Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-279/2025 02.02.2026 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X11, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X15 və müdafiəçilər-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3, “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi5 Rəbbi oğlu və Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə xx xxxxxx 1993-cü ildə Hacıqabul rayonun Navahı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, sürücü işləyən, məhkumluğu olmayan, Hacıqabul rayonun Navahı kəndində qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 206.3.2 və 234.4-1-ci maddələri ilə, xx xxxxxx 1988-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, natamam orta təhsilli, sürücü işləyən, məhkumluğu olmayan, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, İsfahani küçəsi, döngə 1, ev 3-də qeydiyyatda olmaqla yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə, xx xxxxxxx 1985-ci ildə Zəngilan rayonun Rəbənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Zəngilan rayonun Rəbənd kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, 1-ci mədən, 20-ci korpus, ev 5-də yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında (videokonfrans əlaqə sistemindən istifadə edilməklə) açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 öz aralarında, habelə İran İslam Respublikasında yaşayan şəxsiyyətləri məlum olmayan digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitənin əldə olunması, saxlanması, daşınması və dövriyyəsini təşkil etməyə razılaşıb, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq aralarında olan vəzifə bölgüsünə uyğun olaraq cinayətkar qrupun üzvləri Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 bilavasitə sifarişi əsasında Təqsirləndirilən şəxs1 idarə etdiyi “MAN” markalı, “99EZ519/10ZB519” dövlət qeydiyyat nişanlı yük avtomobillə İran İslam Respublikasına gedib orada qrupun şəxsiyyəti məlum olmayan digər üzvlərindən dörd ədəd bağlamada qablaşdırılmış təsiredici maddəsinin ümumi miqdarı xüsusilə külli miqdarda-399,454 qram təşkil edən 9981 ədəd narkotik vasitə olan metadon həbləri və 20 ədəd narkotik vasitə olan metadon həblərin parçalarını satış məqsədi ilə qanunsuz olaraq əldə edib, həmin narkotik vasitəni malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə idarə etdiyi “MAN” markalı, “99EZ519/10ZB519” dövlət qeydiyyat nişanlı yük avtomobilinin qoşqusuna quraşdırılmış plastik su çəninin içərisində gizlədib saxlamış və bu narkotik vasitənin qrupun digər üzvləri tərəfindən Bakı şəhərində qanunsuz olaraq satılaraq əldə ediləcək qazancın öz aralarında (cinayətkar qrupun üzvləri arasında) bərabər bölünməsi barədə razılaşmaya uyğun olaraq həmin narkotik vasitənin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, yəni qaçaqmalçılıq yolu ilə keçirib cinayətkar qrupun üzvləri Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 çatdırması üçün nəqliyyat vasitəsini idarə edib 29 sentyabr 2024-cü il tarixdə, saat 11 radələrində İran islam Respublikasından (bundan sonra İrandan) Azərbaycan Respublikasına daşıyaraq Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu keçirmiş və həmin gün saat 11:30 radələrində Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsində gömrük yoxlaması zamanı Təqsirləndirilən şəxs1 idarə etdiyi “MAN” markalı, “99EZ519/10ZB519” dövlət qeydiyyat nişanlı yük avtomobilinin qoşqusuna quraşdırılmış plastik su çəninin içərisində dörd ədəd bağlamada qablaşdırılmış təsiredici maddəsinin ümumi miqdarı xüsusilə külli miqdarda- 399,454 qram təşkil edən 9981 ədəd narkotik vasitə olan metadon həbləri və 20 ədəd narkotik vasitə olan metadon həblərin parçaları aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 206.3.2 və 234.4-1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, o, evlidir, himayəsində iki azyaşlı uşağı vardır və ailəsi ilə birlikdə Hacıqabul rayonun Navahı kəndində qeydiyyatda olmaqla yaşamaqla yük maşının sürücüsü işləmişdir. Xeyli müddətdir ki, tanışı Ramil adlı şəxsə məxsus Man” markalı, 99EZ519/10ZB519 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsini etibarnamə ilə idarə etmiş və həmin yük maşını ilə əsasən İrandan Rusiyaya, həm də əks istiqamətə müxtəlif yüklərin daşınması ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs3 yük maşının sürücü kimi tanımış, münasibətləri yaxşı olmuş, sonradan Aydının vasitəsilə Təqsirləndirilən şəxs2 tanımışdır. Son vaxtlar, 2024-cü ilin avqust ayında İrana getməzdən əvvəl tanışı Aydın narkotik barədə söhbəti deyib ona İran operatoruna məxsus bir nömrə vermişdir. Sonra o, bir nəfər “Səid” adlı iranlı ilə telefonla danışmış və həmin iranlı ona İrandan dərman gətirmək barədə təklif etmiş, o da razılaşmışdır, həmçinin iranlı ona dərmanları özü onun maşınında yerləşdirəcəyini və həmin dərmanları gömrükdən keçirdəcəyini demişdir. Ona narkotik tərkibli dərmanlar olduğu deyilmiş, lakin hansı növ dərman olmasını bilməmişdir. İranlı ona həmin dərmanları aparıb Bakıda bir yerdə qoymanı və həmin yerin konumunu ona göndərməyi, sonra kimsə gəlib həmin dərmanları götürəndən sonra iranlı ona pul veriləcəyini demişdir. “Səid” adlı iranlını əvvəllər tanımamış, Aydın ona həmin iranlının telefonunu vermiş və telefonla zəng edib iranlı ilə tanış olmuşdur. 26 sentyabr 2024-cü il tarixdə Rusiyadan götürdüyü “yem yükü”nü idarə etdiyi “Man” markalı yük nəqliyyat vasitəsilə İrana aparmışdır. İranda olarkən “Səid” adlı iranlı ilə danışdıqdan sonra onunla görüşmüş, sonra həmin iranlı onun idarə etdiyi yük maşının qoşqusunda olan, yəni qoşquya əvvəldən quraşdırılmış əl-üz yumaq üçün istifadə olunan su çəninin içərisinə dərmanları, yəni narkotik tərkibli dərmanları gizlətmişdir. İranlı su çəninin içərisinə dərmanları yerləşdirdikdən sonra ona zəng edib bu barədə demişdir. Bundan sonra o, 29 sentyabr 2024-cü il tarixdə, səhər saatlarında İran gömrüyünü keçib Azərbaycanın Astara gömrük məntəqəsinə daxil olub yoxlama xəttində maşını saxlamışdır. Orada gömrük əməkdaşı yük nəqliyyat vasitəsini əvvəl rentgen aparatında yoxlayarkən şübhəli məqam olduğu demiş, sonra gömrük əməkdaşları qoşquda olan su çənini açıb içərisinə baxılarkən iranlının qoyduğu dərmanlar aşkar olunmuşdur. Su çənindən 4 ədəd bağlama aşkar olunmuş və gömrükçülər aşkar olunan dərmanların narkotik tərkibli dərmanlar olduğunu bildirmişlər. Həmin vaxt gömrük əməkdaşı ondan aşkar olunan dərmanlar barədə soruşmuş, o da dərmanları su çəninə kimin qoyduğundan məlumatı olmadığını bildirmiş, lakin sonra həqiqəti olduğu kimi demişdir. Təqsirləndirilən şəxs1 verilən sualları cavablandıraraq əlavə ifadəsində bildirmişdir ki, aşkar olunan dərmanların İrandan gətirilməsi ilə bağlı onun “Səid” adlı iranlı ilə danışıqları və razılaşması olmuşdur. Aydının bu işdə iştirakı olmamışdır, Aydın yalnız həmin iranlının telefon nömrəsini ona vermiş, başqa heç nə etməmişdir. Aydınla vatsapla yazışmaları və səsli mesajlaşması olmuşdur. Aydınla vatsapla əlaqəsi zamanı narkotik vasitənin satışı ilə bağlı heç bir danışığı olmamış, bununla bağlı olan dınışıqlar ona məxsus deyil. Həmçinin o, Məmmədi əvvəllər tanımamış, onunla heç bir əlaqəsi olmamışdır. O, telefonda Məmmədin səsinə qulaq asmışdır. Ona Məmmədin səsini Aydın göndərmişdir. Telefon danışıqlarında “patı” barədə söhbət getsə də, Məmməd ona metadon gətirmək barədə heç nə deməmişdir. O, istintaq təcridxanasında olarkən Məmmədlə tanış olmuşdur. O, sadəcə telefonda Məmmədin səsinə qulaq asmış və həmin səslərdə “patı” barədə eşitmiş, başqa nəsə eşitməmişdir. İranlı ilə dərmanların gətirilməsi məsələsi ilə bağlı aralarında olan danışıqlar barədə Aydına demiş, sonra Aydın da Məmmədin səs mesajlarını ona göndərmiş, özünün Məmmədə nə dediyini isə xatırlamır. Məhkəmədə sanksiya vaxtı nə dediyini də xatırlamır. Aydın ona zəng edib narkotik vasitə gətirməyi bildirmiş, o da bu barədə danışarıq demiş, Aydın da iranlının ona tez-tez zəng etdiyini bildirib iranlının telefon nömrəsini ona vermişdir. Aydın ona bir nəfər iranlının narkotik göndərmək istədiyini, tez-tez də ona zəng etdiyini demiş, bir müddət sonra o, Aydının dedikləri ilə razılaşıb iranlının nömrəsini Aydından götürmüşdür. Narkotikin gətirilməsi ilə bağlı Aydınla arasında heç bir razılaşma olmamışdır. Həmçinin İrandan gətirdiyi narkotikin Aydına və Məmmədə çatdırılması, sonra narkotikin satılması barədə söhbəti və razılaşması onlarla olmamışdır. Aydın sadəcə iranlının telefon nömrəsini ona vermiş, o da həmin iranlı ilə tanış olmuş, həm də Aydın iranlının və Məmmədin danışıq səslərini ona göndərmişdir. İranda görüşdüyü iranlı adının “Şah” olduğunu bildirmiş, ona görə də istintaq ifadəsində iranlının adının “Şah” olmasını və həmin şəxsin dərmanları maşının qoşqusunda olan su çəninin içərisinə qoyduğunu bildirmişdir. O, dərmanları su çəni ilə birlikdə Bakıda yol qırağında bir yerdə qoyub sonra iranlıya bu barədə konum göndərməliymiş. Aydın ona iranlının əvvəl, haçansa Azərbaycana “patı” göndərdiyini demişdir. İranlı ona əvvəl narkotik göndərəcəyini demiş, sonra isə dərmanlar vermişdir ki, İrandan Azərbaycana keçirsin, o da razılaşmışdır. Dərmanların sifarişçisinin kim olduğunu bilməmiş, iranlı da bu barədə ona deməmişdir. Telefonda danışdığı şəxs adının “Şah” olduğunu demiş, sonra telefonda səs atmış və vtsapla yazışmaları olmuşdur. Bu işdə Aydının və Məmmədin heç bir iştirakı olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadələrini heç bir təsir olmadan tam sərbəst vermiş və həmin ifadələrini təsdiq edir. Hazırda törətdiyi əməlindən peşmandır. Eyni zamanda Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrində göstərmişdir ki, o, 8 ildir ki, yük maşının sürücüsü işləməklə adətən beynəlxalq yük daşımaları ilə məşğul olmuşdur. İdarə etdiyi “Man” markalı, 99EZ519/10ZB519 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi tanışı Ramil Ağayevə məxsusdur və o, həmin nəqliyyat vasitəsini etibarnamə ilə idarə etmiş və son vaxtlar həmin nəqliyyat vasitəsi ilə İrandan Rusiyaya, həm də əks istiqamətə yüklərin daşınmasını həyata keçirmişdir. 2024-cü ilin təxminən avqust ayında tanışı Aydın adlı sürücü ona zəng edib “İranda bir nəfər şəxs var, o Azərbaycana “patı” (metamfetamin) göndərir, istəsən onunla danış iş gör” deyib iranlının nömrəsini göndərmiş, o da həmin iranlı ilə əlaqə saxlamış və bu şəxs özünü “Şah” kimi təqdim edib “mən Azərbaycana narkotik vasitələr göndərirəm, istəsən səninlə işləyərik, yaxşı da pul verərəm” demiş, o da “fikirləşim, İrana gələndə sənə bir xəbər verərəm” demişdir. Bundan sonra bir dəfə, yəni 29 avqust 2024-cü il tarixdə o, İrana gedib oradan Rusiyaya akkumlyator yükü aparmış, amma həmin vaxt İrana gəlməyini “Şah”a bildirməmişdir. 03 sentyabr 2024-cü il tarixdə o, İrandan götürdüyü yükü Azərbaycandan tranzit keçməklə 09 sentyabr 2024 tarixdə Rusiyanın Moskva şəhərinə aparmış, 22 sentyabr 2024-cü il tarixdə geri qayıdanda Bakıya yük gətirmişdir. 26 sentyabr 2024-cü il tarixdə o, İrana yük götürmək üçün gedəndə vatsapla “Şah”a zəng edib İrana gəldiyini, təklifini qəbul etdiyini, İranda onunla görüşüb məsələni danışmaq istədiyini demiş, o da Astarada olanda ona xəbər verməyini bildirmişdir. 26 sentyabr 2024cü il tarixdə, saat 14-15 radələrində o, idarə etdiyi “Man” markalı, 99EZ519/10ZB519 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə Astara gömrük postundan və Azərbaycan-İran dövlət sərhəddini keçib İranın Astara şəhərinə daxil olub orada maşını terminalda saxlayıb Astara şəhərində yerləşən otelə getmiş, sonra “Şah”a zəng vurub otelin yaxınlığında onunla görüşmüşdür. Həmin vaxt “Şah” dayısı olduğu dediyi bir kişi ilə onunla görüşə gəlmişdir. Söhbət zamanı “Şah” ona “Azərbaycana göndəriləsi 4 bağlama “dərman” var, hər bağlamasına görə 1500 manat olmaqla, cəmi 6000 manat pul verəcəm, gedim sənin maşınına baxım görək hara yerləşdirmək olur” demiş, sonra o, bu şəxsə maşınını saxladığı yeri və nömrəsini bildirmiş və “Şah”da dayısı ilə maşına baxmağa getmiş, özü isə otelə qayıtmışdır. Təxminən bir saat yarım sonra “Şah” zəng edib “maşına baxdıq, qoşquda arxa tərəfdə quraşdırılmış su çəninə “mal”ı yerləşdirmək olar” demiş, o da razılıq vermişdir. Sonra “Şah” ona “biz “mal”ı özümüz yerləşdirəcəyik, sən narahat olma” demiş, o isə gömrükdən keçən zaman skanda malın aşkar edilə biləcəyini bildirmiş, “Şah” da “sən narahat olma, həm İran, həm də Azərbaycan gömrüyündə tanışımız var, sənin maşının problemsiz olaraq keçib gedəcəkdir, mən həll edəcəm” demiş, amma konkret olaraq hansı formada həll ediləcəyini bildirməmiş, o da ona inanıb razılaşmışdır. 29 sentyabr 2024-cü il tarixdə, səhər saatlarında “komputer aksesuarları” yükünü maşınına yüklədib yola düşmüş, saat 11 radələrində İran-Azərbaycan dövlət sərhədini keçib Azərbaycan Respublikası ərazisinə-Astara Gömrük İdarəsinə daxil olub bir qədər növbədə gözlədikdən sonra yük idxal xəttinə yaxınlaşmışdır. Astara Gömrük İdarəsinin yük idxal xəttində gömrük əməkdaşı şifahi şəkildə onu sorğu-sual edib özünə məxsus əşyalarda və yük nəqliyyat vasitəsində gömrük nəzarətinə mütləq bəyan olunası və gömrük nəzarətindən gizlədilmiş predmetlərin olub-olmamasını soruşmuş, o da mütləq bəyan olunası və gömrük nəzarətindən gizlədilmiş predmetlərin olmadığını bildirmişdir. Sonra idarə etdiyi nəqliyyat vasitəsi rentgen qurğusundan keçirilmiş, həmin vaxt gömrük əməkdaşı qoşqudakı su çənində şübhəli cizgilər görsəndiyi bildirilib içərisində nəsə olubolmadığı soruşmuş, o isə su çənində gətirdiyi “dərmanlar”ın olmasını bildirməmiş, “Şah” yəqin tapşırıb, sorğu-sual edib buraxacaqlar deyə fikirləşmişdir. Bundan sonra gömrük əməkdaşı iki nəfər hal şahidinin və özünün iştirakı ilə, həm də videoçəkilişlə idarə etdiyi yük maşınına gömrük yoxlaması keçirmişdir. Yoxlama zamanı idarə etdiyi “Man” markalı, 99EZ519/10ZB519 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin qoşqusunda olan su çəni sökülmüş və su çəninin içərisində dörd ədəd falqaya bükülmüş bağlamalar və bağlamaların içərisində 250 blister olmaqla, üzərində “Methadone 40” yazısı olan, ümumilikdə 1000 blister dərmanlar aşkar edilmişdhir. Şifahi sorğu-sual zamanı o, məsuliyyatdən yayınmaq məqədilə həmin dərmanların su çəninə qoyulmasından xəbəri olmadığını demişdir. Yoxlama başa çatandan sonra aşkar olunan 1000 blister həblər gömrük inspektoru tərəfindən qablaşdırılıb götürülmüşdür. O, tutulmayacağı halda “Şah”ın tapşırığı ilə həmin dərmanları Bakı şəhərinə yaxın ərazidə, Ələt qəsəbəsindən yol kənarında bir yerə qoyub “Şah”ın nömrəsinə vatsap vasitəsilə həmin yerin konumunu və fotoşkili atmalı, sonra o da kiməsə deyəcəkmiş ki, gəlib həmin dərmanları oradan götürsün, amma kimin gəlib götürəcəyini o, bilməmişdir. “Şah”ın tapşırığı ilə o, onunla olan yazışmaları İrandan Azərbaycana keçməzdən əvvəl hər ehtimala qarşı telefonundan silmişdir. Gətirdiyi malın narkotik vasitə olmasından xəbəri olmamış, adi dərman vasitəsi bilib gətirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə telefon danışıqlarına dair məlumatlar tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq edib, ona məxsus mobil telefonun yaddaşında aşkar olunmuş danışıqların özünə aid olduğunu və həmin danışıqları təsdiq etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, evlidir, himayəsində iki azyaşlı uşağı vardır, rəsmi olaraq heç bir yerdə işləməmiş, lakin özünə məxsus yük nəqliyyat vasitəsi ilə fərdi qaydada xarici ölkələrə yük daşımaqla məşğul olmuşdur. O, 2006-2007-ci illərdə taksi sürücü işləyən vaxtlardan Təqsirləndirilən şəxs2 tanımış, aralarında yaxşı münasibətləri olmuş, həmçinin həmin vaxtlarda “patı” adlanan narkotikdən bir yerdə istifadə etmişlər. Yük maşının sürücü Təqsirləndirilən şəxs1 da tanımış və aralarında yaxşı münasibətləri olmuşdur. 2024-cü ilin avqust ayında küçədə təsadüfən Məmmədlə rastlaşmış, söhbət zamanı Məmmədə “tır” sürücü olduğunu, xarici ölkələrə-Rusiyaya, Qazaxıstana yük daşımaqla məşğul olduğunu demişdir. Həmin vaxt Məmməd bir nəfər iranlı tanışı olduğunu, İrana getsə həmin şəxslə görüşüb onun üçün narkotik maddə gətirməsini demiş, o da İrana getmədiyini, lakin İrana gedib-gələn bir nəfər tanış sürücü, yəni Fərrux adlı şəxsin olduğunu, onunla danışıb bir söz deyəcyəni bildiomişdir. Sonra Məmməd ona dediyi iranlının telefon nömrəsini vermişdir ki, İrana gedən sürücüyə həmin nömrəni versin ki, İrana gedən vaxt gedib onu tapa bilsin. Sonra o, tanışı Fərruxla danışıb ona Məmmədin verdiyi telefon nömrəsini verib Məmmədin xahişini ona çatdırmış, Fərrux da İrana gedərkən Məmmədin dediyi narkotiki gətirəcəyini bildirib buna görə nə verəcəyini soruşmuş, o da bu işə görə ona nə veriləcəyini bilmədiyni demişdir. Sonra o, Fərruxun telefonla danışıq səsini Məmmədə göndərmişdir ki, Məmməd iranlı ilə danışıb razılaşsınlar. Həmin vaxtdan sonra Məmməd ona tez-tez zəng edib bu məsələni soruşmuş, o da Fərruxun iranlı ilə danışıbdanışmaması barədə məlumatının olmadığını bildirmişdir. Sonradan o, Məmmədlə danışmamış, həmçinin Fərruxun da İrana gedib iranlı ilə görüşüb narkotik maddə götürüb gətirməsindən onun heç bir məlumatı olmamışdır. 30 sentyabr 2024-cü il tarixdə gömrük əməkdaşları gəlib onu tutub gömrük idarəsinə aparmış, orada ona məlum olmuşdur ki, Fərrux İrandan gələrkən maşınında narkotik maddə aşkar olunduğundan tutulmuşdur. Həmin məsələ ilə bağlı o, izahat verib bildirmişdir ki, Fərruxun İrana getməsindən və kimdənsə narkotik alıb gətirməsindən xəbəri olmamış, lakin tanışı Məmməd adlı şəxsin xahişi ilə bir nəfər iranlının telefon nömrəsini Fərruxa vermişdir ki, İrana gedən vaxt həmin şəxslə görüşüb Məmməd üçün az miqdarda narkotik maddə gətirə bilərsə gətirsin, Fərrux da İrana gedəndə bu işi həll edəcəyini bildirmişdir. Həmin vaxtdan sonra onun Fərruxla və Məmmədlə heç bir əlaqəsi olmamışdır. İbtidai istintaq zamanı Məmmədlə üzləşdirmə zamanı da belə demiş, orada narkotikin satılması və 50000 manat söhbəti olmamışdır. Telefon danışıqları zamanı o, Fərruxun səs danışığını Məmmədə, həm də iranlığının səs danışığını Fərruxa göndərmişdir ki, bu məsələni özləri həll etsinlər. İbtidai istintaq zamanı nə ifadə verdiyini xatırlamır, həmin vaxt ifadəsini müstəntiq yazmış, oxuya bilmədiyini görə ifadəsində yazılanlardan məlumatı olmamışdır. Ona görə də onun adından ibtidai istintaq zamanı yazılmış ifadəsini təsdiq etmir. O, heç kimə İrandan narkotik maddə gətirmək sifarişini verməmiş, Fərruxun İrandan gətirdiyi narkotik maddənin sifarişçinin kim olması barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxs3 verilən sualları cavablandıraraq ifadəsində bildirmişdir ki, o, əvvllər ayda bir-iki dəfə narkotiklərdən istifadə etmiş, sonradan narkotiklərdən istifadə etməmişdir. O, narkotik vasitə gətirilməsini heç kimə sifariş verməmiş, yalnız telefonla vatsapda Məmmədin və Fərruxun, həm də ona göndərilmiş iranlının səslə danışıqlarını biri-birinə göndərilməsində vasitəçi kimi iştirak etmiş, başqa bir rolu olmamışdır. Məmmədin ona dediyi narkotiki Fərrux gətirmiş olsaydı belə, həmin narkotikin kimin götürəcəyi barədə də onun məlumatı olmamışdır. Fərruxun maşında metadon aşkar olunmasına görə tutulmasını eşitmiş, lakin həmin narkotikin kimin sifarişi ilə gətirilməsi barədə məlumatı yoxdur. Məmməd istifadəsi üçün “patı” gətirilməsini istəsə də, Fərrux metadon gətirmişdir, ona görə də belə güman edir ki, həmin metadon narkotik maddəni Məmməd sifariş etməmişdir. Telefonunda iranlının və Fərruxun yazı və danışıq səslərin olması və gətiriləcək narkotik satılması və əldə olunacaq pulun bölünməsi ilə bağlı danışıqlar ona aid deyil, o, heç kimlə bu barədə söhbətlər etməmiş, bunlar onun telefonuna sonradan yazılmaqla əlavə edilmişdir. Ona görə də o, verilmiş ittiham üzrə özünə təqsirli bilmir. Təqsirləndirilən şəxs3 əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadələri (CPM-nin 327.1.3-cü maddəsinə əsasən) elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrində göstərmişdir ki, o, özünə məxsus olan "MAN" markalı, 99BN186/99ZX186 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə fərdi qaydada xarici ölkələrə yük daşımaqla məşğul olmaqla, adətən Türkiyəyə, Rusiyaya və Qazaxıstana gedib-gəlmişdir. Təxminən 03 ya da 04 avqust 2024-cü il tarixdə Binəqədi rayonun ərazisində "Sentralni" deyilən yerdə olan "Qızqalası" marketin yaxınlığında küçədə köhnə tanışı Məmməd adlı şəxsi görüb onunla görüşmüş, söhbət zamanı “tır” sürdüyünü bildirmiş, Məmməd də narkotiklə tutulduğunu, sonra həbsdən buraxıldığını deyib yük maşını ilə haralara getdiyini soruşmuş, o da Türkiyə, Rusiya və Qazaxıstana gedib-gəldiyini bildirmiş, sonra Məmməd İrana gedib-getmədiyini soruşmuş, o da İrana getmədiyini demişdir. Məmməd İrana gedib-gələn tanış sürücü olub-olmadığını soruşub həbsxanada olan vaxtı tanış olduğu bir şəxsin İranda dostu olduğunu və İrandakı həmin şəxsdən narkotik gətirtmək istədiyini demiş, o da elə bir tanışı olmadığını, olacağı təqdirdə bildirəcəyini deyib əlaqə üçün nömrəsini Məmmədə vermişdir. Həmin vaxtdan sonra Məmməd hər gün ona zəng edib adam tapıbtapmadığını soruşmuş, o da Məmmədin hər gün zəng etdiyini görüb onun bu hərəkətindən bezib ona bir nəfər sürücü tanışının olduğunu, həmin adamın özü ilə danışıb əgər razılıq versə nömrəsini verəcəyini demişdir. Bundan sonra 08 avqust 2024-cü il tarixdə yük maşını sürücüsü kimi tanıdığı Fərrux adlı şəxsə zəng edib ondan İrana gedib-getmədiyini soruşmuş, Fərrux da gedib-gəldiyini demişdir. Sonra o, Fəruxa “bir tanışım var, İrandan ona “mal” gələcək” demiş, Fərrux da malın nə olduğunu soruşmuş, ona narkotik olduğunu demiş və Fərrux da bu təklifə razılıq vermişdir. O, Fərruxdan nömrəsini Məmmədə veribverməməyi soruşmuş, Fərrux da hələ nömrəni verməməyi, ancaq Məmmədin nömrəsini ona göndərməyi tapşırıb Məmmədə özünün zəng edəcəyini, İran tərəfə keçdikdən sonra İran nömrəsi ilə həmin adama zəng edəcəyini demişdir. Bundan bir müddət sonra Məmməd yenə ona zəng edib həmin adamın nə dediyini, razı olub-olmadığını soruşmuş, sonra o, yenə Fərruxa zəng edib danışmış, Fərrux ona Qəbələ rayonunda olduğunu, yaxınlarda Rusiyaya gedəcəyini, Rusiya tərəfə keçdikdən sonra rus nömrəsi ilə özü zəng edəcəyini demişdir. Həmin vaxt Fərrux İrandan narkotik gətirən zaman Məmməd və ya İranda narkotiki verən adamın hüquq mühafizə orqanlarına məlumat verməsi nəticəsində tutula bilcəyindən narahat olmuş, bu barədə Fərruxun vatsapla göndərdiyi səsli mesajı o, Məmmədə göndərmiş, Məmməd də ona səsli mesaj göndərib elə bir şeyin ola bilməyəcəyini, çünki həmin malın onun özünə (Məmmədə) gəldiyini və buna görə də öz malını tutdurmayacağını bildirmişdir. Sonra o, İrandakı şəxsin də Məmmədə göndərdiyi səsli mesajı ona göndərmiş və deməsinə görə İrandakı şəxsin adı “Səid” olmuş, “Səid” adlı şəxs də heç bir narahatçılığa səbəb olmadığını, yüksək məbləğdə pul vəd etdiyini, həmçinin bir neçə səfər onun göndərdiyi narkotik vasitələri daşıdıqdan sonra Fərruxun özünə tır ala biləcəyini bildirmişdir. Həmin vaxt göndərilən səslərin birində Məmməd əgər Fərrux malı daşısa 50 min manatlıq bir gəlir olacağını və həmin gəlirin 4 nəfər (Fərrux, Məmməd, iranlı və özü) arasında bərabər şəkildə bölünəcəyini bildirmişdir. Sonra o, həmin səsli mesajları yönləndirib Fərruxa göndərmişdir. 2024-cü ilin avqust ayının 12-13-də Məmməd yenə ona zəng edib “malı” daşımalı olan tanışından nə xəbər çıxdığını soruşmuş, o da Fərruxun axırıncı dəfəki danışıqda razılıq versə də, yəqin indi daşımaq istəmədiyi demişdir. Bundan sonra İran nömrəsindən ona zəng gəlmiş, zəng edən şəxs nömrəni Məmmədin verdiyi bildirib ona İrana gəlib malı aparmağı təklif etmiş, o isə İrana getmədiyini və elə bir “malı” daşımaq istəmədiyini demişdir. Sonra o, Fərruxa mesaj yazmış, sonra da səsli mesaj da göndərib fikrinin nə olduğunu soruşmuş, Fərrux da məsələni həll edəcəyini demişdir. Bundan sonra Fərrux İrana gedib narkotiki öz maşınında gətirmişdir. Əgər narkotik sərhəddən keçmiş olsaydı, Məmmədlə gedib narkotiki götürməli və narkotikin satışı məsələsini də Məmməd özü təşkil edəcəkmiş, özünün işi isə ancaq vasitəçilik etmək olmuşdur. İşdə olan, 03 oktyabr 2024-cü il tarixli üzləşdirmə protokolu müəyyən edilir ki, Təqsirləndirilən şəxs3lə Təqsirləndirilən şəxs2 üzləşdirilərkən Təqsirləndirilən şəxs3 ifadələrində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs2 üzünə deyərək ifadəsini bir daha təsdiq etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələr, habelə üzləşdirmə zamanı verdiyi ifadəsi elan olunduqdan, eləcə də telefon danışıqlarına dair məlumatlar tədqiq edildikdən sonra Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadələrini, həm də üzləşdirmə zamanı verdiyi ifadəsini təsdiq etməyib əlavə ifadəsində göstərmişdir ki, həmin ifadələrini təzyiq altında vermiş və ifadələrdə nələrin yazılmasında xəbəri olmamış, həmçinin savadsız olduğundan ifadələrini oxuya bilməmişdir. Hazırda o, məhkəmədə verdiyi ifadəsini təsdiq edir və bir daha bildirir ki, Fərruxun İrandan narkotik vasitə gətirilməsində iştirak etməmiş, bu işlə onun heç bir əlaqəsi olmamışdır. Həmçinin tanışı Məmmədin də bu işdə iştirak etməsindən heç bir məlumatı yoxdur. O, sadəcə olaraq Fərruxa və Məmmədə telefon nömrələrini vermiş, başqa bir hərəkət etməmişdir. Ona görə də o, verilmiş ittiham üzrə özünü təqsirli bilmir və ümumiyyətlə o, heç bir cinayət əməli törətməmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, əvvəllər evli olmuş, arvadı ondan ayrıldıqdan sonra iki azyaşlı uşağı onun himayəsində qalmış, həmin uşaqlar indi də onun himayəsindədirlər. Təqsirləndirilən şəxs1 əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır, lakin digər Təqsirləndirilən şəxs3 2006-cı ildən tanımış, münasibətləri həmişə yaxşı olmuş, əvvəllər taksi sürücüsü kimi bir yerdə işləmişlər. Əvvəllər o, “patı” adlanan narkotikdən istifadə etmiş, başqa növ narkotiklərdən istifadə etməmişdir. Hətta bir dəfə 2023-cü ilin oktyabr ayında polis əməkdaşları narkotiklə bağlı onu tutmuş, lakin cinayət törətməsi təsdiq olunmadığına görə 4 aydan sonra həbsdən buraxılmış, elə həmin vaxtdan sonra narkotikdən ümumiyyətlə istifadə etməmişdir. Tanışı Aydının da narkotikdən istifadə etməsini bilmişdir. 2024-cü ilin avqust ayında küçədə təsadüfən Aydınla rastalaşıb haləhval tutub söhbət edərkən Aydın “tır”, yəni yük maşını sürdüyünü, xaricə mal-yük aparıb gətirdiyini bildirəndə o, instaqramda iranlı “Səid” adlı şəxslə tanış olduğunu, İrana getsə həmin şəxsdən onun üçün narkotik gətirməsini və bir yerdə istifadə etmələrini demiş, Aydın isə onun Rusiyaya yük apardığını, İrana getmədiyini, amma bir nəfər dostunun olduğunu İrana getsə ona deyə biləcəyini demiş, o da iranlının telefon nömrəsini Aydına vermişdir ki, tanışı sürücüyə versin ki, İrana gedəndə dediyi şəxələ, yəni iranlı “Səid”lə görüşüb ondan onun üçün az miqdarda, yəni 30-40 manatlıq “patı” gətirsin. Həmin vaxtdan sonra Aydından bir xəbər çıxmamış və o, Aydınla görüşməmiş, heç bir əlaqəsi də olmamışdır. Aydına verdiyi telefon nömrəsinin Aydının tanışı sürücü olan şəxsə veribverməməsindən, həmçinin həmin şəxsin İrana gedib-getməməsindən xəbəri olmamışdır. Əgər Aydının dediyi şəxs İrana gedib oradan onun üçün “patı” gətirmiş olsaydı, o da həmin şəxsə 30-40 manat pul verib həmin narkotiki götürüb istifadə edəcəkmiş, lakin belə bir hal olmamış, Aydının dediyi şəxs onun üçün 30-40 manatlıq “patı” gətirməmişdir. 2024-cü ilin oktyabr ayında bir qrup gömrük əməkdaşları yaşadığı evə gəlib onu axtararkən, onun satdığını maşınla adam vurulduğunu, həmin maşına görə banka kredinin olmasını bildirib banka getməli olduğunu demiş, o da nəyə görə banka getməli olduğunu demiş, sonrada evdən qaçıb dayısıgilə getmiş, sonra polislər də evinə gəlib onu axtarmışlar. Bundan sonra atası gömrük idarəsinə gedib kiməsə telefon nömrəsi verməsi ilə bağlı məlumatlarla bağlı çağırıldığını öyrəndikdən sonra, yəni 02 oktyabr 2024-cü il tarixdə özü könüllü olaraq gömrük idarəsinə (DGK-nə) gedib müstəntiqə təqdim olunmuş və orada ona məlum olmuşdur ki, Aydının tanışı olan Fərrux adlı şəxs İrandan qayıdarkən yük maşınında metadon aşkar edildiyi üçün tutulmuşdur. O, Fərrux adlı şəxsi tanımamış, ona İrandan metadon narkotiki gətirməsini sifariş verməmişdir. O, “patı” adlanan narkotikdən istifadə etsə də, metadondan istifadə etməmişdir. Ona görə də Fərrux adlı şəxsin İrandan gətirdiyi matadonun ona heç bir aidiyyəti yoxdur. Həmçinin o, tanışı Aydını onun üçün metadon gətirilməsini sifariş verməmişdir, sadəcə olaraq Aydına iranlının telefon nömrəsini vermişdir ki, əgər tanışı İrana getsə həmin iranlı ilə görüşüb onun üçün az miqdarda, yəni 30-40 manatlıq “patı” gətirsin, sonradan Aydınla, həm də iranlı “Səid”lə əlaqə saxlamadığından dediyi işin nəticəsi barədə heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs2 verilən sualları cavablandıraraq əlavə ifadəsində bildirmişdir ki, instagramda tanış olduğu iranlı “Səid”lə danışıb 1-2 də ondan narkotik alıb istifadə etmiş, lakin sonradan onunla əlaqəsi olmamışdr. Tutulmamışdan bir müddət əvvəl Aydına iranlının telefon nömrəsini vermişdir ki, tanışı İrana getsə 30 manatlıq “patı” gətirsin və bölüb istifadə etsinlər. Son vaxtlar Aydınla telefon danışqları zamanı narkotiklə bağlı söhbətləri olmamış, əvvəllər isə telefonla bu barədə danışıb-danışmadıqlarını xatırlamır. Aydınla əvvələr bir yerdə “patı” əldə edib istifadə etdikləri üçün Aydına demişdir ki, tanışı İrana getsə 30-40 manatlıq “patı” gətirsin. O, gömrük idarəsində müstəntiqə ifadə verəndən sonra məhkəməyə aparılmış və barəsində həbs qərarı çıxarılmışdır. Həmin vaxtlarda Aydın tutulmamış, onun nəyə görə tutulmamasını bilməmiş, sonradan isə ona məlum olmuşdur ki, Aydın izahat vermişdir ki, Azərbaycana gətiriləcək “malı” (narkotiki) guya onunla (Təqsirləndirilən şəxs2la) birlikdə “dağıdacaqlarmış”, əslində isə onun Aydınla belə bir razılaşması olmamışdır. İranlı ona tez-tez zəng edib Aydını soruşandan sonra o da Aydına zəng etmiş, lakin Aydın telefona cavab verməmiş, bundan sonra iranlıya onu narahat etməməsini bildirmiş və həmin vaxt aralarında başqa bir söhbət olmamışdır. Aydınla üzləşdirmə zamanı o, iranlının telefon nömrəsini verdiyini demiş, başqa hansısa narkotikin gətirilməsi ilə bağlı aralarında söhbətlərin olmamasını bildirmiş, Aydının isə ona nə dediyini xatırlamır, çünki üzləşmə çox qısa müddət çəkmiş və Aydını tez otaqdan çıxarmışlar. Üzləşdirmə zamanı satılacaq “malın” (narkotikin) 50.000 manatı 4 nəfər arasında bölünəcək söhbəti olmamış, həmçinin üzləşmə zamanı soruşulanda Aydın “gələcək malı qəbul edib verəcəkdim Məmmədə” demiş, başqa söhbətlər olmamışdır. Təqsirləndirilən şəxs2 əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün (CPM-nin 327.1.3-cü maddəsinə əsasən) məhkəmdə onun ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrində göstərmişdir ki, o, Fərrux adlı şəxslə heç vaxt üzbəüz görüşməmiş və onunla hətta telefonda belə danışmamışdır. 15 ildən artıq müddətdir ki, Aydını tanımış, Aydın yük maşını sürmüş, bundan əvvəl onunla taksi sürücüsü kimi birgə işləmişlər. 2023-cü ilin yay aylarında sosial şəbəkədə tanış olduğu İranda yaşayan “Səid” adlı şəxs İrandan “patı” göndərə biləcəyini demiş, o da narkotik istifadəsi olduğundan həmin narkotik vasitənə əldə etmək üçün tanışı Aydına “sən xaricə yük maşını sürürsən, İranda mənim bir nəfər tanışım var, o patı göndərmək istəyir, sən gətirə bilərsənmi?” soruşmuş, Aydın da “mən İrana yük aparıb gətirmirəm, Rusiyaya gedirəm, amma mənim bir tanışım var, adı Fərruxdur, o İrana yük daşıyır, onunla danışaram, əgər istəsə sənə xəbər verəcəm” demişdir. Sonra o, iranlı “Səid”in telefon nömrəsini Aydına göndərmişdir ki, o da bu nömrəni Fərruxa göndərsin və onlar özləri (iranlı “Səid” ilə Fərrux) danışsınlar, amma onların danışıb-danışmadıqlarını bilməmiş, daha sonra onlarla (Aydın, iranlı “Səid” və Fərruxla) əlaqəsi kəsilmişdir. 01 oktyabr 2024-cü il tarixdə axşam saatlarında iranlı “Səid” ona zəng vurub Aydını soruşmuş, ondan Aydını nə səbəbə axtardığını soruşanda o, “Fərruxla bir dəfə “dərman” göndərmişəm, mənə Aydın lazımdır, onu tap qoy mənimlə danışsın” demiş, sonra o da Aydına zəng etmiş, lakin zəng çatmamış, bundan sonra o, “Səid”ə Aydına zəng çatmadığını demişdir. O, iranlıdan 30-40 manatlıq öz istifadəsi üçün “patı” sifariş etmiş, Fərruxun gətirdiyi metadon həblərindən isə xəbəri olmamış və bu işə onun heç bir aidiyyəti və iştirakı olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadələr, habelə üzləşdirmə zamanı verdiyi ifadəsi elan olunduqdan, eləcə də telefon danışıqlarına dair məlumatlar tədqiq edildikdən sonra Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq edib, üzləşdirmə zamanı verdiyi ifadəsini təsdiq etməyib əlavə ifadəsində göstərmişdir ki, üzləşdirmə zamanı deyilərlər ifadəyə düzgün yazılmamış, həmçinin telefon danışıqlarında göstərilənlərin ona heç bir aidiyyəti yoxdur. O, Aydınla telefonda danışsa da, Fərruxla və iranlı ilə heç bir telefon danışığı olmamış, həmçinin İrandan narkotik maddənin gətirilməsi ilə bağlı Fərruxa sifariş verməmiş, Fərruxun İrandan narkotik maddənin gətirməsində onun heç bir iştirakı olmamışdır. Ona görə də o, verilmiş ittiham üzrə özünü təqsirli bilmir və ümumiyyətlə o, heç bir cinayət əməli törətməmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olmaları məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid4 şahid ifadəsində göstərmişdir ki, o, DGKnin Astara Görmük İdarəsinin əməkdaşıdır. 29 sentyabr 2024-cü il tarixdə iş bölgüsünə əsasən Astara Görmük İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsində yük maşınları üçün nəzərdə tutulmuş idxal yoxlama xəttində xidmətdə olmuşdur. Xidməti yoxlama üçün göndərilmiş “Man” markalı 99EZ519/10ZB519 dövlət qeydiyyat nişanlı yük maşınını stasionar rentgen aparatından keçirmiş və nəqliyyat vasitəsinin qoşqusunda olan su çənində şübhəli cizgilər göründüyündən sürücü Təqsirləndirilən şəxs1 apardığı yükdən savayı gömrük nəzarətinə bəyan edilməli olan yaxud gizlədilmiş predmetlər olub-olmadığını sürücülərdən soruşmuş, Fərrux da apardığı yükdən savayı gömrük orqanına mütləq bəyan edilməli olan predmetin, həm də gizlədilmiş predmetin olmadığını bildirmişdir. Sonra hal şahidlərinin və sürücü Təqsirləndirilən şəxs1 iştirakı ilə, həm də videoçəkilişlə nəqliyyat vasitəsinə yoxlama aparılmışdır. Yoxlama zamanı nəqliyyat vasitəsinin qoşqusunda yerləşən su çəni xüsusi alətlə sökülmüş və su çəninin içərisində dörd ədəd falqaya bükülmüş bağlamalar, həmin bağlamaların içərisində isə külli miqdarda metadon adlı dərman preparatları aşkar edilmişdir. Şifahi sorğu zamanı sürücü Təqsirləndirilən şəxs1 qoşnuda olan su çəninin içərisində dərman preparatları olan bağlamaların gizlədilməsindən xəbəri olmadığını bildirmişdir. Sonra aşkar edilmiş dərman preparatları qablaşdırılıb götürülmüş, daha sonra yoxlama ilə bağlı protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şahid3 Şahid4 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, o, Astara Gömrük İdarəsinin yükləmə-boşaltma hissəsində günəmuzd fəhlə işləyir. 29 sentyabr 2024-cü il tarixdə, səhər saatlarında Vüqar adlı gömrük əməkdaşının xahişi ilə o və onunla birlikdə fəhləlik edən Amid (Şahid2) Astara gömrük postunda Fərrux adlı şəxsin (Təqsirləndirilən şəxs1) idarə etdiyi yük maşının (“Man” markalı 99EZ519/10ZB519 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin) yoxlanılmasında hal şahidi kimi iştirak etmişdir. Yoxlama zamanı sürücü Fərrux adlı şəxs də orada olmuşdur. Yoxlama zamanı nəqliyyat vasitəsinin qoşqusunda olan su çəni çıxarılıb içərisinə baxılarkən çənin içərisində dörd ədəd bağlama və həmin bağlamaların içərisində isə çoxlu sayda tanımadığı dərman həbləri aşkar edilmişdir. Orada olan gömrük əməkdaşları aşkar olunan dərman həblərinin narkotik maddə olmasını bildirmişlər. Həmin vaxt sürücü Fərrux adlı şəxs su çəninin içərisində narkotik vasitənin olmasından məlumatının olmadığını bildirmişdir. Yoxlama başa çatdıqdan sonra aşkar olunmuş dərman həbləri gömrük əməkdaşları tərəfindən qablaşdırılıb götürülmüş, daha sonra yoxlama ilə bağlı protokol tərtib edilmişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti ilə dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 oğludur. Məmməd əvvəl evli olmuş, arvadı ondan ayrıldıqdan sonra iki azyaşlı uşağı Məmməd saxlamalı olmuş və hazırda da həmin uşaqlar Məmmədin himayəsindədirlər. 2023-cü ildə polis əməkdaşları oğlu Məmmədi narkotiklə bağlı tutmuş, lakin onun cinayət törətməsi təsdiq olunmadığından bir müddət sonra həbsdən buraxılmışdır. Tutulmamışdan bir müddət əvvəl bir qrup gömrük əməkdaşları yaşadığı evə gəlib Məmmədi axtarıb oğlunun satdığı maşının bankda kreditdə olduğu və həmin maşınla adam vurulduğu üçün Məmmədin onlarla birlikdə banka getməli olduğunu demiş, deyilənlərin nəsə başa düşülən söhbətlər olmadığına görə Məmməd evdən çıxıb qaçıb getmişdir. Sonra bir qrup polis əməkdaşları evə gəlib Məmmədi axtarmışlar ki, onu tutub gömrük idarəsinə aparsınlar. Belə olan halda o, gömrük idarəsinə getmiş və orada Məmmədin kiməsə telefon nömrəsi verdiyini və buna görə onun dindirilməli olduğunu öyrənmişdir. Bundan sonra 02 oktyabr 2024-cü il tarixdə oğlu Məmməd onunla birlikdə gömrük idarəsində getmiş və orada müstəntiqə könüllü olaraq təqdim olunub ona izahat verib bildiyi halları danışmışdır. Elə həmin gün gömrükdə işi aparın müstəntiq tərəfindən Məmməd tutulmuş, daha sonra məhkəmədə barəsində həbs qərarı çıxarılmışdır. Ona məlumat verilmişdir ki, oğlu Məmməd kimlərləsə birlikdə İrandan narkotik maddənin gətirilməsində iştirak etmişdir. Lakin o, buna inanmır və hesab edir ki, oğlu Məmməd əsassız olaraq tutulmuşdur. Oğlu Məmmədin dediyinə görə o, İrandan narkotik maddə gətirilməsində iştirak etməmiş, narkotik maddə gətirilən vaxt o, yaşadığı evdə olmuşdur. Sonra gömrük əməkdaşları gəlib evdə axtarış aparmışlar və evdə narkotik maddə və ya başqa qadağan olunmuş əşyalar aşkar olunmamşdır. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti ilə dindirilmiş şahidlər Şahid7 və Şahid6 Şahid5 ifadəsinə uyğun ifadələr vermişlər. İşdə olan, “X4 Sistemində sərhədkeçmə məlumatları” və digər sənədlərlə müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 idarə etdiyi “MAN” markalı, 99EZ519/10ZB519 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikasından 26 sentyabr 2024-cü il tarixdə Astara Dövlət X5 keçməklə İrana getmiş, 29 sentyabr 2024-cü il tarixdə Astara Dövlət X5 keçməklə İran ərazisindən Azərbaycan Respublikasının ərazisinə, daha sonra idarə etdiyi nəqliyyat vasitəsi ilə 20 avqust 2025-ci il tarixdə, saat 11:10-da X22 X5 keçməklə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölmənin yük maşınları üçün nəzərdə tutulmuş idxal yoxlama xəttinə daxil olmuşdur. İşdə olan, “Malların və nəqliyyat vasitəsinin yoxlanılması haqqında” 29 sentyabr 2024-cü il tarixli protokolla müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 idarə etdiyi “MAN” markalı, 99EZ519/10ZB519 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə Astara Gömrük İdarəsinin idxal yoxlama xəttinə daxil olduqdan sonra gömrük əməkdaşı onunla şifahi şəkildə sorğu-sual aparılıb üzərində, ona məxsus əşyalarda, idarə etdiyi yük nəqliyyat vasitəsində və həmin nəqliyyat vasitəsinin qoşqusunda olan yüklərdə gömrük nəzarətinə mütləq bəyan olunmalı və gömrük nəzarətindən gizlədilmiş predmetlərin olubolmaması soruşulmuş, sürücü Təqsirləndirilən şəxs1 üzərində və nəqliyyat vasitəsində mütləq bəyan olunmalı və gömrük nəzarətindən gizlədilmiş predmetlərin olmadığını bildirmişdir. Bundan sonra “MAN” markalı, 99EZ519/10ZB519 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi gömrük postunda stasionar rentgen qurğusunda yoxlamadan keçirilərkən nəqliyyat vasitəsinin qoşqusunda olan su çəninin içərisində şübhəli cizgilər müəyyən edildiyindən gömürük əməkdaşı tərəfindən hal şahidləri və sürücü Təqsirləndirilən şəxs1 iştirakı ilə, həm də videoçəkilişlə “MAN” markalı, 99EZ519/10ZB519 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin yoxlanmasına başlanmış və yoxlama zamanı nəqliyyat vasitəsinin qoşqusuna quraşdırılmış su çəninin içərisində 4 ədəd gümüşü rəngli falqaya bükülmüş bağlamada 1000 blisterdə 9981 ədəd metadon həbləri və 20 ədəd metadon həblərin parçaları aşkar edilib götürülmüşdür. Baxışla bağlı aparılmış videoçəkiliş bir ədəd CD diskə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə-fiziki və kimyəvi ekspertizasının 30 sentyabr 2024-cü il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində “Astara Gömrük İdarəsi … Təqsirləndirilən şəxs1 … (imza) …” yazıları olan paketlərin üzərində “ … Methadone 40 … ” yazısı olan 1000 ədəd blisterdə ümumi sayı 9981 ədəd qəhvəyi rəngli, dairəvi formalı dərman tabletləri və sellofanın içərisindəki 20 ədəd tablet parçaları metadondur, tərkibində metadon təsiredici maddəsinin ümumi miqdarı-399,454 qram olması müəyyən edildi. Ekspertiza tədqiqatından sonra qalıq 9976 ədəd metadon həbləri və 2,277 qram metadon həbinin parçası. Aparılmış ekspertiza tədqiqatının dəyəri 80 manat təşkil edir. İşdə olan, məhkəmə-fiziki və kimyəvi ekspertizasının 29 noyabr 2024-cü il tarixli rəyi ilə müəyyən olunur ki, Azərbaycan Respubliaksının qanunvericiliyinə əsasən metadon və metadonun aralıq məhsulu olan maddələr ehtiva edən vasitələrin ölkəyə idxalı dövriyyəsi məhdudlaşdırılmışdır. Tablet formasında metadonun Azərbaycan Respublikası dərman vasitələrinin Reyestrində qeydiyyatı mövcud olmadığından tibbi məqsədlərlə istifadəsi məqsədəmüvafiq hesab edilmir. Tədqiqata təqdim edilmiş metadon tərkibli dərman tabletləri xüsusilə külli miqdarın aşağı həddi və xüsusilə külli miqdarın aşağı həddindən artıq miqdarda iki hissəyə ayrılaraq ayrı-ayrılıqda qablaşdırılıb möhürlənmiş vəziyyətdə 23 noyabr 2024-cü il tarixdə istintaq orqanına qaytarılmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 80 manat təşkil edir. İşdə olan, “Narkotik vasitədən qanunla müəyyən edilmiş xüsusilə külli miqdarının aşağı həddi miqdarında nümunənin götürülməsi haqqında” 23 noyabr 2024-cü il tarixli protokolla müəyyən edilir ki, istintaq orqanı tərəfindən iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitə olan 9981 ədəd metadon həbləri 20 ədəd metadon həblərinin parçaları ekspertlərin iştirakı ilə baxış keçirilərək metadonun xüsusilə külli miqdarının aşağı həddi miqdarında-ümumi təsiredici miqları 160 qram olmaqla 4000 ədəd metadon həbləri ayrıca qablaşdırılıb götürülmüşdür. Ayrı-ayrı qablaşdırılmış götürülmüş nümunə-4000 ədəd metadon həbləri və 5976 ədəd metadon həbləri və 2,277 qram metadon həblərin parçaları saxlanması üçün istintaq orqanın maddi sübutlar otağına təhvil verilmişdir. İşdə olan, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli qərarı ilə müəyyən edilir ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış, 5976 ədəd həb və 2,277 qram həb parçaları metadonun cinayət işi üzrə icraat başa çatanadək məhv edilməsi və qərarın icrası Azərbaycan Respublikası Dövlət gömrük Komitəsinin əməliyyat- İstintaq Baş İdarəsinə və Narkomanlığa və X1rşı Mübarizə üzrə Dövlət Komissiyasına həvalə edilməsi qərara alınmışdır. İstintaq orqanı tərəfindən məhkəmənin bu qərarının icrası ilə bağlı Azərbaycan Respublikası Narkomanlığa və X1rşı Mübarizə üzrə Dövlət Komissiyasına 07 yanvar 2025-ci il tarixli məktub göndərilmişdir. İşdə olan, “Mobil telefona baxış keçirilməsi haqqında” 03 oktyabr 2024-cü il tarixli protokolla müəyyən edilir ki, Təqsirləndirilən şəxs3 istifadəsində olmuş “Honor 8S” markalı mobil telefona baxış zamanı telefonun vatsap proqramı bölməsində adı “Ferux at Oğrusu" kimi qeyd edilmiş (Təqsirləndirilən şəxs1 istifadəsində olmuş) +99455/216-12-50 saylı mobil nömrəsi ilə 08 avqust 2024-ci il tarixdən 13 avqust 2024-cü il tarixədək olan müddət ərzində müəyyən yazışmalar, o cümlədən aşağıdakı məzmunda yazılı və səsli mesajlar, yəni Aydın: Fərrux, neynirsən, necəsən, nə var nə yox? Canın başın? Haralardasan?, Fərrux: Salam, salam, sağ ol, yaxşı olasan, mən qəbələdəyəm, sən nağayrırsan, neynursən?, Aydın:Sükür salamatçılıqdı, neynirsən Qəbələdə? İstirahətə gemisən? Həmişə istirahətdə, işləməy geymisənsə Allah işini avand eləsin. Mənə bax e, sən İrana giriş-çıxrsanda hə? İrana gedib gəlirsən sən? Bir nefer var diyir İrana 100 150 qıram nese gelmelidir. İran terefde Azerbaycan terefde rengin menliydi. Neçeye getirerler. Risq eiiyirsen sen hele şeylere ypxsa yox?,Fərrux: Hə, gedib gəlirəm, problemi yoxdu, nöş eləmirəm ki, risksiz iş var, işlər hamısı elə risklədir də, prsota onu danışmaq lazımdır, nə verəcək, nə qədər verir? Problem deyil, gətirməyin problemi yoxdur ki., Aydın: Binəqədidə bir uşaq var, Məmməddi adı dostumdu, çoxdan tanıyram e, 2007-den zaddan. Taksidə işləyirdik bir yerdə. O uşaq deyir mənə. O da ki, ordakının səsini atmışdı mənə, rentgen deyir mənlikdi, İran tərəfdə, Azərbaycan tərəfdə. Prosta deyir qiymətini desin neçəyə gətirəcək?, Fərrux: Qiymet bilmirem axı həcmi nə boydadi 150 qramın. Maldı yoxsa ot?, Aydın: Patı, Fərrux: Onu gətirmək olar, soruş gör nə verir, Aydın: Bilirsən nə deyir? Deyir ki, iranlının səsini mənə atmışdı, deyir iran tərəfdə Azərbaycan tərəfdə rentgen mənlikdi. Soruşum qoy, görüm indi deyərəm., Fərrux: İndi fərqi yoxdu, “na vsyaki sluçu” olanda olur, belədə ki nə dəxli var onlluq deyil biz gətiririk. Onluq olursa bir az poxlu işdi ha o. Onluq olanda, ona görə demirəm ha başqa söhbət var, o göndərən oğlan ola bilərki zibilini çıxardar. Ona görə mən istiyirəm ki, onlarlıq heç nə olmasın. Bir dənə qiymət desin görək nə verir?, Aydın: Yönləndirilmiş ismarıc-Qaqa, nömrəsini istiyirsən atım, eşidirsən, sən də at qaqaşa ya onun nömrəsini sən at mənə, mən atım buna danışsınlar özləri., Fərrux: Bu danışacağımız adam hara adamıdı, kimdisə eləncinə at mənim nömrəmi, yerli adamdısa atda. O tərəflidisə nə bilim e... biraz, at fərqi yoxdu, denən yazsın, Aydın: Bildim, mən indi ona dedim. Məmmədə səs atdım, dedim qaqa birdən yəni bu adam belə bir adam olar ki, verər poxunu çıxardar, eliyər haa.. xalqın balası yanar, oyuna düşər. Bu elə belə iş deyilki İran., Fərrux: Gözləsin İrana gedecem onda verer ora nömresiyle danişaram, Avdin: Mənə bax e, başqa vatsapın var? Başqa nömrə zad? Başqa da. Bu işlətdiyimiz ömrələrdən başqa vatsapın varsa onu atım onla danış. Yoxsa elə bir dnə azərbaycan nömrədədi vatsap? Bu iranlıdı, bunun səsini Məmməd atmışdı mənə. Məmməd Binəqədidə qalır, bildin? İranlının səsini mənə atmışdı Məmməd, bildin? Məmməd 3-4 gün qabaq mənə dedi belə bir adam var, dedim mən ora getmirəm. Sonra təzdən bir də yazdı mənə dünən, dedim bir uşaq var ora gedən, bilmirəm risk edər yoxsa yox, deyərəm, bildin? Sonra o iranlının səsini mənə atdı. Səsinə mən qulaq asdım, deyir ki, birinci dəfə çox yox “100-150” verəcəm, davamında işləsə çəkisinidə, puluda çoxaldarıq. Deyir İran tərəfdə mənlikdi, bizim tərəfdə. Bu səsə mən özüm də qulaq asmışam. Sadəcə işi ehtiyyatlı görmək lazımdı. Mənlikdi deməklə deyilki, iranlıdı tanımırıq eləmərik. Amma belə deyir, nolsun deyir mənlikdi. Yaxşı.,Fərrux: Nömrəm bir dənədi, ona görə deyirəm. Bilirəm onları tanımırsan eləmirsən, o mənlikdi deməklə deyilki. Əgər belə rahatdırsa lyuboy adamla göndərsində, belə rahatdısa. “100-150” yaxşıdı da, narmalni pul versə sonra çoxaldıb ona atmaq olar, 2 kq “atmaq” olar., Aydın:. Qov deyim ona. Bu adam tanıdığım adamdı Məmməd. Ordan verər, çox adamlar elə eliyir qardaş. Ordan verər xalqın balasını deyər ki, mənlikdi, tutulandan sonra kimdi ona yaxın gedən. Ordan verər bu yandan satar gəlib tutulur ha uşaq, xalqın balası. Bildin ona görə “100-150” qram elə bir şeydi ki, onu satan olmasa onu heç vaxt tapa bilməzlər, o boyda maşında nə vare “100-150” qramı gizlətməyə. Rentgenə girəndə götürüb cibinə qoyub s saxla, yolun ortasında bir yerə atarsan bildin. Yəni bu adam salamat adamdı? Belə ilişdirib eliyə ha birdən. Qoy uşağın özünə deyim görüm ver desə, verim onun nömrəsini sənə, sən də at iranlıya. Yönləndirilmiş ismarıc- Hə problemsizdi dəlisən sən Aydın, indiyənə qədər nə qədər malını dağıtmışame... 150 nəbilim ala 300 qram, 400 qram atdırıb Xırdalana gedib götürüb gəlmişəm. Sən öl., dalıncada pramoy Binəqədiyə qədər maşın gəlib, deyib ki, hə Məmməd sən girdin evə fsyo, arxayın otur evdə mən deyəndə çıxarsan bayıra. Yönləndirilmiş ismarıc-Arxayın ol Aydın həyatı boyu, dəlisənnn, malını yandırar, 150 qram 40 manatdan bu dəqiqə 8000-9000 min pul eliyire ə..., Aydın: Uşaqda elə uşaqdı ki, onu calıyan Məmməd onunla işləyirdə Bakıda onun malını dağıdır. Dayan səsini atıram sənə. Səsini atmışaq qulaq as., Fərrux: Heç nə qoy mən bir dənə, baş ölkə nömrəsində vatsap açıb elə svyaza çıxaram onla. Əladıda əsas odu saxla əlində., Aydın: Yönləndirilmiş ismarıc-Mən bunun nömrəsini verim sənə, İranlı deyile Biləsuvarlıdı. Sırf İranlı deyil. İranlılarla arası yoxdur, söyür iranlıları zadı. Bizim Beləsuvardandı. İndi o xarici nömrəsini atır mənə xarici nömrəsini. Deyir mən xarici nömrəmi bilirsən niyə verirəm, yəni deyir o tərəf bu tərəfə keçəndə baxıb eliyəndə birdən telefonu zadı yoxluyanda tamojnuda zadda qoy baxsınlar ki, xarici nömrədi, İran nömrəsi deyil. Xarici nömrəsini atır atıram sənə, sən də at qaqaşa bir dənə əlaqə saxlasınlar özləri. Gəldi bəri bayramdıda bizdə.Yönləndirilmiş ismarıc- Bu nömrəmi ver məni yığsın, mən onunla ətraflı danışım, başa salım. Denən birinci əldən götürürsən. İkinci əldən götürmürsən ki, gələ verə malı yandıra sonra, yəni özün bil. Səsinə bax mən uşağa dedim axı qaqaş verərə malı yandırar, belə eliyər elə eliyər. O da mənim səsimi atıb iranlıya,iranlı deyile deyir Biləsuvarlıdı., Fərrux: Ə heç nə özüm onnan əlaqə saxlıyacam əla., Aydın: Yönləndirilmiş ismarıc-Bax qardaş mənim bu səsimi at qardaşa, gör sənə nə deyirəm. Mən onla birinci az miqdarda başlıyacam, başa düşdün qadansın alım. On denən birinci az miqdarda, yəni hardasa yarım kilo, 300 qram xülasə belə əslində 1 kilo ilə başlıyacaqdım belənçinə bildin? Bir kiloda xülasə oyan buyan. Amma denən babat pul verəcəm. İkinci reysi ki, görəcək ki, mən onu rentgen aparatına salıram, ikinci reysdən özü qoyacaq, mən yer var deyəcəm, bax mindənə it buraxsınlar, min dənə rentgen gətirsinlər onu göstərməz qətiyyən bildin? Çünki, mənim işim budu. Ora 300-400 minlik mal qoyacam. Heç vaxt 300-400 minlik malı gətirib orda sən də baxışla göz görə-görə hələ malı qoyuram kənara birinci onun canıdır. Başa düşdün? Heç mənə puldu maldı lazım deyil, açığı danışaq, hamın öz işi var. Birinci bu yolda dostu qardaşı qorumaqdı ikinci yenə də dostu qardaşı qorumaqdı, üçüncü yenə dostu qardaşı qorumaqdı. Bildin məni göz görə-görə ömrü boyu onu uçuruma atmarıq. Amma bu mənim əlimdən 200 faiz gəlir. Gəlsin burda mənlə üzbəüz otursun çay içsin, görsün mən nəçiyəm mənim evimi eşiyimi görsün, telefonumu açıb qoyacam qabağına , görsün nələr eliyirəm, bildin, gözünün qabağında and olsun Allaha üçüncü reysdə özünə rahat bir tır alacaq. İndi fikirləşdində gör nə qədər pul verəcəm., Aydın: Yönləndirilmiş ismarıc- Aydın necəsən bunun səsini at ona, Səyiddi adı., Aydın: Yönləndirilmiş ismarıc- Narahat olma bax bu yolda 50000 pul olacaq qardaş. 10000 sən götürəcəksən 10000 o götürəcək, 10000 mən götürəcəm, hərə miz 10000 4 nəfərik, başa düşdün? Bax bu süfrədi. Hamı yeyəcək, mən yeyəm, səni aldadam, o birisini mən yalanla palanla işim yoxdu, bildin? Açığı deyirəm biz elə adamıq ki, iki üzlü olsa o adam çörək sahibi olmayacaq. Bu süfrə açıldısa hamı çörək yeməlidi. Mənim balam var, sənin balan var, onunda balası var bildin, açığı deyirəm sənə qardaş, inşallah mənimlə əlaqə qursun, görəcək bax. Heç gəlsin demirəm mal aparsın. Gəlsin mənim evimi eşiyimi, şəraitimi, mənim dədəmi anamı, açığı deyim də görsün mən kiməm nəçiyəm. Gəlsin mənimlə bir tikə çörək kəssin., Aydın: Yönləndirilmiş ismarıc- Qardaşım 4 nəfərik 3 nəfərik ortada, nə qazanc oldu ortada yarı böləciyik. 10000 oldu 50000 oldu 100000 oldu ortadan bölünəcək pul, 4 nəfrin ortasında Aydın: Bu oyunda 4 nəfər var ordan gəlir deyir 50000 qazanc olacaq 4 nəfrə bölünəcək, hardasa 10-12 min düşəcək, nəsə belə bir şeydi. 3 reysə bir dənə iki dənə tır alacıyıq yəni. Bahadıda qaqa.. Binəqədidə od qiymətinədi. O İrandan gələcək, Binəqədidə mənim dostum yoxdu məhlə uşağı Məmməd onu calıyan bizə. Səsləri kim atır bizə deməli ona verəcəksən o dağıdacaq, bildin?, Aydın: Yönləndirilmiş ismarıc- Neyniyək ta ona denən mənə yazsın, qadasın alım gözlüyürəm. Fərrux: Təkliyə çıxım. Ata., Aydın: Yaxşı., Aydın: Bu gün yığacagsan onu xəbər gözdüyür. Bular meni yığır ki zeng elesin danışaq. Sen ne vaxt yığarsan onu mene de birdene mende deyim ona Fərrux: Denen sabah rus nomresinden yigacaq Aydın: Ok., Aydın: Fərrux neyniyirsən, necəsən, qaqaş? Onunla danışmadın? Sən təxmini nə vaxt gedərsən ora mən buna deyimdə bu nə vaxt gələ bilər ora. Ya özün bir kəlmə yaz, yığ danışda o uşağa., Aydın: Salam necəsən, yığdın onu yoxsa yox?. məzmunlu yazışmalar olmuşdur. Baxışın nəticələrini əks etdirən videogörüntülər yazılmış CD disk və yazışmaların orijinal mətn formaları 3 ədəd kağızda çap edilib protokola əlavə edilmişdir. İşdə olan, “Mobil telefona baxış keçirilməsi haqqında” 03 oktyabr 2024-cü il tarixli protokolla müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş “İphone 6” markalı mobil telefonuna baxış zamanı müəyyən olunmuşdur ki, telefonun vatsap bölməsində adı "X30" kimi qeyd edilmiş +98-939-931-6435 saylı mobil nömrəsinə (İran mobil telefon operatoruna məxsus) 01 oktyabr 2024-cü il tarixdə zəng olunub 5 dəqiqə 55 saniyə danışıq aparılmış, bundan sonra həmin nömrə ilə daha 3 dəfə əlaqə saxlanılması, həmin zənglərin 2-i Təqsirləndirilən şəxs2, 1-in isə qarşı tərəfdən edilmişdir. Həmçinin adı “Aydın Nar” kimi qeyd edilmiş 070/383-63-67 saylı mobil nömrə ilə (Təqsirləndirilən şəxs3 məsus olan nömrə) danışıqlar aparılmışdır. Baxışla bağlı nəticələrə aid fotoşəkilllər kağızda çap edilib protokola əlavə edilmişdir. İşdə olan, “Mobil telefona baxış keçirilməsi haqqında” 03 oktyabr 2024-cü il tarixli protokolla müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş “Redmi Note 12” markalı mobil telefona baxış zamanı telefonun vatsap bölməsində yazışmaların silindiyi, habelə telefonun adlar bölməsində 055/8603-06-05 mobil nömrəsinin adı “Aydın“ kimi, +**********35 mobil nömrəsinin (İran mobil telefon operatoruna məxsus) adı isə “İranlı metadon” kimi qeyd edilmişdir. Baxışla bağlı nəticələrə aid fotoşəkilllər kağızda çap edilib protokola əlavə edilmişdir. İşdə olan, “Telefon danışıqlarına dair məlumatlara baxış keçirilməsi haqqında” 21 yanvar 2025-ci il tarixli protokolla müəyyən edilir ki, 01 yanvar 2024-cü il tarixdən 30 oktyabr 2024-cü il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs2 istifadəsində olmuş 055/955-34-55 və 055/504-82-66 saylı mobil nömrələri ilə (daxil və xaric olan zənglərin siyahısı, zənglərə dair dislokasiya, göndərilən və qəbul edilən SMS-lərin mətnləri, daxil və xaric olan zəngləri, SMS-lərin qəbulu və ötürüldüyü nömrələrin məxsus olduğu şəxslərə dair anket məlumatları) qeyd edilən tarix aralığında ayrı-ayrı şəxslərlə, o cümlədən Təqsirləndirilən şəxs3 ilə əlaqə saxlayaraq qarşılıqlı danışıqlar aparılmışdır. İşdə olan, “Telefon danışıqlarına dair məlumatlara baxış keçirilməsi haqqında” 21 yanvar 2025-ci il tarixli protokolla müəyyən edilir ki, 01 yanvar 2024-cü il tarixdən 30 oktyabr 2024-cü il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 055/216-12-50 saylı mobil nömrə ilə (daxil və xaric olan zənglərin siyahısı, zənglərə dair dislokasiya, göndərilən və qəbul edilən SMS-lərin mətnləri, daxil və xaric olan zəngləri, SMS-lərin qəbulu və ötürüldüyü nömrələrin məxsus olduğu şəxslərə dair anket məlumatları) qeyd edilən tarix aralığında ayrı-ayrı şəxslərlə, o cümlədən Təqsirləndirilən şəxs3 ilə əlaqə saxlayaraq qarşılıqlı danışıqlar aparılmışdır. İşdə olan, məhkəmə kompüter-texniki ekspertizasının 10 yanvar 2025-ci il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş “RedMi Note 12” markalı, “Honor 8S” markalı və “İphone 6” markalı mobil telefonlarda mövcud olan müəyyən məlumatlar yaddaşdan silinmiş və onların bərpa edilməsi mümkün olmamış, digər məlumatlar diskə köçürülüb istintaq orqanına verilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 80 manat təşkil edir. İşdə olan, “Maddi sübutun tanınması və saxlanca qəbul edilməsi haqqında” 19 və 29 noyabr 2024-cü il tarixli qərarlarla müəyyən olunur ki, bir ədəd su çəni, 9981 ədəd metadon həbləri və 20 ədəd metadon həblərinin parçaları iş üzrə maddi sübut kimi tanınmışdır. Ekspertiza tədqiqatından sonra ayrılıqda qablaşdırılmış xüsusilə külli miqdarın aşağı həddi miqdarında nümunə kimi götürülmüş 4000 ədəd metadon həbləri, qalıq 5976 ədəd metadon həbləri və 2,277 qram metadon həblərin parçaları saxlanılması üçün DGKnin Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutlar otağına, bir ədəd su çəni DGK-nin “Azərterminalkompleks” Birliyinin anbarına (23 noyabr 2024-cü il tarixli, 217 S/2024 №-li aktla) təhvil verilmişdir. Habelə 10 fevral 2025-ci il tarixli qərara əsasən bir ədəd “RedMi Note 12” markalı, bir ədəd “Honor 8S” markalı və bir ədəd “İphone 6” markalı mobil telefonlar iş üzrə maddi sübut kimi tanınıb cinayət işinin materiallarına əlavə edilmişdir. İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın 21 oktyabr 2024-cü il tarixli, 6919 №-li rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 narkomaniya xəstələyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir və narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın 21 oktyabr 2024-cü il tarixli, 6917 №-li rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 psixostimulyatorların qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-Cİ il tarixli 39 saylı "Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs2 İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edlməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın 13 fevral 2025-ci il tarixli, 826№-li rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs3 kannabinoidlərdən və psixostimulyatorlardan istifadə etmə halları olub, lakin, hal-hazırda Təqsirləndirilən şəxs3 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs3 narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İşdə olan, “Cinayət işinin ayrıca icraata ayrılması haqqında” 22 fevral 2025-ci il tarixli qərarla müəyyən olunur ki, cinayət işinin materiallarından cinayətkar qrupun digər iştirakıçılarının barəsində CM-nin 206.3.2 və 234.4.-1-ci maddələri ilə cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəyləri və digər sənədləri sübut növü kimi qəbul edir. Habelə iş üzrə şahidlər Şahid2, Şahid3 və Şahid4 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Həmçinin məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdikləri ifadələri (Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi-İrandan gətirdiyi dərmanların narkotik tərkibli olmasını bilməməsi, gətirdiyi dərmanların (narkotik maddənin) sifarişçinin Məmməd və Aydının olmaması, gətirdiyi dərmanların (narkotik maddənin) satılması və əldə olunacaq pulun 4 nəfər arasında bölünəcəyi ilə bağlı onun Aydınla, Məmmədlə və iranlı ilə heç bir razılaşmasının olmaması, gətirdiyi dərmanların (narkotik maddənin) Aydının ona dediyi, yəni Məmməd üçün gətirilməli olan narkotik maddə olmaması, telefon danışıqlarında olan söhbətlərin gətirdiyi dərmanlarla (narkotik maddə ilə) heç bir əlaqəsinin olmamasına aid hallar Təqsirləndirilən şəxs3 ifadəsində göstərdiyitanışı Fərruxun İrandan gətirdiyi narkotik maddənin gətirilməsində iştirak etməməsi və həmin narkotik maddənin gətirilməsinə sifariş verməməsi, Məmmədin də Fərruxun İrandan gətirdiyi narkotik maddənin sifariş verməsi barədə məlumatının olmaması, Fərruxun gətirdiyi narkotik maddənin satılaraq əldə olunacaq pulun 4 nəfər arasında bölünəcəyi ilə bağlı onun Məmmədlə, Fərruxla və iranlı ilə heç bir razılaşmasının olmaması, narkotik maddənin satılaraq əldə olunacaq pulun 4 nəfər arasında bölünəcəyi ilə bağlı telefon danışıqlarının ona məxsus olmaması və orada deyilənlərin sonradan onun telefonuna yazılması, savadsız olduğu üçün istintaq zamanı verdiyi ifadəsində yazılanlardan məlumatının olmaması və heç bir cinayət əməli törətməməsinə aid hallar, Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiyi- ifadəsində Fərruxun İrandan gətirdiyi narkotik maddənin gətirilməsində iştirak etməməsi və həmin narkotik maddənin gətirilməsinə sifariş verməməsi, Fərruxun İrandan gətirdiyi narkotik maddənin sifarişnin kimin verməsi barədə məlumatının olmaması, Fərruxun gətirdiyi narkotik maddənin satılaraq əldə olunacaq pulun 4 nəfər arasında bölünəcəyi ilə bağlı onun Aydınla, Fərruxla və iranlı ilə heç bir razılaşmasının olmaması, narkotik maddənin satılaraq əldə olunacaq pulun 4 nəfər arasında bölünəcəyi ilə bağlı telefon danışıqlarında deyilənlərin ona heç bir aidiyyətinin olmamasına aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid2, Şahid3 və Şahid4 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən telefon danışıqlarına dair məlumatlara dair protokollar, eləcə də işin faktiki hallarına uyğun olduğundan, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Eyni zamanda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaq zamanı verdikləri ifadələrində göstərdikləri xüsusatlar, yəni Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi-İrandan gətirdiyi dərmanların narkotik tərkibli olmasını bilməməsi, gətirdiyi dərmanların (narkotik maddənin) sifarişçinin Məmməd və Aydının olmaması, gətirdiyi dərmanların (narkotik maddənin) satılması və əldə olunacaq pulun 4 nəfər arasında bölünəcəyi ilə bağlı onun Aydınla, Məmmədlə və iranlı ilə heç bir razılaşmasının olmaması, gətirdiyi dərmanların (narkotik maddənin) Aydının ona dediyi, yəni Məmməd üçün gətirilməli olan narkotik maddə olmaması, telefon danışıqlarında olan söhbətlərin gətirdiyi dərmanlarla (narkotik maddə ilə) heç bir əlaqəsinin olmamasına dair hallar Təqsirləndirilən şəxs3 ifadəsində göstərdiyi- tanışı Fərruxun İrandan gətirdiyi narkotik maddənin gətirilməsində iştirak etməməsi və həmin narkotik maddənin gətirilməsinə sifariş verməməsi, Məmmədin də Fərruxun İrandan gətirdiyi narkotik maddənin sifariş verməsi barədə məlumatının olmaması, Fərruxun gətirdiyi narkotik maddənin satılaraq əldə olunacaq pulun 4 nəfər arasında bölünəcəyi ilə bağlı onun Məmmədlə, Fərruxla və iranlı ilə heç bir razılaşmasının olmaması, narkotik maddənin satılaraq əldə olunacaq pulun 4 nəfər arasında bölünəcəyi ilə bağlı telefon danışıqlarının ona məxsus olmaması və orada deyilənlərin sonradan onun telefonuna yazılması, savadsız olduğu üçün istintaq zamanı verdiyi ifadəsində yazılanlardan məlumatının olmaması və heç bir cinayət əməli törətməməsinə dair hallar, Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiyi- ifadəsində Fərruxun İrandan gətirdiyi narkotik maddənin gətirilməsində iştirak etməməsi və həmin narkotik maddənin gətirilməsinə sifariş verməməsi, Fərruxun İrandan gətirdiyi narkotik maddənin sifarişnin kimin verməsi barədə məlumatının olmaması, Fərruxun gətirdiyi narkotik maddənin satılaraq əldə olunacaq pulun 4 nəfər arasında bölünəcyi ilə bağlı onun Aydınla, Fərruxla və iranlı ilə heç bir razılaşmasının olmaması, narkotik maddənin satılaraq əldə olunacaq pulun 4 nəfər arasında bölünəcəyi ilə bağlı telefon danışıqlarında deyilənlərin ona heç bir aidiyyətinin olmamasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid2, Şahid3 və Şahid4 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə, o cümlədən telefon danışıqlarına dair məlumatlara dair protokollar (Təqsirləndirilən şəxs3 məxsus mobil telefona baxış zamanı təqsirləndirilən şəxslərə verilmiş ittihamda göstərilən bütün halları özündə ehtiva edən danışıqların, o cümlədən Təqsirləndirilən şəxs3lə Təqsirləndirilən şəxs1 arasında olan səsli danışıqların və yazılı mesajlar olmaqla bu hlların təsdiq olunması, məsələn-“Qardaşım 4 nəfərik 3 nəfərik ortada, nə qazanc oldu ortada yarı böləciyik. 10000 oldu 50000 oldu 100000 oldu ortadan bölünəcək pul, 4 nəfrin ortasında Aydın: Bu oyunda 4 nəfər var ordan gəlir deyir 50000 qazanc olacaq 4 nəfrə bölünəcək, hardasa 10-12 min düşəcək, nəsə belə bir şeydi. 3 reysə bir dənə iki dənə tır alacıyıq yəni. Bahadıda qaqa.. Binəqədidə od qiymətinədi. O İrandan gələcək, Binəqədidə mənim dostum yoxdu məhlə uşağı Məmməd onu calıyan bizə ...”, “Binəqədidə bir uşaq var, Məmməddi adı dostumdu, çoxdan tanıyram e, 2007-den zaddan. Taksidə işləyirdik bir yerdə. O uşaq deyir mənə. O da ki, ordakının səsini atmışdı mənə, rentgen deyir mənlikdi, İran tərəfdə, Azərbaycan tərəfdə. Prosta deyir qiymətini desin neçəyə gətirəcək?,” “Qiymet bilmirem axı həcmi nə boydadi 150 qramın. Maldı yoxsa ot?,”, “Patı”, “Onu gətirmək olar, soruş gör nə verir”, “Bilirsən nə deyir? Deyir ki, iranlının səsini mənə atmışdı, deyir iran tərəfdə Azərbaycan tərəfdə rentgen mənlikdi. Soruşum qoy, görüm indi deyərəm”, “İndi fərqi yoxdu, “na vsyaki sluçu” olanda olur, belədə ki nə dəxli var onlluq deyil biz gətiririk. Onluq olursa bir az poxlu işdi ha o. Onluq olanda, ona görə demirəm ha başqa söhbət var, o göndərən oğlan ola bilərki zibilini çıxardar. Ona görə mən istiyirəm ki, onlarlıq heç nə olmasın. Bir dənə qiymət desin görək nə verir?”... və sair mesaj və səsli danışıqlar), təqsirləndirilən şəxslərin məhkəmə və ibtidai istintaq zamanı verdikləri qismən etirafedici ifadələri (təqsirləndirilən şəxslərin müdafiəçilərin iştirakı ilə ifadə vermələri, eləcə də Təqsirləndirilən şəxs3 28 yanvar 2025-ci il tarixli ifadəsinə özü tərəfindən əlyazma qeydinin yazılması da nəzərə alınmaqla), o cümlədən Təqsirləndirilən şəxs3lə Təqsirləndirilən şəxs2 arasında olan üzləşdirmə zamanı verdikləri ifadələrlə tam təkzib olunur. Ona görə də məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdikləri ifadələrinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onların bu ifadələri özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Eyni zamanda məhkəmədə müdafiə tərəfin vəsatəti ilə dindirilmiş şahidlər Şahid5, Şahid7 və Şahid6 ifadələrində göstərilən xüsusatlar bilavasitə işin mahiyyəti barədə olmadığına görə məhkəmə həmin ifadələri müdafiə və ya ittiham mövqeyindən sübut kimi qiymətləndirmir. Beləliklə, məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 törətdikləri əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onlar tərəfindən törədilməsi və təqsirli olmaları tam sübuta yetirilmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq narkotik maddə əldə etmə, saxlama və daşıma cinayət əməli ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Həmçinin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə” İ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı “Metadon” olan maddə narkotik vasitədir. Metadonun 0,002 qramdan artıq hissəsi xeyli miqdar, 1,6 qramdan 160 qramadək külli miqdir, 160 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) xüsusilə külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 9-cu bəndində izah olunur ki, … təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, təqsirləndirilən şəxslərə aid ümumi miqdarı xüsusilə külli miqdarda- 399,454 qram təşkil edən 9981 ədəd narkotik vasitə olan metadon xüsusilə külli miqdar təşkil edir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin öz aralarında və cinayətkar qrupun digər üzvləri ilə razılaşmalarına əsasən qazanc əldə etmək məqsədi ilə (ümumi miqdarı xüsusilə külli miqdarda-399,454 qram təşkil edən 9981 ədəd narkotik vasitə olan metadon həblərin satılıb əldə olunacaq qazancın qrupun üzvləri arasında bərabər bölmək barədə razılaşmaları) xüsusilə külli miqdarda narkotik vasitə olan metadon əldə edib, saxlayıb, daşıması onların həmin maddəni məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama və daşıma kimi qiymətləndirilməsi üçün əsaslardan biridir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 öz aralarında və şəxsiyyətləri məlum olmayan digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımış, habelə təqsirləndirilən şəx Təqsirləndirilən şəxs1 həmin narkotik vasitəninin İrandan Azərbaycan Respublikasının ərazisinə qaçaqmalçılıq yolu ilə keçirmişdir. Eyni zamanda məhkəmə tədqiq olunmuş sübutları, o cümlədən iş üzrə dindirilmiş şəxslərin ifadələrinə hərtərəfli və obyektiv qiymət verməklə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlinin hüquqi tövsifi məsələsini də müzakirə edib aşağıdakı nəticəyə gəlir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitəni qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmələri təsdiq olunduğundan məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin bu əməli düzgün olaraq CM-nin 234.4-1-ci maddəsi ilə tövsif edilmişdir. Eyni zamanda dövlət ittihamçısı çıxışında tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs1 qaçaqmalçılıq cinayətinin törədilməsində qabaqcadan əlbir olan bir qrup halında deyil, bu cinayətin törədilməsində tək icraçı kimi iştirakı təsdiq olunduğunu və buna görə də istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməlinin CM-nin 206.3.2-ci maddəsi ilə düzgün tövsif olunmadığı qənaətinə gəlib onun bu əməlinin CM-nin 206.3.2-ci maddəsindən həmin Məcəllənin 206.2-ci maddəsinə tövsif edilməklə ittiham olunmalı olduğunu və Təqsirləndirilən şəxs1 CM-nin 206.2 və 234.4-1-ci maddələrində nəzərə tutulmuş cinayətləri törətməkdə ittiham olunmasını müdafiə edərək onun həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalı olmasını bildirmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq dövlət ittihamçısının Təqsirləndirilən şəxs1 münasibətdə ittihamla bağlı mövqeyini əsaslı hesab edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 əməlinin CM-nin 206.3.2-ci maddəsindən həmin Məcəllənin 206.2-ci maddəsinə tövsif edilməklə o, CM-nin 206.2 və və 234.4-1-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli hesab edilməlidir. Belə ki, məhkəmə hesab edir ki, iş üzrə müəyyən edilmiş hallara əsasən Təqsirləndirilən şəxs1 ona istinad edilən qaçaqmalçılıq cinayətinin törədilməsində qabaqcadan əlbir olan bir qrup şəxs halında deyil, bu cinayətin tək icrası qismində iştirak etmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 qəsdinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən (ən azı iki nəfər icraçısı olan) qaçaqmalçılığa yönəldiyi müəyyən edilməmiş, bunu təsdiq edən sübutlar əldə olunmamış və işin faktiki hallarına görə isə narkotik vasitənin qaçaqmalçılığını bir nəfər icra etmişdir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının 19-cu bəndində izah edilir ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslanmaqla nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Hazırki iş üzrə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 İranda şəxsiyyəti məlum olmayan şəxslərdən əldə etdiyi xüsusilə külli miqdarda narkotik vasitəni malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə idarə etdiyi “MAN” markalı, “99EZ519/10ZB519” dövlət qeydiyyat nişanlı yük avtomobilinin qoşqusuna quraşdırılmış plastik su çəninin içərisində gizlədib saxlamış, bundan sonra həmin narkotik maddəni 29 sentyabr 2024-cü il tarixdə, saat 11 radələrində İrandan Azərbaycan Respublikasına daşıyaraq Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, yəni qaçaqmalçılıq yolu keçirmiş və həmin gün saat 11:30-da DGK-nin Astara Gömrük İdarəsində gömrük yoxlaması zamanı təsiredici maddəsinin ümumi miqdarı xüsusilə külli miqdarda-399,454 qram təşkil edən 9981 ədəd narkotik vasitə olan metadon həbləri və 20 ədəd metadon həblərinin parçaları Təqsirləndirilən şəxs1 idarə etdiyi “MAN” markalı, “99EZ519/10ZB519” dövlət qeydiyyat nişanlı yük avtomobilinin qoşqusuna quraşdırılmış plastik su çəninin içərisində aşkar edilib götürülmüş, yəni göstərilən halda narkotik vasitənin qaçaqmalçılığı yalnız bir nəfər şəxs- Təqsirləndirilən şəxs1 tərəfindən icra etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 ona istinad edilən qaçaqmalçılıq cinayətinin törədilməsində qabaqcadan əlbir olan bir qrup halında icraçı kimi deyil, bu cinayətin törədilməsində tək icraçı kimi iştirak etdiyindən onun hərəkətləri CM-nin 206.3.2-ci maddəsindən həmin Məcəllənin 206.2-ci maddəsinə tövsif edilməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni şahidlər və təqsirləndirilən şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, telefon danışıqlarına dair məlumatlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik maddəni əldə edib, saxlayıb daşımaqla CM-nin 234.4-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş, habelə Təqsirləndirilən şəxs1 xüsusilə külli miqdarda narkotik vasitəni əldə edib, saxlayıb daşıyaraq qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycan Respublikasına keçirməklə CM-nin 206.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onlar tərəfindən törədilməsi və onların təqsirliliyi tam sübuta yetirilmiş, habelə təqsirləndirilən şəxslərin qeyd olunan cinayət əməlində təqsirlərini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. İşdə olan, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 oktyabr 2024-cü il tarixli və 04 oktyabr 2024-cü il tarixli qərarları ilə müəyyən edilir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 həbsetmənin əvvəli 29 sentyabr 2024-cü il tarixdən və Təqsirləndirilən şəxs2 həbsetmənin əvvəli 02 oktyabr 2024-cü il tarixdən hesablanmışdır. İşdə olan, istintaq orqanın “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 29 yanvar 2025-ci il tarixli qərarı ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs3 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanmasına dair tələbnamə ilə müəyyən olunur ki, Hacıqabul Rayon Məhkəməsinin 04 iyun 2013-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 3000 manat cərimə cəzasına məhkum edilmiş, Hacıqabul Rayon Məhkəməsinin 13 mart 2016-cı il tarixli qərarı ilə cərimə cəzası 02 il müddətə islah işləri cəzası ilə əvəz edilmiş və 20 may 2016-cı il tarixli amnistiya qərarının 1.5-ci bəndinə əsasən islah işləri cəzasından azad olunmuşdur. Məhkəmə hesab edir ki, CM-nin 83.3.2-ci maddəsinə əsasən qeyd olunan hökm üzrə Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilməmiş və o, məhkumluğu olmayan şəxsdir. İşdə olan, Hacıqabul rayonun Navahı kənd İƏD üzrə Nümayəndəliyindən verilmiş 10 oktyabr 2024-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 Hacıqabul rayonun Navahı kəndində qeydiyyatda olmaqla yaşamış və yaşadığı yer üzrə qənaətbəxş (nümayəndəliyə ondan ərizə və şikayət daxil olmamışdır) xarakterizə olunur. İşdə olan, Bakı İstintaq Təcridxanasından verilmiş 03 oktyabr 2025-ci il tarixli xasiyyətnamə ilə müəyyən edildir ki, Təqsirləndirilən şəxs1 istintaq təcridxanasında həbsdə saxlandığı müddətdə daxili-rejim qaydalarına riayət etmiş və barəsində tənbeh tədbiri tətbiq edilməmiş, nümunəvi davranışına görə ona rəhbərlik tərəfindən iki dəfə “Təşəkkür” elan edilmişdir. İşdə olan, Hacıqabul rayonun Navahı kənd İƏD üzrə Nümayəndəliyindən verilmiş 10 oktyabr 2024-cü il tarixli arayışla müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 evlidir və himayəsində 17 mart 2017-ci il təvəllüdlü X9 və 30 mart 2024-cü il təvəllüdlü X13 vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşağın olması CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanmasına dair tələbnamə və məhkəmə hökmünün surəti ilə müəyyən olunur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 iyul 2010-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs3 CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 18 avqust 2011-ci il tarixli qərarı ilə həmin cəza 800 manat miqdarında cərimə cəzası ilə əvəz edilmiş və bu qərar icra olunduğu üçün 19 oktyabr 2011-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. Məhkəmə hesab edir ki, CM-nin 83.3.2-ci maddəsinə əsasən qeyd olunan hökm üzrə Təqsirləndirilən şəxs3 məhkumluğu ödənilmiş və o, məhkumluğu olmayan şəxsdir. İşdə olan, Bakı şəhər, Binəqədi rayon İHB-nın Binəqədi qəsəbə İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 03 noyabr 2024-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, , Təqsirləndirilən şəxs3 Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, İsfahani küçəsi, döngə 1, ev 3-də qeydiyyatda olmaqla yaşayır və yaşadığı yer üzrə qənaətbəxş (nümayəndəliyə ondan ərizə və şikayət daxil olmamışdır) xarakterizə olunur. İşdə olan, Bakı şəhəri 182 №-li tam orta məktəbindən verilmiş 30 may 2025-ci il tarixli arayışa əsasən Təqsirləndirilən şəxs3 həmin məktəbin Vİİ sinfini bitirməmişdir. İşdə olan, “Elektron Hökumət” portalından götürülmüş 29 yanvar 2025-ci il tarixli arayışla (AA******* seriyalı şəxsiyyət vəsiqəsi üzrə) müəyyən edilir ki, Təqsirləndirilən şəxs3 evlidir və himayəsində 16 sentyabr 2011-ci il təvəllüdlü X18 və 09 sentyabr 2014-cü il təvəllüdlü X16 vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 himayəsində iki azyaşlı uşağın olması CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanmasına dair tələbnamə və məhkəmə hökmünün surəti ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İşdə olan, Bakı şəhər, Binəqədi rayon İHB-nın Binəqədi qəsəbə İƏD üzrə Nümayəndəlikdən verilmiş 07 oktyabr 2025-ci il tarixli arayışla ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 Zəngilan rayonun Rəbənd kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, 1-ci mədən, 20-ci korpus, ev 5-də yaşamışdır. İşdə olan, Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsi tərəfindən 321 sentyabr 2026-cı il tarixdə verlmiş 3157 №-li “Məcburi köçkün vəsiqəsi”nin surəti ilə müəyyən edilir ki, Qasımov X6 rayonundan məcburi köçkün kimi qeydiyyata alınıb Bakı şəhəri Binəqədi rayonunda müvəqqəti məskunlaşmışdır. İşdə olan, Bakı şəhər, Binəqədi rayon İHB-nın Binəqədi qəsəbə İƏD üzrə Nümayəndəlikdən verilmiş 07 oktyabr 2025-ci il tarixli arayış və şəxsiyyət vəsiqələrin surətləri ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 evlidir və onun himayəsində 04 iyul 2009-cu il təvəllüdlü Şahid5 və 31 dekabr 2015-ci il təvəllüdlü X17 vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı uşağın olması CM-nin 59.1.4-cü maddəsinə əsasən, habelə Təqsirləndirilən şəxs2 məcburi köçkün olmaqla 2-ci dərəcəli əlil olması həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallardır. Həmçinin istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 cinayət əməlinin tamah niyyəti ilə törətmələri onların cəzasını ağırlaşdıran hal kimi qəbul edilmişdir. Lakin məhkəmə Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddə üzrə satış məqsədinin eyni zamanda tamah məqsədini də əhatə etməsini, eləcə də həmin Məcəllənin 61.3-cü maddəsinin “Bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal cəza təyin edilərkən təkrar nəzərə alına bilməz” müddəasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 verilmiş ittiham üzrə, yəni CM-nin 234.4-1-ci maddəsində satış məqsədi bilavasitə cinayətin tərkib əlaməti olduğundan bu hal təkrarən cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmamalı, habelə Təqsirləndirilən şəxs1 qaçaqmalçılıq cinayətini də eyni niyyətlə (satış məqsədilə narkotik vasitə əldə etmək məqsədi ilə) törədilməsi nəzərə alınaraq CM-nin 206.2-ci maddəsi üzrə də cinayətin tamah niyyətilə törədilməsi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmamalıdır. Qeyd olunanlar nəzərə alınaraq məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar (CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxslər barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və Təqsirləndirilən şəxs1 CM-nin 206.2 və 234.4-1-ci maddələrinin, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 CM-nin 234.4-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə olan cəza həddində cəzalandırılmaları qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, təqsirkarların şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə təqsirləndirilən şəxslərin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün onlara azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir Həmçinin Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməllərinə görə CM-nin bir neçə maddəsi ilə təqsirli bilindiyi üçün ona həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.3-cü maddəsinə əsasən (xüsusilə ağır cinayətlər törətdiyinə görə ilk dəfə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxslər üçün) ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 29 sentyabr 2024-cü il tarixdən və Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 02 oktyabr 2024-cü il tarixdən hesablanmalı və barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə təqsirləndirilən Təqsirləndirilən şəxs3 təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.3-cü maddəsinə əsasən (xüsusilə ağır cinayətlər törətdiyinə görə ilk dəfə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxslər üçün) ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 02 fevral 2026-cı il tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilərək məhkəmə iclas zalında dərhal həbs edilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Həmçinin narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 yaşadığı ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Azərbaycan Respublikası DGK-nin “Azərterminalkompleks” Birliyin anbarında saxlanılan 1 (bir) ədəd su çəni və Azərbaycan Respublikası DGK-nin Əməliyyat-istintaq Baş İdarəsinin maddi sübutlar otağında saxlanılan 4000 ədəd narkotik vasitə olan metadon həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X1rşı Mübarizə üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. Habelə iş üzrə maddi sübutlar olan və Azərbaycan Respublikası DGK-nin Əməliyyatistintaq Baş İdarəsinin maddi sübutlar otağında saxlanılan 5976 ədəd narkotik vasitə olan metadon həbləri və 2,277 qram narkotik vasitə olan metadon həblərinin parçalarının məhv edilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli qərarın istintaq orqanı tərəfindən icraya yönəldilməsi nəzərə alınmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərcləri-240 manat təqsirləndirilən şəxslərdən bərabər qaydada, yəni Təqsirləndirilən şəxs1 80 manat, Təqsirləndirilən şəxs3 80 manat və Təqsirləndirilən şəxs2 80 manat tutulub Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 354, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.4-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsi tətbiq edilərək təyin olunmuş cəzaları qismən toplanılmaq yolu ilə Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 29 sentyabr 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 02 fevral 2026-cı il tarixdən hesablansın və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 yaşadığı ərazi narkoloji dispanserində profilaktik profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz ) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 02 oktyabr 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar olan və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyin anbarında saxlanılan 1 (bir) ədəd su çəni və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-istintaq Baş İdarəsinin maddi sübutlar otağında saxlanılan 4000 ədəd narkotik vasitə olan metadon həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübutlar olan və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-istintaq Baş İdarəsinin maddi sübutlar otağında saxlanılan 5976 ədəd narkotik vasitə olan metadon həbləri və 2,277 qram narkotik vasitə olan metadon həblərinin parçalarının məhv edilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli qərarın istintaq orqanı tərəfindən icraya yönəldilməsi nəzərə alınsın. İş üzrə maddi sübutlar olan və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-istintaq Baş İdarəsinin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs1 məxsus bir ədəd “RedMi Note 12” markalı, mobil telefon aparatı hökm qanuni qüvvəyə mindikdən sonra atası X8 (ünvan: Hacıqabul rayonun Navahı kəndi) təhvil verilsin. İş üzrə maddi sübutlar olan və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-istintaq Baş İdarəsinin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs3 məxsus bir ədəd “Honor 8S” markalı, mobil telefon aparatı hökm qanuni qüvvəyə mindikdən sonra atası X14 (ünvan: ünvan 2 verilsin. İş üzrə maddi sübutlar olan və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-istintaq Baş İdarəsinin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs2 məxsus bir ədəd “İphone 6” markalı, mobil telefon aparatı hökm qanuni qüvvəyə mindikdən sonra atası Şahid5 (ünvan: ünvan 3 ekspertiza tədqiqatı xərcləri-240 (iki yüz qırx) manat məhkum olunmuş şəxslərdən bərabər qaydada, yəni Təqsirləndirilən şəxs1 80 (səksən) manat, Təqsirləndirilən şəxs3 qızından 80 (səksən) manat və Təqsirləndirilən şəxs2 80 (səksən) manat tutulub Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 ağa oğlu və Təqsirləndirilən şəxs2 əməd qızı hökmün surətini aldıqları vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-279/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-279/2025
02.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver