Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-28/2022 21.01.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Məmmədov Müşfiq Vaqif oğlu və Abdullayev İlkin Qismət oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 1984-cü ildə Qubadlı rayonunun Yuxarı Mollu kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu ödənilməmiş, Qubadlı rayonunun Yuxarı Mollu kəndində qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Yaşıl dərə, 4-cü məhəllə həyət evində yaşamış, barəsində 21 may 2021-ci ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 29, 317-1.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 3 ədəd sellofan bükümdə ümumi təmiz çəkisi 1,335 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, ümumi sayı 8 ədəd həbdən ibarət olan qəhvəyi rəngli dairəvi formalı metadonu satış məqsədi olmadan əldə edib daşıyaraq yaşadığı evə aparmış, bundan sonra Sumqayıt şəhəri ərazisində 2 ədəd balığı bütöv şəkildə alaraq yaşadığı evə aparmış, evdə balıqların bağırsağına qeyd edilən narkotik vasitələri və psixotrop maddələri xüsusi üsulla yerləşdirib gizlətməklə sovqat şəkilndə hazırlayıb saxlamış, 2021-ci ilin aprel ayının əvvəllərində içərisində həmin psixotrop maddə və narkotik vasitə olan “sovqat”ın Bakı 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan X2 çatdırılmasından ötrü sonuncunun tanışı Şahid5 ilə telefonla əlaqə saxlayaraq Ramil Məhərrəmovla görüşə gedərkən ona xəbər etməsini, Ramil Məhərrəmova sovqat göndərəcəyini demiş, həmin psixotrop maddələrdən və narkotik vasitələrdən xəbərsiz olan Şahid5 2021-ci ilin aprel ayının əvvəllərində onunla görəşərək Ramil Məhərrəmova çatası sovqatı götürüb, 08 aprel 2021-ci il tarixdə təxminən saat 16:40-da qeyd olunan qanunsuz əşyaları Azərbaycan Respublikası, Ədliyyə Nazirliyi, Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına aparmış, orada təcridxananın əməkdaşları tərəfindən sovqat adı ilə gətirilmiş əşyalara baxış keçirilərkən balıqların bağırsağına xüsusi üsulla gizlədilmiş psixotrop maddələr və narkotik vasitələr aşkar olunduğundan, Təqsirləndirilən şəxs İstintaq Təcridxanasında saxlanılan şəxsə qadağan olunmuş əşyaları, yəni psixotrop maddəni və narkotik vasitəni yoxlamadan gizlətməklə ötürülməsini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək, İstintaq Təcridxanasında saxlanılan şəxsə qadağan olunmuş əşyaları yoxlamadan gizlətməklə ötürülməsinə cəhd etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni 11,876 qram psixotrop maddə olan metamfetamin və 5,297 qram narkotik vasitə heroini məlum olmayan vaxda və mənbədən əldə edib daşıyaraq metamfetamini 5 ədəd, heroini isə 7 ədəd polietilen bükümlərdə qablaşdıraraq bir hissəsini əynində olan şalvarın yan cibində, digər hissəsini isə əl çantasında gizlətməklə saxlamış, Ağcabədi rayon polis şöbəsinə daxil olmuş məlumat əsasında şöbənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 20 may 2021-ci ildə gecə saat 05 radələrində Ağcabədi şəhəri, S.Vurğun küçəsində yerləşən avtovağzalın qarşısında Sumqayıt şəhər sakini Şahid6 məxsus Opel markalı, ** CL *** dövlət qeydiyyat nişanlı avtomobildən düşərkən saxlanılmış, özü və Şahid6 idarə etdiyi avtomobil Ağcabədi rayon polis şöbəsinə gətirilmiş, şöbənin inzabati binasında həmin gün saat 05:15 dəqiqədə onun üzərində şəxsi axtarış aparılan zaman əynində olan şalvarın yan cibindən 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,886 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, eyni zamanda avtomobilin salonuna baxış zamanı salonda ona məxsus olan əl çantasından 01 ədəd polietilen bükümdə təmiz çəkisi 10,031 qram, 02 ədəd polietilen bükümdə ayrı-ayrılıqda 0,546 qram, 0,210 qram, 01 ədəd kağız bükümdə 0,203 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 07 ədəd polietilen bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi 1,022 qram, 0,900 qram, 1,101 qram, 0,429 qram, 0,968 qram, 0,460 qram və 0,417 qram kustar üsulla hazırlanmış heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1, 29, 317-1.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən, yəni CM-in 234.1 və 29, 317-1.1-ci maddələri ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddətdir psixotrop maddə olan metamfetamindən falqada yandırıb çəkmək yolu ilə istifadə etmişdir. Həbsdə olan əmisi oğlu Ramil Məhərrəmovun tanışı Şahid5 İstintaq Təcridxanasında sazlanılan həm ərinə həm də sonuncuya tez-tez sovqat aparmış, Ramilin narkotik istifadəçisi olduğunu bildiyü üçün ona Xanım vasitəsilə narkotik vasitə göndərmək qərarına gəlmiş, Sumqayıt şəhərində tanımadığı şəxsdən aldığı 3 bükümdə psixorop maddə metamfetamin, 15 ədəd preqabalin həbləri və 8 ədəd metadon həblərini 2021-ci ilin aprel ayının əvvələrində bazardan aldığı balıqların bağırsağına yerləşdirib onları Xanıma verərək təcridxanaya gedən zaman Ramilə aparmasını demiş, lakin Xanımın bundan məlumatı olmamış, narkotik vasitə və psixotrop maddələri təcridxana işçiləri tərəfindən aşkar olaraq götürülmüş, Xanım problem yaşamaması üçün Xəzər rayon polis idarəsinə gəlib törətdiyi cinayəti səmimi etiraf etmək istəmiş, lakin yenidən tutulduğu üçün gedə bilməmiş, 2021-ci iln may ayının 19-da Ağcabədi rayon sakini, tanışı Şahid4 zəng edərək rayona qonaq gəlmək istədiyini demiş, Sumqayıtda taksi fəaliyyəti ilə məşğul olan Nərimanla 80 manat pulun müqabilində onu Ağcabədi rayonuna aparıb gətirməsi üçün razılaşmış, bir müddət əvvəl Sumqayıt şəhərindən tapdığı narkotik vasitələri də özü ilə götürmüş, narkotik vasitənin bir qismini üzərində, digər qismini isə özünə məxsus əl çantasına qoyaraq Nərimanın avtomobili ilə Ağcabədi rayonuna getmiş, Ağcabədiyə girəcəkdə Rəşada zəng etmiş, Rəşad idarə etdiyi Opel markalı avtomobillə onların yanına gəlmiş, avtomobildən düşərək Rəşadla görüşən zaman polis əməkdaşları onlara yaxınlaşaraq onları avtomobillə birlikdə rayon polis şöbəsinə aparmış, polis şöbəsində mıdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilərkən polis əməkdaşlarının təklifi əsasında şalvarının cibində saxladığı psixotrop maddə metamfetamini təqdim etmiş, təqdim etdiyi maddə elektron tərəzidə çəkilib qablaşdırılaraq götürülmüş, sonra onun iştirakı ilə Nərimana məxsus avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobildə olan özünə məxsus əl çantasını təqdim edərək ona məxsus olduğunu, içərisində isə heroin və metamfetamin olduğunu bildirmiş, aşkar olunan maddələr elektron tərəzidə çəkildikdən sonra rəsmiləşdirilib götürülmüş, sonra protokol tərtib edilərək orada iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Üzərində və avtomobildə aşkar edilən narkotik vasitə, metamfetamin ona məxsus olmuş, lakin heç vaxt narkotik vasitə satışı ilə məşğul olmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsini məhkəmə istintaqında dindirilmiş digər şəxslərin ifadələri ilə müqayisə etməklə qiymətləndirərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir, bu cinayətlərə görə ona ittiham verildiyi Azərbaycan Respublikası CM-in 234.1, 29, 317-1.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlnin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmədə Ağcabədi rayon polis şöbəsinin NMQ-nin baş əməliyyatmüvəkkili vəzifəsində işləyən Şahid1 şahid qismində dindirilərkən istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, Ağcabədi rayon polis şöbəsinə Qubadlı rayonunun Yuxarı Mollu kənd sakini, hazırda Sumqayıt şəhərində məskunlaşıb yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq psixotrop maddə olan metamfetamin, heroin saxlaması və satışı ilə məşqul olması barədə icraatına daxil olmuş əməliyyat məlumatı əsasında 20 may 2021-ci ildə, saat 05:00 radələrində Təqsirləndirilən şəxs Ağcabədi-Zərdab avtomobil yolunun Ağcabədi şəhəri, S.Vurğun küçəsi «təzə avtovağzalın» yaxınlığında sonradan Sumqayıt şəhər sakini Şahid6 olduğunu bildiyi şəxsə məxsus Opel markalı, ** CL *** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısında bir nəfər şəxslə dayandıqlarını görüb polis əməkdaşları tərəfindən saxlanılaraq rayon polis şöbəsinə aparılmış, şöbədə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı Şamilin əynində olan şalvarın yan cibindən 1 ədəd polietilen bükümün içərisində 0,905 qram psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olmuş, eyni zamanda onların iştirakı ilə videoçəkiliş aparılmaqla Opel markalı, ** CL *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobilin salonunda olan Təqsirləndirilən şəxs məxsus əl çantasına baxılarkən oradan 03 ədəd polietilen bükümdə və 01 ədəd kağız bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə və 07 ədəd bükümlərdə heroinə bənzər kütlə aşkar olunaraq götürülmüş, sonra protokol tərtib edilərək şəxsi axtarış və baxışda iştirak edən şəxslər tərəfindən imzalanmış, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən və əl çantasından aşkar olunmuş narkotik vasitə və psixotrop maddəni Sumqayıt şəhərindən xatırlamadığı yerdən tapdığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 və Şahid2 da Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında Şahid4 şahid qismində dindirilərkən istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsla Sumqayıt şəhərində xatırlamadığı bir kafedə tanış olmuş, aralarında münasibətləri yaxşı olmuşdur. 18 may 2021-ci ildə gecə saat 24 radələrində Şamil ona zəng edərək şəxsi işləri ilə əlaqədar Ağcabədi rayonuna gələcəyini və onu qarşılamağını xahiş etmiş, 19 may 2021-ci ildə saat 05 radələrində Ağcabədi rayonunun Taxta körpü ərazisinə gedib onu orada gözləmiş, Şamil rayona Opel markalı avtomobillə gəlmiş, avtomobildən düşərək onunla görüşüb hal-əhval tutarkən polis əməkdaşları onlara yaxınlaşıb Şamilin rayon polis şöbəsinə getməli olduğunu bildirmiş, polis əməkdaşları onu və hər iki avtomobili polis şöbəsinə aparmış, bir müddət sonra eşitmişdir ki, Şamilin üzərindən və gəldiyi avtomobildə olan çantasından narkotik vasitə aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında şahid qismində dindirilmiş Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin İstintaq Təcridxanasında nəzarətçi işləyən Şahid7 istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, 08 aprel 2021-ci ildə saat 6:40da təcridxanada saxlanılan X1 yanına Şahid5 tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman sovqatda olan balıqların (bağırsağında) xüsusi üsulla gizlədilmiş bir ədəd kağız paketdə salfetə bükülmüş 3 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,370 qram, 0,515 qram, 0,450 qram ümumi çəkisi 1,335 qram ağ rəngli kristalik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 8 ədəd qəhvəyi rəngli ümumi çəkisi 0,32 qram dairəvi formalı olan metadon həbləri aşkar edilərək götürülmüş, sonra protokol yazılaraq baxışda iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid8 da Şahid7 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 21 may 2021-ci il tarixli, 18/565 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxsnnun üzərindən” sözləri yazılmış kağız paketi açdıqda 01 ədəd bükümdə təmiz çəkisi 0,886 qram olan ağımtıl rəngli kristalik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs əl çantasından” sözləri yazılmış kağız paketi açdıqda 01 ədəd bükümdə təmiz çəkisi 10,031qr, 01 ədəd şəffaf sellofan içərisində 02 ədəd polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,546 qr, 0,210 qr, 01 ədəd kağız bükümdə təmiz çəkisi 0, 203 qr, ümumi təmiz çəkisi 10,990 qram olan ağımtıl rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 01 ədəd şəffaf polietilen torbacıqda olan 07 ədəd polietilen bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi 1,022 qr, 0,900 qr, 1,101 qr, 0,429 qr, 0,968 qr, 0,460 qr, 0,417 qr, ümumi təmiz çəkisi 5,297 qram maddələr kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Heroinin ümumi təmiz çəkisi -5,297 qr, tədqiqata sərf edildi-0,35qr (hər ob.0,05qr), qalıq -4,947 qram. Metamfetaminin ümumi təmiz çəkisi -11,876 qr, tədqiqata sərf edildi-0,25qr (hər ob-0,05 qr), qalıq-11,626 qram təşkil edir. Metamfetaminin - 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanuni ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin İ siyahısına daxildir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 09 aprel 2021-ci il tarixli, 6/1397 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində bir ədəd kağız paketdə «Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin 3 saylı Təcridxanası Zərflər üçün» dairəvi möhür əksi olan «Şübhəli şəxs Şahid5» sözləri, adlar, soyadlar və imzalar qeyd edilmiş bir ədəd kağız paketdə salfetə bükülmüş üç ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,370 qram, 0,515 qram, 0,450 qram ümumi təmiz çəkisi 1, 335 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanuni ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri»-in siyahısına daxildir. Təqdim olunmuş ümumi sayı 8 ədəd qəhvəyi rəngli dairəvi formalı olan həblərdə metadonun təsir maddəsinin ümumi miqdarı 0,32 qram (1 ədəd həbdə 0,04 qram) təşkil edir. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanuni ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr»-in siyahısına daxildir. Qeyd: Metamfetaminin ümumi təmiz çəkisi -1,335 qram, tədqiqata sərf edildi-0,15 qr, qalıq 1,185 qram. Metadon həblərinin sayı-8 ədəd, tədqiqata sərf edildi-1 ədəd, qalıq 7 ədəd təşkil edir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 20 avqust 2021-ci il tarixli, 978 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Lakin 2-ci qrup əlil oluduğuna görə ona narkomaniya xəstəliyindən məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan məhkəmə-psixiatrik ekspertizasının 09 iyul 2021-ci il tarixli, 370 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərinə rəhbərlik etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. İş materiallarında olan şəxsi axtarış aparılması haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və əl çantasına baxış keçirilmiş, axtarış zamanı şalvarın yan cibindən 01 ədəd bükülüdə psixotrop maddə metamfetamin, əl çantasından 5 ədəd bükümdə metamfetamin və 7 ədəd bükümdə narkotik vasitə heroinə oxşar maddə aşkar olmuşdur. İş materiallarında olan 08 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 3 saylı İstintaq təcridxanasına göndərdiyi sovqata baxış keçirilmiş, baxış zamanı balıqların bağırsağından 3 ədəd bükümdə psixotrop maddə metamfetamin və 8 ədəd metadon dərman perapatları aşkar olmuşdur. İş materiallarında olan 01 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4,947 qram narkotik vasitə heroin, qalıq çəkisi 12,811 qram psixotrop maddə metamfetamin və 7 ədəd metadon həbləri maddi sübut kimi tanınaraq Ağcabədi rayon polis şöbəsində saxlanılır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-137-ci maddələrinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı və məhkəmədə verdiyi etirafedici və şahidlərin təsdiqedici) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə heroin və psixotrop maddə olan metamfetamin miqdarına görə “külli miqdar” kimi qiymətləndirilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinə cinayət qanunvericiliyinin tələbləri baxımından hüquqi qiymət verərkən gəldiyi nəticələri, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilir ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin tövsifi məsələsini müzakirə edərək onun hərəkətini Azərbaycan Respublikası CM-in 234.1, 29, 317-1.1 və 234.4.3-cü maddələrinin dispozisiya şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddələrlə tövsif edilməsini əsaslı sayır. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.1, 29, 317- 1.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CMin 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs təqsirli bilindiyi hər bir maddə üzrə, əsas cəza növündə, maddənin sanksiyası həddində, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalı və Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, eyni zamanda təyin ediləcək cəzanın əvvəlinin onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni – 19 may 2021-ci ildən hesablanmasını əsaslı sayır. Belə ki, iş materiallarında olan Ağcabədi rayon məhkəməsinin 21 may 2021-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli 19 may 2021-ci ildən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə - Sumqayıt şəhər məhkəməsinin 04 aprel 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 170.1, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 21 dekabr 2019-cu ildə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 04 aprel 2019-cu il tarixli hökmlə ona təyin olunmuş cəzanın çəkilmə müddəti 21 dekabr 2019-cu ildə başa çatsa da, onun törətdiyi əməl “az ağır” cinayət hesab olunduğundan məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmişdir. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu 21 dekabr 2021-ci ildə başa çatmalı olduğu halda, Təqsirləndirilən şəxs hazırkı cinayət əməllərini 19 may 2021-ci ildə törətmişdir, yəni cinayəti məhkumluğu qanunla müəyyən olunmuş qaydada ödənilməmiş dövrdə törətmişdir. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər onlar cəzanı çəkib qurtardıqları gündən sonra 2 il keçdikdə məhkumluq ödənilmiş sayılır. Hazırda iş üzrə Təqsirləndirilən şəxs məhkumluğu qanunla müəyyən olunmuş qaydada ödənilməmiş şəxs hesab olunur. Təqsirləndirilən şəxs məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-in 18.5-ci maddəsinə əsasən isə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanlımalıdır. İş materiallarına əlavə edilmiş 17 iyun 2021-ci il tarixli 10\17-52 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs, Qubadlı rayonunun Yuxarı Mollu kəndində qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Yaşıl dərə, 4-cü məhəllə həyət evində anası və bacısı ilə orada yaşamış və yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun himayəsində heç bir yerdə işləməyən anasının və bacısının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, eləcə də İİ qrup əlil olmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzər alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s. müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Eyni zamanda CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Ağcabədi rayon polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4,947 qram narkotik vasitə heroin, qalıq çəkisi 12,811 qram psixotrop maddə olan metamfetamin və 7 ədəd metadon həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə ekspertiza xərcləri olan 62 (altmış iki) manat 52 qəpik Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1, 29, 317-1.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. CM-in 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.4.3-cü maddəsi ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 29, 317-1.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs qəti cəza – 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni 19 may 2021-ci ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə məhkəmə ekspertiza xərcləri olan 62 (altmış iki) manat 52 qəpik Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Ağcabədi rayon polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4,947 qram narkotik vasitə heroin, qalıq çəkisi 12,811 qram psixotrop maddə olan metamfetamin və 7 ədəd metadon həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən elan olunduğu həbsdə olan təqsirləndirilən şəxs (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan iyirmi gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər:
1. (sədrlik edən) Cəlil Nəbiyev
2. İlkin Abdullayev
3. Müşfiq Məmmədov