Məhkəmə qərarları › İş №1(099)-286/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-286/2025

01.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-286/2025 01.07.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxx 1970-ci ildə Ağcabədi rayonun Hindarx qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Ağcabədi rayonun Hindarx qəsəbəsində qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında (videokonfrans əlaqə sistemindən istifadə edilməklə) açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda-11705,09 qram narkotik vasitə olan qurudulmuş marixuana əldə edib, saxlayıb, daşıyaraq yaşadığı Ağcabədi rayonun Hindarx qəsəbəsində yerləşən fərdi yaşayış evinə aparmış, bundan sonra həmin narkotik maddənin satışını realizə etmək üçün qurudulmuş marixuananın 5,09 qram hissəsini bir ədəd kibrit qutusunda qablaşdırıb üzərində saxlayıb daşımış, qurudulmuş marixuananın qalan 11700 qram hissəsini bir ədəd torbada qablaşdırıb yaşadığı evin həyətində yerləşən yardımçı tikilidə gizlədib saxlamışdır. Daxil olmuş məlumat əsasında Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 28 yanvar 2025-ci il tarixdə, saat 17 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Ağcabədi rayonun Hindarx qəsəbəsində, yaşadığı evin yaxınlığında saxlanılıb üzərində şəxsi axtarış zamanı əynindəki şalvarının cibindən bir ədəd kibrit qutusunda 5,09 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülmüş, habelə əməliyyat-axtarış tədbirləri davam etdirilərək həmin gün saat 17 radələrində Təqsirləndirilən şəxs yaşadığı Ağcabədi rayonun Hindarx qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətinə baxış zamanı həyətində olan yardımçı tikilinin içərisində bir ədəd torbada 11700 qram narkotik vasitə olan qurudulmuş marixuana (ümumi olaraq külli miqdarda-11705,09 qram narkotik vasitə olan qurudulmuş marixuana) aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, evlidir və ailəsi ilə birlikdə Ağcabədi rayonun Hindarx qəsəbəsində qeydiyyatda olmaqla yaşamış, tutulan vaxtadək rəsmi olaraq heç bir yerdə işləməmiş, lakin fərdi qaydada maşın ustası işləmişdir. O, 20 ildən artıq müddətdir ki, narkotik maddələrdən istifadə etməyə başlamış, əsasən də “nəşə”dən, yəni marixuanadan istifadə etmişdir. Əvvəllər bir dəfə narkotik maddə əldə edib saxladığına görə məhkum olunmuş, 2022-ci ilin oktyabr ayında cəza çəkdiyi yerdən buraxılmışdır. Həmin vaxtdan sonra da marixuanadan istifadə etməyə davam etmişdir. 28 yanvar 2025-ci il tarixdə, saat 13 radələrində yaşadığı eyin yaxındağında küçədə olarkən bir qrup polis əməkdaşları onu tutub üzərində narkotik maddə saxlamaqda şübhəli oldduğu bildirilib rayon polis şöbəsinə aparılmışdır. Tutulan vaxt üzərində narkotik maddə olmamışdır. Polis şöbəsində ona qarşı təzyiqlər olmuş, sonra üzərinə bir ədəd kibrit qutusunda marixuana qoyulmuş, bundan sonra videoçəkilişlə üzərində axtarış aparılıb cibinə qoyulmuş bir ədəd kibrit qutusunun içərisində marixuana aşkar edilib götürülmüşdür. Sonra polis əməkdaşları onu yaşadığı evə aparmış və evin həyətində axtarış aparmışlar. Yaşadığı evdə narkotik maddə saxlamamış və polis əməkdaşlarına da evində narkotik maddə olmadığını bildirmişdir. Buna baxmayaraq polis əməkdaşları ona qarşı təzyiqlər edərək döymüş və evində narkotik maddə olmasını bildirməyi məcbur etmişlər. Bundan sonra o, evində narkotik maddə saxladığını demiş və polis əməkdaşları yaşadığı evin həyətinə baxış zamanı həyətində olan yardımçı tikilinin içərisində bir ədəd kisədə marixuananı aşkar edib götürmüşlər. Həmin kisədə aşkar olunmuş marixuana ona məxsus deyil, güman edir ki, həyətindəki tikilinin içərisinə bir ədəd kisədə marixuananı polis əməkdaşları gətirib qoymuş, bundan sonra onun iştirakı ilə və videoçkilişlə həyətinə baxış keçirilib həmin kisə aşkar edilib götürülmüşdür. Polis əməkdaşlarının ona qarşı təzyiqləri olduğu üçün videoçəkiliş zamanı o, aşkar edilmiş kisədə olan marixuananın özünə məxsus olmasını demişdir. Əslində isə həmin marixuana da ona məxsus deyil. O, narkotik vasitələrin istifadəçisi olsa da, narkotiklərin satışı ilə məşğul olmamış, üzərində və yaşadığı ünvanda aşkar edilmiş marixuana ilə bağlı ona verilmiş ittiham üzrə özünü təqsirli bilmir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, o, 30 ildir ki, narkotik maddələrdən istifadə etməyə başlamış, əsasən də “nəşə”dən (marixuanadan) istifadə etmişdir. O, 2024-cü ilin yay ayından marixuananı (çətənə bitkisini) əkib-becərmiş, onlardan 04-nü həyətində, qalan 50-ni isə Ağcabədi rayonun Hindarx qəsəbəsində, “Drel” deyilən boş sahəlikdə əkmişdir. Həmin bitkiləri “nəşə” (marixuana) əldə etmək üçün əkmişdir. Sonra əkdiyi bitkilərdən əldə ediyi qurudulmuş marixuananı bir ədəd sintetik kisəyə yığıb yaşadığı yaşayış evinin həyətindəki yardımçı tikilidə saxlamış, həmin marixuananın bir qismini isə bir ədəd kibrit qutusuna yığıb istifadəsi üçün əynindəki şalvarının cibində saxlamışdır. 28 yanvar 2025-ci il tarixdə, saat 17 radələrində Ağcabədi rayonun Hindarx qəsəbəsində, yaşadığı evin yaxınlığında olarkən bir neçə nəfər mülki geyimli polis əməkdaşları onu saxlayıb üzərində narkotik maddələr saxlamaqda şübhəli olduğu bildirilib üzərində qadağan olunmuş əşya varsa təqdim etməsi təklif olunduqdan sonra o, əynindəki şalvarının cibindən bir ədəd kibrit qutusunu çıxarıb polislərə təqdim etmişdir. Təqdim etdiyi qutunun içərisində marixuanaya oxşar kütlə aşkar olunmuşdur. Aşkar olunmuş kütlə elektron tərəzidə çəkildikdən sonra qablaşıdırılıb polis əməkdaşları tərəfindən götürülmüşdür. Şifahi sorğu zamanı o, üzərində aşkar olunmuş marixuananı şəxsi istifadəsi üçün özünün əkib-yetişdirdiyi bitkilərdən əldə etdiyini, marixuananın bir hissəsinin də yaşadığı evin həyətində olan yardımçı tikilidə istifadəsi üçün saxladığını bildirmişdir. Polis əməkdaşları ona yaşadığı evin həyətinə baxış keçiriləcəyini bildirmiş, o da etiraz etməmişdir. Bundan sonra polis əməkdaşları onu yaşadığı evə aparmış və orada onun iştirakı ilə həyətinə baxış keçirilmişdir. Baxış zamanı həyətində olan yardımçı tikilinin içərisində saxladığı bir ədəd sintetik kisədə olan marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi kisənin içərisində marixuanaya oxşar kütlə aşkar olunmuşdur. Aşkar olunmuş kütlə elektron tərəzidə çəkildikdən sonra qablaşıdırılıb polis əməkdaşları tərəfindən götürülmüşdür. Şifahi sorğu zamanı o, həyətində olan yardımçı tikilidə aşkar olunmuş marixuananı şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. İbtidai istintaq zamanı videoçəkiliş aparılmaqla verdiyi ifadələri elan olunduqdan, habelə əməliyyat-axtarışın keçirilməsi ilə bağlı aparılmış videoçəkilişlər, eləcə də digər sənədlər tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etməyib əlavə ifadəsində göstərmişdir ki, o, istintaq zamanı həmin ifadələrini polis əməkdaşlarının təzyiqi altında vermişdir. Tutulan vaxt üzərində marixuana olmamış, həmçinin yaşadığı evin həyətində olan yardımçı tikilidə aşkar olunmuş marixuana da ona məxsus deyil. Üzərinə və yaşadığı ünvana narkotik maddəni (qurudulmuş marixuananı) polis əməkdaşları qoymuşdur. Tutulduqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olduğu üçün o, üzərində və yaşadığı ünvanda aşkar olunmuş marixuananın özünə məxsus olduğunu bildirmişdir. Əslində həmin marixuana kütlələri ona aid deyil. O, narkotik vasitələrin istifadəçisi olsa da, narkotiklərin satışı ilə məşğul olmamış, üzərində və yaşadığı ünvanda aşkar edilmiş marixuana ilə bağlı ona verilmiş ittiham üzrə özünü təqsirli bilmir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübut, ekspert rəyləri və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, o, Ağcabədi RPŞ-nin əməkdaşıdır. 28 yanvar 2025-ci il tarixdə Ağcabədi rayonun Hindarx qəsəbə sakini Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadəsi, üzərində gəzdirməsi, saxlaması və satışı ilə məşğul olması barədə şöbəyə əməliyyat məlumatı daxil olmuşdur. Bu məlumatın yoxlanılması üçün özünün də daxil olduğu əməliyyat qrupu yaradılmış və həmin gün saat 17 radələrində əməliyyat-axtarış tədbiri keçirilməsi üçün əməliyyat qrupunun üzvləri Hindarx qəsəbəsinə getmiş və Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında saxlanılıb ona üzərində narkotik vasitələr saxlamaqda şübhəli olduğu bildirilmiş, həmçinin həmin yerdə Təqsirləndirilən şəxs üzərində yoxlama aparılması üçün şərait olmadığından, həm də insanların sıx toplaşması və avtomobillərin intensiv hərəkət etməsi səbəbindən onu Hindarx qəsəbəsinin kənarına gətirib orada Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə yoxlama aparılmış və yoxlama zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarının cibindən bir ədəd kibrit qutusunu çıxarıb təqdim etmiş və həmin qutunun içərisində qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmişdir. Sonra aşkar olunmuş kütlə elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş marixuananı şəxsi istifadəsi üçün saxladığını, həmçinin marixuananın bir hissəsinin də yaşadığı evin həyətində olan yardımçı tikilidə istifadəsi üçün saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs iştirakı ilə və videoçəklişlə Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs evin həyətində olan yardımçı tikilinin içərisindən bir ədəd sintetik torbanı götürüb onlara (polis əməkdaşlarına) təqdim etmişdir. Təqdim olunan torbanın içərisində qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmişdir. Aşkar olunmuş kütlə elektron tərəzidə çəkildikdən sonra qablaşıdırılıb götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş marixuananı şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Daha sonra axtarış və baxşla bağlı protokollar tərtib olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq göstərilməmiş, həmçinin əməliyyat-axtarış tədbiri, üzərində axtarış və həyətə baxış zamanı Təqsirləndirilən şəxs hər hansı şikayəti və ya narazılığı olmamışdır. Məhkəmə iclasında şahidlər Şahid2, Şahid4 və Şahid3 Şahid1 ifadəsinə uyğun ifadələr vermişlər. İşdə olan, Ağcabədi RPŞ-nin əməkdaşının 28 yanvar 2025-ci il tarixli “Raport”u ilə müəyyən olunur ki, Ağcabədi rayonun Hindarx qəsəbə sakini Təqsirləndirilən şəxs X1 dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumat əsasında Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 28 yanvar 2025-ci il tarixdə, saat 17 radələrində keçirilən əməliyyat-axtarış tədbiri zamanı Ağcabədi rayonun Hindarx qəsəbəsi ərazisində saxlanılıb Ağcabədi RPŞ-nə gətirilmişdir. İşdə olan, təhqiqat orqanının “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” 28 yanvar 2025-ci il tarixli qərarla müəyyən olunur ki, həmin tarixdə təhqiqat orqanı tərəfindən Təqsirləndirilən şəxs X1 dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. İşdə olan, Ağcabədi Rayon Məhkəməsinin 03 fevral 2025-ci il tarixli qərarı ilə təhqiqat orqanının “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” 28 yanvar 2025-ci il tarixli qərarı qanuni hesab edilmişdir. İşdə olan, “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılması dair”, habelə “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə və şübhəli şəxsin evinə baxış keçirilməsinə dair” 28 yanvar 2025-ci il tarixli protokollarla müəyyən edilir ki, həmin tarixdə, saat 17 radələrində Ağcabədi RPŞ-nin əməkdaşlarında ibarət əməliyyat qrupu tərəfindən Təqsirləndirilən şəxs Ağcabədi rayonun Hindarx qəsəbəsində, yaşadığı evin yaxınlığında saxlanılıb üzərində narkotik vasitələr saxlamaqda şübhəli olduğu bildirilmiş, həmçinin saxlandığı yerdə Təqsirləndirilən şəxs üzərində yoxlama aparılması üçün şərait olmadığından o, Hindarx qəsəbəsinin kənarına gətirilib orada üzərində videoçəkilişlə yoxlama aparılmışdır. Yoxlama zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibində bir ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilib götürülmüşdür. Aşkar olunmuş qurudulmuş marixuana kütləsi elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb təhqiqat orqanı tərəfindən götürülmüşdür. Daha əməliyyat-axtarış tədbiri davam etdirilərək Təqsirləndirilən şəxs yaşadığı Ağcabədi rayonun Hindarx qəsəbəsində yerləşən fərdi yaşayış evinə, evin həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış zamanı evin həyətinində yerləşən yardımçı tikilinin içərisində bir ədəd sintetik kisədə olan narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmişdir. Aşkar olunmuş qurudulmuş marixuana kütləsi elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb təhqiqat orqanı tərəfindən götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin keçirilməsi ilə bağlı aparılmış videoçəkilişlər iki ədəd DVD diskə yazılıb protokollara əlavə edilmişdir. İşdə olan, məhkəmə-bioloji ekspertizasının 29 yanvar 2025-ci il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində “... Təqsirləndirilən şəxs ...” sözləri və imzalar olan kağız paketi açdıqda 01 ədəd kibrit qutusunda təmiz çəkisi 5,09 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “... Təqsirləndirilən şəxs həyətyanı sahədə...” sözləri və imzamlar olan sintetik torbada təmiz çəkisi 11700 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş marixuanalar orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni tərkiblidir. Ekspertiza tədqiqatından sonra qalıq qurudulmuş marixuana 11704,89 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 31 mart 95 qəpik təşkil edir. İşdə olan, ambulator məhkəmə-psixatrik ekspertizasının 07 mart 2025-ci il tarixli rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs qeyd edilən hadisəni törədən zaman hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. O, hadisə zamanı öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni ona şamil edilən cinayət hadisəsini törədən zaman anlaqlı olmuşdur. O, hal-hazırda öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Onun halhazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinin təqibinə ehtiyac yoxdur. İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın 13 mart 2025-ci il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir və narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İşdə olan, “Sübutların qiymətləndirilməsi barədə” 14 mart 2025-ci il tarixli qərarla müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra qalıq 11704,89 qram narkotik vasitə olan qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübut saxlanılması üçün Ağcabədi RPŞ-nin maddi sübutlar otağına təhvil verilmiş, habelə əməliyyat-axtarış tədbirinin (şəxsin üzərində yoxlama və baxış keçirilməsi) ilə bağlı aparılmış videoçəkilişlərin yazıldığı iki ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutlar, ekspertiza rəyləri və digər sənədləri sübut növü kimi qəbul edir. Habelə iş üzrə şahidlər Şahid1, Şahid2, Şahid4 və Şahid3 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (polis əməkdaşları tərəfindən saxlanılan vaxt üzərində narkotik maddənin olmaması, tutulduqdan sonra bir ədəd kibrit qutusunun içərisində olan marixuananın polis əməkdaşları tərəfindən üzərinə qoyulub sonradan götürülməsi, yaşadığı evin həyətində olan yardımçı tikilidən götürülmüş bir ədəd torbanın içərisində aşkar olunmuş qarudulmuş marixuananın ona məxsus olmaması, həmin narkotik maddənin polis əməkdaşları tərəfindən gətirilib yaşadığı evin həyətində olan yardımçı tikiliyə qoyulmasını güman etməsi, polis əməkdaşlarının təzyiqi ilə üzərində və həyətində olan yardımçı tikilidən aşkar olunmuş bir ədəd torbanın içərisində olan qarudulmuş marixuananın özünə məxsus olmasını deməyə məcbur edilməsinə, polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması və narkotik vasitələrin satışı ilə məşğul olmamasına aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, Şahid2, Şahid4 və Şahid3 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən üzərində yoxlama və yaşadığı ünvana baxışla bağlı aparılmış videoçəkilişlərlə təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni polis əməkdaşları tərəfindən saxlanılan vaxt üzərində narkotik maddənin olmaması, tutulduqdan sonra bir ədəd kibrit qutusunun içərisində olan marixuananın polis əməkdaşları tərəfindən üzərinə qoyulub sonradan götürülməsi, yaşadığı evin həyətində olan yardımçı tikilidən götürülmüş bir ədəd torbanın içərisində aşkar olunmuş qarudulmuş marixuananın ona məxsus olmaması, həmin narkotik maddənin polis əməkdaşları tərəfindən gətirilib yaşadığı evin həyətində olan yardımçı tikiliyə qoyulmasını güman etməsi, polis əməkdaşlarının təzyiqi ilə üzərində və həyətində olan yardımçı tikilidən aşkar olunmuş bir ədəd torbanın içərisində olan qarudulmuş marixuananın özünə məxsus olmasını deməyə məcbur edilməsinə, polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması və narkotik vasitələrin satışı ilə məşğul olmamasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, Şahid2, Şahid4 və Şahid3 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən üzərində yoxlama və yaşadığı ünvana baxışla bağlı aparılmış videoçəkilişlərlə, eləcə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri ilə (həmin ifadələrində o, üzərində və yaşadığı ünvanda aşkar olunmuş marixuana kütlələrinin özünə məxsus olmasını göstərmişdir) tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayət əməlini törətməsi ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə” İ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı “Marixuana-Kannabis”, o cümlədən qurudulmuş marixuana olan maddə narkotik vasitədir. Qurudulmuş marixuananın 5 qramdan artıq hissəsi xeyli miqdar, 500 qramdan 50000 qramadək külli miqdir, 50000 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) xüsusilə külli miqdar hesab olunur. Həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 9-cu bəndində izah olunur ki, … təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs götürülmüş 11705 qram narkotik vasitə olan qurudulmuş marixuana külli miqdar təşkil edir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əldə etdiyi qurudulmuş marixuananın bir hissəsini bir ədəd kibrit qutusuna yerləşdirib küçədə olmaqla üzərində, digər hissəsini isə yaşadığı ünvanda gizlədib saxlaması və narkotik vasitənin çəkisinin külli miqdar təşkil etməsi onun bu maddəni məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama və daşıma kimi qiymətləndirilməsi üçün əsaslardan biridir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda qurudulmuş marixuana əldə etmiş, saxlamış və daşımışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. İşdə olan, Ağcabədi Rayon Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 28 yanvar 2025-ci il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə və məhkəmə qərarının surəti ilə müəyyən edilir ki, Ağcabədi Rayon Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 05 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən (az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər onlar cəzasını çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir) məhkəmə hesab edir ki, 03 oktyabr 2019-cu il tarixli hökm üzrə Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş və hazırda o, məhkumluğu olmayan şəxs hesab olunur. İşdə olan, Ağcabədi RİHB-nın Hindarx qəsəbə İƏD üzrə Nümayəndəliyindən verilmiş 04 mart 2025-ci il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs evlidir, ailə üzvləri ilə birlikdə Ağcabədi rayonun Hindarx qəsəbəsində qeydiyyatda olmaqla yaşamış və yaşadığı yer üzrə müsbət (yaşadığı ərazidə müsbət davranışı olmaqla ailəsi və qonşuları ilə münasibəti yaxşı olmuş, ondan nümayəndəliyə şikayət daxil olmamışdır) xarakterizə olunur. İş üzrə Təqsirləndirilən şəxs cazasını yüngülləşdirən və ağırlaşdıran hallar (CM-nin 59 və 61- ci maddələrində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun CMnin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.2ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 28 yanvar 2025-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, CMnin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, narkomaniyadan məcburi müalicə olunmalı, habelə yaşadığı ərazi üzrə xəstəxanada narkoloji kabinetdə qeydiyyatda alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Ağcabədi RPŞ-nin maddi sübutlar otağında saxlanılan 11704,89 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X1 X2 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. Həmçinin iş üzrə maddi sübut olan və cinayət işinə əlavə edilmiş, əməliyyat-axtarış tədbirinin (şəxsin üzərində yoxlama və baxış keçirilməsi) ilə bağlı aparılmış videoçəkilişlərin yazıldığı iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərci-31 manat 95 qəpik Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 28 yanvar 2025-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və narkomaniyadan məcburi müalicə olunsun, habelə o, yaşadığı ərazi üzrə xəstəxanada narkoloji kabinetdə qeydiyyatda alınsın. İş üzrə maddi sübut olan və Ağcabədi Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 11704,89 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan və cinayət işinə əlavə edilmiş, əməliyyat-axtarış tədbirinin (şəxsin üzərində yoxlama və baxış keçirilməsi) ilə bağlı aparılmış videoçəkilişlərin yazıldığı 2 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərci-31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar