Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-28/2025 09.04.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, müdafiəçi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1991-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmuş, işləməyən, Oğuz rayonu Padar kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma barədə qeyriləri ilə əvvəlcədən razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, cinayətkar qrupun digər üzvü tərəfindən ümumi cinayətkar niyyətə uyğun olaraq hər biri külli miqdar təşkil edən 755,399 qram narkotik vasitə heroin, 15914,83 qram narkotik vasitə qurudulmuş marixuana və təsiredici maddəsinin ümumi miqdarı 8 qram olan 200 ədəd narkotik vasitə metadon həblərini əldə edərək Ucar-Zərdab-Ağcabədi magistral avtomobil yolunun Ağcabədi rayonu Nəcəfqulu kəndi ərazisindən keçən hissəsində üzərinə « 90 » yazılmış yol nişanının yaxınlığında gizlətməklə bu barədə 06 yanvar 2024-cü il tarixdə saat 22 radələrində Təqsirləndirilən şəxs məlumat verilmiş, Təqsirləndirilən şəxs ümumi cinayətkar niyyətə uyğun olaraq həmin narkotik vasitələri qoyulduğu yerdən götürməklə ayrı-ayrı şəxslərə çatdırmaq məqsədi ilə idarə etdiyi “Toyota Prius” markalı, **-KG-*** qeydiyyat nişanlı avtomobil ilə həmin yerə yollanmış, cinayətkar qrupun üzvünün onun telefonuna “WhatsApp” proqramı ilə göndərdiyi kordinantlar (konum) və üzərinə “90” yazılmış yol nişanı olan fotoşəkil üzrə hərəkət etməklə 07 yanvar 2024-cü il tarixdə gecə saat 02 radələrində narkotik vasitələrin olduğu yerə çatmış, orada avtomobili saxlamış, avtomobildən düşərək narkotik vasitələri götürüb avtomobilə yükləmək üçün avtomobilin yanına daşımış, lakin bu barədə məlumat almış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X4 Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 07 yanvar 2024-cü il tarixdə saat 02:10-da saxlanılaraq Ağcabədi Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkcəsinin sol yan cibindən 01 ədəd sellofan bükümdə 14,83 qram narkotik vasitə qurudulmuş marixuana, əlində saxladığı kisələrdən birinin içərisindən 7500 qram narkotik vasitə qurudulmuş marixuana və 02 ədəd sellofan bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 305,005 qram və 450,394 qram olmaqla ümumi təmiz çəkisi 755,399 qram olan narkotik vasitə heroin, ikinci kisənin içərisindən 8400 qram narkotik vasitə qurudulmuş marixuana və təsiredici maddəsinin ümumi miqdarı 8 qram olan 200 ədəd narkotik vasitə metadon həbləri aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs kimi dindirilən Təqsirləndirilən şəxs ona Azhərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, Oğuz rayonu Padar kəndində qeydiyyatda olsa da, Bakı şəhəri Sabunçu rayonunda yaşamış, narkotik vasitələrdən istifadə etmişdir. Hadisədən dörd-beş gün əvvəl telefonla İran vətəndaşı ilə danışmışdır. İran vətəndaşı ondan nə işlə məşğul olmasını soruşmuşdur. O isə taksi sürücüsü olduğunu və narkotik vasitələri istifadə etdiyini bilmişdir. İranlı ona 15 qram marixuana göndərəcəyini demişdir. O isə iranlı şəxsə 6 yanvar 2024-cü il tarixdə Cəlilabada gedəcəyini bildirmişdir. Həmin şəxs ona adamı olduğunu, narkotik vasitəni Zərdabdan Ağcabədi istiqamətində gedəndə Ağcabədi rayonu Nəcəfqulu kəndi ərazisində yol nişanının yanına qoyacaqlarını bildirmişdir. O, 07 yanvar 2024-cü il tarixdə gecə saat 02 radələrində idarə etdiyi «Toyota Prius» markalı, **-KG-*** nömrə nişanlı avtomaşınla Nəcəfqulu kəndi ərazisindəki üzərinə «90» yazılmış yol nişanının yanına getmiş və avtomaşını yol nişanının yanında ayaqyoluna getmək məqsədi ilə saxlamışdır. Bu zaman polis işçiləri onu tutmuşlar. Polis işçiləri onu tutarkən avtomaşının yanında heç bir narkotik vasitə olmamışdır. O, heç bir narkotik vasitə götürməmişdir. Polis işçiləri onu Ağcabədi Rayon Polis Şöbəsinə aparmışlar. Polis işçiləri onun cibinə 15 qram narkotik vaitə heroin qoymuşlar. Onu CM-nin 234.1-ci maddəsi ilə məsuliyyətə verəcəklərini vəd etdiklərinə görə sənədlərə imza etmişdir. Lakin polis işçiləri ona 16 kiloqram narkotik vasitə yükləmişlər. Polis işçiləri tərəfindən ona heç bir təsir, təzyiq göstərilməmişdir. Polis işçilərinə iranlı ilə danışıb gəldiyini bildirmişdir. Həmin vaxt üzərində 1 bükümdə narkotik vasitə olmuşdur. Lakin Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində özünü elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, Bakı şəhəri Sabunçu rayonunda yaşamaqla icarəyə götürdüyü “Toyota Prius” markalı, **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olmuşdur. Narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmişdir. Narkotik vasitəni Bakı şəhərində üzdən tanıdığı, lakin anket məlumatlarını dəqiq bilmədiyi şəxslərdən əldə edirmiş. Polis əməkdaşları tərəfindən tutulmamışdan təxminən 5-6 gün əvvəl sosial şəbəkədə adının Qəhrəman olmasını bildirən İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuş və ondan öz istifadəsi üçün narkotik vasitə almışdır. O, həmin şəxslə öz istifadəsində olan ***-***-**-** saylı nömrədən +98-911-892-3942 saylı nömrə ilə “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə danışırmış. O, Qəhrəman adlı şəxsdən öz istifadəsi üçün narkotik vasitə qurudulmuş marixuana aldıqdan sonra aralarında münasibət yaranmış və 06 yanvar 2024-cü il tarixdə Qəhrəman adlı şəxs onunla əlaqə saxlayıb təklif etmişdir ki, ona külli miqdarda narkotik vasitələr göndərsin, o, da həmin maddələri götürüb özündə saxlasın, sonra götürdüyü narkotik vasitələri onun dediyi ünvanlara qoyub həmin yerlərin şəkillərini çəkib ona göndərsin və bunun müqabilində Qəhrəman adlı şəxs ona pul və ya narkotik vasitə versin. O, da pula ehtiyacı olduğuna görə məcburiyyət qarşısında qalıb Qəhrəman adlı şəxsin bu təklifi ilə razılaşmışdır. Qəhrəman adlı şəxs həmin gün axşam vaxtı Ağcabədi rayonu ərazisinə külli miqdarda narkotik vasitələr qoyulacağını və gedib həmin narkotik vasitələri götürüb Bakı şəhərinə gətirməsini və sonra həmin narkotik vasitələri onun dediyi ünvana qoymasını, bunun müqabilində ona 500 manat pul verəcəyini bildirmişdir. O, həmin məbləğin az olduğunu bildirmiş və öz aralarında danışıb razılaşmışlar ki, Qəhrəman adlı şəxs bu işi görməsi müqabilində ona 500 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana versin. Qəhrəman adlı şəxsə göndərdiyi narkotik vasitələrin iki ədəd kisədə ağzı bağlı şəkildə olacağını və həmin kisələrin ağzını açmamasını bildirmiş və demişdir ki, ona hələlik özü istifadə etmək üçün 15-20 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana göndərəcəkdir. Həmin sellofan bükümün kisələrin birinin üzərinə yapışdırılmış vəziyyətdə olacağını və həmin narkotik vasitə qurudulmuş marixuananı götürüb özü istifadə etməsini demişdir. Bu işi görməsi müqabilində ona verəcəyi 500 qram narkotik vasitə qurudulmuş marixuananı isə işi görüb qurtardıqdan sonra verəcəyini bildirmişdir. O, Qəhrəman adlı şəxsin dedikləri ilə razılaşmışdır. Fikirləşmişdir ki, Qəhrəman adlı şəxsin göndərdiyi 15-20 qram narkotik vasitə qurudulmuş marixuananı özü istifadə edər, həmin şəxsin sonradan verəcəyi 500 qram narkotik vasitə qurudulmuş marixuananı isə satıb pul əldə edər. Qəhrəman adlı şəxs göndərdiyi kisələrin içərisində konkret olaraq hansı növ narkotik vasitə olmasını əvvəlcədən ona bildirməmiş və özü də bu barədə həmin şəxsdən heç bir söz soruşmamışdır. O, Qəhrəman adlı şəxslə razılaşmış və xəbər gözlədiyini bildirmişdir. Qəhrəman adlı şəxs bildirmişdir ki, ona məlumat verdikdən sonra Ağcabədi rayonuna yola düşsün. Həmin gün saat 22 radələrində Qəhrəman adlı şəxs ona zəng edib Ağcabədi rayonuna yola düşməsini və rayona çatan zaman ona məlumat verməsini demişdir. Bundan sonra o idarə etdiyi “Toyota Prius” markalı, **-KG-*** qeydiyyat nişanlı avtomobillə Bakı şəhərindən tək Ağcabədi rayonuna yola düşmüş, 06 yanvar 2024-cü il tarixdən 07 yanvar 2024-cü il tarixə keçən gecə saat 01:30 radələrində Ağcabədi rayonuna çatıb oradan Qəhrəman adlı şəxslə əlaqə saxlamışdır. Bundan az sonra həmin şəxs narkotik vasitələrin qoyulduğu yerin şəkilini və konumunu onun mobil telefonuna göndərmişdir. Bundan sonra o, Qəhrəman adlı şəxsin göndərdiyi konum üzrə hərəkət edib Ağcabədi rayonu Nəcəfqulu kəndi ərazisinə gəlmişdir. Qəhrəman adlı şəxs həmin yerin konumunu, “90” rəqəmi yazılan yol nişanının şəkilini və narkotik vasitələrin həmin yol nişanından dəqiq olaraq hansı istiqamətdə qoyulmasına dair oxla işarə edilmiş şəkilləri onun mobil telefonuna göndərmişdir. O, göndərilən konuma əsasən bilmişdir ki, narkotik vasitələr Ağcabədi rayonu Nəcəfqulu kəndi ərazisində əsas yolun üzərində yerləşən “90” rəqəmi yazılmış yol nişanının yaxınlığında yolun kənarına qoyulmuşdur. O, göndərilən konum üzrə hərəkət edərək həmin gecə saat 02 radələrində Ağcabədi rayonu, Nəcəfqulu kəndində əsas yolun üzərində yerləşən “90” rəqəmi yazılan yol nişanının yanına gəlmiş, avtomobilini yolun kənarında saxlamış və yerə düşüb mobil telefonuna göndərilən işarələnmiş şəkillərə baxaraq piyada hərəkət edib, yolun kənarında asfaltdan təxminən 10-15 metr aralıda dərəyə qoyulmuş 02 ədəd ağ rəngli sintetik kisə olduğunu görmüşdür. O, həmin kisələrin yanına yaxınlaşmış və kisələrin birinin üzərinə yapışqan lentlə bağlanmış 01 ədəd sellofan büküm olduğunu görmüş, əvvəlcə həmin sellofan bükümü kisənin üzərindən qopardıb açıb içərisinə baxmış və sellofan bükümün içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu aşkar etmişdir. O, həmin kisələrin Qəhrəman adlı şəxs tərəfindən göndərilən və içərisində narkotik vasitələr olan kisələr olduğuna tam əmin olmuşdur. Sellofan bükümün içərisində olan narkotik vasitə qurudulmuş marixuana Qəhrəman adlı şəxs tərəfindən onun özünə göndərildiyi üçün həmin sellofan bükümü əynindən olan qara rəngli qış gödəkcəsinin sol yan cibinə qoymuşdur. Həmin vaxtı Qəhrəman adlı şəxs “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə vəziyyəti öyrənmək üçün ona zəng etdiyinə görə o da Qəhrəman adlı şəxsə “götürdüm qardaş, şəhərə çatım, əlaqə saxlayaram” cavabını yazmışdır. Bundan sonra o, Qəhrəman adlı şəxs tərəfindən göndərilən 02 ədəd kisəni götürüb idarə etdiyi avtomobilin yanına yaxınlaşan zaman 3-4 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb özlərini təqdim edib DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X4 Şöbəsinin əməkdaşları olduqlarını bildirib ondan anket məlumatlarını soruşmuşlar. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. O, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib üstündə və əlində saxladığı 02 ədəd kisənin içərisində narkotik vasitələr olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onu Ağcabədi Rayon Polis Şöbəsinə dəvət etmişlər. O, buna etiraz etməyib idarə etdiyi avtomobillə birlikdə polis əməkdaşları ilə həmin Polis Şöbəsinə gəlmişdir. Polis Şöbəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra video çəkilişdən istifadə edilməklə onun üstünə şəxsi axtarış və əlində saxladığı sintetik kisələrə isə baxış keçirilmişdir. Şəxsi axtarış zamanı o, üzərində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirib əynindəki qara rəngli qış gödəkcəsinin sol yan cibində olan bir ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Onun təqdim etdiyi 01 ədəd sellofan büküm şahidlərin iştirakları ilə açıldıqda bükümün içərisindən narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Sonra polis əməkdaşları ondan əlində saxladığı 02 ədəd sintetik kisənin içərisində nə olduğunu soruşduqda, o, həmin kisələrin içərisində narkotik vasitələr olduğunu, lakin hansı növ narkotik vasitə olmasından məlumatının olmadığını bildirmişdir. Onun təqdim etdiyi kisələr şahidlərin iştirakı ilə açıldıqda birinci kisənin içərisindən narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd sarı rəngli və 01 ədəd şəffaf sellofan torbalar, həmin torbaların içərisində isə narkotik vasitə heroin olduğu müəyyən edilmişdir. Sonra ikinci kisəyə baxış keçirilmiş, həmin kisənin içərisində narkotik vasitə qurudulmuş marixuana və hər birində 10 ədəd olmaqla 20 list üzərində “Metadon 40” sözü yazılmış həblər aşkar olunmuşdur. Sorğu zamanı o, üzərindən və əlində saxladığı sintetik kisələrdən aşkar edilmiş narkotik vasitələrin və narkotik tərkibli dərman həblərinin təxminən 5 gün əvvəl sosial şəbəkədə tanış olduğu İran İslam Respublikası vətəndaşı olan Qəhrəman adlı şəxs tərəfindən göndərildiyini, həmin narkotik vasitələri 07 yanvar 2024-cü il tarixdə gecə vaxtı Ağcabədi rayonu ərazisində magistral yolun kənarından götürdüyünü və sonradan həmin şəxsin dediyi ünvana qoyacağını, bunun müqabilində Qəhərman adlı şəxsin ona 500 qram narkotik vasitə qurudulmuş marixuana verəcəyini bildirmişdir. Sonra polis əməkdaşları tərəfindən onun üzərindən və əlində saxladığı kisələrdən aşkar edilmiş narkotik vasitələr tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü təqsirli bilməyərək narkotik vasitələrin qoyulduğu yerə 15 qram narkotik vasitə olan qurudulmuş marixuananı götürmək üçün getməsini, narkotik vasitələrin olduğu yerdə avtomaşını ayaqyoluna getmək məqsədi ilə saxlamasını, faktiki olaraq narkotik vasitələri götürməməsini göstərsə də, onun cinayət əməlləri iş üzrə dindlirilmiş şəxslərin ifadələri, iş materiallarında olan ekspert rəyləri, istintaq hərəkəti protokolları və sair sənədldərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 göstərdi ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X4 Şöbəsində xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 06 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Ağcabədi rayonu Nəcəfqulu kəndi ərazisində 07 yanvar 2024-cü il tarixə keçən gecə qanunsuz olaraq narkotik vasitələri əldə edəcəyi barədə daxil olmuş əməliyyat məlumatı əsasın əməliyyat-axtarış tədbirləri keçirməklə 07 yanvar 2024-cü il tarixdə gecə saat 02:10 radələrində Ucar-Zərdab-Ağcabədi magistral avtomobil yolunun Ağcabədi rayonu Nəcəfqulu kəndi ərazisindən keçən hissəsində Təqsirləndirilən şəxs “Toyota Prius” markalı, **-KG-*** qeydiyyat nişanlı avtomobili yolun kənarında saxlayaraq yaxınlıqdan iki ədəd kisələri daşıyaraq avtomaşının yanına gətirməsini və avtomaşına qoymaq istədiyini görmüş və onu saxlamışlar. Təqsirləndirilən şəxs avtomaşının yanına daşıdığı kisələrdə nə olmasını soruşduqda o, əlində saxladığı 02 ədəd sintetik kisənin içərisində narkotik vasitələr olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs götürdüyü kisələr və avtomobili ilə birlikdə Ağcabədi Rayon Polis Şöbəsinə aparılmışdır. O, təhqiqatçısı tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində tutulmuş, üzərində müdafiəçinin iştirakı il əvə videoçəkilişdən istifadə olunaraq şəxsi axtarış aparılarkən üzərində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirib əynindəki gödəkcənin cibindən 01 ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmişdir. Həmin sellofan büküm açıldıqda bükümün içərisindən narkotik vasitə qurudulmuş marixuanayaoxşar kütlə aşkar edilmişdir. Sonra Təqsirləndirilən şəxs əlində saxladığı 02 ədəd sintetik kisələrə baxış keçirilərkən birinci kisənin içərisindən narkotik vasitə qurudulmuş marixuanayaoxşar kütlə, eləcə də 01 ədəd sarı rəngli və 01 ədəd şəffaf sellofan torbaların aşkar olunmuşdur. Həmin sellofan torbalara baxış zamanı torbaların içərisindən narkotik vasitə heroinəoxşar maddələr aşkar edilmişdir. Sonra ikinci kisəyə baxış keçirilmiş, həmin kisənin içərisində narkotik vasitə qurudulmuş marixuanayaoxşar kütlə və hər birində 10 ədəd olmaqla 20 konvalyutda üzərində “Metadon 40” sözü yazılmış dərman həbləri aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən və əlində saxladığı sintetik kisələrdən aşkar edilmiş narkotik vasitələri və narkotik tərkibli dərman həblərini təxminən 5 gün əvvəl sosial şəbəkədə tanış olduğu İran İslam Respublikası vətəndaşı olan Qəhrəman adlı şəxs tərəfindən ona göndərildiyini, həmin narkotik vasitələri 07 yanvar 2024-cü il tarixdə gecə vaxtı Ağcabədi rayonu ərazisində magistral yolun kənarından götürdüyünü və sonradan həmin şəxsin dediyi ünvana qoymalı olduğunu, bunun müqabilində Qəhərman adlı şəxsin ona 500 qram narkotik vasitə qurudulmuş marixuana verməli olduğunu bildirmişdir. Aşkar olunmuş narkotik vasitələr elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs avtomaşını yolun kənarında saxlasa da, içərisində narkotik vasitələr olan kisələri faktiki olaraq götürməməsi, narkotik vasitələrin polis tərəçfindən qoyulması, ona təzyiq olunmaqla etirafedici ifadə alınması barədə ifadəsi yalandır. Təqsirləndirilən şəxs heç bir təzyiq-təsir göstərməmişlər və ona CM-nin 234.1-ci maddəsi ilə məsuliyyətə veriləcəyini vəd etməmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilən polis əməkdaşları Şahid2, Şahid4 və Şahid3 da Şahid1la eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdilər. Eldəniz Nəsbovun barəsində həbs qətimkan tədbiri seçilməsi barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 yanvar 2024-cü il tarixli qərarından görünür ki, o, məhkəmədə əməlindən peşman olduğunu, aşkar edilmiş narkotik vasitələri İran İslam Respublikasının vətəndaşından aldığını, həmin şəxsin narkotiki Ağcabədi rayonu ərazisinə qoyduğunu və özünün də gedib narkotiki Ağcabədi rayonundan götürdüyünü bildirmişdir. Şəxsi axtarış və götürmə aparılması haqqında 07 yanvar 2024-cü il tarixli protokoldan və aparılmış videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs 07 yanvar 2024cü il tarixdə saat 02:10 radələrində Ucar-Zərdab-Ağcabədi magistral avtomobil yolunun Ağcabədi rayonu Nəcəfqulu kəndi ərazisindən keçən hissəsində yolun kənarında idarə etdiyi “Toyota Prius” markalı, **-KG-*** qeydiyyat nişanlı avtomobilin yanında əlində olan kisələrlə saxlanılaraq Ağcabədi Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş, onun üzərində şəxsi axtarış aparılarkən əynindəki gödəkcənin sol yan cibindən içərisində narkotik vasitə qurudulmuş marixuanayaoxşar kütlə olan 01 ədəd şəffaf sellofan büküm, onun əlində saxladığı 02 ədəd sintetik kisələrə baxış zamanı birinci kisənin içərisindən narkotik vasitə qurudulmuş marixuanayaoxşar kütlə, 01 ədəd sarı rəngli və 01 ədəd şəffaf sellofan torbalarda isə narkotik vasitə heroinəoxşar maddələr, ikinci kisənin içərisindən narkotik vasitə qurudulmuş marixuanayaoxşar kütlə və hər birində 10 ədəd olmaqla 20 konvalyutda üzərində “Metadon 40” sözü yazılmış dərman həblər aşkar edilmişdir. Ağcabədi Rayon Məhkəməsinin 08 yanvar 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirinin aparılması barədə Baş Narkotiklərlə Mübarizə İdarəsinin X4 Şöbəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş 06 yanvar 2024-cü il tarixli qərar qanuni hesab edilmişdir. İş üzrə təyin edilmiş kompleks məhkəmə-bioloji və materialların məhkəmə ekspertizasının 07 yanvar 2024-cü il tarixli, 16/18 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim olunmuş 1 ədəd sellofan bükümdə təmiz çəkisi 14,83 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Sintetik kisədəki təmiz çəkisi 7500 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. 1 ədəd şəffaf sellofan paketdə və 1 ədəd sarı sellofan paketdə, ayrıayrılıqda təmiz çəkiləri 305,005 qram və 450,394 qram, ümumi təmiz çəkisi 755,399 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroindirlər və kimyəvi tərkiblərinə görə eynidirlər. Sintetik kisədəki 8400 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. 20 ədəd konvalyutda 200 (iki yüz) ədəd olan boz rəngli, dairəvi formalı həblər, zavod üsulu ilə hazırlanmış-metadon həbləridir, həblərinin ümumi təsir maddəsinin miqdarı 8 qram təşkil edir. Məhkəmə-narkoloji ekspertizasının 19 fevral 2024-cü il tarixli, 1099 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs üzərindən götürülmüş, ***-***-**-** saylı mobil nömrə quraşdırılmış “Redmi Xiaomi” markalı mobil telefon aparatının yaddaşında olan məlumatlara baxış keçirilərkən həmin mobil telefonun “Whatsapp” proqram təminatının “Söhbətlər” bölməsində İran İslam Respublikasına məxsus olan +98 911 892 3942 mobil nömrənin istifadəçisi ilə Təqsirləndirilən şəxs arasında yazışmalar müəyyən edilmişdir. Belə ki, 07 yanvar 2024-cü il tarixdə saat 01:26-da +98 911 892 3942 nömrənin istifadəçisi Təqsirləndirilən şəxs məkan, həmin günü 01:31 və 01:33-də dörd ədəd fotoşəkil göndərmiş və “xerde işig guyub yul geregine” məzmununda ismarıc yazmışdır. Təqsirləndirilən şəxs həmin günü saat 01:34-də cavab olaraq +98 911 892 3942 nömrəyə səsli ismarıc göndərərək bildirir ki, “oldu baba aydındır”. +98 911 892 3942 nömrənin istifadəçisi Təqsirləndirilən şəxs həmin günü saat 01:35-də “guturdun mene xeber ele”, saat 01:39-da “gardaş o adame dedim orden aralandi sen gutur xeber ele” məzmununda ismarıc yazmışdır. +98 911 892 3942 nömrənin istifadəçisi özünə başqa bir mobil telefondan göndərilən “90 znakindan sağa zərdaf tərədən gələndə 10 metir yoldan qraqda” məzmununda ismarıcı həmin günü saat 01:40-da Təqsirləndirilən şəxs göndərmişdir. +98 911 892 3942 nömrənin istifadəçisi Təqsirləndirilən şəxs həmin günü saat 01:43-də səsli ismarıc göndərərək bildirir ki, “bir dənə səs at görüm sən hardasan, haranı deyirsən, mən atım ona mənə cavab versin, mənə deyirsən mən baş tapmıram”. +98 911 892 3942 nömrənin istifadəçisi Təqsirləndirilən şəxs həmin günü saat 01:45-də “gardaş ber kunum at atim kumek elesin”, saat 01:46-da “ay gardaş ber xeber dede mene guturdun”, saat 01:48-də “setden çixmade cavab ver” məzmununda ismarıc yazmışdır. Təqsirləndirilən şəxs həmin günü saat 02:03-də cavab olaraq +98 911 892 3942 nömrəyə “Götürdüm qardaş”, “Şəhərə çatım”, Əlaqə saxliyacam” məzmununda ismarıc yazmışdır. +98 911 892 3942 nömrənin istifadəçisi cavab olaraq Təqsirləndirilən şəxs həmin günü saat 02:04-də “oldu gardaş” məzmununda ismarıc yazmışdır. Təqsirləndirilən şəxs həmin günü saat 02:04-də cavab olaraq +98 911 892 3942 nömrəyə “Çox sağ ol” məzmununda ismarıc yazmışdır. +98 911 892 3942 nömrənin istifadəçisi Təqsirləndirilən şəxs həmin günü saat 02:04-də “ne vaxt çatersen” məzmununda ismarıc yazmışdır. Təqsirləndirilən şəxs həmin günü saat 02:05-də cavab olaraq +98 911 892 3942 nömrəyə “3 4 saata catacam” məzmununda ismarıc yazmışdır. Bundan əlavə “Whatsapp” proqram təminatının “Zənglər” bölməsində Təqsirləndirilən şəxsla İran İslam Respublikasına məxsus olan +98 911 892 3942 mobil nömrə arasında əlaqə saxlaması halları müəyyən edilmişdir. İşdə olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Oğuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinib ona 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmuş, həmin məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzası 01 il 01 ay 24 gün müddətə azadlıqdan məhrum etmə ilə əvəz edilmiş, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə çəkilməmiş 04 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasından şərti olaraq vaxtından əvvəl azad olunmuşdür. Ailə tərkibi haqqında xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində 2012 və 2013-cü illərdə doğulmuş iki azyaşlı uşaqları vardır. Yaşayış yerindən verilmiş eyni tarixli xasiyyətnamədə Təqsirləndirilən şəxs mənfi səciyyələnir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək külli miqdarda narkotik vasitələri satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək Təqsirləndirilən şəxs məhkəmə istinaqında verdiyi 2024-cü il yanvar ayının 6-dan 7-nə keçən gecə Ağcabədi rayonu ərazisində narkotik vasitələrin qoyulduğu yerə gəlsə də, faktiki olaraq narkotik vasitələri götürməməsi, həmin yerə 15 qram qurudulmuş marixuananı götürmək üçün getməsi, narkotik vasitələrin ona polis işçiləri tərəfindən “yüklənilməsi” barədə ifadəsini özünümüdafiə məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Onun ibtidai istintaqda verdiyi ifədəsini işin faktiki halları ilə uyğunluq təşkil etməklə obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadəsini işin faktiki halları, həmçinin telefonunda aşkar olunmuş yazışmalarla tam üst-üstə düşdüyündən obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul edir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqlarının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, cəzasını CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Bundan əlavə, Təqsirləndirilən şəxs ona Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə təyin edilmiş 01 il 01 ay 24 gün müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 04 ay 29 gün hissəsindən Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə şərti olaraq vaxtın əvvəl azad edilməklə cəzanın çəkilməmiş hissəsi ərzində qəsdən ağır cinayət törətdiyindən CM-nin 76.6.3-cü maddəsinə əsasən onun barəsində cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli və ona CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 07 yanvar 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə narkoloji ekspertinin rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tədbiq olumalı və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama kamerasında saxlanılan 754,999 qram heroin, 15914,23 qram qurudulmuş marixuana və 180 ədəd metadon həbləri məhv edilməli, Təqsirləndirilən şəxs məxsus “Redmi Xiaomi” markalı mobil telefon aparatı isə onun ailəsinə verilməlidir. Şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişi barədə 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanımalıdır. Ekspertiza xərci 60 (altmış) manat 80 qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respbulikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinib ona 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə müəyyən edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilsin. CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş cəzaya Təqsirləndirilən şəxs Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə təyin edilmiş və çəkilməmiş 4 (dörd) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə qəti olaraq 8 (səkkiz) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 07 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tədbiq olumaqla cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan 754,999 qram heroin, 15914,23 qram qurudulmuş marixuana və 180 ədəd metadon həbləri məhv edilsin. Təqsirləndirilən şəxs məxsus “Redmi Xiaomi” markalı mobil telefon aparatı onun ailəsinə verilsin. Şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkiliş barədə 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza xərci 60 (altmış) manat 80 (səksən) qəpik təqsirləndirilən şəxs X2 alınaraq Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev
Məhkəmə qərarları › İş №1(099)-28/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-28/2025
09.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver