Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-279/2022 12.09.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçilər- Xırdalan şəhər Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakı ilə xx xxxxxx 1986-cı ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada idman təlimçisi (məşqçi) işləyən, məhkumluğu olmayan, Beyləqan rayonunun Mayak qəsəbəsində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Aslanov küçəsi, döngə 10, nömrəsiz fərdi yaşayış evində yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda-11,732 qram narkotik vasitə olan heroini əldə edib, saxlamış və həmin heroinin iki bükümdə-8,380 qram hissəsini üzərində və bir bükümdə-3,352 qram hissəsini etibarnamə ilə idarə etdiyi “BMW” markalı, **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonundakı saxlanc yerində saxlayıb daşıyarkən, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 29 sentyabr 2021-ci il tarixdə, saat 18 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Beyləqan rayonunun Şəfəq qəsəbəsinin ərazisində saxlanılıb Beyləqan RPŞ-nin inzibati binasına aparılıb orada üzərində şəxsi axtarış zamanı iki ədəd sellofan bükümdə, ayrı-ayrılıqda 4,180 qram və 4,200 qram olmaqla cəmi 8,380 qram narkotik vasitə olan heroin və idarə etdiyi “BMW” markalı, **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı avtomobilin salonunda ön sərnişin oturacaqların arasında olan saxlanc yerindən bir ədəd sellofan bükümdə 3,352 qram narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, evlidir, himayəsində bir azyaşlı uşağı vardır.O, ailəsi ilə birlikdə Beyləqan rayonunun Mayak qəsəbəsində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Aslanov küçəsi, döngə 10, nömrəsiz fərdi yaşayış evində yaşayır.Tütün və narkotik maddələrdən istifadə etmir, idmançıdır, xeyli müddətdir ki, Binəqədi rayonu ərazisində yerləşən “Retro” idman salonunda fərdi qaydada idman üzrə təlimçi-məşqçi işləyir və aylıq gəliri təxminən 600-700 manat təşkil edir. İstifadəsində 070/313-23-00 saylı mobil telefon nömrəsi olmuş, 055/477-76-01 saylı mobil telefon nömrəsini isə həm özü, həm də arvadı istifadə etmişdir.Həmçinin istifadəsində etibarnamə ilə idarə etdiyi “BMW” markalı, **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobil olmuşdur.27 sentyabr 2021-ci il tarixdə arvadı və uşağı ilə birlikdə idarə etdiyi avtomobillə Beyləqan rayonunun Mayak qəsəbəsinə, qohumunun yas mərasimində iştirak etmək üçün getmişdir. 29 sentyabr 2021-ci il tarixdə, axşam saat 18 radələrində Bakı şəhərinə getmək üçün arvadı və uşağı ilə birlikdə idarə etdiyi avtomobillə Mayak qəsəbəsindən çıxıb Şəfəq qəsəbəsinin ərazisinə daxil olub avtomagistral yola çıxarkən Beyləqan RPŞ-nin YPX-nin əməkdaşları avtomobilini saxlamışlar.Elə həmin vaxt başqa bir avtomobildə orada dayanmış və avtomobildən düşən mülki geyimli dörd nəfər tanımadığı şəxslər avtomobilə yaxınlaşmış, özü də avtomobildən yerə düşüb nə baş verdiyini aydınlaşdırmaq istəmiş, həmin şəxslər Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqları bildirib ona narkotik maddələr saxlamaqda şübhəli olmasını demiş, o da üzərində və avtomobilində heç bir narkotik maddənin olmamasını bildirmişdir.Bundan sonra həmin şəxslər ona qarşı fiziki qüvvə tətbiq edərək onu arvadı və uşağının yanında döymüş, sonra onu başqa bir maşında Beyləqan RPŞ-nə aparmışlar. Beyləqan RPŞ-də olarkən həmin polis əməkdaşları ona qarşı zorakılıq hərəkətləri edərək onu döymüş və üzərinə iki büküm narkotik maddə qoyub bu narkotik maddənin özünə aid olmasını bildirib boynuna götürməsini tələb etmiş, əks təqdirdə yenidən döyüləcəyi və ailəsinin də polisə gətiriləcəyini bildirilmişdir. Belə bir vəziyyətdə o, məcbur qalıb həmin polislərin dedikləri ilə razılaşmış, bundan sonra polis şöbəsində vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə üzərində axtarış aparılmışdır.Axtarış zamanı bir az əvvəl polislərin cibinə qoyduqları, içərisində narkotik maddə olan iki ədəd bükümü çıxarıb təqdim edərək özünə məxsus olduğunu, narkotik maddəni Bakıda tanımadığı şəxsdən almağını və özünün şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir.Daha sonra polis əməkdaşları tərəfindən özünün və vəkilin (müdafiəçinin) iştirakı ilə, həm də videoçəkilişlə idarə etdiyi avtomobilə baxış keçirilmişdir.Baxış zamanı əvvəlcədən polislər tərəfindən avtomobilin qabaq oturacaqları arasındakı saxlanc yerinə qoyulmuş içərisində narkotik maddə olan bir ədəd bükümü oradan götürüb təqdim etməsini ona bildirildikdən sonra o, avtomobildən bir ədəd bükümü götürüb polis əməkdaşına təqdim edib narkotik maddə olduğunu bildirmişdir. Bütün bunlar dörd nəfər polis əməkdaşının ona qarşı etdikləri zorakılıq halları və təzyiqləri nəticəsində olmuşdur.Əslində isə üzərində və avtomobilində aşkar olunmuş heroin kütlələri ona məxsus deyil, həmin heroin kütlələrini üzərinə və avtomobilinə polis əməkdaşları qoymuşlar.Polis əməkdaşlarının ona qarşı belə hərəkət etmələrinə səbəb isə tutulmamışdan bir neçə gün əvvəl “Lokomativ” idman salonunda məşq edərkən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı olması deyilən, sonradan adını bildiyi “İlham” adlı bir nəfər polis əməkdaşı ilə mübahisə edib dalaşması olmuşdur.Həmin hadisədən sonra o, bir neçə nəfər tanışı ilə “İlham” adlı şəxsin yaşadığı ünvana gedib onunla görüşüb polis əməkdaşı olmasını bilmədiyini deyib üzrxahlıq edib barışmış, sonra ondan ayrılarkən “İlham” adlı şəxs arxadan yumruq atıb onu vursa da, o ona heç bir cavab verməmişdir.Baş verənlərdən sonra “İlham” adlı şəxsin işlədiyi idarənin, yəni Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin dörd nəfər əməkdaşı Beyləqan rayonunda onun avtomobilini saxlamış, sonra onu döyərək işgəncə vermiş, daha sonra cibinə və avtomobilinə narkotik maddə olan bükümləri qoyduqdan sonra həmin bükümlərdə olan narkotik maddənin özünə məxsus olmasını deməyə məcbur etmişlər.Polis əməkdaşlarının onu döyməsi nəticəsində xəsarətlər alması ekspert rəyi ilə də təsdiq olunur.O, narkotik maddələrdən heç vaxt istifadə etməmiş, narkoloji ekspertizasının rəyində onun narkotikdən istifadə etmə hallarının olması, həmçinin kimyəvi ekspertizasının rəyində qanında heroin aşkar olunmasını dair yazılanları qəbul etmir və həmin rəylərlə razılaşmır. Ümumiyyətlə o, heç bir cinayət əməli törətməmiş, sadəcə olaraq “İlham” adlı polis əməkdaşı ilə dalaşmasına görə onun xidmət yoldaşları ona qarşı belə bir hadisəni qurub, üzərinə və avtomobilinə narkotik maddə qoyub onu tutmuşlar. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi 30 sentyabr və 01 oktyabr 2021-ci il tarixli ifadələrində göstərmişdir ki, o, bir-iki ay olar ki, heroindən istifadə etməyə başlamışdır. Tutulduğu gündən 4 gün əvvəl yaşadığı Binəqədi rayonunun ərazisində üzdən tanıdığı, lakin adını, telefon nömrəsini və qaldığı ünvanı bilmədiyi bir nəfər şəxsdən üç ədəd sellofan bükümdə heroin alıb öz şəxsi istifadəsi üçün üzərində saxlamışdır. 29 sentyabr 2021-ci il tarixdə, saat 18 radələrində Beyləqan rayonunun Şəfəq qəsəbəsində idarə etdiyi “BMW” markalı, **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında olarkən dörd nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin işçiləri olduqlarını bildirmiş, sonra polis əməkdaşları onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumat olduğunu bildirib onu avtomobili ilə birlikdə Beyləqan RPŞ-nə aparmışlar. Polis şöbəsində vəkilin iştirakı ilə və videoçəkilişlə üzərində şəxsi axtarış keçirilmişdir.Axtarış zamanı özü əynindəki şalvarın sol cibindən bir ədəd mobil telefon, maşın açarını, şəxsiyyət vəsiqəsini və şalvarın sağ cibindən iki ədəd bükümü çıxarıb təqdim etmişdir. Təqdim etdiyi iki ədəd bükümlərin içərisində heroin olmuşdur. Polis əməkdaşları tərəfindən aşkar olunmuş kütlələr qablaşdırılıb götürülmüş, sonra protokol tərtib olunmuşdur. Sonra özünün və vəkilin iştirakı ilə, həm də videoçəkilişlə idarə etdiyi “BMW” markalı, **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir.Baxış zamanı özü avtomobilin qabaq oturacaqların arasındakı saxlanc yerindən içərisində heroin olan bir ədəd bükümü çıxarıb polislərə təqdim etmişdir. Polis əməkdaşları tərəfindən aşkar olunmuş kütlə qablaşdırılıb götürülmüş, sonra protokol tərtib olunmuşdur.Şifahi sorğu zamanı o, aşkar olunmuş kütlələrin heroin olduğunu, 4 gün əvvəl yaşadığı ərazidə üzdən tanıdığı şəxsdən aldığını, şəxsi istifadəsi üçün üzərində və idarə etdiyi avtomobildə saxladığını bildirmişdir. Həmçinin tutulan zaman bədəni üzərində xəsarətləri o, bir neçə gün əvvəl idman zalında məşq edən zaman almışdır.Polis əməkdaşları tərəfindən saxlanılan vaxt, üzərində axtarş və avtomobilinə baxış zamanı ona qarşı hər hansı formada təzyiq olunmamışdır.O, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs 04 dekabr 2021-ci il tarixli və 21 fevral 2022-ci il tarixli ifadələrində göstərmişdir ki, o, 2021-ci ilin sentyabr ayının ortalarında Biləcəri qəsəbəsində yerləşən “Lokomativ” idman zalında məşq edərkən iki nəfərin öz aralarında dalaşmalarını görüb onları sakitləşdirmək məqsədi ilə kənardan onları səsləmiş, həmin vaxt onlardan biri, sonradan adının “İlham” olduğu bildiyi şəxs ona kobud cavab verərək “sən işinlə məşğul ol” demiş, az sonra həmin şəxs ona yaxınlaşıb söyüş söyərək sinəsindən itələmişdir. Bundan sonra aralarında olan məsələni həll etmək üçün onlar zaldan çölə çıxmış və İlham onu yumruqla vurmuş və o, yerə yıxılmışdır.Sonra o, yerdən dəmir parçasını götürüb özünü müdafiə etmək üçün əllində yelləyərkən dəmir parçası İlhanın ağız nahiyəsinə dəymiş və ağzı partlamış, sonradan bildiyinə görə onun ağzına tikiş qoyulmuşdur.Bundan sonra onlar aralınmışlar.Həmin gün İlhamın dostu, Səxavət adlı oğlan ona zəng edib İlhamın Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı olduğunu, onunla barışmağın lazım olduğunu demişdir.Həmin gün axşam o, Hacı Əli adlı şəxsi və öz ağsaqqallarını götürüb İlham adlı şəxsin yaşadığı ünvana getmişlər.Orada o, İlhama polis əməkdaşı olmasını bilmədiyini bildirib ondan üzr istəmiş və onlar barışmışlar. Sonra o, İlhamdan aralanıb gedərkən İlham onun sifətinə yumruqla vursa da, aralarında dava-dalaş olmamışdır. Bir gün sonra o, İlhamın ata evinə getmiş, orada İlhamın qardaşı ona bu məsələdən artıq BMCMİ-də xəbərdar olduqlarını bildirib ona məsləhət görmüşdür ki, bu məsələni gedib orada həll etsin.İdmandan tanıdığı uşaqlarda ona bildirmişlər ki, BMCMİ-nin əməkdaşını vurduğu üçün onu axtarırlar və buna görə ondan əvəz çıxmaq istəyirlər.25 sentyabrdan başlayaraq tanımadığı şəxslər maşınlarla gəlib evinin qarşısında postlar qurub onu izləməyə başlamışlar. Sonra o, bir qohumu vasitəsilə BMCMİ-nin rəhbərliyindən xahiş etdikdən sonra ona bu məsələnin yoluna qoyulduğu bildirilmişdir.2-ci Qarabağ müharibəsində şəhid olmuş xalası oğlu Rantikin il yas mərasimi ilə bağlı o, 28 sentyabr 2021-ci il tarixdə ailəsi ilə birlikdə Beyləqan rayonuna getmişdir. 29 sentyabrda yas mərasimində iştirak etmiş, sonra Beyləqan rayonunun Şəfəq qəsəbəsindən çıxıb 5-10 km getdikdən sonra DYP-nin əməkdaşları idarə etdiyi maşını saxlamışlar.Polis əməkdaşları ondan maşında qanunsuz səsboğucu olubolmamasını soruşmuş, o da maşında qanunsuz heç nə olmadığını, maşına baxmalarını təklif etmişdir.Elə həmin vaxt kimsə qara rəngli “Cip” markalı maşını ona tərəf sürüb uca səslə danışıb onu təhqir edib maşının qapısı ilə onu vurmuş və o, bu zərbədən yerə yıxılmış, sonra yerdə yıxılmış vəziyyətdə onu döymüşlər. Həmin vaxt maşınında arvadı və doqquz yaşlı qızı olmuş, onlar da bunun şahidi olmuşlar.Sonra onu həmin şəxslər (polis əməkdaşları) əllərinə qandal vurub qara rəngli maşına mindirmiş, onu döyən dörd nəfər şəxs maşında da onu yumruqla vuraraq nəyə görə iş yoldaşları olan polis əməkdaşını vurmağını soruşmuş, o da həmin şəxsin polis əməkdaşı olmasını bilmədiyini bildirmiş, lakin ona inanmamışlar.O, Beyləqan RPŞ-nə aparıldıqdan sonra orada həmin şəxslər onu yenə döyüb işgəncə vermiş və ona dediklərinə əməl etməsi tapşırılmışdır. Sonra İlqar adlı polis əməkdaşı cibinə nəsə qoyub “bu sənindir, çəkiliş vaxtı deyərsən mənimdir, indi çəkiliş olacaq boynuva almasan ailəni şərləyib məsələni daha da böyüdəcəyik, sənin buradan çıxışın yoxdur” demiş, o da məcbur qalıb onların dediklərini qəbul etmişdir. Təxminən gecə saat 12-də üzərinə baxış olmuş, sonra idarə etdiyi maşının da gətirildiyi bildirilmiş və İlqar adlı polis əməkdaşı maşının da qoltuq altına qoyduğunu və çəkiliş vaxtı onu da oradan çıxarıb təqdim etməsini, narahat olmamasını, narkotik istifadəçisi kimi rəsmiləşdiriləcəyini, “3 ay otur, idarənin əməkdaşı İlhamın hirsi soyuyandan sonra idarə səni bağışlasın və sərbəst çıxarsan” demişdir. Həmin gün gecə saat 12-dən sonra videoçəkiliş olmuş və o, cibinə qoyulmuş bükümləri, həm də maşına qoyulmuş bükümü çıxarıb təqdim edib özünə məxsus olmasını bildirmişdir. Daha sonar o, BMCMİ-nə gətirilmiş və orada onu döymüşlər. Həmçinin ona bədəni üzərində olan xəsarətləri idman zamanı aldığını deməyə məcbur etmişlər, o də bədəni üzərində olan xəsarətləri idman edərkən aldığını demişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarış və avtomobilə baxışın keçirilməsi ilə bağlı aparılmış videoçəkilişlər tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi 30 sentyabr və 01 oktyabr 2021-ci il tarixli ifadələrini təsdiq etməyib, 04 dekabr 2021-ci il tarixli və 21 fevral 2022ci il tarixli ifadələrini təsdiq edib əlavə ifadəsində göstərmişdir ki, 30 sentyabr və 01 oktyabr 2021-ci il tarixli ifadələri polis əməkdaşlarının ona qarşı etdikləri zorakılıq və təzyiqləri altında vermişdir, ona görə də həmin ifadələrində üzərində və avtomobilində aşkar olunmuş heroinin özünə məxsus olmasını bildirmişdir.Əslində isə üzərindən və avtomobilindən aşkar olunmuş heroin ona məxsus deyil, üzərinə və avtomobilinə heroin bükümlərini İlqar adlı polis əməkdaşı qoymuşdur.Həmçinin tutulandan sonra polis əməkdaşları onu döyərək işgəncə vermiş, həmin vaxt bədəni üzərində aşkar olunan xəsarətləri ona polis əməkdaşları yetirmişdir.01 oktyabr 2021-ci il tarixdə Nərimanov Rayon Məhkəməsində olarkən o, polis əməkdaşlarının onu döyməsini, üzərinə və avtomobilinə narkotik maddə qoymalarını, sonra üzərindən və avtomobilindən aşkar olunmuş narkotik maddənin özünə məxsus olmasını deməyə məcbur edilmələrini bildirmiş, xəsarət almasını təsdiq edən fotoşəkilləri məhkəməyə təqdim etmiş və məhkəmənin qərarı ilə barəsinqdə həbs qətimkan tədbiri seçilməsindən imtina edilərək məhkəmə zalanda həbsdən buraxılmışdır.Hakimin qərarı ilə o, məhkəmə zalında həbsdən buraxılsa da, əslində buraxılmamış, polis əməkdaşları onu yenidən tutub Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıb 07 oktyabr 2021-ci il tarixədək orada həbsdə saxlamış, 07 oktyabr 2021-ci il tarixdə polis əməkdaşları onu Bakı Apellyasiya Məhkəməsinə gətirmiş və həmin gün məhkəmənin qərarı ilə həbs olunmuşdur.O, heç bir cinayət əməli törətmədiyindən ona bəraət verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (bundan sonra BMCMİ-nin) əməkdaşıdır. 29 sentyabr 2021-ci il tarixdə BMCMİ-nə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, istifadəsi, üzərində gəzdirməsi və idarə etdiyi avtomobildə saxlaması, həm də onun həmin gün Beyləqan rayonunun Şəfəq qəsəbəsində olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün özü də daxil olmaqla əməliyyat qrupu yaradılmışdır. 29 sentyabr 2021-ci il tarixdə əməliyyat qrupu Beyləqan rayonunun Şəfəq qəsəbəsinə getmiş, saat 18 radələrində Şəfəq qəsəbəsinin ərazisində Təqsirləndirilən şəxs idarə etdiyi “BMW” markalı avtomaşının yanında olması müşahidə edilib elə orada əməliyyat qrupu tərəfindən saxlanılmışdır.Saxlanılan vaxt Təqsirləndirilən şəxs tək olmuş, yanında və maşında heç kim olmamışdır.Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlamaqda şübhəli olduğu bildirilib maşını ilə birlikdə Beyləqan RPŞ-nə aparılmışdır. Saxlandığı yerdə şərait olmadığına görə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və avtomobilinə baxış keçirilməmişdir. Polis şöbəsinə gətirildikdən sonra BMCMİ-nin TBnin təhqiqatçısı (əməliyyat qrupuna daxil olan) Babək Haqverdiyev tərəfindən vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarın cibindən iki büküm çıxarıb təqdim edib heroin olduğunu bildirmişdir.Həmin iki ədəd bükümün içərisində heroinə oxşar kütlələr aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs heroini Bakı şəhəri Biləcəri qəsəbəsində tanımadığı şəxsdən alıb şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir.Həmçinin sorğu-sual zamanı Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə də heroin olduğunu demişdir.Aşkar olunmuş kütlələr təhqiqatçı tərəfindən qablaşdırılıb götürülmüşdür.Sonra təhqiqatçı tərəfindən vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs idarə etdiyi avtomaşına baxış keçirilmişdir.Baxış zamanı Təqsirləndirilən şəxs avtomobilin ön oturacaqların arasında olan saxlanc yerindən bir ədəd bükümü götürüb təhqiqatçıya təqdim edib heroin olduğunu bildirmişdir.Həmin bükümün içərisində heroinə oxşar kütlə aşkar edilmişdir. Aşkar olunmuş kütlə təhqiqatçı tərəfindən qablaşdırılıb götürülmüş, sonra protokol tərtib olunmuşdur. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra ona qarşı heç bir zorakılıq hallarına yol verilməmiş, üzərində axtarış və avtomobilə baxış zamanı Təqsirləndirilən şəxs şikayəti və ya narazılığı olmamışdır. Məhkəmə iclasında şahidlər Şahid3, Şahid4 və Şahid1 Şahid2 ifadəsinə uyğun ifadələr vermişlər, habelə onlar ifadələrində göstərmişlər ki, Təqsirləndirilən şəxs saxlandıqdan sonra onun idarə etdiyi “BMW” markalı, **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobil Şahid2 tərəfindən idarə edilməklə Beyləqan RPŞ-nə aparılmış, Təqsirləndirilən şəxs isə onlar tərəfindən başqa avtomobillə Beyləqan RPŞ-nə gətirilmişdir. Məhkəmə iclasında şahid X9 ifadəsində göstərmişlər ki, Təqsirləndirilən şəxs əridir. 27 sentyabr 2021-ci il tarixdə xalası oğlu şəhid Rantik Kazımovun il mərasimi ilə bağlı əri Cahidin idarə etdiyi maşınla özü və azyaşlı qızı Beyləqan rayonunun Mayak qəsəbəsinə getmişlər. 29 sentyabr 2021-ci il tarixdə il mərasimində iştirak etdikdən sonra saat 17 radələrində Mayak qəsəbəsindən çıxmışlar. Qəsəbədən çıxıb bir az hərəkət etdikdən sonra Şəfəq qəsəbəsi ərazisində yolda dayanmış yol polisi maşını saxlamışdır. Sonra Cahid maşından düşmüş, elə həmin vaxt başqa bir maşın gəlmiş və həmin maşından 4-5 nəfər düşüb Cahidi tutub yerə yıxıb onu döyməyə başlamışlar. Həmin vaxt o və azyaşlı qızı maşında olub bunları görmüşlər.Sonra azyaşlı qızı Nuray maşından düşüb atasının yanına qaçmış, orada olan polis əməkdaşları uşağı kənara itələyb oradan aralaşdırmışlar.Həmin vaxt qızı qışqırıb özündən getmiş, orada olan Beyləqan RPŞ-nin əməkdaşları qızının başına “kola” toküb ayıtmışlar. Sonra o, maşından düşüb uşağının yanına getmiş, həmin vaxt bir nəfər polis işçisi maşında oturub maşını apamaq istəmiş, lakin qızı buna imkan verməmişdir.Qayıtatası Rafiqin gəlib onları aparmasına razılaşdıqdan sonra onlar maşının arxa oturacağında əyləşmiş və bundan sonra polis əməkdaşı maşını sürüb Beyləqan RPŞ-nə aparmışdır.Orada qızı maşından saxlanc yerlərindən atasına məxsus sənədləri və başqa əşyaları, özü isə maşının yük yerindən yüklərini götürdükdən sonra onlar qayınatası Rafiqin maşınına minmişlər.Həmin vaxt özü və qızı tərəfindən Cahidin maşını tam boşaldıladan sonra polislərə təhvil verilmişdir. Cahid tutulmamışdan 15 gün əvvəl Cahid telefonla danışarkən onun idman zalında polis əməkdaşı ilə dalaşmasını, şərlənəcəyindən qorxduğunu, məsələni həll etmək istədiyini eşitmiş, həmin vaxt o, Cahidin kürək nahiyəsində cızıq (xəsarət) olmasını da görmüşdür.Nərimanov Rayon Məhkəməsində olarkən çəkilmiş şəkillərdə olan xəsarətlər əvvəllər Cahiddə görməmişdir. Əri Cahid heç vaxt narkotik vasitədən istifadə etməmiş, bu barədə heç vaxt eşitməmişdir. Məhkəmə iclasında şahid X10 şahid Nazlı Rəhimovanın ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında şahid X7 ifadəsində göstərmişlər ki, o, Təqsirləndirilən şəxs dostudur, daim bir yerdə olur, bir yerdə idman zalına gedib idmanla məşğul olurlar. Cahid narkotikdən və spirtli içkilərdən uzaq şəxsdir, idmançıdır. 2021-ci ilin sentyabr ayında o, Cahidlə birlikdə idman zalında bir nəfər şəxslə, yəni özünü polis əməkdaşı kimi təqdim edn “İlham” adlı şəxslə Cahidin arasında mübahisə olmuş, sonra onlar dalaşmışlar. Dalaşma zamanı Cahid “İlham” adlı şəxsi yumruqla vurmuş, sonra onları aralaşdırmışlar.Cahid dalaşdığı şəxsin polis əməkdaşı olmasını əvvəl bilməmiş, sonradan məlum olmuşdur ki, “İlham” adlı şəxs Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşıdır. Bundan sonra Cahid “İlham” adlı şəxsin yaşadığı ünvana gedib ondan üzr istəyib anlaşılmazlıq olduğu demiş və onlar barışsa da, həmin vaxt “İlham” adlı şəxs Cahidi yumruqla vurmuş, Cahid isə ona qarşı heç bir hərəkət etməmişdir. Elə bu məsələdən sonra Cahid polis əməkdaşları tərəfindən narkotiklə bağlı tutulmuşdur.Güman edir ki, Cahid polis əməkdaşını vurduğu üçün həmin polisin iş yoldaşları Cahidin üzərinə narkotik qoyub onu tutmuşlar. Məhkəmə iclasında şahidlər X11 və X12 şahid Qasım Məmmədovun ifadəsinə uyğun ifadələr vermişlər, İşdə olan, DİN-nin BMCMİ-nin əməkdaşının 29 və 30 sentyabr 2021-ci il tarixli “Raport”ları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik və psixotrop maddələr əldə edib, saxlaması, daşıması və satışı ilə məşğul olması barədə məlumat daxil olmuş və həmin məlumat əsasında 29 sentyabr 2021-ci il tarixdə, saat 18 radələrində DİN-nin BMCMİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Beyləqan rayonunun Şəfəq qəsəbəsinin ərazisində saxlanılıb Beyləqan RPŞ-nin inzibati binasına gətirilmişdir. İşdə olan, təhqiqat orqanının “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” 29 sentyabr 2021-ci il tarixli qərarla müəyyən olunur ki, həmin tarixdə təhqiqat orqanı tərəfindən Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik və psixotrop maddələr əldə edib, saxlaması, daşıması və satışı ilə məşğul olması barədə daxil olmuş məlumatla bağlı onun ətrafında müvafiq əməliyyat-axtarışın tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. İşdə olan, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli qərarı ilə təhqiqat orqanının “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” 29 sentyabr 2021-ci il tarixli qərarı qanunauyğun hesab edilmişdir. İşdə olan, “Şəxsi axtarış və götürmə aparılması haqqında” 29 sentyabr 2021-ci il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə DİN-nin BMCMİ-nin TB-nin təhqiqatçısı Babək Haqverdiyev tərəfindən müdafiəçi Fəxri Rüstəmovun iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində iki bükümdə heroinə oxşar kütlələr aşkar edilmişdir.Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş kütlələrin heroin olduğunu, tanıdığı, lakin adını bilmədiyi şəxsdən alıb özünün şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir.Aşkar olunmuş kütlələr təhqiqatçı tərəfindən qablaşdırılıb götürülmüşdür. Şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk protokola əlavə edilmişdir. İşdə olan, “Baxış və götürmə aparılması haqqında” 29 sentyabr 2021-ci il tarixli protokolla müəyyən edilir ki, həmin tarixdə təhqiqatçısı Babək Haqverdiyev tərəfindən müdafiəçi Fəxri Rüstəmov və şübhəli şəxs-Təqsirləndirilən şəxs iştirakı ilə, həm də videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxsə məxsus “BMW” markalı, **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs avtomobilin salonunda ön sərnişin oturacaqların arasında yerləşən saxlanc yerindən bir ədəd sellofan bükümü götürüb təqdim edib həmin bükümün içərisində heroin olduğunu bildirmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş heroini tanıdığı, lakin adını bilmədiyi şəxsdən alıb özünün şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Aşkar olunmuş kütlə təhqiqatçı tərəfindən qablaşdırılıb götürülmüşdür. Baxışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə-kimyəvi ekspertizasının 30 sentyabr 2021-ci il tarixli rəyi ilə müəyyən edilir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 6” dairəvi möhür əksləri olan iki ədəd zərfdə, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən ..” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə iki ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 4,180 qram, 4,200 qram, ümumi təmiz çəkisi 8,380 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs idarə etdiyi ..” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd sellofan bükümdə təmiz çəkisi 3,352 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. Üç ədəd şəffaf rəngli sellofan bükümlərdə olan qəhvəyi rəngli maddələr xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər və ümumi təmiz çəkisi 11,732 qram təşkil edir. Ekspertiza tədqiqatından sonra qalıq heroin 11,582 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 91 (doxsan bir) manat 76 qəpik təşkil edir. İşdə olan, “Maddi sübut hesab edilməsi haqqında” 11 oktyabr 2021-ci il tarixli qərarla müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra qalıq 11,582 qram narkotik vasitə olan heroin iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübut saxlanılması üçün DİN-nin BMCMİ-nin Növbətçi Hissəsinin maddi sübutlar otağına təhvil verilmiş, habelə 18 fevral 2022-ci il tarixli qərarla şəxsi axtarışın və baxışın aparılmasına dair videoçəkilişlərin yazıldığı 2 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. İşdə olan, ambulator məcburi-narkoloji tibbi yoxlamanın 02 oktyabr 2021-ci il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərdən istifadə etmə halları olub, lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur.Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İşdə olan, kompleks məhkəmə-tibbi və məhkəmə-kimyəvi ekspertizasının 06 oktyabr 2021-ci il tarixli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində tiryək qrupuna aid olan morfin adlı alkoloidin sintetik analoqu olan heroin aşkar edilmişdir. İşdə olan, BMCMİ-nin 17 dekkabr 2021-ci il tarixli məktubu ilə (istintaq orqanının əməliyyat tapşırığına cavab) müəyyən olunur ki, keçirilmiş əməliyyat tədbiri ilə Təqsirləndirilən şəxs heroini nə vaxt və kimdən əldə etməsi, narkotik vasitələrin və ya psixotrop maddələrin satışında və istifadəsində şübhəli olan digər şəxslərlə əlaqələri müəyyən etmək mümükün olmamışdır. Həmçinin BMCMİ-də işləyən “İlham” adlı şəxslə Təqsirləndirilən şəxs arasında mübahisənin baş verməsi, nəticədə Təqsirləndirilən şəxs həmin şəxsə xəsarət yetirməsi, habelə “İlham” adlı şəxsin BMCMİ-nin əməkdaşı olması yoxlama zamanı təsdiqini tapmamışdır. İşdə olan, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 01 mart 2022-ci il tarixli qərarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs saxlanarkən və bundan sonra BMCMİ-nin əməkdaşları tərəfindən ona qarşı təzyiq və zorakılıq halları olması barədə şikayəti üzrə Bakı şəhəri, Nərimanov rayon prokurorluğunda araşdırma aparılmışdır. Araşdırma zamanı polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı təzyiq və zorakılıq halların olması təsdiq olunmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutu və digər sənədləri sübut növü kimi qəbul edir. Eyni zamanda məhkəmə cinayət təqibi orqanı tərəfindən Təqsirləndirilən şəxsn ittiham verilməsi üçün qəbul edilmiş sübutları, eləcə də müdafiə tərəfinin əsaslandığı sübutları tədqiq edib həmin sübutlara hüquqi qiymət vermişdir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Bu baxımdan məhkəmə ilkin olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi 29 sentyabr və 01 oktyabr 2021-ci il tarixli ifadələri məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şahidlərin, o cümlədən şahidlər Şahid2, Şahid1, Şahid3 və Şahid4 ifadələri, ekspert rəyləri, maddi sübutlar, məhkəmədə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən “Şəxsi axtarış və götürmə aparılması haqqında” və “Baxış və götürmə aparılması haqqında” (bundan sonra şəxsi axtarış və baxış) 29 sentyabr 2021-ci il tarixli protokollar və videoçəkilişlərlə təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaqı, həm də ibtidai istintaq zamanı verdiyi 04 dekabr 2021-ci il və 21 fevral 2022-ci il tarixli ifadələrində göstərdiyi xüsusatlar, yəni heç vaxt narkotik vasitələrdən istifadə etməməsi, üzərində iki bükümdə və avtomobilində bir bükümdə olmaqla aşkar olunmuş heroinin ona məxsus olmaması, həmin heroin kütlələrini cibinə və avtomobilinə polis əməkdaşının qoyması, idman zalında baş vermiş mübahisə zamanı “İlham” adlı polis əməkdaşını vurması səbəbindən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının onun cibinə və avtomobilinə narkotik maddə qoyub onu tutmaları, ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən ona qarşı zorakılıq hallarına yol verilməsi və polis əməkdaşlarının təzyiq və işgəncələri altında etirafedici ifadələr verməsi, əslində isə ümumiyyətlə heç bir cinayət əməli törətməməsinə dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid2, Şahid1, Şahid3 və Şahid4 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, o cümlədən məhkəmə-kimyəvi ekspertizasının rəyi ilə (həmin rəyə əsasən Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində tiryək qrupuna aid olan morfin adlı alkoloidin sintetik analoqu olan heroin aşkar edilmişdir), “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 01 mart 2022ci il tarixli qərarla (həmin qərara əsasən BMCMİ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı təzyiq və zorakılıq halları olması faktı təsdiq olunmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir), habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və avtomobilinə baxışın keçirilməsi ilə bağlı aparılmış videoçəkilişlərlə (həmin videoçəkilişlərdə Təqsirləndirilən şəxs üzərində və avtomobilində aşkar olunmuş heroin kütlələrin özünə məxsus olmasını və şəxsi istifadəsi üsün üzərində və avtomobilində saxladığını bildirmişdir), eləcə də Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi 29 sentyabr 2021-ci il tarixli izahatı, 30 sentyabr və 01 oktyabr 2021-ci il tarixli ifadələri ilə (həmin izahat və ifadələrində o, üzərindən və avtomoblindən aşkar olunmuş heroinin özünə məxsus olmasını, həmin heroini şəxsi istifadəsi üçün alıb üzərində və avtomoblində saxladığını göstərmişdir) tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi 04 dekabr 2021-ci il və 21 fevral 2022-ci il tarixli ifadələrin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadələrini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Bundan başqa şahidlər Şahid2, Şahid1, Şahid3 və Şahid4 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla, o cümlədən şəxsi axtarış və baxışla bağlı protokollar və videoçəkilişlərlə, eləcə də təqsirləndirilən şəxsin ilkin izahatı və ifadələri (29, 30 sentyabr və 01 oktyabr 2021-ci il tarixli) ilə təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Eyni zamanda şahidlər Nazlı Rəhimova, Nuray Rəhimova, Qasım Məmmədov, Ülvü Nəsibli və Rəvan Qənbərovun məhkəmədə verdikləri ifadələrində göstərdikləri xüsusatları, yəni saxlanılarkən polis əməkdaşlarının Təqsirləndirilən şəxs qarşı zorakılıq hərəkətlər etmələri, idman zalında baş vermiş mübahisə zamanı Cahidin “İlham” adlı polis əməkdaşını vurması səbəbindən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının Cahidin cibinə və avtomobilinə narkotik maddə qoyub onu tutmaları, Təqsirləndirilən şəxs narkotik maddələrdən istifadə etməməsinə dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid2, Şahid1, Şahid3 və Şahid4 ifadələri, şəxsi axtarış və baxışla bağlı protokollar, şəxsi axtarış və baxışla bağlı aparılmış videoçəkilişlər, ekspert rəyləri, digər iş materialları, eləcə də Təqsirləndirilən şəxs ilkin izahatı və ifadələri (29, 30 sentyabr və 01 oktyabr 2021-ci il tarixli) ilə tam təkzib olunduğundan məhkəmə həmin ifadələri sübut kimi qəbul etmir və onların bu ifadələri törədilmiş cinayət hadisəsini öz mülahizələri baxımından yanlış təqdim edilməsi kimi qiymətləndirir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 11,732 qram narkotik vasitə olan heroini əldə edib, saxlayıb üzərində və idarə etdiyi avtomobildə daşıması cinayətini törətmişdir. Eyni zamanda məhkəmə tədqiq olünmüş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin hüquqi tövsifi məsələsini də müzakirə edib aşağıdakı nəticəyə gəlir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs ittiham verilmişdir ondan ötrü ki, o, məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq üç ədəd bükümdə külli miqdarda-11,732 qram narkotik vasitə olan heroin əldə edib üzərində və etibarnamə ilə idarə etdiyi avtomobildə qanunsuz saxlamaqla Beyləqan rayonunun Şəfəq qəsəbəsinin ərazisinə daşımış, bu barədə Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında həmin idarənin əməkdaşları tərəfindən 29 sentyabr 2021-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:00-da qeyd edilən ünvanda saxlanılaraq idarə etdiyi avtomobillə birlikdə Beyləqan RPŞ-nin inzibati binasına gətirilmiş, orada saat 19:39dan etibarən üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən iki ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda- 4,180 qram və 4,200 qram cəmi, külli miqdarda-8,380 qram narkotik vasitə olan heroin, həmçinin Təqsirləndirilən şəxs idarə etdiyi “BMW” markalı **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilən baxış zamanı avtomobilin salonunda ön sərnişin oturacaqlarının arasında yerləşən qolaltı hissəsindəki saxlanc yerindən bir ədəd sellofan bükümdə külli miqdarda-3,352 qram narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı verilmiş ittiham üzrə onun əməli məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmır. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində bildirmişdir ki, o, arabir düşəndə heroindən istifadə etmiş, üzərində və avtomobilində aşkar olunan heroini satmaq məqsədi ilə deyil, özünün şəxsi istifadəsi üçün əldə edib üzərində və avtomobilində saxlamış, lakin narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Habelə, narkoloji tibbi yoxlamanın rəyi ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkməsə də, onun opioidlərdən istifadə etmə halları olmuşdur. Həmçinin kompleks məhkəmə-tibbi və məhkəmə-kimyəvi ekspertizasının rəyi ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində tiryək qrupuna aid olan morfin adlı alkoloidin sintetik analoqu olan heroin aşkar edilmişdir. Məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs narkotik vasitədən (heroindən) istifadə etməsi tam təsdiq olunur. Eyni zamanda məhkəmə istintaqı zamanı, eləcə də ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitəni hər-hansı şəxsə satmaq niyyətində olması, bu barədə əvvəlcədən kimlərləsə sövdələşdiyi, yaxud faktiki olaraq buna cəhd etdiyi öz təsdiqini tapmamışdır.Məhkəmədə şahid kimi ifadə vermiş polis əməkdaşları da göstərmişlər ki, üzərində və avtomobilində narkotik maddə aşkar olunduqdan sonra Təqsirləndirilən şəxs həmin narkotik maddəni şəxsi istifadəsi üçün əldə edib üzərində və avtomobilində saxladığını bildirmiş, habelə onun kiməsə narkotik vasitə satması barədə məlumatlar əldə edilməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qanunun bu tələbinə görə satış dedikdə yalnız qeyd olunan amillərin, yəni əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 8-ci bəndində verilmiş izaha əsasən 28 iyun 2005-ci il tarixli Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərindən azad olunmasına nail olmaq, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etməsi başa düşülür. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməyə dair ittiham verilmiş, lakin həmin ittihamda təqsirləndirilən şəxsin bu maddəni əvəzli və ya qazanc üçün əldə etməsi, yaxud digər şəxsi marağının nədən ibarət olması müəyyən edilməmiş, eyni zamanda bu amillər məhkəmə istintaqı zamanı da öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, bu qanunun tələbi nəzərə alındıqda elan edilmiş bu ittihamın məzmununda təqsirləndirilən şəxsin narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq üçün əldə etməsi müəyyən edilmədiyindən bu halların, yəni təqsirləndirilən şəxsin 11,732 qram heroin əldə edilməsinin satış kimi qiymətləndirilməsi qanunsuz və əsassızdır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı “Heroin” olan maddə narkotik vasitədir. Heroinin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi narkotik vasitə olan heroinin miqdarı 11,732 qram olmaqla külli miqdar təşkil edir, lakin Təqsirləndirilən şəxs əldə etdiyi heroinin külli miqdarda olması onun bu narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi kimi qiymətləndirilməsinə əsas vermir. Həmçinin ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi heç bir mötəbər hesab ediləcək sübutlarla təsdiq edilməmiş, ümumiyyətlə belə sübutlar əldə edilməmiş, eləcə də məhkəmə istintaqı zamanı da onun bu maddəni satış məqsədi ilə əldə etməsi, habelə onların satışı ilə məşğul olması öz təsdiqini tapmamışdır. Göründüyü kimi, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham olunduğu satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma cinayətini, yəni CM-nin 234.4.3-cü maddəsində göstərilən cinayəti törətməsi heç bir mötəbər hesab edilə bilən sübutlarla təsdiq edilməmiş, ümumiyyətlə belə sübutlar əldə edilməmiş, eləcə də məhkəmə istintaqı zamanı da onun bu cinayət əməlini törətməsi məhkəmədə tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmamışdır. Habelə məhkəmə cinayət qanunvericiliyinin müddəaları baxımından da hesab edir ki, hazırki iş üzrə məhkəmədə tədqiq olunmuş sübutlara əsasən Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetmir, onun hərəkətlərində CM-nin 234.2-ci maddəsinin (bu əməllər külli miqdarda törədildikdə CM-nin 234.4.3-cü maddəsinin) tərkib əlamətləri də yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qeyd olunan maddəyə əsasən cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir.Bu isə o deməkdir ki, törədilmiş hər hansı əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulmuş obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti, cinayətin obyektiv cəhəti, cinayətin subyekti, cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxtda mövcud olduğu təqdirdə törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Qeyd olunan əlamətlərdən bir neçəsinin və ya heç olmasa birinin mövcud olması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir (Azərbaycan Respublikası CM-nin 3-cü maddəsi). Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsinin obyektiv cəhəti təqsirkarın satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma hərəkətləri etməkdən ibarətdir. Cinayətin törədilməsi, icra edilməsi dedikdə onun obyektiv tərəfini təşkil edən hərəkətlərin, yəni satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma hərəkətlərin edilməsi başa düşülür. Hazırki iş üzrə təqsirkarın satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma hərəkətləri, yəni Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətləri təşkil edir.Bu isə o deməkdir ki, təqsirkar şəxsin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma hərəkətləri etməsini, yəni narkotik vasitənin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər etməsi tələb olunur. Lakin hazırki iş üzrə məhkəmədə tədqiq olunmuş sübutlarla təqsirkar şəxsin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma İlə bağlı hərəkətləri, yəni narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər etməsi təsdiq olunmur. Habelə istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməyə dair ittiham verilsə də, təqsirləndirilən şəxsin bu maddəni əvəzli və ya qazanc üçün əldə etməsi, yaxud digər şəxsi marağının nədən ibarət olması müəyyən edilməmiş, eyni zamanda bu amillər məhkəmə istintaqı zamanı da öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə tədqiq olunmuş sübutları, işin faktiki hallarını və cinayətin ittihamda göstərildiyi kimi törədilməsini təsdiq edən heç bir sübutun və dəlilin olmadığını nəzərə alaraq hesab edir ki, CM-nin 234.4.3-cü maddəsində (eləcə də həmin Məcəllənin 234.2-ci maddəsində) nəzərdə tutulan cinayətin Təqsirləndirilən şəxs tərəfindən törədilməsinin sübuta yetirilməsi ilə əlaqədar ittiham tərəfindən irəli sürülən dəlillər əsassızdır, bu dəlillər konkret sübutlara deyil, mülahizələrə əsaslanır. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihamda göstərildiyi kimi narkotik maddənin satış məqsədi ilə əldə edilməsinə dair fikir yalnız mülahizə (ehtimal) xarakteri daşıyır. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqlarının və X4 X2 6-cı maddəsinin 2-ci hissəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Həmin Konvensiyasının 7-ci maddəsinə əsasən heç kəsə cinayət törədildiyi anda tətbiq edilməli olan cəzadan daha ağır cəza təyin edilə bilməz. Azərbaycan Respublikası CM-nin 7-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Beləliklə, məhkəmə heyəti cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs özünə məlum mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 11,732 qram heroini əldə edib, saxlayıb, üzərində və idarə etdiyi avtomobildə daşıması, 29 sentyabr 2021-ci il tarixdə, saat 18 radələrində BMCMİ-nin əməkdaşları tərəfindən saxlanılıb üzərində şəxsi axtarış və idarə etdiyi avtomobilə baxış zamanı həmin narkotik vasitənin aşkar edilib götürülməsi iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspert rəyləri və toplanmış digər təkzibedilməz sübutlarla tam sübuta yetir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası CM-nin cinayətlərin təsnifatına dair 15-ci maddəsinə əsasən CM-nin 234.1-ci maddəsi ilə törədilən əməllər az ağır, CM-nin 234.4.3-cü maddəsi ilə törədilən əməllər isə ağır cinayət hesab edilir. Məhkəmə qeyd olunanlara əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri olmadığından, onun törətdiyi cinayət əməli CM-nin 234.4.3cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif olunmalı və o, CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. İşdə olan, “Şübhəli şəxsin tutulması haqqında” 29 sentyabr 2021-ci il tarixli protokolla müəyyən edilir ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə cinayət törətməkdə şübhəli şəxs kimi təhqiqat orqanı tərəfindən tutulmuşdur. İşdə olan, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli qərarı ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatət təmin edilməmiş və o, həbsdən azad edilmişdir. İşdə olan, 01 oktyabr 2021-ci il tarixli “İltizam”la müəyyən olunur ki, həmin tarixdə istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs istintaqın çağırışına vaxtında gəlməsinə dair iltizam alınmışdır. İşdə olan, Bakı Apellyasiya Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli qərarı ilə müəyyən edilir ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 07 oktyabr 2021-ci il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanmasına dair tələbnamə və məhkəmə hökmlərinin surətləri ilə müəyyən olunur ki, Tər-Tər Hərbi Məhkəməsinin 27 iyun 2006-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 332.2.1-ci maddəsi ilə təqsirli bilinib 1 il sınaq müddəti təyin edilməklə 3 il müddətə şərti olaraq azadlıqdan məhrumetmə cazasına məhkum edilmişdir. Habelə Abşeron Rayon Məhkəməsinin 18 iyul 2012-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 127.2.3 və 221.2.1-ci maddələri ilə təqsirli bilinib 07 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 03 dekabr 2012-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Həmçinin Qazax Rayon Məhkəməsinin 13 yanvar 2016-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 315.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 17 mart 2017-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 03 ay 26 gün şərti olaraq vaxtından əvvəl azad olunmuş, 18 iyul 2017-ci il tarixdə cəzasını çəkib qurtardığı üçün icra orqanında müvafiq qeydiyyatdan çıxarılmışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən (az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər onlar cəzasını çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir) 27 iyun 2006-cı il, 18 iyul 2012-ci il və 13 yanvar 2016-cı il tarixli hökmlər üzrə Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş, hazırda o, məhkumluğu olmayan şəxsdir. İşdə olan, Beləqan rayon İHB-nın Yuxarı Aran qəsəbə İƏD üzrə Nümayəndəliyindən verilmiş 27 oktyabr 2021-ci il tarixli arayış və xasiyyətnamə, habelə Bakı şəhəri, Binəqədi rayon İHB-nın Biləcəri qəsəbə İƏD üzrə nümayəndəsinin 28 fevral 2022-ci il tarixli xasyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə Beyləqan rayonunun Mayak qəsəbəsində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Aslanov küçəsi, döngə 10, nömrəsiz fərdi yaşayış evində yaşamış və yaşayış yeri üzrə müsbət (yaşıdığı ərazidə qəsəbə sakinlərinin hörmətini qazanmış və ondan şikayət daxil olmamışdır) xarakterizə olunur. İşdə olan, “Qalib idman klubu”nun 07 sentyabr 2022-ci il tarixli aktı ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs 2019-cu ildən “Qalib idman klubu”nda könüllü prinsiplər əsasında idman üzrə təlimçi-məşqçi işləmiş və hər ay 300-400 manat əmək haqqı almışdır. İşdə olan, AA ******* №-li şəxsiyyət vəsiqəsinin surəti ilə müəyyən edilir ki, Şahid5 xx xxxx 2010-cu ildə doğulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağın olması CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar (CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halı, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 29 sentyabr 2021-ci il tarixdən 01 oktyabr 2021-ci il tarixədək həbsdə saxlanılması müddəti, yəni 2 (iki) gün təyin edilən cəzaya hesablanıb həmin cəzadan çıxılmaqla ona azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 07 oktyabr 2021-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq məhkəmə hesab edir ki Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Növbətçi Hissəsinin maddi sübutlar otağında saxlanılan 11,582 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X5 X6 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. İş üzrə maddi sübutlar olan və cinayət işinə əlavə edilmiş, şəxsi axtarış və baxışla bağlı aparılmış videoçəkilişlərin yazıldığı 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərci-91 (doxsan bir) manat 76 (yetmiş altı) qəpik Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 29 sentyabr 2021-ci il tarixdən 01 oktyabr 2021-ci il tarixədək həbsdə saxlanılması müddəti, yəni 2 (iki) gün təyin edilən cəzaya hesablanıb həmin cəzadan çıxılsın və onun üzərində qəti olaraq 1 (bir) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 07 oktyabr 2021-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutlar otağında saxlanılan 11,582 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübutlar olan və cinayət işinə əlavə olunmuş, şəxsi axtarış və baxışla bağlı aparımış videoçəkilişlərin yazıldığı 2 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərci-91 (doxsan bir) manat 76 (yetmiş altı) qəpik məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-279/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-279/2022
12.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver