Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-286/2023 14.06.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi-X12, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi- Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, 16 avqust 1978-ci ildə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işsiz, məhkum olunmamış, Cəlilabad rayonu, Abazallı kəndində qeydiyyatda olmaqla yaşamış, 08 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 oktyabr 2022-ci il tarixli, 4(005)- 1087/2022 nömrəli qərarı ilə barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 fevral 2023-cü il tarixli, 4(005)-156/2023 nömrəli qərarı ilə həbsdə saxlama müddəti 02 (iki) ay müddətə, yəni 08 aprel 2023-cü il tarixədək uzadılmış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsinin) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs barəsində istintaq olunmuş cinayət işinin ittiham aktının nəticəvi hissəsində göstərilmişdir ki, o, satış məqsədi və tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, yəni şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı «Fazil» adlı şəxs və qeyriləri ilə külli miqdarda narkotik vasitələrin satışının həyata keçirilməsi barədə razılığa gələrək Cəlilabad rayonu ərazisindən naməlum şəraitdə və vaxtda, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda-10175 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib «Fazil» adlı şəxsin və qeyrilərinin göstərişinə əsasən Cəlilabad rayonu ərazisində satışını həyata keçirmək üçün razılaşıb üzərində saxlamaqla daşımış, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 07 oktyabr 2022-ci il tarixdə saat 23:35-də Cəlilabad rayonu, Bədirli kəndində yerləşən tikinti materialları mağazasının yaxınlığında saxlanılaraq Cəlilabad Rayon Polis Şöbəsinin inzibati idarəsinə gətirilmiş, orada 08 oktyabr 2022-ci il tarixdə saat 01:05-dən etibarən üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı sol əlində saxladığı ağ rəngli torbanın içərisindən yeddi ədəd yapışqan lentə bürünmüş qara rəngli polietilen bağlamalarda, hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 970 qr, 1050 qr, 1025 qr, 2010 qr, 1150 qr, 2000 qr, 1970 qr, ümumi təmiz çəkisi 10175 qr olan külli miqdarda tərkiblərinə görə eyni olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Bu səbəbdən də, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək ona həmin maddələrlə ittiham elan edilmiş və cinayət işi baxılması üçün məhkəməyə göndərilmişdir. Lakin məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymət verməklə, belə nəticəyə gəlir ki, iş üzrə ittiham tərəfinin istinad etdiyi sübutlarla Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə müəyyən olunmuş cinayət əməllərini törətməkdə təqsirliliyi və aidiyyəti təsdiq olunmamışdır. Belə ki, məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, Rusiya Federasiyasında olarkən Qazax rayonundan olan Natiq adlı şəxslə münasibəti olmuş, Rusiya Federasiyasından qayıtdıqdan sonra da Natiqlə əlaqəsi davam etmiş, Natiqdən şəxsi istifadəsi üçün az miqdarda narkotik vasitə istəmiş, Natiq ona narkotik vasitəni Cəlilabad rayonu, Bədirli kəndində olan adını bilmədiyi tikinti materiallarının satıldığı dükanın yaxınlığına qoyacağını və ona məlumat verəcəyini bildirmiş, 07 oktyabr 2022-ci il tarixdə gecə Natiqin dediyi Cəlilabad rayonu, Bədirli kəndinə getdikdə, Natiqin dediyi yerdə-tikinti materiallarının satıldığı dükanın yaxınlığında heç nə görməmiş, elə bu vaxt polis əməkdaşları onu tutub polis şöbəsinə aparmışlar. Polis şöbəsində polis əməkdaşları onun qarşısına narkotik vasitə qoyaraq «bunu götürməsən, narkotik vasitəni aparıb evinə qoyacağıq və ailə üzvlərinin hamısını polis şöbəsinə gətirəcəyik» demişlər. Polis şöbəsində ona qarşı olunan hədə-qorxulardan, müxtəlif fiziki təzyiqlərdən-qabırğasının sındırılmasından, ağır formada döyülməsindən sonra polis əməkdaşları ilə razılaşmış və polis əməkdaşlarının təklif etdikləri narkotik vasitəni qəbul etmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, tutulana qədər arabir narkotik vasitə marixuanadan istifadə etmiş, saxlanılan günü Rusiya Federasiyasında tanış olduğu Qazax rayonundan olan Natiq adlı şəxsdən, şəxsi istifadəsi üçün az miqdarda narkotik vasitə-marixuana istəmiş, saxlanılan günü axşam tərəfi Natiq zəng vuraraq, narkotik vasitə marixuananı Cəlilabad rayonu, Bədirli kəndində olan adını bilmədiyi tikinti materiallarının satıldığı dükanın yaxınlığına qoyduğunu və götürə biləcəyini bildirdiyindən, Cəlilabad rayonu, Bədirli kəndində olan adını bilmədiyi tikinti materiallarının satıldığı dükanın yaxınlığına narkotik vasitə marixuananı götürməyə getmiş, ancaq orada heç nə görməmiş və polis əməkdaşları onu saxlamışlar. Polis əməkdaşları onu heç bir narkotik vasitə ilə tutmamışlar, çünkü Natiqin dediyi yerdə narkotik vasitə olmamış, polislər onu polis şöbəsinə aparıb orada külli miqdarda narkotik vasitəni qarşısına qoymuşlar, polis əməkdaşlarına Natiqdən şəxsi istifadəsi üçün az miqdarda narkotik vasitə marixuana istədiyini, bu qədər çəkidə istəmədiyini demiş, Natiq adlı şəxsin harada yaşadığından məlumatsız olmuş, Natiq adlı şəxslə onun istifadəsində olan rus nömrəsi ilə «whatsaap» vasitəsi ilə əlaqə saxlamış, Natiq adlı şəxslə görüşməmiş, sadəcə elə-belə tanışlıqları olmuş, Natiq də narkotik vasitə istifadəçisi olmuş, buna görə Natiqə «səndə narkotik vasitə marixuana olsa, istifadəm üçün mənə bir az verərsən?» demiş, Natiq də cavabında ona «Cəlilabad rayonu, Bədirli kəndində deyəcəyim yerə qoyaram, gedib götürərsən» demişdir. 2002-ci ildən Rusiyada olmuş, gedib-gəlmişdir. Natiq adlı şəxsi yalnız Rusiyada üz-üzə görmüş, Azərbaycana gələndən sonra onu görməmiş yalnız telefon əlaqəsi saxlamışdır. Natiq adlı şəxsdən əvvəllər 1 dəfə marixuana almış, Natiq marixuananı Cəlilabad rayonu, Bədirli kəndinin yaxınlığına qoymuş, oradan götürüb təxminən həmin narkotik vasitə marixuananı 1 ay müddətində qəbul etmişdir. Natiq birinci dəfə ona marixuananı az miqdarda pulsuz vermişdir. Bu dəfə Natiqdən alacağı 10-15 qram narkotik vasitəmarixuana müqabilində ona 100 manat pul verəcəkdir. Hər hansı İran İslam Respublikası vətəndaşı ilə əlaqəsi olmamış, Fazil adlı şəxsi tanımamışdır. Telefonunda bir İran nömrəsi olmuş, Ələkbər adlı qohumunun mobil nömrəsidir. İranda olan qohumları ilə, anasının xalaları ilə danışmışdır. Saxlanılan günü İranda olan qohumu Ələkbərlə danışmamışdır. Heç bir İranlı şəxsdən narkotik vasitə almamış və narkotik vasitəni harasa qoyub pul almamışdır. Polislər tərəfindən saxlanılarkən üzərində nə narkotik vasitə, nə də silah olmuşdur. İbtidai istintaq vaxtı polis əməkdaşları hədə-qorxu gəldikləri və müxtəlif fiziki təsirlər edildiyi üçün etirafedici ifadələr vermişdir. Videoçəkilişdən əvvəl polisin əməliyyatçıları onu döyərək, işgəncə verərək çəkiliş zamanı onların istədikləri kimi ifadə verməyini tapşırmışlar, ona gərə də videoçəkiliş zamanı həmin ifadəni vermişdir. Videoçəkiliş zamanı narkotik vasitəni Cəlilabad rayonu, Boranlı kəndindən götürdüyünü demiş, polislər onu Boranlı kəndinin adını çəkməyə məcbur etməmişlər, sadəcə həmin vaxt özündə olmamışdır. Polislər onu narkotik vasitə marixuananın Fazilin verdiyini bildirməyini demişlər, o da polislərə bu narkotik vasitə marixuananın Fazilin malı olmasını onların bildiyini özünün bunu bilmədiyini demişdir. Fazili 4 ildir ki, tanımış, İranda al-ver edən vaxtdan tanıdığını deməyini polislər ona işgəncə verə-verə öyrətmişlər, həmin ifadələri verdiyi vaxt özündə olmamışdır. İbtidai istintaq zamanı müstəntiqə vəkilinin iştirakı ilə verdiyi ifadəsində, əməliyyatçılar tərəfindən döyülməyilə bağlı bildirmiş, iş materiallarında burada qabırğalarının sınmağı ilə əlaqədar sənədi də vardır. Onu döyən polis əməkdaşlarının adını bilməmiş, videoçəkilişdə onu döyən polis əməkdaşları olmamışdır. Elan olunmuş, izahatıyla, şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri ilə bağlı onu deyə bilmişdir ki, üzərində ov tüfəngi və narkotik vasitə olmamışdır. Polis şöbəsində döyülməyi və ona işgəncə olunması faktı ilə bağlı, hüquqi savadı olmadığından, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğundan məhkəmədə heç nə deyə bilməmişdir. Döyülməsi faktı ilə bağlı prokurorluğa müraciət etmiş və prokurorluq əməkdaşı tərəfindən izahatı alınmışdır. Döyülməsi ilə bağlı məhkəmə-tibbi ekspertizasından keçirilməmişdir. İstintaq Təcridxanasında olanda qabırğasının sınması ilə əlaqədar tibbi xidmət şöbəsinə müraciət etmiş, 3-4 gün nəfəs ala bilməmiş, onu xəstəxanaya aparmışlar, xəstəxanada polis əməliyyatçıları tərəfindən döyülməyini bildirmişdir. İbtidai istintaq vaxtı narkoloji ekpertizadan keçmiş və orada ondan narkotik vasitə qəbul edib-etmədiyi soruşulmuş və narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. Məhkəmədən təqsiri olmadığı üçün barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət-Prosessual Məcəlləsi) 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə tərkibi, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də tədqiq edərək mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsini zəruri hesab edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində bildirmişdir ki, 07 oktyabr 2022-ci il tarixdə ona əməliyyat məlumatı daxil olmuş, axşam saatlarında Cəlilabad rayonu Bədirli kəndi ərazisində piyada hərəkət edən zaman Raqifi saxlamışlar, ərazi aidiyyatı üzrə Raqifi Cəlilabad RPŞ-nə aparmışlar və orada inzibati otaqların birində vəkillə təmin olunaraq videoçəkilişlə əlində olan bağlama və ov tüfəngi götürülərək qablaşdırılmış və sənədləşdirilmişdir. Raqifin əlində marixuana bağlaması olmuş, Raqif narkotik vasitəni «Fazil» adlı iranlının qoyduğu yerdən götürdüyünü, başqa yerə qoyaraq digərə şəxslərə çatıracağını bildirmişdir. Verilən suallara cavab olaraq Şahid1 bildirmişdir ki, Raqifə qarşı polis əməkdaşları tərəfindən hər hansı fiziki və psixi təsir, təzyiq edilməmiş, onlar Raqifi saxlayanda onun əlində torbası və ov tüfəngi olmuş, Raqifdə olan xəsarətləri hadisədən əvvəl də ala bilərdi, əməliyyat tədbiri zamanı onlar 3 nəfər olmuşlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs daxil olmuş əməliyyat məlumatı əsasında 07 oktyabr 2022-ci il tarixdə saat 12 radələrində tərəflərindən Cəlilabad rayonu ərazisində saxlanılmışdır. Raqifin əlində bir ədəd tüfəng və bir ədəd ağ rəngli torba olmuşdur. Raqif tərəflərindən saxlanıldıqdan sonra Cəlilabad RPŞ-nə dəvət olunmuş, orada müdafiəçi ilə təmin olunaraq təhqiqatçı tərəfindən üzərində videoçəkilişlə şəxsi axtarış keçirilmiş, əlində olan ağ rəngli torbadan ümumi çəkisi təxmini 10 kq-a yaxın olan 07 ədəd bükümdə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Verilən suallara cavab olaraq Şahid3 bildirmişdir ki, Raqifə qarşı tərəflərindən hər hansı fiziki zor tətbiq olunmamış, Raqifin bədənində olan xəsarətlərin yaranma mənbəyi barədə məlumatı olmamış, onlar Raqifi saxlayanda əlində torba olmuş, əməliyyat məlumatı Raqifin külli miqdarda narkotik vasitə və psxotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olması məzmununda Bəylərə daxil olmuşdur. Raqifin üzərində külli miqdarda narkotik vasitə gəzdirməsi onun satışı ilə məşğul olmasına dəlalət edir. Beləliklə, ibtidai istintaq, həm də məhkəmə baxışında toplanmış sübutlar məhkəmə tərkibi tərəfindən müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilməsi nəticəsində Təqsirləndirilən şəxs törədilmiş cinayətə aidiyyətinin müəyyən edilmədiyi və təqsirinin sübuta yetmədiyi müəyyən edilmişdir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -«Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında» 07 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ətrafinda təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmişdir.(i.v.6-7) -«cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında» 08 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 oktyabr 2022-ci il tarixdə saat 23:35-də şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 22) -«şəxsi axtarış keçirilməsi və götürmə haqqında» 08 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun əlində tutduğu bir ədəd bağlamanın içərisindən 7 ədəd bükülüdə ümumi çəkisi 10,550 kq çəkidə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüş, Təqsirləndirilən şəxs şifahi sorğu zamanı bildirmişdir ki, üzərindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə özünə məxsusdur, həmin kütlələri tanıdığı İran İslam Respublikası vətəndaşı olan «Fazil» adlı şəxsin vasitəsi ilə bir gün əvvəl Cəlilabad rayonu ərazisindən əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etmiş, narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə «Fazil» adlı şəxs ona 2000 manat pul verəcəkdir. (i.v. 31-34) -«məhkəmə-bioloji ekspertizası»nın 08 avqust 2022-ci il tarixli 7/1152 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, ağ kağız üzərində «Təqsirləndirilən şəxs təqdim etdiyi...» sözləri yazılmış sintetik torbada 07 (yeddi) ədəd skoçla bağlanmış qara rəngli polietilen bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri: 1) 970 qram, 2) 1050 qram, 3) 1025 qram, 4) 2010 qram, 5) 1150 qram, 6) 2000 qram və 7) 1970 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ümumi çəkisi – 10175 qram (10 kq 175,0 qram). Tədqiqata təqdim olunmuş 07 (yeddi) ədəd bağlamada olan marixuanalar tərkiblərinə görə eynidirlər. Qeyd: Marixuananın ümumi çəkisi – 10175 qram, cəmi tədqiqata sərf edildi – 0,35 qram (hər 1-7 N. obyektdən 0,05 qram götürüldü), qalıq – 10174,65 qram. (i.v. 44-46) -«təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» 08 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (i.v. 70-71) -«Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 oktyabr 2022-ci il traixli, 4(005)- 1087/2022 saylı qərarın»dan görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 07 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. (i.v. 94-98) -«Əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsinə dair» Cəlilabad Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli, 5-(073)-217/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili polis mayoru Şahid1 tərəfindən qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında 07 oktyabr 2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir. (i.v. 120) -«maddi sübut hesab edilməsi haqqında» 10 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuanadan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalan 10174,65 qramı öz xüsusiyyətlərinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxta görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİnin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. (i.v. 106-107) -«telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında» 04 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş xx.xx.2022-ci il tarixli, 22491 saylı məktubla müşaiyət olunan 01 ədəd diskdə təqdim olunmuş Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM mobil telefon nömrəsinə aid 08 oktyabr 2021-ci il tarixdən 08 oktyabr 2022-ci il tarixədək olan müddət ərzində ələ keçirilmiş məlumatlara baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM mobil telefon nömrəsi xx.xx.2022-ci il tarixdə aktiv olunmuş, bundan əlavə məlum olmuşdur ki, təqsirləndirilən şəxs **********21 saylı İran İslam Respublikasına məxsus olan nömrə ilə 27 sentyabr, 1, 5, 6 və 7 oktyabr tarixlərində zəngli əlaqə saxlamışdır. (i.v. 123-125) -«mobil telefon aparatına baxış keçirilməsi haqqında» 10 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd «Samsung Galaxy J» mobil telefon cihazına keçirilmiş baxış zamanı mobil telefonun üzəridə ***-***-**-** saylı GSM nömrənin, çoxsaylı kontaktların, o cümlədən də İran İslam Respublikasına məxsus olan: +**********82 saylı GSM nömrədə adı «Akbar x.o», +**********38 saylı GSM nömrədə adı «Dosd efk», +**********33 saylı GSM nömrədə adı «Xala Qızı» və +**********05 saylı GSM nömrədə adı «Z x» kimi qeyd olunmuş kontaktların, o cümlədən də müxtəlif fotoşəkil və video faylların olması müəyyən edilmişdir. Həmin telefonun daxili yaddaşına baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs «Whatsapp» ani mesajlaşma ünsiyyət mobil telefon tətibiqində istifadəsində qeyd edilmiş GSM nömrənin vasitəsilə qeydiyyatdan keçmiş, lakin tətbiqin dialoq pəncərələri bölməsi və zənglər bölməsində hər hansı qeydin olması müəyyən edilməmişdir. Bundan başqa, mobil telefonun vasitəsilə edilən zənglərin siyahısına keçirilmiş baxış zamanı +**********1 saylı İran İslam Respublikasına məxsus, o cümlədən adları kontaktlar siyahısında «Dost efk», «Xala Qızı» və «Z x» kimi qeyd olunmuş İran İslam Respublikasına məxsus GSM nömrələr arasında zəngli danışıqların olması məlum olmuşdur. (i.v. 126) -BNMİ-nə verilmiş əməliyyat tapşırığına cavab olaraq daxil olmuş 14 noyabr 2022-ci il tarixli, 008-11364-1222 saylı məktubdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitəni İran İslam Respublikasının vətəndaşı «Fazil» adlı şəxsdən sonuncunun sifarişi ilə müxtəlif şəxslərə çatdırmaq məqsədi ilə əldə etmişdir. «Fazil» adlı şəxsin İran İslam Respublikası ərazisində olması səbəbindən onun ətrafında zəruri əməliyyat-axtarış tədbirlərinin keçirilməsi mümkün olmamışdır. (i.v. 127) -«sübutların qiymətləndirilməsi haqqında» 13 yanvar 2023-cü il tarixli qərardan görünür ki, iş üzrə Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupu tərəfindən şəxsi axtarış və götürülmə aparılması haqqında protokola əlavə edilmiş «Sony» markalı video kamera vasitəsilə aparılmış çəkilişin müvafiq olaraq köçürüldüyü bir ədəd DVD disk, "xxxx" MMC-dən daxil olmuş telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında 04 noyabr 2022-ci il tarixli protokolla iş üzrə sübut əhəmiyyət kəsb edən hallar müəyyən edildiyinə görə həmin məktuba qoşmada əlavə edilmiş CD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə olunmuş, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd «Samsung Galaxy J» markalı mobil telefon cihazı maddi sübut kimi tanınmış, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir. (i.v. 159-171) -«təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında» 28 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. (i.v. 173-174) - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 fevral 2023-cü il tarixli, 4(005)- 156/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 02 (iki) ay müddətə, yəni 08 aprel 2023-cü il tarixədək uzadılmışdır. (i.v. 197-201) -«cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında» 11 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair istintaqı aparılmış ********* nömrəli cinayət işinin materiallarından istintaqa adı “Fazil” kimi məlum olan şəxs və qeyrilərinin barəsində qabaqcadan əlbir olan bir qrup şəxsin külli miqdarda narkotik vasitələri istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edib Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar, ondan gizli qaçaqmalçılıqla keçirməklə satış məqsədi ilə Cəlilabad rayonu ərazisinə daşıyaraq saxlaması xüsusatına görə Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata cinayət işi ayrılmışdır. (i.v. 202-203) Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs şəxsiyyəti ilə bağlı olan ilkin araşdırma materiallarında, yəni; -«Cəlilabad Rayon İcra Hakimiyyəti Başçısının Təklə kənd İnzibati-Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilmiş 04 noyabr 2022-ci il tarixli, 660, 661 nömrəli arayışlar və xasiyyətnamə» dən görünür ki, təqsirləndirilən şəxs Hüseynov X5 rayonu, Abazalı kəndində qeydiyyatda olmaqla yaşamış, ailə tərkibinə arvadı- 29 sentyabr 1983-cü il təvəllüdlü X7, oğlu-02 iyun 2002-ci il təvəllüdlü Həsən Hüseynov, qızı-20 dekabr 2004-cü il təvəllüdlü Nazənin Hüseynova, qızı-01 noyabr 2007-ci il təvəllüdlü Gülyaz Hüseynova daxildir, yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. (i.v. 129-131) -«Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş 18 oktyabr 2022-ci il tarixli məhkumluq haqqında tələbnamə» dən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs barəsində heç bir məlumat yoxdur. (i.v. 119) Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı toplanıb elan edilərək tədqiq edilmiş istintaq materiallarından, yəni; -«ambulator Məcburi Narkoloji tibbi yoxlama»nın 08 aprel 2023-cü il tarixli, 2013 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub, hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrdən asılılıqnarkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. -«Təqsirləndirilən şəxs adına Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin tərtib etdiyi 9336/2022 nömrəli məhkumun tibbi kitabçası»nın kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs 08 oktyabr 2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş, baxış zamanı onun sağ gözün ağlı qişasında qansızma, sağ gözaltı nahiyənin hər iki bazunun qançırları, eləcə də soldan Vİİİ qabırğanın yerini dəyişməmiş sınığı aşkar edilmiş, aparılmış müayinələrdən sonra ona «Narkomaniya?» diaqnozu qoyulmuşdur. -«məhkəmə-tibbi ekspertizası»nın 30 may 2023-cü il tarixli, 51 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs adına Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin tərtib etdiyi 9336/2022 nömrəli məhkumun tibbi kitabçası»nın kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs 08 oktyabr 2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş, baxış zamanı onun sağ gözün ağlı qişasında qansızma, sağ gözaltı nahiyənin hər iki bazunun qançırları, eləcə də soldan Vİİİ qabırğanın yerini dəyişməmiş sınığı aşkar edilmiş, aparılmış müayinələrdən sonra ona «Narkomaniya?» diaqnozu qoyulmuşdur. Təqsirləndirilən şəxs adına tərtib olunmuş tibbi sənəddə qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 07 oktyabr 2022-ci il tarixdə əmələ gəlməsi inkar edilmir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. -«cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 02 iyun 2023-cü il tarixli qərardan görünür ki, məhkəmə tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğuna ünvanlanmış Təqsirləndirilən şəxs Baş Narkotiklərlə Mübarizə İdarəsinin aidiyyəti əməkdaşları tərəfindən işgəncələrə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalması barədə müraciət əsasında araşdırma aparılmış, Baş Narkotiklərlə Mübarizə İdarəsinin aidiyyəti əməkdaşlarının əməllərində cinayət tərkibinin olmaması müəyyən edildiyindən Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş «şəxsi axtarış keçirilməsi və götürmə haqqında» istintaq hərəkətinin videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs sol əlində tutduğu bir ədəd bağlama vardır, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs saxlanılarkən üzərində olan ov tüfənginə bənzər əşyanı könüllü surətdə təqdim etməsi, şübhəli şəxs qismində tutulması bildirilir, ilkin olaraq ov tüfənginə baxış keçirilir, içərisində bir ədəd patron müəyyən edilir, ov tüfəngi və patron qablaşdırılır, müdafiəçinin gətirilən zaman döyülməsi, silahın sənədinin olub-olmamasına dair suallarına Təqsirləndirilən şəxs xeyir deyə cavab verir, videoçəkilişin 07:40-cı dəqiqəsində Təqsirləndirilən şəxs üz nahiyəsi yaxından çəkildikdə onun sağ gözünün ağlı qişasında qansızma, sağ gözaltı nahiyənin hər iki bazunun qançırları xəsarətlərinin olması aydın şəkildə müşahidə olunur, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya olduğu halda təqdim etməsi təklif edildikdə sonuncu sol əlində tutduğu torbadan əlini çəkərək şalvarının sol yan cibində olan bir ədəd «Samsung» markalı mobil telefonu stolun üzərinə qoyur, təhqiqatçı telefon, başqa üzərində qanunla qadağan olan əşya olub-olmamasını soruşur, Təqsirləndirilən şəxs xeyir deyə cavab verir, bu an Təqsirləndirilən şəxs sağ tərəfində dayanmış əməliyyatçı Şahid1 sağ əlini üzə və ağız nahiyəsinə tutaraq bir addım irəli gəlib Təqsirləndirilən şəxs tərəf əyilib nədi bu deyərək müraciət edib onun üzünə baxır, Təqsirləndirilən şəxs dərhal sol əli ilə torbanın uc hissəsindən tutaraq «budeydə bu deyir», təhqiqatçı isə «hə nədi o» deyir, Təqsirləndirilən şəxs isə titrək səslə «narkotik, marixuana» deyə cavab verir, sonra əlini torbadan çəkir, təhqiqatçının yaxına gətir deyə müraciətindən sonra torbanı stolun yanına gətirir, təhqiqatçının «sizə məxsusdur bu» sualına Təqsirləndirilən şəxs «bəli» deyə cavab verir, torbanın içərisindən 7 ədəd bükülüdə ümumi çəkisi 10,550 kq çəkidə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunaraq götürülüb qablaşdırılır, müdafiəçinin Təqsirləndirilən şəxs «bunun içərisindəki nə olduğunu bilirdin» deyə sualına Təqsirləndirilən şəxs «xeyir» cavabını verir, videoçəkilişin 17-ci dəqiqəsində Təqsirləndirilən şəxs üz nahiyəsi yaxından çəkildikdə onun sağ göz nahiyəsində olan xəsarətlər bir daha aydın şəkildə görünür, təhqiqatçının Təqsirləndirilən şəxs «bu təqdim etdiyin kütlə sizə məxsusdur» sualına Təqsirləndirilən şəxs «bəli» cavabı verir, «nə vaxt əldə etmisən» sualına isə «dünən» cavabını verir, «hardan əldə etmisiniz» sualına isə «Bayxanlı ərazisindən» deyə cavab verir, «İranlı gətirib qoyduğunu, onunda gedib götürdüyünü, İranlının adının «Fazil» olduğunu, Fazili 4 il olarkı tanıdığını, onun 2000 manat pul verdiyini, Fazili əvvəllər İranda alver edərkən tanıdığını, başqa heç yerdə narkotik vasitə olmadığını» bildirir, müdafiəçinin «sənə təziq edən, döyən olmayıb» sualına «xeyir», «bu dəqiq sənindi» sualına isə «bəli» deyə cavab verir. Təqsirləndirilən şəxs «Samsung» markalı mobil telefonun üzərində ***-***-**-** mobil nömrəsin olduğunu bildirir, həmin telefon qablaşdırılmadan götürülür. Video çəkiliş cəmi 19:10 dəqiqə davam edir. Məhkəmədə tədqiq edilmiş və işdə olan «şəxsi axtarış və götürmə aparılması haqqında» 08 oktyabr 2022-ci il tarixli protokolun və videogörüntünün məzmununun eynilik təşkil etmədiyi müəyyən edilir. Məhkəmə tərkibi cinayət işinin mateariallarını nəzərdən keçirərək, şahidlərin ifadələrinə qiymət verərək, toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyini və ibtidai istintaq orqanının müəyyən etdiyi halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlmədiyini, habelə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər, ziddiyətli və işin faktiki halları ilə uzlaşmayan sübutlar təşkil etdiyindən habelə ilkin sübutlar qanunsuz yolla və müdafiə hüququ pozularaq əldə edilməklə ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan və onun təqsirliliyinə dair heç bir başqa sübutlar aşkar olunmadığından Təqsirləndirilən şəxs bəraət verilməlidir. Belə ki, cinayət işinin materiallarından görünən iş üzrə əhəmiyyətli və mübahisəsiz məqam odur ki, Təqsirləndirilən şəxs ifadələrində özünü qismən təqsirli bilərək göstərmişdir ki, Rusiya Federasiyasında olarkən Qazax rayonundan olan Natiq adlı şəxslə münasibəti olmuş, Rusiya Federasiyasından qayıtdıqdan sonra da Natiqlə əlaqəsi davam etmiş, Natiqdən şəxsi istifadəsi üçün az miqdarda narkotik vasitə istəmiş, Natiq ona narkotik vasitəni Cəlilabad rayonu, Bədirli kəndində olan adını bilmədiyi tikinti materiallarının satıldığı dükanın yaxınlığına qoyacağını və ona məlumat verəcəyini bildirmiş, 07 oktyabr 2022-ci il tarixdə gecə Natiqin dediyi Cəlilabad rayonu, Bədirli kəndinə getdikdə, Natiqin dediyi yerdə-tikinti materiallarının satıldığı dükanın yaxınlığında heç nə görməmiş, elə bu vaxt polis əməkdaşları onu tutub polis şöbəsinə aparmışlar. Polis şöbəsində polis əməkdaşları onun qarşısına narkotik vasitə qoyaraq «bunu götürməsən, narkotik vasitəni aparıb evinə qoyacağıq və ailə üzvlərinin hamısını polis şöbəsinə gətirəcəyik» demişlər. Polis şöbəsində ona qarşı olunan hədə-qorxulardan, müxtəlif fiziki təzyiqlərdən- qabırğasının sındırılmasından, ağır formada döyülməyindən sonra polis əməkdaşları ilə razılaşmış və polis əməkdaşlarının təklif etdikləri narkotik vasitəni qəbul etmiş və etirafedici ifadələr vermişdir. Polis şöbəsində döyülməyi və ona işgəncə olunması faktı ilə bağlı, hüquqi savadı olmadığından, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğundan məhkəmədə heç nə deyə bilməmişdir. Döyülməsi faktı ilə bağlı prokurorluğa müraciət etmiş və prokurorluq əməkdaşı tərəfindən izahatı alınmışdır. Döyülməsi ilə bağlı məhkəmə-tibbi ekspertizasından keçirilməmişdir. İstintaq Təcridxanasında olanda qabırğasının sınması ilə əlaqədar tibbi xidmət şöbəsinə müraciət etmiş, 3-4 gün nəfəs ala bilməmiş, onu xəstəxanaya aparmışlar, xəstəxanada polis əməliyyatçıları tərəfindən döyülməsini bildirmişdir. Halbuki, Təqsirləndirilən şəxs barəsində Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsində aparılan ibtidai istintaq zamanı, eləcə də özünün bildirdiyinə əsasən müraciəti əsasında Respublika Baş Prokurorluğunda saxlanılan zaman ona təzyiqlər edilərək işgəncə verilməsi və döyülməsi, qabırğasının sınması nəticəsində İstintaq Təcridxansında tibbi xidmət şöbəsinə müraciət etməsi, təziq altında olduğu üçün videoçəkiliş zamanı, ifadələri alınan zaman narkotik vasitənin özünə məxsus olduğunu bildirməsi barədə dəlilləri, habelə ibtidai araşdırmanın aparılması zamanı kobud qanun pozuntularına yol verilməsi halları araşdırılmamışdır. Belə ki, «şəxsi axtarış və götürmə aparılması haqqında» protokola əlavə olunmuş videoçəkilişdən açıq aşkar Təqsirləndirilən şəxs sağ gözün ağlı qişasında qansızma, sağ gözaltı nahiyənin, hər iki bazunun qançırları vizual olaraq görünsə də Təqsirləndirilən şəxs dövlət hesabına təyin olunmuş müdafiəçisi X13 hüquqlarını müdafiə etdiyi şəxsə qarşı zorakılıq hərəkətlərinin olub-olmamasını araşıdarmaq üçün istintaq orqanının qarşısında hər hansı bir vəsatət qaldırmamışdır. Həmçinin ibtidai istintaqı aparmış Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi X16 da təqsirləndirilən şəxsin bədəni üzərində xəsarətin olmasını açıq-aşkar gördüyü halda Respublika Baş Prokurorluğuna məlumat verməmişdir. Məhkəmə tərkibi tərəfindən Təqsirləndirilən şəxs Baş Narkotiklərlə Mübarizə İdarəsinin aidiyyəti əməkdaşları tərəfindən işgəncələrə və digər qəddar, qeyri-insanı və ya ləyaqəti alçaldan rəftara məruz qalması barədə Azərbaycan Respublikası Baş Prokurorluğuna edilmiş müraciət əsasında araşdırma aparılmış, istintaq orqanı tərəfindən təyin edilərək alınmış «məhkəmə-tibbi ekspertizası»nın 30 may 2023-cü il tarixli, 51 nömrəli rəyi ilə Təqsirləndirilən şəxs 08 oktyabr 2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasında baxış zamanı onun sağ gözün ağlı qişasında qansızma, sağ gözaltı nahiyənin hər iki bazunun qançırları, eləcə də soldan Vİİİ qabırğanın yerini dəyişməmiş sınığı xəsarətlərinin aşkar olunması, Təqsirləndirilən şəxs adına tərtib olunmuş tibbi sənəddə qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənməsi, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 07 oktyabr 2022-ci il tarixdə əmələ gəlməsi inkar edilməmiş, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilmişdir. Qəbul olunmuş 02 iyun 2023-cü il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarda Təqsirləndirilən şəxs bədəni üzərində xəsarətlərin aşkar olunması təsdiq edilsədə həmin xəsarətləri nə vaxt, hansı şəraitdə alması və kim tərəfindən yetirilməsi müzakirə edilərək obyektiv şəkildə qeyd edilməmişdir. Həmin rədd qərarından göründüyü kimi qərar yalnız təsviri hissədən ibarət olmuş, araşdırmanı aparan müstəntiq obeyktiv həqiqətin müəyyən edilməsi üçün digər sübutları əldə etməyə təşəbbüs belə göstərmədən, hər hansı əsaslandırma təqdim etmədən qərar qəbul etmiş, əldə etdiyi ekspert rəyinin məzmununu yalnız təsvir etməklə kifayətlənmiş, rəyə və Təqsirləndirilən şəxs bədəni üzərində xəsarətlərin olmasını təsdiq edən digər sənədlərə ümumiyyətlə münasibət bildirməmişdir. Şərh edilənlərə əsasən araşdırma nəticəsində qəbul olunmuş «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 02 iyun 2023-cü il tarixli qərarı əsas götürməklə tam, hərtərəfli və obyektiv aparılan məhkəmə araşdırmasının nəticələrinə uyğun olamayan qərarın qəbul edilməsi ədalət mühakiməsinin və ölkəmizdə aparılan məhkəmə-hüquq islahatlarının məqsədlərini şübhə altına almış olar. Xəsarətlər üzrə araşdırmanın vaxtında aparılmaması ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı» qərarında qeyd etmişdir ki, döyülmədən sonrakı üç gün ərzində vəkili ilə görüşməyinə icazə verilmədiyindən ərizəçi pis rəftar barədə şikayətini dövlət oqranlarının nəzərinə təqdim etmək imkanında olmamışdır. Məsələ birinci dəfə dövlət orqanlarının diqqətinə 2003-cü ilin oktyabrın 22-də ərizəçinin vəkili tibbi müayinənin keçirilməsi barədə vəsatəti qaldırdıqda çatdırılmışdır. Lakin onun vəsatətinə kifayət qədər səylərlə baxılmamışdır, çünki beş gündən sonra tibbi müayinənin keçirilməməsi barədə şikayət vəkil tərəfindən prokurora verilənə qədər heç bir hərəkət yerinə yetirilməmişdir. Hətta bundan sonra tibbi müayinə iki gündən sonra keçirilmişdir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, polis orqanlarının müvəqqəti saxlanma yerində işgəncə qurbanı xarici aləmdən təcrid edildiyi, zəruri sübutları təsdiq və ya toplaya biləcək həkim, vəkil, ailə üzvüləri və dostları ilə görüşmək imkanından məhrum edildiyi halda işgəncə barədə şikayətlərin əsaslandırılması xüsusilə çətindir. Məhkəmətibbi ekspertizası rəyinin vaxtında təmin edilməməsi hazırkı işdə araşdırmanın effektsizliyinə gətirib çıxaran vacib amillərdən biri olmuşdur. Vaxtında keçirilmiş tibbi müayinə məhkəmə-tibb eksperti üçün xəsarətlərin səbəbləri və onların yetirilməsi vaxtı barədə daha dəqiq nəticələrə gəlmək imkanını yaradacaqdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Tomasi Fransaya qarşı» qərarında qeyd etmişdir ki, şəxs polisə aparılarkən sağlam olduğu, azad edildiyi zaman isə bədənində xəsarət müəyyən olunduğu halda həmin xəsarətlərin əmələ gəlməsi səbəblərinə dair inandırıcı əsaslar gətirilməsi Dövlətin öhdəliyidir, əks halda Konvensiyanın 3-cü maddəsinə əsasən aydın məsələ ortaya çıxır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs qarşı qanunsuz hərəkətlərin edilməsi ilə bağlı Səbail Rayon Prokurorluğunda qəbul olunmuş «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 02 iyun 2023-cü il tarixli qərarla bağlı qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. Baxılan cinayət işi üzrə məhkəmə tərkibi tərəfindən araşdırılmalı olan məsələlərə dair Avropa Məhkəməsinin kifayət qədər geniş presedent təcrübəsi olduğundan məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə araşdırma apararkən Avropa Məhkəməsinin presedentlərinə müraciət edərək onun mövqeyini nəzərə almışdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi «etirafedici» ifadəsinə münasibətdə qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Sübutların mötəbərliyi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Avşar Türkiyəyə qarşı» qərarında qeyd etmişdir ki, məhkəmə sübutları qiymətləndirən zaman «əsaslı şübhələr yaratmayan» sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallardan irəli gələ birlər. Sübutların keyfiyyəti ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Bıkov Rusiyaya qarşı» qərarında qeyd etmişdir ki, sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyü şübhə altına alınıb-alınmadığı nəzərə alınmalıdır. Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha da çox əhəmiyyət kəsb etmiş olur. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarının 25-ci bəndində qeyd olunmuşdur ki, məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. Bütün səylərə baxmayaraq, məhkəməyədək icraatda ifadənin, digər sübutun fiziki və yaxud psixi zorakılığın tətbiqi ilə əldə edilməsi haqqında əsaslı şübhə yaradan iddia üzrə qəti qənaətə gəlmək mümkün olmadıqda, məhkəmə həmin ifadənin, digər materialın sübut kimi qəbul edilməsi məsələsini CPM-in 125.1-ci maddəsi, eləcə də aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən təqsirsizlik prezumpsiyası (CPM, maddə 21.2) əsasında həll etməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsində döyülməsi faktı ilə bağlı prokurorluğa müraciət etdiyini, prokurorluq əməkdaşı tərəfindən izahatı alındığını, döyülməsi ilə bağlı məhkəmə-tibbi ekspertizasından keçirilmədiyini bildirmişdir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respkublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı olan və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvenisyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, insan hüquqlarının və əsas azadlıqların pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası 3cü maddəsinə əsasən heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. Avropa Məhkəməsi «Assenov və Digərləri Bolqarıstana qarşı», «Selmuni Fransaya qarşı» işlər üzrə qərarlarında qeyd etmişdir ki, 3-cü maddə demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən birini təsbit edir. Hətta terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə kimi ən çətin şəraitdə belə Konvensiya işgəncəni və qeyri-insani və ya alçaldıcı rəftarı, yaxud cəzanı qəti şəkildə qadağan edir. Konvensiyanın və onun 1 və 4 saylı Protokollarının müddəalarından fərqli olaraq 3-cü maddə hər hansı istisnanı nəzərdə tutmamışdır və hətta insanların həyatı üçün təhlükə doğuran fövqəladə vəziyyətin olması halında belə 15-ci maddənin 2-ci bəndi ondan hər hansı formada kənara çıxmağa imkan vermir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Yallo Almaniyaya qarşı» qərarında qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsindəki prosesin ədalətliliyinə dair ümumi tələblər, törədilmiş hüquq pozuntusunun növündən asılı olmayaraq, bütün cinayət proseslərinə şamil olunur. Bununla belə, bütövlükdə prosesin ədalətli olub-olmadığı müəyyən edilərkən konkret cinayətin istintaqına və cəzalandırılmasına olan ictimai maraq nəzərə alına və təqsirləndirilən şəxsin sübutların qanuni yolla əldə edilməsinə olan marağı ilə tutuşdurula bilər. Lakin ərizəçinin müdafiə hüququnun, o cümlədən Konvensiyanın 6-cı maddəsi ilə təmin edilən özünə qarşı ittihama yardım etməmək hüququnun mahiyyətinə xələl gətirən tədbirlərə ictimai maraq mülahizələri ilə haqq qazandırıla bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin «X4rşı» iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Cinayət-Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Həmin Məcəllənin 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda (125.2.1-ci maddə); zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə (125.2.2-ci maddə); Həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Məhkəmə tərkibi tərəfindən məhkəmə istintaqı zamanı müəyyən edilmiş işin faktiki halları ilə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələri həqiqəti əks etdirməsi öz təsdiqini tapmışdır. Belə ki, istintaq orqanı tərəfindən təqdim edilmiş cinayət işinin 21-ci səhivəsində olan «şübhəli şəxsin tutulması haqqında» 08 oktyabr 2022-ci il tarixli qərarın müəyyən etdim hissəsində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə etməsi və qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs 07 oktyabr 2022-ci il tarixdə, 23:35 dəqiqədə, Cəlilabad rayonu, Bədirli kəndində yerləşən tikinti materialları mağazasının yaxınlığında piyada hərəkət edən zaman əlində olan ov tüfəngi ilə birlikdə saxlanmış, əlində olan ov tüfəngini polis əməkdaşlarına təqdim etdikdən sonra Cəlilabad RPŞ-nin inzibati binasına gətirilmişdir» qeyd edilmişdir. Bundan əlavə istintaq orqanı tərəfindən təqdim edilmiş cinayət işinin 22-ci səhifəsində olan «şübhəli şəxsin tutulması haqqında» 08 oktyabr 2022-ci il tarixli protokolda tutulmanın əsası kimi «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə etməsi və qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs 07 oktyabr 2022-ci il tarixdə, 23:35 dəqiqədə, Cəlilabad rayonu, Bədirli kəndində yerləşən tikinti materialları mağazasının yaxınlığında piyada hərəkət edən zaman əlində olan ov tüfəngi ilə birlikdə saxlanmış, əlində olan ov tüfəngini polis əməkdaşlarına təqdim etdikdən sonra Cəlilabad RPŞ-nin inzibati binasına gətirilmişdir. Təqsirləndirilən şəxs azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni 07 oktyabr 2022-ci il tarixdən saat 23:35 dəqiqədən tutulmuş hesab edilir» yazılmışdır. Qərar və protokolun şərhindən görünür ki, tqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə etməsi və qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olsa da sonuncu saxlanılan zaman onun əlində olan ov tüfəngi olmuş və əlində olan həmin ov tüfəngini polis əməkdaşlarına təqdim etmişdir. Həmin vaxtı təqsirləndirən şəxs Təqsirləndirilən şəxs əlində ağ rəngli torba olmamışdır. Həmçinin istintaq orqanı tərəfindən təqdim edilmiş cinayət işinin 30-cü səhifəsində olan «şəxsi axtarış və götürmə aparılması haqqında» 08 oktyabr 2022-ci il tarixli qərarın müəyyən etdim hissəsində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə etməsi və qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs 07 oktyabr 2022-ci il tarixdə, 23:35 dəqiqədə, Cəlilabad rayonu, Bədirli kəndində yerləşən tikinti materialları mağazasının yaxınlığında piyada hərəkət edən zaman əlində olan ov tüfəngi ilə birlikdə saxlanmış, əlində olan ov tüfəngini polis əməkdaşlarına təqdim etdikdən sonra Cəlilabad RPŞ-nin inzibati binasına gətirilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğunu, adı çəkilən şəxsin eyni vaxta saxlanılmasını nəzərə alaraq sonuncunun barəsində eyni vaxtda şəxsi axtarış və götürmə aparılması zəruridir» yazılmış, qərarın şərhindən də göründüyü kimi şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılmasını qərara almış təhqiqatçı Yelmar Vahabov özü belə Təqsirləndirilən şəxs əlində ağ rəngli torbanın olmasını təkzib etmişdir, çünki həmin qərarı qəbul etməsini zəruri edən şərt, Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində narkotik vasitənin olmasının müəyyən edilməsinə dair şəxsi axtarış və götürmə aparılması olmuşdur. Bundan əlavə iş materiallarından görünür ki, cinayət işi üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiə hüququ səmərəli, keyfiyyətli və praktik şəkildə təmin edilməmiş, cinayət işi üzrə ittihamın əsasına qoyulmuş sübutlar həm də müdafiə hüququ pozulmaqla və aldatma yolu ilə əldə edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs 08 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutlan zaman dövlət hesabına müdafiəçi təyin olunmuş X13, 08 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilən zaman dövlət hesabına müdafiəçi təyin edilmiş X22, eləcə də Təqsirləndirilən şəxs müqavilə üzrə müdafiəçisi Müdafiəçi2 da hüquqlarını müdafiə etdikləri təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs xeyrinə hər hansı fəaliyyətlə ümumiyyətlə məşğul olmamışlar (məsələn, hər hansı şəxsin şahid qismində dindirilməsi, döyülərək işgəncəyə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərə məruz qalması və başqa hallarla bağlı vəsatətləri olmamışdır), onların fəaliyyəti yalnız müstəntiq tərəfindən tərtib olunmuş sənədləri imzalamaqdan ibarət olmuşdur. Dövlət hesabina təyin edilmiş müdafiəçilər Təqsirləndirilən şəxs bədəni üzərində kifayət qədər müşahidə edilə bilən xəsarətlərin olmasını görmələrinə baxmayaraq ibtidai istintaq dövründə hər hansı tədbir görülməsi üçün təşəbbüs belə etməmişlər. İbtidai istintaq orqanı tərəfindən müdafiəçilərin iştirakı olmadan Təqsirləndirilən şəxs müdafiəçidən imtina edilməsi barədə Cinayət-Prosessual Məcəlləsinin tələblərinə zidd olaraq 08 oktyabr 2022-ci il tarixli ərizələr alaraq istədikləri müdafiəçiləri dövlət vəsaiti hesabına təmin etmişlər. Müqavilə üzrə Müdafiəçi2 isə 12 oktyabr 2022-ci il tarixli, 454 nömrəli müqavilə bağlamasına baxmayaraq 3 ay müddətində vəkil orderini istintaqa təqdim etməmiş, yalnız iş materiallarının 152-ci səhfəsində olan «təqsirləndirilən şəxsə müdafiəçinin təqdim edilməsi haqqında» protokol ilə təqsirləndirilən şəxsə təqdim edilmişdir. Cinayət-Prosessual Məcəlləsinin 7.0.27-ci maddəsinə əsasən müdafiə-cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi istintad edilən şəxsə qarşı irəli sürülmüş ittihamın təkzibi və ya yüngülləşdirilməsi, onun hüquq və azadlıqlarının müdafiəsi, habelə cinayət təqibinə qanunsuz məruz qalmış şəxsin pozulmuş hüquq və azadlıqlarının bərpası məqsədi ilə həyata keçirilən prosessual fəaliyyətdir. Həmin məcəlləsinin 19.4.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada tutulduğu, həbsə alındığı və ya müvafiq olaraq şübhəli şəxs qismində birinci dindirməyədək, yaxud təqsirləndirilən şəxsə ittiham elan edildiyi andan müdafiəçinin yardımından istifadə etmək hüququnu təmin etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Salduz Türkiyəyə qarşı» qərarında göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəsin vəkil tərəfindən səmərəli müdafiə olunmaq hüququ ədalətli məhkəmə araşdırmasının fundamental xüsusiyytlərindən biridir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Dayanan Türkiyəyə qarşı» qərarında göstərilmişdir ki, bir qayda olaraq, şübhəli polis məntəqəsində saxlandığı andan və ya məhkəməyədər həbsdə saxlanma zamanı hüquqi yardıma çatım imkanı ilə təmin olunmaldır. Avropa İnsan Hüquqları Məhkəməsinin «Lagerblom İsveçə qarşı» və «Qalstyan Ermənistana qarşı» qərarlarında göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət mühakimə icraatında səmərəli şəkildə iştirak hüququna təkcə icraatda deyil, həm də zəruri olduqda, hüquqi yardım almaq hüququ daxildir. Avropa İnsan Hüquqları Məhkəməsinin «X14rşı» və «Pelladoa Niderlanda qarşı» qərarlarında göstərilmişdir ki, hüquqi yardım hüququnun yalnız nəzəri deyil, praktik və səmərəli olması üçün onun icrası lüzumsuz formal şərtlərin yerinə yetirilməsindən asılı olmamalıdır. Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin 3(c) yarımbəndi «praktik və səmərəli» hüquqi yardım hüququnu əhatə edir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs vəkilin təyin edilməsi öz-özlüyündə effektiv yardımı təmin etmir, çünki hazırkı iş üzrə təyin edilmiş vəkillər öz fəaliyyətlərini Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun yerinə yetirməkdən yayınmışdır. Səmərəli hüquqi yardım hüququna, o cümlədən, təqsirləndirilən şəxsin vəkil ilə təklikdə ünsiyyət qurmaq hüququ daxildir. İş materiallarından görünür ki, dövlət hesabına təyin edilmiş vəkillər Ədalət Şükürov və Əli Qasımova, müqavilə üzrə Müdafiəçi2 Təqsirləndirilən şəxsla gizli ünsiyyəti olmamış, onların həmin hüquqları məhdudlaşdırılmışdır. Mübahisəsizdir ki, müdafiəçinin bü cür fəaliyyəti səmərəli və keyfiyyətli hüquqi yardım kimi qəbul oluna bilməz. Təqsirləndirilən şəxsin müdafiə hüququnun formal həyata keçirilməsi Azərbaycan Respublikasının qanunvericliyinin tələblərə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinə ziddir, bu yolla əldə edilmiş sübutların isə mötəbər sübut kimi qəbul edilib ittihamın əsasına qoyulması yolverilməzdir. Məhkəmə tərkibi bununla bağlı belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilənə qədər onun bədənində xəsarətlər olmamış o, həmin xəsarətləri azadlığı məhdudlaşdırılarkən məhz polis şöbəsinin inzibati binasında ona verilmiş torbada olan narkotik vasitənin ona məxsus olmasına dair etirafedici izahat və ifadələrin verməsi, həmin sözləri şəxsi axtarış və götürmə istintaq hərəkəti icra edilərkən videoçəkiliş zamanı deməsindən ötrü polis əməkdaşları tərəfindən döyülməsi nəticəsində alınmışdır. Bu hal isə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən özünə qarşı alınmış ifadələrin zorakılıq, işgəncə və digəər qəddar qeyriinsani, ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə alınmasını təsdiq edir. Bu əsasa görə də «şəxsi axtarış və götürmə aparılması» haqqında 08 oktyabr 2022-ci il tarixli protokol, eləcə də təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi izahat və ifadələrin mötəbərliliyi şübhə altına alındığından təqsirləndirilən şəxsin təqsirliliyini müəyyyən edən sübutlar kimi qəbul oluna bilməz, həmin protokol və ifadələr ilə müəyyən edilmiş hallar etibarsız hesab olunmalıdır. Bundan başqa, elan olunmuş ittihamın təsviri ilə şahidlərin ifadələri arasında da əhəmiyyətli ziddiyyətlər olmuşdur. Belə ki, eyni məzmunlu ifadələr verən polis əməkdaşları Təqsirləndirilən şəxs əlində ov tüfəngi olduğunu görüb ona yaxınlaşaraq Cəlilabad RPŞ-nə gətirdiklərini, orada ilk növbədə ov tüfənginə baxış keçirdiklərini, Təqsirləndirilən şəxs əlində saxladığı ağ rəngli torbanı təqdim edərək içərisində narkotik vasitə olduğunu bildirmişdir. Göründüyü kimi şahidlər ibtidai istintaq zamanı verdikləri sərbəst ifadələrində Təqsirləndirilən şəxs saxlanılan zaman onun əlində ağ rəngli torba olduğunu bildirməmişlər, yalnız həmin ağ rəngli torbanı Cəlilabad RPŞ-də təqdim etdiyini demişlər. İttihamın təsviri hissəsində də Təqsirləndirilən şəxs saxlanılan zaman əlində ağ rəngli torbanı tutması qeyd edilməmişdir. Məhkəmədə şahid qismində ifadə verən polis əməkdaşları Şahid1 və Şahid3 müdafiəçinin verdiyi suala cavab olaraq Təqsirləndirilən şəxs saxlanılan zaman onun əlində torba olduğunu bildirmişlər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinin «c» bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə belə müdafiədən pulsuz istifadə etmək hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Artico İtaliyaya» qarşı işində qeyd etmişdir ki, Konvensiyanın 6- cı maddəsinin 3(c) yarımbəndi «praktik və səmərəli» hüquqi yardım hüququnu əhatə edir. Aydındır ki, vəkilin təyin edilməsi öz-özlüyündə effektiv hüquqi yardımı təmin etmir, çünki vəkil vəfat edə, ciddi xəstəliyə tutula, yaxud uzun müddət fəaliyyət imkanından məhrum ola, yaxud vəzifələrini yerinə yetirməkdən yayına bilər. Məhkəmə tərkibi qeyd edir ki, Təqsirləndirilən şəxs izahat və ifadələrində, məhkəmədə qətimkan tədbiri məsələsinə baxılarkən bədəni üzərində xəsarətlərin aydın şəkildə müşahidə edilməsi, verilən suallara «bəli, xeyir» cavablarını verməsi təqsirləndirilən şəxsin ifadəsinin sərbəst olmasına məhkəmədə əsaslı şübhələr yaradır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı özünə qarşı verdiyi etirafedici ifadələrinə bir daha münasibət bildirərək qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən heç kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna görə hər hansı təqibə məruz qala bilməz. Bu baxımdan Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında da milli qanunvericiliyə uyğun mövqe formalaşmışdır. Belə ki, «Dikmə Türkiyəyə qarşı» məhkəmə qərarında göstərilmişdir ki, dindirmə zamanı alınmış, amma məhkəmədə inkar edilən etirafların cinayət işi üzrə sonrakı icraatda müdafiə perspektivləri üçün hər hansı həlledici nəticələr doğurmur. (belə bir mövqe Con Mürreyin işi üzrə qərarda da əks olunub. Məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin etirafedici ifadəsi bir sübut növü kimi digər sübutlardan heç bir üstün hüququna malik olmadığı üçün iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmədiyi halda şəxsə qarşı irəli sürülmüş ittihamın əsası kimi qəbul edilə bilməz. Şərh olunanlara əsasən məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəmyədək icraat zamanı ilkin izahatını, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri mötəbər sübut kimi qəbul etməməklə yanaşı polis əməkdaşlarının şahid qismində verdikləri ifadələrin mötəbərliyi üzrə qiymətləndirilməsi baxımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddət formalaşmış yanaşma standartını müəyyən etmişdir. Mübahisəsizdir ki, baxılan iş üzrə adları çəkilən polis əməkdaşları Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması ilə bağlı istintaq hərəkətlərinin aparılmasına dair şahid qismində ifadə vermişlər. Nəzərə almaq lazımdır ki, həmin ifadələr eyni zamanda digər polis əməkdaşlarının fəaliyyətini əks etdirən informasiya daşıyıcısıdır. Bu ifadələr nəinki Təqsirləndirilən şəxs verilmiş ittihamın əsasını, eyni zamanda digər polis əməkdaşlarının hərəkətlərinin qanuni və əsaslı olmasının təsdiqi vasitəsidir. Eyni ilə polis əməkdaşları Şahid1 və Şahid3 də ibtidai istintaq zamanı verdikləri ifadələrindən görünür ki, bu ifadələr də orfoqrafik və qramatik səhvlər də daxil olmaqla tamamilə eyni olmuşlar. Bu da bir daha müstəntiq tərəfindən ifadələrin bir-birindən köçürmə üsulu ilə yazılmasının, düzgün ifadə alınmaqla obyektiv həqiqətin müəyyən edilməsinə yönəlməyən fəaliyyətinin aşkar görüntüsüdür. Yuxarıda qeyd olunan hallara əsasən məhkəmə tərkibi hesab edir ki, polis əməkdaşları Şahid1 və Şahid3 həm ibtidai istintaq zamanı həm də məhkəmə istintaqı zamanı verdikləri ifadələr mötəbər olmadığından, təqsirləndirilən şəxsin təqsirliliyini müəyyən edən sübutlar kimi qəbul oluna bilməz, bu ifadələr ilə müəyyən edilmiş hallar etibarsız hesab olunmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin «Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı», «X6rşı» və bir sıra qərarlarında Avropa Məhkəməsi sübutları qiymətləndirərkən «əsaslı şübhə yerinin qalmaması» sübutetmə standartını tətbiq edir. Polis əməkdaşlarının fəaliyyət göstərdiyi orqan tərəfindən aparılan istintaq hərəkətlərinə dair onların verdikləri ifadələrin qeyd edilən standarta uyğun gəlməsi üçün ifadələrin mötəbərliyinə heç bir şübhə yeri qalmamalıdır. Yeni məzmunlu yanaşma İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Muradov Azərbaycana qarşı» qərarında da öz əksini tapmış və polis əməkdaşlarının istintaq hərəkətləri barəsində şahid kimi verdiyi ifadələrin «əsaslı şübhə doğurmayan» sübut növünə aid olmadığı göstərilmişdir. Cinayət işinin materiallarının 127-ci səhifəsində olan BNMİ-yə verilmiş əməliyyat tapşırığına cavab olaraq daxil olmuş 14 noyabr 2022-ci il tarixli, 008-11364-1222 nömrəli məktubda göstərilmiş keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitəni İran İslam Respublikasının vətəndaşı «Fazil» adlı şəxsdən sonuncunun sifarişi ilə müxtəlif şəxslərə çatdırmaq məqsədi ilə əldə etməsi, «Fazil» adlı şəxsin İran İslam Respublikası ərazisində olması səbəbindən onun ətrafında zəruri əməliyyat-axtarış tədbirlərininin keçirilməsinin mümkün olmaması ilə bağlı məhkəmə tərkibi qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 137-ci maddəsinə əsasən əməliyyataxtarış fəaliyyətinin gedişində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 12 fevral 2015-ci il tarixli qərarına görə, əməliyyataxtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar Cinayət- Prosessual Məcəlləsinin 137-ci maddəsində göstərilən tələblərə uyğun şəkildə əldə edilməklə və təqdim edilməklə yanaşı, məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə də əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi tərəfindən müvafiq qərarın əsaslı şübhənin mövcud olduğunu təsdiq edən və tədbiri məhz əvvəlcədən məhkəmə qərarı almadan təxirəsalınmaz qaydada keçirilməsini əsaslandıran mümkün qədər geniş məlumatlar göstərilmədən qəbul edilməsi, belə qərarın daha sonra məhkəmə nəzarəti qaydasında yoxlanılmaması və yaxud ətraflı təhlil edilmədən təsdiq edilməsi, ayrı-ayrılıqda və birlikdə baş verdikdə, pozuntu təşkil edir. Avropa Məhkəməsinin tövsiyəsinə görə məhkəməyədək araşdırma dövründə bu cür pozuntuya yol verilmişdirsə, onun aradan qaldırılması üçün işə mahiyyəti üzrə baxılarkən bununla bağlı irəli sürülən dəlillər məhkəmə tərəfindən araşdırılmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 17-ci bəndində göstərilmişdir ki, əməliyyataxtarış tədbiri nəticəsində əldə olunmuş və yaxud əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsas olmuş, məxfi olmasına görə məhkəmə baxışında tədqiq edilməyən məlumatdan hökmdə ittihamın əsaslandırılması zamanı istifadə edilməməli, belə məlumat (məsələn, əməliyyat-qeydiyyat işində olan) tədqiq edildikdə isə məlumatın məxfiliyinin qorunması məhkəmə tərəfindən təmin edilməlidir. Məhkəmə tərkibi bildirir ki, hazırkı cinayət işi üzrə əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunmuş və 14 noyabr 2022-ci il tarixli, 008-11364-1222 nömrəli məktubla istintaqa təqdim edilmiş həmin məlumatlar Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun şəkildə əldə edilmədiyindən, təqdim edilmədiyindən, məhkəmə nəzarəti qaydasında yoxlanılmadığından cinayət prosesində sübut kimi qəbul edilə bilməz. Cinayət işinin materiallarında olan «məhkəmə-bioloji ekspertizası»nın 08 avqust 2022-ci il tarixli, 7/1152 nömrəli rəyi ilə bağlı məhkəmə tərkibi qeyd edir ki, bu rəy Təqsirləndirilən şəxs aşkar edilməsi sübuta yetirilməyən narkotik vasitə qurudulmuş marixuana ilə bağlıdır. Rəyin özü bilavasitə hər hansı əlavə suallar yaratmır, ekspertə təqdim olunmuş maddə ilə bağlı əsaslandırılmış tədqiqatla bağlı gəlinmiş nəticə mövcuddur. Bununla belə, narkotik vasitənin, psixotrop maddənin və elektron tərəzinin təqsirləndirilən şəxsə məxsus olmaması ilə bağlı gəlinmiş nəticə və buna qədər bütün şübhəli məqamların təqsirləndirilən şəxsin xeyrinə həll olunduğu vəziyyətdə, qeyd edilən ekspert rəyinin təqsirləndirilən şəxsə qarşı deyil, həmin narkotik vasitəni və psixotrop maddəni əldə etmiş, hazırlamış, saxlamış, daşımış və satmış şəxsin müəyyən edilməsində sübut kimi istifadə oluna bilməsi mümkündür. Cinayət işinin materiallarının 125-ci səhivəsində olan «telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında» 04 noyabr 2022-ci il tarixli protokolda "xxxx" MMC-dən daxil olmuş xx.xx.2022-ci il tarixli, 22491 saylı məktubla müşaiyət olunan 01 ədəd diskdə təqdim olunmuş Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM mobil telefon nömrəsinə aid 08 oktyabr 2021-ci il tarixdən 08 oktyabr 2022-ci il tarixədək olan müddət ərzində ələ keçirilmiş məlumatlara baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM mobil telefon nömrəsinin xx.xx.2022-ci il tarixdə aktiv olması, təqsirləndirilən şəxs **********21 saylı İran İslam Respublikasına məxsus olan nömrə ilə 27 sentyabr, 1, 5, 6 və 7 oktyabr tarixlərində zəngli əlaqə saxlamasının müəyyən edilməsi ilə bağlı, habelə iş materiallarının 126-cı səhvəsində olan «mobil telefon aparatına baxış keçirilməsi haqqında» 10 noyabr 2022-ci il tarixli protokolda Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd «Samsung Galaxy J» mobil telefon cihazına keçirilmiş baxış zamanı mobil telefonun üzəridə ***-***-**-** saylı GSM nömrənin, çoxsaylı kontaktların, o cümlədən də İran İslam Respublikasına məxsus olan: +**********82 saylı GSM nömrədə adı «Akbar x.o», +**********38 saylı GSM nömrədə adı «Dosd efk», +**********33 saylı GSM nömrədə adı «Xala Qızı» və +**********05 saylı GSM nömrədə adı «Z x» kimi qeyd olunmuş kontaktların, o cümlədən də müxtəlif fotoşəkil və video faylların olmasının, Təqsirləndirilən şəxs «Whatsapp» ani mesajlaşma ünsiyyət mobil telefon tətibiqində istifadəsində qeyd edilmiş GSM nömrənin vasitəsilə qeydiyyatdan keçməsi, lakin tətbiqin dialoq pəncərələri bölməsi və zənglər bölməsində hər hansı qeydin olması müəyyən edilməməsi, mobil telefonun vasitəsilə edilən zənglərin siyahısına keçirilmiş baxış zamanı +**********1 saylı İran İslam Respublikasına məxsus, o cümlədən adları kontaktlar siyahısında «Dost efk», «Xala Qızı» və «Z x» kimi qeyd olunmuş İran İslam Respublikasına məxsus GSM nömrələr arasında zəngli danışıqların olmasının müəyyən edilməsi ilə bağlı məhkəmə tərkibi bildirir ki, həmin məlumatlar tam, hərtərəfli və obyektiv yoxlanıldıqda, təhlil olunduqda və cinayət təqibi üzrə toplanmış digər sübutlar ilə bir-bir müqaisə edildikdə heç bir halda Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşıma və satma əməllərini törətməsini təsdiq etmir. Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinə əsasən telefonla danışmaq hər bir Azərbaycan Respublikası vətəndaşı kimi Təqsirləndirilən şəxs da Konstitusiyada nəzərdə tutulmuş hüququdur. Məlumatlardan göründüyü kimi danışıqların məzmunu barədə hər hansı fakt yoxdur, həmçinin hər hansı yazılı mətinlər müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs İran İslam Respublikasına məxsus nömrə ilə danışmasını, onun həmin danışıqları məhz narkotik vasitələrin əldə edib saxlamaqla daşıması və satması ilə bağlı etməsi qənaətinə gəlinməsi məntiqsiz və absurtdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsində telefonunda İran İslam Respublikasına məxsus telefon nömrələri ilə bağlı bildirmişdir ki, telefonunda bir İran nömrəsi, Ələkbər adlı qohumunun mobil nömrəsi olmuş, İran İslam Respublikasında olan qohumları ilə, anasının xalaları ilə danışmış, saxlanılan günü İran İslam Respublikasında olan qohumu Ələkbərlə telefonla danışmamışdır. İbtidai istintaq orqanı tərəfindən təqdim olunmuş iş materiallarında Təqsirləndirilən şəxs ölkə ərazisindən İran İslam Respublikasına keçməsinə dair hər hansı bir məlumat təqdim edilməmişdir. Həmçinin nəzərə alınmalıdır ki, «şəxsi axtarış və götürmə aparılması haqqında» 08 oktyabr 2022-ci il tarixli protokoldan və videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs şalvarının sol yan cibindən «Samsung» markalı mobil telefonu çıxararaq təqdim etmiş, həmin telefona Cinayət-Prosessual Məcəllənin tələblərinə uyğun şəkildə baxış keçirilməmiş və müvafiq qaydada qablaşdırılaraq götürülməmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi «Samsung» markalı mobil telefona şəxsi axtarış və götürmə istintaq hərəkəti icra edilərkən hansı səbəbdən baxış keçirilməməsi barədə hər hansı bir məlumat qeyd edilməmiş və arqument gətirilməmişdir. Cinayət işinin materiallarında olan «mobil telefon aparatına baxış keçirilməsi haqqında» 10 noyabr 2022-ci il tarixli protokolda qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd «Samsung Galaxy J» mobil telefon cihazına baxış keçirilmişdir. Şərh edilənlərdən göründüyü kimi Təqsirləndirilən şəxs təqdim etdiyi telefon «Samsung» markalı, sözügedən baxış protokolunda qeyd edilmiş telefon isə «Samsung Galaxy J» mobil telefon olmuş, baxış istintaq hərəkətləri icra edilən zaman Təqsirləndirilən şəxs və onun müdafiəçisi iştirak etməmişdir. Hansıki, Cinayət-Prosessual Məcəlləsinin 91.5.14-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs "xxxx" MMC-dən daxil olmuş xx.xx.2022-ci il tarixli, 22491 saylı məktubla müşaiyət olunan 01 ədəd diskə və özünün təqdim etdiyi mobil telefona baxış keçirilən zaman müdafiəçisi ilə birlikdə istirak etmək, müvafiq izahlar və vəsatətlər vermək hüququ olmuş, həmin hüquq istintaq orqanı tərəfindən təmin edilməmişdir. Cinayət işinin materiallarında Təqsirləndirilən şəxs təqdim etdiyi «Samsung» markalı mobil telefonun bir ay iki gün istintaq orqanında saxlanıldıqdan sonra baxış keçirilməsinə dair istintaq orqanı tərəfindən hər hansı səbəb qeyd edilməmişdir. «Şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan və videoçəkilişdən göründüyü kimi Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün dövlət tərəfindən təyin edilmiş vəkil Ədalət Şükürov da Təqsirləndirilən şəxs təqdim etdiyi «Samsung» markalı mobil telefona baxış keçirilməsini istintaq orqanından tələb etməmişdir. Həmin telefon məlumatarında iş üzrə Təqsirləndirilən şəxs təqsirini sübut edən hər hansı faktlar qeyd edilmədiyindən, Təqsirləndirilən şəxs hüquqlarını pozmaqla, yəni Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun şəkildə əldə edilmədiyindən və baxış keçirildiyindən cinayət prosesində sübut kimi qəbul edilə bilməz. Bundan əlavə məhkəmənin sorğusuna əsasən Cəlilabad RPŞ-dən daxil olmuş 13 iyun 2023-cü il tarixli, 31371/218616/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs DİN-in BNMİ-nin ıməkdaşları tərəfindən saxlanılaraq 08 oktyabr 2023-cü il tarixdə, saat 00:20 radələrində Cəlilabad RPŞ-nə gətirilmiş, həmin əməkdaşlar tərəfindən ilkin sənədləşmə aparıldıqdan sonra saat 01:30 radələrində Bakı şəhərinə aparılmışdır. Yuxarıda qeyd olunan tarixdə və ondan sonrakı dövürdə Hüseynov X5 RPŞ-nin X18 qəbul edilməmişdir. Cinayət işinin 31-34 səhivələrində olan «şəxsi axtarış və götürmə aparılması haqqında» 08 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində saat 01:05 dəqiqədən, saat 01:25 dəqiqəyədək Cəlilabad şəhərində şəxsi axtarış və götürmə aparılmış, həmin protokol saat 01:25 dəqiqədən, saat 02:00-dək tərtib edilmiş, həmin saatdan sonrakı dövrdə cinayət işinin materiallarında olan 35-43 səhvələrində olan Cəlilabad şəhərində Təqsirləndirilən şəxs ilkin və əlavə izahatları alınmış, Təqsirləndirilən şəxs barəsində məhkəmə-bioloji, məhkəmə-ballistik ekspertizaları təyin olunmuş, şübhəli şəxsin ekspertizası təyin olunmasına dair qərarla tanış edilməsi haqqında protokollar tərtib edilmişdir. Şərh olunanlardan göründüyü kimi Təqsirləndirilən şəxs Cəlilabad şəhərində olmadığı halda onun və müdafiəçisinin iştirakının olması qeyd edilərək təhqiqatçı tərəfindən qanunsuz və əsassız prosessual sənədlər tərtib edilmişdir. Məhkəmə tərkibi ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs barəsində ambulator məcburi narkoloji yoxlamanın aparılması ilə qanunvericliyinin tələblərinin kobud şəkildə pozulması halına da məhkəmə istintaqı dövründə qanunvericiliyin tələblərinə uyğun şəkildə reaksiya vermişdir. Belə ki, müəyyən edilmişdir ki, iş üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi tərəfindən qəbul olunmuş 08 oktyabr 2022-ci il tarixli qərara əsasən keçirilmiş Təqsirləndirilən şəxs barəsində olan 12 noyabr 2022-ci il tarixli, 6763 nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlama rəyində, rəyi verən ekspert komissiyasının tərkibi- Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X25 Şəxsin direktor müavini X10 (rəydə İ.E.Məmmədov kimi göstərilmiş) sədirliyi, komissiyanın üzvləri- X19 (rəydə E.K.Abuşov kimi göstərilmiş), məruzəçi şöbə müdiri, həkim-narkoloq X11 (rəydə F.M.İskəndərov kimi göstərilmiş) və həkim-nevropatoloq X2 (rəydə A.A.Məmmədəliyeva kimi göstərilmiş) ibarət göstərilsə də, rəyin nəticə hissəsində həkim-nevropatoloq X3 adı göstərilməmiş, əksinə komissiyanın tərkibinə daxil olmamaqla tədqiqatın aparılması, ekspert rəyinin tərtib edilməsində iştirak etməyən, həkim-terapevt F.N.Mustafayevin (rəydə F.N.Mustafayev kimi göstərilmiş) adı göstərilmiş və ekspert rəyi F.N.Mustafayev tərəfindən imzalanmamışdır. Həmçinin 12 noyabr 2022-ci il tarixli, 6763 nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair ekspert rəyində, həkimnevropatoloq X1 aid olan Təqsirləndirilən şəxs nervoloji statusu və psixi vəziyyəti haqqında fikirlər yazılsa da, rəyin nəticə (imzalanan hissə) hissəsində X3 adı göstərilməmiş və ekspert rəyi Aygün Məmmədəliyeva tərəfindən imzalanmamışdır. Məhkəmə tərəfindən 03 aprel 2023-cü il tarixdə «əlavə məhkəmə-narkoloji ekspertizası» təyin edilmiş, alınmiş «ambulator məcburi narkoloji tibbi yoxlama»nın 08 aprel 2023-cü il tarixli, 2013 nömrəli rəyindən grünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub, hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrdən asılılıq-narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Mövcud sübutların məcmusu da nəzərə alınmaqla ittiham aktında sübut kimi istinad olunan bu rəy heç bir halda təqsirləndirilən şəxsin satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib saxlamaqla daşıma və satma əməllərini törətməsini təsdiq etmir. İstintaq orqanı tərəfindən bu məlumatlar təqsirləndirilən şəxsin təqsirini təsdiq edən sübutlar kimi qeyd olunsa da, məhkəmə hesab edir ki, Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin «məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır» tələblərinə əsasən bu kimi sənədlər və məlumatlar ittihamın mahiyyətinə aid olmadığından təqsirləndiriləndirilən şəxsin təqsirini təsdiq edən sübutlar kimi qiymətləndirilə bilməz. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs təqsirliliyinə dair ittiham tərəfinin təqdim etdiyi sübutların onu döyüb zor tətbiq etməklə, işgəncə verilməklə, eləcə də müdafiə hüququ pozulmaqla əldə edildiyini, bu yolla əldə edilmiş sübutların Cinayət Prosessual Məcəlləsinin 125.2-ci madddəsinə əsasən sübut kimi qəbul edilməsinə yol verilmədiyini, şahid ifadələri ilə iş üzrə toplanmış digər sübutlar arasında aradan qaldırılması mümkün olmayan ziddiyyətlər və şübhələrin mövcudluğunu, ittihamın sübut olunmasında yaranan bütün şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu, iş üzrə tərtib olunmuş prosessual sənədlərin kifayət qədər natamam olmasını və uzlaşmamasını nəzərə alaraq hesab edir ki, kifayət qədər ziddiyyətli və uzlaşmayan sübutlar əsasında Təqsirləndirilən şəxs cinayət törətməkdə ittiham olunaraq təqsirli bilinməsi cinayət-prosessual qanunvericiliyin tələblərinin, həmçinin «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş təminatların pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının və Cinayət-Prosessual Məcəlləsinin müddəalarının mənasına görə, cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə, həmçinin zərərçəkmiş tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə isə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Məhkəmə tərkibi həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsi və Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə görə, bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Lakin, istintaq orqanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilərkən onun hüquqlarını kobud şəkildə pozaraq bütün şübhələri onun ziyanına təfsir etmiş və nəticədə qeyd olunan konstitusion və prosessual təminatların tələblərinə zidd olan qanunsuz və əsassız nəticəyə gəlmişdir. Bundan əlavə məhkəmə tərkibi qeyd edir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Cinayət Prosessual Məcəlləsinin 28.4cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 11-ci maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində, «Mülki və siyasi hüquqlar haqqında» Beynəlxalq Paktın 14-cü maddəsində öz əksin tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Təqsirləndirilən şəxsin cinayət əməlini törətməkdə ittiham olunduğu bütün müddət ərzində «accusatio desiderat crimen» («ittiham cinayətin mövcudluğunu ehtimal edir») prinsipinə əməl olunmalı, bu məsələyə münasibətdə «in dubio pro reo» («şübhə olduğu halda təqsirləndirilənin xeyrinə») prinsipi hər zaman gözlənilməlidir. Adıçəkilən prinsiplər onu nəzərdə tutur ki, təqsirləndirilən şəxs şübhələrin onun xeyrinə həll olunması hüququna malikdir və hər hansı şübhəyə görə onun təqsirli bilinməsi yolverilməzdir. Sözügedən prinsip həm cinayət hüququ, həm də cinayət-prosessual hüquq nöqteyi-nəzərindən spesifik xarakterə malikdir. İstər təqsirləndirilən şəxsin təqsiri, istərsə də ona aid bir hərəkətin mövcudluğu ilə bağlı şübhə yaranarsa, ədalətli məhkəmə araşdırması hüququnun tələblərinə uyğun olan bir mühakimə həyata keçirilməli və buna uyğun hüquqi nəticələr əldə olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin təqsirsizlik prezumpsiyası ilə bağlı mövqeyinə görə «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Dorson Niderlanda qarşı», «Polufakin və Çernışov Rusiya Federasiyasına qarşı», «Lüdi İsveçrəyə qarşı», «Van Mexelen və digərləri Niderlanda qarşı» qərarlarında «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Həmin qərarlarda həmçinin məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Barbara, Messege və Yabardo İspaniyaya qarşı» şikayətlə bağlı qərarında bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Konstitusiyası və Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olduğunu sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Cinayət Prosessual Məcəlləsinin 144 və 145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Cinayət Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanılmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Eyni zamanda, qeyd olunur ki, cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək etməlidir. Cinayət Prosessual Məcəlləsinin 349-cu maddəsinə görə, məhkəmənin hökmü Azərbaycan Respublikası adından çıxarılır, qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə isə əsaslı hesab olunur. Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə müvafiq olaraq məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə görə, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan bir olduqda aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin hallar arasında Cinayət Prosessual Məcəlləsinin 42.1-ci maddəsi məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirliliyinin sübuta yetirilmədiyini və cinayətin törədilməsinə aidiyyətinin olmamasını nəzərdə tutur. Cinayət Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikası adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Cinayət Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» 12 may 2009-cu il tarixli qərarında məhkəmə icraatının vəzifələri ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə tərkibi ibtidai istintaq zamanı toplanmış və məhkəmə baxışında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanunamüvafiq qaydada qiymət verərək hesab edir ki, Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə sübutlar arasında aşkar edilmiş ziddiyyətlər və ittiham aktında irəli sürülən halların sübut olunmasında yaranan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli və ona Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə elan olunan ittiham üzrə cinayətin törədilməsinə aidiyyəti olmadığı və təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilməlidir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs bəraət verildiyi üçün onun haqqında seçilmiş həbs qətimkan tədbiri ləğv olunmalı və o, dərhal həbsdən azad edilməlidir. Cinayət Prosessual Məcəlləsinin 353.3.4-cü maddəsinin tələblərinə əsasən məhkəmənin bəraət hökmündə bəraət almış şəxsə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi məsələsi və mülki iddia üzrə qərarın motivləri göstərilməlidir. Cinayət Prosessual Məcəlləsinin 56 və 62.1-ci maddələrinin tələblərinə görə, bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona ziyan vurulması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Cinayət Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb olunması və barəsində qətimkan tədbiri seçilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah olunmalıdır. Cinayət Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə uyğun olaraq bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Qeyd edilən maddəyə əsaslanmaqla məhkəmə tərkibi hesab edir ki, hazırkı cinayət işi üzrə cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldığı üçün hökm qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, bununla yanaşı, maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsində saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 10174,65 qram narkotik vasitə qurudulmuş marixuana materiala əlavə edilməlidir. Təqsirləndirilən şəxs iş üzrə olan 89 (səksən doqquz) manat ekspertiza xərcininməhkəmə məsrəfinin ödənilməsindən azad olunmalı və həmin məbləğ dövlətə aid edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə tərkibi gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, həmçinin «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Məhkəmə tərkibi göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 21, 42, 55, 346-347, 349-350, 352-354, 356-358, 384-385-ci maddələrini rəhbər tutaraq H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.3 və 42.1.4-cü maddələrinə əsasən cinayətin törədilməsinə aidiyyəti olmadığına və təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin. O, dərhal saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından həbsdən azad edilsin. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin seçilməsi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs iş üzrə olan 89 (səksən doqquz) manat ekspertiza xərcinin ödənilməsindən azad azad edilsin və həmin məbləğ dövlətə aid edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin müəyyən edilməsi və cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallar ibtidai araşdırmaya porosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsində saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 10174,65 qram narkotik vasitə qurudulmuş marixuana materiala əlavə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir Sədrlik edən: Neymət Məmmədov Hakimlər: Müşfiq Məmmədov Cavid Səfərli
Məhkəmə qərarları › İş №1(099)-286/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-286/2023
14.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver