Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-284/2023 05.06.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Neymanov İslam Əkrəm oğlunun sədrliyi, hakimlər X7 və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, Əliyev Asif Xəlil oğlunun katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi– Biləsuvar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında, vətəndaş Təqsirləndirilən şəxs – xx xxxxxx 1986-cı il tarixdə Biləsuvar rayonu, Ağalıkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Biləsuvar rayonu, Ovçubərə kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində xx.xx.2023-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zəruri müdafiə həddini aşmaqla vətəndaş Zərərçəkmiş şəxs qəsdən sağlamlığına ağır zərərə vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 18 sentyabr 2022-ci il tarixdə, saat 18 radələrində Biləsuvar rayonu, Ovçubərə kənd qəbiristanlığının yaxınlığında, adsız ara küçədə aralarında əvvəllər qərəzçilik münasibəti olan həmkəndlisi Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində, yəni sonuncunun ailə həyatı qurmaq adı ilə tərəfindən aldadılaraq yaşadıqları kənddə xoşagəlməz söz-söhbətlərin yaranmasına səbəb olmasını bildirməsi ilə bağlı aralarında ani yaranmış mübahisə zamanı sonuncu onu nalayiq ifadələrlə təhqir etməklə ona hücum edib əynində olan köynəyini əli ilə yaxa hissəsindən tutub cırdıqda onu daşla vurmaq istəmişdir. Bu an Təqsirləndirilən şəxs özünü müdafiə etmək məqsədilə yerdən daş parçası götürərək Zərərçəkmiş şəxs tərəf atmışdır. Nəticədə Zərərçəkmiş şəxs sol baldır sümüklərinin aşağı 1/3-nin açıq qəlpəli yerdəyişmiş sınığı ilə xəsarətlər yetirməklə qəsdən zərərçəkmişin sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə iclasında, Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, Billəsuvar rayonu Ovçubərə kəndində yaşayır. O, rəsmi olaraq heç bir yerdə işləmir, evlidir, lakin övladı yoxdur. Ruhi-əsəb xəstəsi deyil. Ruhi-əsəb xəstəliyinə görə heç bir yerdə qeydiyyatda deyildir. Onun barəsində şikayət etmiş Zərərçəkmiş şəxs tanıyır. Zərərçəkmiş şəxs onun həmkəndlisi və eyni zamanda da qonşusudur. Onun Zərərçəkmiş şəxs ilə arasında əvvəllər dəfələrlə mübahisə və münqaişəsi olmuşdur. Həmin mübahisə və münaqişənin yaranmasına səbəb isə Zərərçəkmiş şəxs onunla evlənmək istəməsi olmuşdur. Lakin, Zərərçəkmiş şəxs ilə arasında heç bir münasibət olmamışdır. O, dəfələrlə Zərərçəkmiş şəxs onunla evlənməyəcəyini, belə ki onu istəmədiyini bildirmişdir. Buna baxmayaraq Zərərçəkmiş şəxs ondan əl çəkməmişdir. Həmin səbəbdən Zərərçəkmiş şəxs da onunla davamlı olaraq mübahisə yaratmışdır. Onun barəsində Zərərçəkmiş şəxs dəfələrlə Biləsuvar RPŞ-nə şikayət etmişdir. O, ailə həyatı qurduqdan sonra Zərərçəkmiş şəxs bu hərəkətləri dözülməz hal almağa başlamışdır. Belə ki, Əqidə Babyeva onu və arvadı Aynur Abdullayevanı hər gördüyü yerdə nalayiq ifadələrlə söyüb təhqir etmişdir. O, da Zərərçəkmiş şəxs onu və ailə üzvlərini narahat etməsi barədə dəfələrlə Biləsuvar RPŞ-nə şikayət etmişdir. 18 sentyabr 2022-ci il tarixdə, təxminən saat 18 radələrində yaşadığı evdən çıxıb siqaret almaq üçün marketə getmişdir. O, Biləsuvar rayon Ovçubərə kəndində yerləşən kənd qəbristanlığının yaxınlığında olan zaman, qarşıdan Zərərçəkmiş şəxs gəldiyini görmüşdür. Həmin vaxt, Zərərçəkmiş şəxs onu görən kimi yerdən əlinə daş götürüb, nalayiq ifadələrlə onu təhqir edərək üzərinə doğru gəlmişdir. Zərərçəkmiş şəxs ona çatmağa az qalmış həmin daşlardan bir neçəsini ona doğru atmışdır. Daşlardan yalnız biri onun sol əlinin üzərinə dəymişdir. Daha sonra isə Zərərçəkmiş şəxs onun üzərinə gəlib əynində olan köynəyini yaxa hissəsindən tutub cırmışdır. O, da geriyə doğru bir qədər hərəkət edib özünü müdafiə etmək üçün yerdən daş götürüb Zərərçəkmiş şəxs doğru atmışdır. Həmin vaxtı onların arasında təxminən 1-2 metr məsafə olmuşdur. Lakin, atdığı daş Zərərçəkmiş şəxs dəyməmişdir. Onun Zərərçəkmiş şəxs doğru atdığı daş eyni zamanda da xırda çınqıl daşları olmuşdur. O, Zərərçəkmiş şəxs ondan əl çəkmədiyini görüb qaçaraq oradan uzaqlaşmışdır. Həmin vaxtı Zərərçəkmiş şəxs ayaq üstündə və səhəti normal olmuşdur. O, yaşadığı evə getdikdən sonra DİN-nin “102” xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Bundan başqa, təqsirləndirilən şəxs ifadəsinə əlavə olaraq bildirmişdir ki, həmin xəsarəti Zərərçəkmiş şəxs necə və hansı şəraitdə aldığını bilmədiyini, qeyd olunan xəsarətin sonuncunun onun tərəfindən yetirilmədiyini, xəsarəti Zərərçəkmiş şəxs özüözünə yetirə biləcəyini bildirmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış, o, ifadəsində göstərdiyi xüsusatları əyani olaraq göstərib təqdim etməklə bir daha təsdiq etmiş, bu barədə müvafiq protokol və fotocədvəllər tərtib olunaraq cinayət işinə əlavə edilmişdir. Cinayət işi üzrə təsvir olunan xüsusatlarla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli qismən etirafından başqa iş üzrə toplanmış aşağıdakı təkzibedilməz sübutlarla da tam təsdiq olunmuşdur. Məhkəmə iclasında, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Biləsuvar rayonu, Ovçubərə kəndində bacıları ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs qardaşı oğlu Famil Babayevin qaynıdır. Onun barəsində xoşagəlməz sözlər danışdığı üçün əvvəllər münasibətləri normal olmamışdır. Təqsirləndirilən şəxs kəndlərində ev ustası kimi fəaliyyət göstərir. Belə ki, 2018-ci il tarixdə evlərini təmir etdirən zamanı Təqsirləndirilən şəxs evlərini təmir etməsi üçün usta kimi dəvət etmişdir. Həmin vaxtı onların sevgi münasibəti yaranmışdır. 26 mart 2018-ci il tarixdə onların evində usta kimi fəaliyyət göstərən zaman Rzalının ona yaxınlaşmaq istədiyini hiss edib ona otaqda olan əşyanı atmış, lakin əşya Rzalıya dəyməmişdir. Həmin vaxtı kəndə söz-söhbət olmasın deyə onun barəsində şikayət etməmişdir. Onların sevgi münasibətinə Təqsirləndirilən şəxs anası Yeganə və bacısı Sahibə maneçilik törətmişdir. O, 2019-cu ilin iyul ayında Təqsirləndirilən şəxs barəsində polisə şikayət etmişdir. Bu tarixdən sonra münasibətləri daha da pis olmuşdur. Bundan sonra onlar kənddə harada bir-birilərini görsələr, həmin yerdə mübahisə edirmişlər. 18 sentyabr 2022-ci il tarixdə o, borc pul almaq üçün həmkəndlisi Əhmədağaının qızı Quşverənin evinə tək getmişdir. Onlardan öz evinə qayıdan zaman saat 18 radələrində Ovçubərə kənd məzarlığının yaxınında Təqsirləndirilən şəxs ilə rastlaşmışdır. O, Rzalıya bildirmişdir ki, “sən məni kənddə biabır etdin mən bunun əvəzini səndən çıxacam”. Həmin vaxt, Rzalı da ona bildirmişdir ki, “indi sənin qıçını sındırım sən bax” bu sözündən sonra Təqsirləndirilən şəxs yerdən iri çaylaq daşını götürmüş, o da həmin vaxtı yerdən balaca çaylaq daşı götürmüş, o daşı götürənə kimi Təqsirləndirilən şəxs əlindəki daşı ona tərəf atmış və həmin daş onun sol baldır nahiyəsinə dəymişdir. Bundan sonra o, əlindəki daşı Təqsirləndirilən şəxs tərəf atsa da həmin daş Rzalıya dəyməmişdir. O, bundan sonra bərk qışqıraraq yerə oturmuşdur. Onun qışqırmağını görən Təqsirləndirilən şəxs gəldiyi yolla geri qayıtmış, səsinə isə həmkəndlisi Elnarə gəlmiş, sonra isə icra nümayəndəliyində işləyən Fəzail, daha sonra isə orada olan qonşular və bacısı qızı Nuridə onun yanına gəlmişdir. O, yerdə oturub qışqıran zaman Təqsirləndirilən şəxs ona vurduğu daşı yaxınlığında olduğunu görüb həmin çaylaq daşını götürüb bacısı qızı Nuridəyə vermişdir. Daha sonra isə həmkəndlisi Orxan X11 zəng etmiş və X13 işçiləri onu Biləsuvar RMX-na aparmışdırlar. Bundan başqa o, ifadəsinə əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə arasında olan mübahisə ani olaraq baş vermişdir. Baş vermiş mübahisəni kənar şəxslərdən görən olmamışdır. Təqsirləndirilən şəxs onu daşla vuran zaman aralarında təxminən 3-4 metr məsafə olduğunu, ona görə də Təqsirləndirilən şəxs atdığı daşın qıçını sındırdığını bildirmişdir. Hadisə vaxtı əynində mavi rəngli köynək və qara şalvar olduğunu, Təqsirləndirilən şəxs əynində göy mavi rəngli köynək olduğunu bildirmişdir. Məhkəmə iclasında, şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Biləsuvar rayonu, Ovçubərə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. ünvan 2ində işləyir. O, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır, onlar Ovçubərə kəndində yaşasalar da, Ağalıkənd kəndində qedyiyyatdadırlar. Həmin şəxslərin arasında uzun müddətdir ki, münaqişə və ədavət vardır. Lakin, bu vaxta kimi həmin şəxslərin nümayəndəliyə müraciətləri daxil olmamışdır. 18 sentyabr 2022-ci il tarixdə, saat 18 radələrində kəndlərində yerləşən ərzaq mağazasının qarşısında dayanıb kənd sakinləri ilə söhbət edirmiş, hadisədən uzun müddət keçməsinə görə söhbət etdiyi şəxsləri xatırlamır. Bundan bir neçə dəqiqə sonra xatırlamadığı kənd sakini onun dayandığı yerə gələrək Zərərçəkmiş şəxs kimsə tərəfindən vurulmasını və yolda yıxlaraq qalmasını bildirmişdir. O, da kəndin icra nümayəndəsi kimi özünə borc bilib həmin yerə getmişdir. Hadisə yerinə gedən zaman o, Zərərçəkmiş şəxs yerdə uzanıqlı vəziyyətdə olmasının və sol ayağını tutaraq qışqırıb ağlamasının şahidi olmuşdur. Həmin zaman Zərərçəkmiş şəxs qardaşı oğlu Şahid2 və bacısı qızı Şahid4 hadisə yerində olmasını görmüşdür. O, həmin yerə çatan kimi həmin şəxslərdən X11 məlumat verib-verməmələrini soruşmuş, Şahid2 də məlumat verdiyini bildirmişdir. Həmçinin hadisə yerində o, kənarda bir böyük daş görmüşdür. O, Şahid2 təkrarən TTY məlumat verməsini bildirmiş, Elçin də onun yanında TTY-ə məlumat vermişdir. O, özü hadisə yerində həkimlərin gəlməsini gözləmiş, həkimlər gəldikdən və ona tibbi yardım göstərdikdən sonra o, oradan uzaqlaşmışdır. Məhkəmə iclasında, şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, Biləsuvar rayon Mərkəzi Xəstəxanasında həkim-travmatoloq vəzifəsində işləyir. Faktla bağlı göstərmişdir ki, hazırda xatırlamadığı vaxtda Biləsuvar rayonu, Ovçubərə kənd sakini Zərərçəkmiş şəxs “sol baldır sümüklərinin kobud yerdəyişməsi olmayan açıq sınığı” diaqnozu ilə Biləsuvar rayon Mərkəzi Xəstəxanasına daxil olmuşdur. Həmin xəstə tanıdığı şəxs tərəfindən vurulduğunu bildirmişdir. Bundan sonra, xəstəyə ilkin tibbi yardım göstərilmiş ayağı düzləndirilərək gipsə qoyulmuş və təxminən 10 gün sonra ambulator müalicə məqsədilə evinə buraxılmışdır. Məhkəmə iclasında, şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, o, Biləsuvar rayonu, Ovçubərə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır, Təqsirləndirilən şəxs onun oğludur. Faktla bağlı göstərmişdir ki, Zərərçəkmiş şəxs həmişə oğlu Təqsirləndirilən şəxs tutdurmaqla hədələmiş, harada görürdüsə onu söyüb təhqir etmişdir. 18 sentyabr 2022-ci il tarixdə axşamüstü o, həyətində təsərrüfat işləri ilə məşğul olarkən oğlu Rzalının həyəcanlı şəkildə həyətə daxil olduğunu görmüşdür. Həmin vaxt, Rzalının köynəyi cırılmış, əlinin üstündə isə xəsarət izləri olmuşdur. O, Rzalıdan nə baş verdiyini soruşduqda, Rzalı dükana siqaret almaq üçün getdiyini və qayıdarkən kənd qəbristanlığının yanında Zərərçəkmiş şəxs ona hücum etdiyini və köynəyinin yaxasını cırdığını bildirmişdir. Bu vaxt gəlini polisə məlumat vermək lazım olduğunu demiş, o, isə oğluna və gəlininə Zərərçəkmiş şəxs baş qoşmamağı bildirərək yenidən öz işləri ilə məşğul olmağa başlamışdır. Bir qədər sonra həyat yoldaşı da evə gəlmişdir. Həyat yoldaşının Rzalını danladığını, oğlunun isə yoldaşına «Ata Allah haqqı mən vurmamışam» dediyini eşitmişdir. O, yoldaşından nə baş verdiyini soruşduqda o, kənddə gedən söhbətlərdən Rzalının Zərərçəkmiş şəxs ayağını sındırdığını və Əqidəni Biləsuvar rayon Mərkəzi Xəstəxanasına aparıldığını eşitdiyini bildirmişdir. Bundan sonra, o, Biləsuvar rayon Mərkəzi Xəstəxanasında işləyən tanışı Ceyhun doktorla əlaqə saxlamış, Ceyhun doktor həqiqətən də Əqidənin xəstəxanaya gətirildiyini və qıçının sındığını demişdir. Bu zaman Rzalı telefonu əlindən alaraq doktora bildirmişdir ki, «Əqidəyə nə olub?, axı mən ona daş atmamışam». Səhərisi günü qonşusu Məhbubə xəstəxanaya getmiş, gələndən sonra Zərərçəkmiş şəxs xəstəxanada gördüyünü və ayağının sındığını, xıncım-xıncım olduğunu bildirmişdir. Sonra o, xəstəxanaya getmiş və Əqidəni müalicə edən Firdovsi doktorla görüşmək istəmişdir, lakin onu görə bilməmişdir. O, hesab etmişdir ki, Zərərçəkmiş şəxs özü-özünə xəsarət yetirib, oğlunu tutdurmaq üçün qəsdən oğlundan şikayət etmişdir. Zərərçəkmiş şəxs dəfələrlə kənd sakinləri və qohumları ilə də dava etmişdir. Məhkəmə iclasında, şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, o, Biləsuvar rayonu, Ovçubərə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. Faktla bağlı göstərmişdir ki, hadisə baş verən gün, axşamüstü o, həyətdə gülləri sulamışdır. Onun qaynanası da həyətdə təsərrüfat işləri ilə məşğul olmuşdur. Həmin vaxt, həyat yoldaşı- Təqsirləndirilən şəxs həyəcanlı şəkildə, köynəyinin yaxası cırılmış vəziyyətdə həyətə daxil olduğunu görmüşdür. Həmin vaxt, Rzalının əlinin üstündə xəsarət izləri olmuşdur. O, Rzalıdan nə baş verdiyini soruşduqda, Rzalı dükandan qayıdarkən yolda Zərərçəkmiş şəxs ona hücum etdiyini və köynəyinin yaxasını cırdığını bildirmişdir. Bu vaxt, o, polisə məlumat vermək lazım olduğunu demiş, qaynanası isə ona Zərərçəkmiş şəxs baş qoşmamağı bildirmişdir. Sonra isə Rzalı özü polisə zəng vuraraq Zərərçəkmiş şəxs ona hücum etməsi barədə məlumat vermişdir. Bir qədər sonra küçədən Zərərçəkmiş şəxs qışqırıq səsini eşitmişdir. Həmin vaxt, kənd camaatı səs gələn tərəfə getmişlər. Bir qədər sonra qaynatası evə gəlmiş və bildirmişdir ki, «Əqidə yıxılıb yerə, deyir ki, mənim qıçımı Rzalı sındırıb». Həmin vaxt, Rzalı isə demişdir ki, Zərərçəkmiş şəxs onun köynəyini cırandan sonra hələ arxasınca gəlmişdir. Sonra polislər gəlmişlər və Rzalının izahatını almışlar. İbtidai istintaq zamanı, şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Biləsuvar rayonu, Ovçubərə kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir və fərdi əməklə məşğul olur. O, ailəlidir. 3 övladı vardır. Zərərçəkmiş şəxs onun bibisidir. Onun Zərərçəkmiş şəxs ilə münasibətləri elə də normal deyildir. Belə ki, aralarında bir neçə dəfə mübahisə və münaqişə olmuşdur. Lakin hazırda bibisi Zərərçəkmiş şəxs ilə danışır və aralarında küsülülük yoxdur. Bibisi Zərərçəkmiş şəxs barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs tanıyır və onun həmkəndlisidir. Onun Təqsirləndirilən şəxs ilə arasında heç bir ədavət və düşmənçilik münasibəti yoxdur. Təxminən 3 ildir ki, bibisi Əqidə ilə Təqsirləndirilən şəxs arasında münaqişə vardır. Həmin münaqişənin yaranmasına səbəb də, təxminən 3 il əvvəl Təqsirləndirilən şəxs ilə bibisi Zərərçəkmiş şəxs arasındakı sevgi münasibəti olmuşdur. Həmin sevgi münasibətinə də o, da şahid olmuşdur. Təxminən 3 il əvvəl bibisi Əqidə ilə Təqsirləndirilən şəxs bibisinin yaşadığı evdə bir-birlərini qucaqlamasına şahid olmuşdur. Həmin vaxt, Təqsirləndirilən şəxs ona bibisi Zərərçəkmiş şəxs ilə ailə həyətaı quracağını və ona görə də onun həmin məsələyə qarışmamağını bildirmişdir. O, da həmin səbəbdən bibisi Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında olan məsələyə müdaxilə etməmişdir. Lakin, bir qədər sonra Təqsirləndirilən şəxs bibisindən ayrılıb başqa bir adamla ailə həyatı qurmuşdur. Onlar arasında mübahisə və münaqişənin yaranmasına səbəb də məhz həmin məsələ olmuşdur. Bundan sonra, onların arasında davamlı olaraq mübahisə və münaqişə yaranırmışdır. 18 sentyabr 2022-ci il tarixdə, təxminən saat 18 radələrində Biləsuvar rayonu Ovçubərə kəndində yerləşən yaşadığı evin həyətində iş görən zaman, azyaşlı oğlu İlkin Babazadə gəlib arvadı Şahid4 onu çağırdığını bildirmişdir. O, oğlundan anasının harada olduğunu soruşduqda, oğlu ona demişdir ki, bibisi Əqidə Babyevanın kənd qəbiristanlığının yanında ayağı qırılıb anası da həmin yerdə onun yanındadır. O, da evdən çıxıb həmin yerə getmişdir. Həmin yerə çatan zaman bibisi Zərərçəkmiş şəxs torpaq yol üzərində oturub sol ayağını əli ilə tutub ağladığını görmüşdür. O, Əqidədən ayağına nə olduğunu soruşmuş, Əqidə də ona Təqsirləndirilən şəxs daşla onu sol ayaq nahiyəsindən vuraraq sındırdığını bildirmişdir. Həmin vaxt, bibisinın yanında çaylaq daşı da var imiş. Bibisi Zərərçəkmiş şəxs həmin daşı ona göstərib Təqsirləndirilən şəxs həmin daşla onu ayaq nahiyəsindən vurduğunu bildirmişdir. Daha sonra isə “103” X13 xidmətinə zəng edib hadisə barəsində məlumat vermişdir. Həmin vaxtı kənd icra nümayəndəsi Fəzayıl İsmayılov da evlərindən icra nümayəndəliyinə doğru gəlirmiş. Fəzayıl İsmayılov gəlib hadisə yerinə çatdıqdan sonra ondan nə olduğunu soruşmuşdur. O, da X6 Abbasovun daşla bibisi Əqidənin ayaq nahiyəsindən vuraraq sındırdığını bildirmişdir. Həmin vaxt, Fəzayıl İsmayılov da təkrar “103” X13 Xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Daha sonra isə hadisə yerinə polis əməkdaşları və X13 işçiləri gəlmişdir. Polis əməkdaşları hadisə yerinə baxış keçirmişdir. Onlar da bibisi Zərərçəkmiş şəxs X13 avtomobilinə yerləşdirib Biləsuvar RMX-na aparmışdırlar. İbtidai istintaqda, şahid qismində dindirilmiş Şahid4 Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İbtidai istintaqda, şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Biləsuvar rayonu, Ovçubərə kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir və evdar qadındır, ailəlidir. O, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır, həmin şəxslər onun həmkəndliləridir. Lakin, o, Zərərçəkmiş şəxs “İlhamə” kimi, Təqsirləndirilən şəxs isə “Dadaş” kimi tanıyır. Belə ki, kənddə həmin şəxslərə “İlhamə” və “Dadaş” kimi müraciət edirmişlər. 18 sentyabr 2022-ci il tarixdə, təxminən saat 18 radələrində yaşadığı evin həyətində paltar sərən zaman küçədən qışqırıq səslərinin gəldiyini eşitmişdir. O, da uşaqlarını it qapdığını fikirləşib tez küçəyə çıxmışdır. O, küçəyə çıxan zaman Zərərçəkmiş şəxs küçədə torpaq yol üzərində oturub sol ayağını əli ilə tutub ağladığını görmüşdür. Bundan sonra, Zərərçəkmiş şəxs yaxınlaşıb ondan nə olduğunu soruşmuşdur Zərərçəkmiş şəxs da Təqsirləndirilən şəxs daşla onun ayağından vuraraq sındırdığını bildirmişdir. O, da əlində olan əski ilə Əqidənin sol ayaq nahiyəsini bağlamışdır. Həmin vaxtı, ayağında qan olduğunu və ayağının sol topuq hissəsindən sındığını görmüşdür. Bundan sonra, isə yaşadığı evə gedib evdən su götürüb Zərərçəkmiş şəxs vermişdir. Daha sonra isə həmin yerə onun qohumları olan Nuridə və Elçin gəlmişdir. O, da həmin yerdən ayrılıb yaşadığı evə getmişdir. İbtidai istintaqda onların aralarında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək 18 sentyabr 2022-ci il tarixdə, saat 18 radələrində Biləsuvar rayonu, Ovçubərə kənd qəbiristanlığının yaxınlığında Təqsirləndirilən şəxs ilə qarşılaşdığını, həmin vaxtı aralarında mübahisə yaranadığını, Təqsirləndirilən şəxs da yerdən daş parçası götürüb, həmin daş parçası ilə onu sol ayaq nahiyəsindən vuraraq sındırdığını bildirmişdir. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, ilkin araşdırma zamanı Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş 01 ədəd tünd qara rəngli cins şalvar, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 01 ədəd göy rəngli qısaqol köynək və hadisə yerinə baxış keçirilən zaman Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş üzərində qana bənzər ləkələr olan 01 ədəd daş parçası müvafiq protokol tərtib edilməklə götürülmüşdür. Cinayət işinin materiallarında olan, məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 467 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hər hansı bir xəsarət aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan, məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 341 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs sol baldır sümüklərinin aşağı 1/3-nin açıq yerdəyişmiş sınığı mövcuddur. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən əmələ gələ bilərdi, əmələ gəlmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir, qərarda göstərilən şəraitdə, yəni ağır çəkiyə, kütləyə malik daşın zərbə təsirindən törənə bilərdi. Qeyd olunan xəsarət dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. Cinayət işinin materiallarında olan, məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 341 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş sol baldır sümüklərinin aşağı 1/3-nin açıq qəlpəli yerdəyişmiş sınığı bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir, qərarda göstərilən şəraitdə, yəni ağır çəkiyə, kütləyə malik daşın zərbə təsirindən törənə bilərdi. Qeyd olunan xəsarət dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. Qeyd olunan xəsarətin xarakteri və lokalizasiyası onun özüözünə yetirməsini inandırcı etmir. Cinayət işinin materiallarına əlavə edilmiş, məhkəmə-tibbi-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 816/2022-MTBŞ nömrəli rəyində göstərilmişdir ki, 1. Zərərçəkmiş şəxs “ABO” sistemi üzrə qan qrupu: B-alfa/İİİ/. 2. Ekspertizaya təqdim edilən hadisə yerindən götürülmüş 01 ədəd daş parçası üzərində insan qanı ləkələri aşkar olundu. Ləkələrdə qan qrupu mənsubiyyəti tədqiq olunduqda yalnız “B” antigeni alındı. Beləliklə, bu qan ləkələri B-alfa/İİİ/ qruplu şəxsə o, cümlədən “ABO” sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər. Cinayət işinin materiallarına əlavə edilmiş, kompleks məhkəmə-trasoloji, məhkəməlifli ekspertizasının xx.xx.2023-cü il tarixli, 3/1800, 6/7160 nömrəli rəylərində göstərilmişdir ki, 1) Tədqiqata təqdim edilmiş şalvarın və köynəyin üzərində rəyin təsviri hissəsində şərh olunan zədənin, izin yerləşdiyi yeri və ölçüsü verilib. Həmin zədələrin şalvarın üzərində olan zədə, iz hər hansı bərk (küt) predmetlə kontakda olması, sürtünməsi nəticəsində yaranması mümkündür. Belə predmetə təqdim edilmiş daş parçası da aiddir. Köynəyin üzərində olan zədə isə fiziki qüvvənin təsirindən yarana bilən cırılma zədəsidir. 2) Tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən şalvarın səthi üzərində aşkar edilmiş göy rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən köynəyin tərkib liflərinə uyğun gəlirlər. 3) Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən köynəyin səthi üzərində aşkar edilmiş qara rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər. Cinayət işinin materiallarında olan, məhkəmə-psixiatrik ekspertizasının 28 yanvar 2023-cü il tarixli, 359 nömrəli rəyində göstərilmişdir ki, İ Motivləşdirici hissə. Təqsirləndirilən şəxs hazırda hər hansı Psixi xəstəlikdən əziyyət çəkmir. İİ Yekun hissə. Cinayət işinin materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoylumuş sualları aşağdakı kimi cavbalandırır: 1) Təqsirləndirilən şəxs hazırda hər hansı Psixi xəstəlikdən əziyyət çəkmir. 2) Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində “Anlaqlı” hesab olunmalıdır. 3) Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə barəsində aparılan istintaq hərəkətlərinin mahiyyətini dərk etmək, onlara uyğun istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. 4) Təqsirləndirilən şəxs ona ittiham elan edilən zaman həmin ittihamın mahiyyətini dərk etmək iqtidarında olmuşdur. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş 01 ədəd tünd qara rəngli cins şalvar, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş üst geyim əşyası 01 ədəd göy rəngli qısaqol köynək və hadisə yerinə baxış keçirilən zaman Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş üzərində qana bənzər ləkələr olan 01 ədəd daş parçası ekspertiza tədqiqatından sonra 01 ədəd möhürlənmiş bağlamada olmaqla istintaqa qaytarılmışdır. Həmin geyim əşyaları maddi sübut kimi tanınmış və məhkəmə baxışına kimi saxlanması üçün Biləsuvar RPŞ-nin saxlancına təhvil verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş, Biləsuvar RPŞ-nin İTB-nin sahə rəisi polis kapitanı Məhəmməd Abdullazadə tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş arayışdan görünür ki, araşdırma zamanı müəyyən olunmuşdur ki, bir neçə il əvvəl Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında sevgi münasibətləri yaşanmış, sonradan Təqsirləndirilən şəxs başqa biri ilə ailə həyatı qurduğu üçün tərəflər arasında ədavət yaranmışdır. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, 11 yanvar 2023-cü il tarixdə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs “təqsirləndirilən şəxs” qismində cəlb edilməklə ona ittiham elan edilmiş və həmin tarixdə onun barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş, yaşayış üzrə verilmiş xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xasiyyətləndirilimişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs özünü müdafiə etməkdən ötrü dəlillər gətirərək Zərərçəkmiş şəxs xəsarət yetirmədiyini, sonuncunun aldığı xəsarətdən heç bir məlumatı olmadığını bildirmişdir. Lakin, Təqsirləndirilən şəxs özü müdafiə etməkdən ötrü gətirdiyi dəlillər onun özünün ilkin izahatı, təqsirləndirilən şəxs qismində verdiyi ifadələr, ifadənin yerində yoxlanılması protokolu, zərərçəkmiş şəxsin ifadəsi, baxış protokolu, şahid ifadələri, məhkəmə-tibbi-bioloji, kompleks məhkəmə-trasoloji, məhkəmə-lifli, məhkəmə-tibbi ekspertizasının rəyləri və digər istintaq materialları ilə tam təkzib edilmişdir. Məhkəmə iclasında, müdafiə tərəfi Təqsirləndirilən şəxs qarşı sürülən ittihamla razılaşmayaraq, guya təqsirləndirilən şəxsi hərəkətləti ilə yox, zərərçəkmiş şəxsin özüözünə xəsarət yetirməsi ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət etməməsi ilə bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı xəsarət yetirməsi zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, keçirilmiş ekspertizaların rəyləri və əldə olunmuş digər sübutlar ilə təsdiq olunur. Belə ki, Təqsirləndirilən şəxs həm məhkəmədə, həm də ibtidai istintaqda bildirmişdir ki, Zərərçəkmiş şəxs hücumuna məruz qalaraq sonuncu tərəfindən onun köynəyi cırılsa da, ona daş ataraq əlini əzmişdir. Həmin vaxt, o özünü müdafiə edərək zərərçəkmiş şəxsə daş atmış, lakin onun atdığı daş Zərərçəkmiş şəxs ayağına dəyməmişdir. Təqsirləndirilən şəxs fikrincə o, hadisə yerini tərk edəndən sonra Zərərçəkmiş şəxs özü-özünə daş ilə xəsarət yetirmiş və ona böhtan atmışdır. Təqsirləndirilən şəxs ifadələrini digər əldə olunmuş sübutlar ilə tədqiq edərək məhkəmə aşağıda göstərilən səbəblərə görə onlara tənqidi yanaşıb rədd edir. Belə ki, cinayət hadisəsi baş verəndə şahidlər olmasa da belə, hadisə yerinə gəlmiş şahidlər Zərərçəkmiş şəxs yerdə oturub ağlayan vəziyyətdə görmüşdürlər. Həmin vaxt, Zərərçəkmiş şəxs onlara bildirmişdir ki, Təqsirləndirilən şəxs daşla ona xəsarət yetirmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs barəsində keçirilmiş əlavə məhkəmə-tibbi ekspertizasının rəyinə (i.v.142) əsasən Zərərçəkmiş şəxs olan xəsarətin xarakteri və lokalizasiyası onun özü-özünə yetirməsi inandırıcı deyil. Bundan başqa, məhkəmə-trosoloji və məhkəmə-fiziki kimyəvi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs şalvarının üzərində olan zədə izi hər hansı bərk (küt) predmetlə kontakda olması, sürtünməsi nəticəsində yaranması mümkündür. Bundan əlavə, Zərərçəkmiş şəxs məxsus şalvarın üzərində aşkar edilmiş göy rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən köynəyin tərkib liflərinə uyğun gəlirlər. Bununla yanaşı Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən köynəyin səthi üzərində aşkar edilmiş qara rəngli pambıq liflərini cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər. Bundan sonra, Təqsirləndirilən şəxs barəsində keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir xəsarət aşkar olunmadı. Bütün bu sübutlar bədənində xəsarətlər olmayan Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs xəsarət yetirməsi təsdiq edilir. Buna görə də məhkəmə Təqsirləndirilən şəxs guya zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs xəsarət yetirməməsi, lakin sonuncunun onun əlini daş ilə əzilməsini həqiqətə uyğun olmadığına görə məhkəmə rədd edir. Bununla yanaşı məhkəmə, Zərərçəkmiş şəxs məhkəmədə və ibtidai istintaqda verdiyi ifadələrini hərtərəfli tədqiq edərək onun ifadələrinə obyektiv qiymət verməsini zəruri hesab edir. Belə ki, Zərərçəkmiş şəxs göstərmişdir ki, güya Təqsirləndirilən şəxs daşı ona tərəf atarkən “İndi sənin qıçını sındırım sən bax” sözlərini istifadə etmişdir. Əvvəla təqsirləndirilən şəxs həm məhkəmədə, həm də ibtidai istintaq zamanı belə bir ifadə işlətməsini inkar etmişdir. Digər tərəfdən obyektiv baxımdan bir neçə metrdən atılan daşın məhz Zərərçəkmiş şəxs ayağına dəyməsini və onun nəticəsi olaraq ayağı qırılacağını nə zərərçəkmiş şəxs nə də təqsirləndirilən şəxs bilə bilməzdi. Mübahisə zamanı hadisə yerində şahidlərin olmaması səbəbindən təqsirləndirilən şəxsin bu sözləri deyilməsi hansı bir mötəbər sübutlar ilə təsdiq olunmur. Digər tərəfdən Təqsirləndirilən şəxs belə sözləri işlətməsi haqqında Zərərçəkmiş şəxs hadisədən sonra gələn şəxslərə xəbər verməmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs xəstəxanaya daxil olarkən ona tibbi yardım göstərən həkimlərədə bu barədə heç nə deməmişdir. Məhkəmə iclasında, şahid qismində dindirilmiş həkim-travmatoloq F.Abbasov bildirmişdir ki, Zərərçəkmiş şəxs tanıdığı məlum şəxs tərəfindən ona xəsarət yetirməsini demişdir. Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Belə olan halda, məhkəmə əvvəldən ədavətli və maraqlı olan Zərərçəkmiş şəxs bu hissədə heç bir sübut ilə təsdiqlənməyən ifadələrini inandırıcı hesab etmir. Lakin, qalan hissədə digər sübutlarla o, cümlədən şahid ifadələri ilə təsdiq olunan və onlara uyğun olan ifadələrini məhkəmə qəbul edir. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməllərini Azərbaycan Respublikası CMnin 126.1-ci maddəsi ilə qiymətləndirmişdir. Məhkəmə təqsirləndirilən şəxsə qarşı verilən ittiham ilə razılaşmır, çünki cinayət işi üzrə toplanmış sübutlarla olan mühüm halları nəzərə almamışdır. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında əvvəllər sevgi münasibətləri olmuş, lakin daha sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs rəsmi nigaha daxil olmaq istəmədiyindən onların münasibətləri pozulmuş və 2019-cu ilin iyul ayından onların münasibətləri daha da gərginləşmişdir. Onlar kənddə harada bir-birlərini görsələr aralarında mübahisə yaranmış və polisə şikayət etmişlər. Cinayət işinin materiallarından görünür ki, 18 sentyabr 2022-ci il tarixdə, saat 18:00 radələrində kənd qəbirstanlığının yaxınlığında adsız ara küçədə təsadüfən görüşdükləri vaxt Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs təhqir edərək ona hücum edib əynində olan köynəyini əli ilə cırdığına görə və yerdən daş götürüb təqsirləndirilən şəxsi vurmaq istədiyi halda, Təqsirləndirilən şəxs özünü müdafiə etmək məqsədilə yerdən daş götürüb Zərərçəkmiş şəxs tərəf atmışdır. Nəticədə həmin daş parçası ilə Zərərçəkmiş şəxs sol baldır sümüklərinin aşağı 1/3-nin açıq qəlpəli yerdəyişmiş sınığı ilə nəticələnən xəsarət yetirməklə zərərəçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmuşdur. Cinayət işinin materiallarından görünür ki, həmin gün mübahisənin təşəbbüskarı Zərərçəkmiş şəxs olmuşdur. O, birinci nəlayiq ifadələr işlətməklə Təqsirləndirilən şəxs üstünə gedərək onun köynəyini cırmış və daşla onu vurmaq istəmişdir. Bu anda Təqsirləndirilən şəxs hücuma məruz qalaraq yerdən daş götürüb Zərərçəkmiş şəxs tərəf atmışdır. Nəzərə alınmalıdır ki, həmin vaxt mübahisə edənlərin arasında məsafə bir neçə metr olmuşdur. Göstərilən hallar hökmün təsviri hissəsində tədqiq olunmuş sübutlar ilə o, cümlədən ekspertiza rəyləri ilə təsdiq olunur. Belə olan halda, məhkəmə elə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zəruri müdafiə həddini aşmaqla qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmənin gəldiyi nəticə aşağıdakı göstərilən hüquqi normalara əsaslanır. Belə ki, qanun qəsdə məruz qalan şəxsin cinsiyyət mənsubiyyətindən asılı olmayaraq təhlükədən qaçmaq imkanına yaxud da başqa şəxslərə və dövlət hakimiyyəti orqanlarına kömək üçün müraciət etmək imkanına malik olmasından asılı olmayaraq bütün şəxslərə zəruri müdafiədən istifadə etmə hüququ verir. (CM-nin 36.2-ci maddəsi) Zəruri vəziyyətdə şəxsin olub-olmasını müəyyən etmək üçün aşağıda göstərilən bir neçə hüquqi aspektlər araşdırılmalıdır. Zəruri müdafiənin qanuna uyğunluğu şərtləri iki hissəyə bölünür. Zəruri müdafiənin qəsdə aid edilən şərtləri və müdafiə hərəkətlərinə aid edilən hüquqilik şərtləridir. Qəsdə aid olan şərtlər qanunun mənasına görə aşağıdakılardır. Birinci qəsd ictimai təhlükəli olmalıdır. Qəsd ictimai təhlükəli xarakterə malik deyildirsə, ona qarşı zəruri müdafiəyə yol verilmir. İkinci qəsd mövcud olmalıdır. Başqa sözlə, qəsd başlamış, davam edən və hələ başa çatmayan olmalıdır. Qəsd o vaxt mövcud hesab olunur ki, o, qanunla qorunan ictimai münasibətlərə artıq zərər vurmağa başlamış və ya belə zərər vurmaq üçün bilavasitə təhlükə yaratmış olsun. Üçüncü qəsdin başlanmasına real təhlükənin yaranması altında qəsdin ani olaraq başlayacağına əsas verən halların olması nəzərdə tutulur. Məsələn, konkret hərəkətlərdə hədələmə, soyuq silahı və ya silah qismində istifadə edilən digər predmetləri nümayiş etdirmək. Eyni zamanda, yuxarıda qeyd olunan müdafiə hərəkətləri ilə bağlı hüquqilik şərtləri ilə mövcuddur. Onlar aşağıdakılardır: Qanunda təkcə özünü müdafiə edənin deyil, həmçinin başqa şəxslərin həyatını, cəmiyyətin və dövlətin mənafeyinə yönəlmiş ictimai təhlükəli qəsdlərdən müdafiə hərəkətlərinə yol verilir. Müdafiə məhz qəsd edənə zərər vurmaq yolu ilə həyata keçirilir. Müdafiə qəsdin xarakteri və təhlükəsizlik dərəcəsini aşmamaqla həyata keçirilir. Qanunun tələbinə görə müdafiə hüququ qəsdin xarakteri və təhlükəsizlik dərəcəsini aşmamalıdır, lakin müdafiə hərəkətlərinin qəsdə uyğunluğu təkcə müdafiə hərəkətlərinin vurduğu zərər qəsd nəticəsində vurulan zərərə bərabər olduqda deyil, həm də müdafiə hərəkətlərinin vurduğu zərər qəsdin vuracağı zərərdən artıq olduqda da mövcud ola bilər. Azərbaycan Respublikası CM-nin 36.3-cü maddəsinə əsasən qanunun mənasına görə zəruri müdafiə həddini aşma əksər hallarda aşağıdakı formalarda özünü göstərir: müdafiə və hücumda istifadə edilən vasitələrin uyğun olmaması, müdafiənin qəsdlə müqayisədə daha intensiv formada həyata keçirilməsi, müdafiə zamanı qəsdlə müqayisədə açıq uyğun olmayan tədbirlərin seçilməsidir. Eyni zamanda, qanunun tələbinə görə zəruri müdafiə həddinin aşılıb-aşılmaması məsələsini həll edərkən məhkəmələr müdafiə vasitələrinin qəsd zamanı istifadə edilən vasitələrə uyğun olması, eləcədə də müdafiənin və hücumun intensivliyinin uyğun olması tələblərinə mexaniki yanaşmamalı, müdafiə edənə qarşı yönələn qəsdin xarakterini və təhlükəlilik dərəcəsini, belə qəsdin qarşısının alınmasında onun gücünü və imkanlarını, yəni hücum edənlərin və müdafiə olunanların cinsi, yaşı, fiziki vəziyyətləri, silahı olubolmaması qəsdin baş verdiyi yer və vaxt, habelə hücum edənlərin və müdafiə olunanların qüvvələr nisbətinin real aydınlaşdırmağa imkan verən sair halları nəzərə almalıdırlar. Eyni zamanda, Azərbaycan Respublikası CM-nin 130.1-ci maddəsində nəzərdə tutulan cinayətin obyektiv cəhəti aşağıdakıları əhatə edir: a) zəruri müdafiənin aşmanın mövcud olması; b) belə şəraitdə sağlamlığa zərər vurma; c) zəruri müdafiə həddini aşma aktı ilə vurulmuş zərərə arasında səbəbəli əlaqə. Yuxarıda göstərilən hüquqi normaları nəzərə alaraq, məhkəmə baxışında təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs, şahid ifadələrini və əldə edilmiş mötəbər sübutlardan aydın olur ki, Təqsirləndirilən şəxs mübahisənin əvvəlində zəruri müdafiə vəziyyətində olsada, lakin ona hücum edən ondan fiziki vəziyyətinə görə zəif olan qadının hərəkətlərini əl və ayaqları ilə yox, yerdən götürdüyü daşla vurması onu göstərir ki, konkret bu halda təqsirləndirilən şəxsin hərəkətlərində zəruri müdafiə həddini aşması mövcud olmuşdur. Nəticədə zərərçəkmiş şəxsə ağır xəsarət yetirilmiş və zəruri müdafiənin aşması ilə baş vermiş nəticənin arasında birbaşa səbəbli əlaqə olmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə Təqsirləndirilən şəxs əməllərini Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsindən həmin Azərbaycan Respublikası CM-nin 130.1-ci maddəsinə tövsif edilməsini zəruri hesab edir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normaları, hüquqi mövqeləri və Azərbaycan Respublikası CPM-nin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 130.1-ci maddəsində nəzərdə tutulan, zəruri müdafiə həddini aşmaqla sağlamlığa ağır zərər vurma cinayət əməlini törətməsi hadisə yerinə baxış keçirilməsi haqqında protokol, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, istintaq hərəkəti protokolları, məhkəmə-tibbi-bioloji, kompleks məhkəmə-trasoloji, məhkəmə-lifli, məhkəmə-tibbi ekspertizasının rəyləri və rəsmi sənədlər, həmçinin iş üzrə toplanmış digər obyektiv sübutlarla tam təsdiq olunmuşdur. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 130.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilmədi) halları, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün sayaraq, ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzanın, yəni azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini məqsədəuyğun hesab edir. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs barəsində olan hökmün icrası onun yaşadığı və qeydiyyatda olduğu ərazi üzrə Biləsuvar rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə keçirilmiş məhkəmə-trasoloji və fiziki-kimyəvi ekspertizası tədqiqatının dəyərinə görə 210 (iki yüz on) manat məbləğində məhkəmə ekspertiza xərcləri Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Cinayət işi üzrə maddi ziyan, üzərinə həbs qoyulmuş əmlak və mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 344, 353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 130.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsinə görə təqsirli bilinərək, 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə Biləsuvar rayonu ərazisi hüdudlarını tərk etməmək, yaşadığı evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzasının icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs barəsində olan hökmün icrası onun yaşadığı və qeydiyyatda olduğu ərazi üzrə Biləsuvar rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə keçirilmiş məhkəmə-trasoloji və fiziki-kimyəvi ekspertizası tədqiqatının dəyərinə görə 210 (iki yüz on) manat məbləğində məhkəmə ekspertiza xərcləri Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. X10 Cinayətlər Məhkəməsinin vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə 20 (iyirmi) gün müddətinə apellyasiya qaydasında şikayət və protest verilə bilər.
Məhkəmə qərarları › İş №1(099)-284/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-284/2023
05.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver