdafiəçi təqdim edilməsi haqqında» 29 iyul 2024-cü il tarixli protokol və tədqiq edilmiş digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məqsədi ilə ona dövlət hesabına müdafiəçi X9 təqdim olunmuşdur. (c İ, i.v 136)
42. 29 iyul 2024-cü il tarixli «Üzləşdirmə» protokolundan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 arasında üzləşdirilmə keçirilmişdir. Keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 ifadəsində qeyd etdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha demişdir. (c İ, i.v 141-143)
43. 29 iyul 2024-cü il tarixli «Üzləşdirmə» protokolundan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 arasında üzləşdirilmə keçirilmişdir. Keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 ifadəsində qeyd etdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha demişdir. (c İ, i.v 144-148)
44. 29 iyul 2024-cü il tarixli «Üzləşdirmə» protokolundan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs3 arasında üzləşdirilmə keçirilmişdir. Keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs3 ifadəsində qeyd etdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha demişdir. (c İ, i.v 149-152)
45. «Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında» xx.xx.2024-cü il tarixli qərarın nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-3.4 və 243.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi qərara alınmışdır. (c İ, i.v 153-155)
46. «Təqsirləndirilən şəxsin vəsatətinin rədd edilməsi haqqında» xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-3.4 və 243.1-ci maddələri ilə özünü təqsirli bilməməsi haqqında 31 iyul 2024-cü il tarixli vəsatəti əsassız olduğundan rədd edilmişdir. (c İ, i.v 168-169)
47. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(005)- 984/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 29 sentyabr 2024cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 29 iyul 2024-cü il tarixdən hesablanmışdır. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsində qeyd edilir: «Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək bildirmişdir ki, Zərərçəkmiş şəxs3 onun rayonda qonşusudur. Təqsirləndirilən şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu üçün bəzən Türkiyə Respublikasına gedir. Zərərçəkmiş şəxs3 dükanı var və o, Təqsirləndirilən şəxs bir yerdə Türkiyə Respublikasına bir yerdə getməklərini və oradan mal almalı olduqlarını bildirmişdir. Onlar orada 20-25 gün qalmışdılar. Əhmədova X4 Narış Ramiz qızına heç bir iş təklif etmədiyini və onu məcbur etmədiyini bildirmişdir. Zərərçəkmiş şəxs1 ona bir yerdə Türkiyə Respublikasına getməklərini, oradan da Sparta şəhərinə keçəcəyini demişdir. O, Zərərçəkmiş şəxs1 Türkiyə Respublikasına getməyə məcbur etməmişdir. Barəsində verilmiş vəsatət və təqdimatın təmin edilməsinə etiraz etmişdir». (c İ, i.v 179-183)
48. X1 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, Azərbaycan Respublikası DİN-in X16 Mübarizə Baş İdarəsinə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən fahişəliyə cəlb edildiyini bildirmiş və onun barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. (c İ, i.v 191)
49. Zərərçəkmiş şəxs5 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, Azərbaycan Respublikası DİN-in X16 Mübarizə Baş İdarəsinə müraciət edərək 2023-cü ildə Türkiyə Respublikasında olan zaman Təqsirləndirilən şəxs tərəfindən fahişəliyə cəlb edildiyini bildirmiş və onun barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. (c İ, i.v 192)
50. «Zərərçəkmiş şəxs qismində tanınma haqqında» 15 avqust 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs5 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (c İ, i.v 199-200)
51. «Mütəxəssis təqdim etmək haqqında» 15 avqust 2024-cü il tarixli protokoldan görünür ki, X3 yazıb-oxumaqda çətinlik çəkdiyi üçün mütəxəssis təqdim edilmişdir. (c İ, i.v 213)
52. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-psixiatrik ekspertiza mərkəzi” X14 daxil olmuş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 29 iyul 2024-cü il tarixli, 2192 saylı rəyində qeyd edilir: Zərərçəkmiş şəxs2 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Zərərçəkmiş şəxs2 idrak prosesləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Ümumilikdə adaptiv və ünsiyyətcildir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Zərərçəkmiş şəxs2 emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Zərərçəkmiş şəxs2 insan alveri cinayətinə məruz qaldığı dövrdə Təqsirləndirilən şəxs müqavimət göstərmək qabiliyyətinə malik olmuşdur. Zərərçəkmiş şəxs2 fərdi-psixi xüsusiyyətlərinə görə insan alveri cinayəti törədilən yeri dərk etmək qabiliyyətinə malik olmuşdur. Zərərçəkmiş şəxs2 ona qarşı cinayət törədilən vaxt olduğu hoteldə məcburi qalmasını kənar təsir və ya hansı kənar şəxslərin təsiri altında baş verməsini istintaq müəyyən edir. Zərərçəkmiş şəxs2 qeyd edilən dövr ərzində azadlığının məhdudlaşdırılması ilə nəticələnən kənar psixi və ya məcburiyyət təsiri olmamışdır. (c İİ, i.v 40-42)
53. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-psixiatrik ekspertiza mərkəzi” X14 daxil olmuş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 29 iyul 2024-cü il tarixli, 2193 saylı rəyində edilir: Zərərçəkmiş şəxs1 hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Zərərçəkmiş şəxs1 idrak prosesləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Ümumilikdə adaptiv və ünsiyyətcildir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Zərərçəkmiş şəxs1 emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Zərərçəkmiş şəxs1 əqliintellektual imkanlarına, fərdi-psixioloji xüsusiyyətlərinə, emosional halına görə insan alveri cinayətinə məruz qaldığı dövrdə Təqsirləndirilən şəxs müqavimət göstərə bilərdi. Lakin maddi ehtiyacının olması, borcunu qaytarmaq (ona alınmış təyyarə biletinin pulu) məcburiyyətində qoyulması ilə əlaqədar müqaviməti psixioloji cəhətdən sındırılmaqla tabe olmağa məruz qalmışdır. Zərərçəkmiş şəxs1 fərdi-psixi xüsusiyyətlərinə görə insan alveri cinayəti törədilən yeri, yəni Türkiyə Respublikasının İzmir şəhərini tərk etmək qabiliyyətinə malik olmuşdur. Lakin məruz qaldığı psixioloji təsir və təzyiqlə əlaqədar insan alveri cinayəti törədilən yeri tərk etməyə bilərdi. Zərərçəkmiş şəxs1 ona qarşı cinayət törədilən vaxt olduğu hoteldə məcburi qalmasının kənar təsir və ya hansı kənar şəxslərin təsiri altında baş verməsini istintaq müəyyən edir. Zərərçəkmiş şəxs1 əqli-intellektual imkanları, fərdi-psixi xüsusiyyətləri kənar şəxslərin təsirinə və məcburiyyətinə qarşı müqavimət göstərməsinə imkan versə də, qərarın təsviri hissəsində göstərilən məruz qaldığı psixoloji təsir və təzyiqlə əlaqədar onun həmin şəxs və ya şəxslərin təsiri altında hərəkət etməsi mümkündür. Zərərçəkmiş şəxs1 qeyd edilən dövr ərzində azadlığının məhdudlaşdırılması ilə nəticələnən psixi və məcburiyyət təsiri altında olduğu qənaətinə gəlinir. (c İİ, i.v 43-46)
54. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-psixiatrik ekspertiza mərkəzi” X14 daxil olmuş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 29 iyul 2024-cü il tarixli, 2194 saylı rəyində qeyd edilir: Zərərçəkmiş şəxs3 hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Zərərçəkmiş şəxs3 idrak prosessləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Ümumilikdə adaptiv və ünsiyyətcildir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Zərərçəkmiş şəxs3 emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Zərərçəkmiş şəxs3 əqliintellektual imkanlarına, fərdi-psixioloji xüsusiyyətlərinə, emosional halına görə insan alveri cinayətinə məruz qaldığı dövrdə Təqsirləndirilən şəxs müqavimət göstərə bilərdi. Lakin maddi ehtiyacının olması, borcunu qaytarmaq (ona alınmış təyyarə biletinin pulu) məcburiyyətində qoyulması, telefonunun və pasportunun əlindən alınması, Natiqənin onu ailəsinin yanında rüsvay edəcəyini bildirməsi ilə əlaqədar müqaviməti psixioloji cəhətdən sındırılmaqla tabe olmağa məruz qalmışdır. Zərərçəkmiş şəxs3 fərdi-psixi xüsusiyyətlərinə görə insan alveri cinayəti törədilən yeri, yəni Türkiyə Respublikasının İzmir şəhərini tərk etmək qabiliyyətinə malik olmuşdur. Lakin məruz qaldığı psixioloji təsir və təzyiqlə əlaqədar insan alveri cinayəti törədilən yeri tərk etməyə bilərdi. Zərərçəkmiş şəxs3 ona qarşı cinayət törədilən vaxt olduğu hoteldə məcburi qalmasını kənar təsir və ya hansı kənar şəxslərin təsiri altında baş verməsini istintaq müəyyən edir. Zərərçəkmiş şəxs3 əqli-intellektual imkanları, fərdi-psixi xüsusiyyətləri kənar şəxslərin təsirinə və məcburiyyətinə qarşı müqavimət göstərməsinə imkan versə də, qərarın təsviri hissəsində göstərilən məruz qaldığı psixoloji təsir və təzyiqlə əlaqədar onun həmin şəxs və ya şəxslərin təsiri altında hərəkət etməsi mümkündür. Zərərçəkmiş şəxs1 qeyd edilən dövr ərzində azadlığının məhdudlaşdırılması ilə nəticələnən psixi və məcburiyyət təsiri altında olduğu qənaətinə gəlinir. (c İİ, i.v 47-49)
55. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış məhkumluq haqqında arayışdan (tələbnamə) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmiş və məhkum olunmamışdır. (c İİ, i.v 50-51)
56. Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının Ağcabədi şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 may 2024-cü il tarixli, 2000 nömrəli arayışdan görünür ki, Zərərçəkmiş şəxs1 həqiqətən də ünvan 6 ünvanında qeydiyyatda olmaqla yaşayır. (c İİ, i.v 53)
57. Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının Ağcabədi şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 may 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs1 qonşuları və dostları arasında normal münasibət qurmuşdur, onun barəsində Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının Ağcabədi şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinə ərizə və şikayət xarakterli müraciət daxil olmamışdır. (c İİ, i.v 54)
58. Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının Ağcabədi şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 may 2024-cü il tarixli, 2001 nömrəli arayışdan görünür ki, Zərərçəkmiş şəxs2 həqiqətən də Ağcabədi şəhəri, X.Səfərəliyev küçəsində qeydiyyatda olmaqla yaşayır. (c İİ, i.v 55)
59. Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının Ağcabədi şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 may 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs2 qonşuları və dostları arasında normal münasibət qurmuşdur, onun barəsində Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının Ağcabədi şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinə ərizə və şikayət xarakterli müraciət daxil olmamışdır. (c İİ, i.v 56)
60. Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının Ağcabədi şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 may 2024-cü il tarixli, 2002 nömrəli arayışdan görünür ki, Zərərçəkmiş şəxs3 həqiqətən də ünvan 8 ünvanında qeydiyyatda olmaqla yaşayır. (c İİ, i.v 57)
61. Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının Ağcabədi şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 may 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs3 qonşuları və dostları arasında normal münasibət qurmuşdur, onun barəsində Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının Ağcabədi şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinə ərizə və şikayət xarakterli müraciət daxil olmamışdır. (c İİ, i.v 58)
62. Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının Ağcabədi şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 may 2024-cü il tarixli, 1997 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən də ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. (c İİ, i.v 59)
63. Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının Ağcabədi şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 may 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs qonşuları və dostları arasında normal münasibət qurmuşdur, onun barəsində Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının Ağcabədi şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinə ərizə və şikayət xarakterli müraciət daxil olmamışdır. (c İİ, i.v 60)
64. «X19» tərəfindən verilmiş 30 yanvar 2025-ci il tarixli, ********* №-li arayışdan görünür ki, Zərərçəkmiş şəxs5 həqiqətən də "xxxx" ASC-nin inşa etdiyi Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesinin 7-ci km, ünvanında yerləşən «ünvan 10-də qeydiyyatsız yaşayır. (c İİ, i.v 61)
65. Abşeron Gənclər Şəhərciyi komendantı tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs5 Bakı-Sumqayıt şossesinin 7-ci km, ünvanında yerləşən «ünvan 10 ünvanında yaşayır. Zərərçəkmiş şəxs5 həmin ünvanda yaşadığı müddət ərzində onun barəsində Mənzil Kommunal İstismar İdarəsinə şikayət xarakterli heç bir məlumat daxil olmamışdır. Birgə yaşayış qaydalarına riayət etmişdir. (c İİ, i.v 62)
66. «X19» tərəfindən verilmiş 30 yanvar 2025-ci il tarixli, ********* №-li arayışdan görünür ki, Zərərçəkmiş şəxs4 həqiqətən də "xxxx" ASC-nin inşa etdiyi Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesinin 7-ci km, ünvanında yerləşən «ünvan 10-də qeydiyyatsız yaşayır. (c İİ, i.v 63)
67. Abşeron Gənclər Şəhərciyi komendantı tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs4 Bakı-Sumqayıt şossesinin 7-ci km, ünvanında yerləşən «ünvan 10 ünvanında yaşayır. Zərərçəkmiş şəxs4 həmin ünvanda yaşadığı müddət ərzində onun barəsində Mənzil Kommunal İstismar İdarəsinə şikayət xarakterli heç bir məlumat daxil olmamışdır. Birgə yaşayış qaydalarına riayət etmişdir. (c İİ, i.v 64)
68. «Zərərçəkmiş şəxs qismində tanıma haqqında» 31 yanvar 2025-ci il tarixli qərardan görünür ki, X7 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (c İİ, i.v 68-69)
69. «Baxış keçirilməsi haqqında» 31 yanvar 2025-ci il tarixli protokoldan aydın olur ki, Daxili İşlər Nazirliyinin İAMAS xidmətindən götürülmüş sərhəd keçidinə dair sənədlərə baxış keçirilərkən Təqsirləndirilən şəxs C 00063896 nömrəli ümumvətəndaş pasportundan istifadə edərək xx.xx.2019-cu il tarixdə Bakı X6 çıxaraq Azərbaycan Respublikası ərazisini tərk etməsi, xx.xx.2019-cu il tarixdə Qırmızı körpü sərhəd buraxılış məntəqəsindən keçərək Azərbaycan Respublikası ərazisinə daxil olması, xx.xx.2019-cu il tarixdə Qırmızı körpü sərhəd buraxılış məntəqəsindən çıxaraq Azərbaycan Respublikası ərazisini tərk etməsi, xx.xx.2020-ci il tarixdə Qırmızı körpü sərhəd buraxılış məntəqəsindən keçərək Azərbaycan Respublikası ərazisinə daxil olması, xx.xx.2021-ci il tarixdə Bakı X6 çıxaraq Azərbaycan Respublikası ərazisini tərk etməsi, xx.xx.2021-ci il tarixdə Bakı X6 keçərək Azərbaycan Respublikası ərazisinə daxil olması, xx.xx.2021-ci il tarixdə Bakı X6 çıxaraq Azərbaycan Respublikası ərazisini tərk etməsi, xx.xx.2021-ci il tarixdə Bakı X6 keçərək Azərbaycan Respublikası ərazisinə daxil olması, xx.xx.2022-ci il tarixdə Bakı X6 çıxaraq Azərbaycan Respublikası ərazisini tərk etməsi, xx.xx.2022-ci il tarixdə Sədərək sərhəd buraxılış məntəqəsindən keçərək Azərbaycan Respublikası ərazisinə daxil olması, xx.xx.2022-ci il tarixdə Sədərək sərhəd buraxılış məntəqəsindən çıxaraq Azərbaycan Respublikası ərazisini tərk etməsi, xx.xx.2022-ci il tarixdə Bakı X6 keçərək Azərbaycan Respublikası ərazisinə daxil olması, xx.xx.2023-cü il tarixdə Bakı X6 çıxaraq Azərbaycan Respublikası ərazisini tərk etməsi, xx.xx.2023-cü il tarixdə Bakı X6 keçərək Azərbaycan Respublikası ərazisinə daxil olması müəyyən edilmişdir. Bundan əlavə Zərərçəkmiş şəxs3 C02162380 nömrəli ümumvətəndaş pasportundan istifadə edərək xx.xx.2019-cu il tarixdə Qırmızı Körpü sərhəd buraxılış məntəqəsindən Bakı X6 çıxaraq Azərbaycan Respublikası ərazisini tərk etməsi, xx.xx.2019-cu il tarixdə Qırmızı Körpü sərhəd buraxılış məntəqəsindən keçərək Azərbaycan Respublikası ərazisinə daxil olması müəyyən edildi. Bundan əlavə Zərərçəkmiş şəxs1 C03063050 nömrəli ümumvətəndaş pasportundan istifadə edərək xx.xx.2022-ci il tarixdə Bakı X6 çıxaraq Azərbaycan Respublikası ərazisini tərk etməsi, xx.xx.2022-ci il tarixdə Sədərək sərhəd buraxılış məntəqəsindən keçərək Azərbaycan Respublikası ərazisinə daxil olması, xx.xx.2022-ci il tarixdə Sədərək sərhəd buraxılış məntəqəsindən çıxaraq Azərbaycan Respublikası ərazisini tərk etməsi, xx.xx.2023-cü il tarixdə Culfa sərhəd buraxılış məntəqəsindən keçərək Azərbaycan Respublikası ərazisinə daxil olması müəyyən edildi. Bundan əlavə Zərərçəkmiş şəxs2 C 01273729 nömrəli ümumvətəndaş pasportundan istifadə edərək xx.xx.2023-cü il tarixdə Bakı X6 çıxaraq Azərbaycan Respublikası ərazisini tərk etməsi, xx.xx.2023-cü il tarixdə Bakı X6 keçərək Azərbaycan Respublikası ərazisinə daxil olması müəyyən edildi. Bundan əlavə Zərərçəkmiş şəxs4 C 02657888 nömrəli ümumvətəndaş pasportundan istifadə edərək xx.xx.2020-ci il tarixdə Qırmızı Körpü sərhəd buraxılış məntəqəsindən çıxaraq Azərbaycan Respublikası ərazisini tərk etməsi, xx.xx.2020-ci il tarixdə Qırmızı Körpü sərhəd buraxılış məntəqəsindən keçərək Azərbaycan Respublikası ərazisinə daxil olması, xx.xx.2021-ci il tarixdə Bakı X6 çıxaraq Azərbaycan Respublikası ərazisini tərk etməsi, xx.xx.2021-ci il tarixdə Bakı X6 keçərək Azərbaycan Respublikası ərazisinə daxil olması, xx.xx.2021-ci il tarixdə Bakı X6 çıxaraq Azərbaycan Respublikası ərazisini tərk etməsi, xx.xx.2021-ci il tarixdə Bakı X6 keçərək Azərbaycan Respublikası ərazisinə daxil olması müəyyən edildi. Bundan əlavə Zərərçəkmiş şəxs5 C 03053662 nömrəli ümumvətəndaş pasportundan istifadə edərək xx.xx.2023-cü il tarixdə Bakı X6 çıxaraq Azərbaycan Respublikası ərazisini tərk etməsi, xx.xx.2023-cü il tarixdə Bakı X6 keçərək Azərbaycan Respublikası ərazisinə daxil olması müəyyən edilmişdir. (c İİ, i.v 77-78)
70. «Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında» 31 yanvar 2025-ci il tarixli qərarın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144- 3.4-cü maddələrindən həmin Məcəllənin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-3.4 və 243.1-ci maddələrinə tövsif edilmiş və ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir. (c İİ, i.v 79-95)
71. «Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında» 31 yanvar 2025-ci il tarixli qərarın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-3.4 və 243.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir. (c İİ, i.v 112-115)
72. «Təqsirləndirilən şəxsin vəsatətinin rədd edilməsi haqqında» 31 yanvar 2025ci il tarixli qərarın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs 31 yanvar 2025-ci il tarixli vəsatəti əsassız hesab olunaraq rədd edilmişdir. (c İİ, i.v 129-131)
73. Zərərçəkmiş şəxs4 tərəfindən imzalanaraq təsdiq edilmiş xx.xx.2025-ci il tarixli ərizəsindən aydın olunur ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, heç bir tələbi və şikayəti yoxdur. (iş materialları, məhkəmə cildi)
74. Zərərçəkmiş şəxs5 tərəfindən imzalanaraq təsdiq edilmiş xx.xx.2025-ci il tarixli ərizəsindən aydın olunur ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, heç bir tələbi və şikayəti yoxdur. (iş materialları, məhkəmə cildi)
75. Zərərçəkmiş şəxs2 tərəfindən imzalanaraq təsdiq edilmiş xx.xx.2025-ci il tarixli ərizəsindən aydın olunur ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, heç bir tələbi və şikayəti yoxdur. (iş materialları, məhkəmə cildi)
76. Məhkəmə tərəfindən sorğu edilərək əldə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsinin 05 iyul 2025ci il tarixli, 3-28-29/2-6480/2025 saylı sorğuya cavab məktubundan aydın olur ki, Zərərçəkmiş şəxs1 arxiv məlumatına görə Respublika Psixiatriya Xəstəxanasında müalicə olunmayıb. (iş materialları, məhkəmə cildi)
77. Məhkəmə tərəfindən sorğu edilərək əldə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-636/2022 saylı sorğuya cavab məktubundan aydın olur ki, Təqsirləndirilən şəxs oğlu X10 18 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (iş materialları, məhkəmə cildi)
78. Məhkəmə tərəfindən sorğu edilərək əldə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsinin 05 iyul 2025ci il tarixli, 3-28-29/2-6480/2025 saylı sorğuya cavab məktubundan aydın olur ki, Zərərçəkmiş şəxs3 arxiv məlumatına görə xx.xx.2024-cü il tarixdə Respublika Psixiatriya Xəstəxanasına qəbul olunub. xx.xx.2024-cü il tarixdə “Tam müayinə olunmadan” diaqnoz dəqiqləşdirilmədən xəstəxanadan evə buraxılıb. (iş materialları, məhkəmə cildi)
79. Məhkəmə tərəfindən sorğu edilərək əldə edilmiş Ağcabədi Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin 04 avqust 2025-ci il tarixli, 18-1-23/2-805/2025 saylı sorğuya cavab məktubundan aydın olur ki, Cəfərova X8 Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin konsultativ poliklinika şöbəsinin psixoloji və nevroloji kabinetlərində qeydiyyatda deyil. (iş materialları, məhkəmə cildi)
Əməlin tövsifi və digər hüquqi məsələlər:
80. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Bu maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin əsas qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir.
81. Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
82. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
83. «Şenk İsveçrəyə qarşı» Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir.
84. Avropa İnsan Hüquqları Məhkəməsinin «Orlov Rusiya Federasiyasına qarşı» işi üzrə 21 iyun 2011-ci il tarixli, «Yallo Almaniyaya qarşı» işi üzrə 11 iyul 2016-cı il tarixli qərarlarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. «Ədalətli məhkəmə araşdırması hüququ» kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilib-edilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir.
85. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuş, məhkəmə iclaslarında müdafiə tərəfinin (təqsirləndirilən şəxs və onun müdafiəçisi) hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, onunla müdafiəçisinə sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə irəli sürülmüş ittihamı mübahisələndirmişlər.
86. Müdafiə tərəfi irəli sürülmüş ittihamı mübahisələndirsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir.
87. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144- 3.4 və 243.1-ci maddələri ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur.
88. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlar əsasında müəyyən edilir.
89. Həmin Məcəllənin 143-144-cü maddələrinin tələbinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə, habelə digər prosessual hərəkətlərlə həyata keçirilir və cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır.
90. Həmin Məcəllənin 145.1 və 145.2-ci maddələrində nəzərdə tutulur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir.
91. Həmin Məcəllənin 146-cı maddəsində cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.
92. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu ilk növbədə cinayət tərkibi ilə yanaşı cinayətin tövsif edilməsi anlayışının açıqlamasını vacib hesab etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
93. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onun müdafiəsi üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir, tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir.
94. Məhkəmə baxışı iclasında, təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək, qeyd etmişdir ki, zərərçəkmiş şəxslər (Narış, Xanım, Günel, Samirə, Cəmilə) onun yanında könüllü qalıb, özləri kişi taparaq cinsi əlaqədə olmuşlar. O, heç kimi məcbur etməmiş, yol xərclərini ödəməmiş, hədəqorxu gəlməmiş, pasportlarını almamışdır. Zərərçəkənlərin kommunal və evdə qalmaq üçün ona pul verdiyini iddia etmişdir.
95. Məhkəmə, təqsirləndirilən şəxsin müdafiə dəlillərinə münasibət bildirməyi CPM-in tələblərinə uyğun olaraq mütləq və zəruri hesab edir.
96. Əvvəla, təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 aldatma yolu ilə (paltar ticarəti ilə məşğul olmaq vədi) və Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 isə fahişəliklə gəlir əldə etmək məqsədilə Türkiyə Respublikasına aparması təsdiq olunur. Həm Zərərçəkmiş şəxs3, həm də Zərərçəkmiş şəxs1 ifadələrində Türkiyəyə getdikdən qısa müddət sonra Təqsirləndirilən şəxs onları cinsi istismara məcbur etdiyini bildirmişlər. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin zərərçəkmişləri məcbur etməməsi barədə dedikləri inandırıcı hesab edilmir. Zərərçəkmişlər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 hədə-qorxu və zəiflik vəziyyətindən sui-istifadə edilməklə istismara məruz qaldıqları sübuta yetirilmişdir. Belə ki, kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının rəyləri təsdiq edir ki, həm Narış, həm də Samirə maddi ehtiyacın, borcun qaytarılması məcburiyyətinin (təyyarə biletinin pulu) və rüsvay edilmə hədələrinin psixoloji təzyiqi altında qalaraq müqavimət göstərmə imkanlarını itirmişlər. Bu səbəbdən məhkəmə təqsirləndirilən şəxsin bu ifadələrini törətdiyi cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yayınmağa yönəlmiş cəhdi kimi qiymətləndirir. Bundan əlavə, təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs3 məxsus pasportu götürüb saxlaması və Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, habelə Zərərçəkmiş şəxs2 tamah niyyəti ilə fahişəliyə cəlb etməsi iş materialları və zərərçəkmişlərin ifadələri ilə tam təsdiqini tapır. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi bu ifadələri (özünü tamamilə təqsirsiz bilməsi barədə) zərərçəkmiş şəxslərin ardıcıl ifadələri və özünün ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadələri ilə təkzib edilir. Məhkəmə bu ifadələri inandırıcı hesab etmir.
97. İttiham olunan əməllərin törədilmə üsulları, yəni aldatma, hədə-qorxu gəlmə və zəiflik vəziyyətindən sui-istifadə edilməsi məhkəmə istintaqı ilə sübuta yetirilmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 ifadələri təsdiqləyir ki, onlar yalandan paltar ticarəti ilə məşğul olmaq vədi ilə Türkiyə Respublikasına aparılmışlar. Təqsirləndirilən şəxsin Narışı "qardaşına deyəcəyi” ilə hədələməsi və Samirəni isə "yaxın qohumları arasında onu rüsvay edəcəyi” ilə hədələməsi müəyyən edilmişdir.
98. Bundan əlavə, təqsirləndirilən şəxsin CM-in 144-3.4 üzrə əməli toplanmış sübutlarla tam təsdiq olunur. Zərərçəkmiş şəxslərin ifadələrinə (Samirə, Narış) əsasən onların pasportlarının Təqsirləndirilən şəxs tərəfindən götürüldüyü müəyyən edilmişdir.
99. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadələri (təqsirsizlik mövqeyini) inandırıcı hesab etmir. Bu ifadələr təqsirləndirilən şəxsin müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yayınmağa yönəlmiş cəhdi kimi qiymətləndirilir
100. Məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş bütün sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək Təqsirləndirilən şəxs əməllərinin Cinayət Məcəlləsinin müvafiq maddələri ilə düzgün tövsif edildiyini hesab edir.
101. Təqsirləndirilən şəxsin qadınları aldatma yolu ilə, zəiflik vəziyyətlərindən suiistifadə etməklə, habelə hədə-qorxu məcburetmə vasitəsindən istifadə etməklə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etməsi sübut olunur.
102. Əməlin cinayət tərkibi aşağıdakı maddələrə uyğundur: CM-in 144-1.2.1-ci maddəsi (İnsan alveri: iki və ya daha çox şəxs barəsində). CM-in 144-1.2.2-ci maddəsi (İnsan alveri: təkrar törədildikdə). CM-in 144-1.2.4-1-ci maddəsi (İnsan alveri: insan alveri qurbanını Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə törədildikdə). CM-in 144-3.4-cü maddəsi (İnsan alveri məqsədi ilə sənədlərlə qanunsuz hərəkətlər: pasportu götürmə, saxlama). CM-in 243.1-ci maddəsi (Gəlir əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə).
103. Məhkəmə təqsirsizlik prezumpsiyası prinsipini (CPM-in 21.1-ci maddəsi) rəhbər tutaraq qeyd edir ki, toplanmış bütün sübutların məcmusu şəxsin təqsirli olduğuna dair aradan qaldırıla bilməyən şübhələr yaratmır. Cinayət əməllərinin törədilməsi tam sübuta yetirilmişdir.
104. Yekun olaraq, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı özünü müdafiə mövqeyi ilə verdiyi ifadələrini mötəbər hesab etmir, həmin ziddiyyətli ifadələrin özünümüdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə işin hallarına uyğun gəlmədiyindən, habelə özünün ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadələri, zərərçəkmiş şəxslərin verdiyi ifadələr, şahid ifadəsi və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadəni inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadələri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa yönəlmiş cəhdi kimi qiymətləndirir.
105. Məhkəmə eyni zamanda cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edərək hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-in 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-3.4 və 243.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi iş materiallarında olan biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır, onun əməllərində cinayət tərkibi vardır və bununla da təqsirliliyi tam sübuta yetirilmişdir.
106. “X16 mübarizə haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, insan alveri - zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədəqorxu və ya digər məcburetmə vasitələri ilə, oğurlama, dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla insanların istismar məqsədilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsidir. Hüquq ədəbiyyatında qeyd edilir ki, zəiflik vəziyyətindən sui-istifadə dedikdə insan alverinin qurbanının maddi məzmunlu ehtiyacından, ağıl və ya iradə zəifliyindən, psixi sağlamlığının dayanıqsız olmasından istifadə etmə başa düşülür.
107. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin zərərçəkmişlərin “öz razılığı ilə getməsi”, “öz istəyi ilə fahişəlik etməsi” və “istismarın olmaması” barədə müdafiə dəlilləri təqsirləndirilən şəxsi cinayət məsuliyyətindən azad edən hal kimi qəbul edilə bilməz. Bu mövqe BMT-nin Transmilli Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Konvensiyasına əlavə “İnsan alverinin qarşısının alınması, ona qarşı mübarizə və cəzalandırılması haqqında Protokol”un (Palermo Protokolu) 3(b)-ci maddəsinə əsaslanır. Həmin maddəyə görə, insan alverinin qurbanının istismara "razılığı" bu razılığın aldatma, məcburetmə, hədə və ya zəiflik vəziyyətindən istifadə yolu ilə əldə olunması halında hüquqi əhəmiyyət daşımır. Azərbaycan Respublikası CM-in 144-1-ci maddəsinin qeyd hissəsinin 2-ci bəndinə əsasən, İnsan alverindən zərərçəkmiş şəxsin istismar olunmasına dair razılığı, həyat tərzi, habelə əxlaqsız davranışı insan alverində təqsirli bilinən şəxsin cəzasını yüngülləşdirən hal qismində nəzərə alına bilməz.
108. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir. Təsnifata görə CM-in 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1-ci maddələrində nəzərdə tutulan əməllər ağır cinayətlər, CM-in 144-3.4 və 243.1-ci maddələrində nəzərdə tutulan əməllər az ağır cinayətlərdir.
109. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
110. CPM-in 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:
111. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.
112. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.
113. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-3.4 və 243.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Qeyd olunan əməllərin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsaslar yoxdur.
114. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (CM-in 8.1, 41.2 və 58.3cü maddələri).
115. Məhkəmə CM-in 59 və 61-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etməmişdir.
116. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməllərinin ictimai təhlükəliliyini spesifikləşdirən hallar həmin əməllərin törədilməsi ilə beynəlxalq hüquqi aktlarla, eləcə də Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunan qul əməyinin və qul ticarətinin yayılması və insanın alqı-satqı obyekti olmasını pisləyən ictimai-mənəvi normaların pozulmasıdır. Beləliklə, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlində cəzanı yüngülləşdirən halların olmamasını, habelə törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, cinayət əməllərinin çoxsaylı epizodlardan ibarət olmasını, zərərçəkmişlərin sayının çoxluğu, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədəmüvafiq hesab edir.
117. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir.
118. CM-in 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər az ağır və ağır cinayətlər kimi təsnif edilmişdir. CM-in 56.1.2-ci maddəsinin tələbinə görə qəsdən törədilmiş az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərə münasibətdə təyin edilmiş cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.
119. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.
120. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).
121. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin CMin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı onun faktiki həbsə alındığı andan, xx.xx.2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır.
122. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutun olmaması nəzərə alınmalıdır.
123. CPM-ə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.
124. İş üzrə məhkəmə xərci, mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur.
125. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsi ilə) əsaslar yoxdur.
126. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.
127. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli və «Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında» 30 aprel 2021-ci il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-3.4 və 243.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-in 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1-ci maddələri ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 144-3.4-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası və Azərbaycan Respublikası CM-in 243.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə min. Sədrlik edən hakim: Aqil Nuriyev Hakimlər: Cavid Səfərli Ayşən Vəliyeva