Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-282/2022 20.05.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X4, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçilər-Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri- Müdafiəçi2 və Müdafiəçi1 iştirakı ilə xx xxxxxx 1979-cu ildə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olan, fərdi əməklə məşğul olan, Cəlilabad şəhəri, Səttarxan küçəsi, ev 79-da qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.4.3-cü maddəsi ilə, xx xxxx 1993-cü ildə Cəlilabad rayonunun Mədətli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Cəlilabad rayonunun Mədətli kəndində qeydiyyatda olmaqla, Cəlilabad şəhəri, Azərbaycan küçəsi, ev 25-d yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1 özünə məlum mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda-19,192 qram psixotrop maddə olan metamfetamin və külli miqdarda-11,207 qram narkotik vasitə olan heroin əldə etmiş, saxlamış və həmin maddələrin satışını realizə etmək üçün onları ayrı-ayrı bükümlərə qablaşdırıb üzərində daşıyaraq 28 noyabr 2021-ci il tarixdə, saat 21 radələrində Cəlilabad şəhəri, Səttərxan küçəsində, yaşadığı evin yaxınlığında üzərində saxladığı həmin maddələrdən bir bükümdə 1,291 qram metamfetamini 30 (otuz) manata tanışı Təqsirləndirilən şəxs2 satmış, daha sonra içərisində heroin və metamfetamin olan qalan bükümləri üzərində saxlayıb daşıyarkən, daxil olmuş məlumat əsasında 30 noyabr 2021-ci il tarixdə, saat 02 radələrində DİN-nin BNMİ-nin X5 Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Cəlilabad şəhəri, Səttarxan küçəsində saxlanılıb üzərində şəxsi axtarış zamanı əynindəki şalvarının cibindən bir ədəd bükümdə 16,599 qram metamfetamin aşkar edilib götürülmüş, daha sonra həmin tarixdə o, şübhəli şəxs kimi tutulub Cəlilabad RPŞnin X6 (bundan sonra MSY-nə) qəbul edilərkən üzərində şəxsi axtarış zamanı əynindəki şalvarının ətək hissəsində bir bükümdə 11,207 qram heroin və bir bükümdə 1,302 qram metamfetamin aşkar edilib götürülmüşüdür. Təqsirləndirilən şəxs2 28 noyabr 2021-ci il tarixdə, saat 21 radələrində Səttarxan küçəsində, tanışı Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir bükümdə 1,291 qram psixotrop maddə olan metamfetamini 30 (otuz) manat pul müqabilində əldə edib üzərində saxlayaraq daşımış, daxil olmuş məlumat əsasında 29 noyabr 2021-ci il tarixdə saat 21 radələrində DİN-nin BNMİ-nin X5 Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində o, Cəlilabad şəhəri, H.Əliyev prospektində saxlanılıb üzərində şəxsi axtarış zamanı əynindəki şalvarının cibindən bir bükümdə1,291 qram metamfetamin aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, o, evlidir, himayəsində bir azyaşlı uşağı vardır, rəsmi olaraq heç bir yerdə işləməmiş, fəhləliklə məşğul olmuşdur. Xeyli müddətdir ki, narkotik maddələrdən istifadə etməyə başlamış, əsasən də heroin və metamfetamindən istifadə etmiş, hazırda narkomaniya xəstəliyindən əziyyət çəkir. Əvvəllər iki dəfə istifadəsi üçün narkotik maddə əldə edib saxladığına görə məhkum olunmuş, sonuncu dəfə də narkotik əldə edib saxladığına görə Cəlilabad Rayon Məhkəməsinin 02 fevral 2022-ci il tarixli hökmü ilə 04 il müddətə (04 il 02 ay 28 gün müddətə) azadlıqdan məhrumetəmə cəzasına məhkum edilmişdir. İstifadə etdiyi narkotik maddələri tanımadığı şəxslərdən almışdır. Sonuncu dəfə də tutulmamışdan bir müddət əvvəl istifadəsi üçün tanımadığı şəxsdən pulla şüşə” metamfetamin almışdır. Aldığı metamfetminin çəkisinin nə qədər olması yadında deyil. Həmin metamfetamindən özü istifadə etmiş, az miqdarda olan hissəsini, yəni təxminən 1 qramını tanışı Nahidə 30 manada satmışdır. 28 noyabr 2021-ci il tarixdə, axşam saatlarında Cəlilabad şəhərində, Səttərxan küçəsində, yaşadığı evin yaxınlığında Nahidlə görüşüb ona metamfetamini vermişdir. Nahiddən başqa heç kimə narkotik maddə satmamışdır. 30 noyabr 2021-ci il tarixdə, gecə saatlarında yaşadığı evin qarşısında olarkən regional polisin (X5 Şöbənin) əməkdaşları onu tutub Cəlilabad RPŞ-nə aparmışlar. Polis şöbəsinə aparılarkıən cibində narkotik maddə olmamışdır. Polis şöbəsində tanımadığı polislər cibinə bir büküm metamfetamin qoymuş, bundan sonra təhqiqatçı tərəfindən vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə üzərində axtarış apılmışdır. Axtarış zamanı polislərin cibinə qoyduğu bir bükümdə metamfetamin aşkar olunmuşdur. Həmin vaxt polislərin ona qarşı təzyiqləri olduğu üçün o, üzərində aşkar olunmuş metamfetamini iranlı “Bəhmən” adlı şəxsdən aldığını demişdir. Sonra polislər onu Cəlilabad RPŞ-nin MSY-nə aparmış və orada yenidən üzərində axtarış keçirilmişdir. Axtarış zamanı əynindəki şalvarının ətək hissəsində bir bükümdə heroin, digər bir bükümdə metamfetamin aşkar olunmuşdur. Şalvarının ətək hissəsində aşkar olunmuş heroin və metamfetamin özünə məxsusdur, şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Əvvəl üzərində axtarış zamanı aşkar olunmuş metamfetamin özünə məxsus deyil, lakin şalvarının ətək hissəsində aşkar oldunmuş heroin və metamfetamin özünə məxsusdur. O, özünün şəxsi istifadəsi üçün heroin və metamfetamin əldə edib üzərində saxladığına və az miqdarda metamfetmini tanışı Nahidə satdığına görə özünü təqsirli bilir və əməlindən peşmandır. Eyni zamanda Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadələri də məhkəmədə elan olunmaqla tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı ümumən (müəyyən ziddiyyətli hallar nəzərə alınmaqla) məhkəmədə verdiyi ifadəsinə uyğun ifadələr vermiş, habelə bu ifadələrində göstərmişdir ki, o, istifadəsi üçün heroin və metamfetamini tanımadığı şəxslərdən, o cümlədən özünü iranlı kimi təqdim etmiş “Bəhmən” adlı şəxsdən almışdır. Sonuncu dəfə 27 noyabr 2021-ci il tarixdə, saat 16 radələrində istifadəsində olan 050/522- 29-09 saylı mobil telefon nömrəsindən vatsapla iranlı “Bəhmən”lə əlaqə saxlayıb pulunu sonradan verəcəyi ilə razılaşıb sonuncunun dediyi yerdən-Cəlilabad şəhəri, Səttarxan küçəsində yerləşən dəyirmanın yaxınlığında olan işıq generatorunun altına qoyulmuş 10 qram metamfetamini və 10 qram heroini götürmüşdür. Həmin maddələri üzərində saxlamaqla özü istifadə etmiş, həm də 28 noyabr 2021-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs2 ona zəng edib metamfetamin almaq istədiyini bildirdikdən sonra o, həmin gün yaşadığı küçədə Nahidlə görüşüb ona 30 manata 1 qram metamfetamin vermişdir (satmışdır). 30 noyabr 2021-ci il tarixdə, gecə saatlarında yaşadığı küçədə olarkən mülki geyimli polis əməkdaşları onu saxlayıb Cəlilabad RPŞ-nə aparmışlar. Həmin vaxt iranlı “Bəhmən”dən aldığı heroin və metamfetamin üzərində olmuşdur. Polis şöbəsində təhqiqatçı tərəfindən vəkilinin iştirakı ilə üzərinə baxış (şəxsi axtarış) keçirilmişdir. Baxış (axtarış) zamanı əynindəki idman şalvarının cibində saxladığı bir büküm metamfetamini çıxarıb təqdim etmiş, lakin şalvarının ətək hissəsində gizlətdiyi heroin və metamfetamini təqdim etməmişdir. Üzərinə baxış zamanı şalvarının ətəyində saxladığı həmin maddələr aşkar edilməmişdir. Şifahi sorğu zamanı o, üzərində aşkar olunmuş metamfetamini özünün şəxsi istifadəsi üçün alıb üzərində saxladığını bildirmişdir. Sonra polislər tərəfindən aşkar olunmuş metamfetamin zərfə qoyulub qablaşdırılıb götürülmüşdür. Bundan sonra o, həmin gün Cəlilabad RPŞ-nin MSY-nə təhvil verilmiş və orada polis əməkdaşları yenidən üzərinə baxış keçirmişlər. Baxış zamanı şalvarının ətək hissəsində gizlətdiyi bir bükümdə metamfetamin və bir bükümdə heroin aşkar edilmişdir. Sonra yenidən təhqiqatçı tərəfindən vəkilinin iştirakı ilə üzərinə baxış keçirilmiş və şalvarının ətək hissəsində aşkar olunmuş bir bükümdə metamfetamin və bir bükümdə heroin qablaşdırılıb götürülmüşdür. Şifahi sorğu zamanı o, üzərində aşkar olunmuş iki bükümdə olan metamfetaminin və bir bükümdə olan heroinin özünə məxsus olduğunu, şəxsi istifadəsi üçün əldə edib üzərində saxladığını bildirmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarışla bağlı videoçəkilişlər tədqiq edildikdən sonra Təqsirləndirilən şəxs1 ibtidai istitaq zaman işin mahiyyəti üzrə verdiyi ifadələrini qismən təsdiq edib əlavə ifadəsində göstərmişdir ki, polis şöbəsində onun üzərində aşkar olunmuş bir bükümdə olan metamfetamin ona məxsus deyil, polislərin ona qarşı təzyiqlər olduğuna görə o, həmin metamfetminin özünə məxsus olması barədə ifadə vermişdir. Lakin Cəlilabad RPŞ-nin MSY-nə təhvil verilərkən üzərində axtarış zamanı əynindəki şalvarının ətək hissəsində aşkar olunmuş bir bükümdə metamfetamin və bir bükümdə heroin özünə məxsusdur. Həmin maddələri o, şəxsi istifadəsi üçün iranlı bir nəfər şəxsdən alib üzərində saxlamışdır. Bir dəfə tanışı Nahidə pulla metamfetmin satsa da, o, narkotik maddələrin satışı ilə məşğul olmamışdır. Şəxsi istifadəsi üçün narkotik maddələr əldə edib üzərində saxladığına görə, həm də tanışı Nahidə narkotik maddə satdığına görə özünü təqsirli bilir və əməlindən peşmandır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, o, evlidir, rəsmi olaraq heç bir yerdə işləmir, lakin fəhləliklə məşğul olur və ailə üzvləri-arvadı, anası, qardaşı və bacısı ilə birlikdə Cəlilabad rayonunun Mədətli kəndində qeydiyyatda olmaqla, Cəlilabad şəhəri, Azərbaycan küçəsi, ev 25-də yaşayır, atası 2022-ci ilin aprel ayındə xəstəlikdən vəfat etmişdir. Az bir müddətdir ki, o, narkotik maddələrdən istifadə etməyə başlamış, əsasən də metamfetamindən istifadə etmiş, hazırda narkotiklərdən istifadə etmir. Cəlilabad şəhər sakini Təqsirləndirilən şəxs1 tanıyır, münasibətləri yaxşı olmuşdur. 28 noyabr 2021-ci il tarixdə, saat 21 radələrində Cəlilabad şəhəri, Səttarxan küçəsində Raminin yaşadığı küçədə onunla görüşüb ona 30 manat pul verib istifadəsi üçün bir büküm metamfetamin almışdır. Aldığı metamfetminin çəkisi təxminən 1 qram olmuşdur. Aldığı metamfetamindən həmin gün istifadə etməmiş, üzərində saxlamışdır ki, sonradan istifadə etsin. 29 noyabr 2021-ci il tarixdə, axşam saatlarında Cəlilabad şəhəri, H.Əliyev prospekti ilə piyada hərəkətdə olan zaman bir neçə polis əməkdaşı onu saxlayıb üzərində narkotik maddə saxlamaqda şübhəli olduğunu bildirilib rayon polis şöbəsinə aparılmışdır. Polis şöbəsində polis əməkdaşları vəkilinin iştirakı ilə və videoçəkilişlə üzərində axtarış aparmışlar. Axtarış zamanı özü əynindəki şalvarının cibindən bir bükümü çıxarıb təqdim edib bükümdə metamfetamin olduğunu, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmçinin şifahi sorğu zamanı o, aşkar olunmuş metamfetmini bir gün əvvəl tanışı Ramin adlı şəxsdən 30 manata aldığını bildirmişdir. Polis əmkdaşları tərəfindən aşkar olunmuş metamfetamin elektron tərəzidə çəkildikdən sonra qablaşdırıb götürülmüş, daha sonra sənədləşmə aparılmışdır. Aldığı metamfetmindən heç kimə verməmiş, yalnız özünün istifadəsi üçün üzərində saxlamışdır. İstifadəsi üçün az miqdarda metamfetmin əldə edib üzərində saxladığına görə özünü təqsirli bilir və əməlindən peşmandır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olmaları məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, o, əvvəl BNMİ-nin X5 Şöbəsinin əməkdaşı olmuş, hazırda Cəlilabad RPŞ-nin əməkdaşıdır. 29 noyabr 2021-ci il tarixdə Cəlilabad şəhər sakini Təqsirləndirilən şəxs2 narkotik maddələr əldə etməsi və üzərində daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün əməliyyat qrupu yaradılıb 29 noyabr 2021-ci il tarixdə, saat 21 radələrində əməliyyat-axtarış tədbiri keçirilmiş və əməliyyat qrupu tərəfindən Təqsirləndirilən şəxs2 Cəlilabad şəhəri, H.Əliyev prospektində piyada hərəkətdə olarkən saxlanılmış, ona üzərində narkotik maddələr saxlamaqda şübhəli olduğu bildirilib Cəlilabad RPŞ-nə aparılmışdır. Polis şöbəsində təhqiqatçı Famil Həsənov tərəfindən vəkilin iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs2 üzərində axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərində bir bükümdə metamfetaminə oxşar kütlə aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 üzərində aşkar olunmuş metamfetamini bir gün əvvəl (28 noyabr 2021-ci il tarixdə) tanışı “Ramin” adlı şəxsdən 30 manata aldığını bildirmişdir. Aşkar olunmuş kütlə təhqiqatçı tərəfindən elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb götürülmüş, daha sonra protokol tərtib olunmuşdur. Sonra “Ramin” adlı şəxsin Cəlilabad şəhər sakini Təqsirləndirilən şəxs1 olması müəyyən edilmişdir. Bundan sonra 30 noyabr 2021-ci il tarixdə, saat 01-02 radələrində əməliyyat-axtarış tədbiri aparılmış və Təqsirləndirilən şəxs1 Cəlilabad şəhəri, Səttarxan küçəsində yaşadığı evin yaxınlığında əməliyyat qrupu tərəfindən saxlanılıb Cəlilabad RPŞ-nə aparılmışdır. Polis şöbəsində təhqiqatçı Famil Həsənov tərəfindən vəkilin iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs1 üzərində axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərində bir bükümdə metamfetaminə oxşar kütlə aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 aşkar olunmuş metamfetamini bir neçə gün əvvəl “Bəhmən” adlı iranlıdan istifadəsi üçün alıb üzərində saxladığını bildirmiş, həmçinin tanışı Nahid adlı şəxsə də 30 manata metamfetmin saxdığını etiraf etmişdir. Aşkar olunmuş kütlə təhqiqatçı tərəfindən elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb götürülmüş, daha sonra protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs1 saxlanılarkən və bundan sonra polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq göstərilməmiş, həmçinin üzərində axtarış zamanı Təqsirləndirilən şəxs1 hər hansı şikayəti və ya narazılığı olmamışdır. Məhkəmə iclasında Şahid5 ifadəsində göstərmişdir ki, o, Cəlilabad RPŞ-nin MSY-də işləyir. Təqsirləndirilən şəxs1 əvvəllər tanımamış, 30 noyabr 2021-ci il tarixdə MSY-nə gətirilən vaxt onu görmüşdür. Həmin gün Təqsirləndirilən şəxs1 narkotik maddələr əldə edib saxladığına görə təhqiqatçı tərəfindən şühhəli şəxs kimi tutulub Cəlilabad RPŞ-nin MSY-nə təhvil verilmişdir. Təqsirləndirilən şəxs1 MSY-nə qəbul edilərkən özünün iştirakı ilə digər polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs1 üzərində axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs1 əynindəki şalvarının ətək hissəsində iki bükümdə maddələr aşkar edilmişdir. Bundan sonra şöbənin təhqiqatçı Elnur Kazımov tərəfindən müdafiəçisinin iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs1 üzərində yenidən axtarış aparılmış və onun üzərindən əvvəl aşkar edilmiş iki ədəd bükümdə olan kütlələr götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 həmin maddələrin herion və metamfetamin olduğunu, özünün istifadəsi üçün əldə edib üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş kütlə təhqiqatçı tərəfindən elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb götürülmüş, daha sonra protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs1 MSYnə gətirilərkən və bundan sonra polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq göstərilməmiş, həmçinin üzərində axtarış zamanı Təqsirləndirilən şəxs1 hər hansı şikayəti və ya narazılığı olmamışdır. İşdə olan, BNMİ-nin CBRŞ-nin əməkdaşının 29 noyabr 2021-ci il tarixli “Raport”u ilə müəyyən olunur ki, Cəlilabad şəhər sakini Təqsirləndirilən şəxs2 narkotik vasitələr əldə etməsi, saxlaması və daşıması barədə məlumat daxil olmuş və həmin məlumat əsasında CBRŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində o, 29 noyabr 2021-ci il tarixdə, saat 21 radələrində Cəlilabad şəhərində küçədə saxlanılıb Cəlilabad RPŞ-nə aparılmışdır. İşdə olan, “Şəxsi axtarış və götürmə aparılması haqqında” 29 noyabr 2021-ci il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə Cəlilabad RPŞ-də, CBRŞ-nin təhqiqatçısı Famil Həsənov tərəfindən müdafiçinin iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 bir ədəd bükümü təqdim edib “şüşə” (metamfetamin) olduğunu bildirmişdir. Həmin bükümün içərisində metamfetaminə oxşar kütlə aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 həmin metamfetamini Cəlilabad şəhərində “Ramin” adlı şəxsdən 30 manata aldığını və özünün istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş kütlə elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüş və şəxsi axtarış zamanı aparılmış videoçəkliş 01 ədəd DVD diskə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə-kimyəvi ekspertizasının 30 noyabr 2021-ci il tarixli, 19/1188 №-li rəyi ilə müəyyən edilir ki, tədqiqata təqdim edilmiş üzərində, “Vət. Təqsirləndirilən şəxs2 təqdim etdiyi 01 bükümdə metamfetaminə bənzər kütlə ...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi-1,291 qram olan ağ rəngli kristal formada olan maddə-metamfetamindir. Ekspertiza tədqiqatından sonra qalıq metamfetamin 1,241 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat təşkil edir. İşdə olan, BNMİ-nin CBRŞ-nin əməkdaşının 30 noyabr 2021-ci il tarixli “Raport”u ilə müəyyən olunur ki, qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində saxlaması və satışı ilə məşğul olması barədə daxil olmuş məlumata əsasən 30 noyabr 2021-ci il tarixdə, saat 02 radələrində CBRŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində Nəsirov X2 şəhəri, Səttərxan küçəsində saxlanılıb Cəlilabad RPŞ-nə aparlımışdır. İşdə olan, “Şəxsi axtarış və götürmə aparılması haqqında” 30 noyabr 2021-ci il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə Cəlilabad RPŞ-də, CBRŞ-nin təhqiqatçı Famil Həsənov tərəfindən müdafiçinin iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən bir ədəd bükümdə metamfetaminə oxşar kütlə aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş metamfetamini bir müddət əvvəl Cəlilabad şəhərində, “Bertəm” adlı iranlıdan bir qramı 20 manata aldığını, matamfetamindən özü istifadə etdiyini, bir bükümü isə 30 manata tanışı Nahid adlı şəxsə satdığını bildirmişdir. Aşkar olunmuş kütlə qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüş və şəxsi axtarışla bağlı aparılmış videoçəkiliş bir ədəd DVD diskə köçürülüb protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə-kimyəvi ekspertizasının 30 noyabr 2021-ci il tarixli, 19/1189 №-li rəyi ilə müəyyən edilir ki, tədqiqata təqdim edilmiş üzərində, “Vət. Təqsirləndirilən şəxs1 təqdim etdiyi 01 bükümdə metamfetaminə bənzər kütlə ...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi-16,599 qram olan ağ rəngli kristal formada olan maddə-metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərlərində “Təqsirləndirilən şəxs1 təqdim etdiyi 01 bükümdə metamfetaminə bənzər kütlə …” və “Təqsirləndirilən şəxs2 məxsus metamfetamin 1 büküm Rəy №19/1188 ...” sözlər və imzalar olan 2 ədəd zərflərdəki metamfetaminlər xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Ekspertiza tədqiqatından sonra qalıq metamfetamin 16,549 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat təşkil edir. İşdə olan, “Şəxsi axtarış və götürmə barədə” 30 noyabr 2021-ci il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə Nəsirov X2 RPŞ-nin X6 təhvil verilərkən üzərində narkotik maddələr gizlətməsi şübhə olunduğundan Cəlilabad RPŞ-nin təhqiqatçı Elnur Kazımov tərəfindən müdafiçinin iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynindəki şalvarının ətək hissəsində bir büküm metamfetaminə və bir büküm heroinə oxşar kütlələr aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş metamfetamini və heroini şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş kütlələr qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüş və şəxsi axtarışla bağlı aparılmış videoçəkiliş bir ədəd DVD diskə köçürülüb protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə-kimyəvi ekspertizasının 01 dekabr 2021-ci il tarixli rəyi ilə müəyyən edilir ki, tədqiqata təqdim edilmiş üzərində, “Vət. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş kütlələr ...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi-11,207 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir və 1 ədəd bükümdə təmiz çəkisi-1,302 qram olan ağ rəngli kristal formada olan maddə-metamfetamindir. Ekspertiza tədqiqatından sonra qalıq heroin 11,157 qram, qalıq metamfetamin 1,252 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat təşkil edir. İşdə olan, məhkəmə-kimyəvi ekspertizasının 04 mart 2022-ci il tarixli rəyi ilə müəyyən edilir ki, tədqiqata təqdim edilmiş üzərlərində “Təqsirləndirilən şəxs1 məxsus metamfetamin 1 büküm Rəy №19/1189 ...” və “Təqsirləndirilən şəxs1 məxsus 1 büküm heroin və 1 büküm metamfetamin Rəy №19/1192 ...” sözlər və imzalar olan 2 ədəd zərflərdəki ümumi sayı 2 büküm olan metamfetaminlər xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Ekspertiza tədqiqatından sonra qalıq metamfetamin 16,499 qram və 1,202 qramdır qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat təşkil edir. İşdə olan, ambulator məcburi narkoloji-tibbi yoxlamanın 09 dekabr 2021-ci il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən Toksikomaniya aşkar olunur. Toksikomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İşdə olan, ambulator məcburi narkoloji-tibbi yoxlamanın 31 yanvar 2022-ci il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İşdə olan, “Maddi sübutun tanınması haqqında” 15 dekabr 2021-ci il tarixli qərarla müəyyən edilir ki, iş üzrə götürülmüş və ekspertiza tədqiqatından sonra ayrı-ayrı qablaşdırılmış, qalıq-1,241 qram, 16,499 qram və 1,202 qram metafetamin və qalıq- 11,157 qram heroin iş üzrə maddi sübut kimi tanınmışdır. Həmin maddi sübutlar saxlanılması üçün Cəlilabad RPŞ-nin maddi sübutlar otağına təhvil verilmiş, habelə 05 mart 2022-ci il tarixli qərarla şəxsi axtarışla bağlı aparılmış videoçəkilişlərin yazıldığı 03 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. İşdə olan, “Sübutların qiymətləndirilməsi haqqında” 05 mart 2022-ci il tarixli qərarla müəyyən edilir ki, cinayət işinin materiallarından Təqsirləndirilən şəxs1 psixotrop və narkotik maddələri əldə etmə mənbəyi barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs2 məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Habelə məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (üzərində aşkar olunmuş metamfetaminin ona məxsus olmaması, polis əməkdaşlarının ona qarşı təzyiqləri olduğu üçün üzərində aşkar olunmuş metamfetaminin özünə məxsus olmasını deməsi, narkotik maddələrin satışı ilə məşğul olmamasına aid hallar istisna olunmaqla) dair məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Həmçinin Təqsirləndirilən şəxs1 məhkəmə istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni polis şöbəsində üzərinə bir bükümdə metamfetminin polis əməkdaşları tərəfindən cibinə qoyulması və bundan sonra üzərində axtarışın aparılması, həmin vaxt üzərində aşkar olunmuş metamfetaminin ona məxsus olmaması, polis əməkdaşlarının ona qarşı təzyiqləri olduğu üçün üzərində aşkar olunmuş metamfetaminin özünə məxsus olmasını deməsi, narkotik maddələrin satışı ilə məşğul olmamasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1 və Şahid5 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə, o cümlədən şəxsi axtarışlarla bağlı aparılmış videoçəkilişlərlə, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadələri, eləcə də Təqsirləndirilən şəxs2 məhkəmə və ibtidai istintaq zamanı verdiyi ifadələri, o cümlədən üzləşdirmə zamanı verdikləri ifadələri (həmin ifadələrində Təqsirləndirilən şəxs2 üzərində aşkar olunmuş metamfetmini Ramindən 30 manata aldığını, Təqsirləndirilən şəxs1 da həmin metamfetamini Nahidə 30 manata satdığı göstərmişlər) ilə tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmə istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onlar tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik və psixotrop maddələri əldə etmə, saxlama və daşıma cinayəti törətmələri ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ və İİ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı “Heroin” olan maddə narkotik vasitə və beynəlxalq adı “Metamfetamin” olan maddə psixotrop maddədir. Heroin və metamfetaminin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar və 2 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarında qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 aid olmaqla götürülmüş 19,192 qram psixotrop maddə olan metamfetamin və 11,207 qram narkotik vasitə olan heroin şəxsi istehlak miqdarından dəfələrlə artıq olmaqla külli miqdar təşkil edir, habelə Təqsirləndirilən şəxs2 götürülmüş 1,291 qram psixotrop maddə olan metamfetamin şəxsi istehlak miqdarından artıqdır. Eyni zamanda Təqsirləndirilən şəxs1 götürülmüş maddələr ayrı-ayrı növlərdən ibarət olmaqla xırda bükümlərə qabaşdırılması və bükümləri üzərində saxlamaqla yaşadığı Cəlilabad şəhərində daşıması, eləcə də Təqsirləndirilən şəxs1 əldə etdiyi psixotrop maddənin bir hissəsini tanışı Təqsirləndirilən şəxs2 satması onun həmin maddələri məhz satış məqsədilə əldə edib saxlaması və daşıması kimi qiymətləndirilməsi üçün əsasdır. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onlar tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin cinayət əməlində təqsirlərini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. İşdə olan, Cəlilabad Rayon Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli tutulduğu vaxtdan, yəni 29 noyabr 2021-ci il tarixdən hesablanmış, habelə həmin məhkəmənin 09 dekabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ev düstuqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və ev dustaqlığı qətimkan tədbirinin son müddəti 29 fevral 2022-ci il tarixədək müəyyən edilmişdir. İşdə olan, İstintaq orqanının “Polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında” 28 fevral 2022-ci il tarixli qərarla müəyyən edilir ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan seçlmişdir. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanmasına dair tələbnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İşdə olan, Cəlilabad rayon İHB-nın Şorbaçı kənd İƏD üzrə Nümayəndəliyinin 05 mart 2022-ci il tarixli arayışı və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 Cəlilabad rayonunun Mədətli kəndində qeydiyyatda olmaqla, Cəlilabad şəhəri, Azərbaycan küçəsi, ev 25-də yaşayır. Mədətli kəndində yaşadığı müddətdə o, yaşayış yeri üzrə qənaətbəxş (ondan heç bir şikayət daxil olmamışdır) xarakterizə olunur. İş üzrə Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar (CM-nin 59 və 61-ci maddələrində göstərilən) yoxdur. İşdə olan, Cəlilabad Rayon Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli tutulduğu vaxtdan, yəni 30 noyabr 2021-ci il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanmasına dair tələbnamə və məhkəmə hökmünün surəti ilə müəyyən olunur ki, Bakı şəhər Nizami Rayon Məhkəməsinin 05 dekabr 2007-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Habelə Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 16 mart 2010-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 20 iyun 2012-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Həmçinin Cəlilabad Rayon Məhkəməsinin 02 fevral 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 04 il 02 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəli 02 fevral 2022-ci il tarixdən hesablanmışdır. Hazırki iş üzrə verilmiş ittihamda göstərilən cinayəti Təqsirləndirilən şəxs1 28 noyabr 2021-ci il tarixdə törətmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə 28 noyabr 2021-ci il tarixdə cinayəti törədərkən Təqsirləndirilən şəxs1 məhkumluğu olmamış və bundan əvvəlki cinayət əməlinə görə o, məhkəmənin 02 fevral 2022-ci il tarixli hökmü ilə məhkum olunmuşdur. Hazırda bu hökm üzrə onun məhkumluğu ödənilməmiş və ya götürülməmiş və o, məhkumluğu olan şəxs hesab olunur. Eyni zamanda məhkəmə hesab edir ki, hazırda Təqsirləndirilən şəxs1 məhkumluğu olsa da, hazırki iş üzrə törədilmiş cinayət əməlinə münasibətdə Təqsirləndirilən şəxs1 məhkumluğu olmayan şəxs kimi qəbul edilməlidir. İşdə olan, Cəlilabad şəhər İƏD üzrə nümayəndəsinin 10 yanvar 2022-ci il tarixli arayışla müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 Cəlilabad şəhəri, Səttarxan küçəsi, ev 79-da qeydiyyatda olmaqla yaşamışdır. İşdə olan, AZ-İİİ 639766 №-li doğum haqqında şəhadətnamənin surəti ilə müəyyən edilir ki, X7 27 sentyabr 2015-ci ildə anadan olmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı uşağın olması CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. İş üzrə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar (CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar, eləcə də əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 əməli düzgün olaraq CM-nin 234.4.3-cü maddəsi ilə və Təqsirləndirilən şəxs2 əməli düzgün olaraq CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və Təqsirləndirilən şəxs1 ittiham olunduğu CM-nin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində, habelə Təqsirləndirilən şəxs2 ittiham olunduğu CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası ilə cəzalandırılmaları qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində xüsusi müsadirə təyin edilməsi üçün əsaslar (CM-nin 99- 1-ci maddəsi ilə) yoxdur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən hər birinin törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, cəzanı yüngülləşdirən halı (Təqsirləndirilən şəxs1 münasibətdə), habelə təyin olunacaq cəzanın onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə, təqsirləndirilən şəxslərin islah olunmalarına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs1 azadlıqdan məhrumetmə növündə, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, Cəlilabad Rayon Məhkəməsinin 02 fevral 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 4 (dörd) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası yeni təyin edilmiş cəzaya qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 30 noyabr 2021-ci il tarixdən hesablanmalı barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 29 noyabr 2021-ci il tarixdən 09 dekabr 2021-ci il tarixədək həbsdə saxlanılması, eləcə də 09 dekabr 2021-ci il tarixdən 28 fevral 2022-ci il tarixədək həbs qətimkan tədbirinin əvəzi kimi ev dustaqlığında olması müddəti, yəni cəmi 3 (üç) ay müddət həbsdə saxlamanın bir günü iki gün azadlığın məhdudlaşdırılması cəzasının müddətinə hesablanmaqla 6 (altı) ay müddət təyin olunmuş cəzadan çıxılmaqla ona qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Cəlilabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməsi müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyatda alındığı vaxtdan hesablanmalı, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzanın icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalı və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Eyni zamanda narkoloji tibbi yoxlamanın rəyləri nəzərə alaraq məhkəmə hesab edir ki, CM-nin 93.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və onlar cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi müalicə olunmalı, həm də yaşadıqları ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdırlar. Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Cəlilabad RPŞ-nin maddi sübutlar otağında saxlanılan 11,157 qram heroin və ayrı-ayrı qablaşdırılımış-16,499 qram, 1,202 qram və 1,241 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X1 X3 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. Həmçinin iş üzrə maddi sübutlar olan və cinayət işinə əlavə olunmuş, iş üzrə şəxsi axtarışın keçirilməsi zamanı aparılmış videoçəkilişlərin yazıldığı 03 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərcləri-260 (iki yüz altımış) manat pulun 130 manatı Təqsirləndirilən şəxs1 və 65 manatı Təqsirləndirilən şəxs2 tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, Cəlilabad Rayon Məhkəməsinin 02 fevral 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 4 (dörd) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası yeni təyin edilmiş cəzaya qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 30 noyabr 2021-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunsun və yaşadığı ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 29 noyabr 2021-ci il tarixdən 09 dekabr 2021-ci il tarixədək həbsdə saxlanılması, eləcə də 09 dekabr 2021-ci il tarixdən 28 fevral 2022-ci il tarixədək həbs qətimkan tədbirinin əvəzi kimi ev dustaqlığında olması müddəti, yəni cəmi 3 (üç) ay müddət həbsdə saxlamanın bir günü iki gün azadlığın məhdudlaşdırılması cəzasının müddətinə hesablanmaqla 6 (altı) ay müddət təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Cəlilabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməsi müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyatda alındığı vaxtdan hesablansın və təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzanın icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunsun və yaşadığı ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan, Cəlilabad Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 11,157 qram narkotik vasitə olan heroin və ayrı-ayrı qablaşdırılımış- 16,499 qram, 1,202 qram və 1,241 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübutlar olan və cinayət işinin materiallarına əlavə olunmuş, iş üzrə şəxsi axtarışın keçirilməsi zamanı aparılmış videoçəkilişlərin yazıldığı 3 (üç) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərcləri-260 (iki yüz altımış) manat pulun 130 manatı məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs1 və 65 manatı məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs2 tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs1 hökmün surətini aldığı) vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-282/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-282/2022
20.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver