Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-284/2024 11.03.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Nahid Nəsir oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi-X17, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi-X12, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Lənkəran Rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1993-cü ildə İmişli şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, İmişli şəhəri, M.Müşfiq küçəsi, 11 saylı ünvanda qeydiyyatda olmaqla yaşayan, 20 noyabr 2023-cü il tarixdən barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 263-1.3 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 20 iyun 2023-cü il tarixdə saat 16 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndi ilə nəzərdə tutulan yol hərəkəti qaydalarını pozaraq, hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda idarə etdiyi «Mercedes-Benz 320 minik» markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobillə İmişli şəhəri, H.Əliyev prospekti ilə İmişli rayonunun Qaralar kəndi istiqamətində 90-100 km/saat sürətlə hərəkətdə olarkən, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsi və 50ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndi ilə nəzərdə tutulan yol hərəkəti qaydalarını pozaraq, avtomobili yaşayış məntəqəsi daxilində 60 km/saat sürətdən yüksək sürətlə idarə etməməli və hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün tədbirləri görməli olduğu halda, öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görüb, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etməklə cinayətkarcasına özünəgüvənərək, sol tərəfdən, İmişli şəhəri, S.Fətəliyev küçəsində, yola bitişik ərazidə yerləşən «Socol» yanacaq doldurma məntəqəsindən İmişli şəhəri, S.Həmzəyev küçəsi istiqamətində hərəkət edən Şahid2 idarə etdiyi «VAZ-21063 minik» markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin 20 km/saat sürətlə yola çıxdığını və hərəkət üçün təhlükə yarandığını görüb, idarə etdiyi nəqliyyat vasitəsini tam dayandırma həddinə çatdırmaq üçün mümkün tədbirləri görmədən hərəkətini gəldiyi sürətlə davam etdirərək avtomobilinin ön hissəsi ilə Şahid2 idarə etdiyi «VAZ-21063 minik» markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ yan tərəfindən toqquşaraq yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə Şahid2 avtomobilinin arxa oturacağında oturmuş sərnişin X3 ehtiyatsızlıqdan sağ 5, 6, 7, 8, 9-cu və sol 4, 5, 6, 7, 8-ci qabırğaların çoxsaylı yerinidəyişmiş sınıqları, ağciyərin və qaraciyərin cırılmaları və kəskin daxili qanaxma ilə müşayiət olunan döş qəfəsinin və qarnın qapalı küt travması, qasıq sümüyünün qapalı, sağ baldır sümüklərinin aşağı 1/3-nin, sağ ayağın 3-cü daraq sümüyünün və bayır topuq sümüyünün açıq, yerinidəyişmiş sınıqları, sağ gicgah nahiyəsində hematoma, sağ baldırın aşağı 1/3-nin ön səthində, sağ ayağın bayır topuq nahiyəsində, sağ ayağın üstündə və sağ bazunun aşağı 1/3-nin arxa səthində yaralar, sol baldırın yuxarı 1/3-nin ön səthində, sağ budun aşağı 1/3-nin iç səthində, sağ bazunun orta 1/3-nin ön səthində, bel nahiyəsində qançırlar, sol çiyin qurşağı nahiyəsində, sol bazunun orta 1/3-nin bayır səthində, sağ kürək nahiyəsində sıyrıqlardan ibarət həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirərək, Bənövşə Cəfərovanın döş qəfəsinin və qarnın qapalı küt travması fonunda qabırğaların çoxsaylı yerinidəyişmiş sınıqları nəticəsində ağciyərin və qaracirəyin cırılması və baş vermiş kəskin daxili qanaxmadan ehtiyatsızlıqdan ölümünə səbəb olmuş, daha sonra isə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğun olaraq zərər çəkənə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməyərək, «X30» maşını çağırmayaraq, zərər çəkəni həyat üçün təhlükəli xəsarət aldığı halda səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməyərək, nəqliyyat vasitəsinin vəziyyətini, izləri və hadisəyə aidiyyəti olan əşyaları qeyd etməyərək, onların qorunması üçün mümkün olan bütün tədbirləri görməyərək, hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməyərək, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməli olduğu halda oranı tərk edərək yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən olmaqla Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirli bilmiş, Cinayət Məcəlləsinin 264-cü maddəsilə isə təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, bacısı oğlu Şahid1 İmişli şəhəri, H.Əliyev prospektində qəssabxanası vardır. Elnura ot bağlaması satmaq üçün aralarında razılaşma olmuşdur. Otu hələ Elnura satmasa da pul lazım olduğu üçün 20 iyun 2023-cü il tarixdə, saat 12:50 radələrində istifadəsində olan «Mercedes Benz 320 minik» markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə onun qəssabxanasına getmişdir. Elnurla bu barədə söhbət etdikdən sonra evə getmək istəyən zaman Elnur ona nahar etmək istədiyini bildirib onu yolun üstündə olduğu üçün qəssabxanadan təxminən 300 metr uzaqlıqda yerləşən İmişli şəhərindəki el arasında «Karlar» adlanan yeməkxanaya düşürməyi xahiş etmişdir. Bundan sonra Elnur avtomobilin ön sərnişin oturacağında əyləşmiş və avtomobili idarə edib «Karlar» adlanan yeməkxananın qarşısına gəlmişdir. Elnur orada avtomobildən düşmüş, o, isə yaşadığı evə getmişdir. Evdə yemək yeyib, bir az istirahət etdikdən sonra təxminən saat 15:30 radələrində avtomobili İmişli «ASAN» Xidmət Mərkəzinin yaxınlığındakı usta Adəmin işlədiyi avtomobil sexinə aparmaq üçün yola düşmüşdür. Yolda gedərkən, Elnurun «Karlar» yeməkxanası tərəfdən gəldiyini görmüşdür. Elnur onu görmüş, o, avtomobili sola döndərib Elnura tərəf getmişdir. Orda olan yanacaqdoldurma məntəqəsinin qarşısından keçib bir az irəlidə saxlamış və Elnur avtomobilin ön sərnişin oturacağına oturmuşdur. Elnur sərxoş olmuşdur və bunu ondan spirt iyinin gəlməsindən hiss etmişdir. Elnurdan hara getdiyini soruşmuşdur. Elnur ona qəssabxanaya getdiyini demiş, o, isə avtomobil ustasına getdiyini bildirib, Elnura onunla birlikdə getməyi təklif etmişdir. Elnur razılaşmış və o, avtomobili idarə edib geri döndərərək İmişli «ASAN» Xidmət Mərkəzinin yaxınlığındakı maşın sexinə doğru hərəkət etmişdir. Hərəkəti pambıq zavodun qarşısından davam etdirib oradan H.Əliyev prospektinə çıxmış və sol istiqamətdə hərəkətinə davam etmişdir. Avtomobili H.Əliyev prospektində üzü İmişli «ASAN» Xidmət mərkəzinə doğu hərəkət etdirərkən, qarşıda, sol tərəfdə «Socol» adlanan yanacaqdoldurma məntəqəsindən açıq göy rəngli, dövlət qeydiyyat nişanlarını bilmədiyi «VAZ-21063 minik» markalı avtomobilin yavaş sürətlə hərəkət edərək avtomobilinin qarşısına tərəf çıxdığını görmüşdür. Həmin avtomobili görəndə aralarında təxminən 100 metr məsafə olmuş, sürəti təxminən saatda 70 və ya 80 km olmuşdur. Hesab etmişdir ki, «VAZ-21063 minik» markalı avtomobilin sürücüsü onu görür və əsas yolda o, hərəkətdə olduğuna görə onu keçəcəyini gözləyəcəkdir. Buna görə də avtomobilin sürətini bir az da artırmış və təxminən saatda 90-100 km sürətlə idarə etməyə başlamışdır. «VAZ-21063 minik» markalı avtomobil isə dayanmaq əvəzinə hərəkət etmiş və onun idarə etdiyi avtomobilin qarşısına çıxmışdır. «VAZ-21063 minik» markalı avtomobilə təxminən 10-15 metr qalmış avtomobilin əyləcini basmış, lakin buna baxmayaraq idarə etdiyi avtomobil ön hissədən qarşısında hərəkətdə olan «VAZ-21063 minik» markalı avtomobilin arxa sağ hissəsi ilə toqquşmuş və yol-nəqliyyat hadisəsi baş vermişdir. Bundan sonra avtomobili təxminən 50 metr hərəkət etdirdikdən sonra dayanmışdır. O və Elnur dərhal avtomobildən düşmüş, o, «VAZ-21063 minik» markalı avtomobilə tərəf qaçmışdır. Elnurun isə hara getdiyini və nə etdiyini şokda olduğundan xatırlamamışdır. Bir anda hadisə yerinə çoxlu sayda insan toplaşmışdır. Orada təxminən 40-50 nəfər adam olmuşdur. Çatanda görmüşdür ki, «VAZ-21063 minik» markalı avtomobilin sürücüsü avtomobilin salonunda sürücü tərəfdə sükan arxasındadır, bir qadın isə yolun kənarındakı su arxına düşmüşdür. Qadının bir ayağı, səhv etmirsə sol ayağı su arxının içərisində olmuşdur. Həmçinin o, oturaq vəziyyətdə olmuşdur. Qadına yaxınlaşanda ətrafdakı adamlar artıq qadını su arxından çıxarmağa çalışmışlar. O da kömək etməyə başlamışdır. Bu zaman sağ ayağı su arxına düşmüş və islanmışdır. «VAZ-21063 minik» markalı avtomobilin sürücüsünü və onun sərnişini olan qadını tanımamışdır. Su arxından çıxarılarkən qadın bir neçə dəfə «Cəsarət, Cəsarət» deyə çağırmış, buna görə başa düşmüşdür ki, Cəsarət həmin qadının əridir və «VAZ-21063 minik» markalı avtomobilin sürücüsüdür. Ətrafa toplaşanlar Cəsarətin yaxşı olduğunu söyləmişlər, qadın bir az sakitləşmiş, lakin ağrımışdır. Bu zaman tanımadığı bir adam digər avtomobilin sürücüsünün necə olmasını soruşmuş, o da digər avtomobilin sürücüsü olduğunu demişdir. Təcili yardım çağırılıb-çağırılmadığını soruşmuşdur. Kimsə təcili yardım çağırıldığını demişdir. Sonra o, avtomobilinə tərəf getmiş və görmüşdür ki, orada kimsə su gətirib və Elnur əl-üzünü yuyur. Elnurun yanına gedəndə ora polis əməkdaşları gəlmişlər. Polis əməkdaşları polis geyim formasında olmuşlar. Onların içərisində yol polisi əməkdaşı da olmuşdur. Lakin polislərin neçə nəfər olduqlarını xatırlamamışdır. Polislər «Mercedes» markalı avtomobilin sürücüsünün kim olduğunu soruşmuş, o «Mercedes» markalı avtomobilin sürücüsü olduğunu demişdir. Polis əməkdaşları adını soruşmamışlar və polis əməkdaşlarına adını deməmişdir. Bu zaman qardaşı Şahid5 idarə etdiyi motosikletlə hadisə yerinə gəlmişdir. Ziya nə baş verdiyi soruşmuş, qardaşına avtoqəza törətdiyini demişdir. Bu zaman X30 avtomobili gəlmiş və qadını xəstəxanaya aparmışlar. Ziya ona üst-başının yaş olduğunu görüb evə gedib paltarlarını dəyişməyini demiş, Ziya xəstəxanaya getmişdir. Yaşadığı evə taksi ilə getmişdir. Evə çatıb paltarlarını dəyişmiş, bir az sonra qardaşı Ziya zəng edərək qəzada yaralanan qadın sərnişinin öldüyünü demişdir. Taksi sürücüsü Zaur adlı şəxslə İmişli Rayon Polis Şöbəsinə getmişdir. RPŞ-yə çatanda qardaşı Ziya polis şöbəsinin qarşısında olmuşdur. İstintaq bölməsinin rəisi Ələhmədin otağına getmişdir. Otağa girəndə görmüşdür ki, Elnur da oradadır. Ələhməd ona demişdir ki, «Mercedes» markalı avtomobilin sürücüsü odur. Sonra müstəntiq İlqar Soltanlı gəlmiş və onunla birlikdə rayon mərkəzi xəstəxanasına getmişdir. Xəstəxanaya təcili yardım tərəfdən deyil, arxa tərəfdən daxil olub tanımadığı tibb bacısının yanına getmişlər. Orada müstəntiq demişdir ki, ondan qan nümunəsi götürülməlidir. Belə də olmuş, tibb bacısı onun sağ qolundan 5 qramlıq şprisdə qan götürmüş və həmin qanı müstəntiq İlqar Soltanlıya vermişdir. Ordan çıxıb RPŞ-yə getmişlər. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, hadisə baş verən günü spirtli içki içməmiş, istintaq sənədlərində şahid ifadələrində içki içdiyinin yazıldığının səbəbini bilməmişdir. Hadisə vaxtı Elnur yanında olmuşdur. Mərhum qadına Vüqar adlı həmkəndlisi ilə birlikdə köməklik etmişdir. Vüqarı üzdən tanımış, Vüqar da onun kimi suya girərək islanmışdır. Hadisə yerində olan zaman təcili yardıma məlumat verilmişdir. Ziya təsadüfən hadisə yerinə gəlmişdir. Digər avtomobildə iki nəfər şəxs olmuşdur. Təcili yardım avtomobilinin sürücüsünə özünün kim olması barədə məlumat verməmişdir. Hadisə yerində olan zaman polis əməkdaşları ondan hər hansı bir məlumat soruşmamış, o da polis əməkdaşlarına hər hansı bir məlumat verməmişdir. Hadisədən sonra avtomobili kameranın altında saxlamışdır. RPŞ-yə özü gəlmişdir. İlqar adlı müstəntiqə ifadə vermiş, ondan 1 şpris qan götürülmüşdür. Hadisə yerinə YPX-nin əməkdaşları gəlmişlər, polis əməkdaşlarını tanımamışdır. Polis əməkdaşları gələn zaman avtomobili hadisə yerindən kənarda saxlamışdır. Hadisədən sonra digər sürücü avtomobildə oturulu vəziyyətdə qalmışdır. Qardaşı Ziya hadisə yerinə gələn polis əməkdaşlarına hadisənin onun tərəfindən törədildiyini demişdir. Zərərçəkmiş şəxs xəstəxanaya aparıldıqdan sonra yaşadığı evə getmişdir. RPŞ-yə getməmişdən əvvəl qardaşı Ziya ona zəng edərək xəsarət alan qadının ölməsi barədə məlumat vermişdir. Hadisə saat 16 radələrində baş vermişdir. Şahid1 yalan ifadə vermiş, Elnurla araq içməmişdir. Elnur zərərçəkmiş şəxslə qohum olduğuna görə yalan ifadə vermiş, Elnur sadəcə olaraq hadisədən sonra eşitdiklərini danışmışdır. İki azyaşlı uşağı var, uşağının biri ağır nevroloji xəstədir, anasının İİ dərəcəli əlilliyi vardır. Qardaşı «Birinci Qarabağ» müharibəsində, qardaşı oğlu və dayısı oğlu «İkinci Qarabağ» müharibəsində şəhid olmuşlar. Barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınaraq şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, X6 onun bacısıdır. 20 iyun 2023-cü il tarixdə, təxminən saat 16 radələrində bacısı Bənövşə qeyri-rəsmi yaşadığı əri Şahid2 idarə etdiyi «VAZ 21063 minik» markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində olarkən toqquşma yol-nəqliyyat hadisəsinə düşmüş və həmin hadisədə almış olduğu bədən xəsarətlərdən sonra İmişli rayonun mərkəzi xəstəxanasında ölmüşdür. Sonradan bildirmişdir ki, hadisədən əvvəl Cəsarət hadisə yerinin yaxınlığında olan yağ dəyişmə məntəqəsinə gedib orada avtomobilinin yağını dəyişdirmiş və Bənövşə də həmin vaxtı onun avtomobilində arxa oturacaqda əyləşmişdir. Hadisə nəticəsində Cəsarətin idarə etdiyi avtomobillə İmişli şəhər sakini Təqsirləndirilən şəxs idarə etdiyi «Mercedec Benz 320 minik» markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. Baş vermiş toqquşma yol-nəqliyyat hadisəsi ehtiyatsızlıqdan törənən hadisədir və həmin hadisə baş verən yerin yaxınlığında yerləşən mağazada müşahidə kameraları vardır. Həmin müşahidə kamerasına da toqquşma yolnəqliyat hadisəsi düşmüşdür. Sonradan bilmişdir ki, «Mercedec-Benz 320 minik» markalı, **- MB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisə vaxtı sərxoş vəziyyətdə olmuşdur. X11 yol-nəqliyyat hadisəsi nəticəsində ölməsi ilə bağlı Təqsirləndirilən şəxs şikayət və tələbi olmamış, Təqsirləndirilən şəxsla barışmışdır. Verilən suallara cavab olaraq Məlik Cəfərov bildirmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsinin şahidi olmamış, hadisədən sonra zəng edərək ona məlumat verildikdən sonra gedib bacısını götürmüşlər. Bacısının uşaqları olmamışdır. Atası onunla bir evdə yaşayır, atası da onunla eyni mövqedədir. Təqsirləndirilən şəxsla barışmışlar, İsmətdən heç bir şikayət və tələbləri olmamışdır. Hadisədən sonra bacısına köməklik edildiyini eşitmişdir. Hadisə yerinə bir həftə sonra gedib baxmışdır. Hadisənin videoçəkilişi olmuş, həmin videoçəkilişə İmişli Rayon Məhkəməsində baxmışdır. Dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs dayısıdır. Ondan ot bağlaması almaq üçün aralarında razılaşma olmuşdur. İsmət otu hələ ona satmasa da ona pul lazım olduğu üçün 20 iyun 2023-cü il tarixdə, saat 12:30 radələrində İsmət özünün «Mercedes-Benz 320 minik» markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə onun qəssabxanasına gəlmişdir. Qəssabxana İmişli şəhəri, H.Əliyev prospekti 33 ünvanında, «DEPO» adlanan yerə və pambıq zavoduna dönən yolda yerləşir. İsmət ondan ot bağlamalarının pulunu əvvəlcədən istəmiş, o isə İsmətə ot bağlamalarını görməmiş pulu verə bilməyəcəyini bildirmişdir. İsmət ona nahar etmək istədiyini bildirib onunla birlikdə qəssabxanadan təxminən 300 metr uzaqlıqda yerləşən İmişli şəhərində el arasında «Karlar» adlanan yeməkxanaya getməyi təklif etmişdir. İsmətlə birlikdə onun idarə etdiyi «Mercedes- Benz 320 minik» markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə «Karlar» adlanan yeməkxanaya getmişdir. Həmin vaxt avtomobili İsmət idarə etmiş, o, isə avtomobilin ön sərnişin oturacağında əyləşmişdir. O və İsmət hava isti olduğu üçün «Karlar» adlanan yeməkxananın kabinetində oturmamış, yeməkxananın çöldə olan 4 nəfərlik stollarından birində əyləşmişlər. İsmət və o, orada kabab yemiş və markasını xatırlamadığı 0,5 litrlik araq içmişlər. Həmin arağı İsmətlə yarıbayarı içmişlər. Təxminən 1 saat sonra, yəni 13:30 radələrində yemək zamanı Suvarağa zəng edib ona ət lazım olduğunu bildirmişdir. İsmətlə birlikdə İsmətin idarə etdiyi «Mercedes-Benz 320 minik» markalı avtomobil ilə qəssabxanaya gəlmişdir. Həmin vaxt avtomobilin ön sərnişin oturacağında əyləşmişdir. Qəssabxanaya gəldikdən sonra Suvarağaya 5 kilo mal əti satmışdır. Daha sonra isə yenidən İsmətlə birlikdə İsmətin idarə etdiyi «Mercedes-Benz 320 minik» markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə «Karlar» adlanan yeməkxanaya getmişdir. Həmin vaxt avtomobili İsmət idarə etmiş, o, isə avtomobilin ön sərnişin oturacağında əyləşmişdir. Oraya gedib yeməklərini bitirmişlər, lakin hava isti olduğu üçün əlavə içki istəməmişlər. Təxminən 16 radələrində o və İsmət «Karlar» adlanan yeməkxanadan çıxmışlar. İsmət «Mercedes-Benz 320 minik» markalı avtomobilində sükan arxasına oturmuş, o, isə avtomobilin ön sərnişin oturacağında əyləşmişdir. Qəssabxananın yaxınlığından keçərkən o, qəssabxanaya getmək üçün avtomobildən düşmək istəmiş, bu zaman İsmət ona onunla birlikdə İmişli «ASAN» Xidmət Mərkəzinin yaxınlığındakı maşın sexinə avtomobilini göstərmək üçün getməyi təklif etmişdir. İsmətin təklifi ilə razılaşmış və İsmətlə birlikdə onun avtomobili ilə İmişli «ASAN» Xidmət Mərkəzinin yaxınlığındakı maşın sexinə doğru hərəkət etmişlər. İsmət avtomobili ilə hərəkəti pambıq zavodun qarşısından davam etdirib oradan Heydər Əliyev prospektinə çıxmış və sol istiqamətdə hərəkətinə davam etmişdir. İsmət avtomobili H.Əliyev prospektində üzü İmişli «ASAN» Xidmət mərkəzinə doğu hərəkət etdirərkən qarşıda, sol tərəfdə «Socol» adlanan yanacaqdoldurma məntəqəsindən açıq göy rəngli, dövlət qeydiyyat nişanlarını bilmədiyi «VAZ- 21063 minik» markalı avtomobilin yavaş sürətlə hərəkət edərək İsmətin avtomobilinin qarşısına tərəf çıxdığını görmüşdür. İsmət həmin avtomobili görəndə aralarında təxminən 50 metr məsafə olmuşdur. İsmət bu zaman «VAZ-21063 minik»“ markalı avtomobilin yanından sürətlə keçmək istəmiş, ancaq «VAZ-21063 minik» markalı avtomobil dayanmaq əvəzinə hərəkət etmiş və İsmətin avtomobilinin qarşısına çıxmışdır. İsmət «VAZ-21063 minik» markalı avtomobillə toqquşmamaq üçün surəti artırıb yanından keçmək istəmişdir. Lakin buna baxmayaraq İsmətin idarə etdiyi avtomobil ön hissədən qarşıda hərəkətdə olan «VAZ-21063 minik» markalı avtomobilin arxa sağ yan hissəsi ilə toqquşmuş və yol-nəqliyyat hadisəsi baş vermişdir. Bundan sonra İsmətin avtomobili təxminən 50 metr hərəkət edərək dayanmışdır. O və İsmət dərhal avtomobildən düşmüşlər, o, həm şokda olduğu, həm də alnı qanadığı üçün üzünə su vurmaq məqsədi ilə hadisə yerinin yaxınlığındakı adını xatırlamadığı yeməkxanaya daxil olmuşdur. Orada əl-üzünü yumuş, həmin vaxt yanına İsmət gəlmiş və bir-birinin vəziyyəti barədə maraqlanmışlar. Sonra isə İsmət onun yanından uzaqlaşıb qəzada xəsarət alan qadına kömək etməyə getmişdir. O isə yeməkxanadan çıxıb təxminən 10 dəqiqə səkidə əyləşmişdir. Hadisə yerinə çoxlu sayda insan toplaşmış, bir azdan sonra polis əməkdaşları yanına gəlmişlər. Onlar polis geyim formasında olmuşlar. Onların içərisində yol polisi əməkdaşı da olmuşdur. Polis əməkdaşlarını tanımamışdır. Polislər ondan spirtli içki içib-içmədiyini soruşmuşlar, o isə onlara içkili olduğunu bildirmişdir. Həmin vaxt İsmətin qardaşı Şahid5 da orada görmüş, Ziyanın ora nə ilə gəldiyini bilməmişdir. X30 maşını gəlmiş, ancaq kimi xəstəxanaya apardıqlarını görməmişdir. İki nəfər polis əməkdaşı avtomobil ilə onu İmişli Rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Xəstəxanada həkim ona baxmış, xəsarətlərini görmüş və ona içkili olduğunu bildirmişdir. Sonra həmin polislərlə birlikdə xəstəxanadan çıxıb İmişli RPŞyə gəlmişdir. Polis şöbəsinin qarşısında Ziyanın olduğunu görmüşdür. O da polis şöbəsinin qarşısında avtomobildən düşmüş və Ziya ilə birlikdə orada təxminən 20 dəqiqə qaldıqdan sonra qadının öldüyü barədə eşitmişdir. Verilən suallara cavab olaraq Şahid1 bildirmişdir ki, İsmət onunla birlikdə araq içmişdir. İsmət ögey dayısıdır. Avtomobili böyür tərəfindən vurmuşlar. Hadisə zamanı başı avtomobilə dəyməsi nəticəsində özünü itirmişdir. Hadisə zamanı İsmətin idarə etdiyi avtomobilin surəti təxminən 80-90 km/saat surəti olmuşdur. «VAZ-21063 minik» markalı avtomobil qarşılarına qəflətən çıxmış, İsmət idarə etdiyi avtomobili saxlamağı çatdıra bilməmişdir. Əmisi qızı zərərçəkmiş şəxsin hüquqi varisigildə gəlindir. Hadisə yerində polis əməkdaşlarını görmüş, lakin həmin polis əməkdaşlarının hadisə yerində İsməti görüb-görməmələri barədə heç bir məlumat vermə bilməmişdir. Hadisə yerində polis əməkdaşları ona yaxınlaşaraq avtomobilin kimin olduğunu soruşmuşlar, o da avtomobilin İsmətə məxsus olduğunu bildirmişdir. Hadisədən sonra xəstəxanaya getmişlər, sərxoşluğu yoxlanılmış, həmin vaxtı sərxoş olduğu müəyyən olunmuşdur. Sərxoşluğu yoxlanan zaman İsməti görməmişdir. Hadisədən sonra avtomobildən düşmüşlər, İsmət onun yanına gəlmiş, İsmətə salamat olduğunu bildirmiş, sonra İsmətə gedib digər avtomobildə olan xəsarət almış şəxslərə köməlik etməsini demiş, İsmət getmiş, orada adam çox olmuş, lakin sonradan İsməti görməmişdir. İsmətin əynində köhnə paltar olmuş, paltarı bulaşdığından dəyişməyə getmişdir. İsmətin paltarının nəyə bulaşdığını bilməmişdir. Hadisədən sonra İsmət özü avtomobildən düşmüş və çıxıb getmişdir. O isə avtomobildən düşərək kafeyə girmiş, alnına su vurmuşdur. İsmət həmin vaxtı ona paltarını dəyişmək üçün getdiyini bildirmişdir. Avtomobildən düşəndən sonra İsməti bir dəfə görmüşdür. Dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 20 iyun 2023-cü il tarixdə təxminən saat 11 radələri arasında İmişli rayonu, Kürmahmudlu kəndindən «VAZ-21063 minik» markalı, **-BG- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bənövşənin atası evinə qonaq getmişlər. Həmin gün təxminən saat 15 radələrində idarə etdiyi avtomobilin mühərrikinin yağ işığının yandığını görmüş və Bənövşəyə bildirmişdir ki, deyəsən avtomobilin mühərriki sıradan çıxır və yağ işığı yanıb sönür. Bənövşə də ona avtomobilin mühərrikini ustaya göstər və gör nə məsələdir demişdir. Avtomobilin mühərrik sistemini Fərahim adlı şəxsə göstərmişdir. Fərahim adlı şəxsin də hadisə baş verən yerin yaxınlığında sexi vardır. Avtomobilində olan Bənövşəyə bildirmişdir ki, aparıb onu evə düşürtsün və özü qaydıb Fərahimin yanına gələr. Bənövşə ona narazılıq etmiş, onu aparıb evə düşürtsə ola bilər avtomobilin mühərriki sıradan çıxar. Avtomobildə olan Bənövşə ilə birikdə şəhərin mərkəzindən gedib avtomobilinə mühərrik yağı almış və bir başa Fərahimin yanına gəlmiş, Fərahimə avtomobilidə olan nasazlığı bildirib danışmışdır. Fərahim avtomobilin mühərrikinin yağını dəyişmişdir. Bundan sonra o və Bənövşə onun idarə etdiyi avtomobilə əyləşib yaşadığı evə idarə edib gedərkən dörd yol ayrıcını keçməli olmuş və dördyol ayrıcında sola və sağa baxmış və avtomobil gəlimədiyini görüb saatda 20 km surətlə hərəkətə başlamış və yolun bir hissəsini keçdikdən sonra İmişli şəhəri istiqamətindən Təqsirləndirilən şəxs idarə etdiyi «Mercedes 320 minik» markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobil onun idarə etdiyi avtomobilin sağ yan hissəsindən vurmuşdur. Hərəkətə başlamazdan əvvəl yolun boş olmasını görmüş və onun üçün də hərəkətə başlamışdır. Yolnəqliyyat hadisəsi nəticəsində isə avtomobilində olan sərnişin və onun qeyri-rəsmi yaşadığı arvadı Bənövşə Cəfərova almış olduğu bədən xəsarətlərindən «İmişli Rayon Mərəkəzi Xəstəxanası» X25 ölmüşdür. Verilən suallara cavab olaraq Şahid2 bildirmişdir ki, İsmətin hadisədən sonra onlara köməklik etməsini eşitməmişdir. Hadisə nəticəsində idarə etdiyi avtomobil 3 dəfə fırlandıqdan sonra Bənövşə kanala düşmüşdür. Bənövşəyə köməklik edən dükanda işləyən oğlan olmuş, həmin oğlan adını bilməmişdir. İmişli Rayon Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli, 1(036)- 80/2023 nömrəli hökmü ilə Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinmiş, 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə, 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilmiş və təyin edilmiş azadlıqdan məhrum etmə cəzası həmin müddətə şərti hesab edilərək, üzərində 2 (iki) il sınaq müddəti tətbiq edilmişdir. Dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, İmişli şəhəri M.Müşviq küçəsində özünün ərzaq mağazası var. Həmin ərzaq mağazasına 20 iyun 2023-cü il tarixdə təxminən saat 14 radələri arasında üzdən tanıdığı Şahid1 gəlmiş və ondan 5 manat dəyərində olan 0,5 litirlik «Aqronom» markalı araq almışdır. Elnur mağazaya tək gəlmiş, Elnurun yanında heç kim olmamışdır. Elnur ondan aldığı arağı kiminlə, harada içməsi barədə onda hər hansı bir məlumat olmamışdır. 21 iyun 2023-cü il tarixdə Elnur onun mağazasına yaşadığı evlərinə ərzaq almaq üçün gəlmiş və onun yorğun olduğunu görüb ondan hal əhval olmuş və nə səbəbə yorğun halda olmasını soruşmuşdur. Elnur isə ona bildirmişdir ki, bir gün əvvəl təxminən saat 16 radələrində yol-nəqliyyat hadisəsinə düşmüşdür. Elnurdan hadisə barədə ətraflı heç bir söz soruşmamışdır. Verilən suallara cavab olaraq Şahid6 bildirmişdir ki, Elnur əvvəllər də ondan araq almışdır. Dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, İmişli Rayon Polis X26 Polisi Bölməsinin yol patrul xidməti inspektoru vəzifəsində işləyir. 20 iyun 2023-cü il tarixdə Şahid11la birlikdə şəhərin N.Savalanov küçəsində xidmətdə olmuşdur. Xidmətdə olduğu müddət ərzində təxminən saat 16 radələrində xidməti ratsiya vasitəsi ilə şəhərin H.Əliyev prospektində «Socol» yanacaq doldurma məntəqəsinin qarşısında avtomobillərin toqquşması barədə məlumat daxil olmuş və həmin məlumatla əlaqədar xidməti avtomobillə qeyd olunan əraziyə getmiş və orada «Mercedec-Benz 320 minik» markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobillə «VAZ-21063 minik» markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşduqdan sonra dayanıb durmalarını görmüşdür. «VAZ-21063 minik» markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşı hissəsi səkinin üstündə, arxa hissəsi isə asfalt üzərində olmuş və sağ yan hissədən toqquşma hadisəsi nəticəsində əzilmiş vəziyətdə görmüşdür. «Mercedec-Benz 320 minik» markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobil isə mağazanın qarşısında qarşı hissəsinin əzik vəziyyətdə olmasını görmüşdür. Həmin hadisə yerində istintaqı aparan müstəntiq İlqar Soltanlı və istintaq bölməsinin rəisi, Ələhməd Əhmədlini və yol patrul xidməti inspektoru Şahid10 görmüşdür. Həmin vaxtı orada müstəntiq İlqar Soltanlı tərəfindən yolun müayinəsi aparılmış və istintaqın rəisi Ələhməd Əhmədli tanıdığı Şahid1la söhbət etmişdir. Yolun müayinəsi aparılıb qurtardıqdan sonra ona avtomobillərin hadisə yerindən götürülüb rayon polis şöbəsinin cərimə meydançasına aparılması göstərişi verilmişdir. Şahid10 və Şahid11la birlikdə hadisə yerindən toqquşan avtomobilləri götürüb evakuatorla rayon polis şöbəsinə aparmışlar. Həmin toqquşma yol-nəqliyyat hadisəsi nəticəsində «Mercedec-Benz 320 minik» markalı və «VAZ-21063 minik» markalı avtomobillərin sürücülərini hadisə yerində görməmiş və həmin avtomobilləri toqquşma hadisəsindən qabaq kimin idarə etmələrini də bilməmişdir. Verilən suallara cavab olaraq Şahid3 bildirmişdir ki, hadisə baş verdikdən sonra hadisə yerinə gəlmişlər. Hadisə yerində hadisəni törədən «Mercedec-Benz 320 minik» markalı avtomobilin hadisə yerindən qaçdığını bildirmişlər. «Mercedec-Benz 320 minik» markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs tanımamışdır. Hadisə yerində hərəkət surəti saat 50 km olmuşdur. İş üzrə şahid qismində dindirilmiş İmişli RPŞ-nin əməkdaşları X18, Şahid10 və Şahid11 ifadələrində Şahid3 ifadəsində göstərdiyi xüsusatları olduğu kimi təsdiq etmişlər. Dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Şahid2 onun qardaşıdır. 20 iyun 2023-cü il tarixdə, saat təxminən 16 radələrində qardaşı Cəsarət özünə məxsus idarə etdiyi «VAZ-21063 minik» markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə İmişli şəhəri, H.Əliyev prospektində toqquşma yol-nəqliyyat hadisəsinə düşmüş və həmin hadisədə onun qeyri-rəsmi yaşadığı həyat yoldaşı Bənövşə Cəfərova müxtəlif dərəcəli bədən xəsarətləri almış və almış olduğu bədən xəsarətlərindən İmişli rayonu mərkəzi xəstəxanasında ölmüşdür. Cəsarət də həmin hadisə nəticəsində almış olduğu xəsarətlə bağlı 1 həftəyə yaxın həmin xəstəxanada müayinə və müalicə olunmuşdur. Qardaşı Cəsarətin idarə etdiyi avtomobillə toqquşan avtomobil isə sonradan bildiyi İmişli şəhər sakini Təqsirləndirilən şəxs idarə etdiyi «Mercedec- Benz 320 minik» markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobil olmuş və onun avtmobilində isə Şahid1 olmuşdur. Şahid1 iri buyunuzlu heyvanların kəsimi ilə məşqul olur və İmişli şəhəri, H. Əliyev prospektində ət kəsimi mağazası var. Həmin günü səhər saatlarında Şahid1 heyvan kəsdiyini görmüş və həmin günü İmişli şəhərindən yaşadığı evə təxmnən saat 13 və ya 14 radələri arasında qaydarkən ət almaq qərarına gəlmiş və Elnurun ət kəsimi mağazasında idarə etdiyi avtomobili saxlamış, zəng etməsi əsasında Elnur mağazaya gəlmiş, ona istədiyi 5 kq əti çəkib vermişdir. Elnur həmin vaxtı mağazaya qardaşı Cəsarətin avtomobili ilə toqquşan avtomobillə gəlmiş, həmin avtomoili isə Təqsirləndirilən şəxs idarə etmişdir. Elnurun hərəkətlərindən görmüşdür ki, Elnur tələsir və ona bildirmişdir ki, «deyəsən narahat etdim, yeyib içirdiniz» sualını vermişdir. Elnur isə ona «yox əmi heyvan kəsməyə gedirəm» demişdir. Elnur ona əti satdıqdan sonra o, gəldiyi və Təqsirləndirilən şəxs idarə etdiyi «Mercedec-Benz 320 minik» markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib dəmiryolu istiqamətində hərəkət etmişlər. O da öz avtomobilinə əyləşib yaşadığı evə getmişdir. Təxminən saat 16 radələrində eşitmişdir ki, qardaşı Cəsarət idarə etdiyi avtomobillə İmişli şəhəri, H.Əliyev prospektində «Socol» yanacaq doldurma məntəqəsinin yaxınlığındakı dörd yol ayrıcında toqquşma yol-nəqliyyat hadisəsinə düşmüşdür. İmişli rayon mərkəzi xəstəxanasına gəlmiş və orada olarkən qardaşının qeyri-rəsmi yaşadığı arvadı Bənövşə Cəfərovanın və qardaşı Cəsarətin də həmin hadisə nəticəsində xəsarət almasını görmüşdür. Xəstəxanada olarkən istintaq bölməsinin rəisi Ələhməd Əhmədlinin yanında Şahid1 görmüş, Elnur da həmin hadisə nəticəsində xəsarət almış və tibbi ekspertizadan keçirilməsi üçün gətirilmişdir. Xəstəxanada olduğu vaxtda Təqsirləndirilən şəxs görməmişdir. Dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 20 iyun 2023-cü il tarixdə təxminən saat 16:15 radələrində torpaq sahəsinin sənədləşmə işləri ilə əlaqədar olaraq İmişli «ASAN» Xidmət Mərkəzinə getmək üçün «İJ» markalı motosikleti ilə yola düşmüşdür. Motosikleti özü idarə etmiş və motosikletdə ondan başqa heç kim olmamışdır. Motosikleti ilə H.Əliyev prospektində İmişli «ASAN» Xidmət Mərkəzi istiqamətində hərəkətdə olarkən qardaşı Təqsirləndirilən şəxs məxsus olan «Mercedes-Benz 320 minik» markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolun sağ tərəfində ön hissəsi zədələnmiş şəkildə dayandığını görmüşdür. Motosikleti qardaşının avtomobilinin yanında saxlamışdır. Həmin vaxt orada çoxlu insan toplaşmışdır. Ətrafda həmçinin polis əməkdaşlarının olduğunu görmüşdür. Polis əməkdaşları polis geyim formasında olmuşlar. Onların içərisində yol polisi əməkdaşı da olmuşdur. Lakin polislərin neçə nəfər olduqlarını xatırlamır. Hətta onlardan heç birini tanımamışdır. Həmin yerdə qardaşının avtomobilindən əlavə «VAZ-21063 minik» markalı avtomobilin qəzalı vəziyyətdə olduğunu görmüşdür. İsmət avtomobilinin yanında dayanmışdır. İsmətə yaxınlaşıb nə olduğunu soruşub vəziyyəti ilə maraqlanmış, İsmət ona «Mercedes-Benz 320 minik» markalı avtomobili ilə «VAZ-21063 minik» markalı avtomobilin toqquşduğunu, özünün və bacısı oğlu Elnurun yaxşı olduğunu, VAZ-21063 minik» markalı avtomobildə olan sürücü və sərnişinin isə xəsarət aldığını, sonuncuların təcili-tibbi yardım avtomobili ilə xəstəxanaya aparıldıqlarını bildirmişdir. Hadisə yerinə çatanda VAZ-21063 minik» markalı avtomobildə olan sürücü və sərnişini görməmişdir. İsmətə diqqət yetirdikdə paltarlarının islanmış vəziyyətdə olduğunu görmüşdür. İsmət ona «VAZ-21063 minik» markalı avtomobildə olan bir qadının su arxına düşdüyünü, onu çıxarmaq istəyən zaman paltarlarının islandığını bildirmişdir. İsmətə evə gedib paltarlarını dəyişib, polis şöbəsinə gəlməyi tapşırmışdır. İsmət yaşadığı evə getmişdir. İsmət getdikdən sonra ona adını Ələhməd olduğunu bildiyi polis əməkdaşları yaxınlaşmış, onun yanında isə əvvəllər tanımadığı bir müstəntiq olmuşdur. Onlar ondan «Mercedes-Benz 320 minik» markalı avtomobilin kimə məxsus olduğunu soruşmuşlar. Onlara həmin avtomobilin qardaşı İsmətə məxsus olduğunu dedikdən sonra Ələhməd adlı polis əməkdaşı avtomobildə onun da olduğunu zənn edib yanındakı polisə onu da xəstəxanaya aparıb sərxoşluq vəziyyətinin yoxlanmağı üçün test verməyini tapşırmışdır. Ələhməd adlı polis əməkdaşı adını və rütbəsini xatırlamadığı, lakin müstəntiq olduğunu bildiyi eynəkli bir polis əməkdaşı ilə birlikdə, səhv etmirsə Ələhməd adlı polis əməkdaşının idarə etdiyi rəngini, markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobil ilə İmişli Rayon Mərkəzi Xəstəxanasına getmişlər. Xəstəxanaya daxil olan kimi sol tərəfdə yerləşən, təcili-tibbi yardım avtomobillərinin dayandığı yerin yaxınlığındakı binaya daxil olmuşlar. Orada alkotester aparatı vasitəsi ilə onun sərxoşluq vəziyyəti yoxlanılmışdır. Həkim tərəfindən onun sərxoşluğu olmadığı deyilmişdir. Daha sonra Ələhməd digər polis əməkdaşı ilə birlikdə onu xəstəxanaya gəldiyi avtomobil ilə İmişli RPŞ-yə getmişlər. Polis şöbəsinə daxil olan zaman İsmət və Elnurun şöbənin qarşısında olduğunu görmüşdür. Həmin vaxt İsməti polislər şöbənin inzibati binasına aparmışlar. Təxminən saat 18:00 radələrində onun yanına yaxınlaşan Ələhməd ona evə gedə biləcəyini bildirmiş, o da taksi ilə yaşadığı evə getmişdir. Verilən suallara cavab olaraq Şahid5 bildirmişdir ki, hadisə yerində Elnuru görmüş, Elnurun alnı qızarmış vəziyyətdə idi. Xəsarət almış şəxsi xəstəxanaya aparmışdılar. İsmət «VAZ-21063 minik» markalı avtomobilin yanında olmuşdur. İsmət ona şalvarını dəyişib gələcəyini, orada gözləməsini bildirmişdir. İsmət getdikdən sonra polis Ələhməd gəlmiş, hadisəni törədən şəxsin qardaşı İsmət olduğunu demiş, İsmətin nömrəsini Ələhmədə vermişdir. RPŞ-yə getdikdən sonra İsmət polis şöbəsinə gəlmişdir. RPŞ-də İsmətin sərxoşluğunu yoxlamışlar, İsmətin sərxoş olmadığı müəyyən olunmuşdur. Həmin vaxtı həmçinin onun da sərxoşluğunu yoxlamışlar. Dindirilmiş Şahid7 ifadəsində bildirmişdir ki, İmişli şəhəri Muğan küçəsində «Karlar» kimi tanınan yeməkxananı işlədir. 20 iyun 2023-cü il tarixdə saat təxminən 13 radələrində onun işlədiyi yeməkxanaya tanıdığı Şahid1 və Təqsirləndirilən şəxs gəlmişlər. Yemək yeyib pulunu verib çıxıb getmişlər. Elnur və İsmətə özü qulluq etmiş, onların araq içib-içməmələrini bilməmişdir. Arağı Elnur özü ilə gətirmişdir. Cinayət-Prosessual Məcəlləsinin 327.1.3 və 329.1-ci maddələrinə əsasən (şahidin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, İmişli şəhəri Muğan küçəsində «Karlar» kimi tanınan yeməkxananı işlədir. Həmin yeməkxananın sahibi Tofiq adlı şəxsdir və onun zəif eşitməsi ilə bağlı həmin yeməkxana İmişli rayonunda «Karlar» kimi tanınır. 20 iyun 2023-cü il tarixdə təxminən saat 13 radələrində onun işlədiyi yeməkxanaya tanıdığı Şahid1 və Təqsirləndirilən şəxs gəlmişlər. Elnurun İmişli şəhəri H.Əliyev prospektində yeməkxananın yerləşdiyi yerdən təxminən 300 metr aralıda qəssəbxanası var və orada ət satışı ilə məşğul olduğu üçün tanıyır. Təqsirləndirilən şəxs isə İmişli şəhəri dəmiryolunun digər hissəsində yaşadığı üçün oradan tanıyır. Onların hər ikisi ilə münasibəti normaldır, aralarında hər hansı bir düşmənçilik və ya ədavət olmamışdır. Onlar ikisi birlikdə onun işlədiyi yeməkxanaya gəlmişlər və hava şəraiti isti olduğundan çöldə kabinetin qarşısına qoyduğu açıq masada əyləşmiş və özləri ilə də bir şüşə 05 litirlik araq alıb gətirmişlər. Orada onlar kabab sifariş vermişlər və masa üzərinə soyuq yeməkləri qoyduqdan sonra onlar ikisi durub çıxıb getmişlər və qısa zamanda qayıdacaqlarını demişlər. Təxminən aradan 10-15 dəqiqə keçmişdir Elnur və İsmət yenidən yeməkxanaya qayıtmış və həmin vaxtı da onların artıq kababları bişmək üzrə olmuş, onlara 5 şiş kabab bişirib vermiş və saat təxminən 16 radələrində onlar yeyib içdikdən sonra yeməyin pulu 45 manat olduğu üçün Elnur yeməyin pulunu ona vermiş və heç bir narazılıq etmədən çıxıb getmişlər. Həmin vaxtı onlar yeməkxanaya İsmətin idarə etdiyi göy rəngli dövlət qeydiyyat nişanını bilmədiyi «Mercedes» markalı avtomobili ilə gəlmişlər və həmin avtomobillə də çıxıb getmişlər. Lakin avtomobili kimin idarə etdiyini isə görməmişdir. İfadəsi elan olunduqdan sonra verilən suallara cavab olaraq Şahid7 bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini oxumuş, öz imzası ilə təsdiq etmişdir. İsmət və Elnur kafedə sok-su içmişlər. Suvarağa adlı şəxsi tanımamışdır. İsmətin araq içdiyini görməmişdir. İsmət rumkaları kənara çəkmişdir. Məhkəməyə verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Şahid8 Arzuman qızı 16 fevral 2024-cü il tarixli teleqramla müraciət edərək məhkəmədə ailə vəziyyəti ilə əlaqədar iştirak edə bilməyəcəyini, əvvəlki ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş, Şahid8 Arzuman qızı ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2005-ci ildən İmişli rayon mərkəzi xəstəxanasında işləyir. Qanunvericiliyə dəyişiklik olandan sonra iş yeri TƏBİB İmişli MRX və PHŞ adlanır. X30 şöbəsinin tibb bacısıdır, işi növbəlidir. Belə ki, bir gün səhər saat 09:00 dan axşam saat 21:00-dək, növbəti gün isə axşam saat 21:00-dan səhər saat 09: 00-dək işdə olur, sonra 3 gün istirahət edir. 21 iyun 2023-cü il tarixdə səhər saat 09:00-da İmişli mərkəzi rayon xəstəxanası PHŞ-in X30 şöbəsində növbəni qəbul edib işə başlamışdır. 21 iyun 2023-cü il tarixdə saat təxminən 14:00 -15:00 radələrində İmişli rayon polis şöbəsinin istintaq bölməsinin üzdən tanıdığı, lakin adını bilmədiyi müstəntiqi, bir nəfərlə şöbəyə daxil olmuşdur. Müstəntiq ona demişdir ki, yanındakı oğlandan 5 qram qan nümunəsi götürülməlidir. O, əvvəlcə onları laboratoriyaya yonəltmək istəmiş, lakin müstəntiq bildirmişdir ki, o polis işçisidir və qan götürmək lazımdır. O, müstəntiqlə gələn şəxsin sağ qolundan şprislə 5 qram qan çəkmiş və şprisi qanla dolu halda müstəntiqə vermişdir. Müstəntiq ondan qanı götürdükdən sonra heç bir sənədləşmə aparmamış və heç bir sənədə imza etməmişdir. Sonradan isə həmin müstəntiqin İlqar Soltanlı olduğunu bilmişdir. Onu əvvələr də xəstəxanada görmüş, lakin adını bilməmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs suda olan zərərçəkmiş şəxsə köməklik etmişdir. Suda qadının paltarını görüb suya tullanmışdır. Zərərçəkmiş şəxsi tutub sudan çölə çıxarmış, bir nəfər də suyun kənarından köməklik etmişdir. Zərərçəkmiş şəxs onlara yavaş götürün demişdir. Cəsarət kənarda idi. Hadisə yerinə çox saylı adamlar toplaşmışdır. Zərərçəkmiş şəxsin düşdüyü su beton kanal olmuş, kanalda olan su çöl sahəyə getmişdir. Su bir metrdən dərin olmuşdur. İsmət ona təcili yardıma zəng etmələrini bildirmişdir. Su ilə onun olduğu yerin arasnda məsafə təxminən 5 metr olmuşdur. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, çayxanada oturmuşdur, səsə çölə çıxmışlar, iki nəfərin qadını sudan çıxardıqlarını görmüşdür. İsmət də qadının sudan çıxarılmasına köməklik edirdi. Qadının iki ayağı da sınmışdır. Təxminən 10 dəqiqə sonra təcili yardım avtomobili gəlmişdir. Sonradan Vüqar ona İsmətin avtomobili sürən şəxs olduğunu demişdir. Qadın çəkicə ağır idi. Baş vermiş hadisəsinin şahidi olmamışdır. Verilən suallara cavab olaraq şahid Ramil Rəcəbov bildirmişdir ki, hadisənin olduğu tarix və vaxtı xatırlamamışdır. Təcili yardım avtomobili gəldikdən sonra qadını xərəyə qoyub aparmışdır. Dəqiq xatırlamamış, ancaq təxminən polis əməkdaşları təcili yardım avtomobili gəlib getdikdən sonra gəlmişlər. Hadisə yerində olan zaman «qoyma qacdı» kimi sözlər eşitməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra- Cinayət-Prosessual Məcəlləsi) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -«yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında» 20 iyun 2023-cü il tarixli protokol, tərtib olunmuş sxem, fotocədvəldən görünür ki, hadisə yeri İmişli şəhəri, H.Əliyev prospektində «Sokol» yanacaq doldurma məntəqəsinin yaxınlığından keçən avtomobil yoludur. Hadisə yerində yolun eni 17 metrdir, yolun ortasını ayran səki vardır, sol hərəkət zolağının eni 8 metr, sağ hərəkət zolağının eni 8 metrdir, orta səkinin eni 1 metrdir. Orta səkinin baş hissəsində 4.2.1 maneyəni sağdan keçmə yol nişanı vardır. Hadisədən əvvəl «VAZ-21063 minik» markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil dördyol ayrıcından «Mercedec-Benz 320 minik» markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobilin solundan hərəkət edərək yol ayrıcına satda 20 km surətlə hərəkət zolağına daxil olmuşdur. Toqquşma yol-nəqliyyat hadisəsi «Mersedes-Benz 320 minik» markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağında, asfalt yolun şərti yol kənarından 4 metr məsafədə baş vermişdir. Toqquşma yol-nəqliyyat hadisəsindən sonra «VAZ-21063 minik» markalı avtomobil hadisə yerinin yaxınlığında sağ səkiyə düşmüş, «Mercedec-Benz 320 minik» markalı avtomobil isə toqquşma hadisəsi yerindən 90 metr məsafədə qarşıya irəliləyərək mağazanın qarşısında dayanmışdır. Hadisə baş verən yolda «Mercedec-Benz 320 minik» markalı avtomobil baş yolda hərəkət etmişdir.(cild 1, i.v.6-16) -«üzləşdirmə aparmaq haqqında» 04 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Şahid1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demişdir.(cild 1, i.v.69-74) -«zərərçəkmiş şəxs kimi tanıma haqqında» 13 iyul 2023-cü il tarixli qərardan görünür ki, X6 zərərçəkmiş şəxs qismində tanınmışdır.(cild 1, i.v.76-77) -«zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanıma haqqında» 13 iyul 2023-cü il tarixli qərardan görünür ki, zərərçəkmiş şəxs X1 qardaşı X12 zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır.(cild 1, i.v.82-83) -14 iyul 2023-cü il tarixli DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin 3-13-16-419-251/2023 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs BC 704482 nömərli sürücülük vəsiqəsi 07 iyun 2022-ci il tarixdən 07 iyun 2032-ci il tarixədək etibarlıdır.(cild 1, i.v.112) -«şahidin ifadəsinin yerində yoxlanılması haqqında» 19 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Şahid1 ifadəsində göstərdiyi xüsusatları hadisə yerində göstərilmişdir.(cild 1, i.v.113-126) -«diskə baxış keçirilməsi haqqında» 24 iyul 2023-cü il tarixli protokoldan görünür ki, İmişli şəhəri, H.Əliyev prospektində yerəşən «Sokol» YDM-dən götürülmüş yol nəqliyyat hadisəsinin görüntüsü olan CD diskə baxış keçirilmiş, diskdə 3 ədəd görüntü vardır. Birinci görüntüdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs idarə etdiyi «Mercedes 320 minik» markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobil H.Əliyev prospekti ilə hərəkət etmiş, sürücü Şahid2 idarə etdiyi «VAZ-21063 minik» markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil isə yol ayrıcından çıxır, nəticədə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin qarşı hissəsi ilə sürücü Şahid2 idarə etdiyi avtomobilin sağ yan hissəsindən vuraraq toqquşmuşdur. Həmin görüntü 29 saniyyə davam edir. İkinci görüntü 1 dəqiqə 9 saniyyə davam etmiş, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilinin qarşı hissəsi diskdə olan kameranın yaddaşında 16-22-10 saniyədə əzilmiş vəziyyətdədir. Üçüncü görüntü 55 saniyə davam etmiş, Təqsirləndirilən şəxs hadisədən sonra avtomobildən düşüb hadisənin baş verdiyi yerə getmişdir. (cild 1, i.v.154-155) -«məhkəmə yol-nəqliyat hadisəsi ekspertizası»nın 21 sentyabr 2023-cü il tarixli, 8/2226 nömrəli rəyindən görünür ki, «VAZ-21063 minik» markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid2 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 4-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. «Mersedes Benz-320 minik» markalı **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X8 hərəkətlərində tədqiq olunan şəraitdə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs «Mersedes Bez-320 minuik» markalı avtomobili sərxoş vəziyyətdə idarə etməsi şəraitində onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü İ.E.X20-320 markalı avtomobili yaşayış məntəqəsində icazə verilən 60 km/saatdan artıq, yəni 90-100km/saat sürtlə idarə etdiyndən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur.(cild 1, i.v.176-180) -«məhkəmə-kimyəvi ekspertizası»nın 20 iyul 2023-cü il tarixli, 2283/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenilalkilami qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi.(cild 1, i.v.181-184) -«məhkəmə-tibb ekspertizası»nın 14 iyul 2023-cü il tarixli, 09 nömrəli rəyindən görünür ki, 1974-cü il təvəllüdlü X1 meyitinin məhkəmə-tibbi ekspertizasında və tibbi sənəddə yazılanlara əsasən aşkar edilmiş xəsarətlər-sağ 5,6,7,8,9-cu və sol 4,5,6,7,8-ci qabırğaların çoxsaylı yerini dəyişmiş sınıqları, ağciyərin və qaraciyərin cırılmaları və kəskin daxili qanaxma ilə müşayiət olunan döş qəfəsinin sınıqları, ağciyərin və qaraciyərin cırılmaları və kəskin daxili qanaxma ilə müşayiət olunan döş qəfəsinin və qarnın qapalı küt travması, qasıq sümüyünün qapalı, sağ baldır sümüklərinin aşağı 1/3-nin, sağ ayağın 3-cü daraq sümüyünün və bayır topuq sümüyünün açıq, yerini dəyişmiş sınıqları, sağ gicgah nahiyəsində hematoma, sağ baldırın aşağı 1/3-nin ön səthində, sağ ayağın bayır topuq nahiyəsində, sağ ayağın üstündə və sağ bazunun aşağı 1/3-nin arxa səthində yaralar, sol baldırın yuxarı 1/3-nin ön səthində, sağ budun aşağı 1/3-nin iç səthində, sağ bazunun orta 1/3-nin ön səthində, bel nahiyəsində qançırlar, sol çiyin qurşağı nahiyəsində, sol bazunun orta 1/3-nin bayır səthində, sağ kürək nahiyəsində sıyrıqlar bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma əlamətlərinə aid edilir. Xəsarətlər həyatidir, göstərilən vaxtda və şəraitdə xx.xx.2023-cü il tarixdə baş vermiş avtoqəza zamanı əmələ gələ bilərdi. X1 ölümü xx.xx.2023-cü il tarixdə saat 18:00 da İmişli RMX-da baş vermiş və onun ölümünə səbəb döş qəfəsinin və qarnın qapalı küt travması fonunda qabırğaların çoxsaylı yerini dəyişmiş sınıqları nəticəsində ağciyərin və qaraciyərin cırılması və baş vermiş kəskin daxili qanaxma olmuşdur.(cild 1, i.v.191-194) -«sübutların qiymətləndirilməsi haqqında» 05 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Şahid2 hadisəni törətdiyi «VAZ-21063 minik» markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil və Təqsirləndirilən şəxs hadisəni törətdiyi «Mercedes Benz-320 minik» marklı, **- MB-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə maddi sübut kimi tanınmış və sahiblərinə qaytarılmışdır.(cild 1, i.v.224-240) -«cinayət işinin ayrılması haqqında» 05 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılmışdır.(cild 1, i.v.242) -«təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» 20 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.3 və 264 maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. (cild 2, i.v.26-27) -«qətimkan tədbirinin seçilməsi haqqında» 20 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir.(cild 2, i.v.257-58) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı verdiyi ifadəsində hadisə zamanı sərxoş olmaması və hadisə yerindən qaçmaması məzmununda ifadə verməsi ilə bağlı göstərdiyi hissələri ilkin araşdırma materialları əsasında işin yuxarıda müəyyən edilmiş faktiki halları məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin ifadələri ilə təkzib edilir. Cinayət-Prosessual Məcəlləsinin 139.0cı maddəsinin tələblərinə görə, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. Qanunun bu normasından çıxış edərək məhkəmə tərkibi hesab etmişdir ki, CPM-nin 139.0.3-cü maddəsinin tələbinə və mənasına əsasən «əməldə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayətin əlamətləri də sübutlar əsasında müəyyən edilir» dedikdə, bu və ya digər cinayətin tərkib əlamətləri ilə (obyektiv və subyektiv cəhətlər, obyekt və subyekt) yanaşı, həmçinin həmin cinayətin tövsifedici əlamətlərinin də olub-olmamasının və əməlin düzgün tövsif edilməsi üçün onun törədilməsinin hər hansı nəticəyə səbəb olub-olmamasının da sübutlar əsasında müəyyən edilməsi tələb olunur. Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinin dispozisiyasına görə, alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda həmin şəxsin bu maddə ilə nəzərdə tutulmuş eyni əməlləri törətməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda isə-Sinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə və həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalarla cəzalandırılmasına səbəb olur. Göründüyü kimi, şəxsin Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılması üçün aşağıdakı halların sübutlar əsasında müəyyən edilməsi tələb olunur: 1) həmin şəxsin avtomobili, tramvayı və ya digər mexaniki nəqliyyat vasitəsini idarə etməsi və bu vaxt onun alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olması və ya nəqliyyat vasitələrini idarə etmək hüququnun olmaması; 2) belə şəxsin yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozması; 3) onun göstərilən əməli törətməsinin ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olması. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 20 iyun 2023-cü il tarixdə saat 16 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndi ilə nəzərdə tutulan yol hərəkəti qaydalarını pozaraq, hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda idarə etdiyi «Mercedes-Benz 320 minik» markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobillə İmişli şəhəri, H.Əliyev prospekti ilə İmişli rayonunun Qaralar kəndi istiqamətində 90-100 km/saat sürətlə hərəkətdə olarkən, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsi və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndi ilə nəzərdə tutulan yol hərəkəti qaydalarını pozaraq, avtomobili yaşayış məntəqəsi daxilində 60 km/saat sürətdən yüksək sürətlə idarə etməməli və hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün tədbirləri görməli olduğu halda, öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görüb, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etməklə cinayətkarcasına özünəgüvənərək, sol tərəfdən, İmişli şəhəri, S.Fətəliyev küçəsində, yola bitişik ərazidə yerləşən «Socol» yanacaq doldurma məntəqəsindən İmişli şəhəri, S.Həmzəyev küçəsi istiqamətində hərəkət edən Şahid2 idarə etdiyi «VAZ-21063 minik» markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin 20 km/saat sürətlə yola çıxdığını və hərəkət üçün təhlükə yarandığını görüb, idarə etdiyi nəqliyyat vasitəsini tam dayandırma həddinə çatdırmaq üçün mümkün tədbirləri görmədən hərəkətini gəldiyi sürətlə davam etdirərək avtomobilinin ön hissəsi ilə Şahid2 idarə etdiyi «VAZ-21063 minik » markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ yan tərəfindən toqquşaraq yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə Şahid2 avtomobilinin arxa oturacağında oturmuş sərnişin X3 ehtiyatsızlıqdan sağ 5, 6, 7, 8, 9cu və sol 4, 5, 6, 7, 8-ci qabırğaların çoxsaylı yerinidəyişmiş sınıqları, ağciyərin və qaraciyərin cırılmaları və kəskin daxili qanaxma ilə müşayiət olunan döş qəfəsinin və qarnın qapalı küt travması, qasıq sümüyünün qapalı, sağ baldır sümüklərinin aşağı 1/3-nin, sağ ayağın 3-cü daraq sümüyünün və bayır topuq sümüyünün açıq, yerinidəyişmiş sınıqları, sağ gicgah nahiyəsində hematoma, sağ baldırın aşağı 1/3-nin ön səthində, sağ ayağın bayır topuq nahiyəsində, sağ ayağın üstündə və sağ bazunun aşağı 1/3-nin arxa səthində yaralar, sol baldırın yuxarı 1/3-nin ön səthində, sağ budun aşağı 1/3-nin iç səthində, sağ bazunun orta 1/3nin ön səthində, bel nahiyəsində qançırlar, sol çiyin qurşağı nahiyəsində, sol bazunun orta 1/3nin bayır səthində, sağ kürək nahiyəsində sıyrıqlardan ibarət həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirərək, Bənövşə Cəfərovanın döş qəfəsinin və qarnın qapalı küt travması fonunda qabırğaların çoxsaylı yerinidəyişmiş sınıqları nəticəsində ağciyərin və qaracirəyin cırılması və baş vermiş kəskin daxili qanaxmadan ehtiyatsızlıqdan ölümünə səbəb olmuş, daha sonra isə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğun olaraq zərər çəkənə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməyərək, «X30» maşını çağırmayaraq, zərər çəkəni həyat üçün təhlükəli xəsarət aldığı halda səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməyərək, nəqliyyat vasitəsinin vəziyyətini, izləri və hadisəyə aidiyyəti olan əşyaları qeyd etməyərək, onların qorunması üçün mümkün olan bütün tədbirləri görməyərək, hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməyərək, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməli olduğu halda oranı tərk edərək yolnəqliyyat hadisəsi yerindən qaçmışdır. Məhz bu əməlləri törətdiyinə görə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qiəsmində cəlb edilmiş və göründüyü kimi, yuxarıda göstərilən üç dispozitiv əlamətin hamısı ona qarşı irəli sürülmüş ittihamda öz əksini tapmışdır. İbtidai araşdırma orqanının qənaətinə görə bu əlamətlərin hamısı, o cümlədən Təqsirləndirilən şəxs məhz alkoqol sərxoşluğu vəziyyətində yol hərəkəti qaydalarını pozması toplanmış sübutlarla təsdiq edilmişdir. Cinayət işinin materiallarının 1-ci cildinin 34-cü səhifəsində olan «tədqiqat üçün nümunələrin götürülməsi haqqında» 20 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs «İmişli Rayon Mərkəzi Xəstəxanası»nın Təcili və Təxirəsalınmaz Tibbi yardım Şöbəsində tədqiqat üçün qan nümunəsinin götürülməsi qərara alınmışdır. Cinayət işinin materiallarının 1-ci cildinin 35-ci səhifəsində olan «tədqiqat üçün nümunələrin götürülməsi haqqında» 21 iyun 2023-cü il tarixli protokoldan görünür ki, «İmişli Rayon Mərkəzi Xəstəxanası»nın Təcili və Təxirəsalınmaz Tibbi yardım Şöbəsinin inzibati binasında, tibb bacısı Şahid8 Arzuman qızı tərəfindən şpris vasitəsilə Təqsirləndirilən şəxs sağ qolundan 5 qrm qan nümunəsi götürülmüş, qan nümunəsi tədqiqat üçün əhəmiyyətini itirməməsi üçün sınaq şüşəsinə əlavə edilməklə müvafiq qaydada qablaşdırılmış və möhürlənmişdir. Şahid8 ibtidai istintaq zamanı verdiyi ifadəsində 21 iyun 2023-cü il tarixdə təxminən saat 14:00-15:00 radələrində İmişli RPŞ-nin İB-nin üzdən tanıdığı müstəntiqinin bir nəfərlə şöbəyə daxil olduğunu, müstəntiq ona yanındakı oğlandan 5 qram qan nümunəsi götürülməli olduğunu dediyini, lakin əvvəlcə onları laboratoriyaya yonəltmək istədiklərini, lakin müstəntiq onun polis işçisi olduğunu, qan götürmək lazım olduğunu, müstəntiqlə gələn şəxsin sağ qolundan şprislə 5 qram qan çəkdiyini, şprisi qanla dolu halda müstəntiqə verdiyini, müstəntiq ondan qanı götürdükdən sonra heç bir sənədləşmə aparmadığını və heç bir sənədə imza etmədiyini, sonradan isə həmin müstəntiqin İlqar Soltanlı olduğunu bildiyini demişdir. Cinayət işinin materiallarının 1-ci cildinin 36-37-ci səhifələrində olan «məhkəmə-tibbi-kimyəvi ekspertizası təyin etmək haqqında» 21 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsi ekspertə təqdim edilmiş, qan nümunəsində sərxoşluq hallarına səbəb olan kimyəvi maddələrin olub-olmaması, habelə Təqsirləndirilən şəxs 20 iyun 2023-cü il tarixdə sərxoş olub-olmaması aydınlaşdırılması ilə bağlı sual qoyulmuşdur. Cinayət işinin materiallarının 1-ci cildinin 181-184-cü səhifələrində olan «məhkəmə-kimyəvi ekspertizası»nın 20 iyul 2023-cü il tarixli, 2283/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenilalkilami qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. Cinayət işinin materiallarının 1-ci cildinin 64-65-ci səhifələrində olan «cinayət işinin müstəntiqin icraatından götürülərək digər müstəntiqin icraatına verilməsi haqqında» qərardan görünür ki, cinayət işi rayon prokurorluğunda öyrənilərkən, ibtidai istintaqı aparan müstəntiq İlqar Soltanlı 20 iyun 2023-cü il tarixdə sürücü Təqsirləndirilən şəxs alkoqol sərxoşluğunun müəyyən olunması məqsədilə müvafiq protkolla onun «İmişli Rayon Mərkəzi Xəstəxanası» X19 nümunəsi götürdüyünü və ekspertiza tədqiqatına təqdim etdiyini göstərmişdir. Lakin cinayət işinin materiallarında həmin protokol yoxdur və müstəntiq protokolu prokurorluğa təqdim edə bilməmişdir. Həmin qərarla sözügedən cinayət işi Cinayət-Prosessual Məcəlləsinin 84.5.3-cü maddəsinə əsasən müstəntiq İlqar Soltanlının icraatından götürülərək müstəntiq İlqar Əhədovun icraatına vermişdir. Şahid1 həm ibtidai istintaq həm də məhkəmə istintaqı zamanı ifadəsində bildirmişdir ki, 20 iyun 2023-cü il tarixdə, saat 12:30 radələrində İsmət özünün «Mercedes-Benz 320 minik» markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə onun qəssabxanasına gəlmiş, İsmət ona nahar etmək istədiyini bildirib onunla birlikdə qəssabxanadan təxminən 300 metr uzaqlıqda yerləşən İmişli şəhərində el arasında «Karlar» adlanan yeməkxanaya getməyi təklif etmişdir. İsmətlə birlikdə İsmətin idarə etdiyi «Mercedes-Benz 320 minik» markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə «Karlar» adlanan yeməkxanaya getmişdir. İsmət və o, orada kabab yemiş və markasını xatırlamadığı 0,5 litrlik araq içmişlər. Həmin arağı İsmətlə yarıbayarı içmişlər. Təxminən saat 16 radələrində o və İsmət «Karlar» adlanan yeməkxanadan çıxmışlar. İsmət «Mercedes-Benz 320 minik» markalı avtomobilində sükan arxasına oturmuş, o, isə avtomobilin ön sərnişin oturacağında əyləşmişdir. Qəssabxananın yaxınlığından keçərkən o, qəssabxanaya getmək üçün avtomobildən düşmək istəmiş, bu zaman İsmət ona onunla birlikdə İmişli «ASAN» Xidmət Mərkəzinin yaxınlığındakı maşın sexinə avtomobilini göstərmək üçün getməyi təklif etmişdir. İsmətin təklifi ilə razılaşmış və İsmətlə birlikdə onun avtomobili ilə İmişli «ASAN» Xidmət Mərkəzinin yaxınlığındakı maşın sexinə doğru hərəkət etmişlər. İsmət avtomobili ilə hərəkəti pambıq zavodun qarşısında davam etdirib oradan Heydər Əliyev prospektinə çıxmış və sol istiqamətdə hərəkətinə davam etmişdir. İsmət avtomobili H.Əliyev prospektində üzü İmişli «ASAN» Xidmət mərkəzinə doğu hərəkət etdirərkən qarşıda, sol tərəfdə «Socol» adlanan yanacaqdoldurma məntəqəsindən «VAZ-21063 minik» markalı avtomobilin yavaş sürətlə hərəkət edərək avtomobilin qarşısına tərəf çıxdığını görmüşdür. İsmət həmin avtomobili görəndə aralarında təxminən 50 metr məsafə olmuşdur. İsmət bu zaman «VAZ-21063 minik» markalı avtomobilin yanından sürətlə keçmək istəmiş, ancaq «VAZ-21063 minik» markalı avtomobil dayanmaq əvəzinə hərəkət etmiş və İsmətin avtomobilinin qarşısına çıxmışdır. İsmət «VAZ-21063 minik» markalı avtomobillə toqquşmamaq üçün surəti artırıb yanından keçmək istəmişdir. Lakin buna baxmayaraq İsmətin idarə etdiyi avtomobil ön hissədən qarşıda hərəkətdə olan «VAZ-21063 minik» markalı avtomobilin arxa sağ yan hissəsi ilə toqquşmuş və yol-nəqliyyat hadisəsi baş vermişdir. Bundan sonra avtomobili təxminən 50 metr hərəkət edərək dayanmışdır. Şahid1 ifadələrindən göründüyü kimi Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi törədən zaman spirtli içki təsiri aldında sərxoş vəziyyətdə olmuş, şahidin həmin ifadəsi iş materialları ilə təkzib olunmamışdır. Belə ki, Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsini törədərkən alkoqollu içkilərin qəbulu nəticəsində alkoqol sərxoşluğu vəziyyətində olması sübuta yetirilmiş və buna görə də, bu halın ona elan olunmuş ittihamdan xaric edilməsi mümkün deyildir. «Məhkəmə-kimyəvi ekspertizası»nın 20 iyul 2023-cü il tarixli, 2283/K nömrəli rəyində Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə olmaması barədə göstərilənlər həqiqəti əks etdirmir, bu hallar araşdırılmış digər sübutlara ziddir və onların müəyyən edilməməsi yalnız müstəntiq tərəfindən Təqsirləndirilən şəxs qan nümunəsinin gec və Cinayət-Prosessual Məcəlləsinin tələblərini pozmaqla götürərək ekspertiza tədqiqatına göndərməsi ilə əlaqədar olmuşdur. Məhkəmə tərkibi hesab edir ki, «məhkəmə-kimyəvi ekspertizası»nın rəyi çıxarılan hökmün əsası kimi qəbul edilməməli, həmin ekspert rəyi məhkəmənin araşdırdığı digər sübutlarla birgə müqayisə edilib qiymətləndirdikdə yekdil rəy olmadığı müəyyən edildiyindən sübut kimi qəbul edilməməlidir. Cinayət-Prosessual Məcəlləsinin 127.3-cü maddəsində göstərilmişdir ki, ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Həmçinin məhkəmə tərkibi qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Bununla yanaşı məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 145 və 146-cı maddələrinin tələblərinə də əsaslanaraq vurğulamışdır ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayət işlərinə baxılması zamanı vahid məhkəmə təcrübəsinin formalaşdarılması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən 15 noyabr 2013-cü il tarixdə qəbul edilmiş «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» qərarın 4-cü bəndində məhkəmələrə izah edilmişdir ki, şəxsin nəqliyyat vasitəsini alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda idarə edib-etməməsi ekspert rəyi, şəxsin sərxoşluğunun müəyyən edilməsi haqqında müayinə aktı ilə müəyyən edilir. Şəxs hadisədən sonra hadisə yerindən qaçdıqda və ya hər hansı vasitə ilə müayinədən və ya ekspertizanın keçirilməsindən imtina etdikdə onun cinayət törədərkən sərxoş olubolmaması Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsində nəzərdə tutulan sübut növləri ilə müəyyən oluna bilər. Bu zaman sərxoşluğun dərəcəsi əməlin həmin maddə ilə tövsifi üçün əhəmiyyət kəsb etmir. Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları,digər sənədlər sübut kimi qəbul edilir. Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, «yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır». Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair»a 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə tərkibi qeyd edir ki, şərh olunanlara əsasən və məhkəmə istintaqı zamanı araşdırılmış digər sübutlarla Təqsirləndirilən şəxs 20 iyun 2023-cü il tarixdə alkoqollu içki qəbul etməsi, yol nəqliyyat hadisəsi baş verərkən onun sərxoş vəziyyətdə olması təsdiq edilmişdir. Təqsirləndirilən şəxs hadisə yerindən qaçmaması ilə bağlı dedikləri ətrafında məhkəmə tərkibi tərəfindən məhkəmə istintaqı zamanı araşdırma aparılmışdır. Cinayət Məcəlləsinin 264cü maddəsində göstərilmişdir ki, bu Məcəllənin 263-cü və ya 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçması cinayət məsuliyyətinə səbəb olur. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin İV hissəsi mexaniki nəqliyyat vasitəsinin sürücüsünün yol-nəqliyyat hadisəsi zamanı; 1) nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nişanını qurmalı, qəza işıq siqnalını yandırmalı, ya da yanıb-sönən qırmızı işıq fənərini qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməlidir; 2) zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, «X30» maşını çağırmalı, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalıdır; 3) başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri- mümkün olduqda, yolun hərəkət hissəsini boşaltmalıdır. Yolun hərəkət hissəsini boşaltmaq və ya zərər çəkənləri öz nəqliyyatında müalicəxanaya aparmaq zərurəti olduqda, şahidlərin iştirakı ilə əvvəlcə nəqliyyat vasitəsinin vəziyyətini, izləri və hadisəyə aidiyyəti olan əşyaları qeyd etməli və onların qorunması, nəqliyyat vasitələrinin hadisə yerinin yanından keçməsini təşkil etmək üçün mümkün olan bütün tədbirləri görməlidir; 4) hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməlidir; 5) əgər yol-nəqliyyat hadisəsi nəticəsində heç kim xəsarət almamışdırsa, maddi zərər cüzidirsə, nəqliyyat vasitələrində, onların hərəkət etməsinə mane ola biləcək nasazlıq yoxdursa və yol-nəqliyyat hadisəsini törədənlər hadisənin baş verdiyi şəraiti qiymətləndirməkdə razılığa gələrlərsə, hadisənin sxemini tərtib edib imzaladıqdan sonra, hadisəni müəyyən olunmuş qaydada sənədləşdirmək üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına gəlməlidirlər. Cinayət Məcəlləsinin 264-cü maddəsinin «Qeyd» hissəsində göstərilmişdir ki, zərərçəkmiş şəxsə kömək göstərilməsi ilə əlaqədar yol nəqliyyat hadisəsi yerini tərk etmiş şəxs bu maddə ilə cinayət məsuliyyətinə cəlb edilməkdən azad olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair» 10 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, «Yol hərəkəti haqqında» Qanunun qeyd olunan müddəaları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq-hüquqi aktlarla da üst-üstə düşür. Belə ki, Azərbaycan Respublikası 29 aprel 1997-ci il tarixli Qanunla 8 noyabr 1968-ci il tarixdə Vyanada imzalanmış «Yol hərəkəti haqqında» Beynəlxalq Konvensiyaya heç bir qeyd-şərt göstərmədən qoşulmuşdur. Həmin Konvensiyanın qəbul edilməsi ilə razılığa gələn tərəflər beynəlxalq yol hərəkətini sadələşdirmək və yollarda eyni növ hərəkət qaydalarını qəbul etməklə təhlükəsizliyi artırmaq niyyəti ilə üzərlərinə müəyyən öhdəliklər götürmüşlər. Bu Konvensiyanın 31-ci maddəsi yol-nəqliyyat hadisəsi zamanı sürücünün davranış qaydalarını müəyyən edir. Buna görə, sürücünün və ya yol-nəqliyyat hadisəsinin törədilməsində iştirakçı olan hər hansı digər şəxsin üzərinə yol hərəkətinin sonrakı təhlükəsizliyinin təmin edilməsinə və zərərçəkmişlərə X30 göstərilməsinə dair vəzifələrlə yanaşı, həm də yol hərəkəti xidmətinin əməkdaşları gələnədək hadisə yerindən getməmək və yol-nəqliyyat hadisəsinin törədilməsinə görə məsuliyyətin müəyyən edilməsi üçün əhəmiyyətli ola biləcək izləri məhv etməmək vəzifəsi də qoyulur. Lakin nəzərə alınmalıdır ki, «Yol hərəkəti haqqında» Qanunda yuxarıda qeyd olunan vəzifələr baş vermiş hadisənin nəticələrinin ağırlaşdırılmasının qarşısının dərhal alınmasına və hadisə ilə bağlı obyektiv həqiqətin aşkar olunmasına yönəlsə belə, onlara riayət edilməməsi özü-özlüyündə məsuliyyətin yaranmasına səbəb ola bilməz. Məhz bu mövqedən çıxış edərək qanunverici yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslərin məsuliyyətə cəlb edilməsini yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qayda ilə şərtləndirmişdir («Yol hərəkəti haqqında» Qanunun 81-ci maddəsi). Bu mənada, məsuliyyətin yaranması hüquqi, eləcə də cinayət-hüquqi nəticələr törətdiyi üçün buna səbəb olan hansı hərəkətin (və ya hərəkətsizliyin) edilməsi, o cümlədən məhz hansı vəzifənin yerinə yetirilməməsi hüquqi müəyyənlik prinsipinə uyğun olaraq qanunda dəqiq və aydın göstərilməlidir. Qeyd olunmalıdır ki, yuxarıda sadalanan vəzifələrin yerinə yetirilməsi, ilk növbədə, nəqliyyat vasitəsinin sürücülərinin yol-nəqliyyat hadisəsi yerində qalması ilə şərtləndirilir. Bu səbəbdən, inzibati və cinayət məsuliyyətini müəyyən edən qanunvericilik aktları məhz yolnəqliyyat hadisəsi yerindən qaçan nəqliyyat vasitəsinin sürücüsünə qarşı müxtəlif məsuliyyət tədbirləri nəzərdə tutmuşdur. Yol-nəqliyyat hadisəsi daha ağır nəticələrə səbəb olduqda isə ictimai münasibətlər artıq cinayət qanununun müddəaları ilə tənzimlənir. Belə ki, Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda, cinayət məsuliyyəti yaranır. Bununla yanaşı, həmin Məcəllənin 264-cü maddəsi bu Məcəllənin 263-cü maddəsində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol-nəqliyyat hadisəsi yerindən qaçmasını cinayət əməli kimi müəyyən edir. Göstərilənlər belə nəticəyə gəlməyə əsas verir ki, mənası universal xarakter daşıyan Cinayət Məcəlləsinin 264-cü maddəsinin məqsədi yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin gələcəkdə mülki hüquqlarının bərpasının mümkün olması üçün yolnəqliyyat vasitələrini idarə edən şəxsləri törədilmiş hadisədən dərhal sonra hadisə yerində qalaraq şəxsiyyəti barədə qarşı tərəfi bu və ya digər vasitə ilə məlumatlandırmağa məcbur etməkdən ibarətdir. Bununla da, yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığına az ağır zərər vurulmuş zərərçəkmiş şəxsə yol-nəqliyyat vasitəsini idarə edən şəxs barəsində dərhal düzgün məlumatı əldə etmək imkanı verilir. Müvafiq olaraq, cinayət qanununun həmin müddəası yolnəqliyyat vasitəsini idarə edən şəxsin üzərinə fəal və pozitiv öhdəlik qoyur ki, dərhal hadisədən sonra hadisə yerində qalsın, onu tanımaq və mülki hüquqların təmin edilməsi məqsədilə sonradan tapılmasını yüngülləşdirmək üçün lazımi məlumatları bildirsin. Belə məlumatlar sağlamlığına zərər vurulmuş şəxsə, bu mümkün olmadıqda isə, onun maraqlarını təmin edəcək digər şəxsə verilməlidir. Eyni zamanda, nəzərə alınmalıdır ki, nəqliyyat vasitəsini idarə edən şəxsin yol-nəqliyyat hadisəsi yerini hər hansı bir səbəbdən tərk etməsi, o cümlədən müraciətdə göstərildiyi kimi, zərərçəkmiş şəxsi tibb müəssisəsinə aparması da onu öz şəxsiyyəti barədə məlumatları bu və ya digər vasitə ilə zərərçəkmiş şəxsə (tərəfə) çatdırmaq öhdəliyindən azad etmir. Belə yanaşma həm də «Yol hərəkəti haqqında» Qanunun 37-ci maddəsinin İV hissəsində göstərilmiş vəzifələrin sürücü tərəfindən yerinə yetirilməsinə, bununla da, yol-nəqliyyat hadisəsinin nəticələrinin dərhal mümkün qədər aradan qaldırılmasına xidmət edir. Məhz bu mövqedən çıxış edərək, Konstitusiya Məhkəməsinin Plenumu 29 yanvar 2004-cü il tarixli Qərarında göstərmişdir ki, Sinayət Məcəlləsinin 264-cü maddəsi «Yol hərəkəti haqqında» Qanuna uyğun olaraq yol-nəqliyyat hadisəsi zamanı mexaniki nəqliyyat vasitəsinin sürücüsünü zərərçəkmişə ilkin tibbi yardım göstərilməsi üçün bütün mümkün tədbirləri görmək, «X30» maşını çağırmaq, zərərçəkənlər həyat üçün təhlükəli xəsarətlər aldığı hallarda isə onları səmt üzrə gedən nəqliyyat vasitəsində yaxınlıqdakı tibbi müəssisəyə göndərmək, bu mümkün olmadıqda, öz nəqliyyat vasitəsində aparmaq kimi vəzifələri yerinə yetirməyə müəyyən mənada vadar edir. Təqliyyat vasitəsinin sürücüsünün yol-nəqliyyat hadisəsi yerində qalaraq öz şəxsiyyəti ilə bağlı məlumatları zərərçəkmiş şəxsə aşkar etmək öhdəliyinin Konstitusiyanın 66-cı maddəsindən, eləcə də Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndindən irəli gələn özünə qarşı ifadə verməmək hüququna uyğun olub-olmamasına gəldikdə, göstərilməlidir ki, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan 29 yanvar 2004-cü il tarixli Qərarı ilə CM-in 264-cü maddəsi Konstitusiyanın 66-cı maddəsinə uyğun hesab edilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarda ifadə olunmuş hüquqi mövqeyinə görə, nəqliyyat vasitəsini idarə edən şəxsin özünə qarşı ifadə verməmək hüququ cinayətprosessual hüquq olduğuna görə yol-nəqliyyat hadisəsindən dərhal sonra yaranmır. Əvvəla ona görə ki, heç bir yol-nəqliyyat hadisəsi özü-özlüyündə hələ cinayət hadisəsi kimi qiymətləndirilə bilməz. Hadisə yerinə müvafiq icra hakimiyyəti orqanının (polisin) əməkdaşlarının gəlməsindən dərhal sonra isə yol-nəqliyyat hadisəsinin iştirakçılarından heç birinin hələ cinayət-prosessual statusu olmur. Onlar məhz yol-nəqliyyat hadisəsinin iştirakçıları kimi hadisə barədə ilkin izahat verməlidirlər. Konstitusiya Məhkəməsinin Plenumunun «Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair» 10 aprel 2012-ci il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, Cinayət Məcəlləsinin 264-cü maddəsinin mənasına görə yol-nəqliyyat hadisəsi törətmiş şəxs hadisə yerində qalaraq şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə (tərəfə) bu və ya digər vasitə ilə çatdırmaq öhdəliyi daşıyır. Bu öhdəliyə riayət etməklə nəqliyyat vasitəsini idarə edən şəxsin yol-nəqliyyat hadisəsi yerini hər hansı bir səbəbdən tərk etməsi, o cümlədən zərərçəkmiş şəxsi tibb müəssisəsinə aparması hadisə yerindən qaçma kimi qiymətləndirilə bilməz. Aparılmış məhkəmə istintaqı nəticəsində müəyən edilmişdir ki, Təqsirləndirilən şəxs «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin İV hissəsinin tələblərinə uyğun olaraq zərərçəkənə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməyərək, «X30» maşını çağırmayaraq, zərərçəkəni həyat üçün təhlükəli xəsarət aldığı halda səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməyərək, nəqliyyat vasitəsinin vəziyyətini, izləri və hadisəyə aidiyyəti olan əşyaları qeyd etməyərək, onların qorunması üçün mümkün olan bütün tədbirləri görməyərək, hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməyərək, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməli olduğu halda oranı tərk edərək yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Cinayət işi üzrə dindirilmiş Şahid2 Təqsirləndirilən şəxs hadisədən sonra onlara köməklik etməsini eşitmədiyini bildirmişdir. Həmçinin cinayət işi üzrə məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş hadisə yerən gəlmiş İmişli RPŞ-nin əməkdaşları Şahid3, Elgün Həsənov, Şahid10 və Şahid11 ifadələrində hadisə yerində hadisəni törədən «Mercedec-Benz 320 minik» markalı avtomobilin sürücüsünün hadisə yerindən qaçdığını bildirdiklərini, həmin avtomobilin sürücüsü Təqsirləndirilən şəxs tanımadıqlarını demişlər. Məhkəmə tərkibi müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Vüqar Qəhrəmanovun ifadəsində Təqsirləndirilən şəxs suda olan zərərçəkmiş şəxsə köməklik etdiyini, əlavə şahid qismində dindirilmiş Ramil Rəcəbovun isə ifadəsində Təqsirləndirilən şəxs da qadının sudan çıxarılmasına köməlik etdiyini, sonradan Vüqarın ona İsmətin avtomobili sürən şəxs olduğunu dediyini bildirmələrinə tənqidi yanaşaraq qeyd edir ki, onların ifadələrində göstərdikləri faktlar Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanaraq bildirilmiş, həmin ifadələr cinayət işi üzrə məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlar zidiyyət təşkil etməklə həqiqətlərdən ibarət olmamışdır. Şərh edilənlərə əsasən Vüqar Qəhrəmanov və Ramil Rəcəbovun məhkəmə istintaqında verdikləri ifadələri sübut qismində qiymətləndirilə bilməz. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələrində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş yuxarıda adları qeyd edilmiş şəxslərin ifadələri, «yolnəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında» protokol, tərtib olunmuş sxem, fotocədvəl, «üzləşdirmə aparmaq haqqında» protokol, «şahidin ifadəsinin yerində yoxlanılması haqqında» protokol, İmişli şəhəri, H.Əliyev prospektində yerəşən «Sokol» YDM-dən götürülmüş yol nəqliyyat hadisəsinin görüntüsü olan «diskə baxış keçirilməsi haqqında» protokol, «məhkəmə yol-nəqliyat hadisəsi ekspertizası»nın rəyi, «məhkəmə-tibb ekspertizası»nın rəyi, Şahid2 hadisəni törətdiyi «VAZ-21063 minik» markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil və Təqsirləndirilən şəxs hadisəni törətdiyi «Mercedes Benz-320 minik» marklı, **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobilin iş üzrə maddi sübut kimi tanınması, digər sənədlər, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və həmin maddələrin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -İmişli rayon İcra Hakimiyyəti başçısının İmişli şəhər İƏD-i üzrə nümayəndəsi tərəfindən verilmiş 24 iyul 2023-cü il tarixli 2224 nömrəli arayışdan, xasiyyətnamədən və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs İmişli şəhəri, M.Müşfiq küçəsi 11 ünvanında ailəsi ilə birlikdə yaşayır. 07 noyabr 2014-cü il təvəllüdlü Rüqəyya Hüseynli adlı qızı, 30 mart 2016-cı il təvəllüdlü Səccad Hüseynli adlı oğlu vardır, yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur.(cild 1, i.v.141-147) -Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınan təlabnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.(cild 1, i.v.167) Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi Məlik Cəfərov 19 dekabr 2023-cü il tarixdə notarial qaydada qəsdiq edilmiş ərizəsini təqdim edərək Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını, gələcəkdə ona qarşı heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi Məlik Cəfərov həmçinin 17 yanvar 2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxsla barışmış, onadan şikayət və tələbi yoxdur, Təqsirləndirilən şəxs hansı cəzanın verilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. İmişli Rayon Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli, 1(036)-80/2023 nömrəli hökmündən görünür ki, Şahid2 Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib, 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə, 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilmiş və təyin edilmiş azadlıqdan məhrum etmə cəzası həmin müddətə şərti hesab edilərək, üzərində 2 (iki) il sınaq müddəti tətbiq edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, himayəsində azyaşlı uşaqlarının olmasını, oğlu Səccad Hüseynlidə «iki tərəfli bronxopnevmoniya, kəskin gediş, ağır forma, Hipoksik ensefalopatiya. Qan dövranının pozulması. Hipotrofiya İİ dərəcə. Anemiya. Sağ tərəfli qasıq yırtığı» xəstəliklərinin olmasını, himayəsində olan anası X2 İİ dərəcəli əlilliyinin olmasını, qardaşı X4 16 oktyabr 1992-ci il tarixdə Laçın rayonu uğurunda gedən döyüşlərdə şəhid olmasını, «İkinci Qarabağ» müharibəsi zamanı qardaşı oğlu X5 və dayısı oğlu X13 şəhid olmalarını, ailəyə yeganə qazanc gətirən şəxs olmasını, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12 və 59.2-ci maddələrinə əsasən iş üzrə cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halların məcmusunu və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini, eləcə də, cinayət məsuliyyətindən yayınmamasına dəlalət edən və əməlin ictimai təhlükəliliyini azaldan hallar kimi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə aşağı həddə azadlıqdan məhrum etmə cəzası və Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması cəzası, həmin Məcəllənin 68.1.1-1, 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunacaq əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Bundan başqa, Cinayət Məcəlləsinin 60-cı maddəsində göstərilir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı bir mövcud olduğu halda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə yuxarıda qeyd olunan qanunun müddəasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 263-1.3-cü maddəsində azadlıqdan məhrum etmə cəzasının son həddi 8 il olduğundan ona həmin cəzanın dörddə üçündən, yəni 6 ildən artıq azadlıqdan məhrum etmə cəzası, CM-nin 264-cü maddəsində azadlıqdan məhrum etmə cəzasının son həddi 2 il olduğundan ona həmin cəzanın dörddə üçündən, yəni 1 il 6 aydan artıq azadlıqdan məhrum etmə cəzası təyin oluna bilməz. Məhkəmə tərkibi hesab edir ki, yuxarıda qeyd olunan yüngülləşirən hallar təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin ictimai təhlükəliliyini azaldan hallardır. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə təyin ediləcək qəti cəza ilə bağlı cəzaçəkmə müəssisəsinin növünə münasibət bildirərək qeyd edir ki, «Azərbaycan Respublikası CM-in 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyun 2013-cü il tarixli qərarına əsasən şəxs cinayətlərin (hökmlərin) məcmusu qaydasında ehtiyatsızlıqdan törədilən cinayətə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə və qəsdən törədilən böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzaya məhkum olunduqda cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilməlidir. Konstitusiya Məhkəməsinin qeyd olunan hüquqi mövqeyinə əsasən məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə qəsdən törədilən böyük ictimai təhlükə törətməyən-Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətə görə əsas cəza qismində azadlıqdan məhrum etmə deyil, azadlığın məhdudlaşdırılması cəzası təyin olunacağından, eyni zamanda ehtiyatsızlıqdan törədilən-Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətə görə təyin olunacaq əsas cəzanın-azadlıqdan məhrum etmənin müddəti 5 ildən artıq olmadığından, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan «təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs 20 noyabr 2023-cü il tarixdə Cinayət Məcəlləsinin 263-1.3 və 264 maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. «Qətimkan tədbirinin seçilməsi haqqında» qərardan isə görünür ki, Təqsirləndirilən şəxs barəsində 20 noyabr 2023-cü il tarixdə «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 128 (bir yüz iyirmi səkkiz) manat məhkəmə məsrəfi vardır. Həmin Məcəllənin 198.3-cü maddəsində göstərilmişdir cinayət təqibi üzrə bir neçə şəxs məhkum olunmuşsa, məhkəmə məsrəfləri məhkumların hər birindən təqsirlilik dərəcəsi, təyin olunmuş cəzanın ciddiliyi və əmlak vəziyyəti nəzərə alınaraq məhkəmə tərəfindən müəyyən olunmuş pay üzrə tutulmalıdır. Cinayət işinin materiallarında olan İmişli Rayon Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli, 1(036)-80/2023 nömrəli hökmündən görünür ki, məhkum Şahid2 məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsi ilə əlaqədar 128 (bir yüz iyirmi səkkiz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi hökm edilmişdir. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsi ilə əlaqədar 128 (bir yüz iyirmi səkkiz) manat ekspertiza xərcindən ibarət olan məhkəmə məsrəfi İmişli Rayon Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli, 1(036)-80/2023 nömrəli hökmü ilə məhkum Şahid2 tutulduğundan, eyni məhkəmə məsrəfinin hər iki təqsirləndirilən şəxsdən tutulması cinayət-prosessual qanunvericliyinin tələblərinə zidd olduğundan, cinayət işi üzrə Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsində nəzərdə tutulan məhkəmə məsrəfləri müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə 128 (bir yüz iyirmi səkkiz) manat məbləğdə pulun ondan tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməsindən tam azad edilməlidir. Cinayət işi üzrə maddi sübut qismində tanınmış «Mersedes-Benz 320 minik» markalı, **- MB-*** dövlət qeydiyyat nişanlı avtomobilin və «VAZ-21063 minik» markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahiblərinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş yolnəqliyyat hadisəsinin görüntüsünü özündə əks etdirən 1 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət prosessual qanunvericiliyinə əsasən mülki iddiaya miqdarından asılı olmayaraq cinayət işinin aid olduğu məhkəmədə, həmin işlə birlikdə baxılır (mad.187.1). Hazırkı cinayət işi üzrə isə mülki iddia yoxdur. Məhkəmə zərərçəkmiş şəxsin hüquqi varisinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsi nəticəsində Təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi və mənəvi zərərlə bağlı, yaşadığı ərazi üzrə, rayon (şəhər) məhkəməsində mülki iddia vermək hüququnun olmasını izah etməlidir. Məhkəmə tərkibi, hazırkı iş üzrə xüsusi müsadirə məsələsinə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırkı cinayət işi üzrə xüsusi müsadirənin tətbiqinə zərurət yoxdur. Belə ki, Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2 maddələrində: məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bu iş üzrə isə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Göründüyü kimi cinayət işi üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003cü il tarixli qərarının, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında 30 mart 2006-cı il tarixli qərarının, «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 15 noyabr 2013-cü il tarixli qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 51-2, 344–349, 351–353, 356, 358, 381, 383–385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası hesab edilsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsinə təhvil verilsin, hökmün bu hissədə icrası yaşayış yeri üzrə İmişli rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməyə dair əlavə cəzanın icrası əsas cəzanı icra edən müəssisə (orqan) tərəfindən Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 154.1 və 154.3-cü maddələrinin tələblərinə müvafiq olaraq həyata keçirilsin. İş üzrə maddi sübut qismində tanınmış «Mersedes-Benz 320 minik» markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobilin və «VAZ-21063 minik» markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş yolnəqliyyat hadisəsinin görüntüsünü özündə əks etdirən 1 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Zərərçəkmiş şəxsin hüquqi varisi X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263- 1.3 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsi nəticəsində Təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi və mənəvi zərərlə bağlı, yaşadığı ərazi üzrə, rayon (şəhər) məhkəməsində mülki iddia vermək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə 128 (bir yüz iyirmi səkkiz) manat məbləğdə pulun ondan tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməsindən tam azad edilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-284/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-284/2024
11.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver