Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-285/2024 15.05.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Nəbiyev Cəlil Cabbar oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs Nümayəndə, müdafiəçi- “Müdafiəçi2 və Partnyorları” vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1964-cü il tarixdə Neftçala rayonu, Aşağı Qaramanlı kəndində anadan olmuş, Azərbaycan Respub-likası vətəndaşı, Ali təhsilli, evli, əvvələr məhkum olunmamış, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şirvan ərazi şöbəsinin Dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sektoru-nun baş məsləhətçisi və Neftçala rayonu üzrə hərrac komissiyasının sədri vəzifəsində işləmiş, hazırda işsiz, Neftçala rayonu, Aşağı Qaramanlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 308.2, 309.2 və 311.3.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2019-cu il tarixli 845 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilməklə və müvafiq dövlət xidməti statusu alan “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti” üzrə Xidmət rəisinin 01 iyul 2022-ci il tarixli, K-217 nömrəli əmri ilə Xidmətin Şirvan ərazi şöbəsinin Dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sektorunun baş məsləhətçisi və Xidmət rəisinin 15 sentyabr 2023-cü il tarixli, F-98 nömrəli əmri ilə Neftçala rayonu üzrə Hərrac komissiyasının sədri vəzifəsində işləyərkən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinin 04 sentyabr 2015ci il tarixli, 146 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin ərazi şöbələrində inzibati və yardımçı vəzifə tutan dövlət qulluqçuların vəzifə Təlimatı”na və 73 nömrəli “Daimi dövlət qulluğuna qəbul edilən şəxslə bağlanılan əmək müqaviləsi”nə əsasən müvafiq ərazi daxilində yerləşən dövlət əmlakının idarə edilməsi və onun özəlləşdirilməsi, bu sahəyə investisiyaların cəlb olunması, dövlət əmlakı barəsində sərəncam verilməsi, dövlət əmlakının və onun barəsində bağlanılan əqdlərin qeydiyyatının aparılması sahəsində Xidmətin funksiyalarının icrası məqsədilə müəyyən edilmiş tədbirlərin həyata keçirilməsində iştirak etmək, müvafiq ərazi daxilində yerləşən dövlət əmlakının mühafizəsinə və qorunub saxlanılmasında, dövlət əmlakından təyinatı üzrə səmərəli istifadə olunmasına nəzarət edilməsində, müvafiq ərazi daxilində yerləşən özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin özəlləşdirilməsi və icarəyə verilməsi istiqamətində müəyyən edilmiş tədbirlərin həyata keçirilməsində iştirak etmək və Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2000-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Dövlət əmlakının hərraclar vasitəsilə satışı Qaydaları”na, həmçinin Əmlak Məsələləri Dövlət Xidmətinin rəisinin 15 sentyabr 2023-cü il tarixli, F-98 nömrəli əmri ilə təsdiq edilmiş “Respublikanın şəhər və rayonlarında kiçik dövlət müəssisələrinin (obyektlərinin) özəlləşdirilməsi üzrə yaradılmış hərrac komissiyasının İş Reqlamenti”nə əsasən hərracın keçirilməsini təmin etmək, hərrac iştirakçılarının qeydiyyatını aparmaq, hərracın yekun və digər protokollarını rəsmiləşdirmək və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük, yəni özü üçün qazanc əldə etmək, müraciət edən şəxsə torpaq sahəsi və içərisindəki tikilini əldə etməsinə köməklik etmək məqsədilə xidməti vəzifələrinin icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə görə, yəni Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2000-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Dövlət əmlakının hərraclar vasitəsilə satışı Qaydaları”na əsasən Hərracın yeganə iştirakçısı hərracın qalibi hesab edilməli olduğu halda Neftçala rayonu, Həsənabad qəsəbəsi, Mirqurbanlı məhəlləsi 98D ünvanında yerləşən ümumi sahəsi 11366.3 m² olan dövlət mülkiyyətli torpaq sahəsini içərisində mövcud olan tikili ilə birlikdə almasına köməklik etmək məqsədilə 2023-cü ilin avqust ayının ortalarında özünə müraciət etmiş Şahid1 sifarişçi kimi qeydiyyata alıb və həmin əmlaka dair hərracı təşkil edib digər müraciətçiləri müxtəlif bəhanələrlə qanunsuz olaraq kənarlaşdırıb sonuncunu hərracın yeganə iştirakçısı edərək, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Neftçala rayonu üzrə yaradılmış Hərrac Komissiyasının komissiya üzvlərinin sadə səs çoxluğu ilə qalib olmasına nail olacağını bildirib, həmin hərəkətin edilməsinə görə Neftçala şəhəri, Heydər Əliyev prospekti 32 ünvanında yerləşən inzibati binada xidməti istifadəsində olan otağında 2023-cü ilin avqust ayının ortalarında Şahid1 özü üçün birbaşa yolla külli miqdar təşkil edən maddi nemət olan 22.500 (iyirmi iki min beş yüz) manat məbləğində pul vəsaitini rüşvət qismində istəyib sonuncunun razılığını aldıqdan sonra 11 oktyabr 2023-cü il tarixdə Şahid1 adına dövlət əmlakının satışı ilə bağlı keçirilən hərracda iştirak etmək üçün sifariş formasını hazırlayıb imza etdirdikdən sonra sonuncu ilə birlikdə həmin tarixdə ünvan 3 ünvanında yerləşən "xxxx" ASC-nin Salyan filialına gedərək həmin əmlakın 37.500 manat təşkil edən ilkin start qiymətinin 10 faizi hesab olunan 3.750 manat məbləğində pul vəsaitinin beh qismində müvafiq bank hesabına köçürülməsinə nail olub həmin tarixdə və həmin yerdə Şahid1 500 (beş yüz) manat məbləğində pul vəsaitini, 14 oktyabr 2023-cü il tarixdə isə Bakı şəhəri, Yasamal rayonu, “20 Yanvar” metrostansiyasının yaxınlığında 6.000 (altı min) manat məbləğində pul vəsaitini alıb, xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməklə yəni, Əmlak Məsələləri Dövlət Xidməti rəisinin 11 oktyabr 2023-cü il tarixli, M-174 nömrəli əmri ilə 16 oktyabr 2023-cü il tarixdən 14 təqvim günü müddətində əsas əmək məzuniyyətinə çıxarılmasına baxmayaraq cinayətkar niyyətinə nail olmaq üçün qanunsuz olaraq hərracı keçirərək komissiya üzvlərinin sadə səs çoxluğu ilə Şahid1 qalibiyyətini təmin etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək Şahid1 17 oktyabr 2023-cü il tarixdə keçiriləcək hərracda yeganə iştirakçı kimi daxil edib həmin tarixdə hərracı təşkil edib qanunsuz olaraq hərracı keçirərək komissiya üzvlərinin sadə səs çoxluğu ilə Şahid1 qalib olmasını təmin etdikdən sonra 27 oktyabr 2023-cü il tarixdə saat 11:50-də Neftçala şəhəri, H.Əliyev prospekti 32 ünvanında yerləşən xidməti istifadəsində olan otağında Şahid1 16.000 (on altı min) manat məbləğində pul vəsaitini alıb, ümumilikdə vahid niyyətlə külli miqdar təşkil edən 22.500 (iyirmi iki min beş yüz) manat məbləğində pul vəsaitini özü üçün birbaşa yolla şəxsən rüşvət qismində almış, həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətini əhali arasında nüfuzdan salıb, yerinə yetirilən fəaliyyətin şəffaf və obyektiv prosedurlar üzrə həyata keçirilməsi ilə əlaqədar həmin Xidmətin normal fəaliyyətinin pozulmasında ifadə olunan qanunla qorunan mənafelərinə vahid tamah niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vahid tamah niyyətilə eyni ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərini aşmışdır. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməmiş, özünü dələduzluq etməkdə təqsirli bilərək ifadəsində göstərmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şirvan Ərazi şöbəsinin dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sektorunun baş məsləhətçisi (Neftçala rayonu üzrə) vəzifəsində işləmişdir. 17 oktyabr 2023-cü il tarixdə keçirilmiş hərracla satılmış ümumi sahəsi 1.113 ha olan əmlak və torpaq sahəsi haqqında bildirmişdir ki, həmin torpaq sahəsi əvvəllər hansısa idarənin balansında olmuş, sonradan dövlətin balansında olan əmlak kimi satışa çıxarılmışdır. Həmin əmlak Sabirabad rayonundan olan Şahid1 satılmışdır. Şahid1 2023-cü ilin avqust ayında həmin 1.113 ha torpaq sahəsini almaq məqsədilə onun Neftçala şəhərində yerləşən iş yerinə gəlib xidməti otağında qəbulunda olmuşdur. Onun almaq istəyi olan torpaq sahəsi Neftçala rayonu, Həsənabad qəsəbəsi, Mirqurbanlı məhəlləsi 98D ünvanında yerləşmiş və o, həmin yerin satış məqsədilə hərraca çıxarılmış torpaq sahəsi olduğunu bilmişdir. Qeyd olunan torpaq sahəsi 2017-ci ilin oktyabr ayından hərraca çıxarılmaqla satışa qoyulmuş və həmin tarixdən başlayaraq həmin torpaq sahəsi hər ay hərraca çıxarılmışdır. 17 oktyabr 2023-cü il tarixədək həmin torpağa dair sifariş verən olmadığından torpaq satılmamışdır. O, Şahid1 qeyd olunan torpaq sahəsinin hazırda hərracda olduğunu və dövlət qiymətinin 37.500 manat təşkil etdiyini demişdir. Həmin məbləğ əvvəlcədən qiymətləndirilmiş rəqəm olduğundan o, məhz həmin məbləği ona demiş, daha sonra sonuncu dövlət qiymətindən əlavə nə qədər verməli olduğunu bildirdikdə o, ümumilikdə 60.000 manata həmin torpağı ona sata biləcəyini bildirmişdir. Belə ki, həmin məbləğin 37.500 manatı bank vasitəsilə dövlət hesabına ödənilməli, 22.500 manat hissəsini isə dələduzluq etməklə özünə götürmək istəmişdir. Məbləğ barədə razılığa gəldikdən sonra Şahid1 pul vəsaitini düzəldib gələcəyini deyib çıxıb getmişdir. 2023-cü ilin sentyabr ayında bir neçə dəfə Şahid1la əlaqə saxlamış, sonuncu gələcəyini bildirsə də, gəlmədiyi üçün onu hərraca daxil etməmiş və sifarişçi olmaması səbəbindən hərrac baş tutmamışdır. Daha sonra torpağa dair növbəti hərracın 17 oktyabr 2023-cü il tarixdə keçiriləcəyini öyrənib bu barədə zəng edib Şahid1 məlumat verərək hərracda iştirak etməsinə köməklik göstərə biləcəyini bildirmişdir. 11 oktyabr 2023-cü il tarixdə onlar zəngləşərək Salyan şəhərində görüşüb Beynəlxalq Banka gedib həmin torpağın ümumi dəyərinin 10 faizini, yəni 3.750 manatını banka ödəmişlər. Onlar ikisi birlikdə həmin ödənişi ödəmiş və həmin vaxt onun özü müvafiq bank hesabını orada bildirmişdir. Bu barədə müvafiq ödəniş qəbzini aldıqdan sonra Şahid1 həmin yerdə ona 500 manat məbləğində pul vermişdir. Həmin vaxt Şahid1 üzərində pulunun qalmadığını bildirdiyi üçün o, həmin pulun 100 manatını Faiqə geri qaytarmış və hərracda iştirak etməsi üçün 17 oktyabr 2023-cü il tarixdə Neftçala şəhəri, Heydər Əliyev prospekti 32 ünvanında yerləşən inzibati binaya gəlməsini demişdir. Həmçinin eyni gündə Şahid1 adına sifariş blankını doldurub həm özü, həm də ona imza etdirməklə onu da Şirvan ərazi şöbəsinə göndərmişdir. Daha sonra Şahid1 ona təqdim etdiyi ödəniş qəbzini skan edib Şirvan ərazi şöbəsinə göndərmişdir. Razılıqlarına əsasən Şahid1 hərrac keçirilmədən əvvəl ona pul verməli olmuşdur. 14 oktyabr 2023-cü il tarixdə o, Bakı şəhəri ərazisində, “20 Yanvar” dairəsi yaxınlığında Şahid1la görüşmüş və həmin yerdə sonuncu ona 6.000 manat məbləğində pul vəsaiti vermişdir. O, həmin pul vəsaitini götürüb getdikdən sonra Şahid1 ona zəng edərək həmin pul vəsaitinin 500 manatını geri istəmiş, pulu artıq verdiyini bildirmişdir. Şahid1 elə həmin gün Qaradağ rayonu ərazisində onunla görüşüb 500 manatı geri almışdır. Şahid1 ona verməli olduğu 22.500 manat pul vəsaitinin yerdə qalan hissəsini isə hərrac keçirildikdən sonra verməli olmuşdur. 17 oktyabr 2023-cü il tarixdə hərrac keçirilmişdir. Hərrac keçirilən vaxtı o artık əmək məzuniyyətində olmuş, rəsmi olaraq hərracın keçirilməsinə səlahiyyəti olmamış, lakin faktiki olaraq hərracda iştirak etmişdir. Hərrac komisiyyasının üzvləri o daxil olmaqla 5 nəfərdən ibarətdir. Üzvlərdən ikisi o və Şirvan ərazi şöbəsinin baş məsləhətçisi Şahid3 olmuş, bir nəfər İcra və Probasiya şöbəsinin əməkdaşı Şahid4, bir nəfər regional Maliyyə şöbəsinin əməkdaşı Şahid2 və digər bir nəfər isə Neftçala rayon İcra hakimiyyətinin nümayəndəsi Şahid5 olmuşdur. Komissiyanın sədri isə onun özü olmuşdur. Hərrac keçirildikdən sonra cəmi bir sifarişçi olduğu üçün Şahid1 hərracda qalib hesab olunmuşdur. Bundan sonra protokol tərtib edilərək imzalanmış və hərrac başa çatmışdır. Şahid1 hərracdan sonra ona həm dövlət ödənişini, həm də ona verməli olduğu pulu sonra verəcəyini bildirmişdir. Bir neçə gün o, Şahid1la əlaqə saxlamış və sonuncu ona gözləməsini bildirmişdir. Sonuncu 26 oktyabr 2023-cü il tarixdə Neftçala rayonuna gələcəyini və pulu gətirəcəyini demişdir. Şahid1 27 oktyabr 2023-cü il tarixdə saat 11:50-də onun Neftçala rayonunda yerləşən iş yerinə gəlib xidməti otağında 16.000 məbləğində pul vəsaitini sayaraq ona təqdim etmişdir. O, Şahid1 dövlət ödənişinin də ödənilməli olmasını demiş, sonuncu onu da gedib ödəyəcəyini bildirmişdir. Daha sonra xidməti otağa Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları daxil olmuşlar. Məqsədi Şahid1 22,500 manat pulunu dələduzluq yolu ilə ələ keçirmək olmuş, onda həmin məbləğ rüşvət qismində istəməməmiş, hərrac keçirilən zaman əmək məzuniyyətində olmuş, məzuniyyətdə olduğundan onun hərrac komisiyasının üzvü kimi iştirak etməsi qanunsuz olmuşdur. Faiqdən rüşvət deyil, dələduzluq yolu ilə pul almışdır. Məhkəmədən barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkəmə baxışında zərərçəkmiş hüquqi şəxs İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə iş üzrə izahat verərək hazırda Təqsirləndirilən şəxs verilmiş ittihamı müdafiə etdiyini, Təqsirləndirilən şəxs əməllərinin Əmlak Məsələləri Dövlət Xidmətinin, cəmiyyətin və dövlətin işgüzar nüfuzuna xələl gətirdiyini bildirərək ondan şikayətçi olduğunu, qanunla nəzərdə tutulmuş qaydada cəza verilməsini xahiş etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xeyli müddətdir ki, sahibkarlıq məqsədilə torpaq sahəsi almaq istəmişdir. Əvvəllər kafe, yeməkxana tipli yerlər işlətdiyindən buna uyğun ola biləcək torpaq sahələri ilə maraqlanmışdır. 2023-cü ilin avqust ayının ortaları Neftçala rayonuna avtomobil almaq məqsədilə gedən zaman orada təsadüfən dəniz kənarında yerləşən kafedə olanda boş torpaq sahəsi və içərisində köhnə yarımtikili olan yer görmüş və həmin yerlə maraqlanmış və həmin ərazinin satışa çıxarıldığını öyrənmişdir. Həmin torpaq sahəsinin kim tərəfindən satışa çıxarılması barədə maraqlanan zaman ona Əmlak Məsələləri Dövlət Xidmətinin Neftçala rayon üzrə nümayəndəsi olan Təqsirləndirilən şəxs adlı şəxsə müraciət etməyini, sonuncu vasitəsilə həmin torpaq sahəsini ala biləcəyini demişlər. Bundan sonra Təqsirləndirilən şəxsla görüşmək üçün Neftçala rayon İcra Hakimiyyəti binasının yaxınlığında yerləşən və müxtəlif qurumların əməkdaşları ilə bərabər sonuncunun xidmət apardığı inzibati binaya getmişdir. Orada Təqsirləndirilən şəxs kim olması barədə maraqlanmış və sonuncunun Əmlak Məsələləri Dövlət Xidmətinin Şirvan ərazi şöbəsinin Neftçala rayon üzrə nümayəndəsi olması bildirilmişdir. Elə həmin gün Təqsirləndirilən şəxs xidməti otağında qəbulunda olmuş və sonuncunun özü onu tək qəbul etmişdir. O, Təqsirləndirilən şəxs özünün haradan gəlməyi, əvvəllər sahibkarlıqla məşğul olmağı barədə məlumat verib dəniz kənarında yerləşən torpaq sahəsi ilə maraqlandığını, həmin ərazini almaq istəyinin olmasını demişdir. Təqsirləndirilən şəxs qeyd olunan torpaq sahəsinin 1.113 ha olduğunu və onun satışa çıxarılacağını bildirmişdir. O, həmin torpaq sahəsinin qiyməti və alqı-satqı qaydaları barədə maraqlandıqda Təqsirləndirilən şəxs həmin torpağın 37.500 manat dövlət qiymətinin olduğunu, lakin əvvəlcə hərraca girməyi, qalib gəldikdən sonra həmin vəsaiti ödəməklə torpağın əldə edilməsinin mümkün olduğunu, qeyd olunan məsələlərlə bağlı səlahiyyətli şəxs olduğunu, onunla razılığa gələ bilərsə torpağı ala biləcəyini demişdir. O, razılıq dedikdə nəyi nəzərdə tutduğunu soruşduqda Təqsirləndirilən şəxs əmlakın dövlət qiymətindən əlavə olaraq 22.500 manat pul vəsaitini onun özünə verəcəyi təqdirdə torpağın ona satılacağını, müraciətinin qeydə alınacağını, başqa heç kimin hərraca daxil edilməyəcəyini, daha sonra formal hərrac keçirəcəyini, hərracda onu qalib edərək torpağın onun adına sənədləşdiriləcəyini demişdir. O, Təqsirləndirilən şəxs başqa müraciətçi olduğu halda məsələnin necə həll olunacağını soruşduqda, sonuncu müxtəlif bəhanələrlə müraciət edənləri qeydiyyata almayacağını, onlara müddəti ötürmələri və digər bu kimi cavablar verməklə hərraca daxil etməyəcəyini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs ona bildirdiyi 22.500 manat pulu verməyəcəyi halda, onun da hərraca buraxılmayacağını, torpaq sahəsinin ona satılmayacağını demişdir. Ümumilikdə 60.000 manat pul verməli imiş, onun 37.500 manatı dövlət ödənişi, 22.500 manat isə Seyranın özünə çatacaqdır. O, məcbur qalıb Təqsirləndirilən şəxs dediyi təkliflə razılaşmış və həmin məbləğdə pulu ona verəcəyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs ondan şəxsiyyət vəsiqəsini istəmiş və götürüb kserosurətini çıxarmış, növbəti gün Təqsirləndirilən şəxs onu yenidən yanına çağırdığından sonuncunun yanına getmişdir. Təqsirləndirilən şəxs xidməti otağında ona sənədləşmə ilə bağlı yazdığı ərizəyə və digər sənədlərə imza etdirmişdir. O, Təqsirləndirilən şəxs istədiyi 22.500 manat pulun çox olduğunu desə də, sonuncu verməyəcəksə onu hərraca buraxmayacağını demişdir. O, sonuncunun bu cür hərəkətindən əsəbləşib Korrupsiya qarşı Mübarizə Baş İdarəsinə yaxnlaşıb ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ondan 22.500 manat rüşvət istəməsi barədə məlumat vermişdir. 2023-cü ilin oktyabr ayının əvvəllərində Təqsirləndirilən şəxs onunla əlaqə saxlayaraq 17 oktyabr 2023-cü il tarixdə həmin əmlakla bağlı hərrac keçiriləcəyini, bunun üçün ilkin olaraq dediyi rüsumun on faizini, yəni 3.750 manat pulu banka köçürməli olduğunu demiş, bu səbəbdən 11 oktyabr 2023-cü il tarixdə sonuncu ilə danışıb birlikdə Salyan şəhərində yerləşən “Beynəlxalq Bank”ın qarşısında görüşmüşlər. Orada Təqsirləndirilən şəxs ona verməli olduğu məbləğin 500 manatını verməyini, onun da sənədləşmə ilə bağlı xərclərinin olduğunu demişdir. O, Banka Təqsirləndirilən şəxsla birlikdə daxil olaraq rüsum kimi 3.750 manat pul köçürtmüş və bankdan ödənişlə bağlı verilmiş qəbzi sonuncu götürərək bir surətini ona verib, digər surətini işə əlavə edəcəyini demişdir. Bankdan çıxdıqdan sonra o, Təqsirləndirilən şəxs istədiyi 500 manat pulu sayaraq Bankın qarşında təklikdə ona vermişdir. Pulu verdikdən sonra sonuncu əlavə də 6.000 manat pul verməli olduğunu, həmin pulu Bakıda olan şəxslərə onun hərracda qalib gəlməyi ilə bağlı verəcəyini, vermədiyi təqdirdə hərracda qalib gələ bilməyəcəyini, ona ümumilikdə verməli olduğu 22.500 manatdan qalıq qalacaq hissəsini isə hərrac keçirildikdən sonra verə biləcəyini demişdir. O, razılaşaraq 14 oktyabr 2023-cü il tarixdə Bakı şəhərində “20 Yanvar” metrostansiyasının yaxınlığında Təqsirləndirilən şəxsla görüşmüş, üzərində olan 6.000 manat pulu sayaraq həmin yerdə təklikdə sonuncuya vermişdir. Həmin yerdə bir daha hərracda qalib gələ bilməmək ehtimalının olub-olmaması, həmçinin hərracda başqa müraciətçinin olub-olmayacağını dəqiləşdirmiş, Təqsirləndirilən şəxs əminliklə onun hərracda qalib gələcəyini, hərracda iştirakçı kimi yalnız onun iştirak edəcəyini, hətta Gəncəli olan hansısa şəxsin həmin əmlaka görə müraciət etdiyini, lakin ona gecikdiyini bildirməklə həmin şəxsi hərracdan uzaqlaşdırdığını bildirmişdir. Təqsirləndirilən şəxs həmin vaxt onun 17 oktyabr 2023-cü il tarixdə Neftçala şəhərində yerləşən yuxarıda qeyd etdiyi binaya gəlməsini demişdir. O, deyilən tarixdə həmin yerə gedərək Seyranla görüşmüş, Seyran ona hərrac komissiyasının üzvlərinin olduğu otağa daxil olmamışdan əvvəl içəridə olacaq komissiya üzvlərinə həmin torpağın hərraca çıxması barədə məlumatı internet resurslarından əldə etdiyini deməyini, hərracla bağlı başqa şəxslərin də iştirak etmək istəməsinə baxmayaraq onlara imkan vermədiyini bir daha demişdir. O, otağa daxil olarkən hərrac komissiyasının üzvlərini görmüşdür. Orada komissiyanın sədri kimi Təqsirləndirilən şəxs ümumi sözlərlə danışaraq onun qalib gəldiyini deyərək üzvlərə və ona sənədlərə imza etdirmişdir. Bundan sonra o, otaqdan çıxmışdır. Otaqdan çıxdıqdan sonra Təqsirləndirilən şəxs onun hərracda qalib gəlməyinə dair sənəd təqdim etməsini desə də həmin sənədi ona verməmişdir. Həmin gündən sonra sonuncu gündəlik ona zəng edərək və mesaj yazaraq ona verməli olduğu 22.500 manat puldan qalıq qalmış 16.000 manat pulu tələb etməyə başlamış, vermədiyi təqdirdə banka qalan rüsumu köçürməli olsa da həmin torpağın adına sənədləşdirilməyəcəyini demişdir. O, bu barədə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə məlumat verməklə 27 oktyabr 2023-cü il tarixdə Neftçala şəhərində, Təqsirləndirilən şəxs xidməti otağında 16.000 manat məbləğində pulu sonuncuya vermiş və Seyran həmin pul vəsaitinin masanın üzərindəki dəftərin altına qoymuşdur. Daha sonra o, otaqdan çıxarkən Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları otağa daxil olmuşlar. İş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şirvan ərazi şöbəsinin baş məsləhətçisi vəzifəsində işləyir. Şahid1 ilk dəfə 17 oktyabr 2023-cü il tarixdə Neftçala şəhərində keçirilmiş hərrac zamanı görmüş, əvvəllər tanımamışdır. 17 oktyabr 2023-cü il tarixdə Neftçala şəhəri, Heydər Əliyev prospekti 32 ünvanında yerləşən inzibati binada hərrac keçirilmişdir. Həmin hərracda Komissiyanın sədri kimi Təqsirləndirilən şəxs olmuş və hərracı onun özü idarə etmişdir. Hərrac üzvü kimi ondan başqa digər şəxslər iştirak etmişdir. 17 oktyabr 2023-cü il tarixdə keçirilən hərrac həmin ildə keçirilən yeganə hərrac olmuşdur. Həmin hərrac Neftçala rayonu, Həsənabad qəsəbəsi, Mirqurbanlı məhəlləsi 98D ünvanında yerləşən torpaq sahəsi və içərisində olan tikili ilə bağlı keçirilmişdir. Hərracın keçirilməsi zamanı komissiyasının sədri kimi Təqsirləndirilən şəxs hərracın məqsədini elan edib hərracçı və alıcı qismində iştirak edənləri bildirib daha sonra alıcı qismində hərracda yeganə iştirakçının qeydiyyata alınması barədə məlumat verib buna əsasən Şahid1 qalib elan olunmasını bildirmişdir. Onun komissiya üzvü kimi yalnız hərrac günü alıcı barədə məlumatı olmuşdur. 17 oktyabr 2023-cü il tarixdə keçirilmiş hərracın obyekti olmuş dövlət əmlakına dair əvvəllər müraciətlərin olub-olmaması barədə dəqiq məlumatı yoxdur. 17 oktyabr 2023-cü il tarixdə keçirilmiş hərrac zamanı, nə də başqa hərrac zamanı qabaqcadan Təqsirləndirilən şəxs və ya başqa şəxs tərəfindən ona hansısa qanunsuz göstəriş verilməmişdir. İş üzrə şahid qismində dindirilmiş “Xəzər” avtomobil zavodunun mühəndisi Şahid6 Şahid3 ilə oxşar məzmunlu ifadələr verərək onun gəstərdiklərini təsdiq etmişlər. İş şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, o, 2022-ci ilin iyul ayından İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şirvan Ərazi Şöbəsinin rəisi təyin olunmuş və hazırda həmin vəzifədə işini davam etdirir. Onun xidməti vəzifələrinə şöbəyə rəhbərlik etmək, Xidmət tərəfindən verilən əmr və tapşırıqları icra etmək, şöbənin tabeliyində olan ərazilərdə torpaqlara nəzarət və dövlət əmlakının özəlləşdirilməsi və səmərəli istifadəsinə dair tədbirlər görmək və sair daxildir. Təqsirləndirilən şəxs Əmlak Məsələləri Dövlət Xidmətinin Şirvan Ərazi Şöbəsinin baş məsləhətçisi işləmiş, xidməti yeri isə Neftçala rayonu olmuşdur. Şirvan ərazi şöbəsinin nəzdində olan rayonlarda mövcud olan və hərrac vasitəsilə satışa çıxan əmlaklar müvafiq qiymətləndirmə edildikdən sonra bir ay öncədən kütləvi informasiya vasitələrində elan verilir. Bu barədə elan Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi “emlak.gov.az” saytının müvafiq bölməsində yerləşdirilir. Təqsirləndirilən şəxs sədrliyi ilə 17 oktyabr 2023-cü il tarixdə keçirilən hərrac barəsində bildirir ki, həmin hərrac Neftçala rayonu, Həsənabad qəsəbəsi, Mirqurbanlı məhəlləsi 98D ünvanında yerləşən 113.66,3 kvadrat metr torpaq sahəsi və içərisində olan 304.2 kvadrat metr tikinti ilə bağlı keçirilmişdir. Həmin əmlak barəsində də müvafiq elan emlak.gov.az saytında yerləşdirilmişdir. Qeyd olunan əmlaka dair sonuncu hərrac keçirilənədək əvvəllər hər hansı müraciət, sifariş daxil olmamışdır. 2017-ci ildə həmin əmlak 75.000 manat start qiyməti ilə satışa çıxarılmışdır. Lakin sifarişçi olmadığından hərrac baş tutmadığı üçün 2018-ci ildən həmin əmlakın start qiyməti 37.500 manata düşmüşdür. Sonuncu dəfə də həmin start məbləği ilə satışa çıxarılmışdır. Neftçala rayonunda yerləşən həm həmin əmlaka, həm də digər əmlaklara dair müraciət olunduqda müraciətçi Neftçala rayonu üzrə təhkim olunmuş Təqsirləndirilən şəxs tərəfindən qəbul edilir. Müraciətçi birbaşa Təqsirləndirilən şəxs da müraciət etmişdir. Şahid1 müraciətçi kimi Təqsirləndirilən şəxs qəbulunda olmuş və bütün izahlar sonuncu tərəfindən ona bildirilmişdir. Şahid1 tərəfindən müvafiq sifarişin doldurulması və ilkin beh məbləğinin tələb olunan müddətdə ödənildiyi üçün həmin şəxs hərraca buraxılmışdır. Qeyd olunan hərrac 17 oktyabr 2023-cü il tarixdə keçirilmiş, bütün komissiya üzvləri hərracda iştirak etmişdir. Şahid1 yeganə sifarişçi olduğu üçün səsvermə əsasında hərracda qalib elan olunmuş və bu barədə müvafiq protokol imzalanmışdır. O, həmin hərrac keçirilənədək, hərrac zamanı və daha sonra hər hansı qanunsuz halın şahidi olmamışdır. 27 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs xidməti otağında tutulmasından sonra onun sonuncunun qanunsuz əməllərindən məlumatı olmuşdur. O, vətəndaş Şahid1 müraciəti əsasında keçirilmiş hərracın şəffaf və qanuni prosedur çərçivəsində keçirilməsini zənn etmiş, hər hansı qanunsuz hal barədə ona məlumat daxil olmamışdır. Təqsirləndirilən şəxs 09 oktyabr 2023-cü il tarixdə ərizə ilə müraciət edərək əmək məzuniyyətinə çıxmaq istəməsi barədə xahiş etmiş, Xidmət rəisinin 11 oktyabr 2023-cü il tarixli əmri ilə 16 oktyabr 2023-cü il tarixdən 14 təqvim günü müddətinə əmək məzuniyyətinə çıxarılmışdır, lakin buna baxmayaraq 17 oktyabr 2023-cü il tarixdə keçirilmiş hərracda Təqsirləndirilən şəxs iştirak etmişdir. Şahid qismində dindirilmiş İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şirvan ərazi şöbəsinin məsləhətçisi Şahid7 Şahid8 ilə oxşar məzmunlu ifadə verərək sonuncunun gəstərdiklərini təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan 17 oktyabr 2023-cü il tarixli, 01 nömrəli hərrac protokolundan görünür ki, Təqsirləndirilən şəxs sədri olduğu komissiya tərəfindən keçirilmiş hərrac zamanı dəyəri 37.500 manat olan Neftçala rayonu, Həsənabad qəsəbəsi, Mirqurbanlı məhəlləsi 98D ünvanında yerləşən obyekt üzrə Şahid1 qalib elan edilmişdir. İş materiallarında olan 17 oktyabr 2023-cü il tarixli, 15 nömrəli «yekun protokolundan» görünür ki, Təqsirləndirilən şəxs sədri olduğu komissiya tərəfindən 17 oktyabr 2023-cü il tarixdə dəyəri 37.500 manat olan Neftçala rayonu, Həsənabad qəsəbəsi, Mirqurbanlı məhəlləsi 98D ünvanında yerləşən obyekt üzrə Şahid1 qalib elan edildiyi hərracın nəticəsi təsdiq edilmişdir. İşi materiallarına olan 04 iyul 2023-cü il tarixli 10 nömrəli, 08 avqust 2023-cü il tarixli 12 nömrəli və 12 sentyabr 2023-cü il tarixli 14 nömrəli protokollardan görünür ki, Təqsirləndirilən şəxs sədri olduğu komissiya tərəfindən dəyəri 37.500 manat olan Neftçala rayonu, Həsənabad qəsəbəsi, Mirqurbanlı məhəlləsi 98D ünvanında yerləşən obyekt üzrə sifarişçi olmadığından satıcının sərəncamında qalmış hesab edilmişdir. İş materiallarında olan 11 oktyabr 2023-cü il tarixli sifariş vərəqindən görünür ki, həmin tarixdə İbadov X3 rayonu, Həsənabad qəsəbəsi, Mirqurbanlı məhəlləsi 98D ünvanında yerləşən obyekt üzrə hərracda iştirak etmək üçün Təqsirləndirilən şəxs tərəfindən qeydiyyata alınmışdır. İş materiallarında olan “DVD diskə baxış keçirilməsi haqqında” 27 oktyabr 2023-cü il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, diskin içərisində olan “Rec1_5919” adlı videogörüntüdən görünür ki, həmin videogörüntü 09:05 saniyə müddətində olmaqla səs effektləri ilə gündüz hava şəraitində çəkilmişdir. Çəkiliş Bakı şəhəri, Nəsimi rayonu, “20 Yanvar” dairəsi yaxınlığında lentə alınmışdır. Görünür ki, üzərində videokamera yerləşdirilmiş şəxs (Şahid1) avtomobil körpüsünün altından yolun digər tərəfində keçir, daha sonra isə yenidən yolu keçərək üzü "xxxx" ASC-nin Baş İdərəsinin inzibati binasının yerləşdiyi yer istiqamətində hərəkət edir. Daha sonra onun həmin ərazidə Təqsirləndirilən şəxs ilə görüşməsi müşahidə edilir. Bundan sonra tərəflər arasında aşağıdakı məzmunda danışığın həyata keçirilməsi müşahidə edilir: Şahid1: Salam aleykum Sehran Məmmədov: Salam Şahid1: yola bax sen, deyirsən belədir, sənə dedim 12-yə işləmiş gəl. Oradan bura gəlincə bir maşın dəyişmişəm Sehran Məmmədov: dedin Qaladan gəlirsən, Qala haradır, buradırda Şahid1: nə buradır, mən Mərdəkan yolundan gəlirəm Videgörüntüdən görünür ki, Sehran Məmmədov kənarda mobil telefonla danışıb geri gəlir və daha sonra danışıqları davam edir: Sehran Məmmədov: Onlarıydı, dedilər belə şey olar, Allah haqqı dedilər ki, üzül get, lazım deyil, götürmə dedilər, indi mən Xətaiyə gedəcəm burdan, Axşam da Neftçalaya toya getməliyəm Şahid1: Sən bir Xətaiyə gedirsən sən, başına dönüm mən əlli yerə gedirəm. Təki elə toy olsun, tez-gec sənə söz vermişəm, gəlmişəm Sehran Məmmədov: Belə yoxda, deyərdin ki, saat 3-də gəl 3-də gələrdim Şahid1: Mən bilmirdimdə, kim nə bilir. Daha sonra Şahid1 və Təqsirləndirilən şəxs arasında danışıq aşağıdakı məzmunda davam etdirilir: Sehran Məmmədov: Sən 10 dedin mən taksi ilə danışmışdım, gəlmişəm düz 9-dan burdayam, nə qədər çay içərlər Şahid1: Axşam sənə demədim ki, 12-yə işləmiş gəl, deməli sənə 6.000 (altı min) pul verəcəm, indi inşallah hərracımız ikinci gündürdə? Sehran Məmmədov: Saat 10-un yarısı ol orda. Şahid1: 10-un yarısı olacam orda. Sən özün iştirak edəcəksən? Sehran Məmmədov: -jest ilə iştirak edəcəyini göstərir- Şahid1: Hərracda məndən başqa iştirak edən olacaq? Sehran Məmmədov: Dünən Gəncədən biri zəng etmişdi, Gəncədən, sən öl. Elanda oxuyub, dedim qardaş gecikmisiz. (03:18) Şahid1: Məndən başqa hərracda adam olacaq? Sehran Məmmədov: Yox. Bunlar onun üçündü də, bunların hesabı çatmasa, hərrac olub qutarsa da, sən qalib olsanda, bunlar ona mız qoyacaqlar, hərracı ləğv edəcəklər, başa düşdün nə deyirəm? Şahid1: İndi buna mız qoyacaqlar? Sehran Məmmədov: Yox, amanatı çatandan sonra niyə mız qoysunlar. Şahid1: Hə də, pullarının verirsən də. Sehran Məmmədov: Hə, Hərraca girəndə mən deməliyəm ki, amanatınız məndədi, olmasa video da göndərsəm, kaset də göndərsəm mız qoyacaqlar ki, düz keçirtməmisən. Olanı deyirəm. Səni mən qalib edirəm də. Başqa söhbət yoxdu. (04:08) Şahid1: Bunlar da mənə deyir ki, gör hərracda səndən başqa adam olacaq, ya olmayacaq? Komissiyanın sədri özünsən də. Sehran Məmmədov: Yox olmayacaq, bundan sonra artıq olada bilməz, dünən oğlana da dedim ki, gecikmisən. Qəbul etmədik onu. (04:15) Daha sonra Şahid1 və Təqsirləndirilən şəxs arasında danışıq aşağıdakı məzmunda davam etdirilir: Şahid1: İndi sənə 6.000 pul verəcəm Sehran Məmmədov: Adam falan olar, çəkərlər Şahid1: istəyirsən gəl gedək daldaya, kim olacaq e burda, kim var ki. Sehran Məmmədov: -6.000 manat məbləğində pul vəsaiti sayılır- Şahid1: Nə qədər etdi? Sehran Məmmədov: 6.000, -mobil telefonunu çıxarır- gör nə deyirəm, bax qardaşımsan, 6.000 bir vermisən, düzdü? üstəgəl 3.750 bir vermisən, 400 manatda bir vermisən. Elədi 10.150 manat, yadında saxla. 60.000, düzdür? bundan çıxırıq 10.150, düzdü? bərabərdir 49.850 manat. (06:26) Şahid1: İndi o dənizin qırağıdır da bu 60.000-lik? Sehran Məmmədov: Hə. Şahid1: Elə et mən çörəyimdən qalmayıb, iraq olsun burda mən uduzaram, kimsə durar deyər gəl al bu 70.000-ni verirəm, verərsiz mən bataram burda. Sehran Məmmədov: Məsələ qutardı, olsaydı mən dünən Gəncəliyə verərdim, deyərdim. Sonra 2 hektarı da dedi, dedim ona da gecikdiz, indi bilmirəm sən onu götürəssən ya yox. Şahid1: Hə bunu qurtarım sağ-salamat, ondan sonra. Sehran Məmmədov: Yanı bilim ki, mən onlara deyim ki, uzaqlaşdırsınlar. Şahid1: saat neçədə orada olacam? Sehran Məmmədov: Saat 10 tamamda hərrac başlayacaq. Şahid1: oldu Allah amanında, sən hansı tərəfə gedirsən inşallah Sehran Məmmədov: İndi mən Xətaiyə gedəcəm, görüşəcəm onlarla, oradan qayıdacam Lökbatanın kruquna, oradan oturacam taksiylə çıxıb gedəcəm. Şahid1: oldu ikinci gün 10 tamamda sənlə görüşəcəm. Sehran Məmmədov: 10 yox, tez gəl, 5 dəqiqə gecikdin hərrac olmayacaq, 10 tamamda mən məlumat verəcəm ki, başladıq. 10-da başlamasa, 11-ə 5 dəqiqə işləmiş deyəcəklər hərrac baş tutmadı. 10-un yarısı orada ol. Şahid1: hə oldu. Diskin içərisində olan “Rec1_4410” adlı videogörüntüdən görünür ki, həmin videogörüntü 11:37 saniyə müddətində olmaqla səs effektləri ilə gündüz hava şəraitində çəkilmişdir. Çəkilişin Neftçala şəhəri, Heydər Əliyev prospekti yaxınlığında lentə alınması müşahidə edilir. Görünür ki, üzərində videokamera yerləşdirilmiş şəxs (Şahid1) piyada yolu ilə hərəkət edərək inzibati binanın yerləşdiyi yer istiqamətində hərəkət edir. Daha sonra onun həmin inzibati binanın qarşısında Təqsirləndirilən şəxs ilə görüşməsi və inzibati binaya daxil olmaları müşahidə edilir. Bundan sonra tərəflər arasında aşağıdakı məzmunda danışığın həyata keçirilməsi müşahidə edilir. Şahid1: Salam canın başın nətərdi? Sehran Məmmədov: Şükür Allaha, zəng elədim, başqa nömrə ilə danışırdın? Şahid1: Yox, zəng gəlibdi ki. Sehran Məmmədov: nə ilə gəlmisən, maşının hardadır? Şahid1: gəlirlər, kefin əhvalın nətərdi? Sehran Məmmədov: oradan bura gəlincə kənddə görüşərdikdə. Şahid1: Harada, kənd tanıyıram ki, mən. Sehran Məmmədov: Oradan keçib gəldində, gərək əziyyət çəkərdin?! Daha sonra Təqsirləndirilən şəxs xidməti otağının qapısını açaraq içəri daxil olmaları və aralarında aşağıdakı məzmunda danışığın davam etdirilməsi müşahidə edilir: Şahid1: Sənallah nolub sənə, darıxmısan, nolub Sehran Məmmədov: məni qoyurlar ki. Şahid1: Kim qoymur ki? Sehran Məmmədov: Bakı, ləğv etmək istəyirdilər, 3 gündən sonra verilməlidir məhkəməyə. Şahid1: Hanı sənəd inşallah, eləbil ki, ələbəəl verdiyim pul, sənin özününkü, o, 22.000ni, oranın 10 faizini ödəmişəm, qalıb 90 faizi, o heç. Sənə verilin puldan nə qədər qalıb? Sehran Məmmədov: 16.600 nə qədərsə, qoy qapını bağlayım, adam falan olar. -qapını bağlayır- kim gələcək ki, bura. Şahid1: Mənim keç kimim yoxdu, mənim adamım Allahdı. Sabahkı günü, iraq olsun birdən sabah icra falan gəlib oranı məndən almaz? Sehran Məmmədov: sən kupça alacaqsan, əlində qanuni sənədin olacaq. -hansısa sənədi axtarır- Şahid1: Mənə sənəd göstərmə, öz sənədimi hazırla. Sehran Məmmədov: Orada nə qədərdir? Şahid1: -pul əskinazlarını sayır- say pulunu, nə qədər oldu bu? Sehran Məmmədov: 1.000 manatdır. Şahid1: -pul əskinazlarını sayır- (5.000 manat pul vəsaiti sayılaraq ümumilikdə 6.000 manat pul vəsaiti Təqsirləndirilən şəxs təqdim edilir). Daha sonra Şahid1 və Təqsirləndirilən şəxs arasında danışıq aşağıdakı məzmunda davam etdirilir: Şahid1: Bunun da beli bağlıdır, gəl say Allah xeyirini versin. Sehran Məmmədov: Say da, nolacaq ki, burdayıqda. Şahid1: Alış-veriş elə birşeydir ki, səndə say məndə, mənim başıma elə oyun gəlib ki, çıxıb getmişəm 300 manatdan ötrü başıma oyun gəlib. Sehran Məmmədov: baxdıqca sayıram. Şahid1: -pul əskinazlarını sayır- (10.000 manat pul vəsaiti sayılaraq Təqsirləndirilən şəxs təqdim edilir). 10.000 elədi? Sehran Məmmədov: hə. Şahid1: İndi qaldı birdənə 90 faiz, oranınkı. Sehran Məmmədov: 33.750, 30-35 manatda rüsum olacaq hardasa 33.800 Şahid1: Allah sənədə uğur versin mənədə, gəl al bu sənin amanatın Sehran Məmmədov: Qoy bura. Şahid1: Mənə sənəd ver onlara bir şey göstərimdə. Köçürməyə mən gedirəmdə, köçürüb qəbzi gətirəcəm. Sehran Məmmədov: Sən onu köçürdə bilməyəcəksən axı, gəl gedək köçürdək. Mən sənə protokolun surətini verə biləcəm. Mən onu maşındadı, sənə verdim, sənə sənəd gəlməyəcək. Şahid1: Mənə sənəd gəlməsin, mən indi gedib pulu ödəyəcəm, kartıma pul atırlar. Bəlkədə atdılar. Gedib çıxardacam səninlə gedəcəm. Mən bunlara sənəd göstərimdə, bu qədər pul vermişəm. Sehran Məmmədov: Bunu verdin e, bəs dövlətin pulu nolacaq. Şahid1: Dövlətin pulunu da köçürdürük də. Sehran Məmmədov: Mən birşey demirəm. Bununla bunların ağzı yumuldu. Aparıb amanatların çatdıracam. Prosta o pul köçməmiş dövlət sənə sənəd verməyəcək. Şahid1: verməsin e, yeri alana sənəd göstərim ki, bu yeri almışam mən, udmuşam. Sehran Məmmədov: o sənədi verimdə, kopyasını verim. İş materiallarında olan 27 oktyabr 2023-cü il tarixli «mobil telefon cihazına baxış keçirilməsi haqqında» protokoldan görünür ki, həmin telefon qara rəngli olmaqla “Samsung” markalı “Galaxy A02S” modellidir. Mobil telefonu işə salan müvafiq düyməni sıxmaqla telefon cihazı açıldı. Telefonun “3463” saylı ekran təhlükəsizlik kodu mövcuddur. Mobil telefon cihazında ***-***-**-** və ***-***-**-** saylı sim kartların mövcud olması müəyyən edildi. Mobil telefonun “Qalareya” bölümünə daxil olduqda içərisində müxtəlif məzmunlu çoxsaylı fotoşəkillərin və videoların olması müşahidə edilir. Həmin məlumatlar içərisində 17 oktyabr 2023-cü il tarixdə qeydə alınmış “20231017_100021” adlı videogörüntünün olması müşahidə edilir. Həmin videogörüntüdən görünür ki, çəkiliş 17 oktyabr 2023-cü il tarixdə keçirilmiş olan hərraca dair olan videodur. Qeyd olunan videogörüntüdə aşağıdakı məzmunda danışığın həyata keçirilməsi maşahidə edilir: Sehran Məmmədov: Hamını salamlayıram, xoş gördük hamınızı, bu günkü gün keçirilən hərrac baş tutan hərracdır, bizə Şahid1, Sabirabad rayon sakini müraciət edib, hərracda iştirak etmək istəyini bildirib, sifarişlə müraciət edib, sonra banka gedib 10 faiz behini köçürüb sənədlərini bizə təqdim edib, hərracda iştirak etmək hüququ qazanıb. İkinci bir namizədimiz olmadığına görə qalib o hesab olunur. Şahid1 İsrafil oğlu bu hərracın qalibi hesab olunur. Hərracçı: Obyekt satıldı. Sehran Məmmədov: Faiq bəy, hərracın keçirilməsi ilə bağlı, sözünüz, iradınız, təklifiniz var? Alıcı (Şahid1): Xeyr Sehran Məmmədov: Uğurlu olsun, Allah xeyir versin, xahiş edirəm onda protokolu imzalayaq. Daha sonra videogörüntüdə hərrac komissiyasının üzvləri və hərracçı tərəfindən müvafiq sənədin imzalanmasının həyata keçirilməsi müşahidə edilir: Mobil telefona quraşdırılmış +99***-***-**-** saylı mobil telefon nömrəsi ilə qeydiyyatdan keçirilmiş “WhatsApp” tətbiq proqramına daxil olduqda içərisində istifadəçi tərəfindən mətn, səsli mesajların göndərilməsi və qəbul edilməsi, həmçinin internet zənglərin həyata keçirilməsi ilə bağlı məlumatların olması müşahidə edilir. Həm rəhbər bölümünə, həm də “WhatsApp” tətbiq proqramının mesaj bölümünə baxış keçirildikdə Şahid1 istifadəsində olan +99***-***-**-** saylı mobil telefon nömrəsinin “Əli S” adlı ilə telefon rəhbərinə qeyd olunması və aralarında məlumat mübadiləsinin həyata keçirilməsi müşahidə edilir. Həmin məlumatlardan görünür ki, 14 oktyabr 2023-cü il tarixdə saat 14:19-da qarşı tərəfdən daxil olan zəng qəbul edilmiş və 47 saniyə müddətində danışıq aparılmış, 17 oktyabr 2023-cü il tarixdə daxil olmuş zəng rədd edilmiş və bir səsli mesaj qəbul edilmiş, 18 oktyabr 2023-cü il tarixdə “salam, nətərsən, hardasan” mətn mesajı qəbul edilmiş və qarşılıqlı səsli mesajlar göndərilmişdir göndərilmişdir. 17 oktyabr 2023-cü il tarixdə qəbul edilmiş və 18 oktyabr 2023-cü il tarixdə göndərilmiş səsli mesajların mətnləri aşağıdakı məzmunda olmuşdur: Əli S (Şahid1): Salam axşamın xeyir, nətərsən, bilirəm incimisən, Allah haqqı dayanmıram bir yerdə. Sabaha harada olacaqsan inşallah, mənə sabah günorta bir kart at. Təqsirləndirilən şəxs: Salam nətərsən, yaxşısan, heç bir oğul belə etməzdi, amma sən etdin, heç bir şəxsə yaraşmaz sənin etdiyin. Gör nə deyirəm sənə xidmətdən zəng edəcəklər, ola bilsin səni çağıracaqlar 5-ci gün Bakıya, sabah axşam çağına kimi ödəniş olunub qəbz ora göndərilməzsə sənin orada məsələnə baxılıb komissiyanın qərarını ləğv edib göndərəcəklər məhkəməyə, bunu biləsən. Əli S (Şahid1): Narahat olma ona a kişi, gətirib hamısın verəcəm, nəyəsə görə dayanmışıq da biz, əldə olmadı, 5-ci gün verəcəm sənə hamısını əlbəəl, saat 4-də, uzağı 5-də gətirib verib qayıdacam, köpüyə köpük pulunu verəcəm, bizə lazım deyil haram mal. Təqsirləndirilən şəxs: Salam axşamın xeyir, 4-də 5-də deyirsən a, onda uje bankda ödəmək olmaz, onu gərək ən aşağısı 3-də, 4-ə kimi ödənə ki, 5-də bank pul götürmür. Bundan başqa 20 oktyabr 2023-cü il tarixdə qarşı tərəfə bir səsli mesaj, üzərində 4169 7388-9829-3539 Seyran yazıları olan bir fotoşəkil, “nə oldu, Sən məqsədini de bilək. Belə uzağa gedə bilməzsən” mətn mesajı yazılmış, qarşı tərəfdən “heçnə.bircgünü. hamsın.verəcəm. Mən.haram.lazım.del Biz.kişyiy Narahat. olma” mətn mesajı qəbul edilmişdir. Təqsirləndirilən şəxs: Salam necəsən, yaxşısan? Bu gün 5-ci gündür, sən mənə bir konkret saat denən, o saatda görüşək onu keçirək, Bakıya məlumat verməliyik, qəbzi göndərməliyik, sən hər şeyi belə şey eləmə, onu ləğv edəcəklər özünü də göndərəcəklər məhkəməyə, dövlət qurumunu aldatdığına görə də sənin üçün iş də açacaqlar, bax bunu biləsən, xəbərdarlıq edirəm, demə ki, sonra Seyran demədi. Özünə də deyəndə deyirsən ki, ay ayıbdı, o kişilikdən deyil, o boyda qurumu aldadırsan, sənin üçün iş açarlar axırın da yaxşı olmaz, yəni adın hallanacaq orda-burda, özünü də yəqin ki Bakıya çağıracaqlar, nömrəni vermişəm. Amma dedilər ki, bu gün, yəni 5-cü gün ödəniş edilsə saxlayarıq işi. Bax işinə. Bundan başqa 23 oktyabr 2023-cü il tarixdə qarşı tərəfə iki səsli mesaj göndərilmiş, “Bəs birinci günə kişi kimi söz vermişdin, nə oldu kişilik?” mətn mesajı yazılmış, iki səsli mesaj qəbul edilmiş və daha sonra yenidən bir səsli mesaj göndərilmiş, 24 oktyabr 2023-cü il tarixdə isə “nə oldu səndən cavab çıxmadı” mesajı yazılmışdır. 23 oktyabr 2023-cü il qarşı tərəfə göndərilmiş və qəbul edilmiş səsli mesajların mətni aşağıdakı məzmunda olmuşdur: Təqsirləndirilən şəxs: Salam sabahın xeyir, nətərsən, dedim yadına salım, bü gün birinci gündür, mənə bir hə yox denən. Təqsirləndirilən şəxs: Tez elə, Bakı məndən cavab gözləyir, tez elə bir aç cavab de, bilək, Bakı cavab gözləyir. Əli S (Şahid1): Axşamın xeyir, narahat olma, Allah qoysa pulu gözləyirəm, verəcəklər götürüb gələcəm, sabaha birisi günə Allahın izni ilə yanındayam, götürüb gələcəm, İnşallah narahat olma. Əli S (Şahid1): O, torpaq alanın yası düşüb e, ona görə qalmışıq, mən də ordaydım, baş qarışıq idi, o, pul batandı orda, alıb gətirəcəm, hamısını gətirib verəcəm, narahat olma, Bakıda gözləsə canın sağ olsun, kəliməmiz kəlmədi, gətirib verəcəm. Təqsirləndirilən şəxs: Salam nətərsən, sən o dediyin kimi deyil, hər şeyi dedik danışdıq, heç olmasa sən həm Bakı, həm bu birisin heç olmasa yarısını gətir, ya sabah, ya birisi gün gətir, desinlər heç olmasa ödəniş oldu, problem çıxmasın, olmasa vallah verəcəklər məhkəməyə, özünü də ki, dövlət qurumunu aldatmağa görə polisə verəcəklər, Allaha and olsun, heç olmasa ya sabah ya, ya birisi gün o tərəfli bu tərəfli yarısını gətir köçürdək, o birisin də bir həftədən sonra gətir köçürdək. “WhatsApp” tətbiq proqramının zənglər bölümünə baxış keçirildikdə sonuncu zəng məlumatının 13 oktyabr 2023-cü il tarixdə olduğu, daha əvvəlki tarixə olan zəng məlumatlarının mövcud olmadığı müşahidə edilir. “Əli S” kontaktı ilə mövcud olan zəngləri təhlil etdikdə görünür ki, həmin kontaktla 14 oktyabr 2023-cü il tarixə 02, 17 oktyabr 2023cü il tarixdə 01, 20 oktyabr 2023-cü il tarixdə 01, 23 oktyabr 2023-cü il tarixdə 01, 26 oktyabr 2023-cü il tarixdə 01 danışıq həyata keçirilmişdir. İş materiallarında olan 15 noyabr 2023-cü il tarixli “emlak.gov.az saytına baxış keçirilməsi haqqında” protokoldan və fotoşəkillərdən görünür ki, HP” markalı fərdi kompüter vasitəsilə “Chrome” tətbiqindən istifadə etməklə “emlak.gov.az” saytına daxil olundu və həmin saytda “müsabiqə və hərraclar” sərlövhəsində yerləşən “hərraclar” bəndi vuruluraq həmin hissəyə keçid edildi. Açılan bölmədən görünür ki, həmin yerdə müxtəlif tarixlərdə keçirilmiş və ya keçiriləcək müsabiqə və hərraclara dair məlumatlar yerləşdirilmişdir. Həmin hərrac məlumatlarından görünür ki, 17 oktyabr 2023-cü il tarixdə keçirilən hərraclara dair müvafiq məlumatlar orada yerləşdirilmişdir. Həmçinin həmin hərrac məlumarlarından görünür ki, Neftçala rayonu, Həsənabad qəsəbəsi, Mirqurbanlı məhəlləsi, 98D ünvanında yerləşən sahəsi 11366.3 m² təşkil edən əmlaka dair məlumat 10 nömrə altında yerləşdirilmişdir. Həmçinin həmin hərrac məlumarlarından görünür ki, Neftçala rayonu üzrə yerləşdirilmiş əmlaklara dair ünvan və əlaqə məlumatları göstərilmişdir. İş materiallarında olan 06 noyabr 2023-cü il tarixli 5/1556 saylı rəyindən “sənədlərin məhkəmə texniki ekspertizası” haqqında rəyindən görünür ki, təqdim edilmiş 210 ədəd A21533620, C11554275, A94002153, D10532735, C48199662, D12454012, C15043460, A95356672, B03001129, D15030478, C48426908, A97974767, C65809609, D03514871, C96523832, C36808676, C30225162, B12222785, A09506737, A66881976, D06265069, A40995908, C51105456, C49643719, A66043104, C05858798, A48465010, A07493970, A71273923, D09014283, C75631898, A50113012, C11309884, B13245768, A21236969, A10642223, A36214477, D11677089, C39390244, C38006144, C34844581, A62548937, A63866866, C25154223, A62835624, C32440821, A65566024, B02004541, A95489884, A25582397, C56200780, C33954957, C55519573, B01387460, A04663368, A20696626, C99643951, C92252134, A34665220, A11369037, B07155173, D10228797, C22662046, C32767676, D14732222, C87189638, A85326365, C92492152, C05409539, C56072702, C68954176, A44408564, C87075578, A22300262, C50612068, A26711697, C87498322, C89478666, A42654451, C10924222, C30199318, C60962272, A75357214, D11148859, A08735330, C80842752, C34108782, C20799670, C69396332, D16138773, A96223486, A25709666, D14742942, C74373675, A80717812, C03373607, A82199736, C56743786, A80473702, C30262683, A63898357, A51034771, C41692565, C34960709, C30890495, C53029408, A34024442, C60656558, A82068537, C35369735, C73272426, C81703584, A32496202, A91284140, C75137173, C93310333, B00959635, D09212063, C65856480, A88388755, C87502636, C62861911, A53436187, A61992291, D04892502, D16518577, C20506509, C02959589, A75540985, C58175825, A73566713, C70844091, A55381825, A63969579, C65727195, A81782988, A86513771, A92496556, A05883528, A45519017, A49787977, A31300210, D19431278, A75293626, C07220757, A08320765, A28517752, D18892369, C47821807, A65599800, C06557092, C37178697, C93640692, C27364814, C10906703, C29651870, C95706854, A36594656, C13169428, D13818751, A30802485, A91727560, A17643125, A69431619, A35043371, C00777683, C94238435, B01659755, C06208923, A79966631, D04487583, A69489610, D09603084, C51426109, C01465476, A14555184, A17832169, A88574381, A72245960, C74370538, A73088084, A75380327, C49723998, A11457624, A89304210, A54534688, D11104010, C11363835, C56727537, C83162030, A71269125, C40193025 D15181044, A56911042, C59999306, B06914394, C92708198, A56532080, C44780489, A77702775, A42459437, A39356521, A63344958, A58585158, B06481189, A83796569, A47707695, A17397238, A13633075, A98467383 seriya və nömrəli 100 (yüz) Azərbaycan manatı nominallı pul əskinası xüsusi mühafizə vasitələri ilə təchiz olunmaqla poliqrafik çap üsulları ilə hazırlanmış və eyni nominallı həqiqi pul əskinasları ilə eynilik təşkil edirlər. Aparılmış ekspertizanın dəyəri 62 (altmış) iki manat təşkil edir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti mobil operatorundan daxil olmuş içərisində müvafiq məlumatların mövcud olduğu “CD” diskə baxış keçirilməsi haqqında 22 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, diskin içərisində 01 ədəd zip formatında “20909-xx.xx.2023” adlı qovluğun olması, həmin qovluğu açdıqda isə içərisində telefon danışıqları məlumatlarının olması müşahidə edilir. “**********63.txt” adlı fayla daxil olduqda içərisində Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinin 01 avqust 2023-cü il tarixdən 31 oktyabr 2023-cü il tarixədək olan danışıq məlumatlarının olması müşahidə edilir. Həmin mobil telefon nömrəsinin telefon danışıqlarının anten dairəsi üzrə məlumatlarından görünür ki, iş üzrə əhəmiyyət kəsb edən 11 oktyabr 2023-cü il tarixdə istifadəçi aşağıdakı anten dairələrinin əhatəsinə düşmüşdür. Qrafikdə göstərilən anten dairələri üzrə danışıqlar aşağıdakı cədvəldə göstərilən danışıqlar zamanı həmin anten dairələrinin əhatəsinə düşmüşdür. Zəng gedən Zəng gələn Tarix Saat Müddət ***-***-**-** ***-***-**-** xx.xx.2023 12:10 54 ***-***-**-** ***-***-**-** xx.xx.2023 14:56 226 ***-***-**-** ***-***-**-** xx.xx.2023 16:28 373 Qeyd olunan telefon danışıqları məlumatlarının və cinayət işi materiallarının qarşılıqlı təhlili nəticəsində Təqsirləndirilən şəxs 11 oktyabr 2023-cü il tarixdə Salyan şəhərində mövcud olan anten əhatə dairələrinə düşməsi, bununla Şahid1 ifadəsində göstərdiklərinin (Şahid1 ifadəsində 11 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Salyan şəhərində 500 manat məbləğində rüşvət verməsini bildirmişdir) telefon danışıqları məlumatları ilə üst-üstə düşməsi müəyyən edildi. Həmin mobil telefon nömrəsinin telefon danışıqlarının anten dairəsi üzrə məlumatlarından görünür ki, iş üzrə əhəmiyyət kəsb edən 14 oktyabr 2023-cü il tarixdə istifadəçi aşağıdakı anten dairələrinin əhatəsinə düşmüşdür: Qrafikdə göstərilən anten dairələri üzrə danışıqlar aşağıdakı cədvəldə göstərilən danışıqlar zamanı həmin anten dairələrinin əhatəsinə düşmüşdür: Zəng gedən Zəng gələn Tarix Saat Müddət ***-***-**-** ***-***-**-** xx.xx.2023 14:30 152 ***-***-**-** ***-***-**-** xx.xx.2023 15:54 53 ***-***-**-** ***-***-**-** xx.xx.2023 19:12 48 Qeyd olunan telefon danışıqları məlumatlarının və cinayət işi materiallarının qarşılıqlı təhlili nəticəsində Təqsirləndirilən şəxs 14 oktyabr 2023-cü il tarixdə Bakı şəhərində mövcud olan anten əhatə dairəsinə düşməsi, bununla Şahid1 ifadəsində göstərdiklərinin (Şahid1 ifadəsində 14 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhərində 6.000 manat məbləğində rüşvət verməsini bildirmişdir) telefon danışıqları məlumatları ilə üstüstə düşməsi müəyyən edildi.Bundan başqa Təqsirləndirilən şəxs iş üzrə əhəmiyyət kəsb edən 11 oktyabr 2023-cü il, 14 oktyabr 2023-cü il, 17 oktyabr 2023-cü il və 27 oktyabr 2023-cü il tarixlərində həyata keçirdiyi danışıqlar təhlil edilmişdir.Qeyd olunan tarixlərdə həyata keçirilmiş telefon danışıqlarının təhlili nəticəsində Təqsirləndirilən şəxs Şahid1 istidəsində olan mobil telefon nömrəsi ilə hər hansı danışıq aparmaması müəyyən edildi. Həmin hal nəzərə alınaraq qeyd olunan tarixlərdə Təqsirləndirilən şəxs mütəmadi telefon danışıqları həyata keçirməsinə baxmayaraq Şahid1 istidəsində olan mobil telefon nömrəsi ilə hər hansı danışıq aparmamasına və cinayət işi materiallarına əsasən (Təqsirləndirilən şəxs mobil telefon cihazına baxış keçirilməsi zamanı sonuncunun Şahid1 ilə “WhatsApp” sosial tətbiq proqramı vasitəsilə mütəmadi ünsiyyət saxlamaları müəyyən edilmişdir) Təqsirləndirilən şəxs əməlini ört basdır etmək və ifşa olunmasının qarşısını almaq məqsədilə Şahid1la istifadəsində olan mobil telefon nömrəsi ilə danışıq həyata keçirməməsi müəyyən edildi. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan 27 oktyabr 2023-cü il tarixli «cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 oktyabr 2023cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs olunmasının əvvəli 27 oktyabr 2023-cü il tarixdən hesablanmmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisinin 01 iyul 2022-ci il tarixli, K-217 nömrəli əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Xidmətin Şirvan ərazi şöbəsinin dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sektorunun baş məsləhətçisi vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2000-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Dövlət əmlakının hərraclar vasitəsilə satışı Qaydaları”na, həmçinin Əmlak Məsələləri Dövlət Xidmətinin rəisinin 15 sentyabr 2023-cü il tarixli, F-98 nömrəli əmri ilə təsdiq edilmiş “Respublikanın şəhər və rayonlarında kiçik dövlət müəssisələrinin (obyektlərinin) özəlləşdirilməsi üzrə yaradılmış hərrac komissiyasının İş Reqlamenti”nə əsasən Təqsirləndirilən şəxs vəzifə öhdəliklərinə hərracın keçirilməsini təmin etmək, hərrac iştirakçılarının qeydiyyatını aparmaq, hərracın yekun və digər protokollarını rəsmiləşdirmək və və qanunvericilikdə nəzərdə tutulmuş digər səlahiyyətlər daxildir. İş materiallarında olan Respublikası Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin (indiki İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) rəisinin 04 sentyabr 2015-ci il tarixli, 146 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin ərazi şöbələrində inzibati və yardımçı vəzifə tutan dövlət qulluqçuların vəzifə Təlimatı”na və 73 nömrəli “Daimi dövlət qulluğuna qəbul edilən şəxslə bağlanılan əmək müqaviləsi”nə əsasən Təqsirləndirilən şəxs vəzifə öhdəliklərinə müvafiq ərazi daxilində yerləşən dövlət əmlakının idarə edilməsi və onun özəlləşdirilməsi, bu sahəyə investisiyaların cəlb olunması, dövlət əmlakı barəsində sərəncam verilməsi, dövlət əmlakının və onun barəsində bağlanılan əqdlərin qeydiyyatının aparılması sahəsində Xidmətin funksiyalarının icrası məqsədilə müəyyən edilmiş tədbirlərin həyata keçirilməsində iştirak etmək, müvafiq ərazi daxilində yerləşən dövlət əmlakının mühafizəsinə və qorunub saxlanılmasında, dövlət əmlakından təyinatı üzrə səmərəli istifadə olunmasına nəzarət edilməsində, müvafiq ərazi daxilində yerləşən özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin özəlləşdirilməsi və icarəyə verilməsi istiqamətində müəyyən edilmiş tədbirlərin həyata keçirilməsində iştirak etmək və qanunvericilikdə nəzərdə tutulmuş digər səlahiyyətlər daxildir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisinin 15 sentyabr 2023-cü il tarixli F-98 nömrəli əmri və Xidmətin Şirvan ərazi şöbəsinin 21 sentyabr 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Neftçala rayonu üzrə Hərrac komissiyasının sədri səlahiyyətləri həvalə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisinin 11 oktyabr 2023-cü il tarixli M-174 nömrəli əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 16 oktyabr 2023-cü il tarixdən 14 təqvim günü müddətində məzuniyyətə çıxarılmışdır. İş materiallarında olan «sübutların qiymətləndirilməsi haqqında» qərarla 25 noyabr 2023-cü il tarixli qərarla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti mobil şəbəkə operatorundan daxil olmuş, içərisində telefon danışıqları məlumatlarının mövcud olunduğu 01 ədəd “CD” disk, içərisində əməliyyat çəkilişi məlumatlarının olduğu 01 ədəd “DVD” disk, 01 ədəd “Samsung” markalı “Galaxay A02S” modelli mobil telefon cihazı, 11 oktyabr 2023cü il tarixli sifariş vərəqi, Neftçala rayon Hərrac komissiyasının 17 oktyabr 2023-cü il tarixli, 01 nömrəli Hərrac protokolu, 17 oktyabr 2023-cü il tarixli, 15 nömrəli Yekun protokolu, 04 iyul 2023-cü il tarixli 10 nömrəli, 08 avqust 2023-cü il tarixli 12 nömrəli və 12 sentyabr 2023-cü il tarixli, 14 nömrəli hərracın baş tutmaması barədə protokolları maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmiş, 210 ədəd A21533620, C11554275, A94002153, D10532735, C48199662, D12454012, C15043460, A95356672, B03001129, D15030478, C48426908, A97974767, C65809609, D03514871, C96523832, C36808676, C30225162, B12222785, A09506737, A66881976, D06265069, A40995908, C51105456, C49643719, A66043104, C05858798, A48465010, A07493970, A71273923, D09014283, C75631898, A50113012, C11309884, B13245768, A21236969, A10642223, A36214477, D11677089, C39390244, C38006144, C34844581, A62548937, A63866866, C25154223, A62835624, C32440821, A65566024, B02004541, A95489884, A25582397, C56200780, C33954957, C55519573, B01387460, A04663368, A20696626, C99643951, C92252134, A34665220, A11369037, B07155173, D10228797, C22662046, C32767676, D14732222, C87189638, A85326365, C92492152, C05409539, C56072702, C68954176, A44408564, C87075578, A22300262, C50612068, A26711697, C87498322, C89478666, A42654451, C10924222, C30199318, C60962272, A75357214, D11148859, A08735330, C80842752, C34108782, C20799670, C69396332, D16138773, A96223486, A25709666, D14742942, C74373675, A80717812, C03373607, A82199736, C56743786, A80473702, C30262683, A63898357, A51034771, C41692565, C34960709, C30890495, C53029408, A34024442, C60656558, A82068537, C35369735, C73272426, C81703584, A32496202, A91284140, C75137173, C93310333, B00959635, D09212063, C65856480, A88388755, C87502636, C62861911, A53436187, A61992291, D04892502, D16518577, C20506509, C02959589, A75540985, C58175825, A73566713, C70844091, A55381825, A63969579, C65727195, A81782988, A86513771, A92496556, A05883528, A45519017, A49787977, A31300210, D19431278, A75293626, C07220757, A08320765, A28517752, D18892369, C47821807, A65599800, C06557092, C37178697, C93640692, C27364814, C10906703, C29651870, C95706854, A36594656, C13169428, D13818751, A30802485, A91727560, A17643125, A69431619, A35043371, C00777683, C94238435, B01659755, C06208923, A79966631, D04487583, A69489610, D09603084, C51426109, C01465476, A14555184, A17832169, A88574381, A72245960, C74370538, A73088084, A75380327, C49723998, A11457624, A89304210, A54534688, D11104010, C11363835, C56727537, C83162030, A71269125, C40193025 D15181044, A56911042, C59999306, B06914394, C92708198, A56532080, C44780489, A77702775, A42459437, A39356521, A63344958, A58585158, B06481189, A83796569, A47707695, A17397238, A13633075, A98467383 seriya və nömrəli 100 (yüz) Azərbaycan manatı nominallı pul əskinazları saxlanc üçün Şahid1 təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsin 18 noyabr 2023-cü il tarixli, 18171 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən xəstəxanada qeydiyyatda olmamışdır. İş materiallarında olan Neftçala rayon Aşağı Qaramanlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli yaşayış yeri və ailə tərkibi arayışdan və xasiyyətnamədən görünür ki, Məmmədov X1 rayonu Aşağı Qaramanlı kəndində qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi arvadı və iki yetkinlik yaşına çatmış uşaqlarından ibarətdir, yaşadığı müddətdə barəsində heç bir şikayət daxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs qismən müsbət xarakterizə olunur. İş materiallarında olan Neftçala rayon Hərbi Komissarlığının 043174 nömrəli və «Azərbaycan Respublikası Qarabağ Müharibəsi Əlilləri, Veteranları və şəhid ailələri İctimai Birliyinin» 010463 nömrəli vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs İ Qarabağ Müharibəsi veteranıdır. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs CM-nin 308.2, 309.2 və 311.3.3-cü maddələri ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin 308.2, 309.2 və 311.3.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmiş və buna görə də, onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə şərti məhkum etmə üçün əsas yoxdur. Ona görə də təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddələri ilə təqsirli bilinərək, ona cəza təyin edilməlidir. CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk məhkumuluğnu, İ Qarabağ Müharibəsi veteranı olmasını məhkəmə yüngülləşdirici hal kimi nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə CM-nin 308.2, 309.2 və 311.3.3-cü maddələri maddəsi ilə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, ağırlığını, onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında müəyyən olunmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixi qərarının 2ci hissəsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub – iş materiallarına əlavə olunmuş içərisində telefon danışıqları məlumatlarının mövcud olunduğu 01 ədəd “CD” disk, içərisində əməliyyat çəkilişi məlumatlarının olduğu 01 ədəd “DVD” disk, 11 oktyabr 2023cü il tarixli sifariş vərəqi, Neftçala rayon Hərrac komissiyasının 17 oktyabr 2023-cü il tarixli, 01 nömrəli Hərrac protokolu, 17 oktyabr 2023-cü il tarixli, 15 nömrəli Yekun protokolu, 04 iyul 2023-cü il tarixli 10 nömrəli, 08 avqust 2023-cü il tarixli 12 nömrəli, 12 sentyabr 2023-cü il tarixli, 14 nömrəli hərracın baş tutmaması barədə protokolları cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı, 210 ədəd 100 (yüz) Azərbaycan manatı nominallı pul əskinazları saxlanc üçün Şahid1 təhvil verilməsi nəzərə alınmalı və 01 ədəd “Samsung” markalı “Galaxay A02S” modelli mobil telefon cihazı onun yaxın qohumlarına qaytarılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 62 (altmış) iki manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəzaçəkmə müəddətinin əvvəli 27 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs CM-nin 308.2, 309.2 və 311.3.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, CM-nin 308.2-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 309.2-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası və CM-nin 311.3.3-cü maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il 6 (altı) ay il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 27 oktyabr 2023-cü il tarixdən hesablansın. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış - iş materiallarına əlavə olunmuş içərisində telefon danışıqları məlumatlarının mövcud olunduğu 01 ədəd “CD” disk, içərisində əməliyyat çəkilişi məlumatlarının olduğu 01 ədəd “DVD” disk, 11 oktyabr 2023-cü il tarixli sifariş vərəqi, Neftçala rayon Hərrac komissiyasının 17 oktyabr 2023-cü il tarixli, 01 nömrəli Hərrac protokolu, 17 oktyabr 2023-cü il tarixli, 15 nömrəli yekun protokolu, 04 iyul 2023-cü il tarixli 10 nömrəli, 08 avqust 2023-cü il tarixli 12 nömrəli, 12 sentyabr 2023-cü il tarixli, 14 nömrəli hərracın baş tutmaması barədə protokollar cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın, 210 ədəd A21533620, C11554275, A94002153, D10532735, C48199662, D12454012, C15043460, A95356672, B03001129, D15030478, C48426908, A97974767, C65809609, D03514871, C96523832, C36808676, C30225162, B12222785, A09506737, A66881976, D06265069, A40995908, C51105456, C49643719, A66043104, C05858798, A48465010, A07493970, A71273923, D09014283, C75631898, A50113012, C11309884, B13245768, A21236969, A10642223, A36214477, D11677089, C39390244, C38006144, C34844581, A62548937, A63866866, C25154223, A62835624, C32440821, A65566024, B02004541, A95489884, A25582397, C56200780, C33954957, C55519573, B01387460, A04663368, A20696626, C99643951, C92252134, A34665220, A11369037, B07155173, D10228797, C22662046, C32767676, D14732222, C87189638, A85326365, C92492152, C05409539, C56072702, C68954176, A44408564, C87075578, A22300262, C50612068, A26711697, C87498322, C89478666, A42654451, C10924222, C30199318, C60962272, A75357214, D11148859, A08735330, C80842752, C34108782, C20799670, C69396332, D16138773, A96223486, A25709666, D14742942, C74373675, A80717812, C03373607, A82199736, C56743786, A80473702, C30262683, A63898357, A51034771, C41692565, C34960709, C30890495, C53029408, A34024442, C60656558, A82068537, C35369735, C73272426, C81703584, A32496202, A91284140, C75137173, C93310333, B00959635, D09212063, C65856480, A88388755, C87502636, C62861911, A53436187, A61992291, D04892502, D16518577, C20506509, C02959589, A75540985, C58175825, A73566713, C70844091, A55381825, A63969579, C65727195, A81782988, A86513771, A92496556, A05883528, A45519017, A49787977, A31300210, D19431278, A75293626, C07220757, A08320765, A28517752, D18892369, C47821807, A65599800, C06557092, C37178697, C93640692, C27364814, C10906703, C29651870, C95706854, A36594656, C13169428, D13818751, A30802485, A91727560, A17643125, A69431619, A35043371, C00777683, C94238435, B01659755, C06208923, A79966631, D04487583, A69489610, D09603084, C51426109, C01465476, A14555184, A17832169, A88574381, A72245960, C74370538, A73088084, A75380327, C49723998, A11457624, A89304210, A54534688, D11104010, C11363835, C56727537, C83162030, A71269125, C40193025 D15181044, A56911042, C59999306, B06914394, C92708198, A56532080, C44780489, A77702775, A42459437, A39356521, A63344958, A58585158, B06481189, A83796569, A47707695, A17397238, A13633075, A98467383 seriya və nömrəli 100 (yüz) Azərbaycan manatı nominallı pul əskinazlarının saxlanc üçün Şahid1 təhvil veril verilməsi nəzərə alınsın və 01 ədəd “Samsung” markalı “Galaxay A02S” modelli mobil telefon cihazı onun yaxın qohumlarına qaytarılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 62 (altmış iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəs ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Cəlil Nəbiyev Müşfiq Məmmədov
Məhkəmə qərarları › İş №1(099)-285/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-285/2024
15.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver