Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-286/2024 22.01.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Nahid Nəsir oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi-Kərəmov Emin Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin hüquqi varisi X10, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1984-cü il tarixdə Füzuli rayonu, Yuxarı Yağlıvənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Füzuli Sukanal İdarəsində nəzarətçi vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Yuxarı Yağlıvənd kəndində qeydiyyatda olmaqla faktiki olaraq ünvan 1 ünvanında yaşamış, 24 sentyabr 2023-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Füzuli Rayon Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli, 4(064)-21/2023 nömrəli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 120.1 və 157.1-ci maddələri ilə təqsirləndilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 23 sentyabr 2023-cü il tarixdə, axşam saatlarında arvadı X6 ilə yaşadığı evdə ailə-məişət zəminində mübahisə etmiş, 24 sentyabr 2023-cü il tarixdə, saat 20 radələrində həmin mübahisəyə görə küsüb valideyinlərinin yaşadığı evə getməyə hazırlaşan Ruhanə Qasımovadan getməməsini dəfələrlə təkidlə tələb etməsinə baxmayaraq, sonuncunun onun sözlərinə əhəmiyyət verməyib ünvan 2 ünvanında yerləşən atası X10 və anası Zərərçəkmiş şəxs yaşadıqları evə getməsini özünə qarşı hörmətsizlik və saymazlıq kimi qəbul etmiş, bir neçə dəqiqə sonra daha da qəzəblənərək Ruhanə Qasımovadan qisas alıb öldürmək qərarına gəlmiş, bu məqsədlə 24 sentyabr 2023-cü il tarixdə, saat 21 radələrində alkoqol sərxoşluğu vəziyyətində yaşadığı evin mətbəxində, şkafın siyirtməsində olan soyuq silah hesab edilməyən təsərrüfat-məişət təyinatlı mətbəx bıçağını özü ilə götürərək piyada Ruhanə Qasımovanın olduğu, sonuncunun valideyinlərinin yaşadığı ünvan 2 ünvanında yerləşən evə gəldikdən sonra evin darvazasının içəridən bağlı olduğunu görmüş, əvvəlcədən aralarında baş vermiş mübahisəyə görə darvazanı döyəcəyi və ya evin içərisində olan şəxsləri səsləyəcəyi təqdirdə həmin şəxslərin darvazanı açmayacaqlarına əmin olduğundan Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan mənzildə yaşayanların, yəni Ruhanə Qasımova, Ehdimat Məmmədov və Zərərçəkmiş şəxs iradəsi ziddinə hərəkət edərək sonuncuların onun evə gəlməsinin qarşısını almaq məqsədi ilə əvvəlcədən içəridən bağladıqları darvazaya bitişik dəmir çəpərdən aşmaqla evin həyətinə daxil olmuş, daha sonra evin qapısının açıq olduğunu görüb evin içərisinə evdə olan Ehdimat Məmmədov və Zərərçəkmiş şəxs görünmədən vahid niyyətlə eyni qaydada, yəni Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan mənzildə yaşayanların iradəsi ziddinə daxil olmuş, Ruhanə Qasımovanın olduğu otağa keçərək divanda oturan Ruhanə Qasımovaya yaxınlaşmış və ondan yaşadıqları evə qayıtmasını tələb etmiş, Ruhanə Qasımova təkidlə yaşadıqları evə qayıtmayacağını və ondan boşanacağını bildirdikdən sonra o, qisas almaq niyyətilə sonuncunu öldürmək qərarını qətiləşdirib özü ilə gətirdiyi bıçağı belindən çıxararaq Ruhanə Qasımovanın döş qəfəsinin sol hissəsinə qəsdən həmin bıçaqla bir zərbə vurmaqla onun ölümünə səbəb olan kəskin qanitirmə ilə müşayiət olunan və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən, döş qəfəsinin sol yarısının sol orta qoltuqaltı xətt üzrə V-Vİ qabırğalar arasından plevra və qarın boşluğuna keçən, solda ağciyərin, diafraqma və qaraciyərin zədələnməsi ilə müşayiət olunan bir ədəd kəsilmiş - deşilmiş yara, soltərəfli hemotoraks (2000-2500 ml), ürəyin sol mədəciyinin endokard qişasının altına qansızmalar (Minakov ləkələri), daxili orqanların venoz azqanlılığı, eləcə də ikinci zərbəni vurması ilə əlaqədar olmayan, lakin şüurlu surətdə hərəkət edib dolayı qəsdlə sonuncuya həmin bıçaqla sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən sol əlin birinci barmağının bir ədəd kəsilmiş yarası xəsarətləri yetirərək X3 qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ona Cinayət Məcəlləsinin 120.1 və 157.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, 2004-cü ildə X6 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş, birgə nikahdan 1 oğlan uşaqları vardır. X15 ilə münasibətləri əvvəllər yaxşı olmuşdur. Ruhanədə özündən getmə xəstəliyi olmuş, müalicələr edilsə də heç bir nəticəsi olmamışdır. Hadisədən təxminən 4-5 gün əvvəl yas mərasimində olan zaman Ruhanə ona zəng vurub «xəstəliyim tutmuşdu, yerə yıxılmışdım, özümü pis hiss edirəm, bacının qızı İlhaməyə de yanıma gəlsin». Bacısı qızına zəng vurub təcili onlara getməsini bildirmiş, evə gələndə Ruhanənin qolunda və yan hissəsində xəsarətlər olduğunu görmüş, Ruhanə həmin xəsarətləri yerə yıxılan zaman aldığını bildirmişdir. Ruhanənin digər qolunda isə iynədən əmələ gəlmə qançır olmuşdur. Ruhanə özü-özünə, qollarına tez-tez damardaxili və əzələdaxili analgin, dimidrol (çünki Ruhanənin tez-tez şiddətli baş ağrıları olurdu) və sair iynələr vurmuşdur. 23 sentyabr 2023-cü il tarixdə, saat təxminən 10-11 radələrində evdə olan zaman Bakı şəhəri, «Qobu park» yaşayış massivində yaşayan dayısı oğlu Əsgər Aşırov arvadı Nüşabə ilə birlikdə Qayıdış-3 qəsəbəsində olan qohumlarının yas mərasimində iştirak etmək üçün gəlmişlər. Yol uzaq olduğuna görə yeznəsi Şahid2 zəng vurub öz maşını ilə onlara gəlməsini xahiş etmişdir. Təxminən 1 saat sonra Cavad idarə etdiyi «Mercedes Benz» markalı avtomobili ilə onlara gəlmişdir. Onlar birlikdə Qayıdış-3 qəsəbəsində olan yas mərasiminə getmişlər. Təxminən yarım saat oturduqdan sonra onlar qayıtmağa qərar vermişlər. Bu dəfə onlarla birlikdə Əsgərin hazırda adını unutduğu baldızı da gəlmişdir. Nahar vaxtı olduğuna görə qərar vermişlər ki, evdə yemək yesinlər. Yas mərasiminə getməmişdən əvvəl özlərinə məxsus qazı kəsib Ruhanəyə vermişdir ki, təmizləsin. Həmin qazın ətindən kabab bişirmiş və qonaqlarla birlikdə yemişlər. 3 nəfərə 1 litr araq içmişlər. Arvadı Ruhanə də onlarla birlikdə oturub kababdan yemişdir. Həmin gün təxminən saat 14 radələrində qonaqlar çıxıb getmişlər. Həmin gün axşam saatlarında Ruhanəyə irad tutub «bəs sən gördün ki, qonaq sayı çoxdur, yemək azlıq edir, nəyə görə sən də oturub yedin» demişdir. Onun bu sözləri Ruhanənin xətrinə dəymiş və Ruhanə danışıb gileylənməyə başlamışdır. Həmin mübahisə zamanı və başqa vaxt Ruhanəni döyməmişdir. 24 sentyabr 2023-cü il tarixdə, saat 10 radələrində suyu açmaq üçün qəsəbənin ərazisinə çıxmışdır. Həmin gün təxminən saat 15 radələrində işdən evə gəlmiş, evin həyətində saxladığı yarım litrlik arağı götürmüş və küçəyə çıxmışdır. Qəsəbələrində yerləşən mağazadan sosiska, qazlı su alıb xidməti ərazisinə getmişdir. Açıq sahədə tək oturub yarım litlik arağı içmişdir. Həmin gün axşam təxminən saat 20 radələrində evə gəlmişdir. Ruhanənin əşyalarını topladığını görmüşdür. Ruhanədən nə etdiyini soruşanda, Ruhanə cavab vermişdir ki, «məndən əl çək, mən çıxıb atam evinə gedirəm». Ruhanəyə getməməsini demişdir. Təxminən 5 dəqiqə sonra qayınatası Ehdimat və qayınanası Maya onlara gəlmişlər. Ehdimat demişdir ki, «eybi yox, qoy getsin bizə, bir az qalsın, qayıdar»”. Lakin o, təkidlə Ruhanədən getməməsini tələb etmişdir. Ruhanə isə onun sözlərinə məhəl qoymamış, əşyalarını da götürüb valideyinləri ilə birlikdə getmişdir. Onlar getdikdən təxminən 5-10 dəqiqə sonra Ruhanənin ona qarşı etdiyi saymamazlığı və hörmətsizliyi ona pis təsir etmişdir. Əsəbləşmiş və mətbəxdə, şkafın siyirtməsində olan mətbəx bıçağını Ruhanəni vurmaq üçün əlinə götürmüşdür. Təxminən saat 21 radələrində piyada evlərindən çıxıb belində bıçaqla təxminən 300 metr aralı məsafədə yaşayan qayınatasıgilə getmişdir. Evə çatanda görmüşdür ki, darvazanın qapısı arxadan bağlıdır. Ruhanəylə valideyinlərinin yanında mübahisə etdiyindən, onların hər üçü yaşadığı evdən ondan narazı getdiklərindən düşünmüşdür ki, darvazanı döysə və ya evin içərisində olan şəxsləri səsləsə, qapını açan olmayacaq. Ona görə də əlində olan bıçağı belinə qoyub darvazaya bitişik dəmir çəpərdən atlayaraq həyətə düşmüşdür. Həmin vaxt həyətdə kimsə olmamışdır. Bıçaq belində evə daxil olmuşdur. Evə daxil olanda qayınatası və qayınanası onu görməmişlər, eləcə də o, qayınatası və qayınanası görməmişdir. Qonaq otağının sağında yerləşən otağa keçmişdir. Ruhanə həmin otaqda divanda oturmuşdur. Ruhanəyə onunla birlikdə evlərinə qayıtmasını demişdir. Lakin Ruhanə təkidlə onunla getməyəcəyini və ondan boşanacağını dedikdə, Ruhanənin bu sözlərini, əsasən də ondan boşanacağını deməsini qəbul edə bilməmiş və bıçağı belindən çıxarıb Ruhanənin sol qolunun alt hissəsindən bir dəfə zərbə vurmuşdur. Ruhanə qışqırmış və qısa müddət sonra səsə qayınatası ilə qayınanası otağa daxil olmuşlar. Qayınatası əlindən tutub bıçağı ondan almaq istəmişdir. Bıçağı qayınatasına vermiş və qayınatası həmin bıçağı ondan götürmüşdür. Ruhanə divanda oturmuş vəziyyətdə olmuş və səs etmişdir. Ruhanəni vuranda valideyinləri görməmişlər. Ehdimat ona evdən çıxıb getməyini demişdir. Evdən küçəyə çıxmış, DİN-nin «102» xidmətinə zəng vurmuş və özünü təqdim edib bildirmişdir ki, «arvadımı vurmuşam, gəlin məni aparın». DİN-nin «102» xidmətinin əməkdaşına ünvanları barədə məlumat vermişdir. Bundan sonra yol maşını tapıb Füzuli RPŞ-yə gedərək təslim olmağa qərar vermişdir. Küçədə gedərkən qarşı tərəfdən polis avtomobilinin gəldiyini görmüşdür. Həmin polis avtomobilinə yaxınlaşmışdır. Polis avtomobilini idarə edən şəxs, əvvəllər tanıdığı Nurəddin adlı polis əməkdaşı olmuşdur. Polis avtomobilində Nurəddindən başqa bir nəfər də polis əməkdaşı olmuşdur. Həyəcanlı olduğundan polis əməkdaşlarından su istəmiş və arvadı ilə mübahisə etdiyinə görə onu bıçaqla vurduğunu demişdir. Polis əməkdaşları təəcüblənmişlər. Hiss etmişdir ki, onlarda arvadını bıçaqla vurmağına dair məlumat olmamışdır. Polis əməkdaşlarına DİN-nin «102» xidmətinə də zəng vurub hadisə barədə məlumat verdiyini də demişdir. Polis avtomobilinə əyləşmiş və polis əməkdaşları onu Füzuli RPŞ-yə aparmışlar. Müdafiəçi ilə təmin olunmuş, hüquq və vəzifələri izah olunmuş, ondan qan nümunəsi götürülmüşdür. Lakin sərxoş vəziyyətdə olduğuna görə onun xahişi ilə ifadəsi gecə saatlarında alınmamışdır. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, Ruhanəyə bir bıçaq vurmuş, həmin vaxtı Ehdimat və Maya onu görməmişlər. Ruhanəni öldürdüyü üçün əməlindən peşmandır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs barəsində ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X10 ifadəsində bildirmişdir ki, qızı Ruhanə 2004-cü ildə Təqsirləndirilən şəxsla rəsmi nikaha daxil olmuş, onların rəsmi nikahdan bir oğlan uşaqları olmuşdur. Onların oğlan uşaqları Allahverən hazırda hərbi xidmətdədir. İlk vaxtlarda Ruhanəylə Süleymanın münasibətləri yaxşı olmamışdır. Onların münasibəti övladları anadan olduqdan sonra daha da pisləşmişdir. X7-5 qəsəbəsində, onların yaşadıqları evdən təxminən 600 metr aralıda yaşamışlar. 24 sentyabr 2023-cü il tarixdə, saat 19 radələrində Süleymanın anası Fatma ona zəng edərək arvadı Maya ilə danışmaq istədiyini demiş, telefonu Mayaya vermişdir. Maya telefonla danışdıqdan sonra telefonu əsəblə yerə çırpmışdır. Maya daha sonra bildirmişdir ki, «Süleymanın anası deyir ki, Süleyman sərxoşdur, Ruhanəylə dalaşıb, gəlin qızınızı aparın». Maya ilə birlikdə piyada Süleymangilin yaşadığı evə getmişlər, Süleymanın atası və anası da onlarla birlikdə evdə yaşamışlar. Onlar Süleymangilə çatıb evə daxil olduqda Ruhanə ağlamışdır. Süleymana demişdir ki, «qızı aparırıq». Süleyman Ruhanənin qolundan tutaraq onlara tərəf itələmiş və onu aparmalarını tələb etmişdir. Ruhanəni götürərək öz evlərinə gətirmişlər. Onlar həyətə daxil olduqda evin darvazasını da içəridən bağlamışlar ki, Süleyman evə girə bilməsin. Çünki onlar düşünmüşlər ki, «Süleyman sərxoşdur, birdən gəlib darvazadan evə daxil olar». Ruhanəyə çay dəmləməsini demiş, Ruhanə isə cavabında Süleymanın onu döydüyünü, ona görə də çay dəmləməyə halının olmadığını demişdir. Ruhanədən Süleymanla dalaşmasının səbəbini soruşmuşdur. Ruhanə Süleymanın sərxoş olduğunu və heç bir səbəb olmadan onunla dalaşdığını, eləcə də onun baş nahiyələrinə bir neçə dəfə yumruqla zərbə vurduğunu demişdir. Bundan sonra Ruhanə qonaq otağının sağında yerləşən otağa keçmişdir. Maya evə daxil olduqda dəhlizin sonunda yerləşən mətbəxt otağına keçmişdir ki, qabları yusun. Özü isə duş qəbul etmək üçün hamam otağına girmişdir. Təxminən yarım saat keçdikdən sonra Mayanın yüksək səslə «Ay Ehdimat gəl özünü çatdır» dediyini eşitmişdir. Həmin vaxtı hamam otağında paltarını geymiş və hamam otağından çıxmışdır. Səsi eşitdikdən sonra dərhal səsin gəldiyi, Ruhanənin olduğu otağa keçmişdir. Otağa daxil olanda qızı Ruhanənin otaqda olan divana qısılaraq sağ əli ilə ürək nahiyəsini, sol əli ilə isə başını tutduğunu, Süleymanın isə sağ əlində olan bıçağı Ruhanəyə tərəf yuxarı qaldırmış vəziyyətdə dayandığını görmüşdür. Maya isə arxadan Süleymanı qucaqlayaraq onun qollarını tutub Ruhanəni bıçaqla vurmasına mane olmaq istəmişdir. Dərhal arxadan Süleymana tərəf cummuş və onun əlindəki bıçağı ondan almışdır. Süleymana demişdir ki, «otaqdan çıx». Daha sonra Süleyman otaqdan çıxmış və pilləkanla enərək bayıra çıxıb getmişdir. Darvazadan evə daxil olmamış evdən Mayanın yüksək səslə qışqırdığını eşitmişdir. Dərhal evə girmiş və Ruhanənin olduğu otağa daxil olmuşdur. Maya ona demişdir ki, «tez təcili tibbi yardım çağır, Ruhanə danışmır, tərpənmir, onu qan aparır». Onlar Ruhanənin qoluna girib qonaq otağının solunda yerləşən otağa aparmaq istəmişlər. Ruhanənin oturduğu divan və Ruhanənin özünün paltarları qan içində olmuşdur. Onlar Süleyman evdən çıxıb gedənə qədər Süleymanın Ruhanəni bıçaqla vurduğunu bilməmişlər. Çünki Ruhanə divanın küncünə qısılmış vəziyyətdə olduğundan onlar düşünmüşlər ki, Süleyman Ruhanəni döymüşdür, Ruhanə isə Süleymanın onu döyməsindən yayınmaq üçün divanın küncünə qısılmışdır. Onlar Ruhanəni qonaq otağının solunda yerləşən otağa keçirmək istəyəndə Ruhanə qırıq-qırıq səslər çıxarmışdır. Onlar Ruhanəni sözügedən otağa aparanda qonaq otağında Ruhanə oğlunun adı olan «Allahverən» deyərək yerə yıxılmışdır. Dərhal təcili tibbi yardım xidmətinə zəng etmişdir. Onlar Ruhanənin paltarlarını qayçı ilə kəsməyə başlamışlar. Çünki onlar Süleymanın Ruhanəni hansı nahiyəsindən bıçaqladığını bilməmişlər. Onlar Ruhanənin köynəyini və büstqalterini kəsdikdən sonra onun sol qoltuqaltı nahiyəsində böyük deşilmiş yara olduğunu görmüşlər. Həmin yaranın içərisindən qan axmışdır. Maya dərhal baş örtüyünü çıxarıb yaranın üzərinə basmışdır ki, qan axmasın. Onlar Ruhanəni köməkləşib yerdən götürərək, qonaq otağının solunda yerləşən otağa aparmışlar və döşəmənin üzərinə döşək sərərək oraya uzatmışlar. Süleymanın Ruhanəni bıçaqla vurduğu otaqdan qonaq otağının solunda yerləşən otağa qədər döşəmə qana bulaşmışdır. Həmin vaxt Ruhanənin ölübölmədiyini dəqiq bilməmişlər. Bir müddət sonra təcili tibb yardım xidmətinin əməkdaşları evə gəlmişlər və Ruhanəni müayinə etdikdən sonra onun öldüyünü demişlər. Daha sonra yaşadıqları evdə hüquq-mühafizə orqanının əməkdaşları gələrək onun razılığı və iştirakı ilə evə baxış keçirmişlər. Süleymanın Ruhanəni qətlə yetirdiyi həmin bıçağı könüllü şəkildə prokurorluğun əməkdaşlarına təqdim etmişdir. Verilən suallara cavab olaraq zərərçəkmiş şəxsin hüquqi varisi Ehdimat Məmmədov bildirmişdir ki, Ruhanənin paltarını qayçı ilə kəsdikdən sonra onun bədənində yalnız 1(bir) deşilmiş yara görmüşlər. Süleymanın Ruhanəni bıçaqla vurduğu otağa daxil olduqda Süleyman sağ əlində bıçaq tutulu vəziyyətdə qolunu divardan qısılmış Ruhanəyə tərəf qaldrımışdır ki, onu bıçaqla yenə vursun. O, bıçağı Süleymanın əlindən alarkən bıçaq Mayanın sağ əlinin üstünə də dəymişdir. Mayanın sağ əli hadisə nəticəsində qanamışdır. Həmin xəsarətin hadisə zamanı törəndiyini hadisədən bir müddət sonra Maya ona demişdir. Süleyman yaşadıqları evə daxil olan zaman özü hamam otağında olmuş, Maya isə mətbəxdə qabları yumuşdur. Süleymanın evə daxil olmasını nə o, nə də ki, həyat yoldaşı görməmişdir. Süleymanın yaşadıqları evə qanuni yolla girməsi mümkün olmamışdır. Onlar hadisə baş verən gün darvazanı içəridən bağlamışlar ki, Süleyman evə daxil ola bilməsin. Süleyman Ruhanəylə dalaşdığından, eləcə də hadisə günü sərxoş olduğundan onlar ehtimal etmişlər ki, Süleyman evə gələcəkdir. Lakin onlar Süleymanın evlərinə gəlməsini istəməmişlər. Süleyman hadisə baş verən gün onların iradəsinə zidd olaraq darvazaya bitişik dəmir çəpərdən aşaraq evə daxil olmuşdur. Süleyman darvazadan aşaraq həyətə daxil olduqdan sonra evin qapısı açıq olduğundan rahatlıqla onlardan xəbərsiz evə girmişdir. Süleymandan şikayətçidir. Süleymana qanunda nəzərdə tutulmuş qaydada cəza verilməsini xahiş etmişdir. Məhkəmədə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, qızı Ruhanə 2004-cü ildə Füzuli rayonu, Yuxarı Yağlıvənd kənd sakini Təqsirləndirilən şəxsla rəsmi nikaha daxil olmuş, onların Allahverən adlı bir oğlan uşaqları olmuşdur. Allahverən hazırda hərbi xidmətdədir. Ailə həyatı qurduqları elə ilk vaxtlardan Ruhanə ilə Süleymanın münasibətləri yaxşı olmamışdır, onların münasibəti Allahverən doğulduqdan sonra daha da pisləşmişdir. Ruhanə ilə Süleyman Qayıdış-5 qəsəbəsində özünün yaşadığı evdən təxminən 600 metr aralıda yaşamışlar. 24 sentyabr 2023-cü il tarixdə, saat 19 radələrində Süleymanın anası Fatma əri Ehdimata zəng edərək onunla danışmaq istədiyini bildirmiş, Ehdimat telefonu ona vermişdir və Fatma ona «Süleyman sərxoşdur, Ruhanə ilə dalaşıb, gəlin qızınızı aparın» demişdir. Əsəbindən telefonu yerə çırpmış, daha sonra Ehdimatla birlikdə piyada Süleymangilin yaşadığı evə getmişlər. Süleymanın atası və anası da onlarla birlikdə evdə yaşamışlar. Onlar Süleymangilə çatıb evə daxil olduqda Ruhanə ağlamışdır. X8 apardıqlarını demişdir. Süleyman Ruhanənin qolundan tutaraq onlara tərəf itələmiş və Ruhanəni aparmalarını tələb etmişdir. Bundan sonra onlar heç nə demədən Ruhanəni götürərək, öz evlərinə getmişlər. Onlar həyətə daxil olduqda Ehdimat evin darvazasını da içəridən cəftədən bağlamışdır ki, Süleyman evə girə bilməsin. Ehdimata evin darvazasını da içəridən cəftədən bağlamağını o, demişdir. Çünki Süleymanın həmin gün yaşadıqları evə gəlməməsini ən çox o, istəmişdir. Onlar düşünmüşlər ki, «Süleyman sərxoşdur, birdən gəlib darvazadan evə daxil olar». X9 dalaşmasının səbəbini soruşmuşlar. Ruhanə Süleymanın sərxoş olduğunu və heç bir səbəb olmadan onunla dalaşdığını, eləcə də onun baş nahiyələrinə bir neçə dəfə yumruqla zərbə vurduğunu demişdir. Ruhanə qonaq otağının sağında yerləşən otağa keçmişdir. Evə daxil olduqda dəhlizin sonunda yerləşən mətbəx otağına keçmişdir ki, qabları yusun. Ehdimat isə duş qəbul etmək üçün hamam otağına girmişdir. Təxminən yarım saat keçdikdən sonra Ruhanənin qışqıraraq «ay mama, gəl» dediyini eşitmişdir. Dərhal qızının olduğu qonaq otağından sağda yerləşən otağa keçmişdir. Otağa daxil olduqda qızı Ruhanənin otaqda olan divana qısılaraq sağ əli ilə ürək nahiyəsini, sol əli ilə isə başını tutduğunu, Süleymanın isə sağ əlində olan bıçağı Ruhanəyə tərəf yuxarı qaldırmış vəziyyətdə dayandığını görmüş və dərhal Ehdimatı çağırmışdır. Süleymanı qucaqlayaraq kürək nahiyəsinə iki əli ilə yumruqlar endirmiş və onun qollarını tutub Ruhanəni bıçaqla vurmasına mane olmaq istəmişdir. Bir neçə saniyə sonra Ehdimat otağa daxil olmuş və arxadan Süleymana yaxınlaşıb əlindəki bıçağı ondan almışdır. Ehdimat Süleymana otaqdan çıxmağını demiş, Süleyman otaqdan çıxmış, Süleymanın ardınca Ehdimat da otaqdan çıxmışdır. Ruhanəyə yaxınlaşdıqda Ruhanənin paltarlarının və divanın qan içində olduğunu görmüşdür. Bunu gördükdə möhkəm səslə qışqıraraq Ehdimatı səsləmişdir. Ruhanə həmin vaxtı divanın sol küncünə qısılmış vəziyyətdə oturmuşdur. Bir neçə saniyə sonra Ehdimat otağa daxil olmuşdur. Onlar Ruhanənin qoluna girib qonaq otağının solunda yerləşən otağa aparmaq istəmişlər. Ruhanənin oturduğu divan və Ruhanənin özünün paltarları qan içində olmuşdur. Onlar əvvəlcə Süleymanın Ruhanəni bıçaqla vurduğunu bilməmişlər. Çünki Ruhanə divanın küncünə qısılmış vəziyyətdə olduğundan düşünmüşlər ki, Süleyman Ruhanəni döymüşdür, Ruhanə isə Süleymanın onu döyməsindən yayınmaq üçün divanın küncünə qısılmışdır. Onlar Ruhanəni qonaq otağının solunda yerləşən otağa keçirmək istəyəndə Ruhanə qırıqqırıq səslər çıxarmışdır. Onlar Ruhanəni sözügedən otağa aparanda qonaq otağında Ruhanə oğlunun adı olan «Allahverən» deyərək yerə yıxılmışdır. Ehdimat dərhal təcili tibbi yardım xidmətinə zəng etmişdir. Onlar Ruhanənin paltarlarını qayçı ilə kəsməyə başlamışlar. X11 hansı nahiyəsindən bıçaqladığını bilməmişlər. Onlar Ruhanənin köynəyini və büstqalterini kəsdikdən sonra onun sol qoltuqaltı nahiyəsində böyük deşilmiş yara olduğunu görmüşlər. Həmin yaranın içərisindən qan axmaqda davam etmişdir. Baş örtüyünü çıxarıb yaranın üzərinə basmışdır ki, qan axmasın. Onlar Ruhanəni köməkləşib yerdən götürərək, qonaq otağının solunda yerləşən otağa aparmışlar və döşəmənin üzərinə döşək sərərək oraya uzatmışlar. Süleymanın Ruhanəni bıçaqla vurduğu otaqdan qonaq otağının solunda yerləşən otağa qədər döşəmə qana bulaşmışdır. Həmin vaxt Ruhanənin ölüb-ölmədiyini dəqiq bilməmişlər. Bir müddət sonra təcili tibb yardım xidmətinin əməkdaşları evə gəlmişlər və Ruhanəni müayinə etdikdən sonra onun öldüyünü demişlər. Daha sonra yaşadıqları evə hüquq-mühafizə orqanının əməkdaşları gələrək evə baxış keçirmişlər. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs bildirmişdir ki, Süleymanla evlənəndən sonra Ruhanədə ürəktutma xəstəliyi yaranmışdır. Süleymanın Ruhanəni bıçaqla vurmasını görməmişlər. Ruhanənin paltarını qayçı ilə kəsdikdən sonra onun bədənində yalnız bir deşilmiş yara görmüşlər. Ehdimat bıçağı Süleymanın əlindən alarkən bıçaq ehtiyatsızlıqdan sağ əlinin üstünə də dəymiş, həmin vaxtı bunu hiss etməmiş və çünki ciddi xəsarət almamışdır, sadəcə bıçaq əlini üzdən kəsmişdir. Xəsarət almasını hadisədən bir müddət sonra bilmişdir. Onlar hadisə baş verən gün darvazanı içəridən bağlamışlar ki, Süleyman evə daxil ola bilməsin. Süleyman Ruhanə ilə dalaşdığından, eləcə də hadisə günü sərxoş olduğundan ehtimal etmişlər ki, Süleyman evə gələcəkdir. Lakin Süleymanın evlərinə gəlməsini istəməmişlər. Ona görə də darvazanı içəridən bağlamışlar. Süleyman hadisə günü darvazanı döyməmişdir. Çünki Süleyman bilmişdir ki, darvazanı açıb onun içəri girməsinə icazə verməyəcəklər. Ona görə də Süleyman hadisə baş verən gün onların iradəsinə zidd olaraq darvazaya bitişik dəmir çəpərdən aşaraq evə daxil olmuşdur. Süleyman dəmir çəpərdən aşaraq həyətə daxil olduqdan sonra evin qapısı açıq olduğundan rahatlıqla onlardan xəbərsiz evə girmişdir. Süleyman evin darvazasını döysəydi, onlar qətiyyən onun evə daxil olmasına icazə verməzmişlər. Süleymandan şikayətçidir. Süleymana qanunda nəzərdə tutulmuş qaydada cəza verilməsini xahiş etmişdir. Məhkəmədə dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 24 sentyabr 2023-cü il tarixdə o, Qayıdış-1 qəsəbəsində bacısının nəvəsinin toy məclisində iştirak etdikdən sonra, təxminən saat 17 radələrində evə gələndə yaşadığı evin darvazasının qarşısında gəlini Ruhanənin qonşu gəlinlərlə söhbət etdiyini görmüşdür. Onlar birlikdə yaşadıqları evin həyətinə daxil olduqda Ruhanənin kefsiz olduğunu hiss etmişdir. Ruhanədən bunun səbəbini soruşmuşdur. Ruhanə ona başının ağrıdığını demişdir. Ruhanənin xəstəliyi ilə əlaqədar başı tez-tez ağrımışdır. Ruhanə xəstəliyi ilə əlaqədar tez-tez özündən getmişdir. Saat 19 radələrində Süleyman işdən evə gəlmiş və sərxoş olmuşdur. Ruhanə Süleymanın sərxoş olduğunu anlamışdır. Ruhanə Süleymanın qarşısına nə yemək, nə də çay qoymamışdır. Süleyman tez-tez spirtli içki içmişdir. Bununla bağlı Ruhanəylə ara-sıra mübahisə edirmişlər. Süleymanın Ruhanəni döyməsini görməmişdir. Ruhanə çox ağıllı və mehriban qız olmuşdur. Süleymanla Ruhanənin bir-birindən uzaq durmalarını, eləcə də birbiriləri ilə kobud danışdıqlarını müşahidə etdikdən sonra Ruhanənin atası Ehdimata zəng etmişdir. Süleymanın sərxoş olmasından, yatdıqdan sonra Süleyaman ilə Ruhanə arasında olan mübahisənin böyüməsindən, Süleymanın Ruhanəni vurmasından qorxmuşdur. Ehdimat zəngə cavab verdikdə telefonu Ruhanənin anası Mayaya verməsini xahiş etmişdir. Ehdimat telefonu Mayaya verdikdən sonra ona bildirmişdir ki, «bir məsələ ilə bağlı bizə gəlməlisən». Maya ondan məsələnin nə olduğunu soruşduqda ciddi məsələ olmadığını bildirmişdir. Təxminən 15 dəqiqə sonra Ehdimat və Maya piyada onlara gəlmişlər. Ehdimat və Maya da Qayıdış-5 qəsəbəsində yaşayırlar və onların evi ilə Ehdimatgilin evi arasında təxminən 300 metr məsafə vardır. Ehdimat və Mayanı evin həyətində qarşılamışdır. Süleyman və Ruhanə həmin zaman evin həyətində olmuşlar. Sarı isə evin içərisində olmuşdur. Ehdimat və Maya həyətə daxil olduqda onlara yaxınlaşmış və Süleymanla Ruhanənin hansısa səbəbdən dalaşdıqlarını, Süleymanın sərxoş olması səbəbindən mübahisənin daha da ciddiləşməsindən qorxduğunu demişdir. Süleymanla Ruhanənin dalaşmasının səbəbini bilməmişdir. Ehdimat bundan sonra hər ailədə sözsöhbətin olduğunu bildirmişdir. Ehdimata demişdir ki, qızını iki günlük öz evinə aparsın, daha sonra özü gəlib Ruhanəni aparacaqdır. Bundan sonra Ehdimatgil Ruhanəni götürüb öz evlərinə aparmışlar. Əvvəllər də bir neçə dəfə Ruhanə Süleymanla mübahisə etdiyinə görə, ata evinə getmiş, Süleyman da gedib onunla barışaraq yaşadığı evə gətirmişdir. Təxminən 1 saat sonra Süleymangilin otağına keçəndə sonuncunun orada olmadığını görmüşdür. Cavada zəng etmiş və Süleymanla Ruhanənin mübahisə etdiyini, Ruhanənin ata evinə getdiyini demişdir. Cavaddan xahiş etmişdir ki, Süleymanın harda olduğunu öyrənsin. Özü Süleymana zəng etməmişdir. Çünki içkili olduğundan onun acığının tutacağından qorxmuşdur. Bir neçə dəqiqə sonra Cavad ona zəng edərək, Ehdimatgildən səs-küy gəldiyini demişdir. Tez piyada Ehdimatgilə getmişdir. Oraya çatdıqda Ruhanənin meyitinin təcili tibbi yardım avtomobilinin yanında yerə qoyulduğunu görmüşdür. Meyitin üzəri örtülmüşdür. Ətrafda olan insanlardan eşitmişdir ki, az öncə Süleyman Ruhanəni bıçaqla qətlə yetirmişdir. Süleymanın Ruhanəni qətlə yetirməsinin başqa təfərrüatları barədə məlumatı olmamışdır. Məhkəmədə dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qaynıdır. 23 sentyabr 2023-cü il tarixdə, təxminən saat 10 radələrində evdə olan zaman Süleyman ona zəng etmiş və dayısı oğlu Əsgərin hazırda yaşadığı evdə olduğunu bildirib onu Qayıdış-3 qəsəbəsində olan qohumlarının yas mərasiminə aparmasını xahiş etmişdir. Bir neçə dəqiqə sonra o, özünə məxsus «Mercedes Benz» markalı, **-NB-*** nömrə nişanlı avtomobili ilə Süleymangilə getmişdir. Həmin vaxtı Əsgərin arvadı Nüşabə də orada olmuşdur. Onların getməyə avtomobili olmadığı üçün onu çağırmışlar. Əsgəri, Nüşabəni və Süleymanı da götürüb Qayıdış-3 qəsəbəsində olan həmin yas mərasiminə aparmışdır. Yas mərasimində təxminən yarım saat iştirak etdikdən sonra onları Süleymangilə aparıb düşürmüşdür. Süleyman ona evdə kabab bişirəcəyini demiş və qalmağını xahiş etmişdir. Yeməyini öz evində yeyəcəyini bildirmiş və öz yaşadığı evə qayıtmışdır. Təxminən saat 12 radələrində Süleyman yenidən ona zəng etmiş və evlərində məclis təşkil etdiyini bildirib oraya gəlməyini israrla xahiş etmişdir. Süleyman israr etdiyindən razılaşmış və təxminən 20 dəqiqə sonra piyada Süleymangilə getmişdir. Süleymangilə çatdıqda həyətlərində artıq masa qurulmuşdur. Masanın arxasında Süleymanın anası Fatma, atası Sarı, Əsgər, Nüşabə və Ruhanə oturmuşlar. Süleyman isə manqalda qaz ətindən kabab bişirmişdir. Əsgər, Süleyman və o, həmin məclisdə 3 nəfərə 1 litr araq içmişlər. Məclisdə olan hər kəs qaz ətindən yemişdir. Təxminən 2 saat müddətində həmin məclisdə iştirak etmiş və daha sonra yaşadığı evə qayıtmışdır. Əsgər və Nüşabə isə yaşadığı evə gedəndə orada qalmışlar. Həmin məclisdə Süleyman və Ruhanə arasında hər hansı gərginlik və ya mübahisə hiss etməmişdir. Onlar həmin vaxt mehriban olmuşlar. 24 sentyabr 2023-cü il tarixdə, saat 21 radələrində o, evdə olan zaman qızı İlhamə ona demişdir ki, Ehdimat dayıgildən qışqırıq səsləri gəlir. Belə ki, Ruhanənin atası olan Ehdimatgilin evi onun yaşadığı evdən təxminən 300 metr məsafədə yerləşir. Buna ciddi əhəmiyyət verməmişdir. Bir neçə dəqiqə sonra Süleymanın anası Fatma ona zəng etmiş və Süleymanla Ruhanənin mübahisə etdiyini, Ruhanənin ata evinə getdiyini deyərək ondan Süleymanın hara getdiyini öyrənməsini xahiş etmişdir. Həmin zaman Ehdimatgildən səs-küy gəlməkdə davam etmişdir. Bir neçə dəqiqə sonra səs-küy kəsmədiyindən Fatmaya zəng edərək demişdir ki, «hazırda Ehdimatgildən səs-küy gəlir». Fatma ona dərhal oraya getməyini demişdir. Bundan sonra piyada Ehdimatgilə getmiş, ora çatanda, Fatma da artıq orada olmuşdur. Həmin zaman Ruhanənin meyitinin təcili tibb yardım avtomobilinin yanında yerə qoyulduğunu görmüşdür. Ətrafda olan insanlardan eşitmişdir ki, az öncə Süleyman Ruhanəni bıçaqla qətlə yetirmişdir. Onun Süleymanın həyat yoldaşı Ruhanəni qətlə yetirməsinin başqa təfərrüatları barədə məlumatı olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra- Cinayət Prosessual Məcəlləsi) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -«cinayət işinin başlanması və ibtidai istintaqın aparılmasının tapşırılması haqqında» 24 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işinin başlanmasına səbəb Təqsirləndirilən şəxs 24 sentyabr 2023-cü il tarixdə, saat 21:30 radələrində X15nı şəxsi münasibətlər zəminində bıçaqla vuraraq qəsdən öldürməsi barədə Füzuli RPŞ-dən rayon prokurorluğuna daxil olmuş məlumat, əsas isə həmin məlumat üzrə rayon prokurorluğunda toplanmış materiallarda cinayətin əlamətlərinə işarə edən kifayət qədər dəlillərin mövcudluğu olmuşdur.(cild 1, i.v. 1) -«hadisə yerinin baxışının aparılması haqqında» 24 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi yer Füzuli rayonu, Qayıdış-5 qəsəbəsində yerləşən Ehdimat Məmmədova məxsus 112 nömrəli fərdi yaşayış evidir. Evin həyətinin giriş hissəsində göy və metal rəngli darvaza vardır. Həmin darvazadan həyətə daxil olub bir qədər irəlilədikdən sonra sol tərəfdə evə daxil olmaqdan ötrü metal rəngli qapı vardır. Həmin qapı hazırda açıq vəziyyətdədir. Qapıdan evin içərisinə daxil olmaqdan ötrü bir neçə daş pilləkanı qalxmaq lazımdır. Evə daxil olduqda dəhlizlə düz irəlilədikdə evin mətbəxt otağı yerləşir. Mətbəxt otağının uzunluğu 4,90 metr, eni isə 1,72 metrdir. Mətbəxtdə xeyli sayda müxtəlif təsərrüfat təyinatlı əşyalar vardır. Dəhliz boyu mətbəxt otağı ilə düz irəliləyib qapıdan içəri daxil olduqda hamam otağına daxil olunur. Hamam otağının uzunluğu 4,10 metr, eni isə 1,50 metrdir. Orada xeyli sayda müxtəlif hamam otağında istifadə edilə biləcək əşyalar vardır. Hamam otağından mətbəxt otağına keçib dəhliz boyu geri qayıtmaqla sağa döndükdə qonaq otağına daxil olunur. Qonaq otağının uzunluğu 4,20 metr, eni isə 2 metrdir. Qonaq otağının giriş hissəsindəki döşəmədə, eləcə də qonaq otağına daxil olduqda sağda yerləşən otağın giriş qapısına çatmamış döşəmədə səpələnmiş halda qanabənzər maddələr vardır. Qonaq otağında güzgülü şkaf, yemək masası və sair əşyalar vardır. Güzgülü şkafın üzərində bir neçə toy şəkilləri, eləcə də digər əşyalar vardır. Yemək masasının üzərində müxtəlif ərzaqlar, eləcə də qəndqabı və çaynik vardır. Yemək masasının altında qanabənzər maddəyə bulaşmış və iki hissəyə ayrılmış ağ rəngli büstqalter vardır. Qonaq otağına daxil olduqdan sonra sağda yerləşən otağa daxil olduqda döşəmə boyu səpələnmiş halda qanabənzər maddələr vardır. Həmçinin, sözügedən otağın qapısının aşağı hissəsində də qanabənzər maddələr vardır. Həmin otağın uzunluğu 4,30 metr, eni isə 2,70 metrdir. Otaqda sandıq, soyuducu, stul, yorğandöşəklər, divan, divardan asılmış müxtəlif geyimlər və sair əşyalar vardır. Divan otağa daxil olduqda sol tərəfdə, küncdə yerləşir. Divanın üzərində, eləcə də divanın üzərində olan döşəkdə səpələnmiş halda qanabənzər maddələr vardır. Qonaq otağına daxil olduqdan sonra solda yerləşən otağa daxil olduqda otağın girəcəyində, döşəmədə səpələnmiş halda qanabənzər maddələr vardır. Həmin otağın uzunluğu 4,50 metr, eni isə 3,80 metrdir. Otaqda divan, kreslolar, televizor, masa və sair əşyalar vardır. Masanın üzərində bir sıra dərman vasitələri, eləcə də digər əşyalar vardır. Otağın mərkəzində döşəməyə sərilmiş xalçanın üzərində döşək və yastıq vardır. Həmin döşəyin üzərində səpələnmiş halda qanabənzər maddələr vardır. Baxış iştirakçısı Ehdimat Məmmədov qonaq otağına daxil olduqda sağda yerləşən otaqda olan divanı göstərərək, o, otağa daxil olan zaman kürəkəni Təqsirləndirilən şəxs qızı Ruhanə Qasımovanı artıq bıçaqla vurduğunu və bıçağı Təqsirləndirilən şəxs əlindən özünün aldığını bildirdi. X12 Qasımovun qızı Ruhanə Qasımovanı qətlə yetirməkdə cinayətin aləti kimi istifadə etdiyi, üzərində qanabənzər maddələr olan 1 ədəd bıçağı da könüllü olaraq təqdim etdi. Təqdim edilən bıçaq qatlanmayandır, tiyə və dəstək hissədən ibarətdir, tiyəsi boz rəngli materialdan hazırlanmışdır. Bıçağın üzərində pas ləkələri və qanabənzər maddələr müşahidə edilir. Baxış zamanı Ehdimat Məmmədovun təqdim etdiyi 1 ədəd bıçaq, qonaq otağında aşkar edilmiş qanabənzər maddələrə bulaşmış və iki hissəyə bölünmüş ağ rəngli büstqalter, qanabənzər maddələrə bulaşmış və döşəkdən kəsilərək götürülmüş 1 ədəd parça, divanın üzərində aşkar edilmiş qanabənzər maddə (1 rəqəmi ilə nömrələnmiş), döşəyin üzərində aşkar edilmiş qanabənzər maddə (5 rəqəmi ilə nömrələnmiş), eləcə də evin müxtəlif yerlərində döşəmənin üzərində aşkar edilmiş qanabənzər maddə (2,3,4 rəqəmləri ilə nömrələnmiş) 5 ədəd pambığa hopdurularaq götürülüb müvafiq qaydada qablaşdırılmış və protokola əlavə edilmişdir. Hadisə yerinə baxış keçirilməsi zamanı çəkilmiş fotoşəkillər çap edilərək, videogörüntülər isə 1 ədəd diskə köçülərək protokola əlavə edilmişdir. (cild 1, i.v. 6-16) -«meyitin baxışının aparılması haqqında» 24 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, təşrih masası üzərində düzgün bədən quruluşlu, kafi qidalı, boyu 1.60 metr olan qadın cinsli meyit uzadılmışdır. Meyitin əynində olan paltarları: 1) Qara rəngli, ön hissədə yaşıl-qırmızı rəngli gülləri olan qoluqısa köynək; 2) Qara rəngli şalvar; 3) Qara rəngli 01 cüt corab; 4) Ağ rəngli trusik. Meyitin sağ qolunda saç rezini, boynunda isə boyunbağı vardır. Köynəyin sol qoltuqaltı tikişindən 3,5 sm arxadan, aşağı sərbəst kənarından 38,5 sm yuxarıda, 3,5 sm uzunluğunda, kənarları düzgün biçilmiş toxumanı dəlib keçən 1 ədəd zədə vardır. Köynək yarı-qurumuş, qanaoxşar maddə ilə bulaşmış haldadır. Trusikin aralıq hissəsi qırmızımtıl rəngli qanla bulaşmış haldadır. Yara nahiyəsinin üzərinə yerliyi qara rəngli, kənarları ağımtıl torlu qanla bulaşmış baş örtüyü basılmışdır. Meyit soyumuşdur. Meyit qacıması periferik əzələ qruplarında qismən inkişaf etmişdir. Meyit ləkələri arxa səthlərdə adacıqlar şəklində yerləşməklə solğun-bənövşəyimtil rəngdədir, təzyiq etdikdə ağarır, 2-3 dəqiqəyə bərpa olur. Başın tük örtüyü qəhvəyimtil rəngdədir, 30-35 sm uzunluğundadır. Meyitin gözləri qapalıdır, birləşdirici toxuma qişaları kəsik solğundur, bəbəkləri dairəvidir, simmetrikdir, 0.4 sm diametr ölçüdədir. Xarici qulaq keçəcəkləri və burun dəlikləri sərbəstdir. Ağzı yarı açıqdır. Görünən dişləri tamdır, təbiidir. Dili ağız boşluğunda sərbəst yerləşmişdir. Boynu bədənə mütənasibdir, döş qəfəsi silindirik, simmetrik və elastikdir. Süd vəziləri kosavaridir, gilələri qəhvəyi rəngli piqmentasiyalıdır. Ön qarın divarları qabırğa qövsün səviyyəsindədir. Xarici cinsiyyət üzvləri qadın tiplidir. Dəliyi ifrazatsızdır. Arxa keçəcək dəliyi qapalıdır, ətraf dəri örtüyü təmizdir. Əllədikdə sümükləri tamdır. Meyitin xəsarətləri: 1) orta qoltuq xətti üzrə solda daban altından 125 sm yuxarı məsafədə boylama oxu sferbulatın 3 və 9 rəqəmlərini birləşdirən xətt istiqamətində 4x1 sm ölçüdə kənarların yaxınlaşdırdıqda 4,2 sm uzunluğunda xətti formalı olan döş boşluğuna nüfuz edən, mərfəzindən qan xaric olan 01 ədəd kəsilmiş-deşilmiş yara; 2) sol bazunun aşağı 1/3-nin arxa səthində 6x5 sm, sağ bazunun orta 1/3-nin ön bayır səthində 7x4 sm, sağ bazunun aşağı 1/3-nin ön səthində 2x2 sm, sol budun aşağı 1/3-nin bayır səthində 5x2 sm, sağ sağırın orta bayır kvadratında 1,5x1,5 s ölçüdə qançırlar 3) sol əlin 1-ci barmağın dırnaq falanqasının bayır səthində 1x0,1 sm ölçüdə səthi kəsilmiş yara vardır. Meyitin xarici baxışı zamanı bədən səthində başqa hər hansı xəsarət və xəsarət izi aşkar olunmadı. Meyitin xarici baxışı zamanı 01 ədəd qara rəngli, ön hissədə yaşıl-qırmızı rəngli gülləri olan qoluqısa köynək, 01 ədəd qara rəngli şalvar, 01 cüt qara rəngli corab, 01 ədəd ağ rəngli trusik, 01 ədəd yerliyi qara rəngli, kənarları ağımtıl torlu qanla bulaşmış baş örtüyü, 01 ədəd boyunbağı, 01 ədəd saç rezini və 5 gram qan götürülmüşdür. Meyitə baxış keçirilməsi zamanı çəkilmiş fotoşəkillər çap edilərək, videogörüntülər isə 1 ədəd diskə köçülərək protokola əlavə edilmişdir.(cild 1, i.v. 17-23) -«şübhəli şəxsin tutulması haqqında» 24 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsinə şübhə etməyə kifayət qədər əsaslar olduğundan 24 sentyabr 2023-cü ildə saat 23:20-da şübhəli şəxs qismində tutulmuşdur.(cild 1, i.v.38-39) -«tədqiqat üçün nümunələrin götürülməsi haqqında» 24 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs alkoqol içkilərdən istifadə edib-etməməsinin müəyyən edilməsi məqsədilə 10 qram qan nümunəsi götürülərək qablaşdırılmışdır.(cild 1, i.v.47) -«sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə» 24 sentyabr 2023-cü il tarixli, 673 nömrəli aktdan görünür ki, 24 sentyabr 2023-cü il tarixdə, saat 00:24-də Təqsirləndirilən şəxs sərxoşluq vəziyyəti olmuşdur.(cild 1, i.v.48) -«şübhəli şəxsin ifadəsinin yerinin yoxlanması haqqında» 25 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 sentyabr 2023-cü il tarixdə, saat 21 radələrində ünvan 2 ünvanında yerləşən qayınatası Ehdimat Məmmədova məxsus evin qonaq otağında Ruhanə Qasımovanı bıçaqla vurduğu yeri təqdim etmişdir. Şübhəli şəxsin ifadəsinin yerində yoxlanması haqqında həmin protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs baxış iştirakçılarını X15nı qətlə yetirməkdə istifadə etdiyi bıçağı götürdüyü Füzuli rayonu, Qayıdış-5 qəsəbəsində yerləşən 186 nömrəli yaşadığı evə apardı. Bundan sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, «həmin evdə atam, anam və arvadım ilə birlikdə yaşayıram. Hazırda oğlum isə hərbi xidmətdədir». Daha sonra evin həyətindən keçərək həyətdə yerləşən mətbəx otağına daxil olmuşlar. Təqsirləndirilən şəxs mətbəxə daxil olduqda sol tərəfdə yerləşən şkafın ortasında olan çəkməcəni açdı və cinayətdə istifadə etdiyi bıçağı oradan götürdüyünü bildirdi. Təqsirləndirilən şəxs bildirmişdir ki, «həmin bıçaq istifadə edilmirdi, həmin bıçağı arvadımı gedib öldürmək məqsədi ilə götürdüm. Bıçağı götürdükdən sonra arvadımın olduğu, Füzuli rayonu, Qayıdış-5 qəsəbəsində yerləşən 112 nömrəli evə getdim. Həmin evə bıçağı deyəsən, əlimdə apardım. Hazırda ayağımda olan ayaqqabı cinayəti törədərkən də geyinmişdim, cinayəti törədərkən, əynimdə olan kofta və şalvarı isə cinayəti törətdikdən sonra çıxararaq evə qoydum». Təqsirləndirilən şəxs baxış iştirakçılarını sözügedən paltarları qoyduğu otağa apardı və otağın küncündə olan kofta və şalvarı, eləcə də hazırda geyindiyi ayaqqabını və 01 ədəd gödəkçəni könüllü olaraq təqdim etdi. Bundan sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, «bıçağı götürdükdən sonra piyada olaraq qayınatasıgilin Füzuli rayonu, Qayıdış-5 qəsəbəsində yerləşən 186 nömrəli evə getdi». Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 01 cüt ayaqqabı, 01 ədəd kofta, 01 ədəd şalvar və 01 ədəd gödəkçə müvafiq qaydada götürülərək qablaşdırıldı. Təqsirləndirilən şəxs istirakçıları X15nı qətlə yetirdiyi Füzuli rayonu, Qayıdış-5 qəsəbəsində yerləşən 112 nömrəli evə aparmışdır. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin evdə qayınatası və qayınanası yaşayır. Piyada olaraq evin önünə gəldikdə qapı bağlı olmuşdur. Ona görə də qapının sağında yerləşən dəmir hasardan dırmaşaraq evin həyətində daxil olmuşdur. Həmin zaman bıçağı yəqin ki, böyrünə qoymuşdur. Evin həyətinə daxil olduqda həyətdə heç kim olmamışdır. Daha sonra evin həyətindən keçərək evə daxil olmuşlar. Təqsirləndirilən şəxs bildirmişdir ki, evə daxil olarkən qapının açıq olub-olmamasını xatırlamamışdır. Evin koridoruna daxil olub sola dönmüşlər. Təqsirləndirilən şəxs sol tərəfdən yerləşən otağı göstərmiş və o, evə daxil olarkən qayınatası və qayınanasının həmin otaqda divanda oturduqlarını bildirmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, «qayınatam və qayınanam məni gördülər. Onlar düşündülər ki, mən arvadımla söhbət etməyə gəlmişəm. Daha sonra Təqsirləndirilən şəxs koridordan daxil olduqda sağda yerləşən otağa bizi apararaq o, evə daxil olan zaman arvadının həmin otaqda oyaq vəziyyətdə divanın sağ tərəfində oturduğunu bildirdi. Təqsirləndirilən şəxs bildirdi ki, arvadıma öz evimizə dönməyimi dedim. Arvadım isə mənə ondan əl çəkməyimi, mənimlə gəlməyəcəyini dedi. Belə ki, mən onunla dünən qohumlarımla evdə yemək yeməklə bağlı mübahisə etmişdim. xx.xx.2023-cü il tarixdə, saat 13 radələrində Ruhanə mənə zəng vurub dedi ki, “axşam məni necə vurmusansa hələ də başım ağrıyır». Ona cavab vermişdir ki, «mən səni vurmamışam, yanımda adam var, sonra danışarıq. Təxminən 1 dəqiqə sonra qaynatam Ehdimat mənə zəng vurub Ruhanəni vurub-vurmadığımı soruşdu. Mən ona Ruhanəni vurmadığımı deyəndə, qaynatam məndən Ruhanəni yola verməyimi xahiş etdi. Ruhanə mənimlə öz evimizə gəlməyəcəyini dedikdə mən qəzəblənərək, əlimdə saxladığım bıçaqla onun sol böyrünə bir zərbə vurdum. O, həmin zaman divanda oturmuşdu. Vurduqdan sonra arvadım qışqırdı. Səsə qayınatam və qayınanam olduqları otaqdan gəldilər. Onlar otağa daxil olduqdan sonra bıçağı könüllü olaraq qayınatama təhvil verdim. Arvadım isə danışmırdı, sadəcə qışqırırdı». Təqsirləndirilən şəxs sual verilmişdir ki, «X2 meyitinə baxış keçirilən zaman onun sol əlinin 1-ci barmağında səthi kəsilmiş yara aşkar edilmişdir, həmin yara mərhuməni qətlə yetirərkən yaranmışdırmı?». Təqsirləndirilən şəxs bildirmişdir ki, «ola bilsin ki, mən onu bıçaqla vurduqdan sonra o, mənə müqavimət göstərərkən, barmağı kəsilmişdir. Mən onu vurduqdan sonra o, oturduğu divandan qışqıraraq qalxdı və yenidən oturdu. Daha sonra mən 102 xidmətinə zəng edərək, hadisə barədə məlumat verdim. Mən evdən çıxana qədər arvadım tərpənirdi. Müdafiəçi X5 şübhəli şəxs Təqsirləndirilən şəxs sual verdi ki, «qayınatan və qayınanan otağa daxil olanda arvadın hansı vəziyyətdə idi?». Təqsirləndirilən şəxs bildirdi ki, «mən arvadımı vurduqdan sonra qayınatam və qayınanam otağa daxil oldu, həmin zaman arvadım divanda oturmuş vəziyyətdə idi». Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması zamanı «Panasonic» markalı faparatla fotoşəkillər çəkilərək protokola əlavə olundu, həmin aparat vasitəsi ilə çəkilmiş videogörüntülər 01 ədəd diskə köçürülərək protokola əlavə olunmuşdur.(cild 1, i.v.54-59) -«götürmə və baxış aparılması haqqında» 25 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən könüllü təqdim etdiyi və cinayət əməlini törədən zaman əynində olan 1 (bir) cüt ayaqqabı, 1 (bir) ədəd kofta, 1 (bir) ədəd şalvar və 1 (bir) ədəd gödəkçə götürülərək baxış keçirilmişdir.(cild 1, i.v.60-62) -«zərərçəkmiş şəxs qismində tanınma haqqında» 25 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Ruhanə Qasımova zərərçəkmiş şəxs qismində tanınmışdır.(cild 1, i.v.63) -«təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» 25 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş və Füzuli Rayon Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli, 4(064)- 21/2023 nömrəli qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir.(cild 1, i.v.67-68, 94-95) -«əşyanın maddi sübut hesab edilməsi haqqında» 25 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, istintaq zamanı hadisə yerinə baxış keçirilərkən aşkar edilmiş qanabənzər ləkələrin hopdurularaq götürüldüyü 5 ədəd pambıq, 1 ədəd bıçaq, qanabənzər maddələrə bulaşmış və iki hissəyə bölünmüş ağ rəngli büstqalter, qanabənzər maddələrə bulaşmış və döşəkdən kəsilərək götürülmüş 1 ədəd parça, Ruhanə Qasımovanın meyitinə baxış keçirilməsi zamanı götürülmüş ona məxsus 01 ədəd qara rəngli, ön hissədə yaşılqırmızı rəngli gülləri olan qoluqısa köynək, 01 ədəd qara rəngli şalvar, 01 cüt qara rəngli corab, 01 ədəd ağ rəngli trusik, 01 ədəd yerliyi qara rəngli, kənarları ağımtıl torlu qanla bulaşmış baş örtüyü və tədqiqat aparılması üçün sonuncunun meyitindən götürülmüş qan nümunəsi, Təqsirləndirilən şəxs məxsus 01 cüt ayaqqabı, 01 ədəd kofta, 01 ədəd şalvar və 01 ədəd gödəkçə cinayət işi üzrə maddi sübut qismində tanınmış və saxlanılması üçün Füzuli rayon prokurorluğunun «maddi sübutların saxlanılması» otağına təhvil verilmişdir. (cild 1, i.v.96-97) -Füzuli RPŞ-nin məsul növbətçisi, polis kapitanı Ramiq Babayev tərəfindən tərtib edilmiş 24 sentyabr 2023-cü il tarixli «raport»dan görünür ki, Təqsirləndirilən şəxs arvadına bıçaqla xəsarət yetirdiyini, sağ olduğunu bildirmiş, TTY yaxınlaşmasını istəmişdir. (cild 1, i.v.101) -«zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanıma haqqında» 04 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Ehdimat Məmmədov zərərçəkmiş şəxs Ruhanə Qaımovanın hüquqi varisi qismində tanınmışdır.(cild 1, i.v.127) -«Füzuli Rayon Mərkəzi Xəstəxanası» X19 daxil olmuş 16 oktyabr 2023-cü il tarixli, 1610.N-149/2023 nömrəli məktubdan görünür ki,Təqsirləndirilən şəxs Füzuli RMX-sında Narkoloji və Ruhi-Əsəb dispanserlərində qeydiyyatda olmamışdır.(cild 1, i.v.153) -«məhkəmə kimyəvi ekspertizası»nın 6 oktyabr 2023-cü il tarixli, 546/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində etil spirti aşkar edildi. Etil spirtinin qatılığı -0,9 promildir. Metil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4, benzodiazepin törəmələri, salisilatlar və kandabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi.(cild 1, i.v.154-157) -«məhkəmə-tibbi ekspertizası»nın 22 oktyabr 2023-cü il tarixli, 45/23 nömrəli rəyindən görünür ki, Ruhanə Qasımova meyitinin məhkəmə-tibbi ekspertizasının və əlavə müayinələrin nəticələrinə əsasən aşkar edildi: döş qəfəsinin sol yarısının plevra və qarın boşluğuna keçən, solda ağciyərin, diafraqma və qaraciyərin zədələnməsi ilə müşayət olunan bir ədəd kəsilmiş- deşilmiş yarası; soltərəfli hemotoraks (2000-2500 ml); hər iki bazu, sol bud və sağ sağrı nahiyələrinin qançırı, sol əlin birinci barmağının kəsilmiş yarası; ürəyin sol mədəciyinin endokard qişasının altına qansızmalar (Minakov ləkələri); daxili orqanların və toxumaların venoz azqanlılığı. 1.1.Döş qəfəsinin sol yarısında aşkar olunmuş xəsarət sol orta qoltuqaltı xətt üzrə V-Vİ qabırğalar arasından keçməklə ağciyərin sol aşağı payını, diafraqmanı və qaraciyərin böyük payının zədələnməsi ilə, həmçinin soltərəfli hemotoraksla (sol tərəfli plevra boşluğuna qanaxma) müşayiət olunmuşdur. Yara kanalının istiqaməti soldan sağa, yuxarıdan aşağıya və arxadan önədir. 1.3.Vət. Ruhanə Qasımovanın ölümünə səbəb döş qəfəsi və qarın boşluğu üzvlərinin zədələnməsindən törənmiş kəskin qanitirmə olmuşdur. Yara kanalı boyu yumşaq toxumaların yayılmış halda qansızmaların olması, sol plevra boşluğunda çoxlu miqdarda qanın yığılması, daxili üzvlərin kəskin venoz azqanlılığı və sol mədəciyin endokard qişasının altında tünd qırmızı rəngdə zolaqşəkilli formada qansızma sahəsinin olması bu halın həyatiliyini tam təsdiqləyir. 1.4.Mərhumun meyitində aşkar olunmuş xəsarətin xarakterinə, morfoloji görünüşlərinə əsaslanaraq belə nəticəyə gəlmək olar ki, yuxarıda qeyd olunan xəsarət ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmişdir. 1.5.Mərhumun meyitində aşkar olunmuş yaraların lokalizasiyasına, morfoloji görünüşlərinə, ekspertizaya təqdim olunmuş maddi sübutun (bıçağın) konstruktiv xüsusiyyətlərinə əsaslanaraq belə nəticəyə gəlmək olar ki, yuxarıda qeyd olunan xəsarətlər maddi sübut kimi ekspertizaya təqdim olunmuş bıçaqla, o cümlədən ona oxşar konstruktiv xüsusiyyətlərə malik digər alətlərlə yetirilə bilərdi. 1.6.X13 meyitində aşkar olunmuş yara ətrafında və yara kanalı boyu yumuşaq toxumalarda tünd qırmızı rəngdə yayılmış halda qansızmaların olması xəsarətlərin həyatiliyini təsdiqləyir. 1.7.X13 döş qəfsində aşkar olunmuş xəsarət həyat üçün təhlükəli əlamətlərlə (kəskin qanitirmə ilə) müşayət olunduğu üçün dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, digər xəsarət-sol əl barmağın kəsilmiş yarası isə sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlərə aiddir. 1.8.Hadisə yerinin müayinəsinə, istintaq materiallarına əsaslanaraq, yara kanalının, o cümlədən yara ətrafında dəri örtüyünün qanla bulaşmasını və qan axıntısı izlərinin istiqamətini nəzərə alaraq göstərmək olar ki, mərhum hadisə zamanı hücum edən şəxslə ayaqüstə, üz-üzə və ya qismən yan səthi ilə təmas vəziyyətlərində ola bilərdi. 1.9.X13 bədən səthi üzərində aşkar olunmuş xəsarətin lokalizasiyasına, morfoloji görünüşünə və əlyetərsizliyinə əsaslanaraq demək olar ki, xəsarətlər şəxsin özü tərəfindən yetirilə bilməzdi. 2.X13 meyiti üzərində aşkar olunmuş qançırlar morfoloji görünüşlərinə görə bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, həmçinin boyu hündürlüyündən bərk səth üzərinə yıxılması nəticəsində əmələ gələ bilərdi, müddəti mərhumun müayinəsindən 3-5 gün əvvələ uyğun gəlir, canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlər kimi qiymətləndirildiyi üçün dərəcələri təyin edilmir və onların ölümlə heç bir səbəbli əlaqəsi yoxdur. 3.X13 sol dirsək çuxuru nahiyəsində aşkar olunmuş dərialtı qansızma fonunda olan nöktəvari yaralar onun müayinəsindən bir neçə gün əvvəl onun somatik xəstəliyi ilə əlaqədar hansısa tibbi yardım üçün aparılmış manipulyasiyasının izləridir, həyati xarakterlidir və onların ölümlə heç bir səbəbli əlaqəsi yoxdur. 4.X16 aldığı xəsarətlərdən sonra qısa müddət ərizində (təxminən bir saata qədər) hər-hansı bir məqsədyönlü hərəkətlər (qışqırmaq, kömək istəmək, yerimək və sair) edə bilərdi. 5.Meyit əlamətlərinin inkişaf dərəcəsini və ilin fəsilini nəzərə almaqla demək olar ki, vət. Ruhanə Qasımovanın ölmünün müddəti qərarın təsviri hissəsində göstərilən tarixə uyğun gəlir.(cild 1, i.v.167-173) -«baxış aparılması haqqında» 15 noyabr 2023-cü il tarixli protokollardan görünür ki, "xxxx" MMC-nin 09 oktyabr 2023-cü il tarixli, 22765 nömrəli məktubu ilə rayon prokurorluğuna göndərilmiş 1 ədəd diskin baxışı zamanı müəyyən edilmişdir ki, diskin üzərində «Verbatim 18034, xx.xx.2023» yazıları vardır. Disk «HP» markalı kompüter vasitəsi ilə oxunduqda içərisində «18034-xx.xx.2023.zip» adlı fayl vardır. Həmin fayla daxil olduqda içərisində «508976308_SMS.txt», «509668308_SMS.txt», «516738308_SMS.txt», «**********08.txt», «**********08.txt», «**********08.txt», «abuneciler.xlsx» və «antenna.xlsx» adlı fayllar vardır. «508976308_SMS.txt» faylının içərisində Təqsirləndirilən şəxs məxsus ********* saylı telefon nömrəsinə 01 avqust 2023-cü il tarixdən 25 sentyabr 2023-cü il tarixədək daxil olmuş və həmin telefon nömrəsindən çıxmış sms mətnləri qeyd edilmişdir. «509668308_SMS.txt» faylının içərisində Şahid1 məxsus ********* saylı telefon nömrəsinə 01 avqust 2023-cü il tarixdən 25 sentyabr 2023cü il tarixədək daxil olmuş və həmin telefon nömrəsindən çıxmış sms mətnləri qeyd edilmişdir. «516738308_SMS.txt» faylının içərisində Təqsirləndirilən şəxs məxsus ********* saylı telefon nömrəsinə 01 avqust 2023-cü il tarixdən 25 sentyabr 2023-cü il tarixədək daxil olmuş və həmin telefon nömrəsindən çıxmış sms mətnləri qeyd edilmişdir. «**********08.txt» faylının içərisində Təqsirləndirilən şəxs məxsus ********* saylı telefon nömrəsinə 01 avqust 2023-cü il tarixdən 25 sentyabr 2023-cü il tarixədək daxil olmuş və həmin telefon nömrəsindən çıxmış zənglər qeyd edilmişdir. «**********08.txt» faylının içərisində Şahid1 məxsus ********* saylı telefon nömrəsinə 01 avqust 2023-cü il tarixdən 25 sentyabr 2023-cü il tarixədək daxil olmuş və həmin telefon nömrəsindən çıxmış zənglər qeyd edilmişdir. «**********08.txt» faylının içərisində Təqsirləndirilən şəxs məxsus ********* saylı telefon nömrəsinə 01 avqust 2023-cü il tarixdən 25 sentyabr 2023-cü il tarixədək daxil olmuş və həmin telefon nömrəsindən çıxmış zənglər qeyd edilmişdir. «abuneciler.xls» faylının içərisində yuxarıda qeyd olunan telefon nömrələri ilə zəng edilmiş, zəng qəbul edilmiş, sms göndərilmiş və sms qəbul edilmiş telefon nömrələrinin sahibləri barədə məlumatlar qeyd edilmişdir. «antenna.xls» faylının içərisində yuxarıda qeyd olunan nömrələrin və həmin telefon nömrələrindən zəng edilmiş, zəng qəbul edilmiş, sms göndərilmiş və sms qəbul edilmiş telefon nömrələrinin anten dairələri üzrə məlumatları qeyd edilmişdir. «abuneciler.xls» faylının içərisinə daxil olduqda görünür ki, ********* və ********* saylı telefon nömrələri Təqsirləndirilən şəxs adına, ********* saylı telefon nömrəsi isə Şahid1 adına rəsmiləşdirilmişdir. Müəyyən edildi ki, 23 sentyabr 2023-cü il tarixdə saat 09:38-də Təqsirləndirilən şəxs adına olan ********* saylı telefon nömrəsindən Şahid2 məxsus ********* saylı telefon nömrəsinə zəng edilmiş, danışıq müddəti 121 saniyə olmuşdur. 20 sentyabr 2023-cü il tarixdə saat 08:05-də Təqsirləndirilən şəxs adına olan ********* saylı telefon nömrəsindən Şahid3 adına olan ********* saylı telefon nömrəsinə zəng edilmiş, danışıq müddəti 11 saniyə olmuşdur. 23 sentyabr 2023-cü il tarixdə saat 10:05-də Təqsirləndirilən şəxs adına olan ********* saylı telefon nömrəsindən Şahid2 məxsus ********* saylı telefon nömrəsinə zəng edilmiş, danışıq müddəti 15 saniyə olmuşdur. 23 sentyabr 2023-cü il tarixdə saat 10:06-da Təqsirləndirilən şəxs adına olan ********* saylı telefon nömrəsindən Şahid2 məxsus ********* saylı telefon nömrəsinə zəng edilmiş, danışıq müddəti 11 saniyə olmuşdur. 23 sentyabr 2023-cü il tarixdə saat 10:06-da Təqsirləndirilən şəxs adına olan ********* saylı telefon nömrəsindən Şahid2 məxsus ********* saylı telefon nömrəsinə zəng edilmiş, danışıq müddəti 11 saniyə olmuşdur. 24 sentyabr 2023-cü il tarixdə saat 14:00-da Təqsirləndirilən şəxs adına olan ********* saylı telefon nömrəsindən Şahid1 adına olan (X2 istifadəsində olan) ********* saylı telefon nömrəsinə zəng edilmiş, danışıq müddəti 30 saniyə olmuşdur. 24 sentyabr 2023-cü il tarixdə saat 17:49-da Təqsirləndirilən şəxs adına olan ********* saylı telefon nömrəsindən Şahid1 adına olan (X2 istifadəsində olan) ********* saylı telefon nömrəsinə zəng edilmiş, danışıq müddəti 17 saniyə olmuşdur. (cild 1, i.v.194-195) -«məhkəmə-lifli ekspertizası»nın 01 noyabr 2023-cü il tarixli, 3-16-16/2-6-5310 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş X4 məxsus şalvarın səthi üzərindən aşkar edilmiş tünd-boz rəngli kimyəvi poliester liflər rənginə və təbiətinə görə Təqsirləndirilən şəxs məxsus şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus şalvarın üzərində aşkar edilmiş qara rəngli təbii pambıq lifləri rənginə və təbiətinə görə X4 məxsus köynəyin tərkib liflərinə uyğun gəlirlər.(cild 1, i.v.201-204) -«məhkəmə-ballistik və trasoloji ekspertizası»nın 07 noyabr 2023-cü il tarixli, 3-16- 16/2-3/1628;3/1649 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir, üzərində hər hansı əlavə və dəyişiklik edilməmişdir. Təqdim edilmiş «X4 məxsus geyimlər» yazı qeydləri olan qutudan aşkar edilmiş köynəyin səthində rəyin tədqiqi hissəsində təsvir edilən zədələr vardır. Köynəyin səthindəki zədə kəisci, ucu deşici xassəyə malik olan predmetin təsirindən yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Lakin təqdim edilmiş köynəyin səthində olan zədədə xüsusi əlamətlər əks edilmədiyindən həmin zədənin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Təqdim edilmiş «X4 məxsus geyimlər» yazı qeydləri olan qutudan aşkar edilmiş köynəyin material xüsusiyyətindən asılı olaraq zədə bucaqlarını müəyyən etmək mümkün olmadığından qeyd edilən geyim əşyasının səthində olan deşilib-kəsilmə zədəsinin yaranma mexanizmini təyin etmək mümkün deyildir. Təqdim edilmiş «X4» yazı qeydləri olan qutudan aşkar edilmiş 1 ədəd şalvarın, 1 ədəd alt tumanın, 1 ədəd baş örtüyünün, 1 cüt corabın və üzərində «Təqsirləndirilən şəxs məxsus geyimlər» yazı qeydləri olan qutudan aşkar edilmiş 1 ədəd gödəkçənin, 1 ədəd köynəyin, 1 ədəd şalvarın səthində trasoloji zədə yoxdur.(cild 1, i.v.208-212) -«zərərçəkmiş şəxs qismində tanınma haqqında» 29 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır.(cild 1, i.v.221) -«cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında» 29 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə əməli Cinayət Məcəlləsinin 120.1-ci maddəsindən həmin Məcəllənin 120.1 və 157.1-ci maddələrinə tövsif edilmişdir.(cild 1, i.v.235-236) -«kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizası»nın 04 noyabr 2023-cü il tarixli, 3073 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs əqli-intellektual imkanlarının normaya uyğun olması müəyyən edilmişdir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışının iradi olaraq tənzimlənməsində hər hansı dəyişiklik aşkar olunmamışdır. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hərəkətləri Cinayət Məcəlləsinin 21.1-ci, 21.3-cü və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyəti onun istintaq və prosessual hərəkətlərdə iştirak etməsinə, öz prosessual hüquq və vəzifələrini icra etməsinə imkan verir. Təqsirləndirilən şəxs əqliintellektual imkanları (yaddaş, diqqət, təfəkkür, qavrama, xarakter və s.) normaya uyğundur. Eqoizm, kobudluq, öz maraqlarını üstün tutmaq, inadkarlıq kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində qıcığa qarşı həssaslıq, hirslilik yaranmış, həmin halın yaranması fərdipsixoloji xüsusiyyətləri ilə əlaqədar olmuşdur. Törətdiyi əməl zamanı psixi-emosional vəziyyətində affekt (fizioloji və ya kumulyativ), psixi-emosional gərginlik, kəskin stress, qorxu, yüksək həyəcan kimi hallar yaranmamışdır. Emosional halından asılı olaraq hadisə zamanı öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək qabiliyyətinə malik olmuşdur. (cild 1, i.v.238-241) -«məhkəmə-bioloji ekspertizası»nın 30 noyabr 2023-cü il tarixli, 772/2023-MTBŞ nömrəli rəyindən görünür ki, Ruhanə Qasımovanın ABO sistemi üzrə qan qrupu: Abeta/H/(İİ)-dır. Məhkəmə-bioloji ekspertizaya təqdim olunmuş Ruhanə Qasımovaya məxsus 1 ədəd tuman, qısaqol kofta, şalvar, baş örtüyü, 1 cüt corab və lifçik, Təqsirləndirilən şəxsya məxsus uzunqol gödəkçəsi, 1 ədəd parça kəsiyi, 5 ədəd pambıq topasına hopdurulmuş maddə ləkəsi və 1 ədəd bıçaq üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “A” və “H” antigenləri, Ruhanə Qasımovaya məxsus 1 ədəd tuman, qısaqol kofta və lifçik üzərində həmçinin beta aqlyutinini də alındı. Bu qan ləkələri Abeta/H/(İİ) qruplu şəxsə, o cümlədən Ruhanə Qasımovaya məxsus ola bilər. Təqdim olunmuş 1 ədəd bıçağın dəstəyi üzərində qan, Ruhanə Qasımovaya məxsus qısaqol köynək və şalvar üzərində qana şübhəli hər hansı ləkə aşkar olunmadı.(cild 1, i.v.1-10) -«əşyanın tanınmaya təqdim edilməsi haqqında» 05 dekabr 2023-cü il tarixli qərardan görünür ki, cinayətin törədilməsində istifadə edilmiş bıçaq Təqsirləndirilən şəxs tanınmaya təqdim olunmuşdur. Tanınma zamanı yazan texniki vasitə kimi «HP» markalı kompüterdən istifadə edilmişdir. Tanınmalı olan bıçaq 1-dən 4-dək nömrələnmiş eyni növdən olan bıçaqlar arasında əvvəlcədən 4 nömrə ilə işarələnərək tanınmaya təqdim olunmuşdur. Tanıyan şəxs Təqsirləndirilən şəxsya onun tanıya bildiyi əşyanı göstərmək və həmin əşyanı məhz hansı əlamətlərinə görə tanıdığını izah etmək təklif olunmuşdur. Tanıyan şəxs Təqsirləndirilən şəxsnı tanınmaya təqdim edilən 4 ədəd bıçağı nəzərdən keçirib həmin bıçaqlar içərisindən 4 nömrə ilə işarələnmiş bıçağı göstərərək bildirdi ki, «bu 24 sentyabr 2023-cü il tarixdə, saat 21 radələrində ünvan 2 ünvanında yerləşən qayınatama məxsus olan evdə arvadım Ruhanə Qasımovaya bir bıçaq zərbəsi vurduğum həmin bıçaqdır. Mən həmin bıçağı hadisə baş verməzdən öncə yaşadığım evin mətbəxində şkafın siyirtməsindən götürmüşdüm, həmin bıçağı ölçülərinə və açıq-qəhvəyi rəngli taxta materialdan hazırlanmış dəstəyinin olmasına görə tanıdım». Əşyanın tanınmaya təqdim edilməsi zamanı «Samsung» markalı fotoaparatla çəkilmiş fotoşəkillər çap edilərək protokola əlavə edilmişdir.(cild 1, i.v.19-10) -«təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında» 05 dekabr 2023-cü il tarixli qərardam görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.1 və 157.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddələr ilə yenidən ittiham elan edilmişdir.(cild 1, i.v.21-22) Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 120.1 və 157.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə, məhkəmədə mübahisəsiz surətdə obyektiv olaraq təsdiq edilmişdir ki, Təqsirləndirilən şəxs 23 sentyabr 2023-cü il tarixdə, axşam saatlarında arvadı X6 ilə yaşadığı evdə ailə-məişət zəminində mübahisə etmiş, 24 sentyabr 2023-cü il tarixdə, saat 20 radələrində həmin mübahisəyə görə küsüb valideyinlərinin yaşadığı evə getməyə hazırlaşan Ruhanə Qasımovadan getməməsini dəfələrlə təkidlə tələb etməsinə baxmayaraq, sonuncunun onun sözlərinə əhəmiyyət verməyib ünvan 2 ünvanında yerləşən atası X10 və anası Zərərçəkmiş şəxs yaşadıqları evə getməsini özünə qarşı hörmətsizlik və saymazlıq kimi qəbul etmiş, bir neçə dəqiqə sonra daha da qəzəblənərək Ruhanə Qasımovadan qisas alıb öldürmək qərarına gəlmiş, bu məqsədlə 24 sentyabr 2023-cü il tarixdə, saat 21 radələrində alkoqol sərxoşluğu vəziyyətində yaşadığı evin mətbəxində, şkafın siyirtməsində olan soyuq silah hesab edilməyən təsərrüfat-məişət təyinatlı mətbəx bıçağını özü ilə götürərək piyada Ruhanə Qasımovanın olduğu, sonuncunun valideyinlərinin yaşadığı ünvan 2 ünvanında yerləşən evə gəldikdən sonra evin darvazasının içəridən bağlı olduğunu görmüş, əvvəlcədən aralarında baş vermiş mübahisəyə görə darvazanı döyəcəyi və ya evin içərisində olan şəxsləri səsləyəcəyi təqdirdə həmin şəxslərin darvazanı açmayacaqlarına əmin olduğundan Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan mənzildə yaşayanların, yəni Ruhanə Qasımova, Ehdimat Məmmədov və Zərərçəkmiş şəxs iradəsi ziddinə hərəkət edərək sonuncuların onun evə gəlməsinin qarşısını almaq məqsədi ilə əvvəlcədən içəridən bağladıqları darvazaya bitişik dəmir çəpərdən aşmaqla evin həyətinə daxil olmuş, daha sonra evin qapısının açıq olduğunu görüb evin içərisinə evdə olan Ehdimat Məmmədov və Zərərçəkmiş şəxs görünmədən vahid niyyətlə eyni qaydada, yəni Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan mənzildə yaşayanların iradəsi ziddinə daxil olmuş, Ruhanə Qasımovanın olduğu otağa keçərək divanda oturan Ruhanə Qasımovaya yaxınlaşmış və ondan yaşadıqları evə qayıtmasını tələb etmiş, Ruhanə Qasımova təkidlə yaşadıqları evə qayıtmayacağını və ondan boşanacağını bildirdikdən sonra o, qisas almaq niyyətilə sonuncunu öldürmək qərarını qətiləşdirib özü ilə gətirdiyi bıçağı belindən çıxararaq Ruhanə Qasımovanın döş qəfəsinin sol hissəsinə qəsdən həmin bıçaqla bir zərbə vurmaqla onun ölümünə səbəb olan kəskin qanitirmə ilə müşayiət olunan və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən, döş qəfəsinin sol yarısının sol orta qoltuqaltı xətt üzrə V-Vİ qabırğalar arasından plevra və qarın boşluğuna keçən, solda ağciyərin, diafraqma və qaraciyərin zədələnməsi ilə müşayiət olunan bir ədəd kəsilmiş - deşilmiş yara, soltərəfli hemotoraks (2000-2500 ml), ürəyin sol mədəciyinin endokard qişasının altına qansızmalar (Minakov ləkələri), daxili orqanların venoz azqanlılığı, eləcə də ikinci zərbəni vurması ilə əlaqədar olmayan, lakin şüurlu surətdə hərəkət edib dolayı qəsdlə sonuncuya həmin bıçaqla sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən sol əlin birinci barmağının bir ədəd kəsilmiş yarası xəsarətləri yetirərək X3 qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə tərkibi Selyman Qasımovun törətdiyi Ruhanə Qasımova, Ehdimat Məmmədov və Zərərçəkmiş şəxs iradəsi ziddinə hərəkət edərək Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan mənzildə yaşayanların iradəsi ziddinə daxil olub Ruhanə Qasımovanı qətlə yetirməsi cinayət əməllərini tövsifi məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, onun əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 120.1 və 157.1-ci maddələri ilə tövsif edilmişdir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət Prosessual Məcəllənin 139-cu maddəsi bu normada göstərilmiş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əmələnin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Hazırki iş üzrə ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs əməllərinə şamil edilməli olan Cinayət Məcəlləsinin normaları qəsdən adam öldürmə və mənzil toxunulmazlığını pozmanı nəzərdə tutan Cinayət Məcəlləsinin 120.1 və 157.1-ci maddələridir. Həmçinin nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, Cinayət Məcəlləsində əks olunmuş prinsiplər, demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən və cinayət hüququnda insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan bir sıra Konstitusiya prinsiplərindən irəli gəlir (Azərbaycan Respublikası Konstitusiyasının 25, 28, 32, 33, 60, 61, 63, 64, 65, 66, 67, 68, 71, 125 və 127-ci maddələri). Həmin plenum qərarında göstərilmişdir ki, cinayət qanununun başlıca prinsiplərindən olan qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir (Cinayət Məcəlləsinin 5.1-ci maddəsi).Qanunçuluq prinsipinin mahiyyəti cinayət qanununun tətbiqi ilə bağlı hüquqtətbiqedən orqanın fəaliyyətinin yalnız qanuna əsaslanmasından və qanun əsasında həyata keçirilməsindən, eləcə də əməlin cinayət sayılması və belə əməli törədən şəxsin təqsirli hesab edilməsi və onun barəsində cəzanın tətbiqinə yalnız cinayət qanunu əsasında yol verilməsindən ibarətdir. Eyni zamanda, şəxsin cinayət tərkibi yaradan ictimai-təhlükəli əməli törətməsinin onun cinayət məsuliyyətinin əsaslarını yaratması, əməlin cinayət sayılması və cəzalanmalı olmasının yalnız cinayət qanunu ilə müəyyən edilməsi qanunçuluq prinsipinin təmin edilməsinin əsas üsullarındandır. Cinayət qanununun prinsiplərinin sabitliyi onların xarakterik cəhətidir. Bununla belə, cəmiyyətin inkişafı bu prinsiplərin məzmununu dərinləşdirir, nəticədə onlar cinayət hüququnda daha əhatəli əksini tapmış olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» 2009-cu il 12 may tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmənin nüfuzunun yüksəldilməsi insan hüquq və azadlıqlarının müdafiəsi üzrə məhkəmənin qarşısında duran vəzifələrin icrasına xidmət edən ədalət mühakiməsinin demokratik prinsiplərinin təsbiti və həyata keçirilməsi ilə ayrılmaz surətdə bağlıdır. Ədalət mühakiməsinin əsas prinsipləri Konstitusiyanın 127-ci maddəsində müəyyənləşdirilmiş və sonradan digər qanunvericilik aktlarında, o cümlədən Cinayət-Prosessual Məcəlləsində daha geniş əks olunmuşdur. Bu prinsiplər sırasında qanunçuluq prinsipi mühim və xüsusi yerə malikdir. O, həm Konstitusiyada, həm də maddi və prosessual qanunvericilikdə təsbit olunaraq yalnız qanunlara dəqiq və dönmədən riayət olunmasını və onların icrasını nəzərdə tutmur. Qanunçuluq həmçinin hüquqi dövlətin mühüm prinsipi, məhkəmə icraatında isə ədalət mühakiməsinin təməlini təşkil edən başlıca əlamətlərdən biridir. Qanunçuluq prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, o, nəinki hakimlərin yalnız Konstitusiyaya və qanunlara tabe olmasını bərqərar edir, həm də məhkəmə tərəfindən aşkarlanmış qanun pozuntularının aradan qaldırılması vəzifəsinə və iş üzrə hər kəsin məhkəmə müdafiəsinin təminatına, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına xidmət etməklə, ədalətli məhkəmə araşdırmasının digər prinsiplərinin həyata keçirilməsi şərtilə bütövlükdə məhkəmə icraatının məqsədini müəyyənləşdirir. Cinayət məhkəmə icraatı üzrə məhkəmə Konstitusiya və prosessual qanunla (Cinayət-Prosessual Məcəlləsinin 8-36-cı maddələri) nəzərdə tutulmuş prinsip və şərtlər üzrə ədalət mühakiməsini həyata keçirən orqandır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40 və 305.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» 14 sentyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, hüquqi müəyyənlik prinsipi, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun bununla bağlı formalaşdırdığı hüquqi mövqelər əsas götürülməlidir. Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiq edənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir çox qərarlarında göstərmişdir ki, əsas hüquqların məhdudlaşdırılması yalnız o halda qanunla müəyyən olunmuş hesab edilə bilər ki, şüurlu şəxs norma ilə tanış olaraq və hüquqşünasın yardımına və ya məhkəmə təcrübəsinə müraciət etmədən öz hərəkətlərinin nəticələrini kifayət qədər dəqiq dəyərləndirə bilsin. Məhkəmə, həmçinin hesab etmişdir ki, baxılan aspektdə hüquqi müəyyənlik üçün əsas təhlükəni hədsiz ümumi ifadələr, əsas terminlərin açıqlanmaması və ya eyni terminlərin müxtəlif qanunlarda müxtəlif şərhlərinin mövcudluğu yaradır (Landvreugd Hollandiyaya qarşı iş üzrə 2002-ci il 4 iyun tarixli, Brumaresku Rumıniyaya qarşı iş üzrə 1999-cu il 28 oktyabr tarixli Qərarlar). Cinayət işinin müəyyən edilmiş faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs məqsədi Ruhanə Qasımovanı öldürmək olmuş, hadisə zamanı niyyətini həyata keçirmək məqsədilə özü ilə götürdüyü bıçaq ilə Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan mənzildə yaşayanların, yəni Ruhanə Qasımova, Ehdimat Məmmədov və Zərərçəkmiş şəxs iradəsi ziddinə hərəkət edərək sonuncuların onun evə daxil olaraq bir zərbə vurmaqla Ruhanə Qasımovaya döş qəfəsinin sol hissəsinə qəsdən həmin bıçaqla bir zərbə vurmaqla onun ölümünə səbəb olan kəskin qanitirmə ilə müşayiət olunan və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən, döş qəfəsinin sol yarısının sol orta qoltuqaltı xətt üzrə V-Vİ qabırğalar arasından plevra və qarın boşluğuna keçən, solda ağciyərin, diafraqma və qaraciyərin zədələnməsi ilə müşayiət olunan bir ədəd kəsilmiş - deşilmiş yara, soltərəfli hemotoraks (2000-2500 ml), ürəyin sol mədəciyinin endokard qişasının altına qansızmalar (Minakov ləkələri), daxili orqanların venoz azqanlılığı, eləcə də ikinci zərbəni vurması ilə əlaqədar olmayan, lakin şüurlu surətdə hərəkət edib dolayı qəsdlə sonuncuya həmin bıçaqla sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən sol əlin birinci barmağının bir ədəd kəsilmiş yarası xəsarətləri yetirərək Ruhanə Qasımovanı qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Cinayət Prosessual Məcəllənin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Cinayət Prosessual Məcəllənin 144-146cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.1 və 157.1-ci maddələri ilə təqsirli bilinməsi işin müəyyən edilmiş hallarına uyğun olmaqla yanaşı cinayət və cinayət-prosessual qanunların normalarının tələblərinə də tam cavab verən hüquqi və obyektiv nəticədir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsi tərəfindən verilən 30 sentyabr 2023-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır.(cild 1, i.v. 119) -Füzuli rayonu İcra Hakimiyyəti Başçısının 5 nömrəli Qayıdış qəsəbə İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 02 oktybar 2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Füzuli rayonu, Qayıdış 5 nömrəli qəsəbədə 186 nömrəli evdə ailə üzvüləri ilə yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir.(cild 1, i.v. 147-149) Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna almasını məhkəmə məsuliyyətini yüngülləşdirici hallar kimi nəzərə alır. Cinayət Məcəlləsinin 60-cı maddəsində göstərilir ki, bu Məcəllənin 59.1.12 və 59.1.13-cü maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs cəza təyin edilərkən bu hallar nəzərə alınmalıdır. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı da bu mövqedən çıxış edir. Həmin qərarın 1-ci maddəsində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanunun ədalət prinsiplərindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-cı il tarixli, 415 saylı qərarının 45-ci bəndində göstərilir ki, məhkəmələr cəza təyini zamanı həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanı onun islah olunmasına və ailəsini həyat şəraitinə təsirini nəzərə almalıdır. Avropa İnsan hüquqları məhkəməsi özünün bir çox qərarlarında (Delkourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-cil tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X17rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) ədalətin bərpasını belə ifadə etmişdir: «Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi aydın görünməlidir». Bundan başqa, «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişiliklər edilməsi barədə» 11 iyun 2004-cü il tarixli Azərbaycan Respublikası Qanunun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsininn 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahına əsasən, istənilən məhkəmə aktının qanuni və əsaslı həll edilməsi üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi aydın görülməlidir. Təqsirləndirilən şəxs bir neçə cinayəti törətməkdə təqsirli bilindiyi üçün ona Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə azadlıqdan məhrumetmə cəzası təyin edilməli və təyin edilmiş cəzanı çəkməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən (xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün) ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətlərinin əvvəli şübhəli şəxs kimi tutulduğu 24 sentyabr 2023-cü il tarixdən hesablanmalı, Füzuli Rayon Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli, 4(064)-21/2023 nömrəli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə tərkibi hesab edir ki, iş üzrə maddi sübut qismində tanınmış və Füzuli Rayon Prokurorluğunun maddi sübutlar otağında saxlanılan hadisə yerinə baxış keçirilərkən aşkar edilmiş qanabənzər ləkələrin hopdurularaq götürüldüyü 5 (beş) ədəd pambıq, 1 (bir) ədəd bıçaq, qanabənzər maddələrə bulaşmış və iki hissəyə bölünmüş ağ rəngli büstqalter, qanabənzər maddələrə bulaşmış və döşəkdən kəsilərək götürülmüş 1 (bir) ədəd parça, X2 meyitinə baxış keçirilməsi zamanı götürülmüş ona məxsus 1 (bir) ədəd qara rəngli, ön hissədə yaşılqırmızı rəngli gülləri olan qoluqısa köynək, 1 (bir) ədəd qara rəngli şalvar, 1 (bir) cüt qara rəngli corab, 1 (bir) ədəd ağ rəngli trusik, 1 (bir) ədəd yerliyi qara rəngli, kənarları ağımtıl torlu qanla bulaşmış baş örtüyü və tədqiqat aparılması üçün sonuncunun meyitindən götürülmüş qan nümunəsi, Təqsirləndirilən şəxs məxsus 1 (bir) cüt ayaqqabı, 1 (bir) ədəd kofta, 1 (bir) ədəd şalvar və 1 (bir) ədəd gödəkçə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut qismində tanınmış hadisə yerinə, meyitə baxış və şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokollara əlavə edilən 3 (üç) ədəd disk, telefon danışıqlarını əks etdirən 1 (bir) ədəd disk icraat materiallarının saxlanıldığı müddət ərzində iş materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 304 (üç yüz dörd) manat məbləğdə ekspertiza xərci var və həmin məbləğ Cinayət- Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 304 (üç yüz dörd) manat məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, həmçinin «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 51-2, 132, 346, 351-353, 356-358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 və 157.1ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə 10 (on) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə 9 (doqquz) ay müddətə islah işləri cəzası təsin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə təyin olunmuş 9 (doqquz) ay müddətə islah işləri cəzasının dörd günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla 2 (iki) ay 7 (yeddi) gün müddət olan azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 10 (on) il, 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan, 24 sentyabr 2023-cü il tarixdən hesablansın. Füzuli Rayon Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli, 4(064)-21/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut qismində tanınmış və Füzuli Rayon Prokurorluğunun maddi sübutlar otağında saxlanılan hadisə yerinə baxış keçirilərkən aşkar edilmiş qanabənzər ləkələrin hopdurularaq götürüldüyü 5 (beş) ədəd pambıq, 1 (bir) ədəd bıçaq, qanabənzər maddələrə bulaşmış və iki hissəyə bölünmüş ağ rəngli büstqalter, qanabənzər maddələrə bulaşmış və döşəkdən kəsilərək götürülmüş 1 (bir) ədəd parça, X2 meyitinə baxış keçirilməsi zamanı götürülmüş ona məxsus 1 (bir) ədəd qara rəngli, ön hissədə yaşılqırmızı rəngli gülləri olan qoluqısa köynək, 1 (bir) ədəd qara rəngli şalvar, 1(bir) cüt qara rəngli corab, 1 (bir) ədəd ağ rəngli trusik, 1 (bir) ədəd yerliyi qara rəngli, kənarları ağımtıl torlu qanla bulaşmış baş örtüyü və tədqiqat aparılması üçün sonuncunun meyitindən götürülmüş qan nümunəsi, Təqsirləndirilən şəxs məxsus 1 (bir) cüt ayaqqabı, 1 (bir) ədəd kofta, 1 (bir) ədəd şalvar və 1 (bir) ədəd gödəkçə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut qismində tanınmış hadisə yerinə, meyitə baxış və şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokollara əlavə edilən 3 (üç) ədəd disk, telefon danışıqlarını əks etdirən 1 (bir) ədəd disk icraat materiallarının saxlanıldığı müddət ərzində cinayət işinin materiallarında saxlanılsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 304 (üç yüz dörd) manat məbləğdə pul tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-286/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-286/2024
22.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver