Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-279/2023 05.04.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X10, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1982-ci il tarixdə Əli Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işsiz, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq 171,066 qram çəkidə olmaqla külli miqdar təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 7,044 qram çəkidə olmaqla külli miqdar təşkil edən psixotrop maddə metamfetamini, 16,85 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı və 148 ədəd olmaqla tərkibində 5,92 qram metadon təsiredicisi maddəsi olan külli miqdarda narkotik vasitə metadonu əldə edib, elektron tərəzi vasitəsilə ölçüb narkotik vasitə heroini 0,316 qram, 0,248 qram, 100,558 qram, 31,337 qram, 21,382 qram, 0,307 qram, 0,263 qram, 0,615 qram, 0,302 qram, 0,267 qram, 0,762 qram, 0,624 qram, 0,229 qram, 0,368 qram, 0,320 qram, 0,352 qram, 0,425 qram, 0,246 qram, 0,412 qram, 0,321 qram, 0,631 qram, 0,408 qram, 0,321 qram, 0,309 qram, 0,288 qram, 0,270 qram, 0,251 qram, 0,637 qram, 0,356 qram, 0,336 qram, 0,278 qram, 0,316 qram, 0,313 qram, 0,348 qram, 0,279 qram, 0,329 qram, 0,399 qram, 0,363 qram, 0,321 qram, 0,263 qram, 0,278 qram, 0,352 qram, 0,347 qram, 0,263 qram, 0,324 qram, 0,333 qram, 0,324 qram, 0,285 qram, 0,250 qram, 0,279 qram, 0,305 qram, 0,221 qram, 0,288 qram, 0,277 qram, 0,270 qram olmaqla 55 ədəd bükümlərə, psixotrop maddə metamfetamini 2,248 qram, 4,496 qram, 0,300 qram olmaqla 3 ədəd bükümlərə, narkotik vasitə qurudulmuş marixuananı 0,22 qram, 0,19 qram, 0,31 qram, 0,35 qram, 0,46 qram, 0,37 qram, 0,29 qram, 0,33 qram, 0,31 qram, 0,30 qram, 0,39 qram, 0,28 qram, 0,37 qram, 0,39 qram, 0,17 qram, 0,45 qram, 0,22 qram, 0,26 qram, 0,42 qram, 0,34 qram, 0,32 qram, 0,42 qram, 0,23 qram, 0,29 qram, 0,30 qram, 0,28 qram, 0,35 qram, 0,33 qram, 0,38 qram, 0,40 qram, 0,25 qram, 0,34 qram, 0,34 qram, 0,29 qram, 0,30 qram, 0,39 qram, 0,30 qram, 0,38 qram, 0,36 qram, 0,40 qram, 0,24 qram, 0,29 qram, 1,44 qram, 1,81 qram olmaqla 42 ədəd bükümlərə və 2 ədəd kibrit qutusuna qablaşdıraraq, narkotik vasitə heroinin 0,316 qram və 0,248 qram olmaqla 2 ədəd bükümünü üzərində daşımaqla, qalan 53 ədəd bükümdə narkotik vasitə heroini, 3 ədəd bükümdə psixotrop maddə metamfetamini, 42 ədəd bükümlərdə və 2 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuananı və 148 ədəd olmaqla tərkibində 5,92 qram metadon təsiredicisi maddəsi olan külli miqdarda narkotik vasitə metadonu, narkotik vasitələrin alqı-satqısında istifadə olunan üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin izləri olan elektron tərəzi ilə birlikdə yaşadığı Şirvan şəhəri, ünvan 2 ünvanda gizlətməklə satış məqsədilə saxlamış, 20 oktyabr 2022-ci il tarixdə Şirvan şəhər polis şöbəsinin Cinayət-axtarış bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində saat 15:20-də Şirvan şəhəri Tofiq İsmayılov küçəsində piyada hərəkətdə olduğu zaman saxlanılaraq polis şöbəsinə gətirilib, üzərinə videoçəkilişlə şəxsi axtarış aparılan zaman 0,316 qram və 0,248 qram çəkidə narkotik vasitə heroin əynində olan qara rəngli şalvarının sağ yan cibindən 2 ədəd bükümdə, qalan ümumi təmiz çəkisi 170,502 qram olmaqla 53 ədəd bükümlərə qablaşdırılmış narkotik vasitə heroin, ümumi təmiz çəkisi 7,044 qram olmaqla 3 ədəd bükümlərə qablaşdırılmış psixotrop maddə metamfetamin, ümumi təmiz çəkisi 16,85 qram olmaqla 42 ədəd bükümlərə və 2 ədəd kibrit qutusuna qablaşdırılmış narkotik vasitə qurudulmuş marixuana, 148 ədəd ümumi təmiz çəkisi 5,92 qram narkotik vasitə metadon və narkotik vasitələrin alqı-satqısında istifadə olunan üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin izləri olan elektron tərəzi ilə birlikdə yaşadığı Şirvan şəhəri, ünvan 3 ünvanına həmin tarixdə əməliyyat tədbirinin davamı olaraq Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş baxış zamanı evin həyətyanı sahəsində əkilmiş ağacın dibində torpağa basdırılmış bir ədəd sellofan torbanın içərisindən aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən narkotik vasitə istifadəçisi kimi təqsirli bilib ifadəsində göstərmişdir ki, özü marixuanadan istifadə edir. 20 oktyabr 2022-ci ildə günortadan sonra Şirvan şəhəri T.İsmayılov küçəsində olarkən, iki nəfər şəxs ona yaxınlaşıb adam adı çəkib demişlər ki, “səni binanın yanında gözləyir”. O isə həmin istiqamətə getmişdir. Orada isə bilmişdir ki, yaxınlaşan iki nəfər şəxs polis əməkdaşlarıdır. Onu orada yerə yıxıb, saxlayıb daha sonra polis şöbəsinə gətirmişlər. Şöbədə isə polis əməkdaşları onu döyə-döyə demişlər ki, “maldan gəlirsən”. Həmin vaxt onların nə demək istədiklərin başa düşə bilməmişdir. Üzərində isə heç bir narkotik vasitə olmamışdır. Polis əməkdaşları da üzərindən narkotik aşkar etməmişdir. Daha sonra bildirmişlər ki, “gedirik yaşadığın evə, orada malı və beş min manat pulu bizə verirsən, səni isə buraxırıq gedirsən”. Bundan sonra birlikdə arvadı ilə birgə yaşadığı evə getmişlər, qapını özü döymüş, arvadı qapını açan zaman isə olanları görüb ürəyi getmişdir. Polis əməkdaşları isə yaşadığı evə girib, hər yeri axtarmışlar, lakin heçnə aşkar etməmişlər. Həmin vaxt özünü də evdə döymüşlər, hətta arvadına da əl atmışlar. Namaz adlı polis isə demişdir ki, “malı vermirsənsə, maşından gedib mal gətirib evinə qoyub, ailə üzvlərini də aparacayıq”. Bundan sonra həmin polislərə zəng gəlmiş, evdə adam saxlayıb, yenidən onu şöbəyə aparmışlar. Şöbədən sonra isə anasının adına Naxçıvan küçəsində olan yurda apamışlar, demişlər ki, “malı burada gizlətmisən”. Həmin vaxt polislər həyətində olan iki ədəd itini də güllələmişlər. Həmin həyət evini axtarmışlar, lakin heçnə aşkar etməmişlər. Yenidən isə şöbəyə gətirib, üzərinə iki bükümdə heroin qoyaraq, videoçəkilişlə üzərindən çıxarmışlar. Həmin vaxt üzərindən aşkar olunanları etiraf etmiş, bildirmiş ki, ailəsi ilə işləri olmasın. Bundan sonra isə yenidən həmin Naxçıvan küçəsində yerləşən həyət evinə gətirmişlər. Oradan isə bir ədəd sellofan çıxarıb, bildirmişlər ki, “bunlar sənindi". Doğrudur sellofanın içərisində olan marixuana özünə məxsus olub, lakin həmin marixuananı başqa yerdə gizlətmişmiş. Həmin marixuana təxminən ovuc içi qədər olmuş, marixuananı yaşadığı binanın blokunda gizlətmişmiş. Lakin polis əməkdaşları tərəfindən necə, nə vaxt tapılıb ora gətirilməsini bilmir. Digər maddələr və elektron tərəzidən isə məlumatı olmayıb, həmin maddələrin ona aidiyyəti olmamış, polis əməkdaşları tərəfindən ora qoyulmuşdur. Videoçəkiliş zamanı isə məcbur qalıb, özünə məxsus olmasını, binanın qabağından tapdığını etiraf etmişdir. Çünki özü saxlanılarkən döyülmüş, hətta arvadına da əl qaldırmışlar. Özünü qismən ümumilikdə 3 bükümdə narkotik vasitə marixuana saxlamaqda və istifadə etməkdə təqsirli bilir, məhkəmədən barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, o, uzun müddətdir ki, narkotik vasitə olan heroindən istifadə etmişdir. Bir neçə gün əvvəl yaşadığı Tofiq İsmayılov küçəsində yerləşən mənzilinin yaxınlığında yerdə şəffaf sellofan büküm olduğunu görmüş, bundan sonra həmin bükümü götürdükdə onun içərisində narkotik vasitə olan heroin olduğunu görüb özü şəxsi istifadə etmək məqsədilə üzərində saxlamış, xx.xx.2022-ci il tarixdə saat 15 radələrində şəhərin Tofiq İsmayılov küçəsində piyada hərəkətdə olarkən bir neçə nəfər mülki geyimdə olan şəxs onu dayandıraraq, ona yaxınlaşıb özlərini təqdim etmişlər və polis əməkdaşı olduqlarını bildirmişlər. Polis əməkdaşları üzərində narkotik vasitələrin qanunsuz gəzdirilməsi ilə bağlı şübhəli olduğu üçün üzərində şəxsi axtarış aparacaqlarını demişlər. Həmin vaxt ətrafda çoxlu sayda insan olduğu üçün, həmçinin onun üzərində narkotik vasitə olan heroin olduğu üçün o, şəxsi axtarış aparılmasına etiraz etmiş, bu zaman polis əməkdaşları onu polis şöbəsinə dəvət etmişlər. O da, etiraz etməmiş və birlikdə Şirvan şəhər polis şöbəsinə gəlmişlər. Polis şöbəsinin Təhqiqat bölməsində olarkən ona hüquqlarının müdafiə olunması üçün vəkillərin siyahısı təqdim olunmuş və o, həmin siyahıdan hüquqlarını müdafiə etmək üçün vəkil X1, bir müddət sonra vəkil Eyvaz Əhədov gəldikdən sonra üzərində şəxsi axtarış keçirilməyə başlanılmış, şəxsi axtarış zamanı ona üzərində qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olduğu təqdirdə onu təqdim etməyi təklif etdikdə, o, əynində olan qara rəngli şalvarın sağ yan cibində iki ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə olan heroini çıxarıb masanın üzərinə qoymuş və bildirmişdir ki, həmin iki ədəd sellofan bükümdə narkotik vasitə olan heroin var. Polis əməkdaşları ondan həmin sellofan bükümləri haradan əldə etməyini soruşduqda, demişdir ki, o, onu bir neçə gün əvvəl yaşadığı evin yaxınlığından yerdən tapmış və istifadə etmək üçün üzəridə gəzdirmişdir. Daha sonra polis əməkdaşı tərəfindən üzərində şəxsi axtarış aparılmış, lakin qanunsuz heç bir əşya və ya predmet, o cümlədən başqa narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Ardınca yaşadığı evdə hər hansı bir qanunsuz narkotik vasitə və ya psixotrop maddənin olması barədə soruşulduqda o, Şirvan şəhəri Naxçıvan küçəsində yerləşən həyətyanı sahədə narkotik vasitələr gizlətdiyini bildirmişdir. Daha sonra polis əməkdaşları və vəkil Eyvaz Əhədovun iştirakı ilə birlikdə Şirvan şəhəri ünvan 5 ünvanında yerləşən həyətə baxış keçirilmiş, həyətdə olan ağacın altında gizlətdiyi sellofana bükülmüş narkotik vasitələr polis əməkdaşları tərəfindən çıxarılmışdır. Daha sonra baxış zamanı həmin sellofanın içərisində 3 sellofan bükümdə psixotrop maddə olan metamfetamin, 15 konvolyutda 148 ədəd güclü təsiredici qüvvəyə malik olan psixotrop həblər olan metadon, narkotik vasitə olan marixuana, həmçinin, 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüş, daha sonra protokol tərtib olunmuş, o, da bütün iştirakçılar kimi həmin protokolla tanış olduqdan sonra ona imza etmişdir. Bundan başqa, o bildirmişdir ki, üzərindən aşkar olunan narkotik vasitə olan heroin ona məxsusdur, istifadə etmək üçün üzərində saxlamış, o, əvvəllər narkotik vasitələrin və psixotrop maddələrin satış ilə məşğul olmamış, o, üzərindən və yaşadığı ünvandan aşkar edilmiş narkotik vasitələri və psixotrop maddələri tapmışdır, heç kimdən əldə etməmişdir. Məhkəmə iclasında məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs, həmin ifadələrini təsdiq etmədiyini, müstəntiq tərəfindən ekspertiza rəylərinin cavabları ilə bağlı sənədlər olduğunu bildirilib, aldadılaraq imzaladılmışdır. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, hazırda Şirvan şəhər PŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 20 oktyabr 2022-ci il tarixdə xidmətdə olarkən məlumat daxil olmuşdur ki, Təqsirləndirilən şəxs Şirvan şəhəri ərazisində qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olur. Bununla əlaqədar tərəfindən təxirə salınmaz əməliyyat axtarış tədbirləri keçirilməsi ilə əlaqədar qərar qəbul olunmuşdur. 20 oktyabr 2022-ci il tarixdə saat 15 radələrində o, Şirvan ŞPŞ-nin MSY-nin polis nəfəri Şahid2 ilə birlikdə Şirvan şəhəri, T.İsmayılov küçəsinə getmişlər. Həmin küçədə əməliyyat tədbirləri keçirərkən Təqsirləndirilən şəxs görmüşlər və ona yaxınlaşaraq məlumatın yoxlanılması məqsədilə onu Şirvan şəhər PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs də onların təkliflərini qəbul etmiş və onlarla birlikdə Şirvan şəhər PŞ-nə gəlmişdir. PŞ-də Təqsirləndirilən şəxs öz seçimi ilə hüquqlarını müdafiə etmək üçün vəkil dəvət edilmiş, müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən iki ədəd sellofan bükümü təqdim etmiş, həmin 2 ədəd sellofan bükümün içərisindən narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən olunmuş, şifahi sorğulara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin 2 ədəd sellofan bükümdə olan kütlə narkotik vasitə heroindir və yerdən tapmışdır və istifadə etmək üçün üzərində saxlamışdır. Bundan əlavə Təqsirləndirilən şəxs bildirmişdir ki, yaşadığı Şirvan şəhəri, ünvan 6 ünvana baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra 20 oktyabr 2022-ci il tarixdə saat 17 radələrində onun, Şirvan şəhər PŞ-nin X11 polis nəfəri Şahid2, PPXB-nin polis nəfəri Şahid3, müdafiəçi X5 və Təqsirləndirilən şəxs sonuncuya məxsus Şirvan şəhəri, Naxçıvan küçəsi 45 saylı ünvana baxış keçirilmiş, baxış zamanı həmin evin həyətyanı sahəsində yerləşən ağacın altında sellofan torbada narkotik vasitə və psixotrop maddə gizlətdiyini bildirmiş və həmin yeri göstərmişdir. Bundan sonra ağacın altı qazılmış, həmin yerdən sellofan torba çıxarılmış, həmin vaxt sellofan torbanın içərisindən 3 ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin, 15 ədəd konvolyutda 148 ədəd narkotik vasitə metadon, 42 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana, 3 ədəd böyük sellofan bükümdə narkotik vasitə heroin, 2 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana, 50 ədəd kiçik sellofan bükümdə narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüş, şifahi sorğulara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin kütlələri tapmışdır və istifadə etmək üçün yaşadığı ünvanda saxlamışdır. Bundan sonra aşkar edilmiş kütlələr qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs qarşı nə özü, nə də ki, digər polis əməkdaşları tərəfindən heç bir təsir və təzyiq göstərilməmişdir, üzərinə və onlara məxsus həyətyanı sahəyə isə narkotik vasitələr qoyulmamışdır. Onun bu barədə bildirdikləri tamamilə yalan və böhtandır, məsuliyyətdən boyun qaçırmaq üçün uydurulmuş ifadələrdir. Məhkəmə iclasında Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan, Şirvan ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 xx.xx.2022-ci il tarixli “Raport”u ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərində qanunsuz yolla əldə etdiyi, narkotik vasitəni gəzdirməkdə, istifadə etməkdə və satışı ilə məşqul olmaqda, həmçinin yaşadığı evində narkotik vasitə saxlamaqda şübhəli olması barədə icraatına əməliyyat məlumatı daxil olmuşdur. Onun ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsini xahiş etmişdir. (c İ, i.v 4) İşdə olan, «təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə» xx.xx.2022-ci il tarixli qərarın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair Şirvan ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən qərar qəbul olunmuşdur. (c İ, i.v 5-6) İşdə olan, «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:20-də şübhəli şəxs qismində tutulmuşdur. (c İ, i.v 26-27) İşdə olan, xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış və götürmə aparılan zaman sonuncunun əynində olan qara rəngli şalvarının sağ yan cibindən 02 ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar olunmuşdur. (c İ, i.v 30-32) İşdə olan, xx.xx.2022-ci il tarixli Təqsirləndirilən şəxs tərəfindən yazılmış ərizədən görünür ki, Şirvan şəhəri, Naxçıvan küçəsi 45 ünvanında yerləşən həyətə baxış keçirilməsinə heç bir etirazı və tələbi yoxdur. (c İ, i.v 33) İşdə olan, 20 oktyabr 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Şirvan şəhəri, ünvan 2 fərdi yaşayış evinin həyətyanı sahəsində olan daş hasarın yanındakı ağacından qazılmaqla çıxarılmış 1 ədəd sellofan torbanın içərisindən 53 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə, 03 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə, 44 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixunaya bənzər maddə, 148 ədəd dərman tableti, 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. (c İ, i.v 34-37) İşdə olan, məhkəmə bioloji və materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli 18/1141-1142 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdə 02 ədəd şəffaf polietilen bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri-0,316 qr, 0,248 qr, ümumi çəkisi-0,564 qram olan qəhvəyimtil rəngli maddələr olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim olunmuş üzərində kağızda: “...Təqsirləndirilən şəxs... ünvanından götürülmüş heroinə bənzər...” sözləri yazılmış və imzalar olan kağız paketdə 01 ədəd qara rəngli polietilen bükümdə təmiz çəkisi-100,558 qr, 02 ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri-31,337 qr, 21,382 qr, 50 ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri-0,307 qram, 0,263 qram, 0,615 qram, 0,302 qram, 0,267 qram, 0,762 qram, 0,624 qram, 0,229 qram, 0,368 qram, 0,320 qram, 0,352 qram, 0,425 qram, 0,246 qram, 0,412 qram, 0,321 qram, 0,631 qram, 0,408 qram, 0,321 qram, 0,309 qram, 0,288 qram, 0,270 qram, 0,251 qram, 0,637 qram, 0,356 qram, 0,336 qram, 0,278 qram, 0,316 qram, 0,313 qram, 0,348 qram, 0,279 qram, 0,329 qram, 0,399 qram, 0,363 qram, 0,321 qram, 0,263 qram, 0,278 qram, 0,352 qram, 0,347 qram, 0,263 qram, 0,324 qram, 0,333 qram, 0,324 qram, 0,285 qram, 0,250 qram, 0,279 qram, 0,305 qram, 0,221 qram, 0,288 qram, 0,277 qram, 0,270 qr, ümumi çəkisi-170,502 qram qəhvəyimtil rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi-2,248 qr, 4,496 qr, 0,300 qr, ümumi çəkisi-7,044 qram olan ağımtıl rəngli maddələrn kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunmuş narkotik vasitə heroin eyni tərkiblidir. Təqdiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs... həyətyanı sahədən...elektron .tərəzi..” sözləri yazılmış kağız paketdə olan 01 ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin izləri vardır. İz mokrohissəcikləri normal çəki təşkil etmədiyindən (elektron tərəzinin ölçmə həddindən xaric-mokroçəki) və bu səbəbdən iz mikrohissəciklərinin miqdarını və təqdim edilən maddələr ilə eyni tərkibli olub-olmadığını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim olunmuş üzərində kağızda: “...Təqsirləndirilən şəxs... həyətyanı sahədən... marixuanaya bənzər...” sözləri yazılmış və imzalar olan kağız paketi açdıqda 42 ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri-0,22 qram, 0,19 qram, 0,31 qram, 0,35 qram, 0,46 qram, 0,37 qram, 0,29 qram, 0,33 qram, 0,31 qram, 0,30 qram, 0,39 qram, 0,28 qram, 0,37 qram, 0,39 qram, 0,17 qram, 0,45 qram, 0,22 qram, 0,26 qram, 0,42 qram, 0,34 qram, 0,32 qram, 0,42 qram, 0,23 qram, 0,29 qram, 0,30 qram, 0,28 qram, 0,35 qram, 0,33 qram, 0,38 qram, 0,40 qram, 0,25 qram, 0,34 qram, 0,34 qram, 0,29 qram, 0,30 qram, 0,39 qram, 0,30 qram, 0,38 qram, 0,36 qram, 0,40 qram, 0,24 qram, 0,29 qram, 02 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkisi- 1,44 qr, 1,81 qr, ümumi çəkisi-16,85 qram olan kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə qurudulmuş marixuanadır. Heroinin ümumi çəkisi- 171,066 qr, cəmi tədqiqata sərf olundu-2,75 qr (hər ob-0,05 qr) qalıq-168,316 qr. Metamfetaminin ümumi çəkisi-7,044 qr, cəmi tədqiqata sərf olundu-0,15 qr (hər ob-0,05 qr), qalıq-6,894 qr, marixuana ümumi çəkisi-16,85 qr, cəmi tədqiqata sərf olundu-0,088 qr (hər ob-0,02 qr, qalıq-15,97 qr). Aparılmış ekspertiza tədqiqatının dəyəri 63,90 manat təşkil edir. (c İ, i.v 44-48) İşdə olan, xx.xx.2022-ci il tarixli Şirvan Şəhər Məhkəməsinin 4(032)-333/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində dörd ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2022-ci ildən hesablanmışdır. (c İ, i.v 93-96) İşdə olan, Şirvan ŞMX X16 tərəfindən xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şirvan ŞMP-nın ruhi-əsəb və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. (c İ, i.v 106) İşdə olan, Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Qarnizonu Hərbi Məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 93-3 maddəsinin 3-cü hissəsi ilə təqsirli bilinərək, 03 il A.M.E cəzasına məhkum edilmiş, hökmün icrası hərbi əməliyyatlar qurtaranadək təxirə salınmışdır. Səbail Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1, 326.2-ci maddələri ilə təqsirli bilinərək, 01 il 06 ay A.M.E cəzasına məhkum edilmiş, xx.xx.2003-cü ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2003-cü il tarixli Amnistiya qərarının 5.2-ci bəndinə əsasən azad olunmuşdur. Kareliya Respublikası, Pryajinsk Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə RF CM-nin 158-ci maddəsinin 2-ci hissəsinin “V” bəndinə əsasən 02 il A.M.E cəzasına məhkum edilmişdir. Dağıstan Respublikası Məhərrəm Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə RF CM-nin 30-cu maddəsinin 3-cü hissəsi və 322-ci maddəsinin 1-ci hissəsinə əsasən təqsirli bilinərək, 10 ay A.M.E cəzasına məhkum edilmişdir. Kareliya Respublikası Petrozavod Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə RF CM-nin 30-cü maddəsinin 3-cü hissəsi, 228.1-ci maddəsinin 3-cü hissəsinin “A” bəndi, 69-cu maddəsinin 2-ci hissəsinə əsasən 10 il A.M.E cəzasına və 50000 rubl cərimə cəzasına məhkum edilmişdir. (c İ, i.v 109-111) İşdə olan, xx.xx.2022-ci il tarixli Şirvan şəhər İHB-nın 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayış, xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 7 ünvanında qeydiyyatdadır. Onun barəsində nümayəndəliyə yazılı və ya şifahi olaraq heç bir şikayət daxil olmamışdır. (c İ, i.v 116-117) İşdə olan, Məhkəmə kimyəvi ekspertizasının 22 oktyabr 2022-ci il tarixli 6/6137 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “zərflər üçün № 55” möhür əski və “...Təqsirləndirilən şəxs...həyətyanı sahəsindən götürülmüş...” və.s yazılar, imzalar olan kağız paketdə qablaşdırılmış üzərlərində “Methadone 40...Faran” yazıları olan 15 blisterdə ümumilikdə 148 ədəd üzərlərində “F/M40” yazısı həkk olunmuş dərman tabletlərinin tərkibində ümumilikdə təmiz çəkisi-5,92 qram (01 tabletdə 0,04 qram) metadon təsiredici maddəsi müəyyən edilmişdir. Cəmi tədqiqata sərf olundu-06 ədəd, qalıq-142 ədəd. Aparılmış ekspertiza tədqiqatının dəyəri 110 manat təşkil edir. (c İ, i.v 118- 120) İşdə olan, Ambulator məhkəmə psixiatrik ekspertinin 19 noyabr 2022-ci il tarixli 3062 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri, anamnezində kəllə-beyin travması müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkr olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə dı Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətə görə isintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (c İ, i.v 180-181) İşdə olan, Məhkəmə-narkoloji ekspertizasının 04 fevral 2023-cü il tarixli 627 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanerində qeydiyyata alınması məsləhət görülür. (c İ, i.v 182-183) İşdə olan, xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan aşkar edilmiş ekspertiza tədqiqatından sonrakı 168,316 qram narkotik vasitə heroinin, 6,894 qram psixotrop maddə metamfetaminin,15,97 qram narkotik vasitə qurudulmuş marixuananın və 142 ədəd narkotik vasitə metadonun qalıqları və 1 ədəd elektron tərəzi maddi sübut kimi tanınmış və saxlanılması üçün Şirvan şəhər PŞ-nin saxlanc anbarına verilmişdir. (c İ, i.v 206-214) İşdə olan, 02 dekabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı X3 şəhər sakini Təqsirləndirilən şəxs tibbi müayinəsi zamanı belin sağ nahiyyəsində, sol baldır və sol gözaltı nahiyədə bənövşəyi rəngli, sol gözün sklerasında qırmızımtıl rəngli qançır aşkar olunması barədə xüsusi məlumatı əsasında toplanmış 251 C-22 nömrəli material üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. (c İİ, i.v 43-48) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X9 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi dəlillər: saxlanılarkən üzərində heç bir narkotik vasitə və qanunla qadağan edilmiş əşya və ya predmet olmamış, aşkar edilmiş qurudulmuş marixuana istisna edilməklə, digər narkotik vasitələr və psixotrop maddə polis əməkdaşları tərəfindən üzərinə və anasına məxsus evin həyətinə qoyulmuş, polis əməkdaşları tərəfindən ona fiziki təzyiqlər və təhdidlər edildiyi üçün həmin narkotik vasitələrin və psixotrop maddənin özünə məxsus olmasını etiraf etmişdir. Təqsirlərdirilən şəxsin irəli sürdüyü ikinci dəlillə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə və təhdidlərə məruz qalması ilə bağlı irəli sürdüyü dəlilə məhkəmə münasibət bildirərək qeyd edir ki, Təqsirləndirilən şəxs işin məhkəmə baxışı zamanı ibtidai araşdırma dövründə ondan izahatın, şübhəli və təqsirləndirilən şəxs kimi etirafedici ifadələrin zorakılıq, fiziki təzyiq hərəkətləri, təhdidlər və pis rəftar tətbiq edilməklə alındığını bildirmişdir. Azərbaycan Respublikası CPM-nin 125.2.2-ci maddəsinə əsasən zorakılıq, hədəqorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Məhkəmə tərkibi qanunvericiliyin qeyd olunan normasında əks olunan halların, xüsusilə də zorakılıq və işgəncə hərəkətlərinin təqsirləndirilən şəxsə münasibətdə tətbiq edilib-edilməməsinin müəyyən edilməsi istiqamətində araşdırma aparılmasını zəruri hesab edir. Məhkəmə ilk olaraq Təqsirləndirilən şəxs zorakılıq, fiziki təzyiqə, təhdidə və pis rəftara məruz qalaraq etirafedici ifadələr verməsinə münasibət bildirərək qeyd edir ki, bununla bağlı Şirvan Şəhər Prokurorluğunda cinayət təqibi aparılmış, müvafiq olaraq xx.xx.2022-ci il tarixli qərarla (cild İİ, i.v 43-48) cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarın surəti təqsirləndirilən şəxsə göndərilsə də, nə sonuncu, nə də ki, onun müdafiəçisi tərəfindən həmin qərar mübahisələndirilməmişdir. X14 Məhkəməsi «X4rşı» işi ilə bağlı qərarında qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Təqsirləndirilən şəxs tutulduqdan sonra zorakılıq, fiziki təzyiqə, təhdidə və pis rəftara məruz qalması ilə bağlı göstərdikləri xüsusat işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, ondan izahat və ifadələrin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən “Bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür”. Müdafiə tərəfi cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edilmiş təqsirləndirilən şəxsin izahat və ifadələrini CPM-nin 124-ci maddəsi baxımından sübut hesab etməsə də, işin məhkəmə baxışı zamanı həmin sübutların yolverilməzliyini əsaslandıra bilməmişlər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etmiş polis əməkdaşları təqsirləndirilən şəxsə qarşı tərəflərindən hər hansı bir fiziki və ya psixi təsirlərin edilmədiyini bildirmişlər, eyni zamanda təqsirləndirilən şəxsdə müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilərkən əvvəlcə təhqiqatçı tərəfindən verilmiş suala cavab olaraq, ona qarşı polis əməkdaşları tərəfindən hər hansı bir qanunsuz hərəkət, təzyiqin göstərilmədiyini, ona hörmətlə yaxınlaşdıqlarını, daha sonra müdafiəçisi tərəfindən verilmiş suala cavab olaraq, polis şöbəsinə gətirildikdən sonra ona qarşı təzyiq olunmadığını, işgəncə verilmədiyini, üzərinə narkotik vasitə qoyulmadığını, aşkar edilmiş narkotik vasitənin üzərində olduğunu, ona əl də vurulmadığını, döyülmək söhbəti olmadığını öz səsli nitqində bildirmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs işin məhkəmə baxışı zamanı tutulduqdan sonra zorakılıq, fiziki təzyiqlərə, təhdidlərə və pis rəftara məruz qalmaqla ondan şübhəli və təqsirləndirilən şəxs kimi izahat və etirafedici ifadələr alınması ilə bağlı bildirdiklərinə yuxarıda aparılmış təhlil nəzərə alınmaqla iş üzrə toplanmış digər sübutlarla birlikdə məcmu şəkildə qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin bu hissədə bildirdikləri həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi digər dəlillərin qiymətləndirilməsi: Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərilən xüsusatlar, üzərindən və anasına məxsus həyət evindən aşkar edilmiş qurudulmuş marixuana istisna edilməklə, digər narkotik vasitələrin və psixotrop maddənin ona aidiyyətinin olmaması, həmin narkotik vasitələrin və psixotrop maddənin üzərinə və anasına məxsus həyət evinə polis əməkdaşları tərəfindən qoyulması, daha sonra ona fiziki təzyqilər, təhdidlər, pis rəftar edilməsi və nəticədə rəsmiləşdirilməsi məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən özünün ibtidai araşdırma zamanı vermiş olduğu izahat və ifadələri, şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Belə ki, cinayət təqibi başlanan andan Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə xx.xx.2022-ci ildə şübhəli (cild İ – i.v. 63-65) və xx.xx.2022-ci ildə, xx.xx.2022-ci ildə təqsirləndirilən (cild İ – i.v. 77-79, 133-135) şəxs qismində verdiyi ifadələrində, eləcə də üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilərkən söylədiyi səsli nitqində işin faktiki hallarına uyğun gələn ifadələr vermişdir. Həmin istintaq hərəkətində təqsirləndirilən şəxs üzərindən çıxan narkotik vasitə heroinin özünə məxsus olmasını, həmin narkotik vasitədən istifadə etdiyini, şəxsi istifadəsi üçün üzərində saxladığını, polis əməkdaşlarının ona şübhəli şəxs kimi yaxınlaşdığını, narkotikin üzərində olduğunu, boyununa aldığını, bundan başqa ünvan 2 həyət evlərində şəxsi istifadəsi üçün narkotik vasitələr gizlətdiyini, bundan başqa baxış keçirmə və götürmə istintaq hərəkəti zamanı da müdafiəçinin iştirakı ilə onlara məxsus Naxçıvan küçəsi ev 45 ünvanında yerləşən həyətyanı sahəyə baxış keçirilərkən narkotik vasitələri həyətdəki aliminium qabın altındakı dəmirin altına qazıb qoyduğunu, oradan aşkar edilmiş sellofanın içərisində isə heroinin və başqa narkotik vasitələrin olduğunu, həmin maddələri öz şəxsi istifadəsi üçün əldə etdiyini, elektron tərəzini isə narkotik vasitələr alarkan aldanmamaq üçün çəkisini çəkmək məqsədilə saxladığını səsli nitqi ilə bilvasitə öz seçimi əsasında cəlb edilmiş peşəkar vəkilinin yanında qeyd-şərtsiz və açıq-aşkar formada bəyan etmişdir. Bununla yanaşı onun barəsində Şirvan Şəhər Polis Şöbəsində cinayət təqibi başlanan andan, barəsində olan cinayət işi ittiham aktı ilə məhkəməyə daxil olanadək müdafiəçinin iştirakı ilə verdiyi bütün izahat və ifadələrində polis əməkdaşları tərəfindən üzərinə və onlara məxsus həyətyanı sahəyə narkotik vasitə qoyulması ilə bağlı fikir ifadə etməmişdir. Ümumiyyətlə o, məhkəmə baxışı zamanı ibtidai araşdırma dövründən fərqli ifadə verməsini hər hansı bir halla əsaslandırmamış, yalnız saxlanılarkən və polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən fiziki təsirə və hədə-qorxuya məruz qalmasını bildirməklə özünə qarşı verdiyi ifadələri inkar etmiş, lakin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs irəli sürdüyü həmin dəlillər təsdiqini tapmamışdır. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı da onlara məxsus həyətyanı sahədən aşkar edilmiş sellofan bükümdəki narkotik vasitələrdən və psixotrop maddədən qurudulmuş marixuanın özünə məxsus olduğunu etiraf etmişdir. Artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin həqiqəti əks etdirmədiyi, əksinə ibtidai araşdırma zamanı heç bir təsir və təzyiq olmadan müdafiəçinin iştirakı ilə verdiyi ifadələrinin isə işin faktiki halları ilə üst-üstə düşdüyü və həqiqəti əks etdirdiyi qənaətinə gəlməyə əsas verir. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı gətirdiyi dəlilləri məsuliyyətdən yayınmaq məqsədi ilə seçilmiş müdafiə taktikası kimi dəyərləndirir və hesab edir ki, təqsirləndirilən şəxs bu formada ifadə verməklə özünü məsuliyyətdən qurtarmağa çalışır. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cinayət işinin ibtidai araşdırma mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini əsaslı və işin faktiki hallarına uyğun ifadələr kimi qəbul edərək məhz həmin ifadələrin ittihamın əsasına qoyulmasını məqsədə uyğun sayır. Bu səbəbdən də, cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlar vasitəsi ilə Təqsirləndirilən şəxs məhkəmədə qeyd etdiklərinin işin faktiki halları ilə üst-üstə düşmədiyi, obyektiv həqiqəti əks etdirmədiyi müəyyən olunur. Sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələrində göstərdikləri işin müəyyən olunmuş faktiki halları ilə birəbir uyğun olmuşdur. Təqsirləndirilən şəxs qeyd olunan ifadələrində üzərindən və onlara məxsus Şirvan şəhəri, Naxçıvan küçəsi ev 45 ünvanında yerləşən həyətyanı sahədən aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddənin ona aid olduğunu, həmin narkotik vasitələri və psixotrop maddələrdən istifadə etdiyini, öz şəxsi istifadəsi məqsədilə əldə etdiyini bildirmişdir. Bununla yanaşı o, xx.xx.2023-cü ildə cinayət işinin materialları, eləcə də, təkrarən işdə olan dindirmə protokolları ilə tanış olsa da, həmin protokollarda əks olunmuş ifadələrinin məzmununu mübahisələndirməmiş, habelə buna dair düzəliş, qeyd, əlavə və etiraz verməmişdir. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadə arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə verdiyi qeyd olunan ifadələrini (narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etməsi istisna olmaqla) cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı heç bir təsir və təzyiq göstərilmədən, müdafəçinin iştirakı ilə onlara məxsus Şirvan şəhəri, ünvan 3 ünvanında yerləşən həyətyanı sahədən üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin izləri olan aşkarlanmış bir ədəd elektron tərəzi, ümumilikdə 53 ədəd büküm olmaqla ümumilikdə 170,502 qram çəkidə külli miqdarda narkotik vasitə heroin, 3 ədəd büküm olmaqla ümumilikdə 7,044 qram çəkidə külli miqdarda psixotrop maddə metamfetamin, 42 ədəd büküm, 2 ədəd kibrit qutusunda olmaqla ümumilikdə 16,85 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 148 ədəd olmaqla tərkibində 5,92 qram metadon təsiredicisi maddəsi olan külli miqdarda narkotik vasitə metadon, üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarının sağ yan cibindən 2 ədəd bükümdə ümumi təmiz çəkisi 0,564 qram olan narkotik vasitə heroini əldə etməsini özlərinə məxsus həyətyanı sahədə və üzərində gəzdirməsini, həmin maddələrin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülməsini etiraf etmiş və onun bu ifadələri iş üzrə CPM-nin 125.2-ci maddəsində sadalanan pozuntulara yol verilmədən əldə edilmiş digər sübutlarla da tam təsdiq edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin həmçinin üzərindən və onlara məxsus həyətyanı sahədən aşkar olunmuş – ittihamda təsvir olunmuş maddələri şəxsi istifadəsi üçün əldə edib saxlaması ilə bağlı ibtidai istintaq zamanı vermiş olduğu ifadələrinə də münasibət bildirərək qeyd edir ki, təqsirləndirilən şəxsin bu hissədə də söylədikləri həqiqətə uyğun deyil, onun müvafiq ifadə verməsi isə elan olunmuş ittiham üzrə cinayət məsuliyyətinin yüngülləşdirilməsinə hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs öz şəxsi istifadəsi üçün 55 bükümdə ümumi çəkisi 171,066 qram çəkidə narkotik vasitə heroini, 3 bükümdə ümumi çəkisi 7,044 qram çəkidə psixotrop maddə metamfetamini, 42 ədəd bükümdə, 2 ədəd kibrit qutusunda ümumi çəkisi 16,85 qram çəkidə narkotik vasitə marixuananı və 148 ədəd metadon tabletlərini tədarük etməsi, həmin narkotik vasitələrdən və psixotrop maddədən iki bükümdə, ümumilikdə 0,564 qram olmaqla heroini ayıraraq üzərində gəzdirməsi inandırıcı deyil. Göründüyü kimi, Təqsirləndirilən şəxs özünün məhkəməyədək icraat zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində bildirdikləri, aşkar edilmiş narkotik vasitələr heroin və metadonun, eləcədə psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından dəfələrlə (heroinin təxminən 1140 dəfə, metadonun təxminən 296 dəfə, metamfetaminin 47 dəfə) çox olub külli miqdar təşkil etməsi, qurudulmuş marixuananın isə şəxsi istehlak miqdarından dəfələrlə (təxminən 3 dəfə) çox olması, narkotik vasitələrin və psixotrop maddənin çəkilərək xırda bükümlərə bölünməsi (heroinin ümumilikdə 55 ədəd, metamfetaminin 3 ədəd, qurudulmuş marixuana 44 ədəd) həmin bükümlərdən 02 ədəd heroini üzərində saxlamaqla daşıması, üzərində və onlara məxsus həyətyanı sahədə dörd çeşiddə narkotik vasitələr və psixotrop maddə saxlaması, narkotik vasitələr və psixotrop maddə ilə yanaşı elektron tərəzinin aşkar edilməsi, həmin elektron tərəzinin də üzərində heroin və metamfetamin izlərinin aşkar edilməsi kimi işin faktiki hallarını məhkəmə nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də aşkar edilmiş maddələrin satışı ilə məşğul olmuş, habelə o, üzərində və onlara məxsus həyətyanı sahədən aşkar edilmiş narkotik vasitələri və psixotrop maddəni məhz satış məqsədi ilə qanunsuz şəkildə əldə etmişdir. Əks nəticəyə gəlmək üçün başqa hal müəyyən edilməmişdir. Göstərilənləri məcmu halda təhlil edib nəzərə alaraq, məhkəmə bir daha belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddəni qanunsuz olaraq əldə etmə, saxlama və daşıma cinayətini törətmişdir. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu bu cinayət əməlləri ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Narkotik vasitələr» başlıqlı «İ siyahı»nın 5, 12(a) və 13-cü sətrlərinə əsasən heroin, qurudulmuş marixuana və metadon narkotik vasitələr hesab edilir, həmin maddələrin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi sətr ardıcıllığına müvafiq olaraq 0,15 qram, 5 qram və 0,02 qram, külli miqdarının aşağı həddi isə sətr ardıcıllığına müvafiq olaraq 2 qram, 500 qram və 1,6 qramdır. Habelə bu Qanunun İİ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı «Metamfetamin» olan maddə psixotrop maddədir. Metamfetaminin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevrilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyasına, narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hərəkətlər başa düşülür. Sözügedən Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətmişdir. Ona görə də, təqsirləndirilən şəxs CM-in qeyd olunan maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halın və ağırlaşdıran halın olmamasını, aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddənin çəkisini, müxtəlif növlərə aid olmasını, həmin cinayətlərin törədilmə üsulunu və mexanizmini, aşkarlanmış narkotik vasitələr və psixotrop maddənin insan orqanizminə mənfi təsirini, çoxlu sayda insanların sağlamlığına ziyanını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı onun faktiki həbsə alındığı andan, 20 oktyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınaraq Şirvan Şəhər Polis Şöbəsinin saxlanc yerində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 168,316 qram narkotik vasitə heroin, 6,894 qram psixotrop maddə metamfetamin, 15,97 qram narkotik vasitə qurudulmuş marixuana, 142 ədəd narkotik vasitə metadon və 1 ədəd elektron tərəzi məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan olan 173,90 (bir yüz yetmiş üç manat, doxsan qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 20 oktyabr 2022-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Şirvan Şəhər Polis Şöbəsinin saxlanc yerində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 168,316 qram narkotik vasitə heroin, 6,894 qram psixotrop maddə metamfetamin, 15,97 qram narkotik vasitə qurudulmuş marixuana, 142 ədəd narkotik vasitə metadon və 1 ədəd elektron tərəzi məhv edilsin. İş üzrə ekspertiza tədqiqatı xərci-173,90 (bir yüz yetmiş üç manat, doxsan qəpik) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev
Məhkəmə qərarları › İş №1(099)-279/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-279/2023
05.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver