Məhkəmə qərarları › İş №1(099)-286/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-286/2022

11.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-286/2022 11.10.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Nəbiyev Cəlil Cabbar oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X1, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, müdafiəçi- Kürdəmir rayon vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1996-cı il tarixdə Kürdəmir rayonu Mehdili kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Kürdəmir rayon Qaz istismarı İdarəsində çilingər vəzifəsində işləmiş, əvvələr məhkum olunmamış, Kürdəmir rayonu Beyi kəndində qeydiyyatda olan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 29,144.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 04 sentyabr 2021-ci tarixdə saat 18 radələrində Kürdəmir rayonu Beyi kəndində yaşadığı evin yerləşdiyi küçədə həmkəndlisi Zərərçəkmiş şəxs yaxınlaşaraq evlənmək məqsədilə qaçıracağını demiş, sonuncunun rədd cavabı verməklə qışqırdığnı görüb fiziki güc tətbiq etməklə iradəsinin ziddinə onu qucağına alaraq öz evləri istiqamətində qaçmış, bir neçə metr hərəkət etdikdən sonra Zərərçəkmiş şəxs qışqırıb səs-küy salaraq ona müqavimət göstərməklə əlindən çıxaraq küçədə yolun kənarındakı metal qaz borusundan yapışdığı üçün yenidən onun qollarından və belindən qucaqlayıb həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə çəkib aparmaq istəyərək ona sağ saidin, sol bazunun ön səthinin sıyrıqları və sağ budun arxa səthinin sıyrıqları ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər yetirmiş, Zərərçəkmiş şəxs qışqırıb kömək çağırmaqla ona israrlı müqavimət göstərdiyinə görə və kənardan şəxslərin gəldiyini görüb, sonuncunu buraxıb ayaqqabısını da hadisə yerində qoyub qaçaraq öz iradəsindən asılı olmayan səbəblərdən cinayəti başa çatdıra bilməyib adam oğurluğuna cəhd etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Kürdəmir rayonu Beyi kəndində valideynləri ilə birlikdə yaşayır, subay olduğu üçün kənddə maraqlanıb Babəkin qızı Nigarın tərbiyəli və əxlaqlı bir qız olduğunu öyrənmişdir. Bundan sonra küçədə, toyda, məclislərdə Nigara fikir vermiş, onun tərbiyəli bir qız olduğunu müşahidə etmişdir, onunla ailə qurmaq istəmişdir. 2021-ci ilin iyul ayının ortalarında validynləri Nigar üçün elçi getmişdilər. Nigarın valideynləri müxtəlif səbəblər gətirərək onların evlənmələrinə razılıq verməmişdilər. Təxminən 1 ay sonra, yəni 2021-ci ilin avqust ayının ortalarında yenidən valideynləri onun xahişinə əsasən Nigar üçün elçi getmişdilər, yenə də Nigarın valideynləri razılıq verməmişdilər. Bundan sonra o qərara gəlmişdir ki, Nigarın razılığı ilə onu qaçırsın. 04 sentyabr 2021-ci il tarixdə saat 18 radələrində çöl sahədə olan heyvanlarını gətirməyə gedərkən yaşadığı evin yaxınlığında kənd yolunda Nigarla rastlaşmışdır. Həmin vaxt fikirləşmişdir ki, Nigara onu qaçırmaq istədiyini bildirsin. Bu məqsədlə Nigarın qarşısına keçərək ona salam vermiş, Nigar da ona salam vermişdir. Bundan sonra Nigara onu sevdiyini və valideynləri onların evlənmələrinə razılıq vermədiyi üçün onu qaçırmaq istədiyini demişdir. Bu zaman Nigar ona təəccüblə “nə” sözünü demiş və ardınca yüksək səslə qışqırmağa başlamışdı. Nigar yüksək səslə qışqırdığı üçün, o qorxudan qaçıb oradan uzaqlaşmışdır. O qaçaraq küçələrindən keçərkən anası Nərminə ilə qarşılaşmışdır. Anası Nərminə ondan nə baş verdiyini soruşmuş, o isə anasına Nigara qaçmağı təklif etdiyini, Nigarın isə təklifindən sonra küçədə qışqırıb səs-küy salmasını demişdir. Nigarın atası gəlib onu evlərində tapmasın deyə çöl sahəyə doğru getməyə başlamışdır. Həmin gün saat 21 radələrində yaşadığı evə gəlmış, atası Habil və anası Nərminə evdə olmuşlar. Anası Nərminə ona demişdir ki, ona Nigara qaçırmaq istəyini deyəndən təxminən 10 dəqiqə keçdikdən sonra Nigarın atası Babəkin həyətlərinə gələrək, onu axtardığını və əlindəki tüfənglə bir dəfə havaya atəş açaraq çıxıb getdiyini demişdir. Bundan sonra öz otağına getmiş və yerində uzanıb anasının telefonu ilə oyun oynamışdır. Həmin vaxt həyətdə səs-küyün artdığını və həmin səs-küy içərisində Babəkin səsini eşitmişdir. O zal otaqda olan pəncərədən həyətə baxdıqda, həyətdə Babəki qardaşları Elçini, Əfqanı, İdrisi, Zülfüqarı və Babəkin arvadı Cəmaləni görmüşdür. Onlar atası və anasından onun yerini soruşmuşlar. Cəmalənin əlində çomaq olmuşdur. O dava dalaş olmasın deyə həyətə düşməmiş və gizlənmək üçün mətbəxə keçmişdir. Babək və qardaşlarının evlərinin zal otağına gəldiklərini görüb, mətbəxin pəncərəsindən həyətə tullanaraq bağlarında olan ərik ağacının başına çıxmışdır ki, onlar onu tapmasın. Onlar onu evdə axtarsalar da tapa bilməmişlər və bir neçə dəqiqədən sonra çıxıb getmişdilər. Onların getdiyini görüb ağacdan düşmüş və evə gəlmişdir. Nigarı qaçırmağa cəhd etməmiş, heç bir günahı yoxdur, ona bəraət verilməsini xahiş edir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Kürdəmir rayonu Beyi kəndində valideynləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs tanıyır, Araz onlarla qonşuluqda yaşayır. Hadisədən təxminən 2 ay əvvəl Arazın valideynləri onlara elçi gəlmışlər. Həm o, həm də valideynləri onun Arazla evlənməyə razılıq verməmişlər. Həmin vaxtdan sonra o nə Arazı, nə valideynlərini görməmişdir, onlarla heç-bir ünsiyyəti olmamışdır. 04 sentyabr 2021-ci il tarixdə saat 18 radələrində qonşuluqda yaşayan əmisi Elçinin yaşadığı evin bostanından tərəvəz yığmaq üçün getmişdir. Əmisinin bostanından tərəvəz, göyərti yığıb evlərinə getmək üçün küçəyə çıxmışdır. Küçəyə çıxanda qonşuları Yusifin kişinin gəlini Heyranın qaynatasıgilə getdiyini görmüşdür. Heyrana salam verib yoluna davam etmişdir. Heyran ondan arxada asta yerişlə gəlmişdir. Küçələrinə az qalmış Təqsirləndirilən şəxs uzaqdan gəldiyini görmüşdür. Arazın adı kənddə yaxşı hallanmadığı üçün ondan ehtiyyat edib və biraz yavaş yeriməyə başlamışdır ki, Heyran gəlib ona çatsın və yolu Heyranla birlikdə getsinlər. Həmçinin Arazın kənddə bir neçə qız və gəlinin adına söz çıxartdığını eşitmişdir. Lakin Heyran xəstə olduğu üçün asta yerişlə yeridiyindən ona çata bilməmişdir. Araz qarşıdan gəlib ona çatmış və salam vermişdi, o da qonşu olduğu üçün Arazın salamını almışdır. Yolu ilə yaşadığı evin qapısına tərəf hərəkət edərkən Araz qarşısına keçərək, onun evə getməyinə mane olmuşdur. Araz ona “Mənim işim səni qaçırtmaqdır” demişdir. O yaşadığı evin darvazasına tərəf qaçmaq istəyərkən, Araz arxası ilə qaçıb sağ qolundan tutub onu saxlamışdır. Sonra Araz onu qucağına götürüb evləri istiqamətində qaçmağa başlamış və o, qışqırmağa başlamış, Heyrana isə ona kömək eləməsini demişdir. Lakin Heyran yerində dayanmış, onlara yaxınlaşa bilməmişdir. Araz təxminən onu 10 metr qucağında aparmış, bu zaman daha uca səslə qışqırmağa başlamışdır. Arazın sifətinə, başına sillə yumruqla zərbələr vurmuşdur ki, onu yerə qoysun. Bundan sonra Araz müvazinətini itirmiş və hər ikisi yerə yıxılmışdır. Araz ayağa qalxıb onun qolundan tutaraq evləri istiqamətində sürüməyə başlamışdı. Araz yenə onu qucağına götürüb aparmaq istəyərkən, o yolun kənarındakı qaz borusundan tutmuşdur ki, Araz onu apara bilməsin. Lakin Araz onun belindən tutub özünə tərəf təkrar-təkrar çəkmişdi. O yüksək səslə qışqırıb, yaxınlıqda yaşayan qonşuları, qohum-əqrabanı köməyə çağırmış, onun səsinə əmisi Elçinin arvadı Sahibə küçəyə çıxmışdır. Sahibə ilə aralarında həmin vaxt təxminən 30-40 metr məsafə olmuşdu. Sahibə küçəyə çıxaraq yerdən daş götürüb “Qızı burax əclaf”deyərək Arazdan tələb etmiş və Arazın üstünə hucum etmiş, Araz isə Sahibənin onun üstünə hucum etdiyini görüb, onu qaçırmağa gücü çatmadığını bilərək məcbur olub onu buraxaraq evləri istiqamətinə doğru qaçmağa başlamışdı. Araz qaçarkən ayağındakı şəpikləri çıxarıb həmin yerdə qoymuş və sürətlə qaçıb evlərinə getmişdi. Bundan sonra onun səsinə İdris əmisinin arvadı Zəkirə və azyaşlı qızı Günay da hadisə yerinə gəlmişdilər. O, qorxduğu üçün ayağa qalxa bilməmiş və yerdə oturmuşdu. Onlar onu ayağa qaldırıb üst başını təmizləmişdilər. Sonradan oraya atası Babək və anası Cəmalə gəlmişdilər. Bundan sonra onu evlərinə aparmışlar və atası Babək DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdi. Hadisə əvvəldən axıra qədər təxminən 10-15 dəqiqə müddətində baş vermişdi. Hadisə zamanı Araz onun qollarından və ayaqlarından tutub qucağına götürdüyü üçün bədənində sıyrıqlar əmələ gəlmişdir. Hadizə zamanı Arazın əlində hər hansı bir kəsici və deşici alət olmamış, Arazın bədənində olan xəsarətləri o yetirmiş, belə ki , Araz onu qaçırmaq istəyərkən onun başına, üzünə sillə və yumruqla zərbələr , bir dəfə də təpiklə sinəsindən vurmuşdur. Məhkəmə baxışında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Kürdəmir rayonu Beyi kəndində ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanıyır, onlar hər ikisi onunla qonşuluqda yaşayır, hər iki şəxsin valideynləri ilə münasibətləri normal olmuş, aralarında hər hansı bir ədavət və düşmənçilik olmamışdır. 04 sentyabr 2021-ci il tarixdə saat 18 radələrində yaşadığı evdən təxminən 500 metr məsafədə yaşayan və yataq xəstəsi olan qaynanası Mehbarə Qəniyevaya baş çəkmək üçün evindən çıxıb yolla gedərkən Zərərçəkmiş şəxs əlində sellofan torba ilə əmisi Elçingilin həyətindən çıxıb öz evlərinə tərəf getdiyini görmüşdür. O, öd kisəsindən əməliyyat olunduğu üçün yolda asta yerişlə yerimişdi. Nigar əmisinin evindən çıxanda ona salam vermiş, ondan hal-əhval tutmuş və yoluna davam etmişdir. O asta yerişlə getdiyi üçün Nigar ondan təxminən 10-15 metr irəlidə getmişdi. Hər ikisi eyni istiqamətdə hərəkətdə olmuşlar. Bir qədər hərəkət etdikdə onlarla qarşı-qarşıya həmkəndlisi Arazın telefonla danışa-danışa gəldiyini görmüşdür. Bu zaman Nigar yerişini yavaşlatmış və asta yerişlə hərəkət etməyə başlamışdı. Araz Nigara çatarkən onu qabağını kəsib ona nəsə demiş, lakin o Arazın nə dediyini eşitməmişdir. Bundan sonra Nigar qışqırmağa başlamış, ardınca Araz Nigarı qucağına götürüb, evlərinə tərəf qaçırmağa başlamışdı. Nigar qışqıraraq ondan kömək istəmiş, lakin o xəstə olduğu üçün Nigara kömək edə bilməmişdir. Həm hadisənin şokundan, həm də Arazdan qorxduğu üçün donub yerində qalmışdır. Nigar isə qışqırmağa və Arazın başına, gözünə sillə yumruq vurmaqa davam etmişdir ki, Araz onu yerə qoysun. Təxminən 7-8 metr Araz Nigarı qucağında qaçırıb apardıqdan sonra hər ikisi yerə yıxılmışlar. Nigar yerə yıxılandan sonra yolun kənarındakı qaz borusundan tutmuşdur, lakin Araz yenə də Nigarı aparmaq istəmişdir. Nigarın səsinə qonşuluqda yaşayan əmisi arvadı Sahibə küçəyə çıxmışdır. Sahibə küçəyə çıxan kimi Araz Nigarı buraxıb qaçıb evlərinə tərəf qaçmışdır. Bundan sonra Nigarın əmisi arvadı Zəkirə, qızı Günay da gəlmişlər. O qorxduğu üçün tez gedib qaynatası Yusifgilin həyətinə girmişdir. Sonra qonşuluqda yaşayan qohum, əqraba, Nigarın atası, anası da Nigarın yanına gəlmişdilər. Şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Kürdəmir rayonu Beyi kəndində E.Soltanov adına orta məktəbin 5-ci sinif şagirdidir, ailə üzvləri ilə birlikdə yaşayırlar. Axşama tərəfi küçədə tək oynayarkən əmisi Elçinin yaşadığı evləri tərəfdən səs gəldiyini eşitmiş və qaça-qaça oraya çatanda əmisi qızı Nigarı kimsə döydüyünü görmüşdür. İlk öncə Nigarı döyən əmisi oğlu Səid olduğunu düşünmüşdür. O, Nigarın döyüldüyünü görüb əvvəlcə qorxu keçirib yerində dayanmış, sonra isə Nigarın dayanmadan qışqırmasını eşidib qaçaraq onlar tərəfə getmişdir. Yaxınlaşanda görmüşdür ki, qonşuları Araz əmisi qızı Nigarı qucağına alıb aparmaq istəmiş, Araz Nigarı bir qədər aparıb hər ikisi yerə yıxılmışlar, sonra isə əmisi qızı Nigar yaxınlıqda olan qaz borusundan tutmuş, Araz isə əmisi qızı Nigarın belindən tutub özünə tərəf dartmış, Nigar yerə uzanmış, Araz onu sürüyüb aparmaq istəyən zaman Nigar ona təpik atmışdır. Araz Nigarı qolundan tutub sürüyən zaman 10-15 addım kənarda Heyran xala dayanmış və oraya Sahibə xalanın da qaça-qaça və qışqıraraq “Nigarı burax, qızı burax” deyib onların yanına getdiyini görmüşdür. Bundan sonra qonşuları Araz dayı Sahibə xalanın ora gəlməsini görüb, yerdə uzanmış vəziyyətdə olan əmisi qızı Nigarın qolundan buraxıb ayaqqabılarını çıxardıb qaçaraq öz evləri tərəfə getmişdi. Daha sonra oraya Cəmalə xala və Babək əmi gəlmişdir. Şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, heç-kimlə düşmənçiliyi və ədavəti yoxdur. Heç-bir yerdə işləmir evdar qadındır. Zərərçəkmiş şəxs qaynı Babəkin qızıdır, Təqsirləndirilən şəxs isə həmkəndlisidir. Onların heç-biri ilə düşmənçiliyi və ədavəti yoxdur. Araz həmçinin uzaq qohumu və qonşudur. Təxminən hadisədən 2 ay əvvəl Arazın valideynləri Araz üçün Nigarı almaqdan ötrü 2 dəfə elçi getmişdilər. Lakin nə Nigar, nədə ki Nigarın valideynləri Nigarın Arazla evlənmələrinə razılıq verməmişdilər. 04 sentyabr 2021ci il tarixdə saat 18 radələrində küçədən əri İdrisi işə yola salıb qaynı Elçingilə gedərkən sol tərəfdən möhkəm səs eşitmişdir. Zənn etmişdir ki, küçədə hansısa şəxsi inək vurub. Həmin səxsin qışqırığının ardıcıllığı kəsilməmiş və qışqıran şəxsin fəryad edib “ay ana, ay ana “ qışqırdığını eşitmişdir. Səs çox uca və həyəcanlı olduğu üçün səsin kimə məxsus olduğunu aid edə bilməmişdir. Həmin zaman qızı Günay küçədə oynadığı üçün güman etmişdir ki, Günay ya arxa düşüb, yada ki onu inək vurub. Buna görə də həyəcanlı vəziyyətdə qaçaraq səs gələn yerə gəlmişdir. Oraya gələndə qarşına Heyran çıxmış, Heyran öz evlərinə tərəf asta xəstə olduğu üçün , yəni əməliyyatdan təzə çıxdığından asta adımlarala addımlamış və ona dil ucu “murdar Araz Nigarı qaçırırdı” demişdir. O, hadisə yerinə çatanda görmüşdür ki, eltisi Sahibə Nigarı yerdən qaldırır, bu zaman oraya onunla birlikdə digər eltisi Cəmalə və qayını Babək gəlmişlər. Qızı Günay isə kənarda dayanmışdı. Araz isə artıq hadisə yerindən qaçıb getmişdi, lakin Arazın ayyaqabları hadisə yerində qalmışdır. Onlar Nigardan nə baş verdiyini soruşmuşlar, Nigar isə ağlayaraq həyacanlı vəziyyətdə izah etmişdir ki, əmisi Elçinin bağından tərəvəz yığıb evlərinə tərəf gələrkən yolda əvvəlcə Heyranı görmüş, Heyranla bir qədər söhbət etdikdən sonra evə tərəf addımlayarkən, qarşısına həmkəndlisi Araz çıxmış, Araz ona salam vermiş, o Arazın salamını qəbul etdikdən sonra Araz ona bildirmişdir ki, onun işi onu qaçırtmaqdı. Nigar ona etiraz etdikdə, Araz Nigarı zorla qucağına alıb evlərinə tərəf aparmış, Nigar onun başının və bədəninin müxtəlif nahiyyələrinə zərbə endirdikdə Araz müvazinətini saxlaya bilməyərək hər ikisi yerə yıxılmış, daha sonra Nigar yolun kənarında olan qaz borusundan tutarkən Araz onun belindən dartıb əllərini qaz borusundan kənarlaşdırmış və onun sürüyən zaman hadisə yerinə Sahibə gəlmiş , Araz bunu gördükdə Nigarı buraxıb qaçmışdır. Nigar qorxmuşdu, həyəcanlı vəziyyətdə idi, həyacandan ağlayırdı, sağ və sol qollarında qırmızı sıyrıntılar olmuşdur. Onlar Nigarın qoluna girib onu evə aparmışlar. Evdə olduğu zaman Nigarın anası Cəmalə və atası Babək həyəcanlı vəziyyətdə Arazgilin evinə getmişlər. Təxminən 10-15 dəqiqədan sonra Cəmalə ilə Babək Arazgilin evindən qayıtmışlar və demişlər ki, Arazgilin evlərinə getsələrdə evdə heç kim olmamışdır. Cəmalə ilə Babək Arazgilin evinə gedərkən əllərində hər hansı əşya və ya tüfəng olmamışdır. Şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, fərdi əməklə məşğuldur, Zərərçəkmiş şəxs doğma qızıdır, Şahid6 arvadıdır, Təqsirləndirilən şəxs isə həmkəndlisidir. Təqsirləndirilən şəxs ailəsi ilə aralarında heç-bir düşmənçilikləri və ədavətləri olmamışdır. Araz onunla qonşuluqda yaşayır. Təxminən hadisədən 2 ay əvvəl Arazın valideynləri Araz üçün qızı Nigarı almaqdan ötrü evlərinə 2 dəfə elçi gəlmişdilər. Lakin nə qızı Nigar, nədə ki o və arvadı X14 evlənmələrinə razılıq verməmişlər. 04 sentyabr 2021-ci il tarixdə saat 18 radələrində qızı Nigar qardaşı Elçinin bostanından tərəvəz yığmaq üçün onların yaşadığı evə getmiş, o isə həmin vaxtı yaşadığı evin həyətində yerləşən bağda ot biçmişdi, arvadı Cəmalə isə ev işləri ilə görmüşdü. Nigar evdən çıxdığından 10-15 dəqiqə keçmişdir ki, Nigarın qışqırıq səsini eşitmiş və bu zaman arvadı Cəmalədə küçədən Nigarın harayını, həmçinin qışğırını eşidərək ona demişdir ki “Nigara nəsə olub.” Dərhal arvadı Cəmalə ilə birlikdə səs gələn tərəfə qaçmışlar. Onlar oraya çatanda Nigar yerə uzanmış, üstü tozlu və həyacanlı vəziyyətdə olaraq ağlamışdı. Hadisə yerində Araz və Heyran artıq olmamışlar. Hadisə yerində qardaşı Elçinin arvadı Sahibə qızı Nigara köməklik edib durquzmuşdu. Bundan başqa onunla eyni zamanda hadisə yerinə digər qardaşı İdrisin arvadı Zəkirə gəlmiş, İdrisin qızı azyaşlı Günay isə artıq hadisə yerində olmuşdur.Onları Nigarı yerdən qaldırıb üst-başını çırpıb ondan nə baş verdiyini soruşmuşlar. Nigar onlara bildirmişdir ki, tərəvəz yığıb evlərinə tərəf gələrkən yolda əvvəlcə Heyranı görmüş, Heyranla bir qədər söhbət etdikdən sonra evə tərəf addımlayarkən, qarşısına həmkəndlisi Araz çıxmış, Araz ona salam vermiş, o Arazın salamını qəbul etikdən sonra Araz ona bildirmişdir ki, “onun işi onu qaçırtmaqdı”. Nigar ona etiraz etdikdə Araz Nigarı zorla qucağına alıb evlərinə tərəf aparmış, Nigar onun başının və bədəninin müxtəlif nahiyyələrinə zərbə endirdikdə Araz müvazinətini saxlaya bilməyərək hər ikisi yerə yıxılmış, daha sonra Nigar yolun kənarında olan qaz borusundan tutarkən Araz onun belindən dartıb əllərini qaz borusundan kənarlaşdırmış və onun sürüyən anda Sahibə hadisə yerinə gəlmişdir. Nigar qorxmuşdu, həyəcanlı vəziyyətdə idi, həyacandan ağlayırdı sağ və sol qollarında qırmızı sıyrıntılar olmuşdur. Hadisə yerində qaz borusu qaynaqdan qopmuşdu, hadisə yerində Arazın ayyaqabları qalmışdı. Hadisə yerində qardaşı arvadı Sahibə Arazın ayyaqablarını götürüb ona vermişdi. Onlar Nigarın qoluna girib onu evə aparmışlar. Evdə olduqları zaman o, və arvadı Cəmalə həyəcanlı vəziyyətdə Arazgilin evinə getmişlər. Arvadı Cəmalə evin astanasında olan piləkənə çıxıb Arazı və onun ailə üzvləri çağırsada, onlardan bayıra çıxan olmamış və onlar evlərinə qayıtmışdılar. Bir daha onların evinə getməmişlər. Kürdəmir rayon polis şöbəsinə gəldikdə, o hadisə yerindən götürdüyü ayyaqabları X10a təhvil vermişdir. Şahid5 dedikləri yalan və uydurmadır, Nərminənin evinə saat 19 radələrində bir dəfə o və Cəmalə getmişlər. Evdə heç kəs olmamışdır. Həmin zaman onun əlində tüfəng olmamış, nə də ki tüfəngdən atəş açmamışdır. Eləcədə həmin günü saat 22 radələrində X10 onlardan izahat almışdı. Nərminə və Habil onları şərləyir ki, onlar məsuliyyətə cəlb olunsunlar və məsuliyyətə cəlb olunmamaq üçün məcbur olub onlarla barışdıqdan sonra Arazı həbsdən çıxara bilsinlər. Hadisəni ilk olaraq həmkəndlisi Reyhan, qardaşı qızı Günay və qardaşı arvadı Sahibə görmüşlər. Əgər Nigar yolda qışqırıb köməyə adam çağırmasaydı, daha sonra hadisəni görüb Arazın üzərinə qardaşı arvadı Sahibə hücum çəkməsəydi, Araz öz niyyətini zorla başa çatdıracaqdı, yəni qızı Nigarı qaçıracaq idi. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid6 Şahid9 ifadəsində göstərilən xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, heç-kimlə düşmənçiliyi və ədavəti yoxdur. Şahid9 onun həmkəndlisidir, Təqsirləndirilən şəxs isə doğma oğludur. Oğlu Arazın 25 yaşı var, o bir neçə ildir ki, həmkəndlisi Babəkin qızı Zərərçəkmiş şəxs sevir və onunla ailə qurmaq istəmişdi. Onlar bu il iki dəfə Babəkin evinə elçiliyə getmişlər, lakin Babəklə arvadı Cəmalə, Nigarın oğlu Arazla ailə qurmasına icazə verməmişlər. 04 sentyabr 2021-ci il tarixdə saat təxminən 18-19 radələrində yaşadığı evin həyətində olarkən, bu vaxt küçədən səs gəlmiş, yəni Nigarın “X15 Ana” fəryad edərək qışıqırığını eşidib küçəyə çıxanda görmüşdür ki, oğlu Araz ayağ yalın qaçaraq evə tərəf gəlir və Nigar qaz borusunun yanında dayanmışdır. O, Arazdan nə baş verdiyini soruşduqda Araz ona demişdir ki, "Nigara ailə qurmaq məqsədi ilə qaçmağı təklif etmiş buna görə Nigar qorxaraq qışqırmışdı”. Ətrafa nəzər yetirmədən dərhal Arazın arxasınca evə girmişdi. Sonra isə oğlu Araz ayyaqablarını geyinib evdən çıxıb getmişdi. Əri Habil həmin vaxt sahədə qoyun otarmış və hadisələrdən xəbəri olmamışdır. O, evinin həyətində olarkən görmüşdür ki, küçədə Nigarın atası Babək və anası Cəmalə onun evinə tərəf gəlirlər.O, qorxudan evə yox toyuq hininə girmiş, Babək və Cəmalə isə evinin həyətinə daxil olmuşdurlar. Cəmalənin əlində ağac olmuş, söyüş söyə-söyə onun yaşadığı evin pilləkənlarına qədər qalxıb onu çağırmışdı. O, səsini çıxarmamış, Babək isə həyətdə dayanmışdır. Babəkin əlində tüfəng olmuşdur. Cəmalə onu təkrar çağırsada o, qorxudan səsini çıxarmamış və bu zaman Babək havaya bir dəfə atəş açmışdır. Cəmalə yenidən onun ailəsinin ünvanına nəlayiq söyüşlər söymüş, o qorxudan toyuq hinində gizlənmiş və buna görə də çölə çıxmamışdır. Sonra Babək və Cəmalə onun evindən çıxıb getmişlər. Sonradan təxminən saat 20 radələrində Nigarın əmisi traktorla onun evinin yanından keçərkən idarə etdiyi traktoru evinin hasarının yanında saxlamış və onu həyətdə görüb, oğlu Arazın ünvanına nəlayiq söyüşlər söymüşdü. O, isə İdrisə demişdir ki, “biz sizə nə etmişik ki, sən mənimlə bu tərzdə danışırsan”. Bundan sonra İdris idarə etdiyi tarktoru sürüb getmişdi. Təxminən 5-10 dəqiqə keçmişdir ki, oğlu Araz evə gəl miş, lakin bu barədə Araza heç-bir söz deməmişdir ki, Araz bilib aralarında yenidən dava-dalaş düşər. Həmin günü saat təxminən 21 radələrində əri Habil evə gəlmiş və ona həyətdə yemək vermişdir, özü isə evə keçib telefonla qızı Nərminlə telefonla danışmağa başlamışdır. Bu zaman həyətdən səs gəlmiş, o dərhal evdən bayıra çıxıb görmüşdür ki, Cəmalə, Babək, İdris, Əfqan, Zülfüqar, Elçin və Yusif həyətində dayanmışdılar, oğlu Araza demişdir ki, evdən qaç get. Araz evlərinin arxa pəncərəsindən tullanaraq qaçıb getmişdi. Pəncərədən əri Habilin oturduğu yerə baxarkən görmüşdür ki, İdris əlindəki bıçaqla əri Habilin boğazına dirəyərək Habili nalayiq ifadələrlə söyüb təhqir etmişdir. Bundan sonra Cəmalə, Babək, İdris, Əfqan, Zülfüqar, Elçin və Yusif onun evinə girmişlər. Onların qarşısına çıxmış, bu zaman Cəmalə onun yaxasından tutaraq onu yerə yıxmış, döş qəfəsinin sağ yarısına və sağ çiyninə, həmçinin budunun arxa hissəsinə təpiklə zərbələr endirməyə başlamış və sonra Cəmalə ətrafda olan Babəkə, İdrisə, Əfqana, Zülfüqara, Elçinə və Yusifə onu zorlamasını demişdir. Bu zaman Babək onun yaxasından tutmuş, əli ilə onu vurmaq istəyən zaman ona yazıq şəkildə demişdir ki “məni vurma, qızınçün söz çıxıbsa qızını alaram, məndən əl çəkin.” Babək isə onun sifətinə baxıb onu vurmadan buraxmışdı. Bundan sonra İdris yumruqla onun başından vurmuş, lakin Əfqan onu vurmasa da nalayiq ifadələrlə təhqir etmiş, Elçin isə sağ ayağından bir neçə dəfə təpiklə , Zülfüqar isə təpiklə sol qolundan vurmuşlar. Əsas xəsarətləri isə ona Cəmalə əlindəki çomaqla vuraraq yetirmişdir. Bundan sonra Cəmalə masanın üzərində olan qabları yerə vurub və stulları yerə ataraq sındırmışdır. Cəmalənin qabları sındırması nəticəsində təxminən ona 20 manat maddi ziyan dəymişdir. Əri Habil hamısına yalvararaq onları sakitləşdirməyə çalışmışdır. Onlar isə orada Habili vurmasalar da ona qarşı öz qanunsuz hərəkətlərini davam etdirib onu söyüb təhqir etmişdilər. Bundan sonra onlar evindən çıxıb getmişdilər. Sonradan bu barədə qızı Nərminə zəng edib məlumat vermişdir ki, onu və Habili, həmkəndliləri Babək, Babəkin arvadı Cəmalə və qohumları gəlib evdə döymüşlər. Nərmin ona bu barədə DİN-nin 102 xidmətinə məlumat verəcəyini demişdir. Daha sonra özüdə istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonu ilə zəng edib DİN-nin 102 xidmətinə məlumat vermişdir. Qızı Nərmin hadisə baş verən zaman Bakı şəhərində öz yaşadığı evdə olmuş, onun xahişinə əsasən DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Həmin günü oğlu Arazın əynində göy qısaqol köynək və boz rəngli cins şalvar olmuşdur. Həmin paltarları istintaqa təqdim etmişlər. Şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Kürdəmir rayon Qaz İdarəsində nəzarətçi vəzifəsində işləyir. Zərərçəkmiş şəxs qardaşı Babəkin qızıdır, Şahid6 qardaşı Babəkin arvadıdır, Təqsirləndirilən şəxs isə həmkəndlisidir. Təqsirləndirilən şəxs ilə onun ailəsi arasında heç-bir düşmənçilik və ədavət olmamışdır. Araz onunla qonşuluqda yaşayır. Təxminən hadisədən 2 ay əvvəl Arazın valideynləri Araz üçün qardaşı qızı Nigarı almaqdan ötrü qardaşı Babəkin evinə 2 dəfə elçi getmişdilər. Lakin Nigar, nədə ki qardaşı Babək, həmçinin qardaşı arvadı X14 evlənmələrinə razılıq verməmişdilər. 04 sentyabr 2021-ci il tarixdə saat 16 radələrindən yaşadığı evdən çıxaraq kəndin mərkəzinə gəlmişdir. Həmin günü saat 18 radələrində kəndin mərkəzində yerləşən mağazadan evi üçün ərzaq alıb evinə qayıdarkən, qardaşı Babəkin evinin yanından keçdikdə həyətdə səs-səmirin olduğunu eşitmişdi. Dərhal qardaşı Babəkin həyətinə gəlmiş və görmüşdür ki, bütün qohum-əqrəbaları Babəkin həyətindədir, qardaşı qızı Nigarın üstbaşı tozlu, həyəcanlı vəziyyətdə olmaqla ağlayır. O, nə baş verdiyini Babəkdən və Cəmalədən soruşduqda, onlar ona bildirmişdilər ki, “bir qədər əvvəl Nigar sizin evdən tərəvəz yığıb küçə ilə gələrkən həmkəndlimiz Araz qızı Nigarın qarşısını kəsib, zorla Nigarı qucağına alaraq qaçırtmaq istəmiş, lakin Nigar ona müqavimət göstərdiyi üçün və hadisə yerinə Sahibə gəldiyi üçün Araz ayaqqabılarını hadisə yerində qoyaraq qaçıb evlərinə getmişdir”. Hadisəni öyrənib Babəkdən polisə zəng edib-etməməsini soruşmuş, Babək isə ona, artıq polisə zəng etməsini bildirmişdir. Bundan sonra hadisə barədə arvadı Sahibəni sorğu-sual etmişdir. Sahibə ona demişdir ki, əyər Arazın üstünə hücum edib, Nigarı buraxmasını tələb etməsə idi, Araz Nigarı zorla qaçırdacaq idi. X6rdaşı Babəkin evindən gedənə qədər o Babəkin evində olmuş və heç yerə getməmişdi . Təhqiqatçı getdikdən sonra isə arvadı Sahibə ilə birlikdə yaşadıqları evə getmişlər. O, hadisənin bilavasitə baş verməsini görməmişdi. O, Babəkin evinə səs-küy eşidib gəldikdə artıq Cəmalə və Babək Arazın yaşadığı evə gedib gəlmişdilər. Şahid5 Kürdəmir rayon polis şöbəsinə yazdığı ərizəsində göstərdikləri xususatlar tam yalan və uydurmadır, o ümumiyyətlə Arazın yaşadığı evə getməmiş, həmçinin Şahid5 və Habil Məmmədovu döyməmiş, həmçinin söyməmişdir. Şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, heç-kimlə düşmənçiliyi və ədavəti yoxdur. Həmçinin həmkəndliləri Təqsirləndirilən şəxs ilə, onun atası X4 ilə, Şahid9 ilə və onun qızı Zərərçəkmiş şəxs ilə münasibətləri olsada, onların heç-biri ilə düşmənçiliyi, eləcədə ədavəti yoxdur. Sonradan eşidib bilmişdir ki, 04 sentyabr 2021-ci il tarixdə saat 18 radələrində həmkəndlisi Təqsirləndirilən şəxs zorla Zərərçəkmiş şəxs evlənmək məqsədi ilə qaçırmağa cəhd etmiş, lakin Nigar Araza müqavimət göstərdiyi üçün və hadisə yerinə dərhal Nigarın əmisi arvadı Sahibə gəldiyi üçün Araz öz niyyətini başa çatdıra bilməyib Nigarı buraxıb hadisə yerindən qaçıb getmişdir. Həmçinin ona gəlini X5 hadisənin baş verərkən gördüyünü və bilavasitə şahidi olduğunu demişdir. Söhbət zamanı gəlini Heyran ona bildirmişdir ki, Zərərçəkmiş şəxs evlərinə gedərkən həmkəndlisi Araz onun qarşısını kəsib zorla qaçırmağa cəhd etmiş, lakin Nigar Araza müqavimət göstərdiyi üçün və hadisə yerinə Nigarın harayına görə dərhal Nigarın əmisi arvadı Sahibə gəldiyi üçün Araz öz niyyətini başa çatdıra bilməyib Nigarı buraxıb hadisə yerindən evləri istiqamətinə qaçmışdır. O, hadisənin bilavasitə şahidi olmamışdır, buna görə də hadisənin hansı şəraitdə baş verməsini dəqiqliyi ilə bilmir. Təqsirləndirilən şəxs ifadəsində onun barəsində dedikləri yalan və uydurmadır. Belə ki, o gəlini X2 ifadə verilməmişdən əvvəl heç-bir təsir göstərməmiş, gəlini Heyran Mayılova sərbəst şəkildə gördüyü hadisə ilə bağlı ifadəsini vermişdir. Təqsirləndirilən şəxs məsuliyyətdən boyun qaçırmaq üçün onun barəsində yalan ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının xx.xx.2021-ci il tarixli 546 nömrəli rəyində göstərilir ki, Zərərçəkmiş şəxsnn məhkəmə tibb müayinəsinə əsasən bədən səthində aşağıdakı xəsarəti vardır: Sağ saidin ön səthinin sıyrıqları. Sol bazunun ön səthinin sıyrıqları. Sağ budun arxa səthinin sıyrıqları. Qeyd olunan xəsarətlər küt əşya(əşyalar) təsirindən əmələ gəlmişdir,törənmə müddəti qərarda göstərilən şəraitə və vaxta yəni- 04.09.21-ci il tarixə uyğun gəlir və xəsarətlərin hər biri ayrı-ayrılıqda sağlamığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının xx.xx.2021-ci il tarixli 547 nömrəli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs məhkəmə tibb müayinəsinə əsasən bədən səthində aşağıdakı xəsarəti vardır: Döş qəfəsinin ön səthinin sıyrığı. Sağ yanaq nahiyəsinin qançırı. Qeyd olunan xəsarətlər küt əşya(əşyalar) təsirindən əmələ gəlmişdir,törənmə müddəti qərarda göstərilən şəraitə və vaxta yəni- 04.09.21-ci il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarət olduqu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan məhkəmə psixiatrik ekspertizasının xx.xx.2021-ci il tarixli 710 nömrəli rəyində qeyd olunur ki, Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin tək-tək psixopatik çizgiləri) baxmayaraq o, hazırki cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək, hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərinə rəhbərlik etmək iqtidarındadır. Komissiyanın bu nəticəyə gəlməsinə Təqsirləndirilən şəxs əvvəllər psixiatriya müəssisələrində qeydiyyatda durmaması, tibbi yardım üçün həkim psixiatra müraciət etməməsi (özünün deməsinə görə), istintaq və ekspertiza zamanı dolğun və ardıcıl ifadələr verərək törətmiş olduğu əməli qismən etiraf etməsi, cinayət əməlini törədərkən, istintaq və hazırkı ekspertiza zamanı düşünülmüş və məqsədyönlü hərəkətlər etməsi, eskpertiza zamanı onda qavrama, yaddaş, təfəkkür və intellekt pozğunluqlarının aşkar edilməməsi, onda psixoproduktiv simptomatika (hallüsinasiya və sayıqlama ideyaları) müəyyən olunmaması, tənqidi funksiyaların saxlanılması, onda müşahidə edilən emosiya pozuntusunun (ekspertiza zamanı onda emosional davamsızlıq aşkar edilməsi, hövsələsiz olması, onda əsəbiliyə meyillilik müşahidə edilməsi, tez qıcıqlanması,xırda qıcığa nisbətən sürətli cavab reaksiya veməsi və sair) az ifadəli olması əsas verir. İş materiallarında olan məhkəmə-psixoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 11/439 nömrəli rəyində qeyd olunur ki, 1 -ci və 2-ci suallar üzrə: Zərərçəkmiş şəxs əsas fərdi-psixoloji xüsusiyyətləri rəyin tədqiqi hissəsində (səh. 6) açıqlanmışdır.3-cü və 8-ci suallar üzrə:Zərərçəkmiş şəxs yaş və fərdi psixi xüsusiyyətlərinə, əqli və psixi inkişafına görə ona qarşı edilmiş hərəkətlərin qavramaq və həmin hərəkətlərin mahiyyətini dərk etmək qabiliyyətinə malik olmuşdur.4-cü, 5-ci və 6-cı suallar üzrə:Zərərçəkmiş şəxs ona qarşı edilən hüquqazidd hərəkətlər zamanı qorxu ilə müşayiət olunan emosional gərginlik halında olmuşdur. Zərərçəkmiş şəxs qorxu ilə müşayiət olunan emosional gərginlik halını keçirməsinə baxmayaraq, yaş və fərdi-psixoloji xüsusiyyətlərinə, əqli və psixi inkişafına görə ona qarşı edilən hüquqazidd hərəkətlərə müqavimət göstərmək qabiliyyətinə malik olmuşdur.7-ci sual üzrə:Zərərçəkmiş şəxs əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müəyyən olunmur.9-cu və 10-cu suallar üzrə:Zərərçəkmiş şəxs fərdi-psixoloji xüsusiyyətlərində təlqinə qapılmağa, özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müəyyən olunmur. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 120 (yüz iyirmi) manat təşkil edır. İş materiallarında olan məhkəmə-trassoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 3/1871 nömrəli rəyində qeyd olunur ki, Zərərçəkmiş şəxs məxsus köynəyin və şalvarın üzərində rəyin təsviri hissəsində qeyd olunan zədələrin yerləşdiyi yeri, ölçüsü və sayı verilib. Həmin zədələr fiziki qüvvənin təsirindən, o cümlədən hər-hansı bərk predmetlə kontakda olması ilişməsi nəticəsində dartılaraq yarana bilən cırılma zədələridir. Lakin bu cür zədələrin yaranma xarakteri nəzərə almaqla onların yaranma mexanizmi kriminalistik tədqiqatla müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının üzərində trasoloji zədə aşkar edilmədi. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 64 (altmış dörd) manat təşkil edır. İş materiallarında olan lifli materiallarına məhkəmə ekspertizasının xx.xx.2021-ci il tarixli 6/5076 nömrəli rəyində qeyd olunur ki, tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın, 01 ədəd köynəyin, Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın, 01 ədəd köynəyin səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 Ns-li cədvəlində göstərilmişdir.Tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın səthi üzərindən aşkar edilmiş göy rəngli təbii pambıq lifləri rənginə və təbiətinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər.Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın, 01 ədəd köynəyin səthləri üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Zərərçəkmiş şəxs qızma məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın, 01 ədəd köynəyin tərkib liflərindən yoxdur. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 154 (yüz əlli dörd) manat 16 (on altı) qəpik təşkil edır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli «hadisə yerinə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, hadisə yeri Kürdəmir rayonu, Beyi kəndinin mərkəzi hissəsində yerləşir. Hadisə yerinin bir neçə istiqamətində torpaq örtüklü yol vardır.Yolun saq çiynində istiqaməti Zərərçəkmiş şəxs yaşadığı ev tərəf istiqamətlənib və uzaqdan onun yaşadığı evin küçə darvazası görsənir.Zərərçəkmiş şəxs evinə gedən istiqamətdə yolun saq çiynində balaca gölməçə vardır.Həmin gölməçədən sonra yaşayış evlərinin hasarının kənarı ilə açıq sarı rəngə boyanmaş qaz borusu yerləşir.Həmin qaz borusunun bir hissəsi dirəyindən qopmuşdur, qaz borusunun bir hissəsi sallanmış vəziyyətdədir.Zərərçəkmiş şəxs dediklərinə görə müəyyən olunur ki, Təqsirləndirilən şəxs evinə gedən yolda onun qarşısını kəsmiş, onu zorla qaçırmaq üçün qucağına alıb gölməçənin yanında müqavimət göstərdiyinə görə hər ikisi müavinətini itirərək yıxılmışlar. Yıxıldığı yerdə göstərərkən torpaq səthinin hadisə baş verən hissəsi qismən dağılması vizual görünmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs onun qollarından tutaraq evləri istiqamətində dartmış və o qaz borusundan tutduğuna görə, boru qaynaq yerindən qopmuşdur. İş materiallarında olan yaşayış yeri üzrə arayış və xasiyyətnamədən görünür ki, Əlizadə X8 rayonu, Beyi kəndində qeydiyyatdadır, ailə tərkibi ata, ana və qardaşından ibarətdir, yaşadığı müddət bəzi hallarda nizam-intizamsız hərəkətlər etmiş, bəzi kənd sakinlərinə qarşı qeyri-etik davranışlar etməklə yaşayış yeri üzrə mənfi xarakterizə olunur. İş materiallarında olan Kürdəmir Rayon Mərkəzi X7 şəxsin 18 dekabr 2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın poliklinika şöbəsində həkim psixiatr və narkoloqun qeydiyyatında yoxdur. İş materiallarında olan Daxili İşlər Nazirliyindən ünvanlanmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan 06 sentyabr 2021-ci il tarixli protokolla Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarda olan 07 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs toplanmış materiallar üzrə ittiham elan edilməsi mümkün olmadığından həmin tarixdə saat 18:00-da Kürdəmir RPŞ-nin müvvəqəti saxlama yerindən həbsdən azad olunmuşdur. İş materiallarında olan Kürdəmir Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbs olunmasının əvvəli həmin tarixdən hesablanmmaqla barəsində «həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli «sübutların qiymətləndirilməsi haqqındla» qərarla iş üzrə Təqsirləndirilən şəxs götürülmüş bir ədəd köynək və bir ədəd şalvar, Zərərçəkmiş şəxs götürülmüş bir ədəd köynək bir ədəd şalvar maddi sübut kimi tanınmış və saxlanılması üçün Kürdəmir RPŞ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi 05 oktyabr 2022-ci il tarixli notarial qaydada təsdiq etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliyi tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 144.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə Təqsirləndirilən şəxs “hadisə zamanı Zərərçəkmiş şəxs zorla qaçırmaq istəməməsi, ona qaçırmaq məqsədila yaxınlaşmadığını, ona sadəcə onu qaçırmaq fikrində olduğunu deməsi, Zərərçəkmiş şəxs onun bu sözündən qışqıraraq səs-küy salması” ilə bağlı bildirdiklərinə iş üzrə toplanmış digər sübutlarla birlikdə məcmu şəkildə qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin bu hissədə bildirdikləri həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq əməlinin ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edilməsinə hesablanmışdır. Belə ki, Araz Alizadə hadisə zamanı Zərərçəkmiş şəxs yaxınlaşaraq evlənmək məqsədilə qaçıracağını demiş, sonuncunun rədd cavabı verməklə qışqırdığnı görüb fiziki güc tətbiq etməklə iradəsinin ziddinə onu qucağına alaraq öz evləri istiqamətində qaçmış, bir neçə metr hərəkət etdikdən sonra Zərərçəkmiş şəxs qışqırıb səs-küy salaraq ona müqavimət göstərməklə əlindən çıxaraq küçədə yolun kənarındakı metal qaz borusundan yapışdığı üçün yenidən onun qollarından və belindən qucaqlayıb həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə çəkib aparmaq istəyərək ona sağ saidin, sol bazunun ön səthinin sıyrıqları və sağ budun arxa səthinin sıyrıqları ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər yetirməsi onun qaçırmaq niyyətində olmasını təsdiq edir və bu hallarla təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi həmin dəlillər tamamilə təkzib olunur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qeyd olunan maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmiş, onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 144.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyası daxilində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin qeyd olunan əməlinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən həmin əmələ görə cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə məhkum olunmasını məhkəmə yüngülləşdirici hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını, əvvəllər məhkum olunmadığını, əməlini qismən etiraf etməsini və peşiman olmasını Azərbaycan Respublikası CM-nin 59.1.2, 59.1.8, 59.1.12 və 59.2-ci maddələrinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası CM-nin 62.1 və 62.2-ci maddələrinə əsasən “Cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər”, “Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər”. Odur ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayətin məqsədi və motivi evlənmək olmuş, digər niyyəti olmamış, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna halları nəzərə alaraq məhkəmə hesab edir ki, ona istinad edilən maddədə müəyyən edilmiş aşağı həddən də az cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, ağırlığını, onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi CM-in 29,144.1-ci maddəsi ilə həmin məcəllənin 62-ci maddəsi tətbiq edilməklə sanksiyasında müəyyən olunmuş aşağı həddən də az olmaqla azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun 06 sentyabr 2021-ci ildən 07 sentyabr 2021-ci il tarixədək həbsdə olduğu 1 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəzadan çıxılmaqla qəti cəza təyin edilməli və təyin olunmuş cəzanı çəkməlidir. Azərbaycan Respublikası CM-in 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi CM-in Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixi qərarının 2ci hissəsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə iş üzrə maddi sübut olub Kürdəmir rayon polis şöbəsində saxlanılan hadisə zamanı Təqsirləndirilən şəxs götürülmüş bir ədəd köynək və bir ədəd şalvarın onun yaxın qohumlarına qaytarılmasını, Zərərçəkmiş şəxs götürülmüş bir ədəd köynək bir ədəd şalvarın özünə qaytarılmasını, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini, iş üzrə 338 (üç yüz otuz səkkiz) manat 16 (on altı) qəpik məbləğində ekspertiza xərcinin ondan tutularaq dövlət nəfinə keçirilməsini, cəzasının çəkilmə müddətinin 08 sentyabr 2021-ci il tarixdən başlanılmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29,144.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib barəsində CM-in 62-ci maddəsi tətbiq olunsun və o, 2 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 06 sentyabr 2021-ci ildən 07 sentyabr 2021-ci il tarixədək həbsdə olduğu 1 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 2 il 5 ay 29 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 08 sentyabr 2021-ci il tarixdən hesablansın. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə maddi sübut olub - Kürdəmir rayon polis şöbəsində saxlanılan hadisə zamanı Təqsirləndirilən şəxs götürülmüş bir ədəd köynək və bir ədəd şalvar onun yaxın qohumlarına və Zərərçəkmiş şəxs götürülmüş bir ədəd köynək bir ədəd şalvar özünə qaytarılsın. İş üzrə 338 (üç yüz otuz səkkiz) manat 16 (on altı) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəs ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar