Məhkəmə qərarları › İş №1(099)-280/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-280/2022

20.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-280/2022 20.06.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri - Lənkəran rayon vəkil bürosunun vəkili X11 və Bakı şəhəri 18 saylı vəkil bürosunun vəkili Müdafiəçi Bəhram oğlunun iştirakı ilə, xx xxxx 1994-cü ildə İmişli şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, İmişli şəhəri, R.Bağırov küçəsi, ev 3-də qeydiyyatda olmaqla orada yaşamış, barəsində 18 sentyabr 2021-ci ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə edilməklə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni 2,883 çəkidə çəkidə narkotik vasitə olan heroini əldə edib özündə saxlamaqla daşımış, 16 sentyabr 2021-ci ildə saat 19 radələrində İmişli rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı o, İmişli şəhəri, H.Əliyev prospektində “Daş körpü” adlanan ərazisində saxlanılıb, İmişli şəhəri, H.Əliyev prospekti 127 ünvanında yerləşən İmişli rayon polis şöbəsinin inzibati binasına gətirildikdən sonra üzərində şəxsi axtarış aparılan zaman əynində olan cins şalvarın arxa sağ cibindən bir ədəd polietilen bükümün içərisində, 2,883 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 15 sentyabr 2021-ci ildə yaşadığı küçədə özünə məxsus avtomobilə minərkən, polis əməkdaşları onu saxlayıb polis şöbəsinə aparmış, polis şöbəsinə aparılarkən avtomobildə polis əməkdaşı Şahid1 tərəfindən döyülərək cibinə bir bükümdə narkotik vasitə heroin qoyulmuş, yolda gedərkən həmin bükümü cibindən çıxarıb avtomobilin pəncərəsindən çölə atmış, üzərində şəxsi axtarış aparılarkən müdafiəçi iştirak etməmiş, videoçəkiliş aparılmamış, hadisədən 3 gün əvvəl polis əməkdaşı Şahid1la aralarında yaranmış mübahisəyə görə sonuncu ondan qisas almaq məqsədilə cibinə narkotik qoymuşdur. Özü narkotik istifadəçisi olmuş, dostu Ceyhun Məmmədov və Əminə Əliyevaya arada bir şəxsi istfadələri üçün əvəzssiz olaraq narkotik vasitə heroin vermişdir. Məhkəmədən barəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsini məhkəmə istintaqında dindirilmiş digər şəxslərin ifadələri ilə müqayisə etməklə qiymətləndirərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətə görə ona ittiham verildiyi Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi iş materialları kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, İmişli RPŞ-nin cinayət axtarış bölməsində əməliyyat müvəkkili vəzifəsində işləyir. Hadisəyə kimi Tural Abdullayevi rayon sakini kimi tanımış, onunla arasında hər hansı bir münaqişə olmamışdır. 16 sentyabr 2021-ci ildə İmişli rayonu, R.Bağırov küçəsi, 3 saylı evdə yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr gəzdirməsi, istifadə etməsi və satışı ilə məşğul olması barədə icraatına daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış, həmin gün saat 19 radələrində Təqsirləndirilən şəxs İmişli şəhəri, H.Əliyev prospektindəki «Daş körpü» adlanan ərazidə saxlanılaraq üzərində şəxsi axtarış aparılması üçün rayon polis şöbəsinə dəvət edilərkən qaçıb gizlənmək istəmiş, lakin polis əməkdaşları sonuncunu təqib edərək onu tutub polis şöbəsinə gətirmiş, polis şöbəsində dəvət olunmuş hal şahidlərinin və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı sonuncunun əynində olan şalvarın arxa sağ cibindən bir ədəd poletilen kəsiyinə bükülmüş halda qəhvəyi rəngdə, toz halında, spesifik iyə malik narkotik vasitə olan heroinə oxşar kütlə, eləcə də şalvarının qabaq sağ cibindən içərisində bir ədəd 20, bir ədəd 10 və bir ədəd 1 manatlıq kağız pul olan pul qabı aşkar olunaraq zərfə qoyulmaqla qablaşdırılıb götürülmüş, Tural Abdullayevə məxsus bir manatlıq kağız pulun üzərində heroinə oxşar maddənin toz hissəcikləri aşkar edilmiş, sonra keçirilən şəxsi axtarışla bağlı protokol tərtib edilərək orada iştirak edən şəxslər, həmçinin Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Tural Abdullayev saxlanılaraq polis şöbəsinə gətirilərkən, polis şöbəsində üzərində şəxsi axtarış aparılarkən, eləcə də izahatı alınarkən ona qarşı heç bir qanun pozuntusuna yol verilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3, Şahid2, Şahid5 Xanoğlan oğlu, Şahid4 Şahid6 analoji olaraq digər Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid7 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, 16 sentyabr 2021-ci ildə saat 19 radələrində adını sonradan bildiyi İmişli şəhər sakini Təqsirləndirilən şəxs rayon polis şöbəsinin inzibati binasında üzərinə şəxsi axtarış keçirilərkən bir nəfər şəxslə orada hal şahidi qismində iştirak etmiş, şəxsi axtarış zamanı Tural Abdullayevin şalvarının arxa sağ cibindən içərisində toz halında, qəhvəyi rəngdə, narkotik vasitə heroinə oxşar kütlə, 31 manat məbləğində pul, bir ədəd alışqan və bir qutu «Vinston» markalı siqaret aşkar olunaraq bir ədəd zərfə qoyulub götürülmüş, sonra şəxsi axtarış aparılması barədə protokol tərtib edilərək orada iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 16 sentyabr 2021ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın arxa sağ cibindən içərisində toz şəkilli, qəhvəyi rəngli, spesfik iyə malik narkotik vasitə heroinə oxşar kütlə bir ədəd sellofan bükümdə, şalvarının sağ cibindən qara rəngli dəri pul qabında bir ədəd 20 manatlıq, bir ədəd 10 manatlıq və 1 ədəd bir manatlıq, ümumilkdə 31 (otuz bir) manat pul, bir ədəd alışqan və bir ədəd “Vinston” markalı siqaret aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 17 sentyabr 2021-ci il tarixli 18/1004 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş və üzərində: «Təqsirləndirilən şəxs üstündən» sözləri yazılmış kağız paketindəki 01 ədəd bükümdə, təmiz çəkisi 2,883 qram olan maddə küstar üsulla hazırlanmış narkotik vasitə olan heroindir, 01 ədəd 1 manatlıq pul əskinazının üzərində heroinin izləri vardır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 11 noyabr 2021-ci il tarixli 4417 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabiodlərin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkloji dispanserində qeydiyyata alınması məsləhət görülür İş materiallarında olan bir ədəd kompakt diskə baxış keçirilməsi haqqında 01 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan mobil telofon nömrələrindən onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satışı ilə məşğul olmasnı təsdiq edən çoxlu sayda ismarıclar göndərilmiş və eləcə də həmin nömrələrə ismarıclar daxil olmuşdur. 20 iyun 2020-ci ildə saat 22:53:10-da Təqsirləndirilən şəxs 50-356-88-56 nömrəsindən 50-979-51-57 nömrəsinə: «qaqa yigma, papam kokunu tapip, batdime men varyoxun s...m»; -20 iyun 2020-ci ildə saat saat 02:07:21-də X12 50-368-79-94 nömrəsindən Təqsirləndirilən şəxs 50-356-88-56 nömrəsinə: «Qaqa orxan qapinizin agzindadi»; -21 iyun 2020-ci ildə saat 22:24:36-də Təqsirləndirilən şəxs 50-356-88-56 nömrəsindən 50-979-51-57 nömrəsinə: «Qaqa teli papam alip. Hamamdadi goturdum sene yazim, lomkadan ollem qaqa, ara sakitlewsin zeng vuracam»; -həmin gün saat 22:27:42-də yenidən eyni nömrəyə: «Sabah peygembere aparacaq meni, qaqa her weyim batdi, mawinda almayacaq, s...m bundan gelen xeyri, 15 verersen 2,3 gun soram hereket edip senin puluvu qaytararam qaqa, zeng edecem»; -təkrar həmin şəxsə: «Qaqa yigma bunu, papam diyir sene onu vereni axtararam, ara sakitlewsin ozum yigacam seni»; -22 iyun 2020-ci ildə saat 07:39:38-də X14 adına qeydə alınmış 51-634-02-49 nömrədən Təqsirləndirilən şəxs 50-356-88-56 nömrəsinə: «qaqa acda ise gedirem»; -həmin gün saat 08:17:09-də: «acde qaqa gecikdim axi rehmanda gozdemir»; -24 iyun 2020-ci ildə saat 21:59:08-də 51-634-02-49 nömrəsindən Təqsirləndirilən şəxs 50-356-88-56 nömrəsinə: «tural qeyretin s...m var yoxun s...m saat 5 de pul sendedi bidene yarimdan zatdan ver mene», -11 iyul 2020-ci ildə saat 15:16:44-də Təqsirləndirilən şəxs 50-356-88-56 nömrəsindən 51-688-61-59 nömrəsinə: «Lazim olsa de 25 azenee»; -30 iyul 2020-ci ildə saat 11:11:28-də 51-500-01-14 nömrəsindən Təqsirləndirilən şəxs 50-356-88-56 nömrəsinə: «Salam qaqa necesen? Qaqa başuva dönüm bular məni sarıyıb Allah haqqı day o pulu hell et bizdede açotdu tehvil teslimdi qaqa gör ne qeder keçib day sen Allah sabaha zada hell ele xahiş edirem senden artıq derecede 500 manat puldu qaqa»; -04 avqust 2020-ci ildə saat 22:04:14-də 50-336-71-71 nömrəsindən Təqsirləndirilən şəxs 50-356-88-56 nömrəsinə «Tural Etandi. Ne Oldu? Seni Gozleyirem»; -07 avqust 2020-ci ildə saat 22:30:24-də Təqsirləndirilən şəxs 50-356-88-56 nömrəsindən 55-421-45-45 nömrəsinə: «Qaqa sene 15 denenin pulun gondercem 16 dan,uwaqin yaninda yigacam sen guya 19 dan duzup qowursan»; -07 avqust 2020-ci ildə saat 22:32:54-də Təqsirləndirilən şəxs 50-356-88-56 nömrəsindən 55-421-45-45 nömrəsinə: «Rasxodun cixardimde qaqa, sene ayri gonderdiyim 20 ni de men ozumnen gonderirem qaqa, ona gord rasxodu bele cixardim,vezyetim yaxwi dor qaqa, borcun icindeyem»; -08 avqust 2020-ci ildə saat 16:25:23-də 51-500-01-14 nömrəsindən Təqsirləndirilən şəxs 50-356-88-56 nömrəsinə: «Salam Tural sənə yığıram zeng getmir qaqa day bu işi həll elədə başiva dönüm men pis ayaqda qalmışam axı»; -09 avqust 2020-ci ildə saat 00:45:40-də Təqsirləndirilən şəxs 50-356-88-56 nömrəsindən 55-421-45-45 nömrəsinə: «Zemgilselin zordu, elgun cvb ver var yoxun s…m alemi qatacam, inanmayassan olanlara»; -27 avqust 2020-ci ildə saat 09:41:59-də Təqsirləndirilən şəxs 50-356-88-56 nömrəsindən 50-568-96- 82 nömrəsinə: «Sexe gedirem.fezinin yanindayam.onun birin goturerdim»; -26 dekabr 2020-ci ildə saat 07:07:36-də 50-640-45-88 nömrəsindən Təqsirləndirilən şəxs 50-356-88-56 nömrəsinə: «Qaqa duran kimi yg meni iwe gelende 2 dene yarim gotur burda verecem pulun narat olma senol qaqa ama tez gel bura lomka dagdr qaqa gozlirem seni»; -16 yanvar 2021-ci ildə saat 23:32:50də 50-470-58-10 nömrəsindən Təqsirləndirilən şəxs 50-356-88-56 nömrəsinə: «Qaqa nolar vaziyatim pisdi başua donaram»; -17 yanvar 2021-ci ildə saat 19:55:17-də 51-902-69-45 nömrəsindən Təqsirləndirilən şəxs 50-356-88-56 nömrəsinə: «Nolar virinin pulu olar virin yox aqrlylram qaqo aqrldan clxar»; -21 fevral 2021-ci ildə saat 20:56:03-də 50-568-96-82 nömrəsindən Təqsirləndirilən şəxs 50-356-88-56 nömrəsinə: «Qaqa vəzyət gərginləşir uje səncanı danış gedəy gələy payunda olacağ»; -həmin gün saat 22:01:24-də: «Qaqa mənə hədən yoxdan de gözdəmiyim»; -11 aprel 2021-ci ildə saat 18:36:27-də 50-967-65-25 nömrəsindən Təqsirləndirilən şəxs 50-356-88-56 nömrəsinə: «Qaqa bi 10nug var»; -həmin gün saat 22:13:03də: «Qaqa mene yarinin yari ver varyoxun s…m saba isden gelen kimi 15ü verecem»; -02 iyun 2021-ci ildə saat 19:59:41-də Təqsirləndirilən şəxs 50-356-88-56 nömrəsindən 50-361-20-31 nömrəsinə: «A bu ne hereketdiye yeke oglansan.bi zeng elede.3 list m lazimdi»; -06 iyun 2021ci ildə saat 00:36:12-də 50-960-44-72 nömrəsindən Təqsirləndirilən şəxs 50-356-88-56 nömrəsinə: «QAQA SEN CANİ MENE BİR SOZ DENE VEZİYET PİSDİ»;həmin gecə təkrar olaraq: «QAQA YENEDE TEMİYA GORE SAGOL EVEZİNİ CİXACAM GECEN XEYRE»; - 07 iyun 2021-ci ildə saat 11:13:21-də 50-620-78-10 nömrəsindən Təqsirləndirilən şəxs 50-356-88- 56 nömrəsinə: «Tural alinmirsa pulu gaytar vezyetim yaxshi dorrr»; -08 iyun 2021-ci ildə saat 21:09:02-də 50-967-59-42 nömrəsindən Təqsirləndirilən şəxs 50-356-88-56 nömrəsinə: «Qaqa mene bir soz dene mende iwimi bilim eyer alinacaqsa gozduyum ramin»; -12 iyun 2021-ci ildə saat 12:49:20-də 51-994-64-64 nömrəsindən Təqsirləndirilən şəxs 50-356-88-56 nömrəsinə: «2 dene yari istiyiler tez yig meni»; həmin gün saat 12:55:15-də: «Poxa zeng ele camahat menen yari gozdeyir 2d»; -12 iyun 2021-ci ildə saat 15:47:07-də Təqsirləndirilən şəxs 50-356-88-56 nömrəsindən 51-994-64-64 nömrəsinə: «Beynimi s…medene bile.gozde»; -18 iyun 2021-ci ildə saat 14:44:17-də 51-830-04-58 nömrəsindən Təqsirləndirilən şəxs 50-356-88-56 nömrəsinə: «İnsulin 3 edet navakayin böyükdən limon duzu balacadan al»; -25 iyun 2021-ci ildə saat 15:06:21-də 51-392-84-38 nömrəsindən Təqsirləndirilən şəxs 50-356-88-56 nömrəsinə: «Rayona gellem mene pati tap»; -28 iyun 2021-ci ildə saat 01:37:29-də 51-688-61-59 nömrəsindən Təqsirləndirilən şəxs 50-356-88-56 nömrəsinə: «Tural olureme men evde mene bir soz denede gelirsen ya yox senol veziyet pisdi tural»; -həmin gecə saat 02:08:25-də:«Var yoxun s…m nefesim cxmir tural ac bir soz De hec olmasa biraz rahatliyim»; -saat 02:17:39-də: «Gelmiyessen? Tural bir kelme acda agri bilmirsen nedi????????»; -05 iyul 2021-ci ildə saat 08:01:48-də Təqsirləndirilən şəxs 50-356-88-56 nömrəsindən 50-457-43-40 nömrəsinə: «Mesaj yaz.soram sil»; -05 iyul 2021-ci ildə saat 08:02:57-də 50-457-43-40 nömrəsindən Təqsirləndirilən şəxs 50-356- 88-56 nömrəsinə: «Qaqa vacibdi ac»; -həmin gün saat 08:04:38-də: «Dunen deditim alnir 25 manat»;-saat 08:05:01-də: «Goturum senen»;-saat 08:05:43-də: «Medenitetin qabagndayam iwe gedirem»; -saat 08:07:34-də: «Noldu qaqa»; -saat 08:07:50-də: «Gecikirem iwe»; -05 iyul 2021-ci ildə saat 08:07:53-də Təqsirləndirilən şəxs 50-356-88-56 nömrəsindən 50-457-43-40 nömrəsinə: «Piyada gel qapimizin agzina.papa evdedi vziv at.10 m da ver»; -05 iyul 2021-ci ildə saat 08:09:03-də 50-457-43-40 nömrəsindən Təqsirləndirilən şəxs 50-356-88-56 nömrəsinə: «Tay axwam verecem onu»; -saat 08:10:01-də «Qurana and olsun ki 50 neferden gucle duzeldmiwem onun plun»; -saat 08:14:48-də:«Qaqa sen allah dobru ed onu»; -05 iyul 2021-ci ildə saat 08:15:45-də 50-457-43-40 nömrəsindən Təqsirləndirilən şəxs 50-356-88-56 nömrəsinə: «Burdayam cix»; -08 iyul 2021-ci ildə saat 15:01:57-də 50-594-07-24 nömrəsindən Təqsirləndirilən şəxs 50-356-88-56 nömrəsinə: «Gaga qurban olum ne qeder vacib iwin olur olsun 1saata goruwek azaru cekim.puluda sene verim qaqaaam»; -08 iyul 2021-ci ildə saat 22:38:37-də 50-457-43-40 nömrəsindən Təqsirləndirilən şəxs 50-356-88-56 nömrəsinə: «Qaqa men işe gedecem tezen vaxli 2 birin götürmeliyem sene arxayinam»; -09 iyul 2021-ci ildə saat 15:29:25də 55-440-71-48 nömrəsindən Təqsirləndirilən şəxs 50-356-88-56 nömrəsinə: «Gaga zavoda iwe gedecem saat 4 de. bir kelme ac soz de bawua donum gardawim»; -24 iyul 2021-ci ildə saat 13:44:41-də 70-850-56-50 nömrəsindən Təqsirləndirilən şəxs 50-356-88-56 nömrəsinə: «Qaqa menem akwin.25 manatim var vezyet pisdi ac zengimi»; -31 iyul 2021-ci ildə saat 00:54:44-də Təqsirləndirilən şəxs 50-356-88-56 nömrəsindən X9 adına qeydə alınmış 50-678-73-28 nömrəsinə: «Qaqa akwin piyada sakit gelsin qapinin agzina viziv atsin.ama piyada mawinnan yox»; -05 avqust 2021-ci ildə saat 14:06:54-də 51-304-13-04 nömrəsindən Təqsirləndirilən şəxs 50-356-88-56 nömrəsinə: «Qaqa durmusansa menle elaqe saxla»; -saat 14:26:39-də: «Qaqa sen canin menle elaqe saxla, saat 11den seni yigiramki durasan,meni bawa duw»; -saat 14:30:20də: «Qaqa azaru cekim birdasansa mene de,bawqa el catan yer yoxdu,vezyet pisdi»; -saat 17:24:57-də: «Qaqa gelmemisen hele?»; -saat 22:45:09-də: «Qaqa imkan olsa mene dey, balamn cani sabah catacaq, dunya alem ona qurban, elavedekr namus qeyret sohbetide quvededi)) imkan olsa 30 verecem eskiy qaldiglarima gore»; -saat 22:48:36-də: «Birinci defedi agiz aciram, varyoxun s…m bawqa sohbet ola bilmez, sabah sabah, imkan varsa qardawivin sozun yere salma»; -saat 22:55:25-də: «Bele qaqa bidenede teze terezi var, onuda 15 evezine vererem, qalanida sabah, alindi alinmadi mene bir soz yaz qardawim, ama alindirsan padvait elemerem senol qaqa»; -06 avqust 2021-ci ildə saat 23:57:00-də 55-937-30-30 nömrəsindən Təqsirləndirilən şəxs 50-356-88-56 nömrəsinə: «Ay Tural imkan varsa awirtda mən işimi xahiş edirəm inanki olan pulum oldu seher üstü nedi verərəm elim hecara catmir»; -08 avqust 2021-ci ildə saat 15:23:59-də 50-428-23-74 nömrəsindən Təqsirləndirilən şəxs 50-356-88-56 nömrəsinə: «Qaqa mene 15 dik lazımdi gelim 2 deyqiye görürüm»; -08 avqust 2021-ci ildə saat 16:28:28-də 50- 704-89-30 nömrəsindən Təqsirləndirilən şəxs 50-356-88-56 nömrəsinə: «Durub gəlirəm yanına mənim işimi düz qoş biabır olmayım. Arxayın olub pulu vurdurdum karta indi də girinc qalmışam. Düzəlmirsə tay neyniyəsən mənə bir söz de məndə sənin mazqini xarab eləməyim utanıram oğlum canı hər dəfə yazanda. İmkan varsa bu dəfə düz qoş sora necə desəz elədə eliyəriy»; -09 avqust 2021-ci ildə saat 12:25:00-də 50-704-89-30 nömrəsindən Təqsirləndirilən şəxs 50-356-88-56 nömrəsinə: «5103 0714 2358 8322» «CAVADOVA BİBİXANİM MƏHƏMMƏD»; -09 avqust 2021-ci ildə saat 12:49:47-də 50-704-89-30 nömrəsindən Təqsirləndirilən şəxs 50-356-88-56 nömrəsinə «Başua dönüm kirvə tez elə məni gözləyən var vacib ata canı ona görə qalmışam. Hazır bankın qabağında durmuşam səni gözləyirəm. Əgər kirvə gec olacaqsa mən gedim gedməliyəm sənöl»; -10 avqust 2021-ci ildə saat 02:25:24-də 50-593-16- 33 nömrəsindən Təqsirləndirilən şəxs 50-356-88-56 nömrəsinə: «Tural yeke oglansan bu ne hereketdı bu için s…dıyıme cavab ver nese dıvjenya elemey olar he yox de»; -10 avqust 2021-ci ildə saat 14:07:23-də 51-304-13-04 nömrəsindən Təqsirləndirilən şəxs 50-356-88-56 nömrəsinə: «Allaha wukur qaqam durdu diyesen ) menle elaqe saxla dede»; -saat 14:18:41-də: «Qaqa bawiva donum bakiya gedesiyem,imkan varsa meni yig»; -saat 14:27:15-də: «Ay qaqa Ac dene»; -saat 14:37:39-də: «Qaqa diyesen menim zengime cavab vermedin bidene,canin sagolsun»; -saat 14:43:53-də Təqsirləndirilən şəxs 50-356-88-56 nömrəsindən 51-304-13-04 nömrəsinə: «Qaqa vezyet cox pisdi»; -saat 14:44:24-də 50-593-16-33 nömrəsindən Təqsirləndirilən şəxs 50-356-88- 56 nömrəsinə: «ne vaxta duzeler qaqa?Gozleyim?»; -saat 15:32:00-də: «Cox sagol qaqa, hormetdi olasan»; -saat 16:12:35-də: «Qaqa esebimden partlayiram lomuda, qehbenin birine pulu verdim indi zeng catmir, senede ona gore inciyib ele mesaj yazdim,vezyet cox pis oldu qaqa, saat 6da olacaq bide pulum, ureyim partlayir»; -saat 16:18:03-də: «Vezzyet cox pisdi qaqa, saat 6a kimi qardawdig elesen dunya verersende,bilisenki qaqa dedimse o vaxtda catacaq,kiwiyiy kelmemiz var, alinirsa vzv at yigim qaqa»; -saat 16:44:57-də: «3cu defedi agiz aciram,bele elirsen qaqa,ne yox demirsen,ne bir soz,canin sagolsun,elediylerini itirmirem,ALLAH canini sag elesin,birde agiz acmaram,ama gunde 80 manat xercleyen adam o pulun altinda yatmazdi,opurem var ol qardawim»; -saat 17:13:09-də: «Qaqa ele agressiv cavab niye verirsenki?Senden vzv gelmiwdi onuncun yigirdimda.Neyse brat»; -25 avqust 2021-ci ildə saat 02:09:55-də 51-304-13- 04 nömrəsindən Təqsirləndirilən şəxs 50-356-88-56 nömrəsinə: «Dede yene sene agiz aciram, bawqa acilasi adam yoxdu, dilxorculuqdu, mene vereceyin 25 manatin yarisin vere bilersen? Yuxudan duranda 13 catacaq, 25i vere bilmesende yarisin ver, balamcani yuxudan duranda yoluna qoyacam,25e cetinliy cekersen diye yarisin isteyirem»; -25 avqust 2021-ci ildə saat 02:12:34-də: «And icmeyide ayib bilirem, ama yenede and icdim ki, arxayin olasan, geceni yola versen yaxwi olar, men senden qabaq durub hazir olacam, yeni senin iwini axsatmaram»; -25 avqust 2021-ci ildə saat 02:12:42-də Təqsirləndirilən şəxs 50-356-88-56 nömrəsindən 51-304-13-04 nöməsinə: «Qaqa hem soyuwum var borca, cekdiyimi cixarda bilmirem her gun pul axtariram, hemde evden cixa bilmirem papam wubhelenip izdiyir meni»; -saat 02:14:10-də 51-304-13-04 nömrəsindən Təqsirləndirilən şəxs 50-356-88-56 nömrəsinə: «Hecne qaqa, ALLAH komeyin olsun, bir o qeder ehtiyac olmasa bu vaxt narahat elemezdim»; -saat 04:13:58-də: «Qaqa yegin yatibsan, duranda mene xeber ele qardawimsan»; -saat 07:41:38-də: «Qaqam Allah eliye tez dura..duran kimide xeber eliye..indi oyaq olmagindaki lap mocuze olar»; -11 avqust 2021-ci ildə saat 01:56:08-də 51-688-61-59 nömrəsindən 50-356-88-56 nömrəsinə: «Tural dayivin anamin qebiri aqqi cox pis agriyram acda telefonu qaqa»; -11 avqust 2021-ci ildə saat 11:10:54-də Təqsirləndirilən şəxs 50-356-88-56 nömrəsindən 51-944-64-46 nömrəsinə: «Qaqa gelme itder kucemizde meni guduler»; -11 avqust 2021-ci ildə saat 13:39:46-də 51-944-64-46 nömrəsindən Təqsirləndirilən şəxs 50-356-88-56 nömrəsinə: «X24 X32 X33 X20 Vezyetden Cixar.X34 X26 Deilem»; -11 avqust 2021-ci ildə saat 23:20:35-də 51-392-39-77 nömrəsindən Təqsirləndirilən şəxs 50-356-88-56 nömrəsinə: «Qaqa yarm dasm var. saba tezen seen duranacan gel semurdan gotur. Day soyuw soymuyey de qaqa. Milyon faiz arxainol»; -saat 23:21:22-də: «Tezen 35 e verecem bunu»; -11 avqust 2021-ci ildə saat 23:58:25-də Təqsirləndirilən şəxs 50- 356-88-56 nömrəsindən 51-392-39-77 nömrəsinə: «Qaqa allahaki yoxdu.sabah olacaq»; -11 avqust 2021-ci ildə saat 23:59:55-də 51-402-74-74 nömrəsindən Təqsirləndirilən şəxs 50-356-88- 56 nömrəsinə «VARYOXUN S…M PUL VARMDİDE QAGA CANU YEM OZ PAYUDA OLSA VER»; -12 avqust 2021-ci ildə Təqsirləndirilən şəxs 50-356-88-56 nömrəsindən 51-402-74-74 nömrəsinə: «Qaqa varyoxun sikim semur gozduyen adami gozduyurem»; -12 avqust 2021-ci ildə saat 00:02:50-də 51-402-74-74 nömrəsindən Təqsirləndirilən şəxs 50-356-88-56 nömrəsinə: «TEZ GELERSE GOZDUYUMDE QAGA»; -saat 00:04:51-də Təqsirləndirilən şəxs 50-356-88-56 nömrəsindən 51-402-74-74 nömrəsinə: «Sat 4 e falan. Qaqa.men tezden goruwecem.o vaxta qala bilmerem»;-12 avqust 2021-də saat 00:07:29-da 51-392-39-77 nömrəsindən Təqsirləndirilən şəxs 50-356-88-56 nömrəsinə: «Ozun varsa ver basua donum»; -saat 00:08:33-də: «Yox ay qaqa yoxdu yoxdu!»; -12 avqust 2021-ci ildə saat 00:15:50-də 50-380-93-12 nömrəsindən Təqsirləndirilən şəxs 50-356-88-56 nömrəsinə: «Ay emi oqlu 05 lazimdi yol cixiram»; -saat 00:17:15-də Təqsirləndirilən şəxs 50-356-88-56 nömrəsindən 50-380-93-12 nömrəsinə: «Axe gijdilaq smsde bele yazillar?yoxdu»; -12 avqust 2021-ci ildə saat 23:36:35-də 51-390-69-47 nömrəsindən Təqsirləndirilən şəxs 50-356-88-56 nömrəsinə: «QAQA QELİM MENE VİDENE ALMA 25 VAR»; -13 avqust 2021-ci ildə saat 13:02:52-də 51-944-64-46 nömrəsindən Təqsirləndirilən şəxs 50-356-88-56 nömrəsinə: «X27 X28 Zeng Ele»; -saat 13:23:02-də: «X35 Onu Tez Bazar X25 X18 X29»; -14 avqust 2021-ci ildə saat 01:30:26-də 77-717-64-14 nömrəsindən 50-356-88-56 nömrəsinə: «Qaqa 25 duzeltim ac telini»; -saat 01:58:33-də Təqsirləndirilən şəxs 50-356-88-56 nömrəsindən 77-717-64-14 nömrəsinə: «Gel sakitce piyada qapinin agzina»; -14 avqust 2021-ci ildə saat 22:07:04-də 51-381-46-30 nömrəsindən Təqsirləndirilən şəxs 50-356-88-56 nömrəsinə: «Qaqa gec cixdim men, yoldayam 1 saata catacam, catib pul iwimi indi hell ede bilmesem qardawiva sabah abede kimi el tuta bilessen? balam cani sabah catacaq»; -saat 22:07:07-də: «bele daw meylin cekirse qret eleyim,mene bir cvb de bilim bawiva donum»; -saat 22:08:40-də Təqsirləndirilən şəxs 50-356-88-56 nömrəsindən 51-381-46-30 nömrəsinə: «Qaqa vezyet pisdi.2 divij qalip 90 m pulum catmir»; -saat 22:11:35-də həmin nömrədən Təqsirləndirilən şəxs 50- 356-88-56 nömrəsinə: «Qaqa belkede duzeldeceme, prosta ehtiyata deyirem pis vezyetde qalmayim, nede seni pis vezyetde qoymaram. sen pulu tezden veresisen? abede kimi onsuzda 45_50 men verecem»; -14 avqust 2021-ci ildə saat 22:14:06-də 51-381-46-30 nömrəsindən Təqsirləndirilən şəxs 50-356-88-56 nömrəsinə: «Yaxwi gozle gorum neter olur, bele alindirdin alindirmadin ferqi yoxdu, biliremki mumkun olsa eleyersen, meylin cekse dediyimden de»; -14 avqust 2021-ci ildə saat 22:16:25-də: «Bele qaqa menim ozumde vare ozde gucludu, prosta qara daw kimi olandandi, vurana yariyir, menim iwime yaramir, gor vuranlardan istyen olsa ver deyiwey»; -15 avqust 2021-ci ildə 04:50:42-də Təqsirləndirilən şəxs 50-356-88-56 nömrəsindən 51-321-11-51 nömrəsinə: «Qaqam sms yaz»; - saat 04:53:15-də 51-321-11-51 nömrəsindən Təqsirləndirilən şəxs 50-356-88-56 nömrəsinə: «Kucedeyem 50»; - saat 04:53:49-da Təqsirləndirilən şəxs 50-356-88-56 nömrəsindən 51-321-11-51 nömrəsinə: «Oku»; -saat 04:55:59da «Qaqa gel qapinin duz agzina yavawca)»; -saat 04:58:13-də 51-321-11-51 nömrəsindən Təqsirləndirilən şəxs 50-356-88-56 nömrəsinə: «Hansi api»; -saat 04:59:58-də Təqsirləndirilən şəxs 50-356-88-56 nömrəsindən 51-321-11-51 nömrəsinə: «Yol qapi.cixiram»; -saat 05:02:58-də 51-321-11-51 nömrəsindən Təqsirləndirilən şəxs 50-356-88-56 nömrəsinə: «Gelmirsen axi»; -16 avqust 2021-ci ildə saat 00:57:06-də 51-944-64-46 nömrəsindən Təqsirləndirilən şəxs 50-356-88- 56 nömrəsinə: «X30 X36 X31 X6 X34 Dede»; -16 avqust 2021-ci ildə saat 11:17:50-də 50-704- 89-30 nömrəsindən Təqsirləndirilən şəxs 50-356-88-56 nömrəsinə: «Sabahın xeyir. Kirvə axşam bir nəfərə də götürmüşdüm 9 dənə səhv salmışam 9 sənə vermişəm yəni sənə 1 dənə səhv vermişəm bağışla. BİLMƏDƏN OLUB MƏNLİY DEYİL DƏ ELƏ ŞEYLƏR»; 21 avqust 2021ci ildə saat 01:47:05-də 51-304-13-04 nömrəsindən Təqsirləndirilən şəxs 50-356-88-56 nömrəsinə: «Yatmisan qaqa?»-saat 02:06:10-da: «Qaqa gor ne deyirem. Biraz problemlerim var yata bilmirem, mamamda karona tutub lap dilxorculuqdu, imkan var gelim deyim sene? Mamam cani balam cani saba yuxudan duran kimi catacaq, dilxorculuqdu uezyet pisdi fikiiden yata bilmirem, imkan varsa atqaz eleme, xeber ele gelim deyim»; -saat 02:17:32-də: «Qaqa bawiva donum imkan varsa mene cavab yaz, sevindiren cavb»; -saat 02:26:22-də: «Qaqa alindira bilsen senol padvait elemerem seni, terezinide qardawin pay verer sene bunu hell elesen,veziyyeti bawa saldimda qaqa»;-saat 03:07:47-də: «Day bundan oyana ne deyim qaqa, vere bilisense ver varyoxun s…m sabah butov catacvn»; -saat 18:59:50-də: «Qaqa saat 10a kimi el tuta bilersen mene?Hec olmasa bu sozumu yere salma, imkan varsa awird iwimi»; -saat 19:07:58-də: «Qaqa bidefe agiz acdim,sagol hell eledin,yuxudan duran kimide ozum yigdim,indide varyoxun sikim saat 10a kimi verecem,imkan varsa yoluna qoy,bir xeber ele»; -saat 19:10:14-də: «Axwam 10a kimi deyirem e qaqa, 2-3 saat»; -saat 19:17:39-da: «Gozleyirem indi qardawim zeng ede diye cix qapinin agzina,gelirem»; -saat 19:32:28-də: «Ay qaqa menim elim catan adam tek sensen, ondan otru aramizi pozmuyacam ki, hem o qeder inamsizam ki soyuwumede inanmirsan?Hecne canin sagolsun, nece defedi sozumu yere salirsan,ALLAH komeyin olsun»; -24 avqust 2021-ci ildə saat 19:24:37-də X13 adına qeydə alınmış 50-383-27-66 nömrəsindən Təqsirləndirilən şəxs 50-356-88-56 nömrəsinə: «Mənə zəng vur tural»; -saat 20:07:11-də: «Ay qaqaş gəlmirsənsə de mən işimi bilim»; -saat 20:15:06-də: «Tural bir söz de gözləməyim»; saat 20:16:54-də Təqsirləndirilən şəxs 50-356-88-56 nömrəsinədən 50-383-27-66 nömrəsinə: «Emi varyoxun s…diyimi gozduyurem, yigiram zanit verir»; -saat 20:17:40-də: «Acan kimi emi quranhaki pramoy seni yigacam»; -25 avqust 2021-ci ildə saat 11:53:33-də 51-944-64-46 nömrəsindən Təqsirləndirilən şəxs 50-356-88-56 nömrəsinə: «Qaqa yari lazimdi»; -saat 12:16:00-də: «Qaqa yari goturrem acda vezyet pisdi»; -saat 12:26:35-də: «25 manatim var bidene yari vere bilersen cavab verde qaqa»;-25 avqust 2021-ci ildə saat 19:59:09-də 50-967- 65-25 nömrəsindən Təqsirləndirilən şəxs 50-356-88-56 nöməsinə: «Qaqa 12 manatdı bi yarının yarısı»; -25 avqust 2021-ci ildə saat 21:23:00-də 50-457-43-40 nömrəsindən Təqsirləndirilən şəxs 50-356-88-56 nömrəsinə: «Tural ayagnin altinda olum meni qoyma bu veziyede senen bawqa xod yoxdu»; -saat 21:30:50-də: «Qaqa başna dönum gör neynisen pisdi vezyetim qalmişam yolda»; -27 avqust 2021-ci ildə saat 05:54:08-də 50-806-31-68 nömrəsindən Təqsirləndirilən şəxs 50-356-88-56 nömrəsinə: «Sabahin xeir qaqa sen cani mene bidene yarin yarsin ver yol cixiram 12 manatim var mene bir xeber ele»; -saat 06:03:22-də Təqsirləndirilən şəxs 50-356- 88-56 nömrəsindən 50-806-31-68 nömrəsinə «Qaqa rayonda yoxam senol .hemde vezyet pisdi»; -27 avqust 2021-ci ildə saat 11:23:13-də 51-944-64-46 nömrəsindən Təqsirləndirilən şəxs 50-356-88-56 nömrəsinə: «Qaqa salam yari lazimdi bidene»; -27 avqust 2021-ci ildə saat 17:23:21-də 50-565-39-69 nömrəsindən Təqsirləndirilən şəxs 50-356-88-56 nömrəsinə: «Qaqa.teli.aç işim var 30.manati verecem»; 01 sentyabr 2021-ci ildə saat 18:57:07-də 50-967- 65-25 nömrəsindən Təqsirləndirilən şəxs 50-356-88-56 nömrəsinə «Qaqa toba pis ağrıyıram tək tənaha küçədəyəm 13 manatdı qaqa»; -02 sentyabr 2021-ci ildə saat 00:26:19-də Təqsirləndirilən şəxs 50-356-88-56 nömrəsindən 50-704-89-30 nömrəsinə: «Kirbe avara oldum qaldim burdaye men, camatda meni gozduyur» - saat 00:46:31-də: «Kirbe boyuk pul deil. ama iwim sarvat olur. menide gozduyen agsaqaldi. atda quzu keserem. qalmiwam aparatda»; - saat 11:29:14-də 50-704-89-30 nömrəsindən Təqsirləndirilən şəxs 50-356-88-56 nömrəsinə: «5 dəqiqəyə yığıram,- saat 11:35:03-də Təqsirləndirilən şəxs 50-356-88-56 nömrəsindən 50-704-89- 30 nömrəsinə: «Kirbe bidene xeber ele 15 dene lazimdi» məzmunlu ismariclər göndərilmişdir. Baxış protokolu ilə həmçinin müəyyən olunmuşdur ki, ***-***-**-** mobil telefon nömrəsindən başqa, təqsirləndirilən Təqsirləndirilən şəxs adına qeydə alınmış ***-***-**-** nömrəsinin sms mətnlərində də onun narkotik vasitlərin satışı ilə məşğul olmasını təsdiq edən kifayət qədər mesajlar aşkar edilmişdir. İş materiallarında olan 05 mart 2022-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən götürülmüş külli miqdarda, yəni 2,883 qram çəkidə narkotik vasitə heroinin əldə olunma mənbəyini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs İmişli şəhəri ərazisində narkotik vasitəyə aludə olan şəxslərə narkotik vasitələr satması, onlarla daimi əlaqədə olması və həmin şəxslərlə görüşməsi müəyyən edilmişdir İş materiallarında olan qərardan görünür ki, ekspertiza tədqiqatından sonra maddi sübut kimi tanınan və qalıq çəkisi 2,833 qram olan narkotik vasitə heroin İmişli rayon polis şöbəsində saxlanılır, telefon məlumatlarına dair bir ədəd CD-R diski iş materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş İmişli rayon polis şöbəsinin 20 iyun 2022-ci il tarixli, ********* nömrəli məktubundan görünür ki, şəxsi axtarış zamanı təqsirləndirilən şəxs Tural Abdullayevin üzərindən aşkar olunaraq götürülmüş qara rəngli dəri pul qabında bir ədəd 20 manatlıq, bir ədəd on manatlıq, bir ədəd bir manatlıq pul əskinaslarının, bir ədəd alışqanın və bir ədəd Vinston markalı siqaret atası X2 təhvil verilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-137-ci maddələrinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin məhkəmə icraatı zamanı verdiyi qismən etirafedici, eləcə də şahidlərin təsdiqedici) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutu, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinin «üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinin polis əməkdaşı tərəfindən onun cibinə qoyulması və narkotik vasitələrin satışı ilə məşğul olmaması» hissəsinə tənqidi yanaşaraq həmin ifadəyə məhkəmə iclasında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə müqayisəli qiymət verərək hesab edir ki, ifadə həmin hissədə obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. İş materiallarında olan Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrənin telefon danışıqlarından və mesajlarından göründüyü kimi sonuncunun narkotik vasitələri satması bilavasitə satış məqsədi ilə əldə olunması nəticəsinə gəlməyə əsas verir. Məhkəmə tədqiq edilmiş sübutlara istinad edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə heroini satış məqsədi ilə əldə etmişdir. Məhkəmə, onun ifadəsində göstərdiyi bu xüsusatları ona təyin ediləcək cəzanın müddətini azaltmağa, başqa sözlə, cinayət məsuliyyətini yüngülləşdirməyə yönələn cəhdi kimi qiymətləndirir. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə heroin miqdarına görə “külli miqdar” kimi qiymətləndirilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinə cinayət qanunvericiliyinin tələbləri baxımından hüquqi qiymət verərkən gəldiyi nəticələri, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilir ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin tövsifi məsələsini müzakirə edərək onun hərəkətini Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin dispozisiya şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddə ilə tövsif edilməsini əsaslı sayır. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, eyni zamanda təyin ediləcək cəzanın əvvəlinin onun saxlanıldığı vaxtdan, yəni-16 sentyabr 2021-ci ildən hesablanmasını əsaslı sayır. Belə ki, iş materiallarında olan İmişli rayon məhkəməsinin 18 sentyabr 2021-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli 16 sentyabr 2021-ci ildən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələbinə müvafiq olaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İmişli şəhəri, R.Bağırov küçəsi, ev 3-də qeydiyyatda olmaqla valideynləri ilə birgə həmin ünvanda yaşamış və yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən himayəsində heç bir yerdə işləməyən valideynlərinin olmasını, əmisi X3 İ Qarabağ müharibəsi zamanı Ağdarə rayonu istiqamətində gedən döyüşlərdə həlak olmasını, həmçinin ilk məhkumluğunu və yaşayış yerindən müsbət xarakterizə olunmasını CM-in 59.2-ci maddəsinə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s. müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatından sonra maddi sübut kimi tanınaraq İmişli rayon polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,833 qram olan narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd telefon məlumatlarına dair CD-R diski cinayət işi materiallarında saxlanılmalı, şəxsi axtarış zamanı təqsirləndirilən şəxs Tural Abdullayevin üzərindən aşkar olunaraq götürülmüş qara rəngli dəri pul qabında bir ədəd 20 manatlıq, bir ədəd 10 manatlıq, bir ədəd 1 manatlıq pul əskinaslarının, bir ədəd alışqanın və bir ədəd Vinston markalı siqaretin atası X1 qaytarılması nəzərə alınmalıdır. Qeyd edilənlərlə yanaşı, Təqsirləndirilən şəxs 31 ( otuz bir) manat, 95 qəpik məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) alınaraq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384- 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni 16 sentyabr 2021-ci ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq İmişli rayon polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,833 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, telefon məlumatlarına dair bir dəd CD-R diski cinayət işi materiallarında saxlanılsın, şəxsi axtarış zamanı təqsirləndirilən şəxs Tural Abdullayevin üzərindən aşkar olunaraq götürülmüş qara rəngli dəri pul qabında bir ədəd 20 manatlıq, bir ədəd 10 manatlıq, bir ədəd 1 manatlıq pul əskinaslarının, bir ədəd alışqanın və bir ədəd Vinston markalı siqaretin atası X1 qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərcləri olan 31 (otuz bir) manat, 95 qəpik Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan iyirmi gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Cəlil Nəbiyev

2. Cavid Səfərli

3. Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar