Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-279/2024 07.10.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X7, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər, Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1973-cü ildə Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan barəsində həbs həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3cü maddələri ilə; 13 avqust 1976-cı ildə Lənkəran şəhərində doğulmuş olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, ünvan 3 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri Təqsirləndirilən şəxs2 Rukəxən oğlunun Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Aralarında tanışlıq münasibətləri olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 öz aralarında və digər şəxslərlə külli miqdarda narkotik vasitələrin əldə edilməsi, saxlanılması, daşınması, ayrı-ayrı ünvanlara və müştərilərə çatdırılması barədə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, cinayətkar qrupun digər üzvlərinin Sumqayıt şəhəri ərazisində qoyduqları külli miqdarda 8,999 qram narkotik vasitə heroini əldə etmiş, ümumi cinaytəkar niyyətlə Təqsirləndirilən şəxs1 üzərində saxlamaqla daşımış, sonra isə cinayətkar qrupun üzvləri tərəfindən Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində yerləşdirilmiş külli miqdarda, 7,753 qram narkotik vasitə heroini Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birlikdə təkrarən əldə etmiş, cinayətkar razılaşmaya əsasən həmin narkotik vasitəni də Təqsirləndirilən şəxs2 üzərində saxlamaqla daşımış, bundan sonra təkrarən Lənkəran rayonu ərazisində Ələt-Astara avtomobili yolunun kənarında qoyulmuş külli miqdarda, 33440 qram narkotik vasitə qurudulmuş marixuananı və külli miqdarda, təsiredici maddəsinin ümumi miqdarı 80,0 qram olan 2000 ədəd narkotik vasitə metadon həblərini onlara ödənilməli olan 2.500 manat pul müqabilində həmin yerdən götürməklə lazım olan ünvanlara və müştərilərə çatdımaq üçün Təqsirləndirilən şəxs2 idarə etdiyi “Mercedes Benz ML 270” markalı, **-BH- *** qeydiyyat nişanlı avtomobillə 25 avqust 2023-cü il tarixdə saat 05:40 radələrində həmin yerə gələrək narkotik vasitələri qoyulduğu yerdən götürməklə avtomobilin yük yerinə qoyaraq avtomobildə birlikdə saxlayıb Ələt-Astara avtomobili yolunun Lənkəran rayonu Boladi kəndi ərazisindən keçən 154-cü kilometrliyinə daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X6 Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 25 avqust 2023-cü il tarixdə saat 05:40-da saxlanılmış, avtomobillə birlikdə X5 Şöbəsinin inzibati binasına gətirilmiş, onların üzərlərində şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs1 əynindəki şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümdə 8,999 qram narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 əynindəki şalvarın sağ yan kiçik cibindən isə 01 ədəd sellofan bükümdə 7,753 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Sonra isə Təqsirləndirilən şəxs2 idarə etdiyi “Mercedes Benz ML 270” markalı, **-BH-*** qeydiyyat nişanlı avtomobilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları baxış keçirilərkən avtomobilin yük yerindən 02 ədəd sintetik torbada 09 ədəd sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 3430 qram, 4105 qram, 3280 qram, 3480 qram, 3620 qram, 4120 qram, 3500 qram, 4270 qram və 3635 qram olmaqla ümumilikdə 33440,0 qram narkotik vasitə qurudulmuş marixuana və təsiredici maddəsinin ümumi miqdarı külli miqdar, 80 qram olan 2000 ədəd narkotik vasitə metadon həbləri aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs kimi dindirilən Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, ailəsi ilə Sumqayıt şəhərində yaşayır. Sumqayıt şəhərində yaşayan Təqsirləndirilən şəxs2lə aralarında dostluq münasibətləri olmuşdur. O və Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə etmişlər. İran vətəndaşı Milad kimi tanıdığı şəxslə əvvəllər Moskva şəhərində tanış olmuşdur. Belə ki, o Moskva şəhərində gül alverni etmiş, Milad adlı şəxs isə meyvə satmışdır. O, Milad adlı şəxslə telefonla danışarkən ona çəkmək üçün 2-3 qram narkotik vasitə olan qurudulmuş marixuana lazım olduğunu bildirmişdir. Milad isə ona Lənkərana getdiyi zaman narkotik təşkil edəcəyini bildirmişdir. Miladdan tutulmasınldan ay yarım, iki ay əvvəl də çəkmək üçün 2 qram qurudulmuş marixuana almışdır. Həmin marixuananı Sumqayıt şəhərində qoyulduğu yerdən götürmüşdür. 24 avqust 2023-cü il tarixdə günorta vaxtı Miladla əlaqə saxlayarkən sonuncu narkotik vasitəni Lənkəran rayonu ərazisində Ələt-Astara avtomobil yolunun kənarına qoyulacağını bildirmişdir. Bundan sonra həmin gün axşam vaxtı yaşadığı evdə olduğu zaman Təqsirləndirilən şəxs2 tanışı Aynurə adlı qadınla birlikdə onlara gəlmişdir. Təqsirləndirilən şəxs2 yaşadığı evi təmir etdirdiyi üçün onun evinə yuyunmağa gəlmişdir. Tanışı Nərmin adlı qadın onunla əlaqə saxlamış, o, Nərmini də yaşadığı evə dəvət etmişdir. Həmin gecə saat 23 radələrində Zaur, Aynurə və Nərminlə birlikdə Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobil ilə Bakı şəhərindən Lənkəran rayonu istiqamətində yola düşmüşlər. Sumqayıtdan çıxmamışdan da Milad adlı şəxslə telefonla danışmışdır. 25 avqust 2023-cü il tarixdə saat 05:40 radələrində Lənkəran şəhərinin girişinə çatdıqları zaman ayaqyoluna getmək istəmiş, ona görə də Təqsirləndirilən şəxs2 avtomaşını saxlamasını demişdir. Təqsirləndirilən şəxs2 avtomaşını yolun sağ hissəsində kənarda saxlamışdır. Bu zaman 7-8 nəfər mülki geyimdə olan polis işçiləri onları tutmuşlar. Polis işçiləri onları döymüşlər. Onları polis şöbəsinə aparmışlar. Polis şöbəsinə onu başqa avtomobildə aparmışlar. Üzərlərində şəxsi axtarış aparılan zaman onun və Təqsirləndirilən şəxs2 ciblərində aşkar olunan narokotik vasitələr onlara məxsus deyildir. Həmin narkotik vasitələr üzərlərinə polis tərəfindən qoyulmuşdur. Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomaşının yük yerinə qoyduqları iki ədəd meşoku onlara göstərib, həmin narkotik vasitələrin onlara məxsus olmasını, tanımadıqları iranlıdan aldıqlarını demələrini tələb etmişlər. Onlara məxsus avtomaşının yük yerində narokotik vasitələr olmamışdır. İki kisədə olan narkotik vasitələri avtomaşının yük yerinə polis işçiləri qoymuşlar. Təqsirləndirilən şəxs1 məhkəmədə verdiyi ifadəsində həmçinin göstərmişdir ki, iranlı Milad narkotik vasitələrin qoyulduğu yerin konumunu ona göndərmişdir. O, həmin yerə çatanda narkotik vasitələr olan kisənin çox böyük olduğunu görmüş, Milada zəng edərək orada bir Kamaz markalı avtomaşının yükünün olduğunu bildirmişdir. Milad adlı şəxs isə ona hələ 40 o boyda narkotik göndərəcəyini bildirmişdir. Polis işçiləri tərəfindən onlara aid avtomaşına narkotik vasitə qoyulmasını görməmişdir. Lakin Təqsirləndirilən şəxs1 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində göstərmişdir ki, təxminən 10 ildir narkotik vasitə qurudulmuş marixuana qəbul edir. Son vaxtlarda isə bel nahiyəsində ağrılar olduğu üçün narkotik vasitə heroin qəbul etməyə başlamışdır. Qəbul etdiyi narkotik vasitələri Sumqayıt şəhərində adını bilmədiyi şəxslərdən əldə etmişdir. Təxminən 2 ay əvvəl sosial şəbəkədə Milad adlı İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuş və sonrakı dövrdə narkotik vasitələri həmin şəxsdən almışdır. Belə ki, o, həmin şəxslə “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə danışıb ona narkotik vasitə sifariş vermiş, sonra həmin şəxsin verdiyi bank hesabına narkotik vasitənin pulunu ödəmiş və həmin şəxs sifariş verdiyi narkotik vasitələri Sumqayıt şəhərində müxtəlif ünvanlara qoyub həmin yerlərin şəkilini çəkib onun mobil telefonuna göndərmiş və o, da gedib həmin yerdən narkotik vasitələri götürmüşdür. Bir neçə dəfə Milad adlı şəxsdən özü istifadə etmək üçün narkotik vasitə qurudulmuş marixuana və heroin aldıqdan sonra onunla arasında münasibət yaranmışdır. O, Milad adlı şəxsə bel nahiyəsində ağrıları olduğunu və pulu olmadığı üçün müalicə oluna bilmədiyini bildirmiş, ondan İrana gəlib müalicə olunmasına köməklik etməsini xahiş etmişdir. Bu barədə bir neçə dəfə Milad adlı şəxslə danışmış, bundan sonra həmin şəxslə arasında münasibətlər daha da yaxşılaşmışdır. Bundan sonra Milad adlı şəxs təklif etmişdir ki, ona külli miqdarda narkotik vasitələr göndərsin, o, da həmin maddələri götürüb özündə saxlasın, sonra narkotik vasitələri Bakı, Xırdalan və Sumqayıt şəhərlərində müxtəlif ünvanlara qoyub həmin yerlərin şəkillərini çəkib həmin şəxsə göndərsin və bunun müqabilində ona pul versin və eyni zamanda müalicə olunmasına köməklik göstərsin. O, da pula ehtiyacı olduğuna görə məcburiyyət qarşısında qalıb Milad adlı şəxsin bu təklifi ilə razılaşmışdır. Milad adlı şəxs bundan sonra 24 avqust 2023-cü il tarixdə günorta vaxtı onunla əlaqə saxlayıb ona külli miqdarda narkotik vasitə qurudulmuş marixuana və narkotik tərkibli dərman həbləri göndərəcəyini və həmin narkotik vasitələrin Lənkəran rayonu ərazisinə qoyulacağını, gedib həmin narkotik vasitələri götürməsini və Sumqayıt şəhərinə gətirib özündə saxlamasını, sonra isə dediyi vaxta həmin narkotik vasitələri Bakı, Xırdalan və Sumqayıt şəhərlərində müxtəlif ünvanlara qoyub həmin yerlərin şəkillərini çəkib göndərməsini və bunun müqabilində isə ona 2.500 manat pul və özü istifadə etmək məqsədi ilə narkotik vasitə verəcəyini bildirmişdir. O, da Milad adlı şəxsin təklifi ilə razılaşmışdır. Milad adlı şəxs onunla təkrar əlaqə saxlayacağını və məlumat verəcəyini bildirmişdir. Aralarında belə razılaşma olmuşdur ki, Milad adlı şəxs ona məlumat verdikdən sonra o, Sumqayıt şəhərindən çıxıb narkotik vasitəni götürmək üçün Lənkəran rayonuna gedəcəkdir. Lakin Milad adlı şəxs ona dəqiq olaraq tarix bildirməmişdir. O, Milad adlı şəxsə öz avtomobili olmadığı üçün narkotik vasitəni götürməyə taksi avtomobili ilə gedəcəyini, buna görə də narkotik vasitələrin yaxşı şəkildə bağlanmasını xahiş etmişdir ki, narkotikin iyi kənardan hiss olunmasın. Milad adlı şəxs isə buna görə narahat olmamasını, lakin gedəcəyi taksi sürücüsünün etibarlı adam olmasını ona tapşırmışdır. Bundan sonra həmin günü axşam vaxtı yaşadığı ünvan 2 ünvanında olduğu zaman dostu Təqsirləndirilən şəxs2 tanışı Aynurə adlı qadınla birlikdə onlara gəlmişdir. Təqsirləndirilən şəxs2 yaşadığı evi təmir etdirdiyi üçün onun evinə yuyunmağa gəlmişdir. Aynurəni də özü ilə birlikdə gətirmişdi. O, Aynurəni Zaura görə uzun müddətdir tanımışdır. Bundan sonra həmin gecə təsadüfən tanışı Nərmin adlı qadın onunla əlaqə saxlamış, o, da Nərmini yaşadığı evə dəvət etmişdir. Həmin gecə Zaur, Aynurə və Nərminlə birlikdə evdə əyləşib çay içib söhbət edən zaman gecə təxminən saat 23:30 radələrində Milad adlı şəxs onunla əlaqə saxlayıb göndərdiyi narkotik vasitələrin və narkotik tərkibli dərman həblərinin Lənkəran rayonu ərazisində əsas yolun kənarına qoyulduğunu və gedib həmin narkotik vasitələri götürməsini bildirmişdir. Rayona getməyə onun avtomobili olmadığı üçün o, bu barədə həmin vaxt evində olan dostu Təqsirləndirilən şəxs2 məlumat vermiş və təklif etmişdir ki, onun avtomobili ilə Lənkəran rayonuna gedib İranlı şəxs tərəfindən göndərilən narkotik vasitələri götürüb onun avtomobilinə qoyub Sumqayıt şəhərinə gətirsinlər. Təqsirləndirilən şəxs2 narkotik vasitələr qəbul etdiyi üçün narkotik vasitələri gedib Lənkəran rayonundan götürüb gətirməsinə köməklik edəcəyi təqdirdə onun yanacaq pulunu və eyni zamanda özü istifadə etmək məqsədi ilə narkotik vasitə verməsini demişdir. Onlar razılaşmaqla qərara gəlmişlər ki, həmin vaxt evdə olan Aynurə və Nərmin adlı qadınları da özləri ilə birlikdə rayona aparsınlar, gedib narkotik vasitələri götürdükdən sonra birlikdə rayonda yerləşən restoranların birində istirahət edib, sonra geri qayıtsınlar. Bundan sonra onlar Aynurə və Nərminə Lənkəran rayonuna getməli olduqlarını bildirib, birlikdə getmələrini təklif etmişlər. Aynurə və Nərmin də onlarla birlikdə rayona getməyə razılıq vermişlər. Bundan sonra onlar 24 avqust 2023-cü il tarixdən 25 avqust 2023-cü il tarixə keçən gecə saat 00:30 radələrində Sumqayıt şəhərində onun yaşadığı evdən çıxıb Zaurun idarə etdiyi “Mercedes Benz” markalı, **-BH-*** qeydiyyat nişanlı avtomobilə əyləşib Lənkəran rayonuna yola düşmüşlər. Avtomobili Zaur özü idarə etmişdir. Lənkəran rayonuna gedən zaman o, Milad adlı şəxslə “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə əlaqə saxlayıb danışmış, Milad adlı şəxs isə ona bildirmişdir ki, Lənkəran rayonuna çatmasına az qalmış məlumat versin və o, da narkotik vasitələrin qoyulduğu yerin şəkilini və konumunu onun mobil telefonuna göndərsin. O, da bu barədə Təqsirləndirilən şəxs2 məlumat vermişdir. Zaurla avtomobildə işarəli şəkildə danışırmışlar ki, avtomobildə olan qadınlar onların Lənkəran rayonuna narkotik götürmək üçün getmələrini başa düşməsinlər. Bundan sonra o, Lənkəran rayonu ərazisinə daxil olmalarına az qalmış zəng edib bu barədə Milad adlı şəxsə məlumat vermiş, həmin gecə saat 04:50 radələrində Milad adlı şəxs göndərdiyi narkotik vasitələrin qoyulduğu yerin şəkilini və konumunu onun mobil telefonuna göndərmişdir. Milad adlı şəxs narkotik vasitələrin Lənkəran rayonuna daxil olduqdan sonra əsas yolunun üzərində “58” rəqəmi qeyd edilən lövhənin yanında yolun əks tərəfində yolun kənarına qoyulduğunu və narkotik vasitələrin 02 ədəd sintetik kisənin içində olduğunu bildirmişdir. Milad adlı şəxs həmin kisələrin şəkilini onun mobil telefonuna göndərmişdir. Həmin vaxt onlar artıq Lənkəran rayonu ərazisinə daxil olub Lənkəran şəhəri istiqamətində hərəkət edirmişlər. Onlar Lənkəran rayonu ərazisində əsas yolla Lənkəran şəhəri istiqamətində hərəkət edib saat 05:10 radələrində həmin yolun kənarında yerləşən “58” rəqəmi yazılan lövhənin yanına çatmışlar. “58” rəqəmi yazılan lövhənin yanına çatan zaman o, Zaura avtomobili saxlamasını bildirmiş və Zaur avtomobili yolun sağ hissəsində kənarda saxlamışdır. Həmin vaxt Aynurə və Nərmin avtomobilin arxa oturacağında yatmış vəziyyətdə olmuşlar. O, Zaura avtomobildən düşüb avtomobilin mühərrik hissəsinin qapısını açmasını, əgər qadınların yuxudan oyanıb nə üçün avtomobili saxlamalarını soruşsalar, onlara avtomobilin mühərrikinə su tökmək üçün dayanmalarını bildirməsini tapşırmışdır. Zaur avtomobildən yerə düşüb avtomobilin mühərrik hissəsinin və yük yerinin qapısını açmış, o isə yolun əks istiqamətinə keçib içərisində narkotik vasitə olan 02 ədəd sintetik kisəni orada tapıb, həmin kisələrin Milad adlı şəxs tərəfindən göndərilən, içərisində narkotik vasitə olan kisələr olduğuna əmin olduqdan sonra həmin kisələri bir-bir götürüb yolun əks tərəfinə keçirib, Zaurun idarə etdiyi avtomobilin yanına gətirib, kisələri avtomobilin yük yerinə yerləşdirmişdir. Sonra Zaurla birlikdə avtomobilin mühərrik hissəsinin və yük yerinin qapılarını bağlayıb, avtomobilə əyləşmişlər. Aynurə və Nərmin isə avtomobilin arxa oturacağında yatmış vəziyyətdə olduqları üçün avtomobilin dayanmasından və içərisində narkotik vasitə olan kisələri avtomobilin yük yerinə qoyulmasından onların məlumatı olmamışdır. Bundan sonra Zaur avtomobili idarə etmiş və onlar Lənkəran şəhəri istiqamətində hərəkət etməyə başlamışlar. Həmin gecə, yəni 25 avqust 2023-cü il tarixdə saat 05:40 radələrində əsas yolla Lənkəran rayonu ərazisində avtomobillə hərəkətdə olarkən mülki geyimdə olan şəxslər onların olduqları avtomobili saxlatmışlar. Zaur avtomobili saxlamış və həmin şəxslər onlara yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib, ondan və Zaurdan anket məlumatlarını soruşmuşlar. O və Təqsirləndirilən şəxs2 özlərini təqdim etdikdən sonra polis əməkdaşları onların narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduqlarını bildirib, barələrində qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla onları tanış etmişlər. Sonra polis əməkdaşları onu, Təqsirləndirilən şəxs2, Aynurə Yəhyayeva və Nərmin Quliyevanı avtomobillə birlikdə Lənkəran şəhərində yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Regional Polis Şöbəsinə gətirmişlər. Polis şöbəsinin həyətində avtomobilin qapılarını Zaur açarla bağlayıb açarı özündə saxlamışdır. Sonra inzibati binada otaqları birində ona və Təqsirləndirilən şəxs2 vəkil təqdim olunmuş, şübhəli şəxs qismində tutulmuşlar, onlara hüquq və vəzifələri izah edildikdən sonra onun və Zaurun üzərlərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçiriləcəyi izah olunmuşdur. Bu barədə qərarla tanış olduqdan sonra onların üzərlərində şəxsi axtarış keçirilməyə başlanmış, birinci olaraq ona təklif olunmuşdur ki, üzərində qanunsuz əşya və maddə varsa, çıxarıb təqdim etsin. Bu təklifdən sonra o, əynindəki şalvarının sağ yan cibində olan 01 ədəd sellofan bükümdə olan narkotik vasitə heroini, 01 ədəd “Redmi” markalı mobil telefonu və şalvarının arxa sağ cibində olan 01 ədəd pulqabını çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Onun təqdim etdiyi pulqabına baxış keçirilən zaman qabın içərisindən 9 manat pul, 01 ədəd “Leobank”a, 01 ədəd “Kapitalbank”a və 02 ədəd Rusiya Federasiyasına aid banklara məxsus olan plastik kartlar, şəxsiyyət və sürücülük vəsiqələri aşkar edilmişdir. Bundan sonra üzərindən aşkar edilmiş 01 ədəd sellofan büküm açıldıqda içərisindən narkotik vasitə heroin aşkar edilmişdir. Üzərindən aşkar olunmuş 01 ədəd sellofan bükümdə olan narkotik vasitə heroin polis əməkdaşları tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənmiş və qablaşmanın üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı o, təqdim etdiyi 01 ədəd sellofan bükümdə olan narkotik vasitə heroinin özünə məxsus olduğunu, həmin narkotik vasitəni sosial şəbəkədə tanış olduğu Milad adlı İran İslam Respublikasının vətəndaşından əldə etdiyini, belə ki, 2 gün əvvəl Milad adlı şəxsin onunla əlaqə saxlayıb həmin narkotik vasitənin Sumqayıt şəhərində müəyyən yerə qoyulduğunu və həmin yerin şəkilini ona göndərdiyini və özünün isə gedib Sumqayıt şəhərində narkotik vasitəni qoyulduğu yerdən götürdüyünü, həmin narkotik vasitəni özü istifadə etmək məqsədi ilə Milad adlı şəxsdən əldə etdiyini və bunun müqabilində Milad adlı şəxsə hər hansı bir məbləğdə pul vermədiyini, əldə etdiyi narkotik vasitənin az bir hissəsini özü qəbul etdiyini və qalan hissəsini isə özü istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Bundan əlavə Milad adlı şəxs tərəfindən ona külli miqdarda narkotik vasitə qurudulmuş marixuana və narkotik tərkibli dərman həbləri göndərdiyini, həmin narkotik vasitənin və dərman həblərinin tanışı Təqsirləndirilən şəxs2 idarə etdiyi və hazırda polis şöbəsinin həyətində saxlanılmış “Mercedes Benz” markalı avtomobilin yük yerində olduğunu, həmin narkotik vasitəni və dərman həblərini Milad adlı şəxsin dediyi ünvanlara qoyub həmin yerlərin şəkillərini çəkib ona göndərməsi müqabilində həmin şəxsin ona 2.500 manat pul və özü istifadə etmək üçün narkotik vasitə verəcəyini bildirmişdir. Onun üzərindən aşkar edilmiş mobil telefon, pul, plastik bank kartları, sənədlər və pul qabı polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra polis əməkdaşları tərəfindən tanışı Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanın onun əynində olan şalvarının sağ yan kiçik cibindən 01 ədəd sellofan büküm, 77 manat pul, 01 ədəd “Nokia” markalı mobil telefon, avtomobil açarı və 01 ədəd üzük aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi 01 ədəd sellofan bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 01 ədəd sellofan büküm açıldıqda içərisindən narkotik vasitə heroin aşkar edilmişdir. Aşkar olunmuş 01 ədəd sellofan bükümdə olan narkotik vasitə heroin polis əməkdaşları tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək qablaşmanın üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs2 təqdim etdiyi 01 ədəd sellofan bükümdə olan narkotik vasitə heroini bir gün əvvəl Sumqayıt şəhəri, Corat qəsəbəsində üzdən tanıdığı, adını və digər anket məlumatlarını bilmədiyi şəxsdən özü qəbul etmək üçün 100 manat pul müqabilində aldığını, aldığı həmin narkotik vasitənin az bir hissəsini özü qəbul etdiyini və qalan hissəsini isə özü qəbul etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş avtomobil açarı və 01 ədəd üzük onun özünə qaytarılmış, pul və mobil telefon isə polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, protokol düzgün tərtib edildiyi üçün onun özü və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Daha sonra onun və Təqsirləndirilən şəxs2 iştirakı ilə Polis Şöbəsinin inzibati binasının həyətində saxlanılmış, Təqsirləndirilən şəxs2 idarə etdiyi “Mercedes Benz” markalı, **-BH-*** qeydiyyat nişanlı avtomobilə videoçəkilişdən istifadə edilməklə baxış keçirilmişdir. Baxış onun və Təqsirləndirilən şəxs2 icazəsi və iştirakı ilə aparılmışdır. Baxış zamanı ona və Təqsirləndirilən şəxs2 təklif olunmuşdur ki, avtomobildə qanunla qadağan edilmiş hər hansı bir əşya və maddə varsa, təqdim etsinlər. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobilin qaplarını özündə olan açarla açmış, o, isə avtomobilin arxa yük yerində olan iki ədəd sintetik kisəni götürüb polis əməkdaşlarına təqdim edərək həmin kisələrin içərisində narkotik vasitə qurudulmuş marixuana və narkotik tərkibli dərman həbləri olduğunu bildirmişdir. Polis əməkdaşları tərəfindən həmin kisələrə baxış keçirilən zaman birinci sintetik kisənin içərisindən 05 ədəd qara rəngli sellofan bağlama və ikinci sintetik kisənin içərisindən isə 04 ədəd qara rəngli sellofan bağlama və 01 ədəd şəffaf rəngli sellofan bağlama aşkar edilmişdir. Aşkar edilmiş sellofan bağlamalara baxış zamanı 09 ədəd qara rəngli sellofan bağlamanın içərisindən narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd şəffaf rəngli sellofan bağlamanın içərisindən isə metadon adlı dərman həblərinin olduğu müəyyən edilmişdir. Aşkar edilmiş dərman həbləri polis əməkdaşları tərəfindən sayılmış 200 list həbin olduğu məlum olmuşdur. Aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkildikdən sonra narkotik vasitələr və dərman həbləri aşkar olunduqları sintetik kisələrə qoyulub qablaşdırılmış, qablaşmanın üzəri möhürlənmiş və iştirakçılar tərəfindən qablaşmaların üzəri imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobilə baxış keçirilməsi davam etdirilmiş, lakin avtomobildən başqa hər hansı bir qanunsuz əşya və predmet aşkar olunmamışdır. Verilən suallara cavab olaraq o və Təqsirləndirilən şəxs2 bildirmişlər ki, saxlanılan zaman və Polis Şöbəsinə gətirildikdən sonra polis əməkdaşları tərəfindən onlara qarşı hər hansı bir qanunsuz hərəkətlər edilməmiş və zor tətbiq olunmamışdır. Sorğu zamanı o, üzərindən və tanışı Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobildən aşkar edilmiş narkotik vasitələrin Milad adlı İran İslam Respublikasının vətəndaşı tərəfindən ona göndərildiyini, həmin narkotik vasitələri tanışı Təqsirləndirilən şəxs2lə birlikdə Lənkəran rayonu ərazisində gizlədildiyi yerdən gedib götürdüklərini, narkotik vasitələri qoyacaqları ünvanın fotoşəkillərini çəkib və konumunu mobil telefon vasitəsi ilə Milad adlı şəxsə göndərməli olduqlarını, bunun müqabilində Milad adlı şəxsin ona 2.500 manat pul və özü istifadə etmək məqsədi ilə narkotik vasitə verməli olduğunu, Lənkəran rayonuna gedib narkotik vasitələri götürməkdə ona köməklik etdiyi üçün tanışı Təqsirləndirilən şəxs2 özü istifadə etmək məqsədi ilə narkotik vasitə qurudulmuş marixuana verməli olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaqda verdiyi digər ifadəsində isə göstərmişdir ki, ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmir, tanışı Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobildən aşkar edilmiş narkotik vasitələr ona məxsus deyildir, polis əməkdaşları tərəfindən fiziki və psixi təsirlərə məruz qalmışdır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 özünü Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, 24 avqust 2023-cü il tarixdən 25 avqust 2023-cü il tarixə keçən gecə Sumqayıt şəhərindən Təqsirləndirilən şəxs1 və avtombildə olan qadınları taksi sürücüsü kimi Lənkəran rayonuna gətirmişdir. Onun Təqsirləndirilən şəxs1 Lənkəran rayonu ərazisinə narkotik götürmək məqsədi ilə gəlməsi barədə məlumatı olmamışdır. Onlar Lənkəran rayonu ərazisinə istirahət etmək məqsədi ilə gəlmişlər. Lənkəran rayonu ərazisində Elxas ona təbii ehtiyacını ödəməsi üçün avtomaşını saxlamasını demişdir. O, avtomaşını saxlamış, Elxas maşından düşmüşdür. O isə avtomobilə su tökmək istəmişdir. Bu zaman polislər Elxası və onları saxlamışlar. Polis işçiləri tərəfindən saxlanılarkən onun üzərində 1 qram narkotik olmuşdur. Elxas avtomobildən düşdükdən sonra kisələri gətirib onun idarə etdiyi avtomobilin yük yerinə qoymamışdır. Polis işçiləri onları və avtomaşını polis şöbəsinə aparmışlar. Avtomaşının açarları polis işçilərində qalmışdır. Sonra avtomobilə onların iştirakları ilə baxış keçirilərkən avtomabilin yük yerində kisə aşkar olunmuşdur. Lakin Təqsirləndirilən şəxs2 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan edilməklə tədqiq olunmuş ifadəsində özünü elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, 2-3 ilə yaxın müddətdir ki, narkotik vasitə olan qurudulmuş marixuana qəbul edir. Son vaxtlarda isə narkotik vasitə heroin qəbul etməyə başlamışdır. Qəbul etdiyi narkotik vasitələri tanımadığı şəxslərdən əldə etmişdir. Tutulmasınlan bir gün əvvəl Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində üzdən tanıdığı şəxsdən 100 manat pul müqabilində 01 ədəd bükümdə narkotik vasitə heroin almış və həmin narkotik vasitəni özü istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. 24 avqust 2023-cü il tarixdə axşam vaxtı evdə təmir işləri gördükdən sonra yuyunmağa şərait olmadığı üçün tanışı Təqsirləndirilən şəxs1lə əlaqə saxlayıb yuyunmaq məqsədi ilə sonuncunun yaşadığı Sumqayıt şəhəri, 5-ci mikrorayon, C.Cabbarlı küçəsində yerləşən evinə getmişdir. Elxasın evinə gedən zaman tanışı Aynurə Yəhyayevanı da özü ilə birlikdə aparmışdır. Onlar Elxasın evində olduqldarı zaman Elxasın tanışı Nərmin də Elxasın evinə gəlmişdir. Həmin gecə saat 23:30 radələrində Elxasın mobil telefonuna zəng gəlmiş, Elxas kənara çəkilib təxminən 4-5 dəqiqə danışdıqdan sonra ona bir nəfər İranlı tanışı olduğunu, həmin şəxsin ona külli miqdarda narkotik vasitə qurudulmuş marixuana göndərməsini bildirmiş və ondan xahiş etmişdir ki, onun avtomobili ilə birlikdə Lənkəran rayonuna getsinlər və narkotik vasitəni götürüb Sumqayıt şəhərinə gətirsinlər. O, əvvəlcə ehtiyat edib, Elxasın təklifi ilə razılaşmamış, lakin sonra Elxas birlikdə gedib narkotik vasitəni rayondan götürüb Sumqayıt şəhərinə gətirməsinə köməklik etsə, ona özü istifadə etmək üçün narkotik vasitə qurudulmuş marixuana verəcəyini bildirdiyindən Elxasın təklifi ilə razılaşmışdır. Elxas avtomobilin yanacaq pulunu da özü verəcəyini demişdir. Elxas bildirmişdir ki, narkotik vasitəni götürdükdən sonra İranlı tanışı onun hesabına pul göndərəcək, Aynurə və Nərmini də özləri ilə aparsınlar, rayonda istirahət etsinlər. Bundan sonra onlar Aynurəyə və Nərminə birlikdə Lənkəran rayonuna getməyi təklif etmişlər. Onlar 24 avqust 2023-cü il tarixdən 25 avqust 2023-cü il tarixə keçən gecə saat 00:30 radələrində Sumqayıt şəhərindən Elxasın yaşadığı evdən çıxıb onun idarə etdiyi “Mercedes Benz” markalı, **- BH-*** qeydiyyat nişanlı avtomobilə əyləşib Lənkəran rayonuna yola düşmüşlər. Avtomobili onun özü idarə etmişdir. Elxas ona bildirmişdir ki, Lənkəran rayonuna çatmaqlarına az qalmış o, İranlı tanışına məlumat verəcək və həmin şəxs də narkotik vasitələrin qoyulduğu yerin şəkilini və konumunu mobil telefonuna göndərəcəkdir. Aynurə və Nərmin onların rayona narkotik götürmək üçün getmələrini bilməmişlər. Lənkəran rayonu ərazisinə daxil olmalarına az qalmış Elxas zəng edib bu barədə iranlı tanışına məlumat vermişdir. Həmin gecə saat 04:50 radələrində İranlı şəxs göndərdiyi narkotik vasitələrin qoyulduğu yerin şəkilini və konumunu Elxasın mobil telefonuna göndərmişdir. İranlının göndərdiyi şəkili və konumu Elxas ona da göstərmiş və həmin yerdə avtomobili saxlamasını xahiş etmişdir. İranlı şəxs narkotik vasitələrin Lənkəran rayonuna daxil olduqdan sonra əsas yolunun üzərində “58” rəqəmi yazılmış lövhənin yaxınlığına qoyulduğunu bildirmişdir. Həmin vaxtı onlar artıq Lənkəran rayonu ərazisinə daxil olub, Lənkəran şəhəri istiqamətində hərəkət edirmişlər. Onlar Lənkəran rayonu ərazisində əsas yolla Lənkəran şəhəri istiqamətində hərəkət edib, saat 05:00-05:10 radələrində həmin yolun kənarında yerləşən “58” rəqəmi yazılan lövhənin yanına çatmışlar. O, avtomobili yolun sağ hissəsində kənarda saxlamışdır. Həmin vaxtı Aynurə və Nərmin avtomobilin arxa oturacağında yatmış vəziyyətdə olmuşlar. Elxas ona şübhə yaranmasın deyə avtomobilin kapotunu qaldırmasını demişdir. O, da avtomobildən yerə düşüb avtomobilin mühərrik hissəsinin və yük yerinin qapısını açmış, Elxas isə yolun əks istiqamətinə keçib içərisində narkotik vasitə olan 02 ədəd sintetik kisələri bir-bir götürüb yolun əks tərəfinə keçirib, avtomobilin yanına gətirərək kisələri avtomobilin yük yerə qoymuşdur. Sonra birlikdə avtomobilin mühərrik hissəsinin və yük yerinin qapılarını bağlayıb avtomobilə əyləşmişlər. Aynurə və Nərmin isə avtomobilin arxa oturacağında yatmış vəziyyətdə olduqları üçün onların avtomobilin saxlanması və içərisində narkotik vasitə olan kisələri avtomobilin yük yerinə qoyulmasından məlumatları olmamışdır. Bundan sonra o, avtomobili idarə edib Lənkəran şəhəri istiqamətində hərəkət etməyə başlamışdır. Həmin gecə, yəni 25 avqust 2023-cü il tarixdə saat 05:40 radələrində əsas yolla Lənkəran rayonu ərazisində avtomobillə hərəkətdə olarkən mülki geyimdə olan şəxslər avtomobili saxlatdırmışlar. O, avtomobili saxlamış və həmin şəxslər onlara yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib, ondan və Elxasdan anket məlumatlarını soruşmuşlar. O və Elxas özünü təqdim etdikdən sonra polis əməkdaşları onların narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduqlarını bildirmiş və barələrində qəbul edilmiş əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında qərarla onları tanış etmişlər. Sonra polis əməkdaşları onu, Elxası, Aynurə və Nərmini avtomobillə birlikdə Lənkəran şəhərində yerləşən polis şöbəsinin gətirmişlər. Polis şöbəsinin həyətində o, avtomobilin qapılarını açarla bağlayıb açarı özündə saxlamışdır. Sonra inzibati binada otaqların birində ona və Elxasa vəkil təqdim olunmuş və şübhəli şəxs qismində tutulmuşlar. Hüquq və vəzifələri izah edildikdən sonra onlara üzərlərində video çəkilişlə şəxsi axtarış keçiriləcəyi izah olunmuşdur. Birinci olaraq Təqsirləndirilən şəxs1 təklif olunmuşdur ki, üzərində qanunsuz əşya və maddə varsa, çıxarıb təqdim etsin. Bu təklifdən sonra Elxas əynindəki şalvarının sağ yan cibində olan 01 ədəd sellofan bükümü, plastik bank kartını və başqa əşyalarını təqdim etmişdir. Elxasın üzərindən aşkar edilmiş 01 ədəd sellofan büküm açıldıqda içərisindən narkotik vasitə heroin aşkar edilmişdir. Həmin heroin polis əməkdaşları tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənmış və qablaşmanın üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs1 təqdim etdiyi 01 ədəd sellofan bükümdə olan narkotik vasitə heroinin ona məxsus olduğunu, həmin narkotik vasitəni sosial şəbəkədə tanış olduğu Milad adlı İran İslam Respublikasının vətəndaşından 2 gün əvvəl əldə etdiyini və özü istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs1 Milad adlı İran İslam Respublikasının vətəndaşı tərəfindən ona külli miqdarda narkotik vasitə qurudulmuş marixuana və narkotik tərkibli dərman həbləri göndərildiyini, həmin narkotik vasitənin və dərman həblərinin hazırda onun idarə etdiyi və polis şöbəsinin həyətində saxlanılmış “Mercedes Benz” markalı avtomobilin yük yerində olduğunu, həmin narkotik vasitəni və dərman həblərini Milad adlı şəxsin dediyi ünvanlara qoymalı olduğunu və bunun müqabilində həmin şəxsin ona 2.500 manat pul və özü istifadə etmək üçün narkotik vasitə verəcəyini bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən onun üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanın o, əynində olan şalvarının sağ yan kiçik cibində olan 01 ədəd sellofan bükümü, şalvarının sağ yan cibində olan 01 ədəd “Nokia” markalı mobil telefonu və avtomobil açarını, polis əməkdaşlarına təqdim etmişdir. O, təqdim etdiyi 01 ədəd sellofan bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Aşkar olunmuş 01 ədəd sellofan bükümdə narkotik vasitə heroin polis əməkdaşları tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Sorğu zamanı o, təqdim etdiyi 01 ədəd sellofan bükümdə olan narkotik vasitə heroini bir gün əvvəl Sumqayıt şəhəri Corat qəsəbəsində üzdən tanıdığı şəxsdən özü istifadə etmək məqsədi ilə 100 manat pul müqabilində aldığını, az bir hissəsini özü qəbul etdiyini və qalan hissəsini isə qəbul etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Üzərindən aşkar edilmiş avtomobil açarı onun özünə qaytarılmış, pul və mobil telefon polis əməkdaşları tərəfindən götürülmüşdür. Sonra onun və Təqsirləndirilən şəxs1 iştirakları ilə Polis Şöbəsinin inzibati binasının həyətində saxlanılmış, onun idarə etdiyi “Mercedes Benz” markalı, **-BH-*** qeydiyyat nişanlı avtomobilə video çəkilişdən istifadə edilməklə baxış keçirilməsi zamanı o, avtomobilin qaplarını özündə olan açarla açmış, Təqsirləndirilən şəxs1 isə avtomobilin arxa yük yerində olan iki ədəd sintetik kisəni götürüb polis əməkdaşlarına təqdim etmiş, kisələrin içərisində narkotik vasitə qurudulmuş marixuana və narkotik tərkibli dərman həbləri olduğunu bildirmişdir. Polis əməkdaşları tərəfindən həmin kisələrə baxış keçirilən zaman birinci sintetik kisənin içərisindən 05 ədəd qara rəngli sellofan bağlama və ikinci sintetik kisənin içərisindən isə 04 ədəd qara rəngli sellofan bağlama və 01 ədəd şəffaf rəngli sellofan bağlama aşkar edilmişdir. Aşkar edilmiş sellofan bağlamalara baxış zamanı 09 ədəd qara rəngli sellofan bağlamanın içərisindən narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd şəffaf rəngli sellofan bağlamanın içərisindən isə metadon adlı dərman həblərinin olduğu müəyyən edilmişdir. Aşkar edilmiş dərman həbləri polis əməkdaşları tərəfindən sayılmış və 200 list həbin olduğu məlum olmuşdur. Narkotik vasitə qurudulmuş marixuana polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkilmiş, sonra narkotik vasitə qurudulmuş marixuana və dərman həbləri aşkar olunduqları sintetik kisələrə qoyulub qablaşdırılmış, qablaşmanın üzəri möhürlənmış, üzərlərində qeydlər aparılmış və iştirakçılar tərəfindən qablaşmaların üzəri imzalanmışdır. Bu barədə protokol tərtib olunmuşdur. Polis əməkdaşları tərəfindən onlara qarşı hər hansı bir qanunsuz hərəkətlər edilməmiş və zor tətbiq olunmamışdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməlləri özlərinin ziddiyyətli ifadələrindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında şahid kimi dindirilən Şahid3 göstərdi ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X6 Şöbəsində əməliyyat müvəkkili vəzifəsində işləyir. 25 avqust 2023-cü il tarixdə şöbənin baş əməliyyat müvəkkili Xəyal Abışova Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyataxtarış tədbirlərinin keçirilməsində əməliyyat qrupunun üzvü olaraq iştirak etmişdir. Əməliyyat tədbirləri həyata keçirilməklə 25 avqust 2023-cü il tarixdə səhərə yaxın Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 idarə etdikləri avtomobillə Lənkəran rayonu ərazisində hərəkətdə olduqları müəyyən edilmiş və keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin günü saat 05:40 radələrində Ələt-Astara avtomobil yolunun Lənkəran rayonu, Boladi kəndi ərazisindən keçən 154-cü kilometrliyində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hərəkətdə olduqları “Mercedes Benz ML 270 CDİ” markalı, **-BH- *** qeydiyyat nişanlı avtomobili saxlmışlar. Avtomobili Təqsirləndirilən şəxs2 idarə edirmiş və Təqsirləndirilən şəxs1 isə qabaq oturacaqda əyləşmişdir. Həmin vaxtı avtomobildə olan iki nəfər qadınlar arxa oturacaqda olmuşlar. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirib, üzərlərində şəxsi axtarış və idarə etdikləri avtomobilə baxış keçirilməsi üçün onları və avtomobil şöbəyə aparmışlar. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuş, həmin şəxslərin üzərlərində müdafiəçinin iştirakı il əvə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılan zaman əvvəlcə Təqsirləndirilən şəxs1 əynindəki şalvarının cibindən 01 ədəd sellofan bükümü təqdim etmiş, bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 01 ədəd sellofan büküm açıldıqda bükümün içərisindən narkotik vasitə heroinəoxşar maddə aşkar olunmuşdur. Həmin maddə zərfdə qablaşdırılıb götürülmüşdür. Təqsirləndirilən şəxs1 təqdim etdiyi 01 ədəd sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddənin ona məxsus olduğunu, həmin narkotik vasitəni sosial şəbəkədə tanış olduğu “Milad” adlı İran İslam Respublikasının vətəndaşından əldə etdiyini, bundan əlavə “Milad” adlı İran İslam Respublikasının vətəndaşı tərəfindən ona külli miqdarda narkotik vasitə qurudulmuş marixuana və narkotik tərkibli dərman həbləri göndərdiyini, həmin narkotik vasitənin və dərman həblərinin hazırda tanışı Təqsirləndirilən şəxs2 idarə etdiyi və polis şöbəsinin həyətində saxlanılmış “Mercedes Benz” markalı avtomobilin yük yerində olduğunu, həmin narkotik vasitəni və dərman həblərini “Milad” adlı şəxsin dediyi ünvanlara qoyub həmin yerlərin şəkillərini çəkib ona göndərməsi müqabilində “Milad” adlı şəxsin ona 2.500 manat pul və özü istifadə etmək üçün narkotik vasitə verəcəyini bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilərkən o əynindəki şalvarın cibindən 01 ədəd sellofan bükümü və avtomobil açarını təqdim etmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi 01 ədəd sellofan bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 01 ədəd sellofan büküm açıldıqda içərisindən narkotik vasitə heroinə oxşar maddə aşkar edilmişdir. Aşkar olunmuş 01 ədəd sellofan bükümdə olan narkotik vasitə heroinəoxşar maddə təhqiqatçı tərəfindən qablaşdırılıb götürülmüşdür. Sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə şöbəsinin inzibati binasının həyətində saxlanılmış, Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobilə video çəkilişdən istifadə edilməklə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təklif olunmuşdur ki, avtomobildə qanunla qadağan edilmiş hər hansı bir əşya və maddə varsa, təqdim etsinlər. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobilin qapılarını özündə olan açarla açmış və Təqsirləndirilən şəxs1 isə avtomobilin arxa yük yerində olan 02 ədəd sintetik kisəni götürüb təqdim etmiş, sintetik kisənin içərisində narkotik vasitə qurudulmuş marixuana və narkotik tərkibli dərman həbləri olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi sintetik kisələrə baxış keçirilən zaman birinci sintetik kisənin içərisindən 05 ədəd qara rəngli sellofan bağlama və ikinci sintetik kisənin içərisindən isə 04 ədəd qara rəngli sellofan bağlama və 01 ədəd şəffaf rəngli sellofan bağlama aşkar edilmişdir. Aşkar edilmiş sellofan bağlamalara baxış zamanı 09 ədəd qara rəngli sellofan bağlamanın içərisindən narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə və 01 ədəd şəffaf rəngli sellofan bağlamanın içərisindən isə metadon adlı dərman həblərinin olduğu müəyyən edilmişdir. Həmin maddələr qablaşdırılaraq götürülmüşdür. Hadisədən çox vaxt keçdiyinə görə bəzi məsələləri yadında tam saxlaya bilməmişdir. Lakn aparılan şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hansınınsa iranlı ilə əlaqəsinin olmasını müəyyən etmişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onların üzərlərində və avtomaşınlarında hər hansı narkotik vasitələrin olmaması, üzərlərinə və avtomobilə narkotik vasitələrin polis əməkdaşları tərəfindən qoyulması, onlara təzyiq göstərildiyindən həmin maddələrin özlərinə məxsus olmasını etiraf etmələrinə dair ifadələri yalandır, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı heç bir təsir-təzyiq göstərməmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 göstərdi ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X6 Şöbəsində baş əməliyyat müvəkkili vəzifəsində işləmişdir. 25 avqust 2023-cü il tarixdə ona Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Lənkəran rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil daxil olmuşdur. Həmin məlumat əsasında onun rəhbərliyi ilə X6 Şöbəsinin əməliyyat müvəkkilləri Şahid2, Şahid3 və polis nəfəri Şahid4 ibarət əməliyyat qruppu yaradılmışdır. Əməliyyat-axtarış tədbirləri həyata keçirilməklə 25 avqust 2023-cü il tarixdə səhərə yaxın Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 idarə etdikləri avtomobillə Lənkəran rayonu ərazisində hərəkətdə olduqları müəyyən edilmişdir. Həmin gün saat 05:40 radələrində Ələt-Astara avtomobil yolunun Lənkəran rayonu Boladi kəndi ərazisindən keçən 154-cü kilometrliyində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hərəkətdə olduqları “Mercedes Benz ML 270 CDİ” markalı, **-BH-*** qeydiyyat nişanlı avtomobil saxlanılmışdır. Həmin vaxt avtomobili Təqsirləndirilən şəxs2 idarə etmiş, Təqsirləndirilən şəxs1 qabaq sərnişin oturacağında əyləşmiş, avtomobildə arxa oturacaqda iki nəfər qadınlar da olmuşlar. Həmin qadınlar özlərini təqdim edərək X2 və X4 olduqlarını bildirmişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirib üzərlərinə şəxsi axtarış və idarə etdikləri avtomobilə baxış keçirilməsi zərurəti yarandığı üçün həmin şəxslər və “Mercedes Benz ML 270 CDİ” markalı, **-BH-*** qeydiyyat nişanlı avtomobil X6 Şöbəsinə aparılmışlar. Polis Şöbəsinin inzibati binasında dəvət edilən müdafiəçilərin iştirakları ilə, videoçəkilişdən istifadə edilməklə onların üzərlərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarışa başlamazdan əvvəlcə Təqsirləndirilən şəxs1 üzərində qanunla dövriyyəsi qadağan edilmiş maddələr vardırsa, təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs1 əynindəki şalvarının cibində 01 ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Onun təqdim etdiyi sellofan büküm açıldıqda içərisinə narkotik vasitə heroinəoxşar maddə aşkar olunmuşdur. Həmin maddə qablaşdırılıb götürülmüşdür. Təqsirləndirilən şəxs1 narkotik vasitə heroinə oxşar maddənin ona məxsus olduğunu, həmin narkotik vasitəni sosial şəbəkədə tanış olduğu şəxsdən əldə etdiyini, iki gün əvvəl Milad adlı iranlının həmin narkotik vasitəni Sumqayıt şəhərində müəyyən yerə qoyulduğunu və həmin yerin şəkilini ona göndərdiyini və özünün isə gedib Sumqayıt şəhərində narkotik vasitəni qoyulduğu yerdən götürdüyünü, həmin narkotik vasitəni özü istifadə etmək məqsədi ilə əldə etdiyini, narkotik vasitənin az bir hissəsini özü qəbul etdiyini və qalan hissəsini isə özü istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs1 bundan əlavə Milad adlı İran İslam Respublikası vətəndaşı tərəfindən ona külli miqdarda narkotik vasitə qurudulmuş marixuana və narkotik tərkibli dərman həbləri göndərdiyini, həmin narkotik vasitənin və dərman həblərinin tanışı Təqsirləndirilən şəxs2 idarə etdiyi və hazırda polis şöbəsinin həyətində saxlanılan “Mercedes Benz” markalı avtomobilin yük yerində olduğunu, həmin narkotik vasitəni və dərman həblərini Milad adlı şəxsin dediyi ünvanlara qoyub həmin yerlərin şəkillərini çəkib ona göndərməsi müqabilində Milad adlı şəxsin ona 2.500 manat pul və özü istifadə etmək üçün narkotik vasitə verməli olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərində qanunsuz əşya vardıpsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs2 əynindəki şalvarının sağ yan kiçik cibində olan 01 ədəd sellofan bükümü çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Həmin büküm açıldıqda içərisindən narkotik vasitə heroinəoxşar maddə aşkar edilmişdir. Həmin maddə qablaşdırılıb götürülmüşdür. Təqsirləndirilən şəxs2 təqdim etdiyi 01 ədəd sellofan bükümdə olan narkotik vasitə heroinəoxşar maddəni 1 gün əvvəl Sumqayıt şəhəri, Corat qəsəbəsində üzdən tanıdığı, adını və digər anket məlumatlarını bilmədiyi şəxsdən özü qəbul etmək üçün 100 manat pul müqabilində aldığını, aldığı həmin narkotik vasitənin az bir hissəsini özü qəbul etdiyini və qalan hissəsini isə özü qəbul etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə X6 Şöbəsinin inzibati binasının həyətində saxlanılan, Təqsirləndirilən şəxs2 idarə etdiyi “Mercedes Benz ML 270 CDİ” markalı, **-BH-*** qeydiyyat nişanlı avtomobilə video çəkilişdən istifadə edilməklə baxış keçirilərkən Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobilin qapılarını özündə olan açarla açmış və Təqsirləndirilən şəxs1 isə avtomobilin arxa yük yerində olan 02 ədəd sintetik kisəni götürüb təqdim etmiş və kisələrin içərisində narkotik vasitə qurudulmuş marixuana və narkotik tərkibli dərman həbləri olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi sintetik kisələrə baxış keçirilən zaman birinci sintetik kisənin içərisindən 05 ədəd qara rəngli sellofan bağlama və ikinci sintetik kisənin içərisindən isə 04 ədəd qara rəngli sellofan bağlama və 01 ədəd şəffaf rəngli sellofan bağlama aşkar edilmişdir. Aşkar edilən sellofan bağlamalara baxış zamanı 09 ədəd qara rəngli sellofan bağlamanın içərisindən narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə, 01 ədəd şəffaf rəngli sellofan bağlamanın içərisindən isə metadon dərman həblərinin olduğu müəyyən edilmişdir. Aşkar edilən dərman həbləri sayıldı və 200 ədəd kanvalyutda həbin olduğu məlum olmuşdur. Həmin maddələr qablaşdırılmaqla götürülmüşdür. Bəli təqsirləndirilən şəxslər avtomaşında hərəkətdə olarkən saxlanılıblar. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid4 göstərdi ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X6 Şöbəsində polis nəfəri vəzifəsində işləyir. 25 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində keçirilmiş əməliyyat tədbirlərində iştirak etmişdir. 25 avqust 2023-cü il tarixdə səhərə yaxın Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Ələt-Astara avtomobil yolunun Lənkəran rayonu Boladi kəndi ərazisindən keçən hissəsində “Mercedes Benz ML 270 CDİ” markalı avtomobildə hərəkətdə olduqları zaman saxlanılmışlar. Avtomaşın əməliyyat qrupunun üzvləri tərəfindən saxlanılarkən o, bir qədər kənarda olmuşdur. Avtomobili Təqsirləndirilən şəxs2 idarə etmiş, Təqsirləndirilən şəxs1 isə qabaq oturacaqda əyləşmişdir. Həmin vaxtı avtomobildə iki nəfər qadın olmuşdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 avtomobil ilə birlikdə X6 Şöbəyə gətirilmişlər. Polis şöbəsində üzərlərində şəxsi axtarış aparılarkən narkotik vasitə aşkar olunmuşdur. Bundan başqa avtomaşına baxış keçirilərkən baqajdan narkotik vasitələr aşkar olunmuşdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin narkotik maddələrin özlərinə məxsus olmasını etiraf etmişlər. Kiminsə Təqsirləndirilən şəxs2 sürdüyü avtomaşına narkotik qoymasını görməmişdir. Təqsirləndirilən şəxslərə qarşı polis işçiləri tərəfindən təzyiq və təsir edilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən X2 göstərdi ki, 24 avqust 2023-cü il tarixdə tanışı Təqsirləndirilən şəxs2lə birlikdə sonuncunun dostu Təqsirləndirilən şəxs1 Sumqayıt şəhərində yerləşən evinə getmişlər. Onlar Elxasın evində olduqldarı zaman Elxasın tanışı Nərmin də Elxasın evinə gəlmişdir. Onlar 24 avqust 2023-cü il tarixdən 25 avqust 2023-cü il tarixə keçən gecə saat 00:30 radələrində Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomaşınla Sumqayıtdan Masallı istiqamətində yola düşmüşlər. Yolda o, qabaq sərnişin oturacağında Zaurun yanında, Nərmin isə arxada Elxasın yanında oturmuşlar. Məqsədləri Masallıda istirahət etmək olmuşdur. Yoldada «Hacoğlu» restoranında dayandıq cörək yemiş, sonra yola çıxmış və Lənkəran istiqamətində getmişlər. Təxminən 20-30 dəqiqə yol getdikdən sonra Lənkəran rayon Boladi kəndi ərazisində Təqsirləndirilən şəxs1 ayaq yoluna getmək istəmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs2 avtomaşını saxlamış, Təqsirləndirilən şəxs1 avtomaşından düşərək ayaqyoluna getmişdir. Zaur isə avtomaşına su tökməklə məşğul olmuşdur. Bu zaman Zaura polis əməkdaşları yaxınlaşmışlar. Eyni zamanda Təqsirləndirilən şəxs1 üç-dörd polis əməkdaşı tutmuş və qolu bağlı vəziyyətdə onların yanlarına gətirmişlər. Orada polis əməkdaşları avtomaşının baqajına baxış keçirmişlər. Heç bir narkotik vasitə aşkar olunmamışdır. Sonra Nərmini və onu polis avtomaşınına aparmışlar. Onun əl çantası da avtomaşında qalmışdır. Belə ki, polis işçiləri çantasını özü ilə götürməsinə imkan verməmişlər. Zauru və Elxası da polis maşınına mindirmiş və onları polis şöbəsinə aparmışlar. Təqsirləndirilən şəxs2 avtomaşınını polis idarə etmiş, avtomaşında başqa çanta olmamışdır. Polis şöbəsində onun və Nərminin qarşısına narkotik qoymaqla çəkmələrini, onları analizə aparacaqlarını demişlər. Onlar isə narkotik çəkmədiklərini demişlər. Zaur və Elxas polis işçiləri tərəfindən döyülmüşlər. Təqsirləndirilən şəxs2 müdafiəçisinin vəsatəti əsasında məhkəmə istintaqında şahid qismində dindirilən X8 göstərdi ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyini Baş Narkotiklərlə Mübarizə İdarəsinin X6 Şöbəsinin əməkdaşları tərəfindən 25 avqust 2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirində, həmin şəxslərin saxlanılmasında iştirak etməmişdir. Onun əməliyyat tədbirində iştirak etməsinə dair təqsirləndirilən şəxslərin ifadələrində göstərilənlər həqiqətə uyğun deyildir. Şəxsi axtarış və götürmə aparılması haqqında 25 avqust 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş videogörüntülərlə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Baş Narkotiklərlə Mübarizə İdarəsinin X6 Şöbəsinin əməkdaşları tərəfindən 25 avqust 2023-cü il tarixdə saat 05:40 radələrində Ələt-Astara avtomobil yolunun Lənkəran rayonu Boladi kəndi ərazisindən keçən 154-cü kilometrliyində Təqsirləndirilən şəxs2 idarə etdiyi “Mercedes Benz ML 270 CDİ” markalı, **-BH-*** qeydiyyat nişanlı avtomobildə saxlanılaraq həmin avtomobillə birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin X6 Şöbəsinin inzibati binasına gətirilmişlər və orada həmin tarixdə saat 07:00-dan etibarən onların üzərində şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs1 əynindəki şalvarının sağ yan cibindən içərisində narkotik vasitə heroinə oxşar maddə olan 01 ədəd sellofan büküm və 01 ədəd “Redmi” markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılarkən onun əynində olan şalvarının sağ yan kiçik cibindən içərisində narkotik vasitə heroinə oxşar maddə olan 01 ədəd sellofan büküm, şalvarının sağ yan cibindən 01 ədəd “Nokia” markalı mobil telefon və avtomobil açarı götürülmüşdür. Aşkar edilmiş içərisində narkotik vasitə heroinə oxşar maddə olan 01 ədəd sellofan büküm, “Nokia” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyi üçün polis əməkdaşları tərəfindən götürülmüş, avtomobil açarı və üzük Təqsirləndirilən şəxs2 özünə qaytarılmışdır. Avtomobilə baxış keçirilməsi və götürmə haqqında 25 avqust 2023-cü il tarixli protokola və ona əlavə edilmiş müvafiq prosesin həyata keçirilməsinə dair yaddaşında videogörüntü olan 01 ədəd DVD diskə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə “Mercedes Benz ML 270 CDİ” markalı, **-BH- *** qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və baxış zamanı avtomobilin arxa yük yerindən 02 ədəd sintetik kisə aşkar edilmişdir. Həmin kisələrə baxış zamanı birinci sintetik kisənin içərisindən 05 ədəd qara rəngli sellofan bağlama və ikinci sintetik kisənin içərisindən isə 04 ədəd qara rəngli sellofan bağlama və 01 ədəd şəffaf rəngli sellofan bağlama aşkar edilmiş, aşkar edilmiş sellofan bağlamalara baxış zamanı 09 ədəd qara rəngli sellofan bağlamanın içərisindən narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə və 01 ədəd şəffaf rəngli sellofan bağlamanın içərisindən isə metadon adlı dərman həblərinin olduğu müəyyən edilmiş, dərman həbləri sayılmış və 200 ədəd kanvalyutda həbin olduğu məlum olmuşdur. Narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr elektron tərəzidə çəkildikdən sonra narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr və dərman həbləri aşkar olunduqları sintetik kisələrə qoyulub qablaşdırılmışdır. Kompleks materialların məhkəmə ekspertizasının və bioloji ekspertizasının 25 avqust 2023-cü il tarixli, 19/819 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 təqdim etdiyi 01 ədəd bükümdə təmiz çəkisi 8,999 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi 01 ədəd bükümdə təmiz çəkisi - 7,753 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs2 idarə etdiyi “Mercedes” markalı avtomaşından aşkar edilmiş 5 ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri - 3430,0 qr, 4105,0 qr, 3280,0 qr, 3480,0 qr, 3620,0 qram ümumi təmiz çəkisi - 17915,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadırlar, botaniki əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. 4 ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri - 4120,0 qr, 3500,0 qr, 4270,0 qr, 3635,0 qram ümumi təmiz çəkisi - 15525,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadırlar, botaniki əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər, 200 ədəd konvalyutda ümumi sayı 2000 ədəd olan qəhvəyi rəngli dairəvi formalı həblər metadon dərmanlarıdır, həblərin təsiredici maddəsinin miqdarına görə bir-biriləri ilə eynidirlər. Həblərin təsiredici maddəsinin ümumi miqdarı - 80,0 qramdır (bir həbdə 0,04 qr). 2 ədəd kisələrdə ümumilikdə 9 bükülü olmaqla, ümumi təmiz çəkisi 33440,0 qram olan marixuanalar botaniki əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş ümumilikdə 2 bükümlərdə olan heroinlər xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Məhkəmə-narkoloji ekspertizasının 25 avqust 2023-cü il tarixli 836 və 837 nömrəli rəylərində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 “Opioidlərin və Kannabinoidlərin qəbulundan yaranan Asılılıq Sindromu” (Polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacları vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınmaları məsləhət görülür. Məhkəmə-tibbi ekspertizasının 25 avqust 2023-cü il tarixli, 864 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 bədəni üzərində hər hansı bir xəsarət aşkar edilmədi. Məhkəmə-tibbi ekspertizasının 25 avqust 2023-cü il tarixli, 863 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 sol kürək nahiyəsində qançır aşkar edilmişdir. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, müddəti müayinədən 5-7 gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. 25 avqust 2023-cü il tarixdə saat 04:50-də Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil telefondan “Milad” adı ilə qeyd olunmuş +98 902 986 0519 nömrənin istifadəçisinə “at da indi mən çıxıb gedəcəyəm burdan” məzmununda ismarıc yazmışdır. “Milad” adı ilə qeyd olunan +98 902 986 0519 nömrədən Təqsirləndirilən şəxs1 25 avqust 2023-cü il tarixdə saat 04:50-də məkan yəni konum (məkanda Ələt-Astara yolu və Boradigah yolu sözləri yazılmışdır) və 02 ədəd fotoşəkil (“58” rəqəmi qeyd edilən ərazinin şəkili və 01 ədəd sintetik kisə şəkili) göndərilmişdir. Həmin xarici nömrənin istifadəçisi olan iran ləhcəli şəxs cavab olaraq Təqsirləndirilən şəxs1 həmin günü saat 04:51-da səsli ismarıc göndərərək bildirir ki, “qadan alım znakdan 3 metr aşağılıq, yəni dərəyə sarı 3 metr, böyük bir şeydi görsənir”. Təqsirləndirilən şəxs1 həmin günü saat 04:51-də +98 902 986 0519 nömrənin istifadəçisinə cavab olaraq səsli ismarıc göndərərək bildirir ki, “nə boyda şeydir, kamazın dalına atmaq lazımdır”. İran ləhcəli şəxs cavab olaraq həmin günü saat 04:52-də Təqsirləndirilən şəxs1 səsli ismarıc göndərərək bildirir ki, “hə, hə, o nədi, o nədi, 3 o boyda atacam 3-4 günə, 4 günə bir dənə vəsalim gəlir 4 o boyadandır, götürdün allaha şükür”. Təqsirləndirilən şəxs1 həmin günü saat 05:32-də +98 902 986 0519 nömrənin istifadəçisinə cavab olaraq səsli ismarıc göndərərək bildirir ki, “Milad götürmüşəm, Bakıya çatım səni özüm yığacağam, yığma narahat eləmə məni”. İran ləhcəli şəxs həmin günü saat 12:00-da Təqsirləndirilən şəxs1 səsli ismarıc göndərərək bildirir ki, “mənim ürəyimi üzdün bunu denə”. İran ləhcəli şəxs həmin günü saat 13:55-da Təqsirləndirilən şəxs1 səsli ismarıc göndərərək bildirir ki, “canım hamama zada düş, bir dənə arxayın oturaq danışaq”. Baş Narkotiklərlə Mübarizə İdarəsinin X6 Şöbənin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə 25 avqust 2023-cü il tarixli qərarın 3-cü bəndində həmin şəxslərin üzərlərində şəxsi axtarış keçirilməsi, zərurət olduqda onlarda aşkar edilmiş əşyalara, nəqliyyat vasitələrinə və yaşayış yerinə baxış keçirilməsi nəzərdə tutulmuşdur. Lənkəran rayon məhkəməsinin 28 avqust 2023-cü il tarixli qərarında əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi barədə 25 avqust 2023-cü il tarixli qərarda «zərurət olduqda yaşayış yerinə baxış keçirilməsi» hissəsi qanunsuz hesab edilməklə ləğv edilmişdir. «Respublika Psixiatriya Xəstəxanası» X14 xx.xx.2023-cü il tarixli arayışda göstərilir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin xəstəxanada müalicə olunmamışlar. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 25 avqust 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılarkən işgəncəyə, qeyri-insani davranışlara məruz qalmaları, bu səbəbdən də etirafedici ifadə vermələri barədə məlumatları əsasında Lənkəran rayon prokurorluğu tərəfindən araşdırma aparılmış, həmin xüsusatlar təsdiq edilmədiyinə görə 27 noyabr 2023-cü il tarixli qərarlarla cinayət işinin başlanılması rədd edilmişdir. Hazırkı cinayət işinin materiallarından 27 noyabr 2023-cü il tarixli qərarla cinayətin digər iştirakçıları barəsində Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə cinayət işi ayrılmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli tələbnamələrdən görnür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışlar. Ailə tərkibi haqqında xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 subaydır. Təqsirləndirilən şəxs2 ailəlidir, himayəsində azyaşlı uşağı yoxdur. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 öz aralarında və digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək birlikdə hər biri külli miqdar təşkil edən 8,999 qram və 7,753 qram çəkilərdə narkotik vasitə heroini əldə etmələri, 8,999 qram heroini Təqsirləndirilən şəxs1, 7,735 qram heroini isə Təqsirləndirilən şəxs2 üzərlərində saxlamaqla daşımaları, sonra isə cinayətkar qrupun tapşırığına əsasən onlara ödənilməli olan 2500 manat pul müqabilində Lənkəran rayonu ərazisində, Ələt-Astara avtomobili yolunun kənarında qoyulmuş külli miqdarda 33440 qram narkotik vasitə qurudulmuş marixuananı və 2000 ədəd narkotik vasitə metadon həblərini həmin yerdən götürməklə lazım olan ünvanlara və müştərilərə çatdımaq üçün Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobillə 25 avqust 2023-cü il tarixdə saat 05:40 radələrində həmin yerə gələrək narkotik vasitələri iki ədəd kisələrdə götürüb Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobilin yük yerinə qoyaraq daşıdıqları zaman polis əməkdaşları tərəfindən saxlanılmaları, əməllərində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirlilikləri tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək Təqsirləndirilən şəxs1 Milad adlı iranlı tanışının ona az miqdarda öz istifadəsi üçün narkotik vasitə göndərməli olması, Lənkəran rayonu ərazisində Ələt-Astara avtomobil yolunun kənarına qoyulmalı olan narkotik vasitəni götürmək üçün 25 avqust 2023-cü il tarixdə gecə saatlarında Təqsirləndirilən şəxs2lə birlikdə həmin yerə gələrək iranlının atdığı konum üzrə hərəkət etməklə narkotik vasitənin qoyulduğu yerə çatdıqda narkotik vasitələr olan kisənin çox böyük olduğunu görərək onu götürməməsi, həmin vaxt polis işçiləri tərəfindən saxlanılması, narkotik vasitələrin avtomaşının yük yerinə polis işçiləri tərəfindən qoyulması barədə ifadəsini özlərini müdafiə məqsədi daşımaqla qeyri obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 Lənkəran rayonu ərazisinə narkotik vasitələri götürmək məqsədi ilə gəlməsindən məlumatsız olması, narkotik vasitələri götürməmələri, onun avtomaşınının yük yerinə qoymamaları, narkotik vasitələrin onun avtomobilinə polis işçiləri tərəfindən qoyulması barədə ifadəsini işin faktiki halları və digər sübutlarla ziddiyyət təşkil etməklə öz müdafiəsi üçün verilmiş əsassız, uydurma ifadə kimi qiymətləndirir. Belə ki, digər sübutlarla yanaşı Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil telefondakı məlumatlardan məlum olur ki, telefonda “Milad” adı ilə qeyd olunan +98 902 986 0519 nömrədən Təqsirləndirilən şəxs1 25 avqust 2023-cü il tarixdə saat 04:50-də məkan yəni konum göndərilmiş və ona narkotiklərin olduğu yer barədə mütəmadi məlumatlar vermiş, Təqsirləndirilən şəxs1 həmin günü saat 04:51-də +98 902 986 0519 nömrənin istifadəçisinə cavab olaraq səsli ismarıc göndərərək bildirir ki, “nə boyda şeydir, kamazın dalına atmaq lazımdır”, sonra Təqsirləndirilən şəxs1 həmin gün saat 05:32-də +98 902 986 0519 nömrənin istifadəçisinə cavab olaraq səsli ismarıc göndərərək bildirir ki, “Milad götürmüşəm, Bakıya çatım səni özüm yığacağam, yığma narahat eləmə məni”. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 25 avqust 2023-cü il tarixdə 05:32-də +98 902 986 0519 nömrənin istifadəçisinə səsli ismarıc göndərərək artıq narkotik vasitələri götürdüyünü bildirmişdir. Lənkəran rayon məhkəməsinin 28 avqust 2023-cü il tarixli qərarında əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi barədə 25 avqust 2023-cü il tarixli qərarda «zərurət olduqda yaşayış yerinə baxış keçirilməsi» hissəsi qanunsuz hesab edilməklə ləğv edilsə də, həmin məsələ hazırkı iş üzrə əhəmiyyətsizdir. Belə ki, hazırkı iş üzrə əməliyyat-axtarış tədbirləri keçirilərkən təqsirləndirilən şəxslərin yaşayış yerlərinə baxış keçirilməmiş, yalnız onların üzərlərində şəxsi axtarış aparılmış və istifadələrində olan avtomobilə baxış keçirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin hər birinin cinayətin törədilməsində faktiki iştiraklarının xarakterini və dərəcəsini, cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətlərini, təyin olunan cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslərin cəzalarını yüngülləşdirən və CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı halları müəyyə etməmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldıqları müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 25 avqust 2023-cü il tarixdən hesablanmalı, barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tədbiq edilməli və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdırlar. İş üzrə maddi sübut kimi tanınmaqla iş materiallarına əlavə edilmiş iki ədəd DVD disklər və bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Maddi sübutları saxlama kamerasında saxlanılan 8,899 qram və 7,653 qram çəkilərdə narkotik vasitə heroin, 33439,1 qram qurudulmuş marixuana və 1955 ədəd metadon həbləri məhv edilməli, Təqsirləndirilən şəxs1 məxsus “Redmi Xiaomi” markalı mobil telefon, sürücülük vəsiqəsi, dörd ədəd plastik bank kartları, bir ədəd pulqabı, Təqsirləndirilən şəxs2 məxsus bir ədəd «Nokia» markalı telefon onların ailələrinə verilməlidir. Ekspertiza xərci 120 manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 60 manat alınmaqla Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinib, ona cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı 25 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinib ona cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı 25 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmaqla iş materiallarına əlavə edilmiş iki ədəd DVD disklər və bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Maddi sübutları saxlama kamerasında saxlanılan 8,899 qram və 7,653 qram çəkilərdə narkotik vasitə heroin, 33439,1 qram qurudulmuş marixuana və 1955 ədəd metadon həbləri məhv edilsin, Təqsirləndirilən şəxs1 məxsus “Redmi Xiaomi” markalı mobil telefon, sürücülük vəsiqəsi, dörd ədəd plastik bank kartları, bir ədəd pulqabı, Təqsirləndirilən şəxs2 məxsus bir ədəd «Nokia» markalı telefon onların ailələrinə verilsin. Ekspertiza xərci 120 (yü iyirmi) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X3 hər birindən 60 (altmış) manat alınmaqla Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev
Məhkəmə qərarları › İş №1(099)-279/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-279/2024
07.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver