Məhkəmə qərarları › İş №1(099)-284/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-284/2025

07.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-284/2025 07.05.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər-Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, xx xxxxxxx 1981-ci ildə Qazax rayonunda doğulmuş, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş, Qazax rayonu Çaylı kəndində qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1, 234.4.3 və 318.2-ci maddələri ilə; xx xxxxxx 1983-cü ildə Qazax rayonunda doğulmuş, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Qazax rayonu Çaylı kəndində qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.1, 234.4.1, 234.4.3 və 318.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq 0,536 qram, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini 25 iyun 2023-cü il tarixdə Qazax şəhər ərazisində barəsində cinayət işi ayrılmış başqa şəxsdən 30 manat pul müqabilində əldə edib üzərində saxlamaqla daşımış, Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 27 iyun 2023-cü il tarixdə saat 21:00-da Qazax şəhəri, Hüseyn Arif küçəsində saxlanılaraq rayon polis şöbəsinə aparılmış, üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli parça materialından olan jiletin sol yan cibindən bir ədəd bükümdəki 0,536 qram narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Bundan başqa, Qazax rayonu Çaylı kənd sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 öz aralarında və İran İslam Respublikasında yaşayan digər şəxslərlə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin əldə edilməsi, saxlanılması və daşınmaqla qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi barədə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, bu məqsədlə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 30 iyun 2024-cü il tarixdə saat 22 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin «N» saylı hərbi hissəsinin Biləsuvar rayonu N saylı Cəbrayıl qəsəbəsində yerləşən 3-cü sərhəd zastavasının xidməti sahəsindən qanunsuz və qabaqcadan əlbir olan bir qrup şəxs olaraq İran İslam Respublikasına keçmiş, həmin ölkənin ərazisində cinayətkar qrupun üzvləri ilə görüşmüş, həmin şəxslərdən 03 iyul 2024-cü il tarixdə külli miqdarda 12967,76 qram narkotik vasitə qurudulmuş marixuananı və xeyli miqdarda 22.907 qram tiryəki qanunsuz olaraq satış məqsədi ilə birgə əldə etmiş, saxlamış özləri ilə daşıyaraq 03 iyul 2024-cü il tarixdə saat 23 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən kənarda, Dövlət Sərhəd Xidmətinin «N» saylı hərbi hissəsinin Biləsuvar rayonu N saylı Cəbrayıl qəsəbəsində yerləşən 3-cü sərhəd zastavasının xidməti ərazisindən İran İslam Respublikasından Azərbaycan Respublikasına təkrarən qanunsuz olaraq keçməklə narkotik vasitələri də Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirmişlər, lakin onlar sərhəd xidmətinin hərbi qulluqçuları tərəfindən saxlanılmış və həmin narkotik vasitələr onlarda aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs kimi dindirilən Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3 və 318.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, əvvəllər həbsdə olduğu müddətdə İran İslam Respublikası vətəndaşı Seyid Abbasi adlı şəxslə tanış olmuş, sonralar isə onunla mütəmadi olaraq əlaqə saxlamışdır. Həmkəndlisi Təqsirləndirilən şəxs2lə münasibətləri yaxşı olmuşdur. Qazax rayonunda Təqsirləndirilən şəxs2lə yeyib içdikləri zaman Seyid Abbasi ona zəng edərək İran İslam Respublikasına dəvət etmişdir. Sərdardarla birlikdə 30 iyun 2024-cü il tarixdə Qazax rayonundan çıxaraq Bakı şəhərinə getmiş, oradan taksi ilə Biləsuvar rayonu ərazisinə getmişlər. Həmin gün saat 22 radələrində tanımadığı ərazidən tikanlı məftilləri keçdikdən sonra İran İslam Respublikası ərazisinə qanunsuz yolla keçmişlər. İran İslam Respublikası ərazisinə keçdikdən sonra o, Seyid Abbasi ilə əlaqə saxlamışdır. Səhər saatlarında Seyid Abbasi onları qarşılamışdır. XN evə aparmış, birlikdə yeyib-içmişləır. İki gün İran İslam Respublikasının Parsabad şəhərində qaldıqdan sonra Seyid Abbasi onlara iki ədəd torbada narkotik vasitə vermiş, həmin narkotik vasitəni özləri ilə apararaq sərhəddən Azərbaycana keçirmələrini, Azərbaycan tərəfdə narkotik vasitələri onlardan qəbul edəcəklərini demişdir. X11 ilə razılaşmış və iki ədəd torbaları götürərək özləri ilə aparmaqla 03 iyul 2024-cü il tarixdə İran İslam Respublikasına keçdikləri ərazidən Azərbaycan Respublikası ərazisinə keçmişlər. Onlar bir qədər hərəkət etdikdən sonra sərhədçilər onları saxlayaraq sərhəd zastavasına aparmışlar. Özləri ilə apardıqları torbalara baxış keçirilərkən narkotiklər aşkar olunaraq götürülmüşdür. Lakin Təqsirləndirilən şəxs1 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində özünü elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, İran İslam Respublikası vətəndaşı Seyid Abbasi adlı şəxs ona İran İslam Respublikasına getməsini, orada ona narkotik vasitə marixuana verəcəyini, həmin narkotik vasitələri Bakı şəhərinə aparacağı təqdirdə ona bunun qarşığında pul verəcəyini bildirmişdir. O, həmin şəxslə razılaşdıqdan sonra əvvələr tanıdığı Sərdar adlı şəxslə görüşmüş və sonuncuya onunla birlikdə İran İslam Respublikasına getməyi, oradan narkotik vasitələri götürdükdən sonra Bakı şəhərinə gətirməyi təklif etmişdir. Sərdar onunla razılaşmışdır. Təxminən 30 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs2lə birlikdə qanunsuz yolla İran İslam Respublikası ərazisinə keçmişlər. Seyid Abbasi onları qarşılamış, iki gün İran İslam Respublikasının Parsabad şəhərində qaldıqdan sonra Seyid Abbasi onlara iki ədəd torbada təxmən 13 kq narkotik vasitə qurudulmuş marixuanayabənzər maddələri vermişdir. Onlar torbaları da özləri ilə götürməklə 03 iyul 2024-cü il tarixdə Azərbaycan Respublikası ərazisinə keçmişlər. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.1, 234.4.1, 234.4.3 və və 318.2ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqında verdiyi ifadəsini təsdiq edir. İrandan narkotik vasitə gətirəcəklərini əvvəlcədən bilməmişlər. 30 iyun 2024-cü il tarixdə Bakı şəhərindən Biləsuvavr rayonu ərazisinə gedərək oradan sərhədi qanunsuz olaraq İran İslam Respublikası tərəfə keçmişlər. Seyid Abbasi onları həmin ölkədə qarşılamış və öz evinə aparmışdır. İki gün orada qalmışlar. Narkotik vasitələri onlara Seyid Abbasi Azərbaycana yola düşdükləri gün vermiş və Azərbaycana keçirməyi təklif etmişdir. Onlar narkotik vasitələri Azərbaycana keçirməyə razılıq vermişlər. Onların narkotik vasitələri Seyid Abbasidən qəbul etməmək imkanları olmamışdır. Belə ki, Seyid Abbasidən asılı olmuşlar. 03 iyul 2024-cü il tarixdə iranlılar onları gətirib İran İslam Respublikasından Azərbaycan Respublikasına qanunsuz keçirmişlər. Qayıdarkən yenə sərhədi həmin ərazidən keçmişlər, narkotik vasitələri də özləri ilə keçirmişlər. Əməlindən peşimandır. Narkotik vasitələri pul qarşılığında götürməmişlər. Üzərində aşkar olunan 0,536 qram narkotik vasitə onun özünə məxsus olmuşdur. Həmin narkotik vasitəni 25 iyun 2023-cü il tarixdə Qazax şəhərində X2 30 manat pul verməklə öz istifadəsi üçün əldə etmiş və üzərində saxlamışdır. X7 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində özünü elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, 30 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 ona İran İslam Respublikasında tanışı olduğunu, İrana getsələr, tanışının ona marixuana verəcəyini, həmin marixuananı İrandan Bakı şəhərinə aparacağını bildirmiş və onunla birlikdə İran İslam Respublikasına getməsini təklif etmişdir. O, Anarla razılaşdıqdan sonra təxminən 01 iyul 2024-cü il tarixdə Qazax rayonundan çıxaraq taksi ilə Bakı şəhərinə, oradan isə Biləsuvar rayonu ərazisinə getmişlər. Saat 22 radələrində tanımadıqları ərazidən tikanlı məftilləri və su kanalını üzə-üzə keçdikdən sonra İran İslam Respublikası ərazisinə keçmişlər. Su kanalından üzə-üzə keçərkən onlar telefonlarını və ayaqabılarını salafana qoymuş, lakin salafan cırıldığı üçün telefonları və ayaqqabıları suya düşmüşdür. İran İslam Respublikası ərazisinə keçdikdən sonra gecəni orada meşəlik ərazidə keçirmişlər. Səhər açılan kimi kəndə gedərək tanımadıqları vətəndaşa yaxınlaşaraq Seyid Abbasinin qonaqları olduqlarını bildirmişlər. Həmin şəxs digər şəxslərə zəng etdikdən təxminən 2 saat sonra Seyid Abbasi onları aparmaq üçün avtomobil yollamış və həmin avtomobil onları Abbasinin yanına aparmışdır. Onlar iki gün İran İslam Respublikası ərazisində Seyid Abbasinin evində qaldıqdan sonra, həmin şəxs onlara təxminən 13 kiloqram narkotik vasitə qurudulmuş marixuanayabənzər maddələr verərək onları Azərbaycan Respublikasına aparıb Bakı şəhərində deyilən yerə qoymalarını tapşırmışdır. Sonra da Abbasi onları sərhədə yaxın bir əraziyə gətirib düşürmüş və 03 iyul 2024-cü il tarixdə saat 23 radələrində onlar həmin narkotik vasitələr olan iki ədəd torba ilə Azərbaycan Respublikası ərazisinə keçmişlər. Bir qədər hərəkət etdikdən sonra sərhədçilər onları saxlayaraq sərhəd zastavasına aparmışlar. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməlləri özlərinin ifadələrindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında şahid kimi dindirilən Şahid1 göstərdi ki, «N» saylı hərbi hissənin hərbi qulluqçusudur. O, xx.xx.2024-cü il tarixdə saat 20:00-dan xx.xx.2024cü il saat 02:00-dək 3-cü sərhəd zastavasında sərhəd naryadı xidmətinə təyin olunmuşdur. xx.xx.2024-cü il taridə saat 23 radələrində sərhəd naryadında olan əsgər Nahid Rüstəmov zastavanın 8-ci sahəsində iki nəfər şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində hərəkət etməsini müşahidə etdiyini baş leytenant Şahid2 məruzə etmidir. Şahid2 dərhal sərhəd zastavasının şəxsi heyətini “Silaha” komandasına qaldırmış və onlar birlikdə həmin istiqamətə doğru hərəkət etmişlər. Onlar 8-ci sahəyə çatan zaman iki nəfər şəxsin mühəndis texniki çəpərini istiqamətində hərəkət etdiyini görmüş və həmin şəxslərə “Dayan” çağrışı verərək saxlamışlar. Onlar həmin şəxsləri saxlayan zaman əllərində iki ədəd çantanın olmasını görmüşlər. Daha sonra onlara həmin bağlamaların daxilində narkotik vasitələr olması məlum olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Dövlət Sərhəd Xidmətinin «N» saylı hərbi hissəsinin hərbi qulluqçusu Şahid2 da Şahid1la eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə istintaqında şahid qismində dindirilən Dövlət Sərhəd Xidmətinin «N» saylı hərbi hissəsinin hərbi qulluqçusu Şahid3 göstərdi ki, 04 iyul 2024-cü il tarixdə İran İslam Respublikası vətəndaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini qanunsuz olaraq keçdikdən sonra saxlanılmışlar. Həmin vaxt onların yanloarında iki ədəd çanta olmuşdur. Onları zastavaya aparılmışlar. Sərhəd zastavasında çantalara baxış keçirilərkən bükümlərdə narkotik vasitə qurudulmuş marixuanayabənzər maddələr aşkar olunaraq götürülmüşdür. Anar və Sərdar torbada aşkar olunan narkotik vasitələrin özlərinə məxsus olduğu, İrandan gətirdiklərini bildirmişlər. Aşkar olunmuş maddələr götürülmüş və bu barədə təhqiqatçı tərəfindən protokol tərtib olunmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilən hərbi qulluqçu Şahid4 da Şahid3lə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. «N» saylı hərbi hirsə komandirinin xx.xx.2024-cü il tarixli məlumatında göstərilmişdir ki, 03 iyul 2024-cü il tarixdə saat 23:27-də İran İslam Respublikası istiqamətindən iki nəfər şəxsin hərəkətdə olmaları müşahidə edilmiş və şəxsi heyət həmin ərazi istiqamətində hərəkət etmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ərazidə saxlamışlar. Onlar sərhəd rejim qaydalarını pozduqlarına görə xx.xx.2024-cü il tarixdə saat 00:50 dəqiqədə inzibati qaydada tutulmuşlar. 04 iyul 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi və götürmə aparılması barədə protokolundan görünür ki, «N» saylı hərbi hissənin 3-cü sərhəd zastavasının 8-ci sahəsində iki nəfərə məxsus ayaq izlərinin olması müəyyən edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanıldıqları ərazidən bir ədəd xak rəngli və bir ədəd açıq sarı rəngli çanta aşkar olunaraq götürülmüşdür. 04 iyul 2024-cü il tarixli baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanıldıqları ərazidən aşkar olunaraq götürülmüş iki ədəd çantalarda ayrı-ayrı bükümlərdə 15 kiloqram marixuanaya və 25 qram həşiş qətranına bənzər maddələrin olması müəyyən edilmişdir. 04 iyul 2024-cü il tarixli baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasından İran İslam Respublikasına keçdikləri ərazi «N» saylı hərbi hissənin 3-cü sərhəd zastavasının 30-cu sahəsidir. Məhkəmə-bioloji ekspertizasının 05 iyul 2024-cü il tarixli, 3-16-16/2-7/N99 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 5 ədəd üzəri skoçla yapışdırılmış polietilen bağlamalarda hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 1150 qram, 900 qram, 985 qram, N00 qram və 2N0 qram-ümumi çəkisi 6135 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin çantanın içərisində olan bir ədəd bağlamada nəm vəziyyətdə təmiz çəkisi 1360 qram bitki mənşəli kütlə çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə marixuanadır. Həmin marixuananın quru çəkisi 472,76 qramdır. Tədqiqata təqdim edilmiş yaşıl rəngli çantada 4 ədəd üzəri skoçla yapışdırılmış polietilen bağlamada həb birinin ayrı-ayrılıqda təmiz çəkisi N45 qram, 975 qram, 2195 qram və 2145 qram-ümumi çəkisi 6360 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Məhkəmə fiziki-kimyəvi ekspertizasının 05 iyul 2024-cü il tarixli, 3-16-16/2-6/3474 nömrəli rəyindən görünür ki, tədqiqata təq dim edilmiş 01 ədəd çantada çəkisi 22,901 qram olan qətranabənzər maddə narkotik vasitə tiryəkdir. 27 iyun 2023-cü il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli parça materialından olan jiletin sol yan cibindən bir ədəd sarı rəngli plasmast qabı öz razılığı ilə könüllü olaraq təqdim edərək qabın içərisində narkotik vasitə olmasını bildirmişdir. Həmin qab açıldıqda içərisində qəhvəyi rəngli kütlə olması məlum olmuşdur. Təqsirləndirilən şəxs2 həmin kütlənin "kakos" olduğunu və xx.xx.2023-cü il tarixdə Ağstafa rayonu Sadıqlı kənd sakini Ceyhun adlı şəxsdən 30 manat pul müqabilində öz istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra həmin kütlə elektron tərəzidə çəkilmiş və 0,565 qram olması müəyən edilmişdir. Materialların məhkəmə ekspertizasının 28 iyun 2023-cü il tarixli, 16/684 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 01 ədəd bükümdə təmiz çəkisi 0,536 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Azerfon və Baksell mobil opreatorlarından daxil olmuş disklərə, həmçinin təqsirləndirilən şəxslərin üzərindən aşkar olunmuş mobil telefonlara baxış keçirilmiş və məlum olmuşdur ki, təqsirləndirilən şəxslər dövlət sərhədini qanunsuz olaraq Azərbaycan Respublikasından İran İslam Respublikasına 30 iyun 2024-cü il tarixdə keçmişlər. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 5523 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyi aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 5522 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əziyyət çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. «Respublika Psixatriya Xəstəxanası» X9 xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin xəstəxanada müalicə olunmamışlar. Qazax rayon Çaylı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 Çaylı kəndində qeydiyyatda olmaqla subaydır. Həmin nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs1 mənfi səciyyələnir. Həmin nümayəndəliyin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər evli olsa da, sonradan boşanmışdır, xx.xx.20N-cu ildə doğulmuş bir uşağı vardır. Yaşayış yerindən verilmiş arayışda mənfi səciyyələnir. Təqsirləndirilən şəxs2 üzərində 0,536 qram narkotik vasitə heroin aşkar olunması faktına görə Qazax Rayon Polis Şöbəsinin İstintaq bölməsində 28 iyun 2023-cü il tarixli qərarla Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanılmış və bir icraatda birləşdirilmiş cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 həmin iş üzrə xx.xx.2023-cü il tarixdə şəbhəli şəxs kimi tutulmuş, 29 iyun 2023-cü il tarixli qərarla CM-nin 234.1-ci maddəsi ilə ittiham elan olunmuş və barəsində 29 iyun 2023-cü il tarixli qərarla polisin nəzarəti altına vermə qərarı seçilməklə həbsdən azad edilmişdir. İşdə olan tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 Rusiya Federasiyası Novosibirski şəhər məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə N il müddətinə azadlıqdan məhrum edilmiş və xx.xx.2021-ci il tarixdə azad edilmişdir. Azərbaycan Respublikasında məhkum olunmamışdır. Təqsirləndirilən şəxs1 Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.20N-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddəsi ilə təqsirli bilinərək 15 il müddətə azadlıqdan məhrum edilmiş, cəza çəkdiyi müddətdə Qaradağ Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə CM-nin 317-2.1ci maddəsi ilə təqsirli bilinib 05 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin məcəllənin 67.1-ci maddəsinə əsasən ona Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.20N-cu il tarixli hökmü ilə təyin edilmiş cəzasının çəkilməmiş hissəsini yeni hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirməklə üzərində qəti olaraq 08 il N ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə həmin cəzanın çəkilməmiş N ay 19 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Cəzası xx.xx.2024-cü il tarixdə sona çatmalı idi. X6 istintaqdan qaçıb gizləndiyinə görə onun və qeyrilərinin barələrində hazırkı cinayət işinin materiallarından Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin İstintaq Şöbəsinin rəisi, ədliyyə mayoru C.N.Məmmədzadənin 05 mart 2025-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 234.2, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi ayrıca icraata ayrılmışdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı və xeyli miqdarda narkotik vasitə tiryəki əldə etmək üçün Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəsindən kənarda qanunsuz olaraq keçməklə İran İslam Respublikasına getmələri, həmin ölkədə cinayətkar qrupun üzvləri ilə görüşərək narkotik vasitələri onlarldan əldə etdikdən sonra özləri ilə daşıyaraq təkrarən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqəsindən kənarda keçməklə özləri ilə daşıdıqları narkotik vasitələri qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədinldən gömrük nəzarətindən kənar Azərbaycan Respublikasına keçirmələri, bundan başqa Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə etməsi, saxlaması və daşıması, hər ikisinin əməllərində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirlilikləri tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli CM-in 206.3.2, 234.4.1, 234.4.3 və 318.2,-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 əməli isə CM-nin 206.3.2, 234.1, 234.4.1, 234.4.3 və 318.2-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxlərə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların hər birinin cinayətin törədilməsində faktiki iştiraklarının xarakterini və dərəcəsini, hər birinin cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətlərini, təyin olunan cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən halları müəyyən etməmişdir, lakin CM-nin 318.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti təkrar törətməsini CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən halları müəyyən etməmişdir, lakin CM-nin 318.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti təkrar törətməsini və əməlində cinayətlərin xüsusilə təhlükəli residivinin olmasını CM-nin 61.1.1ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 CM-in 206.3.2, 234.4.1, 234.4.3 və 318.2-ci maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, bundan əlavə o, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməklə cəzanın çəkilməmiş hissəsi ərzində qəsdən ağır cinayət törətdiyindən CM-nin 76.6.3-cü maddəsinə əsasən barəsində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə müəyyən edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli, CM-nin 67.1-ci maddəsinə əsasən ona həmin məhkəmənin xx.xx.2015-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş N ay 19 gün müddətə azadlıqdan məhrum etmə cəzasını yeni hökm üzrə təyin olunmuş cəzaya qismən birləşdirmək yolu ilə hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməli, əməlində cinayətlərin xüsusilə təhlükəli residivi olduğundan CM-nin 56.1.4-cü maddəsinə əsasən cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 04 iyul 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 təyin edilən cəzanın müddətini müəyyən edərkən CM-nin 65.2-ci maddəsinin tələbini nəzərə alır. Belə ki, xüsusilə təhlükəli residivə görə cəzanın müddəti CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs2 CM-nin CM-in 206.3.2, 234.1, 234.4.1, 234.4.3 və 318.2-ci maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən 27 iyun 2023-cü ildən 29 iyun 2023-cü ilədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı 02 gün azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla təyin edilmiş cəzadan çıxılmalı, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 04 iyul 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs2 CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbir tədbiq edilməklə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində saxlanılan 6134,75 qram, 1359,95 qram, 6359,80 qram qurudulmuş marixuana, 22,851 qram tiryək, 0,516 qram narkotik vasitə heroin məhv edilməlidir. 0,302 qram narkotik vasitə heroin isə X3 barəsində ayrılmış cinayət işi üzrə yekun qərar qəbul olunanadək saxlanılmalıdır. Ekspertiza xərci 199,80 (bir yüz doxsan doqquz manat səksən qəpik) manat təqsirləndirilən şəxslərin hər birindən 99 manat 90 qəpik alınmaqla Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 2N005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3 və 318.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin. Ona CMnin 206.3.2-ci maddəsi ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 318.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə 13 (on üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli qərarı ilə müəyyən edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilsin, CM-nin 67.1-ci maddəsinə əsasən ona həmin məhkəmənin xx.xx.2015-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 9 (doqquz) ay 19 (on doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasını hazırkı hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirmək yolu ilə hökmlərin məcmusu üzrə qəti olaraq 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 04 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.1, 234.4.1, 234.4.3 və 318.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin. Ona CM-nin 206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə N (on) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 318.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 cinayətlərin məcmusu üzrə qəti olaraq 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 iş üzrə 27 iyun 2023-cü ildən 29 iyun 2023-cü il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinə hesablanmaqla çıxılsın və üzərində 11 (on bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqldan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 04 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmaqla Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində saxlanılan 6134,75 qram, 1359,95 qram, 6359,80 qram qurudulmuş marixuana, 22,851 qram tiryək, 0,516 qram narkotik vasitə heroin məhv edilsin. 0,302 qram narkotik vasitə heroin isə X3 barəsində ayrılmış cinayət işi üzrə yekun qərar qəbul olunanadək saxlanılsın. Ekspertiza xərci 199,80 (bir yüz doxsan doqquz manat səksən qəpik) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 99 (doxsan doqquz) manat 90 (doxsan) qəpik alınmaqla Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 2N005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Neymət Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar