Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-282/2025 03.06.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cavanşir Şirvan oğlu (sədrlik edən), Məmmədov Neymət Hüsən oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Lənkəran rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1967-ci ildə Lənkəran rayonu Yuxarı Nüvədi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Lənkəran rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(049)-211/2023 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Lənkəran rayonu Sərinbulaq kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X3 həbsdə saxlanılan Təqsirləndirilən şəxs (FİN xxxxxxx) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CM-nin) 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 03 iyun 2025-ci il tarixdə saat 16:30-da Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında 1 nömrəli məhkəmə iclas zalında açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs məlum olmayan mənbədən naməlum tarixdə və şəraitdə əldə etdiyi tərkibində narkotik maddələr olan çətənə bitkisinin toxumlarını 2024-cü ilin may ayında yaşadığı Lənkəran rayonu, Sərinbulaq kəndində yerləşən evin həyətyanı sahəsində qanunsuz olaraq əkmiş, onlardan bitən 22 (iyirmi iki) ədəd olmaqla külli miqdar təşkil edən tərkibində narkotik maddələr olan çətənə bitkilərini aqrotexniki qaydada qulluq göstərməklə yetişdirərək kultivasiya etmiş, qanunsuz olaraq əkib-yetişdirdiyi tərkibində narkotik maddələr olar çətənə bitkisinin hissələrindən məlum olmayan tarixdə satış məqsədi olmadan qanunsuz olaraq ayrı-ayrılıqda 145,435 qram və 990,0 qram olmaqla, ümumilikdə təmiz çəkisi 1135,435 qram olub külli miqdar təşkil edən narkotik vasitə qurudulmuş marixuana hazırlamaqla əldə edib, onun 145,435 qram hissəsini bir ədəd sellofanda əkdiyi çətənə bitkilərinin yanında xiyar şitilindən asmaqla, 990,0 qramını isə yaşadığı həmin evin həyətindəki tövlədə sintetik torbada gizlədərək saxlamış, bu barədə əməliyyat məlumatları əldə etmiş Lənkəran şəhər-rayon polis şöbəsinin əməkdaşları tərəfindən 30 sentyabr 2024-cü il tarixdə, saat 17:50 radələrində keçirilmiş əməliyyat tədbiri nəticəsində saat 17:54-dən etibarən yaşadığı Lənkəran rayonu, Sərinbulaq kəndində yerləşən evin həyətyanı sahəsinə iştirakı və icazəsi ilə baxış keçirilərkən həmin torpaq sahəsindəki meyvə ağaclarının yanında 1 (bir) ədəd və tövlənin yanında 21 (iyirmi bir) ədəd olmaqla, cəmi 22 (iyirmi iki) ədəd olub külli miqdar təşkil edən tərkibində narkotik maddələr olan çətənə bitkiləri ümumi təmiz çəkisi 10370,0 qram olmaqla əkildiyi yerlərdə kök üstə yaş vəziyyətdə aşkar edilərək götürülmüş, baxışın davamı olaraq həmin çətənə bitkilərinin yanından sellofana bükülmüş halda təmiz çəkisi 145,435 qram və tövlədən sintetik torbada təmiz çəkisi 990,0 qram olmaqla, ümumi təmiz çəkisi 1135,435 qram olan külli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər çəkdiyi qurudulmuş marixuanalardan əldə etdiyi toxumlardan istifadə edərək 2024-cü ilin may ayında narkotik xassəli çətənə kollarını, Lənkəran rayonu Sərinbulaq kəndində yaşadığı evin həyətyanı sahəsində əkmişdir. 30 sentyabr 2024-cü il tarixdə saat 15 radələrində polis əməkdaşları onun yaşadığı evə gələrək evdə silah olması barədə məlumatlarının olduğunu bildirmişlər. O, polis əməkdaşlarına evində silah olmadığını bildirmiş, polis əməkdaşları ona evdə və həyətyanı sahədə axtarış aparmalı olduqlarını demişlər. O, evində və həyətyanı sahədə axtarış aparılmasına etiraz etmədiyini bildirmiş, bundan sonra polis əməkdaşları onun evini və həyətyanı sahəni axtarmışlar. Axtarış zamanı polis əməkdaşları həyətyanı sahədə onun tərəfindən əkilmiş 22 ədəd çətənə kollarını aşkar etmişlər. Rahid adlı polis əməkdaşı çətənə kollarının yarpaqlarından bir qədər yığaraq sellofan torbaya qoymuş, həmin sellofan torbanı çətənə kollarının əkildiyi ərazidə şitildən asmışdır. Bundan sonra polis əməkdaşları həyətyanı sahədəki tövləyə baxış keçirmiş və yararsız olduğu üçün sonradan meşəlik əraziyə atmaq istədiyi çətənə kolunun hissələrini polietilen torbada aşkar etmişlər. O, polis əməkdaşlarına torbanın içərisində olan kütlənin yararsız çətənə kollarının hissələri olduğunu bildirmişdir. Bundan sonra onlar digər polis əməkdaşlarının gəlməsini gözləmiş, digər polis əməkdaşları və aqronom gəldikdən sonra həmin gün saat 18 radələrində onun yaşadığı evin həyətyanı sahəsinə videoçəkilişlə yenidən baxış keçirilmiş və qeyd etdiyi çətənə kolları və yararsız çətənə kolunun hissələri qablaşdırılaraq götürülmüşdür. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə davam edərək göstərmişdir ki, o, çoxlu sayda çətənə bitkisinin toxumlarını torpağa əkmiş, lakin onlardan yalnız bir qismi inkişaf etmişdir. O, 38 il qurudulmuş marixuanadan istifadə etmiş, həmin çətənə kollarını da, narkotik vasitə qurudulmuş marixuanaya olan tələbatını ödəmək üçün əkmişdir. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, heç kəsə narkotik vasitə verməmişdir. Belə ki, o gündə üç-dörd dəfə qurudulmuş marixuanadan istifadə etmişdir. Əkib-yetişdirdiyi çətənə kollarının yarpaqlarını kağız üzərində elektrik lampasının səthinə yaxın tutub qurudaraq qurudulmuş marixuana əldə etmiş, ondan istifadə etmişdir. Çətənə kollarının əkildiyi yerdə aşkar edilmiş sellofan torbada Rahid adlı polis əməkdaşı tərəfindən çətənə kollarından yığılmış yarpaqlar olmuş və onlar yaş vəziyyətdə olmuşdur. Rahid adlı polis əməkdaşı onu ailə üzvlərini də cinayət məsuliyyətinə cəlb edəcəyi ilə bağlı hədələdiyindən videoçəkiliş zamanı buna etirazını bildirməmişdir. Həyətyanı sahədə tövlədə aşkar edilmiş polietilen torbadakı kütlələr isə yararsız çətənə bitkisinin hissələri olmuşdur. Belə ki, onun tərəfindən əkilmiş çətənə bitkilərindən biri yararsız hala düşdüyündən, o həmin kolu torpaqdan çıxarmış, kök və gövdə hissəsini ayıraraq həyətyanı sahəyə tullamış, digər hissələri isə sonradan meşəyə apararaq tullamaq üçün polietilen torbada tövləyə qoymuşdur. O, həmin hissələri yandıraraq məhv edəcəyi təqdirdə spesifik qoxusunun ətrafa yayılmasından ehtiyat etdiyi üçün belə hesab etmişdir ki, həmin hissələri yaşadığı evdən uzağa meşəyə aparıb tullasın. Məhkəmə, CPM-nin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, CPM-nin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir. Məhkəmədə şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 30 sentyabr 2024-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin kultivasiyası ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuş, bu barədə rəhbərliyə məruzə olunduqdan sonra əməliyyat qrupu yaradılmışdır. Onun rəhbərlik etdiyi əməliyyat qrupu 30 sentyabr 2024-cü il tarixdə saat 15 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişdir. O, Təqsirləndirilən şəxs narkotik vasitələrin kultivasiyası ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğunu bildirmiş, Təqsirləndirilən şəxs da həqiqətən də həyətyanı sahəsində çətənə kolları əkib-yetişdirdiyini etiraf etmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs evinin qarşısında digər polis əməkdaşlarının, aqronomun, icra nümayəndəsinin gəlməsini gözləmiş, həmin şəxslər gəldikdən sonra Təqsirləndirilən şəxs razılığı ilə onun evinin həyətyanı sahəsinə videoçəkilişlə baxış keçirmişlər. Təqsirləndirilən şəxs baxış zamanı çətənə bitkilərini əkdiyi əraziləri göstərmiş, bir ədəd çətənə bitkisi meyvə ağaclarının yanında, digər 21 (iyirmi bir) ədəd çətənə bitkiləri isə həyətyanı sahədə olan tövlənin yanında aşkar edilmişdir. Baxış zamanı 21 (iyirmi bir) ədəd çətənə bitkisinin əkildiyi sahədə şitilin üzərindən asılmış polietilen torbada qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Daha sonra baxış davam etdirilmiş, həyətyanı sahədə olan tövlədə polietilen torbada qurudulmuş marixunaya bənzər kütlə aşkar edilmişdir. Çətənə kolları torpaqdan çıxarılaraq aşkar edilmiş qurudulmuş marixuanaya bənzər kütlələrlə birlikdə qablaşdırılmışdır. Verilən suallara cavab olaraq Şahid1 ifadəsinə davam edərək göstərmişdir ki, onda Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat olmamışdır. Əməliyyat məlumatı yalnız Təqsirləndirilən şəxs narkotik xassəli bitkiləri kultivasiya etməsi barədə olmuşdur. O və digər polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və ya psixi zorakılığa yol verilməmişdir. Təqsirləndirilən şəxs ifadəsində onun tərəfindən çətənə bitkisinin yarpaqlarının yığılaraq sellofan torbaya qoyulub şitildən asılması həqiqəti əks etdirmir. Eləcə də, o və digər polis əməkdaşları Təqsirləndirilən şəxs evinə baxış keçirilməmiş, həyətyanı sahəyə baxış isə icra nümayəndəsi, təhqiqatçı və aqronom gəldikdən sonra saat 17:50-də keçirilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 30 sentyabr 2024-cü il tarixdə təxminən saat 16 radələrində Lənkəran ŞRPŞ-dən ona zəng edilərək əməliyyat tədbirinin keçirilməsi ilə əlaqədar mütəxəssis qismində dəvət edildiyi bildirilmişdir. O, polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs Lənkəran rayonu, Sərinbulaq kəndində yaşadığı evə getmiş, ora çatdıqda evin qarşısında bir neçə nəfər polis əməkdaşının olduğunu görmüşdür. Təxminən saat 17 radələrində Əlövsətin evinin həyətyanı sahəsinə baxış keçirilmiş, baxış zamanı Əlövsət polis əməkdaşlarına iki ayrı yerdə əkdiyi çətənə bitkilərini göstərmiş, həmin çətənə bitkiləri torpaqdan çıxarılaraq, tərəzidə çəkilmiş, daha sonra qablaşdırılmışdır. Bundan başqa orada narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Verilən suallara cavab olaraq Şahid5 ifadəsinə davam edərək göstərmişdir ki, çətənə bitkilərinə onun tərəfindən mütəxəssis qismində baxış keçirilmiş, baxış zamanı həmin bitkilərin inkişafına əsasən təxminən həmin ilin may aynda əkildiyini, aqrotexniki qaydada qulluq edildiyini müəyyən etmişdir. Çətənə kollarının əkildiyi əraziyə daxil olarkən xiyar şitilindən sellofan torbanın asıldığını görmüş, çətənə bitkiləri torpaqdan çıxarılıb qablaşdırıldıqdan sonra həmin sellofan torba də polis əməkdaşları tərəfindən aşkar edilmiş, həmin torbanın içərisindəki kütləyə baxış keçirildiyini görməmiş, lakin polis əməkdaşları həmin torbanın içərisində qurudulmuş marixuanaya bənzər kütlənin olduğunu bildirmişlər. Bundan başqa həyətyanı sahədə olan tövləyə baxış zamanı polietilen torbanın içərisində qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin əməkdaşları Şahid2, Şahid4 Rafael oğlu və Şahid3 Şahid1 ilə oxşar məzmunlu ifadə verərək yuxarıda qeyd olunan xüsusatları təsdiq etmişlər. Məhkəmədə əlavə şahid qismində dindirilmiş Məhkəmə Ekspertiza Mərkəzinin Lənkəran regional bölməsinin rəisi X15 ifadəsində göstərmişdir ki, polis əməkdaşları tərəfindən hazırki cinayət işi üzrə ekspertiza tədqiqatı aparılması üçün 04 ədəd ağ rəngdə torbada 22 ədəd çətənə kolu, 01 ədəd şəffaf sellofan paketdə təxmini çəkisi 150 qram olan və 01 ədəd polietilen torbada təxmini 1 kq olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr maddi sübut kimi ona təqdim olunmuşdur. Təqdim olunmuş maddi sübutların üzərində “nazik təbəqəli xromotoqrafiya” metodundan istifadə etməklə tədqiqat aparılmış, 22 ədəd kolun tərkibində narkotik maddələr olan çətənə bitkiləri olduğu müəyyən edilmişdir. Polietilen torbada olan təxmini çəkisi 1 kq olan qurudulmuş marixunaya bənzər kütlələr üzərində tədqiqat aparılarkən metodikaya uyğun olaraq tərkibində THK miqdarı cüzi olan hissələr – gövdə hissəsi digər kütlədən ayrılmış, həmin hissələr qurudulmuş marixuana kimi qiymətləndirilməmişdir. Bir ədəd sellofan torbada olan kütlənin də qurudulmuş marixuana olduğu müəyyən edilmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: İşdə olan “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 01 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Lənkəran ŞRPŞ-nin İB-nin müstəntiqi, polis leytenantı Qüdrət Axundov tərəfindən fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə cinayət işinin başlanması qərara alınmışdır. (Cild 1, i.v. 1;) İşdə olan, Lənkəran ŞRPŞ-in TB-nin rəisi, polis mayoru Yasin İbrahimli vasitəsilə olan xx.xx.2024-cü il tarixli “Raport”undan görünür ki, Təqsirləndirilən şəxs Lənkəran rayonu, Sərinbulaq kəndində yerləşən həyətyanı torpaq sahəsində əkdiyi tərkibində narkotik maddələr olan bitkilərin və tövləsində qurudulmuş marixuana aşkar olunması faktı üzrə toplanmış ilkin təhqiqat materialının ŞRPŞ-nin İstintaq Bölməsinə verilməsinə dair göstəriş verilməsi xahiş edilmişdir. (Cild 1, i.v 3;) İşdə olan, «təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə» xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Lənkəran rayon ərazisində nəzarətə götürülməsi, cinayət törədilməsində əsaslı şübhə və əlamətlər aşkar olunduğu halda onun üzərinə və həyətyani sahəyə qanunsuz saxladığı və əkdiyi narkotik vasitələri müəyyən etmək məqsədilə təxirə salınmadan baxış keçirilməsi barədə Lənkəran ŞRPŞ-nin NMQ-ın baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 tərəfindən qərar qəbul edilmişdir. (Cild 1, i.v 7;) İşdə olan, «baxış keçirilməsi və əşyanın götürülməsi haqqında» xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş videoçəkilişdən görünür ki, daxil olmuş əməliyyat məlumatı əsasında narkotik tərkibli bitkilərin qanunsuz əkilib-becərilməsində şübhəli olan Təqsirləndirilən şəxs barəsində Lənkəran şəhər-rayon polis şöbəsinin əməkdaşları tərəfindən 30 sentyabr 2024-cü il tarixdə keçirilmiş əməliyyat tədbiri nəticəsində saat 17:54-dən etibarən yaşadığı Lənkəran rayonu, Sərinbulaq kəndində yerləşən evin həyətyanı sahəsinə iştirakı və icazəsi ilə baxış keçirilərkən Təqsirləndirilən şəxs həyətyanı torpaq sahəsində yerləşən ikimərtəbəli evin ətrafında olan torpaq sahəsində əkdiyi 22 ədəd tərkibində narkotik maddə olan çətənəyə bənzər kolları təqdim etmişdir. Torpaqda becərilmiş 22 ədəd çətənəyə bənzər bitkilərin hündürlükləri 80 sm-dan 4 m-dək olması aşkar olunmuşdur. Aşkar edilmiş 22 ədəd çətənəyə bənzər bitkilərin 03 ədəd sintetik kisədə qablaşdırılmış, təxmini çəkisi 14 kiloqram 885 qram təşkil etmişdir. Daha sonra Təqsirləndirilən şəxs özü əkin sahəsinin yanında 01 ədəd şəffaf salafanda qurudulmuş marixuanaya bənzər olan ümumi çəkisi 0.150 qram təşkil edən kütləni və tövlədə olan 01 ədəd sintetik kisədə olan qurudulmuş marixuanaya bənzər ümumi çəkisi 1240,0 qram təşkil edən kütləni təqdim etmişdir. Aşkar edilmiş qurudulmuş marixuanaya bənzər kütlələr qablaşdırılıb möhürlənərək götürülmüşdür. Şifahi sorğu sual zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş həmin tərkibində narkotik maddə olan çətənəyə bənzər kolları gələcəkdə istifadə etməsi üçün bəsləmişdir. (Cild 1, i.v 11-13;) İşdə olan, «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2024-cü il tarixli protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə həmin tarixdə saat 19:30-da şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, i.v 18-19;) İşdə olan, xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 18 radələrində Təqsirləndirilən şəxs məxsus Lənkəran rayonu Sərinbulaq kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinə keçirilən baxış zamanı torpaq sahəsindən aşkarlanmış hər birinin boyu 0,80 metrdən 4 metrə qədər hündürlükdə olan 22 ədəd çətənəyə bənzər bitkilərin toxumu 2024-cü ilin may ayının ortalarında torpağa səpilmişdir, həmin çətənəyə bənzər bitkilərə aqrotexniki qaydada qulluq edilmiş, dibi yumşaldılmış, gübrələnmiş, mütəmadi olaraq suvarma işləri aparılmışdır. Çətənəyə bənzər bitkilərin saylı 22 ədəd olması müəyyənləşdirildi. (Cild 1, i.v 38;) İşdə olan materialların məhkəmə ekspertizası, məhkəmə bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 19/680 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs qurudulmuş marixuana....” sözlər və imzalar olan bir ədəd bağlamadakı, ümumi təmiz çəkisi: -145,435 qram olan bitki mənşəlli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs qurudulmuş marixuana....” sözlər və imzalar olan bir ədəd kisədəki, 1 ədəd kisə bağlamada ümumi təmiz çəkisi: - 990,0 qram olan bitki mənşəlli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi sayı 46 ədəd olmaqla ümumi təmiz çəkisi: -155,0 qram olan kütlə çətənə bitkisinin yarpaq (gövdə, budaq və.s olmaqla) hissələridir. Tədqiqata təqdim edilmiş ümumilikdə 2 bükülü olmaqla, ümumi təmiz çəkisi: - 1135,435 qram olan marixuanalar orqanoleptik əlamətlərinə görə bir-birindən fərqlidirlər. Həmçinin tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs əkin....” sözlər və imzalar olan kisədəki, 01 (bir) ədəd, ümumi təmiz çəkisi: -870,0 qram olan yaş vəziyyətdə bitki nümunəsi əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisidir. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs əkin....” sözlər və imzalar olan kisədəki, ümumi sayı 09 (doqquz) ədəd ümumi təmiz çəkisi: -6155,0 qram olan yaş vəziyyətdə bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs əkin....” sözlər və imzalar olan kisədəki, ümumi sayı 12 (on iki) ədəd ümumi təmiz çəkisi: -3345,0 qram olan yaş vəziyyətdə bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş ümumi sayı 22 (iyirmi iki) ədəd, ümumi təmiz çəkisi: - 10370,0 qram olan çətənə (kannabis) bitkiləri bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Aqronom (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq olunmuşdur. Marixuana 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr” siyahısına daxildir (Siyahı İ). Qeyd: Marixuanın təmiz çəkisi -1135,435 qram, tədqiqata sərf edilmişdir -0,2 qram, qalıq -1135,235 qram. Çətənə bitkisinin hissələrinin çəkisi -155,0 qram, tədqiqata sərf edilmişdir -1,3 qram, qalıq -153,7 qram. Çətənə bitkisinin ümumi təmiz çəkisi -10370,0 qram, cəmi tədqiqata sərf edilmişdir - 2,2 qram, qalıq -10367,8 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 130 (bir yüz otuz) manat təşkil edir. (Cild 1, i.v 52-54;) İşdə olan, xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirləndiririlən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (Cild 1, i.v 61-62;) İşdə olan, xx.xx.2024-cü il tarixli, 4(049)-156/2024 nömrəli Lənkəran Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 30 sentyabr 2024-cü ildən hesablanmışdır. (Cild 1, i.v 80-84;) İşdə olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X12 X21 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 954 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər-hansı bir xəsarət aşkar edilməmişdir. (Cild 1, i.v 85-86;) İşdə olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər X2 X16 Yoxlamanın xx.xx.2024-cü il tarixli, 733 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Nakoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, i.v 88;) İşdə olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Şəhər X4 Hüquqi Şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3923 nömrəli məktubdan görünür ki, Cavadov X6 Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyil. (Cild 1, i.v 91;) İşdə olan, “maddi sübut kimi tanıma haqqında” 02 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 10370,0 qram olan yaş vəziyyətdə 22 ədəd çətənə (kannabis) bitkiləri, 1 ədəd şəffaf sellofana bükülmüş kütlə çətənə bitkisinin (yarpaq, gövdə, budaq və.s) hissələri, 1 ədəd Sintetik kisədə olan ümumi təmiz çəkisi 1135,435 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və CD diskdə videogörüntü maddi sübut qismində tanınmış, 22 ədəd qalıq çəkisi -10367,8 qram yaş vəziyyətdə olan çətənə (kannabis) bitkiləri, 1 ədəd şəffaf sellofana bükülmüş qalıq çəkisi -153,7 qram olan çətənə bitkisinin (yarpaq, gövdə, budaq və.s) hissələri, 1 ədəd sintetik kisədə olan qalıq çəkisi - 1135,235 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. (Cild 1, i.v 113-114;) İşdə olan, "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan, ona əlavə edilmiş bir ədəd diskdən və “CD” diskdə olan məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, **********8 adlı qovluğa baxış keçirilərkən sonuncu zəng tarixi kimi xx.xx.2024-cü il göstərilmiş, buna səbəb Təqsirləndirilən şəxs tutularkən istifadəsində olan telefonu təqdim etməməsi olmuşdur. (Cild 1, i.v 122-123; Cild 1, i.v 146) İşdə olan, xx.xx.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, istintaq zamanı təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs Lənkəran rayonu, Sərinbulaq kəndində yerləşən özünə məxsus həyətyanı torpaq sahəsinə baxış keçirilərkən aşkar edilmiş əkib-becərilməsi qadağan olunmuş 22 (iyirmi iki) ədəd, ümumi təmiz fəkisi - 10370,0 qram olan narkotik təbiətli çətənə bitkisinin ekspertizadan qaytarılmış -10367,8 ram qalığı, 1 ədəd bağlamadakı ümumi təmiz çəkisi -1135,435 qram olan narkotik vasitə kurudulmuş marixuananın ekspertizadan qaytarılmış -1135,235 qram qalığı, 1 ədəd torbadakı İmumi təmiz çəkisi -155,0 qram olan narkotik vasitə çətənə bitkisinin (yarpaq, budaq, gövdə və s. olmaqla) hissələrinin ekspertizadan qaytarılmış -153,7 qram qalığı, 01 (bir) ədəd “baxış və gotürmə” istintaq hərəkətini əks etdirən videogörüntünün olduğu DVD disk maddi sübut qismində tanınması nəzərə alınmış, cinayət prosesində iştirak edən şəxslər cinayət işinin materialları ilə tanış olduqdan sonra narkotik tərkibli çətənə (kannabıs) bitkiləri, saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, 01 (bir) ədəd DVD diskdə videogörüntü cinayət işinin materiallarında saxlanılmışdır. (Cild 1, i.v 147-154;) İşdə olan, xx.xx.2025-ci il tarixli, 4(049)-4/2025 nömrəli Lənkəran Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddətinin uzadılmasına dair təqdimat təmin edilməmişdir. (Cild 1, i.v 186-189;) İşdə olan, xx.xx.2025-ci il tarixli, 4(106)-15/2025 nömrəli Şirvan Apellyasiya Məhkəməsinin qərarından görünür ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(049)-4/2025 nömrəli qərarı ləğv edilmiş, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti xx.xx.2025-ci il tarixədək uzadılmışdır. (Cild 3, i.v 02-08;) İşdə olan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxsin müdafiə hüququ pozulduğundan cinayət işinin baxılmasına xitam verilərək ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilmişdir. (Cild 2) İşdə olan, “Cinayət işinin icraata qəbul edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Lənkəran ŞRPŞ-nin İB-nin müstəntiqi, polis mayoru Aqşin Axundov tərəfindən ********* nömrəli cinayət işinin icraata qəbul edilməsi və ibtidai istintaqın aparılması qərara alınmışdır. (Cild 3, i.v. 10-12;) İşdə olan, “sübutların əlavə qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.2.3-cü maddələri ilə yenidən ittiham elan edilmiş, narkotik vasitə hesab edilməyən 46 ədəd ümumi təmiz çəkisi: -155,0 qram olan çətənə bitkisinin (yarpaq, gövdə, budaq və sair olmaqla) hissələri ittihamdan xaric edilmiş və iş üzrə maddi sübutların siyahısından çıxarılmişdir. (Cild 3, i.v. 66-74;) İşdə olan, “təqsirləndirilən şəxsə yenidən ittihamın elan edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan olunmuş ittihama əlavələr edilərək o, Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə nəzərdə tutulmuş yenidən ittiham elan edilmişdir. (Cild 3, i.v. 81-82;) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiəsi üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Belə ki Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün aşağıdakı dəlilləri irəli sürmüşdür: Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində çətənə kollarını əkdiyi yerdə xiyar şitilindən asılmış sellofan torbadakı kütlənin qurudulmuş marixuana olmadığını, torbanın içərisində Şahid1 tərəfindən çətənə kollarından yığılmış yaş vəziyyətdə çətənə kollarının hissələrinin olduğunu, həmin sellofan torbanın Şahid1 tərəfindən xiyar şitilindən asıldığını bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin yuxarıda göstərilən özünü müdafiə üçün gətirdiyi dəlilə münasibət bildirərək qeyd edir ki, xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi və əşyanın götürülməsi haqqında” protokola əlavə edilmiş CD diskin yaddaşına köçürülmüş videogörüntülərdən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran rayonu, Sərinbulaq kəndində yerləşən evinin həyətyanı sahəsinə baxış keçirilərkən 21 (iyirmi bir) ədəd çətənə kollarının əkildiyi yerdə xiyar şitilindən asılmış sellofan torba aşkar edilir. Baxış keçirən Lənkəran ŞRPŞ-nin təhqiqatçısı tərəfindən sellofan torbanın açılıb içinə baxılması videogörüntülərdə əks olunmasa da, həmin sellofan torba baxışda iştirak edən şəxslərin iştirakı ilə müvafiq qaydada qablaşdırılaraq götürülür. Bu proses zamanı Təqsirləndirilən şəxs həmin sellofan paketdəki kütlənin ona məxsus olmaması və ya həmin sellofan paketin Şahid1 tərəfindən xiyar şitilindən asılması barədə hər hansı etirazını bildirmir. Eləcə də, cinayət işi materiallarında olan xx.xx.2024-cü il tarixli 19/680 nömrəli ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs qurudulmuş marixuana....” sözlər və imzalar olan bir ədəd bağlamadakı, ümumi təmiz çəkisi: -145,435 qram olan bitki mənşəlli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Məhkəmə xüsusi olaraq vurğulayır ki, Təqsirləndirilən şəxs qeyd etdiyi kimi aşkar edilmiş sellofan paketin içərisindəki kütlələr həmin gün Şahid1 tərəfindən çətənə kollarından yığılmış hissələr (yarpaq) olmuş olsaydı təbii şəraitdə 7-14 gün ərzində quruma prosesi keçən (çətənə bitkisi hissəsinin quruyaraq qurudulmuş marixuanaya çevrilməsi) çətənə bitkisinin hissələrinin ekspert tərəfindən bir gün sonra qurudulmuş marixuana kimi qiymətləndirilməsi mümkün ola bilməzdi. O cümlədən, Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi ilə əlaqədar məsələyə Lənkəran rayon məhkəməsində baxılarkən yaşadığı evin həyətyanı sahəsindəki tövlədən aşkar edilmiş kütlənin yararsız olduğunu, qurudulmuş marixuana olmadığını bildirsə də, sellofan paketdə aşkar edilmiş kütlənin ona məxsus olmadığını mübahisələndirməmişdir. Bu hal onu göstərir ki, Təqsirləndirilən şəxs qeyd etdiyi halı mübahisələndirmək, etirazını bildirmək üçün kifayət qədər imkanı olsa da, o həmin halı mübahisələndirməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs özünü müdafiə üçün gətirdiyi digər dəlilə yaşadığı evin həyətyanı sahəsində olan tövlədən aşkar edilmiş bir ədəd sellofan torbadakı kütlənin qurudulmuş marixuana olmaması, həmin kütlənin yararsız hala düşmüş çətənə bitkisinin hissələri olması ilə bağlı göstərdiklərinə məhkəmə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-240-cı maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və təqsirli bilinməsi məsələsi həll edilərkən cinayətin predmetinin narkotik vasitə, psixotrop maddə, prekursor, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddə olmasının, onların tibbi məqsədlər üçün istifadəyə yararlı olubolmamasının, bitkilərin tərkibində narkotik maddələr olan bitkilər olmasının aydınlaşdırılması üçün xüsusi biliklər tələb edildiyindən, həmin məsələlər üzrə müvafiq ekspertizanın keçirilməsi zəruridir. Predmetin məhz narkotik vasitə və ya yuxarıda göstərilən hər hansı maddə olması, bitkinin tərkibində isə narkotik maddələr olması, habelə onların miqdarı dəqiq müəyyən edilmədikdə (bu barədə ekspert rəyi olmadıqda) şəxs bunlar barədə yalnız ehtimallar əsasında CM-in yuxarıda göstərilən maddələri ilə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Cinayət işi materiallarında olan xx.xx.2024-cü il tarixli 19/680 nömrəli ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs qurudulmuş marixuana....” sözlər və imzalar olan bir ədəd kisədəki, 1 ədəd kisə bağlamada ümumi təmiz çəkisi: -990,0 qram olan bitki mənşəlli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Yuxarıda göstərilən eskpert rəyindən eləcə də, məhkəmədə əlavə şahid qismində dindirilmiş ekspert Zamin Vəliyevin ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində tövlədə aşkar edilmiş bir ədəd polietilen torbadakı kütlə ekspert tərəfindən tədqiq edilmiş, həmin kütlənin tərkibində THK miqdarı cüzi olan hissəsi (155,0 qram) ayrılmış, tədqiqat nəticəsində yerdə qalan 990,0 qram hissəsinin qurudulmuş marixuana olması müəyyən edilmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs özünü müdafiəsi üçün gətiridiyi dəlilləri cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla qarşılıqlı təhlil edərək hesab edir ki, onun özünü müdafiə üçün gətirdiyi dəlillər cinayət işi materiallarında olan sübutlarla tam təkzib olunaraq obyektiv gerçəkliyi əks etdirmədiyindən əsassız hesab edilməli, təqsirləndirilən şəxsin subyektiv mülahizəsinə əsaslanan cinayət məsuliyyətini yüngülləşdirməyə yönəlmiş özünü müdafiə taktikası kimi qiymətləndirilməlidir. “X10 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir.Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçiləri ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhlərinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər vermiş və onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Müdafiə tərəfi (təqsirləndirilən şəxslər və onların müdafiəçiləri) təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamı mübahisələndirsələr də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməllərinin tövsifi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə cinayət məsuliyyətini müəyyən edir. Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi Azərbaycan Respublikası CMnin 237.2.1-ci maddəsi qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə şəklində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etməyə görə cinayət məsuliyyətini müəyyən edir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Siyahıların İ siyahısının 109.1-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə qurudulmuş marixuananın xeyli miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar daxil olmaqla aşağı həddi 500 qram və xüsusilə külli miqdar daxil olmaqla aşağı həddinin isə 50000 qram olması müəyyən edilmişdir. Həmin Qanunla təsdiq edilmiş Siyahıların İİİ siyahısının 1.2-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik xassəli çətənə bitkisinin xeyli miqdarı 3- 15 ədəd, külli midarının aşağı həddinin 16 ədəd olması müəyyən edilmişdir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası 25 iyun 2005-ci il tarixli Qanunun tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd edilən plenum qərarında yuxarıda təsvir olunan halların, o cümlədən narkotik vasitənin miqdarının ayrıca olaraq deyil, “başqa sübutlarla yanaşı” nəzərə alınması vurğulanmışdır. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə müəyyən olunmuşdur. Həmin Plenum qərarının 5-ci bəndində göstərilmişdir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn, könüllü gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn, qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan cinayət başa çatmış hesab edilir. Odur ki, bu əməl üzrə istintaq və məhkəmə aidiyyəti məsələsi həmin hallar, yəni o cümlədən cinayətin əməliyyat-axtarış tədbirinin gedişində şəxsin saxlanılıb müvəkkil edilmiş şəxsin nəzarəti altına keçməsi anında və yerində başa çatmış olması nəzərə alınmaqla həll edilməlidir. Qanunun 1.0.10-cu maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, yuxarıdakı narkotik vasitələrin (psixotrop maddələrin) saxlanmasına dair izahları eynilə narkotik vasitələrin və ya psixotrop maddələrin prekursorlarına da şamil etmək mümkündür. Həmin Plenum qərarının 6-cı bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsinə dair izah Qanunun 1.0.8ci maddəsində təsbit edilmişdir. Qanunun 1.0.8-ci maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, normanın mənasına görə istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və ya psixotrop maddələrin, habelə onların prekursorlarının sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Narkotik vasitəni (psixotrop maddəni) göndərən şəxsin əməli, vasitənin (maddənin) təyinat yerinə çatdırılıbçatdırılmamasından asılı olmayaraq, aparılması üçün (məsələn, poçt şöbəsinə, yükdaşıma fəaliyyətini həyata keçirən subyektə, cinayətdən xəbərsiz olan şəxsə) təhvil verildiyi andan başa çatmış cinayət hesab edilir. Üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Həmin Plenum qərarının 8-ci bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Həmin Plenum qərarının 9-cu bəndində göstərilmişdir ki, Cinayət Mcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Plenum qərarının 19-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-nin 237-ci maddəsində işlədilən narkotik xassəli, yəni tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyasının anlayışının şərhi Qanunun 1.0.6-cı maddəsində verilmişdir. Məhkəmələrə izah olunsun ki, şərh olunan cinayətin predmeti, əkilməsi, yerləşdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİ – qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər). Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayətin həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs külli miqdarda tərkibində narkotik maddələr olan çətənə bitkilərini kultivasiya etməsi ittiham tərəfindən tam sübuta yetirilsə də, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə verilmiş ittiham öz təsdiqini tapmamışdır. Belə ki, cinayət işi materiallarında olan xx.xx.2024-cü il tarixli Şahid1 tərəfindən tərtib olunmuş raportdan da görünür ki, əməliyyat məlumatı Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə bitkilərini kultivasiya etməsi barədə olmuş, onun narkotik vasitələrin satışı ilə bağlı polis orqanında hər hansı məlumat olmamışdır. Göstərilən halı əməliyyat tədbirinə rəhbərlik etmiş Şahid1 məhkəmə istintaqı zamanı ifadəsində təsdiq etmişdir. Eləcə də, cinayət işi üzrə ibtidai istintaq zamanı şəxsin istifadəsində olan mobil nömrə ilə bağlı məlumatlar əldə edilsə də, həmin məlumatlarda onun narkotik vasitələrin satışı ilə məşğul olmasına dəlalət edən hər hansı bir məlumat aşkar edilməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs məhkəmə istintaqı zaman, eləcə də ibtidai istintaq zamanı ifadələrində narkotik vasitələrin satışı ilə məşğul olmadığını, 38 il ərzində narkotik vasitə qurudulmuş marixuanadan istifadə etdiyini, həyətyanı sahəsində çətənə bitkilərini qurudulmuş marixuanaya olan tələbatını ödəmək üçün əkib-yetişdirdiyini, sutka ərzində üç-dörd dəfə qurudulmuş marixuanadan istifadə etdiyini bildirmişdir. Eləcə də, işdə olan ambulator məcburi narkoloji yoxlamanın da rəyindən görünür ki, təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromundan – narkomaniya xəstəliyindən əziyyət çəkir. Beləliklə istintaq orqanı yalnız aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın çəkisinin külli miqdarın aşağı həddindən təxminən 2,2 dəfə çox olmasına istinad edərək şəxsin həmin narkotik vasitəni məhz satış məqsədilə əldə edib saxladığı qənaətinə gəlmişdir. Məhkəmə cinayət-prosessual qanunvericiliyin müddəalarının tələblərinə əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı həm sübutlar, həm də hüquqi tövsif baxımından sübuta yetirmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin ona qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlini törətməkdə təqsiri ehtimalla deyil, yalnız mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutların məcmusuna əsasən müəyyən edilməlidir. Həmin ittihamın sübut olunmasında digər sübutlarla aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. İş üzrə ibtidai istintaq orqanı tərəfindən X8 qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama və daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində isə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edilən cinayət-prosessual qanunvericiliyin müddəaları və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsaslanaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı verdiyi ifadələrində həyətyanı sahəsində yerləşən tövlədə aşkar edilmiş qurudulmuş marixuananın şəxsi istifadə məqsədi ilə əldə etməsi, saxlaması, həmin kütləyə dair satış niyyətinin olmaması barədə irəli sürdüyü dəlili əsaslı hesab edir. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrıayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1 və 237.2.3-cü maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməllərini törətməsi özünün məhkəmə istintaqı və ibtidai istintaqı zamanı verdiyi qismən etirafedici ifadələri ilə yanaşı, məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş şəxslərin, əlavə şahid qismində dindirilmiş ekspertin ifadələri, “baxış keçirilməsi və götürlə aparılması haqqında” 30 sentyabr 2024-cü il tarixli protokol, ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülər, digər istintaq hərəkəti protokolları, məhkəmə ekspertizasının 01 oktyabr 2024-cü il tarixli, 19/680 nömrəli, 04 oktyabr 2024-cü il tarixli 733 nömrəli rəyləri, digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış tərkibində narkotik maddələr olan çətənə bitkiləri və qurudulmuş marixuana yəni, toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsində 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamədən və cinayət işi materiallarına əlavə edilmiş Lənkəran rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(049)-211/2023 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (Cild 1, i.v. 93-95, 108-112;) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Ədalət oğlu xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək 01 il 03 ay 22 gün azadlığın məhdudlaşdırılması cəzasını çəkmiş, cəzasının çəkilməmiş 01 il 02 ay 04 günü qalmışdır. (Cild 1, i.v. 138;) - Lənkəran şəhər İcra hakimiyyəti başçısının Xanbulan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 20 oktyabr 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi həyat yoldaşı X9, qızı X11 (xx.xx.2003) və oğlu X5 (xx.xx.2005) ibarətdir. (Cild 1, i.v. 105;) - Lənkəran şəhər İcra hakimiyyəti başçısının Xanbulan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 20 oktyabr 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. (Cild 1, i.v. 106;) Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzalarını çəkib qurtardıqdan 1 (bir) il keçdikdən sonra məhkumluq ödənilmiş sayılır. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir, lakin həmin Məcəllənin 18.4.4-cü maddəsinə əsasən (azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş məhkumluqlar residiv kimi nəzərə alınmır) onun əməlində cinayətlərin residivi yoxdur. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Bununla əlaqədar məhkəmə kollegiyası cəza təyin edərkən Təqsirləndirilən şəxs yaşını, sağlamlıq vəziyyətini, törətdiyi cinayət əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini nəzərə alır. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-1 və 237.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın aşağı həddə təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi Azərbaycan Respublikası CM-nin 234.1-1 və 237.2.3-cü maddələri ilə ona hər bir cinayət əməli üzrə ayrılıqda azadlıqdan məhrum etmə cəzası təyin edilməli, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Cinayət Qanununun bu tələbi baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki hökm üzrə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası Lənkəran rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(049)-211/2023 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təyin olunmuş 02 il 06 ay azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 (bir) il 02 (iki) ay 04 (dörd) gün hissəsi ilə Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla (iki gün azadlığın məhdudlaşdırılması cəzası bir gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla) qismən birləşdirilməlidir. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 01 (bir) il 02 (iki) ay 04 (dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası 07 (yeddi) ay 02 (iki) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulur. Məhkəmə həmçinin təqsirləndirilən şəxslərin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir. Azərbaycan Respublikası CM-nin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri ağır cinayətlər kimi təsnif edilmişdir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 30 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsi tətbiq edilməklə və “ambulator X16 yoxlama”nın xx.xx.2024-cü il tarixli 733 nömrəli rəyi nəzərə alınaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi Narkoloji kabinetində qeydiyyata alınmalıdır. Məhkəmə, CPM-in 99-1.2-ci maddəsinə əsasən, qeyd edir ki, hazırkı cinayət işi üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 10367,8 qram olan 22 (iyirmi iki) ədəd tərkibində narkotik maddələr olan çətənə bitkiləri və ekspert tədqiqatından sonra qalıq çəkisi 1135,235 qram olan qurudulmuş marixuana məhv edilməli, əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsini özündə əks etdirən 1 (bir) ədəd CD disk hazırkı cinayət işinin materiallarında saxlanılmalıdır. CPM-nə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, CPM-nin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 130 (bir yüz otuz) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmiş və üzərinə həbs qoyulmuş əmlak yoxdur. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 52-1, 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası və Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 3 (üç) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Lənkəran rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(049)-211/2023 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təyin olunmuş 02 il 06 ay azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 (bir) il 02 (iki) ay 04 (dörd) gün hissəsi Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən həmin cəzanın iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla 07 (yeddi) ay 02 (iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin olunmuş 3 (üç) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 30 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 130 (bir yüz otuz) manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınaraq Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 10367,8 qram olan 22 (iyirmi iki) ədəd tərkibində narkotik maddələr olan çətənə bitkiləri və ekspert tədqiqatından sonra qalıq çəkisi 1135,235 qram olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış, əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsini özündə əks etdirən 1 (bir) ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə qanunla müyyən edilmiş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin onlara verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelly asiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavanşir Nəbiyev Hakimlər: Neymət Məmmədov Esmira Məmmədova
Məhkəmə qərarları › İş №1(099)-282/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-282/2025
03.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver