Məhkəmə qərarları › İş №1(099)-281/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-281/2023

18.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-281/2023 18.04.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Nizami Fərzi oğlu (sədrlik edən), X12 və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərəmov Emin Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx xxxx 1983-cü ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 01 oktyabr 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 206.2, 234.4.3-cü maddələri təqsirli bilinərək 07 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanıln Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tanışı, cinayətin subyekti olmayan 15 avqust 2007-ci təvəllüdlü X13 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək Səyid Ağayevin istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi ilə əldə edib saxlamaqla daşıyaraq evində gizlətdiyi külli miqdarda, yəni 1393,256 qram çəkidə psixotrop maddə metamfetamin, 80,273 qram heroin, 245 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 270 qram çəkidə narkotik vasitə həşiş qətranını sataraq birlikdə qazanc əldə etmələri barədə razılaşmış, bu niyyətlə 2022-ci ilin noyabr ayının əvvəllərində təxminən saat 01 radələrində Astara şəhəri İ.Kaverin küçəsində yerləşən “X15 Kompleksi”nin yaxınlığında Səyid Ağayevdən satış məqsədilə külli miqdarda, yəni 80,273 qram çəkidə narkotik vasitə olan heroin və 2,309 qram çəkidə psixotrop maddə olan metamfetamin əldə edib daşımaqla özündə saxlamış, Səyid Ağayev isə 1390,947 qram çəkidə psixotrop maddə metamfetamin, 245 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 270 qam çəkidə narkotik vasitə həşiş qətranını özündə saxlamış, 09 noyabr 2022-ci il tarixdə saat 02:40 radələrində Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbənin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən X9 yaşadığı ünvan 2 ünvanında yerləşən evinə keçirilən baxış zamanı orada olmuş və həmin baxışdan sonra 09 noyabr 2022-ci il tarixdə saat 05:30 radələrində BNMİ-nin CBRŞ-nin inzibati binasına gətirlərək onun üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki gödəkcənin sol yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 80,273 qram narkotik vasitə heroin və bir ədəd bükümdə təmiz çəkisi 2,309 qram psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüş, həmin əməliyyat axtarış tədbirlərinin davamı olaraq BNMİ-nin CBRŞ-nin əməkdaşları tərəfindən Astara RPŞ-nin əməkdaşları ilə birgə keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində 09 noyabr 2022-ci il tarixdə saat 11:10-da Səyid Ağayevin yaşadığı Astara şəhəri S.Vurğun küçəsi ev 207 ünvanında yerləşən evə keçirilən baxış zaman evin həyətyanı sahəsində yerləşən yarımtikilidən Səyid Ağayevlə aralarında olan razılaşmaya əsasən satış məqsədilə sonuncunun evində saxladığı ümumi təmiz çəkisi 1380,0 qram olan psixotrop maddə metamfetamin, təmiz çəkisi 245,0 qram olan narkotik vasitə qurudulmuş marixuana, təmiz çəkisi 270,0 qam olan narkotik vasitə həşiş qətranı, daha sonra həmin gün saat 12:50-də Səyid Ağayevin üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 10,947 qram olan psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o 09 noyabr 2022-ci il tarixdə saat təxminən 1-2 radələrində özünə məxsus avtomobilin matoru tökdüyündən, əvvəllər birlikdə cəza çəkdiyi İlkindən 400 manat borc pul almaq üçün onun evinə getmişdir. Həmin vaxt polis əməkdaşları İlkinin evinə gələrək evə baxış keçirmişlər. Sonra onları Narkotiklərlə Mübarizə İdarəsinin Regional Şöbəsinə aparmışlar. Orada videoçəkilişlə onun üzərinə də axtarış keçirilmişdir. Axtarış zamanı onun üzərindən bir bükümdə heroin və bir bükümdə metamfetamin aşkar edilmişdir. Lakin həmin maddələr ona aid olmamışdır. Polis əməkdaşları axtarışdan əvvəl ona razı olmazsa daha çox narkotik qoyacaqlarını dediklərindən o videoçəkiliş zamanı narkotikin ona məxsus olduğunu demişdir. Səidi tanımır. Lakin onun rəhmətlik nənəsi Cəvahiri tanımışdır. Səidlə bir dəfə telefonla əlaqə saxlamışdır. Onun azyaşlı olmasını bilməmişdir. Səid ona zəng edərək onda marixuana olduğunu bildirib, lazım olarsa ona zəng etməsini demişdir. Lakin o Səiddən heç bir narkotik vasitə almamışdır. İstintaq vaxtı ifadə verərkən ona hər hansı təsir və ya təzyiq olunmamışdır. Elan olunmuş ifadədə göstərilənlərin bəziləri düz, bəziləri isə səhv yazılmışdır. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Məhkəmədə elan olunmaqla tədqiq edilmiş Təqsirləndirilən şəxs vəkilinin iştirakı ilə verdiyi ifadəsindən görünür ki, o ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 09 noyabr 2022-ci il tarixdə gecə saat təxminən 02:30 radələrində tanışı İlkinin evinə ondan borca pul almağa getmişdir. O İlkinlə bir yerdə cəza çəkmə müəssisəsində cəza çəkmiş və aralarında münasibət də o vaxtdan yaranmışdır. İlkinin yaşadığı evlə onun yaşadığı ev arasında təxminən 500-600 metr məsafə vardır. O, İlkinlə tez-tez telefonla danışıb çayxanalarda görüşüb söhbətləşmişdir. O, İlkinin evində olan zaman mülki geyimdə olan şəxslər İlkinin qapısına gəlib özlərini polis əməkdaşı kimi təqdim edərək İlkinin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirmişlər. Video çəkilişlə həmin vaxtı İlkinin evində baxış keçirilmişdir. Baxış zamanı İlkinə təklif olunmuşdur ki, yaşadığı ünvanda qanunsuz əşya, maddə varsa təqdim etsin. İlkin isə otağıın giriş qapısından sol tərəfdə yerləşən divanın altından bir ədəd sellofan torba və bir ədəd qara rəngli dəri materialdan olan çantada narkotik maddələri çıxarıb təqdim etmişdir. Divanın altında bir ədəd kalkulyatoru aşkar edib götürülmüşdür. İlkin bildirmişdir ki, bunların içərisində narkotik maddə var. Sellofan torbanın içərisində sellofan bükülüdə heroinə bənzər kütlə, çantanın içərsində bir ədəd bükümdə metamfetaminə bənzər kütlə, bir ədəd bükümdə tiryəkə bənzər kütlə, bir ədəd kibrit qutusunda marixuanaya bənzər kütlə, tabletlər, bir ədəd şüşə kolba, bir ədəd elektron tərəzi və falqa kəsikləri aşkar olunmuşdur. İlkinə verilən suallara cavab olaraq bildirmişdir ki, aşkar olunmuş narkotik maddələri telefon vasitəsi ilə tanış olduğu Əhməd adlı İran vətəndaşı Lənkəran şəhərində «Sutəmurdov» körpüsünün yanında çay qırağında təxminən beş gün əvvəl gecə vaxtı qoydurub, özü gedib götürmüşdür, satdıqdan sonra Əhmədə pul verəcəkmiş, həmin narkotik maddələrdən adını bilmədiyi narkomanlara satmışdır. Sonra həmin maddələr elektron tərəzidə çəkilmiş, zərfə qoyulmuş, zərfin üstü möhürlənmiş, üzərində qeydlər aparılmış və imzalamışlar. Baxış zamanı evdə başqa hər hansı bir qanunsuz əşya aşkar olunmamışdır. Bundan sonra Lənkəran şəhərində yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinin Regional Şöbəsinə getmişlər, şöbədə otaqların birində ona müdafiəçi təqdim olunmuş, hüquq və vəzifələri ona izah edilmiş və üzərinə video çəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl axtarış və götürmənin aparılması barədə qərarla tanış olmuş və verilən suallara cavab olaraq bildirmişdir ki, əvvəllər narkotik vasitələrə görə məhkum olunmuş, narkotik maddələrdən qəbul etmişdir. İlkinin yaşadığı ünvanda baxış keçirilərkən narkotik maddə heroinə bənzər kütlə və digər maddələr aşkar olunaraq götürülməsi barədə, bundan sonra regional şöbəyə gətirilməyi, şübhəli şəxs qismində tutulmağı, müdafiəçi ilə təmin olunmağım barədə məlumat verilmişdir. Sonra üzərində qanunsuz əşya varsa, təqdim etməyi ona təklif olunduqda əynindəki gödəkcəsinin sol yan cibindən gümüşü rəngli bükümdə metamfetamini, sellofan bükümdə olan kakosu, gödəkcənin sağ yan iki ədəd «Redmi» markalı mobil telefonunu və şalvarının sağ yan cibindən cəmi 54 manat pulunu çıxarıb təqdim etmişdir və ona verilən suallara cavab olaraq bildirmişdir ki, təqdim etdiyi bükümlərin birinin içərisində metamfetamin, digərinin içərisində kakos var, onlar özünə məxsusdur. Təqdim etdiyi gümüşü rəngli bükümün içərisində psixotrop maddə metamfetaminə, selofan bükümün içərisində isə narkotik vasitə heroinə bənzər kütlə aşkar olunmuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı hər hansı bir qanunsuz əşya, maddə əşya aşkar olunmamışdır. Təqdim etdiyi bükümlər elektron tərəzidə çəkildikdən sonra zərfə qoyulmuş, zərfin üstü möhürlənmiş, üzərində qeydlər aparılmış və imzalamışlar. Daha sonra protokol tərtib olunmuş və imzalar etmişlər. Üzərindən aşkar olunmuş həmin narkotik maddələr olan heroini və metamfetamini Astara rayonunda yaşayan mərhum Cəvahirin nəvəsi Səyiddən almışdır. O, əvvəllər Cəvahirdən narkotik vasitələr almışdır. Onun nəvəsi Səyiddən aldığı həmin heroin və metamfetaminə görə isə Səyidə 500 manat pul vermişdir, qalan 1000 manatı isə aldığı heroini və metamfetamini satdıqdan sonra pulunu verəcəkmiş. Səyiddən aldığı heroin və metamfetaminin 500 manat pulunu Səyidin ona atdığı, hazırda xatırlamadığı bank kartına atmışdır. O, Səyidi əvvəllər görməmiş, onunla ancaq vatçap vasitəsi ilə danışmışdır. Onu ilk dəfə tutulduqdan sonra polis şöbəsində görmüşdür. O, Səyidin əvvəllər neçə yaşının olduğunu bilməmiş və Səyidin özü də ona bu barədə bir söz deməmişdir, tutulduqdan sonra polis şöbəsində bilmişdir ki, onun 15 yaşı var. O, Səyiddən heroini və metamfetamini tutulmamışdan təxminən 1 həftə və ya 10 gün əvvəl almışdır, lakin dəqiq tarixini xatırlamır. Belə ki, həmin vaxtlarda tanımadığı nömərədən ona vatçap vasitəsi ilə zəng gəldikdə o, cavab verdikdə həmin vaxt bir nəfər kişi cinsindən olan tanımadığı şəxs onunla danışaraq adının Səyid olduğunu, Astaralı Cəvahirin nəvəsi olduğunu və nənəsi Cəvahirin ona bir-neçə dəfə narkotik satdığını, nənəsinin vəfat etdiyini, hazırda isə nənəsindən ona çoxlu miqdarda müxtəlif növdə narkotik vasitə qaldığını, nənəsinin onun haqqımda Səyidə danışdığını və əgər istəyərsə, ona satmaq üçün narkotik vasitə verə biləcəyini demişdir. O, əvvəlcə tərəddüd etmiş, lakin sonradan həmin şəxsə inanmışdır. Çünki o, əvvəllər Cəvahirdən dəfələrlə narkotik vasitə alıb sataraq pulunu vermişdir. Ona görə o, həmin şəxsin təklifi ilə razılaşaraq ona heroin və metamfetamin verməsini istəmişdir. O da 1500 manat dəyərində ona metamfetamin və heroin verəcəyini və həmin heroinlə metamfetamini Astara şəhərində yerləşən X5 yaxınlığındakı işıq dirəyinin dibinə qoyacağını bildirərək kartına pul atmağını istəmişdir. O da Səyidlə razılaşmışdır. Bir neçə gün sonra Səyid vatçap vasitəsi ilə hazırda xatırlamadığı bank kartının şəklini çəkib atmışdır. O da həmin karta yaşadığı Lənkəran şəhərində yerləşən xatırlamadığı mağazaların birində quraşdırılmış «Million» apparatı vasitəsi ilə 500 manat pul göndərmişdir. Daha sonra həmin Səyid adlı şəxsə vatçap vasitəsi ilə zəng edib 500 manat pul göndərdiyini qalan 1000 manatı isə satdıqdan sonra göndərəcəyini deyib həmin heroini və metamfetamini nə zaman götürə biləcəyini soruşmuşdur. Səyid də həmin gün, dəqiq tarixini xatırlamır, gecə saat 01 radələrində dediyi yerdən, yəni Astara şəhərində yerləşən X5 yaxınlığındakı işıq dirəyinin altından gəlib heroini və metamfetamini götürməyini demişdir. Bundan sonra o, Səyidin dediyi vaxtda, yəni gecə saat 01 radələrində dediyi yerə gedib oradan ona satmaq üçün verdiyi bir ədəd bükümdə heroini və bir ədəd metamfetamini götürüb cibinə qoymuşdur. Daha sonra oradan yaşadığı Lənkəran şəhərinə qayıtmışdır. O, ora hazırda xatırlamadığı taksi ilə gedib qayıtmışdır. Aldığı heroindən bir qədərini istifadə etmiş, qalanını isə üzərində saxlamışdır ki, istəyəndə çəkər, istəyən olanda da satar. Səyid Ağayevdə çoxlu miqdarda müxtəlif növ narkotik vasitələr olduğunu bilmiş, bu barədə Səyid özü ona deyərək onda qurudulmuş marixuana, heroin, həşiş və metamfetamin olduğunu bildirmişdir. X14 heç bir narkotik vasitə və psixotrop maddə almamış və ona satmamışdır. İlkinin narkotik vasitə istifadəçisi olduğunu bilmiş, lakin onun həmin narkotik vasitələri haradan və kimdən əldə etməsini bilməmişdir. Cinayət işinin materiallarında olan ifadənin yerində yoxlanılması haqqında istintaq hərəkəti protokolundan və fotocədvəllərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən ifadəsində göstərdiklərini bir daha təsdiq etməklə, Səyid Ağayevin 2022-ci ilin əvvələrində Astara Rayon İdman Kompleksinin yanından onun üçün qoyduğu metamfetamini götürdüyü yeri təqdim etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ittiham olunan cinayət əməlini törətməsi özünün məhkəmədə elan olunmaqla tədqiq edilmiş ibtidai istintaq zamanı işin faktiki hallarına uyğun gələn etirafedici ifadəsindən başqa, dindirilmiş şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, tədqiq edilmiş ekspertiza rəyləri, əldə olunmuş maddi sübutlar və işin faktiki halları ilə ona tamamilə sübutdur. Belə ki, məhkəmədə dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. ünvan 3 ünvanında yaşayan X9 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Ona görə də İlkinin yaşadığı evə baxış və üzərinə axtarış keçirilməklə onda olan narkotik vasitə və psixotrop maddələrin aşkar edilib götürülməsi barədə qərar qəbul olunmuş və əməliyyat qrupu yaradılmışdır. 09 noyabr 2022-ci il tarixdə saat 2 radələrində İlkin Əliyevin yaşadığı evə gedərək orada Təqsirləndirilən şəxs də olduğunu görmüşlər. Sonra video çəkilişlə İlkin Əliyevin evinə baxış və üzərinə axtarış keçirmişlər. İlkin Əliyevin evinə və üzərinə baxış keçirildikdən sonra orada olan Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş və vəkilin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Təhqiqatçı tərəfindən ona üzərində narkotik vasitə və psixotrop maddə varsa təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan gödəkcənin sol yan cibindən bir ədəd sellofan büküm və bir ədəd gümüşü rəngli kağız büküm çıxarıb təqdim edərək onların narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu və Astara rayon sakini Səyid adlı şəxsdən aldığını bildirmişdir. Daha sonra həmin bükümlərə baxış keçirildikdə kağız bükümün içərisində psixotrop maddə metamfetaminə oxşar kütlə, sellofan bükümdə isə narkotik vasitə heroinə oxşar kütlə olması müəyyən olunmuşdur. Sonra da aşkar olunmuş bükümlər təhqiqatçı tərəfindən qablaşdırılaraq üzəri möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş və protokol ucadan oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanmışdır. Həmin gün saat təxminən 11 radələrində X16 şəhərində yerləşən evinə gedərək, onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib evə baxış keçirmək istədiklərini bildirmişlər. Səyid azyaşlı olduğuna görə bu barədə onun anası X6 da bildirilmiş, Gülşən Ağayev etiraz etməyərək ərizə yazmışdır. Səyid Ağayevə yaşadığı evdə hər hansı bir qanunsuz əşya, o cümlədən narkotik vasitə və psixotrop maddə varsa, təqdim etməsi təklif olunmuş, o da həyətin giriş qapısının yaxınlığındakı yarımtikilidə divara söykənmiş qapı və pəncərə ilə velosipedin dayandığı yerdən bir ədəd sellofanı götürüb təqdim edərək torbanın içərisində narkotik vasitə və psixotrop maddələr olduğunu bildirmişdir. Torbanın içərisinə baxıldıqda orada bir ədəd sellofan torbada qurudulmuş marixuanaya bənzər, bir ədəd bükülüdə tiryəkə bənzər, plasma qutunun içərisində iki ədəd bükülüdə metamfetaminə bənzər kütlə və bir ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Aşkar olunmuş həmin kütlələr təhqiqatçı tərəfindən elektron tərəzidə çəkildikdən sonra qablaşdırılmış və bu barədə protokol tərtib edilmişdir. Bundan sonra X20 Rayon Polis Şöbəsinə dəvət olunmuş, orada vəkilin iştirakı ilə videoçəkilişlə onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Səyid Ağayev əynində olan şalvarın sağ yan cibindən bir ədəd sellofan büküm çıxarıb təqdim etmişdir. Həmin bükümə baxdıqda içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən olunmuşdur. Aşkar olunmuş bir bükümdə metamfetamin təhqiqatçı tərəfindən qablaşdırılaraq bu barədə protokol tərtib olunmuş və ona imzalar etmişlər. Dindirilmiş şahidlər Şahid7, Şahid2, Şahid4, Şahid3 və Şahid5 Şahid1lə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etdilər. Məhkəmədə qanuni nümayəndəsi anası X4 iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan şahid X13 ifadəsində göstərmişdir ki, anası ilə birlikdə Astara şəhəri S.Vurğun küçəsi ev 207 ünvanında yaşayır. 09 noyabr 2022-ci il tarixdə saat təxminən 11 radələrində polis əməkdaşları onun anası ilə yaşadığı evə gəlmiş və yaşadıqları evə baxış keçirəcəklərini bildirmişlər. Həmin vaxt ona evlərində qanunsuz əşya və ya maddə varsa təqdim etməsi təklif olunmuş o da həyətdəki yarımtikilidə qoyduğu sellofan torbada olan narkotik maddələri götürüb təqdim etmiş və torbada narkotik maddələr olduğunu bildirmişdir. Selofan torbanın içərisinə baxılarkən torbanın içərisində bir ədəd selofan torbada qurudulmuş marixuana, bir ədəd bükülüdə tiryək, plasmas qutunun içərisində iki ədəd bükülüdə metamfetamin və bir ədəd elektron tərəzi aşkar olunmuşdur. Sonra həmin narkotiklər elektron tərəzidə çəkilərək qablaşdırılmışdır. Sorğu zamanı həmin narkotik vasitələri onun mərhum nənəsi X2 Əhəd adlı şəxsdən aldığını, nənəsinin narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirmişdir. O həmin şəxsdən bir dəfə narkotik almışdır. Mərhum nənəsi Cəvahirin ona deməsinə görə o, narkotik vasitələri əsasən Şahmarın vasitəsi ilə satdırmışdır. O isə Şahmarı tanımamışdır. Nənəsi öldükdən sonra həmin narkotikləri o satmaq istəmiş, ona görə də 2022-ci ilin noyabr ayının əvvəllərində vatçap vasitəsi ilə Şahmara zəng edərək onda narkotik vasitələr olduğunu, əgər istəyərsə ona sata biləcəyini demiş, Şahmar isə onun kim olduğunu soruşduqda o Cəvahirin nəvəsi olduğunu, nənəsinin isə öldüyünü bildirmişdir. Şahmar əvvəlcə ona inanmaq istəməmiş, o, Şahmara nənəsi ilə arasında olan hər şeyi danışdıqdan sonra Şahmar ona inanmışdır. Şahmar da onunla razılaşıb ondan pati (metamfetamin) və kakos ( heroin) istəmişdir. Şahmarın istədiyi metamfetamini və heroini ona 1500 manata satacağını demişdir. Şahmar da razılaşdıqdan sonra pulun yarısını əvvəlcə, qalanını isə onları satdıqdan sonra verəcəyini demişdir. Bir neçə gün sonra o yenidən vatçap vasitəsi ilə Şahmara zəng edib karta pul atmasını istəmişdir. Şahmar da həmin gün 500 manat pulu karta atdıqdan sonra o da heroini və metamfetamini hazırlamışdır. Gecə saat 00-01 radələrində bir ədəd bükümdə heroin və bir ədəd bükümdə metamfetaminin sellofan torbanın içərisinə qoyub Astara şəhər İdman kompleksinin yaxınlığındakı dirəyin dibinə qoymuş və Şahmara da vatçap vasitəsi ilə zəng edib heroini və metamfetamini qoyduğu yeri demişdir. Bir qədər sonra Şahmar ona vatçap vasitəsi ilə zəng edərək onları oradan götürdüyünü demişdir. O da həmin vaxt Şahmara evdə yenə narkotik vasitə olduğunu nə vaxt istəsə, satıb birlikdə pul qazanmaq üçün ona verə biləcəyini demiş, Şahmar da onunla razılaşmışdır. Lakin polis əməkdaşları tərəfindən tutulduqlarından qalan narkotik vasitələri sata bilməmişlər. Şahmara neçə yaşı olduğunu deməmiş, Şahmar da bu barədə ondan heç nə soruşmamışdır. Yaşadığı evdə narkotik vasitə saxlamağından və narkotik vasitə satmağından ailə üzvlərindən heç kimin məlumatı olmamışdır. Cinayət işinin materiallarına əlavə olunmuş 09 noyabr 2022-ci il tarixli axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbənin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə əlaqədar videoçəkilişlə keçirilmiş axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan gödəkcənin sol yan cibindən bir ədəd gümüşü rəngli bükümdə metamfetmin və bir ədəd sellofan bükümdə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxışı zamanı qeyd edilən şəxsi axtarış istintaq hərəkətlərinin DVD diskdə olan görüntülər nümayiş etdirilərkən həmin istintaq hərəkətlərinin görüntülərlə üstüstə düşdüyü təsdiq olunur. Cinayət işinin materiallarında olan 09 noyabr 2022-ci il tarixli baxış və götürmə aparılması haqqında protokoldan görünür ki, X7 yaşadığı ünvan 4 ünvana baxış keçirilən zaman həyətyanı sahədə olan yarımtikilidən bir ədəd sellofan torbanın içərisindən bir ədəd bükülüdə tiryək, bir ədəd sellofan torbada qurudulmuş marixuana, iki ədəd bükülüdə metamfetamin və bir ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. İşdə olan 09 noyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, X7 üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilərkən onun əynində olan şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə tədqiq olunmuş məhkəmə fiziki-kimyəvi və bioloji ekspertiza üzrə 09 noyabr 2022-ci il tarixli 19/1151 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd bükümdə heroinə bənzər kütlə və metamfetaminə bənzər kütlə qablaşdırıldı və möhürləndi“ sözlər və imzalar olan 1 ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi 80,273 qram qəhvəyi rəngli maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 1 ədəd bükümdə təmiz çəkisi 2,309 qram ağ rəngli, kristalşəkilli formada olan maddə metamfetamindir. Məhkəməıdə tədqiq edilmiş məhkəmə fiziki-kimyəvi və bioloji ekspertiza 09 noyabr 2022-ci il tarixli 19/1152 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “X10 təqdim etdiyi 01 ədəd bükümdə metamfetaminə bənzər kütlə qablaşdırıldı və möhürləndi” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi 10,947 qram olan ağ rəngli kristal formada olan maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində “X7 yaşadığı ünvanda aşkar edilmiş 02 bükümdə metamfetaminə bənzər kütlə, 01 ədəd bükümdə tiryəkə bənzər kütlə, 01 ədəd bükümdə qurudulmuş marixuanaya bənzər kütlə, 01 ədəd elektron tərəzi qablaşdırıldı və möhürləndi ” sözlər və imzalar olan bir ədəd göy bağlamadakı, 2 ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 900 qr , 480 qram; ümumi təmiz çəkisi 1380,0 qram olan ağ rəngli kristal formada olan maddələr metamfetamindirlər. 1 ədəd bükülüdə təmiz çəkisi 245,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 1 ədəd bükülüdə təmizi çəkisi 270,0 qram olan maddə (bitki mənşəli kütlə) narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla alınmış narkotik vasitə həşiş qətranıdır və 1 ədəd elektron tərəzinin üzərində narkotik vasitə həşiş qətranının izləri vardır. Həşiş qətranı iz şəklində olduğuna görə, çəkisini və tədqiqata təqdim edilmiş həşiş qətranı ilə müqayisəli tədqiqat (eynilik) aparmaq mümkün olmadı. Tədqiqata təqdim edilmiş X11 məxsus mümuilikdə sayı 3 büküm olmaqla, ümumi təmiz çəkisi 1390,947 qram olan metamfetaminlər xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-birilər ilə eynidirlər. Tədqiqata təqdim edilmiş “X7 təqdim etdiyi 01 ədəd bükümdə metamfetaminə bənzər kütlə qablaşdırıldı və möhürləndi”, “X10 yaşadığı ünvanda aşkar edilmiş 02 bükümdə metamfetaminə bənzər kütlə, 01 ədəd tiryəkə bənzər kütlə, 01 ədəd bükümdə qurudulmuş marixuanaya bənzər kütlə, 01 ədəd elektron tərəzi qablaşdırıldı və möhürləndi” və “Təqsirləndirilən şəxs məxsus 1 büküm heroin və 1 büküm metamfetamin Rəy № 19/1151” sözlər və imzalar olan iki ədəd zərflərdəki və 1 ədəd bağlamadakı, ümumi sayı 4 büküm olan metamfetaminlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-birilər ilə eynidirlər. İşdə olan ibtidai istintaq orqanının 11 noyabr 2022-ci tarixli qərarından görünür ki, həmin qərara əsasən qalıq çəkiləri 80,173 qram heroin, 2,259 qram və 1390,797 qram metamfetamin, 244,95 qram qurudulmuş marixuana, 269,95 qram həşiş qətranı iş üzrə maddi sübut kimi tanınmaqla saxlanması üçün Astara rayon Polis Şöbəsinə təhvil verilməsi qərara alınmışdır. Məhkəmədə tədqiq edilmiş ambulator məcburi narkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında 2016-cı ildən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda durur. Cinayət işinin materiallarında olan "xxxx" MMC-dən Astara rayon polis şöbəsinə 01 dekabr 2022-ci il tarixli, 25321 saylı məktubla göndərilmiş 1 ədəd “CD” diskə baxış keçirilməsi haqqında istintaq hərəkəti protokolundan görünür ki, CD diskə baxış keçirilərkən zaman müəyyən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən X7 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə xx.xx.2022-ci il tarixdə saat 23:08-də “lə.mənəm.mənə.cabab.de.işmi.bilmcamahat.gəlb” məzmunda, həmin gün saat 23:31-də “Tez.mənə cavab.de.gozdyrəm.yaz” məzmunda ismarıc göndərildiyi müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan Astara Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli qərarının surətindən görünür ki, həmin qərara əsasən Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbənin baş əməliyyat müvəkkili Aqil Əhmədov tərəfindən qəbul edilmiş əməliyyat axtarış tədbirinin keçirilməsi haqqında 09 noyabr 2022ci il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir. Məhkəmədə tədqiq edilmiş məhkəmə tibbi ekspertizaının 09 noyabr 2022-ci il tarixli rəyinin nəticə hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü elan olunmuş ittiham üzrə təqsirli bilməyərək ifadəsində ondan aşkar edilərək götürülmüş bir bükümdə heroinin və bir bükümdə metamfetaminin ona aid olmadığını, Səid Ağayevdən narkotik vasitə və psixotrop maddə almadığını və onunla narkotik vasitələri satmaq üçün razılaşmadığını bildirmişdir. Məhkəmə onun bu ifadəsini özünü müdafiə məqsədi daşımaqla, məhkəmədə heç bir sübutla təsdiq edilmədiyindən, işin faktiki hallarına uyğun gəlməyən ifadə olduğundan və məhkəmədə elan edilməklə tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ilkin izahatında və vəkilinin iştirakı ilə cinayət törətməkdə şübhə edilən şəxs qismində vvə təqsirləndirilən şəxs qsimində dindirilərkən verdiyi etirafedici ifadələri, ifadənin yerində yoxlanılması haqqında istintaq hərəkəti protokolu, məhkəmədə dindirilmiş şahidlərin ifadələri, məhkəmədə tədqiq edilmiş ondan götürülmüş psixotrop maddə metamfetaminin Səid Ağayevin üzərindən və evindən götürülmüş metamfetaminlərlə eyni tərkibdə olması barədə ekspertiza rəyləri, əldə olunmuş maddi sübutlarla və işin faktiki halları ilə təkzib edildiyindən həmin ifadəyə tənqidi yanaşır və sübut kimi qəbul etmir. Eyni zamanda Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vəkilinin iştirakı ilə verdiyi ifadələri işin faktiki hallarına uyğun gələn səmimi etirafedici ifadə kimi qiymətləndirir və sübut kimi qəbul edir. Beləliklə, məhkəmə ittiham üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Ona görə də o CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Cinayət işinin materiallarında olan hüquqi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 1983-cü ildə Lənkəran şəhərində anadan olmuşdur. ünvan 1 yaşamışdır. Yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Himayəsində 2008-ci il təvəllüdlü Mirzəşirəli adlı oğlu və 2010-cu il təvəllüdlü Şəhanə adlı qızı vardır. İşdə olan Astara Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli qərarının surətindən görünür ki, həmin qərara əsasən Təqsirləndirilən şəxs barəsində həbs müddətinin əvvəli 09 noyabr 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İşdə olan DİN-nin BƏSİİ-nin məlumatından və hökmün surətindən görünür ki, Mirzəyev X3 Ağır Cinayətlər Məhkəməsinin 01 oktyabr 2015-ci il tarixli hökmünə əsasən, CM-in 206.2 və 234.4.3-cü maddələri təqsirli bilinərək 07 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Qaradağ Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli qərarına əsasən 10 ay 17 gün vaxtından əvvəl cəzadan şərti olaraq azad edilmiş və 16 iyun 2022-ci il tarixdə cəza müddəti başa çatmışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıda qeyd edilənləri nəzərə alır. CM-nin 8-ci maddəsi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinə əsasən cəzanın anlayışına görə, cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədini təsbit edən CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bu Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə müəyyən edilmişdir ki, Mirzəyev X3 Ağır Cinayətlər Məhkəməsinin 01 oktyabr 2015-ci il tarixli hökmünə əsasən CM-in 206.2 və 234.4.3-cü maddələri təqsirli bilinərək 07 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Qaradağ Rayon Məhkəməsinin30 iyul 2021-ci il tarixli qərarına əsasən 10 ay 17 gün vaxtından əvvəl cəzadan şərti olaraq azad edilmiş və 16 iyun 2022-ci il tarixdə cəza müddəti başa çatmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş yenidən qəsdən ağır cinayət törətmişdir. CM-nin 18-ci maddəsinin tələbinə əsasən onun əməlində cinayətlərin təhlükəli residivi halı mövcuddur. Ona görə də bu hal CM-nin 61-ci maddəsinin tələbinə əsasən ona cəza təyin edilərkən cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmaqla, CM-nin 65.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan ciddi cəzanın yuxarı həddinin üçdə ikisindən az olmamaqla müddəasına əsaslanmaqla ona cəza təyin edilməlidir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, işin vəziyyətini nəzərə alıb belə nəticəyə gəlir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yuxarı həddə yaxın cəza təyin edilməli və o həmin cəzanı çəkməlidir. CM-in 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu vaxtdan, 09 noyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Məhkəmə ambulator məcburi narkoloji tibbi yoxlama rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. İş üzrə maddi sübut olan və Astara Rayon Polis Şöbəsində saxlanılan qalıq çəkiləri 80,173 qram heroin, 2,259 qram və 1390,797 qram metamfetamin, 244,95 qram qurudulmuş marixuana, 269,95 qram həşiş qətranı məhv edilməli və 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 120 manat məhkəmə xərci Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 44, 51-2, 132, 344-349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 09 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs qarşı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində CM-nin 93.1.2-ci maddəsinin tələbinə əsasən narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. İş üzrə maddi sübut olan və Astara Rayon Polis Şöbəsində saxlanılan qalıq çəkiləri 80,173 qram heroin, 2,259 qram və 1390,797 qram metamfetamin, 244,95 qram qurudulmuş marixuana, 269,95 qram həşiş qətranı məhv edilsin. 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 120 manat məhkəmə xərci Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar