Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-285/2025 23.07.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Nuriyev Aqil Abdul oğlunun sədrliyi ilə, hakimlər Səfərli Cavid Şamil oğlu və Vəliyeva Ayşən Umud qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1993-cü ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bərdə şəhəri, Bakı küçəsində faktiki yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs (FİN: 58NDAYJ) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 23 iyul 2025-ci il tarixdə, saat 09:30-da Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 2 saylı məhkəmə iclas zalında, videokonfrans əlaqə sistemi, habelə “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n e t d i:
1. Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuananı külli miqdarda əldə edib saxlayaraq daşımışdır.
2. Belə ki, o, külli miqdarda, yəni təmiz çəkisi 8255,0 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı məlum olmayan vaxtda və mənbədən qəsdən tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində daşımaqla saxlamış, 19 noyabr 2024-cü il tarixdə Ağcabədi rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğundan Ağcabədi-Zərdab yolunun Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndi ərazisindən keçən mərkəzi asfalt yolun sol tərəfindən təxminən 200 metr məsafədə yerləşən boşluq sahədə saxlanılmış, üzərində keçirilmiş yoxlama zamanı üzərindən satış məqsədi ilə daşıdığı və saxladığı, 01 ədəd sintetik kisənin içərisində olan 04 ədəd polietilen torbada ayrı-ayrılıqda təmiz çəkiləri 2055,0 qram, 2085,0 qram, 2020,0 qram və 2095,0 qram olmaqla, ümumi təmiz çəkisi 8255,0 qram bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür.
İşin halları və dəlilləri:
3. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, “Tiktok” sosial şəbəkəsində İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuş, daha sonra “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə onunla əlaqə saxlayan zaman həmin şəxs ona narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduğunu bildirmişdir. Söhbət əsnasında o özü də, İran İslam Respublikasının vətəndaşına narkotik vasitələrdən istifadə etdiyini demişdir. Daha sonra, İran İslam Respublikasının vətəndaşının “Whatsapp” vasitəsi ilə göndərdiyi məkana əsasən yaşadığı Bərdə rayonundan Ağcabədi rayonuna, 5.0 qram narkotik vasitə metamfetamin götürməyə getmişdir. Onun getdiyi yerdə əvvəlcədən polislər ağacın arxasında gizlənmiş, o həmin məkana çatan zaman polislər dərhal onu tutmuşdur. Polislər onu tutduqdan sonra 8 kiloqram narkotik maddəni qoyaraq, bunun ardınca gəldiyini demişlər. Bundan sonra “Whatsapp”da danışdığı adam onunla olan yazışmalarda özünün yolladığı mesajlardan 5 qram söhbətini silmiş, özünün yazdığı yazılar isə qalmışdır. X12 Respublikasının vətəndaşı ona 8 kiloqram narkotik vasitənin şəklini göndərmiş, sonra bir neçə audio səs atmışdır ki, “4 kiloqramini ver Bərdəyə, 3 kiloqramını ver Gəncəyə, sənin kartına bu qədər pul göndərəcəm”. Təqsirləndirilən şəxs bildirmişdir ki, o, narkotik vasitələrin satışı ilə məşğul deyil, 5 qram metamfetamin götürmək üçün getmişdir.
4. Təqsirləndirilən şəxs məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirmişdir ki, o, “Samsung A24” markalı mobil telefon işlətmiş, Ağcabədi RPŞ-nin polis əməkdaşları həmin telefonu onun əlindən almışlar, telefonda yalnız internet funksiyası işləmiş, adi zəng etmək mümkün olmamışdır. O, tutularkən təxminən 20-30 əməliyyatçı olmuşdur, tutulandan sonra telefonu götürülmüş, İran İslam Respublikasının vətəndaşı isə “Whatsapp”da göndərdiyi şəkilləri silmişdir, onun nömrəsini dəqiq xatırlamır. O, tutularkən hava qaranlıq idi, saat 22-23 radələrində tutulmuşdur. O, əvvəlki hökmlə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur, tutularkən ayağında qolbaq olsa da, enerjisi olmadığından işləməmişdir, mobil cihazı isə Bərdə rayonunda qoymuşdur. O, 5 qram menatfetamin götürmək üçün gəlmişdir, X12 Respublikası vətəndaşı ilə ilk dəfə idi danışırmış, əvvəllər heç vaxt onun qoyduğu narkotik vasitəni götürmək üçün getməmişdir. Tutularkən və tutulduqdan sonra polis şöbəsində olarkən təsir və təzyiqə məruz qalmamışdır, yanında müdafiəçi – vəkil olmuşdur. O, vəkilə də 5 qram üçün gəldiyini demişdir. Bərdədən Ağcabədiyə taksi ilə getmişdir. Polislər əvvəlcə taksi sürücüsünü də tutmuş, daha sonra taksi sürücüsü buraxılmışdır. Bir daha qeyd etmişdir ki, İran İslam Respublikası vətəndaşı ilə “Tiktok” sosial şəbəkəsində tanış olmuş, onun kim olduğunu və adını bilməmişdir. İran İslam Respublikasının vətəndaşı özü ondan narkotik vasitə istəyib-istəmədiyini soruşmuşdur. O, işlətdiyi mobil telefonu kredit yolu ilə götürmüş, sonradan pulunu ödəyə bilmədiyi üçün telefon bağlanmış, yalnız internet funksiyasından istifadə etməklə danışmaq mümkün olmuşdur.
5. Məhkəmədə Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadələri elan edilməklə tədqiq edilmişdir.
6. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində (şübhəli şəxs cild İ, iş vərəqə 86-88 və təqsirləndirilən şəxs qismində, c.İ. i.v. 100-103, 227-228) göstərmişdir ki, o, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bərdə şəhəri, Bakı küçəsində tək yaşamış, subay olduğunu və övladlarının olmadığını bildirmiş, rəsmi olaraq heç bir yerdə işləməmişdir. O, bir neçə ildir ki, narkotik vasitə istifadə edir. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırlması növündə cəzaya məhkum edilmişdir. 18 noyabr 2024-cü il tarixdə “Tiktok” sosial şəbəkəsində tanış olduğu, daha sonra +**********37 saylı nömrəyə məxsus olan İran İslam Respublikasının vətəndaşı ilə Whatsapp vasitəsilə əlaqə saxlayan zaman həmin şəxs ona narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasını bildirərək adının Həmid olduğunu demiş, söhbət əsnasında Həmid onun da narkotik vasitələrdən istifadə etdiyini bilmişdir. Söhbət zamanı Həmid ona Whatsappda atdığı canlı məkana əsasən Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndində, çöl sahədə 5.0 qram narkotik vasitə metamfetamin qoydurduğunu demiş, o da Həmidlə razılaşaraq bu məqsədlə xx.xx.2024-cü il tarixdə, təxminən saat 20 radələrində Ağcabədi rayonunun Nəcəfqulubəyli kəndinə getmək üçün taksi axtarmağa başlamış və əvvəlcədən tanıdığı, taksi kimi fəaliyyət göstərən Şahid6 Bərdə rayonunun Mərkəzi Poçtunun yaxınlığında hərəkətdə olduğunu görmüş və əl edərək onun maşınını saxlatmışdır. Ruslan maşını saxladıqdan sonra o, Ruslana yaxınlaşmış və Ruslandan hara gedəcəyini soruşduqda Ruslan bu zaman ona evə getmək istədiyini demiş, bundan sonra o, Ruslandan xahiş edərək onu Ağcabədi şəhərinin mərkəzinə aparmasını istəmişdir. O, Şahid6 Ağcabədi şəhərinə dostu ilə görüşmək üçün getdiyini deyərək onun Ağcabədi rayonunda işi olduğunu, oraya aparıb dostu ilə görüşdükdən sonra isə geri qaytarmasını bildirdikdə Ruslan da bundan sonra onunla razılaşmışdır. Bu zaman o, Ruslanın maşınına oturduğu zaman 30 manat pul vermişdir. Bundan sonra onlar Ağcabədi rayonuna yola düşmüş, yol getdikləri zaman onun mobil telefonunda olan faktiki işlətdiyi nömrə deaktiv edildiyinə görə yalnız “Whatsapp” mobil tətbiqi vasitəsilə əlaqə saxlaya bildiyi üçün Ruslandan öz telefonunun internet şəbəkəsini açaraq onunla paylaşmasını xahiş etmiş, Ruslan da onun xahişini qəbul edib mobil telefonun internet şəbəkəsini onunla paylaşdıqdan sonra o öz mobil telefonunda “Whatsapp” mobil tətbiqinə daxil olaraq Həmidə zəng edib hara gəlmək lazım olduğunu soruşmuş, Həmid ona “Whatsapp” mobil tətbiqi vasitəsilə canlı məkan paylaşdıqdan sonra narkotik vasitənin həmin nöqtədə olmasını izah etmişdir. O, xəritədə həmin nöqtənin Ağcabədi şəhər mərkəzindən təxminən 30 km uzaqlıqda olmasını görmüş və bu barədə Ruslana heçnə deməmişdir. Təxminən yarım saat keçdikdən sonra onlar Ağcabədi şəhərinin mərkəzinə çatmış və Ruslan ona şəhərin mərkəzinə çatdıqlarını dedikdən sonra o Ruslana həmin canlı məkan əsasında hərəkət etmək lazım olduğunu, bunun üçün “hörmət” edib artıq pul verəcəyini bildirmiş, Ruslan da onun bu sözünə razılaşaraq həmin nöqtəyə irəliləməyə başlamışdır. Təxminən 25-30 dəqiqə sonra qeyd olunan nöqtəyə çatmışlar. Həmin nöqtə (canlı məkan) Ağcabədi- Zərdab yolunun Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndi ərazisindən keçən mərkəzi asfalt yolun sol tərəfindən təxminən 200 metr məsafədə yerləşən boşluq sahə imiş. Bundan sonra o, maşından düşərək maşından xeyli aralanmış və yolun kənarında yerləşən həmin boş əraziyə getmiş, Ruslan isə maşının yanında qalmışdır. Bu zaman o, yolun kənarında açıq sahəyə qoyulmuş narkotik vasitənin olduğu yeri axtaran zaman axtardığı bağlamanı, yəni metamfetamini tapa bilməmişdir. Həmin ərazidə bir ədəd ağ kisənin içərisində qara polietilen torbanın olduğunu, həmin torbanın içərisində hansısa əşyanın olduğunu görmüş və ona toxunduqda içərisinin yumşaq olduğunu hiss etdikdən sonra həmin bağlamanın içərisində ot olduğunu fikirləşərək fikrini dəqiqləşdirmək üçün torbanı əli ilə cırmış və torbanın içərisindəki bağlamaları iyləməyə başlamış və onun qoxusundan narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bilərək onu götürmüşdür. O həmin kisəni götürüb Ruslanın olduğu yerə, yəni maşının yanına getməyə başlamış, onun maşına yaxınlaşmağına təxminən 5-10 metr qalmış o, uzaqdan bir neçə mülki geyimdə şəxsin yaxınlaşmağını gördükdən sonra əlindəki kisəni yerə atmışdır. Bu zaman həmin mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu deyib, ona hüquq və vəzifələrini izah etmiş, daha sonra isə onun kənara atdığı sintetik kisəyə baxış keçirmişlər. Polis əməkdaşları sintetik kisəyə baxış keçirən zaman kisənin içərisində 04 ədəd bağlamanın olduğunu görmüş və bundan sonra həmin bağlamaların içərisinə baxış keçirilmiş, bağlamaların hər birinin içərisində marixuana olduqlarını bilmişlər. Həmin kütlələr onun və polis əməkdaşlarının iştirakı ilə aşkar olunduqları qaydada sintetik kisədə birlikdə elektron tərəzidə çəkilmiş, çəkisi 8 kq 790 q olmuş və DİN-nin 143 nömrəli möhürü ilə möhürlənrək ekspertiza təyin olunması üçün götürülmüşdür. O da buna etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Ağcabədi rayon Polis Şöbəsinə gəlmiş və orada inzibati otaqların birində onun hüquqularını müdafiə etmək üçün müdafiəçi ilə təmin olunmağından ötrü ona müdafiəçilərin siyahısı təqdim edilərək həmin müdafiəçilərdən kimi istəyirsə seçə biləcəyini, əgər seçməkdə tərəddüd edərsə bu gün növbətçi vəkilin yardımından istifadə edə biləcəyini bildirmişlər. O, təqdim olunmuş vəkillərin siyahısından hər hansı birinin hüquqlarının dövlət hesabına müdafiə olunması üçün etiraz etmədiyini bildirib bu barədə ərizə ilə müraciət etmiş, müdafiəçi X9 dəvət olunaraq ona təqdim edilmiş, bundan sonra protokol və digər sənədlər tərtib olunmuşdur. Həmin sənədlərlə müdafiəçinin iştirakı ilə tanış olmuş və düzgün tərtib edildiyi üçün imza etmişdir. Daha sonra ona ekspertin rəyi elan edilmiş və o öyrənmiş ki, üzərindən aşkar edilərək götürülmüş bir ədəd sintetik kisədə olan 04 ədəd bağlamalarda külli miqdarda, ümumi təmiz çəkisi 8255,0 qram olan narkotik vasitə olan qurudulmuş marixuanadır. O öz ifadəsində qeyd etdiyi kimi narkotik vasitə olan qurudulmuş marixuananı Nəcəfqulubəyli kəndində açıq sahəyə qoyulmuş 5.0 qram narkotik vasitənin olduğu yeri axtaran zaman axtardığı bağlamanı, yəni metamfetamini tapa bilmədiyi üçün həmin ərazidə bir ədəd ağ kisənin içərisində qara polietilen torbanın içərisində hansısa əşyanın olduğunu görmüş və ona toxunduqda içərisinin yumşaq olduğunu hiss etdikdən sonra həmin bağlamanın içərisində ot olduğunu fikirləşmiş, fikrini dəqiqləşdirmək üçün əyilərək həmin torbanı iyləməyə başlamış və onun qoxusundan narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bilərək onu götürmüşdür. O həmin kisəni götürüb Ruslanın olduğu yerə, yəni maşının yanına getməyə başlamış, maşına yaxınlaşmağına təxminən 5-10 metr qalmış o, uzaqdan bir neçə mülki geyimdə şəxsin yaxınlaşmasını gördükdən sonra əlindəki kisəni yerə atmışdır. O, əldə edib saxladığı narkotik vasitə olan 8255.0 qram qurudulmuş marixuananı heç kəsə satmamış, əvəzli, yaxud əvəzsiz olaraq verməmiş, həmin narkotik vasitələri Ağcabədi rayonu Nəcəfqulubəyli ərazisində yolun kənarında aşkarlamışdır.Həmin narkotik vasitələrin orada olması ilə bağlı məlumatı olmamış, həmin əraziyə İran İslam Respublikasının vətəndaşı olan Həmidin deməsinə görə orada olan 5.0 qram narkotik vasitəni götürmək üçün getmişdir. Onun narkotik vasitə olan qurudulmuş marixuananı əldə etməyindən, saxlamağından və istifadə etməyindən ailə üzvlərinin xəbərləri olmamışdır. Polis əməkdaşları onu Ağcabədi rayon Polis Şöbəsinə apararkən, həmçinin Şöbənin inzibati binasında polis əməkdaşları tərəfindən heç bir psixi, fiziki təsir göstərilməmiş, işgəncəyə məruz qalmamış, saxlanmağı ilə bağlı heç bir şikayəti və tələbi olmamışdır. O, polis əməkdaşları tərəfindən saxlanılan zaman onun mobil telefonunda ***-***-**-** saylı mobil telefon nömrəsi olmuş, həmin nömrənin deaktiv edilməsi onun saxlanılmasından 3 gün əvvələ, noyabr ayının 16-sına təsadüf etmişdir. ***-***-**-** saylı mobil telefon nömrəsinin deaktiv edilməsinin səbəbi həmin nömrəyə uzun müddət ərzində kontur vurmadığından bağlanması olmuşdur. O, noyabr ayının 16sından etibarən telefon danışıqlarını “Whatsapp” mobil tətbiqi üzərindən həyata keçirmişdir. Onun adına rəsmiləşdirilmiş və ya onun şəxsi istifadəsində olmuş ***-***-**- **; ***-***-**-**; ***-***-**-** saylı mobil telefon nömrələri olmuşdur. ***-***-**-** saylı mobil telefon nömrəsini təxminən 5 ildən artıq müddətdir ki, istifadə etməmiş, ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələrini 2021-ci ildə dəqiq xatırlamadığı tarixdə almışdır. Həmin nömrələr işlədiyilmədiyindən hal-hazırda deaktivdirlər.
7. İbtidai istintaq zamanı iş üzrə təqsirləndirilən şəxs qismində əlavə dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, istifadə etdiyi Samsung A24 markalı telefonu kreditlə aldığından və krediti vaxtında ödəyə bilmədiyindən, onun telefonunda əlaqə saxlamaq üçün şəbəkə işləməmişdir. Bu səbəbdən də o həmin telefonu işlətdikdə, ancaq sosial şəbəkələr vasitəsi ilə ona lazım olan adamlarla əlaqə saxlaya bilmişdir. O həmin telefonda özünə məxsus ***-***-**-** saylı mobil nömrə ilə “WhatsApp” sosial şəbəkədən qeydiyyatda keçərək istifadə etmişdir. Bərdə şəhər sakini X1 tanıyır, Saidə onun anasıdır. Yuxarıda qeyd etdiyi kimi, onun telefonunda şəbəkə bağlı olduğundan, o, telefon danışıqlarına əhəmiyyət verməmiş, bu səbəbdən də anasının adına olan ********** saylı nömrənin onun telefonunda olmasını unutmuşdur. Onun anası hazırda Rusiya Federasiyasında yaşayır və adına olan ********** saylı mobil nömrə hazırda deaktiv olduğunu bildirmişdir.
8. Məhkəmə iclasında məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs, həmin ifadələrdə olan və hazırki ifadəsi ilə ziddiyyət təşkil edən hissələri təsdiq etmədiyini, belə ifadə vermədiyini bildirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, əməlindən səmimi peşmandır. Əməlinin Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə tövsif edilərək, məhkəmədən onun barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.
9. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.
10. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir.
11. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Ağcabədi rayon Polis Şöbəsində NMQ-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir, ünvan 4 ünvanında qeydiyyatda olmaqla, Bərdə şəhəri, Bakı küçəsində yaşayan Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri saxlamasında, gəzdirməsində və satışı ilə məşğul olmasında şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuş, 19 noyabr 2024-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda narkotik vasitələri saxlamaqda, gəzdirməkdə və satmaqda şübhəli olan Təqsirləndirilən şəxs yeri müəyyən edilmişdir. Həmin günü təxminən saat 21:30-da Əsgərov X7-Zərdab yolunun Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndi ərazisindən keçən mərkəzi asfalt yolun sol tərəfindən təxminən 200 metr məsafədə yolun çiyin hissəsində narkotik vasitə olan marixuananı əlində 01 ədəd sintetik kisədə saxladığı zaman, onlar yaxınlaşaraq özlərini təqdim etmiş, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu deyib hüquq və vəzifələrini izah etmişlər. Əvvəlcə o, qaçmaq istəsə də onu saxlamışlar. Təqsirləndirilən şəxs qoyduğu sintetik kisəyə baxış keçirilmiş, sintetik kisəyə baxış keçirilən zaman kisənin içərisində 04 ədəd bağlamanın olduğu aşkar edilmiş, həmin bağlamaların içərisinə baxış keçirilmiş, bağlamaların hər birinin içərisində qurdulmuş marixuana olduğu aşkar edilmişdir. Həmin kütlələr polis əməkdaşlarının iştirakı ilə aşkar olunduğu qaydada sintetik kisə ilə birlikdə elektron tərəzidə çəkilmiş, ümumi çəkisinin 8.790 kq olduğu müəyyən edilmişdir, daha sonra möhür ilə möhürlənərək ekspertizaya təqdim olunması üçün götürülmüşdür. Bundan sonra taksi sürücüsü Şahid6 üzərinə və avtomobilinə baxış keçirilmiş və heç bir cinayət xarakterli əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs və Şahid6 Ağcabədi rayon Polis Şöbəsinə aparmışlar. Məhkəmədə ona ünvanlanan suallara cavab olaraq şahid bildirmişdir ki, təqsirləndirilən şəxsi torbanın ağzını açanda tutmuşlar. Belə ki, o, sintetik kisəni olduğu yerdən götürüb avtomobilə tərəf gətirmiş, avtomobilə az qalmış o kisəni yerə qoyaraq içinə baxarkən tutulmuşdur.
12. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Ağcabədi rayon Polis Şöbəsinin İTB-nin sahə polis nəfəri vəzifəsində xidmət edir, Şahid1 ünvan 4 ünvanında qeydiyyatda olmaqla, Bərdə şəhəri, Bakı küçəsində yaşayan Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri saxlamasında, gəzdirməsində və satışı ilə məşğul olmasında şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. 19 noyabr 2024-cü il tarixdə ağ rəngdə “Lada 2107” markalı taksi avtomobili, Ağcabədi- Zərdab yolunun Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndi ərazisindən keçən mərkəzi asfalt yolun sol tərəfindən təxminən 200 metr məsafədə yolun çiyin hissəsində narkotik vasitə olan marixuananı əlində 01 ədəd sintetik kisədə saxladığı zaman yaxınlaşaraq özümüzü təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu deyib hüquq və vəzifələrini izah etmişlər. İlk öncə qaçmaq istəsə də, onu saxlamışlar. Təqsirləndirilən şəxs qoyduğu sintetik kisəyə baxış keçirmişlər, sintetik kisəyə baxış keçirilən zaman kisənin içərisində 04 ədəd bağlamanın olduğunu aşkar edilmiş, həmin bağlamaların içərisinə baxış keçirilmiş, bağlamaların hər birinin içərisində qurdulmuş marixuana olduğunu aşkar edilmişdir. Həmin kütlələr polis əməkdaşlarının iştirakı ilə aşkar olunduğu qaydada sintetik kisə ilə birlikdə elektron tərəzidə çəkilmiş, çəkisinin 8.790 kq olduğu müəyyən edilmiş və möhür ilə möhürlənərək ekspertiza təyin olunması üçün götürülmüşdür. Məhkəmə iclasında proses iştirakçıları tərəfindən ona verilən suallara cavab olaraq şahid bildirmişdir ki, təxminən 40-50 metr aralıdan təqsirləndirilən şəxsi müşahidə etmişlər. Avtomobil asfalt yolun sol tərəfindən təxminən 200 metr içəriyə girmiş, dayandıqdan sonra təqsirləndirilən şəxs tək gedib sintetik torbanı götürərək, avtomobilə tərəf qayıtmışdır. Onlar təqsirləndirilən şəxsi yaxalayanda o, sintetik torbanın ağzını kəsmişdi.
13. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 digər şahidlər Şahid1 və Şahid2 ilə oxşar məzmunlu ifadələr vermiş, əlavə olaraq ona ünvanlanan suallara cavab olaraq təqsirləndirilən şəxsi təxminən axşam saat 21:00 radələrində yaxaladıqlarını, təqsirləndirilən şəxsi avtomobilin işığında gördüklərini və tutulan zaman sintetik torbanın ağzının təqsirləndirilən şəxs tərəfindən açıldığını gördüyünü bildirmişdir.
14. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 digər şahidlər Şahid1, Şahid2 və Şahid4 ilə oxşar məzmunlu ifadələr vermiş, əlavə olaraq ona ünvanlanan suallara cavab olaraq təqsirləndirilən şəxsdən aşkar olunan narkotik vasitələr ağ kisədə, qara bağlamada olmuşdur.
15. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, həmin gün taksi fəaliyyəti ilə məşğul olarkən, Təqsirləndirilən şəxs onu Bərdənin mərkəzində saxlatmış, Ağcəbədi rayonunun mərkəzinə onu aparmasını xahiş etmişdir. Onlar 30 manat pul müqabilində razılaşmışlar və Rauf ona 30 manat pul vermişdir. Yolda olarkən Rauf Ağcabədi rayonuna dostu ilə görüşməyə getdiyini ona demişdir. Ağcabədinin girişinə qədər getmişlər, sonra Rauf mərkəzə yox, başqa yerə getməyi ondan xahiş etmiş, bunun müqabilində əlavə 10 manat da pul almışdır. Çatdıqdan sonra Raufun dediyi yerdə saxlamış və Rauf düşüb getmişdir. Rauf düşdükdən təxminən 20 dəqiqə sonra polislər onu tutmuşlar. Məhkəmə iclasında ona ünvanlanan suallara cavab olaraq şahid bildirmişdir ki, polislər əməkdaşları Raufa hər hansı təzyiq göstərməyiblər, o belə bir şeyin şahidi olmamışdır. Rauf avtomobilə tərəf geri qayıdarkən, onun əlində ağ sintetik kisə olmuşdur, Rauf təxminən ondan 4 metr kənarda dayanmışdır, əlindəki kisənin ağzını açmışdır. Kisənin ağzını açdıqdan sonra polislər onu tutmuşlar. Polislər onu tutduğu üçün kisəni atmağa imkanı olmamış, polislərin iştirakı ilə kisəyə baxış keçirilmiş və içindən 4 ədəd qara bağlama çıxmışdır. Həmin bağlamaların içindən isə narkotik vasitə aşkar olunmuşdur.
16. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir.
Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
17. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərara əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. (c İ, i.v 1)
18. Ağcabədi RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 xx.xx.2024-cü il tarixli “Raport”u ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğu bildirilmişdir. Onun ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə göstəriş verilməsi xahiş edilmişdir. (c İ, i.v 5)
19. «Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında» 19 noyabr 2024cü il tarixli qərarın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair Ağcabədi RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qərar qəbul olunmuşdur. (c İ, i.v 7-8)
20. «Əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və avtomobilə baxış keçirilməsinə dair» 19 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, İTB-nin sahə polis nəfəri, polis baş serjantı Şahid2, PPXB-nin polis nəfərləri, polis serjantı Şahid4, polis serjantı Şahid3 və Şahid5 iştirakları ilə Təqsirləndirilən şəxs Ağcabədi rayonu ərazisində narkotik vasitələlərin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı əlində 1 ədəd sintetik kisə və onunla birlikdə sərnişin qismində gələn **-UP-*** dövlət qeydiyyat nişanlı VAZ 2107 markalı avtomobilin sürücüsü xx.xx.1981-cü il təvəllüdlü, Bərdə şəhəri, ünvan 7 ünvanında qeydiyyatda olmaqla yaşayan Şahid6 19 noyabr 2024-cü il tarixdə, saat 21:50 radələrində Ağcabədi rayonu Nəcəfqulubəyli kəndi ərazisində saxlanılmış, Təqsirləndirilən şəxs və Şahid6 hüquq və vəzifələri, o cümlədən tutulduqları andan müdafiəçiyə malik olmaq hüquqları izah olunmuşdur.Üstünü yoxlama və götürülmə aparılmamışdan əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını etimal etməyə kifayət qədər əsaslar olması səbəbilə Təqsirləndirilən şəxs ilk öncə üzərində hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları və ya sənədləri verməsi təklif edilmiş, o da üzərində hər hansı qanunla dövriyyəsi qadağan edilmiş əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstünün yoxlanılmasına və əlindəki sintetik kisəyə baxış keçirilməsinə başlanılmış və onun əynində olan gödəkcənin sağ yan cibindən 1 ədəd Samsung A24 markalı mobil telefonu, həmin gödəkcənin sol yan cibindən 3 ədəd plastik bank kartı və 1 ədəd şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Təqsirləndirilən şəxs üstü yoxlanılan zaman heç bir şey aşkar olunmamışdır. Bundan əlavə Təqsirləndirilən şəxs üstünün yoxlanıldığı zaman əlində olan kisə ilə bağlı verilən suallara cavab olaraq “Tiktok” sosial şəbkəsində tanış olduğu, deməsinə görə İran İslam Respublikasının vətəndaşı olan “Həmid” adlı şəxsin ölkə kodu olaraq İran İslam Respublikasına aid +**********37 saylı mobil telefon nömrəsinə məxsus olan “Whatsapp” mobil tətbiqi vasitəsilə onunla əlaqə saxladığı zaman ona Ağcabədi rayonunun Nəcəfqulubəyli kəndi ərazisində qeyd olunan məkanda narkotik vasitə olmasını bildirmişdir. Bundan sonra Ağcabədi rayonu Nəcəfqulubəyli kəndi ərazisində kisəyə keçirilən baxış zamanı 4 ədəd bağlamada olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuş və həmin kütlələr aşkar olunduğu qaydada tərəzidə çəkildikdən sonra ümumi çəkisi 8,790 qram olması müyyən olunmuşdur. Daha sonra həmin kütlələr qablaşdırılmış, saxlanılan şəxs və digər iştirakçılar tərəfindən imzalanmış və möhürlənərək ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxsla sərnişin qismində gələn **-UP-*** dövlət qeydiyyat nişanlı VAZ 2107 markalı avtomobilin sürücüsü xx.xx.1981-ci il təvəllüdlü, Bərdə şəhəri, ünvan 8 ünvanında qeydiyyatda olmaqla yaşayan Şahid6 üzəri yoxlanılmağa başlanmadan əvvəl Şahid6 üzərində iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək hər hansı predmeti verməsi təklif olunmuş, o da hər hansı qanunla dövriyyəsi qadağan edilmiş əşya olmadığını bildirdikdən sonra Şahid6 əynində olan gödəkcənin sağ yan cibindən 1 ədəd Samsung markalı və 1 ədəd Apple iPhone markalı mobil telefonları, 1 ədəd avtomobil açarını təqdim etmişdir. Şahid6 üzəri yoxlanılan zaman gödəkcəsinin sol iç cibindən 36 manat, şalvarın sağ yan kiçik cibindən 50 qəpik aşkar olunmuşdur. Şahid6 üzərinin yoxlanılması başa çatdıqdan sonra onun idarə etdiyi **-UP-*** dövlət qeydiyyat nişanlı VAZ 2107 markalı avtomobilinə baxış keçirilmiş, baxış zamanı iş üzrə əhəmiyyət kəsb edəcək əşya və ya predmet aşkar olunmamışdır. (c İ, i.v 11-12)
21. Həmçinin, yuxarıda göstərilmiş istintaq hərəkətlərinin video-görüntülərinin əks olunduğu DVD disk məhkəmə iclası zamanı baxılaraq tədqiq edilmişdir. Hazırki hökmün 20-ci bəndində tədqiq edilən protokolda qeyd edilənlərin DVD diskdə olan videogörüntülər ilə eyni olduğu və protokolun düzgün tərtib edildiyi müəyyən edilmişdir. Əlavə olaraq, Təqsirləndirilən şəxs saxlanılarkən onun mobil telefonuna baxış keçirildiyi, səsli mesajların göndərildiyi müşahidə edilir. (c İ, i.v 13)
22. «Təqdim olunmuş əşyalara baxış keçirilməsi və götürmə haqqında» 19 noyabr 2024-cü il tarixli protokol, protokola əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş DVD diskdən görünür ki, Ağcabədi RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1, Ağcabədi RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid4 iştirakları ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs 19 noyabr 2024-cü il tarixdə, saat 22 radələrində Ağcabədi rayonu Nəcəfqulubəyli kəndi ərazisində saxlanılaraq həmin vaxt əlində olan 01 ədəd sintetik kisəyə baxış keçirilmiş, baxış zamanı 01 ədəd sintetik kisənin içərisində olan 04 ədəd bağlamada içərisində narkotik vasitə olan qurudulmuş marixuanayabənzər kütlə aşkar olunaraq götürülməsi müəyyən olunmuşdur. Ardınca təqdim edilmiş 01 ədəd Diskə “HP” markalı kompyuter vasitəsilə baxış keçirilmiş və baxış zamanı həmin görüntülərdə Təqsirləndirilən şəxs saxlanılarkən əlində olan 01 ədəd sintetik kisədə içərisində narkotik vasitə olan qurudulmuş marixuanayabənzər kütlələrin aşkar olunması, daha sonra həmin kütlələrin qablaşdırılaraq üzərlərinin möhürlənməsi öz əksini tapmışdır. (c İ, i.v 16-17)
23. «Şübhəli şəxsə vəkilin təqdim edilməsi haqqında» xx.xx.2024-cü il tarixli protokol və tədqiq edilmiş digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məqsədi ilə ona dövlət hesabına müdafiəçi təqdim olunmuşdur. (c İ, i.v 19-26)
24. «Şübhəli şəxsin tutulması haqqında» 19 noyabr 2024-cü il tarixli, saat 23:55də tərtib olunan protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (c İ, i.v 27-28)
25. «Diskə baxış keçirilməsi haqqında» xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd sintetik kisənin içərisində olan 4 ədəd bağlamada içərisində narkotik vasitə olan qurudulmuş marixuanayabənzər kütlənin qablaşdırıldığı 01 ədəd sintetik kisəyə, 01 ədəd “Samsung” markalı mobil telefona, 03 ədəd bank kartlarına baxış keçirilərkən qeydə alınmış videogörüntünün əks olunduğu CD diskə baxış keçirilmişdir. Həmin CD diskə baxış zamanı diskdə olan videogörüntüdən Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd sintetik kisədə qablaşdırılmış 04 ədəd bağlamaya baxış keçirilərkən içərisində yaşıl rəngli, spesifik qoxulu, narkotik vasitə qurudulmuş marixuanayabənzər kütlənin olması müşahidə olunmuşdur. Daha sonra sözügedən CD diskdən həmin 04 ədəd bağlamada olan qurudulmuş marixuanayabənzər kütlələrin əvvəlki qaydada sintetik kisədə qablaşdırılaraq möhürlənməsi və ekspertizaya təqdim edilməsi üçün götürülməsi müşahidə edilir. (c İ, i.v 76)
26. «Diskə baxış keçirilməsi haqqında» xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs əlində olan sintetik kisəyə baxış keçirilərkən qeydə alınmış videogörüntünün əks olunduğu CD diskə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əlində olan sintetik kisəyə və üzərinə baxış keçirilməzdən əvvəl ona hüquq və vəzifələrinin izah edilməsi, üzərində cinayət xarakterli əşyaların, o cümlədən narkotik və ya psixotrop maddələrin olub-olmamasının soruşulması, olduğu təqdirdə təqdim edilməsinin təklif edilməsi, Təqsirləndirilən şəxs da əlində olan 01 ədəd sintetik kisənin içərisində 04 ədəd bağlamada qurudulmuş marixuanayabənzər kütlələri təqdim etməsi, Təqsirləndirilən şəxs aşkar edilmiş kütlələrin elə aşkar olunduğu qaydada da sintetik kisədə elektron tərəzidə çəkilməsi və həmin kütlələrin birlikdə ümumi təmiz çəkisinin 8,750 kq olması müşahidə olunması qeyd edilmişdir. Daha sonra həmin kütlələrin bir ədəd sintetik kisədə qablaşdırılması və iştirakçılar tərəfindən imzalandıqdan sonra üzəri DİN-in 143 nömrəli möhürü ilə möhürlənməsi və ekspertizaya təqdim edilməsi üçün götürülməsinin də müşahidə edilməsi qeyd olunmuşdur. (c İ, i.v 77)
27. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin «Məhkəmə-bioloji ekspertizası»nın 20 noyabr 2024-cü il tarixli, 18/929 saylı rəyindən görünür ki; 1) Tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs əlində olan...” sözləri yazılmış sintetik torbada 04 ədəd qara rəngli polietilen torbada ayrıayrılıqda təmiz çəkiləri – 2055,0 qr, 2085,0 qr, 2020,0 qr, 2095,0 qr, ümumi təmiz çəkisi - 8255,0 qram olan yaşılımtıl rəngli xırdalanmış qurudulmuş bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş bitki mənşəli kütlələr botaniki əlamətlərinə görə narkotik təbiətli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə olan qurudulmuş marixuanadır. Qeyd: 1. Marixuananın ümumi çəkisi – 8255,0 qram, cəmi tədqiqata sərf edildi - 0,40 qram, (hər obyektdən – 0,10 qram nümunə götürüldü) qalıq – 8254,60 qram. Marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na daxildir. (İ siyahı) (c İ, i.v 80-81)
28. Aparılmış ekspertiza tədqiqatının dəyəri 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik təşkil edir. (c İ, i.v 79)
29. «Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» 21 noyabr 2024-cü il tarixli qərarın nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi qərara alınmışdır. (c İ, i.v 89-90)
30. «Vəsatətin rədd edilməsi haqqında» 21 noyabr 2024-cü il tarixli qərarın təsviriəsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək narkotik vasitələrin satışı ilə məşğul olmadığını qeyd etmişdir. Həmin qərarın nəticə hissəsindən isə görünür ki, təqsirləndirilən şəxsin bu ifadəsi vəsatət kimi qəbul edilmiş və əsassız hesab edilərək rədd edilmişdir. (cinayət işinin materialları)
31. Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(017)-99/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 19 noyabr 2024-cü il tarixdən hesablanmışdır. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, Bərdə rayonunda qeydiyyatda olmaqla daimi yaşayış yeri vardır. İstintaq orqanlarının çağırışlarına vaxtlı-vaxtında gələrək iş üzrə ifadə və izahatlar verməyi öhdəsinə götürür. Ona görə də barəsində həbs qətimkan tədbirinin seçilməsinə heç bir zərurət yoxdur. Odur ki, məhkəmədən barəsində həbs qətimkan tədbirinin seçilməməsini xahiş etmişdir. (c İ, i.v 111-112)
32. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış məhkumluq haqqında arayışdan (tələbnamə) görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə cinayət məsuliyyətinə cəlb edilərək Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş və 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hal-hazırda məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxs hesab edilir. (c İ, i.v 128-129)
33. Bərdə Rayon Məhkəməsinin sözügedən hökmü cinayət işinin materiallarına əlavə edilmişdir. (c İ, i.v 131-138)
34. Bərdə rayon mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin təqdim etdiyi 06 dekabr 2024-cü il tarixli tibbi arayışdan görünür ki, xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən “metamfetamin” qəbulu diaqnozu ilə Bərdə RMX-nın poliklinika şöbəsinin narkoloji kabintetində dispanser qeydiyyatdadır, ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatda durmur. (c İ, i.v 152)
35. "xxxx" 06 dekabr 2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs məxsus “Samsung A24” markalı telefona baxış keçirilən zaman telefonda olan iş üçün əhəmiyyət kəsb edən foto şəkillərə baxış keçirilmişdir. CD diskə baxış zamanı İran İslam Respublikasının vətəndaşi “Həmid” adlı şəxsin Təqsirləndirilən şəxsla “WhatsApp” vasitəsilə əlaqə saxladığı zaman 01 ədəd ağ rəngli sintetik kisənin içərisində olan narkotik vasitə olan qurudulmuş marixuananin qoyulduğu yer görünür. Telefonda olan səs yazıları və digər sübutlarla şəkilləri müqayisə etdikdə həmin şəkillərdə olan 01 ədəd ağ rəngli sintetik kisənin narkotik vasitə olduğu başa düşülür. Şəkillərdə isə müəyyən bir yer oxla işarələnmişdir. Telefonda olan səs yazıları və digər sübutlarla şəkilləri müqayisə etdikdə həmin şəkillərdə olan işarələnmiş yerdə narkotik vasitə olduğu başa düşülür.Baxış zamanı iş üçün başqa əhəmiyyət kəsb edən hal aşkar edilməmişdir. (c İ, i.v 153-154)
36. "xxxx" 08 dekabr 2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş səs yazılarının əks olunduğu DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs məxsus “Samsung A24” markalı mobil telefonda olan iş üçün əhəmiyyət kəsb edən səs yazılarının köçürüldüyü bir ədəd diskə Təqsirləndirilən şəxs və müdafiəçisi X6 iştirakları ilə baxış keçirilmişdir. Baxış zamanı həmin diskdə aşağıdakı məzmunda səs yazılarının olması müəyyən edilmişdir: Birinci səs yazısı: “Baba, Bərdədəkini apar qoy canım qurban, Bərdəninkini qoyandan sonra çıxginan Gəncəyə, 4000 də Gəncəninkini vuracam sənə, yəni bu gecə onları yerbəyer elə, qardaşım sənə 6 min yarım pul vuracam. Bunları həll elə”. İkinci səs yazısı: “Qardaşım, setdən niyə çıxırsan canım qurban, bəs sənə demədim ki, setdən çıxmayasan?”. Üçüncü səs yazısı: “Qardaş, canım qurban, vəsaili götürdüm deyə telefonu söndürdüm, səninlə söz danışmışıq bir- birimizə xəyanətçilik olmasın, mənim allaha and olsun orada sizin pulnan 64 minlik vəsail vardı, dedığım kimi elə sözə qulaq as onun 4 kilosunu Bərdədə ünvan elə, kartını at 3000 vuracam, 4 kilonu aparassan Gəncədə ünvan eliyəssən 3 min yarım da Gəncəninkini vuracam. 6 min yarım sənə pul vuracam”. Dördüncü səs yazısı: Təqsirləndirilən şəxs: “Konum atırsan qaqa yoxsa nətər? Burdayame uje demək olar ki çatıram”. Beşinci səs yazısı: Təqsirləndirilən şəxs: “Qardaş, burdayam e uje mən dördyoldayam, neyniyim düz gedim, nağarım?”. Altıncı səs yazısı: “Qardaşım, bir dənə ağ meşokun içərisinə bax.” Təqsirləndirilən şəxs səs yazılarına qulaq asaraq 1,2,3 və 6-cı səs yazılarının İran İslam Respublikası vətəndaşı olan “Həmid” adlı şəxsin ona göndərdiyini qeyd etsə də, həmin səs yazılarının Ağcabədi RPŞ əməkdaşlarının onu saxladıqlarından sonraya aid olmasını bildirərək, həmin yerə 5,0 qram metamfetamin əldə etmək üçün getdiyini, 01 ədəd ağ rəngli sintetik kisənin içərisində olan narkotik vasitə olan qurudulmuş marixuananı satmaq məqsədinin olmasını inkar etmişdir. O, 4 və 5-ci səs yazılarına qulaq asaraq “Həmid” adlı şəxsin WhatsApp mobil tətbiqi vasitəsilə onun atmış olduğu konumla 01 ədəd ağ rəngli sintetik kisənin içərisində olan narkotik vasitə olan qurudulmuş marixuananı götürmək üçün deyil, 5.0 qram metamfetamin üçün həmin yerə getdiyini etiraf etmişdir. (c İ, i.v 155-156)
37. «Məhkəmə-psixatrik ekspertizası»nın 10 dekabr 2024-cü il tarixli, 912 nömrəli rəyi ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs qeyd edilən hadisəni törədən zaman hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. O, hadisə zamanı və hal-hazırda öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni cinayət hadisəsini törədən zaman ANLAQLİ olmuşdur. O, hal-hazırda öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur. (c İ, i.v 184-185)
38. Bərdə şəhər icra nümayəndəliyi tərəfindən verilmiş 25 dekabr 2024-cü il, 5197 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən də Bərdə şəhəri, Şəhriyar küçəsi, 44 nömrəli evdə yaşamış. (c İ, i.v 187)
39. Bərdə şəhər icra nümayəndəliyi tərəfindən verilmiş 25 dekabr 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhəri, Şəhriyar küçəsində yaşadığı müddət ərzində özünü yaxşı aparmış, qonşuları ilə yaxşı münasibətdə olmuş, barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. (c İ, i.v 188)
40. «Məhkəmə-narkoloji ekspertizası»nın 11 yanvar 2025-ci il tarixli, 43 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan matenfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. (c İ, i.v 189)
41. "xxxx" 14 yanvar 2025-ci il tarixli Azercell MMC-dən daxil olmuş 01 ədəd CD diskə baxış keçirilməsinə dair protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsi üzrə daxil olan, eləcə də çıxan zənglərin və mesaj mətnlərinin izahlarının, zəngi edən və ya qəbul edən abunəçilərin anket məlumatlarının, həmçinin həmin vaxt ərzində hansı ötürücü antenanın əhatə dairəsində olması barədə məlumatlara baxış keçirilmiş, baxış zamanı şübhəli zəng və ya mesaj mətni, həmçinin heç bir sübut əhəmiyyəti kəsb edəcək hal aşkar edilməmişdir. Bundan başqa, ***-***-**-** saylı mobil telefon nömrəsindən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək saat 23:55-dək olan müddət ərzində müxtəlif mobil telefon nömrəsinə zənglər olunaraq danışıqlar aparılması və Azərcell MMC-dən daxil olmuş CD diskin “abunəçilər” kateqoriyasına daxil olduqda həmin nömrənin Təqsirləndirilən şəxs özünə məxsus olması müəyyən edilmişdir. Bundan başqa “antenna” kateqoriyasına daxil olduqda Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinin xx.xx.2024-cü il tarixdə saat 18:22-də Bərdə şəhəri əhatə dairəsində olması müəyyən edilmişdir (sonuncu əhatə dairəsi). Eyni zamanda hər hansı bir maraq doğuran smslərin olması müəyyən edilməmişdir. (c İ, i.v 192)
42. Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(017)-24/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 03 ay müddətə, yəni 19 mart 2025-ci il tarixdən 19 iyun 2025-ci il tarixədək uzadılmışdır. (c İ, i.v 219-221)
43. «Sübutların qiymətləndirilməsi barədə» 11 mart 2025-ci il tarixli qərarın nəticə hissəsinin 13-cü bəndi ilə müəyyənləşir ki, Təqsirləndirilən şəxs aşkar olunarq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq təmiz çəkisi 8254,60 qram narkotik vasitə olan qurudulmuş marixuana və “Samsung A24” markalı mobil telefon iş üzrə sübut əhəmiyyətinə malik olduğundan maddi sübut kimi tanınmış və saxlanılmaları üçün Ağcabədi RPŞ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. (c İ, i.v 85)
44. Məhkəmə tərəfindən sorğu edilərək əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilən xx.xx.2025-ci il tarixli arayışa əsasən müəyyən olunur ki, məhkum Təqsirləndirilən şəxs barəsində qəbul edilmiş Bərdə Rayon Məhkəməsinin 1(021)-60/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü xx.xx.2024-cü il tarixdə Bərdə rayon icra və probasiya şöbəsində qeydiyyata alınmışdır. "Nurlu Yol" Reabiltasiya Mərkəzinin xx.xx.2024-cü il tarixli arayışına əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri, ünvan 12 ünvanında yerləşən "Nurlu Yol" Reabilitasiya Mərkəzinə yerləşdirilmiş və müalicə müddəti 06 ay təşkil etdiyindən Təqsirləndirilən şəxs yaşayış yerinin dəyişdirilməsi barədə xx.xx.2024-cü il tarixdə Bərdə rayon məhkəməsinə təqdimatla müraciət edilmiş, Bərdə Rayon Məhkəməsinin 7(021)-65/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə məhkum Təqsirləndirilən şəxs yaşayış yeri dəyişdirilərək barəsində olan şəxsi işi xx.xx.2024-cü il tarixdə aidiyyəti üzrə icra edilməsi üçün Sumqayıt şəhər probasiya Şöbəsinə göndərilmişdir. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək cəzasının 07 ay 28 gününü çəkmiş, cəzasının çekilməmiş hissəsi 01 il 09 ay 28 gün təşkil edir.
45. Məhkəmə tərəfindən sorğu edilərək əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər Probasiya Şöbəsi tərəfindən verilmiş rəsmi arayışa əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına dair şəxsi işi xx.xx.2024-cü il tarixində icraata qəbul edilmiş, lakin məhkum qeydiyyata düşmədiyindən cəza müddəti hesablanmamışdır. Həmçinin, qeyd edilir ki, Gəncə Apellyasiya Məhkəməsinin 7(104)-8/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarına əsasən Bərdə Rayon Məhkəməsinin 7(021)-65/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilmişdir. Məhkum Təqsirləndirilən şəxs şəxsi işi Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7(104)-8/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən xx.xx.2025-ci il tarixdə icra olunması üçün aidiyyatı üzrə Bərdə rayon icra və probasiya şöbəsinə göndərilmişdir.
Əməlin tövsifi və digər hüquqi məsələlər:
46. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Bu maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin əsas qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir.
47. Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
48. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
49. “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir.
50. Avropa İnsan Hüquqları Məhkəməsinin “Orlov Rusiya Federasiyasına qarşı” işi üzrə 21 iyun 2011-ci il tarixli, “Yallo Almaniyaya qarşı” işi üzrə 11 iyul 2016-cı il tarixli qərarlarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilib-edilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir.
51. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuş, məhkəmə iclaslarında müdafiə tərəfinin (təqsirləndirilən şəxs və onun müdafiəçisi) hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, onunla müdafiəçisinə sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə irəli sürülmüş ittihamı mübahisələndirmişlər.
52. Müdafiə tərəfi irəli sürülmüş ittihamı mübahisələndirsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir.
53. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur.
54. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlar əsasında müəyyən edilir.
55. Həmin Məcəllənin 143-144-cü maddələrinin tələbinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə, habelə digər prosessual hərəkətlərlə həyata keçirilir və cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır.
56. Həmin Məcəllənin 145.1 və 145.2-ci maddələrində nəzərdə tutulur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir.
57. Həmin Məcəllənin 146-cı maddəsində cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.
58. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu ilk növbədə cinayət tərkibi ilə yanaşı cinayətin tövsif edilməsi anlayışının açıqlamasını vacib hesab etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
59. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onun müdafiəsi üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir, tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir.
60. Məhkəmə baxış iclasında, təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, 5 qram miqdarında psixotrop maddə metamfetamin götürmək üçün getdiyini, polislərin əvvəlcədən orada olduğunu, narkotik vasitəni hələ götürməmiş polislər tərəfindən tutulduğunu bildirmişdir. Həmçinin, telefonda olan 8 kiloqrama dair yazışmaların polislər tərəfindən tutulduqdan sonra İran İslam Respublikası vətəndaşı tərəfindən yazıldığını qeyd etmiş, özünü CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bildiyini demişdir.
61. Məhkəmə, təqsirləndirilən şəxsin müdafiəsi üçün gətirdiyi dəlillərə münasibət bildirməyi mütləq və zəruri hesab edir
62. Əvvəla, məhkəmə iclasında dindirilən təqsirləndirilən şəxsin Bərdə rayonundan Ağcabədi rayonuna birlikdə getdiyi və hadisə zamanı orada olan taksi sürücüsü Şahid6 ifadəsində qeyd etmişdir ki, Rauf avtomobilə tərəf geri qayıdarkən, onun əlində ağ sintetik kisə olmuşdur, Rauf təxminən ondan 4 metr kənarda dayanmışdır, əlindəki kisənin ağzını açmışdır. Kisənin ağzını açdıqdan sonra polislər onu tutmuşlar. Polislər onu tutduğu üçün kisəni atmağa imkanı olmamış, polislərin iştirakı ilə kisəyə baxış keçirilmiş və içindən 4 ədəd qara bağlama çıxmışdır. Həmin bağlamaların içindən isə narkotik vasitələr aşkar olunmuşdur. Həmçinin qeyd etmişdir ki, polis əməkdaşları Raufa hər hansı təzyiq göstərməmiş, o belə bir şeyin şahidi olmamışdır. Digər şahidlər polis əməkdaşları Şahid5, Şahid1, Şahid2 və Şahid4 ifadələri də eyni məzmunlu olmuş, həmçinin şəxs tutularkən lentə alınan video görüntülər, eləcə də həmin video görüntülər zamanı Təqsirləndirilən şəxs bildirdiklərinə əsasən tam müəyyən olunur ki, Təqsirləndirilən şəxs içində 4 ədəd qara bağlama olan 1 ədəd ağ rəngli sintetik torbanı götürmüş (əldə etmə), torbanı olduğu yerdən avtomobilə tərəf əlində gətirərək (daşıma) təxminən avtomobilə çatmağa 4 metr qalmış həmin torbanın ağzını kəsərək içinə baxmış, bu zaman polis əməkdaşları tərəfindən yaxalanmışdır. Göründüyü kimi, şahid ifadələri, təqsirləndirilən şəxsin özünün ilkin izahatları, videogörüntü və protokola əsasən hadisənin müəyyən edilmiş mübahisəsiz mənzərəsi ondan ibarətdir ki, təqsirləndirilən şəxs içində narkotik olan ağ sintetik torbanı əldə etmiş və daşımışdır.
63. Bu səbəbdən təqsirləndirilən şəxsin guya torbanı götürməməsi, hələ torbanı götürmək üçün yaxınlaşan zaman polis əməkdaşları tərəfindən yaxalanması, içində 8 kq narkotik vasitə olan torbanın polis əməkdaşları tərəfindən onun qarşısına qoyulması barədə dedikləri həqiqəti əks etdirmir, həmin ifadələr iş materialları və digər şahid ifadələri ilə təkzib olunur edir, məhkəmə bu ifadələrini inandırıcı hesab etmir və bu ifadələri təqsirləndirilən şəxsin müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa yönəlmiş cəhdi kimi qiymətləndirir.
64. Məhkəmə, təqsirləndirilən şəxsin aşkar edilmiş 8254,60 qram narkotik vasitə marixuanadan guya məlumatının olmaması, onun yalnız 5 qram psixotrop maddə metamfetamin götürmək üçün getməsi barədə dediklərinə münasibətdə qeyd edir ki, təqsirləndirilən şəxs məhkəmə iclasları boyunca yalnız 5 qram psixotrop maddə metamfetamin götürmək üçün getdiyini bildirsə də, 19 noyabr 2024-cü il tarixdə şəxs saxlanılan zaman aparılan videoçəkiliş zamanı o, “1 baş nəşə” və “5 qram metamfetamin” arxasıyca gəldiyini qeyd edir. Bu səbəbdən şəxsin yalnız 5 qram metamfetamin arxasıyca gəlməsi barədə mövqeyi mötəbər deyil. Bundan əlavə, "xxxx" 06 dekabr 2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş DVD diskdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs məxsus “Samsung A24” markalı mobil telefonda İran İslam Respublikasının vətəndaşının “WhatsApp” vasitəsilə ona 01 ədəd ağ rəngli sintetik kisənin şəklini göndərmişdir və Təqsirləndirilən şəxs götürüb avtomobilə tərəf gətirdiyi də məhz həmin şəkildə görünən ağ sintetik kisədir. Bundan başqa, "xxxx" 08 dekabr 2024cü il tarixli protokoldan və protokola əlavə edilmiş səs yazılarının əks olunduğu DVD diskdən görünür ki, İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs dəfələrlə zənglər etmiş, həmçinin ona müxtəlif səsli mesajlar atıb ona “Baba, Bərdədəkini apar qoy canım qurban, Bərdəninkini qoyandan sonra çıxginan Gəncəyə, 4000 də Gəncəninkini vuracam sənə, yəni bu gecə onları yerbəyer elə, qardaşım sənə 6 min yarım pul vuracam. Bunları həll elə”, “Qardaş, canım qurban, vəsaiti götürdüm deyə telefonu söndürdüm, səninlə söz danışmışıq bir-birimizə xəyanətçilik olmasın, mənim allaha and olsun orada sizin pulnan 64 minlik vəsail vardı, dedığım kimi elə sözə qulaq as onun 4 kilosunu Bərdədə ünvan elə, kartını at 3000 vuracam, 4 kilonu aparassan Gəncədə ünvan eliyəssən 3 min yarım da Gəncəninkini vuracam. 6 min yarım sənə pul vuracam” demişdir. Səsli mesajların mətnlərindən də göründüyü kimi, Təqsirləndirilən şəxs guya öz şəxsi istifadəsi üçün 5 qram metamfetamin götürmək üçün həmin yerə getməsi barədə bildirdikləri yalandır. Bu səbəbdən təqsirləndirilən şəxsin 5 qram metamfetamin götürmək üçün həmin yerə getməsi barədə bildirdiklərini məhkəmə inandırıcı hesab etmir və bu ifadələri təqsirləndirilən şəxsin müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa yönəlmiş cəhdi kimi qiymətləndirir.
65. Təqsirləndirilən şəxsin guya İran İslam Respublikasının vətəndaşı ilə 8 kiloqram narkotik vasitə ilə bağlı danışıq aparmaması, o polis əməkdaşları tərəfindən tutulduqdan sonra İran İslam Respublikası vətəndaşının 5 qram metamfetamin barədə olan danışıqları silməsi, sonradan başqa səs yazıları atması barədə bildirdiklərinə münasibətdə məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, «Əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və avtomobilə baxış keçirilməsinə dair» 19 noyabr 2024-cü il tarixli protokola əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərinə və kisəyə baxışa dair hərəkətlər 21:55-də başlanmışdır. Tədbirin keçirilmə vaxtı (saat və dəqiqə) təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən mübahisələndirilməmişdir, həmçinin tədbirin keçirilməsinə dair videoçəkilişin həqiqətən saat 21:55-də başlanması tədbirə rəhbərlik edən əməliyyat müvəkkili Şahid1 qolunda olan qol saatı ilə, eləcə də təqsirləndirilən şəxsə məxsus “Samsung A24” markalı mobil telefonun ekranındakı saat ilə üst-üstə düşür. Mobil telefonda olan 28 saniyəlik səs yazısında “Qardaşım baxe canım qurban, bax bu bağlama olacağdı orda, bu bağlamadı, onun 4 kilosunu apar Bərdəyə, Bərdədə ünvan konum eləginən 4 kilonu, 4 kilosunu da apararsan Gəncəyə, bildin? Canım qurban, Gəncəninkini də qoyma qala, elə bu gecə Gəncəninkini də apar qoyginan, kartını da atginan, mən sənə 3000 pul vuracam sənə” deyə bildirir, həmin səs yazısı 21:17-də göndərilib, 21:18-də isə içində narkotik vasitələr olan ağ kisənin şəkilləri göndərilmişdir. Əməliyyat tədbiri isə saat 21:55-də başlanmış, telefonda olan səs yazılarına qulaq asarkən telefonun ekranındakı saat 22:02 dəqiqəni göstərmişdir. Qeyd edilənlər onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs guya həmin səs yazılarından xəbərinin olmaması, polis əməkdaşları tərəfindən tutulduqdan sonra İran İslam Respublikası vətəndaşının 5 qram ilə bağlı olan mesajları silməsi, 8 kiloqram narkotik vasitəyə dair səsli mesajlar atması barədə dedikləri həqiqəti əks etdirmir.
66. Yekun olaraq məhkəmə tərkibi təqsirləndirilən şəxsin özünü müdafiə məqsədi ilə gətirdiyi dəlillərin cəminə hüquqi qiymət verərək, qeyd edir ki, təqsirləndirilən şəxsin verdiyi ifadələr həqiqəti əks etdirmir, iş materialları, şahid ifadələri və protokollarla təkzib edilir, özünün şifahi formada bildirdiklərindən başqa hər hansı dəlil ilə sübuta yetirilmir. Qeyd edilməlidir ki, təqsirləndirilən şəxs məhkəmə iclasında bildirmişdir ki, tutularkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki güc, təsir, döymə və ya işgəncə hərəkətləri edilməyib, taksi sürücüsü olan Şahid6 da Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən yaxalanarkən və ondan sonrakı mərhələdə hər hansı təsir və ya təzyiq edilmədiyini bildirmişdir. Odur ki, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadələrini mötəbər hesab etmir, həmin ziddiyyətli ifadələrin özünümüdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə işin hallarına uyğun gəlmədiyindən, habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadəni inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadələri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa yönəlmiş cəhdi kimi qiymətləndirir.
67. Məhkəmə eyni zamanda cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edərək hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş materiallarında olan biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır, onun əməllərində cinayət tərkibi vardır və bununla da təqsirliliyi tam sübuta yetirilmişdir.
68. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətdir. Təsnifata görə CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan əməl ağır cinayətdir.
69. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
70. CPM-in 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
71. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir.
72. Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları”na əsasən təmiz halda 500 qramdan artıq qurudulmuş marixuana külli miqdar təşkil edir.
Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:
73. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.
74. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.
75. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsaslar yoxdur.
76. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (CM-in 8.1, 41.2 və 58.3cü maddələri).
77. Məhkəmə CM-in 59 və 61-ci maddələrində nəzərdə tutulan təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ya ağırlaşdıran halları müəyyən etməmişdir.
78. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.
79. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində qəbul edilmiş Bərdə Rayon Məhkəməsinin 1(021)-60/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə ona təyin edilmiş 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 il 09 ay 28 gün hissəsi Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən həmin cəzanın 2 günü azadlıqdan məhrum etmə cəzasının 1 gününə bərabər tutulmaqla hesablanmış 10 (on) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir.
80. Məhkəmə bütün bunları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə, habelə onun çəkilməmiş cəzası hazırki hökmlə təyin edilmiş cəzaya birləşdirilməklə, cəzanın məqsədlərinə nail olmaq olar.
81. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir.
82. CM-in 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayətlər kimi təsnif edilmişdir. CM-in 56.1.2-ci maddəsinin tələbinə görə qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərə təyin edilmiş cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.
83. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir
84. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).
85. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı onun faktiki həbsə alındığı andan, xx.xx.2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır.
86. Məhkəmə hökmün 36-cı bəndində qeyd edilən ekspertiza rəyini nəzərə alaraq və Azərbaycan Respublikasının CM-in 93.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan ona müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır.
87. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Ağcabədi Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan tədqiqatdan sonra qalıq ümumi çəkisi 8254,60 qram qalmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung A24” markalı mobil telefon və 03 ədəd bank kartları onun yaxın qohumlarından birinə təhvil verilməlidir.
88. «Əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və avtomobilə baxış keçirilməsinə dair» istintaq hərəkəti zamanı aparılmış videoçəkilişin videogörüntünün köçürüldüyü 01 (bir) ədəd disk, «Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında» istintaq hərəkətləri zamanı aparılmış videoçəkilişin videogörüntülərinin köçürüldüyü 02 (iki) ədəd disk, "xxxx" istintaq hərəkətləri zamanı aparılmış videoçəkilişin videogörüntülərinin köçürüldüyü 02 (iki) ədəd disk, "xxxx" MMC tərəfindən təqdim edilmiş 01 (bir) ədəd disk olmaqla, ümumilikdə 06 (altı) ədəd disk hazırki cinayət işinin materiallarında saxlanılmalıdır.
89. CPM-ə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.
90. Azərbaycan Respublikası CPM-in 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (X2 210005 kod, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilməlidir.
91. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur.
92. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsi ilə) əsaslar yoxdur.
93. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.
94. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
h ö k m e t d i:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Bərdə Rayon Məhkəməsinin 1(021)-60/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 il 09 ay 28 gün hissəsi Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən həmin cəzanın 2 günü azadlıqdan məhrum etmə cəzasının 1 gününə bərabər tutulmaqla 10 (on) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası hesablansın, həmin cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin olunmuş 6 (altı) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji kabinetdə profilaktik qeydiyyata götürülsün. İş üzrə maddi sübutlar olan və Ağcabədi Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan tədqiqatdan sonra qalıq ümumi çəkisi 8254,60 qram qalmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung A24” markalı mobil telefon və 03 ədəd bank kartları onun yaxın qohumlarından birinə təhvil verilsin. İş üzrə ekspertiza tədqiqatı xərci – 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış videogörüntülərin əks olunduğu 04 ədəd disk iş materiallarında saxlanılsın Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Sədrlik edən hakim: Aqil Nuriyev Hakimlər: Cavid Səfərli Ayşən Vəliyeva