Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-283/2024 29.02.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Hüseynov Nahid Nəsir oğlu (sədrlik edən), Məmmədov Neymət Hüsən oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1979-cu ildə Əli-Bayramlı (hazırda Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali-hərbi təhsilli, təqaüdçü, işləməyən, azərbaycanlı, subay, məhkum olunmamış, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, DSX hərbi şəhərciyində qeydiyyatda olmaqla Şirvan şəhəri, Əzizbəyov küçəsi ev 30-da yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 07 avqust 2023-cü il tarixdə, saat 21 radələrində yaşadığı ünvan 1 ünvanında qardaşı Zərərçəkmiş şəxs ilə birlikdə spirtli içki içdikdən sonra o, Zərərçəkmiş şəxs arvadı Şahid1 ilə birlikdə siqaret və su almaq məqsədilə evdən çıxıb Şirvan şəhər ərazisinə getmiş, geri qayıdan zaman onların evə gec qayıtmaları səbəbindən həmin gün saat 23:40 radələrində küçədə şəxsi münasibətlər zəminində aralarında yaranmış və yaşadıqları ünvanın həyətində davam edən mübahisə zamanı Zərərçəkmiş şəxs ona qarşı nalayiq ifadələr işlədərək, sifət nahiyəsinə yumruqla vurmaqla və əlində olan stəkanı ona atmaqla “alının sağ yarısında, burunun sağ yan səthində, sağ dirsəkdə, sağ saidin yuxarı 1/3-də sıyrıqlar, sağ qaşda səthi dəri cırılması” ilə müşaiyət olunan sağlamlığa zərər vurmamaqla dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirdikdən sonra yaşadığı evdən götürüb əlində saxladığı zavod üsulu ilə hazırlanmış, məişət təyinatlı, deşici-kəsici xassəyə malik olan mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs kürək nahiyəsindən qəsdən bir dəfə zərbə endirərək ona “döş qəfəsinin sol tərəfinin daxilə keçən kəsilmiş-deşilmiş yarası, sol ağciyərin yuxarı payının zədələnməsi, hemopnevmotoroks hemorragik şok, İİ-İİİ-cü mərhələ” xəsarəti ilə müşaiyət olunan insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən xəsarət yetirərək Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, baş verəcək hadisənin qarşısını almaq üçün lazımı tədbirlər görmüş, belə ki, hadisədən əvvəl DİN-in 102 zəng mərkəzinə zəng edərək, qardaşı ilə mübahisə etməsi və kömək istəməsi barədə məlumat vermişdir. Hadisə ilə bağlı bildirmişdir ki, 07 avqust 2023-cü il tarixlərdə axşam saat 21 radələrində qardaşı Zərərçəkmiş şəxs evində onunla yeyib-içmiş, həmin vaxt yanlarında qardaşı, qardaşının yoldaşı, qızı, öz qızı və anası olmuşdur. Saat 23 radələrinədək birlikdə olmuş, sonra isə gedib mağazadan siqaret aldıqdan sonra öz evinə gedəcəyini bildirmiş, həmin vaxt yay vaxtı olduğundan qardaşının yoldaşı Lamiyə də onunla gedib su almaq istədiyini bildirmiş, Səfər də ona icazə vermişdir. Səfərin yoldaşı ilə birlikdə evdən çıxmış, Şirvan şəhərində “dəmiryolu” stansiyası deyilən yerdə Kapital Banka aid bankomat işləmədiyindən pul çıxarmaq üçün oradan 500-600 metr aralıda “Şirvan Oil” adlanan yerdə olan bankomata gedib pul çıxarıb, sonra isə mağazaya girib geri qayıdan vaxtı qardaşı ona zəng vurmuş, telefonu Lamiyəyə vermiş, Səfər ondan niyə gec qayıtdığını soruşmuş, o, isə bankomatın işləmədiyini, başqa bankomata gedib pul çıxarıb qayıtdıqlarını izah etmiş, həmin vaxt küçə qapısına çatmağa təxminən 15 metr qalmış qardaşı Səfərlə rastlaşmış, həmin vaxt mübahisə yaranmış, Səfər onun üstünə hücum etmiş, bu zaman da Səfərin yoldaşı çıxıb getmişdir. Səfər yoldaşını tapa bilmədiyindən evə qayıdıb yenidən mübahisə yaratmış, buna görə də o, DİN-in 102 xidməti zəng mərkəzinə zəng edərək cəzaçəkmə müəssəsindən yeni çıxan qardaşı Zərərçəkmiş şəxs içkili halda münaqişə yaratması barədə məlumat verib polis əməkdaşlarını köməyə çağırmışdır. Həmin zəngi 23:30 radələrində etmiş, 20-25 dəqiqə keçməsinə baxmayaraq heç kim gəlməmiş, bu müddət ərzində həyətdə qardaşı ilə tutuşmuş, bu zaman yerə yıxılıb xəsarət də almış, sonra isə ayağa qalxıb evinə getmiş və qardaşına da yatmağı və səhər söhbət etməyi tövsiyyə etmişdir. Evinə getdikdən sonra geri qayıtmaq fikri olmamış, lakin Səfər ağır söyüşlər söydüyündən dayana bilməyib evdən çıxmış, həmin vaxt da evdən bıçaq götürmüş, lakin bıçaqla birbaşa onun üzərinə getməmiş, sadəcə onun yanına gəlib ona gedib yatmağı tövsiyyə etmiş, Səfər isə stolun üstündən stəkanı götürüb sındırıb həmin sınıq şüşə ilə ona hücum etməyə başlamış, bu zaman da məcbur qalıb bıçağı əlinə götürmüş, onu hədələmiş, həmin vaxt da Səfər əlindəki stəkanı onun başına çırpmış və xəsarət almışdır. Bu zaman Səfər üstünə gəlmiş, onunla tutaşmış, süpürləşmişlər. Həmin vaxt da bıçaq Səfərə girmiş və Səfər xəsarət almışdır. Hadisədən sonra həmin yerdən uzaqlaşmış, uşağını götürüb anasına təhvil vermiş, sonra evə gəlib paltarını dəyişdikdən sonra Şirvan Şəhər Polis Şöbəsinə getmiş, əməlini etiraf etmiş, istintaq zamanı da səmimi ifadə verərək istintaqa köməklik etmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, qardaşı arvadı Lamiyə yoldaşından icazə alıb onunla getmiş, hansı səbəbdən su almağı ona tapşırmadığını bilməmişdir. Qardaşı narkotik maddələrlə bağlı cinayətə görə cəza çəkmişdir. Lamiyyə ilə mağazaya gedib-qayıtmağı gec olduğundan Səfər onunla mübahisə etmiş, gec gəlmələrinin səbəbini də Səfərə izah etmişdir. Su və siqaret alıb evə qayıtdıqdan sonra Səfərlə aralarında iki dəfə dava olmuşdur. Birinci dəfə üstündə bıçaq olmamış, lakin sonradan evdən bıçaq götürmüşdür. Birinci dəfə dava edərkən Səfərin əlində bıçaq olmuş, həmin bıçağı anası əlindən almışdır. İkinci mübahisə zamanı Səfərin əlində bıçaq olmamış, lakin stolun üstündə olan stəkanı sındırıb ona xəsarət yetrimək istəmişdir. Həmin vaxt mübahisə edərkən yerə yıxılmış, həmin vaxt da bıçaq qeyri-ixtiyari olaraq Səfərə batmışdır. Bıçağı da Səfəri qorxutmaq və özünü müdafiə etmək məqsədi ilə götürmüşdür. Səfərlə onun evi arasında 30-50 metr məsafə olmuşdur. Səfərlə mübahisə etdikdən sonra evinə getmiş, lakin Səfər ağır sözlər dediyi üçün evindən çıxmış, həmin vaxt da özünü müdafiə etmək məqsədi ilə özü ilə bıçaq götürmüşdür. Səfərin dediyi sözlərdən sonra evdən çıxıb Səfərin yanına getməkdə məqsədinin nə olmasını izah edə bilmir. Həmin mübahisə vaxtı Səfər anasına bildirmişdir ki, guya o, Lamiyyə ilə narkotik almağa getmişdir. Lakin o, Səfərə izah etmişdir ki, o cəzaçəkmə müəssəsində olduğu vaxtlarda Lamiyəni narkotik çəkməyə qoymamış, onu sağaltmışdır, belə olan halda isə heç vaxt Lamiyə ilə narkotik almağa getməzdi. Özü də heç vaxt narkotik istifadə etməmişdir. Təqsirləndirilən şəxs son sözündə əməlindən peşman olduğunu, azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışdığını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs verdiyi ifadəsinə uyğun ifadə verərək göstərdi ki, 07 avqust qadaşı ilə birlikdə evində oturub yeyib içmişlər. Sonra isə Məmməd siqaret almaq üçün mağazaya getdiyini bildirmiş, yoldaşı Lamiyə də su almaq üçün mağazaya Məmmədlə getmək istədiyini bildirmiş və o, da icazə vermişdir. Lamiyə və Məmməd evdən çıxmışlar, lakin 30 dəqiqədən çox vaxt keçməsinə baxmayaraq evə qayıtmamışlar, buna görə də Lamiyənin telefonu ilə Məmmədə zəng edib harda olduqlarını soruşmuş, onlar isə kartdan pul çıxardıqlarını buna görə də gecikdiklərini bildirmiş, bundan sonra Məmməd həyətə gələndə aralarında mübahisə olmuş, bir-biri ilə tutaşmışlar. Həmin vaxt içkili olmuş, əlində olan stəkanı Məmmədə vurmuşdur. Həmin vaxt Məmməd də içkili olmuşdur, Məmmədin evdən bıçaq gətirməsini, onu vurmasını bilməmişdir. Səhərisi gün xəstəxanada ayılanda Məmmədin onu vurduğunu bilmişdir. Həmin vaxt Məmmədlə tutaşıb yıxılan zaman bıçaq ona batmışdır. Hazırda qardaşından heç bi şikayəti yoxdur. Hadisə də tam yadında qalmamışdır. Zərərçəkmiş şəxs həmçinin Təqsirləndirilən şəxsla barışdığını, ona qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirib, ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 07 avqust 2023-cü il tarixdə həyat yoldaşı Səfər və qaynı Məmməd evdə yeyib içmişlər. Daha sonra Məmməd siqaret almaq üçün mağazaya getmiş, o, da yoldaşından icazə alıb Məmmədlə getmiş, yolda bankomat işləmədiyindən digər bankomatdan pul çıxarmış, buna görə də yolları uzanmışdır. Buna görə də Səfər Məmmədə zəng vurub bu vaxtadək harda olduqlarını soruşmuş, Məmməd də ona bankomatdan pul çıxardıqları üçün gecikdiklərini bildirmiş, evə çatana kimi Səfərin mübahisə, dava saldığını görüb həmin yerdən uzaqlaşıb qardaşına zəng etmiş, qardaşı da gəlib onu evinə aparmış, buna görə də həmin hadisə barədə heç bir məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 07 avqust 2023-cü il tarixdə oğlanları Səfər və Məmməd həyətlərində yeyib içmişlər, sonra Məmməd və Səfərin yoldaşı Lamiyə mağazaya gedib-gəlmiş, buna görə Səfərlə Məmməd arasında mübahisə yaranmış, onları araladıqdan sonra evə girmiş, sonra yenə də Səfər və Məmmədin bir-biri ilə tutaşdıqlarını və yerə yıxıldıqlarını görmüşdür. Lakin həmin vaxt Səfərin əlində hər hansı bıçaq olmasını, Məmmədin Səfəri bıçaqla vurmasını görməmişdir. X3 bıçaqla vurduğunu bilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; - 08 avqust 2023-ci il tarixli raportdan görünür ki, həmin gün saat 00:20-də Şirvan ŞMX-dən Şirvan ŞPŞ-yə Zərərçəkmiş şəxs “döş qəfəsinin kəsilmiş-deşilmiş yarası, daxilə keçən” diaqnozu ilə xəstəxanaya daxil olması barədə məlumat verilmişdir. (i.v. 4) - “götürmə aparılması” haqqında 08 avqust 2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Məmməd oğlunu vurduğu bıçağı təqdim etmiş və iş üçün sübut əhəmiyyətli olduğundan həmin bıçaq götürülmüş və baxışı aparılmışdır. ( i.v. 15-18) - “cinayət törətdikdə şübhə yarandıqda şəxsin tutulması haqqında” 08 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 10:20 dəqiqədə Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 28) - “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs müayinə edilmiş və müvafiq cihaz olmadığından narkoloqun müayinəsi məsləhət görülmüşdür. (i.v. 38) - “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 09 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. ( i.v. 47-48) - Şirvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il traixli, 4(032)-234/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. (i.v. 63-67) - “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 10 avqust 2023-cü il tarixli protokol və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ifadəsində bildirdikləri halları hadisə yerində göstərmişdir. (i.v. 70-78) - “zərərçəkmiş şəxs qismində tanıma haqqında” 10 avqust 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. (i.v. 80) - məhkəmə-tibbi ekspertizasının 11 avqust 2023-cü il tarixli, 400 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar olunan xəsarətlər – alının sağ yarısında, burunun sağ yan səthində, sağ dirsəkdə, sağ saidin yuxarı 1/3-də sıyrıqlar, sağ qaşda səthi dəri cırılması – küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 08 avqust 2023-cü il tarixdə əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmadıqlarına görə dərəcələri təyin edilmir. (i.v. 93-94) - məhkəmə-tibbi ekspertizasının 27 sentyabr 2023-cü il tarixli, 398 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarətlər – döş qəfəsinin sol tərəfinin daxilə keçən kəsilmiş-deşilmiş yarası, sol ağciyərin yuxarı payının zədələnməsi, hemopnevmotoroks hemorragik şok, İİ-İİİ-cü mərhələ - iti xassəyə malik alət (əşya) təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 07 avqust 2023-cü il tarixdə kənar şəxs tərəfindən bıçaqla yetirilə bilərdi. Döş qəfəsinin sağ yarısında aşkar olunan və yuxarıda təsvir olunan digər xəsarətlər – çapıqlar tibbi manipulyasiya zamanı yetirilmişdir. Ağırlıq dərəcələrinə görə, qeyd olunan xəsarət həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. (i.v. 120-122) - Məhkəmə-tibbi bioloji ekspertin xx.xx.2023-cü il tarixli 701/2023-MTBŞ saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu: B alfa (İİİ). Ekspertizaya təqdim olunmuş bıçaq üzərində insan qanı ləkələri aşkar olundu. Qan ləkələrinin ABO sistemi üzrə qrupu tədqiq olunduqda yalnız B antigeni alındı. Həmin qan ləkələri ABO sistemi üzrə B (İİİ) qruplu şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs məxsus ola bilər. (i.v. 151-155) - Məhkəmə-kriminalistik ekspertin xx.xx.2023-cü il tarixli 524-2023/MTKŞ saylı rəyinin nəticəsi hissəsində göstərilmişdir ki, ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış, məişət təyinatlı, deşici-kəsici xassəyə malik mətbəx bıçağıdır və soyuq silah hesab olunmur. Bıçağın üzərində sonradan onun təyinatını dəyişdirən heç bir əlavə və dəyişiklik edilməmişdir. (i.v. 157-160) - Şirvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il traixli, 4(032)-305/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 20 gün müddətinə - 28 dekabr 2023-cü ilədək uzadılmışdır. (i.v. 170-173) - “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” 28 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. ( i.v. 192-193) Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla qəsdən vurmadığını, Səfərlə tutuşub mübahisə edərkən yerə yıxılan zamanı əlindəki bıçağın ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs batması barədə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq törətdiyi cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Təqsirləndirilən şəxs tərəfindən qeyd edilən ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin faktiki hallarına uyğun gəlmədiyindən habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadələri inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Belə ki, təqsirləndirlən şəxs müdafiəçisinin iştirakı ilə verdiyi şübhəli və təqsirləndirilən şəxs qismində ilkin və sonrakı ifadələrində yerdə qardaşı Səfər ilə əlbəyaxa olan zaman Səfərin ona əl-qol atdığını, bundan bərk əsəbləşib, sağ əlindəki bıçaqla Səfərin kürəyindən bir dəfə vurduğunu, həmin vaxt Səfərin belindən qan axdığını görüb ayağa qalxdığını və Səfərə baxa-baxa geri çəkildiyini bildirmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında ilkin olaraq küçədə mübahisə baş vermiş, mübahisə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs nalayiq ifadələrlə söymüş və yumruqla vurmuş, bundan sonra mübahisə yaşadıqları ünvanda davam etmiş, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs vurduqdan sonra Təqsirləndirilən şəxs baş vermiş hadisədən yayına biləcəyi halda bunu etməyərək evdən bıçaq götürüb Səfərin yanına qayıtmış və ona “döş qəfəsinin sol tərəfinin daxilə keçən kəsilmiş-deşilmiş yarası, sol ağciyərin yuxarı payının zədələnməsi, hemopnevmotoroks hemorragik şok, İİ-İİİ-cü mərhələ” xəsarətini yetirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdən bıçaq götürüb Zərərçəkmiş şəxs yanına qayıdan zaman məqsədi sonuncunu ona qarşı nalayiq ifadələr işlətməsi və onu vurması səbəbindən qisas almaq məqsədi ilə qəsdən vuraraq xəsarət yetirməsi olmuşdur. Beləliklə məhkəmə istintaqı zamanı tədqiq etdiyi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirən məhkəmə kollegiyası cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanaraq Zərərçəkmiş şəxs sağlamlığına yetirilən xəsarətlə bağlı əməlin tövsifinə dair ibtidai istintaq orqanının gəldiyi qənaətlə razılaşır və Təqsirləndirilən şəxs qarşı CM-in 126.1-ci maddəsi ilə irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsində qəsdən sağlamlığa ağır zərər vurma əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini qəsdən törətmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmənin müəyyən etdiyi ictimalitəhlükəli hərəkətləri törətməsi və bunun müvafiq nəticələrə səbəb olması əməlində Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətini yaratmışdır. Məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CPM-in) 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı özünün verdiyi etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs, eləcə də şahidlər Şahid1 və Şahid2 ifadələri ilə, cinayət işi materiallarında olan “baxış keçirilməsi və götürmə aparılması” haqqında 08 avqust 2023-cü il tarixli, “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 10 avqust 2023-cü il tarixli protokollar, məhkəmə-tibbi ekspertizasının 11 avqust 2023-cü il tarixli, 400 saylı, 27 sentyabr 2023-cü il tarixli, 398 saylı, məhkəmə-tibbi bioloji ekspertin xx.xx.2023-cü il tarixli, 701/2023-MTBŞ saylı, məhkəmə-kriminalistik ekspertin xx.xx.2023-cü il tarixli 524-2023/MTKŞ saylı rəyləri və digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış predmetlərlə müəyyən edilmiş işin faktiki halları, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - Məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 92) - Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 05 sentyabr 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs şəhərin Əzizbəyov küçəsi ev 30 ünavnında yaşamış, himayəsində bir azyaşlı uşağı vardır, yaşayış yeri üzrə normal xarakterizə edilmişdir. (i.v. 104-106) - Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə notarial qaydada təsdiq edilmiş ərizə ilə səlahiyyətli orqanlara müraciət edərək Təqsirləndirilən şəxs qarşı heç bir iddia, şikayət və tələbinin olmadığını, ona dəymiş ziyanın Təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyini bildirmişdir. (i.v. 117; 125) -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, Fərəcova Xəyalə ismayıl qızı ilə Təqsirləndirilən şəxs arasında Əli Bayramlı (hazırda Şirvan) şəhər Nikah evində xx.xx.2001-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 237 nömrə ilə qeydə alınmış nikahın pozulması qət edilmişdir. (i.v. 137-139) Məhkəmə hesab edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur: Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, törətdiyi cinayət əməlinə görə peşiman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, himayəsində bir azyaşlı uşağının olmasını (Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən), cinayət törətdikdən sonra könüllü gəlib təqsirini boynuna almasını (Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən), zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını (Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən), cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən (təqsirləndirilən şəxsin cinayət törətdikdən sonra könüllü gəlib təqsirini boynuna alması, elcə də təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışdıqda - Cinayət Məcəlləsinin 59.1.10 və 59.1.12-ci maddələri) təqsirləndirilən şəxsə təyin ediləcək cəza Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Belə olan halda Təqsirləndirilən şəxs 3 ildən 6 ilədək olan müddətə cəza təyin edilə bilər. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Qeyd edilənləri və törədilmiş cinayətin zorakı cinayət növünə aid olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar. Həmçinin qeyd edilməlidir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun həmin əməli törətməsinə səbəb olmuş və buna şərait yaratmış, həmin əməli törədərkən, bundan əvvəl və sonrakı davranışları ilə bağlı halları, eləcə də Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs olan qardaşı Zərərçəkmiş şəxs xəsarət yetirmək məqsədilə evinə gedib bıçq götürüb yenidən müabisə yerinə qayıtmasını, Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirməsini, sonuncuya hər hansı yardım etmədən bıçaqla zərbə vurub hadisə yerindən uzaqlaşmasını, həmin hadisənin baş verməsinə səbəb kimi Zərərçəkmiş şəxs həyat yoldaşı Şahid1 ilə gecə saatlarında evdən çıxıb mağazaya gedib və gec geri qayıtması səbəbindən Zərərçəkmiş şəxs ona iradlar bildirməsi və bu səbəblə aralarında mübahisə yaranmasını törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəliliyini artıran hal kimi qəbul edib, eləcə də cəzanı yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmadığını, o cümlədən, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət qanunvericiliyinin tələblərinə və cəza təyin edilərkən nəzərə alınan hallara görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının minimum həddə təyin edilməsi həmin Məcəllənin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsinə kifayət edir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPMin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 08 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş maddi sübut kimi tanınaraq Şirvan ŞPŞ-nin maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi bir ədəd bıçaq, eləcə də qan nümunəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas müəyyən edilməmiş, hər hansı eksppertiza xərci yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 08 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Şirvan ŞPŞ-də saxlanılan Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi bir ədəd bıçaq, eləcə də qan nümunəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak və ekspertiza xərci yoxdur. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-283/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-283/2024
29.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver