Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-28/2023 22.02.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, təqsirləndirilən şəxsin müdafiəçisi- Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1998-ci il tarixdə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Tərtər rayonu, Azadqaraqoyunlu kəndində qeydiyyatda olmaqla Bərdə rayonu, Divanlı kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov rayonu ərazisində "xxxx" QSC-nin Gənclik stansiyası yaxınlığından 2022-ci ilin fevral ayının ortalarında axşam saatlarında külli miqdarda narkotik vasitə 02 ədəd bükümdə 3,122 qram heroini qanunsuz olaraq satış məqsədilə əldə edib, saxlayıb üzərində daşımışdır. Bundan başqa o, təkrar olaraq külli miqdarda narkotik vasitələrin və külli miqdarda psixotrop maddənin qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınması və satışına dair İran İslam Respublikasında (bundan sonra İİR) olan digər şəxslə razılığa gələrək, qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq həmin külli miqdarda narkotik vasitələr və külli miqdarda psixotrop maddə cinayətkar qrupun digər üzvi tərəfindən qanunsuz olaraq əldə edilib, saxlanıb, daşınmış Beyləqan rayonunun İmamverdili kəndi ərazisində Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin 22-ci sərhəd zastavasının 30-cu sahəsinin arxa tərəfində gizlədilmiş və bu barədə 12 fevral 2022-ci il tarixdə cinayətkar qrupun üzvü olan digər şəxs ona məlumat verdikdən sonra, Təqsirləndirilən şəxs Beyləqan rayonunun İmamverdili kəndi ərazisinə gedərək, Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin 22-ci sərhəd zastavasının 30-cu sahəsinin arxa tərəfində gizlədilmiş həmin külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni 12 fevral 2022-ci il tarixdə saat 20:45-də götürməklə qanunsuz olaraq satış məqsədi ilə əldə edib, saxlayıb, daşıyarkən Dövlət Sərhəd Xidməti əməkdaşlarının keçirdiyi əməliyyataxtarış tədbiri nəticəsində hadisə yerində saxlanılmış, ondan cinayətkar qrupa məxsus 02 ədəd bağlamalarda həmin külli miqdarda narkotik vasitə təmiz halda çəkisi 4565 qram heroin, külli miqdarda narkotik vasitə təmiz halda çəkisi 5955 qram qurudulmuş marixuana, külli miqdarda narkotik vasitə təsiredici maddəsinin ümumi miqdarı 40 qram olan 1000 həb metadon və külli miqdarda psixotrop maddə təmiz halda çəkisi 1210 qram metamfetamin həmçinin, üzərinə şəxsi axtarış keçirilən zaman onun Bakı şəhəri, Nərimanov rayonu ərazisində "xxxx" QSC-nin Gənclik stansiyası yaxınlığından 2022-ci ilin fevral ayının ortalarında axşam saatlarında qanunsuz olaraq satış məqsədilə əldə edib, saxlayıb daşıdığı külli miqdarda narkotik vasitə 02 ədəd bükümdə 3,122 qram heroin aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilməyərək, özünü yalnız narkotik vasitələrin istifadəçisi kimi təqsirli bilərək ifadəsində göstərmişdir ki, özü Bərdə şəhərində yaşayır, tutulmamışdan bir il qabaq internetnetdə Şahin adlı şəxslə tanış olmuşdur. Həmin şəxsdən öz istifadəsi üçün müxtəlif vaxtlarda narkotik vasitələr almışdır. Şahin adlı şəxsin nömrəsi isə Azərbaycan mobil operatorlarına məxsus olmamışdır. Yenə tutulmamışdan iki-üç qabaq həmin şəxslə danışaraq narkotik vasitə istəmişdir. Şahin isə onun mobil telefonuna konum atıb narkotikin Bakı şəhərində Gənclik metrosu yaxınlığında qoyulduğunu bildirmişdir. Şahin ona istifadəsi üçün “kakos” və “patı” göndərmişdir. O, isə atılmış konum vasitəsi ilə gedib həmin yerdən narkotikləri götürüb üzərində saxlamış, həmin narkotiklərdən isə hardasa bir qramını istifadə etmişdir. Üzərində isə üç qrama yaxın narkotik vasitə olmuşdur. Daha sonra yaşadığı Bərdə şəhərinə getmək qərarına gəlmişdir. Bakı şəhərindən taksiyə minmiş, taksi sürücüsünə əvvəlcə Bərdə rayonuna getdiyini, yolda olarkən isə Beyləqan rayonuna getməli olduğunu, orada dostu ilə görüşəcəyini bildirmişdir. Şahinlə telefon vasitəsilə əlaqə saxlamış, bu zaman Şahin ona demişdir ki, “sənə yaxın yerdə mal var, götürmək istəsən əgər ordan götür”. Həmin yer isə Ağcabədiyə yaxın olmuş, beləki yaşadığı yerdən də ora uzaq məsafədə olmamışdır. Şahinlə tutulduğu gündən əvvəl danışmış, lakin Şahin 12-si səhər demişdir ki, mal var götür. Ondan əvvəl danışanda isə özü üçün mal istəyib ki, rayona aparsın. Üzərində olduğu narkotik vasitə isə ona iki gün kifayət edəcəkmiş, bu səbəbdən də əlavə narkotik vasitə götürmək üçün həmin yerə getmişdir. Şahin narkotikin yeri ilə bağlı ona yenə konum atmış, o isə həmin konumla narkotikin arxasınca yola çıxmışdır. Lakin narkotikin çəkisi barədə aralarında danışıq olmamış, təxminən 10 qrama yaxın mal götürmək istəmişdir. Eyni zamanda sonuncu götürdüyü narkotikə görə Şahinə pul verməmiş, Şahin bildirmiş ki, problem deyil sora verərsən. Konum vasitəsilə gedib həmin əraziyə çatmış, avtomobildən yerə düşmüş və Şahinin ona göndərdiyi yeri axtarmağa başlamış, Şahin ona turba şəkili göndərmiş, bu zaman oradakı işıq dirəklərinin hansınınsa yanında qoyulmuş kiçik bir bükümü axtarmışdır. Maşından bir dəfə yerə düşmüş, sürücü isə onu gözləmiş, lakin narkotiki tapa bilmədiyindən yenidən sürücüyə yaxınlaşıb, narahat olmamağını, dostundan pul götürəcəyini demişdir. Çünki Şahin narkotik bükümünü hansısa işıq dirəyinin altına qoyduğunu bildirmişdir. Həmin yerdə axtararkən isə tutulmuşdur. Daha sonra iki çantanı gətirmişlər ki, bunların arxasınca gəlmisən. Orada bildirmişdir ki, iki-üç gün qabaq həmin şəxsdən nisyə mal istəmiş, lakin o heçnə verməmişdir. Necə ola bilər ki, bu qədər mal verə bilər?. Şahin narkotikin ölkədən qıraqdan gəlməsi barədə heçnə bildirməyib. Həmin yerdə olarkən isə kolların arasından çıxıb onu saxlamışlar, özü də heçnə başa düşməmiş həmin vaxt, orada heç bir narkotik vasitə tapa bilməmiş, narkotik vasitələri görməmiş, əli belə həmin narkotiklərə dəyməmişdir. Onlar isə bildirmişlər ki, 10 kq mal var. Törətdiyi əməlindən peşmandır, məhkəmədən barəsində törətdiyi əmələ görə ədalətli qərar verilməsini xahiş edir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı işin mahiyyəti üzrə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ilkin ifadələrində göstərmişdir ki, təxminən 1 il əvvəl “İnstagram” sosial şəbəkəsində İran İslam Respublikası vətəndaşı Şahin adlı şəxslə tanış olmuş, mütəmadi olaraq onunla əlaqə saxlamış, daha sonra Şahin adlı şəxsdən mobil nömrəsini alaraq onunla “Whatsapp” vasitəsilə əlaqə saxlamış, ondan şəxsi istifadəsi üçün narkotik vasitə olan heroin əldə etmiş, 12 fevral 2022-ci il tarixdə Şahin zəng edərək Beyləqan rayonu İmamverdili kəndi istiqamətində narkotik vasitə olduğunu və gedib onu götürə biləcəyini ona demiş, Şahinlə danışdıqdan sonra Beyləqan rayonuna getmək üçün Bakı Beynəlxalq Avtovağzalına gedərkən əvvəllər tanıdığı taksi sürücüsü Şamxal adlı şəxslə telefon əlaqəsi saxlamış, Şamxal onu Beyləqan rayonuna apara bilməyəcəyini bildirmiş, hadisə yerində onunla birlikdə saxlanılan taksi fəaliyyəti ilə məşğul olan sürücünün nömrəsini vermiş, həmin telefon nömrəsi ilə əlaqə saxlayaraq Bakı Beynəlxalq Avtovağzalında görüş təyin etmiş, taksi sürücüsü ilə görüşdükdən sonra 60 manat müqabilində Bərdə rayonuna getməyə razılaşmışdır. Yolda sürücüyə dostu ilə görüşmək üçün Beyləqan rayonuna getməli olduğunu daha sonra Bərdə rayonuna getmələrini bildirdikdən sonra Beyləqan rayonu istiqamətində hərəkət etmişlər, təxminən saat 20-21 radələrində Bəhramtəpə dairəsini keçdikdən sonra Beyləqan rayonu İmamverdili kəndi yaxınlığında sürücüyə avtomobili saxlamasını, dostu ilə burda görüşəcəyini bildirmiş, taksidən düşən zaman sürücüyə onu gözləməsini demiş və sonra Şahin adlı şəxslə «WHATSAPP» ilə əlaqə saxlamış, sonuncu narkotik vasitə olan qara rəngdə olan idman çantalarının foto şəklini və məkanın kordinatlarını «WHATSAPP» vasitəsilə ona göndərmiş, o da kordinat üzrə narkotik vasitələr və psixotrop maddə olan məkana doğru hərəkət etmiş, kolların arasında olan beton dirəyə yaxınlaşmış, orada olan iki ədəd qara rəngli idman çantalarını götürüb oradan uzaqlaşarkən kimsə uca səslə «Dayan» demiş, o da əlində olan idman çantalarını yerə ataraq qaçmaq istəyərkən saxlanılmışdır. Bundan başqa ifadəsində şəxsi axtarış zamanı üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan heroini təxminən 2-3 gün əvvəl Şahin adlı şəxslə əlaqə saxladıqdan sonra Bakı şəhərində Gənclik metrostanisyasının yaxınlığından əldə etdiyini bildirmişdir. İfadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, müstəntiq tərəfindən ona zor tətbiq edilməmiş, lakin ifadələri müstəntiq tərəfindən özü bildiyi kimi yazılmış, o isə ifadələrini oxumadan imza etmişdir, elan olunmuş ifadələrini təsdiq etmir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, ona sumka şəkili göndərilməyib, lakin əgər öz istifadəsi üçün 10 qram narkotik vasitə götürmək məqsədilə gedirdisə, digər şəxsə səsli mesajında “sumkanın da şəklini at mənə” deməsinin səbəbini izah edə bilməmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materialları ilə tam təsdiq olunmuşdur. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid6 bildirmişdir ki, Bakı- Bərdə şəhərləri arası taksi fəaliyyəti ilə məşğul olur. Şamxal adlı taksi sürücüsü hadisə günü ona müştəri qismində Nicat adlı şəxsi yönəltmişdir. Nicat adlı şəxs isə avtovağzalda gəlib onun maşınına əyləşərək Bərdə şəhərinə yola düşmüşlər. Axşam tərəfi saat 4-5 radələrində yola çıxmışlar. Nicatla 50 manat qarşılığında onu aparmağa razılaşmışdır. Ələtə çatdıqda isə həmin şəxs Beyləqanda dostunun olduğunu 5-3 dəqiqə gedib onunla görüşməli olduğunu bildirmiş və o da maşını Beyləqan rayonu istiqamətinə sürmüşdür. Yol boyu isə Nicata konum atmışdılar, Nicat demişdir ki, dostumdur. Həmin konumla getmişlər. Bəhrəmtəpəni keçdikdən sonra, kameranın radarın altında Nicat maşını saxlamağını, dostunun bura gəldiyini demişdir. Nicat maşından düşüb gedəndən biraz sonra DSX əməkdaşları gəlib onu saxlamışlar, demişlər ki, bizlə getməlisən. Onu Bəprəmtəpə dairəsində olan idarəyə aparmışlar. Orada Nicatı və iki qara çantanı görmüşdür. DSX əməkdaşlarına çantalardan xəbərinin olmadığını bildirmişdir. Eyni zamanda Nicat da təsdiq etmişdir ki, “bu şəxsi birinci dəfədir görürəm, onu buraxın getsin”. Daha sonra çantalara Horadiz şəhərində baxış keçirmişlər, demişlər ki, narkotikdir. Nicatın həmin vaxt oradakı əməkdaşlar tərəfindən döyülməyini görməmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X7 bildirmişdir ki, 12 fevral 2022-ci il tarixdə saat 19:00-dan 13 fevral 2022-ci il tarixdə saat 01:00-dək baş çavuş Şahid3 ilə birlikdə N nömrəli hərbi hissənin 22-ci sərhəd zastavasının 30-cu sahəsində “Pusqu” sərhəd naryadı xidmətinə təyin olunmuş, həmin tarixdə saat 20 radələrində Beyləqan rayonu İmamverdili kəndi istiqamətinə doğru bir avtomobilin hərəkət etdiyini, həmin avtomobil kəndin yaxınlığında dayandıqdan sonra bir nəfər şəxsin düşərək orada olan körpüdən pilləkənlərlə kolluq əraziyə düşüb, işıq yandıraraq nəsə axtardığını müşahidə etmiş, dərhal bu barədə aidiyyəti üzrə məruzə etmiş, həmin şəxs kol bitkilərinin arasından, işıq dirəyinin yanından 2 ədəd idman çantasını götürüb uzaqlaşarkən ucadan ona “dayan” çağırışı vermiş, lakin o götürdüyü idman çantalarını yerə ataraq qaçmaq istəsə də onu saxlamışdır. Baş çavuş Şahid3 isə avtomobilə yaxınlaşaraq avtomobildə olan digər şəxsi saxlamış, daha sonra əraziyə digər hərbi qulluqçular da gəlmiş, saxlanılan şəxslər hərbi hissəyə aparılmışdır. Məhkəmə iclasında Şahid3 şahid X4 ifadəsinə uyğun ifadə vermişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, özü Horadiz şəhərində usta işləyir, orada yerləşən hərbi hissələrə təmirlə bağlı müxtəlif vaxtlarda dəvət edilmiş və təmir işləri görmüşdür. 12 fevral 2022-ci il tarixdə saat 10-11 radələrində N nömrəli hərbi hissənin inzibati binasına hal şahidi qismində dəvət olunmuşdur. Orada Xəyal və Nicat adında iki nəfər şəxsin saxlanıldığının şahidi olmuşdur. Xəyal həmin əraziyə taksi sürücüsü kimi gəldiyini bildirmiş, Nicat isə narkotik götürmək məqsədilə gəldiyini bildirmişdi. Daha sonra hadisə yerindən aşkar edilərək götürülmüş 02 ədəd idman çantalarına N nömrəli hərbi hissənin inzibati binasında baxış keçirilmiş, baxış zamanı orada sıx yapışqan lentlə sarılmış bükümlər, bükümlərin içərisindən narkotik vasitələrə oxşar maddələr və dərman preparatları aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin narkotikləri İİR vətəndaşından əldə etdiyini, narkotiklərin ona məxsus olmasını etiraf etmişdir. Məhkəmə iclasında Şahid4 Şahid5 ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarında olan Əməliyyat tədbirlərinin keçirilməsi barədə xx.xx.2022-ci il tarixli qərardan çıxarışdan görünür ki, narkotik vasitələrin sifarişçilərinin saxlanılması məqsədilə 2-ci SD-nin əməkdaşlarından ibarət Beyləqan rayonu İmamverdili kəndinə ayrılan yolun kənarında işıq dirəyinin yanında Pusqu sərhəd naryadı xidməti təşkil olunmuşdur. (c 1, i.v 8) İş materiallarında olan xx.xx.2022-ci il tarixli İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 22:00-də inzibati qaydada tutulmuşdur. (c 1, i.v 10) İş materiallarında olan 12 fevral 2022-ci il tarixli şəxsi axtarış, fiziki şəxsdə olan şeyləri yoxlama, şeylərin və sənədlərin götürülməsi haqqında protokoldan görünür ki, şəxsi axtarış zamanı inzibati qaydada tutulan Təqsirləndirilən şəxs üzərindən qarabənövşəyi rəngli üzərində “PALL-MALL” sözü yazılmış siqaret qutusunun içərisindən 02 ədəd bükümdə narkotik vasitə olan heroin aşkar olumuşdur. (c 1, i.v 11) İş materiallarında olan Hadisə yerinə baxış keçirmə və götürmə haqqında protokoldan görünür ki, baxış yeri Beyləqan rayonu İmamverdili kəndi ərazisində yerləşən N nörməli hərbi hissənin 22-ci sərhəd zastavasının 30-cu sahəsinin arxa istiqamətində kol bitikilərinin arasında beton dirəyin yanıdır. Baxış zamanı Təqsirləndirilən şəxs saxlanıldığı ərazidən 02 ədəd qara rəngli idman çantası aşkar olunmuş, saxlanılan şəxs Təqsirləndirilən şəxs aşkar olunmuş idman çantalarını beton dirəyin yanından götürdüyünü və onları həmin yerə Şahin adlı İran İslam Respublikası vətəndaşının qoyduğunu bildirmişdir. Daha sonra aşkar olunan idman çantaları qablaşdırılaraq götürülmüşdür. (c 1, i.v 18-19) İş materiallarında olan Aşkar olunmuş predmetə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs saxlanılan zaman aşkar olunmuş 02 ədəd idman çantalarının içərisindən 6500 qram narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar maddə, 4900 qram narkotik vasitə olan heroinə oxşar maddə, 1300 qram psixotrop maddə olan metamfetaminə oxşar maddə, üzərində “Metadon-40” yazısı olan 1000 ədəd dərman həbləri aşkar olunmuşdur. Aşkar olunmuş narkotik vasitələr, psixotrop maddə və dərman həbləri qablaşdırılaraq, möhürlənmişdir. (c 1, i.v 20-21) İş materiallarında olan Məhkəmə-kimyəvi ekspertizasının 13 fevral 2022-ci il tarixli 6/907 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Zərflər üçün №-21 dairəvi möhür əksləri olan kağız yapışdırılmış bir ədəd zərfdə 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,029 qram və 3,093 qram ümumi çəkisi 3,122 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış, narkotik vasitə heroindir. 01 ədəd bükülərək boru şəklinə salınmış bir manatlıq əskinasda narkotik vasitə heroinə məxsus izlər vardır və iz mikrohissəcikləri cuzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. 01 ədəd qara rəngli idman çantasından 5 büküm və 01 ədəd plastik qabda ümumi sayı 6 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 985 qram, 965 qram, 960 qram, 500 qram, 280 qram, 875 qram ümumi təmiz çəkisi 4565 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 935 qram, 210 qram, 65 qram ümumi təmiz çəkisi 1210 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 100 ədəd üzərində “Methadone 40” göstəriciləri olan dərman konvolyutunda 1000 ədəd olan açıq-qəhvəyi rəngli “F/M 40” göstəricili dərman həblərinin əsas təsiredici maddəsi metadondur və həmin həblərin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 40 qram təşkil edir. Metamfetaminin ümumi təmiz çəkisi 1210 qram, təhqiqata sərf edildi 0,090 qr, qalıq 1209,91 qram, çantadakı heroinin ümumi təmiz çəkisi 4565 qram, təhqiqata sərf edildi 0,120 qram, qalıq 4564,88 qram, zərfdəki heroinin ümumi təmiz çəkisi 3,122 qram, təhqiqata sərf edildi 0,100 qram, qalıq 3,022 qram, metadon həblərinin ümumi sayı 1000 ədəd, təhqiqata sərf edildi 2 həb, qalıq 998 həb. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 81 (səksən bir) manatdır. (c 1, i.v 32-39) İş materiallarında olan Məhkəmə bioloji ekspertizasının 13 fevral 2022-ci il tarixli 7/139 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş bir ədəd qara rəngli idman çantasında 01 ədəd üzəri skoçla bağlanmış polietilen bağlamada təmiz çəkisi 390 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə marixuanadır. Bundan başqa tədqiqata təqdim olunmuş tünd qəhvəyi rəngli idman çantasından 6 ədəd üzərləri skoçla bağlanmış polietilen bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 890 qram, 1000 qram, 1210 qram, 985 qram, 835 qram, 645 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixiuanadır.Tədqiqata təqdim olunmuş qara rəngli idman çantasında 01 ədəd polietilen bağlamadakı və tünd qəhvəyi rəngli idman çantasında 06 ədəd polietilen bağlamalardakı marixuanaların ümumi çəkisi 5955 qramdır. Marixuananın çəkisi 390,0 qram, 5565 qram, təhqiqata istifadə edildi cəmi 0,35 qram, qalıqlar 389,95 qram, 5564,7 qram. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 72 (yetmiş iki) manatdır. (c 1, i.v 41-44) İş materiallarında olan xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. (c 1, i.v 47) İş materiallarında olan xx.xx.2022-ci il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, 12 fevral 2022-ci il tarixdə saat 18:52-dən 21:09-dək təqsirləndirilən şəxs Nicat Nəzirzadənin istifadəsində olan mobil telefonunda olan whatsaap proqramında “Şahin Brat” adı ilə qeyd olunmuş İran İslam Respublikası operatoruna məxsus +7 906 834 85 51 nömrəsi ilə iş üçün əhəmiyyətli olan aşağıdakı yazışmalar, səslər və fotoşəkillər aşkar olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs “Qardaş bura yaz”, “Qardaşım set yoxdu, buralar biraz xarabalıqdı, qardaş 100 km göstərir xəritədə, Rovnu 1 saat, Qardaşım yoldayam “ sözlərini göndərmiş, “Şahin Brat” adı ilə qeyd olunmuş İran İslam Respublikası operatoruna məxsus +7 906 834 85 51 nömrəsi isə “Google map” vasitəsilə narkotik vasitələrin və psixotrop maddələrin olduğu kordinatları” göndərmiş, Təqsirləndirilən şəxs “bura gedim hə, azalmışam” sözlərini göndərmiş, Şahin Brat” adı ilə qeyd olunmuş İran İslam Respublikası operatoruna məxsus +7 906 834 85 51 nömrəsi “orda ol ünvanı atım” sözlərini göndərmiş, Təqsirləndirilən şəxs “Qardaşım, 12 deqə ordayam, Sən elə elətdir ki, ləngiməyim, Narmal asan yerdə olsun, dəqiq rahat, sumkanında şəklini at mənə, Yaxşı burdayam” sözlərini, “qağa mən çatmışam, qadan alım, başına dönüm, yazdımda baxmadın, burdayaç qardaş” səs yazısını göndərmiş, Şahin Brat” adı ilə qeyd olunmuş İran İslam Respublikası operatoruna məxsus +7 906 834 85 51 nömrəsi “Bilirəm gözlə” sözlərini göndərmiş, Təqsirləndirilən şəxs “heç nə qağam burdayam, yol gəldiyim adam yolu uzatdıq, biraz səhv yol ilə gəldik, çox uzaq düşdü, qardaşı bərk şəkildə yormuşam, siftə başqa yer bilirdim bura başqa yerə gəlib çıxmışam, dünən axşamdan sən deyəndən yatmamışam, nə demisən həll eləmişəm, saat 11-dəndə deyirəm yığıram zəng çatmır, bunlarla danışa bilmədim, işimi dəqiq biləm, maşını ona görə tapım, yoxsa mən getmişəm harasa zəng vurmusan ki, bəs qağa uşaqlar çıxacaqlar, gedəcəklər, qardaşında ailəli adamdı, maşını sürən, dostumuzdu, uşağıda biraz narahatdı, Allah şəfa versin, bir dənə denən çıxsılar görək əlaqəyə qardaş” səs yazısını göndərmiş, Şahin Brat” adı ilə qeyd olunmuş İran İslam Respublikası operatoruna məxsus +7 906 834 85 51 nömrəsi üzərində “Zəngilan, Cəbrayıl, Füzuli, Horadiz və İmaverdili sözləri yazılan dəmir lövhənin, körpünün və işıq dirəyinin fotolarını”, “Bakıdan gələndə İmamverdili plakatından qalxır korpuyə, korpunun sol tərəfində böyük işıq dirəyivar, onun altında” sözləri, “Google map proqramı ilə kordinatlar”, “götürdün qaqa mənə de” sözlərini göndərmiş, Təqsirləndirilən şəxs “qaqa telefonum sönübdü tapa bilmirəm yeri, tez denən burda bir dənə işıq tapmışam, oda ki o deyil ”, Şahin Brat” adı ilə qeyd olunmuş İran İslam Respublikası operatoruna məxsus +7 906 834 85 51 nömrəsi “Konom at ma, görüm hardasan” sözlərini və “Google map proqramı ilə kordinatlar” göndərmişdir. Telefon zənglərinə və SMS yazışmalarına baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən digər hallar aşkar olunmadı. (c 1, i.v 93-94) İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 12 fevral 2022-ci ildən hesablanmışdır. (c 1, i.v 105-108) İş materiallarında olan 14 fevral 2022-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, 4567,902 qram (4564,88 çantadakı qalıq+ 3,022 zərfdəki qalıq) heroin qalığı, 5954,65 qram marixuana qalığı, 1209,91 qram metamfetamin qalığı və 998 həb metadon maddi sübut kimi tanınmış və saxlanılması üçün Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin saxlanc yerinə təhvil verilmişdir. (c 1, i.v 109-110) İş materiallarında olan xx.xx.2022-ci il tarixli Dövlət Sərhəd Xidmətinin Əməliyyat- Axtarış Baş İdarəsindən daxil olmuş məktubdan görünür ki, 4565 qram heroinin, 5955 qram qurudulmuş marixuananın, təsiredici maddəsinin ümumi miqdarı 40 qram olan 1000 həb metadonun və 1210 qram metamfetaminin İran İslam Respublikası vətəndaşı Aslandüz şəhər sakini X5 məxsus olması müəyyən edilmiş və Təqsirləndirilən şəxs qeyd olunan maddələri Bakı şəhərinə apardıqdan sonra müxtəlif ünvanlara qoyaraq sifarişçilərə çatdıracağı barədə məlumatlar əldə olumuşdur. (c 1, i.v 183) İş materiallarında olan xx.xx.2022-ci il tarixli Tərtər RİHB-nın Azad Qaraqoyunlu kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi atası, anası və qardaşından ibarətdir. Uzun müddətdir ki, ərazidə yaşamadığı üçün xasiyyətnamə vermək mümkün deyil. (c 1, i.v 185) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsinin xx.xx.2022-ci il tarixli 2521 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərdən və psixostimulyatorlardan periodik istifadə etmə halları olub, lakin hal-hazırda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (c 1, i.v 235-236) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X3 Hüquqi Şəxsinin xx.xx.2022-ci il tarixli 1146 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən hər hansı bir psixi xəstəlikdən əziyyət çəkməyib, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməli, onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür, onda hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir, hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur, o öz psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. (c 1, i.v 238-239) İş materiallarında olan xx.xx.2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, cinayət işinin materiallarından şəxsiyyəti istintaqa Şahin adı ilə məlum olan İİR vətəndaşı və cinayətin digər iştirakçıları barəsində Azərbaycan Respublikası CM-in 318.1, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə başqa cinayət işinin ayrılması barədə qərar qəbul edilmişdir. (c 2, i.v 1-10) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X1 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamın faktiki tərəfini bütünlüklə mübahisələndirdiyi və özünün müdafiəsi üçün dəlillər irəli sürdüyü üçün, məhkəmə tərkibi hesab edir ki, həmin ittihamlar üzrə hüquqi tövsifə qiymət verilməmişdən öncə, Təqsirləndirilən şəxs müdafiəsi üçün irəli sürdükləri dəlillər yoxlanılmalıdır. Təqsirləndirilən şəxs elan olunmuş ittihamın faktiki tərəfinə dair müdafiəsi üçün gətirdiyi dəlillər: Şahin adlı şəxslə tanış olmuş, həmin şəxsdən öz istifadəsi üçün müxtəlif vaxtlarda narkotik vasitələr almış, tutulmamışdan iki-üç qabaq həmin şəxslə danışaraq narkotik vasitə istəmiş, Şahin isə onun mobil telefonuna konum atıb narkotikin Bakı şəhərində Gənclik metrosu yaxınlığında qoyulduğunu bildirmiş, o, isə atılmış konum vasitəsi ilə gedib həmin yerdən narkotikləri götürüb üzərində saxlamış, həmin narkotiklərdən isə hardasa bir qramını istifadə etmişdir. Üzərində isə üç qrama yaxın narkotik vasitə olmuşdur. Daha sonra Şahinlə telefon vasitəsilə əlaqə saxlamış, Şahin 12si səhər demişdir ki, mal var götür, o da əlavə narkotik vasitə götürmək üçün həmin yerə getmişdir. Şahin narkotikin yeri ilə bağlı ona yenə konum atmış, o isə həmin konumla narkotikin arxasınca yola çıxmışdır. Lakin narkotikin çəkisi barədə aralarında danışıq olmamış, təxminən 10 qrama yaxın mal götürmək istəmişdir. Konum vasitəsilə həmin yerə getmiş, həmin yerdə olarkən isə kolların arasından çıxıb onu saxlamışlar, özü də heçnə başa düşməmiş həmin vaxt, orada heç bir narkotik vasitə tapa bilməmiş, narkotik vasitələri görməmiş, əli belə həmin narkotiklərə dəyməmiş, daha sonra iki çantanı gətirmişlər ki, bunların arxasınca gəlmisən. Aşkar olunmuş narkotik vasitələrin ona aidiyyəti olmamışdır. Təqsirləndirilən şəxsin müdafiəsi üçün gətirdiyi dəlillərin qiymətləndirilməsi: Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində yuxarıda göstərilən xüsusatlar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən onun özünü ibtidai araşdırma zamanı vermiş olduğu ifadələri, şahid ifadələri, istintaq hərəkəti protokolları, ekspertiza rəyləri, maddi sübutlar, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət kimi qəbul etmir, onun bu ifadələrini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Belə ki, cinayət təqibi başlanan andan Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə xx.xx.2022-ci ildə şübhəli (cild İ – i.v. 61-64), xx.xx.2022-ci ildə təqsirləndirilən şəxs (cild İ – i.v. 95-98) qismində verdiyi ifadələrində işin faktiki hallarına uyğun gələn ifadələr vermişdir. Həmin ifadələrində Təqsirləndirilən şəxs İİR vətəndaşı Şahin adlı şəxslə tanış olduğunu, mütəmadi olaraq onunla əlaqə saxlayaraq, ondan şəxsi istifadəsi üçün narkotik vasitə olan heroin əldə etdiyini, 12 fevral 2022-ci il tarixdə Şahin zəng edərək Beyləqan rayonu İmamverdili kəndi istiqamətində narkotik vasitə olduğunu və gedib onu götürə biləcəyini ona deməsini, Şahinlə danışdıqdan sonra Beyləqan rayonuna getdiyini, Şahin adlı şəxslə «WHATSAPP» ilə əlaqə saxlayaraq, sonuncu narkotik vasitə olan qara rəngdə olan idman çantalarının foto şəklini və məkanın kordinatlarını «WHATSAPP» vasitəsilə ona göndərdiyini, o da kordinat üzrə narkotik vasitələr və psixotrop maddə olan məkana doğru hərəkət edib, kolların arasında olan beton dirəyə yaxınlaşıb, orada olan iki ədəd qara rəngli idman çantalarını götürüb oradan uzaqlaşarkən kimsə uca səslə «Dayan» deməsini, o da əlində olan idman çantalarını yerə ataraq qaçmaq istəyərkən saxlanıldığını, şəxsi axtarış zamanı üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan heroini təxminən 2-3 gün əvvəl Şahin adlı şəxslə əlaqə saxladıqdan sonra Bakı şəhərində Gənclik metrostanisyasının yaxınlığından əldə etdiyini bilvasitə öz seçimi əsasında cəlb edilmiş peşəkar vəkilinin yanında qeyd-şərtsiz və açıq-aşkar formada bəyan etmişdir. Bundan başqa iş materiallarında olan Təqsirləndirilən şəxs hadisə zamanı istifadəsində olan mobil telefonuna baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs İİR operatoruna məxsus +7 906 834 85 51 nömrəsinə “Qardaşım, 12 deqə ordayam, Sən elə elətdir ki, ləngiməyim, Narmal asan yerdə olsun, dəqiq rahat, sumkanında şəklini at mənə, Yaxşı burdayam” sözlərini göndərmişdir. Həmin sms-in məzmunundan da açıq aşkar görünür ki, Təqsirləndirilən şəxs hadisə günü öz istifadəsi üçün 10 qrama yaxın narkotik vasitə götürmək üçün yox, məhz aşkar edilmiş iki ədəd çantada olan narkotik vasitələri və psixotrop maddəni götürmək məqsədilə getmiş, eyni zamanda Təqsirləndirilən şəxs əgər şəxsi istifadəsi üçün az miqdarda narkotik vasitə götürmək məqsədilə gedirdisə, digər şəxsə “sumkanın da şəklini at mənə” deməsinin səbəbini izah edə bilməmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs saxlanıldığı Beyləqan rayonunun İmamverdili kəndi ərazisinə gedərkən məhz aşkar edilmiş iki ədəd çantaların oradan götürülməsi ilə bağlı digər şəxslə aralarında qabaqcadan razılıq əldə edilməsi yuxarıda göstərilən neytral sübutlarla da öz təsdiqini tapır. Bundan başqa Təqsirləndirilən şəxs hadisə yerində heç bir heç bir narkotik vasitə tapa bilməməsi, narkotik vasitələri görməməsi, əlinin belə həmin narkotiklərə dəyməməsi barədə ifadəsində göstərdiyi xüsusatlar, onun hadisə yerində saxlanılmasında iştirak etmiş şahid ifadələri (şahidlər Turan Davudov və Şahid3 həmin ifadələrində Təqsirləndirilən şəxs bilavasitə hadisə yerindən iki ədəd qara rəngli idman çantalarını götürdükdən sonra tərəflərindən saxlanılmasını bildirmişlər) ilə tam təkzib edilmişdir. Ümumiyyətlə təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ibtidai araşdırma dövründən fərqli ifadə verməsini hər hansı bir mötəbər dəlillə əsaslandırmamışdır. Artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada təhrif edildiyini təsdiq etmiş, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələr yalan olmaqla məhz real faktların ört-basdır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Lakin təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələrində göstərdikləri işin müəyyən olunmuş faktiki halları ilə birəbir uyğun olmuşdur. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə verdiyi qeyd olunan ifadələrini cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Məhkəmə təqsirləndirilən şəxsin həmçinin üzərindən aşkar olunmuş – ittihamda təsvir olunmuş maddəni şəxsi istifadəsi üçün əldə edib saxlaması ilə bağlı ifadəsinə də münasibət bildirərək qeyd edir ki, təqsirləndirilən şəxsin bu hissədə də söylədikləri həqiqətə uyğun deyil, onun müvafiq ifadə verməsi isə elan olunmuş ittiham üzrə cinayət məsuliyyətinin yüngülləşdirilməsinə hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,029 qram və 3,093 qram ümumi çəkisi 3,122 qram narkotik vasitə olan heroin şəxsi istehlak miqdarından dəfələrlə artıq olmaqla külli miqdar təşkil edir. Təqsirləndirilən şəxs götürülmüş külli miqdarda olan narkotik vasitənin bükümlərə ayrılması (iki ədəd bükümə), həmin narkotik vasitəni üzərində saxlamaqla yaşadığı şəhərdən kənarda başqa bir şəhər ərazisində daşıması onun həmin narkotik vasitəni məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etməsini ehtiva edən hallar kimi qiymətləndirilməsinə əsasdır. Beləliklə, məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs satış məqsədilə külli miqdarda narkotik vasitəni əldə edib, saxlayıb daşıması, bundan başqa təkrar olaraq digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, külli miqdarda psixotrop maddəni əldə edərək daşıyıb saxlaması öz təsdiqini tapmışdır. Habelə məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Narkotik vasitələr» başlıqlı «İ siyahı»nın 5, 12 və 13-cü sətrlərinə əsasən heroin, marixuana və metadon narkotik vasitələr hesab edilir, həmin maddələrin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi sətr ardıcıllığına müvafiq olaraq 0,15 qram, 5 qram və 0,02 qram, külli miqdarının aşağı həddi isə sətr ardıcıllığına müvafiq olaraq 2 qram, 500 qram və 1,6 qramdır. Habelə bu Qanunun İİ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı «Metamfetamin» olan maddə psixotrop maddədir. Metamfetaminin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevrilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyasına, narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hərəkətlər başa düşülür. Sözügedən Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Qanunun qeyd olunan normasına görə narkotik vasitələrin satışı dedikdə, yalnız qeyd olunan maddələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədilə yayılması başa düşülür. Buna görə də, şəxsin narkotik vasitələri satış üçün əldə edib, saxlaması haqqında nəticəyə gəlmək üçün onun məhz sadalanan məqsədlərdən ən azı birinə görə narkotik vasitələri əldə edib, saxlaması sübut edilməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin Qərarının 4-cü bəndinə görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin külli miqdarda – 4565 qram heroini, 5955 qram qurudulmuş marixuananı, təsiredici maddəsinin ümumi miqdarı 40 qram olan 1000 həb metadonu və 1210 qram metamfetamini əldə edib, saxlamaqla digər şəxsin deyəcəyi yerə çatdırmaq niyyətində olması, onun məhz həmin maddələrin şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkət kimi qiymətləndirilməlidir. Belə ki, təqsirləndirilən şəxs artıq ölkə ərazisində mövcud olmuş külli miqdarda narkotik vasitələrin, eləcə də külli miqdarda psixotrop maddənin əldə edilib saxlanması və daşınması, faktiki olaraq isə həmin vasitə və maddələrlə bağlı “kuryerlik” funksiyasını icra etmək vəzifəsini öz öhdəsinə götürmüşdür. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxsin əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə irəli sürdüyü ittihamı Təqsirləndirilən şəxs digər şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda müxtəlif növdə narkotik vasitələrin və külli miqdarda psixotrop maddənin qanunsuz olaraq satış məqsədilə İİR-də əldə edilməsi, saxlanması və daşınaraq qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi barədə razılaşaraq cinayət əlaqəsinə girməsi, əldə olunmuş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq digər şəxs külli miqdarda narkotik vasitələr və külli miqdarda psixotrop maddəni Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə daşıyaraq əvvəlcədən razılaşdırdıqları kimi İİR-dən qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasına keçirmiş, bu barədə 12 fevral 2022-ci il tarixdə cinayətkar qrupun üzvü digər şəxs ona məlumat verdikdən sonra, Təqsirləndirilən şəxs Beyləqan rayonunun İmamverdili kəndi ərazisinə gedərək, Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin 22-ci sərhəd zastavasının 30-cu sahəsinin arxa tərəfində gizlədilmiş həmin külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni 12 fevral 2022-ci il tarixdə saat 20:45-də götürməklə qanunsuz olaraq satış məqsədi ilə əldə edib, saxlayıb, daşıyarkən saxlanılması ilə əsaslandırmışdır. Eyni zamanda dövlət ittihamçısı çıxışında tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs qaçaqmalçılıq cinayətinin törədilməsində qabaqcadan əlbir olan bir qrup şəxs halında deyil, bu cinayətin qabaqcadan əlbir olan bir qrup şəxsin icrası ilə törədilməsində köməkçi qismində iştirakının təsdiq olunduğunu və buna görə də istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməlinin CM-nin 206.3.2-ci maddəsi ilə düzgün tövsif olunmadığı qənaətinə gəlib onun bu əməlinin CM-nin 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5, 206.3.2-ci maddəsinə tövsif edilməklə ittiham olunmalı olduğunu və Təqsirləndirilən şəxs CM-nin 32.5, 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrində nəzərə tutulmuş cinayətləri törətməkdə ittiham olunmasını müdafiə edərək onun həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalı olmasını bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2-ci maddəsi ilə irəli sürülmüş ittihama münasibət bildirərək qeyd edir ki, məhkəmə istintaqı zamanı aparılmış hərtərəfli araşdırma nəticəsində təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi, belə bir əməlin törədilməsində iştirakı və belə iştiraka yönəlmiş hər hansı qəsdi sübuta yetirilməmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə ittiham elan edərkən iş üzrə toplanmış sübutların məcmusuna düzgün istinad etməklə obyektiv, əsaslı hüquqi nəticəyə gəlsə də, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə ittiham irəli sürməklə əsassız qənaətə gəlmişdir. Belə ki, iş üzrə toplanmış sübutların, bütövlükdə cinayət işinin materiallarının təhlili göstərir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini təsdiq edə biləcək hər hansı mötəbər sübut əldə olunmamışdır. Azərbaycan Respublikası CPM-in: 21.3-cü maddəsinə əsasən ittihamı sübuta yetirmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olmasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 139.0.3-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə göstərilən cinayət-prosessual qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı həm sübutlar, həm də hüquqi tövsif baxımından sübuta yetirmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Müvafiq ittihamın sübut edilməsinə maneə yaradan şübhələr digər sübut növü ilə aradan qaldırılmadıqda təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Məhkəmə hökmündə şəxsin cinayət əməlini törətməkdə təqsiri ehtimal əsasında deyil, yalnız sübutlara əsasən müəyyən edilməlidir. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2-ci maddəsi ilə ona görə ittiham irəli sürülmüşdür ki, o, İİR vətəndaşı ilə əvvəlcədən müvafiq məzmunda razılaşdıqdan sonra qabaqcadan əlbir olan bir qrup halında müvafiq olaraq təmiz çəkiləri 4565 qram heroini, 5955 qram qurudulmuş marixuananı, təsiredici maddəsinin ümumi miqdarı 40 qram olan 1000 həb metadonu və 1210 qram metamfetamini İİR-dən Azərbaycan Respublikasına Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya gizli, yəni qaçaqmalçılıq yolu ilə keçirilməsində köməkçi qismində iştirak etmişdir. Məhkəmənin mövqeyinə görə, qaçaqmalçılıq cinayətinin obyektiv tərəfini təşkil edən iki və daha çox şəxsin qabaqcadan razılaşması dedikdə, Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi üçün iki və daha çox şəxsin qabaqcadan razılığa gəlmələri, yəni cinayət əməlinin iştirakçılarının birlikdə və ya fərdi qaydada qarşılıqlı razılaşma əsasında qaçaqmalçılıq əməlinin törədilməsinə yönələn dispozitiv hərəkətləri törətmələri başa düşülür. Bu mənada qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış qrupun üzvü cinayətin törədilməsi məqsədi ilə uğurlu şəraitin yaradılması və ya törədilməsi üçün hər hansı hərəkət etdikdə o, cinayətin iştirakçısı olur. Qaçaqmalçılıq cinayətinin obyektiv tərəfinin əlamətlərinin dəqiq dairəsi də Azərbaycan Respublikası CM-nin 206-cı maddəsinin dispozisiyasında göstərilmişdir. Həmin dispozisiyada nəzərdə tutulmuş bütün hərəkətlərin eyni şəxs tərəfindən törədilməsi digər şəxslərin həmin cinayətin törədilməsində iştirakını istisna edir. Qaçaqmalçılıq yolu ilə, yəni əşyanın gömrük sərhəddindən keçirilməsindən sonra həmin əmlakı qəbul etmiş şəxsin hərəkətlərində qaçaqmalçılığa görə cinayət məsuliyyəti nəzərdə tutan həmin maddənin dispozisiyasında nəzərdə tutulan hərəkətlərdən hər hansı birinin olmaması şəxsin hərəkətlərində Azərbaycan Respublikası CM-nin 206-cı maddəsinin tərkibinin olmasını istisna edir. Çünki, məhkəmədə araşdırılan cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxsin cinayət əməlinin predmetini təşkil narkotik vasitənin xarici ölkənin ərazisində əldə olunmasında, onun saxlanılmasında, daşınmasında, gömrük nəzarətindən kənar Azərbaycan Respublikasının ərazisinə keçirilməsində iştirak etməsini təsdiq edən sübut müəyyən olunmadı. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının 19-cu bəndində izah edilir ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslanmaqla nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Məhkəmə bu hüquqi mövqeydən belə nəticəyə gəlir ki, əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq kimi tövsif edilməsi üçün həmin cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərdən hər hansı biri və ya bir neçəsinin bu barədə əvvəlcədən razılaşmış iki və ya daha çox şəxs tərəfindən törədilməsinin müəyyən edilməsi tələb olunur. Şəxsin mal və ya digər əşyaları qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirilməmişdən əvvəl bu barədə məlumat aldıqdan sonra qəbul etməsi əməlində qaçaqmalçılıq cinayətinin tərkib əlamətlərini yaradır. Məhkəmə bu hüquqi mövqeydən belə nəticəyə gəlir ki, qaçaqmalçılıq cinayətinin predmeti olan mal və ya əşyaları Azərbaycan Respublikası ərazisinə gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsindən əvvəl bu barədə məlumat almış, onları Azərbaycan Respublikası ərazisində qəbul edəcəyini qabaqcadan vəd etmiş və Azərbaycan Respublikasının ərazisinə gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsindən, yəni cinayət başa çatdıqdan sonra bilavasitə keçirildiyi yerdə deyil, yaşayış məntəqəsində qəbul etmiş şəxs cinayətin köməkçisi kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın məzmununda sonuncunun qaçaqmalçılıq cinayət əməlinin obyektiv cəhətini “Şahin” adlı İİR vətəndaşı ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında köməkçi qismində törətdiyi göstərilsə də, cinayət işi materiallarında bu halı, eləcə də həmin cinayət əməlinin obyektiv cəhətinə aid əlamətlərin baş verməsini təsdiq edən hər hansı sübut növü mövcud deyildir. Digər tərəfdən, cinayət işi materiallarında Təqsirləndirilən şəxs həmin kütlələrin Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçiriləcəyindən qabaqcadan məlumatlı olmasına dair hər hansı sübut növü, o cümlədən sonuncunun bu məzmunda etirafedici ifadələri, şahid ifadələri, eləcə də telefon danışıqları haqqında məlumatlar mövcud deyildir. İstintaq orqanı tərəfindən qeyd olunan maddələrin gizlədilmiş yerdən götürülməsi anınadək Təqsirləndirilən şəxs həmin predmetlərlə bağlı hər hansı hərəkətlər etməsi, o cümlədən onun Azərbaycan Respublikasının gömrük sərhədindən qanunsuz keçirilməsində hər hansı formada (icraçı, təhrikçi, köməkçi, təşkilatçı qismində) iştirak etməsi müəyyən edilməmiş, buna dair hər hansı sübut əldə edilməmişdir. Əksinə Təqsirləndirilən şəxs həmin predmetlərin artıq Azərbaycan Respublikası ərazisində olduğunu bildikdən sonra cinayətdə iştirak etmiş, yəni, Təqsirləndirilən şəxs qaçaqmalçılıq cinayəti törədildikdən sonra satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, külli miqdarda psixotrop maddəni əldə etmə, daşıma, saxlama hərəkətlərində iştirak etmişdir. Göründüyü kimi, bir qrup şəxs halında cinayət əlaqəsinə girdiyi digər şəxs təqsirləndirilən şəxsə artıq Azərbaycan Respublikasının ərazisinə gətirilmiş, Beyləqan rayonunun İmamverdili kəndi ərazisində bəlli yerə yerləşdirilmiş narkotik vasitələrin, psixotrop maddələrin qoyulduğu yer barədə məlumat vermiş və təqsirləndirilən şəxs məhz bu məlumatı aldıqdan sonra satış məqsədilə həmin maddələri Beyləqan rayonunun İmamverdili kəndi ərazisində qoyulduğu yerdən götürmüşdür. Ümumiyyətlə isə ittihamda göstərilən narkotik vasitələrin, psixotrop maddənin xaricdə və ya ölkə ərazisində olması, narkotik vasitənin ölkə ərazisinə nə vaxt gətirilməsi, təqsirləndirilən şəxsin narkotik vasitənin ölkə ərazisinə keçirilməsində hansı qaydada iştirak etməsi kimi suallara cinayət işinin materiallarında cavab tapılmır. Təqsirləndirilən şəxsin qeyd olunan hərəkəti yalnız satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddəni əldə edərək daşıyıb saxlama cinayətinin tərkibi ilə əhatə olunur. Həm də məhkəmə, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddəni əldə edərək daşıyıb saxlama cinayətinə münasibətdə qabaqcadan əlbir olan bir qrup şəxs halında tövsifedici əlamətinin tam sübuta yetirildiyi qənaətindədir. Cinayətin gedişində cinayətə qoşulmaqla (cinayətin digər iştirakçıları ilə qabaqcadan cinayətin törədilməsi məqsədi ilə əlbir olmadan) cinayətdə iştirak etmiş və ya digər cinayət törətmiş şəxsin hərəkətləri cinayətin iştirakçıları (içraçıları) ilə qabaqcadan cinayət əlaqəsinə girməklə cinayəti əlbir olan qrup şəkildə törətməsi kimi qiymətləndirilməməli və həmin şəxs özünün törətdiyi konkret hərəkətlərə görə məsuliyyət daşımalıdır. Yəni, Təqsirləndirilən şəxs İİR-də olan digər şəxs tərəfindən qaçaqmalçılıq cinayəti törədildikdən sonra satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, külli miqdarda psixotrop maddəni əldə etmə, daşıma, saxlama hərəkətlərində iştirak etmişdir və ona görə də Təqsirləndirilən şəxs məhz törətdiyi sübuta yetirilən bu əməllərinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Ona görə də məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın qaçaqmalçılıq cinayəti ilə bağlı hissəsi yalnız fərziyyələrə söykənir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Avropa İnsan Hüquqları Məhkəməsi «Deveyer Belçikaya qarşı» işi ilə bağlı qərarında qeyd etmişdir ki, “ittiham” termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməli, məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. Azərbaycan Respublikası CPM-nin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir”. İşin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2-ci maddəsi ilə irəli sürülmüş ittihamın heç bir sübuta əsaslanmadığı və həmin hissəsədə ittihamın irəli sürülməsi prosedurunun işin real olaraq müəyyən edilmiş hüquqi əhəmiyyət kəsb edən faktiki halı ilə uzlaşmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən şəxsin “təqsirliliyi sübuta yetirilmədikdə” məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə bəraət verilməlidir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin yuxarıda qeyd olunan maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin qeyd olunan əməllərinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən həmin əməllərə görə cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Habelə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların olması müəyyən edilmədi. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halların və cəzanı ağırlaşdıran halın olmamasını aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddənin çəkisini, müxtəlif növlərə aid olmasını, həmin cinayətlərin törədilmə üsulunu və mexanizmini, aşkarlanmış narkotik vasitələr və psixotrop maddənin insan orqanizminə mənfi təsirini, çoxlu sayda insanların sağlamlığına ziyanını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi maddələrin sanksiyaları həddində, yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməli və o həmin cəzanı çəkməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. İş materiallarında olan xx.xx.2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokolla müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci ildə saxlanılmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı 12 fevral 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Habelə narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1 və 132.1.6-cı maddələrinə müvafiq olaraq iş üzrə maddi sübut kimi tanınaraq DSX-nin İstintaq və Təhqiqat İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan müvafiq ekspert tədqiqatından sonra qalıq çəkisi 4567,902 qram (4564,88 çantadakı qalıq+ 3,022 zərfdəki qalıq) heroin, 5954,65 qram marixuana, 1209,91 qram metamfetamin və 998 həb metadon məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 153 (bir yüz əlli üç) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün əsaslar (CM-nin 99-1-ci maddəsinə əsasən) yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2-ci maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona həmin maddələr üzrə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 12 fevral 2022-ci ildən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan müvafiq ekspert tədqiqatından sonra qalıq çəkisi 4567,902 qram (4564,88 çantadakı qalıq+ 3,022 zərfdəki qalıq) heroin, 5954,65 qram marixuana, 1209,91 qram metamfetamin və 998 həb metadon məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 153 (bir yüz əlli üç) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev
Məhkəmə qərarları › İş №1(099)-28/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-28/2023
22.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver