Məhkəmə qərarları › İş №1(099)-280/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-280/2024

15.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-280/2024 15.02.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri X7 (sədrlik edən və məruzəçi), X10 və X5 ibarət tərkibdə, məhkəmə iclasının katibi Elbrus Əlisahib oğlu Mikayılovun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, - Təqsirləndirilən şəxs (xx xxxxxxxx 1977-ci ildə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olan, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, videokonfrans əlaqə sistemi, habelə “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə edib daşıyaraq yaşadığı evdə saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin və psixotrop maddələrin siyahısı”na daxil olan, satış məqsədi ilə, külli miqdarda ümumi təmiz çəkisi 2,228 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini, satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,167 qram kustar üsulla hazırlanmış psixotrop maddə metafetamini qanunsuz olaraq əldə edib daşıyaraq yaşadığı evdə saxlamış, əldə etdiyi narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdarda, iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,097 qram, 0,104 qram, ümumi çəkisi 0,201 qram olan hissəsini 09 avqust 2023-cü il tarixdə, saat 03 radələrində Kürdəmir şəhəri, İ.Qayıbov küçəsində tanışı X15 qanunsuz olaraq satmaq barədə razılaşma əldə etdikdən sonra 15 (on beş) manat pul müqabilində ona satmış, 09 avqust 2023-cü il tarixdə, saat 09:45 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı X23 şəhəri, İ.Qayıbov küçəsində saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarının ön sol cibində olan bir ədəd “Arqo” markalı siqaret qutusunda bir ədəd qızılı rəngli kağız kəsiyi içərisində olan iki ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri – 0,097 qram, 0,104 qram, şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi çəkisi – 0,201 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüş, həmin tarixdə saat 11 radələrində əməliyyat və istintaq tədbirlərinin davamı olaraq keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs yaşadığı evə keçirilən baxış və götürmə zamanı evin yataq otağının pəncərəsinin qarşısından bir ədəd siqaret qutusunun içərisində bir ədəd kağız bükümdə təmiz çəkisi – 0,067 qram, hər biri ayrılıqda kağıza bükülmüş dörd ədəd polietilen kəsiyi bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri – 0,289 qram, 0,379 qram, 0,101 qram, 1,171 qram, bir ədəd 1,0 ml-lik şprisin içərisində olan 0,2 ml narkotik vasitə heroin məhlulunun daxilində quru maddəsinin təmiz çəkisi – 0.02 qram, ümumi çəkisi – 2,027 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, həmin siqaret qutusunun içərisində kağıza bükülmüş bir ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi – 0,167 qram kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən on ildir narkotik vasitədən istifadə edir. Narkotik vasitə olan kakos kimi bildiyi heroini əvvəllər Bakı şəhərində tanımadığı şəxsdən əldə etmiş, son vaxtlar isə tanımadığı, adını belə bilmədiyi İran İslam Respublikasının vətəndaşından az miqdarda, 4-5 qramdan çox olmamaqla alaraq özü üçün istifadə etmişdir. Müxtəlif yerlərdə fəhləlik edərək gününə 12-16 manat pul qazanmış, şəxsi istifadəsi üçün narkotik almaöa görə pul yığmışdır. Heroinə ehtiyacı olanda və canı ağrıyanda adını bilmədiyi iranlının “WhatsApp” nömrəsinə mesaj yazmış, iranlının göndərdiyi kart hesabına pul köçürmüş, sonuncu Bakı şəhərinin hər hansı bir yerinə narkotik vasitəni qoydurub, ona konum göndərmiş və həmin konum vasitəsi ilə heroinin qoyulduğu yeri müəyyən etdikdən sonra gedib götürmüşdür. Bakı şəhərinə avtobusla, yol maşını- taksi ilə gedib gəlmişdir. Narkotik vasitəni yalnız Bakı şəhərindən, lakin hər dəfə başqa-başqa ünvanlardan götürmüşdür. Harasa gedib, kiməsə narkotik vasitəni çatdırmamış və heç kəsə verməmişdir. İranlı ilə heç vaxt görüşməmiş, onun üzünü görməmiş, onunla yalnız “WhatsApp” proqram təminatı vasitəsilə əlaqə saxlamış, ola bilər ki, telefonla bir-iki dəfə də danışmışlar. Narkotik vasitəni 60-80 (altmış-səksən) manata almışdır. Heç kəsə narkotik vasitə və ya psixotrop maddə satmamış, ancaq öz istifadəsi üçün almışdır. Axrıncı dəfə tutulmamışdan bir necə gün əvvəl iranlıdan 3 qram heroin almış və Kürdəmir şəhərində yaşadığı evdə gizlətmişdir. Cəmi bir dəfə qonşusu X15 aldığı heroindən istifadə üçün pay vermişdir. Şükran Əliyevə 15 (on beş) manat müqabilində narkotik vasitə satmamışdır. Polis əməkdaşları evinə daxil olanda narkotik vasitənin təsiri altında olmuşdur. Otağında olan pəncərənin qarşısında bir ədəd şpris, bir ədəd siqaret qutusu olmuşdur. Həmin qutunun içərsində cəmi 2 qramdan az heroin var idi. Polis əməkdaşları onu tutub Kürdəmir Rayon Polis Şöbəsinə aparmışlar. Təqsirləndirilən şəxs cinayət prosesi iştirakçılarının ona ünvanladığı suallara cavab olaraq bildirmişdir ki, onda heç vaxt külli miqdarda narkotik vasitə olmamış, adətən şəxsi istifadəsi üçün az miqdarda heroin almışdır. Narkotik vasitənin satışı ilə heç vaxt məşğul olmamışdır. X20 arabir birlikdə narkotik vasitə çəkmişlər. Axırıncı dəfə narkotik vasitəni Şükrana pay vermiş, ümumiyyətlə ona və ya başqa bir kimsəyə narkotik satmamışdır. Şükrandan başqa heç kəsə narkotik vasitə təklif etməmişdir. Şükran özü polisə elə ifadə vermişdir ki, güya ona narkotik vasitəni 15 (on beş) manata satmışdır və bu yalandır. Müstəntiq ifadəni doğru yazmayıbsa, bu barədə bir söz deyə bilməz. Polis əməkdaşları evinə daxil olanda, evində bir neçə bükümdə narkotik vasitə olmamış, cəmi iki büküm heroin olmuşdur. Evindən aşkar olunduğu kimi yazılan narkotik vasitənin çox hissəsi və psixotrop maddə metafetamin ona məxsus deyildir. Otağında olan pəncərənin qarşısında bir ədəd şpris və bir ədəd siqaret qutusunun içərisində 2 qramdan az heroin (kakos 7 misxal) olmuş, bir çet də patı aşkar etmişlər, lakin patının kimə məxsus olduğunu bilməmişdir. Ancaq kakos istifadə etmişdir. Polis əməkdaşları onu tutanda ona qarşı zorakılığa yol verməsələr də, evə daxil olanda yanlarında vəkili görməmiş, sonuncu ola bilsin ki, həyətdə olmuşdur. Polis əməkdaşları otağının hər bir yerinə baxmışlar. İstifadə etdiyi heroini otağında olan divanın altına qoymuşdur. Əməlindən peşmandır. Onda heç vaxt alti-yeddi ədəd mobil telefon olmamış, evdə uşaqların xarab telefonları olmuşdur. Özü köhnə balaca bir telefon işlətmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin verdiyi ifadə ilə ibtidai istintaq zamanı vermiş olduğu ifadə arasında yaranmış ziddiyətlərlə əlaqədar, onun ibtidai istintaqa verdiyi ifadəsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda) əsasən elan edilmişdir. O, həmin ifadəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, təxminən on ildir ki, narkotik vasitə heroin və psixotrop maddə metafetamindən istifadə edir. Narkotik vasitə heroin və psixotrop maddə metafetamini Bakı şəhərində tanımadığı şəxsdən əldə edir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə Kürdəmir-Bakı marşurut xətti ilə hərəkət edən mikroavtobus ilə Bakı şəhərinə getmiş, üç-dörd ay bundan qabaq Bakı şəhərində olarkən tanış olduğu, “Həsən” kimi tanıdığı şəxsdən 60 (altmış) manatlıq 02 qram heroin almış, qayıdıb yaşadığı Kürdəmir rayonuna gəlmiş, aldığı narkotik vasitə heroin və psixotrop maddə metafetaminin bir hissəsini istifadə etmiş, qalan hissəsini isə şəxsi istifadə etməsi üçün yaşadığı evdə saxlamışdır. xx.xx.2023-cü il tarixdə, saat 03 radələrində qonşusu X17 istifadəsində olan 050 ***-**-** mobil nömrəsindən onun istifadəsində olan 050 ***-**-** mobil nömrəyə zəng vurub, 15 (on beş) manat pulunun olduğunu deyərək, ondan şəxsi istifadəsi üçün heroin istəmiş, Şükranı yaşadığı evin yerləşdiyi küçəyə dəvət etmiş, təxminən beş dəqiqə sonra Şükran küçəyə gəlib onunla görüşmüş, ona 15 (on beş) manat pul vermiş, qarşılığında Şükrana 03 ədəd kağız bükümdə narkotik vasitə heroin satmış, Şükran çıxıb getmişdir. xx.xx.2023-cü il tarixdə, saat 11 radələrində yaşadığı evdə olarkən həyət qapısı döyülmüş, gedib açdıqda polis əməkdaşları olduğunu görmüş, onlar özlərini təqdim etdikdən sonra üzərində və yaşadığı evdə narkotik vasitə saxlamasında əsaslı şübhələrin olduğunu bildirərək, onu barəsində qəbul etdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarın məzmunu ilə tanış etmiş və razılığı ilə yaşadığı evə baxış keçirmişlər. Baxış zamanı evdə öz otağında pəncərənin qarşısında 01 ədəd kağız büküm, 01 ədəd şpris, 01 ədəd “Golden Gate” markalı siqaret qutusunu təqdim edərək, 01 ədəd kağız bükümdə narkotik vasitə heroin, eləcə də “Golden Gate” markalı siqaret qutusunun içərisində də bükümlərdə narkotik vasitə heroin və psixotrop maddə metafetamin olduğunu, həmin kütlələrin, eləcə də şprisin ona məxsus olmasını və şprislə narkotik vasitə və psixotrop maddə istifadə etdiyini bildirmiş, bundan sonra bükümlər müstəntiq tərəfindən açılıb içərilərinə baxış keçirilmiş, 01 ədəd bükümdə narkotik vasitə heroin, həmçinin siqaret qutusunun içərisində olan 05 ədəd bükümün də 04 ədədi narkotik vasitə heroin, 01 ədədi isə psixotrop maddə metafetamin olduğu aşkar olunmuş, kütlələr içərisi boş zərfdə qablaşdırılaraq möhürlənib götürülmüşdür. Baxış zamanı otağında narkotik vasitələrin yanından aşkar olunmuş 01 ədəd elektron tərəzi, 01 ədəd qayçı, 02 ədəd birbank plastik kartı, 01 ədəd datakart və 06 ədəd mobil telefon da ayrıca götürülmüş, bundan sonra polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmiş, şöbədə şübhəli şəxs qismində tutulduqdan sonra, hüquqları, vəzifələri, dövlət hesabına müdafiəçi yadımından istifadə etmək hüququ izah edilmiş, təqdim edilmiş müdafiəçilərin siyahısından seçdiyi vəkil X18 ilə təmin edilmiş, bundan sonra üzərinə videoçəkilişdən istifadə etməklə keçirilmiş şəxsi axtarış zamanı üzərində narkotik vasitə varsa təqdim etməsi təklif edilmiş, üzərindən hər hansı qanunsuz əşya və ya predmet aşkar olunmamışdır (iş vərəqi 118-120). Təqsirləndirilən şəxs ifadələri arasındakı ziddiyyəti ibtidai istintaq zamanı müstəntiq tərəfindən ifadəsinin doğru yazılmaması ilə əlaqələndirmiş, narkotik istifadəçisi olduğu üçün səmimi peşimançılıq çəkdiyini, məhkəmənin ədalətinə sığındığını deyib, barəsində yekun qərar qəbul olunarkən himayəsində yetkinlik yaşına çatmayan övladlarının olmasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə cinayət prosesi tərəfləri olan təqsirləndirilən şəxsin qismən etirafedici, şahidlərin ifadələrini dinləyərək, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alıb, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kürdəmir Rayon Polis Şöbəsi X2 əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində göstərmişdir ki, 09 avqust 2023-cü il tarixdə Kürdəmir şəhər sakini X9 qanunsuz olaraq narkotik vasitələr əldə edib, daşıması, qəbul etməsi, üzərində saxlaması barədə məxfi əməliyyat məlumatı daxil olmuş, bu barədə rəhbərliyə raportla məruzə etdikdən sonra məlumatı yoxlamaq məqsədi ilə təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Elə həmin tarixdə, saat 09:45 radələrində Şükran Əliyev üzərində narkotik vasitə saxlaması və daşımasında əsaslı şübhələr olduğuna görə Kürdəmir şəhəri, İ.Qayıbov küçəsi ərazisində saxlanılaraq polis şöbəsinə gətirilərək şübhəli şəxs qismində tutulmuş, üzərinə keçirilən şəxsi axtarış zamanı ona paltarları, əşyaları və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, o da əynində olan qara rəngli şalvarının ön sol cibindən bir ədəd “Arqo” markalı siqaret qutusda bir ədəd qızılı rəngli kağız büküm içərisində olan iki ədəd kağız büküm, bir ədəd alışqan, şalvarının sağ cibindən bir ədəd mobil telefon, bir ədəd şəxsiyyət vəsiqəsi, şalvarının arxa sağ cibindən 13 (on üç) manat pul çıxardıb təqdim etmişdir. Şükran Əliyevin təqdim etdiyi bükümlərə baxış zamanı qəhvəyimtil rəngli narkotik vasitə heroinə bənzər kütlə olduğu müəyyən edilmiş, şifahi soğru zamanı Şükran həmin bükümlərdə narkotik vasitə heroin olduğunu və bükümləri 09 avqust 2023-cü il tarixdə 15 (on beş) manat müqabilində tanışı Təqsirləndirilən şəxs aldığını bildirmişdir. Keçirilmiş əməliyyat tədbirlərinin davamı olaraq 09 avqust 2023-cü il tarixdə, saat 11:00-da Kürdəmir şəhər sakini Təqsirləndirilən şəxs yaşadığı evə gedərək onun razılığı ilə evdə baxış istintaq hərəkəti keçirilmiş, Familin müşayiəti ilə evin həyətyanı sahəsi ilə hərəkətə başlanılmış, Famil yaşadığı evdə narkotik vasitənin öz otağında pəncərənin qarşısında olduğunu göstərib, oradakı bir ədəd kağız bükümü, bir ədəd tibbi şprisi və bir ədəd “Golden Gate” markalı siqaret qutusunu təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin kağız büküm və siqaret qutusunda nə olduğu soruşulduqda, o, narkotik vasitə heroin olduğu cavabını vermişdir. Bundan başqa, baxış zamanı evdən bir ədəd elektron tərəzi, bir ədəd qayçı, iki ədəd birbank plastik kartı, bir ədəd datakart, altı ədəd mobil telefon aşkar edilmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd kağız bükümə baxış keçirilərkən içərisində narkotik vasitə heroinə bənzər kütlə, bir ədəd siqaret qutusunun içərisinə baxış keçirilərkən beş ədəd büküm aşkar edilmiş, bükümlərə baxış keçirilərkən dörd ədədinin içərisində narkotik vasitə heroinə bənzər kütlə, bir ədədinin içərisində psixotrop maddə metafetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Həmin kütlələr onların iştirakı ilə içərisi boş poçt zərfinə qablaşdırılmış və tərkibinin müəyyən edilməsi ilə bağlı ekspertizaya göndərilməsi üçün şöbənin 137 nömrəli möhürü ilə möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilərək şübhəli şəxs qismində tutulmuş, vəkilin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı, ona paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, Famil üzərində hər hansı qanunsuz əşya və predmet olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı onda hər hansı qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Tərəflərindən Təqsirləndirilən şəxs qarşı fiziki və ya psixi zor tətbiq edilməmişdir. Şahid1 cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, məlum əməliyyat məlumatı ona daxil olmuş, məlumatda X24 Ələkbərovdan bir neçə dəfə narkotik vasitə alması bildirilmişdir. Əvvəllər də Təqsirləndirilən şəxs narkotik vasitə, psixotrop maddələrin satışı və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, lakin tədbir realizə olunmamışdır. Şükran Əliyev saxlanıldıqdan sonra Təqsirləndirilən şəxs evində əməliyyat-axtarış tədbiri keçirilmiş, həmin vaxt Familin valideynləri də evdə olmuşlar. Təqsirləndirilən şəxs evinə keçirilən baxış zamanı hər hansı narazılıq yaşanmamış, Famil etirafedici ifadə verərək narkotik vasitə istifadəçisi olduğunu, həmçinin Şükrana narkotik satdığını bildirmişdir. Əməliyyat-axtarış tədbirində on iki-on üç nəfər iştirak etmişdir. Təqsirləndirilən şəxs Şükran Əliyevdən savayı kiməsə narkotik vasitə və ya psixotrop maddə satmasını müəyyən edə bilməmişlər. Məhkəmə iclasında ibtidai istintaqa verdikləri, cinayət işinin materiallarında olan ifadələri elan olunmaqla tədqiq edilmiş şahidlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kürdəmir Rayon Polis Şöbəsi X2 baş əməliyyat müvəkkili, polis polkovnikleytenantı Şahid2 və X16 operatoru, polis kiçik serjantı Şahid3 ifadələrindən məlum olmuşdur ki, onlar Şahid1la eyni məzmunlu ifadə vermişlər (iş vərəqi 239-243; 244-248). Məhkəmədə dövlət ittihamçısının vəsatəti əsasında əlavə şahid qismində tanınmış X17 cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış sualları cavablandıraraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə qonşu olublar, aralarında ədavət və ya düşmənçilik olmamışdır. Kürdəmir Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğu üçün hazırda istintaq təcridxanasında saxlanılır. Təqsirləndirilən şəxs pay şəklində narkotik vasitə olan heroin almışdır. Famildən 15 (on beş) manat müqabilində üç bükümdə narkotik vasitə almamış, ibtidai istintaq orqanına bu məzmunda ifadə verməmişdir. Kürdəmir Rayon Məhkəməsinin barəsində olan hökmü ona təqdim olunmamışdır. Kürdəmir Rayon Məhkəməsində ifadə verərkən də, hazırkı məhkəmə istintaqında bildirmiş olduğu xüsusatı, yəni Famildən əvəzsiz olaraq narkotik vasitə almasını qeyd etmişdir. Familin ona verdiyi narkotik vasitəni həm onunla birlikdə, həm də aparıb təklikdə qəbul etmişdir. Narkotik vasitəni tanımadığı ayrı-ayrı şəxslərdən almış, Famil isə ona narkotiki yalnız pay olaraq vermişdir. Məhkəmədə şahid X9 verdiyi ifadə ilə ibtidai istintaq zamanı vermiş olduğu ifadə arasında yaranmış ziddiyətlə əlaqədar, onun ibtidai istintaqa verdiyi ifadəsi ziddiyyət yaranan hissədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 329.1-ci maddəsinə (əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda) əsasən elan edilmişdir. O, həmin ifadəsində göstərmişdir ki, özünü ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilir. Üzərindən narkotik vasitənin aşkar edilməsi ilə bağlı qeyd etmişdir ki, əvvəllər narkotik vasitə heroindən istifadə etmiş, sonra istifadə etməmiş, ancaq son üç aydır ki, yenə də istifadə etməyə başlamışdır. İstifadə etdiyi müddətdə narkotik vasitə olan heroini qonşusu Təqsirləndirilən şəxs pul ilə almışdır. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə, saat 03 radələrində istifadəsində olan 050 ***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan 050 ***-**-** saylı mobil nömrəyə zəng vuraraq, 15 (on beş) manat pulu olduğunu demiş və həmin pulun müqabilində narkotik vasitə heroin istəmişdir. Famil ona demişdir ki, yaşadığı evin yaxınlığına gəlsin, oraya getmiş və küçədə görüşmüşlər. Familə 15 (on beş) manat pul vermiş, Famil də həmin pulun müqabilində ona üç ədəd kağız bükümdə narkotik vasitə heroin vermişdir. Yaşadığı evə gedib, ailə üzvlərinin yatdıqları zaman onların xəbəri olmadan həmin bükümlərdən bir ədədini şpris vasitəsi ilə bədəninə vuraraq istifadə etmiş, qalan iki ədəd bükümü isə siqaret qutusuna qoyaraq, əynində olan qara rəngli şalvarın sol ön cibinə qoyub, şəxsi istifadəsi üçün özündə saxlamışdır (iş vərəqi 100-101). Bundan başqa, Şükran Əliyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ği maddəsi ilə təqsirli bilinərək məhkum edilməsi barədə olan cinayət işi üzrə məhkəmə istintaqında da ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadə ilə eyni məzmunlu ifadə vermişdir. Şahid Şükran Əliyev ifadələri arasındakı ziddiyyəti ibtidai istintaq zamanı verdiyi ifadəni özü yazmaması və oxumadan imzalaması ilə əlaqələndirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş, habelə ifadələri elan olunmuş şəxslərin (təqsirləndirilən şəxs və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materallarında olan və məhkəmədə tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kürdəmir Rayon Polis X13 09 avqust 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir (iş vərəqi 01-02). Kürdəmir Rayon Polis Şöbəsi X2 09 avqust 2023-cü il tarixli raportundan görünür ki, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində və yaşadığı evdə saxlaması, daşıması, qəbul etməsi və satması barədə əməliyyat məlumatı daxil olmuşdur (iş vərəqi 37). Kürdəmir Rayon Polis Şöbəsi X2 09 avqust 2023-cü il tarixli qərarı və eyni tarixli əmrindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğil olmaqla üzərində və yaşadığı evdə saxlaması, daşıması, qəbul etməsi və satması faktının aşkar edilməsi, eləcə də onun digər qanusuz əməllərinin qarşısının alınması məqsədi ilə təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün əməliyyat qrupu yaradılmışdır (iş vərəqi 38-39). Təqsirləndirilən şəxs 09 avqust 2023-cü il tarixli ərizəsindən görünür ki, onun Kürdəmir şəhəri, İ.Qayıbov küçəsi, ev 5/7 ünvanda yerləşən yaşadığı evə baxış keçirilməsinə etirazı olmamışdır (iş vərəqi 44). Kürdəmir Rayon Polis X13 09 avqust 2023-cü il tarixli protokolundan görünür ki, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evdə aparılmış baxış zamanı Famil yataq otağında pəncərənin qarşısındakı bir ədəd kağız bükümü, bir ədəd tibbi şpris və bir ədəd “Golden Gate” markalı siqaret qutusunu təqdim etmiş, həmin kağız bükümü və siqaret qutusunda nə olduğu soruşulduqda, içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmçinin baxış zamanı bir ədəd elektron tərəzi, bir ədəd qayçı, iki ədəd birbank plastik kartı, bir ədəd datakart, altı ədəd mobil telefon aşkar edilərək götürülmüş, videogörüntüləri özündə əks etdirən, protokola əlavə olunmuş DVD diskə məhkəmə iclasında baxılmışdır (iş vərəqi 45-47). Kürdəmir Rayon Polis Şöbəsi X2 09 avqust 2023-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində və yaşadığı evdə saxlaması, daşıması, qəbul etməsi və satması barədə daxil olmuş əməliyyat məlumatına görə o, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar əsasında həmin tarixdə, saat 11:00 radələrində yaşadığı evə baxış keçirildikdən sonra polis şöbəsinə aparılmışdır (iş vərəqi 48). Kürdəmir Rayon Polis X13 09 avqust 2023-cü il tarixli qərar və protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 12:00-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqi 50, 52-53). Kürdəmir Rayon Polis X13 09 avqust 2023-cü il tarixli protokolundan görünür ki, şöbənin inzibati binasında videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin onun üzərindən hər hansı bir qanunsuz əşya və ya predmet aşkarlanmamış, videogörüntüləri özündə əks etdirən DVD disk protokola əlavə olunmuşdur (iş vərəqi 72-74). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X21 Bölməsinin 18/791 nömrəli, 09 avqust 2023-cü il tarixli məhkəmə-kimyəvi ekspertizasının rəyi və ona əlavə edilmiş aktdan görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “X9 üzərindən ...” sözləri və imzalar olan kağız paketdəki kağız bükülmüş iki ədəd kağız bükümdə ayrıayırlıqda təmiz çəkisi 0,097 qram, 0,104 qram, ümumi təmiz çəkisi 0,201 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; üzərində: “Təqsirləndirilən şəxs yaşadığı evdən....” sözləri yazılmış və imzalar olan kağız paketdə bir ədəd siqaret qutusunun içərisində bir ədəd kağız bükümdə təmiz çəkisi 0,067 qram, hər biri ayrılıqda kağız bükülmüş dörd ədəd polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 0,289 qram, 0,379 qram, 0,101 qram, 1,171 qram, ümumi çəkisi 2,007 qram olan maddələr kustar üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli narkotik vasitə heroindir, həmin siqaret qutusunun içərisində kağıza bükümlüş bir ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,167 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir, bir ədəd 1,0 ml-lik şprisin içərisində həcmi 0,2 ml olan maye narkotik vasitə heroin məhluludur, həmin məhluldakı heroinin quru maddəsinin təmiz çəkisi 0,02 qramdır; Şükran Əliyevin üzərindən götürülmüş iki bükümdə və Təqsirləndirilən şəxs evindən götürülmüş beş bükümdə olan heroin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidirlər; bir ədəd şprisdə olan mayenin tərkibindəki heroin məhlul halına salınarkən tərkibində dəyişiklik yarana bildiyinə görə quru maddə ilə eynilik tədqiqatı aparılmır. Heroin və metafetamin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na (İ və İİ Siyahılar) daxildir. Narkotik vasitə və psixotrop maddələrin ekspertiza tədqiqatından sonrakı qalığı geri qaytarılmışdır. Aparılmış tədqiqatın dəyəri 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik müəyyən edilmişdir (iş vərəqi 83-87). Kürdəmir Rayon Polis X13 11 avqust 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş və qərarın surəti təqdim olunmuşdur (iş vərəqi 110-111). Kürdəmir Rayon Məhkəməsinin 4(041)-98/2023 nömrəli, 11 avqust 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 09 avqust 2023-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqi 127-131). Kürdəmir Rayon Məhkəməsinin 11 avqust 2023-cü il tarixli, 5(041)-75/2023 nömrəli qərarından görünür ki, Kürdəmir Rayon Polis Şöbəsi X2 Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi ilə əlaqədar qəbul edilmiş 09 avqust 2023-cü il tarixli qərarı qanunauyğun hesab edilmişdir (iş vərəqi 135-136). Kürdəmir Rayon Polis X13 11 avqust 2023-cü il tarixli qərarından görünür ki, X9 üzərindən aşkar edilərək götürülmüş bir ədəd “Arqo” markalı siqaret qutusunun içərisindəki bir ədəd qızılı rəngli kağız kəsiyi içərisində olan iki ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,097 qram, 0,104 qram, şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi çəkisi – 0,201 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinin 0,161 qram qalığı; Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş bir ədəd siqaret qutusunun içərisində bir ədəd kağız bükümdə təmiz çəkisi 0,067 qram, hər biri ayrılıqda kağıza bükülmüş dörd ədəd polietilen kəsiyi bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,289 qram, 0,379 qram, 0,101 qram, 1,171 qram, ümumi çəkisi – 2,007 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinin 1.807 qram qalığı, həmin siqaret qutusunun içərisində kağıza bükülmüş bir ədəd polietilen kəsiyi bükümdə təmiz çəkisi – 0,167 qram kustar üsulla hazırlanmış psixotrop maddə metafetaminin 0,117 qram qalığı, bir ədəd 1,0 ml-lik şprisin içərisində həcmi 0,2 ml narkotik vasitə heroin məhlulunun 0,1 ml qalığı, eləcə də bir ədəd elektron tərəzi, bir ədəd qayçı və bir ədəd şpris maddi sübut qismində tanınaraq saxlanılmasından ötrü Kürdəmir Rayon Polis Şöbəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş; Şükran Əliyevin üzərinə şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişin qeydə alındığı bir ədəd disk, Təqsirləndirilən şəxs yaşadığı evə baxış, üzərinə şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişlərin qeydə alındığı iki ədəd disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılmışdır (iş vərəqi 147-149). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 23 avqust 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqi 159-160). Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu 1 saylı X25 Filialının 22 avqust 2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs əlilliyə görə pensiya və ya sosial müavinət ödənilmir (iş vərəqi 162). Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Kürdəmir rayon X14 Hüquqi Şəxsdən daxil olmuş 24 avqust 2023-cü il tarixli, 6-49/2-532/2023 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs poliklinika şöbəsində həkim psixiatr və narkoloqun qeydiyyatında yoxdur (iş vərəqi 164). Kürdəmir Rayon Polis X13 "xxxx" MMC-nin 12 sentyabr 2023-cü il tarixli məktubuna əlavə edilmiş CD diskə baxış keçirilməsi barədə 14 sentyabr 2023-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda, eləcə də, 09 avqust 2023-cü il tarixdə, saat 02-03 radələrində istifadəsində olan 050 459-68-84 saylı mobil nömrə ilə X9 istifadəsində olan 050 884-74-17 saylı mobil nömrə arasında danışıqlar olması, həmçinin Təqsirləndirilən şəxs narkotik vasitələr satması ilə bağlı sms mətnləri, habelə iş üçün əhəmiyyət kəsb edən məlumatlar aşkar edilmiş, həmin yazılar və qeydlər çap edilərək, disklə birlikdə iş materiallarına əlavə olunmuşdur. Aşkarlanmış sms mətnləri aşağıdakılardır: xx/xx/2023,08:34:11,**********07,**********84, SALAM QAQA.İŞUN DUZELMİB?SİFDE VERERDİM SENE xx/xx/2023,20:48:17,**********98,**********84,Famil salam raufdu kurdamirli asobudan yig mani xx/xx/2023,22:52:45,**********33,**********84,QARDAW MEN COX QELET ELEDİM VUNA VAWDADM YENE.SENİDE YORDUM ZENGİML xx/xx/2023,22:52:49,**********33,**********84,E OZUMDE YORULDUM.QAQA UATRAME DAY xx/xx/2023,22:50:09,**********80,**********84,famil pul verecem tel ac soz derem xx/xx/2023,21:36:08,**********81,**********84,salam man biliram duz elamiram san mana yaxsilig eladun xamisa kimi kimi sani aldatmazdim,prosta vaziyat pisdi mama amaliyata man bilmiram na edim,valla xx/xx/2023,21:36:08,**********81,**********84,x yena calisiram bilmazdim bela alinar,ozum yaman kundayam agriyiram mana xirsanma isdida kalb basima bir sey fikirasacam. xx/xx/2023,03:51:43,**********98,**********84,Gagas yatmamisanki xx/xx/2023,05:08:22,**********98,**********84,Brat sani yigdim acmadun ytmisan sahar gunortadan sora yigacam hall edariy. usag cox gozladi versin san yatdun xx/xx/2023,16:24:44,**********98,**********84,Brat darixma bu yatib yigiram acmir axsam acacag dursun hall eday xx/xx/2023,21:26:02,**********98,**********84,Salam gagas inan allaha basimi itirmisam gor noldu. istadim sana yaxsilig edim sanida saldim ziyana xx/xx/2023,21:27:40,**********98,**********84,Gagas olabilar san mani yaxsi tanimirsan man dostu darda goymaram sanli manli birsey edarik xx/xx/2023,21:28:45,**********98,**********84,Sanin bidana geca yatmagun saldi bizi bu vaziyata xx/xx/2023,21:30:47,**********98,**********84,Sana demisdim geca yigacam. indi bela olub burda gunah na sanda nada mandadi allahin isidi basga gan garacilig olardi sukur eday xx/xx/2023,21:32:26,**********98,**********84,Biliram sanda manikimi kasib oglansan cox pis olmusam darixma goray na fikirlasiriy xx/xx/2023,21:49:03,**********98,**********84,Famil uprava basib burani ozum yigacam xx/xx/2023,21:54:33,**********98,**********84,Famil salam yaz anisabilmiram xx/xx/2023,21:55:21,**********98,**********84,Bu pece hardadi maraglan yigiram acmir xx/xx/2023,23:07:46,**********98,**********84,Brat yazda xx/xx/2023,23:08:42,**********98,**********84,Danisa bilmiram gardasim yaz mesaj xx/xx/2023,23:34:17,**********98,**********84,Famil noldu xx/xx/2023,23:36:19,**********84,**********98,********** ********** Malis zeng ele de gedim deyim godure bilerem he yox yaz xx/xx/2023,23:38:45,**********98,**********84,OK Yigdim acmir yaziram cavab olsa deyacam xx/xx/2023,12:42:19,**********84,**********98,Pecede vezyed yaxsidi qardas menimle alaqa saxla xx/xx/2023,17:52:53,**********98,**********84,Brat saat 10 da asirdacog isimizi xx/xx/2023,20:59:45,**********98,**********84,Brat 50 manat pul vurabilaruy mali goturannan sora lazimdi? yaz bilim xx/xx/2023,21:03:53,**********84,**********98,Ha xx/xx/2023,21:17:24,**********98,**********84,Gagas hazir ol dedi 10 sora pulu 12 yakimida vurabilariy. gozla yigacam xx/xx/2023,21:17:40,**********84,**********98,Das yaddan cixmasin xx/xx/2023,21:18:18,**********98,**********84,OLDU DEYACAM BRATVA xx/xx/2023,22:11:40,**********84,**********98,Menimle alaqa saxla xx/xx/2023,22:19:23,**********98,**********84,Brat dasi azidi onagora alinmadi xx/xx/2023,22:47:54,**********84,**********98,Cattim brat sagol xx/xx/2023,22:48:25,**********98,**********84,OK GOZLUYURAM xx/xx/2023,23:22:46,**********98,**********84,Brat pulu navaxt atag gozduyur xx/xx/2023,23:24:47,**********84,**********98,Meni yig atag xx/xx/2023,22:20:46,**********84,**********98,Salam famildi menden elaqe saxla xx/xx/2023,00:01:24,**********84,**********98,Brat neyliyim maraglanim usaqlardan varsa goturum he yox de xx/xx/2023,21:49:42,**********98,**********84,Salam brat indi asdim teli neynadun na xabar var xx/xx/2023,22:37:40,**********84,**********98,Salam pecede veziyeit yaxsidi menen elaqe saxla xx/xx/2023,23:13:06,**********84,**********98,Menen elaqe saxla tez ele xx/xx/2023,21:16:34,**********84,**********98,Qardas menimle alaqa saxla. xx/xx/2023,23:17:54,**********84,**********98,Qardas noldu. xx/xx/2023,23:22:23,**********98,**********84,Gardas bu cavab vermir ozun bir sey ela xx/xx/2023,22:52:56,**********84,**********98,Salam menen elaqe saxla xx/xx/2023,23:42:24,**********98,**********84,Gagas danisa bilmiram yaz xx/xx/2023,23:42:50,**********98,**********84,Pece goturmur zangimi xx/xx/2023,23:47:13,**********84,**********95,Pecede indi olmalidi 1 sata imkan olsa mani yig xx/xx/2023,23:51:00,**********84,**********98,Pecede indi olmalidi 1 sata imkan olsa meni yig xx/xx/2023,23:59:45,**********98,**********84,OK xx/xx/2023,03:37:02,**********61,**********84,Qaqa xəbər de da nolar xx/xx/2023,22:55:42,**********84,**********98,Salam menen eleqe saxla xx/xx/2023,23:03:28,**********98,**********84,YİGACAM xx/xx/2023,14:08:31,**********84,**********98,Qardas 10 Deyqiye gedirem goturmeye aton deyir gel gotur evdiyem xx/xx/2023,19:03:45,**********84,**********98,Nagardun qardas menimle alaqa saxla xx/xx/2023,23:19:10,**********84,**********98,Qardas yigda gozduyurem xx/xx/2023,20:23:34,**********98,**********84,Gagas ozum yigacam hala xabar yoxdu xx/xx/2023,10:33:02,**********86,**********84,Axasam senle sobet eledim axi bes meni gozleyirler axi ise gedmeliyem camat meni gozleyir xx/xx/2023,21:25:59,**********98,**********84,Gardas salam halaki bunnan xabar yoxdu gozduyuram xx/xx/2023,21:28:46,**********98,**********84,YAZ xx/xx/2023,21:32:05,**********84,**********98,Salam menen elaqe saxla danisaq xx/xx/2023,00:24:36,**********84,**********98,Qardasim menimle alaqa saxla xx/xx/2023,00:44:26,**********98,**********84,Danisdim deyir gozda dasan galdi sabaga xx/xx/2023,00:24:34,**********84,**********98,Salam qardas kunorta aliblar indi telfoni acmir. xx/xx/2023,00:24:34,**********84,**********98,Salam qardas kunorta aliblar indi telfoni acmir. xx/xx/2023,00:49:57,**********98,**********84,Danisdim dedi sabax olacag gozdiyay sabagida xx/xx/2023,00:50:30,**********98,**********84,Ama ozuda agriyirdi xx/xx/2023,23:57:58,**********84,**********98,Qardasim noldu danisa bildun alaqa saxliyaq bir birimiznen xx/xx/2023,23:59:05,**********98,**********84,Brat goturmur gozduyuram xx/xx/2023,22:03:30,**********84,**********98,Salam qardas mene zenk ele isim var xx/xx/2023,13:29:21,**********98,**********84,Gardas danisdim dedi bu geca hall edacam xx/xx/2023,13:30:02,**********98,**********84,Ozum geca yigacam sani gozluyay xx/xx/2023,13:44:42,**********84,**********98,He yaxsi xx/xx/2023,13:48:25,**********98,**********84,OK BRAT xx/xx/2023,16:04:45,**********98,**********84,Konturum yoxdu geca yigacam xx/xx/2023,17:05:30,**********98,**********84,Salam brat birazdan danisacam sanla. bela ozun natarsan xx/xx/2023,21:41:37,**********33,**********84,Qaqa gelmedi elxan xx/xx/2023,00:48:14,**********17,**********84,Nagayrim men bir soz denenda gedim yixilim olum kamazin yanindayam xx/xx/2023,01:27:05,**********17,**********84,Niye acrb brr kelme deRSEN BAYARMAN GOZLEMİİNM xx/xx/2023,20:02:29,**********98,**********84,Famil salam bayramun mubarak xx/xx/2023,19:34:10,**********88,**********84,Vasqa isim var xx/xx/2023,00:55:00,**********02,**********84,Emi 10das 10torpaq eləmək olarsa ele edək xx/xx/2023,01:09:37,**********73,**********84,Gellem emi xx/xx/2023,23:25:00,**********84,**********51,Salam brat usaqlardan orgendim hele ele birsey yoxdu sabah deqiq orgenib sene deyecem xx/xx/2023,23:44:09,**********30,**********84,Famil nə vaxt gəlsöz mənə xəbər eliyün hec nə tapmamışam sizi gözdi xx/xx/2023,23:44:11,**********30,**********84,yirəm saat üc beş fərqi yoxdı zəng vur xx/xx/2023,01:35:15,**********30,**********84,Telfonı ac öldüm mən xx/xx/2023,23:48:18,**********84,**********61,4169-7388-4289-7724 kaptal xx/xx/2023,23:48:18,**********84,**********61,4169-7388-4289-7724 kaptal xx/xx/2023,19:43:15,**********88,**********84,İşim var tele aç (iş vərəqi 188-207). Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının Kürdəmir Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 913 nömrəli, 15 avqust 2023-cü il tarixli arayışı, eyni tarixli xasiyyətnaməsindən və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Kürdəmir şəhəri, İ.Qayıbov küçəsi, ev 5/7 ünvanda yaşayır, ailə tərkibi arvadı, 26 iyun 2006-cı il təvəllüdlü oğlu və 09 noyabr 2008-ci il təvəllüdlü qızından ibarətdir və yaşayış yeri üzrə müsbət xarakterizə olunur (iş vərəqi 221-224). Kürdəmir Rayon Polis X13 20 noyabr 2023-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş bir ədəd elektron tərəzi, bir ədəd qayçı, iki ədəd birbank plastik kartı, bir ədəd datakart və altı ədəd mobil telefona baxış keçirilərək müəyyən olunmuşdur ki, mobil telefonlar işlək vəziyyətdə deyil, sınıq və çatlaqdırlar (Təqsirləndirilən şəxs həmin telefonların köhnə olmaqla ailə üzvlərinə məxsus olduqlarını, telefon ustalarına ehtiyat hissəsi kimi istifadə etmələri üçün satıb pul əldə etmək fikrində olduğunu, eləcə də iki ədəd birbank plastik bankomat kartlarının ailə üzvlərinə məxsus olmaqla etibarsız olduğunu, bir ədəd data kartın da işlək vəziyyətdə olmadığını, bir neçə il bundan qabaq istifadə etdiyini, sonradan xarab olduğu üçün istifadə edə bilmədiyini, qayçıdan bükümləri hazırlamaqdan ötrü kağız kəsmək üçün istifadə etdiyini, bir ədəd elektron tərəzidən isə aldığı narkotik vasitələri çəkib miqdarını bilmək üçün istifadə etdiyini, hazırda işlək vəziyyətdə olmasını bildirmişdir), tərəzi isə işlək vəziyyətdədir. Fotoşəkillər protokola əlavə olunmuşdur. Həmin əşyaların iş üçün əhəmiyyət kəsb etməyənləri eyni tarixli protokolla Təqsirləndirilən şəxs arvadına qaytarılmışdır (iş vərəqi 253-254). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri X3 X22 Yoxlamanın 1909 nömrəli, 20 noyabr 2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı var və narkoloji kabinetdə profilaktik qeydiyyata alınması məsləhət görülür (iş vərəqi 258). Kürdəmir Rayon Polis Şöbəsinin 22 noyabr 2022-ci il tarixli məktubundan görünür ki, keçirilmiş əməliyyat tədbirləri zamanı alınmış məlumatlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə əldə etdiyi narkotik vasitə heroinin bir hissəsini 09 avqust 2023-cü il tarixdə, saat 03 radələrində Kürdəmir şəhəri, İ.Qayıbov küçəsində tanışı X15 qanunsuz olaraq satmaq barədə razılaşma əldə etdikdən sonra ona satmış, narkotik vasitə heroin və psixotrop maddə metafetaminin qalan hissəsini yaşadığı evdə saxlamışdır. Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik məsələsi ilə bağlı mesajlaşdığı özünü Rauf kimi təqdim edən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin narkotik maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olan müxtəlif maddələri ilə məhkum olunmuş, hazırda ünvan 3 ünvanda qeydiyyatda olmaqla, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 8 saylı Cəzaçəkmə Müəsissəsində həbsdə olan 10 iyul 1979-cu il təvəllüdlü X19r (iş vərəqi 261). Kürdəmir Rayon Polis X13 24 noyabr 2023-cü il tarixli «cinayət işi üzrə sübutların qiymətləndirilməsi”, “cinayət işi materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi» haqqında qərarlarından görünür ki, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, X17 barəsində hazırkı cinayət işindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi ayrılmış və icraata qəbul edilmişdir (iş vərəqi 267-284). Kürdəmir Rayon Məhkəməsinin 02 fevral 2024-cü il tarixli məktubu və ona əlavə edilmiş 1(041)-26/2024 nömrəli, 31 yanvar 2024-cü il tarixli hökmünün surətidən görünür ki, X17 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardım ilə əlaqədar cəmi 12 (on iki) saat 30 (otuz) dəqiqə iş saatı həcmində vaxt sərf etməsi barədə hesabat təqdim etmişdir. Məhkəmə cinayət işi üzrə həmçinin aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «X8 Rusiya Federasiyasına qarşı» işi üzrə 21 iyun 2011-ci il tarixli, “Yallo Almaniyaya qarşı” işi üzrə 11 iyul 2016-cı il tarixli qərarlarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə bir qayda olaraq, açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilib-edilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulub-pozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuş, məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş və ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlar əsasında müəyyən edilir. Həmin Məcəllənin 143-144-cü maddələrinin tələbinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə, habelə digər prosessual hərəkətlərlə həyata keçirilir və cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrində nəzərdə tutulur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146-cı maddəsində cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu ilk növbədə cinayət tərkibi ilə yanaşı cinayətin tövsif edilməsi anlayışının açıqlamasını vacib hesab etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edərək hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək əməlin hüquqi tövsifi məsələsini həll etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud satma əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa, göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139.0.3-cü maddəsinə əsasən sübut edilməli olan hallardan biridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması- məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Qanunda “satış” məqsədinin anlayışı verilməsə də, həmin Qanunun 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına aydınlıq gətirilmişdir. Belə ki, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər “satma ” kimi başa düşülür. Bu kontektsdə “satış” məqsədi də narkotik vasitələrin və ya psixortop maddələrin “əvəzli, qazanc əldə etmək və ya sair şəxsi maraqdan yayılması” məqsədi kimi şərh edilə bilər. Sözü gedən Qanunla təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İ Siyahısının 5-ci bəndinə əsasən təmiz halda 2 (iki) qram və daha artıq çəkidə narkotik vasitə heroin; İİ Siyahısının 67-ci bəndinə əsasən təmiz halda 2 (iki) qram və daha artıq çəkidə psixotrop maddə metafetamin külli miqdar təşkil edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci tarixli, 2 nömrəli Qərarının 4-cü bəndində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum Qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitə və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olubolmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələr və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 25-ci bəndinə əsasən, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə, məhkəmə bunun səbəblərini araşdırmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin ifadələri arasındakı ziddiyyəti araşdırarkən məlum olmuşdur ki, təqsirləndirilən şəxs mövcud ziddiyyəti müstəntiq tərəfindən ifadələrinin doğru yazılmaması ilə əlaqələndirmiş, bununla əlaqədar cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət etmək səlahiyyəti olmasına baxmayaraq, bu hüququndan istifadə etməmişdir. Məhkəmə yuxarıda qeyd edilən halları, o cümlədən, hazırkı məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxs tərəfindən ifadələrinin müstəntiq tərəfindən doğru yazılmadığını təsdiq edən dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadələr verməyərək ümumi danışığını nəzərə alaraq, göstərilən xüsusata onun tərəfdən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Bu səbəbdən məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadələrin müstəntiq tərəfindən məhz doğru yazılmaması kimi göstərdiyi dəlili əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxsin onda heç vaxt külli miqdarda narkotik vasitə olmaması, adətən şəxsi istifadəsi üçün az miqdarda heroin alması, narkotik vasitənin satışı ilə heç vaxt məşğul olmaması, qonşusu Şükran Əliyevə narkotiki pay verməsi, ümumiyyətlə nə ona, nə də başqa bir kimsəyə narkotik satması, ondan başqa heç kəsə narkotik vasitə təklif etməməsi, polis əməkdaşları evinə daxil olanda, evində bir neçə bükümdə deyil, cəmi iki büküm heroin olması, evindən aşkar olunduğu kimi yazılan narkotik vasitənin çox hissəsi və psixotrop maddə metafetaminin ona məxsus olmaması, otağındakı pəncərənin qarşısında bir ədəd şpris və bir ədəd siqaret qutusunun içərisində 2 qramdan az heroin (kakos 7 misxal) olması, bir çet də patı aşkar edilməsi, lakin patının kimə məxsus olduğunu bilməməsi, ancaq kakos istifadə etməsi barədə göstərdiyi xüsusatlar işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, onun ibtidai istintaqa verdiyi izahat və ifadələrinin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsinin “X1rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin yuxarıda qeyd edilən hissələrini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib sübut kimi nəzərə almır. Bundan əlavə, məhkəmə heyəti əlavə şahid qismində dindirilmiş, Təqsirləndirilən şəxs qonşusu olan X9 məhkəmədə ona ünvanlanmış suallara Təqsirləndirilən şəxs pay şəklində narkotik vasitə olan heroin alması, ondan 15 (on beş) manat müqabilində üç bükümdə narkotik vasitə almaması, ibtidai istintaq orqanına bu məzmunda ifadə verməməsi barədə cavablarını yuxarıda sadalanan mötəbər sübutlar ilə tam təkzib olunduğundan, eləcə də, onun təqsirləndirilən şəxsin yaxşı münasibətdə olduğu qonşusu olması, təqsirləndirilən şəxsi məsuliyyətdən yayındırmaq məqsədi güdməsi ilə əlaqələndirərək sübut kimi qəbul etmir və bu ifadəni Təqsirləndirilən şəxs müdafiəsi məqsədi daşımaqla törədilmiş cinayət hadisəsini öz mülahizəsi baxımından yanlış təqdim etməsi kimi qiymətləndirir. Məhkəmə cinayət işinin materiallarına istinadən Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı izahat və ifadələrini müdafiəçisinin iştirakı ilə, habelə polis əməkdaşları tərəfindən hər hansı təsirə məruz qalmadan verməsini bildirdiyinə, bunların da işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Bundan başqa cinayət işi üzrə məhkəmə iclasında tədqiq edilən sübutlardan da görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə etmiş, saxlamış, həmin məqsədlə də əldə etdiyi narkotiki çəkərək xırda bükümlərə bölmüş və satış məqsədi ilə həmin bükümləri evində saxlamışdır. Bundan əlavə Təqsirləndirilən şəxs evində axtarış keçirilən zaman otağından narkotik vasitələr və psixotrop maddələrin çəkilib xırda bükümlərdə saxlanılması üçün istifadə edilən elektron tərəzi də aşkar edilmişdir ki, bu hal da onun evindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrə münasibətdə satış niyyətinin olmasını təsdiq edir. Həmçinin, məhkəmədə tədqiq edilmiş "xxxx" MMC-dən daxil olmuş CD diskə keçirilmiş baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs istifadəsindəki mobil telefon nömrəsində olan sms mətnlərində narkotik vasitələrin qanunsuz dövriyyəsi, yəni satışı ilə əlaqədar ismarıcların olması müəyyən olunmuşdur. Bununla yanaşı, o, 09 avqust 2023-cü il tarixdə Şükran Əliyevlə telefon əlaqəsi saxlamış, mesajlaşmışlar. Məhkəmə eyni zamanda onu da qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilməsinə səbəb onun məhz X15 15 (on beş) manat müqabilində narkotik vasitə satması faktının aşkarlanması olmuş, X23 Rayon Məhkəməsinin 1(041)-26/2024 nömrəli, 31 yanvar 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və məhkəmənin həmin hökmü qanuni qüvvəsini almasa da, bu günə kimi hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişdir. Sorğu əsasında əldə edilmiş sözü gedən hökmün məzmunundan görünür ki, Şükran Əliyev üzərindən aşkarlanan narkotik vasitə heroini qonşusu Təqsirləndirilən şəxs 15 (on beş) manat müqabilində aldığını etiraf etmişdir. Məhkəmə qanunvericiliyin müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin narkotik vasitə olan heroin və psixotrop maddə metafetamini qanunsuz olaraq satış məqsədi ilə əldə edib saxlaması onun məhz həmin maddələrin qalan hissəsini də qazanc əldə etmək üçün şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkət kimi qiymətləndirilməlidir. Məhkəmə tərkibi göstərilənlərin fövqündə belə hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalı, yəni Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Həmin Məcəllənin 351.1-351.3-cü maddələrinə görə ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun Cinayət-Prosessual Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz həmin Məcəllənin 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin bütün əlamətləri vardır, həmin cinayət əməli həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir, cinayət əməlini qəsdən törətmişdir və əməli başa çatmış cinayətdir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsində göstərilir ki, “... Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, digər cinayət hüquqi xarakterli tədbirləri müəyyən edir”. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41, 58.1 və 58.3-cü maddələrinə əsaslanaraq müəyyən edir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hisəssinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarında göstərilir ki, məhkəmə hər bir konkret halda təqsirləndirilən şəxsə cəzanın təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli qərarında göstərilmişdir ki, cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. «Vinter və başqaları Birləşmiş Krallığa qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 09 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Buna görə də, ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməli cinayətlərin təsnifatına görə həmin Məcəllənin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər hesab olunur. Qanunun qeyd edilən tələbi baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona, azadlıqdan məhrum etmə növündə təyin olunacaq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetdə profilaktik qeydiyyata alınmalıdır. Cinayət işi üzrə mülki iddia, maddi zərər və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsində şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Cinayət işi üzrə müsadirə olunması təklif olunan cinayətin törədilməsində istifadə olunan alət və vasitələr, cinayətin predmetləri müəyyən edilməmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs münasibətdə əmlak müsadirəsi tətbiq oluna bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1, 132.1.4 və 132.1.6-cı maddələrinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəsini alandan sonra, cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kürdəmir Rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş bir ədəd siqaret qutusunun içərisində bir ədəd kağız bükümdə təmiz çəkisi 0,067 qram, hər biri ayrılıqda kağıza bükülmüş dörd ədəd polietilen kəsiyi bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,289 qram, 0,379 qram, 0,101 qram, 1,171 qram, ümumi çəkisi 2,007 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinin 1.807 qram qalığı, həmin siqaret qutusunun içərisində kağıza bükülmüş bir ədəd polietilen kəsiyi bükümdə təmiz çəkisi 0,167 qram kustar üsulla hazırlanmış psixotrop maddə metafetaminin 0,117 qram qalığı, bir ədəd 1,0 ml-lik şprisin içərisində həcmi 0,2 ml narkotik vasitə heroin məhlulunun 0,1 ml qalığı, eləcə də bir ədəd elektron tərəzi, bir ədəd qayçı və bir ədəd şpris məhv edilməli; barəsində hazırki cinayət işindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ayrılmış ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs X12 üzərindən aşkar edilərək götürülmüş bir ədəd “Arqo” markalı siqaret qutusunun içərisindəki bir ədəd qızılı rəngli kağız kəsiyi içərisində olan iki ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,097 qram, 0,104 qram olmaqla, şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi çəkisi 0,201 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinin 0,161 qram qalığının Kürdəmir Rayon Məhkəməsinin onun barəsində olan 1(041)-26/2024 nömrəli, 31 yanvar 2024-cü il tarixli hökmündə məhv olunmasının qeyd edilməsi nəzərə alınmalı; Şükran Əliyevin üzərinə şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişin qeydə alındığı bir ədəd, Təqsirləndirilən şəxs yaşadığı evə baxış, üzərinə şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişlərin qeydə alındığı iki ədəd diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmaqla, disklər iş materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün, məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi məqsədi ilə ona, dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi və tərcüməçinin tərcümə xidmətləri ilə ilə bağlı təqdim etdikləri hesabatlara uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən, bu Məcəllənin 197.1.4-cü maddəsində (mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ) nəzərdə tutulan məsrəf məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğdə pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətindən başqa, təqsirləndirilən şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı zaman daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli, 5 nömrəli Qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə, «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözü gedən Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin müddəalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ibtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 09 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 198, 344-347, 349, 351-353, 356, 358, 381 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 09 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetdə profilaktik qeydiyyata alınsın. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğdə pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmədə təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilsin. Məhkəmənin hökmü qanuni qüvvəsini alandan sonra cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kürdəmir Rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş 1 (bir) ədəd siqaret qutusunun içərisində 1 (bir) ədəd kağız bükümdə təmiz çəkisi 0,067 qram, hər biri ayrılıqda kağıza bükülmüş 4 (dörd) ədəd polietilen kəsiyi bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,289 qram, 0,379 qram, 0,101 qram, 1,171 qram, ümumi çəkisi 2,007 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinin 1.807 qram qalığı, həmin siqaret qutusunun içərisində kağıza bükülmüş 1 (bir) ədəd polietilen kəsiyi bükümdə təmiz çəkisi 0,167 qram kustar üsulla hazırlanmış psixotrop maddə metafetaminin 0,117 qram qalığı, 1 (bir) ədəd 1,0 ml-lik şprisin içərisində həcmi 0,2 ml narkotik vasitə heroin məhlulunun 0,1 ml qalığı, eləcə də 1 (bir) ədəd elektron tərəzi, 1 (bir) ədəd qayçı və 1 (bir) ədəd şpris məhv edilsin; barəsində hazırki cinayət işindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ayrılmış ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs X12 üzərindən aşkar edilərək götürülmüş bir ədəd “Arqo” markalı siqaret qutusunun içərisindəki bir ədəd qızılı rəngli kağız kəsiyi içərisində olan iki ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,097 qram, 0,104 qram olmaqla, şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi çəkisi 0,201 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinin 0,161 qram qalığının Kürdəmir Rayon Məhkəməsinin onun barəsində olan 1(041)-26/2024 nömrəli, 31 yanvar 2024-cü il tarixli hökmündə məhv olunmasının qeyd edilməsi nəzərə alınsın; Şükran Əliyevin üzərinə şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişin qeydə alındığı 1 (bir) ədəd, Təqsirləndirilən şəxs yaşadığı evə baxış, üzərinə şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişlərin qeydə alındığı 2 (iki) ədəd diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmaqla, disklər iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Esmira Məmmədova Hakimlər Neymət Məmmədov Nahid Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar