Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-281/2024 05.02.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X4, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi-Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə xx.xx.1976-cı ildə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Kürdəmir rayonu Pirili kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini külli miqdarda kultivasiya etmək qərarına gəlib, bu məqsədlə əldə edib özündə saxladığı çətənə (kannabis) bitkisinin toxumlarını 2023-ci ilin mart ayının əvvəllərində yaşadığı Kürdəmir rayonu Pirili kəndində özünə məxsus evin həyətyanı sahəsində torpaqda əkmiş, həmin toxumlardan inkişaf etmiş külli miqdarda 16 (on altı) ədəd çətənə (kannabis) bitkilərini yetişdirib, aqrotexniki qaydada qulluq etməklə qanunsuz olaraq kultivasiya etmiş, 2023-cü ilin avqust ayının əvvəllərində həmin bitkilərin yarpaqlarının bir hissəsini qanunsuz olaraq toplayaraq qurutmaqla, satış məqsədi ilə külli miqdarda 11602.7 (on bir min altı yüz iki tam onda yeddi) qram narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib daşıyaraq həyətyanı sahəsindəki yardımçı tikilidə saxlamış, xx.xx.2023-cü il tarixdə həmin narkotik vasitənin külli miqdarda 1400.0 qram çəkidə olan hissəsini qanunsuz olaraq satmaq məqsədilə Bakı şəhərinə aparmaq üçün 01 ədəd polietilen bağlamada əlində daşıyarkən həmin tarixdə saat 20:00-da Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Kürdəmir rayonu Pirili kəndi ərazisində küçədə saxlanılaraq Kürdəmir RPŞ-nə gətirilib üzərinə keçirilən şəxsi axtarış zamanı əlində olan 01 ədəd göy rəngli polietilen bağlamanın içərisindəki 02 ədəd polietilen torbada külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 820.0 qram və 580.0 qram, ümumi çəkisi 1400.0 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, həmin tarixdə, saat 22:35 radələrində keçirilmiş əməliyyat tədbirlərinin davamı olaraq onun razılığı ilə Kürdəmir rayonu Pirili kəndində yaşadığı evin həyətyanı sahəsinə keçirilən baxış zamanı torpağa əkdiyi külli miqdarda 16 (on altı) ədəd yaş vəziyyətdə ümumi təmiz çəkisi 20000.0 (iyirmi min qram) qram qadağan olunmuş tərkibində narkotik maddələr olan, aqrotexniki qaydada qulluq edilmiş çətənə (kannabis) bitikiləri və həmin bitkilərdən toplamaqla qurudub həyətyanı sahəsindəki yardımçı tikilidə saxladığı 01 ədəd ağ rəngli kisənin içərisində küli miqdarda 10202.7 (on min iki yüz iki tam onda yeddi) qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə özünü qismən təqsirli, CM-nin 237.2.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilib ifadəsində göstərmişdir ki, tutulmamışdan beş-altı ay əvvəldən narkotik vasitələrdən qurudulmuş marixuanadan istifadə etmişdir. 2023-cü ilin fevral ayında özünə məxsus pay torpağını suvarmağa gedərkən çöllük ərazidə kiminsə əkdiyi çətənə bitkilərini görüb, oradan toxumları toplamışdır. Daha sonra həmin toxumları gətirib yaşadığı evin həyətyanı sahəsində əkmiş, ona su vermişdir. Toxumlar isə yetişmişdir. 14 ədəd bitki yetişmiş, onlardan 2 ədədi cüt cıxdığından 16 ədəd kimi rəsmiləşdirmişlər. Bundan başqa 19 ədəd bitkini də kökündən qurutmaq məqsədilə çıxartmışdır. Həmin ağaclarda cəm şəkilində çəkilmişdir. Özündə isə köhnə tərəzi olmuşdur. Əkdiyi yerdə isə ağacdan qurudulmuş marixuana asmışdır. Həmin narkotik də aşkar edilib götürülmüşdür. Birinci il imiş ki, narkotik vasitə əkib, əkməkdə məqsədi öz şəxsi istifadəsi üçün olmuşdur. Aşkar olunmuş qurudulmuş marixuana da öz əkdiyi məhsulu toplayıb qurutduqları olmuşdur. Həyətindən 16 ədəd kol aşkar edilmiş, baxışda özü də iştirak etmişdir. Həmin kolları mart ayı əkmişdir. Özündə qurudulumuş marixuana da olmuşdur. Çəkisi fikrindən çıxıb, yəqin ki, orada yazılıb çəkisi fikrindən çıxıb. Həmin narkotiki istifadəsi üçün saxlamışdır. Eyni zamanda köhnə tərəzi də olub, onu narkotiki çəkmək üçün həyətdə qoymuşdur. Şöbədə olarkən üzərinə baxış keçirilib, bir kq, dörd yüz qram marixuana aşkar edilib. İstintaq zamanı ona qarşı heç bir təzyiq və ya təsir edilməyib, ifadələri özü tərəfindən imzalanmışdır. Bir səhvdi eləmişdir, evdə xəstə anası var, bu gündən sonra heç vaxt belə bir iş eləməz, əməlindən çox peşmandır, barəsində aşağı həddə cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə məhkəməyədək icraat zamanı verdiyi ifadələrində özünü elan olunmuş ittihamlarla təqsirli bilərək göstərmişdir ki, 2022-ci ildə yaşadığı kənd ərazisində çöl sahəsindən su arxının kənarından kolluq sahədən 05 ədəd narkotik tərkibli çətənə bitkisi tapmış, həmin bitkilərindən bir neçə ədəd çətənə toxumu əldə edərək, həmin toxumları yetişdirib əkib-becərməsi və narkotik vasitə qurudulmuş marixuana əldə etməsi üçün üzərində saxlamış, əkdiyi toxumlara mütəmadi olaraq qulluq etmiş, diblərini boşaltmış, suvarmış, aqrotexniki qaydada qulluq etmiş, toxumlardan 40 ədədindən narkotik tərkibli çətənə bitkiləri yetişmiş, cari ilin avqust ayının əvvələrində həmin bitkilərdən 24 ədədini qırıb yarpaqlarını toplamış, yaşadığı evin həyətindəki yardımçı tikilidə (istifadə edilməyən toyuq hinində) qurutmuş, özünə məxsus elektron tərəzidə çəkərək təxminən 10-12 kq olmasını müəyyən etmiş, həmin kütləni evinin həyətindəki yardımçı tikilidə saxlamış, maddi vəziyyəti pis olduğu üçün kütləni aparıb Bakı şəhərində müştəri tapıb satmaq qərarına gəlmiş, bu məqsədlə həmin kütlənin 1400.0 qram hissəsini 02 ədəd polietilen torbaya, həmin torbaları da 01 ədəd polietilen torbaya yığaraq Bakı şəhərinə getmək üçün xx.xx.2023-cü il tarixdə saat 20 radələrində torbanı götürüb evdən çıxmış, küçədə oğlu Şöhrət və qohumu Allahverən ilə rastlaşıb dayanıb onlarla söhbət edən zaman üç nəfər mülki geyimli şəxslər yaxınlaşıb özlərini təqdim etmişlər, bundan sonra onların DİN-nin BNMİ-nin əməkdaşları olduqlarını bilmiş, həmin şəxslər ona külli miqdarda narkotik vasitələrin satışında və külli miqdarda tərkibində narkotik vasitə olan bitkilərin kultivasiyasında şübhəli olduğunu bildirmişlər. Barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdikdən sonra onu Kürdəmir RPŞ-nə gətirmişlər. Yanında olan oğlu Şöhrət və qohumu Allahverəni polis şöbəsinə dəvət etmişlər, polis şöbəsində olan zaman hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilmiş, hüquq və vəzifələri izah edilməklə buna dair bildiriş təqdim edilmiş, müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərində qanunla qadağan olan hər hansı əşya varsa təqdim etməsi təklif edildikdən sonra əlində saxladığı 01 ədəd göy rəngli polietilen torbanı təqdim edərək içərisində 02 ədəd polietilen torbada qurudulmuş marixuana olduğunu söyləmiş və bundan sonra əynindəki şalvarının sağ yan cibindən özünə məxsus mobil telefonu və yaşadığı evin açarını təqdim etmiş, evin açarı ona qaytarılsa da telefonu götürülmüş, təqdim etdiyi polietilen torbaya baxış keçirilən zaman içindən qurudulmuş marixuana aşkar edilmiş, həmin kütlənin qalan hissəsini yaşadığı evin həyətindəki yardımçı tikilidə saxladığını və həyətində də çətənə bitkiləri olmasını bildirmiş, razılıq ərizəsi əsasında yaşadığı evin həyətinə baxış keçirildikdə həyətyanı bağ sahəsindən bu ilin mart ayında əkdiyi 16 ədəd narkotik tərkibli çətənə bitkisi, həyətindəki yardımçı tikilidə saxladığı 01 ədəd ağ rəngli sintetik kisədən isə 01 ədəd elektron tərəzi və təxmini çəkisi 10.0 kq olan qurudulmuş marixuana aşkar edilmişdir. Şifahi sorğu-sual zamanı üzərində və həyətindəki yardımçı tikilidə toyuq damından aşkar edilən kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin kütləni satmaq üçün saxladığını, yaşadığı evin həyətyanı sahəsində əkdiyi çətənə kollarından toplayıb əldə etdiyini, eləcədə əlində aşkar edilmiş kütləni də satmaq üçün Bakı şəhərinə aparmaq istədiyini bildirmiş, həmçinin həyətindən aşkar edilmiş 16 ədəd çətənə kolunu 5 ay bundan qabaq yaşadığı kənd ərazisində çöl sahəsindən tapdığı çətənə bitkisindən əldə etdiyi toxumları əkib yetişdirdiyini, onu da toplayıb satmaq fikrinin olmasını bildirmiş, həmçinin narkotik vasitə istifadəçisi olmadığını, başqa heç bir yerdə narkotik vasitə saxlamadığını, bu əməlindən heç kimin məlumatının olmadığını, saxlanılan zaman, eləcə də, polis şöbəsində ona qarşı heç bir zor tətbiq edilmədiyini bildirmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs həmin ifadələrinin doğru olduğunu, ifadələrini təsdiq etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində külli miqdarda narkotik vasitə saxlaması və yaşadığı evin həyətyanı sahəsində tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda qanunsuz kultivasiya etməsi barədə şəxsən özünə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması tərəfindən raportla məruzə edilmiş, razılıq verildikdən sonra əməliyyat istintaq qrupu yaradılmış və əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. xx.xx.2023-cü il tarixdə qrup üzvləri ilə birlikdə Kürdəmir rayonu Pirili kəndinə ezam olunmuşlar. Həmin gün saat 20 radələrində Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında əlində saxladığı göy rəngli sellofan torba ilə piyada hərəkət edən zaman tərəflərindən saxlanılaraq Kürdəmir RPŞ-nə gətirilmiş, orada müdafiəçinin iştirakı ilə üzərinə video-çəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd mobil telefonu, 1 ədəd yaşadığı evin açarını və sağəlində saxladığı 1 ədəd göy rəngli sellofan torbanı təqdim edərək masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi göy rəngli sellofan torbanın içərisindən aşkar edilmiş 1 ədəd göy rəngli və bir ədəd sarı rəngli sellofan paketə baxış keçirilən zaman hər birinin içərisində tünd yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Aşkar edilmiş sellofan torbalar elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 1 kq 400 qram olması müəyyən edilmişdir. Bundan sonra həmin torbalar qablaşdırılmış və götürülmüşdür. Şifahi sorğu sual zamanı Çoşqun İsmayılov yaşadığı evin həyətyanı sahəsində də əkdiyi narkotik tərkibli bitklərin olduğunu, üzərində olan kütlədən evində də saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmiş, baxış zamanı o, evin həyətyanı sahəsində narkotik tərkibli bitkiləri əkdiyini bildirərək həyətyanı sahəsində əkib yetişdirməklə qulluq etdiyi kolları göstərmişdir. Aşkar edilmiş 16 ədəd çətənə (kannabis) bitkisinə bənzər bitkilər 2 ədəd kisəyə və 1 ədəd sellofan bağlamaya qoyularaq qablaşdırılmış və götürülmüşdür. Bundan sonra Coşqun həyətdə olan toyuq hinindən 1 ədəd ağ rəngli kisəni təqdim edərək içərisində narkotik vasitə olduğunu bildirmişdir. Həmin kisəyə təhqiqatçı tərəfindən baxış keçirilmiş, içərisində bir ədəd elektron tərəzi və qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Həmin kütlə elektron tərəzidə çəkilmiş və təxmini çəkisinin 10 kqdan çox olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən törətdiyi əməllərini özü səmimi etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə oxşar ifadə vermişdir. Məhkəmə istintaqı zamanı Şahid4 ifadəsində göstərmişdir ki, Bakı şəhərində həm oxuyur, həm də işləyir. Hərdən atasının yanına gəlir. Bir günlük atasını görməyə gəlmiş 11 avqust 2023-cü il tarixdə saat təxminən 20:00 radələrində atası Coşqun onu və yeznəsi X1 yola salmaq üçün evdən çıxmışlar. Həmin vaxt üç nəfər mülki geyimli şəxs atası Coşquna yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək atasından narkotiklə bağlı şikayət olduğunu bildirib şöbəyə dəvət etmişlər. Atası Coşqun belə saxlanılmışdır. Həmin vaxt atasının əlində nəsə olmasına fikir verməmişdir. Həyətə baxış zamanı özü də iştirak etmişdir. Həyətlərindən kollar, toyuq hinindən isə qurudulmuş marixuana aşkar edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 Şahid4 ilə oxşar ifadə vermişdir. İşdə olan BNMİ-nin əməliyyat müvəkkili Şahid1 xx.xx.2023-cü il tarixli “Raport”undan görünür ki, Təqsirləndirilən şəxs Kürdəmir rayonu ərazisində qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin satışı və külli miqdarda tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya edərək dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. (c 1, i.v 3) İşdə olan «əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə» xx.xx.2023-cü il tarixli qərarın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair BNMİ-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən qərar qəbul olunmuşdur. (c 1, i.v 4-5) İşdə olan «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:00 dəqiqədən tutulmuş hesab edilmişdir. (c 1, i.v 13) İşdə olan xx.xx.2023-cü il tarixli şəxsi axtarış keçirilməsi haqqında protokoldan və video-çəkilişdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd içərisində (050)-463-59-73 GSM nömrə olan “F+”markalı mobil telefonunu, 1 ədəd yaşadığı evin açarını və sağ əlində saxladığı 1 ədəd göy rəngli sellofan torbanı təqdim edərək masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də başqa qanunsuz əşya və predmet aşkar olunmamışdır. Təqdim etdiyi açar özünə qaytarılsa da mobil telefonu iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi göy rəngli sellofan torbanın içərisindən aşkar edilmiş 1 ədəd göy rəngli və bir ədəd sarı rəngli sellofan paketə baxış keçirilən zaman hər birinin içərisində tünd yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr olması müəyyən edilmişdir. Aşkar edilmiş sellofan torbalar elektron tərəzidə çəkilmiş və ümumi çəkisininin 1 kq 410 qram olması müəyyən edilmişdir. Bundan sonra həmin torbalar qablaşdırılmış, üzəri yazıldıqdan sonra möhürlənərək götürülmüşdür. Şifahi sorğu sual zamanı Çoşqun İsmayılov sellofan paketlərdə olan kütlələrin qurudulmuş marixuana olduğunu, həmin kütlələri yaşadığı evin həyətyani sahəsində 2023-cü ilin mart ayında tapdığı toxumları əkməklə becərdiyi bitkiləri qurudaraq əldə etdiyini, özünün narkoik vasitə istifadəçisi olmadığını, yaşadığı evin həyətyani sahəsində əkdiyi narkotik tərkibli bitklərin olduğunu, üzərində olan kütlələrdən evində də saxladığını, bu əməlindən heç kimin xəbərinin olmadığını, ona qarşı heç bir fiziki zorun tətbiq edilmədiyini bildirmişdir. (c 1, i.v 30-33) İşdə olan xx.xx.2023-cü il tarixli Təqsirləndirilən şəxs tərəfindən yazılmış ərizədən görünür ki, yaşadığı Kürdəmir rayonu, Pirili kəndində yerləşən evinin həyətyanı sahəsinə baxış keçirilməsinə heç bir etirazı yoxdur. (c 1, i.v 40) İşdə olan xx.xx.2023-cü il tarixli baxış keçirilməsi və götürmə haqqında protokoldan və video-çəkilişdən görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı qeyd etdiyi narkotik tərkibli bitkiləri əkdiyi yeri göstərməsi təklif olunmuşdur. Bu təklifdən sonra o evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkdiyini bildirərək həyətdə əkdiyi, qulluq etdiyi kolları və şitilləri göstərmişdir. Aqronom tərəfindən həmin bitkilərə baxış keçirilən zaman çətənə (kannabis) bitkiləri olduğunu, aqrotexniki qaydada qulluq edildiyini, diblərinin boşaldığını, gübrələndiyini, mütəmadi olaraq suvarma işləri aparıldığını bildirmişdir. Aşkar edilmiş 16 ədəd çətənə (kannabis) bitkisinə bənzər bitkilər 2 ədəd kisəyə və 1 ədəd sellofan bağlamaya qoyularaq qablaşdırılmış, möhürlənərək götürülmüşdür. Təxmini çəkisinin müəyyən edilməsi üçün elektron tərəzidə çəkilmiş və ümumilikdə 21 kq 405 qram olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həyətdə olan toyuq hinindən 01 ədəd ağ rəngli kisəni təqdim edərək içərisində narkotik vasitə olduğunu bildirmişdir. Həmin kisəyə təhqiqatçı tərəfindən baxış keçirilmiş, içərisində bir ədəd elektron tərəzi və qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Həmin kütlə elektron tərəzidə çəkilmiş və təxmini çəkisinin 10 kq 50 qram olması müəyyən edilmişdir. (c 1, i.v 42-44) İşdə olan xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, baxış zamanı yaşayış evinin həyətyanı sahəsində torpaqda əkilmiş, 16 ədəd çətənə bitkiləridi, bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir, dibləri yumşaldılmış, mütəmadi olaraq suvarma işləri aparılmışdır. (c 1, i.v 45) İşdə olan Məhkəmə bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 3-16-16/2-7/1151 nömrəli rəyindən görünür ki, 1) tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Təqsirləndirilən şəxs əlində saxladığı sellofan torbadan aşkar edilmiş kütlə” sözləri və imzalar olan üzrəi «skoç»la bağlanmış göy rəngli polietilen bağlamada 2 ədəd sellofan torbada ayrı ayrılıqda təmiz çəkiləri 820.0 qram, 580.0 qram, ümumi təmiz çəkiləri 1400.0 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 2) tədqiqata təqdim olnmuş ağ kağız üzərində “Təqsirləndirilən şəxs yaşadığı evin həyətindəki toyuq hinindən aşkar edilmiş marixuanaya bənzər kütlə” yazıları və imzalar olan ağ rəngli sintetik torbada təmiz çəkisi 10202.7 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 3) Həmin sintetik torbada 1 ədəd polietilen torbadakı elektron tərəzinin üzərində bitki mənşəli narkotik vasitənin hissəcikləri yoxdur. Bitki mənşəli narkotik vasitənin hissəcikləri olmadığı üçün onunla müqayisəli tədqiqat aparılmadı. 4) tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş çətənə koluna bənzər kollar” yazılar və imzalar olan 2 ədəd ağ rəngli sintetik torbada 01 ədəd şəffaf rəngli polietilen bağlamada yaş vəziyyətdə ümumi sayı 16 ədəd, ümumi çəkisi 20000.0 qrm olan bitki nümunələri əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. 5) Aqronomun (mütəxəssisin) rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərilmişdir. 6) Çətənə (kannabis) bitkilərində və həmin növ bitkilərdən hazırlanmış marixuanaların tərkibində olan kannabinoidli komponentlərə görə eynilik təşkil edirlər. Çətənə (kannabis) bitkilərinin ümumi çəkisi 20000 qr, tədqiqata sərf edildi-0,8 qr, qalıq-19999,2 qr. Marixuanaların ümüumi çəkisi-11602,7 qr, tədqiqata sərf edildi-0,3 qr, qalıq-11602,4 qr. Aparılmış ekspertiza tədqiqatının dəyəri 72 manat təşkil edir. (c İ, i.v 57-60) İşdə olan xx.xx.2023-cü il tarixli, 4(041)-103/2023 saylı Kürdəmir Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəli 11 avqust 2023-cü il tarixdən hesablanmışdır. (c İ, i.v 86-90) İşdə olan xx.xx.2023-cü il tarixli, 5(041)-76/2023 saylı Kürdəmir Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs ətrafında əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili polis mayoru Anar Şıxaliyevin xx.xx.2023-cü il tarixli qərarı və qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-Axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanuna uyğun əldə olunduğuna görə Azərbaycan Respublikası CPM-nin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. (c İ, i.v 92-94) İşdə olan xx.xx.2023-cü il tarixli maddi sübut kimi tanımaq haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş yaş halda çətənə (kannabis) bitkisinin 19999,2 qram qalığı, narkotik vasitə qurudulmuş marixuananın 11602,4 qram qalığı və 01 ədəd elektron tərəzi iş üzrə əhəmiyyət kəsb etdiyindən, eləcə də sübut xarakteri daşıdığından cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Kürdəmir RPŞ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. (c İ, i.v 95-96) İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan ********* nömrəli material üzrə xx.xx.2021-ci ildə Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən cinayət işinin icraatına xitam verilib. (c İ, i.v 105-106) İşdə olan Kürdəmir RİHB-nın Pirili kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi arvadı, iki oğlu və qızından ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə edilir. (c İ, i.v 204-205) İşdə olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1983 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən müalicəyə ehtiyacı yoxdur. (c İ, i.v 219) İşdə olan xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına verilmiş cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə yaşadığı evin həyətində külli miqdarda nakotik tərkibli çətənə (kannabis) bitkilərini qanunsuz olaraq kultivasiya etmiş, əkdiyi çətənə (kannabis) bitkilərinin bir qismini satış məqsədi ilə toplayaraq qurudub yaşadığı evin həyətyani sahəsində, bir qismini isə üzərində daşıyaraq saxlamış, xx.xx.2023-cü il tarixdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq üzərinə keçirilən şəxsi axtarış zamanı əlində olan göy rəngli polieilen torbada külli miqdarda 1400.0 qram narkotik vasitə qurudulmuş marixuana, yaşadığı evə keçirilən baxış zamanı isə həyətyanı sahəsindən qanunsuz olaraq əkib yetişdirirərək kultivasiya etdiyi külli miqdarda 16 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri, həyətyani sahəsində olan yardımçı tikilidən (toyuq hinindən) isə külli miqdarda 10202.7 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs çətənə kollarını əkib becərməkdə, toplamaqda heç kim köməklik göstərməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olsa da, konkret olaraq kimlərə satması müəyyən edilməmişdir. Qeyd olunanlardan başqa Təqsirləndirilən şəxs əvvəllər narkotik xassəli olan çətənə kolunu əkib yetişdirməsi barədə məxfi mənbələrdən məlumatlar əldə edilmişdir. (c İ, i.v 221) Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəyləri və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməllərini törətməsi iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilən özünün səmimi etirafı ilə mübahisəsiz qaydada sübuta yetirilir. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi dəlillərin qiymətləndirilməsi: Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərilən xüsusatlar, üzərindən və yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş külli miqdarda 11602,7 qram narkotik vasitə qurudulmuş marixuananı şəxsi istifadə etmək məqsədilə əldə edib, saxlamaqla, üzərində daşıması məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən özünün ibtidai araşdırma zamanı vermiş olduğu və məhkəmə istintaqı zamanı təsdiq etdiyi ifadələri, şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməllər Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanununun 1.0.6-cı maddəsinə əsasən tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası dedikdə: Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya toplanması başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Cinayət törədilərkən qüvvədə olmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli 961- İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Narkotik vasitələr» başlıqlı «İ siyahı»nın 5-ci və 12-ci sətlərinə əsasən heroin və qurudulmuş marixuana narkotik vasitə hesab edilir, həmin maddələrin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi sətr ardıcıllığı ilə 0,15 qram və 5 qram külli miqdarının aşağı həddi isə 2 qram və 500 qramdır. Habelə həmin Qanunun «Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər»ə aid İİİ Siyahıya əsasən Azərbaycan Respublikasında bitən, lakin kultivasiyası qadağan olunmuş tərkibində narkotik maddələr olan bitkilər siyahısına daxil olan «Çətənə növlü bitkilər»in ölçü vahidləri-sayı 16 ədəddən yuxarı olduqda külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisələri həqiqətən baş vermiş, cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun əməlləri başa çatmış cinayətlərdir və cinayətlərin təsnifatına görə az ağır və ağır cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.4.3 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməklə həmin maddələrin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə Təqsirləndirilən şəxs törtədiyi əməlini etiraf edərək, səmimi peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halın olmasını və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.2.3-cü maddələri ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə Azərbaycan Respublikası CM-nin bir neçə maddəsi ilə təqsirli bilindiyi üçün ona həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və təyin edilmiş cəzasını çəkməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 11 avqust 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1 və 132.1.6-cı maddələrinə müvafiq olaraq iş üzrə maddi sübutlar kimi tanınaraq Kürdəmir RPŞ-nin maddi sübutlar otağında saxlanılan müvafiq ekspert tədqiqatından sonra qalıq çəkiləri 19999,2 qram 16 ədəd yaş vəziyyətdə çətənə (kannabis) bitkisi, 11602,4 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana və bir ədəd elektron tərəzi məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatı xərci-72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 11 avqust 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar olan və Kürdəmir RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan müvafiq ekspert tədqiqatından sonra qalıq çəkiləri 19999,2 qram 16 ədəd yaş vəziyyətdə çətənə (kannabis) bitkisi, 11602,4 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana və bir ədəd elektron tərəzi məhv edilsin. İş üzrə ekspertiza tədqiqatı xərci-72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev
Məhkəmə qərarları › İş №1(099)-281/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-281/2024
05.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver